Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-449/2024 26.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 küçəsi, ev 58-da qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 14,685 qram psixotrop maddə metamfetamini və külli miqdarda təmiz çəkisi 2095 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 küçəsi ev 58 ünvanınadək daşımış, narkotik vasitə qurudulmuş marixuananı həmin ünvandakı qarajın içərisində gizlətmiş, psixotrop maddə metamfetamini isə üzərində saxlayıb daşımışdır. Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 fevral 2023-cü il tarixdə saat 13:10-da yaşadığı ünvanın yaxınlığında saxlanılaraq gətirildiyi ünvan 2anında yerləşən bölmənin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli gödəkcənin sağ yan iç cibindən bir ədəd içərisində külli miqdarda təmiz çəkisi 14,685 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə özünün razılığı ilə yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 küçəsi ev 58 ünvanına keçirilmiş baxış zamanı həyətində yerləşən qarajdan içərisində külli miqdarda təmiz çəkisi 2095 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan bağlama aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd «Kalaşnikov» konstruksiyalı «AKM» markalı, nömrəsi silinmiş, 1961-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal edilmiş 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, döyüş təyinatlı, yivli-odlu avtomatik silahı, onun komplekt hissəsi olan 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd darağı əldə edib daşıyıb gəzdirərək yaşadığı Bakı şəhəri Sabunçu rayonu, X3 küçəsi ev 58 ünvanında yerləşən fərdi həyətindəki qarajın içərisində saxlamış, yaşadığı evində qanunsuz olaraq odlu silahın saxlanılması barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldıqdan sonra yaşadığı ünvanda keçirilmiş baxış zamanı həyətindəki qarajında saxladığı ağ rəngli sintetik torbanın içərisindən qanunsuz olaraq əldə edib saxladığı həmin bir ədəd «Kalaşnikov» konstruksiyalı «AKM» markalı, nömrəsi silinmiş, 1961-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal edilmiş 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı döyüş təyinatlı, yivliodlu avtomatik silah, onun komplekt hissəsi olan 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. X4 massivində torpaq sahəsi olmuşdur. Təxminən 30 il əvvəl oradakı quyudan bir ədəd darağı ilə birlikdə Kalaşnikov avtomatı tapıb saxlamış, qorxduğundan polisə təqdim etməmişdir. Bundan başqa orada çətənə bitkisi kultivasiya edib, şəxsi istifadəsi üçün qurudulmuş marixuana hazırlayıb yaşadığı evdə saxlamışdır. Tutulmamışdan iki gün əvvəl Balaxanı qəsəbəsində şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin alıb üzərində saxlamışdır. 18 fevral 2023-cü il tarixdə yaşadığı ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb, Sabunçu RPİ-nin 14cü PB-nə aparılmışdır. Orada üzərində şəxsi axtarış keçirilərkən psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Bundan sonra yaşadığı evdə də qurudulmuş marixuana və Kalaşnikov markalı avtomat silahə olduğunu bildirmişdir. Polis əməkdaşları onun iştirakı ilə yaşadığı evdə axtarış keçirərkən qurudulmuş marixuana və darağı ilə birlikdə Kalaşnikov avtomat silahını təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün saxlamış, onları satmaq niyyəti olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 18 fevral 2023-cü il tarixdə bölməyə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəflərindən rəhbərliyə məruzə olunmuş və əməliyyat tədbirinin keçirilməsi barədə qərar verilmişdir. Bölmənin baş əməliyyat müvəkkili Şahid1, polis sahə inspektoru Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 13:10-da Xəlilov X1 rayonu Maştağa qəsəbəsi, X3 küçəsi, ev 58-in yaxınlığında saxlanılaraq bölməyə aparılmışdır. Bölmədə videoçəkilişlə üzərində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sağ iç cibindən bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli xırda kristal şəkilli kütlə olan şəffaf sellofan bükümü çıxarıb təqdim edib, onun psixotrop maddə metamfetamin olduğunu, iki gün əvvəl Balaxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş büküm qablaşdıraraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə qurudulmuş marixuana və odlu silah saxladığını bildirib, evində axtarış aparılmasına etiraz etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsi, X3 küçəsi, ev 58-ə getmişlər. Təqsirləndirilən şəxs evin həyət qapısını açıb onları içəri dəvət etmiş, həyətdəki dəmir qapılı daş tikili qaraja keçərək oradakı əşyaların arasında olan balaca taxta dolabdan içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli tünd yaşıl rəngli kütlə olan bir ədəd sellofan torbanı, qarajdakı dəmir kəsiklərinin altından içərisində bir ədəd AKM modelli avtomat silahı və üzərində boş patron darağı olan ağ rəngli sintetik torbanı çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bitki mənşəli kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu iki il əvvəl Ləhiş Bağlarında yerləşən bağ sahəsində çətənə bitkisini əkib becərdiyini, qurudaraq hazırladığını və şəxsi istifadəsi üçün saxladığını, odlu silahı da həmin bağ ərazisindən tapdığını və qorxduğu üçün polisə təqdim etmədiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitə və odlu silah qablaşdırılaraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 18 fevral 2023-cü il tarixdə bölməyə rayonun Maştağa qəsəbəsi X3 küçəsi, ev 58də yaşayan Təqsirləndirilən şəxs yaşadığı ərazidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu və odlu silah saxladığı barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat tərəflərindən rəhbərliyə məruzə olunmuş və yoxlanılması məqsədi ilə əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bölmənin əməliyyat müvəkkili polis kapitanı Şahid2, polis sahə inspektoru polis baş leytenantı Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birlikdə 18 fevral 2023-cü il tarixdə saat təxminən 13:10-da Sabunçu rayonu Maştağa qəsəbəsi, X3 küçəsi, ev 58-in qarşısına yollanmış və Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olduğunu müəyyən etmişlər. Ona yaxınlaşıb özlərini təqdim etməklə barəsində məlumat daxil olduğunu bildirərək onu Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və birlikdə yaxınlıqdakı 14-cü PB-nə yollanmışlar. Orada təhqiqatçı Firon İsgəndərov müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Sonuncu üzərində psixotrop maddə olmasını etiraf edərək əynindəki tünd göy rəngli gödəkçənin sağ iç cibindən bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli xırda kristalşəkilli kütlə olan şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, həmin maddəni iki gün əvvəl Balaxanı qəsəbəsi ərazisindən üzdən tanıdığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş sellofan büküm qablaşdıraraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan sonra təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana və odlu silah saxladığını bildirib, evində axtarış aparılmasına etirazı olmadığını demişdir. Ona görə də onlar Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsi, X3 küçəsi, ev 58 ünvanına getmişlər. Təqsirləndirilən şəxs evin həyət qapısını açaraq onları həyətə dəvət etmişdir. Sonuncu həyətdəki dəmir qapılı tikili qaraja keçərək oradakı əşyaların arasında olan balaca taxta dolabdan içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli tünd yaşıl rəngli kütlə olan bir ədəd sellofan torbanı, qarajdakı dəmir kəsiklərinin altından isə içərisində bir ədəd AKM modelli avtomat silahı və üzərində boş patron darağı olan ağ rəngli sintetik torbanı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, həmin bitki mənşəli kütlə narkotik vasitə qurudulmuş marixuanadır. Onu iki ilə əvvəl Ləhiş Bağlarında yerləşən bağ sahəsində çətənə bitkisini əkib becərərək, sonradan toplayıb qurudaraq öz istifadəsi üçün hazırlamışdır. Odlu silahı elə həmin bağ ərazisindən tapmış, qorxduğundan polisə təqdim etməmişdir. Təqsirləndirilən şəxs qarajından aşkar olunmuş narkotik vasitə və odlu silah qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. İşin 27-28 və 111-112-ci vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında və videogörüntüyə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı polis baş leytenantı X2 tərəfindən bölmənin inzibati binasında Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy gödəkçəsinin sağ iç yan cibindən bir ədəd şəffaf rəngli sellofandakı bükülünü təqdim edərək, həmin bükülüdə psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni təxminən 2 gün öncə Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz istifadəsü üçün 50 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf rəngli selofanda olan bükülünü açdıqda həmin bükülüdə toz-kristal şəkilli ağ rəngli, spesifik iyə malik psixotrop maddə hesab edilən metamfetamin aşkar edilmişdir. Aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən digər əşya və sənəd aşkar edilməmişdir. İşin 32-33 və 114-115-ci vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında və videogörüntüyə baxış keçirilməsi haqqında protokollardan görünür ki, 18 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı polis baş leytenantı X2 tərəfindən bölmənin baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2 və polis sahə inspektoru Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsi, A.M. Əbdülkərim küçəsi ev 58-də axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilin həyətində əl damı kimi istifadə etdiyi dəmir qapılı qarajdakı taxta dolabda gizlətdiyi bir ədəd qarışıq rəngli sellofan torbanı təqdim edərək həmin torbanın içərsində qurudulmuş marixuana olduğunu, onu təxminən 2 il qabaq özü üçün əkib becərdiyini və istifadəçisi olduğundan qurudaraq gizlətdiyini bildirmişdir. Aşkar edilmiş bir ədəd qarışıq rəngli sellofan torbada olan qurudulmuş ot kütləsi bir ədəd ağ rəngli kisədə qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı mənzilin həyətində dəmir qapılı qarajda axtarış zamanı bir ədəd ağ rəngli kisənin içərisində üzərində darağı olan bir ədəd silahı təqdim edərək həmin silahı təxminən 20 il bundan öncə Lahic bağları ərazisindən quyudan tapdığını və özü üçün saxladığını, qorxduğundan polisə təhvil vermədiyini bildirmişdir. Aşkar edilmiş bir ədəd ağ rəngli kisədəki dəmir alət və bir ədəd daraq bir ədəd kisədə qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Evdə axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək başqa əşya və sənədlər aşkar edilməmişdir. İşin 49-53-cü vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 19 fevral 2023-cü il tarixli 6/1014 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata bir ədəd zərfdə təqdim olunmuş bir ədəd bükümdə təmiz çəkisi 14,685 qram olan ağ rəngli kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. İşin 44-47-ci vərəqlərindəki məhkəmə-bioloji ekspertizasının 19 fevral 2023-cü il tarixli 7/251 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, A.M.Əbdülkərim küçəsi, ev 58-dən aşkar edilərək götürülmüş bir ədəd sintetik torbada təmiz çəkisi 2.095 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. İşin 55-61-ci vərəqlərindəki məhkəmə-balistik ekspertizasının 19 fevral 2023-cü il tarixli 23/143 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd nömrəsi silinmiş silah, 7,62 mm. kalibrli olmaqla, zavod üsulu ilə 1961-ci ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş AKM modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir - darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. İşin 130-cu vərəqindəki Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 24 fevral 2023-cü il tarixli 3-13-11/2-2569/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd 7,62 mm kalibrli nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İşin 169-173-cü vərəqlərindəki məhkəmə-balistik ekspertizasının 14 mart 2023-cü il tarixli 3/376 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah - zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli, AKM markalı Kalaşnikov konstruksiyalı, detalları zavod üsulu ilə hazırlanmış, eyni konstruksiyadan olan Xİ 3721 №-li, 980 №-li, seriyanömrəsində T...4...4» hərf və rəqəmləri olan və bəzi detallarındakı işarələr məhv edildiklərinə görə, seriya-nömrələri məlum olmayan digər silahlardan götürülüb komplektləşdirilmiş avtomat silahdır, zavod işarələrinin bir qismi (o cümlədən ayrı-ayrı detallarındakı seriya-nömrəsi) mexaniki təsir vasitəsilə, kustar üsulla sürtülərək məhv edilmişdir, metal qatı ilə birlikdə dərin sürtülüb məhv edildiklərinə görə, silinmiş zavod işarələrinin tam mətnini bərpa edib müəyyənləşdirmək mümkün deyildir, konstruksiyasında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiata təqdim edilmiş 1 (bir) ədəd sandıqça - Kalaşnikov konstruksiyalı AK (AKM, AKC, AKMC) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır və təyinatına uyğun olaraq, həmçinin tədqiqata təqdim edilmiş 7,62 mm kalibrli, AKM markalı, Kalaşnikov konstruksiyalı, detalları Xİ 3721 №-li, 980 №-li, seriya-nömrəsində «P..4...4» hərf və rəqəmləri olan və bəzi detallarındakı işarələr məhv edildiklərinə görə, seriya-nömrələri məlum olmayan eyni konstruksiyalı digər silahlardan götürülüb komplektləşdirilmiş avtomat silahda da komplekt hissə kimi istifadə oluna bilər. İşin 174-175-ci vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 may 2023-cü il tarixli 2890 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 113 və 116-cı vərəqlərindəki 20 fevral 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə keçirilmiş axtarış zamanı qeydə alınmış videogörüntü fayllarının saxlanıldığı iki ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşin 125-127-ci vərəqlərindəki 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş külli miqdarda təmiz çəkisi 14,685 (ekspertizadan sonra qalan 14,585) qram psixotrop maddə metamfetamin, külli miqdarda təmiz çəkisi 2.095 (ekspertizadan sonra qalan 2.094,9) qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKM modelli döyüş təyinatlı yivli-odlu avtomat silahı və onun komplekt hissəsi olan bir ədəd sandıqça Sabunçu RPİ-nə təhvil verilmişdir. İşin 133-cü vərəqindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 177-189-cu vərəqlərindəki 5 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş psixotrop maddə, narkotik vasitə və odlu silahla komplekt hissəsinin qanunsuz olaraq əldə edildiyi mənbənin müəyyən edilməsi məqsədi ilə hazırki cinayət işinin istintaq materiallarından ayrıca icraata Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İşin 18-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmədiyini bildirdi. Onun bu hissədə ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır və cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-cm maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdarın hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək qərara gəlir ki, ona təqsirləndirildiyi maddələrin sanksiysında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 18 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş təmiz çəkisi 14,685 (ekspertizadan sonra qalan 14,585) qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 2.095 (ekspertizadan sonra qalan 2.094,9) qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKM modelli döyüş təyinatlı yivli-odlu avtomat silahı və onun komplekt hissəsi olan bir ədəd sandıqça Azərbaycan Respublikası DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, iki ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 273 (iki yüz yetmiş üç) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CMnin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş külli miqdarda təmiz çəkisi 14,685 (ekspertizadan sonra qalan 14,585) qram psixotrop maddə metamfetamin, külli miqdarda təmiz çəkisi 2.095 (ekspertizadan sonra qalan 2.094,9) qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKM modelli döyüş təyinatlı yivli-odlu avtomat silahı və onun komplekt hissəsi olan bir ədəd sandıqça Azərbaycan Respublikası DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İki ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 273 (iki yüz yetmiş üç) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-449/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-449/2024
26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver