Məhkəmə qərarları › İş №1(101)-453/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-453/2020

10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-453/2020 10.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Müdafiəçi iştiraklarıilə xx.xx.1960-cı ildə Masallı rayonu, Boradigah kəndindədoğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, həkim, məhkumluğuolmayan, ünvan 1 ünvanında qeydiyatda olan, barəsində həbs qətimkantədbiriseçilmişvəhazırda AR ƏdliyyəNazirliyi PX-nin Bakıİstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 200-1.2.1 və 200-1.2.3-cü maddələriilətəqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayının sonlarında Türkiyə Respublikasının İstanbul şəhərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi qanunla dövlət qeydiyyatı tələb olunan, lakin, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş külli miqdarda, cəmi 6787 manat dəyərində, 1 qutusunun qiyməti 105 manat olmaqla 2730 manatlıq 26 qutu “Granocyte 34 MU” markalı, 1 qutusunun qiyməti 400 manat olmaqla 4000 manatlıq 10 qutu “Enbrel Myclıc 50 mg/ml” markalı, 57 manatlıq 1 qutu “Cetrotİde 250 mcg” markalı dərman preparatlarını əldə edib satış məqsədilə saxlamış, Azərbaycan Respublikasına gətirib satmaq üçün 16 ədəd "Granocyte 34 MU”, 10 ədəd “Enbrel Myclıc 50 mg/m! və 1 ədəd “Cetrotİde 250 mcg” markalı dərman preparatlarını müşayiət etdiyi yaşıl rəngli əl çantasının və boz rəngli çamadanın içərisində, 10 ədəd “Granocyte 34 MU” markalı dərman preparatlarını isə, əyninə geyindiyi gödəkcənin ciblərində yerləşdirmiş və J2-076 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən xx xxxxxx 2019-cu il tarixdə, saat 19:40 radələrində Heydər Əliyev adına X6nda fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda qeyd edilən dərman preparatlarını əvvəlcədən gömrük orqanına kağız üzərində və ya elektron formada yazılı, həmçinin, sorğu-sual zamanı şifahi bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bundan başqa, o, təkrar 2019-cu ilin sentyabr ayının əvvəllərində Türkiyə Respublikasının İstanbul şəhərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi qanunla dövlət qeydiyyatı tələb olunan, lakin, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş külli miqdarda, cəmi 20003,69 manat dəyərində, 1 flakonunun qiyməti 524,32 manat olmaqla 8389,12 manatlıq 16 flakon “Herceptin 150 mg” markalı, 112,23 manatlıq 1 qutu 12 konvolyutda 120 həb “Kapeda 500 mg” markalı, 1 qutusunun qiyməti 293,48 manat olmaqla 1173,92 manatlıq 4 qutu “Altuzan 100 mg/4ml’’ markalı, 732,54 manatlıq 1 qutu “Eylea 40 mg” markalı, 123,54 manatlıq 1 qutu 12 konvolyutda 120 həb “Xeltabin 500mg” markalı, 1160 manatlıq 1 qutu «Mab Thera 500 mg/50 ml” markalı, 1 flakonun qiyməti 155,44 manat olmaqla 621,76 manatlıq 4 flakonda 120 həb “Viread 245mg” markalı, 1 qutusunun qiyməti 85,55 manat olmaqla 1026,6 manatlıq 12 qutuda 336 həb “Casodex 150 mg” markalı, 1 konvolyutunun qiyməti 1,10 manat olmaqla 2,20 manatlıq 2 konvolyutda 20 həb “Novalgin 500 mg” markalı, 1 qutusunun qiyməti 90 manat olmaqla 4230 manatlıq 47 qutuda 141 kapsul “Emend 125mg/80mg/80mg” markalı, 1 konvolyutunun qiyməti 1,94 manat olmaqla 9,70 manatlıq 5 konvolyutda 50 həb “Genkort 10mg” markalı, 1 ədədinin qiyməti 116 manat olmaqla 1740 manatlıq 15 ədəd “Mirena 52mg” markalı və 682,08 manatlıq 1 qutuda 28 şpris “Capaxone 20 mg/ml” markalı dərman preparatlarını əldə edib satış məqsədilə saxlamış, Azərbaycan Respublikasına gətirib satmaq üçün müşayiət etdiyi tünd göy rəngli əl çantasının içərisində yerləşdirmiş və J2-080 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən xx xxxxxxxx 2019-cu il tarixdə saat 23:40 radələrində Heydər Əliyev adına Belnəlxalq Hava limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda qeyd edilən dərman preparatlarını əvvəlcədən gömrük orqanına kağız üzərində və ya elektron formada yazılı, həmçinin sorğu-sual zamanı şifahi bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs məhkəməiclasındaifadə verərəkgöstərdiki, o,dostunun xahişi ilə İstambuldan buzun içərisində embrion gətirmiş, o, xəstə olduğundan təyyarədə başı bərk ağramış, təyyarədən düşdükdən sonra kontroldan keçərkən orada əyləşmiş bir xanım ondan yüklərin içindəki dərmanların nə dərmanı olmasını soruşmuş, o, dərmanları açmış, dərmanlara baxdıqdan sonra getməsini bildirmiş, sərhədi tərk etmiş, qapıdan çıxanda başında çox güclü bir ağrı hiss etmişdir. Vəziyyətinin çox pis olduğunu görüb geri qayıtmış, orada olan zibil vedrəsinə yaxınlaşmış və öyüməyə başlamış və gömrüyün əməkdaşları başqa şey başa düşərək onu yoxlamağa başlamışlar. Onun sənədlərini yoxlayıb buraxmışlar. Əlində sumkanın içində dərmanlar olmuş, dərmanlara baxmamışlar. Yenidən onu geri qaytarıb əlindəki sumkanı yoxlamağa başlamışlar. Həmin dərmanın sahibi olmuş, onlar tapşırmışlar, hər dəfə gəlib götürəcəyin desədə gəlməmişlər. Sonra işi təhqiqata vermişlər. İkinci dəfə İstanbula gedəndə yenə bir nəfər tanış yaxınlaşıb ondan, dərman gətirməsini xahiş etmiş, o isə demişdir ki, bir dəfə onu incidiblər daha istəmir. Həmin şəxs əl çəkməyib ondan dönə-dönə xahiş etmişdir. Ona görə də üzə düşüb qəbul etmişdir. Gömrükdən keçərkən yenə, həmin adamların növbəsinə düşmüş və onu tanıyıb saxladıb sənədləri tələb edib baxış keçirmişlər. Baxış zamanı gətirilən dərmanların qadağan olmuş dərmanlar olduğunu bildirərək onu istintaqa təqdim etmişlər Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəməiclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2018-ci ildən etibarən Dövlət Gömrük Komitəsində işləyir. Hazırda isə X1 Baş Gömrük İdarəsində “T-1” terminalının baş inspektoru vəzifəsində xidmət edir. xx xxxxxx 2019-cu il tarixdə X4 Aeroportunun “T-1" Terminalının gəliş zalında növbədə olduğu zaman, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs gömrük nəzarətini “Yaşıl Kanalla keçmək istəyərkən, tərəfindən saxlanılaraq, “Qırmızı Kanal”a yönləndirilmişdir. Təqsirləndirilən şəxs məxsus əl çantası rentgen aparatından keçərkən, monitorda şübhəli əşyaların təsviri əks olunduğuna görə, əl çantasına və çamadanına təkrar yoxlama keçirilməsindən ötrü otağa dəvət olunmuşdur. Böyük inspektor Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs əl yükünə videoçəkilişdən istifadə etməklə baxış keçirmiş, baxışdan əvvəl Təqsirləndirilən şəxsla şifahi sorğu sual edib əl yükündə yaxud üzərində mütləq qaydada gömrük orqanına bəyan olunmalı predmetlərin olubolmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs da öz növbəsində əl yükündə və üzərində gömrük nəzarətinə mütləq bəyan olunmalı əşyasının olmadığını demişdir. Yoxlama zamanı, Təqsirləndirilən şəxs məxsus yaşıl rəngli əl çantasının və boz rəngli çamadanın içərisindən əvvəlcədən gömrük orqanına təqdim olunmamış, şifahi, kağız üzərində yazılı və ya elektron formada bəyan olunmamış, açıq vəziyyətdə olan 16 ədəd “Granocyte 34 MU”, 10 ədəd “Enbrel ”, 1 ədəd “Cetrotİde 250 mg” adlı dərman vasitələri və onlara aid qutular, həmçinin 3 ədəd “Enbrel Myclıc SOmg”, 7 ədəd “Megace 160 mg”, 104 ədəd "Granocyte 34 MU” adlı dərman vasitələrinin boş qutuları aşkar edilmişdir. Şəxsi yoxlama zamanı isə, Təqsirləndirilən şəxs üzərində olan gödəkçənin ciblərindən 10 ədəd açıq formada “Granocyte” adlı dərman vasitələri aşkar edilmiş və protokol əsasında götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş HNBGİ-nin Terminal 1 X6 gömrük postunun əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 1983-cü ildən rəsmi nikahdadırlar. 1983-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. Faktiki olaraq 1987-ci ildən bu günədək Bakı Baş Səhiyyə İdarəsinin 8 saylı qadın məsləhətxanasında mama-ginekoloq İşləyir. Niyazi 1988-ci ildən 2003-cü ilədək Bakı şəhərində Musa Nağıyev adına X8 Xəstəxanasında reanimatoloq işləmişdir. Sonra isə Niyazi cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı işləməmişdir. İstintaqa dəvət olunana qədər Niyazinin Türkiyədən qaçaqmalçılıq yoluyla dərman preparatları gətirməsindən xəbərsiz olmuş, bu barədə Niyazidən soruşanda maddi sıxıntı ilə bağlı Türkiyəyə gedib dərman gətirib satmaq istədiyini demişdir. Niyazi xx xxxxxx 2019-cu il tarixdə və xx xxxxxxxx 2019-cu il tarixdə Türkiyədən qayıdan zaman dərman preparatlarının ondan aşkar edilərək götürüldüyünü demişdir. Heç bir onkoloji xəstəlikdən əziyyət çəkmir, ümumiyyətlə pasportu yoxdur, nəinki xx.xx.2019-cu il tarixdə Türkiyəyə getməmiş, ümumiyyətlə xaricdə olmamışdır. Adına nə səbəbə resept yazıldığını bilmir, yəqinki Niyazi gətirmək istədikləri dərman vasitələrini gömrükdən keçirmək üçün belə bir hərəkət etmişdir. Niyazidən ona dərman almasını xahiş etməmiş, Niyazi Türkiyəyə gedən zaman da sadəcə işinin olduğunu deyib başqa heç nə demədən çıxıb getmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunun baş inspektoru, gömrük xidməti leytenantı Şahid1 tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli “yoxlama haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müşayiət etdiyi yaşıl rəngli əl çantasının, boz rəngli çamadanın içərisində əvvəlcədən gömrük orqanına kağız üzərində və ya elektron formada yazılı, həmçinin sorğu- sual zamanı şifahi bəyan etmədiyi 16 ədəd “Granocyte 34 MU”, 10 ədəd “Enbrel Myclıc 50 mg/ml və 1 ədəd “Cetrotİde 250 mcg” dərman preparatları aşkar edilərək götürülmüşdür. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunun baş inspektoru, gömrük xidməti leytenantı Şahid1 tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli “şəxsi yoxlama haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əyninə geydiyi gödəkcənin ciblərində 10 ədəd “Granocyte 34 MU”, dərman preparatları aşkar edilərək götürülmüşdür. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postuna ezam olunmuş böyük inspektor, Şahid2 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2019- cu il tarixli “Yoxlama, əşyaların və sənədin götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müşayiət etdiyi tünd göy rəngli əl çantasının içərisində əvvəlcədən gömrük orqanına kağız üzərində və ya elektron formada yazılı, həmçinin sorğu- sual zamanı şifahi bəyan etmədiyi külli miqdarda, 20003,69 manat dəyərində 16 flakon “Herceptin 150 mg”, 12 konvolyutda 120 həb “Kapeda 500 mg”, 4 flakon “Altuzan 100 mgMml”, 1 ampula “Eylea 40 mg", 1 flakon “Mab Thera 500 mg/50ml”, 4 flakonda 120 həb “Vireəd 245mg", 24 konvolyutda 336 həb “Casodex 150 mg”, 2 konvolyutda 20 həb “Novalgin 500 mg”, 141 kapsul “Emend 125mg/80mg/80mg”, 5 konvolyutda 50 həb “Genkort 10mg’’, 15 ədəd “Mirena 52mg”, 28 şpris “Capaxone 20 mg/ml, 12 konvolyutda 120 həb “Xeltabin 500mg" dərman preparatları aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019cu il tarixli 20221 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, zavod üsulu ilə qablaşdırılmış üzərində “Enbrel Myclıc 50 mg/ml” (yararlılıq müddəti: 03.2021), “Cetrotİde 250 mcg” (yararlılıq müddəti: 04.2020) və “Granocyte” (yararlılıq müddəti: 06.2020) yazısı olan dərman preparatları üzərindəki qeyd olunmuş tarix göstəricilərinə əsasən istifadəyə yararlıdırlar. Enbrel Myclis, Cetrotİde (setroreliks) və Granocyte (lenograstim) adlı dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, icracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahf’larına, “Güclü təsir edən maddələrin və onların külli miqdarının”, eləcədə "Zəhərli maddələrin” siyahılarına daxil deyildirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 20222 №-li ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda dərman preparatlarının xx.xx.2019-cu il tarixə orta qiyməti 6787,00 manat müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 24218/24218 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd polietilen torbadakı dərman preparatları dərman formalarına və kimyəvi tərkiblərinə görə adlarına uyğundurlar(təsiredici maddələrinin adları 1 №-İİ cədvəldə göstərilmişdir), “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, icracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahf’larına, “Güclü təsir edən maddələrin və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarına daxil deyildirlər. Tədqiqata təqdim olunmuş dərman preparatlarının qablaşmaları üzərindəki tarix göstəricilərə görə yararlılıq müddəti keçməmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş 13 adda dərman preparatlarının satış qiyməti təxminən 20003, 69 (iyirmi min üç manat altmış doqquz qəpik) manat müəyyən edilir. İstintaq zamanı şahid qismində dindirilmiş ekspert-əmtəəşünas X5 ifadəsində bildirmişdir ki, tərəfindən imzalanmış xx xxxxxxx 2019-cu il tarixli 24218/24219 № rəydə adları qeyd olunmuş 13 adda dərman preparatlarının xx.xx.2019-cu il tarixə olan dəyəri məhz 20003,69 manat təşkil edir. Sadəcə tədqiqatın nəticə hissəsində dəqiq tarix göstərilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” MMC-nin xx.xx.2019- cu il tarixli, 04/12106 nömrəli məktubundan görünür ki, “Herceptin 150 mg”, “Kapeda 500 mg”, “Altuzan 100 mg/4ml”, “Eylea 40 mg”, “Mab Thera 500 mg/50ml”, “Viread 245mg”, “Casodex 150 mg”, “Novalgin 500 mg”, “Emend 125 mg/80mg/80mg”, “Genkort 10mg”, “Mirena 52mg”, “Capaxone 20 mg/ml, “Xeltabin 500mg” adlı dərman vasitələri dövlət qeydiyyatı tələb olunan dərman vasitələrinə aid olsa da dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” MMC-nin xx.xx.2019- cu il tarixli, 04/1455 nömrəli məktubunda göstərilmişdir ki, “Granocyte 34 Mu”, “Enbral Myclıc 50 mg/ml" və “Cetrotide 250 mcg” ticari adlı məhsullar dərman vasitəsi kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində dövlət qeydiyyatından keçirilməmişdir. Məhz dövlət qeydiyyatı olmadığına görə adı çəkilən məhsulların ölkə ərazisinə qanuni şəkildə idxalı mövcud deyil, eyni zamanda respublikanın müalicə-profilaktika müəssisələrində istifadəsi və ölkə apteklərində satışı yolverilməz hesab olunur. 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından xx.xx.2019-cu il tarixdə daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. 2 nömrəli Klİniki Psixiatriya Xəstəxanasından xx.xx.2019-cu il tarixdə daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli KPX-na müraciət etməyib. İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2019-cu N tarixdə gömrük nəzarətini keçərkən və əl yükünün yoxlanılması zamanı çəkilmiş video görüntülərin əks olunduğu DVD diskə baxış keçirilib xx xxxxxxx 2019-cu İl tarixli protokol tərtib edilmişdir. Həmin görüntülər izlənildikdə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs gömrük nəzarətini “Yaşıl kanal” vasitəsilə keçmək istəyərkən “Qırmızı kanal”a yönləndirilmiş, bundan sonra onun müşayiət etdiyi əl yükündə və üzərində keçirilmiş yoxlama nəticəsində müşayiət etdiyi yaşıl rəngli əl çantasının, boz rəngli çamadanın içərisində 16 ədəd “Granocyte 34 MU”, 10 ədəd “Enbrel Myclıc 50 mg/ml və 1 ədəd “Cetrotİde 250 mcg” dərman preparatları, həmçinin “Enbrel Myclıc 50 mg/ml, “Megace 160 mg”, və "Granocyte 34 MU” adlı dərman vasitələrinin boş qutuları, əyninə geydiyi gödəkcənin ciblərində isə əvvəlcədən gömrük orqanına kağız üzərində və ya elektron formada yazılı, həmçinin sorğusual zamanı şifahi bəyan etmədiyi 10 ədəd “Granocyte 34 MU” dərman preparatları aşkar edilib götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə gömrük nəzarətini keçərkən və əl yükünün yoxlanılması zamanı çəkilmiş videogörüntülərin əks olunduğu DVD diskə baxış keçirilmiş, xx xxxxxx 2019-cu il tarixli protokol tərtib edilmişdir. Həmin görüntülər izlənildikdə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs gömrük nəzarətini “Yaşıl kanal" vasitəsilə keçmək istəyərkən “Qırmızı kanal”a yönləndirilmiş, bundan sonra onun müşayiət etdiyi tünd göy rəngli əl çantasının içərisində əvvəlcədən gömrük orqanına kağız üzərində və ya elektron formada yazılı, həmçinin sorğu-sual zamanı şifahi bəyan etmədiyi külli miqdarda, 20003,69 manat dəyərində 16 flakon “Herceptin 150 mg”, 12 konvolyutda 120 həb “Kapeda 500 mg”, 4 flakon “Altuzan 100 mg/4ml”, 1 ampula “Eylea 40 mg”, 1 flakon “Mab Thera 500 mg/50ml”, 4 flakonda 120 həb “Vİread 245mg”, 24 konvolyutda 336 həb “Casodex 150 mg", 2 konvolyutda 20 həb "Novalgin 500 mg”, 141 kapsul “Emend 125mg/80mg/80mg”, 5 konvolyutda 50 həb "Genkort 10mg", 15 ədəd “Mirena 52mg”, 28 şpris “Capaxone 20 mg/ml, 12 konvolyutda 120 həb “Xeltabin 500mg” dərman preparatları və dərmanlara aid təlimatlar aşkar edilib götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs sərhəd keçməsini müəyyən etmək üçün Dövlət Gömrük Komitəsinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən alınmış sərhəd keçmə hesabatına baxış keçirilərək xx xxxxxx 2019-cu il tarixli protokol tərtib edilmişdir. Dövlət Gömrük Komitəsinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin “Xidməti məlumatlar” altbölməsində Təqsirləndirilən şəxs sərhədkeçmə hesabatına baxış keçirdikdə onun xx.xx.2019-cu il tarixdə Bakı Aeroportundan Türkiyə Respublikasının İstanbul şəhərinə getdiyi, xx.xx.2019-cu il tarixdə Bakı Aeroportundan Azərbaycan Respublikasına qayıtdığı, xx.xx.2019-cu il tarixdə Bakı Aeroportundan Türkiyə Respublikasının İstanbul şəhərinə getdiyi, xx.xx.2019-cu il tarixdə Bakı Aeroportundan Azərbaycan Respublikasına qayıtdığı məlum olmuşdur. xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş xx xxx 2020-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin Məcəllənin 206-cı maddənin “Qeyd” hissəsi yeni redaksiyada verilmişdir. Dəyişikliyə görə CM-in 206.1-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan manatdan yuxarı, lakin iyi yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs tərəfindən qaçaqmalçılıq yolu ilə yəni dövlət gömrük xidmətinə bəyan etmədən 2019-cu ilin iyul ayında üzrə 4000 manat dəyərində, 2019-cu ilin sentiyabr ayında isə 20003,69 manat dəyərində dərman reraparatları keçirəməsi ilə bağlı epizodlar üzrə Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsi ilə aparılan cinayət təqibini istisna edən halların olmasına görə, yəni Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə onun həmin maddə ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, Təqsirləndirilən şəxs barəsində həmin epizodlar üzrə CM-nin 206.3.1-ci maddəsi ilə verilmiş ittihama xitam verilməlidir. Təqsirləndirilən şəxs CM-nin 206.3.1-ci maddəsi ilə verilmiş ittihama xitam verilməsi ilə bağlı əməldə inzibati qaydada məsuliyyətin araşdırılması məqsədi ilə iş materiallarından müvafiq sənədlərin surətləri çıxarılaraq material şəkilində araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük xidmətinə göndərilməlidir. Beləliklə, məhkəmə iclasında dindirilmişşahidlərinifadələri, habelə cinayət işinin materiallarıüzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilənşəxsinittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.1 və 200-1.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmaması, yaşayış yerindən müsbət xarakterizə olunması və xəstə olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasənəməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmaması, yaşayış yerindən müsbət xarakterizə olunması, xəstə olması, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, gətirən şəxs olmasını vədigəryüngülləşdiricihallarınəzərəalaraqhesabedirki, onaazadlıqdanməhrumetməiləbağlıolmayancəzatəyinetməkləcəzanınməqsədlərinənailolm aqolar. Odurki, məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddəninsanksiyasıhəddindəazadlığınməhdudlaşdırılmasınövündə cəzatəyinedilməlidir. Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixdə qərarı ilə həbsetmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətişəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarınınicra edildiyi andan və eyni zamanda ev dustaqlığı qətimkan tədbiri həbs müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2020-ciiltarixdənbugünə, yəni xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 09ay 11 günün bir günü ona təyin olunacaq azadlıqdan məhdudlaşdırılması cəzasının 2 gününəhesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.2.1 və 52-1.3.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxsüzərinə yaşayış yerini saat 23:00 dan – 07:00 dək tamamilə tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarından kənara çıxmamaq vəzifəsi qoyulmalıdır. İş üzrə 395 manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan və“Azərterminalkompleks” Birliyində saxlanılan -26 ədəd “Granocyte 34 MU’’, 10 ədəd “Enbrel Myclıc 50 mg/ml”, 1 ədəd “Cetrotide 250 mcg", 16 flakon “Herceptin 150 mg”, 12 konvolyutda 120 həb “Kapeda 500 mg”, 4 flakon “Altuzan 100 mg/4mr, 1 ampula “Eylea 40 mg”, 1 flakon “Mab Thera 500 mg/50 ml”, 4 flakonda 120 həb “Viread 245mg”, 24 konvolyutda 336 həb “Casodex 150 mg", 2 konvolyutda 20 həb “Novalgin 500 mg”, 141 kapsul “Emend 125mg/80mg/80mg”, 5 konvolyutda 50 həb "Genkort 10mg”, 15 ədəd “Mirena 52mg”, 28 şpris “Capaxone 20 mg/ml, 12 konvolyutda 120 həb “Xeltabin 500mg” dərman preparatları və boş dərman qutuları məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.3.1-ci maddəsi ilə verilmiş ittihama Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə onun həmin maddə ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan xitam verilsin. Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.1.2.1, 200- 1.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsinvəona02 (iki) il əczaçılıq fəaliyyəti ilə məşqul olma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığınməhdudlaşdırılmasıcəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cuiltarixdənbugünə, yəni10sentyabr 2020-ciiltarixədəkhəbsdəolduğu 09 (doqquz) ay 11 (onbir) günün 01 (bir) günü ona təyin olunacaq azadlıqdan məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanaraq qəti olaraq üzərində 01 (bir) il 05 (beş) ay08 (səkkiz) günazadlığınməhdudlaşdırılmasıcəzasısaxlanılsın. Təqsirləndirilən şəxsbarəsindəseçilmişhəbs qətimkantədbiriləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın çəkilmə müddətinin əvvəli qeydiyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxsbarəsindəbaşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədənsaxlanılsın. Azərbaycan Respublikası CM-nin 52-1.2.1 və 52-1.3.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxsüzərinə yaşayış yerini saat 23:00 dan – 07:00 dək tamamilə tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarından kənara çıxmamaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs CM-nin 206.3.1-ci maddəsi ilə verilmiş ittihama xitam verilməsi ilə bağlı əməldə inzibati qaydada məsuliyyətin araşdırılması məqsədi ilə iş materiallarından müvafiq sənədlərin surətləri çıxarılaraq material şəkilində araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük xidmətinə göndərilsin. İş üzrə 395 manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut olan və“Azərterminalkompleks” Birliyində saxlanılan -26 ədəd “Granocyte 34 MU’’, 10 ədəd “Enbrel Myclıc 50 mg/ml”, 1 ədəd “Cetrotide 250 mcg", 16 flakon “Herceptin 150 mg”, 12 konvolyutda 120 həb “Kapeda 500 mg”, 4 flakon “Altuzan 100 mg/4mr, 1 ampula “Eylea 40 mg”, 1 flakon “Mab Thera 500 mg/50 ml”, 4 flakonda 120 həb “Viread 245mg”, 24 konvolyutda 336 həb “Casodex 150 mg", 2 konvolyutda 20 həb “Novalgin 500 mg”, 141 kapsul “Emend 125mg/80mg/80mg”, 5 konvolyutda 50 həb "Genkort 10mg”, 15 ədəd “Mirena 52mg”, 28 şpris “Capaxone 20 mg/ml, 12 konvolyutda 120 həb “Xeltabin 500mg” dərman preparatları və boş dərman qutuları məhv edilsin. Hökmdən elanolunduğuandan20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar