Məhkəmə qərarları › İş №1(101)-452/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-452/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-452/2024 11.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2, X4, X1 və X8, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X9, X7, Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər- Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1969-cu il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, himayəsində 1 azyaşlı, 1 yetkinlik yaşına çatmayan uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə etmə, saxlama, daşıma barədə razılığa gəlib cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən 10,132 qram çəkidə külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 10 mart 2023-cü il tarixdə saat 17:20-də Binəqədi rayonu, E.Babayev küçəsində yerləşən “Yeganə” şadlıq evinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən 5-ci Polis Bölməsinə gətirilmiş, orada saat 19:55-də xidməti otaqda üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki ağ rəngli gödəkçənin sol yan iç cibindən bir ədəd sellofan bükümündə təmiz çəkisi 10,132 qram olan külli miqdarda kustar üsulla hazırlanmış, narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 10 mart 2023-cü il tarixdə, saat 12:30 radələrində Binə Ticarət Mərkəzində cümə namazına getmiş, həmin gün oruc tutmuşdur. Dostları ilə söhbət etdikdən sonra taksi ilə saat 17:20-də Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “OMİD” Ticarət Mərkəzinə doğru gəlmiş, taksidən düşərkən 2 nəfər şəxsin ona yaxınlaşıb birlikdə getməli olduğunu dedikdə, o, həmin şəxslərdən kim olduqlarını, hara gedəcəkləri, özlərini təqdim etmələrini istəmiş, həmin şəxslər də polis əməkdaşları olduqlarını, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə getməli olduğunu söylədikdə etiraz etməyib getmişdir. Polis Bölməsinə daxil olan kimi üzərindəki bütün əşyaları, yəni üzük, sənəd, bank kartı, 47 manat məbləğində pulu yoxlayıb götürdükdən sonra 2 saat 30 dəqiqə ərzində növbətçi hissənin otağında saxlanılmışdır. Daha sonra təhqiqatçının otağına aparılmış, orada üzərində olan əşyaları stola qoymağı təklif etdikdə, polis bölməsinə daxil olarkən bütün əşyalarını verdiyini bildirdiyindən onu otaqdan çıxarıb yenidən gətirmələri deyilmişdir. Həmin vaxt üzərində olan ağ gödəkçəni çıxartması tələb ediləndə ətrafında 5-6 polis əməkdaşı olmuş, o, həmin gödəkçəni polis əməkdaşlarına verdikdən sonra polis əməkdaşları gödəkçəsini geri qaytarıb ona geyinməsini bildirmişlər. Polis Bölməsində təhqiqatçı tərəfindən baxış keçirilərkən üzərindən narkotik vasitə çıxdıqda o, polis əməkdaşlarından hansı səbəbə gödəkçəsinə narkotik vasitə qoyduqlarını, həmin narkotik vasitənin ona məxsus olmadığını demiş, polis əməkdaşları isə həmin narkotik vasitənin ona məxsusluğunu təsdiqləyərək imzalaması üçün kağız təqdim edib tapşırığın bu formada gəldiyini söyləmişlər. O isə həmin sənədləri imzalamamış, daha sonra isə narkotik vasitənin ona məxsus olmadığını göstərən sənəd təqdim edildikdə isə imzalamışdır. Ailəsi, vəkili ilə əlaqə saxlamaq istəsə də, şərait yaradılmamış, ailə üzvləri ilə tutulduqdan 2 gün sonra əlaqə yaratmağa imkan verilmişdir. O, həqiqətdə “OMİD” Ticarət Mərkəzinin yanında tutulmasına baxmayaraq, “Yeganə” şadlıq evinin yaxınlığı kimi rəsmiləşdirmə aparılmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs əvvəllər polis əməkdaşları ilə aralarında heç bir ədavətinin olmadığını, polis əməkdaşlarının onu hansı səbəbdən tutduqlarını bilmədiyini, inanclarına görə tutulduğunu düşündüyünü, ona qarşı polis əməkdaşları tərəfindən psixi təsir və ya fiziki zorakılıq tətbiq edilmədiyini, polis bölməsinə gətirildikdən dərhal sonra növbətçi hissədə üzərinə baxış keçirilsə də, hər hansı protokol tərtib edilib-edilmədiyini bilmədiyini, təhqiqatçının otağında 3 nəfər şəxsin, yəni təhqiqatçı, vəkil və hal şahidinin olduğunu, ikinci hal şahidinin orada olmadığını, üzərində şəxsi axtarış keçirilməzdən əvvəl həmin hərəkətin müdafiəçinin iştirakı olmadan aparılmasına dair ərizə təqdim etmədiyini, tanıdığı vəkilin iştirakını istədiyini, müstəntiqə baş verənləri izah edib sənədləri imzalamayacağını, müstəntiqin ona prokurorun yanına gedəcəklərini, daha sonra azadlığa buraxılacağını dediyinə görə təqdim edilən sənədləri oxumadan imzaladığını, hal şahidi və polis əməkdaşları ilə üzləşdirmə aparılmadığını, evinə baxışın tutulduqdan 1 ay sonra keçirildiyini, sərbəst hərəkət etməyə şəraitin olduğunu, üzərinə narkotik vasitəni kimin qoyduğunu görmədiyini, lakin polis bölməsinə daxil olduqdan sonra tez-tez üzərini yoxladığını, polis əməkdaşları tərəfindən tutulmamışdan əvvəl gödəkçəsini üzərindən çıxarmadığını, ilk dəfə növbətçi otaqda çıxartdığını, narkotik vasitənin kiçik həcmdə sellofanın içərisində olduğunu bildirdi. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, 10 mart 2023-cü il tarixdə təxminən saat 17:20 radələrində taksi ilə “Binə” bazarından Binəqədi rayonunda yerləşən “Yeganə” şadlıq evinin yaxınlığına gəlib taksidən yerə düşəndən sonra ona 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb saxlayaraq 5-ci polis bölməsinə dəvət edib gətirmişlər. Barəsində daxil olmuş məlumatla əlaqədar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə üzərində şəxsi axtarış aparılması ona izah edilmişdir. O, polis bölməsinə gətirildikdən sonra növbətçi hissədə gözləmiş, orada olarkən dəvət edilmiş müdafiəçi ilə tanış olub bir qədər söhbət etmişdir. Növbətçi hissədə olarkən əynində olan ağ rəngli gödəkçəni çıxarıb masanın üstünə qoymuş, polis əməkdaşlarının göstərişi ilə həmin gödəkçəni əyninə geyinmişdir. Daha sonra onu otaqların birinə dəvət etmişlər. Otaqda olan hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, bu zaman ona üstündə olan əşyalarını çıxarıb təqdim etməsi təklif edilmiş, o, əynində olan gödəkçənin ciblərini çıxarıb təqdim edərkən gödəkçənin içəri sol cibində əlinə nə isə toxunmuş və həmin əşyanı çıxaranda sellofan büküm olduğunu görmüş, lakin üzərində sellofan büküm olmamışdır. Buna görə də, bükümü masanın üstünə ataraq “bu nədir mənim cibimə qoymusunuz” demiş, o, həyəcanlaraq özünü itirdiyindən, həmin bükümün polis əməkdaşları tərəfindən açılıb-açılmadığını yadında saxlaya bilməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən sənədləşmə aparılmış, lakin o, heç bir sənədi imzalamamışdır. Sonradan polis əməkdaşları onu saxlanıldığı yerə aparmış və o, “Yeganə” şadlıq sarayının yanında saxlanıldığı yeri göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 10 mart 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyi məruzə edildikdən sonra həmin tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq 5-ci Polis Bölməsinə aparılmış, polis bölməsinin inzibati binasında xidməti otaqda şəxsi axtarış və baxış istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroinə bənzər maddə aşkarlanmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs “Yeganə” şadlıq sarayının yaxınlığında saxladıqlarını, o və ya digər polis əməkdaşının Təqsirləndirilən şəxs qarşı hər hansı zorakılıq edilmədiyini, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar olunmaması, polis əməkdaşlarının üzərinə narkotik vasitəni qoyması ilə bağlı verdiyi ifadənin doğru olmadığını, əməliyyat tədbirinin etimad doğuran və qərəzsiz mənbə əsasında aparıldığını, əməliyyat məlumatının həmin narkotik vasitənin Təqsirləndirilən şəxs üzərində olması barədə olduğunu, küçədə üzərinə baxış keçirilmədiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 büküm narkotik vasitə heroinin aşkarlandığını, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində saxladıqlarını, baxış keçirilərkən o, digər polis əməkdaşı Şahid2, təhqiqatçı və 2 hal şahidinin iştirak etdiyini, hal şahidlərini kimin dəvət etdiyini xatırlamadığını, Təqsirləndirilən şəxs polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə saxladıqlarını, həmin vaxt Təqsirləndirilən şəxs tək olduğunu, Təqsirləndirilən şəxs polis bölməsinə gətirildikdən sonra növbətçi hissənin otağında deyil, inzibati otaqda əyləşdirildiyini, Təqsirləndirilən şəxs təhqiqatçı Elvin Bəşirova təhvil verildiyini, həmin tarixdən uzun müddət keçdiyi üçün təfərrüatları xatırlamadığını, narkotik vasitənin Təqsirləndirilən şəxs ağ rəngli gödəkçəsinin içərisindən aşkar olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Abşeron Rayon Polis İdarəsinin əməkdaşı vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 10 mart 2023-cü il tarixdə saat 17 radələrində Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Yeganə” şadlıq evinin yaxınlığında saxlanılaraq 5-ci Polis Bölməsinə dəvət edilmiş, həmin polis bölməsində müvafiq prosessual hərəkətlər aparılmışdır. Həmin vaxtdan uzun müddət keçdiyindən, Təqsirləndirilən şəxs üzərində hansı növdə və neçə bükümdə narkotik vasitə və ya psixotrop maddənin aşkarlandığını xatırlamır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ona daxil olsa da, həmin məlumatı Şahid1 bölüşdüyündən, raportun sonuncu tərəfindən tərtib edildiyini, həmin əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı olduğunu, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman hal şahidlərinin iştirak etdiyini, videoçəkilişdən istifadə edilməməsinin səbəblərini bilmədiyini, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı əməliyyat-qeydiyyat işinin açılıbaçılmadığını, həmin yerə hansı avtomobillə getdiklərini xatırlamadığını, Təqsirləndirilən şəxs üzərinə baxışın nə vaxt keçirildiyini bilmədiyini, həmin istintaq hərəkətində müdafiəçinin iştirak edib-etmədiyini, bununla bağlı rəsmiləşdirmənin aparılıb-aparılmadığını, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olub-olmaması barədə nə dediyini, narkotik vasitənin Təqsirləndirilən şəxs hansı cibindən çıxmasını xatırlamadığını, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, baxışın bölməyə daxil olan kimi dərhal keçirilmədiyini, Maaif Ağayevin sanitar qovşağından istifadə edib-etməməsi, edibsə yanında kimin olduğunu bilmədiyini, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hansısa sənədləri imzalamaqdan imtina etməsi barədə məlumatsız olduğunu, Təqsirləndirilən şəxslə aralarında üzləşdirmə istintaq hərəkəti həyata keçirilsə də, həmin istintaq hərəkətinin məzmununu xatırlamadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, 10 mart 2023cü il tarixdə etimad doğuran mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə polis bölməsinin rəisinə raportla məruzə edilmişdir. Bu məqsədlə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün icazə verildikdən sonra o və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 10 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs gizli müşahidə etdikdən sonra saat 17:20-də onu Binəqədi rayonu, E.Bababyev küçəsində yerləşən “Yeganə” şadlıq evinin yaxınlığındakı küçədə saxlayıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumatın yoxlanılması ilə əlaqədar onu 5-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs 11 saylı Vəkil Bürosundan dəvət olunmuş vəkillə təmin edilmiş, hüquqları izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunduqda o, müdafiəçisinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsini istəmişdir. Bundan sonra iki nəfər vətəndaş polis bölməsinə hal şahidi qismində dəvət edilərək onlara hüqüq və vəzifələri izah olunmuşdur. Daha sonra təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində olan əşya və ya predmetləri təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkçənin sol içəri cibindən bir ədəd sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuş, həmin büküm açılanda içərisində tünd rəngli, kəskin qoxuya malik, narkotik vasitə heroinə oxşayan maddə aşkar edilmişdir. Daha sonra həmin maddənin olduğu sellofan bükümü içərisi boş vəziyyətdə olan kağız zərfə qoyulmuş və üzərində iştirakçılar tərəfindən imzalar edilərək möhürlənib götürülmüş, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncuya qarşı zor, təzyiq göstərilməmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edildikdən sonra Şahid2 xx.xx.2023cü il tarixdən uzun müddət keçdiyinə görə təfərrüatları dəqiq xatırlamadığını deyib ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, fərdi əməklə məşğul olmaqla, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Zümrüd” adlı restoranın qarşısında olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb saxlanılmış 1 nəfər şəxsin üzərinə baxış keçirilməsi üçün hal şahidi lazım olduğunu dedikdə razılaşıb Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə getmiş, orada Təqsirləndirilən şəxs görmüşdür. Polis bölməsində bir sıra proseslərdən sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkarlanmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid3 polis bölməsinə getdikdən sonra xidməti otağa Təqsirləndirilən şəxs də gətirdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs yaxın durmamalarını dedikdə polis əməkdaşlarının narahat olmamasını, heç kimi şərləmədiklərini dediyini, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl növbətçi hissədə polis əməkdaşı Təqsirləndirilən şəxs gödəkçəsini çıxarıb ona saxlamaq üçün vermək istədikdə razılaşmayıb gödəkçəni stolun üzərinə qoyduğunu, daha sonra təhqiqatçının otağında baxış keçirilən zaman gödəkçənin Təqsirləndirilən şəxs əlində olduğunu, həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi tələb edildikdə, Təqsirləndirilən şəxs gödəkçəsinin sol cibindən narkotik vasitə olan heroinin aşkarlandığını, Təqsirləndirilən şəxs əlindəki narkotik vasitə heroini yerə atıb ağlayaraq özünə məxsus olmadığını dediyini, növbətçi hissədə Təqsirləndirilən şəxs gödəkçəsi soyundurulduqdan sonra 2 dəqiqəyə yaxın müddətdə Təqsirləndirilən şəxs olmadığını, o, anasını işdən evə gətirmək üçün saat 19:30 radələrində “Zümrüd” restoranının yanında olduğu zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, əvvəllər 5-ci Polis Bölməsində hal şahidi qismində heç bir cinayət işində iştirak etmədiyini, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman orada iştirak edən digər hal şahidinin ondan bir neçə dəqiqə sonra polis bölməsinə dəvət edildiyini, Təqsirləndirilən şəxs gödəkçəsini çıxardığı vaxt digər hal şahidinin də orada olduğunu, baxış zamanı müdafiəçinin orada olmadığını, baxış üçün bir müddət orada gözlədiyini bildirdi. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid3 göstərmişdir ki, 10 mart 2023cü il tarixdə saat 19:40 radələrində işdən evinə gedərkən Binəqədi rayonu S.S.Axundov küçəsində yerləşən 5-ci Polis Bölməsinin qarşısından keçdiyi vaxt bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq polis bölməsinə gətirilmiş bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçirilməsində hal şahidi qismində iştirak etməyini xahiş etdikdə, etiraz etməyib polis əməkdaşı ilə 5-ci Polis Bölməsinə getmiş, orada ona və dəvət edilmiş digər hal şahidinə hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra xidməti otaqların birində ilk dəfə gördüyü və sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin üzərində polis əməkdaşları onların iştirakı ilə şəxsi axtarış apardıqları zaman Təqsirləndirilən şəxs üzərində olan əşyaları və sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkçənin sol içəri cibindən bir ədəd sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm baxışda iştirak edən polis əməkdaşı tərəfindən götürülüb onların gözünün önündə açılmış, bükümün içərisində tünd rəngli, pis iyi gələn maddə aşkar edilmişdir. Polis əməkdaşları bükümdə olan maddənin narkotik vasitə olan heroinə oxşamasını bildirmişlər. Daha sonra isə həmin maddənin olduğu sellofan bükümü içərisi boş vəziyyətdə olan kağız zərfə qoyulmuş və üzərində iştirakçılar tərəfindən imzalar edilərək möhürlənib götürülmü, protokol tərtib edilərək ucadan oxunmuş, o da protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şəxsiyyət vəsiqəsini götürmək üçün getmiş, orada imza atdıqdan sonra şəxsiyyət vəsiqəsini əldə etmişdir. Təqsirləndirilən şəxs tanımır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid4 5-ci Polis Bölməsində bir dəfə olduğunu, həmin vaxt hər hansı istintaq hərəkətində iştirak etmədiyini, Təqsirləndirilən şəxs əvvəllər görmədiyini, 5-ci Polis Bölməsində polis əməkdaşları ona bəzi sənədlərə imza çəkdirib şəxsiyyət vəsiqəsinin orada olmadığını dediklərini, Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə yazıb oxuya bilmədiyi üçün imza atdığı sənədlərdə nə yazıldığını bilmədiyini, şahid qismində dindirilməsi və üzləşdirmədə dindirmə protokolları təqdim edildikdə həmin protokollarda imzaların ona məxsus olduğunu, 5-ci Polis Bölməsinə hansı tarixdə və saatda getdiyi xatırlamadığını bildirdi. Məhkəmədəyək icraat zamanı Şahid4 Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində oxşar məzmunda ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin baş təhqiqatçısı vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 10 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulması ərəfəsində Təqsirləndirilən şəxs müdafiə ilə təmin olunmaq istəsə də, tərtib ediləcək ərizəyə imza etmədiyini bildirdiyindən, onun tərəfindən tərtib olunmuş ərizəyə “heç bir səbəb olmadan imza etməkdən imtina etdi” qeydi yazılmış, çünki həqiqətən də Təqsirləndirilən şəxs həmin ərizəni imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid Elvin Bəşirov Təqsirləndirilən şəxs saxlanılması, üzərinə şəxsi axtarış və götürmə istintaq aparılması zamanı cinayətprosessual qanunvericiliyin tələblərinə əməl edildiyini, müvafiq sənədlərin tərtib edildiyini, hal şahidi Şahid4 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman iştirak etdiyini, məhkəmə iclasında fərqli ifadə verməsinin səbəbini bilmədiyini, Təqsirləndirilən şəxs 5-ci Polis Bölməsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilənədək harada saxlanıldığını xatırlamadığını, Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən təqdim olunmuş sənədlərə imza çəkməkdən imtina etdiyini, Təqsirləndirilən şəxs onun xidməti otağına neçə dəfə gətirildiyini xatırlamadığını bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə, yaxalanması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 və həmin polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-7) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsində yerləşən “Yeganə” şadlıq evinin yaxınlığında saxlanılaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 11) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 21-22) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkcəsinin sol yan iç cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü cibindən çıxardaraq masanın üzərinə qoymuş, həmin büküm açıldıqda içərisində tünd-qəhvəyi rəngli, kəskin iyi olan xarici görkəmindən narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmiş, həmin maddənin çəkisi və növünü müəyyən etmək məqsədilə aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan maddə boş zərfdə qablaşdırılaraq, “Zərflər üçün” 174 nömrəli möhür ilə möhürlənməklə götürülmüşdür. (Cild 1, iş vərəqə 30; 33- 36) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsində yerləşən “Yeganə” şadlıq evinin yaxınlığında saxlanıldığı qeyd edilmişdir. (Cild 1, iş vərəqə 40-42) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1501 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №174” möhür əksi “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 10,132 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 10,132 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 10,032 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 46-47) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-642/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş əməliyyat-axtarış tədbirlərinin həyata keçirlməsi haqqında xx.xx.2023-ci tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair müraciəti geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 56-57) xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi rayonu, E.Babayev küçəsində yerləşən “Yeganə” şadlıq evinin yaxınlığında baxış keçirilmiş və Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin küçədə saat 17:20-də baxışda iştirak edən şəxslər tərəfindən saxlanılmasını bildirmişdir. (Cild 1, iş vərəqə 86) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 87-88) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-235/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 114-118) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-670/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında axtarış aparılması qərara alınmış, həmin qərar 2 ay müddətində qüvvədə olmuşdur. (Cild 1, iş vərəqə 123-124) xx.xx.2023-cü il tarixli “Axtarış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2da yerləşən evində aparılmış axtarış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 141-146) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Ağayev X11 Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmiş, xx.xx.2008-ci il tarixdə cəzadan azad olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. (Cild 1, iş vərəqə 148-149) Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 46-2/1-4851 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamış, əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. (Cild 1, iş vərəqə 166) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 xx.xx.2023-cü il tarixli, 7514 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 168-169) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 2411 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 170-172) xx.xx.2023-cü il tarixli “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 9199 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd diskə baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 185) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 10,132 qram (qalıq 10,032 qram) narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı yerin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk və Təqsirləndirilən şəxs məxsus olan mobil telefon danışıqlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd disk iş üzrə sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuş, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 189-197) Cinayət işində olan doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il və xx.xx.2007-ci il təvəllüdlü olmaqla, 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı vardır. (Cild 1, iş vərəqə 206-207) Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesindəədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı ibtidai istintaqın əvvəlindən mübahisələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saxlanılarkən üzərində hər hansı narkotik vasitə və psixotrop maddə olmadığını, polis əməkdaşlarının tələbi əsasında üzərində olan ağ rəngli gödəkçəsini çıxardıb polis əməkdaşlarına verdikdən bir müddət sonra yenidən geyindiyini, saxlanıldıqdan sonra bir müddət ərzində 5-ci Polis Bölməsinin növbətçi hissəsində saxlanıldığını, elan edilmiş ittihama görə 10,132 qram narkotik vasitə heroini polis əməkdaşlarının onun ağ rəngli gödəkçəsinin cibinə qoyduqlarını, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı həmin narkotik vasitə heroinin aşkarlandığını, həmin istintaq hərəkətində 1 hal şahidinin iştirak etdiyini bildirsə də, şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin doğru olmadığını, o və ya digər polis əməkdaşının Təqsirləndirilən şəxs ağ rəngli gödəkçəsinin cibinə hər hansı çəkidə narkotik vasitə heroini qoymadıqlarını, Təqsirləndirilən şəxs könüllü şəkildə narkotik vasitəni cibindən çıxardığını bildirmişlər. Cinayət işinin materiallarına əsasən, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:20-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmiş, 2 hal şahidinin iştirakı ilə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkçənin sol yan iç cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü cibindən çıxardaraq masanın üzərinə qoymuş, həmin büküm açıldıqda tünd-qəhvəyi rəngli xarici görkəmindən narkotik vasitə olan heroinə bənzər maddə aşkarlanmışdır. Aşkarlanmış həmin narkotik vasitə heroinə bənzər maddə məhkəmə-kimyəvi ekspertizasının icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, xx.xx.2023-cü il tarixli, 6/1501 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 10,132 qram kütləsinin kustar üsulla hazırlanmış narkotik vasitə-heroin olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin istintaq hərəkəti zamanı 1 hal şahidi olmasını söyləsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində o, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən hal şahidi kimi iştirak etmək üçün polis bölməsinə dəvət edildikdən bir müddət sonra başqa şəxsin də dəvət olunduğunu, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətində 2 hal şahidinin iştirak etdiyini bildirmişdir. Habelə, iş üzrə şahidlər Şahid1 və Şahid2 da həmin istintaq hərəkətində 2 hal şahidinin iştirak etdiyini həmin məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrində söyləmişlər. Şahid4 isə məhkəməyə verdiyi ifadəsində Təqsirləndirilən şəxs ilk dəfə gördüyünü, tanımadığını, hər hansı istintaq hərəkətində iştirak etmədiyini, 5-ci Polis Bölməsinə şəxsiyyət vəsiqəsini götürmək üçün getdiyini desə də, məhkəmə hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən məhkum edilməklə, cəza çəkdiyinə, məhkum olduğuna görə digər şəxsin əleyhinə ifadə verməsini istəmədiyi qənaətinə gəlib onun məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və işin hallarına uyğun olmayan hesab edir. Məhkəmə iclasında məhkəmədəyək icraat zamanı verdiyi ifadəsi elan edildikdən sonra müvafiq imzalar ona təqdim olunduqda Şahid4 imzaların ona məxsus olduğunu, lakin yazılanları oxumadığını bildirmişdir. Göründüyü kimi, Şahid4 məhkəmədə verdiyi ifadəsi belə ziddiyyətli xarakter daşıyır. Bu səbəbdən, məhkəmə Şahid4 xx.xx.2023-cü il tarixli məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsini sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətində yalnız 1 hal şahidinin iştirak etməsini deməsi öz təsdiqini tapmadığından, digər sübutlarla tam təkzib edildiyindən, özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığı yeri mübahisələndirib Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsində yerləşən “Yeganə” şadlıq evinin yaxınlığında yox, “Omid” Ticarət Mərkəzinin saxlanıldığını desə də, cinayət işinin materiallarının 11-ci vərəqində olan raportdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsində yerləşən “Yeganə” şadlıq evinin yaxınlığında saxlanılmışdır. Habelə, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs “Yeganə” şadlıq evinin yaxınlığında saxlanıldığını bildirmişlər. xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsində yerləşən “Yeganə” şadlıq evinin yaxınlığında saat 17:20-də saxlanılmasını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsi həmin hissədə həqiqəti əks etdirməməklə, digər sübutlarla tam təkzib edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ağ rəngli gödəkçəsinə narkotik vasitə heroini polis əməkdaşlarının qoyduğunu bildirsə də, şahidlər Şahid1 və Şahid2 həmin halın baş verdiyini təkzib etmişlər. Şahid3 isə Təqsirləndirilən şəxs ona gödəkçəsini verdikdə götürmək istəmədiyindən geri qaytardığını, polis əməkdaşlarının Təqsirləndirilən şəxs gödəkçəsinə hər hansı növ və çəkidə narkotik vasitə və ya psixotrop maddəni qoymasının şahidi olmadığını demiş, əksinə Təqsirləndirilən şəxs üzərində olan ağ rəngli gödəkçənin içərisindən 1 ədəd bükümdə narkotik vasitə heroinin aşkarlandığını söyləmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsi həmin hissədə həqiqəti əks etdirməməklə, digər sübutlarla tam təkzib edilmişdir. Bundan başqa, müdafiə tərəfinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin tutulduğu yerdə və vaxtda keçirilməməsi barədə dəlillər isə qəbulediləndir. Lakin, məhkəmə kollegiyası nəzərə alır ki, Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində saxlanılmış və saxlanıldığı yerə ən yaxın polis bölməsinə gətirilərək üzərinə baxış keçirilmişdir. Saxlanılması ilə üzərinə baxış arasında müəyyən müddətin keçməsi narahatlıq yaratsa da, bu müddət o dərəcədə ifadə olunmamışdır ki, bu sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı şübhələr yaransın. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda təsvir olunanlara zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroini saxlayıb daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə görə, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr- BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik vasitələr olan bitkilər (onların hissələridir). Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 2-ci Siyahısının 83-cü bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkorik vasitə olan heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisi 10,132 qram təşkil edir. Sözügedən Plenum qərarından görünür ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsa da, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddənin satışı və dövriyyəsi ilə məşğul olması sübuta yetirilməmişdir. Belə ki, həm şahid ifadələri və cinayət işinin materialları ilə, həm də Təqsirləndirilən şəxs mobil nömrələrinə baxış zamanı narkotik vasitə və ya psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumat aşkarlanmamış, istehlakçı ilə əvvəlcədən razılıq, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlıq müəyyən edilməmiş, həmin maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması, hazırlanması, istehsal etmə, emal etmə, daşıma, göndərmə halları müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən satış məqsədi ilə külli miqdarda narkotik vasitə- heroini əldə edib saxlamaqla daşıması barədə gəldiyi qənaət iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunmadığından həmin şübhələr onun xeyrinə həll olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. Məhkəmə belə qərara gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs kimayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, məhkumluğunun olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, ictimai təhlükəliliyini, cinayətin xarakterini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-235/2023 saylı qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin tarixdən bugünədək davamlı olaraq həbsdə saxlanılır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,032 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Sübut kimi qəbul edilmiş "xxxx" MMC-dən daxil olan məktuba əlavə edilmiş 01 ədəd disk və Təqsirləndirilən şəxs saxlanıldığı yerin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 2411 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsinə ehtiyac yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 10 mart 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,032 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. "xxxx" MMC-dən daxil olan məktuba əlavə edilmiş 01 ədəd disk və Təqsirləndirilən şəxs saxlanıldığı yerin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar