Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-451/2020 06.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin 2 saylı Poçt filialının nümayəndəsi Nümayəndə, müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Balakən rayonu, Tülü kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Yeni yaşayış sahəsində nömrəsiz fərdi evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Lənkəran rayonu, Türkəkəran kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Yeni yaşayış sahəsində nömrəsiz fərdi evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə, xx xxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Binəqədi rayonu, İ.Kərimov küçəsində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, M.Hüseyn küçəsi, ev 50/56, mənzil 15-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə etdiyi mətbəx bıçağını tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edərək quldurluq cinayətini törətmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, tamah niyyətilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 MMC-nin 2 saylı Poçt filialının 146 saylı Poçt şöbəsinin Xocəsən agentliyinin (bundan sonra “Agentlik”) pulunu ələ keçirmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 14:10 radələrində Təqsirləndirilən şəxs3 etibarnamə ilə idarə etdiyi “Azsamand LX” markalı, **-VG-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsində yerləşən Agentliyin binasının yanına gəlmiş, orada Təqsirləndirilən şəxs3 avtomobildə qalaraq onları gözləmişdir. Sonra o, üzünə tibbi maska taxaraq, başına papaq və gözünə tünd rəngli eynək taxmış Təqsirləndirilən şəxs2la birlikdə avtomobildən düşüb Agentliyin binasına daxil olaraq, orada əməliyyatçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 hücuma məruz qoyaraq üstündə gəzdirdiyi mətbəx biçağını Zərərçəkmiş şəxs2 boğazına dirəyərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib bıçaqla Zərərçəkmiş şəxs2 burun əsasının, sol bazunun, sağ saidin sıyrıqları, sağ əlin İ, V, sol əlin İ, İV barmaqlarının səthi kəsilmiş yaraları kimi dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirməklə sonuncudan pul tələb etməklə basqın edərək quldurluq etmiş, lakin Zərərçəkmiş şəxs2 müqavimət göstərərək onun əlindən bıçağı almağa çalışarkən əvvəlcə Təqsirləndirilən şəxs2 Agentliyin binasından çıxaraq onları gözləyən Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobil ilə, sonra isə o, Agentlikdən çıxaraq hadisə yerindən qaçmışdır. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə etdiyi mətbəx bıçağını tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edərək quldurluq cinayətini törətmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, tamah niyyətilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 MMC-nin 2 saylı Poçt filialının 146 saylı Poçt şöbəsinin Xocəsən agentliyinin (bundan sonra “Agentlik”) pulunu ələ keçirmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 14:10 radələrində Təqsirləndirilən şəxs3 etibarnamə ilə idarə etdiyi “Azsamand LX” markalı, **-VG-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsində yerləşən Agentliyin binasının yanına gəlmiş, orada Təqsirləndirilən şəxs3 avtomobildə qalaraq onları gözləmişdir. Sonra o, başına papaq və gözünə tünd rəngli eynək taxmış və üzünə tibbi maska taxmış Təqsirləndirilən şəxs1la birlikdə avtomobildən düşüb Agentliyin binasına daxil olaraq, orada əməliyyatçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 hücuma məruz qoymuş, orada Təqsirləndirilən şəxs1 üstündə gəzdirdiyi mətbəx biçağını Zərərçəkmiş şəxs2 boğazına dirəyərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib bıçaqla Zərərçəkmiş şəxs2 burun əsasının, sol bazunun, sağ saidin sıyrıqları, sağ əlin İ, V, sol əlin İ, İV barmaqlarının səthi kəsilmiş yaraları kimi dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs2 pul tələb etməklə basqın edərək quldurluq etmişdir. Lakin Zərərçəkmiş şəxs2 müqavimət göstərərək Təqsirləndirilən şəxs1 əlindən bıçağı almağa çalışarkən əvvəlcə o, Agentliyin binasından çıxaraq onları gözləyən Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobil ilə, sonra isə Təqsirləndirilən şəxs1 Agentlikdən çıxaraq hadisə yerindən qaçmışdır. Bundan başqa, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə etdiyi mətbəx bıçağını tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edərək quldurluq cinayətini, eləcə də istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, üzərində saxlama və daşıma cinayətini törətmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs3 ilə bağlı gəldiyi nəticəyə görə, o, tamah niyyətilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 MMC-nin 2 saylı Poçt filialının 146 saylı Poçt şöbəsinin Xocəsən agentliyinin (bundan sonra “Agentlik”) pulunu ələ keçirmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 14:10 radələrində onun etibarnamə ilə idarə etdiyi “Azsamand LX” markalı, **-VG-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsində yerləşən Agentliyin binasının yanına gəlmiş, orada o, avtomobildə qalaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gözləmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzünə tibbi maska taxaraq, başına papaq və gözünə tünd rəngli eynək taxmış Təqsirləndirilən şəxs2la birlikdə avtomobildən düşüb Agentliyin binasına daxil olaraq, orada əməliyyatçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 hücuma məruz qoymuş, Təqsirləndirilən şəxs1 üstündə gəzdirdiyi mətbəx biçağını Zərərçəkmiş şəxs2 boğazına dirəyərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib bıçaqla Zərərçəkmiş şəxs2 burun əsasının, sol bazunun, sağ saidin sıyrıqları, sağ əlin İ, V, sol əlin İ, İV barmaqlarının səthi kəsilmiş yaraları kimi dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs2 pul tələb etməklə basqın edərək quldurluq etmişdir. Lakin Zərərçəkmiş şəxs2 müqavimət göstərərək Təqsirləndirilən şəxs1 əlindən bıçağı almağa çalışarkən əvvəlcə Təqsirləndirilən şəxs2 Agentliyin binasından çıxaraq onun idarə etdiyi avtomobil ilə, sonra isə Təqsirləndirilən şəxs1 Agentlikdən çıxaraq hadisə yerindən qaçmışdır. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,229 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 23:30 radələrində törədilmiş quldurluq cinayəti ilə əlaqədar Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis bölməsinə aparılmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 00:30-da orada onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki açıq boz rəngli idman şalvarının sol yan cibindən 2 (iki) ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş bükülüdə ayrı-ayrılıqda təmiş çəkiləri 3,530 qram və 1,699 qram, ümumi çəkisi isə 5,229 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun qonşusudur. Onların ikisi də kirayədə yaşamışdır. Teymur ona fəhlə işi olduğunu və birlikdə işləyib pul qazana biləcəklərini demişdir. O da Teymurla razılaşaraq birlikdə işləmək üçün Teymurun dediyi yerə getməyi qərara almışdır. Ona görə də o, özü ilə iş çantasını götürmüşdür. Həmin çantada laqunda, laqunda daşları və sair predmetlər olmuşdur. Ora getməmişdən əvvəl Teymur Həmidə zəng vurmuş və Həmiddən onları işləyəcəkləri yerə aparmasını xahiş etmişdir. Həmid də Teymurla razılaşmış və gəlib onları yoldan götürmüşdür. Yolda Teymur anasının sosial kartını bərpa etdirmək məqsədi ilə poçta getməli olduğunu bildirmişdir. Onlar Xocasəndə yerləşən poçta getdikdə, onların quldurluq yox, oğurluq etmək məqsədləri olmuşdur. X21 borc pula ehtiyacının olduğunu bildirmişdir. O və Teymur poçtdan oğurluq edəcəkləri barədə heç kimə, o cümlədən Həmidə heç nə deməmişlər. Ona görə də, Teymur Həmidə kartdan pul çəkdikdən sonra sonuncuya borc pul verə biləcəyini bildirmişdir. Əslində isə, onlar Həmidə poçtdan oğurlayacaqları puldan 250 manat verəcəkmişlər. Onlar poçta çatdıqda, ilk öncə Teymur içəri daxil olmuş və kartın bərpa edilməsi ilə bağlı əməliyyatçıdan nəsə soruşmuşdur. Teymurdan sonra o, içəri daxil olmuş və əlində olan çantanı yerə qoyaraq içərisindən bıçaq götürmüşdür. O, çantadan bıçağı götürdükdən sonra Zərərçəkmiş şəxs2 tərəfə keçmiş və bıçaqla Eyyubu qorxutmaq istəmişdir. Əslində o, poçtun içərisində adam olacağını bilməmişdir. O, bıçaqla Zərərçəkmiş şəxs2 qorxutmaq istəsə də, sonra çox peşman olmuşdur. Həmin vaxt Teymur ona poçtdan çıxmağı bildirərək qaçıb getmişdir. O da Teymurun arxasınca poçtdan çıxmışdır. O, Zərərçəkmiş şəxs2 heç bir məbləğdə pul istəməmiş və sonuncuya qarşı zoraki hərəkət etməmişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin bildirmişdir ki, o, zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə ayrı-ayrılıqda barışmış, zərərçəkmiş şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 qeyd etdiklərinin nəzərə alınmasını, əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ramazanla qonşuluqda kirayədə yaşamışdır. Hadisə baş verən ərəfələrdə o, fəhlə işləmişdir. Ramazan da bərbər yanında tələbə işləmişdir. Hadisə baş verən gün onun dişi şişdiyinə və ağrıları olduğuna görə Ramazana onunla fəhlə kimi işə getməyi və ona kömək etməsini xahiş etmişdir. Ramazan da onunla razılaşmışdır. Lakin onların fəhləlik etmək üçün gedəcəkləri yerə getmək üçün pulları olmamışdır. Ona görə də o, Həmidə zəng etmiş və sonuncudan onları fəhlə kimi işləməyə gedəcəkləri yerə aparmağını xahiş etmişdir. Həmid də gəlmişdir. Onlar Həmidin maşınına əyləşmişlər. O, Həmidə anasının sosial kartı zədələndiyinə görə sosial kartın bərpası barədə poçtdan maraqlanmaq məqsədi ilə onları ilk növbədə poçta aparmasını xahiş etmişdir. Yolda Həmid borcu olduğuna görə pula ehtiyacının olduğunu ona bildirmiş və ondan borc pul verməyini xahiş etmişdir. O da Həmidə anasının kartını bərpa edib kartdan pul çıxara biləcəyi təqdirdə borc pul verəcəyini bildirmişdir. O və Ramazan həmin vaxt poçtdan oğurluq edəcəklərini bilmişlər. Lakin onlar bu barədə Həmidə heç nə deməmişlər. Bir qədər getdikdən sonra onlar poçta çatmışlar. O, poçta daxil olub anasının sosial kartını bərpa edilməsi barədə əməliyyatçıdan nəsə soruşmuşdur. Həmin vaxt Ramazan poçta daxil olmuş və əməliyyatçının arxasına keçib bıçağı əməliyyatçının boğazına dirəmişdir. O da əməliyyatçının müqavimət göstərdiyini görüb qorxmuş və oğurluğun alınmamasını başa düşərək poçtdan qaçıb getmişdir. O, poçtdan çıxdıqdan sonra Həmidi görməmişdir. O, Həmidə taksi xidmətinə görə pul verməli olduğu üçün axşam Həmidlə görüşmüş və sonuncuya 5 (beş) manat pul vermişdir. Sonra polislər onu tutmuşlar. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin bildirmişdir ki, o, zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə ayrı-ayrılıqda barışmış, zərərçəkmiş şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs2 qeyd etdiklərinin nəzərə alınmasını, əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, evlidir və həbs olunanadək ailəsi ilə bilrikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayədə yaşamışdır. O, 3-cü qrup əlil olduğundan ağır işlə məşğul ola bilməmiş və “Azsamand” markalı avtomobili icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, Təqsirləndirilən şəxs2 öz müştərisi kimi tanımış və onların arasında normal münasibət olmuşdur. Lakin o, əvvəllər Təqsirləndirilən şəxs1 tanımamışdır. xx xxxxxx 2019-cu il tarixdə günorta vaxtlarında Təqsirləndirilən şəxs2 ona zəng etmiş və taksi ilə onu işə aparmısını xahiş etmişdir. O da idarə etdiyi “Azsamand” markalı avtomobil ilə Teymurun dediyi yerə getmişdir. O, Teymurun dediyi yerə çatdıqda, sonuncunun yanında bir nəfər tanışı da olmuşdur. Həmin vaxt o, Teymurun yanında olan şəxsin adının Ramazan olduğunu bilmişdir. Teymurla Ramazan onun idarə etdiyi avtomobilə əyləşmişlər və o, həmin şəxsləri Xocasənə aparmışdır. Həmin gün o, həm kirayədə yaşadığı evə, həm də icarəyə götürüb taksi kimi işlətdiyi avtomobilə görə ümumilikdə 500 manat məbləğində icarə haqqı ödəməli imiş. 500 manat pulun yarısı evin icarə haqqısı, qalan yarısı da avtomobilin icarə haqqısı olmuşdur. 15 avqust tarixində o, 500 manat məbləğində icarə haqqı ödəməli olsa da, onun həmin məbləğdə pulu olmamışdır. Ona görə də o, Teymurgillə yol gedərkən Teymurun özündən 250 manat məbləğində pul istəmişdir. Teymur da ona demişdir ki, “yolda saxlayarsan poçta gedəcəm. Anamın sosial kartını yoxlayacam, pul olsa sənə 250 manat məbləğində pul verərəm”. O da Teymurla razılaşmışdır. Ramazan Teymurla onun avtomobilinə minəndə Ramazanın əlində balaca idman çantası olmuşdur. Lakin o, Ramazanın əlindəki çantanın içərisində hansı əşyaların olduğuna fikir verməmişdir. Sonra o, avtomobili Xocasən poçtundan biraz aralıda saxlamış və Teymurla Ramazan avtomobildən düşərək poçta getmişlər. Həmin vaxt Ramazanın əlində idman çantası olmuşdur. O, Teymurun öz anasının sosial kartını bərpa etdirmək üçün poçta getdiyini bilsə də, Ramazanın nə üçün poçta getdiyini bilməmişdir. Teymurla Ramazan avtomobildən düşdükdən sonra o da avtomobildən düşmüş və avtomobilin kapotunu açaraq avtomobilin xarab olmuş hissəsi ilə əlləşmişdir. Bir neçə dəqiqədən sonra Teymur tələsik gəlib onun avtomobilinə minərək oradan uzaqlaşmağı bildirmişdir. O da öz avtomobilinə oturaraq oradan uzaqlaşmışdır. O, yolda Teymurdan Ramazanın niyə gəlmədiyini soruşmamışdır. Sonra o, Teymuru yaşadığı evə aparmışdır. Özü isə çıxıb getmişdir. Bir neçə saatdan sonra o, Teymurla yenidən görüşmüş və onlar Bakı şəhəri, Binəqədi rayonu, DSK deyilən ərazidə olarkən polis əməkdaşları onların ikisini də tutaraq 40-cı Polis bölməsinə aparmışdır. Polis bölməsində əvvəlcə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan şalvarın cibindən iki balaca bükümü çıxaraq orada olan polis əməkdaşına vermiş, həmin bükümlərin içərisində qurudulmuş marixuananın olduğunu və təqdim etdiyi marixuananı öz istifadəsi üçün “Kubinka” deyilən yerdən aldığını bildirmişdir. O, iki bükümdə olan qurudulmuş marixuananı polis əməkdaşlarına verdikdə, təqdim etdiyi narkotik vasitənin çəkisinin cəmi bir qram olmasını bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, onun təqdim etdiyi narkotik vasitənin ümumi təmiz çəkisi beş qramdan çox olmuşdur. O, bununla razı deyil və hesab edir ki, onun üzərində şəxsi axtarış zamanı iki bükümdə, ümumi təmiz çəkisi bir qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. O, tutulmamışdan bir müddət əvvəl marixuanadan istifadə etməyə başlamış və üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün almışdır. Bundan sonra 40-cı Polis bölməsinin əməkdaşları onu və Teymurla Ramazanı döymüşlər və poçt şöbəsində baş vermiş hadisənin onun boynuna qoymuşlar. Hətta döyülmə zamanı onun əlləri də şişmişdir. Lakin sonradan o, polis əməkdaşlarına bir neçə müddət əvvəl əməliyyat olunduğunu və onun onurğasına mil qoyulduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu döyməmişlər. Lakin polis əməkdaşları yan otaqda Teymurla Ramazanı döyərək sonunculardan onun əleyhinə ifadə almaq istəmişlər. Teymurla Ramazan da buna dözməyərək onun əleyhinə ifadə vermişlər. O, şəxsən Teymurla Ramazanın döyülməsini görməsə də, həmin hadisələr Polis bölməsində yan otaqda baş verdiyindən o, Teymurla Ramazanın səslərini eşitmişdir. Bundan sonra müstəntiq ona ağır ittiham irəli sürmüşdür. Halbuki, onun 146 saylı poçt şöbəsində baş vermiş hadisə ilə heç bir əlaqəsi olmamışdır. O, sadəcə taksi sürücüsü kimi X8 yerləşən poçt şöbəsinə aparmışdır. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin bildirmişdir ki, o, zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə ayrıayrılıqda barışmış, zərərçəkmiş şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs3 qeyd etdiklərinin nəzərə alınmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə ona bəraət verilməsini və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında araşdırılmış sübutlara, o cümlədən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin, cinayət işinin materiallarında olan çoxlu sayda sübutlara məcmu halda obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həqiqətən də onların hər birinə qarşı irəli sürülmüş ittihamla bağlı cinayət əməllərini törətmişlər. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyatlarının olmaması ilə bağlı hissədə verdikləri ifadələrini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməmələri və onların həmin cinayətlərə aidiyyatlarının olmaması ilə bağlı fərqli məzmunda ifadələr verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, cinayət hadisəsi baş verənədək Zərərçəkmiş şəxs1 MMC-nin 2 saylı Poçt filialının 146 saylı Poçt şöbəsinin agentliyində (bundan sonra “Agentlik”) əməliyyatçı vəzifəsində işləmiş və hal-hazırda da orada həmin vəzifədə işləyir. Ondan başqa Agentlikdə bir nəfər poçtalyon da işləyir. Lakin həmin poçtalyon məktubların paylanması ilə məşğul olduğundan demək olar ki, Agentlikdə olmur. xx xxxxxx 2019-cu il tairxdə, saat 14:00 radələrində nahar fasiləsindən sonra o, Agentliyin giriş qapısını açmışdır. Həmin vaxt Agentlikdə o, tək olmuşdur. O, giriş qapısını açdıqdan sonra sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs Agentliyə daxil olmuş və ona sosial kartın bərpa olunması barədə sual vermişdir. O da Teymura Agentlikdə sosial kartın bərpa edilməsinin mümkün olmadığını bildirmiş və aidiyyatı orqanlara müraciət etməsini sonuncuya məsləhət görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 anidən Agentliyə daxil olmuşdur. Ramazanın ağzında tibbi maska, əlində isə çanta olmuşdur. Ramazan Agentliyə daxil olan kimi Təqsirləndirilən şəxs2 yaxınlaşmışdır. Sonra Ramazan əlindəki çantanı yerə qoymuş və çantadan nəsə çıxarmışdır. O, həmin an Ramazandan şübhələnmişdir. Təqsirləndirilən şəxs1 çantanı yerə qoyduqdan sonra birdən əlində bıçaqla onun arxasına keçərək əlindəki bıçağı onun boğazına dirəmişdir. O, əlini bıçağa doğru aparıb bıçağın uc hissəsindən tutararaq Ramazana müqavimət göstərmiş və səs-küy salmışdır. O, müqaviməti davam etmək məqsədi ilə oturduğu yerdən ayağa qalxanda Teymur Ramazana “gəl, gəl” deyərək çıxıb qaçmışdır. Həmin vaxt o, Ramazan ilə üz-üzə dayanmışdır. Bıçağın tutucaq yeri Ramazanın əlində, uc hissəsi isə onun əlində olmuşdur. O, bıçağın kəsici hissəsindən tutduğundan əlində cüzi xəsarətlər yaranmışdır. O, Ramazana müqavimət göstərdiyindən və bıçağın uc hissəsindən tutduğundan Ramazan ona “qurban olum, burax məni heç nə etməyəcəm” demişdir. O da özünü müdafiə etmək üçün bıçağı buraxmamışdır. Təqsirləndirilən şəxs1 bıçağı çəkərək ondan almış və poçtdan qaçmışdır. O da Ramazanın arxasınca qaçmışdır. O, Ramazanın arxasınca qaçsa da, sonuncunu tuta bilməmişdir. Bundan sonra o, baş vermiş hadisə barədə yazılı ərizə ilə Binəqədi RPİ-nin 40-cı Polis bölməsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs1 əlində olan çanta da Agentlikdə qalmışdır. Sonradan polis əməkdaşlarının iştirakı ilə həmin çantaya baxış keçirilərkən çantanın içərisindən tibbi spirt, maska, laqunda, laqunda daşları aşkar olunmuşdur. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin təqsirləndirilən şəxslərin hər biri ilə ayrı-ayrılıqda barışdığını, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin 2 saylı Poçt filialının nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 MMC-nin 2 saylı Poct filialının 146 saylı Poçt şöbəsinin rəisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 MMC-nin 2 saylı Poct filialının 146 saylı Poçt şöbəsinin tabeliyində olan Xocəsən Agentliyində əməliyyatçı vəzifəsində işləyir. Agentliyin Zərərçəkmiş şəxs2 başqa bir nəfər də poçtalyon işçisi var. xx xxxxxx 2019-cu il tarixdə 146 saylı Poçt şöbəsinin tabeliyində olan Xocəsən Agentliyinə basqın edilməsi barədə ona məlumat verilmişdir. Həmin məlumat ondan ibarət olmuşdur ki, xx xxxxxx 2019-cu il tarixdə nahardan sonra iki nəfər şəxs bıçaqla Agentliyə basqın etmiş və Zərərçəkmiş şəxs2 hücum etmiş, eləcə də Zərərçəkmiş şəxs2 basqın edənlərdən müdafiə olunarkən hətta əlini də kəsmişdir. Basqın zamanı Agentlikdən heç nə aparılmamış, habelə Agentliyə heç bir ziyan dəyməmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ifadəsində, həmçinin təqsirləndirilən şəxslərin hər biri ilə ayrı-ayrılıqda barışdığını, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə 40-cı Polis bölməsinə 146 saylı Poçt şöbəsinin Xocəsən Agentliyinə basqın edilməsi və orada əməliyyatçı işləyən Zərərçəkmiş şəxs2 bədən xəsarətlərinin yetirilməsi barədə məlumat daxil olmuşdur. Mötəbər mənbədən daxil olmuş məlumata görə həmin cinayət hadisəsində “Həmid” adlı şəxs də iştirak etmişdir. Daxil olmuş məlumata əsasən “Həmid” adlı şəxs orta boylu, təxminən 25-30 yaşlarında olmuş və mütəmadi olaraq üzərində narkotik vasitə gəzdirmişdir. “Həmid” adlı şəxsin tutulması məqsədi ilə ondan və 40-cı Polis bölməsinin digər əməkdaşı olan Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun rəhbəri olmuşdur. Bundan sonra onlar tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmiş və bunun nəticəsində “Həmid” adlı şəxsin ünvan 1 ünvanında qeydiyyatda olan, lakin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehti Hüseynzadə küçəsi, ev 50/56, mənzil 15-də kirayədə yaşayan Təqsirləndirilən şəxs3 olması müəyən edilmişdir. xx xxxxxx 2019cu il tarixdə təxminən saat 23:30 radələrində onlar Təqsirləndirilən şəxs3 tutmuşlar və sonuncunu 40-cı Polis bölməsinə aparmışlar. Polis bölməsində hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs3 üzərində olan qeyri-qanuni əşyaların və maddələrin olduğu halda təqdim edilməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 əynində olan açıq boz rəngli idman şalvarının sol yan cibindən 2 (iki) ədəd ağ kağıza bükülmüş bükülünü təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs3 həmin bükülülərin içərisində narkotik vasitə olan marixuananın olduğunu və həmin narkotik vasitəni öz istifadəsi üçün “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs3 tərəfindən təqdim edilmiş 2 (iki) ədəd bükülülər açılarkən içərisində tünd qəhvəyi rənğli, spesifik iyli kütlə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs3 tərəfindən təqdim edilmiş bükülülər zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və o, öz imzası ilə həmin protokolun doğruluğunu təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2019-cu ilin avqust ayının 15-dən 16-na keçən gecə, təxminən saat 00:30 radələrində o, işdən yaşadığı evə gedərkən Biləcəri qəsəbəsi, R.Allahverdiyev küçəsində polis əməkdaşları ona yaxınlaşmışlar və bir nəfər şəxsin üzərinə keçiriləcək şəxsi axtarışda hal şahidi qismində iştirak etməsini ondan xahiş etmişlər. O da polis əməkdaşları ilə razılaşaraq sonuncularla birlikdə 40-cı Polis bölməsinə getmişdır. Orada ona və hal şahidi qismində dəvət edilmiş digər şəxsə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onlara onun əvvəllər tanımadığı Təqsirləndirilən şəxs3 təqdim olunmuş və sonuncunun üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Onun və digər hal şahidinin iştirakları ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Polis əməkdaşları əvvəlcə Təqsirləndirilən şəxs3 üzərində qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs3 də əynində olan açıq boz rəngli idman şalvarının sol yan cibindən 2 (iki) ədəd ağ rəngli kağıza bükülmüş bükülüləri çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs3 2 (iki) ədəd bükülüləri polis əməkdaşlarına təqdim edərkən həmin bükülülərin içərisində qurudulmuş marixuananın olduğunu və həmin narkotik vasitəni “Kubinka” adlanan ərazidən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 üzərindən aşkarlanmış həmin bükülülər zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 təqsirləndirilən şəxslərdən hansının Təqsirləndirilən şəxs3 olması barədə sual verilsə də, o, Təqsirləndirilən şəxs3 əvəzinə Təqsirləndirilən şəxs1 səhvən göstərək həmin şəxsin üzərindən 40-cı Polis bölməsində 2 (iki) ədəd bükülüdə narkotik vasitənin aşkarlandığını bildirmişdir. Şahid3 səhvən Təqsirləndirilən şəxs3 əvəzinə Təqsirləndirilən şəxs1 göstərməsini iştirak etdiyi prosessual hərəkətdən sonra uzun müddətin keçməsi ilə əlaqələndirmiş və bildirmişdir ki, o, məhz Təqsirləndirilən şəxs3 adlı şəxsin üzərində şəxsi axtarış keçirilərkən hal şahidi qismində iştirak etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, xx xxxx 2018-ci il tarixdə 5000 manata istifadədə olmuş “Azsamand LX” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobili ikinci əldən almışdır. O, həmin avtomobili bir müddət istifadə etmiş və sonradan həmin avtomobili icarəyə vermək fikrinə düşmüşdür. Bu məqsədlə o, aldığı avtomobili Təqsirləndirilən şəxs3 icarəyə vermişdir. Onunla Təqsirləndirilən şəxs3 arasında əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs3 **-VG- *** dövlət qeydiyyat nişanlı avtomobilə görə hər ay ona 500 manat məbləğində icarə haqqı ödəməli imiş və 2 (iki) ildən sonra həmin avtomobil Təqsirləndirilən şəxs3 mülkiyyətinə keçməli imiş. Bundan sonra o, 2018-ci ilin avqust ayında Həmidə 2 (iki) il müddətinə avtomobili etibarnamə əsasında icarəyə vermişdir. Lakin avtomobilin icarəsi ilə bağlı onunla Təqsirləndirilən şəxs3 arasında rəsmi müqavilə bağlanmamışdır. Avtomobilin icarəyə verilməsi barədə onların arasında şifahi razılaşma olmuşdur. O, avtomobili Həmidə verdikdən sonra 2019-cu ilin avqust ayına kimi Həmid hər ay ona 500 manat pul ödəmiş və onların arasında bununla bağlı narazılıq olmamışdır. Lakin 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs3 icarə haqqını ona ödəməmişdir. Ona görə də o, Həmidin yaşadığı ünvana getmişdir. Həmin vaxt ona Təqsirləndirilən şəxs3 polislər tərəfindən tutulması, onun avtomobilinin isə Təqsirləndirilən şəxs3 alınaraq cərimə meydançasına qoyulması məlum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 12-19) görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 146 saylı Poçt şöbəsinin Xocasən Agentliyində baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli əməliyyat qrupunun yaradılması haqqında qərardan (cild 1, iş vərəqə 115) görünür ki, 25-30 yaşlarında olan “Həmid” adlı şəxsin Zərərçəkmiş şəxs2 qarşı quldurluq etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatının yoxlanılması və “Həmid” adlı şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 53-57) görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019cu il tarixdə basqın etdiyi 146 saylı Poçt şöbəsinin Xocasən Agentliyinin inzibati binasını, Agentlikdən çıxdıqdan sonra qaçdığı istiqaməti və basqın zamanı istifadə etmiş olduğu bıçağı hansı əraziyə atdığı yeri əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 71) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 72-73) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 95) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 96-97) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli ərizədən (cild 1, iş vərəqə 118) görünür ki, Təqsirləndirilən şəxs3 ərizə ilə 40-cı Polis bölməsinə müraciət edərək onun üzərində şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 119-120) görünür ki, həmin gün 40-cı Polis bölməsində Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilmiş və ondan 2 (iki) ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 129) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 72-73) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20944 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 148-149) görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş 2 (iki) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,530 qram və 1,699 qram, ümumi çəkisi isə 5,229 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 161- 162) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı ittiham elan olunmuş və o, həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 181- 182) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı ittiham elan olunmuş və o, həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 202- 203) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı ittiham elan olunmuş və o, həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-650/2019 saylı qərarından (cild 1, iş vərəqə 262-263) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-649/2019 saylı qərarından (cild 1, iş vərəqə 264-265) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-651/2019 saylı qərarından (cild 1, iş vərəqə 266-267) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 276) görünür ki, Təqsirləndirilən şəxs3 götürülmüş 3,530 qram və 1,699 qram, ümumi təmiz çəkisi 5,229 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlancına verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının arayışından (cild 2, iş vərəqə 12) görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2017-xx.xx.2017 və xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə həmin xəstəxanada stasionar müalicədə olmuş və ona “Mülayim dərəcədə ifadə olunmuş depressiv pozuntu, özünü kəsmələrlə, sui-qəsd cəhdləri” diaqnozu qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21453/54 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 148-149) görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı hadisə yerindən götürülmüş və ekspetizaya təqdim edilmiş 1 (bir) ədəd bıçağın səthindəki papilyar naxış izlərinin ayrıayrı fraqmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfli kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır və həmin bıçaq soyuq silah hesab edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 2, iş vərəqə 7) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 2, iş vərəqə 8) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 2, iş vərəqə 9) görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 1547 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 2, iş vərəqə 35-36) görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər - burun əsasının, sol bazunun, sağ saidin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, sağ əlin İ, V, sol əlin İ, İV barmaqlarının səthi kəsilmiş yaraları isə kəsici alətin (əşyanın), ola bilsin bıçağın tiyəsinin kəsici təsirindən əmələ gəlmişdirlər və həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər xx xxxxxx 2019-cu il tarixdə qərarda göstərilmiş şəraitdə, sağ və sol əl barmaqlarının səthi kəsilmiş yaraları bıçaqla yetirilən zərbələr nəticəsində, digər xəsarətlər isə əl barmaqlarının dırnaqlarının təsirindən əmələ gələ bilərdilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 barədə 2163 saylı rəydən (cild 2, iş vərəqə 153-154) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 çətənə bitkisi preparatından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğyn olaraq, hal-hazırda Təqsirləndirilən şəxs3 İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 671/2019-MTBŞ nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 147-150) görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı hadisə yerindən götürülmüş 1 (bir) ədəd bıçaq üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkəsində qrup antigenləri və aqqlyutininləri ABO sistemi üzrə təyin olunduqda yalnız “B” antiqen alındı. Bu qan ləkələri Balfa /İİİ/ qruplu şəxsə, o, cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Məhkəmə Psixiatrik Ekspertizasının 2181 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 151-152) görünür ki, Təqsirləndirilən şəxs1 emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri aşkar olunmuşdur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs1 aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmuşdur. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs1 hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-978/2019 saylı qərarından (cild 2, iş vərəqə 99-101) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-979/2019 saylı qərarından (cild 2, iş vərəqə 108-109) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-980/2019 saylı qərarından (cild 2, iş vərəqə 103-107) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan (cild 2, iş vərəqə 110) görünür ki, Təqsirləndirilən şəxs3 3-cü qrup əlildir və o, əlilliyə görə hər ay 110 manat məbləğində pensiya alır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 155-167) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs3 isə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 234.1-ci maddələri ilə yeni məzmunda ittihamın elan edilməsi, hadisə yerindən götürülmüş 1 (bir) ədəd çantanın, 1 (bir) ədəd laqundanın daşı ilə birlikdə, 1 (bir) ədəd uzadıcının (udlinitel), 2 (iki) ədəd parçadan tikilmiş maskanın, 1 (bir) ədəd yapışqanın (skoçun), 1 (bir) ədəd kəlbətinin, 2 (iki) ədəd əlcəyin, 1 (bir) ədəd qayçının, 2 (iki) ədəd içində tibbi spirtin olduğu 100 ml-lik şüşə qabın (flakonun), 1 (bir) ədəd vintaçanın, 1 (bir) ədəd balaca laqundanın və 1 (bir) ədəd bintin, eləcə də 1 (bir) ədəd mətbəx bıçağının, tədqiqatdan sonra təmiz çəkisi 5,169 qram olan narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon RPİ-nin saxlanc kamerasına verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 168- 169) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 190 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 2, iş vərəqə 195-196) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 bədən səthində xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 205- 206) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 229- 230) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Binəqədi rayon prokurorluğunun qərarından (cild 3, iş vərəqə 130-132) görünür ki, Təqsirləndirilən şəxs3 şikayəti üzrə prokurorluqda araşdırma aparılmış və nəticədə 40-cı Polis bölməsinin əməkdaşlarının Təqsirləndirilən şəxs3 zor tətbiq etməsi və sonuncuya işgəncə verilməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ərizədən (cild 3, iş vərəqə 136) görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərin hər biri ilə ayrıayrılıqda barışmış, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ərizədən (cild 3, iş vərəqə 137) görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxslərin hər biri ilə ayrı-ayrılıqda barışmış, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş nikah haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 250) görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxxxx 2008-ci il tarixdə X17 ilə nikaha daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 252) görünür ki, xx xxx 2009-cu il tarixdə Təqsirləndirilən şəxs3 Ağahüseyn Babayev adlı oğlu doğulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 251) görünür ki, xx xxxx 2013-cü il tarixdə Təqsirləndirilən şəxs3 Fatimə Babayeva adlı qızı doğulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X18 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində onların hər birinə imkan yaradılmış, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirmişlər, məhkəmə istintaqında həmin sübutları və təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamı (Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham istisna olmaqla) bütövlükdə mübahisələndirmişlər, habelə müxtəlif növlü vəsatətlər vermişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 MMC-nin 2 saylı Poçt filialının 146 saylı Poçt şöbəsinin Xocasən Agentliyinə basqın edərək özgə əmlakını talamaq barədə şifahi qaydada razılaşmışlar. Bu məqsədlə onlar plan hazırlamışlar, eləcə də basqını həyata keçirmək üçün hətta lazımi avadanlıqlar və alətlər də (mətbəx bıçağı, laqunda, qayçı, vintaçan və sair predmetlər) əldə etmişlər. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Onlar quldurluq cinayətini daha tez və rahat şəkildə həyata keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 həmin cinayətə cəlb etmişlər. Belə ki, Təqsirləndirilən şəxs2 hadisə baş verməmişdən əvvəl, yəni xx xxxxxx 2019-cu il tarixdə günorta vaxtı taksi sürücüsü kimi tanıdığı Təqsirləndirilən şəxs3 mobil telefonuna zəng edərək özünün olduğu yerə çağırmış və sonuncudan onu Xocasən Agentliyinə aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs3 də Teymurla razılaşaraq sonuncunun olduğu yerə öz avtomobili ilə getmişdir. Həmid Teymurun dediyi yerə çatdıqda, həmin vaxt Teymurun yanında Ramazan da olmuşdur. Bundan sonra onlar üçü birlikdə Təqsirləndirilən şəxs3 idarə etdiyi “Azsamand” markalı, **-VG-*** dövlət nömrə nişanlı avtomobil ilə Xocasən Agentliyinə getmişlər. X19 törədəcəkləri cinayət barədə Təqsirləndirilən şəxs3 məlumat vermişlər. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncuların törədəcəkləri quldurluq cinayəti barədə ətraflı məlumat aldıqdan sonra özünün də həmin cinayətdə iştirak edərək pul qazanmaq istədiyini onlara bildirmişdir. Elə həmin vaxt Teymur, Ramazan və X12 əmlakını birlikdə talayacaqları barədə razılaşmışlar. Onların üçünün arasında əldə edilmiş razılığa əsasən cinayətin törədilməsində onların hər birinin rolu əvvəlcədən müəyyən edilmişdir. Onların arasında quldurluq cinayətinin törədilməsi ilə bağlı rol bölgüsünün mahiyyəti ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs1la Teymur X6 daxil olaraq orada bıçaqdan istifadə etməklə özgə əmlakının ələ keçirilməsinə yönəlmiş fəal hərəkətlər etməli olmuşlar, Təqsirləndirilən şəxs3 isə Xocasən Agentliyinə daxil olmadan, yəni Agentlikdən bir qədər aralıda öz avtomobilində Ramazanla Teymuru gözləməli, sonuncular cinayəti başa çatdırıb avtomobilə qayıtdıqdan sonra onları həmin ərazidən uzaqlaşdırmalı olmuşdur. Sonradan isə onlar ələ keçirdikləri özgə əmlakını öz aralarında bölməli imişlər. Quldurluq cinayətinin törədilməsi ilə bağlı əldə edilmiş razılığın ən vacib şərti ondan ibarət olmuşdur ki, Xocasən Agentliyində işləyən şəxsin fikrini yayındırmaq və həmin şəxsdən rahat şəkildə əmlakı talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 Agentliyə birinci daxil olmalı və orada işləyən şəxsə sual verməklə başını qatmalı, sonra Təqsirləndirilən şəxs1 üzündə maska ilə Agentliyə daxil olmalı və orada işləyən şəxsin başı qarışdığından əlindəki bıçaqla sonuncuya qəflətən hücum edərək özgə əmlakını tələb etməli olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda göstərilənlərlə bağlı razılığa gəldikdən sonra sonuncu idarə etdiyi avtomobili Xocasən Agentliyindən bir qədər kənarda saxlamışdır. Sonra Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 birlikdə avtomobildən düşərək özgə əmlakını ələ keçirmək məqsədi ilə Agentliyin binasına bir-bir daxil olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs3 əvvəlcədən razılaşdırılmış şərtə uyğun olaraq avtomobildə qalaraq onları gözləmişdir. Təqsirləndirilən şəxs1 tanınmaması üçün üzünə maska taxmış, Təqsirləndirilən şəxs2 isə tanınmaması üçün başına papaq qoymuş, habelə gözünə tünd rəngli eynək taxmışdır. Təqsirləndirilən şəxs2la Ramazan X10 daxil olduqları zaman orada yalnız bir işçi, yəni Zərərçəkmiş şəxs2 olmuşdur. Təqsirləndirilən şəxs2 Agentliyə daxil olduqdan sonra Zərərçəkmiş şəxs2 sosial kartla bağlı sual verərək sonuncunun başını qatmış, sonra Təqsirləndirilən şəxs1 Agentliyə daxil olmuş və Zərərçəkmiş şəxs2 başının qarışdığını görüb çantasından mətbəx bıçağını çıxararaq həmin bıçaqla Zərərçəkmiş şəxs2 qəflətən basqın edərək sonuncunu hücuma məruz qoymuşdur. Təqsirləndirilən şəxs1 mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs2 qəflətən hücum etməklə sonuncunu həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələmişdir. Lakin Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 ona zor tətbiq etməsindən və onu hədələməsindən qorxmamış və sonuncuya ciddi müqavimət göstərmişdir. Müqavimət nəticəsində Zərərçəkmiş şəxs2 burun əsasının, sol bazunun, sağ saidin sıyrıqları, sağ əlin İ, V, sol əlin İ, İV barmaqlarının səthi kəsilmiş yaraları kimi dərəcələri təyin olunmayan bədən xəsarətləri almışdır. Bununla da Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir bir qrup şəxs halında və bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 qarşı əlindəki bıçaqla zorakılıq edərkən cinayətin digər icraçısı, yəni Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2la fiziki təmasda olmamış və zərərçəkmiş şəxsə qarşı heç bir zorakı hərəkətlər etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs2 əvvəlcədən əldə edilmiş razılığa sadiq qalaraq, yalnız Zərərçəkmiş şəxs2 başını qatmaqla Təqsirləndirilən şəxs1 quldurluq cinayətini törətmək üçün əlverişli şərait yaratmış və sonuncunun bıçaqdan istifadə etməklə zoraki hərəkətlərini izləmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 müqavimət göstərərək onun əlindəki bıçağı almağa çalışmışdır. Təqsirləndirilən şəxs2 özgə əmlakının ələ keçirilməsinin mümkün olmayacağını görüb baş verən hadisədən qorxaraq Agentlikdən qaçıb getmiş və onları gözləyən Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilə minərək sonuncudan onu tez oradan uzaqlaşdırmağı tələb etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 avtomobili hazır vəziyyətdə saxladığından tez sürərək oradan Təqsirləndirilən şəxs2 uzaqlaşdırmışdır. Bu hissədə məhkəmə qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs3 tək gəlmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 niyə gəlmədiyini, eləcə də hansı səbəbdən tələm-tələsik oradan getməli olduğunu soruşmamışdır. Əksinə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 göstərişinə əməl edərək tez avotomobili idarə edərək sonuncunu oradan uzaqlaşdırmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 müqavimətəni qıra bilməyəcəyini və heç bir şəkildə özgə əmlakını əldə edə bilməyəcəyini görüb özü də oradan qaçıb getmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 müqavimət göstərdiyi vaxt bir neçə yerdən xəsarət almışdır. Zərərçəkmiş şəxs2 xəsarət alması cinayət işinin materiallarında olan ekspertiza rəyi ilə də öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə Xocasən Agentliyində bilavasitə törətdikləri quldurluq cinayəti nəticəsində özgə əmlakını talamağa müvəffəq olmamışlar. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir bir qrup şəxs halında və bıçaqdan istifadə etməklə Xocasən Agentliyində quldurluq cinayətini törətməklə özgə əmlakını ələ keçirmək istəmişlər. Lakin Zərərçəkmiş şəxs2 ciddi şəkildə müqavimət göstərdiyindən təqsirkar şəxslər özgə əmlakını ələ keçirə bilməmişlər. Təqsirləndirilən şəxslər özgə əmlakını ələ keçirə bilməsələr də, onların törətmiş olduqları əməllər bilavasitə özgə əmlakının ələ keçirilməsinə yönəlmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında və bıçaqdan istifadə etməklə xx xxxxxx 2019cu il tarixdə Xocasən Agentliyində məhz quldurluq cinayətini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək anasının sosial kartını bərpa etdirmək məqsədi ilə Xocasən Agentliyinə getdiyini və sosial kartı bərpa edə biləcəyi təqdirdə kartda olan pul hesabına Təqsirləndirilən şəxs3 borca pul verəcəyini bildirmişdir. Məhkəmə istintaqında digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 də ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək yuxarıda göstərilən hissədə Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi halları ayrı-ayrılıqda təsdiq etmişlər. Məhkəmə bu hissədə təqsirləndirilən şəxslərin verdikləri ifadələri inandırıcı hesab etmir. Belə ki, Teymur X6 anasının sosial kartını bərpa etdirmək məqsədi ilə getdiyini bildirsə də, həmin karta aylıq olaraq hansı məbləğdə pulun mədaxil edildiyini və cinayət hadisəsi baş verən gün həmin kartda hansı məbləğdə pulun olduğunu açıqlayıb cavablandıra bilməmişdir. Bundan başqa, cinayət hadisəsinin baş verdiyi gün Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 taksi xidmətinə görə verməyə pulu olmadığı halda, onun Həmidə borca 250 manat məbləğində pul verəcəyi də ağlabatan deyil. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər bu hissədə (sosial kartı bərpa etdirmək məqsədi ilə Xocasən Agentliyinə getmək) fərqli məzmunda ifadə verməklə qanunsuz hərəkətlərinə haqq qazandırmaq istəmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı verdikləri ifadələrdən tamamilə fərqli məzmunda ifadələr verərək quldurluq cinayətini törətmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxslər məhkəmə istintaqında fərqli məzmunda ifadə vermələrini tutulduqları vaxt onların polis əməkdaşları tərəfindən döyülmələri və 40-cı Polis bölməsində onlara işgəncə verilmələri ilə izah etmişlər. Məhkəmə bu hissədə də təqsirləndirilən şəxslərin verdikləri ifadələri inandırıcı və ağlabatan saymır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqları vaxtdan ibtidai istintaqın sonunadək eyni məzmunlu ifadələr verərək cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs3 əleyhinə ifadə vermişlər. Bundan başqa, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 döyülmələri və işgəncəyə məruz qalmaları barədə səlahiyyətli orqanlara müraciət etmələrini təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər və onların müdafiəçiləri sözügedən məsələ ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 qarşı ifadələrin təzyiq altında alınması həm də ona görə inandırıcı görünmür ki, Ramazan və Teymur həmin ifadələri öz müdafiəçilərinin iştirakı ilə keçirilən istintaq hərəkətlərində vermişlər və həmin ifadələrin həqiqiliyini öz imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs3 40-cı Polis bölməsində döyülməsi və orada ona işgəncə verilməsi məsələsinə gəldikdə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi ifadəsi də həqiqəti əks etdirmir. Belə ki, cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon prokurorluğunun qərarından görünür ki, Təqsirləndirilən şəxs3 şikayəti üzrə prokurorluqda araşdırma aparılmış və nəticədə 40-cı Polis bölməsinin əməkdaşlarının Təqsirləndirilən şəxs3 zor tətbiq etməsi və sonuncuya işgəncə verilməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında sözügedən məsələlər üzrə fərqli məzmunda ifadə verməklə həqiqəti gizlətmək və məsuliyyətdən yayınmaq istəmişlər. Bundan başqa, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,229 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 23:30 radələrində o, 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin Polis bölməsinə dəvət edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 00:30-da Polis bölməsində Təqsirləndirilən şəxs3 üzərində keçirilən şəxsi axtarış zamanı onun əynindəki açıq boz rəngli idman şalvarının sol yan cibindən 2 (iki) ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,530 qram və 1,699 qram, ümumi çəkisi isə 5,229 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs3 onun üzərindən aşkar edilmiş 2 (iki) büküm narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün 20 manata “Kubinka” adlanan yerdən aldığını bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı haradan, hansı qiymətə, ümumiyyətlə əvəzli və ya əvəzsiz qaydada, hansı şəraitdə və nə zaman əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı tərəfindən ibtidai istintaq dövründə bu hissədə bir neçə dəfə əməliyyat tapşırıqları verilsə də, əməliyyat yolu ilə qeyd edilən hallar müəyyən edilməmişdir. Lakin Təqsirləndirilən şəxs3 üzərindən xx xxxxxx 2019-cu il tarixdə 5,229 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında üzərindən aşkarlanmış narkotik vasitənin çəkisini mübahisələndirsə də, məhkəmə belə nəticəyə gəlir ki, onun üzərindən məhz 5,229 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 üzərindən xx xxxxxx 2019-cu il tarixdə qeyd edilən çəkidə narkotik vasitənin aşkar edilməsinə dair protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs3 həmin protokolu imzalamaqla üzərindən narkotik vasitənin aşkar edildiyini təsdiq etmişdir. Bundan sonra həmin narkotik vasitə ilə bağlı ekspertiza keçirilmiş və ekspert rəyi ilə onun üzərindən aşkarlanmış kütlənin narkotik vasitə qurudulmuş marixuana olması, eləcə də həmin narkotik vasitənin 5,229 qram çəkidə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin ekspert rəyi ilə tanış olmasına baxmayaraq, həmin rəyi mübahisələndirməmişdir. Ümumiyyətlə məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs3 heç vaxt onun üzərindən aşkarlanmış narkotik vasitənin çəkisini və növünü mübahisələndirməmişdir. Bununla da o, onun üzərindən aşkarlanmış narkotik vasitənin çəkisi və növü ilə razı olduğunu ifadə etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bununla da Təqsirləndirilən şəxs3, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət hüququ nəzəriyyəsinə görə quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 11-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Eyni zamanda göstərilən qərarın 15-ci bəndində göstərilir ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2005-ci il tarixli, 01 saylı qərarının 23-cü bəndində, həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Sözügedən qərarın 25-ci bəndində göstərilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Yuxarıda qeyd edilən hüquqi məsələləri və cinayət işinin faktiki hallarını məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə nəticəyə gəlir ki, Xocasən Agentliyində özgə əmlakın talanması ilə bağlı əvvəlcə Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında, sonradan isə onların ikisi ilə Təqsirləndirilən şəxs3 arasında şifahi razılıq əldə edilmişdir. Hətta quldurluq cinayətinin törədilməsi üsulu ilə əlaqədar onlar tərəfindən plan da hazırlanmışdır. Plana əsasən - X14 Agentliyinə qəflətən deyil, əksinə bir-bir daxil olmalı idilər. Belə ki, onların birlikdə qəflətən Agentliyə daxil olması nəticəsində orada işləyən şəxs müəyyən tədbirlər görərək onların cinayətkar hərəkətlərinin qarşısını ala bilərdi. Bu səbəbdən də orada işləyən Zərərçəkmiş şəxs2 hürkütməmək məqsədi ilə Teymur Agentliyə birinci daxil olaraq sosial kartla bağlı suallar verməklə Zərərçəkmiş şəxs2 başını qatmalı, sonra isə Ramazan ora daxil olaraq yaranmış əlverişli vəziyyətdən istifadə edərək mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs2 qarşı zorakılıq etməli və bununla da özgə əmlakını ələ keçirməli idi. Lakin Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 göstərdiyi ciddi müqavimət nəticəsində təqsirləndirilən şəxslər öz cinayətkar məqsədlərinə nail ola bilməmişlər və oradan qaçıb getmək məcburiyyətində qalmışlar. Başqa sözlə, Teymurla Ramazan razılaşdırılmış plana əsasən Xocasən Agentliyinə bir-bir daxil olmuşlar, Təqsirləndirilən şəxs2 Agentliyə daxil olan kimi Zərərçəkmiş şəxs2 başını qatmış, Təqsirləndirilən şəxs1 isə yaranmış əlverişli vəziyyətdən istifadə edərək qəflətən Zərərçəkmiş şəxs2 hücum edərək əvvəlcədən özü ilə gətirdiyi bıçaqdan istifadə etməklə quldurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 quldurluq cinayəti ilə bağlı törətdiyi fəal hərəkətlər cinayətin digər birgə icraçıları olan Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 cinayətkar qəsdləri ilə əhatə olunmuşdur. Bu isə o deməkdir ki, Xocasən Agentliyində baş vermiş cinayət hadisəsi ilə əlaqədar onların üçünündə əməllərində Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin zəruri tərkib əlamətləri var. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində, Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs3 əməllərini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 234.1-ci maddələri ilə tövsif edir. Beləliklə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər, həmin cinayət hadisələri həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin cinayət əməllərini qəsdən törətmişlər. Həmin cinayət əməlləri ayrı-ayrılıqda başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların ayrı-ayrılıqda cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 234.1-ci maddələri üzrə sanksiya həddində ədalətli şəkildə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, onların cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ayrı-ayrılıqda ilk dəfə cinayət törətmələrini, cavan olmalarını, bundan başqa, Təqsirləndirilən şəxs1 xəstə olmasını, Təqsirləndirilən şəxs3 evli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, özünün isə 3-cü qrup əlil və xəstə olmasını, Təqsirləndirilən şəxs2 evli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin təqsirləndirilən şəxslərin hər biri ilə ayrıayrılıqda barışmalarını, zərərçəkmiş şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin təqsirləndirilən şəxslərin hər birinə ayrı-ayrılıqda şikayət və tələblərinin olmamasını onların hər birinə nisbətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən - Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri üzrə azadlıqdan məhrum etmə növündə vahid cəza təyin edilməli, bundan başqa, Təqsirləndirilən şəxs3 əməllərində, həmçinin cinayətlərin məcmusu var və ona görə də ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 181.2.1, 181.2.5 və 234.1-ci maddələrinin (Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri üzrə vahid cəza) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, hər bir təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin ediləcək cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Onların həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onların hər birinin tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməlidir. Eyni zamanda xx xxxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 barədə 2163 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs3 çətənə bitkisi preparatından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya aşkar olunur. Lakin o, İİİ dərəcəli əlil olması səbəbindən ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halın olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmamalıdır. Lakin o, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd çanta, 1 (bir) ədəd laqunda daşı ilə birlikdə, 1 (bir) ədəd uzadıcı (udlinitel), 1 (bir) ədəd balaca laqunda Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılmalıdır, 2 (iki) ədəd parçadan tikilmiş maska, 1 (bir) ədəd yapışqan (skoç), 1 (bir) ədəd kəlbətin, 2 (iki) ədəd əlcək, 1 (bir) ədəd qayçı, 2 (iki) ədəd içərisində tibbi spirt olan 100 ml-lik şüşə qab (flakon), 1 (bir) ədəd vintaçan, 1 (bir) ədəd bint, 1 (bir) ədəd mətbəx bıçağı, təqiqatdan sonra ümumi təmiz çəkisi 5,169 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Bundan başqa, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş cəmi 179 (yüz yetmiş doqquz) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 179 (yüz yetmiş doqquz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri üzrə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd çanta, 1 (bir) ədəd laqunda daşı ilə birlikdə, 1 (bir) ədəd uzadıcı (udlinitel), 1 (bir) ədəd balaca laqunda Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılsın, 2 (iki) ədəd parçadan tikilmiş maska, 1 (bir) ədəd yapışqan (skoç), 1 (bir) ədəd kəlbətin, 2 (iki) ədəd əlcək, 1 (bir) ədəd qayçı, 2 (iki) ədəd içərisində tibbi spirt olan 100 ml-lik şüşə qab (flakon), 1 (bir) ədəd vintaçan, 1 (bir) ədəd bint, 1 (bir) ədəd mətbəx bıçağı, təqiqatdan sonra ümumi təmiz çəkisi 5,169 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 179 (yüz yetmiş doqquz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-451/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-451/2020
06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver