Məhkəmə qərarları › İş №1(101)-452/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-452/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-452/2022 16.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X6, Zərərçəkmiş şəxsin hüquqi varisi: X9 Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 26 avqust 1981-ci ildə Azərbaycan Respublikası, Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, İİİ dərəcə əlilliyi olan, tikinti ustası işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs rəsmi nikah münasibətlərində olduğu arvadı Zərərçəkmiş şəxs ilə həmkəndlisi, eyni zamanda qohumu olan X3 intim münasibətlərində olmalarını 08 sentyabr 2021-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs istifadəsində olmuş telefonun “Whatsapp” mobil tətbiqindəki SMS yazışmalarından görüb bildikdən sonra arvadına qarşı nifrət hissi yarandığından onunla boşanaraq birgə nikahdan olan 3 uşağını, daha çox azyaşlı qızı, 2008-ci il təvəllüdlü Mətanət Səfərovam anası Zərərçəkmiş şəxs alıb özünün onların tərbiyəsi ilə məşğul olmasından ötrü məhkəməyə müraciət etmək qərarına gəlmiş, lakin tanıdığı vəkillərlə məsləhətləşərkən uşaqlarının, o cümlədən azyaşlı olduğuna görə qızı Mətanətin də anasına veriləcəyi ehtimalının böyük olmasını öyrəndikdən sonra bu onda arvadı Zərərçəkmiş şəxs qarşı nifrət hissini daha da artırmış, arvadının uşaqları könüllü ona verməyəcəyini, anaları ilə qaldıqları təqdirdə isə azyaşlı qızı Mətanət Səfərovanın da gələcəkdə anaları kimi əxlaqsız yola düşə biləcəyini fikirləşərək Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə 15 oktyabr 2021-ci il tarixdə, saat 07 radələrində yaşadığı evin mətbəxindən götürdüyü məişət təyinatlı mətbəx bıçağını götürüb şalvarının sol cibinə qoyaraq Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Mərkəz Binəqədi» adlanan əraziyə gəlib arvadı Zərərçəkmiş şəxs qəsdən öldürməklə bağlı cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli məqam gözləmiş və sonuncunun həmin ərazidə yerləşən 179 nömrəli tam orta məktəbə uşaqları yola salıb geri qayıtdığını görüb onu təqib etməyə başlamış, Zərərçəkmiş şəxs onu görüb yolunu dəyişdiyi üçün sonuncunun Binəqədi RPİ-nin 43-cü PB-nə gedəcəyini güman edərək başqa yolla həmin istiqamətdə getmiş və ünvan 2 ünvanında Zərərçəkmiş şəxs çatıb onun yaxasından tutaraq, şalvarının sağ yan cibindəki dəstəyi gümüşü rəngli olan məişət təyinatlı mətbəx bıçağını çıxarmış və bu zaman Zərərçəkmiş şəxs onu buraxmasını tələb edərək “kişiliyin çatmaz” deməsindən daha da əsəbləşərək əlindəki həmin bıçaqla Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmək niyyəti ilə sonuncunun bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirməklə ona xüsusi əzab və işgəncə verərək və bunu dərk etməklə arzulayaraq, zərərçəkmiş şəxsin həmin vaxt qışqıraraq kömək istəməsinə əhəmiyyət vermədən, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə Zərərçəkmiş şəxs döş və qarın boşluqlarına nüfuz edərək sol ağ ciyərin yuxarı payının, sol ağ ciyərin aşağı payının, sağ ağciyərin aşağı payının, qaraciyərin sağ payının arxa və bazal (alt) səthlərinin və nazik bağırsağın ilgəklərinin zədələnməsi ilə müşayiət olunan və ölümlə səbəbli əlaqəsi olan, dərəcələrinə görə həm ümumilikdə, həmdə ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin Ön səthinin sol yarısında sol süd vəzinin aşağı bayır kənarından sol döş boşluğuna nüfuz edən bir ədəd, döş qəfəsinin arxa səthində solda 6-cı və 7-ci qabırğalar arası sahədən və sol kürəkaltı nahiyyədən sol döş boşluğuna nüfuz edən iki ədəd, döş qəfəsinin sağ yan səthində 6-cı və 7-ci qabırğaiararası sahədən döş boşluğuna nüfuz edən iki ədəd, döş qəfəsinin arxa səthində sağda X-Xİ qabırğaiararası sahədən və sonuncu yaradan bir qədər sağda aşağıda yerləşmiş, qarın boşluğuna nüfuz edən iki ədəd, qarının ön divarının sol yarısından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş kəsilmiş yaraları, döş və qarın boşluğuna nüfuz etməyən, ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə yüngül zərərvurmaya aid döş qəfəsinin ön səthində, orta körpücük xətti üzrə 4-cü və 5-ci qabırğaiararası sahədə, sağ süd vəzisinin iç yarısının bir ədəd, qarının ön divarında, orta körpücük xətti üzrə sol qabırğaaltı nahiyyənin bir ədəd, qarının sol yan divarında orta qoltuq xətti üzrə qalça darağı səviyyəsinin bir ədəd, bel nahiyyəsinin sol yarısında, arxa qoltuq xətti üzrə, 1-11 bel fəqərələri səviyyəsinin bir ədəd yumşaq toxuma və əzələləri zədələyən, kəskin xarici qanaxmaya səbəb olmuş deşilmişkəsilmiş, eləcədə boyunun orta 1/3-nin ön-sol yarısının bir ədəd, sol bazunun orta 1/3-nin arxa-bayır səthinin bir ədəd və sağ saidin aşağı 1\3-nün ön-iç səthinin bir ədəd dərini, dərialtı yumşaq toxumaları, əzələ və damarları zədələyən xarici qanaxmaya səbəb olmuş kəsilmiş yara, eləcə də canlı şəxslərdə həm ümumilikdə, həm ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olub dərəcələri təyin edilməyən burun yəhərinin və sol gicgah nahiyyəsinin sıyrıqları və sağ baldırın arxa səthinin qançırı ilə müşayiət olunan ümumilikdə kəskin qanitirməyə səbəb olmuş çoxsaylı xəsarətlər yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Sahilə onun arvadı idi. Sahilə ilə birgə nikahlarından 3 övladları, Sahil, Mətanət və Rahil vardır. Sahilə evdar qadın idi. Son vaxtlar Sahilə ilə münasibətləri normal deyildi. Çünki o ona xəyanət etmişdi. 06 sentyabr 2021-ci il tarixdə ailəsi qardaşı gildə olduğu qonaqlıqdan sonra arvadı Sahilə və 3 uşağı qardaşıgildə qaldı, özü isə axşam saat 20-21 radələrində səhər işə gedəcəyi üçün yaşadığı evə qayıtdı. Evə gəldikdən sonra gecə saat 01 radələrində istifadəsində olan telefonunda “Whatsapp” mobil tətbiqinə daxil oldu və Sahiləni həmin proqramda izlədi, onun gecə saatlarında həmin proqramda onlayn olması ona qəribə gəldi və Sahilədən şübhələnməyə başladı. 08 sentyabr 2021-ci il tarixdə işdən evə qayıtdıqdan sonra Sahilədən telefonunu ona verməsini istədi. Bu an Sahilə özünü çox şübhəli apardı, “Niyə verməliyəm ki, nəyə baxırsan, nə varki?!” deyərək telefonu verməkdən imtina etdi. Lakin daha sonra o “Whatsapp” mobil tətbiqini silərək telefonu ona verdi. O həmin proqramı yenidən yüklədi və “Kəmalə” adlı şəxs tərəfindən kişi cinsiyyət orqanının şəklinin göndərildiyini gördü, bundan başqa “Axşamın xeyir canım, necəsən, neynirsən” məzmunlu mesajların da gəldiyini müşahidə etdi. O həmin şəkli və mesajları Sahiləyə göstərib nə olduğunu soruşduqda “eləmişəm də” deyə Sahilə cavab verdi. Sahiləni evdən qovdu. Sahilənin mobil telefonunu özündə saxladı. Sahilə çıxıb getdikdən sonra həmin nömrəni “Getcontact” mobil tətbiqinə yüklədi, həmin şəxsin anasının əmisi nəvəsi, yəni Kəmalənin qardaşı Elvüsal olduğunu öyrəndi. Sahilə bacısı Aliyəgildə qalırdı. Qızı Mətanət və kiçik oğlu Rahil analarını çox istədiklərindən analarını görmək istədiklərini bildirdikdə analarının yanına getmələrinə razılıq verdi, onları Sahilənin yanına böyük oğlu Sahil apardı, Sahil evə qayıtsa da, digər uşaqlar geri qayıtmadı. O Sahilənin yad kişiylə münasibətdə olmasını onun ailə üzvlərinə də dedi, lakin onlar ona “eliyib, eliyib də” deyirdilər. Daha sonra Sahilə ondan boşanmaq üçün məhkəməyə müraciət etdi. O Sahiləyə dəfələrlə bildirdi ki, qızını ona versin və həyatından çıxsın. Bu barədə onun atasına da demişdi. Lakin onlar hər dəfə qızını ona verməkdən imtina edirdilər. 30 sentyabr 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsindən bildiriş gəldi, təxminən 11 oktyabr 2021-ci il tarixdə məhkəməyə gedərkən “Whatsapp” mobil tətbiqindəki yazışmaları kağıza çap etdirib özü ilə apardı, lakin qarşı tərəf məhkəməyə gəlmədi. 15 oktyabr 2021-ci il tarixdə səhər saat 07-08 radələrində evdən çıxaraq Sahiləni “179” nömrəli tam orta məktəb yolunda görməyə getdi, evdən çıxıb Mərkəz Binəqədi adlanan ərazidə dayanaraq Sahilənin gəlməyini gözlədi, bu zaman atası Möhübbətin oradan keçərək işə getdiyini gördü. Sahilənin mobil telefonunu saxlaması üçün ona verdi. Atası bu barədə heç nə soruşmadan, telefonu götürərək oradan uzaqlaşdı, o atasıyla başqa heç nə barəsində danışmadı. Sahiləni gördü və ondan yenə qızını ona verməsini tələb etdi. Sahilə bu barədə məhkəmənin qərar verəcəyini dedi. Daha sonra o Sahiləni bıçaqladı. Dəqiq neçə bıçaq zərbəsi vurduğunu və hansı nahiyyələrə vurduğunu xatırlamır, lakin o yerə yıxıldıqdan sonra ona bıçaqla zərbə vurmağı dayandırdı. Bundan sonra o Sahiləyə heç bir xəsarət yetirmədi. Bir-iki metr aralıda dayanaraq DİN-nin “102” xidmətinə zəng edib arvadını öldürdüyünü dedim. Lakin, telefondakı qadın operatora vəziyyəti izah edə bilmədi. Bundan sonra o könüllü şəkildə polis bölməsinə getdi və törətdiyi cinayət əməlini etiraf edərək, təqsirini boynuna aldı.Hadisənin baş verdiyi gün evdən bıçaq götürməkdə məqsədi Sahiləni qorxutmaq olmuşdur, yeganə məqsədi qızını Sahilədən almaq idi. Hadisə yerinə çatmazdan əvvəl Sahilə ilə qızını ona verməsi barədə danışdılar və Sahilə bu barədə məhkəmənin qərar verəcəyini dedi. Sahiləyə bıçaqla bu qədər zərbə yetirməyinə səbəb onun yerə yıxılmaması olmuşdur. Əgər o ilk zərbədə yerə yıxılsaydı onu yenidən bıçaqlamayacaqdı. Heç bir vaxt bıçaqla kiməsə xəsarət yetirməmişdir. Sahiləyə bıçaqla zərbə vuranda həmin bıçağın hara dəyməsini, onun daxilə batıb-batmamasını belə bilmirdi. Sahilə yerə yıxıldıqdan sonra ona bıçaqla zərbə vurmamışdır. Sahilənin ona xəyanət etməsindən əlavə, onun yaxınlarının ona qarşı işlətdiyi ifadələr də ona təsir etmişdi. Sahilənin bacısı Cəfərova Aliyə ona“biqeyrət”, “oğraş”, “peysər” kimi nalayiq sözlər deyirdi. Özünü arvadını öldürməkdə təqsirli bilir lakin onu xüsusi amansızlıqla öldürməkdə özünü təqsirli bilmir. Əməlindən peşmandır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qızıdır. Sahilə ilə Ramil 15 ildir ki, evli idilər. Ramil ailəsinin qədrini bilən insan deyildi. Ramil tez-tez spirtli içki qəbul edirdi, qazandığı pulu da spirtli içkiyə verirdi. Nə vaxt qızının evinə getsə soyuducularında yemək olmurdu. Qızı Sahiləni və onun övladlarını onlar saxlayırdı. Qızı Sahilə xəstə idi və onun bütün müalicə xərclərini onlar ödəyirdi. Buna görə də bu hadisələr baş verməzdən qabaq qızının Ramil ilə boşanmasını istəyirdi. Sonuncu dəfə Ramil ilə Sahilə arasında mübahisə olduqdan sonra nəvələri Mətanət və Rahil anası ilə qalırdı. Sahil isə bir neçə gün atası ilə qaldı, lakin daha sonra Ramil Sahili də “mən özümə baxa bilmirəm, sizə necə baxım, get ananla qal” deyərək onlara göndərdi. Daha sonra Ramil onunla danışaraq qızı Mətanəti ona verməyini istədi. O isə bu məsələnin məhkəmə qaydasında həll olunacağını bildirdi. 15 oktyabr 2021-ci il tarixdə səhər saatlarında qızı Aliyə ona zəng edərək, Sahilənin əri Ramil tərəfindən öldürüldüyünü bildirdi. Bundan sonra o xəstəxanaya getdi və qızının meyiti müayinə olunduqdan sonra onu dəfn etməyə apardı.Qızı Sahilə boşanma barədə məhkəməyə müraciət etməzdən əvvəl Ramil ona Sahilənin ona xəyanət etməsini demişdi. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Ramil onun qardaşıdır. O, Zərərçəkmiş şəxs ilə ailə qurmuşdu və bu nikahdan 3 övladı var. Ramilin ailəsi maddi çətinlikləri var idi və o həmişə onların qayğısına qalırdı. Sahilə Ramillə mübahisə edəndə həmişə onlara gəlirdi və qalırdı. Lakin sonuncu mübahisə zamanı o, onlara gəlmədi. O Ramillə Sahilənin boşanacaqları barədə məlumatlı idi. X11 xəyanət etməsini bilmirdi. 12 oktyabr 2021-ci il tarixdə övladının ad günündə Ramil onlara gəlmişdi və o bu barədə ona heç nə deməmişdi. 13 oktyabr 2021-ci il tarixdə başqa bir şəxsdən Ramilin arvadının başqa şəxslə münasibətdə olmasını eşitdi. 15 oktyabr 2021-ci il tarixdə evdə olarkən bacısı Sonanın əri Şahid9 ona zəng edərək Ramilin Sahiləni vurub öldürdüyünü dedi. Bundan sonra xəstəxanaya getdi və orada öyrəndi ki, Ramil Sahiləni öldürüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o Ramilin bacısı Sona Hüseynovanın əridir. Ramil xasiyyətcə yaxşı biri olmaqla deyib gülən zarafatcıl biridir, lakin Ramil ilə arvadı Zərərçəkmiş şəxs arasında hər ailədə olduğu kimi mübahisələr olurdu, bununla belə o həmin mübahisələrin səbəbi barədə heç nə bilmirdi. Hadisədən təxminən 10 gün qabaq evdəkilərdən eşitdi ki, Ramil arvadı Sahilənin yad kişi ilə yazışmalarını tutub. Ramil onunla birlikdə işləyirdi və bu barədə onunla danışırdı. O Ramilə hər deyilənə inanmamasını, ailəsini dağıtmamasını, 3 övladının olmasını, bu səbəbdən də boşanmaması məsləhət vermişdi. Lakin, Zərərçəkmiş şəxs kimlə münasibəti olması barədə məlumatı yox idi. Ramildən bir daha nə üçün Sahilədən boşanmaq istədiyini soruşduqda, ona Sahilənin yad kişi ilə mesajlarını tutduğunu bildirdi, lakin o bundan sonra Ramilin üzərinə getmədi, ona başqa sual vermədi. Sonuncu dəfə Ramil ilə 14 oktyabr 2021-ci il tarixdə bir tanışlarının evində yeyib-içməyə getdilər. Təxminən bir saat yarım orada oturduqdan sonra hərə öz evinə qayıtdı, həmin müddətdə Ramil ona başqa heç bir söz demədi.15 oktyabr 2021-ci il tarixdə Ramil ona zəng edərək “Məni bağışla, mən polisə gedirəm” dedi və zəngi dayandırdı. O Ramilin mobil nömrəsinə geri zəng etdikdə zəng çatmadı, həmin ərazidə yalnız bir polis bölməsi olduğunu bildiyindən Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə getdi. Polis bölməsində Ramilin oraya gəlib gəlmədiyini soruşduqda, polis əməkdaşları Təqsirləndirilən şəxs arvadı Sahilə Cəfərovu öldürdüyünü dedi. Bundan sonra polis bölməsindən çıxaraq qayınatası Möhübbətə və qaynı Samirə zəng edərək hadisə barəsində məlumat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atamsıdır, mərhum Zərərçəkmiş şəxs anası. Evdə ondan yaşca kiçik bacı və qardaşı var. O 4 nömrəli X17 Liseyində oxuyurdu və hadisə baş verdiyi vaxtda o dərsdə idi. Atasıyla anası arasında münasibətlər yaxşı deyildi və onlar boşanmaq ərəfəsində idi. Həmin vaxt atasıyla qalırdı. 15 oktyabr 2021-cı il tarixdə o liseydə dərsdə olarkən, günorta saat 13 radələrində xalası Aliyə və əri Pərvin liseyin qarşısına gələrək onu gözlədiklərini gördü, onlar əvvəlcə anasının xəstələndiyini, lakin liseydən bir qədər uzaqlaşdıqdan sonra atasınını anasını öldürdüyünü dedilər. Bundan sonra o Möhübbət babasıgilə getdi, daha sonra anasını dəfn etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Ramil onun əmisi nəvəsidir. İki oğlu var və onlardan biri Elvüsaldır. 2005-ci ildə Ramil Sahiləni qaçırdıb onun evinə gətirmişdi, onlar təqribən 2 ay yaşamışdılar. Ramilgil bir müddət sonra kirayə ev tutaraq başqa evdə yaşamağa başladılar, lakin aralarında gediş-gəliş kəsilmədi. Ramilgil onlara gələndə bir həftə, on gün qalardılar. Sahilə və Ramil arasında münasibətlər son vaxtlar normal deyildi. Bir dəfə Ramilin və Sahilənin mobil telefonlarında «Whatsapp” mobil tətbiqində status bölməsində “Nəsli belə olmuş nəslinə çəkər” yazısını gördü, bundan sonra o Sahilənin istifadəsində olan mobil nömrəsinə mesaj yazdı, həmin nömrədən ona “Səyyarə səni görüm balarının xeyrin görmüyəsən, mənim balalarım çöllərdə qaldı” məzmunlu SMS daxil oldu. O buna cavab olaraq “Bu hansı qancıqdı mənə bunu yazan, bunu kimdi mənə yazan” məzmunlu sms yazdı, daha sonra “Sən get bunu şərəfsiz oğlundan öyrən” deyə cavab aldı. O hələ də elə bilirdi ki, danışan Sahilədir. Lakin, daha sonra Ramil ona bu SMS-ləri yazanın özü olduğunu dedikdə Ramilin Sahilənin telefonunu alıb özündə saxladığını anladı. 15 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində bacısı Sona ona zəng edərək Ramilin Sahiləni bıçaqlayaraq öldürdüyünü dedi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Ramil onun oğludur. Ramil 2005-ci ildə Sahiləni qaçıraraq onunla ailə qurdu. Ramil ilə Sahilənin birgə nikahlarından 3 övladları: Sahil, Mətanət və Rahil anadan olmuşdur. Ramil Sahiləni həmkəndlisi və uzaq qohumu Səyyaranin evinə qaçırmışdı. 2021-ci ilin sentyabr ayında Ramil ona Sahilə ilə boşanacağını dedi, səbəbini soruşduqda Ramil arvadı Sahilənin yad kişi ilə yazışmalarını tutduğunu və buna görə onunla birlikdə yaşaya bilməyəcəyini dedi. Əvvəl buna inanmağı gəlmədi, hətta Sahiləyə boşanmamalarını bildirdi, onları barışdırmağa çalışdı, lakin, daha sonra öyrəndi ki, Sahilə artıq rəsmi qaydada boşanmaq üçün məhkəməyə müraciət edib. Ramil ara-sıra içki içirdi. O Sahiləni qızı kimi bilirdi. Ramil ilə Sahilə arasında bəzən mübahisələr olurdu, həmin vaxtlarda Sahilə gəlib onlarda qalırdı. Ramil ona Sahilənin yazışmalarını çıxartdığını desə də, həmin yazışmaları göstərmədi. O oğlu ilə aradakı məsafəni qoruduğu üçün ona çox da dərin suallar verməyərək sıxışdırmadı, sadəcə barışmalarını təklif etdi. Ramil hər dəfə inadla deyirdi ki, “Ata sənin bilmədiyin məsələlər var, onunla yaşaya bilmirəm”. Lakin Ramil bu səbəblə Sahiləni öldürəcəyini demirdi, sadəcə boşanacağını deyirdi. Ramil sadəcə uşaqları Sahilədən almaq istəyirdi. Hadisə günü işə çatdıqdan təxminən 30 dəqiqə sonra kürəkəni Dilqəm zəng edərək, polis bölməsində olduğunu, Ramilin arvadı Sahiləni öldürdüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Ramil onun anası əmisi nəvəsidir. 2005-ci ildə Ramil Sahiləni onlara gətirmişdi, həmin vaxtdan onlar bir müddət onlarda yaşamağa başladılar. Lakin sonra onlar kirayə ev tutaraq yaşamağa başladılar. Onlar getdikdən sonra münasibətlərimi davam etdi, belə ki, ailəvi olaraq bir-birilərinin evinə gedib-gələrdilər. Onun Sahilə ilə yaxşı münasibəti var idi, rəfiqə idilər. 2020-ci ildə işi ilə əlaqədar iki ay müddətində Sahiləgildə yaşamışdı. Onlarda qaldığı 2 ay müddətində Ramil ilə Sahilənin dalaşdıqlarının şahidi olurdu. 2021-ci ilin sentyabr ayında anası Səyyara onun istifadəsində olan mobil telefonuna zəng edərək Ramilin ona dediklərini, yəni qardaşı ilə Sahilənin münasibətinin olduğunu bildirdi. Bundan sonra o Sahilə ilə danışmaq istədi, lakin anası Səyyara Sahilənin mobil telefonunun Ramildə olduğunu və bu səbəbdən Sahilənin mobil telefonuna zəng etməməyini bildirdi, bu barədə eşidənədək bu məsələdən heç bir xəbəri olmamışdır. Qardaşı ilə arasında məsafə olduğundan onunla bu barədə danışmağa ar etdi. 15 oktyabr 2021-ci il tarixdə anası Səyyara ona zəng edərək Ramilin arvadı Sahiləni bıçaqlayaraq öldürdüyünü bildirdi. Bundan başqa hadisə barəsində məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun bacısı idi. O Təqsirləndirilən şəxsla ailə qurmuşdu və 3 övladı var idi. Ramil həmişə qazandığı pulu içkiyə və siqaretə xərcləyirdi, ailəsinə baxmırdı və o bacını döyürdü. Sahilə ilə Ramil tez-tez mübahisə edirdi və adətən Sahilə uşaqları götürüb qayınatasıgilə gedirdi. 2021-ci ilin sentyabr ayında yenə Sahilə ilə Ramil mübahisə etmişdi və Ramil onu döymüşdü. Buna görə də gecə saat 12 radələrində bacısı onun evinə gəlmişdi və onlarda qalırdı. Sahilə Ramildən boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etmişdi. Ramil bacısını tez-tez hədələyərək onu yaşamağa qoymayacağını deyirdi və onu izləyirdi. Sahilə hər səhər uşaqları məktəbə aparıb evə qayıdırdı. Lakin 15 oktyabr 2021-ci il tarixdə səhər anası onu oyandıraraq bacısının uşaqları məktəbə apardığını lakin saat 10:00 olmasına baxmayaraq onun evə qayıtmadığını dedi. O da bacısını axtarmaq üçün əri ilə birgə bacısını axtarmaq üçün yolda hərəkət edən zaman yaşadıqları məhəlləyə 70 metr məsafədə küçədə polis əməkdaşlarını gördü, ora çatanda artıq bacısı keçinmişdi. Ramili isə polis əməkdaşları avtomobilə əyləşdirmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o hazırda Məhkəmə Tibbi Ekspertiza və X5 Binəqədi rayon Şöbəsinin eksperti işləyir. 15 oktyabr 2021-ci il tarixdə Binəqədi rayon Prokurorluğunun müstəntiqi İİİ dərəcəli hüquqşünas Xəyal Şamxayzadənin göndərişi və rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru Əlövsət Vəlizadənin 15 oktyabr 2021-ci il tarixli qərarı əsasında Zərərçəkmiş şəxs meyiti tərəfimdən müayinə olundu, müayinə zamanı mərhumun bədən səthi üzərində 15 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş xəsarətlər, həmçinin burun yəhəri üzərində və sol gicgah nahiyəsində sıyrıqlar və sağ arxa səthində qançır müəyyən edilmişdir. Qeyd olunan deşilmiş-kəsilmiş yaralardan 8-i döş və qarın boşluqlarına nüfuz etmişdi, sağ və sol ağciyəri, qaraciyərin sağ payını və nazik bağırsaq ilgəklərini zədələnmişdi, kəskin daxili və xarici qanitirməyə səbəb olmuşdu. Həmçinin, qərarda qoyulmuş suala əsasən mərhumla qeyritəbii yolla cinsi əlaqədə olunub-olunmamasının müəyyən edilməsi məqsədilə arxa keçəcək dəliyi də müayinə olundu, spermatozoidlərin müəyyən edilməsi məqsədilə uşaqlıq yolundan və arxa keçəcək dəliyi nahiyyəsindən yaxma və tamponlar götürülərək məhkəmə bioloji müayinəyə göndərildi. Meyitin ekspertizası zamanı anal dəlik ətrafında onunla cinsi əlaqədə olmağa dəlalət edə biləcək hər hansı bir xəsarət və ya xəsarət izi müəyyən edilmədi, eləcə də aparılmış bioloji tədqiqat zamanı yaxma və tamponlarda spermatozoidlər müəyyən edilmədi. Cinayət işində olan15 oktyabr 2021-ci il tarixli təqsirini boynuna almaqla könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2021-ci il tarixdə könüllü olaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gələrək rəsmi nikah münasibətlərində olduğu arvadı xx.xx.1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs öldürdüyünü etiraf edərək təqsirini boynuna almışdır. Cinayət işində olan 16 oktyabr 2021-ci il tarixli əşyanın tanınması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs vahid nüsxə üzrə təqdim edilən əşyanı nəzərdən keçirərək hadisə zamanı, yəni 15 oktyabr 2021-ci il tarixdə saat 08 radələrində təqdim edilən bıçağın dəstəyi və tiyəsini tanıdı, həmin hissələr vahid bir bıçağa məxsus olmuş, hadisə günü, yəni 15 oktyabr 2021-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs həmin bıçaqla çox saylı zərbələr endirmiş, həmin zərbələr vaxtı bıçaq əyilmiş, bıçağı düzəltmək istəyən zaman sınmışdır. O, qeyd olunan bıçağı zahiri əlamətlərinə, o cümlədən qara rəngli dəstəyinə, dəstəyinin üzərində olan metal rəngli oval işarələrinə, həmçinin bıçağın tiyəsinin formasına görə tanıdığını bildirdi. Gündəlik olaraq məişətdə istifadə etdiklərini, hadisə günü də evdən özü ilə birgə götürdüyünü qeyd etdi. Cinayət işində olan 19 oktyabr 2021-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, sənəd A4 formatlı kağız daşıyıcıda əks olunmuşdur, 14 vərəqdən ibarətdir. Sənəddə 055- ***-**-** mobil nömrə istifadəçisi ilə usahi!safarov333” adlı istifadəçi arasında yazışmalar müşahidə olunur. Belə ki, “sahilsafarov333” adlı istifadəçi ***-***-**-** mobil nömrə istifadəçisinə “Canım necəsən”, “Sen də elə bərk eləmirsen de”, “Delisen ki deli”, “men de seni istiyirem”, “Bu gün 1ay oldu ki mən seni görmürəm”, “Dunen deyirdin zbrata mən ora gelmirem”, “Papam orda olmur meni görsün hee", "Başqa yer tap", "Men de seni istiyirem Hem de çox Ele ehtiyacım var ki”, “İndi 10 dene usaqimiz var idi”, “Day beşdir de uzandigim yerde qutaracam Delii”, tipli, ***-***-**-** mobil nömrə istifadəçisindən sahilsafarov333” adlı istifadəçiyə isə “Yaniram axi sevgilin sencin”, “Zorlayib sikecem seni", “Yigim agzina verim”, “Seni zorlayacam Bildin Birteher yaz”, “Yalayardim weyini Sende Menkin”, “Dilim girsin duz matqana kimi”, “X8”, “AGZİNA NECE DEFE BOWALMİWAM”, “Her gece arvadim olardın agzina qutarardim”, “Amiwini yeyim, Agzima bowalda”, “Sikim elede yeke deyil” tipli intim xarakterli SMS-lər göndərildiyi müşahidə olunur. Cinayət işində olan 22 oktyabr 2021-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefonun ön və arxa tərəfi qara rəngli olmaqla “POCO” markalıdır. Mobil telefonun ön və arxa kameraları vardır. Telefonun arxa kamerasının yanında “X14” yazısı əks etdirilmişdir. Telefon qoruyucuya keçirilmiş, ümumi vəziyyəti qənaətbəxşdir, üzərində hər hansı zədə və ya çat müşahidə edilmir. Mobil telefon qoşuludur, sağ tərəfində yerləşən orta düyməni basmaqla işlək vəziyyətə gətirilir. İşlək vəziyyətə gətirildikdə ekranın arxa fonunda arxası ekrana dönük vəziyyətdə oturaq şəkildə dayanmış insan şəkli görünür. Menyu kilidlidir və kilid bölməsinə “25541” parolunu yazdıqda menyu açılır Menyuya barmağını sürüşdürməklə daxil olunur Menyuda “TikTok”, “WhatsApp”, “Telefon", “Mesajlar”, “İnstagram”, “Snapchat”, “Alınan dosyeler” və “Qalereya” kimi mobil tətbiqlər vardır. "TikTok”, “Snapchat”, “İnstagram” və “Mesajlar” mobil tətbiqinə daxil olduqda istifadəçi hesabında əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilmir. Cinayət işində olan “Telefon” mobil tətbiqinə daxil olduqda burada Zərərçəkmiş şəxs müxtəlif şəxslərlə telefon danışığı aparması görünür. Burada Zərərçəkmiş şəxs 06 avqust 2021 -ci il tarixdə ***-***-**-** mobil nömrəsi ilə danışdığı görünür İş materiallarına əsasən həmin nömrə Şahid11 məxsusdur. Tətbiqin “Kişilər” bölümündə “Kəmalə” adı altında ***-***- **-** saylı mobil nömrə qeydə alınmışdır. İş materiallarına əsasən həmin nömrə Şahid5 qızma məxsusdur. Eləcə də, “Galeri” tətbiqinə baxış keçirilərkən əsasən ailə-məişət xarakterli fotoşəkillər, Whatsapp” mobil tətbiqindən “Screenshot” edilmiş, intim məzmunlu yazışmaları ehtiva edən fotoşəkillər, bundan əlavə Şahid11 şəkili aşkar edilir. Bununla yanaşı “WhatsApp” mobil tətbiqinə daxil olduqda burada Zərərçəkmiş şəxs bir sıra istifadəçilərlə, o cümlədən adı “***-***-**-**” mobil nömrəsi ilə “Yanıram axı sevgilim sencin Zorlayıb sikəcəm səni”, “Ele istemirsen ele bil zorlayıram seni Dayanmadan sikimi de Seni”, “Onda sən zorla sikdir özuni mene Men isteyirem altimda yalvadasan.mene”, “Zorla siksem berk ederem de donbaldib”, “Yigim agzina verim Sikim deli kimi”, “Sevgilim ela yalayırsan”, “Xowun gelir yalamaq dan”, “Yalayardım weyini Sende Menkin”, "Dilim girsin düz matqana kimi”, “X8 A”, “AGZİNA NECE DEFE BOWALMİWAM”, “Her gece arvadim olardin agzina qutarardim”, “Seher duran kimi seni sıkerdim”, “Senkin emek isteyitem”, “Нее Agzima bowalda 1 ci senle olsun”, “Emzir mene Yig yere Ver agzima m Dilimde colde”, “Yalatdır her yerini agzima qutar”, “Day beşdir de uzandığım yerde qutaracam”, “Delii”, “Weyimi cox pis yalayirdin”, “Ela sevgilim Ama tdz cixartirdin agzinda Nefesin catmirdi ele bil”, “Niye bogulsmisdin Sikim elede yeke deyil”, "Xirtdeyine soxub ora bowalmaq isteyirme”, tipli intim xarakterli yazışmaları müşahidə olunur. Həmçinin, “Alınan dosyeler” bölməsinə daxil olduqda Zərərçəkmiş şəxs ***-***-**-** mobil nömrəsi ilə intim xarakterli mesajlaşması müşahidə olunur. Cinayət işində olan 23 oktyabr 2021-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefonun ön tərəfi qara qəngli, arxa tərəfi tünd-göy rəngli olmaqla “Redmi” markalıdır. Mobil telefonun ön və arxa kameraları vardır. Telefonun arxa kamerasının altında “48MP Al QUAD CAMERA” yazısı əks etdirilmişdir. Telefon qoruyucuya keçirilmiş, ümumi vəziyyəti qənaətbəxşdir, üzərində hər hansı zədə və ya çat müşahidə edilmir. Mobil telefon qoşuludur, sağ tərəfində yerləşən orta düyməni basmaqla işlək vəziyyətə gətirilir. İşlək vəziyyətə gətirildikdə ekranın arxa fonunda mobil telefonun logosu görünür. Menyu kilidlidir və kilid bölməsinə “25541” parolunu yazdıqda menyu açılır. Menyuya barmağını sürüşdürməklə daxil olunur. Menyuda “TikTok”, “WhatsApp”, “Telefon”, “Mesajlar”, “İnstagram”, “Telegram”, “Getcontact”, kimi mobil tətbiqlər vardır. “TikTok”, “Getcontact”, “İnstagram” və “Mesajlar” mobil tətbiqinə daxil olduqda istifadəçi hesabında əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilmir. “Telefon” mobil tətbiqinə daxil olduqda burada Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə telefon danışığı aparması görünür. Burada Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdə ***-***-**-** mobil nömrəsi ilə danışdığı görünür. İş materiallarına əsasən həmin nömrə Şahid11 məxsusdur. “WhatsApp” mobil tətbiqinə “Z” şəkilli trayektoriya çizimi daxil etdikdə tətbiq açılır. Burada Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə yazışması, o cümlədən ***-***-**-** mobil nömrə istifadəçisi ilə yazışdığı məlum olur. İş materiallarına əsasən həmin mobil nömrə Şahid11 məxsusdur Təqsirləndirilən şəxs ilə ***-***-**-** mobil nömrə istifadəçisi arasında "Bacı dediyi adama belə baxan oğlana bax bele elyillər.ged bacuvun dərdin çək.t Ya da apar yoxlatdır nədə olsa bacı demisen.yəqin uşağ sənnən olar., Hara getsən tapacam seyi.cəhənnəmədə getsön gəələcəm dalucan.”, “Amcığ əmən binasun Gözdə yığıram”, “Senin anan qehbedi ona qalsa, Bacini xaloğlu ceyhun sikirdi, Onunla bele sene hormet edirdim men, Amma seni oldurecem 30 na kimi vaxtin var Qehbenin balasi, Seni basini kesecem”, “ Sabah görüşmiyən oğlanın varyoxunu sikim., Ayın 30 u oldu a biqeyret.sen axı başımı kəsəcəydin?” tipli söyüş xarakterli yazışma müşahidə olunur. Həmçinin, Təqsirləndirilən şəxs ilə “Qəhbə Seyyarə” adlı profil istifadəçisi arasında sonucunun oğlu ilə Təqsirləndirilən şəxs arvadı arasında olan sevgi-intim münasibətləri barədə yazışmalar görünür. Bundan başqa Təqsirləndirilən şəxs “Əli Baba.” adlı istifadəçi ilə “Warafsiz kimdir nömrəsini at mana, Man hall edecem mənlikdir, Onun Anasini bacisinida man sikacam, san goracaksan”, “Kamala mani yığır man onu tutacağam gotundada bir dewik acacağam sabirli ol goracaksan” tipli söyüş xarakterli, “Senin öz anandan xeberin var qehbe anandan 5 dene kişi deyişib. Allahqulu ilə danışan sənin anan xalan, bacın idi.Qəhbələrin idi, Sahilə sənnən boşanır Sahiiənin həyatından rəddol.Get Günel bacın iki uşağ atasının ailəsini dağıtdı ərə getdi. Nidaybok bizə zəng vurasan səni 43 bölməyə yenidən atdı racam mən.” tipli yazışmalar müşahidə olunur. Həmçinin, “Whatsapp” mobil tətbiqindən galeriyaya daxil olduqda ailə-məişət xarakterli şəkillər, bir neçə porno xarakterli videolar, Şahid11 şəkili və “Whatsapp” mobil tətbiqindən “Screenshot” edilmiş Zərərçəkmiş şəxs ilə ***-***-**-** mobil nömrə istifadəçisi ilə, yəni Şahid11 arasında olmuş yazışmaları görünür. Cinayət işində olan 12 noyabr 2021-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olan disk qırmızı rəngli olmaqla üzərində “nar” və “210046074” sözləri həkk olunmuşdur. Qeyd olunan disk “Lenova” markalı kompüterə yerləşdirilərək açıldıqda içərisində 8 ədəd faylın olduğu müəyyən edildi. Həmin fayllar aşağıdakı kimidir: “SMS_Tarixçəsi_**********5502_773119084” “SMS_Tarixçəsi_**********5506__773119084” “SMS_Tarixçəsi__**********5516_707418001 ” “SMS_Tarixçəsi__**********5520__707418001 ” “Zənglərin_Detallaşması_**********1957 707418001” “Zənglərin_Detallaşması_**********2008 773119084” “Zənglərin_Məxsusluq_Tarixçələri **********2035 773119084_NAR” “Zənglərin_Məxsusluq_Tarixçələri_**********2042 707418001 _NAR” “SMS_Tarixçəsi **********5502 773119084” adlı fayla baxış keçirildiyi zaman ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 09.05.2021, 02.08.2021, 04.08.2021-06.08.2021-ci il tarixlərdə “He canim yigarsan daniwariq.yada xeber edersen, 4 du yada 5 i tezden deyecem gel goruwek, Baxariq yox e mutleq gel, Sabah tezden gele bilesen, Tezden mene xeber ele, Sabah tezden gel axsama kimi tekem, Ne atim icmeye .caxir pive araq, Sen hele indi cixmisan e deli.eve girende mehleye bax kimse olmasin.30 catirdin bes, Koroğlunu kecmisen hec olmasa.deqiq yerini de bilim nece deq gelersen” tipli SMS-lərin daxil olduğu görünür. Zənglərin məxsusluğu haqqında məlumatlara əsasən ***-***-**-** saylı mobil nömrə Zərərçəkmiş şəxs məxsusdur. “SMS_Tarixçəsi **********5506 773119084" adh fayla baxış keçirildiyi zaman ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 09.05.2021, 13.05.2021, 01.08.2021-06.08.2021, 10.08.2021, 16.08.2021-17.08.2021-ci il tarixlərdə “Salam necəsən canım işlərin necədir, Mən zəng edərəm sonra, Məni tanımadın Sahilə, Salam necəsən canım, Sabahın xeyir canım Bayramın mübarək, Çox sağol ol ürəyim, 4 du yada 5 i tezden, Baxariq yox e mutleq, Gələ bilsem seher yazacam, Sən lap məni alkaş elədin. Pivə bəsdi, Gec gəldi nəbilim yaxşı, Koroğlunu kecmisen h, Tezden burda ol, Salam necəsən nolub niye yazıb eləmirsən” tipli SMS-lərin daxil olduğu görünür. Cinayət işinin materiallarından görünür ki, ***-***-**-** saylı mobil nömrə Şahid11 istifadəsində olmuşdur. “SMS_Tarixçəsi **********5516 707418001” adlı fayla baxış keçirildiyi zaman ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** mobil nömrəsinə 14.09.2021-ci il tarixdə “O qeder vaxt lazım deyil.sabah görüşmiyən oğlanın varyoxunu sikim” tipli, ***-***-**-** saylı mobil nömrəyə isə O uşağlar orda qalsa sizin tayıvız olar, Aliyə mehdabada 50 manat sobetin bilse o qanciq seninlede daniwmiyac., İş verənlik qanıvızdadı.atdırmiyanında nəyin deyim?sizincin müqeddes, Aliyə məni qızımla danışdır” tipli SMS-lərin daxil olduğu görünür. Cinayət işinin materiallarından görünür ki, ***-***-**-** saylı mobil nömrə Zərərçəkmiş şəxs istifadəsində olmuşdur. Zənglərin məxsusluğu haqqında məlumatlara əsasən 070- ***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs məxsusdur. “SMS_Tarixçəsi **********5520 707418001” adlı fayla baxış keçirildiyi zaman ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 16.09.2021-ci il tarixdə “Cındır get anavin bacıvin nömrəsini payla, şərəfsiz biqeyrət oğras” tipli SMS-in daxil olduğu görünür. “Zənglərin_Detallaşması **********2008 773119084” adlı fayla baxış keçirildiyi zaman ***-***-**-** mobil nömrə istifadəçisinin 05.08.2021-ci il tarixdə saat 11:15-14:29 aralığında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, A və В həyəti anten dairəsində olması görünür. Cinayət işində olan Zərərçəkmiş şəxs barəsində olan məhkəmə-tibbi ekspertizasının 15 oktyabr 2021-ci il tarixli, 188 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır və onlar iki qrupa bölünürlər: “a”-bıırıın yəhərinin və sol gicgah nahiyəsinin sıyrıqları, sağ baldırın arxa səthinin qançırı; “b”-döş qəfəsinin ön səthinin sol yarısında, ön qoltuq xətti ilə orta qoltuq xətti arasında, 5-ci və 6-cı qabırğalararası sahədə, sol süd vəzinin aşağı-bayır kənarından sol döş boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payını zədələyən (3№-li), döş qəfəsinin arxa səthində solda, arxa qoltuq xətti ilə kürək xətti arasında, 6-cı və 7-ci qabırğalararası sahədən və sol kürəkaltı nahiyədən sol döş boşluğuna nüfuz edən, sol ağciyərin aşağı payını zədələyən (9 və 10№-li), döş qəfəsinin sağ yan səthində, orta qoltuq xətti üzrə 6-cı və 7-ci qabırğalararası sahədən və sonuncunun azacıq aşağı və bir qədər öndən sağ döş boşluğuna nüfuz edən, sağ ağciyərin aşağı payını zədələyən (4 və 5 №-li), döş qəfəsinin arxa səthində sağda, kürək xətti üzrə 10 və 11-ci qabırğalararası sahədən və sonuncu yaradan bir qədər sağda və aşağıda yerləşən, sol kürək xətti ilə arxa qoltuq xətti arasından qarın boşluğuna nüfuz edən, qaraciyərin sağ payının arxa və bazal (alt) səthlərini zədələyən (11 və 12№-li), qarının ön divarının sol yarısında, göbəkdən bir qədər aşağıdan qarın boşluğuna nüfuz edən, nazik bağırsaq ilgəklərini zədələyən (7№-li), kəskin daxili (sağ plevra boşluğunda 150 ml, sol plevra boşluğunda 200 ml, qarın boşluğunda 250-300 ml qan) və xarici qanaxmaya səbəb olmuş, döş qəfəsinin ön səthində, orta körpücük xətti üzrə 4-cü və 5-ci qabırğalararası sahədə, sağ süd vəzisinin iç yarısının bir ədəd (2№-ii), qarının ön divarında, orta körpücük xətti üzrə sol qabırğaaltı nahiyənin bir ədəd (6№-li), qarının sol yan divarında, orta qoltuq xətti üzrə qalça darağı səviyyəsinin bir ədəd (8№-li), bel nahiyəsinin sol yarısında, arxa qoltuq xətti üzrə, l-ll bel fəqərələri səviyyəsinin bir ədəd (13№-li) boşluqlara nüfuz etməyən, yumşaq toxuma və əzələləri zədələyən, kəskin xarici qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş və boyunun orta 1/3-nin ön-sol yarısının bir ədəd (1 №-li), sol bazunun orta 1/3-nin arxa-bayır səthinin bir ədəd (14№-li) və sağ saidin aşağı 1/3-nin ön-iç səthinin bir ədəd (15№-li) dərini, dərialtı yumşaq toxumaları, əzələ və damaraları zədələyən, xarici qanaxmaya səbəb olmuş kəsilmiş yaraları. 2 “a”-bəndində göstərilmiş bədən xəsarətləri küt əşyanın (əşyaların) təsirindən mərhumun ölümündən az əvvəl və ya ölüm anında törənmişlər, həyati əlamətlərə malik olmaqla ölümlə səbəbli əlaqələri yoxdur və belə xəsarətlər ümumilikdə zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. “b”-bəndində göstərilmiş bədən xəsarətlərindən döş qəfəsinin ön, sağ yan və arxa səthlərinin sol və sağ döş boşluqlarına (3,4,5,9 və 10№-li), döş qəfəsinin arxa səthinin sağ və qarının ön divarının sol yarısından qarın boşluğuna (11,12 və 7№-li) nüfuz edən 8 (səkkiz) ədəd, döş qəfəsinin ön səthində sağ süd vəzisinin iç yarısının ön divarında sol qabırğaaltı nahiyənin, qarının sol yan divarında qalça darağı və bel nahiyəsinin sol yarısında, l-ll bel fəqərələrinin proyeksiyasının boşluqlara nüfuz etməyən (2,6,8 və13№-li) 4 (dörd) ədəd deşilmiş-kəsilmiş və boyunun orta1/3-nin ön-sol yarısının, sol bazunun orta 1/3-nin arxa-bayır və sağ saidin aşağı 1/3-nin ön-iç səthlərinin (1,14 və 15№-li) 3 üç (ədəd) kəsilmiş yaralan və deşici-kəsici aşyanın (əşyaların) deşici-kəsici və kəsici təsirindən mərhumun ölümündən az əvvəl və ya ölüm anında törənmişlər, həyati əlamətlərə malik olmaqla ümumilikdə ölümlə səbəbli əlaqələri vardır, qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 15 oktyabr 2021-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bıçaqla çoxsaylı zərbələr nəticəsində əmələ gələ bilərdilər. '!b"-bəndində göstərilmiş döş qəfəsinin ön səthinin sol yarısında sol süd vəzinin aşağı-bayır kənarından sol döş boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payını zədələyən (3№-li) deşilmiş-kəsilmiş yaranın yara kanalının istiqaməti öndən-arxaya, soldansağa və aşağıdan-yuxarıya, döş qəfəsinin arxa səthində solda 6-cı və 7-ci qabırğalar arası sahədən və sol kürəkaltı nahiyədən sol döş boşluğuna nüfuz edən, sol ağciyərin aşağı payını zədələyən (9 və 10№-li) deşilmiş-kəsilmiş yaraların yara kanallarının istiqaməti arxadan-önə, soldan bir qədər sağa və aşağıdan-yuxarıya, döş qəfəsinin sağ yan səthində 6-cı və 7-ci qabırğalararası sahədən sağ döş boşluğuna nüfuz edən, sağ ağciyərin aşağı payını zədələyən (4 və 5№-li) deşilmiş-kəsilmiş yaraların yara kanallarının istiqaməti öndənarxaya, sağdan-sola və bir qədər aşağıdan yuxarıya, döş qəfəsinin arxa səthində sağda X- Xl qabırğalararası sahədən və sonuncu yaradan bir qədər sağda və aşağıda yerləşmiş, qarın boşluğuna nüfuz edən, qaraciyərin sağ payını zədələyən (11 və 12№-li) deşilmişkəsilmiş yaraların yara kanallarının istiqaməti arxadan-önə, sağdan-sola və qismən aşağıdan- yuxarıya, qarının ön divarının sol yarısından qarın boşluğuna nüfuz edən, nazik bağırsaq ilgəklərini zədələyən (7№-li) deşilmiş-kəsilmiş yaranın yara kanalının istiqaməti öndən arxaya olmaqla ölümlə bilavasitə səbəbli əlaqələri vardır və dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli Ağır zərərvurmanın əlamətlərinə malikdirlər. “b”-bəndində göstərilmiş, boşluqlara nüfuz etməyən 4 (dörd) ədəd (2,6,8 və 13№-li) deşilmiş və kəsilmiş və 3 (üç) ədəd (1,14 və 15№-li) kəsilmiş, qeyd olunan nahiyələrdə yumşaq toxuma və əzələləri zədələyən, xarici qanaxmaya səbəb olmuş yaraların Ölümlə bilavasitə səbəbli əlaqələri yoxdur, dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də, ümumilikdə Yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş döş qəfəsinin və qarının sağ və sol döş və qarın boşluqlarına nüfuz edən, hər iki ağciyəri, qaraciyərin sağ payını, nazik bağırsaq ilgəklərini zədələyən çoxsaylı deşilmişkəsilmiş yaraları nəticəsində inkişaf etmiş kəskin daxili və xarici qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə görə güman etmək olur ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən 2- 3 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitinin döş qəfəsinin ön sağ-yan səthindən götürülmüş dəri parçasının tibbikriminalistik müayinəsi ona dəlalət edir ki, qeyd olunan xəsarət deşilmiş-kəsilmiş yara olub ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir. Mərhumun bədəni üzərində aşkar edilmiş yaralarda bəzi xüsusiyyətlərə görə oxşarlıq (yara kənarları, divarları və ucların xarakterinə görə), bəzi xüsusiyyətlərinə görə fərqlənmələr (ölçülərinə və formasına görə) aşkar edilmiş, yaralar üzərində iztörədən alətin fərdi xüsusiyyətləri müəyyən edilməmişdir. Bu baxımdan aşkar edilmiş fərqli əlamətlər iztörədən alətin konstruktiv xüsusiyyətləri ilə əlaqəli olmamış, yaraların əmələgəlmə mexanizmi və şəraitdən asılı olmuşdur Qeyd olunanları nəzərə alaraq yaraların eyni bir deşici-kəsici alətin təsirindən yetirilə bilinmələri barədə fikir söyləmək mümkündür. Mərhum Zərərçəkmiş şəxs bədən səthindəki xəsarətlər bədənin müxtəlif duruş vəziyyətlərində, o cümlədən, ayaq üstü, uzanmış, gövdənin önə, yana doğru əyilmiş, diz-dirsək və s. vəziyyətdə yetirilə bilərdi. Xəsarətlərin gövdənin həm ön, həm arxa, eləcə də sağ və sol yan səthlərində yerləşmələrini nəzərə alaraq xəsarətlər yetirilərkən zərəçəkmişin zərbələrdən qaçmaq və ya əmələ gələn ağrılar səbəbindən hərəkətdə olması (qıvrılması) və hər bir yetirilən konkret zərbə zamanı gövdəsinin həmin nahiyəsinin xəsarət yetirən şəxsə tərəf olması barədə mülahizə yürütmək mümkündür. Zərərçəkmiş şəxs xəsarətlər qısa bir müddət ərzində yetirildiyindən onların yetirilmə ardıcıllığı barədə fikir söyləmək mümkün olmamışdır. Cinayət işində olan Təqsirləndirilən şəxs barəsində təyin edilərək keçirilmiş məhkəmətibbi ekspertizasının 15 oktyabr 2021-ci il tarixli, 1664 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində müəyyən edilmiş sağ əl pəncəsinin arxa səthində İ daraq sümüyü proyeksiyasının sıyrığı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinədən bir neçə saat əvvəl olmaqla 15 oktyabr 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. Cinayət işində olan Təqsirləndirilən şəxs barəsində təyin edilərək keçirilmiş məhkəməkimyəvi ekspertizasının 29 oktyabr 2021-ci il tarixli, 3421/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrində metil, etil, propil, butil, amil spirtləri, babitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisisatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işində olan məhkemə-tibbi kriminalistik və məhkəmə- kriminalistik ekspertizasının 01 noyabr 2021-ci il tarixli, 641/2021-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus olmuş paltarların (plaş, iki ədəd uzunqol köynək, bir ədəd qolsuz köynək və məmədan) ön və arxa səthlərinin sağ və sol nahiyələrində, həmçinin hər iki uzunqol köynəyin sol qolunda çoxsaylı (19 ədədə qədər) deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilkdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənə bilərdi. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların (plaş, iki ədəd uzunqol köynək, bir ədəd qolsuz köynək və məmədan) üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədənində müəyyən edilmiş eyni xarakterli xəsarətlərdə öz yerləşmələrinə görə nisbi olaraq uyğun gəlir. Eyni zamanda Zərərçəkmiş şəxs məxsus plaşın ön və arxa səthlərində aşkar edilmiş 05 ədəd dəlib-keçməyən zədələr onun bədənində öz əksini tapmamışdır. Ekspertizaya təqdim olunmuş bıçağın tiyəsi sındığı, yəni deformasiyaya uğradığı üçün ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs geyim əşyaları üzərində olan zədələrin təqdim olunmuş hazırkı vəziyyətdə olan bıçaqla yetirilib-yetirilməməsi barədə fikir söyləmək mümkün olmamışdır.Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvarda, alt tumanda və Təqsirləndirilən şəxs məxsus şalvar, sviter və gödəkçədə zədə və ya zədə izi aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş iki fraqmentə bölünmüş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işində olan məhkəmə-tibbi bioloji ekspertizasının 21 oktyabr 2021-ci il tarixli, 774/2021-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu ABO sistemi üzrə qrup göstəricisi: AbetaZH(ll). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus tuman, qolsuz kofta, şalvar, lifçik uzunqol kofta, papaqlı qolsuz gödəkçə, uzunqol köynək, bir cüt corab və bir cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus şalvar, vodolazka, uzunqol gödəkçə və bir cüt ayaqqabı, bıçaq dəstəyi, bıçaq tiyəsi, hadisə yerində iki ədəd pambıq topası hopdurulmuş maddə ləkələri üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri, Zərərçəkmiş şəxs məxsus tuman, qolsuz kofta, lifçik, papaqlı qolsuz gödəkçə və uzunqol köynək, hadisə yerində iki ədəd pambıq topası hopdurulmuş maddə ləkələri üzərində həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta/H(ll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işində olan Təqsirləndirilən şəxs barəsində təyin edilərək keçirilmiş kompleks komisyon ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 01 noyabr 2021-ci il tarixli, 2564 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onlan idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs emosionallıq, hirslilik, hövsələsizlik, inadkarlıq kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs psixiemosional sferasında hirslilik, kinlilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası ƏƏSMN-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 27.12.2007-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlilliyi olan şəxsdir. Cinayət işində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs mərhum arvadını xüsusi amansızlıqla öldürmək istəməməsinə dair verdiyi ifadəsi ilə işin faktiki hallarına uyğun olan ifadələri ilə və iş materialları ilə təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan “şəxsin tutulması haqqında” 15 oktyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin içtimai təhlükəliliyini nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 15 oktyabr 2021-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olması, təqsirini boynuna almaqla könüllü polisə gəlməsi, müddətsiz üçüncü dərəcə əlilliyi olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və və Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən götürülmüş iki ədəd qana hopdurulmuş vəziyyətdə tampon, bir ədəd üzərində qanabənzər ləkələr olan bıçaq, meyitə baxış keçirilərkən hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş üzərində qanabənzər ləkələr olan bir ədəd qara rəngli qolsuz köynək, üzərində qanabənzər ləkələr olan bir ədəd boğazsız yaşıl rəngli köynək, üzərində qanabənzər ləkələr olan bir ədəd çəhrayı rəngli büstqalter, üzərində qanabənzər ləkələr olan bir ədəd boz rəngli cins şalvar, üzərində qanabənzər ləkələr olan bir ədəd boz rəngli tuman, bir cüt qara rəngli ayaqqabı, bir cüt çəhrayı rəngli corab, üzərində qanabənzər ləkələr olan bir ədəd üzərində qara rəngli düyməli köynək, üzərində qanabənzər ləkələr olan bir ədəd qara rəngli uzun üst geyimi, habelə Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş tünd-mavi rəngli gödəkcə, üzərində qanabənzər ləkələr olan ağ rəngli sviter, üzərində qanabənzər ləkələr olan bir cüt tünd-göy rəngli ayaqqabı və üzərində qanabənzər ləkələr olan göyümtül-boz rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməli, Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus POCO markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus Redmi markalı mobil telefon onların yaxın qohumlarına qaytarılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş bir ədəd CD Disk cinayət işi materiallarinda saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən götürülmüş iki ədəd qana hopdurulmuş vəziyyətdə tampon, bir ədəd üzərində qanabənzər ləkələr olan bıçaq, meyitə baxış keçirilərkən hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş üzərində qanabənzər ləkələr olan bir ədəd qara rəngli qolsuz köynək, üzərində qanabənzər ləkələr olan bir ədəd boğazsız yaşıl rəngli köynək, üzərində qanabənzər ləkələr olan bir ədəd çəhrayı rəngli büstqalter, üzərində qanabənzər ləkələr olan bir ədəd boz rəngli cins şalvar, üzərində qanabənzər ləkələr olan bir ədəd boz rəngli tuman, bir cüt qara rəngli ayaqqabı, bir cüt çəhrayı rəngli corab, üzərində qanabənzər ləkələr olan bir ədəd üzərində qara rəngli düyməli köynək, üzərində qanabənzər ləkələr olan bir ədəd qara rəngli uzun üst geyimi, habelə Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş tünd-mavi rəngli gödəkcə, üzərində qanabənzər ləkələr olan ağ rəngli sviter, üzərində qanabənzər ləkələr olan bir cüt tünd-göy rəngli ayaqqabı və üzərində qanabənzər ləkələr olan göyümtül-boz rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin, Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus “POCO” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon onların yaxın qohumlarına qaytarılsın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş bir ədəd CD Disk və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd telefon danışıqları və sms yazışmalarını özündə əks etdirən CD diskin cinayət işi materiallarinda saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasi protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar