Məhkəmə qərarları › İş №1(101)-453/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-453/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-453/2021 09.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi – X6, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında xx xxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şabran rayonu, Zeyvə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.10, 221.3, 228.1 və 229.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu ilin yanvarın 30-da Bakı şəhəri Nərimanov rayon məhkəməsinin müvafiq qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra 2008-ci ildə qısqançılıq zəminində öldürdüyü arvadı X2 ilə ona qarşı «xəyanət» edib ailəsinin dağılmasında təqsirkar heab etdiyi həmkəndlisi 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 qisas almaq üçün onu qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün münasib vaxt və əlverişli şəraitin yaranmasını gözləmişdir. Bu məqsədlə o, azadlığa çıxdıqdan sonra məskunlaşdığı, mərhum babası Cəfər Babayevə məxsus olub Şabran rayonunun Zeyvə kəndində yerləşən evində, 2019-cu ilin təxminən oktyabr-noyabr aylarında sonuncuya məxsus «İJ» markalı, 16 kalibrli, 94121-59 nömrəli qoşalülə yivsiz ov tüfənginin qundağını və lüləsini dəmir kəsən mişarla kəsib təyinatını dəyişdirib «obrez» düzəltməklə qanusuz olaraq odlu silah hazırlayıb 2020-ci ilin aprelin 11-nə kimi qanunsuz olaraq həmin evdə saxlamış, həmin gün, səhər saatlarında həmin odlu silahla və onun üçün nəzərdə tutulmuş 7-8 ədəd zavod üsulu ilə hazırlanmış patronlarla silahlanıb kəndin yaxınlığındakı meşə zolağına, «bulaq» adlanan yerə getmiş, orada özü ilə gətirdiyi bir şüşə arağı içib saat 18 radələrində, alkoqol sərxoşluğu halında cinayətkar niyyətinin həyata keçirmək üçün əlverişli məqamın çatdığını düşünərək, Zərərçəkmiş şəxs2 kənd sakinləri ilə birlikdə kəndin yaxınlığında voleybol oynadıqları meydançaya gəlmiş, orada voleybol topunun meydançadan çıxaraq ona tərəf dığırlandığını görüb ictimai qaydanı kobud surətdə pozaraq və cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək qanunsuz olaraq gəzdirdiyi odlu silahadan açdığı atəşlə topu məhv edərək qərəzli xuliqanlıq etmiş, bu xuliqanlıq hərəkətlərinin qarşısını almaq məqsədi ilə ona yaxınlaşan Zərərçəkmiş şəxs2 ona iradını bildirib odlu silahı ondan almaq istəsə də, buna nail ola bilməmiş, dartışma zamanı tüfəngin lüləsinin sonuncunun qarın nahiyyəsinə dirəndiyini görüb fürsətdən istifadə edərək ilk dəfə qarın, yerə yıxıldıqdan sonra isə baş nahiyyəsinə açdığı iki atəşlə ona, yetirilən anda həyat üçün təhlükəli olması əlamətinə görə xəsarətlərin «ağır» növünə aid edilmiş və ölümünə səbəb olmuş «başbeyin toxumasının dağılması, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq qəlpəli sınığı ilə müşayiət olunan deşib-keçən, qarnın ön divarının qarın boşluğu orqanlarının zədələnməsi, kəskin daxili qanaxma ilə təzadlaşan kor odlu silah yaraları»ndan ibarət bədən xəsarətləri yetirib qəsdən öldürməklə digər şəxsi - Zərərçəkmiş şəxs2 qəsdən həyatdan mərhum etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs baş vermiş qətldən xəbər tutaraq onun ünvanına uca səslə ağır qarğış və söyüşlər səsləndirməklə dərhal hadisə yerinə gələn, ailəsinin dağılmasında qətlə yetirdiyi Məhəbət Məmmədovla yanaşı onu da əsas səbəbkərlardan biri hesab etdiyi sonuncunun anası, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 da qisasçılıq zəminində qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə oğlunun meytindən təxminən 80 metr aralıda dayanmış Zərərçəkmiş şəxs1 sözügedən ov silahından yaxın, təxminən 3-5 metr məsafədən, ilk dəfə döş qəfəsinin və sağ ciyin qurşağının ön səthi, yerə yıxıldıqdan sonra isə baş nahiyyəsinə iki dəfə açdığı atəşlə ona, yetirilən anda həyat üçün təhlükəli olması əlamətinə görə xəsarətlərin «ağır» növünə aid edilmiş və ölümünə səbəb olmuş «baş beyin toxumasının dağılması, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq qəlpəli sinığı ilə müşayiət olunan deşib-keçən döş qəfəsinin və sağ çiyin qurşağının ön səthinin ağ ciyərlərin, ürəyin zədələnməsi, sağ bazu və döş sümüklərinin sınığı ilə müşayiət olunan, kəskin daxili qanaxma ilə təzadlaşan kor və deşib-keçən odlu silah yaraları»ndan ibarət bədən xəsarətləri yetirib qəsdən həyatdan məhrum etməklə qəsdən təkrar adam öldürmüşdür. Yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 120.2.10, 221.3, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 120.2.10, 221.3, 228.1 və 229.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə araşdırması zamanı tədqiq olunan mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 120.2.10, 221.3, 228.1 və 229.1-ci maddələri ilə irəli sürülən ittihamlarla özünü tam təqsirili bilərək ifadəsində göstərdi ki, o, Şabran rayonunun Zeyvə kəndində babası Cəfər Balayevə məxsus evdə anası Dilarə, qardaşı Amid, babası Cəfərlə birlikdə yaşamışdır. Ailədə 3 uşaq olmaqla 3 qardaş olmuşlar. Zeyvə kənd məktəbinin 3-cü sinfini bitirdikdən sonra təhsilini davam etdirməmiş, kənddə fərdi əməklə məşğul olaraq özünü dolandırmışdır. Atası Eynulla 2-ci dəfə ailə həyatı quraraq Zeyvə kəndində özünə məxsus evdə, onlardan ayrı yaşamışdır. 2006-cı ildə Zeyvə kəndində yaşayan X4 ilə ailə həyatı qurmuş, rəsmi nigahı olmamış, molla kəbini ilə ailə qurmuşdur. Həmin nikahdan Dinarə adlı bir qızları olmuşdur. 2008-ci ildə qısqanclıq zəminində arvadı Dinarəni öldürərək 11 il azadlıqdan məhrum edərək məhkum edilmiş, 2019-cu ilin yanvar ayının 30-da Nərimanov rayon məhkəməsinin qərarı ilə şərti olaraq cəzadan azad edilmiş və Zeyvə kəndində yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs ifadəsənin davamında göstərdi ki, ölmüş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 uşaq vaxtlarından tanımış, onlarla həmkəndli olmuşlar. Arvadı Dinarəni öldürməyinə də səbəb isə sonuncunun məhz onu Məhəbbətlə aldatması olmuşdur. Belə ki, 2008-ci ildə Rusiya Federasiyasına işləməyə getmiş, orada yaşadığı vaxt qardaşı Mitxun ona zəng vuraraq arvadı Dinarənin kəndçiləri Məhbbətlə sevgili olduğunu və onu aldatdığını bildirmişdir. O, bunu eşidib 2008-ci ilin aprel ayının 14də Şabran rayonuna, yaşadığı Zeyvə kəndinə qayıdaraq arvadı Dinarəni bıçaqla ürəyindən vuraraq öldürmüş və 2008-ci ilin aprel ayının 15-də tutulmuşdur. Azadlığa çıxdıqdan sonra təxminən fevral ayında bu məsələyə aydınlıq gətirmək üçün Məhəbbətlə görüşmüş, Məhəbbət səhvini boynuna aldıqdan sonra isə onu bağışlamağı istəmişdir. O, bütün olub bitənləri nəzərə alaraq, Məhəbbəti bağışlamış və ona qarşısına çıxmamağı bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsənin davamında daha sonra göstərdi ki, 2020-ci ilin aprel ayının 11-də səhər tezdən, təxminən saat 9-da oyanaraq həyətdə saxladığı dovşanlara ot atmış, sonra evdə olan babası Cəfər Balayevə məxsus qoşa lüləli 16 kalibrli, qundağı və lüləsi kəsilmiş ov tüfəngini, 7-8 ədəd patronu və bir ədəd 0,5 litrlik arağı götürərək kəndin meşəsi tərəfə, bulaq deyilən yerə getmişdir. Uşaqlıq dövründən meşədə çaqqal və canavar olduğunu bildiyindən, hətda uşaqlıq dövründən bir neçə dəfə də meşədə canavar gördüyündən özü ilə babası Cəfərə məxsus olan ov tüfəngini götürüb tək meşəyə getmişdir. Həmin ərazidə olan gicitkən və turşəng bitkisiylə özü ilə götürdüyü arağın hamısını içmişdir. Bir neçə saat həmin ərazidə olduqdan sonra təxminən saat 18 radələrində yaşadığı evə doğru getməyə başlamış, evinə gedən yolun üstündə voleybol meydançası olan yerə baxanda Zərərçəkmiş şəxs2 kənd sakinləri ilə voleybol oynadığını görmüşdür. Sərxoş olduğundan meydançada kənd sakinlərindən daha kimlərin olduğu yadında qalmamışdır. Onlara təxminən 5-7 metr yaxınlaşdıqda və onlardan aralı keçib evinə doğru gedərkən Zərərçəkmiş şəxs2 onu görüb ünvanına uşaqların yanında ağır nalayiq sözlər işlətdiyini, özünü həmin uşaqların yanında lotu kimi apardığını görmüşdür. Öz namusunu, Məhəbbətə görə gəncliyini məhv etdiyini, 11 il azadlıqdan məhrum edildiyini fikirləşib, sərxoş olmasına baxmayaraq onun bu söyüşünü və hərəkətini qəbul edə bilməmişdir. Elə həmin vaxt Məhəbbətin atdığı top onun qabağına gəlib düşdüyünə görə üstündə olan tüfəngi çıxarıb bir atəş açaraq topu partlatmışdır. Bu vaxt Məhəbbət iri addımlarla ona yaxınlaşıb təhqir formada “səfey, bu nə hərkətdir edirsən?” deyib tüfəngi onun əlindən dartıb almaq istəmişdir. Tüfəngi möhkəm tutduğundan tüfəngi ona verməmiş və həmin an Məhəbbətin bütün hərəkətləri gözünün qabağından keçdiyindən tüfəng elə onun qarnına dirənmiş halda bir dəfə atəş açmışdır. Məhəbbət əlini tüfəngdən buraxıb yerə yıxılmışdır. Həmin vaxt orada voleybol oynayan kənd uşaqları hamsı müxtəlif istiqamətlərdə qaçıb getmişlər. Onsuz da tutulacağını fikirləşib, helə bu “heyvanı”, yəni Məhəbbəti vurub öldürməyə və aralarında olan namus söhbətini bitirməyə qərar vermişdir. Bundan sonra tüfəngin içindən hər iki gilizi çıxararaq yerə atmış, cibindən 2 ədəd patron çıxarıb tüfəndə qoymuş və çaxmağı çəkib yerdə uzanmış vəziyyətdə olan Məhəbbətin başından atəş açmışdır. Məhəbbətin öldüyünü görəndən sonra oradan çıxıb piyada polis şöbəsinə təslim olmaq üçün getmək istərkən meydqançanın yaxınlığında yerləşən evdən Məhəbbətin anası İstəyin ona tərəf uca səslə ağır söyüşlər söyə-söyə gəldiyini görmüşdür. İstəyin ağır söyüşlər söyməsi onu özündən çıxararaq qıcıqlandırmış və bu səbəbdən təxminən 3-5 metr məsafədən İstəyə tərəf bir dəfə atəş açmışdır. Lakin İstəyin haradan yaralandığı görməmişdir. Odur ki, tüfəngi açıb boş gilizləri yerə atmış və yenidən 2 ədəd dolu patronu tüfəngə yerləşdirib İstəyə təkrarən atəş açmış, amma qırmaların onun harasına dəydiyini bilməmişdir. Həyəcanlı vəziyyətdə oradan çıxıb tüfənglə birlikdə Şabran RPŞ istiqamətinə getmişdir. Kəndin ortasında, məktəbin yanında qara rəngli xarici maşın saxlamış, maşını idarə edən mülki paltarda təxminən 50-55 yaşında tanımadığı bir kişi tüfəngi onun əlindən almışdır. Həmin şəxsin polis zabiti Ramiz olduğunu tutulandan sonra bilmişdir. Ramiz onun əlindən tüfəngi alandan sonra cibindən 2-3 ədəd dolu patronu da çıxarıb yerə atmış və həmin yerdən uzaqlaşaraq birbaşa keçmiş qaynanası Mayanın evinə getmişdir. Belə ki, qaynanası ilə yaşayan qızını artıq bir daha görə bilməyəcəyini düşünüb 12 yaşlı qızı Dinara ilə görüşmək istəmişdir. O, keçmiş qaynanası və qızı ilə görüşüb gecə saat təxminən 24 və ya 01 radələrində kəndin ortasında olan bələdiyyənin tikinti materialları satış dükanının yanına getmiş, orada gözətçi işləyən Akif adlı şəxsin mobil telefonu ilə DİN-nin 102 növbətçi hissəsinə zəng edib hadisə barədə məlumat verərək təslim olmaq istəyini bildirmişdir. Telefonla məlumat verdikdən sonra 3 nəfər polis əmkdaşı dükana gəlib onun əllərinə qandal vururaraq birbaşa Şabran RPŞ-nə aparmışlar. Ən nəhayət, Təqsirləndirilən şəxs ifadəsənin sonunda göstərdi ki, cinayətin törədilməsində ona kömək edən, onu təhrik edən heç kəs olmamış, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurduğu vaxt orada azyaşlı uşaqların olub-olmamısını görməmişdir. Törətdiyi əməldən peşman olmasa da, Məhəbbətin onun həyatını, evini dağıtdığına görə özünün-özünə yazığı gəlmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, qeyd olunan istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları hadisə yerində detalları ilə əyani olaraq göstərmişdir (iş vərəqə: cild İ, səh. 76-81). Məhkəmə baxışı zamanı ölmüş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hüquqi varisi olaraq dindirilən X12 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs2 doğma qardaşı, Zərərçəkmiş şəxs1 isə doğma anası olmuşdur. Şabran rayonu, Zeyvə kəndində anası İstək, arvadı Səminə, uşaqları Kənan, Səma, qardaşı Məhəbbət, qardaşının yoldaşı Gülnarə, onun uşaqları Rahul və Üzeyir, bacısı Dürdanə, onun uşaqları Roma və İra ilə birlikdə yaşamışlar. xx xxxxx 2020-ci il tarixdə, saat təxminən 18 radələrində evdə olmuş, həmin vaxtı qardaşı Məhəbbət, oğlu Rahul və kənd camahatı yaşadıqları evdən təxminən 100 metr aralıda olan meydançada voleybol oynamaqda olmuşlar. Çöldən atəş səsi gəldikdən sonra Məhəbbətin oğlu Raul həyəcanlı şəkildə evə gələrək atası Məhəbbətin Nahid tərəfindən silahla vurulduğunu demişdir. O, dərhal meydançaya tərəf qaçmış, meydançada olan dirəyin yanında Məhəbbəti yerdə uzanılı və artıq ölmüş vəziyyətdə görmüşdür. Onun qarın və baş nahiyyəsində yaralar olmuşdur. Ətrafa baxdıqda Nahidin əlində silahla aşağıya doğru getdiyini görmüşdür. Onun üzünə baxanda içikili olduğu açıq-aydın hiss olunmuşdur. Az sonra yenidən iki dəfə atəş səsi gəlmiş və çevrilib arxaya baxanda İslam əlindəki silahla “Məhəbbəti niyə vurdun?” deyərək qışqıra-qışqıra yanlarına gəlmək istəyən anası İstəyi iki dəfə atəş açmaqla vurmuşdur. Atəş açıldıqdan sonra anası yerə yıxılmışdır. O, təxminən 60-70 metr aralıda olan anasının yanına getmiş, onun sinə və baş nahiyyəsindən vurulduğunu görmüşdür. Bundan sonra Nahid əlində olan silahla öz evlərinə doğru getmişdir. Zərər çəkmiş şəxslərin hüquqi varisi Səxavət Məmmədov ifadəsində daha sonra göstərdi ki, Nahid 2008-ci ildə qısqançlıq zəminində arvadı Dinarəni öldürmüş, 11 il müddətinə azadlıqdn məhrum etmə cəzasına məhkum edilmiş, 2019-cu ilin yanvar ayının 30-da azadlığa çıxaraq yaşadığı Zeyvə kəndinə gəlmiş və kənddə babası Cəfərin evində yaşamışdır. O, arvadını onun mərhum qardaşı Məhəbbətə qısqandığı üçün öldürmüş, ona görə də qardaşı ilə düşmənçilik münasibətində olmuşdur. 2020-ci ilin təxminən yanvar ayında kəsib qısaltdığı ov tüfəngi ilə yaşadıqları evə hücum etmiş, Məhəbbəti öldürməklə hədələmişdir. Evdə yaşayanlar Nahidi belə bir iş tutmamağa, mübahisəyə son qoymağa çağırmışlar. Yalnız bundan sonra o, evdən çıxıb getmişdir. İş üzrə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2009-cu ildə Zərərçəkmiş şəxs2la rəsmi nigahla ailə həyatı qurmuş və Şabran rayonunun Zeyvə kəndinə gəlin köçmüşdür. Əri Məhəbbətlə münasibətləri o qədər də yaxşı olmamış, aralarında tez-tez mübahisələr olurmuş. xx xxxxx 2020-ci il tarixdə, saat 18 radələrində evdə olmuş, həmin vaxtı əri Məhəbbət, oğlu Rahul və kənd camahatı evlərindən təxminən 100 metr aralıda olan meydançada voleybol oynamaqda olmuşlar. Çöldən atəş səsi gəldikdən az sonra oğlu Raul həyəcanlı şəkildə evə gələrək Məhəbbətin Nahid tərəfindən silahla vurulduğunu bildirmişdir. Bunu eşidən kimi dərhal meydançaya tərəf qaçmış, meydançada olan dirəyin yanında Məhəbbətin yerdə uzanılı vəziyyətdə artıq öldüyünü, qarın və baş nahiyyəsində yaralar olduğunu, Nahid isə əlindəki silahla aşağıya doğru getdiyini görmüşdür. Bir neçə dəqiqə sonra isə yenidən iki dəfə atəş səsi gəlmiş, çevrilib arxaya baxanda Nahidin əlindəki silahla qışqıra-qışqıra hadisə yerinə gəlmək istəyən qaynanası İstəyi iki dəfə atəş açmaqla vurmuşdur. O, qaynanasının vurulduğu yerə yaxınlaşdıqda qaynanasının sinə və baş nahiyyəsindən yaralandığını və artıq öldüyünü görmüşdür. Bundan sonra İslam əlində silah öz evlərinə doğru getmişdir. Şahid6 yekunda hadisənin motivləri barədə mərhum zərər çəkmiş şəxslərin hüquqi varisi Səxavət Məmmədovla oxşar məzmunlu ifadə verdi. Daha sonra məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə, saat 17 radələrində həmkəndliləri Məhəbbbət, Taleh, Mehdi, Baba, Mənsur, Mehrab və adını unutduğu digər şəxslər yaşadıqları kəndin yuxarı tərəfində oyun oynamaq üçün nəzərdə tutulan meydançada voleybol oynamışlar. Voleybola kənardan Məhəbbətin azyaşlı oğlu Rahul da baxmışdır. Təxminən 30-40 dəqiqə voleybol oynadıqdan sonra o, meşəlik tərəfdən hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs gəldiyini görmüşdür. Həmin vaxt mərhum Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs görüb «bu hardan gəlib çıxdı bura» deyerək deyinməyə başlamışdır. Təqsirləndirilən şəxs yaxınlaşıb bir qədər oyuna baxmış, sonra oyun topu onun qabağına düşən kimi gödəkçənin içindən qoltuq tərəfdən lüləsi və qundağı kəsilmiş qoşalülə ov tüfəngini çıxaraq topa bir atəş açmış, top həmin anda partlamışdır. Bunu görən Məhəbbət Nahidin üstünə gedərək niyə belə bir hərəkətə yol verdiyini deyib ona acıqlanmışdır. Elə həmin vaxt Nahid əlindəki tüfənglə Məhəbbətin qarın nahiyyəsinə bir atəş açmışdır. Atəş açdıqdan sonra Məhəbbət meydançada olan taxta dirəkdən təxminən 3 metr aralıda yerə yıxılmışdır. Bundan sonra meydançada olanlar, həmçinin o özü hadisənin şokundan qorxub qaçmışlar. Nahidin Məhəbbətin baş nahiyyəsindən də əlavə atəş açmasını, daha sonra onlara doğru gələn Məhəbbətin anasını əlindki silahla 2 dəfə atəş açaraq hər ikisini öldürməsini sonradan eşitmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları təsdiq etdi, həmçinin göstərdi ki, Məhəbbətə qarşı açılan ilk atəşdən sonra onlar qaçarkən o, arxadan bir neçə dəfə atəş səsləri gəldiyini eşitmişdır. Nahidin Məhəbbətin baş nahiyyəsinə ikinci atəşi açaraq onu öldürməsini, Məhəbbətin yaşadığı evin yaxınlığında oğlunun vurulduğunu eşidib hadisə yerinə gələn Məhəbbətin anası İstəyinin döş və baş nahiyyəsindən atəş açaraq sonuncunu öldürməsini sonradan öyrənib bilmişdir. Şahid3 ifadəsinin davamında həmçinin göstərdi ki, Nahid arvadı Dinarəni 2008-ci ildə məhz Məhəbbətlə xəyanət etdiyi üçün öldürmüş, buna görə 11 il azadlıqdan məhrum edilmişdir. Nahid 2019-cu ilin yanvar ayında azadlığa çıxmış və bildiyinə görə Nahid bir neçə dəfə Məhəbbətlə mübahisə etmişdir. Nahidin Məhəbbəti öldürməsinə səbəb isə qisascılıq zəminində olmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən X9 Şahid3 məhkəmədə verdiyi ifadəsinə uyğun ifadə verib, sonuncunun təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın mahiyyəti üzrə göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs qardaşı Şahid1 ifadəsində göstərdi ki, Şabran rayonu, Zeyvə kəndində anası Dilarə, babası Cəfər və qardaşı Nahid ilə bilrikdə yaşamışdır. Başqa bir qardaşları Mitxun isə hazırda Rusiya Federasiyası Samara şəhərində yaşamaqdadır. 1994-cü ildə atası Eynulla anası ilə ayrılmışdır. O özü kənddə fərdi əməklə məşğul olaraq özünü dolandırmışdır. Qardaşı Nahid 2008-ci ildə qısqançlıq zəminində arvadı Dinarəni öldürmüş, 11 il müddətinə azadlıqdn məhrum etmə cəzasına məhkum edilmiş, 2019-cu ilin yanvar ayının 30-da azadlığa çıxaraq yaşadıqları kəndə gəlmişdir. Nahid kənddə onlarla birlikdə babası Cəfərə məxsus evdə yaşamışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 18 radələrində, yəni hadisə baş verən ərəfədə Zeyvə kəndində çöllük deyilən ərazidə bələdiyyədən icarəyə götürdüyü torpaq sahəsində çəpərləmə işi ilə məşğul olarkən həmkəndlisi Şamxal adlı şəxs onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vuraraq qardaşı Nahidin ov tüfəngi ilə həmkəndliləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öldürdüyünü bildirmişdir. Bir qədər sonra isə Nahid özü istifadəsində olan ***-***-**-** nömrədən ona zəng vuraraq eyni halı təsdiqləmiş, polis şöbəsinə gedərək təslim olacağını demişdir. O, hadisədən sonra Nahidi görməmişdir. Nahidin zəngindən sonra dərhal meydança deyilən yerə getmiş və orada çoxlu camahatın yığışdığını görmüşdür. X14 evindən 60-70 metr aralıda Zərərçəkmiş şəxs1 meyiti yerdə uzanılı vəziyyətdə olmuşdur. Onun başının sağ tərəfinin bir hissəsi parçalanmış, sinəsində də müəyyən yaralar olmuşdur. Ondan bir qədər yuxarıda isə Zərərçəkmiş şəxs2 meyitini görmüşdür. Orda olan camaatdan Nahidin harada olduğunu soruşsa da onu getdikdən sonra həmkəndliləri olan polis zabiti Ramizlə qarşılaşmış, Ramiz ondan silahı almış, Nahid Ramizin də əlindən çıxaraq qızı Dinarə ilə görüşməyə getmiş və sonra polis şöbəsinə zəng vuraraq təslim olmuşdur. Hadisədən əvvəl X15 və yaxud Zərərçəkmiş şəxs1 öldürmək niyyətində olmasını ona deməmiş, bunu biruzə verməmiş, mərhumlara zəng edib onları öldürməklə hədələləməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs gəzdirdiyi ov tüfəngi babası Cəfərə məxsus olmuş, Nahid cəzaçəkmə müəssisəsindən qayıtdıqdan sonra babasının ov tüfəngini üzərində rahat gəzdirməsi üçün lüləsini və qundağını özü kəsmişdir. Hadisədən istintaq orqanı tərəfindən onunda iştirakı ilə həmin silahın lüləsinin kəsilmiş hissəsi yaşadıqları evin həyətyanı sahəsindən qazılaraq götürülmüşdür. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Şabran RPŞ-nin Təşkilati inspektor qrupunun baş inspektoru vəzifəsində xidmət edir, polis polkovnik-leytenantıdır. xx xxxxxx 2020-ci il tarixdən məzuniyyətdə olduğu üçün Zeyvə kəndindəki bağ evinə köçmüşdür. xx xxxxx 2020-ci il tarixdə, saat 18 radələrində özünə məxsus qara rəngli, «Nissan» markalı avtomobillə Zeyvə kənd mərkəzindən yaşadığı evə doğru hərəkət edərkən əynində qara gödəkçəsi olan, ortaboy birinin əlində silahla ona doğru gəldiyini görmüşdür. Avtomobili saxlayaraq ondan əlindəki silahla hara getdiyini və onun kim olduğunu soruşuqda, o, “mən bu dəqiqə 2 nəfəri öldürüb gəlmişəm, sən kimsən mənə sual verirsən” cavabını vermişdir. Polis əməkdaşı olduğunu bildirərək, silahı dərhal ona verməyi tələb etmişdir. Lakin həmin şəxsin silahı vermədiyini görüb maşından yerə düşmüş və silahı dartıb zorla onun əlindən almışdır. Həmin vaxt sonradan adını öyrənib bildiyi Təqsirləndirilən şəxs büdrəyərək yerə yıxılmış, sonra isə ayağa qalxaraq üzü aşağı doğru qaçıb getmişdir. Onun içkili olduğu aydın hiss olunmuşdur. Təqsirləndirilən şəxs əlindən aldığı silah lüləsi və qundağı kəsilmiş, qoşa lüləli, 16 kalibrili ov tüfəngi olmuşdur. Tüfəngi açıb baxdıqda tüfəngin sağ gözündə istifadə edilməmiş, karteclə dolu bir ədəd patron olmuşdur. Təqsirləndirilən şəxs onunla rastlaşmazdan əvvəl həmkədlilləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmin ov tüfəngindən açdığı atəşlə öldürdüyünü sonaradan öyrənib bilmişdir. Hadisənin baş verdiyi meydançaya qalxaraq eşitdiyi hadisənin həqiqət olduğunu görmüşdür. Nahiddən götürdüyü tüfəngi və 1 ədəd dolu patronu hadisə yerinə gəlmiş Şabran RPŞ-nin rəisi Məhəmməd İbrahimova təhvil vermişdir (iş vərəqə: cild İ, səh. 182-184). İş üzrə tərtib olunan ittiham aktına məhkəməyə dəvət olunmalı şəxslərin siyahısına əlavə edilməmiş, lakin iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilməklə ifadələri ittiham aktına daxil edilmiş X5, azyaşlı X1 və X8 ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş və tədqiq olunan həmin şahid ifadələrinin işin halları ilə uyğunluğu müəyyən edilmişdir. Belə ki, şahid X10 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Şabran rayonu Zeyvə kəndində nəvəsi X11 ilə birlikdə yaşayır. Nəvəsi Dinarəni övladlığa götürmüş və ata adı olaraq Əzizağa yazdırmışdır. Kiçik qızı Dinarə 2008-ci ildə əri təfindən öldürüldüyündən onun adını nəvəsinə vermişdir. Belə ki, qızı Dinarə 2006-cı ildə Zeyvə kənd sakini Təqsirləndirilən şəxs ilə molla kəbini ilə ailə həyatı qurmuş, onların birgə nigahından 2007-ci ildə Dinarə adlı qız övladı olmuşdur. Nahid Rusiya Federasiyasında işləmiş, 2008-ci ildə Nahidin qardaşı Mitxun Nahidə zəng vuraraq guya Dinarənin onu həmkəndliləri Zərərçəkmiş şəxs2la aldatmasını bildirmişdir. Nahid də bunu eşidib Rusiya Federasiyasından Zeyvə kəndinə qayıtmış, 2008-ci ildə aprel ayının 14-də Dinarəni bıçaqla ürəyinə vuraraq onu öldürmüşdür. Bu əməlinə görə Nahid 11 il azadlıqdan mərhum edilmişdir. 2019-cu ilin yanvar ayının 30-da azad edilib kəndə qayıtdıqdan sonra babası Cəfərə məxsus evdə yaşamış, 2-3 dəfə gəlib qızı ilə görüşmüşdür. Doğulandan sonra Dinarə görmədiyi üçün onu tanımamış və ona soyuq münasibət göstərmişdir. Şahid Maya Hacaqayeva tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, xx xxxxx 2020-ci ildə, gecə saat 24 radələrində Nahid küçədən Dinarəni səsləyərək onu görmək istədiyini bildirmişdir. Çölə çıxaraq Nahiddən nə olduğunu soruşduqda, o, ağlayaraq bir də uşağının üzünü görə bilməyəcəyini demişdir. Dinarə həyətə düşərək yolda Nahidlə görüşmüş, Nahid də öz növbəsində Dinarəyə onu bir daha görə bilməyəcəyini bildirmiş və onu bağışlamağını xahiş edərək çıxıb getmişdir. Təxminən 30 dəqiqə sonra polis əməkdaşları gəlib Nahidi soruşduqda o, Nahidin gəlib ağlayaraq qızı Dinarə ilə görüşüb getdiyini polislərə bildirmişdir. Polislər Nahidin elə həmin gün saat 18 radələrində həmkəndliləri Məhəbət Məmmədovu və Zərərçəkmiş şəxs1 evlərinin yanında olan meydançada ov tüfəngindən atəş açaraq hər ikisini öldürdüyünü bildirmişlər. Təqsirləndirilən şəxs qızı ilə görüşə gəldiyi vaxtlarda Məhəbbəti öldürməsi barədə heç bir söz deməmişdir (iş vərəqə: cild İ, səh. 157-160). Azyaşlı şahid X7 isə tədqiq olunan ifadəsində, şahid X5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 180-181). Ən nəhayət, məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş X16 tədqiq olunan ifadəsində göstərmişdir ki, Zeyvə kəndində yerləşən tikinti materialları mağazasında gözətçi işləyir. xx xxxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində işlədiyi mağazada olarkən həmin kənddə yaşayan Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onda telefon olub-olmamasını soruşmuş, telefonu olduğunu bildirdikdə o, ona “zəng elə polis şöbəsinə, gəlib məni aparsınlar” demişdir. Bundan sonra o, istifadəsində olan ***-***-**-** mobil nömrədən DİN-nin 102 xidmətinin zəng mərkəzini yığaraq telefonu özünün danışması üçün Nahidə vermişdir. Nahid polislərlə danışarkən adam öldürdüyünü, təslim olmaq üçün onları Zeyvə kənd orta məkəbinin qarşısında gözlədiyini demişdir. Nahid danışdıqdan sonra telefonu ona qaytarıb məktəbə tərəf getmişdir. Təxminən 15 dəqiqə sonra poilislər zəng edib bu nömrədən kimin onlara zəng etdiyini, onun silahlı olubolmaması barədə soruşduqda o, telefonundan polisi yığan şəxsin Zeyvə kənd sakini Nahid olduğunu, onun əlində və üstündə heç bir silah müşahidə etmədiyini bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra polis maşınlarının məktəbə doğru getdiklərini görmüşdür. Həmin gün saat 20 radələrində Nahidin meydança deyilən ərazidə həmkəndliləri Məhəbbəti və İstəyi tüfənglə vuraraq öldürdüyünü eşitmişdir (iş vərəqə: cild İİ, səh. 83-86). Məhkəmə baxışı zamanı tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Zeyvə kəndində mərhum Zərərçəkmiş şəxs2 və onun anası Zərərçəkmiş şəxs1 yaşadıqları evdən 100 metr aralıda yerləşən kənd sakinlərinin əl oyunlarında meydança kimi istifadə etdikləri ərazidir. Tədqiq olunan protokoldan görünür ki, hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs2 əynində olan 1 ədəd vişnə (burada: albalı) rəngində, üzərində “BALR” sözləri yazılmış futbolka (idman köynəyi), 1 ədəd qırmızı rəngli uzunqol köynək, Zərərçəkmiş şəxs1 əynində olan 1 ədəd qəhvəyi rəngli qısaqol yun jaket, 1 ədəd açıq göy rəngli uzunqol xalat, 1 ədəd ağ rəngli qara xətli qısaqol köynək və Zərərçəkmiş şəxs2 məxsus uzunluğu 23 sm, dəstəyinin uzunluğu 12,5 sm, tiyəsinin uzunluğu 10,5 sm, tiyəsinin eni 2 sm, tiyənin uc hissədə eni 1,5 sm, dəstəyinin eni 2,6 sm olan açılıb bağlanan, dəstəyi qəhvəyi rəngli olan bir ədəd bıçaq götürülmüşdür. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, Şabran RPŞ-nin əməkdaşı Şahid4 tərəfindən aşkar edilmiş bir ədəd 16 kalibirli, qoşa lülə, qundaq №-si 94121-59, lülə №-si 94121, bala-qundaq №-si 35109 olan lüləsi kəsilmiş ov tüfəngi və 1 ədəd patron Şabran RPŞ-nin götürülmüşdür. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, təqsirləndirilən şəxsin yaşadığı evə və həyətyanı sahəyə baxış zamanı uzunluğu 40 sm, eni 4,5 sm qoşa lüləli ov tufənginin kəsilmiş lüləsi götrürülmüşdür (iş vərəqə: cild İ, səh. 4-14, 82-86). Məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 08M nömrəli rəyindən görünür ki, mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs2 meyitinin müayinəsi zamanı baş beyin toxumasının dağılması, kəllə qapağı və kəllə əsası sümüklərin açıq qəlpəli sınığı ilə müşayiət olunan deşib-keçən qarnın ön divarının qarın boşluğu orqanlarının zədələnməsi, kəskin daxili qanaxma ilə təzadlaşan kor odlu silah yaralanmasından ibarət olan bədən xəsarətləri aşkar olunmuşdur. Aşkar olunmuş xəsasarətlər patronun qırması və ya karteclə doldurulan hamar lüləli ov tüfəngindən dirənmiş və ya yaxın məsafədən (0-0,5-1 metr açılan atəşlər nəticəsində alınmışdır, həyatidir, sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə-tibbi ekdpertizasında aşkar olunmuş giriş yaraları başın alın-təpə nahiyəsində qarnın ön divarının sol yarısında lokaliza olunmuşdur. Baş nahiyəsində olan odlu silah yarasının istiqaməti barədə dəqiq fikir demək mümkün deyil, qarnın ön divarından kor odlu silah yaralanmasının istiqaməti öndən arxaya, soldan sağa doğru olmuşdur. Meyitin əynində olan paltarlardakı zədə yerləri mərhumun meyitində aşkar olunmuş xəsarətlərin lokalizasiyasına uyğun gəlir. Atəş açılandan sonra mərhumun ölümü dərhal və ya qısa müddət ərzində baş vermişdir, bu müddət ərzində mərhum hər hansı məqsədyönlü hərəkətlər etmək iqtidarında olmamışdır, praktik olaraq öz-özünə yetirilməsi mümkün deyil. Mərhumun ölümünə səbəb odlu silah yaralanması nəticəsində baş beyinin dağılması olmuşdur, ölümün təxmini vaxtı meyitin müayinəsindən təxminən 8- 16 saat qabaqkı müddətə uyğun gəlir (iş vərəqə: cild İ, səh. 145-149). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmətibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 09M nömrəli başqa bir rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meytinin müayinəsi zamanı baş beyin toxumasının dağılması, kəllə qapağı və kəllə əsası sümüklərin açıq qəlpəli sınığı ilə müşayiət olunan deşib-keçən döş qəfəsinin və sağ çiyin qurşağının ön səthinin ağ ciyərlərin, ürəyin zədələnməsi, sağ bazu sümüyünün və döş sümüyünün sınınğı ilə müşayiət olunan kəskin daxili qanaxma ilə təzadlaşan kor odlu və deşib keçən silah yaralanmalarından ibarət olan bədən xəsarətləri aşkar olunmuşdur. Aşkar olunmuş xəsasarətlər patronun qırma və ya karteclə doldurulan hamar lüləli ov tüfəngindən dirənmiş və ya yaxın məsafədə (0-0,5-1 metr və təxminən 2-5 metr) açılan atəşlər nəticəsində alınmışdır, həyatidir, sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Meyitin əynində olan paltarlardakı zədə yerləri mərhumun meyitində aşkar olunmuş xəsarətlərin lokalizasiyasına uyğun gəlir. Atəş açılandan sonra mərhumun ölümü dərhal və ya qısa müddət ərzində baş vermişdir, bu müddət ərzində mərhum hər hansı məqsədyönlü hərəkətlər etmək iqtidarında olmamışdır, praktik olaraq öz-özünə yetirilməsi mümkün deyil. Mərhumun ölümünə səbəb odlu silah yaralanması nəticəsində baş beyinin dağılması olmuşdur, ölümün təxmini vaxtı meyitin müayinəsindən təxminən 8-16 saat qabaqkı müddətə uyğun gəlir (iş vərəqə: cild İ, səh. 149-154). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 08M nömrəli rəyindən isə görünür ki, müayinə zamanı baxılan iş üzrə Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar olunmamışdır (iş vərəqə: cild İ, səh. 66-68). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan maddi sübutların tibbi bioloji tədqiqinə dair xx xxxx 2020-ci il tarixli, 330/2020-MTBŞ nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 AB0 sistemi üzrə qan qrupu AB/İV/-dir. Zərərçəkmiş şəxs1 qıznın AB) sistemi üzrə qan qrupu B/İİİ/-dir.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus uzunqol jaket və qısqol mayka üzərində insan qanı ləkləri aşkar edildi. Bu ləklərdə qanın qrup göstəriciis AB0 sistemi üzrə tədqiq olunduqda A, B və H antegenləri alındı. Bu qan ləkləri AB(H)/İV/ qruplu şəxsə, o cümlədən AB) sistemi üzrə Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus xalat, qısaqol kofta və qolsuz jilet üzərində insan qanı ləkləri aşkar edildi. Bu ləklərdə qanın qrup göstəricisi AB) sistemi üzrə tədqiq olunduqda B və H antigenləri alındı. Bu qan ləkləri B-alfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən AB) sistemi üzrə Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş qoşa lüllüəli tüfəng üzərində qana şübhəli ləkə aşkar olunmamışdır (iş vərəqə: cild İİ, səh. 5-19). Daha sonra məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan materialların məhkəmə ekspertizasının xx xxxx 2020-ci il tarixli, 204-MTKŞ/2020 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus paltarların (qısaqol mayka və uzunqol koftanın) ön səthində solda bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə odlu silah zədələnməsinin giriş dəliyidir, patronu qurğuşun tərkibi olan mərmilər (qırmalarla) doldurulmuş odlu silahdan, atəşin yaxın məsafədən, mərmilərin (qırmaların) kompakt (yığcam) təsir etdiyi məsafədən açılmış bir atəş nəticəsində əmələ gələ bilərdi, atəşin istiqməti isə öndən-arxaya doğru olmuşdur. Zərərçəkmiş şəxs2 məxsus paltarların (qısaqol mayka və uzunqol koftanın ön səthində solda aşkar edilmiş bir ədəd odlu silah zədələnməsinin giriş dəliyinin morfoloji əlamətlərinə və zədə nahiyəsindən rəngli əksalma üsulla alınmış kontaktoqrammasının nəticəsinə əsasən demək olar ki, bu zədənin ov tüfəngindən açılmış atəş nəticəsində törənməsini inkar etmək olmaz. Zərərçəkmiş şəxs1 məxsus paltarların (xalat, qısqol mayka, qolsuz jaket) ön səthində solda və sağda çoxlu sayda, xalatın və qısaqol maykanın arxa səthində sağda isə bir ədəd kiçik ölçülü dəlib keçən zədələr aşkar olundu. Paltarların ön səthində aşkar edilmiş zədələr odlu silah zədələnməsinin giriş dəlikləridirlər, arxa səthində sağda olan zədə isə çıxış dəliyidir. Bu zədələr patronu qurğuşun tərkibi olan mərmilərlə (qırmalarla) doldurulmuş odlu silahdan, atəşin uzağ məsafədən, mərmilərin (qırmaların) səpələnmə zonasından açılmış atəş nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs1 məxsus paltarların (xalat, qısaqol mayka, qolsuz jaket) aşkar edilmiş odlu silah zədələnmələrinin morfoloji əlamətlərinə və zədə nahiyələrində rəngli əksalma üsulla alınmış kontaktoqrammalarının nəticəsinə əsasən demək olar ki, bu zədlərin ov tüfəngindən, o cümlədən ekspertizaya təqdim edilmiş ov tüfəngindən açılmış atəş nəticəsində törənməsi inkar olunmur (iş vərəqə: cild İİ, səh. 5- 19). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə ballistik-trasolji ekspertizanın xx xxxx 2020-ci il tarixli, 3/620, 3/621, 3/622, 3/623 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluqların uzunluğu 70 mm olan, “TOZ-B” modelli, 94121 №-li, lüləaltı yatağı eyni modeldən olan, 35109 №-li silahın lüləaltı yatağında komplektləşlmiş xarici çaxmaqlı, qoşalüləli yivsiz odlu ov tüfəngidir, lakin sonradan konstruktiv dəyişikliyə məruz qalaraq lülələri və qundağı kustar üsulla kəsilib qısaldılaraq, ilkin təyinatı dəyişdirildiyindən tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, ondan tətiyini çəkmədən kənar fiziki təsir nəticəsində özü-özünə atəş açılmır. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, qoşalülə ov tüfənginin funksional əhəmiyyət daşıyan lüləsinin kəsilmiş ön hissəsidir. Xüsusi ədəbiyyatda göstərilən məlumatlara əsasən təqdim edilmiş təfəng kəsiyinin lüləsi və kəsilmiş lülə hissəsi konstrutiv olaraq eyni modelli silahın lüləsinə aiddir, lakin rəyin tədqiqi hissəsində göstərilən səbəblərə əsasən bu iki predmetin eyni bir tamın hissəsi olmasını müəyyən etmək mümkün deyildir. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş 05 (beş) ədəd giliz zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tuutlmuş, 16 kalibrli patronların atəşlə ayrılmış hissələridirgilizləridir. Həmin gilizlərdən 04 №-li bağlamada təqdim edilmiş “1” rəqəmi ilə işarələnmiş və 07 №-li bağlamada ətqdim edilmiş “3” və “5” rəqəmləri ilə işarələnmiş 03 ədəd giliz, təqdim edilmiş 16 kalibrli, “TOZ-B” modelli 94121 №-li lüləaltı yatağı eyni modeldən olan 35109 №-li silahın lüləaltı yatağından komplektləşdirilmiş tüfəng kəsiyinin sol lüləsindən, digər 04 №-li bağlamada təqdim edilmiş “2” rəqəmi ilə işarələnmiş və 07 №-li bağlamada təqdim edilmiş 4 rəqəmi ilə işarələnmiş 02 ədəd giliz isə sağ lüləsindən atılmışdır. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs1” məxsus olduğu qeyd edilən bir ədə jilet, bir ədəd xalat və bir ədəd qısaqol köynəyin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə əsasən, bir ədəd jilet, bir ədəd xalat, bir ədəd qısaqol köynəyin ön hissəsindəki zədələr giriş, bir ədəd xalat və bir ədəd qısaqol köynəyin arxa hissəindəki zədələr çıxış zədələri olmaqla, hamarlüləli odlu silahdan 5 sm-dən 2 metrə qədər məsafə daxilində aşılmış atəş(lər) nəticəsində, öndən arxaya doğru istiqamətdə, tərkibində qurğuşun metalı olan mərminin qırmaların təsirindən yetirilməyə xarakterikdir. Zədələrə əsasən, onların hansı kalibrli silahdan açılmış atəş nəticəsində yaranmasını və müvafiq elmi metodika olmadığından zədələrin yetirildiyi alətin formasını və təxmini uzunluğunu müəyyən etmək deyil. Həmin zədələr təqdim edilmiş silahdan açılan atəş nəticəsində mərminin, qırmaların təsirindən yarana bilər. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs2” məxsus olduğu qeyd edilən bir ədəd sviter və bir ədəd qısaqol köynəyin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tan yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə əsasən, onların üzərindəki zədələr giriş zədələri olmaqla, hamarlüləli odlu silahdan 5 sm-dən 1 metrə qədər məsafə daxilində açılmış atəş nəticəsində, öndən arxaya doğru istiqamətdə, təkibində qurğuşun olan metalı olan mərminin, qırmaların təsirindən yetrilməyə xarakterikdir. Zədələrə əsasən, onların hansı kalibrli silahdan açılmış atəş nəticəsində yaranmasını və müvafiq elmi metodika olmadığından zədələrin yetirildiyi alətin formasını və təxmini uzunluğunu müəyyən etmək mümükün deyil. Həmin zədələr təqdim edilmiş silahdan açılan atəş nəticəsində mərminin, qırmaların təsirindən yarana bilər. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs1” məxsus olduğu qeyd edilən jiletin sağ, qol altı hissəsində təsvir edilmiş zədə vardır. Həmin zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb sökülmə zədəsidir. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş “Zərərçəkmiş şəxs1” məxsus olduğu qeyd edilən digər geyim əşyaları və “Zərərçəkmiş şəxs2” məxsus olduğu qeyd edilən digər geyim əşyaları və “Zərərçəkmiş şəxs2” məxsus olduğu qeyd edilən digər geyim əşyalarına baxış keçirildi və onların üzərində hər hansı trasoloji zədələr aşkar edilmədi (iş vərəqə: cild İİ, səh. 65-76). İbtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən müvafiq qərarına əsasən baxış zamanı hadisə yerindən götürülmüş 5 ədəd giliz, mərhum zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və anası Zərərçəkmiş şəxs1 əynində olan paltarları, Zərərçəkmiş şəxs2 əynindəki şalvarın yan cibindən götürülən 1 ədəd açılıb-bağlanan bıçaq, eləcə də polis əməkdaşı Şahid4 tərəfindən Təqsirləndirilən şəxs götürmüş lüləsi və qundağı kəsilmiş qundaq №-si 94121-59, lülə №-si 94121, bala-qundaq №-si 35109 olan ov tüfəngi və 1 ədəd patron iş üzrə maddi sübut kimi tanınmışdır(iş vərəqə: cild İİ, səh. 77- 78). Məhkəmə istintiaqı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1672 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi ictima-təhlükəli əməli törədən zaman onda hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterinin və ictimai təhlükəlilik dərəcəsini dərk edib öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixasının pozulması halı qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixakasının pozulması halı qeyd olunmamış, həmin dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə zərurət yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs hövsələsizlik, çılğınlıq, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm və s kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, həyəcan yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri nəzərə alınaraqp, cinayət hadisəsinin baş verdiyi şaraiti (iş üçün əhməiyyətli halları) düzgün qavraya bilər (iş vərəqə: cild İİ, səh. 65-76). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 120.2.10-ci (Təkrar adam öldürmə), 221.3-cü (CM-nin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda), 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 229.1ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs yuxarıda göstərilən həmin maddələrlə təqsirliliyi məhkəmə baxışı nəticəsində öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 120.2.10, 221.3, 228.1 və 229.1-ci maddələri ilə tövsif olunmalı və o, cinayət qanununun həmin maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı ifadələrində göstərdiyi müdafiəxarakterli dəlilləri onun xüsusilə ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və təyin oluna biləcək sərt cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-indən götürülmüş demoqrafik məlumatlarla və işdə olan müvafiq məhkəmə hökmü ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxxx 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən cəzadan şərti olaraq iki ay on beş gün vaxtından əvvəl azad edilmişdir (İş vərəqə: cild İ, səh. 167-169, 186-187, 195-204). Cinayət hadisəsinin xx xxxxx 2020-ci il tarixdə baş verdiyindən və Təqsirləndirilən şəxs xx xxxxxxx 2008-ci il tarixli hökm üzrə cəza müddəti xx xxxxx 2019-cu ildə başa çatdığından onun məhkumluğu qanunla müəyyən olunan qaydada götürülməmiş və ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə əməli cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxxx 2008-ci il tarixli hökmünə əsasən məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi məhkum olunduğu vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunmuş və təqsirləndirilən Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə yaranan hüquqi nəticələrə görə məhkum olunmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs məhkum olunduğu vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında isə yeddi ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikasının Cinayət Məçcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxx 2014-cü il tarixli, 975-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunua əsasən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində dəyişiklik edilmiş, həmin dəyişikliyə əsasən qeyd olunan maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının hədləri doqquz ildən on dörd ilədək müəyyənləşdirilmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan əməl avtomatik olaraq xüsusilə ağır cinayətlər kateqoriyasına keçmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs baxılan iş üzrə törətdiyi Azərbaycan Respublikası CM-nin 120.2.10-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli isə həmin Məcəllənin 15.5-ci maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində cinayətlərin residivi məsələsinə dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi hazırda qüvvədə olan Cinayət Məcəlləsinə əsasən xüsusilə ağır cinayət hesab olunmasına baxmayaraq, onun törətmiş olduğu həmin əməl məhkum olunduğu vaxtda (xx xxxxxxx 2008-ci il) qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən ağır cinayət olaraq nəzərə alınmalı və yenidən xüsusilə ağır cinayət (Azərbaycan Respublikası CM-nin 120.2.10-ci maddəsi) törətmiş şəxs kimi əməli cinayətlərin xüsusilə təhlükəli residivi kimi qiymətləndirilməlidlir. Azərbaycan Respublikası CM-nin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Həmin Məcəllənin 18.3 və 18.3.3-cü maddələrinin tələbinə görə qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.10-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini odlu silahdan istifadə etməklə törətmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin xüsusilə təhlükəli residivini yaratması və onun məlum cinayəti odlu silahdan istifadə etməklə törətməsi Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61.1, 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi, 61.1, 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan istifadə etməklə törədilməsi cəzasını ağırlaşdıran hallar hesab olunur. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin olunması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunması, məhkumluğu ödənilmədən təkrar iki fakt şəxsiyyət əleyhinə xüsusilə ağır cinayətləri törətməsi, onun əməlinin cinayətlərin xüsusilə təhlükəli residivini yaratması və qeyd olunan sonuncu cinayəti odlu silahdan istifadə etməklə törətməsi nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 120.2.10-cu maddəsi ilə ömürlük azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 221.3, 228.1 və 229.1-ci maddələri ilə isə qeyd olunan maddələrin sanksiyası hədlərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 57.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. Məhkəmə baxışı zamanı təkzibedilməz və mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təkrar adam öldürmə kimi şəxsiyyət əleyhinə olan xüsusilə ağır cinayətləri törətmişdir. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs az ağır və xüsusilə ağır cinayətlər törətmişdir və ona görə də Azərbaycan Respublikası CM-nin 66-cı maddəsinin tələblərinə uyğun olaraq ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Şərh olunan qanunun bu müddəasından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiqi ilə bağlıdır. Lakin məhkəmə kollegiyasının gəldiyi nəticəyə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi xüsusilə ağır cinayətlərə görə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Ömürlük azadlıqdan məhrum etmə cəzası isə müddətlə bağlı deyildir və bu cəza növü barəsində həmin cəza təyin edilən şəxsin, Cinayət Məcəlləsinin 57.3 və 57.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olunmaqla, cəzaçəkməsinin əvvəlinin başladığı andan bioloji həyatının sona çatdığı, yəni öldüyü anadək qeyrimüəyyən müddətdə cəza çəkməli olmasını özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsi cinayətlərin deyil, hökmlərin məcmusu üzrə cəza təyinetmənin müddəalarını nizamlasa da, Cinayət Məcəllənin 67.6-cı maddəsinin mənasına görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsə başqa cinayət törətməyə görə təyin edilən cəza ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunmalıdır. Məhz bu nöqteyi-nəzərdən məhkəmə belə hesab edir ki, ömürlük azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəza sistemində tutduğu yerə görə ən ciddi cəza növü olması nəzərə alınmalı, təqsirləndirilən Təqsirləndirilən şəxs qəti cəza təyin edilməsi üçün əhatə etmə prinsipi tətbiq olunmaqla ona təyin edilən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilməli və qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin cəzaçəkmə yeri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək ömürlük azadlıqdan məhrum etmə cəzasını həbsxanada çəkməlidir. Çünki Azərbaycan Respublikası CM-nin 56.1.5-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını həbsxanada çəkməlidirlər. Məhkəmə işdə olan və Şabran rayon prokurorluğunda saxlanılan maddi sübutlarla bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayətin aləti hesab olunan bir ədəd 16 kalibirli, qoşa lülə, qundaq №-si 94121-59, lülə №-si 94121, bala-qundaq №-si 35109 olan lüləsi kəsilmiş ov tüfəngi, 5 ədəd boş giliz və bir ədəd patron, Təqsirləndirilən şəxs yaşayış yerinə və həyətyanı sahəsinə baxış zamanı aşkar edilib götürülmüş bir ədəd uzunluğu 40 sm, eni 4,5 sm olan qoşa lüləli ov tufənginin kəsilmiş lüləsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, bir ədəd futbolka (idman köynəyi), bir ədəd qırmızı rəngli uzunqol köynək, bir ədəd qəhvəyi rəngli qısaqol jaket, bir ədəd açıq göy rəngli uzunqol xalat, bir ədəd ağ rəngli qara xətli qısaqol köynək, zərərçəkmiş – mərhum Zərərçəkmiş şəxs2 üzərində aşkar edilib götürülmüş bir ədəd bıçaq təyinatını itirdiyindən məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 318 (üç yüz on səkkiz) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.10, 221.3, 228.1 və 229.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.10-cu maddəsi ilə ömürlük azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin olunan 4 (dörd) il müddətinə, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin olunan 2 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə təyin olunan 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.10-cu maddəsi ilə təyin olunan ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilsin və cəza çəkməsi üçün ona qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını həbsxanada çəksin. Cəzanın əvvəli tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Şabran rayon prokurorluğunda saxlanılan maddi sübutlarla bağlı məsələ hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: cinayətin aləti hesab olunan bir ədəd 16 kalibirli, qoşa lülə, qundaq №-si 94121-59, lülə №-si 94121, bala-qundaq №-si 35109 olan lüləsi kəsilmiş ov tüfəngi, 5 ədəd boş giliz və bir ədəd dolu patron, Təqsirləndirilən şəxs yaşayış yerinə və həyətyanı sahəsinə baxış zamanı aşkar edilib götürülmüş bir ədəd uzunluğu 40 sm, eni 4,5 sm olan qoşa lüləli ov tufənginin kəsilmiş lüləsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin; bir ədəd futbolka (idman köynəyi), bir ədəd qırmızı rəngli uzunqol köynək, bir ədəd qəhvəyi rəngli qısaqol jaket, bir ədəd açıq göy rəngli uzunqol xalat, bir ədəd ağ rəngli qara xətli qısaqol köynək, zərərçəkmiş – mərhum Zərərçəkmiş şəxs2 üzərində aşkar edilib götürülmüş bir ədəd bıçaq təyinatını itirdiyindən məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 318 (üç yüz on səkkiz) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar