Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-451/2022 15.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Tramvay küçəsi, ev 4, mənzil 1-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşısatış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıması barədə ittiham irəli sürülmüşdür. İttihama görə o, 01 avqust 2021-ci il tarixdə, saat 20 radələrində qanunsuz olaraq satış məqsədi ilə psixotrop maddə əldə etmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan «Baba» adlı İran İslam Respublikasının vətəndaşı ilə «WhatsApp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq sonuncuya məxsus istintaqla müəyyən edilməyən bank hesabına 1.800 (bir min səkkiz yüz) manat ödəniş etdikdən sonra 02 avqust 2021-ci il tarixdə «Baba» adlı şəxsin göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, «Meyvəlinin dairəsi» adlanan əraziyə gedərək «Tır» adlanan yük avtomaşının arxa təkərinin altına istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş bir ədəd sellofan torbanın içərisində təmiz çəkisi 96,763 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini götürməklə əldə edib üzərində daşımaqla saxlamış, 12 avqust 2021-ci il tarixdə, saat 12:20-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Yasamal rayonu, S.Əsgərova küçəsi 89 ünvanın qarşısında saxlanılaraq 27-ci Polis Bölməsinə gətirilmiş, bölmənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən təmiz çəkisi 96,763 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həm rəsmi nikahda olduğu, həm də qeyri-rəsmi yaşadığı ailəsi var. ünvan 1 ünvanda faktiki birlikdə olduğu Şahid4 və dörd uşağı ilə birlikdə yaşamışdır. Həmin uşaqlardan birinin atası odur, digər üç uşağın atası isə başqa şəxsdir. Uşaqlar evdə səs-küy saldığı üçün qonşular onların barəsində dəfələrlə polisə şikayət etmişlər. 12 avqust 2021-ci il tarixdəyaşadığı evdə olduğu vaxt səhər saat 09-10 radələrində qapının səsinə yuxudan ayılmışdır. Qapını döyən şəxslər polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt özü narkotik vasitənin təsiri altında olmuş, Şahid4 evdə olmamış, uşağı baxçaya apardığından evin qapısını açarla qıfılladığı üçün qapını aça bilməmiş, Kəmalə bağçadan gəlib qapını açmış və içəri daxil olan polis əməkdaşları onun üzərinə və yaşdığı mənzilə baxış və axtarış keçirmişlər. Polis əməkdaşları axtarış və baxış zamanı hər hansı bir qanunsuz əşya aşkar etməsələr də, onu özləri ilə polis bölməsinə aparmışlar. Polis Bölməsində saxlanılmasının səbəbini soruşduqda, araşdırma apardıqdan sonra deyəcəklərini bildirib, bir neçə sənədi imzalamağa məcbur etmişlər. İfadələrində yalnız narkotik vasitələrin sadəcə istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını bildirmişdir. Belə ki, beş ildən çoxdur narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri yalnız şəxsi istifadəsi üçün əldə etmişdir və aldığı şəxslərin adlarını xatırlamır. Narkotik vasitələri tüstüsünüçəkərək qəbul etmiş, heç bir zaman iynə vasitəsilə damar yolu ilə qəbul etməmişdir. Metafetamin adlı psixotrop maddədən mütəmadi olaraq istifadə etmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanına verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, iki ildir narkotik vasitə olan heroin və metafetamini çəkmək yolu ilə qəbul edir, həmçinin həmin vasitələrin satışı ilə məşğul olur. Hər dəfə narkotik vasitə və psixotrop maddələri müxtəlif şəxslərdən alaraq qəbul etmişdir. 01 avqust 2021-ci il tarixdə, saat 20 radələrində narkotik vasitə almaq məqsədi ilə üzdən tanımadığı «Baba» adlı İran vətəndaşı ilə özünə məxsus 070 ***-**-** mobil telefon nömrəsi ilə «WhatsApp» proqram ilə əlaqə saxlayaraq hazırda nömrəsini xatırlamadığı «KapitalBank» hesabına 1.800 (bir min səkkiz yüz) manat köçürərək növbəti gün, yəni 02 avqust 2021-ci il tarixdə, saat 23 radələrində Baba adlı şəxsin qeyd etdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Meyvəlinin dairəsi» adlanan əraziyə gələrək orada dayanmış qırmızı rəngli «Tır» adlanan avtomaşının arxa təkərinin altında olan bir ədəd yapışqan kağızla bağlanmış qara rəngli sellofona bükülmüş metafetamin adlı psixotrop maddəni götürüb yolda qara sellofanı açıb içindəki şəffaf sellofanda olan bükümü əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Lakin bir neçə gün müddətində həmin vasitəni istifadə etməmiş və satmamışdır.12 avqust 2021-ci il tarixdə, saat 12:20-də yaşadığı ünvan 2 ünvanında olduğu zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, üzərində narkotik vasitələri gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində ona müdafiəçi təqdim edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülüdə psixotrop maddəni çıxararaq təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Aşkar olunmuş maddə qablaşdırılmış və üzərinə iştirakçılar tərəfindən imza atılmışdır. Əlavə olaraq bildirmişdir ki, ona psixotrop maddə satmış Baba adlı İran vətəndaşını tanımır, onunla görüşməmişdir, sonradan yalnız «WhatsApp» vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitə və psixotrop maddə almışdır. Həmin şəxsin anket məlumatlarını, harada yaşadığını bilmir, yalnız onun adının Baba, özünün də İran İslam Respublikasının vətəndaşı olmasını bilir. Baba adlı şəxslə aralarında narkotik vasitələrin satışı və əldə edilmiş gəlirin bölünməsi barədə razılıq olmamış,Baba adlı şəxsə alacağı psixotrop maddə metafetaminin pulunu kart hesabına tam olaraq göndərib əvəzində qeyd etdiyi yerdən sifariş etdiyi maddəni götürmüşdür. Həmin psixotrop maddəni satdıqdan sonraBabaadlı şəxsə heç bir məbləğdə pul göndərməyəcəkdir. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olur və həmin psixotrop maddə metafetamini satış məqsədi ilə almışdır.Baba adlı şəxsin kimdən, nə vaxt, hansı miqdarda psixotrop maddə alması, həmin psixotrop maddəni nə vaxt, hansı üsulla respublika ərazisinə keçirəcəyi, həmçinin həmin maddənin harada saxlanılması barədə heç bir məlumatı olmamış, yalnız bank vasitəsi ilə pul göndərdikdən sonra Babanın qeyd etdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Meyvəlinin dairəsi» adlanan əraziyə gedərək orada dayanmış qırmızı rəngli «Tır» avtomaşınının arxa təkərinin altından bir ədəd yapışqan kağızla bağlanmış qara rəngli sellofanda metafetamin psixotrop maddəsini əldə etmişdir (iş vərəqi 60-62). Təqsirləndirilən şəxs elan olunan ifadə ilə məhkəmədə verdiyi ifadə arasındakı fərqi həmin ifadəsini ibtidai istintaq zamanı ona təqdim edilən bütün sənədləri fiziki və psixi təzyiqlərə məruz qaldığı üçün məcburən imza etməsi ilə əsaslandırmış və məhkəmədə verdiyi ifadənin doğru olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 12 avqust 2021-ci il tarixdə ona ünvan 1 ünvanında pasport qeydiyyatında olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə verilmiş əməliyyat məlumatı rəhbərliyə raport şəklində məruzə edildikdən sonra, müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun və bölmənin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2, polis leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Əməliyyat qrupuna özü rəhbərlik etmiş və tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 avqust 2021-ci il tarixdə, saat 12:20 dəqiqədə ünvan 1 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və müvafiq araşdırmanın aparılması baş təhqiqatçı, polis mayoru Nəsimi Seyidzadəyə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış və prosessual qanunvericiliyə müvafiq olaraq Təqsirləndirilən şəxs hüquqları, vəzifələri izah edilmiş, onun öz istəyinə uyğun şəkildə hüquqlarının dövlət tərəfindən vəkillə müdafiəsi təmin edilmişdir. Təqsirləndirilən şəxstəhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra «Mərkəz» Vəkil Bürosunun vəkili Cavanşir Məmmədovun iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə aparılmış, həmçinin həmin prosessual hərəkət video çəkilişlə müşayiət edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, o da əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan paketə bükülmüş bir ədəd bükülünü çıxarıb təqdim edərək həmin kütlənin «şüşə» kimi tanınan metafetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanıonun üzərindən əlavə olaraq hər hansı əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə zərfin içərisinə qoyulmuş, üzərində müvafiq qeydlər aparılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən çıxarıb təqdim etdiyi metafetamini 01 avqust 2021-ci il tarixdə, saat 20 radələrində üzdən tanımadığı «Baba» adlı İran İslam Respublikasının vətəndaşı ilə özünə məxsus 070863-66-64 möbil nömrədən «WhatsApp» vastəsi ilə əlaqə saxlayaraq halhazırda nömrəsini xatırlamadığı «KapitalBank»da olan hesaba 1.800 (bir min səkkiz yüz) manat pul köçürərək növbəti gün, yəni 02 avqust 2021-ci il tarixdə, saat 23 radələrində Baba adlı şəxsin qeyd etdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Meyvəlinin dairəsi» adlanan əraziyə gələrək orada dayanmış qırmızı rəngli «Tır» avtomaşınının arxa təkərinin altından yapışqan kağızla bağlanmış qara rəngli sellofana bükülmüş el içində «şüşə» kimi tanınan metafetamin psixotrop maddəsini götürüb yolda qara sellofanı açıb şəffaf sellofanda olan bükümü qara rəngli idman şalvarının sağ yan cibinə istifadə etmək və satmaq niyyəti ilə qoymuşdur. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddələri satış məqsədi ilə əldə etməsi müəyyən edilsə də, qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədi ilə əməliyyat-axtarış tədbirləri qısa müddət ərzində keçirildiyindən onun psixotrop maddələri satmaq istədiyi şəxslərin müəyyən edilərək saxlanılması mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2 və polis leytenantı Şahid3 digər Şahid1 ifadəsində göstərdiyi xüsusiyyətləri təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişlər (iş vərəqi 104-106, 107-109). Şahid3 məhkəmədə əlavə dindirilərkən ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı, habelə ötən məhkəmə iclasında verdiyi ifadələrini təsdiq edir. Əlavə olaraq bildirir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə verilmiş əməliyyat məlumatı nəticəsində 12 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin iştirakı ilə onun üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi, şəffaf rəngli sellofan paketə bükülmüş bir ədəd bükülüdəki özünün dediyinə görə «şüşə» kimi tanınan metafetamin zərfin içərisinə qoyulmuş, üzərində müvafiq qeydlər aparılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, çəkiliş bitdikdən sonra digər iştirakçılar kimi o da tərti olunmuş protokolu imzalamış, daha sonra isə qablaşdırılmış psixotrop maddəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə aparmışdır. Oraya getdiyi zaman X9 Şöbəsindən bir nəfər xanım ondan tədqiqat nümunələrini götürüb, psixotrop maddənin çəkisini müəyyən etmiş və təhvil almışdır. «Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair» aktda olan imza ona məxsusdur. Məhkəmə Ekspertiza Mərkəzindən tədqiqat nümunələrini ekspertdən təhvil aldığını xatırlamır. 12 avqust 2021-ci il tarixdə 055487-88-88 mobil nömrə onun istifadəsində idi və həmin mobil nömrə xalası oğlu X8 adını qeydiyyatdadır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2014-cü ildən, təxminən səkkiz ildir qeyri-rəsmi nikahda yaşayır, bir azyaşlı uşaqları var. Təqsirləndirilən şəxs tanıdığı vaxtdan onun narkotik vasitələrdən istifadə etdiyi barədə bilmiş, lakin Elvin yaşadıqları evə narkotik gətirməmiş, onun yanında narkotik vasitə qəbul etməmişdir. Özü narkotik istifadəçisi deyil və heç vaxt narkotik vasitə, «şüşə» adlanan psixotrop maddə görməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etsə də, həmin maddələrin satışı ilə məşğul olması barədə onun və ailə üzvlərinin hər hansı bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tutulduğu gün, yəni 12 avqust 2021-ci il tarixdə səhər saatlarında uşağını bağçaya aparmış, Elvin ona zəng edərək mənzilin qapısının döyüldüyünü, evə gəlib qapını açmağı demiş, dərhal evə gələrək mənzilin önündə polis əməkdaşlarının olduğunu görmüşdür. Həmin vaxt saat 09:00 radələri olardı. Polis əməkdaşlarına mənzilin qapısını o, açmış, polislər mənzilə daxil olub, axtarış aparmışlar. Tutulan zaman Elvinin üzərində idman şalvarı və qısaqol köynək olmuşdur. Elvinyaşadıqları evdə tutulub aparılmış, yolda piyada hərəkətdə olarkən saxlanılmamışdır. Elvintutulmamışdan öncə rəsmi nikahda olduğu həyat yoldaşı ilədeyil, onunla birlikdə yaşamışdır. Əvvəllər yaşadıqları ərazidə sakitliyə riayət etmədikləri üçün qonşular tərəfindən barələrində şikayət olunmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini iş materiallarındakı aşağıdakı sənədlərlə əsaslandırmışdır. Belə ki, iş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə bölməyə daxil olmuş məlumatın yoxlanılması məqsədilə xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, həmin gün saat 12:20-də Yasamal rayonu, S.Əsgərova küçəsi, ev 89 ünvanın qarşısında saxlanılaraq bölmənin inzibati binasına gətirilmişdir (iş vərəqi 09). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 20). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli protokolundan görünür ki,həmin gün, saat 14:40-da bölmənin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan paketə bükülmüş bir ədəd bükülünü çıxarıb təqdim edərək həmin kütlənin «şüşə» kimi tanınan metafetamin olduğunu bildirmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Protokola əsasən həmin bükümün içərisində şəffaf rəngli kristal formalı psixotrop maddə hesab olunun metafetaminə bənzər maddənin olması müəyyən edilmişdir (iş vərəqi 29- 30). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3464 nömrəlixx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N168» dairəvi möhür əksi olan «şübhəli şəxs imza Təqsirləndirilən şəxs …..» yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 96,763 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metafetaminin təmiz çəkisi 96,763 qram, tədqiqata sərf edilən miqdar 0,05 qram, qalıq 96,713 qram; spektral cədvəl və aktın surəti protokola əlavə edilmişdir; aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik müəyyən edilmişdir (iş vərəqi 39-44). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı Yasamal RPİ-nin 27-ci Polis Bölməsində aparılmış video çəkilişi özündə əks etdirən bir ədəd DVD markalı diskə keçirilmiş baxışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ona təklif edildikdən sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan paketə bükülmüş bir ədəd bükülünü çıxarıb təqdim edərək həmin kütlənin «şüşə» kimi tanınan metafetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə zərfin içərisinə qoyularaq üzərində müvafiq qeydlər aparılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən çıxarıb təqdim etdiyi metafetamini xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində üzdən tanımadığı «Baba» adlı İran vətəndaşı ilə özünə məxsus 070 ***-**-** möbil nömrədən «WhatsApp» vasitəsi ilə əlaqə saxlayaraq hal-hazırda nömrəsini xatırlamadığı «KapitalBank»da olan hesaba 1.800 (bir min səkkiz yüz) manat pul köçürərək növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə, saat 23 radələrində «Baba» adlı şəxsin qeyd etdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi «Meyvəlinin dairəsi» adlanan əraziyə gələrək orada dayanmış qırmızı rəngli «Tır» avtomaşınının arxa təkərinin altında olan bir ədəd yapışqan kağızla bağlanmış qara rəngli sellofana bükülmüş el içində «şüşə» kimi tanınan metafetamin psixotrop maddəsini götürüb yolda qara sellofanı açıb şəffaf sellofanda olan bükümü qara rəngli idman şalvarının sağ yan cibinə istifadə etmək və satmaq niyyəti ilə qoymuşdur (iş vərəqi 51). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-696/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili tərəfindən əməliyyat qrupunun yaradılması və tədbirinin həyata keçirilməsi barədə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (iş vərəqi 52). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 53-54). İş materiallarındakı Bakı şəhəriYasamal Rayon Məhkəməsinin 4(004)-449/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 12 avqust 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir (iş vərəqi 76-80). İş materiallarındakı Azərbaycan RespublikasıDaxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, əməliyyat sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur (iş vərəqi 82). İş materiallarındakı doğum, atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Aylin Hüseynova adlı azyaşlı övladı var (iş vərəqi 99-100). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** mobil telefon nömrəsi ilə aparılan telefon danışıqları, sms yazışmaları və anten dairələri barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən götürülmüş CD diskə keçirilmişbaxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus istifadə etdiyi 070863-66-64 nömrə ilə istintaqa məlum olmayan bir sıra şəxslərlə mütəmadi olaraq əlaqə saxlaması, həmçinin sms yazıları vasitəsi ilə istintaqa məlum olmayan şəxslərin onun hər hansı məhsulun alınması, qiyməti ilə bağlı yazışmaların olması müəyyən edilmişdir (iş vərəqi 12-114). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 X16 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021-ci il tarixli 2209 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlik aşkar olunmur, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə dətörətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, əməli Azərbaycan Respublikası CM-nin 21-ci madəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 119-120). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik X16 X1 xx.xx.2021-ci il tarixli 4394 nömrəli rəyindən görünür ki,Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 121-122). İş materiallarındakıAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi İstintaq Şöbəsinin «sübutların qiymətləndirilməsinə dair» xx.xx.2021-ci il tarixli qərarından görünür ki, əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 96,763 qram təşkil edən psixotrop maddə olan tədqiqatdan sonra qalıq 96,713 qram metafetamin saxlanılması üçün Yasamal RPİ-yə təhvil verilmiş; Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD markalı disk, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılan danışıqları özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 123-129). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etdiyi mənbə, həmçinin İran İslam Respublikasının vətəndaşı «Baba» adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqi 131). Məhkəmə istintaqı zamanı yaranmış zərurətlə əlaqədar cinayət işinin təhqiqatını aparmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoruX10 və maddi sübutun ekspertiza tədqiqatını həyata keçirmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bioloji ekspertizalar şöbəsinin eksperti, İİ dərəcəli ədliyyə qulluqçusu X4 əlavə şahid qismində dindirilmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X10 ifadəsində göstərmişdir ki, 12 avqust 2021-ci il tarixdə, günorta saatlarında bölmənin əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışında şübhəli şəxs qismində saxlanılaraq bölməyə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi rəhbərlik tərəfindən ona tapşırılmış, müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Elvinin üzərində şəxsi axtarış aparmış və sonuncunun üzərindən 95 qram metafetamin adlanan psixotrop maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir. Aparılmış axtarış istintaq hərəkəti nəticəsində tərtib olunmuş protokolda axtarışın başlanma və bitmə tarixi, saatı dəqiq əks olunmuşdur. Bu barədə şəxsi axtarış zamanı cinayət işinin materiallarında olan videoçəkilişdə də əks olunmuşdur. Ekspertin tədqiqat nümunələrini götürmə barədə aktda hansı səbəbdən saat 15:00 yazılması barədə məlumatı yoxdur. Həqiqətən də şəxsi axtarış 12 avqust 2021-ci il tarixdə, saat 14:40-da başlamış və saat 15:15-də bitmişdir. Şahid Nəsimi Seyidzadə məhkəmədə əlavə dindirilərkən ifadəsində bidirmişdir ki, öə məhkəmə iclasında bildirdiyi kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa 12 avqust 2021-ci il tarixdə, saat 14:40-da başlamış və həmin gün saat 15:15-də başa çatdırmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti bitən kimi Təqsirləndirilən şəxs üzərindən çıxan psixotrop maddəni qablaşdıraraq ekspertizaya aparması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 təhvil vermişdir. Şahid3 12 avqust 2021-ci il tarixdə, saat 20:00 radələrində tədqiqat nümunələrini ekspertizadan geri gətirmişdir. Şahid Nəsimi Seyidzadə müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, şübhəli şəxsdən təhqiqatçı izahat alır, müstəntiq isə dindirir. Əgər Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı vaxtla bağlı ziddiyyət olsaydı, şəxsi axtarışda iştirak edən müdafiəçi bununla bağlı etiraz edərdi. Şübhəli şəxsin tutulma protokolunu 12 avuqst 2021-ci il tarixdə, saat 13:35-də tərtib etmişdir. Şəxsi axtarış protokolunu saat 14:40-da başlaması ilə bağlı heç bir vaxt məhdudiyyəti yoxdur. Təhqiqatçıya prosessual hərəkətlərin edilməsi ilə bağlı vaxt məhdudiyyəti qoyulmamışdır. Məhkəmədəşahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspert vəzifəsində işləyir. Məhkəmə Ekspertiza Mərkəzinə tədqiq olunmaq üçün maddi sübut daxil olan zaman akt tərtib olunur və bu aktda tədqiqat nümunələrinin onlara təqdim edilmə tarixi və saatı qeyd edilir. Aktda əlavə olaraq maddi sübutun hansı orqan tərəfindən göndərildiyi, maddi sübutu gətirən şəxsin adı, soyadı, vəzifəsi və iş vəsiqəsinin nömrəsi həmin şəxsin iştirakı ilə araşdırılıb qeyd olunur. Eyni zamanda akt maddi sübutu təqdim edən şəxslə təhvil alan ekspert tərəfindən imzalanır. Aktda maddi sübutun təqdim olunduğu ekspert tərəfindən daxil olma vəçıxış tarixi yazılır. 12 avqust 2021-ci il tarixdə günorta saatlarında Məhkəmə Ekspertiza Mərkəzinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tədqiq edilmək üçün psixotrop maddə olan metafetamin gətirilmiş və ekspertizanın keçirilməsi məhkəmə-kimyəvi ekspertizanın şöbə rəisi tərəfindən ona həvalə olunmuşdur. Belə ki, mərkəzə daxil olan nümunələr tədqiq olunmaq üçün şöbə rəisi tərəfindən ekspertlər arasında iş yükü nəzərə alınmaqla bölünür. Həmin tədqiqat nümunəsini Məhkəmə Ekspertiza Mərkəzinin girişində olan xüsusi ayrılmış sahədə bu barədə akt tərtib etməklə qəbul etmişdir. Həmin vaxt şəxsi axtarış istintaq hərəkətinin keçirilmə vaxtı və tarixi barədə məlumatı olmamışdır. Tədqiqat nümunələrinin təhvil alınması və geri qaytarılması barədə aktı o və həmin maddələri gətirən bölmənin əməkdaşı imza etmişlər. Bütün ekspertlər rəhbərlik tərəfindən müəyyən edilmiş eyni qaydada tədqiqat nümunələrini təhvil alırlar. Belə ki, ekspertiza mərkəzinə maddi sübut hansı saatda və dəqiqədə daxil olursa həmin anda yoxlanılır və daha sonra akta imza edilir. Adətən tədqiqata təqdim olunan narkotik vasitələr və psixotrop maddələr ekspertizaya təqdim edilən zaman bükümdə olurlar, bükümlər açılaraq ekspert tərəfindən yoxlanıldıqdan sonra içərisindəki maddələrin çəkisi elektron tərəzidə çəkilir, daha sonra tədqiqat nümunələrinin götürülməsi barədə akta təhvil alma barədə imza edilir. Bütün bu prosedur təxminən on dəqiqə vaxt aparır. Qaydalara uyğun olaraq tədqiqat nümunələri yoxlanıldaqdan sonra o və həmin tədqiqat nümunələrini təqdim etmişşəxs «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair» aktı imzalamışlar. Həmin aktda tərəfindən ekspertizaya təqdim edilən psixotrop maddənin təhvil alınmasının tarixi və saatı tam dəqiqliklə əks olunmuş, tərtib edilmə zamanı hər hansı bir texniki səhvə yol verilməmişdir. Maddi sübutlar tədqiq edildikdən sonra nümunələr şöbə rəisinə təhvil verilir və əksər hallarda bu nümunələr şöbə rəisi tərəfindən onları gətirmişşəxsə geri qaytarılır. Lakin hazırki cinayət işi üzrə olan tədqiqat nümunələrini tədqiq etdikdən sonra şəxsən özü nümunələri gətirən şəxsə qaytarmışdır. Belə ki, hazırki cinayət işi üzrə ekspertizaya təqdim edilmiş tədqiqat nümunələrini 12 avqust 2021-ci il tarixdə, saat 15:00-da akta imza etməklə qəbul edərək tədqiq etmiş və üç saat sonra elə həmin gün, yəni 12 avqust 2021-ci il tarixdə, saat 18:00-da nümunələri təqdim etmiş şəxsə geri təhvil vermişdir. Sonradan bu barədə məhkəmədən ekspertiza mərkəzinə «narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair» aktın tərtib olunmasının dəqiq vaxtı barədə rəsmi məlumat verilməsinə dair edilmiş rəsmi sorğuya cavab olaraq bildirilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair» aktda yazıldığı kimi dəqiq olaraq 12 avqust 2021-ci il tarixdə, saat 15:00-da tərəflərindən tədqiqat nümunələri təhvil alınmış, 12 avqust 2021-ci il tarixdə, saat 18:00-da isə geri qaytarılmışdır. Bu hissədə hər hansı bir texniki səhvdən söhbət belə gedə bilməz. Məhkəmə istintaqı zamanı bundan başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinə 12 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatında olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatınəticəsində müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün təşkil olunmuş əməliyyat qrupunun üzvü, eyni zamanda əməliyyat zamanı aşkar olunmuş maddi sübutu Məhkəmə Ekspertizası Mərkəzinə aparıb təhvil vermiş və tədqiqatdan snra geri təhvil almış Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 həmin vaxt istifadəsində olmuş, xalası oğlu X6 adında qeydiyyatda olan 055 487-88-88 mobil telefon nömrəsinin 12 avqust 2021-ci il tarixdə, saat 00:00-dan həmin gün saat 24:00-dək hansı anten dairəsində olması barədə məlumat verilməsi üçün "xxxx" MMC-yə sorğu verilmişdir. Məhkəməyə daxil olmuş "xxxx" MMC-nin BKC/LGL-6308/22 nömrəli xx.xx.2022-ci il tarixli məktuba əlavə olunmu bir ədəd CD markalı diskə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Şahid3 12 avqust 2021-ci il tarixdə istifadəsində olmuş055 487-88-88 mobil telefon nömrəsi 12 avqust 2021-ci il tarixdə, saat 12:21:42; saat 12:22:32 və 12:24:00-da LBBK3977O1/LBBK3977 Gizil-Sherg/«Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq hərbi şəhərciyi, 22 saylı ev, 16 saylı mənzilin damı»/Nəsimi; 12 avqust 2021-ci il tarixdə, saat 13:31:17-də LBBK3935O1/LBBK3935 Tbilisi prospekt Qaraj/«Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi»/Nəsimi; 12 avqust 2021-ci il tarixdə, saat 13:31:31-də UBBK3921E/UBBK3921Consert Komp/«Bakı şəhəri, H.Əliyev adına X18»/Nəsimi;12 avqust 2021-ci il tarixdə, saat 13:34:56-da LBBK3977O1/LBBK3977 Gizil- Sherg/«Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq hərbi şəhərciyi, 22 saylı ev, 16 saylı mənzilin damı»/Nəsimi; 12 avqust 2021-ci il tarixdə, saat 14:38:28-də LBBK5675O2/LBBK5675 Khaqani 19/«Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 19/13, mənzil 33»/Yasamal; 12 avqust 2021-ci il tarixdə, saat 14:43:06-da LBBK3977O4/LBBK3977 Gizil-Sherg/«Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq hərbi şəhərciyi, 22 saylı ev, 16 saylı mənzilin damı»/Nəsimi; 12 avqust 2021-ci il tarixdə, saat 14:43:11-də LBBK4019O1/LBBK4019 Hyatt-Hotel/«Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi 1»/Nəsimi;12 avqust 2021-ci il tarixdə, saat 14:43:11-də LBBK6227O2/LBBK6227Aptek Semashka/«Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasım küçəsi 1,634 saylı aptek»/Nəsimi; 12 avqust 2021-ci il tarixdə, saat 14:44:13-də LBBK2469O1/LBBK2469 Xarici Dillər Universiteti/«Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov 134»/Nəsimi; 12 avqust 2021-ci il tarixdə, saat 14:52:48-də LBBK0104 Gənclik dairə/«Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 1»/Nərimanov; 12 avqust 2021-ci il tarixdə, saat 15:10:03-də LBBK4171O1/LBBK4171 Sharur Parket/«Bakı şəhəri, Nərimanov rayonu, X21, ev 82»/Nərimanov; 12 avqust 2021-ci il tarixdə, saat 15:10:07-də LBBK2666O3/LBBK266628 Mall_OUT/«Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti45»/Nəsimi; 12 avqust 2021-ci il tarixdə, saat 15:17:07-də LBBK1474 İrshad Hotel/«Bakı şəhəri, Vaqif prospekti, ev 11 A»/Nərimanov; 12 avqust 2021-ci il tarixdə, saat 17:59:20 vəsaat 18:05:42-də LBBK0249O2/LBBK0249 Shuse Plaza/«Bakı şəhəri, Hüseyn Cavid prospekti 17»/Yasamal;12 avqust 2021-ci il tarixdə, saat 19:50:40 və saat 19:52:17də LABS2887O2/LABS2887 GORADİL/«Goradil bağlar»/Sabunçu; 12 avqust 2021-ci il tarixdə, saat20:00:41-də UABS4495A/UABS4495 Goradil kənd/«Abşeron rayonu, Goradil kəndi»/Abşeron; 12 avqust 2021-ci il tarixdə, saat 20:05:45-də LABS2887O2/LABS2887 GORADİL/«Goradil bağlar»/Sabunçu anten dairələrində olmuşdur. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 88 (səksən səkkiz) saat müddətində müdafiə olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilməsi qənaətinə gəlir. Onun əməlində cinayət tərkibi olmadığından, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatı olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən ona CMnin ittiham olunduğu maddəsi ilə bəraət verilməlidir. Belə ki, məhkəmədə sübutların araşdırılması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinə daxil olmuş Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə məlumatın yoxlanılması məqsədilə 12 avqust 2021-ci il tarixdə əməliyyat tədbirləri keçirilmiş və o, həmin gün saat 12:20-də Yasamal rayonu, S.Əsgərova küçəsi, ev 89 ünvanın qarşısında saxlanılaraq bölmənin inzibati binasına gətirilmişdir (iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli raportu, iş vərəqi 09). Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin 12 avqust 2021-ci il tarixli qərarı və həmin tarixli protokolu ilə Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdəşübhəli şəxs qismində tutulmuş və o, həmin gün saat 13:35-də barəsində olan qərarın və protokolun surətlərini almışdır (iş vərəqi 20). Daha sonra 12 avqust 2021-ci il tarixdə, saat 14:40-dan saat 15:15-dək bölmənin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Sözügedən istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan paketə bükülmüş bir ədəd bükülünü çıxarıb təqdim edərək həmin kütlənin «şüşə» kimi tanınan metafetamin olduğunu bildirmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 168 nömrəli möhürü ilə möhürlənmiş, zərf, həmçinin bu barədə protokol orada olan bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, şəxsi axtarış və götürmədə bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 da iştirak etmiş və protokolu imzalamışdır (iş vərəqi 29-30). Məhkəmənin araşdırdığı yuxarıda göstərilənlər məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Şahid3, X10 və X2 ifadələri ilə də təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X5 ifadəsindən məlum olur ki, 12 avqust 2021-ci il tarixdə, günorta saatlarında bölmənin əməliyyat müvəkkilləri tərəfindən narkotik vasitələrin satışında şübhəli şəxs qismində saxlanılaraq bölməyə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti onun tərəfindən aparılmışdır. İstintaq hərəkəti bu barədə tərtib olunmuş protokolda göstərilən vaxtda, yəni 12 avqust 2021-ci il tarixdə, saat 14:40-da başlanılmış, saat 15:15-də başa çatmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş zərf, həmçinin bu barədə protokol həmin vaxt orada olan bütün iştirakçılar, habelə bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən imzalanmış və kütlə tədqiq olunması üçün Şahid3 vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, Şahid3 12 avqust 2021-ci il tarixdə, saat 20:00 radələrində tədqiqat nümunələrini ekspertizadan geri gətirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsindən görünür ki, o, şahid X3 ifadəsində dediklərini təsdiq edərək bildirmişdir ki, 12 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, tutulması və üzərində aparılmış istintaq hərəkətləri zamanı iştirak etmiş, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütləni tədqiq olunması üçün baş təhqiqatçının tapşırığı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə aparmışdır. Lakin mərkəzdə tədqiqat nümunələrini ekspertdən təhvil aldığını xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X2ifadəsindən məlum olur ki, 12 avqust 2021ci il tarixdə günorta saatlarında Məhkəmə Ekspertiza Mərkəzinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tədqiq edilmək üçün gətirilmiş psixotrop maddə olan metafetamini mərkəzinin girişində olan xüsusi ayrılmış sahədəakt tərtib etməklə saat 15:00-datəhvil almış və üç saat ərzində tədqiqat apardıqdan sonra mərkəzdə saat 18:00-da nümunəni gətirən şəxsə təhvil vermiş, bu barədə tərəfindən tərtib olunmuş akt hər ikisi tərəfindən imzalanmışdır. Həmin aktda təhvil-təslim vaxtını əks etdirən tarix və saatda hər hansı bir texniki səhvə yol verilməmişdir. "xxxx" MMC-nin BKC/LGL-6308/22 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş CD markalı diskə keçirilmiş baxışın nəticəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid312 avqust 2021-ci il tarixdəistifadəsində olmuş 055 ***-**-** mobil nömrənin anten dairələrinə nəzər salanda məlum olur ki, o, qeyd olunan tarixdə və saatlarda müvafiq istintaq hərəkətlərinin aparıldığı zaman həmin hərəkətlərin bir qisminin aparıldığı yerlərdən fərqli yerlərin anten dairəsinin təsiri altında olmuşdur və hansı ki, ittihamın əsasını məhz həmin istintaq hərəkətləri nəticəsində tərtib olunmuş sənədlər (şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokol; «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair» xx.xx.2021-ci il tarixli akt) təşkil edir . Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin 12 avqust 2021-ci il tarixli protokolundan görünür ki, həmin gün, saat 14:40-da bölmənin inzibati binasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti saat 15:15-də başa çatmışdır (iş vərəqi 29). «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair» 12 avqust 2021-ci il tarixli aktda hazırki cinayət işi üzrə maddi sübutun tədqiq olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin səlahiyyyətli şəxsi tərəfindən həmin gün saat 15:00-da təhvil alınması və elə həmin gün saat 18:00-da geri təhvil verilməsi qeyd olunmuşdur. Belə olan halda, yəni 12 avqust 2021-ci il tarixdə, saat 14:40-da başlanılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti nəticəsində əldə olunmuş maddi sübutun tədqiq olunmaq üçün elə həmin gün saat 15:00-da ekspertiza idarəsində təhvil verilməsi absurddur. Bundan başqa nəzərə alsaq ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti saat 15:15-də başa çatmışdır. Diqqət çəkən digər məqam Şahid3 ifadəsində Təqsirləndirilən şəxs üzərində aparılmış istintaq hərəkəti zamanı aşkar edilmiş kütləni Məhkəmə Ekspertizası Mərkəzində tədqiqatdan sonra ekspertdən təhvil aldığını xatırlamaması barədə deməsidir. Belə ki, iş materiallarında olan «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair» 12 avqust 2021-ci il tarixli aktı imzalamışdır, hansı ki, həmin aktda tədqiqat nümunələrinin tədqiqata qəbul olunması və tədqiqatdan sonra geri qaytarılmasıəks olunmuşdur (iş vərəqi 44). Bundan başqa şahid qismində dindirilmiş ekspert X4 12 avqust 2021-ci il tarixdə Məhkəmə Ekspertiza Mərkəzinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tədqiq edilmək üçün gətirilmiş psixotrop maddə olan metafetamini tədqiqat apardıqdan sonra mərkəzdə nümunəni mərkəzə gətirən şəxsə təhvil verməsini bildirmişdir. Bundan başqa məhkəmə qanunvericiliyin müddəalarını rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirsiz olması nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 24-cü maddəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verildiyini özündə əks etdirir. Konstitusiyanın 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Konstitusiyanın 68.1-ci maddəsinin tələbinə görə hər kəsin dövlət orqanlarının ona münasibətdə öz başınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Konstitusiyanın 71-ci maddəsində birbaşa göstərilir ki, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları bir başa qüvvədədir. Bu hüquq və azadlıqların pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 125-ci maddəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququndan bəhs edən 6-cı maddəsində göstərilir ki, «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. ... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir». Məhkəmə Təqsirləndirilən şəxs bəraət verilməli olması ilə bağlı nəticəyə gələrkən yuxarıda sadalanan sübutlarla yanaşı aşağıdakılara da istinad edir. «Kondraşinanın Rusiya Federasiyasına qarşı» işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Layıcov Azərbaycana qarşı» olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman «əsaslı şübhələr yaratmayan» sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünün şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsi yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxsin cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla biləcəyini nəzərdə tutur. Həmin Məcəllənin 14-cü maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin öz başına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin cinayət mühakimə icraatının vəzifələrindən bəhs edən 8-ci maddəsində sadalanan vəzifələrdən biri də həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, bundan başqa təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən etmək; insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etmək; hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən etməkdir (9-cu maddə). Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsinin tələbi ondan ibarətdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, «cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Cinayət-Prosessual Məcəllənin bu maddəsinin tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında da birmənalı şəkildə öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizəşərtsiz bəraət verilməsi- hakimin həm vəzifə, həmdə mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanışəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 28-ci maddəsinin tələbinə görə məhkəmələr cinayət işlərinə məhkəmə iclaslarında yalnız Bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və şiə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə öz başınalıqla dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 32-ci maddəsi Azərbaycan Respublikasında cinayət mühakimə icraatının ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirildiyini nəzərdə tutur. Həmin Məcəllənin 33-cü maddəsinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 125.2.7-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaqla mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145). Həmin Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 349-cu maddəsində məhkəmə hökmünün ittihamedici, yaxud bəraətverici ola bildiyi nəzərdə tutulur. Hər bir halda məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni; məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab edilir. Həmin Məcəllənin 350-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1 və 42.2-ci maddələrində göstərilir ki, «məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır:- cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayətin törədilməsinə aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Bəraət hökmü aşağıdakı hallarda çıxarılır:- bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda (42.2.1); bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda (42.2.2); bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyati sübut edilmədikdə (42.2.3); bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə (42.2.4)». Həmin Məcəllədə o da göstərilir ki, cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, qərar qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8, 23, 58 və 64-cü bəndlərində göstərilir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Cinayətin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyatının olmaması (CPM-in 42.1.3-cü maddəsində nəzərdə tutulmuş hal) cinayət qanunu ilə nəzərdə tutulmuş hadisənin mövcudluğunu və cinayət tərkibinin olmasını inkar etmir, lakin əməlin törədilməsində təqsirləndirilən şəxsin iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Qeyd olunan normalara, eləcə də CPM-in 34, 55.2, 142, 350.1-ci maddələrinə görə şəxsin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə bəraət alması onun tam və qəti olaraq reabilitasiyası deməkdir və müstəsna olaraq şəxsin hüquqlarının bərpası üçün əsas kimi çıxış etməklə onun məhkəmədə baxılmış ittihamın əsasını təşkil edən eyni hallara görə yenidən təqib olunmasını, o cümlədən eyni hallara başqa cür hüquqi qiymət verilməsi yolu ilə məsuliyyətə cəlb olunmasını istisna edir. Azərbaycan Respublikası CPM-nin 55-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. Cinayət prosesinin gedişində Azərbaycan Respublikası CPM-nin 55-56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir (maddə 36.1). Azərbaycan Respublikası CPM-nin 56.0 və 56.0.1-ci maddələrinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir (maddə 63). Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.2 (əməldə cinayət tərkibi olmadıqda), 42.1.3 (cinayətin törədilməsinə aidiyyatı olmadıqda) və 42.1.4-cü (təqsirliliyi sübuta yetirilmədikdə) maddələrinə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 357.0.1-ci maddəsinə əsasən məhkəmə iclası zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 353.3 və 353.3.4-cü maddələrinə əsasən məhkəmə bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələləri göstərilməlidir. Təqsirləndirilən şəxs cnayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Belə olan halda bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qeyd olunan epizod üzrə qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik miqdarda məhkəmə məsrəfinin ödənilməsindən azad edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs bəraət veriləcəyindən keçirilmiş məhkəmə ekspertizası ilə bağlı 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik miqdarda məhkəmə xərcinin aqibətinin müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə müəyyənləşdirilməli olması nəzərə alınmalıdır. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018ci il tarixli 202 nömrəli qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 06 (altı) manat məbləğində haqq ödənilməlidir. Hazırki cinayət işi üzrə müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Azərbaycan RespublikasıVəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 96,713 qram təşkil edən metafetaminlə bağlı qərarın müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə qəbul edilməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Bu mənada iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD markalı disk, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılan danışıqları özündə əks etdirən bir ədəd CD disk həmin cinayət faktı üzrə cinayət təqibi məsələsi həll edilməli olması ilə bağlı iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 60 və 61-ci bəndlərində göstərilir ki, bəraət hökmünün nəticəvi hissəsində həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dərhal ləğv edilməsi, məhkəmə hökmü çıxarılanadək mülki iddianın və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi üzrə tədbirlər görüldükdə, görülmüş tədbirlərin ləğv edilməsi, habelə cinayət-prosessual qanunda müəyyən edilən digər məsələlər öz əksini tapmalıdır. Bəraət alan şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah olunmaqla, bu barədə məhkəmə iclas protokolunda müvafiq qeydiyyat aparılmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39, 42.1, 42.1.2, 42.1.3, 42.1.4, 55, 132, 344-347, 349-350, 352- 353, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham onun əməlində cinayət tərkibi olmadığından, cinayətin törədilməsinə aidiyyatı olmadığından, təqsirliliyi sübuta yetirilmədiyindən ona, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs iş üzrə 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik miqdarda məhkəmə məsrəfinin ödənilməsindən azad edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri- 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik miqdarda pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Təqsirləndirilən şəxs iş üzrə 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik miqdarda məhkəmə məsrəfinin ödənilməsindən azad edilsin. Aparılmış məhkəmə ekspertizası ilə bağlı 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik miqdarda məhkəmə xərcinin aqibətinin müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə müəyyənləşdirilməli olması nəzərə alınsın. İş üzrə Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Azərbaycan RespublikasıVəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində pul köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 96,713 qram təşkil edən metafetaminlə bağlı qərarın müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə qəbul edilməli olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD markalı disk, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılan danışıqları özündə əks etdirən bir ədəd CD disk həmin cinayət faktı üzrə cinayət təqibi məsələsi həll edilməli olması ilə bağlı iş materiallarında saxlanılsın. Cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldığından hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada müəyyən edilməmiş cinyət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-451/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-451/2022
15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver