Məhkəmə qərarları › İş №1(101)-450/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-450/2021

27.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-450/2021 27.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 İsrafil oğlunun və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Qulaməli oğlunun iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Lənkəran rayonu Viyən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 28-də qeydiyyatda olan və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 28-də qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, 2020-ci ilin yanvar ayının əvvəllərində yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində qızı Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikasında və İran İslam Respublikasının Ərdəbil şəhərində şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxlərlə külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Azərbaycan Respublikasında realizəsini təşkil etmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 24 yanvar 2020-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray” şadlıq sarayının yaxınlığında cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvü ilə görüşüb satış məqsədi ilə qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yoluyla gətirilmiş 1 bir ədəd sellofan torbadakı çəkiləri 3035 qram və 1000 qram olmaqla 2 bağlamada ümumilikdə külli miqdarda 4035 qram narkotik vasitə tiryək və üzərilərində “X5” yazısı olan çəkiləri 995 qram, 995 qram, 990 qram, 960 qram və 990 qram olmaqla 5 bağlamada ümumilikdə külli miqdarda 4930 qram narkotik vasitə həşiş qətranı əldə etmiş, narkotik vasitə tiryəki üzərində “Terranova” yazısı olan 1 ədəd sellofan torbada, narkotik vasitə həşiş qətranını isə qara rəngli bel çantasının içərisində yerləşdirib saxlamış, daşımış və 24 yanvar 2020-ci il tarixdə saat 18:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri “AAF-Park” yaşayış kompleksində yerləşən istirahət parkında qeyd olunan narkotik maddələri “Azad” adı ilə şərti alıcı qismində çıxış edən Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Əməliyyataxtarış şöbəsinin böyük əməliyyat müvəkkili Şahid1 satarkən saxlanılmış, qeyd olunan narkotik vasitələr Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən inzibati binasında saat 19 radələrində keçirilən baxış zamanı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs2 2020-ci ilin yanvar ayının əvvəllərində yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində anası Təqsirləndirilən şəxs1 və sonuncunun vasitəsilə Azərbaycan Respublikasında və İran İslam Respublikasının Ərdəbil şəhərində şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxlərlə külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Azərbaycan Respublikasında realizəsini təşkil etmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə 24 yanvar 2020-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray” şadlıq sarayının yaxınlığında cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvü ilə görüşüb satış məqsədi ilə qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yoluyla gətirilmiş, 1 ədəd sellofan torbadakı çəkiləri 3035 qram və 1000 qram olmaqla 2 bağlamada ümumilikdə külli miqdarda 4035 qram narkotik vasitə tiryək və üzərilərində "X5” yazısı olan çəkiləri 995 qram, 995 qram, 990 qram, 960 qram və 990 qram olmaqla 5 bağlamada ümumilikdə külli miqdarda 4930 qram narkotik vasitə həşiş qətranı əldə etmiş, Təqsirləndirilən şəxs1 narkotik vasitə tiryəki üzərində “Terranova” yazısı olan 1 ədəd sellofan torbada, narkotik vasitə həşiş qətranını İsə qara rəngli bel çantasının içərisində yerləşdirib saxlamış, daşımış, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 24 yanvar 2020-ci il tarixdə saat 18:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAF-Park” yaşayış kompleksində yerləşən istirahət parkında qeyd olunan narkotik vasitələri “Azad” adı ilə şərti alıcı qismində çıxış edən Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Əməliyyat-axtarış şöbəsinin böyük əməliyyat müvəkkili Şahid1 satarkən tutulmuş, qeyd olunan narkotik vasitələr Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23L ünvanında yerləşən inzibati binasında saat 19 radələrində keçirilən baxış zamanı aşkar edilərək götürülmüş, o isə həmin tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Bravo” marketin yanında saxlanılmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3 maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2019-cu ildə İranın Ərdəbil şəhərində kosmetoloq işləmiş, tarixini xatırlamadığı bir gün bir iranlının telefonla kiminləsə danışdığını, həmin danışığında özünə məxsus 20 kiloqrama yaxın narkotik vasitəni sərhədin Azərbaycan hissəsində Astara çayının kənarına qoyduğunu, azərbaycanlıların gəlib həmin narkotik vasitəni götürcəklərini dediyini eşitmiş, həmin gün İrandan Azərbaycana keçmiş, Astara şəhərində olarkən Astara şəhər gömrük idarəsinə zəng vuraraq əməliyyat müvəkkili ilə danışmaq istədiyini demiş, onunla Alim adlı gömrük idarəsinin əməkdaşı danışmış, Alimə Astara çayının kənarına 15-20 kiloqram narkotik vasitənin qoyulacağı barədə məlumat vermiş, Astara gömrük idarəsinin əməkdaşları tərəfindən əməliyyat qurulsa da o dediyi yerdə narkotik vasitə aşkar edilməmiş, Azərbaycana narkotik vasitə keçirən şəxslər müəyyən edilməmişdir; bundan bir müddət keçdikdən sonra İranda yaşayan və onula bir yerdə işləyən Zəhra adlı qadına İrandan göndərilən narkotik vasitələrin Azərbaycan tərəfdə müəyyən edilmədiyini və narkotik vasitələri gətirilənlərin aşkar edilmədiyini danışmış, Zəhra adlı qadın da dediklərini əri olan Abbas adlı şəxsə danışmış, Abbas da Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq idarəsinin əməliyyat müvəkkil Şahid1 tanışı olmuş, Abbas narkotik vasitələr barədə məlumatı ona verdiyi halda o da tanışı Şahid1 bildirəcəyini və Samirin həmin narkotik vasitələrin satışı ilə məşğul olan şəxsləri ifşa edə biləcəyini demiş, 2019-cu ildə tarixini xatırlamadığı gün Abbas ona WhatsApp vasitəsilə yazaraq, Bakı şəhərində olduğunu, onunla görüşmək istədiyini, onun üçün ərzaq məhsulları gətirdiyini demiş, o, Abbasa Bakı şəhərində olmadığını, rayonda olduğunu demiş, 2 gün sonra Abbas yenidən ona yazaraq onunla təcili işi olduğunu, onunla görüşmək istədiyini yazmış, o, Abbasla metronun Elmlər akademiyası stansiyasının yaxınlığında görüşmüş, həmin vaxt Şahid1 da Abbasın gəldiyi avtomaşında olmuş, Samir ondan nəyə görə narkotik vasitələr barədə ona məlumat vermədiyini soruşmuş, o da yalnız bir dəfə narkotik vasitələr barədə bildiyini və bunu Astara gömrük idarəsinə məlumat verdiyini bildirmişdir. Bundan təxminən 2-3 gün sonra Şahid1 WhatsAppla ona yazaraq narkotik vasitələr barədə məlumatının olub-olmaması barədə maraqlanmış, o isə heç bir məlumatının olmadığını bildirmişdir; təxminən 1-2 ay ərzində mütamadi olaraq Samir ona yazaraq narkotik vasitələr barədə məlumatının olubolmaması barədə soruşmuşdur, o da hər dəfə məlumatının olmadığını bildirmişdir; o, İranda olarkən tanışı Abbasa şikayət edərək tanış elədiyi Samirin ondan əl çəkmədiyini, tez-tez zəng vurub narkotik vasitələr barədə soruşduğunu bildirmişdir, o, Samirə görə mobil telefon nömrəsini dəyişmiş, Zəhra adlı qadınla bir yerdə işlədiyindən sonuncu onun mobil nömrəsini bilmiş, əri Abbasa, Abbas isə yenidən Şahid1 onun yeni telefon nömrəsini demiş və Samir ona SMS yazaraq və zəng edərək ondan əl çəkməmiş, narkotik vasitələri Azərbaycana keçirən şəxslər barədə məlumatları ötürməsini istəmişdir, Şahid1 uzun müddət mütamadi olaraq ona zəng edib narahat etdiyindən onun zənglərinə cavab verməməyə başlamış, bunu öyrənən Abbas ona öz iradını bildirmiş, nəyə görə Samin zənglərinə cavab vermədiyini demiş, o da artıq Samirin əlindən bezdiyini, Samirin onu özünü öldürmə həddinə çatdırdığını demiş, Abbas isə ona əgər Samirin dediklərini etməsə onun cavan oğlunun cibinə narkotik vasitə atdırıb tutdura biləcəklərini demiş, o da Abbasın dediklərini ciddi qəbul etmişdir. 17 yanvar 2020-ci il tarixdə İrandan Azərbaycana gəlmiş, həmin vaxt özü ilə heç bir narkotik vasitə gətirməmişdir, 19 yanvar 2020-ci il tarixdə qızı Təqsirləndirilən şəxs2 ilə aralarından olan mübahisə zamanı Günelə çıxıb evdən gedəcəyini, bir də geri dönməyəcyini bildirmiş, Türkiyəyə getmək istəmiş, Türkiyəyə getməkdə məqsədi artıq Samirlə əlaqələrinin tam kəsilməsini istəməsi olmuşdur. 19 yanvar 2020-ci il tarixdə Abbas ona zəng edərək Fərzan adlı İran vətəndaşının 15 kiloqram tiryəki verməyə razı olduğunu, Fərzanın həmin narkotik vasitəni İrandan Azərbaycana qanunsuz yolla, əsasən Astara çayını keçməklə keçirdəcəyini, həmin narkotik vasitəni Samirgilin adamlarının götürüb Bakı şəhərində ona çatdıracaqlarını, o isə narkotk vasitəni götürən kimi Samirə verəcəyini demişdir. 19 yanvar 2020-ci il tarixdə qızı Günelin ona qeyri etik sözlər yazmasının səbəbi isə mobil telefonda xarici nömrə ilə teztez danışmağını görüb onun əri Rzaya, yəni Günelin atasına xəyanət etməsini fikirləşməsi olmuş, o da Günelə daha Bakıya qayıtmayacağını və onu unutmalarını dediyi üçün Günel tam əmin oluşdur ki, o, ərinə yəni Günelin atası Rzaya xəyanət etmişdir, Günel onunla dalaşdığı gün SMS-ləri öz otağından ona yazmış, Güneli xarici vətəndaşla şəxsi münasibətləri ilə bağlı deyil, narkotik vasitə ilə bağlı danışdığını deyə bilməmiş, 23 yanvar 2020-ci il tarixdə onun doğum günü olmuş, qızı Günellə həmin gün barışmış, Güneli ailəsini heç kimlə aldatmadığına, işlə bağlı xarici vətəndaşla danışdığına inandırmış, Günel Fərzanı onun vasitəslə tanımış, Fərzan əvvəllər Günelə botoks və gel yollamış, sonralar Günel botoksu və geli başqa yerdən aldığından Fərzanla əlaqəsi kəsilmiş, əri Rzanın ondan şübhələnməməsi, ərinə xəyanət etməsini fikirəşməməsi üçün özü qızı Günelin mobil telefonundan istifadə etmiş, Günelə Fərzanın ona kosmetika malları, botoks və gel yolladığını və gecikdirdiyini bildirmiş, 24 yanvar 2020-ci il tarixdə qızı Günellə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray” şadlıq sarayının yaxınlığına getmiş, Günelin onunla birlikdə Biləcəriyə getməsinin səbəbi isə Fərzanın ona göndərdiyi botoksdan ona da verməyini istəməsi olmuş, orada Şahid1 adamlarından biri ilə görüşmüş, həmin cavan şəxs ona ağ rəngli sellofan torbada narkotik vasitə tiryəki və həşiş qətranını vermiş, həmin şəxs ona narkotik vasitənin çəkisinin 10 kiloqram olduğunu demişdir, qızı Günel torbada narkotik vasitə olduğunu biləməmiş, həmin torbanı taksi avtomaşını ilə Xırdalan qəsəbəsində yaşayan bacısı Aygul Əmirovanın evinə aparmış, Günel son anda bacısı Şahid4 evində torbanın içərisində narkotik vasitənin olduğunu başa düşmüş, ondan həmin narkotiki tullumağı tələb etmiş, əks təqdirdə atası Rzaya deyəcəyi ilə onu hədələmiş, nakotik vasitənin şəklini çəkərək sübut kimi atasına göndərmək istəmiş, bu səbəbdən Günel telefonu ilə narkotik vasitəni çəkmiş, artıq gec olduğundan narkotik vasitəni götürərək bacısıgilin evininin qapısını Günelin üzünə çırparaq Samir ilə görüşə getmiş, qabaqcadan da Samirin mobil telefonun nömrəsini Günelin telefonunda «Mal» adı ilə qeyd etmiş, onun telefonunun cərəyanı bitdiyindən Günel ona zəng edə bilməmiş, əvvəlcədən Günelə onu tapa bilmədiyi halda «Mal» adı ilə qeyd etdiyi Samirə məxsus nömrəyə zəng edib onu tapa biləcəyini bildirmiş, Günel də ondan narahat qaldığından Samirin nömrəsinə SMS yazmışdır; həmin vaxta qədər Günelin Samirlə heç bir əlaqəsi olmamış, Samiri tanımamışdır; narkotik vasitə ilə Xırdalan qəsəbəsindəki «AFFpark» yaşayış kompleksinləki istirahət parkında Şahid1la görüşmüş və Samir bir neçə gömrük komitəsinin əməkdaşı ilə onu tutmuşlar. İbtidai istitaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı fiadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs1 göstərmişdir ki, təqribən 6 ilə yaxın müddətdir İran İslam Respublikasının Ərdəbil şəhəri, Karşinas qəsəbəsi, Müdriyyət küçəsində kirayə yaşayıb həmin şəhərdə yerləşən gözəllik salonunda kosmetoloq kimi İşləmişdir. Hər 15-20 gündən bir Azərbaycan Respublikasının ərazisinə giriş edib təqribən 2-3 gün ünvan 3 ünvanında qeydiyyatda olduğu evdə qaldıqdan sonra yenidən İrana qayıtmışdır. Təqribən 3 ay əvvəl İran vətəndaşı olan “Fərzan” adlı şəxsə narkotik alqısatqısı ilə bağlı təklif etmiş, Fərzanın narkotik ticarəti ilə məşğul olduğunu bildiyi üçün ona külli miqdarda narkotik alqı-satqısında maraqlı olduğunu bildirmişdir. Fərzanı təxminən 5 ilə yaxın müddətdə tanımış və onunla qeyri-rəsmi münasibətdə olmuşdur. Bundan 10 ay əvvəl Fərzanla mübahisə edərək münasibətlərə son qoymuşdur. Fərzana narkotik alqısatqısı ilə bağlı təklif etməkdə məqsədi onu zərərə salmaq olmuşdur. Bundan əvvəl İranda olarkən bir neçə dəfə Fərzana məxsus narkotik vasitələrin alqı-satqısında Fərzanın xəbəri olmadan alqı-satqıda problem yaradaraq Fərzana külli miqdarda zərər vurmuş, bunu etməkdə məqsədi Fərzandan qisas almaq olmuşdur. Təqribən 3 ay əvvəl Fərzana onun qanunsuz yollarla Azərbaycan Respublikasının ərazisinə keçirtdiyi narkotik vasitələri satmaqda şərik olmağı təklif etmiş və Fərzan da razılaşmışdır. Fərzana həmin narkotik vasitələri Rusiyaya göndərəcəyini demiş, lakin kimə satacağını bildirməmişdir. Fərzan Azərbaycan Respublikasının ərazisində ona məxsus təqribən 30 kq miqdarında qanunsuz yollarla ölkə ərazisinə keçirtdiyi narkotik vasitələrin olduğunu deyib sifariş nə qədər lazım olarsa, həmin miqdarda narkotik vasitələri verə biləcəyini bildirmişdir. Bundan sonra təqribən 2 il müddət ərzində tanıdığı İranın Biləsuvar şəhərində yaşayan Abbas adlı şəxs vasitəsilə Azad adlı Azərbaycan Respublikası vətəndaşı ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq narkotik vasitə olduğunu bildirmiş, Azadla 10 kq çəkisində 40-50 min manat məbləği qarşılığında narkotik vasitəni ona satmaqla bağlı razılığa gəlmişdir. 17 yanvar 2020-ci il tarixdə Bakıya gələcəyini Fərzana məlumat vermiş və sonuncuya razılaşdığı narkotik vasitəni Bakıya çatarkən təhvil verilməsini demişdir. Əlavə olaraq əldə edəcəkləri gəliri yarı-yarıya böləcəyi barədə razılığa gəlmişdir. 17 yanvar 2020-ci il tarixdə “Astara” gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuş, bu müddətdə Fərzana məxsus olan “+**********06” saylı İİR nömrəsi ilə istifadəsində olan “Mi A2 Lite” markalı mobil telefondan istifadə edərək «WhatsApp» mobil proqramı vasitəsilə əlaqə saxlamış və narkotik vasitənin nə zaman təhvil veriləcəyini maraqlanmışdır. 23 yanvar 2020-ci il tarixdə Fərzan “+**********06” saylı İİR nömrəsi ilə «WhatsApp» mobil proqramı vasitəsilə zəng edərək 24 yanvar 2020-ci il tarixdə 10 kq çəkidə həşiş və tiryək adlı narkotik vasitə olan maddələri harada və kimdən təhvil alacağını məlumat verəcəyini demişdir. 24 yanvar 2020-ci il tarixdə təqribən saat 17 radələrində qızı Təqsirləndirilən şəxs2 ilə bacısı Şahid4 yaşadığı evə ziyarət etmək məqsədilə gedərkən Fərzan “+**********06” saylı İİR nömrəsi ilə «WhatsApp» mobil proqramı vasitəsilə zəng edib harada olduğunu soruşmuş, Fərzana Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray" adlı şadlıq sarayının yaxınlığında olduğunu demişdir. Fərzan orada gözləməyi tapşıraraq narkotik vasitəni təhvil verəcək şəxsin həmin ünvana gəldiyini demişdir. Təqribən 30 dəqiqə sonra əvvəllər tanımadığı 20-25 yaşlarında gənc oğlan yaxınlaşaraq Fərzanın göndərdiyi şəxs olduğunu və sözügedən narkotik vasitələri təhvil götürməyini demişdir. Həmin şəxsi gözlədiyi müddətdə *9933 qısa nömrəli taksi xidməti vasitəsilə sifariş verdiyi taksi olduğu ünvana çatmış, həmin şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin baqajında olan 1 ədəd böyük ölçüdə kisəyə qoyulmuş narkotik vasitələri təhvil almışdır. Həmin kisəni taksiyə qoyaraq bacısı Şahid4 Xırdalanda olan evinə doğru yola düşmüşdür. Bacısı Şahid4 evinə çatdıqda hamama keçərək sözügedən kisədə olan narkotik vasitələri çıxardaraq sellofan torbaya və 1 ədəd bel çantasına qoymuşdur. Hamamdan çıxdıqda qızı Təqsirləndirilən şəxs2 hamamdakı döşəmənin üzərinə səpələnən narkotik vasitələrin qırıntılarını gördükdə onların nə olduğunu soruşmuş, cavabında həmin qırıntıların qır olduğunu demişdir. Bundan sonra Azada «WhatsApp” mobil proqramı vasitəsilə mesaj yazaraq “AAAF-Park”-ın ərazisinə gəlməyini demişdir. Evdən çıxarkən qızı Təqsirləndirilən şəxs2 uşaq olmadığını və həmin qırıntıların əslində nə olduğunu bildiyini demişdir. Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksində yerləşən istirahət parkına doğru yola düşmüş, ora çatdıqda Azadın gözlədiyini görüb ona yaxınlaşıb əlində olan üzərində “Terranova” yazısı olan 1 ədəd selofan torbada olan narkotik vasitə sayılan tiryəkə oxşar və qara rəngli 1 ədəd çantada olan narkotik vasitə həşişə oxşar maddələri Azada verərkən bir neçə şəxs yaxınlaşaraq özlərini əməliyyat müvəkkilləri kimi təqdim edib araşdırma aparılması məqsədilə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmişlər. Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasında üzərində “Terranova” yazısı olan 1 bir ədəd selofan torbanın və qara rəngli 1 ədəd bel çantasının daxilində olan maddələrə baxış keçirilmişdir. Baxış zamanı “Terranova” yazısı olan 1 ədəd sellofan torbanın içərisində şəffaf rəngli 2 ədəd selofanda narkotik vasitə sayılan tiryəkə oxşar maddə, qara rəngli 1 ədəd bel çantasının daxilindən isə üzərilərində “X5” yazısı olan 5 ədəd bağlamanın hər birinin içərisində spesifik qoxuya narkotik vasitə həşişə oxşar maddələr aşkar edilmişdir. Daha sonra qeyd olunan maddələr «QuickS» markalı elektron tərəzi ilə çəkilərək narkotik vasitə tiryəkə oxşar maddələrin qablaşdırma ilə birlikdə ayrılıqda çəkiləri 3058 və 997 qram olmaqla ümumi təqribi çəkisinin 4055 (dörd min əlli beş) qram, narkotik vasitə həşişə oxşar maddələrin hər birinin ayrılıqda qablaşdırma ilə birgə çəkiləri 1001, 1000, 996, 964, 997 qram olmaqla ümumi təqribi çəkisinin 4958 (dörd min doqquz yüz əlli səkkiz) qram olduğu müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. İstifadəsində olmuş mobil telefonuna keçirilmiş baxış zamanı aşkar edilənlərlə əlaqədar bildirmişdir ki, 60 min manat malın ümumi dəyəri hesablanmış, yazışmalarda olan “macı” həşiş, “gere” isə tiryək deməkdir.Qızı Günelin bu işdə heç bir iştirakı olmamış, Günelin onun narkotik qəbul edəcəyindən xəbəri olmamışdır. Günel Fərzanı əvvəldən onun vasitəsiylə tanımışdır. Narkotik vasitəni taksi ilə Xırdalan şəhərinə gətirdikdən sonra kisə bir az ağır olduğundan Güneldən kömək etməsini istəmiş, Günel isə qaldırmaq istəsədə əli ağrıdığı üçün özü tək aparmışdır. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, anası Aynurə Məmməovanın telefonla xarici telefon nömrəsi ilə tez-tez danışdığını görüb, həmçinin anasının ona Bakıdan çıxıb Türkiyəyə gedəcəyini, bir də geri qayıtmayacağını dediyindən anası Aynurə ilə dalaşmış, 18-19 yanvar 2020-ci il tarixlərdə anasının mobil telefonuna öz otağından ədəbsiz məzsunlu SMS-lər yazmış, 23 yanvar 2020-ci il tarixdə saat təxminən 11-12 radələrində İrandan ona və anası Aynurəyə kosmetika ləvazimatları, botoks və gel göndərən Fərzan adlı şəxsdən onun WhatsAppına SMS gəlmiş, Fərzan ona anası Aynurəyə «WhatsApp»a baxmasını deməsini xahiş etmiş, anası Aynurəyə bu barədə bildirmiş, anası Aynurə onu aldadaraq Fərzanın Aynurəyə botoks göndərəcəyini, bu səbəbdən Aynurəni axtardığını demiş, həmin gün axşam satlarında Fərzan yenidən ona: «Nə oldu?»,-yazmış, o da Fərzana botoksu nəzərdə tutaraq «nə oldu, axı sən gətirirdin» məzsunlu SMS yazmış, həmin vaxt narkotik vasitəni deyil, botoksu nəzərdə tutmuş, səhərisi gün anası ilə birlikdə taksi avtomobili ilə Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray” şadlıq sarayının yaxınlığına Fərzanın göndərdiyi botoks götürməyə getmişlər, anası ilə birlikdə getməyinin səbəbi, anası botokosları aldıqdan sonra ona verməməsi, özü istifadə etməsi olmuşdur, orada anası Aynurə takisdən düşərək bir qədər aralanmış, təxminən 10- 15 dəqiqə gözləsə də anası qayıtmamış, taksi sürücüsü tələsdiyindən özü taksidən düşərək anası Aynurənin yanına gedərək çıxıb getmələrini demiş, həmin vaxt bir nəfər cavan oğlan onlara yaxınlaşmış, həmin şəxsin əlində heç nə olmamış, həmin şəxs anası Aynurə ilə Fərzan haqqında nəsə danışmışlar, anası ona gedib avtomaşında oturmasını tapşırmış, o da avtomaşına qayıtmış, təxminən 5 dəqiqə sonra anası Aynurə qayıdaraq taksiyə əyləşmiş, taksi sürücüsü tələsdiyini, getməli olduğunu desə də anası sürücüyə 5 dəqiqə gözləməsini demiş, həmin vaxt onların olduğu taksinin qarısında gümüşü rəngli avtomobil saxlamış, həmin avtomobildən düşən şəxs onların olduğu taksinin qabaq sərnişin oturan yerin qapısını açaraq oturacağın üzərinə ağ rəngli sellofan torba qoymuş, anasından torbanın içərisində nə olduğunu soruşmuş, anası da ona narahat olmamağı, kosmetik ləvazimatlar olduğunu demiş, anasına heç nə deməmiş, xalasının Xırdalan qəsəbəsindəki evinə getmişlər, anası orada hamam otağına daxil olmuş, oradan çıxandan sonra hamam otağında yerdə qara rəngli qırıntılar görmüş, bu onu maraqlandırmış, anası yataq otağına keçmiş, anasının arxasınca həmin otağa keçərkən selofan torbanı görmüş, içərisinə baxarkən içərisində qara rəngli maddənin olduğunu görmüş, həmin torbanın şəklini çəkmiş, ikinci bağlama da tumbuçkanın üstündə olmuş, həmin bağlamanın da şəklini çəkmiş, bağlamaları çəkməkdə məqsədi şəkilləri atasına göstərmək olmuş, çünki bağlamaların içərisində nə olduğun bilməmiş, içərisindəki maddədən pis tünd qoxu gəlmişdir; təxminən 5-10 dəqiqə sonra anasına zəng gəlmiş və anası sellofan torbaları götürərək çıxıb getmiş,; həmin vaxt sellofan torbalarda narkotik vasitə olduğunu başa düşmüşdür, anası çıxıb gedəndən sonra qayıtmadığını görüb narahat olmuş, anasına SMS-lər yazaraq harda olması ilə maraqlanmış, anası ona tezliklə gələcəyin demiş, bundan sonra xalasıgilin evindən çıxıb evinə gedərkən «Bazarstore» marketin yaxınlığında iki nəfər mülki geyimli şəxs onu qollarından tutaraq avtomobilə əyləşdirmiş, özlərini təqdim edərək polis əməliyyat müvəkkiləri olduqlarını bildirmişlər və onu tutmuşlar. İbtidai istitaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı fiadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs2 göstərmişdir ki, ailəsiylə birlikdə Bakı şəhəri, Bİnəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 28də valideynləri və qardaşı ilə birgə yaşayır. Təxminən 1 ildir ki, Xətai rayonunda yerləşən “Bodisol” estetik mərkəzində menecer olaraq işləyir. Anası Təqsirləndirilən şəxs1 uzun müddətdir İrana gedib-gəlir və bir neçə gün orada qaldıqdan sonra yenidən Azərbayca geri qayıdır. Anası İrana səfər etdiyi müddət ərzində tanış olduğu iranlı Fərzan adlı şəxslə telefon vasitəsilə tanış olmuş, məqsədi İrandan kosmetik vasitələr almaq olmuşdur. 02 yanvar 2020-ci ildə anası evdə atasıyla mübahisə edərək çıxıb İrana getmiş, ancaq dəqiq nə məqsədlə getdiyini bildirməmişdir. Təxmiən 2 həftə sonra qayıdıb gəlmiş, özüylə ancaq şəxsi əşyalarını gətirmişdir. 23 yanvar 2020-ci il tarixdə anasının telefonda yazışmasından İrandan Fərzan tərəfindən mal gətiriləcəyini başa düşmüş, bundan başqa “mal” dedikləri şeyin narkotik vasitə olacağını ehtimal edib bu işin qorxulu olduğunu anasına demişdir. Anası isə heç bir narahatçılığın olmadığını bildirmişdir. Anasının telefonunda rus nömrəsi ilə yazışma mətnindən onun İrandan narkotik qəbul edib digər şəxsə satmaq istədiyini başa düşmüşdür. Bir neçə saat sonra 24 yanvar 2020-ci il tarixdə gecə radələrində Fərzan “+98 937 628 0606” nömrəli mobil telefondan istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefona «WhatsApp» vasitəsilə mesaj yazaraq anasına «WhatsApp»a baxmasını deməsini xahiş etmişdir, Fərzana anası Aynurəyə yazmasını demiş, həmçinin anasının yatdığını və həmin şəxsin malı nə vaxt gətirəcəyini soruşaraq anasının bu barədə narahat olduğunu bildirmişdir. Fərzan isə malı gətirən şəxsi gec olduğu üçün onların məhəlləsinə göndərməyəcəyini və səhər deyəcəkləri vaxtda həmin şəxsin gələcəyini demişdir. 24 yanvar 2020-ci il tarixdə günorta radələrində anası Aynurə «WhatsApp” vasitəsilə Fərzanla danışdıqdan sonra evdən çıxmış, ondan hara getdiyini soruşduqda malı gətirən şəxslə görüşəcəyini demişdir. Anası evdən çıxarkən onun ardınca getmiş, 92 nömrəli avtobus vasitəsilə anasıyla birlikdə Biləcəri qəsəbəsində yerləşən Ağ Saray restoranının yanına gəlmiş, orada anası *9933 nömrəsinə zəng vurub taksi sifariş etmiş, az sonra taksi gəlmişdir. Anası taksiyə əyləşməyini təklif etmiş, taksiyə əyləşmiş, anası isə oturmamışdır. Bir az sonra bir az aralı xarici maşın gəlmiş, anası həmin maşından düşən bir nəfər qara rəngli gödəkçədə olan kişi ilə görüşüb söhbət etməyə başlamışdır. Taksidən düşüb onların yanına gedəndə anası qayıdıb taksidə əyləşməyi, özünün də az sonra gələcəyini bildirmişdir. Qayıdıb taksidə oturmuş, az sonra anası da gəlib taksidə oturmuşdur. Bu zaman onun söhbət etdiyi şəxs - təxminən 30-32 yaşlarında, üzü saqqalı, qarayanız, orta bədən quruluşlu, 175-180 sm boyunda olan həmin şəxs taksinin qapısını açıb ön oturacağın üstünə torba qoymuşdur. Anasından həmin şəxsin gətirdiyi əşyanın nə olduğunu soruşanda evdə baxacağını demişdir. Anasıyla birlikdə Xırdalan şəhərinə xalasıgilin evinə getmişlər. Bir neçə dəqiqədən sonra anası ayaqyoluna getmiş və onun oradan əlində 1 ədəd qara rəngli bel çantası və 1 ədəd üzərində “Terranova” yazısı olan selofan torba ilə birlikdə çıxdığını görmüşdür. Anası yataq otağında olanda səs eşitmiş, oraya gedəndə şkafın üstündə sellofanın içərisində qara rəngli narkotikə oxşar predmet görmüşdür. Sonradan anasına təsir göstərmək məqsədilə narkotikin şəklini çəkmişdir. Saat təxminən 18:00 radələrində anası getdikdən sonra bir neçə dəfə ona zəng etsə də telefona cavab verməmişdir. Bundan sonra Xırdalan şəhərində yerləşən Bazar Store marketin yanında olarkən bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqə göstərərək özlərini təqdim etmiş və DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmiş və anası Təqsirləndirilən şəxs1 götürülmüş 1 bir ədəd selofan torba və 1 ədəd qara rəngli bel çantasının içərisindəki maddələrə iştirakıyla baxış keçirilmişdir; anası Aynurənin narkotik vasitə alqı-satqısı ilə məşğul olmasında onun heç bir iştirakı olmamış, məqsədi anasını çalışıb bu yoldan döndərmək olmuşdur. Anası Aynurə ilə «WhatsApp» mübahisələri onun İrana gedib-gəlməsi və narkotik alveri ilə məşğul olması səbəbindən olmuşdur. Telefonunda adını “mal” kimi qeyd etdiyi şəxsə 24.01.2020-ci il tarixdə saat 18:31-də “burdasız?” məzmunlu mesaj yazmasının səbəbi anası Aynurənin narkotiki həmin şəxsə satacağını bilməsi, Aynurənin; «Əgər mənə zəng çatmasa həmin nömrə ilə əlaqə saxla»,- deməsi olmuşdur. Anası Aynurə ilə birlikdə taksiylə ünvana çatdıqdan sonra kisəni birinci özü götürüb aparmaq İstəmiş, amma əli ağrıdığından həmdə kisə ağır olduğu üçün götürə bilməmiş, bundan sonra anası Aynurə kisəni götürüb aparmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq həmin ifadələrini biri-birilərini və özlərini müdafiə xarakterli olduğunu hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 2009-cu ildən gömrük orqanlarında xidmət edir. 2019-cu ilin dekabr ayının axırlarında İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətiriləcəyi, saxlanılacağı və “Aynur” adlı şəxs tərəfindən realizə olunacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı yoxlanıldıqda təsbitini tapmış, tam adı Təqsirləndirilən şəxs1 olan şəxsin İran İslam Respublikasında və Azərbaycn Respublikasında bir qrup şəxslə cinayət əlaqəsinə girib narkotik vasitələrin qanunsuz olaraq qaçaqmalçılıq yoluyla ölkə ərazisinə keçirilib satışının təşkil olunması bardə razılıq əldə etmələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 adlı qadın onunla əlaqəyə keçdikdə özünü ona “Azad” kimi təqdim etmiş, Aynurə İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yoluyla narkotik vasitə gətizdirib satacağını bildirmişdir. Əməliyyat yolu ilə həmin məlumat yoxlanıldıqdan sonra təsdiqini tapdığından bu barədə rəhbərliyə məlumat vermişdir. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə əməliyyat tədbiri həyata keçirilmişdir. Əməliyyat tədbirində “Azad” şərti adı ilə şərti alıcı qismində iştirak etmişdir. 24 yanvar 2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAF-Park” yaşayış kompleksində yerləşən istirahət parkında keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs1 əlində saxladığı və üzərində “Terranova” yazısı olan 1 ədəd selofan torbada olan narkotik vasitə sayılan tiryəkə oxşar və qara rəngli çantada olan narkotik vasitə həşişə oxşar maddələri ona satmaq istəyərkən əməliyyat qrupunun digər üzvləri yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində “Terranova” yazısı olan 1 bir ədəd sellofan torba və qara rəngli bel çantasının içərisindəki maddələrə baxış keçirilməsi üçün X6 Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına gətirilmişdir. Baş İdarədə üzərində “Terranova” yazısı olan 1 bir ədəd selofan torbanın daxilində olan maddələrə keçirilmiş baxış zamanı şəffaf rəngli 2 ədəd bağlamanın hər birinin içərisində ayrılıqda çəkiləri 3058 və 997 qram olmaqla ümumi təqribi çəkisi 4055 qram təşkil edən narkotik vasitə sayılan tiryəkə oxşar maddə, qara rəngli bel çantasının daxilində üzərilərində “X5” yazısı olan 5 ədəd bağlamanın hər birinin içərisində ayrılıqda qablaşdırma ilə birgə çəkiləri 1001, 1000, 996, 964, 997 qram olmaqla ümumi təqribi çəkisi 4958 qram təşkil edən narkotik vasitə həşişə oxşar maddənin olduğu müəyyən edilərək araşdırma aparılması məqsədilə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri elə həmin gün Biləcəri qəsəbəsində təhvil alan zaman qızı Günelin də taksidə oturub gözlədiyini dedikdən sonra, Aynurənin qızı Təqsirləndirilən şəxs2 da olduğu yer müəyyən edilərək gətirilib araşdırma aparılması üçün təhqiqata təqdim edilmişdir. Aynurə onunla «WhatsApp» vasitəsilə əməliyyat tədbirində istifadə etdiyi +**********8 vasitəsilələ, habelə (051) ***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. İlk dəfə olaraq Təqsirləndirilən şəxs1 onunla əlaqə saxladıqda, İran İslam Respublikasından qaçaqmalçılıq yoluyla narkotik vasitə keçirib satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ilə 24.01.2020-ci il tarixədək bir neçə dəfə Bakı şəhərində müxtəlif yerlərdə görüşmüş, Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməsi üçün müxtəlif şəxslərlə əlbir olduğunu bilmiş, amma həmin şəxslərin dəqiq kim olmasını bilməmişdir. X2 Məmmədova tədbir keçirilən gün ona “burdasız?” məzmunlu mesaj yazmışsa deməli o da anası ilə birgə hərəkət etmişdir. Həmin mesajı gördükdə əməliyyat tədbirinin pozulmasından ehtiyat etdiyim üçün heç bir cavab yazmamışdır. Narkotik vasitələrin İran İslam Respublikasından qaçaqmalçılıq yoluyla Azərbaycan Respublikası ərazisinə keçirilməsini təşkil edən Fərzan adlı şəxsin, habelə həmin narotik vasitələri Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs1 təhvil vermiş şəxsin kim olmasını bilməmiş, bu barədə Aynurə də bir söz deməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, idarə etdiyi Lada Kalina markalı ** RX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaiiyyətiylə məşğul olur. 24.01,2020-ci il tarixdə saat təxminən 16 radələrində Biləcəri qəsəbəsi ərazisində olduğu zaman fəaliyyət göstərdiyi *9933 taksi şirkətinə Biləcəri qəsəbəsi Ağsaray şadlıq sarayının yaxınlığından Xırdalan şəhəri AAAF Park yaşayış kompleksinin yanına sifariş gəlmiş, sifarişi qəbul edib qeyd olunan ünvana yollanmışdır. ‘Ağsaray” dairəsindən sağ tərəfə dönüb dayanacaqdan bir az qabaqda avtomobili saxlamış, həmin vaxt təxminən 20 yaşında olan balacaboy bir qız qapını açıb arxada əyləşərək taksi sifariş etdiklərini deyərək anasının gəlməsini gözləməyini xahiş etmişdir. Etiraz etməyib gözləməyə başlamış, 1-2 dəqiqə sonra həmin qız maşından düşüb getmişdir. Arxa güzgüdə baxanda qızın bir nəfər qadına yaxınlaşıb nəsə danışdığını və geri qayıtdığını görmüşdür. Cavan qız yenidən gəlib maşına əyləşmiş, təxminən 5 dəqiqə sonra qızın anası, 40-45 yaşlı dolu bədənli, qaşlarına tatu çəkilmiş qadın gəlib arxada əyləşmişdir. Onun yanında gələn tanımadığı oğlan isə qabaq qapını açıb ayaqaltıya kisədə nəsə qoymuşdur. Amma həmin kisədə nə olmasını bilməmiş, nədəki nə olmasını onlardan soruşmamışdır. Bundan sonra qadın gedə biləcəyni demişdir. Maşını sürüb onları Xırdalan şəhərində AAAF Park yaşayış kompleksinin yanına sifarişin qeyd olunduğu yerə gətirmişdir. Həmin şəxslər pulunu verib maşına qoyulmuş kisəni də götürüb getmişlər. Kisəni maşına qoyan şəxsin hansı maşınla gəlməsinə fikir verməmişdir. Qadınla qızı ünvana çatdırdıqdan sonra avtomobilin ön ayaqaltısına qoyulmnuş kisəni qız götürmək istəyəndə ağır olduğu üçün götürə bilməmiş, bundan sonra qızın anası özü kisəni götürüb aparmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 24 yanvar 2020-ci il tarixdə təxminən saat 18 radələrində şəxsi işiylə bağlı Abşeron rayonu, Xırdalan şəhəri, “AAF Park” yaşayış kompleksinin yaxınlığında olarkən bir nəfər mülki geyimli şəxs yaxınlaşaraq özünü təqdim edib Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı olduğunu bildirmiş və keçirilmiş əməliyyat tədbiri zamanı vətəndaş Təqsirləndirilən şəxs1 saxlanıldığını və götürülmüş 1 ədəd selofan torbayaya və 1 ədəd bel çantasına baxış keçirilməsi zamanı hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. Həmin zaman orada olan əvvəllər tanımadığı, adını sonradan bildiyi Sabit adlı şəxs də hal şahidi qismində dəvət edilmişdir. Bundan sonra həmin əməkdaşla birlikdə Dövlət Gömrük Komitəsinin Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospektində yerləşən Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına gəlmişlər. Həmin inzibati binada əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1 iştirakı ilə üzərində 1 ədəd sellofan torba və qara rəngli 1 ədəd bel çantasına keçirilmiş baxış zamanı sellofan torbanın içərisində 2 ədəd sellofanda deyilənə görə narkotik vasitə sayılan tiryəkə oxşar maddə, bel çantasının daxilindən isə 5 ədəd bağlamanın hər birinin içərisində deyilənə görə narkotik vasitə həşişə oxşar maddələr aşkar edilmişdir. Daha sonra həmin maddələr elektron tərəzi ilə çəkilərək narkotik vasitə tiryəkə oxşar maddələrin qablaşdırma ilə birlikdə ayrılıqda çəkiləri 3058 və 997 qram olmaqla ümumi təqribi çəkisinin 4055 qram, narkotik vasitə həşişə oxşar maddələrin hər birinin ayrılıqda qablaşdırma ilə birgə çəkiləri 1001, 1000, 996, 964, 997 qram olmaqla ümumi təqribi çəkisinin 4958 qram olduğu müəyyən edilmiş və qablaşdırıldıqdan sonra əməkdaşlar tərəfindən götürülərək protokol tərtib edilmişdir. Daha sonra isə Xırdalan şəhərində Tofiq İsmayılov küçəsi dalan 4 ünvanında yerləşən evə baxış keçirilməsi üçün getmişlər. Orada ev sahibi olan əvvəllər tanımadığı Eldəniz adlı şəxs onları qarşılayaraq evə baxış keçirilməsinə etirazı olmadığını demiş, özü könüllü olaraq evdən Aynurəyə məxsus olduğunu bildirdiyi üzərində “Metak" yazılmış bir ədəd kisə, 2 ədəd kitab və kosmetik vasitələri gətirib könüllü olaraq təqdim etmişdir. Bundan sonra gömrük əməkdaşları evə baxış keçirsədə iş üçün əhəmiyyətli heç nə aşkar edilməmiş, evə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və həmin protokol ilə də tanış olub imza etmişlər. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə vnerərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bacısıdır. ünvan 4 ünvanında əri Eldəniz və azyaşlı uşaqları ilə birlikdə yaşayır. 12 ildir ailəlidir, 2 övladı var. X7 gedib-gəlmiş və oradan müxtəlif məhsullar alaraq Bakı şəhərində satmaqla məşğul olmuşdur. Bacısı qızı Günel isə kosmetoloq yanında işləmişdir. 24.01,2020-ci il tarixdə təqribən saat 17 radələrində bir az xəstə olduğu üçün divanda uzandığı vaxt qapı döyülmüş, balaca qızı gedib qapını açanda Aynurənİn gəldiyini demişdir. Həmin vaxt Aynurənin əlində torba və əl çantası olduğunu görüb onların nə olduğunu soruşmuş, Aynurə kosmetoloji məhsullar olduğunu salona satacağını demişdir. Bundan sonra Aynurə hamama tərəf keçmiş, Günel isə gəlib yanında əyləşmişdir. Bu ərəfədə əri Eldəniz də evə gəlmiş, Aynurəgil ilə salamlaşdıqdan sonra paltarını dəyişmək üçün yan otağa keçmişdir. Bir neçə dəqiqə sonra Aynurə kosmetik vasitələri verməyə getdiyini deyib evdən çıxmış, Günel isə evdə qalmışdır. Bir müddət sonra isə Günel anasından xəbər ala bilmədiyini deyib evdən çıxıb getmiş, təqribən 18 radələrində tanımadığı şəxslərin qapını döydüklərini görüb bu barədə Eldənizə demiş, o da həyətə düşərək nə baş verdiyini öyrənmək üçün getmişdir. Bir neçə dəqiqə sonra Eldəniz bir neçə nəfər şəxslə evə qayıdıb Aynurənin narkotiklə məşğul olduğu üçün saxlanıldığını demişdir. X3 evdə qalan əşyalarını da həmin şəxslərə təqdim etmiş, könüllü olaraq evə baxış keçirilməsinə razılıq vermişlər. Ancaq keçirilən baxış zamanı evdə heç bir şübhəli predmet aşkar olunmamışdır. Aynurənin narkotik vasitələri əldə etməsi, satması barədə heç bir məlumat olmamış, bu barədə Günel də heç nə deməmişdir. İşdə olan Dövlət Gömrük Komitəsinin gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən alınmış sərhəd keçmə hesabatına 27 may 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 sərhədkeçmə hesabatına baxış keçirdikdə onun 2014-cü ildən etibarən mütəmadi olaraq İran İslam Respublikasına gedibgəlməsi, sonuncu dəfə isə 17.01.2020-ci il tarixdə saat 17:51-də Astara gömrük postundan keçməklə Azərbayan Respublikasına gəldiyi məlum olur. Vahid avtomatlaşdırılmış idarəetmə sistemində Təqsirləndirilən şəxs2 sərhədkeçməsi barədə məlumat olmadığı müəyyən edilmiş, mövcud olan məlumatlar çap olunaraq 11 vərəqdə protokola əlavə edilmişdir (2-ci cild iş vərəqi 61-72). İşdə olan Təqsirləndirilən şəxs1 məxsus “Mİ A2 LİTE” markalı mobil telefona 17 mart 2020-ci il tarixli baxış protokolundan görünür ki, telefonun üzərində (077) ***-**-** saylı mobil nömrə vardır. Telefonun “Adlar” bölməsinə baxış keçirildikdə Fərzan adlı şəxsin +**********06 nömrəsini, Mesref adlı şəxsin (051) ***-**-** nömrəsini istifadə etməsi məlum olur. “Mesajlar" bölməsinə baxış keçirildikdə Aynurənin Mesref adlı şəxsə 24.01.2020-ci il tarixdə “Çıxırsan” yazması, hemin şəxsin isə cavabında “Yoldayam” yazması məlum olur. Bundan başqa “Mesajlar” bölməsində 24.01.2020-ci il tarixdə 99RX439 nömrəli avtomobilin taksi kimi təyin edilməsi barədə mesaj da gəlmişdir. “WhatsApp Messenger” mesajlaşma proqramına baxış keçirildikdə aşağıdakılar müəyyən edilir: Təqsirləndirilən şəxs1 Fərzan adlı şəxslə 18.01.2020-ci il tarixdən mesajlaşmağa başlamışdır. Aynurə 18.01.2020-ci il tarixdə 2 səsli mesaj və 1 ədəd şəkil göndərmiş, sonra Fərzan səsli mesaj göndərmiş, Aynurə səsli mesaj göndərmiş, Fərzan “5 dənə təmiz maci var burda” yazmış, Aynurə və Fərzan səsli mesaj gönədrmiş, Aynurə “Yaxşı, evdəkilər burdadı, səs at, dedi alım bilet 22-nə məndə hə dedim” yazmış, Fərzan və Aynur bir-birlərinə səsli mesajlar göndərmiş, Fərzan “Yumşaq mal istəyir, ya bərk onu soruş, de” yazmış, Aynurə 2 səsli mesaj göndərdikdən sonra Fərzan “yaxşı, narahat olma, yaxşı olar inşallah” yazmış, Aynurə “İnşallah, 4 min manata danışmışam, 15 dənə 60 min elir, 30 sənin, 30 mənim” yazmış, Fərzan “yaxşı, burda nisiyə alaciyam, nexed yol pulu vermişəm, hisan eliyəcəm” yazmış, Aynur “şərikiksə onlar səndən, burda verməydə məndən” yazmış, Fərzan” 3600 gereni, 5 maçım” yazmış, Aynur “hı?” yazmış, Fərzan “ yaxşı necə istəyirsən helə olar” yazmışdır. 19.01.2020-ci il tarixdə Aynurə Fərzana “Fərzan, bax mən xalxı oradan çəkib gətirirəm bura, birdən alındıra bilməzsən,onu təmiz itirəriy. Qorxuram, Fərzan girən kimi yaz, əgər alınmazsa da de əvvəldən, keçən dəfəki kimi olmasın, 2 gün qalır” yazmış, Fərzan “Salam, Aynurə neynirsən, alındıracam Allahın köməyiylə, yaxşı olar inşallah, narahat olma, Allahın köməyiylə həll edəcəm maci burda hazır idi, qaldı gere. Gerenide U gelene inşallah çatıram, telefona sen mesaj yazdın, ayrı nömrəynən" yazmış, Aynurə “mənim nömrəmdi, şəkil atmışam, gəlir sənə, gəlmir, internet zəifdi” yazmış, Fərzan”yaxşı” yazmış, həm Fərzan həm Aynurə bir-birlərinə səsli mesajlar göndərmişlər. 20.01.2020-ci il tarixdə Aynurə “Oldu, Fərzan, özün yoxladıbsan, yoxluyub götürəcəy” yazmış, Fərzan “Özüm yoxlafım, tərtəmizdi” yazmış, Aynurə “ok” yazmış, Fərzan “Çayda suyun feşarı çox idi, bidə yağış yağır, səhər inşallah su yatar, hava deyib narahat olma Allahın köməyiylə”, yazmış Aynurə “Salam, yaxşı cana bu yoluna qoy” yazmışdır. 21.01.2020-cİ il tarixdə Aynurə “Salam, necəsən, nə xəbər Fərzan, neyniyə bildin?" yazmış, Fərzan “ Salam Aynurə, salamatçılıqdı, malı çatdırıblar oyandakı uşağa, o da bugün çıxardar Allahın köməyiylə” yazmış, Aynurə də “İnşallah”, “Fərzan, oğlan çıxıb ordan, 2 saatdan sonra Bakıda olar, sabaha çatdıra bilerik ona?” yazmış, Fərzan “heye, baba, narahat olma, allahın köməyiylə həll olar inşallah” yazmış, Aynurə “Qurban sənə, ayıbdı bu dəfədə aldatsam onu, day mənnən heç işləməz, həmdə sənindi, camaat gəzir adam tapa, əlində tutubsan” yazmış, Fərzan “yox narahat olma sən, xeyrdi inşallah, düzdü vallah” yazmışdır. 22 yanvar 2020-ci il tarixdə Aynurə 2 səsli mesaj göndərib ardınca “Fərzan cavab verirsən?” yazmış, Fərzan “Gutur də, oğlan hardadı, elan Aynurə” yazmış, bir-birlərinə səsli mesajlar göndərdikdən sonra Fərzan “10 dənə qeredi 5 dene macida sizin astaradadi mal, telefonu götürsün uşaq mal hazırdı, sən get danışığını elə” yazmış, Aynurə 2 səsli mesaj göndərdikdən sonra Fərzan “yaxşı denən göndərirəm" yazmış, Aynurə “zarafat edir” yazmış, Fərzan “80 faiz bugün çatar sənin yanına, 20 faiz səhər, söz ver, çünki uşaq bir az qorxaqdı mal əlinə çatan kimi iki gün nömrələrin söndürür” yazmış, Aynurə “yaxşı gedirəm mən” yazmışdır. 23.01,2020-ci il tarixdə Fərzan “ad günün mübarək allah ömrünü uzun etsin, gözün pis gün görməsin day heç vaxt” yazmış, Aynurə “ saq ol az yatda noldu ay ferzan camaat məndən cavab gözləyir bə noldu, əgər alınmazsa de mən camaatı avara eləmiyim, gözlürəm de, day ne diyem” yazmış, Fərzan “ay qız telefonu niyə açmırsan, aç telefonu zeng elirem, açda telefonu hardasan, ede hara getdin be sen axı niyə sundurdub yandıreysen axı məni” yazmış, Aynurə “hay, yemey yerik, zeng edim" yazmış, Fərzan 3 səsli mesaj göndərmiş, Aynurə “hə gedərəm” yazmış, Fərzan “Aynurə, Salyanda gede bilərsən, getdə, taksi götürür maşını yoxdu taksidə, deyir salyana qədər apararam” yazmış, Aynurə “ Fərzan, gündüz olsaydı,gedərdim indi necür gedim” yazmış, Fərzan “bəs bidənə ayrı maşına diyəm gərək bakıdan çıxa gətirər sən diyən yerə” yazmış, Aynurə “parkingdəki Teymur vurub, qurban sənə həll elə mən bu vaxtı çıxa bilmərəm, maşın da tapmaq olmaz, neynədin” yazmış, Fərzan “ danışdım Bakıdan maşın çıxsın da” yazmış, Aynurə “ nə vaxt çıxar, nə vaxt çatar” yazmış, Fərzan “çatdı bura, 20 dəq çıxar burdan” yazmış, Aynurə “Salyandan?” yazmış, Fərzan “yox Astaradan çıxır 20 dəqiqəyə gəlir sən deyən ünvana” yazmış, Aynurə “nə vaxta çatar bə bura” yazmış, Fərzan “iki 3 saata sən deyən ünvana inşallah” yazmış, Aynurə “çıxdı yola?, hə şükür, nəxəbər” yazmışdır. 24.01,2020-ci il tarixdə saat 00:32-də Aynurə “Fərzan, saat 1 qalıe gecdi mən neynim” yazmış, Fərzan 00:33-də səsli mesaj göndərdikdən sonra Aynurə 00:39-da “qalmağa yeri var? Səhər görüşüm Qulu da içib yatıb” yazmış, Fərzan 00:43-də səsli mesaj göndərmiş, Aynurə 01:23-də “gecə ya səhər, evə tərəf gələ bilsə hə, fərzan ama ağlan bizdə qala bilməz, evdəkilər yatıb, hansı tərəfdədi” yazmış, Fərzan 01:28-də səsli mesaj göndərmiş, Aynurə saat 01:31-də “Biiəcəridə Ağ saraydan aşağıda", daha sonra saat 11:13-də “salam, Fərzan, oğlan hardadı, ay Ferzan saat 12dinə oldu bə ay Fərzan bə noldu, mən yalançı çıxıram axı, oğlanı 3 gündü aldadıram” yazmış, Fərzan saat 12:01-də “salam” yazıb səsli mesaj göndərmiş, Aynurə saat 12:03-də “bə saat neçədə, bir az tez olsunda qurban olum, danışdın oğlannan denən gətirsin də" yazmış, Fərzan 12:08-də səsli mesaj göndərmiş, Aynurə 12:20-də “noldu danışdın?” yazmış, Fərzan və Aynurə 12:25-də səsli mesaj göndərmiş, Aynurə saat 12:44- dən 13:25-dək olan müddətdə “can çox sağ ol, Fərzan. Saat 2 oldu bə durmadı bu nömrəsinə zəng vur da camaahat məndən xəbər gözləyir axı” yazmış, Fərzan 13:23-də 2 səsli mesaj göndərmiş, Aynurə 13:28-də “hə şükür bu vaxta qədər yatmaq olar” yazmış, Fərzan 13:29-da səsli mesaj göndərmiş, Aynurə 13:30-da “Flə yazıq” yazmış, Fərzan 13:30- da səsli mesaj göndərmiş, Aynurə saat 13:33-də “yaxşı ay Fərzan uşaq durmadı?” yazmış, Fərzan saat 14:00-da səsli mesaj göndərmiş, Aynurə saat 14:21-də “Mən telefonu söndürürəm, oğlan zəng edir" yazmış, Fərzan saat 14:22-dən 14:37-dək 4 səsli mesaj göndərmiş, Aynurə saat 14:37-də “hə, noldu” yazmış, Fərzan saat 14:38-də “edə, denən deyim hara gəlsin” yazmış, Aynurə saat 14:38-də “denən, dedin” yazmış, Fərzan saat 14:52-də 2 səsli mesaj göndərmiş, Aynurə saat 14:53-də “mən evdən çıxdım 15 dəqiqəyə ordayam” yazmış,Fərzan saat 14:56-da səsli mesaj göndərmiş, Aynurə saat 14:58-də “ok çıxdım” yazmış, Fərzan saat 14:59-da səsli mesaj göndərmiş, Aynurə saat 15:20-də “çatmadı?” yazmış, Fərzan saat 15:22-də “hardasan” yazıb səsli mesaj da göndərmiş, Aynurə saat 15:23-də “hə burdayam” yazmış, Fərzan və Aynurə saat 15:23-dən 15:52-dən bir-birlərinə səsli mesaj gönərmiş, Aynurə saat 15:53-də “qabağındayam” yazmış, Fərzan saat 15:54-də 2 səsli mesaj göndərmiş, Aynurə saat 15:54-də olduğu yerin şəklini göndərərək səsli mesaj göndərib “aldım" yazmış, Fərzan saat 15:59-da “get evə çatdın xəbər ver” yazmış, Aynurə saat 16:01-də “yaxşı" yazmış, saat 16:36-da narkotik vasitələrin şəklini göndərib “bu nədi” yazmış, Fərzan saat 16:39-da “gere 4 denedi maci 5 dene” yazmış, Aynurə saat 16:40-da “Cəmi 9?” yazmış,Fərzan 25.01,2020-ci il saat 00:06-dan 29 yanvar 2020-ci il tarixədək olan müddətdə 6 səsli mesaj göndərmişdir. Təqsirləndirilən şəxs1 “Azad" adlı şərti alıcının istifadəsində olan +**********8 nömrəsi ilə 18.01.2020-ci il tarixdən mesajlaşmağa başlamışdır. Aynurə 18.01.2020-ci il tarixdə “salam ne var necəsən” yazmış, “Azad” “salam yaxşıyam sən nətərsən hardaydın? Səsin gəlmir nə vaxtdı problemin vardı?" yazmış, Aynurə “Telefonum xaram idi, nömrən o teldə idi neynirsən, mən hazıram, nə vaxt desən 10 dənəyə” yazmış, “Azad” “sən neynədin, səndən xəbər çıxmadı, sən nə vaxt hazır etsən de gəlim mən mən gəlsəm puldan yol pulumu çıxacam” yazmış, Aynurə “ haçan istirsən gələrsən mənə dəqiq desən” yazmış, “Azad” “21 də gələrəm 22də gələrəm amma dəqiq deki bilet alım” yazmış, Aynurə “yaxşı dəqiqdi” yazmış, “Azad” “22sinə bilet alım?” yazmış, Aynurə “Al” yazmış, “Azad” “Ok” yazmışdır. “Azad” 19.01,2020-ci il tarixdə “Mən gedirəm bilet almağa şofernəndən danışmışam onu zanit eləmişəm sən alındıra bilməsən məni xərcə salarsan alındırmasan mən şoferə cibimdən pul verəcəm mən indi gedirəm bilet almağa mənə dəqiq de oturduğum yerdə ziyana gedərəm” yazmış, Aynurə “Salam bax 5 dene o biri dediyin evdedi 10 deneni de yola salıblar” yazmış, “Azad” “Aldım bilet ayın 22 bakıdayam mən Bakıya çatım sənə zəng edəcəm sən bakıdasan?” yazmış, Aynurə “inşallah, mən 25 ne kimi burdayam” yazmış, “Azad” “bəs mən niyə gəlirəm sən irandasan? Mən elə bilirəm sən bakıdasan” yazmış, Aynurə “tic bakıdayam 25 gederem irana" yazmış, “Azad” “məni gözlə gəlim” yazmış, Aynurə “gözlürəm cana bir söz soruşum birden 2 dene 10 kilo olsa imkan olar götürməyə? Elə bilki 20 kilo bide 5 kilo o biri dediyindən” yazmış, “Azad” “gəlim rahat söhbət edək alaram əsas odu yaxşı olsun” yazmışdır. Aynurə 20.01,2020-ci il tarixdə “salam necəsən” yazmış, “Azad” “salam nətərsən bütün işləri gördüm şofer ayın 27 bakıda olacaq pul işinidə gördüm əsas işləri həll etdim sabah gecə uçuram bakıya qurban olum məni pazor eləmə, mən burda təmizliyinə atvecat olmuşam” yazmış, Aynurə “yaxşı canım, narahat olma” yazmışdır. “Azad” 21.01,2020-ci il tarixdə “mən təyyarəyə minirəm sən mənə nömrə ver bakıya çatanda zəng edim vatsapım birdən işləməz sabah sənə zəng edəcəm” yazmış, Aynurə “salam sağ salamt gəl canım **********” yazmışdır. “Azad” 23.01.2020-ci il tarixdə “Salam ad günün mübarək 100 yaşa” yazmış, Aynurə “salam saqol canım təşəkkür qurban sənə heç kimə deməmişdim, qaynanamgil zad hamsı gəliblər qonaqlarım var imkan eliyə bilsəm çıxaram gecə hec cür olmasa səhər inşallah görüşəriy” yazmış, “Azad” “olar” yazmış, Aynurə “salam səhər neçədə görüm səni yatmısan?” yazmış, “Azad” “yox yatmamışam günorta dururam yuxudan” yazmış, Aynurə “tez durda” yazmış, “Azad” “neçədə” yazmış, Aynurə “nə qədər tez olsa o qeder yaxşı” yazmış, “Azad” “yaxşı duranda yazaram sənə” yazmış, Aynurə “neçədə 10 olar” yazmış, “Azad” “tezdi” yazmış, Aynurə “yaxşı oldu gecən xeyrə” yazmışdır. “Azad” 24 yanvar 2020-ci il saat 10:15-də “salam duranda yaz 24 yanvar 2020-ci neynirsən” yazmış, Aynurə saat 12:06-da “salam yatıb qalmışdım necəsən" yazmış, “Azad” saat 12:07-də “öldüm tay mən ürəyimə əlli fikir gəlir” yazmış, Aynurə saat 12:09-da “can niyə elə deyirsən?” yazmış, “Azad” saat 12:09- da “ mənə video zəng edə bilərsən, çox narahatam” yazmış, Aynurə saat 12:09-da “qoy qonaqlarımı yola salım getsinlər gəlim” yazmış, “Azad” saat 12:09-da “yaxşı” yazmış, Aynurə saat 12:11-də “uşağı göndərim kontur alsın yığıram narahat olma bu gün görüşərik ad gününə görə qaldım mən”, saat 16:00-da isə “neynirsən hardasan xırdalana gəl” yazmışdır. “Azad” saat 16:02də “mən orda olanda yazacam sənə evə qalxım pulu götürüm gəlim” yazmış, Aynurə saat 16:10-da “yaxşı canım muğayat ol”, saat 16:55-də isə “mən burdayam soyuqdu gedim bacımgilə sən çatanda yaz nömrədən yazma bura yaz” yazmış, “Azad” saat 16:56-da “ok eşitməmişəm çatanda yazacam” yazmış, Aynurə saat 17:32-də “çatmadın, nəsə problem var?” yazmış, “Azad” saat 17:36-da “Qafqazın yanma çatıram” yazmış, Aynurə saat 17:37də “axşam düşməmiş gedim evə” yazmış, “Azad” saat 17:37-də “sən düş” yazmış, Aynurə saat 17:37-də “çıxım mən” yazmış, “Azad” saat 17:38-də “çıx hara gəlim burdayam” yazmışdır. Təqsirləndirilən şəxs1 qızı Təqsirləndirilən şəxs2 istifadəsində olan «WhatsApp» nömrəsinə yazışmalarından məlum olur ki, Günel 24.01.2020-ci il tarixdə saat 17:53-dən 18:46-dək “mama neynədin mama ay mama doğdum Aynur ay mama mama narahatam axı mama cavab ver” yazmış və 8 dəfə zəng etmişdir. Telefonun “Şəkillər” bölməsinə baxış keçirildikdə 24.01.2020-ci il tarixdə çəkilmiş narkotik vasitə şəkillərinin və küçədə çəkilmiş bir ədəd şəkil olması müəyyən edilmişdir. Baxış başa çatdıqdan sonra mobil telefonun yaddaşından iş üçün əhəmiyyət kəsb edən məlumatlar 16 vərəqdə çap edilərək protokola əlavə edilmişdir (1-ci cild iş vərəqi 240-259). İşdə olan Təqsirləndirilən şəxs2 məxsus “İphone 8” markalı mobil telefona 26 mart 2020-ci il tarixli baxış protokolundan görünür ki, telefonun üzərində (050) ***-**-** saylı mobil nömrə vardır. Telefonun “Adlar” bölməsinə baxış keçirildikdə “mal” adlı şəxsin +**********8 nömrəsini istifadə etməsi məlum olur. «WhatsApp Messenger” mesajlaşma proqramına baxış keçirildikdə +**********06 nömrəli şəxslə (Fərzanla) yazışmaların olması məlum olur. 23.01.2020-ci il tarixdə Fərzan (+**********06) Günelə “Günel, salam, nenuye denən vatsapa baxın bir” yazmış, Günel isə Fərzana cavabında “ok” yazmışdır. Daha sonra Günel 24.01.2020-ci il tarixdə saat 01:40 radələrində Fərzana “Fərzan, bura yazarsan, mamaya yazma” yazmış, Fərzan da cavabında “yaxşı” yazmışdır. Daha sonra saat “02:17-də Günel Fərzana “burdasan?” yazmış, Fərzan isə cavabında səsli mesaj göndərərək “dedim uşağa, orda bir dənə yer tapsın, yıxılıb yatsın, səhər görüşərsiz” demişdir. Bundan sonra saat 02:18-də Günel Fərzana “Fərzan, Aynur yatıb, məndə səhərdən gözlədim, səndən səs çıxmadı, səhər saat neçədə? Dəqiq olacaq? Mama narahatdı e” yazmış, cavabında Fərzan saat 02:19-da səsli mesaj göndərərək “uşaq çatıbdı indi, ta göndərmirəm ora gəlsin, gec vaxtdır, səhər haçan desən elə o vaxt yerbəyer olar, narahatçılığı yoxdur” demişdir. Bundan sonra saat 02:20-də Günel Fərzana “ok, çox sağ ol” yazmış, Fərzan ona saat 02:40-da “səndə sağ ol, ay qız, gecen xeyrə” yazmış, saat 12:44- də səsli mesaj göndərib “Aynurəyə denən, bir dənə telefonuna baxsın, sənə qurban” demişdir. 24.01.2020-ci il tarixdə saat 14:29-da Fərzan səsli mesaj göndərərək “anaya dənən girsin bir dənə vatsapa”, “denən hara gəlsin uşaq?”, “cavab verin də mənə, niyə cavab vermirsiz mənə” demişdir. Fərzan 25.01.2020-ci il tarixdə saat 00:07-də “anaya denən bidənə mənə zəng vursun” yazmış, saat 01:33-də səsli mesaj yazaraq “Günel, anaya denən bidənə mənə zəng eləsin” demişdir. Bundan başqa Fərzan 26.01.2020-ci il tarixdə səsli mesaj göndərərək “Günel, bu nə hərəkətdir indi məsələn edirsiniz siz,nolsun, anaya denən niyə istiyir belə eləyə, istəyir “malı” yeyə, uşaq aldadırsız denən, mən dünən adam var soruşdum, heç belə şey olunmuyub axı, nə cür oldu sənin ananı tutdular yalandan, heç biriniz də cavab vermirsiz, o “mal”ı qoymaram ki, siz yeyəsiz, and ola Allaha onu mən burnunuzdan gətirrəm aşağı” demişdir. Günel 24.01.2020-ci i! tarixdə saat 18:31-də adı “mal" kimi qeyd edilmiş şəxsə “burdasız?” yazmışdır. Günel adını “mamam” kimi qeyd etdiyi Aynurəyə 19.01.2020-ci il tarixdə “sənin nəslini sikim, sənin var yoxunu sikim, sənin peysər nəslini sikim, cırıq qızı cırıq, sənin mənim kimi anam yoxdur, dur siktir qəhbə” məzmunda qeyri-etik mesajlar yazmışdır, 24.01.2020-ci il tarixdə saat 17:53-dən-18:24-dək olan müddətdə Günel anası Aynurəyə “mama, neynədin, mama, ay mama, doğdum, Aynurə, ay mama, mama narahatam axı, mama cavab ver” məzmunlu mesajlar yazmışdır. Təqsirləndirilən şəxs2 digər «WhatsApp” yazışmalarına baxış keçirildikdə adları “Atı gəlin”, “Vəliş”, “Ershad”, “Cavid”, “Miri”, “Khanım”, “Emil”, “Zerish”, “Qaga cin”, “Papa”, “Xalashka”, “Fidan”, “Ulkar”, “Gulu xala, “Fərid qaqa”, “Bibi”, “Xegani”, “Zemulia”, ***-***-**-** və digər şəxslərlə yazışmalar olsa da həmin yazışmalardan bəzilərinin məzmununda qeyri-etik yazışmalar aşkar edilsədə, iş üçün mühüm əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Telefonun “Şəkillər” bölməsinə baxış keçirildikdə 24.01.2020-ci il tarixdə çəkilmiş narkotik vasitə şəklinin olması müəyyən edilmişdir. Baxış başa çatdıqdan sonra mobii telefonun yaddaşından iş üçün əhəmiyyət kəsb edən məlumatlar 05 vərəqdə çap edilərək protokola əlavə edilmişdir (2-ci cild iş vərəqi 16-22). İşdə olan Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (077) ***-**-** mobil nömrəsindən 20 yanvar 2020-ci il tarixdən 27 yanvar 2020-ci il tarixədək olan müddət ərzində daxil və xaric olan zənglərin siyahısının, zənglərə dair dislokasiyanın, göndərilən və qəbul edilən SMS-lərin mətnlərinin, daxil və xaric olan zənglərin edildiyi, SMS-lərin qəbul edildiyi və ötürüldüyü nömrələrin məxsus olduğu şəxslərə dair anket məlumatlarının əks olunduğu, Nar Mobile MMC-dən təqdim edilmiş CD diskə 22 may 2020-ci il tarixli baxış protokolundan görünür ki, 24.01.2020-ci il tarixdə həmin nömrə ilə (051) ***-**-** və (070) ***-**-** mobil nömrələr arasında danışıqlar olması müəyyən edilmiş, həmin məlumatlar “HP X8 M102a” markalı printerdən istifadə edilməklə çap edilərək 3 vərəqdə protokola əlavə edilmişdir (2-ci cild iş vərəqi 57-60). İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə 25 yanvar 2020-ci il tarixli 1941 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd şəffaf polietilen paketdəki 5 ədəd rəngli folqa paketlərin içərisində narıncı rəngli nazik sellofan bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri: 995 qram, 995 qram, 990 qram, 960 qram və 990 qram olan maddələr (bitki mənşəli kütlələr) narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranıdır. Ümumi çəkisi - 4930 qramdır (4kq 930qram). Təqdim olunmuş həşiş qətranları tərkiblərinə görə eynidirlər. Qeyd: Həşiş qətranının ümumi çəkisi - 4930 qram, tədqiqata istifadə olundu - 0,1 qram(hər obyektdən 0,02qram), qalıq 4929,9 qramdır (1-ci cild iş vərəqi 86) İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertiza üzrə 25 yanvar 2020-ci il tarixli 1942 №li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 000121 №-li polietilen paketdə iki ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 3035 qram və 1000 qram, ümumi təmiz çəkisi 4035 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Türtək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Hər iki bükümdəki tiryəklər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Qeyd: Tiryəkin təmiz çəkisi - 4035 qram, tədqiqata sərf olundu - 0,100 qram, qalıq 4034,9 qram (1-ci cild iş vərəqi 89-90). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 19 fevral 2020-ci il tarixli 446 nömrəli eksper rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 223-224) İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 11 mart 2020-ci il tarixli 698 nömrəli ekspert rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicə ehtiyacı yoxdur (2-ci cild iş vərəqi 37-38). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 86- 87). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 58- 55). İşdə olan şübhəli şəxsin tutulması haqqında 25 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 25 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cildiş vərəqi 17). İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 102-103). İşdə olan şübhəli şəxsin tutulması haqqında 25 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cildiş vərəqi 27). İşdə olan Azərbaycan Respublikası Baş prokurorunun 1-ci müavininin 26 yanvar 2020-ci il tarixli qərarından görünür ki, 25 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə təqdimat verilməsi üçün Baş prokurorluğuna vəsatətlə müraciət edilmiş, Baş prokurorun birinci müavini Rüstəm Usubovun 26.01.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir (1-ci cild iş vərəqi 151-154). İşdə olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri sençilməklə azad edilməsi haqqında 26 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 26 yanvar 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir (1-ci cild iş vərəqi 155-157). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələri işin faktiki hallarına uyğyn hesab edir, onların məhkəmə zamanı verdikləri ifadələri isə - biri-birilərinin və özlərinin müdafiəsinə yönəlmiş hesab edir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq zamanı verdikləri ifadələrə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında, həmçinin cinayətkar qrupun İran İslam Respublikasında yaşayan istintaqla şəxsiyyəti müəyyən edilməmiş Fərzan adlı üzvü ilə apardıqları telefon danışıqlarına, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməklə külli miqdarda narkotik vasitələri əldə edərək saxlamaları və daşımaları tam təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://e-qanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halların olmaması və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, tiryək narkotik vasitəsinin külli miqdarının aşağı həddi 50 qram, həşiş qətranı narkotik vasitəsinin külli miqdarının aşağı həddi 40 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədilə əldə etdikləri və saxladıqları 4.035 qram narkotik vasitə tiryək və 4.930 qram narkotik vasitə həşiş külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3 maddəsinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzalarını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 25 yanvar 2020-ci il tarixdən Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 27 avqust 2021-ci il tarixdən hesablanmalıdır; Təqsirləndirilən şəxs2 25 yanvar 2020-ci il tarixdən 26 yanvar 2020-ci il tarixədək tutulduğu müddət - 1 (bir) gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağıraşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 25 yanvar 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağıraşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsini, cəzaçəkməsinin başlanğıcının 27 avqust 2020-ci il tarixdən hesablanmasını, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 25 yanvar 2020-ci il tarixdən 26 yanvar 2020-ci il tarixədək tutulduğu müddət - 1 (bir) gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini mülkiyyətində olan «Mİ A2 Lite» markalı mobil telefon vasitəsilə və Təqsirləndirilən şəxs2 cinayət əməlini mülkiyyətində olan «İPhone 8» markalı mobil telefon vasitəsilə törətmişdir. Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən «Mİ A2 Lite» markalı və «İPhone 8» markalı mobil telefonlar xüsusi müsadirə edilməli və cinayət işinin materiallarına əlavə edilməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İş üzrə maddi sübutlar - Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 4929,9 qram həşiş qətranı, 4034,9 qram tiryəki və üzərində “Metak” yazısı olan 1 ədəd kisə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə məsrəfləri - məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizaların 151,64 manat (yüz əlli bir manat altmış dörd qəpik) dəyəri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı 25 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 25 yanvar 2020-ci il tarixdən 26 yanvar 2020-ci il tarixədək tutulduğu 1 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablansın və həmin müddət nəzərə alınmaqla üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı 27 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs olunsun, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 4.929,9 qram həşiş qətranı və 4.034,9 qram tiryək, üzərində “Metak” yazısı olan 1 ədəd kisə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – cinayət işinin materiallarında saxlanılan bir ədəd «Mİ A2 Lite» markalı və «İPhone 8» markalı mobil telefon xüsusi müsadirə olunsun və cinayət işinin materiallarına əlavə edilsin. Məhkəmə məsrəfləri - məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizaların 151,64 manat (yüz əlli bir manat altmış dörd qəpik) dəyəri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Abşeron Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Siyavuş Hacıyev

hakimlər: Rahib Salmanov

Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar