Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-452/2025 14.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs19, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, ünvan 2 ünvanında yaşamış, 09 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 mart 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı X19 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3- 1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən saxlanc yerinə qanunsuz daxil olma, elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı X21 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə əvvəlcədən aralarında olan vəzifə bölgüsünə əsasən, sonuncunun mağaza qarşısında dayanaraq ətrafı müşahidə etməsi, özünün isə mağazaya daxil olaraq özgə əmlakını gizli olaraq ələ keçirmələri barədə razılaşdıqdan sonra o, Aqil Əliyevlə birlikdə 15 may 2022-ci il tarixdə, saat 20:30 radələrində, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən «Qarışıq mallar» mağazasına, sonuncunun idarə etdiyi avtomobillə gəlib mağazanın qarşısında saxlayıb ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs isə həmin mağazaya daxil olub, orada olan satıcı Zərərçəkmiş şəxs1 baxmaq üçün paltar istəməklə sonuncunun diqqətini yayındıraraq piştaxtanın üzərinə qoyulmuş, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 05 manat dəyərində ***-***-**-** saylı sim kart nömrəsi ilə birlikdə istifadə edilən 560 manat dəyərində bir ədəd «Honor X-8» markalı, İMEİ-1 **********17212 və İMEİ-2 **********27229 kodlu mobil telefon aparatını gizli olaraq talayıb, mağazanı tərk edərək Aqil Əliyevlə birlikdə hadisə yerindən uzaqlaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ümumilikdə 565 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə 29 avqust 2022-ci il tarixdə, 18 radələrində ünvan 3 ünvanında yerləşən “Opera” qadın ayaqqabı mağazasına müştəri qismində daxil olaraq ayyaqqabıların çeşid və qiymətləri ilə maraqlandığını görüntü edərək satıcı Zərərçəkmiş şəxs2 diqqətini yayındırmaqla mağazada olan, sonuncuya məxsus içərisində 118 manat nağd pul və balansında 340 manat 85 qəpik pul vəsaiti olan "xxxx"a aid 6768 6753 1025 1226 nömrəli bank kartı olan 5 manat dəyərində pul kisəsini vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla taladıqdan sonra həmin gün Bakı şəhəri,Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “OBA Yasamal 13” marketində Zərərçəkmiş şəxs2 məxsus "xxxx"a aid 6768 5753 1025 1226 nömrəli bank kartından onlayn ödəniş etmə üsulu ilə saat 18:42-də 0,70 qəpik, saat 18:43də 11,40 manat, saat l8:44-də 11,40 manat, saat 18:48-də 19 manat, saat 18:49-da 28 manat, saat 18:51-də 62 manat, saat 18:53-də 27 manat, saat 18:54-də 36 manat, saat 19:00-da 36 manat, saat 19:01 -də 27 manat,19:02-də 20 manat, saat 19:06-da 21,35 manat, saat 19:07-də 41 manat, cəmi 340,85 manat məbləğində pul vəsaititni elektron məlumat daşıyıcılarından istifadə etməklə ümumilikdə 463,85 (dörd yüz altmış üç manat səksən beş qəpik) manat məbləğində pulunu talayıb ələ keçirərək Zərərçəkmiş şəxs2 göstərilən məbləğdə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi ünvan 4 ünvanında yerləşən “San Tortino” mağazasına müştəri qismində daxil olaraq mağazada müxtəlif içkilər və tort sifariş verib satıcının həmin əşyaların paketlənməsinə diqqətini yayındırmaqla mağazanın saxlanc yeri hesab olunan kassasına qanunsuz daxil olub oradan 718 (yeddi yüz on səkkiz) manat pulu gizli yolla talayıb ələ keçirərək Zərərçəkmiş şəxs3 göstərilən məbləğdə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 sentyabr 2022-ci il tarixdə, saat 20:00 radələrində Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 37 ünvanda yerləşən «Pola» kişi geyimləri mağazasına müştəri qismində daxil olaraq kassa kimi istifadə olunan saxlanc yeri hesab olunan dolabın siyirməsinə qanunsuz daxil olub Zərərçəkmiş şəxs4 məxsus 110 (bir yüz on) manat məbləğində pulu gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonunun Masazır qəsəbəsində «Qurtuluş-93» yaşayış kompleksində yerləşən “Meqa shop” mağazasına müştəri qismində daxil olub əşyaların çeşid və qiymətləri ilə maraqlandığını görüntü edib, Zərərçəkmiş şəxs5 diqqətini yayındıraraq pulların saxlandığı, saxlanc yeri hesab olunan kassaya qanunsuz daxil olub oradan 550 (beş yüz əlli) manat məbləğində pulu gizli olaraq talayıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs5 göstərilən məbləğdə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 oktyabr 2022-ci il tarixdə, saat 20:33-də ünvan 6 ünvanda yerləşən «Esma Muslim» geyim mağazasına müştəri qismində daxil olaraq mağazada olan digər müştəri Zərərçəkmiş şəxs6 tərəfindən masa üzərinə qoyulmuş qara rəngli çiyin çantasından içərisində 235 manat, milli pul ekvivalenti ilə 170 manat olan 100 ABŞ dolları, 184 manata ekvivalent 4000 qrivna Ukrayna pulu olmaqla cəmi 589 manat məbləğində pul olan 20 manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 609 (altı yüz doqquz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 oktyabr 2022-ci il tarixdə, saat 15:30 radələrində ünvan 7 ünvanında yerləşən “Nuray” paltar mağazasına müştəri qismində daxil olub, həmin mağazanı icarə əsasında işlədən X1 məxsus içərisində 1200 manat nağd pul və 01 ədəd **********485211 nömrəli "xxxx"ASC-yə məxsus plastik kart olan 50 manat dəyərində pul kisəsini vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla taladıqdan sonra həmin gün saat 16:06 dəqiqədə zərərçəkmiş şəxs X3ma məxsus **********485211 nömrəli "xxxx" ASC-yə məxsus plastik kartdan ünvan 8 ünvanında yerləşən “Oba” marketdən onlayn ödəniş etmə üsulu ilə 5,40 manat, sonuncu dəfə qeyd olunan plastik kartdan həmin gün saat 16:07 dəqiqədə ünvan 8 ünvanında yerləşən “Oba”marketdən onlayn ödəniş etmə üsulu ilə 24,30 manat məbləğində pulu elektron məlumat daşıcısmdan istifadə etməklə talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs7 ümumilikdə 1279,70 (bir min iki yüz yetmiş doqquz manat, 70 qəpik) maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində ünvan 9 ünvanında yerləşən“ Roza Byuteriya” mağazasına müştəri qismində daxil olaraq mağazada olan digər müştəri Zərərçəkmiş şəxs8 diqqətinin yayınmasından istifadə edib rəf üzərində olan əl çantasının içərisindən 600 (altı yüz) manat pulu gizli yolla talayıb ələ keçirərək Zərərçəkmiş şəxs8 göstərilən məbləğdə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 dekabr 2022-ci il tarixdə, saat 19:26 radələrində Zərərçəkmiş şəxs9 məxsus ünvan 10 ünvanda yerləşən meyvə-tərəvəz mağazasına müştəri qismində daxil olaraq Zərərçəkmiş şəxs9 müxtəlif meyvə və tərəfəz alacağına dair sirafış verib, onun diqqətini meyvə tərəvəzin paketlənməsinə yayındıraraq kassa olaraq istifadə edilən, saxlanc yeri hesab olunan dolabın siyirməsinə qanunsuz daxil olub oradan 650 (altı yüz əlli) manat məbləğində pulu gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs9 göstərilən məbləğdə maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 dekabr 2022-ci il tarixdə, saat 13:38 radələrində Zərərçəkmiş şəxs10 icarə əsasında işlətdiyi Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 31 ünvanında yerləşən geyim mağazasına müştəri qismində daxil olaraq geyim əşyaları sifariş verib Zərərçəkmiş şəxs10 paltarların seçilməsinə diqqətini yayındıraraq masa üzərindəki sonuncuya məxsus əl çantasından 240 (iki yüz qırx) manat məbləğində pulunu gizli olaraq talayıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs10 həmin məbləğdə maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 dekabr 2022-ci il tarixdə, saat 20:20 radələrində müştəri qismində Zərərçəkmiş şəxs11 məxsus Bakı şəhəri,Yasamal rayonu, M.Seyidov küçəsi,ev 20C ünvanda yerləşən “Atlas” məktəb ləvazimatlarının satışı mağazasına daxil olub orada müəyyən sifarişlər verərək Zərərçəkmiş şəxs11 diqqətini sifarişlərin seçilməsinə yayındıraraq kassa olaraq istifadə edilən,saxlanc yeri hesab olunan dolabın siyirməsinə qanunsuz daxil olub oradan 600 (altı yüz) manat pulu gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs11 göstərilən məbləğdə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 yanvar 2023-cü il tarixdə, saat 17:17 radələrində Zərərçəkmiş şəxs12 məxsus ünvan 12 ünvanında yerləşən «Mini market» qarışıq mallar mağazasına alıcı qismində daxil olaraq satıcıya müəyyən mallar sifariş verib, diqqətini onların seçilməsinə yayındıraraq mağazada kassa olaraq stifadə edilən, saxlanc yeri hesab olunan dolabın siyirməsinə qanunsuz daxil olub oradan 380 (üç yüz səksən) manat məbləğində pulu gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs12 göstərilən məbləğdə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 yanvar 2023-cü il tarixdə saat 20:40 radələrində Zərərçəkmiş şəxs13 qızma məxsus ünvan 13 ünvanda yerləşən “Haydari Style” geyim mağazasına müştəri qismində daxil olub Zərərçəkmiş şəxs13 müxtəlif geyim paltarları sifariş verib, onların seçilməsinə diqqətini yayındırmaqla masa üzərində olan əl çantasından 340 (üç yüz qırx) manat məbləğində pulunu gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs13 həmin məbləğdə maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsində yerləşən «Exstra Brend» geyim mağazasında müştəri Zərərçəkmiş şəxs14 qızma məxsus olub, asılqandan asılmış əl çantasından bir ədəd 05 manat dəyərində ***- ***-**-** sim kart nömrə ilə istifadə edilən, bir ədəd 460 manat dəyərində «Redmi Note 9T» markalı, 128 GB yaddaşlı, **********61769 İmei kodlu mobil telefon aparatını gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs14 ümumilikdə 465 (dörd yüz altmış beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində ünvan 14 ünvanında “Gənclik Moll” ticarət mərkəzinin daxilində yerləşən “Zara” geyim mağazasına müştəri qismində daxil olaraq mağazada olan müştəri Zərərçəkmiş şəxs15 diqqətinin paltar seçiminə yayınmasından istifadə edib, sonuncunun asılqanda olan əl çantasından içərisində 570 manat pul olan 20 manat dəyərində pul kisəsini gizli yolla talayıb ələ keçirərək Zərərçəkmiş şəxs15 ümumilikdə 590 (beş yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 yanvar 2023-cü il tarixdə, saat 19:00 radələrində ünvan 15 ünvanda yerləşən “Madam MM” gözəllik salonuna müştəri qismində daxil olub saç ustası Zərərçəkmiş şəxs16 diqqətinin müştərilərə yayınmasından istifadə edərək salondakı masanın altındakı ona məxsus əl çantasından 10 manat dəyərində pul kisəsinin içərisində 1550 manat nağd pul, masanın üzərindəki 600 manat dəyərində “Redmi” markalı mobil telefonunu gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs16 ümumilikdə 2160 (iki min yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 fevral 2023-cü il tarixdə, saat 21:09 radələrində Zərərçəkmiş şəxs17 icarə əsasında işlətdiyi, ünvan 16 ünvanda yerləşən “Nl” aptekinə müştəri qismində daxil olaraq aptekin piştaxtasının üzərindən Zərərçəkmiş şəxs17 məxsus bir ədəd 250 manat dəyərindəki ***- ***-**-** GSM sim kart nömrə ilə istifadə edilən, bir ədəd 400 manat dəyərində «Techno» markalı mobil telefon aparatını gizli olaraq talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs17a ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 fevral 2023-cü il tarixdə, saat 14:30 radələrində ünvan 17 ünvanında yerləşən “Günay butiq” mağazasına müştəri qismində daxil olaraq mağazada olan masanın üzərindən Zərərçəkmiş şəxs18 qızma məxsus 20 manat dəyərində pul kisəsini və həmin pul kisəsinin içərisində olan 1835 manat pul, 01 ədəd 5 manat dəyərində olan ***-***-**-** GSM sim kart nömrə ilə istifadə edilən, bir ədəd 750 manat dəyərində olan “Samsung A 51” markalı mobil telefon, 750 əyyarlı 12 qram çəkidə, 1000 manat dəyərində qızıl qolbağı gizli yolla talayıb ələ keçirərək Zərərçəkmiş şəxs18 ümumilikdə 3610 (üç min altı yüz on) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 mart 2023-cü il tarixdə, saat 19.30 radələrində Zərərçəkmiş şəxs19 icarə əsasında işlətdiyi Bakı şəhəri,Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanında yerləşən “Sis” qadın geyimləri mağazasına müştəri qismində daxil olaraq satıcıya paltar sifariş verib diqqətini yayındıraraq kassa olaraq istifadə olunan, saxlanc yeri hesab olunan dolabın siyirməsinə qanunsuz daxil olub oradan 1195 (bir min yüz doxsan beş) manat pulu gizli yolla talayıb ələ keçirərək Zərərçəkmiş şəxs19 göstərilən məbləğdə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə, günorta saatlarında Yasamal rayonu, “Alatava” adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan “Nicat” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini 50 manat pul müqabilində 01 ədəd ağ rəngli sellofan bükümdə alıb əldə edərək üzərində saxlamaqla daşımış, 09 mart 2023-cü il tarixdə, saat 17:00-da Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 19 ünvanında fəaliyyət göstərən “Orxan markef’in qarşısında saxlanılaraq oğurluq cinayətində şübhəli bilindiyi üçün həmin polis şöbəsinə aparılıb üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi 2,690 qram,yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da yuxarıda qeyd olunan ictimai təhlükəli əməllərin törədilməsi nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.3, 177.2.3-
1. və 234.1-1 -ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini həm də tamah niyyəti ilə törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.3, 177.2.3-1. və 234.1-1 -ci maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında,təkrarən saxlanc yerinə qanunsuz daxil olması, elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsi, yəni Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.3, 177.2.3-1. və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.3, 177.2.3-1. və 234.1-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini qeyd edib hər bir oğurluq epizodu üzrə ona verilmiş ittihamları, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətlərini törətdiyini, cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadələrinin doğru və həqiqətə uyğun ifadələr olduğunu məhkəmənin nəzər diqqətinə çatdıraraq ifadə verməkdən imtina etdi. Göstərilənlərə əsasən məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadələri elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2011-ci ildə X22 ilə ailə həyatı qurmuş, birgə nigahlarından 6 uşaqları olmuşdur. Nicat o, tutulmazdan da 1 il əvvəl onlardan ayrılmış, nə ona, nə də uşaqlarına baxmamış, övladlarına o özü baxmışdır. 6 uşağını saxlamaq məqsədi ilə məcbur olub oğurluqlar törətməyə məcbur olmuşdur. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamın mahiyyəti üzrə tədqiq olunan ifadəsində göstərmişdir ki, 15 may 2022-ci il tarixdə, saat 20 radələrində o, tanışı Aqil Əliyevlə birlikdə onun idarə etdiyi qara rəngli, Çində istehsal edilmiş, markasını bilmədiyi, dövlət nömrə nişanı 543-lə bitən avtomobillə Bakı şəhəri, Səbail rayonu,Badamdar qəsəbəsinə gəzməyə gəlmişlər. Orada o, avtomobildən düşüb mağazaları gəzərkən təsadüfən “Qarışıq mallar” adlanan paltar mağazasına girmiş, həmin mağazada bir neçə paltara baxarkən piştaxtanın üzərində açıq mavi rəngində “smartfon” modelli mobil telefon görmüşdür. Həmin vaxt mağazada bir nəfər tanımadığı orta yaşlı qadın satıcı olmuş, həmin satıcı qadın ona paltarları göstərmişdir. Satıcının başı qarışdığından özü gizlincə piştaxtanın üzərindən mobil telefonu götürüb cibinə qoymuş, satıcıya gedib pul götürüb geri qayıdacağını deyib mağazanı tərk etmişdir. Mağazadan bayıra çıxdıqda hava alatoran olmuşdur. O, mağazadan uzaqlaşıb Aqilə zəng etmiş, onunla görüşmüş və Aqillə birlikdə onun idarə etdiyi avtomobildə qaldıqları evə gedərkən mağazadan oğurladığı üzərinə «Honor X- 8» sözləri yazılmış mobil telefonu Aqilə göstərmişdir. Aqil telefonun içərisində olan nömrəni çıxarıb atmış, sonra qərara gəlmişlər ki, mobil telefonu satsınlar. Aqil bir başa Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən mobil telefonların satışı mağazalarının sırasına gəlmişdir. Orada o, avtomobildə qalmış, Aqil isə onun oğurladığı mobil telefonu aparıb satmış və gəlib ona 90 manata satdığını bildirmişdir. Sonra həmin pulu Aqillə birlikdə özlərinə yemək-içmək üçün xərcləmişlər. O, Aqilin mobil telefonu satdığı mağazaya dəqiq fikir verməsə də, mobil telefonlar mağazalarının sırasını yadında saxlamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan oğurluq epizodu üzrə, həmçinin qeyd etmişdir ki, Aqil Əliyevlə həmin cinayəti qabaqcadan planlaşdırmış, onun bu barədə məlumatı olmuş və mobil telefonu oğurladıqdan sonra qabaqcadan razılaşdıqları kimi satıb birlikdə xərcləmişlər. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, 29 avqust 2022-ci il tarixdə, ünvan 20 ünvanında yerləşən qadın ayaqqabısı dükanında Zərərçəkmiş şəxs2 məxsus, içərisində şəxsiyət vəsiqəsi, 118 manat pul və 2 ədəd "xxxx"a məxsus və 1 ədəd «Leo bank»a məxsus kartlar olan qadın çantasını heç kimin olmadığına əmin olaraq oğurlamışdır. Oğurluq etdikdən sonra Bakı şəhəri Yasamal rayonu ərazisinə gələrək kartlar ilə bir neçə dəfə Wİ-Fİ vasitəsi ilə ödəniş etməyə cəhd etsə də, "xxxx"a məxsus 1 və «Leo bank»a məxsus kartlarda pul olmadığından ödəniş edə bilməmişdir. "xxxx"a məxsus digər bir kart ilə ödəniş etdiyi zaman kartda pulun olduğunu görüb Yasamal rayonu ərazisində bir neçə fərqli mağazada ərzaq məhsulları almışdır. Sonuncu dəfə ünvan 21 ünvanında yerləşən «OBA» marketdən ərzaq almışdır. Sonra isə yenə də digər bir mağazada həmin kartla ödəniş etmək istəsə də, kart blok olunduğu üçün heç bir ödəniş edə bilməmişdir. Bu səbəbdən oğurladığı çantanı içərisində kartlar və şəxsiyyət vəsiqəsi ilə birlikdə Yasamal rayonu ərazisində xatırlamadığı küçədə olan zibil qutularından birinə ataraq yaşadığı ünvana getmişdir. Çantada olan 118 manat pulu yaşadığı mənzilin işıq pulunun ödənilməsinə, uşaqlarına paltar almağa sərf etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində ünvan 22 ünvanından keçən zaman “San Tortino” şirniyat mağazasını görüb ora daxil olmuşdur. Mağazada olan şirniyyatlara və içkilərə baxan zaman satıcı qızın başqa müştəriyə pul qalığını qaytardığını, kassanın açıq vəziyyətdə olduğunu görərək qərara gəlmişdir ki, kassadan oğurluq etsin. Bu məqsədlə satıcı qızdan mağazada olan içkilər haqqında məlumat almağa başlamış, həmin qızdan bir neçə içki gətirməsini istəmişdir. Həmin müddətdə kassanın yanında dayanmışdır. Satıcı qız vitrindən içki gətirənə kimi o, kassanı açıb içərisində olan pulları götürüb əlində saxlamişdır. Daha sonra satıcı qızın başını qarışdırmaq üçün guya əlavə olaraq tort istədiyini bildirib tort sifariş vermişdir. Satıcı qız tort gətirməyə gedən zaman yalandan avtomobildən pul götürüb gələcəyini bildirib mağazadan çıxmış və oradan uzaqlaşmışdır. Yolda pulu sayan zaman oğurladığı pulun 718 manat olduğunu görmüşdür. Sonra isə həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə, saat təxminən 19:40 radələrində oğurluq etmək məqsədilə ünvan 23 ünvanda yerləşən “Pola” kişi geyimləri mağazasına daxil olmuşdur. Mağazanın içərisində bir neçə kişi paltarlarına baxıb, sonra mağazada olan satıcıların diqqətsizliyindən istifadə edib mağazanın içərisindəki dolabı açaraq orada olan 110 manat pulu götürmüşdür. Sonra isə heç bir şübhə yaratmadan mağazadan çıxaraq avtobusla kirayə yaşadığı ünvan 24 ünvanın qarşısına gəlmişdir. Oğurladığı pul ilə binanın yaxınlığında olan ərzaq mağazasından siqaret və ərzaq alıb evinə getmişdir. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, 08 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksində kirayədə yaşayan tanışı Nigar adlı şəxslə görüşmək üçün gəlmiş, lakin onu orada tapmamış və həmin gün saat 18 radələrində oğurluq etmək niyyəti ilə «Qurtuluş 93» yaşayış kompleksində yerləşən “MeqaShop” mağazasına müştəri kimi daxil olmuş, kassada satıcının olmadığını görmüşdür. Ətrafı müşahidə edib onu heç kimin görməyəcəyinə əmin olduqdan sonra kassanı açıb orada olan pulları götürüb mağazadan çıxmışdır. Dərhal yaxınlıqda olan taksilərdən birinə əyləşib yaşadığı evə getmişdir.Taksidə olarkən oğurladığı pulları saydıqda ona bəlli olmuşdur ki, “MeqaShop” mağazasından 550 manat pul oğurlamışdır. Həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, 09 2022-ci il oktyabr tarixdə, saat 20:30 radələrində oğurluq etmək məqsədilə ünvan 25 ünvanda yerləşən «Esma Muslim» mağazasına daxil olmuş və mağazada olan müştərinin diqqətsizliyindən istifadə edərək masanın üzərinə qoyulmuş qara rəngli çiyin çantasından içərisində 235 manat, 100 ABŞ dolları və təxminən 4000 qrivin Ukrayna pulu olmaqla cəmi 589 manat məbləğində pul olan kisəsini oğurlamışdır. Həmin pulu öz ehtiyaclarım üçün xərcləmiş, pul kisəsini isə xatırlamadığı zibilliyə atmışdır. Daha sonra təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsində yerləşən “Şəhər Ticarət” mərkəzinin qarşısından keçən zaman həmin ticarət mərkəzinin içərisinə girib oradan oğurluq etməyi qərara almışdır. Həmin ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən dükanlardan birinə baxdıqda qapısının açıq olduğunu və içəridə heç kəsin olmadığını görmüşdür. Daha sonra mağazaya daxil olduqda oturacaq stulunun üzərinə asılmış vəziyyətdə 01 ədəd çanta görmüşdür. Ətrafda heç kimin olmadığını gördükdən sonra həmin çantanı açmış və içərisində olan pul kisəsini şalvarının içərisinə qoyub, həmin yerdən uzaqlaşmışdır. «İçərişəhər» metrostansiyası yaxınlığında pul kisəsini açdıqda içərisində dəqiq xatırlamadığı sayda bank kartları, vizit kartları, digər endirim kartları və bir miqdar pul əskinasları olduğunu görmüşdür. Həmin pulları saydıqda ümumilikdə 1200 manat nağd pul olması məlum olmuşdur. Daha sonra həmin yerdən Yasamal rayonu ərazisində yerləşən Asan xidmətin yaxınlığında yaşayan qohumlarının evinə gedən zaman isə yolunun üzərində olan Yasamal rayonu, ərazisində yerləşən ünvanını dəqiq bilmədiyi “Oba” marketdən həmin kartlardan istifadə etməklə alış-veriş etmək qərarına gəlmiş, «Oba» marketə daxil olub dəqiq bank rekvizitlərini xatırlamadığı kartla təmassız ödəniş etmək qərarına gəlmişdir. Belə ki, 4-5 dəfə post terminal vasitəsi ilə kartla ödəniş etməklə ümumilikdə təxminən 200 manat dəyərində alış-veriş etmişdir. Daha sonra kartda kifayət qədər pul olmadığı üçün yenidən alış-veriş edə bilməmişdir. Bundan sonra həmin pul kisəsini içərisində olan bütün bank kartları və digər kartlarla birlikdə dəqiq xatırlamadığı ünvanda zibil qabına atmışdır. Daha sonra isə Yasamal rayonu ərazisində Azerpoçtun yanında əri Nicat Ağayevlə görüşüb ondan 3 manat pul alaraq yaşadığı ünvan 28 ünvanında yerləşən evinə getmişdir. Oğurluq yolu ilə ələ keçirmiş olduğu 1200 nağd pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Onun məqsədi nağd pulları və bank kartlarında olan pul vəsaitlərini talamaq olmuşdur. Kartlardan birindən istifadə etdikdən sonra digər kartlardan qorxduğu üçün istifadə etməmiş və bütün kartları pul kisəsi ilə birlikdə dəqiq xatırlamadığı yerdə zibil qutusuna atmışdır. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, 06 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində özü tək yenə oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 54 ünvanından keçən zaman “Roza” bijuteriya mağazasını görüb ora daxil olmuş, mağazada olan vitrinlərə baxarkən qapının girişində bir nəfər tanımadığı qadının əl çantasını görmüş və həmin qadın arxası ona tərəf olmuş, ona görə də onun görmədiyi halda əlini çantanın içərisinə salaraq pulu götürüb oranı tərk etmişdir. Kənarda saydıqda 600 manat pul olduğunu görmüşdür. Sonra isə həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, 14 dekabr 2022-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 15A saylı beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən meyvə-tərəvəz mağazası nəzərini cəlb etmiş və həmin mağazadan pul yaxud qiymətli əşyalar oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə həmin mağazaya daxil olmuş və mağazada satıcı işləyən tanımadığı şəxsə müxtəlif meyvələrdən bir kiloqram çəkib verməsini bildirmişdir. Məqsədi isə satıcının başı meyvə çəkməyə qarışan zaman mağazada olan pul yığılan kassada olan pulları oğurlamaq olmuşdur .Tanımadığı satıcı mağazada olan meyvələrdən çəkməyə başladıqda bundan istifadə edərək mağazadakı, üzərində tərəzi olan kassanı açmış və orada olan pulları götürüb əynində olan gödəkçənin cibinə qoymuş və sakitcə mağazadan çıxıb oradan uzaqlaşmışdır. Mağazadan bir qədər aralaşdıqdan sonra oğurladığı pulları saymış və cəmi 650 manat pul oğurladığını bilmişdir. Oğurladığı həmin 650 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, 19 dekabr 2022-ci il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 31 ünvanında yerləşən geyim mağazasına müştəri qismində daxil olaraq orada işləyən qadın satıcıya guya alacağı geyimləri sifariş verdikdən sonra onun diqqətinin geyimlərin seçilməsinə yönəldiyini görüb, mağazadakı masa üzərindəki sonuncuya məxsus əl çantasından 240 manat məbləğində pulunu oğurlayıb mağazanı tərk etmiş və həmin pulu özünün şəxsi ehtiyyaclarma xərcləmişdir. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, 29 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində oğurluq etmək məqsədi ilə ünvan 29 ünvanda yerləşən məktəb ləvazimatların satışı mağazasına müştəri qismində daxil olmuş, mağazada satışda olan bir neçə mal seçərək kassanın yanına yığmış, həmin vaxt mağazada olan şəxslərin diqqəti digər müştərilərdə olduğundan mağazada olan kassa kimi istifadə edilən dolabın siyirməsini açaraq orada olan qutudan 600 manat pul götürərək cibinə qoymaqla oğurlamış və bundan sonra orada mağazada olan şəxsə seçdiyi malları aparmaq üçün avtomobili mağazaya yaxın yerdə saxlamaq adı ilə çıxmışdır. Oğurladığı həmin 600 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, 03 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində ünvan 12 ünvanında yerləşən “Mini market” qarışıq mallar mağazasına alıcı qismində daxil olaraq orada olan oğlan satıcıya guya alacağı malları sifariş verib onun diqqətini malların seçilməsinə yayındırdıqdan sonra mağazanın kassasından bir dəfəyə topa şəklində pulları oğurlayaraq əynindəki gödəkçənin cibinə qoyaraq satıcıya guya maşından pul gətirəcəyini deməklə mağazanı tərk edib oradan uzaqlaşmış və sonradan pulu saydıqda 380 manat olduğunu bilmiş, həmin pulları özünün şəxsi ehtiyyaclarma xərcləmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, 05 yanvar 2023-cü il tarixdə, saat 20:40 radələrində oğurluq etmək məqsədi ilə ünvan 30 ünvanda yerləşən “Haydari Style” mağazasına daxil olmuş, mağazada olan qadına ad gününə gedəcəyini, bir dəst uşaq və qadın alt paltarları alacağını bildirmiş, ona geyim seçməyinə köməklik etməyini xahiş etmişdir. Mağazada gəzib özü üçün geyim seçmiş, sonra isə əlinə seçdiyi paltarları götürüb əyninə yoxlamaq üçün paltar dəyişmə otağına keçmiş, yoxladığı paltarları sonra kassanın yanına qoymuş, həmin paltarları alacağı görüntüsü etmişdir. Satıcıya pijama almaq istədiyini bildirərək pijama seçməyə başlamışdır. Mağazada olan satıcı qadının başı qarışıq olan vaxt masanın üzərində olan əl çantasından 340 manat pul oğurlamışdır. Sonra isə vitrində olan pijamalardan birini bəyənib vitrinin qarşısına gələrək telefonunun maşında qaldığını bildirmiş, gedib telefonu götürüb geri qayıdaraq pijamanı alacağını demişdir. Çölə çıxarkən satıcı qadına pul kisəsinin çantasında olduğunu demiş, onu inandırmaq üçün çantasını mağazada saxlamışdır. Əslində isə çantasında pul olmamışdır. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, 16 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsində yerləşən «Exstra Brend» mağazasına daxil olmuşdur. Mağazada olan bir qadın müştəri paltar seçmiş, diqqəti paltarlarda olmuş, həmin vaxt isə əl çantasını asılqandan asmışdır. Həmin müştərinin onu görmədiyi halda əlini çantanın içərisinə salaraq oradan «Redmi Note 9T» markalı mobil telefonu götürərək oğurlayıb mağazadan çıxmışdır. Daha sonra həmin telefonu Yasamal rayonu, 2-ci Yasamal ərazisində “Ziya” kimi adını bildiyi şəxsə 90 manata satmışdır. Satışdan əldə etdyi pulları isə narkotik vasitələrin alınmasına və şəxsi ehtiyaclarıma sərf etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, 20 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində ünvan 31 ünvanında yerləşən “Gənclik Mail” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən “Zara” adı ilə fəaliyyət göstərən mağazaya getmiş, orada asılqandan qadın əl çantası asıldığını və sahibinin kənarda olmasını görmüşdür. Ona görə də, əlini həmin əl çantasının içərisinə salıb oradan pul kisəsini götürmüş, dərhal da “Gənclik Mail” ticarət mərkəzini tərk etmişdir. O, kənarda baxdıqda pul kisəsinin içərisində 570 manat nəğd pul, şəxsiyyət vəsiqəsi, "xxxx" və «Paşa bank»a aid plastik kartlar və digər kartlar olduğunu görmüşdür. Kartla ödəniş etməyə cəhd etsə də, ödəniş edə bilməmiş və həmin kartları pul kisəsi ilə birlikdə kənarda tullayıb atmışdır. Niyyəti sənəd və ya digər kart oğurlamaq olmamışdır. Niyyəti pul oğurlamaq olmuşdur. Ona görə də sənədləri pul kisəsi ilə bitrlikdə kənara atmışdır. 570 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, 23 yanvavr 2023-cü il tarixdə, saat 19:00 radələrində oğurluq etmək məqsədi ilə ünvan 32 ünvanda yerləşən «Madam MM» qadın gözəllik salonunda gedərək makiyaj etdirəcəyini bildirmişdir. Saldonu işlədən qadın müştəri ilə məşqul olduğu üçün ona gözləmə yerində gözləməyini bildirmişdir. O, gözləyən zaman gözləmə yerində olan əşyalara baxıb bir neçə dəqiqə sonra salonda işləyən qadınların başının müştərilərə və digər işlərə qarışdığını görüb arakəsmənin arxasında olan əl çantasının içərisindən pul kisəsini götürüb tez salondan çıxıb oradan uzaqlaşdıqdan sonra pul kisəsinə baxdıqda içərisində 1550 manat pul, bir ədəd «Redmi» markalı mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi, bank kartları, sürücülük vəsiqəsi olmuşdur. Həmin pullun bir həissəsini şəxsi ehtiyaclarına, narkotik və psixotrop maddələrin alınmasına xərcləmişdir. O, polis əməkdaşları tərəfindən saxlaınılan zaman şəxsiyyət vəsiqəsini onlara təqdim etmiş, oğurladığı digər əşyaları isə xatırlamadı yerə atmışdır. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, 09 fevral 2023-cü il tarixdə oğurluq etmək məqsədi ilə ünvan 33 ünvanda yerləşən «Nİ» aptekə müştəri qismində daxil olmuş, orada satıcının diqqətinin yayınmasından istifadə edərək rəfin üzərində olan 01 ədəd «Techno» markalı telefonun oğurlayaraq aptekdən çıxmışdır. Daha sonra həmin telefonu adının “Nizami” kimi bildiyi şəxsə verib əvəzində təxminən 1 qram narkotik vasitə heroin almışmışdır. Daha sonra, təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə, saat təxminən 14 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən «Günay butik» mağazasına müştəri qismində daxil olmuş, orada ondan başqa diqər müştərilər də olmuşdur. O, mağazada satıcı işləyən qadından alver etmək niyyətində olduğunu və gödəkçə almaq istədiyni bildirmişdir. Hətta belə gödəkçələrdən birini bəyənərək alacağını bildirmişdir. Həmin zaman satıcının diqqəti digər müştərilərdə olduğundan masanın üzərində olan pul kisəsini götürərək oğurlamış və satıcıya mağazanın yaxınlığında olan taksini yola salıb qayıdacağını bildirmişdir. Bundan sonra mağazadan çıxaraq oradan uzaqlaşmışdır. Yolda pul kisəsini içərisinə baxdıqda orada təxminən 1835 manat pulu, 01 ədəd «Samsung A51» markalı mobil telefon, "xxxx"a məxsus kartlar, 01 ədəd qızıl qolbağ, şəxsiyyət vəsiqəsi, vergi kartı olmasını müəyyən etmişdir. Qızıl qolbağı və telefonu Yasamal rayonu ərazisində ayrı-ayrı tanımadığı şəxslərə xatırlamadığı məbləğə satmış, satışdan əldə olunmuş pulları və pul kisəsində olan pulu şəxsi ehtiyaclarına və narkotik vasitələrin əldə olunmasına sərf emişdir. Pul kisəsini, Bank kartlarını və şəxsiyyət vəsiqəsini xatırlamadığı ünvanda yol kənarına atımışdır. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, 04 mart 2023-cü il tarixdə, saat 19.30 radələrində özü tək ünvan 34 ünvanda yerləşən “Sis” qadın geyimləri mağazasına müştəri qismində daxil olmuş və orada guya qadın alt geyimi alacağı kimi özünü təqdim edib böyük ölçülü olduğundan digər kiçik ölçülü paltarı satıcıdan gətirməsini xahiş etmişdir. Satıcı xanımdan başqa mağazada heç kim olmamışdır. Satıcı xanım onun sözündən sonra kiçik ölçüçlü paltar axtararkən tez masanın siyirməsini çəkib orada olan pulları götürüb cibinə qoymuşdur. Pulu oğurlamağını satıcı xanım görməmişdir. Satıcı xanım paltarı gətirdikdə ona yalandan guya ərinin avtomobildə gözlədiyini demiş, sonra mağazanı tərk edib getmişdir. Kənarda pulları saydıqda 1195 manat olduğunu görmüşdür. Həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, təxminən 12 il ərzində narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Narkotik vasitəni müxtəlif şəxslərdən, əsasən də üzdən tanıdığı “Alatava” ərazisində olan Nicat adlı şəxsdən almışdır. 08 mart 2023-cü il tarixdə yenə də “Alatava” ərazisinə getmiş və orada üzdən tanıdığı Nicat adlı şəxsə 50 manat pul verib 01 ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. 09 mart 2023cü il tarixdə, saat təxminən 17:00 radələrində yaşadığı ünvan 35 ünvanında fəaliyyət göstərən “Orxan market”in qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona oğurluqda şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 28-ci PByə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 28-ci PB-nin inzibati binasına getmişdir. 28-ci PB-də həqiqətən də 09 fevral 2023-cü il tarixdə Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Sherifzade Center” adlı çox mərtəbəli binanın 1-ci mərtəbəsində fəaliyyət göstərən aptekdən 01 ədəd “Techno” markalı mobil telefon aparatı oğurladığını və sonra həmin telefonu adının “Nizami” olduğunu bildiyi şəxsə verib əvəzində təxminən 1 qram narkotik vasitə heroin aldığını, özünün narkotik vasitə heroin, psixotrop maddə metamfetamin istifadəçisi olduğunu bildirmiş və hal-hazırda da üzərində metamfetamin olduğunu etiraf etmişdir. Orada ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil 28-ci PB-yə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşları, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təhqiqatçı tərəfindən hüquq və vəzifələrim izah edilmiş, şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edilmiş və müdafiəçinin iştirakı ilə qərarla tanış olub onu imza etmişdir. Bundan sonra polis əməkdaşları, müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O, könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı, 01 ədəd ağ rəngli kağız bükümdə içində psixotrop maddə metamfetamini çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı 01 ədəd ağ rəngli bükümü açdıqda içində psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi dedikdə, o, bildirmişdir ki, aşkar olunan maddə psixotrop maddə metamfetamindir, həmin maddənin istifadəçisidir, aşkar edilən maddəni 1 gün əvvəl, yəni 08 mart 2023-cü il tarixdə günorta saatlarında “Alatava” adlanan yerdə adının “Nicat” olmasını bildiyi və üzdən tanıdığı, lakin anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 50 manata öz istifadəsi üçün alıb üzərimdə saxlamışdır. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 01 ədəd gümüşü rəngli büküm içərisindəki “patı” maddəsi ilə birlikdə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzəri möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olub-olmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o, hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirmişdir. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf onun, eləcə də şəxsi axtarışda iştirak etmiş vəkili və polis əməkdaşları tərəfindən imzalanmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin yekununda göstərmişdir ki, onun oğurluq etməkdə məqsədi oğurluq nəticəsində əldə etdiyi gəlirləri öz ehtiyaclarına xərcləmək olmuşdur. Oğurluq əmələri nəticəsində əldə etdiyi əşyaları satdığı şəxslərin anket məlumatlarını bilməmiş, qeyd olunan əşyaları satarkən almaları üçün onların cinayət yolu ilə əldə etdiyini heç kimə bildirməmiş, həmin əşyaları satarkən özünə məxsus olan əşyalar olduğunu bildirmiş, ailəsinin ehtiyaclarımı ödəmək üçün satdığını demişdir. Oğurluq nəticəsində hec bir rəsmi sənədlərdən istifadə etməmiş, tamah niyyəti ilə oğurluqlar etmişdir .Törətmiş olduğu oğurluq hadisəsi barədə əvvəldən yaxud da sonradan heç kimə məlumat verməmişdir. Oğurluq əməllərini əsasən tək törətmişdir, lakin Səbail rayonu ərazisində yerləşən «qarışıq mallar» mağazasından oğurluğu tanışı X21 ilə birlikdə törətmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. İstifadəsində mobil telefon aparatı olmamış, heç bir dispanserdə qeydiyyatda olmamış və hər hansı bir psixi xəstəliyi olmamışdır (iş vərəqə: cild 01, səh. 133-136, 256- 257, cild 02, səh. 173-176, cild 03, səh. 19-21, cild 04, səh. 26-28, 121-124, 244-245, cild 06, səh.52-60). Cinayət işinə məhkəmə baxışı zamanı dindirilən hər bir zərər çəkmiş şəxsin ifadəsinə münasibət bildirən təqsirləndirilən Təqsirləndirilən şəxs hər bir cinayət epizodunu bir dha təsdiq etdi və həmçinin göstərdi ki, onu oğurluq etməyə ilk növbədə vadar edən onun narkotiklərdən asılılığ olmuş, oğurluqdan əldə etdiyi pulları əsasən narkotik vasitələr almağa sərf etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən bütün epizod ittihamlarla özünü təqsirli bilsə də, narkotik epizodu üzrə şahidlər dindirilərkən onda ittihamda göstərilən miqdarda narkotik vasitə olmadfığını bildirmiş, oğurluqla tutulduğu üçün narkotiklə bağlı bütün halları boynuna götürməyə məcbur olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 3 ildir ki, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən «Opera» qadın ayaqqabı mağazasında işləyir. 29 avqust 2022-ci il tarixdə, saat 10-da işə gəlmiş, axşam saat 18 radələrində mağazaya daxil olan bir nəfər balacaboylu, arıq bədən quruluşlu qadın mağazada vitrində olan ayaqqabılara bir müddət baxdıqdan sonra çıxıb getmişdir. Həmin qadın mağazanı tərk etdikdən təxminən yarım saat sonra, yəni saat 18:42-də özünə məxsus 6768 6753 1025 1226 saylı bank kartından 0,70 qəpik pul silinməsi barədə telefonuna sms gəlmişdir. O, çantasını qoyduğu qapının arxasına yaxınlaşdığı zaman çantanın yerində olduğunu, lakin içərisindən dəyəri 5 manat olan qırmızı rəngli, markasını bilmədyi pul kisəsinin oğurlandığını aşkar etmişdir. Bu səbəbdən DİN-in 102 xidmətinə məlumat vermişdir. Lakin pul kisəsini oğurlayan həmin qadın, yenidən ödəniş etdikdə yerinin aşkar edilməsi üçün kartı bloklamamış, aktiv saxlamışdır. Qeyd etdiyi qadın mağazadan heç bir alış-veriş etmədyindən və onun hərəkətlərindən, məhz həmin qadının ona məxsus pul kisəsini oğurladığını fikirləşmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstərdi ki, bundan sonra isə elə həmin gün saat 18:43-də 11,40 manat, saat 18:44-də 11,40 manat, saat 18:48 19 manat, saat 18:49 28 manat, saat 18:51 62 manat, saat 18:53 27 manat, saat 18:54 36 manat, saat 19:00 36 manat, saat 19:01 27 manat, 19:02 20 manat, saat 19:06 21 manat 35 qəpik, saat 19:07 41 manat cəmi olaraq 340 manat 85 qəpik pulun göstərilən həmin kartdan NFC ödəmə yolu ilə alış-veriş edilmişdir. Pul kisəsində olan "xxxx"a aid 4169 7385 9577 5366 saylı və «Leo bank»a aid 4098 5844 5860 5696 saylı kartlarında heç bir vəsaiti olmamışdır və həmin kartlardan pul çıxarılmamışdır. Ona məxsus pul kisəsində olan nəqd 118 manat pulu və özünə məxsus şəxsiyyət vəsiqəsi də həmin şəxs tərəfindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 463 manat 85 qəpik maddi ziyan dəymişdir ki, həmin məbləğdə ziyandan ona heç bir miqdar ödənməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokolundan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən «Opera» qadın ayaqqabı mağazasıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 mağazada olan vitrini göstərərək vitrinin üstündən çantasından içərisində pul kisəsinin içərisində 118 manat pul, bank kartlarını mağazaya gələn naməlum qadın müştəri tərəfindən oğurladığını, bank kartını oğurlayan şəxs bank kartının hesabından Yasamal rayonu Şərifzadə küçəsi yerləşən «Oba Yasamal 13» mağazasında alış-veriş etməsini bildirmişdir (iş vərəqə: cild İ, səh 209-211). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «videogörüntüyə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, «Oba Yasamal 13» mağazasının içərisində quraşdırılmış təhlükəsizlik kameraları ilə qeydə alınmış görüntülərdə xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində «Oba Yasamal 13» mağazasına müştəri qismində daxil olmuş əynində qara rəngli gödəkçə, qara poliver, qara şalvar, təxminən 30-35 yaşlı qadının plastik kartla alış-veriş etməsi qeydə alınmışdır. Müşahidə kameraları ilə qeydə alınmış videogörüntü elektron məlumat daşıyıcısına köçürülərək materiala əlavə edilmişdir. Tədqiq olunan protokoldan görünür ki, xx.xx.2022-ci il tarixli protokol əsasında Yasamal rayonu Şərifzadə küçəsi yerləşən «Oba Yasamal 13» mağazasının içərisində quraşdırılmış təhlükəsizlik kameraları köçürülərək götürülmüş CD-R formatlı diskə Zərərçəkmiş şəxs2 iştirakı ilə keçirilmiş, protokolda diskin yaddaşında «WhatsApp Video 2022.09.05 at 15.45.55» və «WhatsApp Video 2022.09.05 at 15.45.55» adlanan 02 ədəd fayllar yazılmış video parçaların məzmunundan görünür ki, xx.xx.2022-ci il saat 18:39:51də əyninə qara-ağ rəngli zolaqlı qısa qol köynək, ağ şalvar geyinmiş orta boylı qadın müştərinin «Oba market» mağazasında alış veriş etməsi müşahidə olunur. Baxış zamanı X2 bildirmişdir ki, Nəsimi rayonu H.Əliyev küçəsində yerləşən «Opera» qadın ayaqqabı mağazasında işləyir. xx.xx.2022-ci il tarixdə, axşam saat 18-19 radələrində işlədiyi Nəsimi rayonu H.Əliyev küçəsində yerləşən «Opera» qadın ayaqqabı mağazasına daxil olan bir nəfər balacaboylu arıq bədən quruluşlu qadın mağazada vitrində olan ayaqqabılara bir müddət baxdıqdan sonra çıxıb getmişdir. Həmin qadın mağazanı tərk etdikdən təxminən yarım saat sonra yəni saat 18:42-də ona məxsus «Kapital banka» aid kartdan pul silinməsi barədə telefonuna sms daxil olmuş. Bundan sonra mağazada çantasını qoyduğu qapının arxasına yaxınlaşdığı zaman çantasının yerində olduğunu, lakin çantanın içərisində olan pul kisəsinin oğurlandığını aşkar etmişdir, sonradan ona bəlli olmuşdur ki, həmin qadın «Oba Yasamal 13» mağazasında ona məxsus «Kapital banka» aid balansında pul olan kartdan NFC ödəmə yolu ilə alış-veriş etmişdir. Video göründülərdə əks olan qadın qeyd olunan tarixdə və vaxtda işlədiyi mağazada olmuşdur(iş vərəqə: cild İ, səh 212-213, cild İİ, səh.210-211). Məhkəmədə tədqiq olunan xx.xx.2022-ci il tarixli protokol əsasında Yasamal rayonu Şərifzadə küçəsi yerləşən «Oba Yasamal 13» mağazasının içərisində quraşdırılmış təhlükəsizlik kameraları köçürülərək götürülmüş elektron məlumat daşıyıcısı olan 1 ədəd “DVD” formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır (iş vərəqə: cild V, səh.231-252, cild Vİ, səh.01-35). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, təxminən 1 ildir ki ünvan 36 ünvanında yerləşən “San Tortino” mağazasını icarəyə götürərək işlətmiş və həmin mağazada da Şahid4 satıcı işləmişdir. xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Şahid4 zəng edərək bir nəfər qadın müştərinin mağazaya daxil olduğunu, başının qarışmasından istifadə edərək kassada olan 718 manat pulu oğurlayıb getdiyini bildirmişdir. O, Şahid4 dərhal DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat verməyini tapşırmış, özü də mağazaya getmişdir. Mağazaya çatdıqdan sonra təhlükəsizlik kamerasına baxdıqda bir nəfər qadının Şahid4 başının qarışmasından istifadə edərək kassada olan pulu götürərək əlində saxladığını, daha sonra mağazadan getdiyini müəyyən etmişdir. Az müddət sonra polis əməkdaşları gəlmiş və o, kamera görüntülərini polis əməkdaşlarına göstərmişdir. Oğurlanmış pul ona məxsus olsmuş, baş vermiş hadisə nəticəsində ona 718 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən olundu ki, Şahid4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayından oktyabr ayınadək ünvan 37 ünvanında yerləşən “San Tortino” mağazasında satıcı işləmişdir. 01 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində işdə olan zaman bir nəfər qadın müştəri mağazaya daxil olmuş, həmin vaxt mağazada başqa qadın müştəri də olmuş və bir neçə dəqiqə sonra həmin qadın müştəri mağazadan getmişdir. Sonuncu gələn qadın müştəri isə mağazada olan içkilərlə maraqlanmağa başlamışdır. O, bir neçə spirtli içkini göstərib baxmağı üçün gətirməyini xahiş etmişdir. O da rəfdən içkiləri götürüb həmin qadının yanına gətirmişdir. Həmin qadın kassanın yanında dayanmışdır. Daha sonra o, tort sifariş vermiş və paket etməyini xahiş etmiş, ona pulunun maşında qaldığını, gedib götürüb gələcəyini demiş və bayıra çıxmışdır. O da onunla razılaşmış və qadın mağazadan çıxmışdır. Bir neçə dəqiqə keçməsinə baxmayaraq qadın mağazaya gəlməmişdir. Təsadüfən kassaya baxan zaman kassada olan 718 manat pulun yerində olmadığını görmüş və dərhal mağazanın müdiri Zərərçəkmiş şəxs3 bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs3 isə DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat verməyini bildirmişdir. O da, DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində oğurlanmış pullar mağazanın müdiri Ülvi Hacıevə məxsus olmuş, buna görə də maddi ziyan ona dəymişdir (iş vərəqə: cild İV, səh.47-48). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 36 ünvanında yerləşən “San Tortino” mağazasıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində mağazaya müştəri qismində gələn qadının mağazanın kassasında olan 718 manat pulu oğurlamasını bildirilmişdir (iş vərəqə: cild İİİ, səh.236). Məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirimlən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yoxlanılması barədə xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində mağazanın kassandan 718 manat pulu gizli oğurladığını əyani olaraq göstərmişdir (iş vərəqə: cild İV, səh.33-34). İbtidai istintaq orqanının müvafiq qərarına əsasən xx.xx.2022-ci il tarixli protokol əsasında ünvan 38 ünvanında yerləşən “San Tortino” mağazasının içərisində quraşdırılmış təhlükəsizlik kameralarından götürülmüş videogörüntülərin elektron məlumat daşıyıcısı olan 1 ədəd “DVD” formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild V, səh.231-252, cild Vİ, səh.01-35). Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 tməhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən «Qarışıq mallar» mağazasını icarəyə götürüb işlətmiş, kişi və qadın geyimlərinin satışı ilə məşqul olmuşdur. Mağazanı hər gün saat 09 radələrində açmış, axşam saatlarında bağlamışdır. 15 may 2022-ci il tarixdə axşam saat 20:30 radələrində alıcı kimi 30-35 yaşlı bir qadın mağazaya daxil olub mallara baxmış, bir neçə qadın partarları ilə maraqlanmış, daha sonra həmin qadın arxa tərəfdə olan qadın paltarını göstərib, onları gətirməyi istəmişdir. O həmin vaxt geriyə çevrilib paltarı gətirməyə getmiş və paltarı götürüb təkrarən geriyə qayıdanda həmin qadının mağazanı tərk edib getmiş olduğunu görüb təəccüblənmişdir. Ona görə də mağazada olan mallara baxıb hər hansı bir malın oğurlanıb-oğurlanmamasını yoxlamış, lakin hər şey yerində olduğunu görmüşdür. Təxminən 5 dəqiqədən sonra piştaxtanın üzərinə qoyduğu özünə məxsus bir ədəd 05 manat dəyərində ***-***-**-** saylı sim kart nömrə ilə istifadə etdiyi, 560 manat dəyərində «Honor X-8» markalı mobil telefon aparatının olmadığını görmüşdür. İlkin izahatında həmin mobil telefonun qiymətini səhvən 600 manat göstərmişdir. Həmin telefonu xx.xx.2022-ci il tarixdə Lökbatan qəsəbəsində «İrşad telekom» mağazasında 560 matata kreditə almışdır. Zəmanət talonunda bu barədə qeyd edilmiş, zəmanət talonunu ifadəsinə əlavə etmişdir. Bu hadisə nəticəsində ona ümumilikdə 565 manat dəyərində maddi ziyan dəymişdir (iş vərəqə: cild İİİ, səh.98-100). Qeyd olunan fakt üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən «Qarışıq mallar» mağazasıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 15 may 2022-ci il tarixdə, axşam saat 20:30 radələrində alıcı kimi mağazaya gələn, təxminən 30-35 yaşlı qadın müştəri tərəfindən piştaxtanın üstündən «Honor X-8» markalı mobil telefon aparatının oğlurlandığmı göstərmişdir(iş vərəqə: cild İİİ, səh.92-93). Həmin epizod üzrə şahid qismində dindirilmiş X16 məhkəməyədək icraat msərhələsində vermiş olduğu tfadəsi tədqiq edilmişdir. Şahid Aqil Əliyevtədqiq olunan ifadəsində göstərmişdir ki, 15 may 2022-ci il tarixdə, axşam saat 20 radələrində idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən «Qarışıq mallar» mağazasının yaxınlığına getmiş, Təqsirləndirilən şəxs avtomobildən düşüb mağazaya girmiş, təxminən 5-10 dəqiqədən sonra geri qayıtmış və avtomobilə əyləşərək mağazadan satıcı qadının başının qarışıq olmasından istifadə edərək bir ədəd sensorlu, markasını xatırlamadığı telefon gətirdiyini bildirmişdir. Bundan sonra o, idarə etdiyi avtomobillə Nəsimi rayonu 3-cü mikrorayon dairəsi yaxınlığında mobil telefon mağazaları sırasına gələrək orada tanımadığı satıcıya şəxsiyyət vəsiqəsini təqdim edərək mobil telefonu 120 manata satmışdır. Satıcı şəxsiyyət vəsiqəsinin surətini çıxarıb mobil telefonun İmei kodunu yazmışdır. O, əldə etdiyi pulu Səbinə ilə birlikdə xərcləmişdir(iş vərəqə: cild İİİ, səh.137). Həmin epizod üzrə şahid qismində dindirilmiş X10 məhkəməyədək icraat msərhələsində vermiş olduğu tfadəsi tədqiq edilmişdir. Şahid Rəfail Hacıyev tədqiq olunan ifadəsində göstərmişdir ki, Nəsimi rayonu 3-cü mikrorayon dairəsi yaxınlığında mobil telefon köşkündə işləyir. 15 may 2022-ci il tarixdə X23 şəxsiyyət vəsiqəsini təqdim edərək ona özününkü olduğunu deməklə «Honor X-8» markalı mobil telefon aparatını 300 manata satmışdır. X16 şəxsiyyət vəsiqəsinin surətini mobil telefonun İmei kodunu və alınma tarixini qeyd edərək imzalamışdır. Həmin mobil telefonun oğurluq yolu ilə əldə olunmasını bilməmişdir. Həmin mobil telefonu sonradan tanımadığı müştəriyə satmışdır. X16 üzərində imzası olan şəxsiyyət vəsiqəsinin surətini ifadəsinə əlavə etmişdir(iş vərəqə: cild İİİ, səh.133). Məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs X23 ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən «Qarışıq mallar» mağazasından «Honor X-8» markalı mobil telefonu oğurlayıb Nəsimi rayonu 3-cü mikrorayon dairəsi yaxınlığında mobil telefon köşkündə işləyən X15 15 may 2022-ci il tarixdə satmasına dələlət edən X16 şəxsiyyət vəsiqəsinin surəti üzərində mobil telefonun İmei kodu və alınma tarixini barədə qeydlər olan həmin şəxsiyyət vəsiqəsinin surəti iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İİİ, səh.134). Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, o, ünvan 39 ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürmüş və orada meyvə-tərəvəz alveri ilə məşqul olur. xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində işlədiyi meyvə-tərəvəz mağazasına bir nəfər təxminən 30-32 yaşlarında gənc qadın gəlmiş və hərəsindən 2 kq olmaqla kartof, soğan və pomidor alacağını bildirməklə həmin tərəvəzləri çəkməyini bildirmişdir. O, kartof, soğan və pomidorları çəkib sellofan torbalara yığarkən həmin qadının mağazadan çölə çıxdığını görmüş, qadının çölə çıxıb qayıdacağını güman etmiş, lakin həmin qadının mağazadan çıxandan sonra xeyli vaxt geri qayıtmadığını görüb və həmçinin onun hərəkətlərindən şübhələnib mağazada quraşdırılmış video müşahidə kamerasının yaddaşına baxmışdır. Bu zaman o, həmin qadının sifarişini yerinə yetirib kartof, soğan və pomidoru çəkib torbalara yığarkən başının qarışıq olmasından istifadə edərək saat 19:26-da mağazada satışdan əldə etdiyi pulları yığdığı dolabın siyirməsindən oğurlayıb çölə çıxmasını müşahidə etmişdir. O, dərhal DİN-nin 102 xidmətinə zəng edib müştəri tərəfindən pullarından təxminən 300-400 manat oğurlandığını bildirmişdir. O, 102 xidmətinə zəng edəndə ona oğurlanmış pulun dəyərinin dəqiq deməsi tələb olunduğundan o, mağazada olan dolabın siyirməsində qalmış pulları sayıb hesablama apararaq 650 manat oğurlanmasını aşkar olunmuşdur. O, təkrar DİN-nin 102 xidmətinə zəng edib müştəri tərəfindən 650 manat pulunun gizli oğurlanasmı bildirmişdir. Az sonra o, 26-cı PB-nə dəvət edilmiş, hadisə ilə bağlı şikayət ərizəsi yazmış və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən müşahidə kamerasından həmin qadının şəkili köçürülərək götürülərək baxış protokoluna əlavə olunmuşdur. Mağazasından oğurlanmış 650 manat pul ona məxsus olmuş və hadisə nəticəsində ona 650 manat miqdarında maddi ziyan dəymişdir(iş vərəqə: cild İİ, səh.53-54). Qeyd olunan fakt üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 40 ünvanda yerləşən meyvə-tərəvəz mağazasıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs9 mağazada dolabın siyirməsindən 650 manat pulunun mağazaya gələn təxminən 30-32 yaşlı qadın müştəri tərəfindən oğlurlandığmı göstərmiş, həmçinin mağazada quraşdırılmış video təhlükəsizlik kamerasının qeydə aldığı Təqsirləndirilən şəxs görüntüsü çəkilərək protokola əlavə edilmişdir(iş vərəqə: cild İİ, səh.35-36). Tədqiq olunan digər səənədlərlə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində ünvan 40 ünvanda yerləşən meyvə-tərəvəz mağazasında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar təhlükəsizlik kameralarının qeydə aldığı görüntüdən köçürülmüş Təqsirləndirilən şəxs hadisə yerinə baxış protokoluna əlavə edilmiş fotoşəkli iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İİ, səh.37). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 tməhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 37 ünvanda yerləşən qeyri-yaşayış obyektini icarəyə götürüb «Pola» kişi geyimləri mağazası kimi işlədir və həmin mağazada geyim əşyaları satmaqla məşğuldur. xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində mağazaya gələn müştəri alver etdikdən sonra əldə olunan 110 manat pulu taxta mebeldən olan dolabın siyirməsinə qoymuşdur. Təxminən yarım saat sonra, yəni saat 20:00 radələrində dolabın siyirməsinə baxanda ora qoyduğu 110 manat pulu görməmişdir. Mağazada yerləşdirilən təhlükəsizlik kamerasına baxanda dolabın siyirməsinə qoyduğu pulun mağazaya gələn təxminən 30-32 yaşlı qadın müştəri tərəfindən oğlurlandığım görmüşdür. Həmin gün Yasamal RPİ-nin 28-ci PB-nə hadisə barədə şikayət ərizəsi yazıb vermiş, onun iştirakı ilə, hadisə yerinə baxış keçirilmiş və pulun oğurlandığı dolabın siyirməsini göstərmişir. Bu hadisə nəticəsində ona 110 manat məbləğində maddi ziyan dəymişdir (iş vərəqə: cild İİ, səh.60-61). Qeyd olunan oğurluq epizodu üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 37 ünvanda yerləşən «Pola» kişi geyimləri mağazasıdır. Baxışda iştirak edən zərər çəkmiş Zərərçəkmiş şəxs4 mağazada dolabın siyirməsindən 110 manat pulunun mağazaya gələn təxminən 30-32 yaşlı qadın müştəri tərəfindən oğlurlandığını əyani olaraq göstərmişdir(iş vərəqə: cild İİ, səh.13-15). Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 tməhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs5 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksində yerləşən “Meqa shop” mağazasında işləyir. 08 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində həmin mağazada işdə olarkən kassaya nəzarət etdikdə orada 550 manat pulun yerində olmadığını görmüşdür. Mağazada quraşdırılmış videokameranın qeydə aldığı görüntülərə baxdıqda mağazaya gəlmiş bir nəfər qadının mağazada olan əşyalara baxa-baxa kassaya yaxınlaşmasını və kassadan pulu oğlurlamasını müşahidə etmişdir. O, dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Kassadan oğurlanmış pul onun özünə məxsus olmuş, oğurluq nəticəsində ona 550 manat maddi ziyan dəymişdir (iş vərəqə: cild 04, səh.205-207). Tədqiq olunan oğurluq epizodu üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksində yerləşən “Meqa shop” mağazasıdır. Baxışda iştirak edən zərər çəkmiş Zərərçəkmiş şəxs5 08 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində mağazaya müştəri qismində gəlmiş qadının mağazanın kassasından 550 manat pulunu oğurladığın bildirmişdir(iş vərəqə: cild 04, səh.192-193). Məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirimlən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yoxlanılması barədə 27 yanvar 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, istintaq hərəkəti zamanı Ağayeva X12 rayonu Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksində yerləşən “Meqa shop” mağazasına 08 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində mağazaya müştəri qismində gəldiyini, mağazadakı kassadan 550 manat pulu oğurladığını əyani olaraq göstərmişdir(iş vərəqə: cild 04, səh.223-226). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, 9 il olar ki, ünvan 42 ünvanda yerləşən geyim mağazasını icarə əsasında işlədir. xx.xx.2022-ci il tarixdə, saat 13:48 radələrində mağazada olarkən bir nəfər 30-35 yaşında, əvvəllər tanımadığı orta boylu, arıq, ağbəniz sifətli qadın müştəri qismində mağazaya daxil olaraq geyim əşyalarına baxıb qiymətlərini soruşmuş və sonra vitrindəki paltarlardan bir neçəsini onun üçün gətirməsini istəmişdir. Həmin qadının alıcı olduğuna inanıb verdiyi sifarişləri yerinə yetirməyə, vitrindəki paltarları çıxarmağa başlamışdır. Həmin vaxt özünə məxsus əl çantası içərisindəki 240 manat pulla birlikdə mağazadakı masa üzərinə olmuşdur. Həmin qadın paltarlara baxıb onları almadan mağazanı tərk edib getmiş və bu kimi müştərilərə çox rast gəldiyindən adi qəbul edib paltarları yerinə yığmağa başlamışdır. Təxminən 2 saat sonra çantasına baxdıqda içərisindəki 240 manat pulunun oğurlandığını aşkar etmişdir və həmin qadının paltar sifariş verərək onun diqqətini bilərəkdən yayındıraraq əl çantasından pullarını oğurladığını başa düşmüş, 2 saat ərzində mağazaya başqa müştəri daxil olmadığından məhs həmin qadının tərəfindən onun pulunu oğurlamasına tam əmin olmuşdur. Bundan başqa mağazada olan müşahidə kamerasına baxdıqda qadının pulu götürdüyünü görmüşdür. Lakin, həmin gün vaxtı olmadığı üçün şikayət edə bilməmiş və şikayət etdikdən sonra görüntülər yaddaşdan silindiyindən köçürüb özündə saxlamağa səhlənkarlıq etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 240 manat məbləğində maddi ziyan vurulmuşdur(iş vərəqə: cild İİ, səh.206-207). Tədqiq olunan oğurluq epizodu üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 31 ünvanda yerləşən “VSTYLE” geyim mağazası olmuşdur (iş vərəqə: cild İİ, səh.191-194). Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 tməhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs6 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, 09 oktyabr 2022-ci il tarixdə, saat 20:30 radələrində ünvan 43 ünvanda «İnşaatçılar» metrostansiyası yaxınlığında yerləşən «Esma Muslim» mağazasında müştəri olaraq alver edən zaman özünə məxsus qara rəngli çiyin çantasını mağazanın içərisində yerləşən masanın üzərinə qoymuş, daha sonra mağazada geyim əşyalarına baxarkən həmin çantanın içərisindən 20 manat dəyərində olan qara rəngli süni dəridən hazırlanmış pul kisəsini içərisində 235 manat, milli pul ekvivalenti ilə 170 manat olan 100 ABŞ dolları və milli pul ekvivalenti ilə 184 manat olan 4000 qrivin Ukrayna pulu, ümumilikdə 609 manat məbləğində əmlakı oğurlandığını müşahidə etmişdir. O, pulu oğurlayan şəxsi görməmişdir. O, polisə məlumat və ərizə yazmağı barədə qohumu X4 xahiş etmişdir. Ramil Muradlı da dərhal DİN-nin 102 xidmətinə zəng edib ona məxsus içərisində pul olan pul qabının oğurlanması barədə məlumat vermişdir. Bundan sonra X26 RPİ-nin 29-cu PB-nə dəvət olunmuş və o, həmin PB-nə gedərək hadisə barədə ərizə yazmış, daha sonra təhqiqatçı onun iştirakı ilə hadisə yerinə baxış keçirərkən hadisə yerini, yəni ünvan 6 ünvanda «İnşaatçılar» metrostansiyası yaxınlığında yerləşən «Esma Muslim» mağazası olaraq göstərmişdir. O, şəxsən pul kisəsini oğurlayan şəxsi görməsə də, pul kisəsini oğurlayan qadının görüntüləri mağazada quraşdırılmış video müşahidə kameraları tərəfindən qeydə alınmışdır. ünvan 43 ünvanda «İnşaatçılar» metrostansiyası yaxınlığında yerləşən «Esma Muslim» mağazasında ona məxsus əl çantasını içərisindən oğurlanmış pul kisəsi və içərisində olmuş 235 manat, 100 ABŞ dolları və 4000 qrivin Ukrayna pulu olan pul kisəsi onun özünə məxsus olduğundan bu barədə Yasamal RPİ-nə ərizə ilə müraciət etmiş və həmin oğurluq nəticəsində ona maddi ziyan dəydiyini bildirmişdir(iş vərəqə: cild İİ, səh.129-131). Tədqiq olunan oğurluq epizodu üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 6 ünvanda yerləşən «Esma Muslim» mağazasıdır. Həmin mağazada masanın üzərinə qoyulmuş müştəri Zərərçəkmiş şəxs6 məxsus qara rəngli çiyin çantasının içərisində 235 manat, 100 ABŞ dolları və 4000 qrivin Ukrayna pulun oğurlanması müəyyən edilmişdir(iş vərəqə: cild İ, səh.177-178). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ünvan 44 ünvanda yerləşən «Esma Müslim» mağazasının çölündə və içərisində quraşdırılmış təhlükəsizlik kameraları ilə oğurluq hadisəsi faktını əks etdirən videogörüntülərin yükləndiyi CD-R formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, CD-R formatlı diskin yaddaşında «WhatsApp 22.11.01 at 18.40.55(l)»,«WhatsApp 22.11.01 at 18.40.55», «WhatsApp 22.11.01 at 18.40.56(1)» və «WhatsApp 22.11.01 at 18.40.56» adlanan video parçalarından ibarət olan 04 ədəd fayllar vardır. Həmin fayllarda tarix xx.xx.2022-ci il, saat 20:32:05-də bir nəfər əyninə qara rəngli, qısa qol, qarşı hissəsində yazısı olan köynək, qara şalvar və ağ ayaqqabı geymiş, əlində ağ rəngli çanta olan orta boylı qadının qulağına mobil telefonu tutaraq kiminləsə danışa-danışa ətrafa baxa-baxa xx.xx.2022-ci il tarixdə, saat 20:32:14-də «Esma Müslim» mağazasının giriş qapısından içəri daxil olması, həmin tarixdə saat 20:33:28-də mağazasının içərisində qeyd olunan həmin qadının qulağına mobil telefonu tutaraq kiminləsə danışa-danışa ətrafa baxması, mağazada masanın üzərinə qoyulmuş qara rəngli çantanın içərisinə müdaxilə etməsi, həmin çantadan nəsə götürməsi və saat 20:33:03-də mağazadan çölə çıxması görüntüləri müşahidə olunmuşdur(iş vərəqə: cild İİ, səh.212-213). Tədqiq olunan müvafiq sənədlərlə müəyyən edilmişdir ki, 09 oktyabr 2022-ci il tarixdə, saat 20:30 radələrində ünvan 43 ünvanda yerləşən «Esma Muslim» mağazasında quraşdırılmış təhlükəsizlik kameraları ilə qeydə alınmış videogörüntülərin yükləndiyi elektron məlumat daşıyıcısı olan 1 ədəd “DVD” formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild V, səh.231-252, cild Vİ, səh.01-35). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, ünvan 45 ünvanda yerləşən «Atlas» məktəb ləvazimatları mağazası onun özünə məxsus olmuş, həmin mağazanı atası Şahid6la birlikdə işlətmişdir. 29 dekabr 2022-ci il tarixdə, saat 20:20 radələrində 25-30 yaşlı, arıq bədən quruluşlu, tibbi maskada olan tanımadığı bir qadın müştəri mağazaya daxil olmuş, vitrində olan əşyalara baxmış və ona müəyyən sifarişlər vermişdir. Bundan başqa, orada olan atası Şahid6 mağazaya gələn başqa müştərlə məşqul olmuş və müvəqqəti kassadan uzaqlaşmışdır. Həmin vaxt tibbi maskalı, tanımadığı müştəri qadın kassada olan 600 manat pulu gizli şəkildə oğurlamış və dərhal mağazanı tərk etmişdir. Atası Şahid6, eləcədə o özü və digər müştəri həmin qadın tərəfindən pulun oğurlanması anını görməmişlər. Oğurluq barədə bildikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir(iş vərəqə: cild İ, səh.23-24). Həmin epizod üzrə şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat msərhələsində vermiş olduğu tfadəsi tədqiq edilmişdir. Şahid6 tədqiq olunan ifadəsində göstərmişdir ki, o, ünvan 46 ünvanında yerləşən “Atlas” məktəb ləvazimatları mağazasını oğlu Zərərçəkmiş şəxs11la birlikdə işlətmişdir. 29 dekabr 2022-ci il tarixdə, saat 20.20-də 25-30 yaşlarında, arıq bədən qurluşlu, tibbi maskada olan bir qadın mağazaya müştəri kimi daxil olmuş, o, vitrində olan əşyalara baxmış və oğlu Valehə müəyyən sifarişlər vermişdir. Bundan sonra o, başqa müştəri ilə məşğul olmağa başlamış və müvəqqəti kassadan uzaqlaşmışdır. Həmin vaxt onun və oğlunun kassadan kənarlaşdıqlarını görərək maskalı qadın kassada olan 600 manat pulu gizli şəkildə oğurlamış və dərhal mağazanı tərk etmişdir. Mağazada kamera olasa da, işləməmiş, kassadan pulun götürülməsi anını o özü, oğlu və digər müştərilər görməsə də, oğurluğun həmin qadın tərəfindən edildiyinə əmin olmuşdur(iş vərəqə: cild İ, səh.30-31). Tədqiq olunan oğurluq epizodu üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 45 ünvanda yerləşən «Atlas» məktəb ləvazimatları mağazasıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs11 29 dekabr 2022-ci il tarixdə, saat 20:20 radələrində naməlum qadının mağazaya müştəri kimi daxil olaraq kassadan 600 manat pulu gizli şəkildə oğurlamasını bildirmişdir(iş vərəqə: cild İ, səh.07-11). Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 tməhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs7 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında yerləşən “Şəhər Ticarət Mərkəzindəki” “Nuray” paltar mağazasını icarə qaydasında işlətmişdir. 20 oktyabr 2022-ci il tarixdə, saat 15:30 radələrində təxminən 30-35 yaşlarında bir nəfər orta bədən quruluşlu qadın müştəri qismində mağazaya daxil olmuş, həmin qadın bir neçə dəqiqə mağazada gəzişmişdir. Həmin vaxt o, özü əl-üzünü yumaq məqsədi ilə mağazadan çıxıb tualetə getmişdir. Təxminən 2-3 dəqiqə sonra yenidən mağazaya qayıtdıqda həmin qadını orada görməmişdir. Həmin gün yenə də işdə olan zaman saat 16:06 və 16:07 dəqiqədə mobil telefonuna yükləmiş olduğu "xxxx"ın mobil tətbiqindən mesaj gələrək ona məxsus **********485211 nömrəli "xxxx" ASC-yə məxsus plastik kartdan ilk olaraq 5,40 manat dəyərində, 2-ci dəfə isə 24.30 manat dəyərində “Oba” marketdən onlyan alış-veriş üsulu ilə pul çıxarılması barədə sms məlumat daxil olmuşdur. Ona məxsus olan həmin plastik kart sonuncu dəfə çantasının içərisində olduğu üçün sms-dən dərhal sonra işdə stulun arxa tərəfinə asmış olduğu çantasını açıb baxdıqda, çantanın içərisində 1200 manat nağd pulun və qeyd etdiyi plastik kartın oğurlanması ona məlum olmuşdur. Bundan sonra o, dərhal yaxınlıqda yerləşən Səbail RPİ-nin 9-cu PB-yə yaxınlaşıb ərizə ilə müraciət edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Hadisə nəticəsində onun dəyəri 50 manat təşkil edən, içərisində 1200 manat nağd pul olan ona məxsus 01 ədəd **********485211 nömrəli "xxxx" ASC-yə aid plastik kart olan pul kisəsi oğurlanmış, həmin kartdan 5.40 manat, 24.30 manat olmaqla ümumilikdə 29,70 manat dəyərində onlayn ödəniş edilməklə pulları oğurlanmışdır. Hadisənin həmin gün saat 15:30 radələrində bir nəfər orta bədən quruluşlu müştəri qismində mağazaya daxil olan şəxsi orada yalnız buraxıb əl-üzünü yumaqçün ayaqyoluna getmişdir. Qayıtdıqda həmin şəxs mağazada olmamışdır. Həmin şəxs çantanın içərisindən pul kisəsini götürmüş, ümumilikdə ona 1229 manat 70 qəpik məbləğində maddi ziyan vurmuşdur(iş vərəqə: cild İİ, səh.240-241). Tədqiq olunan oğurluq epizodu üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri hadisə yeri ünvan 7 ünvanında yerləşən “Şəhər Ticarət Mərkəzindəki” “Nuray” paltar mağazasıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs7 mağazada stuldan asılmış əl çantasının içərisindən pul kisəsini içərisində 1200 manat pul, «Kapital banka» aid balansında pul vəsaiti olan plastik kartının oğurlanmasını, oğurluğun mağazaya gələn təxminən 30-32 yaşlı qadın müştəri tərəfindən törədildiyini, həmin gün saat 16:06 və 16:07 dəqiqədə mobil telefonuna yükləmiş olduğu Kapital bankın mobil tətbiqindən mesaj gələrək ona məxsus **********485211 nömrəli "xxxx" ASC-yə məxsus plastik kartdan ilk olaraq 5,40 manat dəyərində, 2-ci dəfə isə 24,30 manat dəyərində “Oba” marketdən onlyan alış-veriş üsulu ilə pul çıxarılmasını bildirilmişdir. Baxış zamanı mağazada quraşdırılmış təhlükəsizlik kamerasının qeydə aldığı hadisəni törətmiş əyninə qırmızı rəngli köynək, boz rəngli şalvar və ağ ayyaqqabı geymiş qadının görüntüləri CD formatlı diskə göçürülərək protokola əlavə edilmişdir(iş vərəqə: cild İİ, səh.225-226). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ünvan 7 ünvanında yerləşən “Şəhər Ticarət Mərkəzindəki” “Nuray” paltar mağazasında quraşdırılmış təhlükəsizlik kamerasının qeydə aldığı hadisəni törətmiş əyninə qırmızı rəngli köynək, boz rəngli şalvar və ağ ayyaqqabı geymiş qadının görüntüləri CD formatlı diskə Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edilən xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs qeyd olunan videogörüntüdə olan şəxsin onun özünün olmasını, içərisində 1200 manat pul, bank kartları və endirim kartları olan pul kisəsini oğurladığını təsdiq etmişdir(iş vərəqə: cild İİ, səh.227, cild İİİ, səh.24). Tədqiq olunan müvafiq sənədlərlə müəyyən edilmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə, saat 15:30 radələrində ünvan 7 ünvanında yerləşən “Şəhər Ticarət Mərkəzindəki” “Nuray” paltar mağazasında quraşdırılmış təhlükəsizlik kameraları ilə qeydə alınmış oğurluq hadisəsinin videogörüntülərinin yükləndiyi elektron məlumat daşıyıcısı olan 1 ədəd “CD” formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild V, səh.231-252, cild Vİ, səh.01-35). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 qızma məxsus **********485211 nömrəli "xxxx" ASC-yə məxsus plastik kartdan ünvan 47 ünvanında yerləşən “Oba” marketdən onlayn ödəniş etmə üsulu ilə 5.40 manat, sonuncu dəfə qeyd olunan plastik kartdan həmin gün saat 16:07 dəqiqədə ünvan 47 ünvanında yerləşən “Oba” marketdən onlayn ödəniş etmə üsulu ilə 24.30 manat məbləğində pulu elektron məlumat daşıyıcısından oğurluq yolu ilə ələ keçirməsini əyani olaraq göstərmişdir(iş vərəqə: cild İİİ, səh.32-35). Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs8 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, 06 noyabr 2022-ci il tarixdə, saat 17.30 radələrində özü tək olaraq Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 54 ünvanında yerləşən “Roza” bjuteria mağazasına daxil olmuş və oradan saat almaq istəmişdir. Mağazada saata baxdıqdan sonra qiymətini 40 manata razılaşmışdır. Əl çantasından 40 manat pul çıxartmış və digər pulları çantasında qalmışdır. Çantanı isə geriyə rəfin üzərinə qoymuşdur. Saatın pulunu ödəmiş və daha sonra isə çantasından başqa əşyalar almaq məqsədilə əlavə pul çıxarmaq istəmişdir. Həmin vaxt əl çantasının içərisində olan 600 manat pulun olmadığını aşkar etmiş və oğurlandığını başa düşmüşdür. Daha sonra DİN-in 102 xidmətinə müraciət etmiş və müraciəti əsasında 17-ci PŞ-də araşdırma aparılmışdır. Hadisə nəticəsində onun 600 manat pulu oğurlanmışdır(iş vərəqə: cild İV, səh.77-78). Tədqiq olunan oğurluq epizodu üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 54 ünvanında yerləşən “Roza” bjuteriya mağazasıdır. Baxışda iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 06 noyabr 2022-ci il tarixdə, saat 17.30 radələrində alış-verişlə əlaqədar həmin mağazada olarkən rəfin üzərində qoyduğu əl çantasının içərisindən 600 manat pulunun oğurlamasını aşkar ediyini bildirilmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, mağazada quraşdırılmış video təhlükəsizlik kamerasının hadisənin özündə əks etdirən videogöründüləri bir ədəd DVD formatlı diskə köçürülərək götürülmüşdür (iş vərəqə: cild İV, səh.60-62). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan xx.xx.2022-ci il tarixdə, saat 18-də “Roza” bjuteriya mağazasında oğurluq hadisəsinin videogörüntülərinin yükləndiyi diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 18-də “Roza” bjuteriya mağazasına bir nəfər qadın cinsindən olan şəxs daxil olur və bir qədər sonra mağazanı tərk edir. Baxış vaxtı Zərərçəkmiş şəxs8 bildirmişdir ki, qapı girişində dayanan şəxs onun özüdür, əl çantasını arxa tərəfdə olan rəfin üzərinə qoymuşdur və daha sonra isə oraya yaxınlaşan qadını tanımır və həmin qadın isə onun çantasının içərisindən 600 manat pulu oğurlamışdır(iş vərəqə: cild İV, səh.125). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti protokolundan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən sonuncu 06 noyabr 2022-ci il tarixdə saat 18 radələrində alış-verişlə əlaqədar həmin mağazada olarkən orada rəfin üzərində olan əl çantasının içərisindən 600 manat pulu gizli oğurladığını əyani olaraq göstərmişdir(iş vərəqə: cild İV, səh.69-70). Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki, o, ünvan 12 ünvanda yerləşən qarışıq mallardan ibarət mini market işlədir. 03 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində bir neçə saatlığa vacib işləri olduğu üçün marketdə onu əvəz etməsi üçün dostu X11 xahiş edib mağazanı ona tapşıraraq getmişdir. Saat təxminən 18 radələrində dostu Qadir ona zəng edərək bir nəfər qadının müştəri qismində mağazaya daxil olaraq mal sifariş verdiyini və onun malları seçməsindən istifadə edib kassadan 380 manat pulu aparması barədə məlumat vermişdir. Məlumatdan sonra dərhal mağazaya gəlmiş və Qadirlə birlikdə təkrar kameraya baxdıqda saat 17.15 radələrində mağazaya bir nəfər təqribən 30-35 yaşlarında, qara gödəkçə, mavi rəngli cins şalvarda, ağ idman ayaqqabıda, başında ağ kapşonka papağı çəkmiş bir qadın müştərinin daxil olduğunu, həmin qadının yaxınlaşıb rəflərdəki mallara baxdığını və Qadirdən malların qiymətini soruşduğunu, Qadirin isə qadının istədiyi malların rəfin 4-cü sırasında olduğuna görə ayağının altına stul qoyaraq əlini uzadıb həmin malları götürməyə başladığını, həmin vaxt isə qadın müştərinin yaxınlıqdakı kassa olan yerdə dayanıb şübhəli formada gah Qadirə, gah da kassaya baxıb münasib vaxt seçməyə başladığını, Qadirin başının qarışdığını görüb dərhal əlini uzadıb kassadan pulları topa formada götürüb gödəkçəsinin sol cibinə qoyduğu, həmin vaxt Qadirin əlindən əşya düşərkən yaxınlaşıb əşyanın yerə düşməsinə imkan vermədiyini və qutunu tutaraq kənara qoyduğunu və nəsə deyərək qapını açıb çölə çıxdığını aşkar etmişdir. Qadının 380 manat məbləğində pulu oğurladığı məlum olduqdan sonra o, DİNnin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəldikdə hadisə barədə ərizə ilə müraciət etmiş və videokameranın yaddaşmdakı görüntülər çıxarılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Zərər çəkmiş Zərərçəkmiş şəxs12 ifadəsinin davamında göstərdi ki, cinayət işinin ibtidai istintaqı zamanı pulunu oğurlayan şəxsin Təqsirləndirilən şəxs adlı narkotik aludəçisi qadın olduğu müəyyən edilmişdir. Həmin qadını əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 380 manat pul onun özünə məxsus olmuş, mağazadan başqa əmlakı oğurlanmamış və ona 380 manat məbləğində maddi ziyan vurulmuşdur(iş vərəqə: cild İİ, səh.113-114). Tədqiq olunan oğurluq epizodu üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinin Bakı şəhəri,Yasamal rayonu, Kamil Rəhimov küçəsi-14 ünvanında yerləşən qarışıq mallar mağazası olduğu təsdiq olunmuşdur(iş vərəqə: cild İİ, səh.97-98). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri,Yasamal rayonu, Kamil Rəhimov küçəsi-14 ünvanında yerləşən qarışıq mallar mağazasında baş vermiş oğurluq hadisəsinin videogörüntülərinin yükləndiyi diskə baxış keçirilməsi haqqında protokolla müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 17:17-də Zərərçəkmiş şəxs12 məxsus, ünvan 12 ünvanda yerləşən qarışıq mallar mağazasına əynində qara gödəkcə, mavi rəngli cins şalvar, ağ idman ayaqqabısı,başında ağ kapşonka papağı olan qadın (sonradan Təqsirləndirilən şəxs olduğu müəyyən edilən) daxil olaraq mağazada müvəqqəti satıcı kimi Zərərçəkmiş şəxs12 əvəz edən X17 adlı satıcıya mal sifariş verir və sonuncu ayağının altına stul qoyaraq sifariş verilən malı rəfin 4-cü sırasından götürən anda həmin qadın üzərində kompyuter, digər əşyalar olan və altında kassa aparatı olan masaya yaxınlaşıb həm kassaya, həm də satıcı Qadir Hüseynova baxaraq kassaya müdaxilə etməsi üçün münasib anın yaranmasını gözləyir və dərhal əlini uzadıb kassadan topa şəklində bir dəfəyə pulları götürüb hər iki əlində yoxlayaraq sol əli ilə gödəkcənin sol cibinə qoyur və satıcıya kömək etmək üçün ona yaxınlaşdığı anda Qadir Hüseynovun əlindən qutudakı əşya yerə düşərkən qadın onu tutur, hətta müvazinətini itirmiş Qadir Hüseynovun qolundan tutaraq yıxılmasına imkan vermir. Qutunu masa üzərindəki malların üzərinə qoyduqdan sonra nəsə deyərək saat 17:17 mağazanı tərk edir(iş vərəqə: cild İİ, səh.99). Tədqiq olunan müvafiq sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17:17 radələrində ünvan 49 ünvanda yerləşən qarışıq mallar mağazasında quraşdırılmış təhlükəsizlik kameraları ilə qeydə alınmış oğurluq hadisəsinin videogörüntülərinin yükləndiyi elektron məlumat daşıyıcısı olan 1 ədəd “CD” formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild V, səh.231-252, cild Vİ, səh.01-35). Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs14 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Bakı şahəri, Nəsimi rayonu, Puşkin küçəsində yerləşən “Ekstra Brent” geyim mağazasında gedərək özü üçün geyimlərə baxmış, geyimlərin içindən palto seçmiş və elə mağazasının içərisində həmin paltonu geyinən zaman əlində olan özünə məxsus 2022-ci ilin mart ayının “World Telekom” mağazasından 460 manata aldığı «Redmi Note 9T» markalı 128 GB yaddaşa malik **********61769 İmei kodlu içində 5 manata dəyərində 055- ***-**-** nömrə ilə istifadə olunan mobil telefonunu qara rəngli əl çantasının yan cibinə qoyub, əl çantasını asılqandan asmış və paltonu geyinmişdir. Paltonun kəməri olmadığından satıcıdan kəmər gətirməsini xahiş etmişdir. Satıcı kəmər tapa bilmədiyindən paltonu yerinə qoyub əl çantasını götürüb mağazadan çıxan zaman mobil telefonunu çantadan götürmək istədikdə mobil telefonunun çantanın cibində olmadığını aşkar etmişdir. Mağazada olan müşahidə kamerasına baxdıqda müəyyən edilmişdir ki, əl çantasından mobil telefonunu tanımadığı qadın götürərək mağazadan çıxıb getmişdir. Telefonunun oğurlanması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zənq eədərək məlumat vermişdir, Oğurlanmış telefon ona məxsus olmuş, hadisə nəticəsində ona ümumilikdə 465 manat məbləğində maddi ziyan dəymişdir (iş vərəqə: cild V, səh.100-101). Tədqiq olunan oğurluq epizodu üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri hadisə yeri Bakı əşhəri, Nəsimi rayonu, Puşkin küçəsində yerləşən “Ekstra Brend” geyim mağazasıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs14 xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində alış-verişlə əlaqədar qeyd olunan mağazaya olarkən əl çantasını paltar asılqanından asaraq geyim əşyalarına baxdığını, daha sonra çantasını götürüb gedərkən çantasının cibindən «Redmi Note 9T» markalı mobil telefonunun oğurlamasını aşkar ediyini bildirilmişdir(iş vərəqə: cild V, səh.41-44). Məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə, həmçinin müəyyən edildi ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Ekstra Brend” geyim mağazasının təhlükəsizlik kameralarından hadisəni özündə əks etdirən vaideogörüntülər elektron daşıyıcının - diskin yaddaşına köçürülərək təhqiqata təqdim olunmuş, eyni zamanda üztanıma sistemi vasitəsilə aparılan araşdırmalar nəticəsində diskin yaddaşında qeyd olunan görüntülərdə aşkar olunan şəxsin baxılan iş üzrə təqsirləndirilən şəxs, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir(iş vərəqə: cild V, səh.55-56). Tədqiq olunan müvafiq sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsində yerləşən “Ekstra Brend” geyim mağazasında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar təhlükəsizlik kameraları ilə qeydə alınmış oğurluq hadisəsinin videogörüntülərinin yükləndiyi elektron məlumat daşıyıcısı olan 1 ədəd “CD” formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild V, səh.231-252, cild Vİ, səh.01-35). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 20:40 radələrində ünvan 50 ünvanda yerləşən “Haydari Style” mağazasında işdə olarkən tanımadığı müştəri qadın mağazaya daxil olmuş, həmin müştəri qadın ad gününə gedəcəyini, bir dəst uşaq və qadın alt paltarları alacağını bildirmiş və geyim seçməyinə köməklik etməyi ondan xahiş etmişdir. Həmin qadın müştəri mağazada gəzib özü üçün geyim seçərək, seçdiyi paltarları əlinə götürüb əyninə yoxlamaq üçün paltar dəyişmə otağına keçmişdir. Sonra isə yoxladığı paltarları alacağını bildirib kassanın yanına qoymuşdur. Həmin müştəri qadın rəfiqəsinə alacağı alt geyiminin 90 ölçülü və mütləq qara rəngli olmasını istəmişdir. O, özü seçib gətirdiyi paltarları bəyənməmişdir. Həmin müştəri qadına vitrinə yaxınlaşmasını bildirmişdir. Həmin qadm israr edərək vitrində qara rəngli paltarın olmamasını, pijama almaq istədiyini bildirərək pijama seçməyə başlamışdır. Seçdiyi pijamaların ölçüləri onu qane etməmiş, sonra isə vitrində olan pijamalardan birini bəyənib vitrinin qarşısına gələrək telefonunun maşında qaldığını, gedib telefonu götürüb geri qayıdacağını və pijamanı alacağını deyərək çölə çıxmışdır. Qadın çölə çıxarkən pul kisəsinin çantasında olduğunu bildirmişdir. Həmin müştəri qadın mağazadan çölə çıxıb, irəlidəki meyvə-tərəvəz mağazasının yanından sola dönmüş və gözdən itmişdir. Lakin xeyli vaxt keçsə də, geri qayıtmamışdır. O, qadının çantasının içərisinə baxmış, içərisində bizon enerji içkisi və şirniyat olduğunu, lakin pul kisəsi olmadığını görmüşdür. Qadın mağazada olarkən iş kassasını açarla bağlayıb özündə saxlamış, lakin özünün əl çantasını masanın üstünə qoymuşdur. Özümə məxsus əl çantasına baxdıqda, o, çantanın ağzının açıq olduğunu və içərisində olan 340 manat pulun yerində olmadığını aşkar etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs13 ifadəsinin davamında göstərdi ki, o, mağazanın içərisində quraşdırılmış təhlükəsizlik kamerasının yaddaşına baxmış, qeyd etdiyi həmin müştəri qadının onun başı qarışıq olan vaxt əl çantasına müdaxilə etməsini müşahidə etmişdir. Belə ki, həmin qadın bir neçə dəfə onun əl çantasına müdaxilə etməyə cəhd etmiş, lakin sonra əl çantasındakı pulu gizli olaraq götürməyi bacarmışdır. Həmin müştəri qadın mağazada olarkən özünün 32 yaşı və altı uşağı olduğunu bildirmişdir. Yasamal RPİnin 28-ci PB-nə şikayət ərizəsi yazmış, polis əməkdaşları iş yerinə gəlmiş, onun iştirakıyla hadisə yerinə baxış keçirilmişdir. Həmin müştəri qadının anket məlumatlarını barədə məlumatı olmamış, əl çantasından oğurlanmış 340 manat pul onun özünə məxsus olmuş və hadisə nəticəsində ona 340 manat məbləğində maddi ziyan dəymişdir. Həmin müştəri qadına aid mağazada qalmış çantanın içərisində «Bizon» enerji içkisi və şirniyatm zərərli qida olmasını düşünüb, çanta ilə birlikdə həmin tarixdə zibilliyə atmışdır(iş vərəqə: cild İİ, səh.121-123). Tədqiq olunan oğurluq epizodu üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 51 ünvanda yerləşən “Haydari Style” geyim əşyaları mağazasıdır (iş vərəqə: cild İİ, səh.72-74). Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs15 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində ünvan 31-də yerləşən “Gənclik Mail” ticarət mərkəzinin birinci mərtəbəsində olan «Zara» geyim mağazasına alış-veriş üçün getmiş, orada paltarlara baxarkən əl çantasını paltar asılqanından asmış və geyim əşyalarına baxmışdır. Həmin əl çantasının içərisində isə pul kisəsi olmuş, kisənin içərisində isə 570 manat nəğd pulu və 2 ədəd "xxxx"a, bir ədəd «Paşa bank»a aid plastik kartlar, idman zalına daxil olma üçün plastik kart və komunal kartlar olmuşdur. Daha sonra o, alış-veriş etmiş və pulu ödəmək istədikdə pul kisəsinin oğurlandığı məlum olmuşdur. Bundan sonra o, DİN-in 102 xidmətinə müraciət etmiş və müraciəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Konkret olaraq hadisə nəticəsində 570 manat nəğd pulu və 20 manat dəyərində olan isə hazırda markasını xatırlamadığı pul kisəsi oğurlanmışdır ki, bununla da ona ümumilikdə 590 manat maddi ziyan dəymişdir(iş vərəqə: cild İİİ, səh.224-225). Tədqiq olunan oğurluq epizodu üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 31-də yerləşən “Gənclik Mail” ticarət mərkəzinin birinci mərtəbəsində olan «Zara» geyim mağazasıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs15 xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində alışverişlə əlaqədar həmin mağazaya gəldiyini, əl çantasını paltar asılqanından asaraq geyim əşyalarına baxdığını, daha sonra əl çantasından pul kisəsinin oğurlamasını aşkar ediyini bildirilmişdir (iş vərəqə: cild İV, səh.105-106). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yoxlanılması barədə xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, xx.xx.2023cü il tarixdə, saat 19 radələrində ünvan 31-də yerləşən “Gənclik Mail” ticarət mərkəzinin birinci mərtəbəsində olan «Zara» geyim mağazasın gələrək paltar asılqandan asılmış əl çantasının içərisindən pul kisəsini və həmin pul kisəsinin içərisində olan 570 manat pulu oğurladığını əyani olaraq göstərmişdir(iş vərəqə: cild İİİ, səh.213-216). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs16 ifadəsində göstərdi ki, o, ünvan 52 ünvanda yerləşən “Madam MM” gözəllik salonunda saç ustası işləmişdir. xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində “Madam MM” gözəllik salonunda işdə olarkən 1 nəfər qadın müştəri salona daxil olaraq saç və dırnağını düzəltdirmək üçün qəbula yazılmış və salonda gözləmə zalında gözləməyə başlamışdır. Həmin vaxt o, özü gözləmə zalından bir neçə dəfə salonun iş görülən yerinə gedib geri gözləmə zalına qayıtmışdır. Sonuncu dəfə iş yerinə gedib gözləmə zalına qayıdarkən həmin müştəri qadının orada olmadığını görmüşdür. Onun qəbula yazıldığı halda gözləmə zalından çıxıb getməsindən narahat olmuşdur. Həmin vaxt masanın altında olan əl çantasından içərisində 1550 manat pul, balanslarında pul vəsaitləri olmayan bank kartları, şəxsiyyət vəsiqəsi olan qiyməti 10 manat dəyərində qırmızı rəngli pul kisəsi, masanın üstündə jurnalın altına olan qiyməti 600 manat dəyərində olan Redmi markalı mobil telefonunun olmadığını aşkar etmişdir. Bu oğurluğun törədilməsində salona daxil olub qəbula yazılaraq gözləmə zalında gözləyən, sonradan oradan çıxıb gedən qadın tərəfindən törədilməsindən şübhələnmişdir. Sonra gözəllik salonunda quraşdırılmış təhlükəsizlik kamerasına baxanda, gözləmə zalında çıxandan sonra həmin qadının gözləmə zalında masanın altında olan əl çantasından içərisində 1550 manat pul, balanslarında pul vəsaitləri olayan bank kartları, şəxsiyyət vəsiqəsi olan qiyməti 10 manat dəyərində qırmızı rəngli pul kisəsi, masanın üstündə jurnalın altına qoduğu qiyməti 600 manat dəyərində olan «Redmi» markalı mobil telefonu gizli talayaraq dərhal gözləmə zalından çıxıb getdiyini görmüşdür. Ona ümumilikdə 2160 manat məbəlğində maddim ziyan dəymişdir. Həmin vaxt DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, bundan sonra dərhal Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları iş yerimə gəlmiş, ondan ərizə və izahat almış, onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir.Həmin müştəri qadının anket məlumatlarını barədə məlumatı olmamışdır. Tədqiq olunan oğurluq epizodu üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 52 ünvanda yerləşən “Madam MM” gözəllik salonudur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs16 salonda masanın altında olan əl çantasından içərisində 1550 manat pul, balanslarında pul vəsaitləri olayan bank kartları, şəxsiyyət vəsiqəsi, qiyməti 10 manat dəyərində qırmızı rəngli pul kisəsi, masanın üstündə jurnalın altına olan qiyməti 600 manat dəyərində olan «Redmi» markalı mobil telefon salona gələn təxminən 30-32 yaşlı qadın müştəri tərəfindən oğlurlandığmı göstərmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, baxış zamanı hadisəni özündə əks etdirən videogörüntülər bir ədəd DVD formatlı diskə köçürülərək götürülmüşdür(iş vərəqə: cild İİ, səh.142-145). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan götürmə aparılması haqqında xx.xx.2023 il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023 il tarixdə “Madam MM” gözəllik salonunda Zərərçəkmiş şəxs16 qızna məxsus əl çantasından oğurladığı pul kisəsinin içərisində Zərərçəkmiş şəxs16 məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi təqdim edilmiş və vəsiqə götürülərək protokola əlavə edilmişdir(iş vərəqə: cild İİ, səh.152-153). Tədqiq olunan müvafiq sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18-19 radələrində ünvan 15 ünvanda yerləşən “Madam MM” gözəllik salonun gözləmə zalında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar oğurluq əşyaların içərisində olmuş sonradan Təqsirləndirilən şəxs saxlanılarkən xx.xx.2023-cü il tarixdə təqdim etdiyi Zərərçəkmiş şəxs16 məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs16 qaytarılmaqla vəsiqənin surəti iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İİ, səh.162-163). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «Madam M.M.» gözəllik salonunun gözləmə zalında quraşdırılmış təhlükəsizlik kameraları ilə qeydə alınmış oğurluq hadisəsinin videogörüntülərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin yaddaşında 2 dəqiqə 20 saniyə ərzində qeydə alınmış videogörüntülər mövcuddur. Videogörüntülərin başlanğıcı xx.xx.2023-ci il, saat 18:43:19-a təsadüf edir. Otaqda bir nəfər əyninə qara rəngli gödəkçə, onun altından əsası ağ rəngli, yaxasına qırmızı hərflərlə yazısı olan papaqlı köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı geymiş orta boylı qadının mobil telefonla kiminləsə danışması, həmin qadının masanın altına baxaraq oradan qələm və kağız götürərək kağıza nəsə qeyd etmək istəməsi görüntüsü yaratması, daha sonra masanın qarşısındakı oturacağın üstünə qoyulmuş paltarı götürərək yaxınlıqdakı maşanın üstünə qoyması, özünün həmin oturacaqda oturaraq əyilib masanın üşündən altına boylanaraq masanın alt hissəsinə əlini soxaraq oradan qırmızı rəngli pul kisəsini götürməsi və gödəkçəsinin altından geyinmiş köynəyinin sağ cibinə yerləşdirməsi və dərhal masanın üstündə olan yaşıl rəngli jurnalı qaldırıb altında olan qara rəngli mobil telefonu götürərək otaqdan xx.xx.2023-ci il saat 18:44:31-də çölə çıxıb getməsi müşahidə olunur. Tədqiq olunan protokoldan görünür ki, baxışda iştirak edən zaman Zərərçəkmiş şəxs16 xx.xx.2023-cü il tarixdə, saat 18-19 radələrində işlədiyi ünvan 52 ünvanda yerləşən “Madam MM” gözəllik salonuna gəlmiş qadın gözləmə zalından maşanın altından ona məxsus əl çantasından içərisində 1550 manat pulu, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və bank kartı olan pul kisəsini və masanın üstündə olan ona məxsus «Redmi» markalı mobil telefonu oğurlayıb salonu dərhal tərk etmişir. Video görüntülərdə əks olunan qadın həmin vaxt salonda pul kisəsini və mobil telefonunu oğurlaması müşahidə olunur(iş vərəqə: cild İİ, səh.2-8-209). Tədqiq olunan müvafiq sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18-19 radələrində ünvan 15 ünvanda yerləşən “Madam MM” gözəllik salonun gözləmə zalında quraşdırılmış təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınmış oğurluq hadisəsinin videogörüntülərinin yükləndiyi elektron məlumat daşıyıcısı olan bir ədəd “DVD” formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild V, səh.231-252, cild Vİ, səh. 01-35). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs17 ifadəsində göstərdi ki, o, ünvan 53 ünvanda yerləşən “Şərifzadə Center” adlı çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən “Nİ” apteki icarə əsasında işlətmişdir. xx.xx.2023-cü il tarixdə aptekdə ona məxsus içində 250 manata dəyərində ***-***-**-** nömrə ilə istifadə olunan 400 manat dəyərində olan “Techno” markalı mobil telefonun yerində olmadığını aşkar etmiş və axtarmağına baxmayaraq telefonu tapa bilməmişdir. Aptekdə olan müşahidə kamerasında olan görüntülərə baxış keçirdikdə, mobil telefonu xx.xx.2023-cü il tarixdə, saat 21:09 radələrində aptekə müştəri qismində daxil olmuş göy cins şalvarlı, qara gödəkçəli, ağzında maska olan orta yaşlı qadının oğurladığı ona məlum olmuşdur. Bununla əlaqədar olaraq bir necə gün sonra DİN-nin 102 xidmətinə müracəit etmiş, hadisə ilə bağlı Yasamal RPİnin 28-ci PB-nə şikayət ərizəsi yazmış və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Oğurlanmış «Techno» markalı telefon özünə məxsus olmuş, həmin telefonu iş nömrəsi kimi istifadə etmiş, aptekə gələn müştərilərə həmin telefonda istifadə olunan nömrəni vermişdir. Bu hadisə nəticəsində ona ümumilikdə 650 manat məbləğində maddi ziyan dəymişdir. Telefefonun qiyməti 400 mant, içərisində istifadə olunan 077-307 11 11 nömrənin isə dəyəri isə 250 manat olmuşdur(iş vərəqə: cild V, səh.93-94). Tədqiq olunan oğurluq epizodu üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 53 ünvanda yerləşən “Şərifzadə Center” adlı çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən “Nİ” aptekidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs17 ona məxsus 650 manat dəyərində mobil telefonun qeyd olunan aptekə xx.xx.2023-cü il tarixdə, saat 21:09 radələrində müştəri qismində daxil olmuş göy cins şalvarlı, qara gödəkçəli, ağzında maska olan orta yaşlı qadın tərəfindən oğurlandığını bildirmişdir(iş vərəqə: cild İİİ, səh.67-69). Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs18 ifadəsində göstərdi ki, təxminən 5-6 ildir ki, o, fərdi sahibkarılıqla məşğul olur və Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 4 ünvanında yerləşən “Günay butiq” mağazasında satıcı işləmişdir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 14:30 radələrində mağazaya bir nəfər qadın, hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs daxil olmuş, sonuncu mağazaya daxil olan zaman mağazada ondan başqa 3 nəfər də əlavə müştəri olmuşdur. Mağazada daha öncə olan 3 müştəri ilə mağazada olunla birlikdə satıcı kimi çalışan Təranə xanım məşğul olduğundan o, mağazaya sonuncu daxil olan Səğinəyə yaxınlaşaraq ona xidmət göstərməyə başlamışdır. Səbinə ona özünə və uşaqlarına bir neçə növ gödəkçə almaq istədiyini bildirmişdir. O, Səbinəyə gödəkçələri verdikcə, sonuncu geyindiyi gödəkçələri alacağını bildirdiyi üçün həmin gödəkçələri satışdan çıxararaq sellofan torbaya qoymuşdur. Daha sonra ondan mağazanın çölündə olan vitirindən ona qolsuz gödəkçə gətirməyini istədiyindən mağazadan çölə çıxaraq vitrinə doğru getmişdir. Həmin vaxtı müştəri mağazada qalmışdır. O, vitrindən qeyd edilən qolsuz gödəkçəni götürən zaman xanımın onun arxasında dayandığını görmüşdür. Həmin vaxt Səbinə onu gözləyən taksini yola salaraq qayıdacağını ona bildirmişdir. O, mağazaya daxil olaraq iki dəqiqə müştərini gözləmiş, gəlmədiyini gördükdə özünə məxsus içərisində 1835 manat pulun, 01 ədəd üzərində dəyəri 5 manat dəyərində olan ***-***-**-** saylı mobil nömrə olan 750 manat dəyərində olan «Samsung A 51» markalı mobil telefonun, "xxxx"a məxsus 03 ədəd kartın, 750 əyyarlı təxminən 12 qram çəkidə olan zəncirvari formalı 1000 manat dəyərində qızıl qolbağının, şəxsiyyət vəsiqəsinin, vergi kartı olan dəyəri 20 manat olan pul kisəsinin mağazada olan balaca masanın üzərindən naməlum şəraitdə oğurlanmasını aşkar etmişdir. Həmin müştərinin arxasınca çıxdıqda onun orada olmamasını və uzağlaşmasmı aşkar etmişdir. Hadisə zamanı mağazadan 1835 manat, 01 ədəd üzərində dəyəri 5 manat dəyərində olan 051 -728-61 - 10 saylı mobil nömrə olan 750 manat dəyərində olan «Samsung A 51» markalı mobil telefon, "xxxx"a məxsus 03 ədəd kart, 750 əyyarlı təxminən 12 qram çəkidə olan zəncirvari formalı 1000 manat dəyərində qızıl qolbaq, şəxsiyyət vəsiqəsi, vergi kartım olan dəyəri 20 manat olan pul kisəsi oğurlanmışdır. Baş vermiş oğurluq hadisəni nəticəsində ona ümumilikdə 3610 manat məbləğində maddi ziyan dəymişdir. Tədqiq olunan oğurluq epizodu üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 4 ünvanında yerləşən “Günay butiq” mağazasıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs18 xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində mağazaya müştəri qismində gəlmiş qadının mağazada olan balaca masanın üstündən içərisində 1835 manat pul, «Samsung A 51» markalı mobil telefon, "xxxx"a məxsus 03 ədəd kart, qızıl qolbaq, şəxsiyyət vəsiqəsi, vergi kartı olan pul kisəsinin oğurlamasını aşkar ediyini bildirilmişdir(iş vərəqə: cild İV, səh.147-150). Məhkəmə baxışı zamanı qeyd olunan oğurluq faktına görə tədqiq olunan diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs18 işlədiyi mağazada təhlükəsizlik kameralarının qeydə aldığı 01 ədəd diskin yaddaşında 3 ədəd fotoşəkil və 3 ədəd fayllar vardır. Hər üç fotoşəkildə əks olunan qadm eyni qadındır. Qadının ayağında qara rəngli üstü ipli idman ayaqqabısı, əynində göy rəngli cins şalvar, açıq boz rəngli idman köynəyi, qara rəngli qısa dəri gödəkçə vardır, həmin fotoşəkillər küçədə çəkilmişdir. 3 ədəd fayların yaddaşında olaq görüntülərdən görünür ki, fotoşəkildə olan qadın mağazada paltarlara baxması, sonra isə mağazadan çıxaraq oradan qaçıb küçəyə maşın yoluna çıxaraq uzaqlaşması, küçədə məişət tullantıları yığılan qutulara yaxınlaşaraq nəisə atması və əlini şalvarının arxa cibinə salaraq iti addımldarla hərəkət etməsi müəyyən olunur(iş vərəqə: cild İV, səh.165-166). Tədqiq olunan müvafiq sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində ünvan 54 ünvanında yerləşən “Günay butiq” mağazasında oğurluq hadisəsi ilə əlaqədar 3 ədəd fotoşəkil və 3 ədəd fayllarda olan görüntülər elektron məlumat daşıyıcısı olan “DVD” formatlı bir ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild V, səh.231-252, cild Vİ, səh. 01-35). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs19 ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayından Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 47-də yerləşən «Sis» mağazasının icarədarıdır və fərdi qaydada fəaliyyət göstərir. Həmin mağazada satıcı İrina Həmidova işləyir. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 19.30 radələrində İrina ona zəng vuraraq bir qədər əvvəl naməlum qadının mağazaya müştəri qismində daxil olduğunu, orada geyim əşyalarına baxdığını və satıcıdan daha böyük ölçü gətirməsini bildirdiyini, İrina böyük ölçü paltar üçün getdikdə, qadının onun başının qarışıq olmasından istifadə edib, siyirmədə olan pulları oğurlamasını bildirmişdir. Bundan sonra mağazaya gəlib kameraların qeydə aldığı videoğörüntüyə baxış keçirtmiş, İrinanın dedikləri öz təstiqini tapmışdır. Məlum olmuşdur ki, həmin qadın kassada olan cəmi 1250 manat puldan tələsik olaraq 1195 manat pulu oğurlamışdır. Bundan sonra o, işi ilə əlaqəli həmin gün polisə müraciət edə bilməmiş, yalnız 07 mart 2023-cü il tarixdə ərazi üzrə 16-cı PB-nə müraciət etmişdir. Sonra polis əməkdaşları hadisə yerinə baxış keçirtmişlər. O, video görüntünü də polisə təqdim etmişdir. Konkret olaraq ona 1195 manat maddi ziyan dəymişdir. Oğurlanmış həmin pullar ona məxsus olmuş və maddi zəyan onun özünə dəymişdir(iş vərəqə: cild İİİ, səh.200-205). Cinayət işi üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş X14 oxşar məzmunlu ifadə verərək zərərçəkmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərilən xüsusatları br daha təsdiq etmişdir. Şahid X14nın ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı tədqiq olunmuşdur(iş vərəqə: cild İİİ, səh.206-207). Tədqiq olunan oğurluq epizodu üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 47-də yerləşən «Sis» mağazasıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs19 qızı xx.xx.2023-cü il tarixdə, saat 19.30 radələrində mağazaya müştəri qismində gələn qadının mağazanın kassasının siyirməsindən 1195 manat pulu oğurlamasını bildirilmişdir. Tədqiq olunan protokoldan görünür ki, mağazada quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən hadisəni özündə əks etdirən videogörüntülər diskə köçürülərək götürülmüşdür (iş vərəqə: cild İİİ, səh.185-187). Qeyd olunan oğurluq faktı ilə əlaqədar məhkəmə baxışı zamanı tədqiq olunan diskə baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023- cü il tarixdə mağazaya müştəri qismində gələn qadının mağazanın kassasına yaxmlaması, rəfdən (siyrmədən) pul götürərək əlində olan ağ rəngli qutunun arxasında gizlətməsi və oradan uzaqlaşması müşahidə olunur(iş vərəqə: cild İİİ, səh.188). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yoxlanılması barədə xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yoxlanılarkən sonuncu xx.xx.2023-cü il tarixdə, saat 19.30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 47-də yerləşən «Sis» mağazasına gələrək mağazanın kassanın rəfindən 1195 manat pulu gizli oğurladığını, həmçinin xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində ünvan 31-də yerləşən “Gənclik Mail” ticarət mərkəzinin birinci mərtəbəsində olan «Zara» geyim mağazasına daxil olaraq orada paltar asılqandan asılmış əl çantasının içərisindən pul kisəsini və həmin pul kisəsinin içərisində olan 570 manat pulu oğurladığını əyani olaraq göstərməklə əməlini səmimi etiraf etmişdir(iş vərəqə: cild İİİ, səh.213-216). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2023-cü il tarixli disklərə baxış keçirilən protokoldan görünür ki, 1-ci diskdə xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində ünvan 55 ünvanda yerləşən “San Tortino” mağazasında masada olan siyirmədən qadın cinsindən olan şəxs pulları götürür. 2-ci diskin yaddaşında olan görüntüyə baxış keçirilərkən müəyyən olmuşudur ki, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində ünvan 56 ünvanda yerləşən “Roza” bjüteriya mağazasında girişdə dayanmış qadının arxa hissəsində olan əl çantasına digər qadın daxil olur və dərhal da mağazanı tərk edir. 3-cü diskin yaddaşında olan görüntüyə baxış keçirilərkən müəyyən olmuşudur ki, 04 mart 2023-cü il tarixdə, saat 19.30 radələrində ünvan 34 ünvanda yerləşən “Sis” qadın geyimləri mağazasında qadın cinsindən olan şəxs siyirmədə olan pulları oğurlayır və mağazanı tərk edir. Tədqiq olunan protokoldan görünür ki, disklərə baxış keçirilməsi prosesində Təqsirləndirilən şəxs həmin mağazalardan oğurluq etmiş şəxsin onun özü oldduğunu təsdiq etmişdir. “03” ədəd CD-R disk protokola əlavə olunmuşdur(iş vərəqə: cild İV, səh.125). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yoxlanılması barədə xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, 06 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində alış-verişlə əlaqədar həmin mağazada olarkən orada rəfin üzərində olan əl çantasının içərisindən 600 manat pulu gizli oğurladığını əyani olaraq göstərmişdir(iş vərəqə: cild İV, səh.69-70). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində ünvan 55 ünvanda yerləşən “San Tortino” mağazasında, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində ünvan 55 ünvanda yerləşən “San Tortino” mağazasında və 04 mart 2023-cü il tarixdə, saat 19.30 radələrində ünvan 34 ünvanda yerləşən “Sis” qadın geyimləri mağazasında quraşdırılmış təhlükəsizlik kameraları vasitəsi ilə oğurluq hadisələri faktları əlaqədar qeydə alınan videogörüntülər yüklənmiş elektron məlumat daşıyıcısı olan 3 ədəd “DVD” formatlı disklər iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır (iş vərəqə: cild V, səh.231-252, cild Vİ, səh. 01-35). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən polis əməkdaşı – Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 09 fevral 2023-cü il tarixdə ünvan 57 ünvanında yerləşən “№1” aptekdə masanın üzərindən, orada işləyən Zərərçəkmiş şəxs17 məxsus 400 manat dəyərində “Techno” markalı mobil telefonun oğurlanması faktı ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin oğurluq hadisəsinin Azadlıq prospekti 185 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs tərəfindən törədilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 09 mart 2023-cü il tarixdə əməliyyat müvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs ünvan 58 ünvanının qarşısında saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarm bildirdikdən sonra, həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirdikdən sonra, həmin şəxsə oğurluq cinayəti törətməkdə şübhəli olması bildirərək onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə getməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə PB-nin inzibati binasına getmiş, Təqsirləndirilən şəxs qızna PByə gələn zaman onunla aparılan kəşfiyyat xarakterli söhbətlər zamanı həqiqətən də həmin oğurluq hadisəsini törətdiyini və özünün narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu, saxlanılmazdan əvvəl metamfetamin istifadə etdiyi, eləcə də həmin vaxt üzərində metamfetamin olduğunu bildirmişdir. Bundan sonra otaqların birində Səbinəyə oğurluqda, eləcə də psixotrop maddələrin qanunsuz istifadəsində şübhəli olması bildirilərək təhqiqatçı tərəfindən müdafiəçi seçmək hüququ izah edilmiş, vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri bir daha izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra müdafiəçinin və Səbinə ilə eyni cinsdən olan digər şəxsin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd ağ sellofana bükümü çıxararaq masanın üzərinə qoymuşdur. 01 ədəd ağ sellofan büküm açıldıqda içində ağ rəngli, kristalşəkilli maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümün içində olan maddə psixotrop maddə metamfetamindir, 08 mart 2023-cü il tarixdə günorta saatlarında Yasamal rayonu, “Alatava” adlanan yerdə tanımadığı şəxsdən 50 manat pul müqabilində öz istifadəsi üçün almışdır və 09 martr saat 17:00 radələrində polis əməkdaşları tərəfindən ünvan 59 ünvanında yerləşən “Orxan markef’in qarşısında saxlanılmışdır. Aşkar edilmiş 01 ədəd ağ rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış, “Zərflər üçün 167” möhürü ilə möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuşdur, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs özü də həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs bu maddələrin satışı ilə məşğul olubolmamasmm müəyyən edilməsi üçün əlavə əməliyyat-axtarış tədbirləri keçirilsə də bununla bağlı hər hansı müsbət nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan, eləcə də 28-ci PB-yə gətirilib orada saxlanılan zaman ona qarşı hər hansı psixi və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs 28-ci PB-də hüquq və vəzifələri izah edilmiş, özünün seçdiyi müdafiəçi dəvət edilmiş və digər hüquqları təmin edilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman könüllü olaraq metamfetamini müdafiəçisinin iştirakı ilə təqdim etmiş, hər hansı şikayət və vəsatətinin olmadığını bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin digər əməkdaşı, əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid qismində dindirilən Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Şahid1 üzləşmə zamanı istər məhkəməyədək icraat, istərsə də məhkəmə baxışı zamanı ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir(iş vərəqə: cild İ, səh.116-118). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində polis əməkdaşları tərəfində ünvan 60 ünvanda fəaliyyət göstərən “Orxan” marketin qarşısında olarkən saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına gətirilmiş oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs üzərində həmin gün, saat 18:20-da “İphone X” markalı mobil telefon vasitəsi ilə video çəkiliş aparılmqla keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində şəffaf rəngli kristal şəkilli metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüş, zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Yekunda müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə qeydə alınan videogürüntülər 01 ədəd elektron məlumat daşıyıcısına - DVD formatlı diskə köçürülüb protokola əlavə edilmişdir(iş vərəqə: cild İ, səh.85-87). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə qeydə alınan videogürüntülərin yükləndiyi 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, DVD formatlı diskdə olan videogörüntülər məhkəmə zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2023-cü il tarixli protokolun məzmununa uyğundur. Tədqiq olunan protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd ağ rəngli sellofana bükümün içində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, 08 mart 2023-cü il tarixdə Alatava adlanan yerdə “Nicat” adlı şəxsdən 50 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir(iş vərəqə: cild İ, səh.158-159). İbtidai istintaq orqanının məhkəmədə tədqiq olunan xx.xx.2023- cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə qeydə alınan videogürüntülərin yükləndiyi 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild V, 231-252, cild Vİ, səh.01-35). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 6/1471 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunubgötürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,690 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, tədqiq olunan metamfetamin psixotrop maddəsindən 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş, 2,640 qram çəkidə hissəsi isə qalıq qalmışdır(iş vərəqə: cild İ, səh.93-97). İbtidai istintaq orqanının məhkəmədə tədqiq olunan xx.xx.2023- cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2,690 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2,640 qram hissəsi saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir(iş vərəqə: cild İ, səh.160-161). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2739 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul etməsi nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: cild V, səh.212-213). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1632 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: cild V, səh.106-107). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq sənədlərlə müəyyən edildi ki, aparılmış ibtidai istiqaq və keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin mənbəyini, onun hansı şəxslərə narkotik vasitə və ya psixotrop maddə satmağa cəhd etməsini və ya hansı şəxslərin onunla bu sahədə alış-veriş etməsini müəyyən etmək mümkün olmamışdır(iş vərəqə: cild İ, səh.143). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs ilə bir epizod oğurluq hadisəsinin törədilməsinə görə cəlb edilmiş X21 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərərk 01(bir) il 10 (on) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin hökm verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilərək X21 01 (bir) il 11 (on bir) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (iş vərəqə: cild V, səh.170-183, 184-189). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,15 qram, külli miqdar olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 400 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən bir ədəd bükümdəki metamfetamin psixotrop maddəsinin ümumi kütləsi külli miqdar olmaqla 2,690 qram təşkil etmişdir və bu miqdar külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin 09 mart 2023-cü il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən metamfetamin psixotrop maddəsinin kütləsinin 2,690 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə olunmasının, saxlanmasının və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə irəli sürülmüş ittihamlara münasibət bildirib qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən saxlanc yerinə qanunsuz daxil olması, elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunduğundan onun əməli Azərbaycan Respublikası CM-nin həm də 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır və məhz buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə yanaşı, həm də həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində şübhəli şəxs qismində dindirilərkən verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində və məhkəmə baxışı zamanı konkret sualları cavablandırarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılan zaman üzərində psixotrop maddə metamfetamin olmaması barədə gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı yoxlanılmış və araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlilləri, onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirmişdir. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi oğurluq cinayəti epizodlarından 09 fevral 2023-cü il tarixdə ünvan 62 ünvanda yerləşən “Nl” aptekdən Zərərçəkmiş şəxs17a məxsus 650 (altı yüz əlli) manat dəyərində əmlakın və 14 fevral 2023-cü il tarixdə ünvan 63 ünvanında yerləşən “Günay butiq” mağazasında müştəri Zərərçəkmiş şəxs18 qızna məxsus 3610 (üç min altı yüz on) manat dəyərində əmlakın oğurluq yolu ilə talanması epizodu üzrə törədildiyi gündən cinayət məsuliyyətinə cəlb etmə müddəti, yəni iki ildən artıq bir müddət keçmişdir. Belə ki, qeyd olunan iki epizod oğurluq hadisəsinin, verilən ittihama əsasən təkrar törədilməsi göstərilsə də, “Azərbacan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbacan Respublikası Konstitusiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli Qərarının və Azərbacan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Qeyd olunanlara əsasən hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablanmalı olduğundan, məhkəmə hər iki epizld üzrə cinayət əməlinin Azərbacan Respublikası CM-nin 177.1-ci maddəsi ilə əhatə olunduğunu, bu iki epizod oğurluq hadisəsinin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını və böyük ictimai təhlükə törətməyən cinayətlər üçün cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi üçün Azərbacan Respublikası CM-nin 75.1.1-ci maddəsinin tələbləri baxımından törədildiyi gündən iki il keçməsi tələb olunur. Azərbacan Respublikası CM-nin 75.1 və 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Göəstərilənlərə əsasən qeyd olunan iki epizod oğurluq hadisəsinin törədildiyi gündən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan epizodlar üzrə də təqsirli bilinməli, lakin ona cəza təyin olunmamalıdır. Qeyd olunan hüquqi faktla bağlı məhkəmə qeyd edir ki, iki epizod oğurluq hadisəsinin törədildiyi gündən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi və onun həmin epizodlar üzrə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmalı olması Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-1-ci maddələri ilə tövsifinə, onun həmin maddələrlə təqsirli bilinib cəzalandırılmasına təsir göstərməyəcəkdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu ümumilikdə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı məsələni müzakirə edərkən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən əldə olunan əməliyyat-sorğu arayışı və işdə olan müvafiq məhkəmə hökmləri ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilk dəfə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək cinayətlərin məcmusu üzrə təyin olunan cəzaları qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs üzərində saxlanılmış 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası sonuncu hökm üzrə təyin olunan cəza qismən toplanılmaqla ona 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmçinin Cinayət Məcəlləsinin 69.3-cu maddəsitətbiq olunmaqla Təqsirləndirilən şəxs hər iki hökm üzrə tutma altında olduğu 04 (dörd) gün nəzərə alınmaqla onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (iş vərəqə: cild 5, səh.158-164, 165-169). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 180.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli hökmündən verilmiş apellyasiya protestinə münasibətdə həmin hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən dəyişdiridlmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki iş üzrə tutulduğu 02 (iki) gün və hazırki iş üzrə tutma altında saxlanıldığı 06 (altı) gün, cəmi 08 (səkkiz) gün təyin edilmiş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş ümumi maddi ziyanın 15.175,55 manat təşkil etməsi müəyyən edilmişdir ki, həmin maddi ziyanın 380 manat hissəsi ödənilmiş, 2328,85 manat hissəsi ilə bağlı isə zərərçəkmiş şəxslərlə barışıq əldə edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 məhkəməyə teleqramma ünvanlayaraq ona vurulan maddi zərərin (burada: 380 manat) ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 İslam qızı (maddi zərər 463,85 manat), Zərərçəkmiş şəxs17 (maddi zərər 650 manat), Zərərçəkmiş şəxs9 (maddi zərər 650 manat), Zərərçəkmiş şəxs1 (maddi zərər 565 manat) ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadığını və vurulan maddi zərəri ona bağışladıqlarını bildirmişlər. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013, xx.xx.2016, xx.xx.2017, xx.xx.2018, xx.xx.2019 və xx.xx.2020-ci il təvəllüdlü 6 nəfər azyaşlı uşağı vardır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş ümumi maddi ziyanın 380 manat olmaqla qismən ödənilməsini, ümumi maddi zərərin 2328,85 manat hissəsi ilə bağlı zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, 59.1.12-ci və 59.1.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı baxılan iş üzrə Təqsirləndirilən şəxs birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan cinayət iş üzrə törətmiş olduğu son - Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli 08 mart 2023-cü il tarixə, yəni Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvələ təsadüf edir. Odur ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratmayacaqdır. Məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə ittiham irəli sürərkən həmin ittihamların mətnində təqsirləndirilən şəxsin özgənin əmlakını ələ keçirmək məqsədilə oğurluq cinayətlərini törətməsini qeyd etməklə yanaşı, həm də eyni əməlin tamah məqsədi ilə törədilməsini ittihama daxil etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah məqsədi bu halda özgə əmlakını ələ keçirmək məqsədilə oğurluq cinayətlərini törədilməsində ehtiva olunduğundan tamah məqsədi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalı və eyni zamanda "cinayətin tamah məqsədilə törədilməsi" əlaməti Təqsirləndirilən şəxs qarşı irəli sürülən və əməlinin tövsif olunduğu ittihamın mətnindən xaric edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, onun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətlərdən CM-nin 234.1-1-ci maddəsinin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olmasını, həm Azərbaycan Respublikası CM-nin 234.1-1-ci və həm də həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddəsi ilə törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan sanksiya hədlərində, yüngülləşdirici hallar olduqda və cinayətlərin məcmusuna görə cəza təyinetmənin prinsiplərinə əməl etməklə ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Daha sonra həmin Məcəllənin 66.5.-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, təqsirləndirilən şəxs Ağayeva X13 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə ona təyin olunan cəzanı çəkməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ən nəhayət, məhkəmə cəza təyini ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmləri üzrə məhkəmə hökmləri qanuni qüvvəyə minənədək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixədək tutularaq cəmi 8 gün həbsdə saxlanılmışdır ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qeyd olunan bu müddət baxılan iş üzrə təyin olunan cəzadan çıxılmalı və təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs baxılan iş üzrə 09 mart 2023-cü il tarixdən fasiləsiz olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, sonuncunun ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını, əməli cinayətlərin residivini yaratmadığını və Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyini qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhrum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 09 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində 09 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 2 (iki) gün müddətində həbsdə saxlanılmış, müvafiq məhkəmənin 11 mart 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2, 158.2.1 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxsbarəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2,690 qram psixotrop maddə metamfetaminin ekspertizası tədqiqatından sonra qalıq qalmış hissəsi - 2,640 qram psixotrop maddə metamfetamin məhv edilməli; - X9 üzərində şəxsi axtarış və götürmə aparılması istintanq hərəkəti prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı; - xx.xx.2022-ci il tarixli protokol əsasında Yasamal rayonu Şərifzadə küçəsi yerləşən «Oba Yasamal 13» mağazasında təhlükəsizlik kameralarından köçürülərək götürülmüş görüntülər olan bir ədəd DVD formatlı disk, xx.xx.2022-ci il tarixdə, saat 20:30 radələrində ünvan 43 ünvanda yerləşən «Esma Muslim» mağazasında təhlükəsizlik kameralarından köçürülərək götürülmüş görüntülər olan 01 ədəd DVD formatlı disk, xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində ünvan 40 ünvanda yerləşən meyvə tərəvəz mağazasında təhlükəsizlik kameralarının qeydə aldığı görüntüdən köçürülmüş hadisə yerinə baxış protokoluna əlavə edilmiş fotoşəkil, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən «Qarışıq mallar» mağazasından «Honor X-8» markalı mobil telefonu oğurlanması faktı üzrə zərər çəkmiş şəxs X18 məxsus şəxsiyyət vəsiqəsinin surəti, 20 oktyabr 2022-ci il tarixdə, saat 15:30 radələrində ünvan 7 ünvanında yerləşən “Şəhər Ticarət Mərkəzindəki” “Nuray” paltar mağazasında oğurluq hadisəsini ilə bağlı təhlükəsizlik kameralarından köçürülərək götürülmüş görüntülər olan 01 ədəd CD formatlı disk, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Bakı əşhəri, Nəsimi rayonu, Puşkin küçəsində yerləşən “Ekstra Brend” geyim mağazasında baş vermiş oğurluq hadisəsini ilə bağlı təhlükəsizlik kameralarından köçürülərək götürülmüş görüntülər olan 1 ədəd disk, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində ünvan 64 ünvanda yerləşən “San Tortino” mağazasında, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində ünvan 65 ünvanda yerləşən “San Tortino” mağazasında və 04 mart 2023-cü il tarixdə saat 19.30 radələrində ünvan 66 ünvanda yerləşən “Sis” qadın geyimləri mağazasında təhlükəsizlik kameraları ilə oğurluq hadisələri faktları əlaqədar görüntülər köçürülmüş 3 ədəd “DVD” formatlı disklər, xx.xx.2023-cü il tarixdə, saat 17:17-də ünvan 49 ünvanda yerləşən qarışıq mallar mağazasında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar mağazada quraşdırılmış müşahidə kamerasının qeydə aldığı və elekton məlumat daşıyıcısı olan diskin yaddaşında köçürülmüş 1 ədəd CD disk, xx.xx.2023-cü il tarixdə, saat 18-19 radələrində Bakr şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 31A ünvanda yerləşən “Madam MM” gözəllik salonunun gözləmə zalında təhlükəsizlik kameraları ilə oğurluq hadisəsi faktı əlaqədar görüntülər köçürülmüş 01 ədəd DVD formatlı disk, xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində ünvan 67 ünvanında yerləşən “Günay butiq” mağazasında baş vermiş oğurluq hadisəsi ilə təhlükəsizlik kameralarında görüntülər köçürülmüş 01 ədəd DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı; - Təqsirləndirilən şəxs saxlanılarkən xx.xx.2023-cü il tarixdə təqdim etdiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs16 məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin Zərərçəkmiş şəxs16 qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 115 (yüz on beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddəsi ilə 3 (üç) il müddətə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli hökmü üzrə təyin olunan 03 (üç) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli hökmü üzrə tutma altında həbsdə saxlanıldığı 08 (səkkiz) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 4 (dörd) il 5(beş) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu 09 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2,690 qram psixotrop maddə metamfetaminin ekspertizası tədqiqatından sonra qalıq qalmış hissəsi - 2,640 qram psixotrop maddə metamfetamin məhv edilsin; - X9 üzərində şəxsi axtarış və götürmə aparılması istintanq hərəkəti prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - xx.xx.2022-ci il tarixli protokol əsasında Yasamal rayonu Şərifzadə küçəsi yerləşən «Oba Yasamal 13» mağazasında təhlükəsizlik kameralarından köçürülərək götürülmüş görüntülər olan bir ədəd DVD formatlı disk, xx.xx.2022-ci il tarixdə, saat 20:30 radələrində ünvan 43 ünvanda yerləşən «Esma Muslim» mağazasında təhlükəsizlik kameralarından köçürülərək götürülmüş görüntülər olan 01 ədəd DVD formatlı disk, xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində ünvan 40 ünvanda yerləşən meyvə tərəvəz mağazasında təhlükəsizlik kameralarının qeydə aldığı görüntüdən köçürülmüş hadisə yerinə baxış protokoluna əlavə edilmiş fotoşəkil, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən «Qarışıq mallar» mağazasından «Honor X-8» markalı mobil telefonu oğurlanması faktı üzrə zərər çəkmiş şəxs X18 məxsus şəxsiyyət vəsiqəsinin surəti, 20 oktyabr 2022-ci il tarixdə, saat 15:30 radələrində ünvan 7 ünvanında yerləşən “Şəhər Ticarət Mərkəzindəki” “Nuray” paltar mağazasında oğurluq hadisəsini ilə bağlı təhlükəsizlik kameralarından köçürülərək götürülmüş görüntülər olan 01 ədəd CD formatlı disk, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Bakı əşhəri, Nəsimi rayonu, Puşkin küçəsində yerləşən “Ekstra Brend” geyim mağazasında baş vermiş oğurluq hadisəsini ilə bağlı təhlükəsizlik kameralarından köçürülərək götürülmüş görüntülər olan 1 ədəd disk, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində ünvan 64 ünvanda yerləşən “San Tortino” mağazasında, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində ünvan 65 ünvanda yerləşən “San Tortino” mağazasında və 04 mart 2023-cü il tarixdə saat 19.30 radələrində ünvan 66 ünvanda yerləşən “Sis” qadın geyimləri mağazasında təhlükəsizlik kameraları ilə oğurluq hadisələri faktları əlaqədar görüntülər köçürülmüş 3 ədəd “DVD” formatlı disklər, xx.xx.2023- cü il tarixdə, saat 17:17-də ünvan 49 ünvanda yerləşən qarışıq mallar mağazasında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar mağazada quraşdırılmış müşahidə kamerasının qeydə aldığı və elekton məlumat daşıyıcısı olan diskin yaddaşında köçürülmüş 1 ədəd CD disk, xx.xx.2023-cü il tarixdə, saat 18-19 radələrində Bakr şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 31A ünvanda yerləşən “Madam MM” gözəllik salonunun gözləmə zalında təhlükəsizlik kameraları ilə oğurluq hadisəsi faktı əlaqədar görüntülər köçürülmüş 01 ədəd DVD formatlı disk, xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində ünvan 67 ünvanında yerləşən “Günay butiq” mağazasında baş vermiş oğurluq hadisəsi ilə təhlükəsizlik kameralarında görüntülər köçürülmüş 01 ədəd DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs saxlanılarkən xx.xx.2023-cü il tarixdə təqdim etdiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs16 məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin Zərərçəkmiş şəxs16 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 115 (yüz on beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.