Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-451/2024 12.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X3 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X4 və X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, 7 aprel 1977-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək daşımış və üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 19115,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı və xaşxaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 2000 qram təmiz çəkidə narkotik vasitə tiryəki əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvü vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə külli miqdarda ümumilikdə 19115,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda ümumilikdə 2000 qram təmiz çəkidə narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib həmin narkotik vasitələrdən qurudulmuş marixuananın 1015,0 qram təmiz çəkidə olan hissəsini 1 ədəd qara rəngli torbanın içərisində 1 ədəd qara rəngli sellofan bağlama halında öz üzərində saxlamaqla daşımış, qalan 18100,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 2000 qram təmiz çəkidə narkotik vasitə tiryəki İsə daşıyaraq rəfiqəsi Şahid4 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evin həyətyanı sahəsindəki zirzəmidə Şahid4 və onun ailə üzvlərinin xəbəri və məlumatı olmadan gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 3 sentyabr 2022-ci il tarixdə saat 02:40-da ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4 Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirilməklə orada 3 sentyabr 2022-ci il tarixdə saat 4:30-dan etibarən onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən 1015,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs əlində saxladığı 1 ədəd qara rəngli torbanın içərisində olan 1 ədəd qara rəngli sellofan bağlamada aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qalan hissələrini gizlətdiyi yer barədə verdiyi məlumat üzrə onun, həmçinin Şahid4 razılıqları və iştirakları ilə Şahid4 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evin həyətyanı sahəsindəki zirzəmiyə 3 sentyabr 2022-ci il tarixdə saat 06:00-dan etibarən keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitələrin qalan hissələri olan ümumilikdə 2000 qram təmiz çəkidə narkotik vasitə tiryək ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram və 1000 qram təşkil edən 2 ədəd qara rəngli sellofan bağlamalarda, 18100,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana isə ayrı-ayrılıqda təmiz çəkiləri 1000,0 qram, 1005,0 qram, 1040,0 qram, 2000,0 qram, 1380,0 qram, 1035,0 qram, 1005,0 qram, 1410,0 qram, 1005,0 qram, 1030,0 qram, 1005,0 qram, 1010,0 qram, 1110,0 qram, 1035,0 qram, 1020,0 qram və 1010,0 qram təşkil edən 16 ədəd qara rəngli sellofan bağlamalarda olmaqla Təqsirləndirilən şəxs evin həyətyanı sahəsindəki zirzəmidə təqdim etdiyi 2 ədəd sintetik torbaların içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdə X7 ilə ailə həyatı qurmuş, Azərlə birlikdə ünvan 5 ünvanında yaşamışdır. 31 avqust 2022-ci il tarixdə evdə ailəsinə məxsus olmayan çanta olduğunu görmüş, həmin çantanın içərisində olan əşyalardan qəribə iy gəldiyini hiss etmişdir. O, yoldaşı Azərdən həmin çantada nə olduğunu soruşduqda həmin torbanın içərisində tanışlarının şəxsi əşyaları olduğunu bildirmişdir. Daha sonra yoldaşı Azər evdən getmiş, sonra isə eşitmiş ki, yoldaşı Azər polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin torbanın içərisində olan əşyaların saxlanılmasının qanunsuz olduğunu fikirləşib onları zibil qutusunun yaxınlığına atmışdır. Həmin gün “whatsapp” mobil tətbiqi vasitəsilə tanımadığı bir şəxs zəng edərək onun yaşadığı evdə çanta olduğunu, həmin çantanı ona verməli olduğunu, vermədiyi təqdirdə “başına oyun açacağın” bildirmişdir. O, həmin çantaları zibil qutusuna atdığını bildirmişdir. Bu telefon danışığından sonra zibil qutusunun yaxınlığına atdığı çantaları götürüb evə gətirmiş və rəfiqəsinin evinə aparmışdır. Bundan bir müddət sonra ona yenidən “whatsapp” mobil tətbiqi vasitəsilə zəng edərək polis əməkdaşı olduğunu, adının Səttar olduğunu və yoldaşı Azərin yanında olduğunu demiş, daha sonra o, yoldaşıyla danışmağına imkan yaratmışdır. Azər həmin əşyaların təhvil verilməli olduğunu bildirmişdir. Bundan sonra Səttar ona olduğu ünvanı onlara deməyini bildirmiş, olduğu yeri başa saldıqdan sonra Səttar həmin ünvanın yaxınlığında olan “Araz marketin” yaxınlığında görüşməyi təklif etsə də, ona özünü yaxşı hiss etmədiyini və onun qaynının yaşadığı evə gəlməsini bildirmişdir. Həmin zaman qaynıgildə Azərin qardaş-bacılarından başqa qohumları da olmuşdur. Bundan əlavə “Mişa” aldı qohumları da onların evinə qonaq gəlmişdir. O, telefonla onlara həmin ünvanı izah etmiş, bu danışıqlar tərəfindən qeydə alınmışdır. Səttar və 3 nəfər polis əməkdaşı olduqları ünvana gəlmişdir. Onlar əvvəlcə onunla, daha sonra baldızlarıyla danışmışlar.O, polis əməkdaşlarına qorxduğunu bildirib onu və ailəsini mühafizə altına almalarını xahiş etmişdir. Onlara torbaların rəfiqəsində olduğunu bildirmişdir. Səttarın idarə etdiyi avtomobilə əyləşmiş və rəfiqəsinin yaşadığı ünvana getmişlər. Həmin ünvanda yarım tikilinin yaxınlığında olan torbaları “Səttar” adlı polis əməkdaşına təhvil vermişdir. Lakin həmin torbalarda hansı növ narkotik vasitə olduğunu və onların çəkisi haqqında məlumatı olmadığını bildirmişdir. Bundan sonra rəfiqəsinin yaşadığı evin qapısını döyüb kamera görüntülərinin qeyd edildiyi aparatın onlara verilməsini istəmişlər. Rəfiqəsi vermək istəməsə də, onlar götürmüşlər. Onu gəldiyi avtomobillə deyil, başqa avtomobilə əyləşdirib 20-ci sahə adlanan əraziyə gətirmişlər. Həmin ərazidə mobil telefonunu ondan götürüb şifrəni daxil etməyini tələb etmişlər. Daha sonra uzun müddət həmin ərazidə avtomobilin içərisində tək gözlətmişlər. Bu müddətdə onun telefonuna baxış keçirtmişlər. Təqribən gecə saat 02:30 radələrində ona təhvil-təslim aktını imza etməli olduğunu bildirib BNMİ-nin inzibati binasına gətirmişlər. O, həmin idarədə olarkən yaxınlarına xəbər verməli olduğunu bildirsə də, polis əməkdaşları ona şərait yaratmamışlar. O, Səttarla qaynıgilin evini tərk edən zaman yoldaşının bacılarına onu özü evə gətirəcəyini bildirmiş, çanta və pul götürməyinə ehtiyac olmadığını bildirmişdir. İdarədə olarkən ona vəkil təyin edilmiş və həmin vəkil idarəyə yuxulu vəziyyətdə gəlmişdir. Həmin binada olarkən videoçəkiliş zamanı “Azər torbaları kimə verəcəyimi desə, ona verəcəkdim” məzmunlu izahat verməli olduğunu bildirəndə onlarla razılaşmamışdır. Onlar onun və ailəsinin ünvanına qeyri-etik ifadələr işlətmişlər. Polis əməkdaşları azyaşlı qızını idarəyə gətirəcəklərini və başına oyun açacaqlarını bildirmişdir. Onu qızıyla təhdid etdiklərindən “ölüm işi” ilə bağlı sənədlərə imza etməyini bildirsəydilər, o imza edərdi. Videoçəkilişdən əvvəl 1 kiloqram narkotik vasitəni əlində saxlamığını bildirmişlər. Videoçəkilişlərdə narkotik vasitələri polis əməkdaşlarına təhvil verdiyini bildirdiyindən videoçəkilişi dayandırırdılar. Lakin 4-cü dəfə videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılanda polis əməkdaşlarının istədiyi kimi izahat vermişdir. Kamera vasitəsilə videoçəkilişi qeydə alan “Alik” adlı polis əməkdaşı olmuşdur. Xanım olduğu üçün narkotik vasitələri parça torbaya qoymuşlar. Videoçəkiliş zamanı bir xanım gəlib üstünü yoxlamışdır. Onlardan dəfələrlə müdafiəçisinin çağırılmasını tələb etsə də, buna imkan yaratmamışlar. İdarədə üzərinə şəxsi axtarış keçirildikdən sonra onu rəfiqəsinin evinə aparmışlar. Həmin ərazidə pilləkənlərin yaxınlığında narkotik vasitələri “meşoklara” doldurub üzərini taxta ilə örtmüşlər. Daha sonra rəfiqəsini oyadıb onların həyətində olan yarım tikilidə baxış keçiriləcəyini bildirmişlər. Lakin onlara rəfiqəsinin evinin arxa tərəfində narkotik vasitələri təhvil versə də, onlar evin qarşısında narkotik vasitələri yerləşdirmişlər. Onu qızıyla təhdid etdiklərindən onların dedikləri yerinə yetirməyə bilməzdi. Videoçəkiliş vasitəsilə baxış keçirilərkən polis əməkdaşların istədiyi kimi izahat vermişdir. Ona təyin edilmiş dövlət hesabına vəkil hüquqlarının pozulduğunu görsə də heç bir reaksiya verməmişdir. Təhqiqatçı və müstəntiq barəsində qərəzli olaraq sənədlər tərtib etmişlər. Müstəntiq sənədlərə imza edərkən ona sənədləri oxumağa şərait yaratmamışdır. Yaşadıqları evə içərisində narkotik vasitə olan çantanı kimin gətirdiyini bilməmişdir. Yoldaşı tutulmamışdan əvvəl 1 gün evdə tanımadığı torba gördükdə bu barədə yoldaşına sual vermiş, o da cavabında dostunun olduğunu bildirmişdir. O, yoldaşı tutulduqdan sonra həmin torbalardan şübhələnib onları zibil qutusunun yaxınlığına atmışdır. Həmin torbalarda narkotik vasitə olmasını başa düşmüşdür. Ona xarici mobil operatordan “Whatsapp” vasitəsilə zəng gəlmiş, qızıyla hədələyərək həmin çantanı soruşmuş, bundan sonra atdığı torbaları zibillikdən götürüb evə gəlmişdir. O, evdə onların zəng etməsini gözləmiş, çünki onlar zəng etdikdə polis əməkdaşları ilə birlikdə həmin əraziyə getməyi fikirləşmişdir. Daha sonra yoldaşı zəng edərək “Səttar” müəllimə hər şeyi olduğu kimi danışmağı və nə kömək lazımdısa, etməyini bildirmişdir. O, yoldaşına qaynıgildə olduğunu və onun dediklərini edəcəyini bildirmişdir. “Səttar” müəllimlə “Araz” marketin yaxınlığında görüşməyi qərarlaşdırsalar da, özünü pis hiss etdiyindən onları qaynıgilin yaşadığı evə dəvət etmiş, onlar 4 nəfər həmin evə gəlmişlər, hətta qaynıgilə qonaq gələn polis əməkdaşı ilə də görüşmüşlər. “Səttar” onun yanına sadəcə danışmağa gəlsə də, ona narkotik vasitələrin yerini bildirmişdir. O, polis əməkdaşları ilə birlikdə rəfiqəsinin evinə saat 23:00 radələrində gəlmiş, həmin evdə olan kameraların videoqeydlərini polis əməkdaşları götürmək istədikdə ev sahibi ilə aralarında konflikt yaranmışdır. Səttarla 3-4 dəfə telefonla danışdıqdan sonra onun yanına gəlmişdir. O, Səttarla saat 17:00 radələrində danışmış ki, həmin gün saat 19:00 radələrində “Araz marketin” yaxınlığında görüşməli olsalar da, onun halı pisləşdiyindən onlar birbaşa qaynıgilin evinə gəlmişlər. Polis əməkdaşları saat 19:30 radələrində qaynıgilin evinə ona suallar ünvanlamaq üçün gəlsələr də, onlara narkotik vasitələrin yerini demişdir. Polis əməkdaşları onda narkotik vasitə olduğunu bilmirdilər, buna görə də, “Səttar”-a təklikdə məsələni demişdir. O, narkotik vasitələri qoyduğu rəfiqəsinin yaşadığı evə 2 dəfə getmiş, saat 23:00 radələrində 1-ci dəfə həmin evə getdikdə polis əməkdaşlarına narkotik vasitələri təhvil vermiş, həmin vaxt onun yanında vəkil olmamış, 2-ci dəfə isə səhər saat 06:00 radələrində getmişdir. O, “Səttar”ın avtomobili ilə rəfiqəsinin evinə getmişdir. Şirinnaz xanımla əvvəllər birlikdə işləmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə təzyiq altında olduğundan oxumadan imza etmişdir. O, videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılarkən 3 ayrı çəkilişdə narkotik vasitələri polis əməkdaşlarına təhvil verdiyini bildirsə də, polis əməkdaşları hər dəfəsində ona psixoloji təzyiq göstərərək onların dediyi kimi ifadə verməyə məcbur etmişlər. Rəfiqəsinin evinə Şahid1 2 dəfə getmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, latın əlifbası ilə yazıb-oxuya bilir və ifadəsinin kompüter vasitəsilə yazılmasına etirazı yoxdur. Özü heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla bağlı hər hansı bir müalicə almamış, qeydiyyatda da deyil. Özü 2017-ci il tarixdə X7 ilə ailə həyatı qurmuşdur, birgə nigahdan 2 övladı vardır. Azər Paşayev əvvəllər məhkum olunmayıb, lakin onun narkotik vasitə istifadə etdiyini özü bilmişdir. Bildiyinə görə o narkotik vasitə qurudulmuş marixuanadan istifadə edirdi. Lakin özü ümumiyyətlə nə narkotik vasitə, nə də psixotrop maddə istifadə etməmişdir. Təxminən 31 avqust 2022-ci il tarixdə səhər saatlarında Məmməd adlı şəxs onların yaşadığı evə gəlmişdir. Məmməd Azərin uşaqlıq dostudur, özü də onu tanıyır. Onunla Azərin yaxşı münasibətləri olmuşdur. Aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. Məmməd onların evə gələrkən iki sellofan torba gətirmişdir. O əvvəlcə həmin torbalarda şəxsi əşyalarının olduğunu demişdir. Yəni əvvəlcə özü belə başa düşmüşdür. Əri Azərin həmin torbalarda narkotik vasitlərin olmasından xəbərdar olub-olmadığını özü bilmir. Məmməd həmin gün onlarda qalmamış və çıxıb getmişdir. Özü evdə həmin torbalarda olanların iyindən hiss etmişdir ki, orada narkotik vasitə vardır. Özü bu barədə Azərə dedikdə Azər ona «Məmmədin əşyalarıdır gəlib aparacaq» deyə bildirmişdir. Özü isə israr etmişdir ki, tez gəlib aparsın. Həmin gün Məmməd əri Azərə zəng edib görüşmək üçün çağırmış, Azər isə özü bildiyinə görə Məmmədlə görüş üçün Nərimanov rayonu ərazisində yerləşən Bayraktar kafesinə gedəcəkdi. Lakin özü sonradan eşitmişdir ki, Azər ora gedərkən polis əməkdaşları tərəfindən tutulub. Lakin Məmməd adlı şəxsin onların evə qoyduğu narkotik vasitələr evdə qalmışdır. Bundan sonra polis əməkdaşlarının evə gəlib baxış keçirdikdə o qədər narkotik vasitələri aşkar etməmələri üçün özü həmin torbalan rəfiqəsi Şirinnazın Bayıl qəsəbəsində yaşadığı evinə aparmışdır. Özünün həmin əşyaları aparmaqda əsas məqsədi ondan ibarət olmuşdur ki, sonradan həmin narkotik vasitələr vasitəsilə Məmməd adlı şəxsi tapsın ki, nə üçün Azəri tutdurub. Özü istəmişdir ki, həmin narkotik vasitələr Azərin və ya özünün boynunda qalmasın. Şirinnaza isə «ərim Azərlə dalaşmışam və bir günlük onlarda gəlib qalmaq istəyirəm» deyə bildirmişdir. Qabaqcadan isə Məmmədin gətirdiyi torbaları özü çemodana qoymuşdur ki, şübhə yaranmasın. Şirinnaza isə çemodanlarda öz əşyalarının olduğunu demişdir. Şirinnazgilə tanımadığı taksi avtomobili ilə getmişdir. Şirinnaz da ona çemodanları daşımaqda köməklik etmişdir. İlkin olaraq çemodanları evə qoymuşlar. Daha sonra Şirinnazla bir qədər yemək yemişdir. Onlar evdən çıxıb getmişlər, belə ki Şirinnaz uşaqları üçün nəsə sənəd düzəltdirəcəkdi. Özü isə artıq hava qaralan zaman çemodanları açıb içərisində olan torbaları düşürüb evin zirzəmisinə qoyub orada gizlətmişdir. Şirinnaz bir neçə saat sonra qızı ilə birlikdə gəlmişdir. Onlar gəldikdən sonra özü həmin evdən «qaynananla danışmışam, əşyalarımı götürüb onlarda qalacam» adı ilə çıxmışdır. 3 sentyabr 2022-ci il tarixdə gecə saat 2-3 radələrində həmin evin yaxınlığında küçədə olduğu zaman bir neçə mülki geyimdə olan şəxslər özünə yaxınlaşıb özlərini DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. Polis İdarəsinə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda müdafiəçisi də iştirak etmişdir. Şəxsi axtarış zamanı özünə üzərində qanunla qadağan edilən əşyaların olub- olmaması soruşulmuş, olduğu təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra özü sağ əlində olan qara rəngli torbanın içərisindən bir ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan köynəyin sağ cibindən içərisində ***-***-**-** simkart nömrəsi olan 1 ədəd “Xiaomi" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 1 (bir) kq 132 (yüz otuz iki) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, özü, müdafiəçi və təhqiqatçı tərəfindən üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Xiaomi” markalı mobil telefonu da götürülmüşdür. Üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni əri X6 31 avqust 2022-ci il tarixdə yaşadığı ünvan 6 ünvanında ona verdiyini, Azər Paşayevin tutulduğunu, həmin kütləni əri Azərin deyəcəyi adama verəcəyini, həmçinin Bakı şəhəri, Səbail rayonunda rəfiqəsinin yaşadığı evin zirzəmisində narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyimi bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Özü protokol doğru olduğu üçün imzası ilə təsdiq etmişdir. Bundan sonra rəfiqəsi Şirinnazın yaşadığı evə getmişlər. Orada özünə evdə saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra özü evin həyətində olan zirzəmidən 2 ədəd qırmızı rəngli torbanı təqdim etmişdir. Torbalara baxış zamanı həmin torbalarda 16 ədəd bükümdə qurudulmuş marixuana, 2 ədəd bükümdə tiryək aşkar edilmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın ümumilikdə çəkisi on doqquz kiloqram 920 qram, tiryəkin ümumilikdə 2 kiloqram 125 qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılaraq möhürlənmiş, üzəri özü, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Həmin evin digər hissələrinə zərurət olmadığından baxış keçirilməmişdir. Orada da özü verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin Məmməd adlı şəxsin gətirib onun yaşadığı evə qoyduğunu, ərinin bundan sonra tutulduğunu, həmin kütlələri əri Azərin deyəcəyi adama verəcəyini, üzərindən və təqdim etdiyi ünvandan aşkar edilmiş kütlələri əri Azərə tanışı Mamed adlı şəxsin verdiyini, rəfiqəsi Şirinnazın öz yaşadığı evin zirzəmisində narkotik vasitə gizlətməsindən xəbəri olmadığını, Şirinnazı aldadaraq guya əri Azərlə dalaşaraq başqa şəhərə gedəcəyi barədə dediyini, onlara qonaq gələrək həmin kütlələri gizlətdiyini, başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, özünə qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Rəfiqəsi Şahid4 da verilən suallara cavab olaraq yaşadığı evdə narkotik vasitə olmasından məlumatı olmadığını, özünə yaşadığı evdə narkotik vasitə gizlədilməsi barədə deyilmədiyini bildirmişdir. Özü narkotik vasitələri Məmməd adlı şəxsi tapmaq məqsədi ilə gizlətmişdir. Ərini o tutdurduğunu düşünmüşdür. Buna görə həmin maddələri yaşadığı evdən götürüb başqa bir ünvana daşımış, məqsədi isə evə baxış zamanı həmin maddələrin aşkarlanmaması və ərinin ona görə tutulmaması olmuşdur. Üzərində olanları da Məmmədi tapıb qaytarmaq məqsədi ilə götürmüşdür. Özü narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, heç ərinin də satışı ilə məşğul olmasına inanmır. Məmməd adlı həmin şəxs əri Azərin yaxın dostu olmuşdur. O, əvvəl Özbəkistan Respublikasında yaşamış, sonradan isə Azərbaycan Respublikasına qayıtmışdır. Onun narkotik vasitələr istifadə edib-etmədiyini, həmçinin satışı ilə məşğul olub-olmadığını özü bilmir. Onun anket məlumatlarını da bilmir. Özbəkistanda işlətdiyi nömrəsi telefonunda vardır. Üzərində və rəfiqəsinin yaşadığı evdə gizlətdiyi narkotik vasitələr barədə heç kəsə bildirməmişdir. Özü əvvəllər ***-***-**-** nömrəsi istifadə etmişdir. Nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış, nə də evə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Əvvəllər Azərin deməsi ilə onun verdiyi narkotik vasitələri aparıb hər hansı bir ünvana yerləşdirdiyi hal olmamışdır. Həmçinin ümumiyyətlə əri heç vaxt yaşadığı evə narkotik vasitələr gətirməmişdir. Özü başqa heç bir yerdə narkotik vasitə saxlamır, başqa hər hansı bir cinayət əməli törətməmişdir (cild 1, iş vərəqə 69-74). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində əməliyyat qrupunun rəhbəri olmuşdur. Dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bərədə ona əməliyyat məlumatı daxil olmuşdur. Əldə etdiyi məlumat barədə raportla rəhbərliyə müraciət etmiş və daha sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq əməliyyat qrupu yaradılmış, Baş İdarənin əməliyyat müvəkkili Şahid2 da qrupa üzv daxil edilmiş, qrupa rəhbərlik isə ona həvalə olunmuşdur. Təqsirləndirilən şəxs ünvan 7 ünvanının yaxınlığında olması tərəflərindən müəyyən edilmişdir. Əməliyyat qrupu olaraq həmin yerə getmiş, qeyd edilən ünvanının qarşısında Təqsirləndirilən şəxs oxşar orta yaşlı qadının piyada hərəkətdə olmasını görmüş, ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində 1 ədəd qara rəngli içi dolu torba da olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. Dərhal Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Talehə Paşayevə etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəlmiş, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zərurəti ilə əlaqədar müdafiəçi ilə təmin edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, ona üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Onun üzərində eyni cinsdən olan şəxsin iştirakı ilə şəxsi axtarış aparılması üçün 1 nəfər qadın da Baş İdarəyə dəvət edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmiş ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı həmin qara rəngli sellofan torbanın içərisindən 1 ədəd qara rəngli sellofan bağlamanı təqdim etmişdir. Başqa hər hansı bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 1 ədəd qara sellofan bağlamaya baxış keçirilmiş və onun içərisində yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu, narkotik vasitənin əri Azər Paşayev tərəfindən onun yaşadığı ünvana gətirildiyini, narkotik vasitəni ərinin deyəcəyi ünvana aparıb verməli olduğunu, həmçinin bundan başqa Səbail rayonunda rəfiqəsinin yaşadığı evin zirzəmisində də narkotik maddə saxladığını, həmin maddəni təqdim edə biləcəyini bildirmişdir. Daha sonra tədbirin davamı olaraq Təqsirləndirilən şəxs göstərdiyi ünvana getmişlər. Həmin ev Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində yerləşir. Həmin ünvana baxış keçirilməsinə etiraz etməməsi barədə Təqsirləndirilən şəxs ərizə ilə də müraciət etmişdir. Həmin evdə yaşayan Şahid4 onları qarşılamış, özlərini ona təqdim edərək evdə baxış keçirilməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs orada narkotik vasitə saxladığını və həmin narkotik vasitəni təqdim edəcəyini qeyd etmişlər. Şahid4 bildirmiş ki, özünün həmin narkotik vasitədən ümumiyyətlə xəbəri və məlumatı olmamışdır. Şahid4 evə baxış keçirilməsinə etiraz etməmiş və bununla bağlı ərizə də təqdim etmişdir. Evə baxış videoçəkilişlə vasitəsilə keçirilmiş, baxış prosesində Şahid4 da iştirak etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin ünvanda olması ehtimal edilən narkotik vasitəni təqdim etməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin zirzəmisindən 2 ədəd qırmızı rəngli içi dolu torbanı təqdim etmişdir. Torbalara açılıb baxış keçirilərkən onların içərisindən sellofan bağlamalarda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və 2 ədəd bağlamalarda isə narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar edilmişdir. Belə ki, aşkar edilmiş bütün bağlamalar sayılaraq ardıcıl açılıb hər birinin içərisinə baxış keçirilmiş, həmçinin bağlamalar elektron tərəzidə çəkilmiş, ümumilikdə çəkiləri 21-22 kiloqram olduğu müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin narkotik kütlələrin ona məxsus olduğunu, həmin kütlələrin ona əri Azər Paşayevin verdiyini, Azərə isə həmin maddələri hansısa Mamed adlı şəxs tərəfindən verildiyini, Azərin deyəcəyi yerlərə həmin kütlələri təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin ünvanda narkotik vasitə saxlamasından rəfiqəsi Şirinnazın heç xəbəri olmadığını, Şirinnaza guya özünün əri ilə dalaşdığı üçün əşyalarını yığıb başqa yerə gedəcəyini dediyini, Şirinnazın da ona inandığını bildirmişdir. Şahid4 da Talehənin dediklərini bir daha təsdiq edərək evdə narkotik vasitələrin olmasından xəbərinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqda özü etiraf etmiş, lakin saxlanılana qədər həmin narkotik vasitələri vermək istəməmişdir. O, saxlanılmazdan öncə Talehə xanımla telefonla danışmamışdır. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Talehə xanımın yodaşı da narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğundan cinayət məsuliyyətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs hansı tarixdə saxladıqlarını xatırlamır, lakin əməliyyat tədbirində Şahid2 və Şahid5 də iştirak etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri gizlətdiyi evə yalnız 1 dəfə baxış keçirilmişdir. Hadisənin üzərindən uzun müddət keçdiyindən əməliyyat məlumatında qeyd edilən şəxsin Təqsirləndirilən şəxs olmasını necə müəyyənləşdirdiklərini xatırlamır. Təqsirləndirilən şəxs saxlayarkən üzərində mobil telefonda hansı sim nömrədən istifadə etdiyini xatırlamır. Təqsirləndirilən şəxs heç kimdən təhvil götürməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid5 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının əvvəlləri Təqsirləndirilən şəxs ona zəng edərək qonaq qəbul edib-etmədiyini soruşmuşdur. O, rəfiqəsi Talehəyə rədd cavabı verə bilmədiyindən qonaq gələ biləcəyini bildirmişdir. Bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs iki böyük çemodanla onun yaşadığı evə gəlmişdir. Təqsirləndirilən şəxs əri Azərlə dalaşdığını, əşyalarını yığıb Moskva şəhərinə, qardaşının yanına gedəcəyini bildirmişdir. Ona əşyalarını evə gətirməyə köməklik etmişdir. Talehə evə keçdikdən sonra ona yemək vermiş, gətirdiyi əşyaları isə yaşadığı evin girişində pilləkanın aşağısında saxlamışdır. Bir müddət sonra Talehə işi olduğunu bildirib evdən getmişdir. Həmin vaxt Talehə evə gətirdiyi çemodanları özü ilə birlikdə aparmışdır. Həmin gün axşam saat 23:15 radələrində qapı döyülmüş və polis əməkdaşları evlərinə gəlmişlər. Polis əməkdaşları evində quraşdırılmış müşahidə kamerasının içində olan videoqeydləri götürmüşlər. Yoldaşı videoqeydləri polis əməkdaşlarına vermək istəməsə də, məcbur olub həmin videoqeydləri vermişdir. Polis əməkdaşları videoqeydləri götürərkən onlara heç bir sənəd təqdim etməmişlər. 2-ci dəfə polis əməkdaşları həmin günün səhəri saat 06:00 radələrində evlərinə gəlib videoçəkiliş vasitəsilə axtarış keçirmişlər. Həmin axtarışda Talehə xanım da iştirak etmişdir. Talehə Paşayevə yaşadığı evdən taksi ilə getmiş, o gedərkən çemodanları taksiyə qədər daşımasına kömək etmişdir. Təqsirləndirilən şəxs gətirdiyi çemodanların içərisində nə olduğunu görməmişdir. Talehə evdə olarkən evin içərisinə heç nə yerləşdirməmişdir. Orta boylu polis əməkdaşı saat 12-yə işləmiş evlərinə gəlib videoqeydləri götürmüşdür. Həmin vaxtı ondan başqa bir neçə polis əməkdaşı da evlərinə gəlmişlər. Talehə videoçəkiliş zamanı orada olmuşdur. Torbaları polis əməkdaşları özləri pilləkanın aşağısından götürmüşlər.Talehə ona əri ilə arasında ciddi mübahisə olduğunu və buna görə də Moskva şəhərinə gedəcəyini bildirmişdir. Narkotik vasitələrin götürüldüyü yeri açıqlıqda olan sahə olduğundan Talehənin ora hər hansısa bir torba qoyduğunu görməmişdir. Talehə onun evinə gələndə hansı əşyaları gətirmişdirsə, həmin əşyaları gedəndə özü ilə aparmış və onun evində heç bir əşyasını saxlamamışdır. Həmin əşyaların onun evinə necə gəldiyini bilmir. Polis əməkdaşları videoqeydləri götürərkən protokol tərtib etməmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imza etmişdir. Məhkəmə Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, rəfiqəsi olan Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, videoçəkilişdən istifadə olunmaqla evə baxış keçirilmiş, baxış başlamadan əvvəl Təqsirləndirilən şəxs onun evində olması ehtimal edilən narkotik vasitənin və ya psixotrop maddəni təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evin zirzəmisindən iki ədəd qırmızı rəngli torba təqdim etmişdir. Həmin torbaya baxış keçirilərkən içərisində narkotik vasitələrə oxşar maddələr aşkarlanmışdır. Lakin özü onları tanımır deyə oradan nə aşkarlandığını bilmir. Aşkar edilmiş maddələr elektron tərəzidə çəkilmiş və bir ədəd torbaya qoyularaq qablaşdırılmış, üzəri möhürlənməklə götürülmüşdür. Zərurət olmadığı üçün evdə başqa yerlərdə baxış aparılmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin kütlələrin özünə məxsus olduğunu, həmin kütlələrin ona əri Azər Paşayevin verdiyini, Azərə isə həmin maddələrin Mamed adlı şəxs tərəfindən verildiyini, Azərin deyəcəyi yerlərə həmin kütlələri təqdim edəcəyini qeyd etmişdir. Özü evdə narkotik vasitə saxlanmasından xəbərinin olmadığını, Talehənin ona əri ilə dalaşdığı üçün əşyalarını yığıb başqa yerə gedəcəyini dediyini bildirmişdir, Özü Talehənin dediklərini bir daha təsdiq edərək evdə narkotik vasitələrin olmasından xəbərinin olmadığını bildirmişdir. Həqiqətən də həmin narkotik vasətələrdən özü xəbərsiz olmuşdur. Çox guman ki, Talehə həmin əşyaları o qızı ilə gəzməyə gedən zaman evin zirzəmisinə qoymuşdur. Özünün bundan xəbəri olmamış, Talehənin belə bir iş görəcəyini heç düşünməmişdir. Çünki, özü Talehəni mədəni, kubar bir qadın kimi tanımışdır. Bu cür işlər görə biləcəyini heç düşünməzdi. Talehənin bir qızı var, xadiməlik edib dolanmışdır. Belə işlər görəcəyini təsəvvür etməmişdir. Talehə əşyalarla onun evinə gələn zaman da Azərlə dalaşdığını qeyd etmiş və Rusiya Federasiyasına bilet alıb gedəcəyini demişdir. Buna görə əşyalarını yığıb gətirdiyini bildirmişdir. Sonradan özləri polis idarəsinə gəlmiş və orada baxış və götürmə haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuş, protokolu doğru hesab etdiyi üçün imzalamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır (cild 1, iş vərəqə 199-201). Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 3 sentyabr 2023-cü il tarixdə saat 5 radələrində işi ilə əlaqədar olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin yaxınlığından keçən zaman polis əməkdaşı ona yaxınlaşaraq idarədə bir qadının üzərində şəxsi axtarış keçiriləcəyini izah etmiş və qadın olduğu üçün üzərində şəxsi axtarışın onun tərəfindən aparılmasını xahiş edib onu idarəyə dəvət etmişdir. Özü polis əməkdaşlarına heç bir etiraz etməmiş və onlarla polis idarəsinə keçmişdir. Ora getdikdə otaqların birində bir qadının yanında da bir neçə şəxsin olduğunu görmüşdür. Həmin qadını əvəllər tanımamışdır. Onunla hər hansı bir münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. Orada həmin qadının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Orada həmin qadının üzərində şəxsi axtarış keçiriləcəyi ona bir daha izah edilmişdir. Orada iştirak edərkən Təqsirləndirilən şəxs yanında müdafiəçi və polis əməkdaşlarının olduğunu bilmişdir. Şəxsi axtarış videoçəkilişdən istifadə edilməklə aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən 1 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində özü tərəfindən şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən bir ədəd “Xiaomi” markalı mobil telefon aşkar edilmişdir. Başqa hər hansı bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümə baxış keçirilmiş və içərisində yaşıl rəngli bitki tərkibli kütlə aşkar edilmişdir. Həmin kütlənin nə olduğunu özü bilmir. Çünki, narkotik vasitələri tanımır. Həmin büküm elektron tərzidə çəkilmiş, lakin çəkisinin nə qədər olduğunu xatırlamır. Bundan sonra aşkar edilmiş bağlama bir ədəd kağız paketə qoyularaq qablaşdırılaraq üzəri möhürlənmişdir. Həmin paket iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Xiaomi” markalı mobil telefon da iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin kütlənin narkotik vasitə olduğunu, həmin kütlənin ona məxsus olduğunu, narkotik vasitəni ərinin onun yaşadığı ünvana gətirdiyini, həmin narkotik vasitəni ərinin deyəcəyi ünvana aparıb verməli olduğunu, bundan başqa Səbail rayonunda rəfiqəsinin yaşadığı evin zirzəmisində narkotik maddə olduğunu, həmin maddəni könüllü təqdim edə biləcəyini, polis əməkdaşları tərəfindən ona heç bir zor və təyziq edilmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmamışdır. Protokol doğru hesab edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış başlamamışdan qabaq özü polis idarəsində olarkən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır (cild 1, iş vərəqə 150-151). Cinayət işinin materiallarında olan 3 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Bakı şəhərinin Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 3 sentyabr 2022-ci il tarixdə saat 2:40-da ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin İnzibati binasına dəvət edilib gətirilməklə orada 3 sentyabr 2022-ci il tarixdə saat 4:30-dan etibarən onun üzərində şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əlində saxladığı 1 ədəd qara rəngli torbanın içərisində olan 1 ədəd qara rəngli sellofan bağlamada 1 kiloqram 132 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, həmçinin üzərindən 1 ədəd ***-***-**-** nömrəli “Xiaomi” markalı mobil telefon aparatı aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür (cild 1, iş vərəqə 31-33). Cinayət işinin materiallarında olan 3 sentyabr 2022-ci il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qalan hissələrini gizlətdiyi yer barədə verdiyi məlumat üzrə onun, həmçinin ev sahibi Şahid4 razılıqları və iştirakları ilə Şahid4 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evin həyətyanı sahəsindəki zirzəmiyə 3 sentyabr 2022-cİ il tarixdə saat 06:00-dan etibarən keçirilmiş baxış zamanı oradan 2 ədəd sintetik torbaların içərisindən 16 ədəd qara rəngli sellofan bağlamalarda ümumilikdə 19 kiloqram 920 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 2 ədəd qara rəngli sellofan bağlamalarda isə ümumilikdə 2 kiloqram 125 qram çəkidə tiryəkə bənzər kütlələr aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür (cild 1, iş vərəqə 38-40). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 sentyabr 2022-ci il tarixli 6/4733 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd qara rəngli parça torbada 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram və 1000 qram, ümumi təmiz çəkisi 2000 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 2 ədəd bağlamadakı tiryək kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tiryək Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir ( tiryəkin ümumi təmiz çəkisi 2000 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 1999,8 qram, cild 1, iş vərəqə 49-51). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 sentyabr 2022-ci il tarixli 7/975 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” yazılan qara rəngli polietilen bağlamada 1 ədəd sellofanda təmiz çəkisi 1015,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” yazılan iki ədəd sintetik torbada üzəri şəffaf yapışqan lentlə yapışdırılmış ümumi sayı 16 ədəd olan qara rəngli polietilen bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1000,0 qram, 1005,0 qram, 1040,0 qram, 2000,0 qram, 1380,0 qram, 1035,0 qram, 1005,0 qram, 1410,0 qram, 1005,0 qram, 1030,0 qram, 1005,0 qram, 1010,0 qram, 1110,0 qram, 1035,0 qram, 1020,0 qram və 1010,0 qram olmaqla ümumi çəkisi 18100,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir (marixuananın ümumi təmiz çəkisi 19115,0 qram, tədqiqata sərf edildi 0,8 qram, qalıq 19114,2 qram cild 1, iş vərəqə 54-55). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 26 sentyabr 2022-ci il tarixli 5502 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 234-235). Cinayət işinin materiallarında olan 30 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb həmin idarəyə aparıldıqdan sonra törətmədiyi cinayəti etiraf etməsi üçün psixoloji işgəncəyə, təzyiqlərə məruz qalıb-qalmaması hallarının yoxlanılması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırma zamanı qeyd olunan xüsusatlar təsdiqini tapmadığından toplanmış material üzrə 30 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasını rədd edilmişdir (cild 1, iş vərəqə 298-301). Cinayət işinin materiallarında olan 31 may 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və evdən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra ümumilikdə qalıq çəkisi 1999,8 qram narkotik vasitə olan tiryək və ümumilikdə qalıq çəkisi 19114,2 qram olan narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk və mənzilə baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 302-322). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 153-154). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 3 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 3 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 3 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 101-106). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 3 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 198 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evdən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra ümumilikdə qalıq çəkiləri 1999,8 qram narkotik vasitə olan tiryək və 19114,2 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 3 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 198 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evdən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra ümumilikdə qalıq çəkiləri 1999,8 qram narkotik vasitə olan tiryək və 19114,2 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-451/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-451/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver