Məhkəmə qərarları › İş №1(101)-450/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-450/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-450/2023 17.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi - “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə 9 avqust 1966-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017ci il tarixli hökmünə əsasən CM-in 178.2.4 və 318-1-ci maddələri ilə təqsirli bilinməklə, 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 70-ci maddəsinə əsasən cəzası şərti hesab olunmaqla 2 il sınaq müddəti müəyyən edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmünə əsasən CM-in 29,178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 7 İl 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-ci İl tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə CM-in 71.5-ci maddəsinə əsasən ləğv edilməklə CM-in 67.1-ci maddəsinə əsasən cəzaları qismən birləşdirməklə üzərində qəti olaraq 8 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkumluğu ödənilməmiş, cinayət törədilən vaxt işləməmiş, Bakı şəhəri, Səbail rayonu, Səbail RPİ, Neftçilər prospekti, 129 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini vahid niyyətlə təhrik etmişdir; belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********84-10301 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”la mülkiyyətində olan və Bakı şəhəri, Xəzər rayonu, X7, ev 60F ünvanında yerləşən torpaq sahəsinin ölçüsünün sənəd üzrə 0.18 ha olmasına baxmayaraq, əlavə olaraq faktiki istifadəsində olan 0,0418 ha ölçüdə torpaq sahəsi də daxil olmaqla hasara aldığı ümumilikdə 0,2218 ha torpaq sahəsində sonradan tikdiyi fərdi yaşayış evinin bir hissəsinin əlavə olaraq faktiki istifadəsində olan 0,02 ha ərazidə yerləşdiyinə görə ümumilikdə 0,20 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin və yeni çıxarışın, həmçinin, həmin torpaq sahəsinin üzərində tikilmiş və bir hissəsi faktiki istifadəsində olan ərazidə yerləşən iki mərtəbəli fərdi yaşayış evinə dair texniki pasport və çıxarışın verilməsində köməklik göstərilməsi üçün tanışı cinayətdən xəbərsiz olan Şahid1 vasitəsilə 2021-ci ilin iyul ayında özünə müraciəti ilə əlaqədar sonuncunun və Zərərçəkmiş şəxs faktiki sürücüsü kimi fəaliyyət göstərən cinayətdən xəbərsiz Şahid2 iştirakı ilə Zərərçəkmiş şəxsla Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 1 saylı Bakı Ərazi İdarəsinin yaxınlığında yerləşən “Kosmos” adlı kafedə, görüşərək sonuncunun mövqeyini bildikdən sonra 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsinin müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməli olduğu halda Zərərçəkmiş şəxs ilk mərhələdə müvafiq torpaq sahəsinə dair, yəni sonuncuya məxsus 0,18 ha ölçüdə torpaq sahəsindən əlavə olaraq faktiki istifadəsində olan 0,0418 ha torpaq sahəsinin 0,02 ha ölçüdə olan hissəsi də daxil olmaqla, ümumilikdə 0,20 ha ölçüdə torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin tərtib edilməsi və “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilməsi ilə bağlı köməklik göstərəcəyini yalandan vəd etməklə guya özünün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 1 saylı Bakı Ərazi İdarəsində işləyən vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirdikdən və sonradan Zərərçəkmiş şəxs tərəfindən özünə növbəti pul vəsaitlərinin verilməsini təmin etmək məqsədilə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə görə sənədləşmə işini növbəti mərhələdə icra edəcəyi barədə aldatmaqla vəd verdikdən sonra Zərərçəkmiş şəxs razılığını almaqla sövdələşib, həmin adla Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Kosmos” adlı kafedə 2021-ci ilin iyul ayında olan görüş zamanı 5.000 (beş min) manat məbləğində pul vəsaitini ondan alıb, müəyyən müddətdən, yəni, öz tapşırığı ilə Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətinə əsasən İdarənin mühəndisləri tərəfindən müvafiq ünvana gedərək ölçmə işləri icra edildikdən və mühəndislər tərəfindən Zərərçəkmiş şəxs ümumi şəkildə faktiki istifadəsində olan ərazinin 0,02 ha deyil, 0,0418 ha ölçüdə olması və həmin ərizəsinə imtina cavabının verilməsi ehtimalının böyük olması barədə əvvəlcədən şifahi məlumat verilməsindən sonra öz cinayətkar niyyətini davam etdirərək bu problemlə əlaqədar yenidən özünə müraciət etmiş Zərərçəkmiş şəxs eyni niyyətlə 0.02 ha ölçüdə deyil, faktiki istifadəsində olan ərazinin hamısı, yəni 0,0418 ha ölçüdə olan ərazi, bütövlükdə daxil olmaqla, ümumilikdə 0,2218 ha ölçüdə əraziyə dair “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin tərtib edilməsi və çıxarışın verilməsi üçün əlavə olaraq eyni vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib onun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxsla eyni ünvanda, yəni Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 1 saylı Bakı Ərazi İdarəsinin yaxınlığında yerləşən “Kosmos” adlı kafedə, görüşərək 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ondan aldıqdan və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Zərərçəkmiş şəxs 02 sentyabr 2021-ci il tarixli ********** nömrəli müraciətinə 15 sentyabr 2021-ci il tarixli **********39 nömrəli məktubla əlavə olaraq faktiki istifadəsində olan torpaq sahəsinə dair ərizəçi tərəfindən hər hansı bir hüquq müəyyənedici sənəd təqdim edilməməsi səbəbindən imtina verilməsindən sonra öz cinayətkar niyyətini davam etdirərək yenidən həmin problemin həlli ilə əlaqədar özünə müraciət etmiş Zərərçəkmiş şəxs eyni niyyətlə həm 0,2218 ha ölçüdə olan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin və çıxarışın, eyni zamanda həmin torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinə dair texniki pasportun və çıxarışın verilməsi üçün 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin yenə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 1 saylı Bakı Ərazi İdarəsində işləyən vəzifəli şəxslərə rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib Zərərçəkmiş şəxs razılığını almaqla sövdələşdikdən sonra 2021-ci ilin oktyabr ayının əvvəllərində sonuncudan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 “Əmlak Xidmətləri Məkanı” adlı idarəsinin Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 20 ünvanında yerləşən inzibati binasının yaxınlığında 4.000 (dörd min) manat məbləğində pul vəsaitini alıb, öz şəxsi ehtiyaclarına xərcləyərək, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 10.500 (on min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə vahid niyyətlə sonuncunu təhrik etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, nəyə görə ona 32.5, 312.2-ci maddələri ilə ititham verildiyini başa düşmür, belə ki, o, heç bir vəzifəli şəxslə nə görüşməmiş, nə də danışmamış, heç bir vəzifəli şəxslə telefon danışığı da olmamışdır, heç bir iş də görməmişdir, o, torpaq sahələrin və evləri alğı-satqısı ilə məşğul olmuş, işinə həmçinin sənədlərin düzəldilməsi də daxil olmuşdur, Zərərçəkmiş şəxsla onu Şahid1 tanış etmiş, Zərərçəkmiş şəxs qanunsuz 2 sot torpaq sahəsinin sənədləşdirilməsi üçün Zərərçəkmiş şəxs cəmi 4.000 manata almış, sonuncudan başqa pul vəsaiti almamışdır. Zərərçəkmiş şəxsla dəfələrlə görüşüb sənədlərinin düzgün olmamasını, sənədlərin Şəhərsalmadan (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 1 saylı Bakı Ərazi İdarəsi) keçmədyini və 2 sot torpaq üçün sənəd verilməsindən imtina olunduğunu bildirmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, Lerikdə yaşayır, Binə qəsəbəsində ev tikmiş, torpaq sahəsinin sənədləşdirilməsin üçün tanışı Şahid1 müraciət etmiş, Elman onu Təqsirləndirilən şəxsla tanış etmiş, Musa ilə görüşmüş, sənədləri sonuncuya vermiş, torpaq sahəsini qeydiyyata sala bilib-bilməyəcəyni soruşmuş, Musa müsbət cavab vermiş və qeydiyyatı qanunla edəcəyini bildirmişdir, bundan sonra Musa onun evinin 2 metrinin zəbt olunmuş torpağa düşdüyünü demiş, qanuniləşdirmək üçün 4.000 manat pul istəmiş, bundan sonra evə sənəd çıxarılacağını demiş, pulu verdikdən sonra 3 ay gedib-gəlmişdir, Musa sonra ona layihənin dəyişildiyini demiş, sonra torpaq sahəsinin hamısını rəsmiləşdirilməsini təklif etmiş, 25 sot torpaq sahəsi üçün hamısı üçün Musaya əlavə olaraq 1.500 manat və 5.000 manat pul vermişdir. 1 il ərzində Musa onu get-gələ salmış və sənədləri düzəltməmiş, pulunu da qaytarmamışdır. Təqsirləndirilən şəxs hər dəfə 4.000, 1.500 və 5000 manat olmaqla 3 dəfəyə 10.500 manat pul vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxsla təsərrüfatda bir yerdə işləyir, onun bütün texniklalarını o idarə edir, Zərərçəkmiş şəxsla Bakı şəhərinə gedərək Musa İsmyılovla görüşmüşlər, orada Musa ilə Fərzəli sənədlərdlə bağlı söhbət etmişlər, Təqsirləndirilən şəxs bir dəfə 5.000 manat, bir dəfə 4.000 manat və bir dəfə 1. 500 manat pul vermişlər, həmin pul məbləğlərinin verilməsndə şəxsən iştirak etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla eyni qəsəbədə, yəni Binə qəsəbəsində yaşamış, atası ilə dost münasibətində olmuşdur, Zərərçəkmiş şəxs hamı “ağsaqqal” kimi tanımış, Zərərçəkmiş şəxs təxminən 2021-ci ilin iyul ayında ona 2 mərtəbəli obyektinin tikildiyi torpaq sahəsinin 2 sot olan hissəsinin zəbt olduğunu və ümumilikdə, həmin əraziyə “sənəd” almaq istədiyini bildirmiş, həmin vaxt onun ağlına qəsəbədə sənədləşdirmə işləri ilə məşğul olan Təqsirləndirilən şəxs gəlmiş, sonuncuya zəng etmiş, Fərzəlinin Musa ilə görüşdürmüş, sənədləşmə işlərinə görə Musa Zərərçəkmiş şəxs onun yanında birinci dəfə 5.000 manat məbləğində pul vermişdir. Bu zaman o, Təqsirləndirilən şəxs 200 manat məbləğində pul almışdır və həmin puldan müştəri gətirdiyinə görə ona da 150 manat pul vermişdir. Bundan sonra Zərərçəkmiş şəxsla birlikdə Təqsirləndirilən şəxsla təxminən daha 3 dəfə görüşmüşlər, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlavə 4.000, bir dəfə isə 1.500 manat pul vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 Zərərçəkmiş şəxs Balairzə oğlunun, şahidlər X2 və Şahid1 ifadələrinə və işin faktiki hallarına uyğun ifadə vermişdir (2-ci cild iş vərəqi 274-278). Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 10 oktyabr 2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs 19 mart 2022-ci il tarixdə götürülmüş 01 ədəd “CD" diskə də sonuncunun iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilən zaman həmin “CD” diskdə 01 ədəd adı “WhatsApp Video 2022-03-26 at 12:23:34” olan görüntünün olması müəyyən edilmişdir. Həmin fayl açıldıqda faylda 01 dəqiqə 37 saniyədən ibarət videogörüntünün olması müəyyən edilmişdir. Videogörüntünün məzmununa əsasən danışıqda iştirak edən şəxslərin 3 nəfər olması və həmin şəxslərdən heç birinin üzünün görünməməsi müəyyən edilmişdir. İstintaq hərəkətində iştirak edən Zərərçəkmiş şəxs görüntüdə olan boz rəngli palto, qara rəngli kostyum və şalvar geyinən, eyni zamanda əlində müvafiq sənədləri tutan şəxsin Təqsirləndirilən şəxs olması, görüntüdə digər qara şalvar, üzəri qara, alt nahiyəsi isə ağ rəngli ayaqqabı geyinən şəxsin Şahid1 olmasım bildirmişdir. Videogörüntüdə olan danışığın məzmunu aşağıdakı kimidir: Təqsirləndirilən şəxs: Qeyri-yaşayış və tikinti normalarının və qaydalarının Şəhərsalma və Tikinti, (əlindəki sənəddən oxuyur) Guya Şəhərsalma sənə nə isə verməli idi? Layihəni təsdiq etməli idi. Layihən də burdadır. (əfində olan layihəni göstərir) Layihədən də görünür ki, zəbtə düşür bir hissəsi. Yaşayış yeri. Zərərçəkmiş şəxs: Yox e, söhbət o, oldu ki, birinci torpağın məsələsi həll edirik. Təqsirləndirilən şəxs: Bəs sənə dedim də, əvvəl torpağı həll edirik. Zərərçəkmiş şəxs: Dedim də mən sənə. Bir dəqiqə səbr elə. Təqsirləndirilən şəxs: Bir dəqiqə e. Başa düşdüm də, əmioğlu. Zərərçəkmiş şəxs: Dedim ki, mən torpaqdan ötrü birinci gəlmişdim. Sən dedin ki, hamısını, bir dəfəlik bir yerdə həll edək. Təqsirləndirilən şəxs: Hə də mən də istədim ki, obyektlə bir yerdə həli edək. Bax bu.... Şahid1: Sən istədin ki, obyektlə bir yerdə edək. Zərərçəkmiş şəxs: Yox e, dedin 5.000 (beş min) ver. Verdim? Təqsirləndirilən şəxs: Bildim, başa düşdüm e. Zərərçəkmiş şəxs: 4.000 (dörd min) ver dedin. Verdim? Təqsirləndirilən şəxs: Bəli, bəli. Zərərçəkmiş şəxs: 1.500 (bir min beş yüz) dedin. Verdim? Təqsirləndirilən şəxs: Hə. Zərərçəkmiş şəxs: Bu layihəyə 1.000 (bir min) manat vermişəm? Təqsirləndirilən şəxs: 1.000 (bir min) manat? Nəyə? Zərərçəkmiş şəxs: 2 dəfə dəyişmişik. 3 dəfə elə... Təqsirləndirilən şəxs: Layihənin nəyinə 1.000 (bir min) manat vermisən? Layihəni mən dəyişmişəm axırıncı dəfə. Zərərçəkmiş şəxs: .... dəfə nə qədər verdim? Şahid1: Yox e, eiə hər dəfə Orxan səhv edirdi, aparırdım 100 (bir yüz) manat verirdim. Zərərçəkmiş şəxs: Yox e, bir dəfə 400 (dörd yüz) manat vermədim? Şahid1: 400 (dörd yüz) bir verib, 100, 100, 100 bir verib? Təqsirləndirilən şəxs: Nəyə görə da? Ayə, .... Yeyir Orxan, axırıncı dəfə mən dəyişmişəm. Zərərçəkmiş şəxs: Qardaş 15.000 (on beş min) pul vermişəm. İkiniz həll edin onda. Sən dedin 400 (dörd yüz) ver. Verdim. Düzdü? Şahid1: “Düpbədüz”. Hələ sən 100 də artıq verdin. Belə sən 2-3 min pul vermisən. Zərərçəkmiş şəxs: Yox Musa indi bu, neçə vaxtdır elə məni incidirsən. Təqsirləndirilən şəxs: Səni yox e qardaşım... Zərərçəkmiş şəxs: Mən 6 aydır düşmüşəm dalınca, ay Musa. Təqsirləndirilən şəxs: Belə istəyirsən belə zəng edim təzədən ver qəbula. İstəyirsən də, istəməsən də Zərərçəkmiş şəxs: Yox e, yenə məni incidərsən, neçə vaxtdır, onu mən nə qədər gözləməliyəm? Təqsirləndirilən şəxs: Bir dəqiqə.... Şahid1: Kişi gedir əməliyyata e, Türkiyəyə. Təqsirləndirilən şəxs: Bilirəm, ayın 11-1 gedir. Şahid1: Biletini də alıb. Təqsirləndirilən şəxs: Bilirəm, qoy bir dəqiqə danışım. Şərəfsizə vermişəm də. Zərərçəkmiş şəxs: Uşaqları da bezikdirmişəm, hamısınız bezikdirmişəm. O deyir nə oldu, bu deyir nə oldu? Şahid1: Allahaqqı məni də bezdirib “uje”. Bu sözlərdən sonra videogörüntü bitmişdir. Ardınca Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxsla WhatsApp yazışmalarının fotoşəkillərini əks etdirən 05 ədəd vərəqə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında olan həmin yazışmaların 21 dekabr 2021-ci il tarixdə başlanılması, ilk olaraq həmin tarixdə saat 12:58-də Təqsirləndirilən şəxs tərəfindən öz adına rəsmiləşdirilmiş 4169-7385-8701-9906 nömrəli "xxxx" ASC-yə məxsus plastik kartın şəklini göndərməsi müəyyən olunmuşdur. Həmin mesajdan sonra Zərərçəkmiş şəxs tərəfindən həmin plastik kart hesabına ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin göndərilməsi barədə olan qəbzlərin fotoşəkillərinin göndərilməsi əksini tapmışdır. Həmin qəbzlərdən sonra yenə də 21 dekabr 2021-ci ii tarixdə saat 14:17-də Təqsirləndirilən şəxs tərəfindən “Çox sağ ol qardaş Allah köməyin olsun” məzmununda mesaj göndərilməsi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 21 dekabr 2021-ci il tarixdə saat 19:33- də Zərərçəkmiş şəxs “********** nomreli erize icraatdadir. Xidmet haqqi borcunuz: 91.5 AZN. Dovlet rusumu borcunur: 80 AZN” məzmununda mesaj yazması müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin ərizə nömrəsinin özünün 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətin ərizə nömrəsi olmasını və müvafiq mesajda göstərilən rüsumları özünün ödədiyini bildirmişdir. Ardınca baxış zamanı Zərərçəkmiş şəxs 09 fevral 2022-ci il tarixdə saat 11:51-də Təqsirləndirilən şəxs “Musa məni incitmə. Mənim pulumu qaytar.0” məzmununda mesaj yazması lakin, həmin mesaja Təqsirləndirilən şəxs tərəfindən cavab verilməməsi müəyyən edilmişdir (3-cücild iş vərəqi 1-2). İşdə olan 17 oktyabr 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protkoldan görünür ki, "xxxx" MMC-nin 07 iyul 2022-ci tarixli BKC/LGL-9532/22 nömrəli məktubuna əsasən göndərilmiş 01 ədəd “CD” diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs Baiamirzə oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 02 sentyabr 2021-ci il tarixdən 18 yanvar 2022-ci il tarixədək ümumilikdə 105 dəfə danışıq aparılmışdır. Həmin danışıqların başlandığı vaxt olan 02 sentyabr 2021-ci il tarixin iş materiallarına əsasən Zərərçəkmiş şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubiik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyi tarixlə eyni olması müəyyən edilmişdir. Ardınca Təqsirləndirilən şəxs İstifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 21 dekabr 2021-ci il tarixdən 08 yanvar 2022-ci il tarixədək ümumilikdə 11 dəfə telefon danışığının aparılması müəyyən edilmişdir. Həmçinin, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 12 yanvar 2021-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək ümumilikdə 498 dəfə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında yalnız 1 dəfə 16 yanvar 2021-ci il tarixdə 58 saniyə müddətində danışığın aparılması müəyyən edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şahid qismində dindirilmiş və faktiki olaraq cinayət işi üzrə əhəmiyyət kəsb edən Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin eksiz layihəsini çəkən şəxs olan Şahid3 ilə telefon danışığı apartb-aparmaması araşdırılmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 29 yanvar 2021-ci il tarixdən 15 yanvar 2022-ci il tarixədək ümumilikdə 252 dəfə telefon danışığı həyata keçirilmişdir (3cü cild iş vərəqi 77-87). İşdə olan **********84-10301 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”dan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Bİnə qəsəbəsi, X7 ünvanında yerləşən 0.10 ha ölçüdə “yaşayış məntəqələrinin torpaqları” təyinatlı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 60F nömrəli, ümumi sahəsi 83.3 kvadratmetr olan fərdi yaşayış evinə dair Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmiş həmin reyestr nömrəli çıxarış xx.xx.2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır (3-cü cild iş vərəqi 20). İşdə olan materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X7 ünvanında yerləşən torpaq sahəsində olan tikilinin 2021-ci il tarixli “X5”ndən görünür ki, həmin sənəd "xxxx" MMC tərəfindən tərtib edilmişdir və həmin sənəddə müvafiq torpaq sahəsindəki tikilinin iki mərtəbəli olması müəyyən edilmişdir (3-cü cild iş vərəqi 31-43). İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubiik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 07 oktyabr 2022-ci il tarixli **********50 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Hövsan Binə qəsəbəsi, X7, 60 F ünvanında yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsinə tikilmiş fərdi yaşayış evinə dair həmin idarəyə 02 sentyabr 2022-ci il, 16 sentyabr 2021-ci il və 30 noyabr 2021-ci il tarixli müraciətləri olmuş və həmin müraciətlərə dair idarə tərəfindən müvafiq olaraq sentyabr 2021-ci il, 06 oktyabr 2021-ci il və 30 dekabr 2021-ci il tarixlərdə imtina məktubları ünvanlanmışdır. 1 saylı Bakı Ərazi İdarəsinin 15 sentyabr 2021-cİ il tarixli **********39 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Hövsan Binə qəsəbəsi, X7, 60 F ünvanında yerləşən fərdi yaşayış evinə təkrar texniki pasportun verilməsi ilə bağlı 02 sentyabr 2021-ci il tarixli ********** nömrəli müraciətinə qeydiyyatdan keçmiş evin sökülməsi, həmin ərazidə yaşayış evi və əlavə tikililərin inşa edilməsi, sənəd üzrə torpaq sahəsinin 1800,0 kv.m olmasına baxmayaraq faktiki hasara alınmış sahənin 2218,0 kv.m olması, 418,0 kv.m əlavə torpaq sahəsinin mövcud olması səbəbindən imtina verilmiş və sözügedən əlavə sahəyə dair ərizəçi və ya onun nümayəndəsi tərəfindən hüquqmüəyyən edici sənədlərlə müraciət ediləcəyi təqdirdə işin icrasına qanunamüvafiq qaydada baxıla biləcəyi barədə məlumat verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin 06 oktyabr 2021-ci il tarixli **********52 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Hövsan Binə qəsəbəsi, X7, ev 60 F ünvanında yerləşən fərdi yaşayış evi üzərində cari dəyişiklik edilməsi və hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 15 sentyabr 2021-ci il tarixli ********** nömrəli müraciətinə elektron baza məlumatlarına əsasən əlavə torpaq sahəsinin istifadə olunması və fərdi yaşayış evinin bir hissəsinin əlavə torpaq sahəsində inşa olunması, həmçinin fərdi yaşayış evinə dair təqdim edilən eskiz layihədə 3 mərtəbəli qeyd olunmasına baxmayaraq faktiki fərdi yaşayış evinin 2 mərtəbəli olması səbəbindən imtina verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin 30 dekabr 2021-ci il tarixli **********50 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Hövsan Binə qəsəbəsi, X7, ev 60 F ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 30 noyabr 2021-ci il tarixli ********** nömrəli müraciətinə elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ölçülərdən artıq olması, yaşayış evinin bir hissəsinin artıq torpaq sahəsində inşa olunması, təqdim edilmiş layihədə daşınmaz əmlak fərdi yaşayış evi kimi qeyd edilsə də yerində baxış keçirilən zaman tikilinin qeyri-yaşayış binası kimi istifadə üçün nəzərdə tutulması səbəbindən imtina verilmişdir (3-cü cild iş vərəqi 3-15). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X1” X10 6638 nömrəli 23 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin Xəstəxanada müalicədə olmamışdır (2-cit cild iş vərəqi 215-216). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X3” X10 30 iyul 2022-ci il tarixli, xx/xx-10530 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin Mərkəzdə müalicədə olmamışdır və həmin Mərkəzdə qeydiyyatı yoxdur (2-cicild iş vərəqi 236-237). İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 22 avqust 2022-ci il tarixli **********43 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış əmlak aşkar edilməmişdir (2-ci cild iş vərəqi 217-218). İşdə olan 18 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs 19 mart 2022-ci il tarixdə ibtidai İstinaqa könüllü olaraq təqdim etdiyi “CD” disk və “WhatsApp” yazışmalarını əks etdirən 05 ədəd vərəq, həmçinin, "xxxx" MMC-nin 07 iyul 2022-ci tarixli BKC/LGL-9532/22 nömrəli məktubuna əsasən göndərilmiş 01 ədəd “CD” disk maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir (3-cücild iş vərəqi 99-147). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 iyul 2022-ci il tarixli tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 1(101)-92/2022 hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmünə əsasən CM-in 178.2.4 və 318-1-ci maddələri ilə təqsirli bilinməklə, 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən cəzası şərti hesab olunmaqla 2 il sınaq müddəti müəyyən edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmünə əsasən CM-in 29,178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 7 İl 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-ci İl tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə CMin 71.5-ci maddəsinə əsasən ləğv edilməklə CM-in 67.1-ci maddəsinə əsasən cəzaları qismən birləşdirməklə üzərində qəti olaraq 8 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (1-ci cild iş vərəqi 117-143 və 2-ci cild iş vərəqi 177-178). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında məhkəmə hazırlıq iclasının 28 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələri özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməllərinə görə məsuliyyətdən yayınmaq məqsədi daşıyır, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam təsdiqini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. İşdə olan Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi videogörüntülərdən aydın olur ki, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında torpaq sahəsinin sənədləşdirilməsi üçün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 10.500 manat pul verməsi, sonuncunun bunu təsdiq etməsi, Təqsirləndirilən şəxs pul məbləğlərini hansısa vəzifəli şəxsə verməsi ilə bağlı söhbətlər aparılmışdır. Lakin ibtidai istintaq zamanı və məhkəmə zamanı Təqsirləndirilən şəxs işin faktiki hallarına uyğun olmayan ifadə verərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 10.500 manat deyil, xidmət göstərməsi ilə bağlı cəmi 4.000 manat pul almış, həmin pulu vəzifəli şəxsə vermək adı ilə almamışdır. İşdə olan mobil telefon operatorlardan əldə edilmiş məlumatlardan görünür ki, X6 Şahbazov arasında 02 sentyabr 2021-ci il tarixdən 18 yanvar 2022-ci il tarixədək ümumilikdə 105 dəfə danışıq aparılmışdır, həmin danışıqların başlandığı vaxt Zərərçəkmiş şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyi tarixlə eyni olmuşdur, bu da bir daha təsdiq edir ki, sonuncular arasında danışıqlar torpaq sahəsini sənədləşdirilməsi ilə bağlı olmuşdur. Eyni zamanda mobil telefon operatorlarından daxil olmuş məlumatlarla həmçinin müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin eksiz layihəsini çəkən şəxs olan Şahid3 ilə Təqsirləndirilən şəxs arasında 29 yanvar 2021-ci il tarixdən 15 yanvar 2022-ci il tarixədək ümumilikdə 252 dəfə telefon danışığı həyata keçirilmişdir, göstərilən bu hal da təsdiq edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin səndələşdirilməsi üçün lazımi hərəkətləri aparan vəzifəli şəxslə çox saylı danışıqlar aparmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 178.2.4-ci maddəsinin sankisyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, həmin Məcəllənin 312.2-ci maddəsinin sanksiyasında səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.2.4-ci maddəsi az ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 312.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İbtidai istintaq və məhkəmə zamanı Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmədiyindən və dövlət büdcəsinə ödəniş edilmədiyindən onun CM-in 73-1.2-ci maddəsinin müddəalarına əsasən cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir, bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər; həmin Plenum Qərarının 2-ci maddəsinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür; dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58-ci maddələrinin tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə köməklik göstərir və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda preventiv rol oynayır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfı deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə kollegiyası sadalanan qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və ağır cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, işin digər hallarını, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin etməsini qanunun tələblərinə və cəza siyasətinə müvafiq hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir; bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ittiham üzrə cinayət əməllərini 2021-ci ilin iyul-oktyabr ayları ərzində, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətməsi nəzərə alınmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli və cəzanın başlanğıcı 17 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi az ağır və ağır cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cəza təyin etməyi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 66.5ci maddəsinə əsasən hazırki hökm üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin eməyi və cəzaçəkməsinin başlanğıcının 17 yanvar 2022-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edildməmişdir. Məhkəmə zamanı Zərərçəkmiş şəxs tərəfindən 10.500 manat maddi ziyan, 20.000 manat mənəvi ziyan və 180 manat dövlət rüsumunun, cəmi 30.680 manat pulun Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi barədə mülki iddia verilmiş, məhkəmə tərəfindən mülki iddia cinayət mühakimə icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs mülki cavabdeh, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışlar. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməli, maddi ziyan və dövlət rüsumu tam olaraq, mənəvi ziyan isə qismən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs 19 mart 2022-ci il tarixdə ibtidai istinaqa təqdim etdiyi “CD” disk və “WhatsApp” yazışmalarını əks etdirən 05 ədəd vərəq, "xxxx" MMC-dən göndərilmiş 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinin (ekspertiza xərclərinin) olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 32.4, 312.2-ci maddəsi ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi iilə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 8 (səkkizı) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 6 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 8 il 6 ay il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçərçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki ididası qismən təmin edilsin, 10.500 manat maddi ziyan, 1.000 manat mənəvi ziyan və 180 manat dövlət rüsumu, cəmi 11.680 manat Təqsirləndirilən şəxs İsmayl oğlundan tutularaq Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs 19 mart 2022-ci il tarixdə ibtidai istinaqa təqdim etdiyi “CD” disk və WhatsApp yazışmalarını əks etdirən 05 ədəd vərəq, "xxxx" MMC-dən göndərilmiş 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəflərinin (ekspertiza xərclərinin) olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar