Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-450/2024 24.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, AAF-2 Yaşayış Massivində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs kükrət oğlu külli miqdarda psixotrop maddə metamfetaminin 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,866 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq alıb əldə edərək üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 19:20-də Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu “Xırdalan dairəsi” adlanan yerin yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən həmin Polis Bölməsinin inzibati binasına gətirilib, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,866 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, o, 6 ay olar ki, ölkə xaricində Rusiya Federasiyasında idi. 17 aprel 2023-cü il tarixində axşam saat 20:00 radələrində Bakıya çatmışdır. Hava limanında biraz yubandıqdan sonra saat 22:00-da artıq öz evimə çatmışdır. 18 aprel 2023-cü il tarixdə də evdə olmuşdur. 19 aprel 2023-cü il tarixində evdən çölə yeni aldığı telefonu qeydiyyata aldırmağa görə çıxmışdır. Çölə çıxdıqan sonra bərbərə getmiş, sonra axşam saat 19:00 radələrində öz məhlələrinə qayıdanda ağ maşın yanında dayandı. Dörd nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdilər və onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etdilər. O könüllü olaraq polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə getdi. Üzərində olan telefonları aldıqdan sonra onu rəisin otağına dəvət etdilər. Həmin otaqda ona narkotik vasitəni üzərinə götürməli olduğunu bildirdilər. Həmin narkotik vasitəni üzərinə götürmədikdə onu vətən xaini adlandıracağını, ailəsini də polis bölməsinə gətirəcəklərini söylədilər. O məcbur qalıb ittiham aktında yazılanlarla razılaşmışdır. Üzərindən çıxan narkotik vasitə ona aid olmayıb. Bakı İstintaq Təcridxanasında olarkən müstəntiq ona narkotik vasitəni qəbul etməyini deyəndə, əvvəl razılaşmadı, sonra isə yenidən müstəntiqin yanına gedəndə ona müdafiəçi təyin olunmamış sənədlərə qol çəkdirdilər. O, məhkəmədə qətimkan tədbiri məsələsinə baxılarkən azadlığa buraxılacağıma inandırıldığına görə bu dediklərini deməmişdir. Üzərinə şəxsi axtarış aparılan zamanı video çəkiliş aparılarkən polis əməkdaşları onun ailəsini də polis bölməsinə gətirməsin deyə, onu vətən xaini adlandırmasınlar deyə ittiham aktında deyilənlərlə razılaşmışdır. Onu Xırdalan şəhəri, “AAAF-2” yaşayış massivində saxladılar. Öz evlərindən 1-2 metr aralı məsafədə polislər tərəfindən saxlanılmışdır. Onu axşam saat 19:00 radələrində polislər saxlayıblar. Onu dörd nəfər polis əməkdaşı saxladılar. Onun çantasına bölmədə baxdılar, içində sadəcə sənədlər var idi. Onu polislər Xırdalanda saxladılar, lakin Binəqədi RPİ-nin 6-cı PB-nə gətirdilər. Onun hüquq və vəifələri bölmədə ona izah olunmadı. Polis bölməsində qol çəkdiyi sənədləri oxumamışdır. Saxlanıldığı gün «Xırdalan dairəsi» adlanan ərazidə olmamışdır. O heç bir istintaq orqanına hüquqlarının pozulması ilə bağlı şikayət etməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, heç kimlə cinayət əlaqəsinə girməmiş və psixotrop maddə satmamışdır. Cinayət işi ilə bağlı göstərir ki, 19 aprel 2023-ci il tarixdə axşam saatlarında Bakı şəhəri. Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Dilan” kafesinin yaxınlığında yerdən tapdığı psixotrop maddə metanfetamini götürüb üzərində saxlamışdır. 19 aprel 2023-ci il tarixdə təxminən saat 19:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi ərazisində yerləşən «Xırdalan dairəsi» adlanan yerin yaxınlığında olduğu zaman iki nələr polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişdirlər. O. könüllü olaraq polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə getmişdir. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra, öz razılığı ilə dövlət hesabına müdafiəçi təqdim edilmişdir və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Bundan sonra öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan tünd rəngli cins şalvarımın sağ yan cibindən 01 ədəd şeflaf sellafona bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə metanfetamin zərfə qoyularaq qablaşdırılıb, möhürlənmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadələrində göstərdi ki, hadisənin baş verdiyi tarix dəqiq yadında deyil. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən metamfetamin adlandırılan psixotrop maddə çıxdı. Polis bölməsində təqsirləndirilən şəxsə heç bir fiziki və ya psixi təsir göstərilməyib. Təqsirləndirilən şəxs heç bir təhdid olunmayıb. Təqsirləndirilən şəxsin saxlanılması ilə bağlı keçirilən əməliyyatın dəqiq tarixi yadında deyil. Əməliyyat qrupunda 2 nəfər iştirak etmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat 6-cı bölməyə daxil olmuşdur. Polis bölməsinə Təqsirləndirilən şəxsla bağlı daxil olmuş əməliyyat məlumatının mənbəyi məxfidir. Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitələrin miqdarı ekspertizaya göndəriləndən sonra bilindi. Əməliyyatın keçirildiyi saatı xatırlamır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidmət eldiyi ərazidə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Cinayət hadisəsi ilə bağlı bildirmək istəyir ki, 19 aprel 2023-cü il tarixdə etimad doğuran qərəzsiz, mənbədən xx xxxxxxx 1993-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri AAF park 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs ‘"Bəhram” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək rəhbəliyə məruzə edilmiş, müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Həmçinin həmin tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Həmin məlumat keçirmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılarkən təsdiq olunaraq 19 aprel 2023-cü saat 19:20 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, “Xırdalan dairəsi” adlanan yerdə onlar tərəfindən saxlanılmışdır. Bu zaman onlar özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər və şübhəli olduğundan RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs bölməyə dəvət olunaraq onlarla könüllü oraya gəlmiş və bu barədə bölmə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması bölmənin baş təhqiqatçısı. polis mayoru Nəsimi Musayevə həvalə olunmuşdur. Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bölmənin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı ilə vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs axtarış keçirilməsi barədə qərarla tanış edilmiş, həmçinin ona və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra X4 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd rəngli şalvarın sağ yan cibindən 01 ədəd şeffaf sellafona bükülmüş halda olan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur, başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə üzərində hər hansı bir əşya olmadığım bildirmişdir. Bundan sonra X2 üzərində axtarış aparılmış, onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar olunan bükümdə nə olduğu barədə sorğu edildikdə Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metanfetamin olduğunu bildirmişdir. Ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə psixotrop maridə istifadə etməməsini, həmin bükümü 19 aprel 2023-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu Xırdalan dairəsi yaxınlığıda yerdən tapıb üzərində gəzdirdiyini sərbəst şəkildə bildirmişdir. Aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imza edildi. Şahid2 ifadələrində göstərdi ki, Binəqədi RPİ-nin 6-cı Polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. 19 aprel 2023-cü il tarixində şübhəli şəxs Təqsirləndirilən şəxs “Fidan” kafesinin qarşısında əməliyyat qrupu tərəfindən saxlanılaraq polis bölməsinə dəvət olundu. Şəxsi axtarış zamanı şalvarının sağ cibindən külli miqdarda narkotik maddə aşkar edildi. O, narkotik maddələri İran vətəndaşından aldığını qeyd etdi. Təqsirləndirilən şəxs polis bölməsində fiziki təzyiqə məruz qalmamışdır. Polis bölməsinə təqsirləndirilən şəxsin narkotik maddələrin satışı ilə bağlı məlumat 1 həftə əvvəl daxil olmuşdur. Əməliyyat qrupunda kimlərin iştirak etdiyi tam yadında deyil. Təqsirləndirilən şəxs saxlanılarkən əməliyyat qrupunda 2 nəfər olmuşlar. Hadisə günortadan sonra baş verib. Onlar Seyranı təsadüfən saxladılar. Təqsirləndirilən şəxs xarici görünüşü onlara məlum idi. O Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən çəkilən videoçəkilişdə iştirak etmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq elməklə Təqsirləndirilən şəxs cinayət əməllərini törətməkdə ifşa etmişdir. Məhkəmədə elan olunub araşdırılmış 19 aprel 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxış protokolundan görünür ki, DVD diskində olan videogörüntünün faylı açıldıqda aydın görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edildi, ona və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitən i m qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd rəngli şalvarın sağ yan cibindən 01 ədəd şeffaf scllalbna bükülmüş halda olan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur, başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra X2 üzərində axtarış aparıldı, onun geyindiyi paltarların ciblərinə baxıldı, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunan bükümdə nə olduğu barədə sorğu edildikdə sonuncu həmin bükümün içərisində psixotrop maddə metanfetamin olduğunu bildirmişdir. Ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə psixotrop maddə istifadə etməməsini, həmin bükümü 19 aprel 2023-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu Xırdalan dairəsi yaxınlığıda yerdən tapıb üzərində gəzdirdiyini sərbəst şəkildə bildirmişdir. Aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmudan protokol imzalarla təsdiq edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntülərdə olan şəxs özüdür, videogörüntü düzgün və obyektiv çəkilmişdir, axtarışlar zamanı ona qarşı heç bir təzyiqə yol verilməmişdir, üzərində aşkar olunmuş bükümü tapmışdır və onun satışı ilə məşğul olmamışdır. Məhkəmədə elan olunub araşdırlmış 20 aprel 2023-cü il tarixli, 6/2338 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan bükümdə 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,866 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaınin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazizisində dövriyyəsi qadağan edilən psixolrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından əlavə olunmuş maddi sübut kimi tanınma qərarından görünür ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan bükülüdə külli miqdarda təmiz çəkisi 4,866 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd “DVD” diski cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmışlar, ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 01 ədəd bükümdə 4,816 qram olan qalığı istintaq tamamlandıqdan sonra saxlanılması üçün Binəqədi RPİ-nin MSSK-nə təhvil verilmiş, 01 ədəd “DVD” diski iş materiallarına əlavə edilmişdir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri həmin Məcəllənin «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər» fəslində nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair ciinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 2 saylı Qərarında göstərilir ki, 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitlərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avdanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Verilən ittiham üzrə Təqsirləndirilən şəxs istinad olunan əməllərdə onun təqsirliliyinin sübuta yetirilməsi üçün onun qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşıması sübut edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı ona psixi təsirlər edilməsi ilə əlaqələndirdi. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis bölməsində polis əməkdaşlarının ona qarşı psixi zorakılıq etdiyini, üzərindən aşkar olunan narkotik vasitənin ona aid olmadığını, narkotik vasitələrin həm istifadəsi, həm də satışı ilə məşğul olmadığını göstərmişdir. Məhkəmədə onun bu ifadələri araşdırılarkən qismən öz təsdiqini tapdı. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədiylə deyil, satış məqsədi olmadan əldə etmə, saxlama, daşımada təqsirli bilinməlidir. Məhkəmə gəldiyi bu nəticəni onunla əsaslandırır ki, məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ittiham tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsi baxımından da əsaslıdır. Belə ki, həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi təsir göstərilməsi və üzərindən aşkarlanan narkotik vasitələrin ona aid olmaması ilə bağlı olan ifadələri araşdırılarkən öz təsdiqini tapmamış, faktiki əsası olmayan və öz müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. İstintaq orqanı isə Təqsirləndirilən şəxs bu əməllərini şəxsiyyəti istintaqa məlum olmayan “Bəhram” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, “Bəhram” adlı şəxsin göndərdiyi külli miqdarda psixotrop maddə metamfetaminin satışını həyata keçirəcəyi barədə razılığa gəlib bunun icrası üçün sonuncunun təşkili ilə 19 aprel 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən «Dilan» kafesinin yaxınlığında cinayət qrupunun istintaqla müəyyən edilməmiş üzvündən 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,866 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satışı məqsədi ilə qanunsuz olaraq alıb əldə edərək üzərində saxlamaqla daşımışaq kimi qiymətləndirib onun əməllərini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri tövsif etmişdir. Məhkəmə, yuxarıda göstərilən qənaətə gəldiyindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin xaric olunmasını əsaslı sayır və ittihamdan xaric edir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədiyi əməli qəsdən törətməsi qənaətinə gəldiyindən onun təqsirli bilinib bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 81 (səksən bir) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 81 (səksən bir) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 4,816 qram psixotrop maddə metamfetaminin sərbəsət dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 aprel 2023-cü il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərəkən nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi onun əvvəllər məhkum olmaması, törətdiyi əməl nəticəsində böyük ictiami təhlükəli nəticələrin baş verməməsi, himayəsində azyaşlı uşağının olması müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2023-cü tarixli 2414 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstələyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmamasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 19 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 81 ( səksən bir )manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 81 ( səksən bir )manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,816 qram psixotrop maddə metamfetamin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-450/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-450/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver