Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-453/2022 21.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X13 və X8, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı3, ədliyyə müşaviri X15 və ədliyyə müşaviri Dövlət ittihamçısı5, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X1 və nümayəndəsi - fərdi fəaliyyət göstərən vəkil Nümayəndə, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs, müdafiəçi - "Arbitrium" Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində üç azyaşlı uşağı olan, İcbari Tibbi Sığorta üzrə X10 idarəetmə departamentinin Texniki şöbəsində sürücü işləmiş, orta təhsilli, məhkumluğu olmayan, Saatlı rayonu, Mircəlal kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “X24”, Yeni Yaşayış massivi, nömrəsiz evdə yaşamış, 03 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 126.1 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdə saat 11-12 radələrində arvadı Zərərçəkmiş şəxs1 və iki azyaşlı övladının evdə olmamasını bildikdən sonra qonşusu Şahid1 arvadı vasitəsilə sonuncunun yaşadığı evdə olduqlarını öyrənərək, Sevincgilin evə gəlmələrini bildirib, yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “X24” yaşayış massivində yerləşən nömrəsiz evinə gəlib arvadı və övladlarının yenə evdə olmamasını görüb qonşusu Şahid1 məxsus evə tərəf piyada gedərkən sonuncunun və başqa qonşusu Zərərçəkmiş şəxs2 birlikdə küçədə olduqlarını görüb onlara yaxınlaşaraq, Şahid1 arvadı Sevinci və övladlarını çağırmasını bildirdikdən sonra Şahid1 ona Sevinc və uşaqların Röyalgildə olmasını deməsinə görə, Röyala onun ailəsini çağırmasını bildirdikdə, sonuncu ilə aralarında yaranmış sözlü mübahisə zamanı həmin mübahisəyə Şahid1 da qoşulduğunu görüb evinə qayıdaraq, Röyal və Ramillə aralarındakı mübahisəni aydınlaşdırmaq və arvadı Sevincin ona qarşı illər boyu etdiyi saymazyana hərəkətlərinə və ailə başçısı kimi nüfuzuna xələl gətirən davranışlarına dözməyərək ailə münaqişəsi zəminində, sonuncunu qəsdən öldürmək məqsədilə evdən bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını götürərək, həyətdən küçəyə çıxdığı vaxtda öz həyət darvazalarının yaxınlığında küçədə Röyal və Ramillə qarşılaşanda onunla mübahisə etdiklərinə görə intiqam almaq üçün Şahid1 bir dəfə sifət nahiyəsindən yumruqla vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid üst dodağın kəsilmiş yarası xəsarəti yetirib qəsdən sağlamlığına yüngül zərər vurmuş, daha sonra Zərərçəkmiş şəxs2 bir dəfə bıçaqla vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid sol tərəfli pnevmohemotoraks və ağciyərin yuxarı payının yaralanması ilə müşaiyət olunan döş qəfəsinin sol yarısının sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti yetirib qəsdən sağlamlığına ağır dərəcəli zərər vurmuş, bundan sonra Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinə gedərək Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq, yəni mənzil toxunulmazlığını pozaraq, evin içərisində girişdən soldakı boş otaqda Zərərçəkmiş şəxs1 tək yaxalayıb, sonuncuya istər birlikdə, istərsə də ayrıayrılıqda canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik sağ ayağın üst səthinin (1 ədəd), sol ayağın üst səthinin (1 ədəd) sıyrıqları (cəmi 2 ədəd) xəsarətləri; ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə; ayrı-ayrılıqda isə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurma əlamətlərinə malik sol bazunun aşağı üçdə birinin bayır səthinin (1 ədəd), sağ bazunun orta üçdə birinin arxa səthinin (1 ədəd), sol dirsək nahiyəsinin (1 ədəd), sol saidin yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), döş qəfəsinin yan səthinin sağ yarısının aşağı üçdə birinin (1 ədəd), sağ kürəkaltı nahiyənin (1 ədəd) daxilə döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları (cəmi 6 ədəd); alt çənə nahiyəsinin (2 ədəd), sol saidin yuxarı üçdə birinin ön səthinin (1 ədəd), sol saidin orta üçdə birinin bayır səthinin (1 ədəd), sol əlin arxa səthində - baş barmaq əsasının (1 ədəd), döş qəfəsinin aşağı üçdə birinin ön səthinin (3 ədəd) kəsilmiş yaraları (cəmi 8 ədəd) xəsarətləri; həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanm əlamətlərinə malik boyunun sağ yan səthinin aşağı üçdə birinin əzələ toxumalarının, arteriya və venalarının, sol körpücükaltı nahiyənin, döş qəfəsinin arxa səthinin sağ yarısının aşağı üçdə birinin, döş qəfəsinin ön səthinin sol yarısının, döş qəfəsinin yan səthinin sağ yarısının orta üçdə birinin döş boşluğuna və qarının sol divarının qarın boşluğuna nüfuz edən hər iki ağciyərin, ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin, nazik bağırsağın və bağırsaq müsariqəsinin arteriya və venalarının zədələnmələri, kəskin qanitirmə ilə müşaiyət olunan 7 ədəd deşilmiş-kəsilmiş yaraları xəsarətləri yetirib sonuncunu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun qeyri-rəsmi münasibətdə birlikdə yaşadığı arvadı olmuşdur. Sevinclə o, hadisə baş verməmişdən təxminən 6 il qabaq ailə qurmuş, rəsmi nikahları olmamış, birgə nikahlarından iki azyaşı övladları vardır. Sevincdən qabaq da onun başqa qadınla nikahı olmuş, lakin həmin arvadından ayrılmışdır. İlk əvvəllər Sevinclə münasibətləri normal olmuş, qısa müddət sonra münasibətlərində soyuqluq yaranmışdır. Buna səbəb Sevincin ev işlərinə məsuliyyətsiz yanaşması, uşaqlara baxmaması və tez-tez evdən çıxıb getmələri olmuşdur. Bu müddət ərzində Sevinc bir neçə dəfə evi özbaşına tərk edərək çıxıb getmiş, bu barədə Sevincin atasına və anasına xəbər versə də, onlar da Sevincin harada olmasından xəbərsiz olduqlarını bildirmişlər. Sevincin bu hərəkətləri artıq onda əsəb xəstəliyi yaratmışdır. Sonradan Sevincin qadın hüquq və azadlıqları uğrunda mübarizə aparan feminist hərəkatın nümayəndələri ilə əlaqə saxladığını, həmin insanların köməkliyi və vasitəsi ilə evdən qaçdığını, hətta Sevincin xalası qızının da onun feminist xanımlarla əlaqə saxlamasında vasitəçilik etdiyini bilmişdir. Feminist hərəkatın nümayəndələri məlum hadisədən əvvəl bir neçə dəfə qanunsuz olaraq gecə saatlarında onun evinə gələrək özlərini polis əməkdaşları kimi təqdim etmiş, övladlarını sığınacağa yerləşdirmək adı ilə alıb aparmaq istəmişlər. Həmin şəxslər onun həyətində olduğu zaman o, zəng vurub bu haqda qardaşı Kərəmə də məlumat vermişdir. Kərəm də ona bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verməsini bildirmişdir. Həmin vaxt evinə qanunsuz olaraq gələn şəxslərlə söhbətini mobil telefon vasitəsilə videogörüntüyə də almış və həmin videogörüntüləri qardaşı Kərəmə də göndərmişdir. Məlum hadisədən sonra o, əsəbləşərək mobil telefonunu sındırdığına görə həmin görüntüləri istintaqa təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, 19 mart 2021-ci il tarixdə Novruz bayramı üçün Sevinclə bayram bazarlığı etmiş, səhəri gün qonşuya olan borcunu qaytarmaq üçün Sevincə 19 manat pul vermişdir. Sevinc həyətdən çıxaraq qonşuya getmiş, lakin xeyli vaxt keçməsinə baxmayaraq geri qayıtmamışdır. O, küçəyə çıxıb Sevinci axtarmağa başlamış, bu zaman qonşuluqda yaşayan bir qadın Sevincin qaçaraq harasa getdiyini bildirmişdir. Az keçmiş tanımadığı nömrədən ona zəng gəlmiş, danışıq zamanı zəng vuran şəxsin qonşuluqda yaşayan Teymur olduğunu bilmişdir. Teymurun qardaşı Seymuru onlara maşını ilə mişar daşları gətirdiyinə görə əvvəldən hər iki qardaşı tanımışdır. Telefon danışığı zamanı Teymur arvadı Sevincin onlarda olduğunu bildirmişdir. O da, dərhal Teymurgilə gəlmişdir. Orada bilmişdir ki, arvadı Sevinc evdən qaçaraq onlara gəlmiş, söhbət zamanı Teymurun ailəsinə guya onun mütəmadi olaraq Sevinci döydüyünü və bu səbəbdən evdən qaçdığını bildirmişdir. Sevincin yalandan onun haqqında belə şeylər danışması və evdən qaçması artıq onun səbrini tükəndirmişdir. Həmin gün Sevinci oradan götürüb birbaşa evlərinə gəlmiş, əlinə keçən odun parçası ilə Sevinci döymüşdür. Bu zaman onun məqsədi Sevinci mütəmadi evdən qaçdığı üçün onu cəzalandırmaq olmuşdur. Həmin hadisədən iki gün sonra Sevinc öz xalası qızı və feminist hərəkatından olan tanışlarının məsləhəti ilə döyülməsi ilə bağlı Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bununla bağlı cinayət işi qaldırılaraq araşdırma aparılmış, Xəzər rayon Məhkəməsi tərəfindən 2021-ci ilin iyun ayında ona 1 il azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Lakin buna baxmayaraq o, Sevincdən ayrılmamış, yenə də bir yerdə yaşamağa davam etmişlər. İyul ayının əvvəllərində Sevinc yenidən evdən qaçmışdır. O, artıq dözməyərək övladlarını qaynatasıgilə aparmış, həmin vaxt valideynləri Sevincin onlara gəlmədiyini söyləmişdir. O, uşaqları qaynatasıgilə qoyub evə qayıtmışdır. Az sonra Sevinc “Whatsapp” sosial şəbəkəsindən ona övladlarının şəklini ataraq etdiyi əməldən peşman olduğunu, bir də belə hərəkət etməyəcəyini bildirmişdir. 03 avqust 2021-ci il tarixdə səhər o, işə getmiş, həmişə olduğu kimi küçə darvazasını çöl tərəfdən bağlamışdır. İşə çatdıqdan sonra Sevincdən bir xəbər çıxmadığını görüb mütəmadi Sevincin mobil nömrəsinə zəng vursa da, zənglərə cavab verən olmamışdır. Buna görə də işdən çıxıb birbaşa maşını yaşadığı evə sürmüş, küçə darvazasını açarla açıb həyətə daxil olmuşdur. Evin giriş qapısının bağlı olduğunu görmüş, özündəki açarla evin giriş qapısını açıb içəri daxil olduqda evdəki əşyaların dağınıq olduğunu, Sevincin və övladlarının isə evdə olmadıqlarını görmüşdür. Əsəbi halda bayıra çıxmış, evin giriş qapısını və darvazanı açarla bağlayaraq küçəyə çıxıb qonşu Əligilə gəlmiş, Sevincin onlara gəlib-gəlmədiyini soruşmuşdur. Əli Sevincin onlara gəlmədiyini bildirmiş, o, maşına əyləşmişdir. Yolda olduğu vaxt tanımadığı nömrədən zəng gəlmiş, zəng vuran tanımadığı xanım ona qonşu Ramilin həyat yoldaşı olduğunu bildirərək, Sevincin mobil telefonunun sındığını və Sevincin hasarın üstünə çıxaraq onu səsləyib, telefonunun sınması barədə ona məlumat verməyini xahiş etmişdir. Daha sonra həmin xanım telefonu Sevincə vermiş və o, Sevincə ilk olaraq evə gəldiyini və onu evdə tapmadığını bildirməmişdir. Sadəcə olaraq Sevincə bildirmişdir ki, “çaydanı qazın üstünə qoy, evə gəlirəm, çay içib çıxacam”. Təxminən 20-25 dəqiqə sonra evə çatmışdır. Küçə darvazasını açıb həyətə daxil olmuş, evə doğru addımlayıb evin giriş qapısının yanına gəlmişdir. Bu zaman yenidən evin giriş qapısının bağlı olduğunu görmüşdür. Yenidən qayıdıb küçə darvazasından küçəyə çıxmış və darvazanı açarla bağlayaraq qonşu Ramilgilin evinə tərəf getməyə başlamışdır. Ramilgilin həyət qapılarını açmaq istəyəndə digər qonşu Röyalgilin həyətindən küçəyə Ramil və Röyal çıxmışdır. O, Ramildən Sevincin və övladlarının onlarda olub-olmamasını soruşmuş, Ramil Sevincin və övladlarının Röyalgildə olduğunu bildirəndə, o, Röyala Sevinci və övladlarını çölə çağırmasını bildirmişdir. Əslində bu zaman məqsədi Sevinci və övladlarını evə gətirərək sonradan onları aparıb qaynatasıgilə qoymaq olmuşdur. Çünki artıq Sevincin bu hərəkətlərinə dözə bilməmişdir. Onun Röyala dediyi sözdən sonra Röyal onun üstünə gələrək onun ailə məsələlərinə sözlə müdaxilə etməyə başlamış və aralarında mübahisə yaranmışdır. Artıq əsəblərini cilovlaya bilməmiş, evə qayıdaraq bıçaq götürmüş və yenidən küçəyə çıxmışdır. Bu zaman düşünmüşdür ki, onsuz da onun işi məhkəmədədir, Ramillə Röyalı vursa tutulacaqdır. Ona görə də, qərara gəlmişdir ki, Röyal və Ramillə mübahisəni yekunlaşdırıb gedib Sevinci öldürsün. Bu fikirlə küçəyə çıxmışdır. Röyal və Ramilin onun gedib Sevinci öldürməsinə mane olacaqlarını düşünmüşdür. Küçəyə çıxanda ilk olaraq Ramillə üzbəüz gələrək onu yumruqla vurmuşdur. Ramil yıxılanda onun ağzından qan gəldiyini görmüş, ona əlavə xəsarət yetirməmişdir. Bu zaman Röyal üstünə gəlmiş, bıçağı əlindən almaq istəmişdir. O da, mübahisənin təsiri ilə əsəbi olduğundan, Röyalı özündən aralaşdırmaq üçün əlindəki bıçağı sağa-sola hərləməyə başlamışdır. Həmin vaxt bıçağın Röyala dəyməsini onun bədənindən qan axdığını görəndə bilmişdir. Niyyətini sona çatdırmaq, yəni Sevinci öldürmək üçün Röyalgilin evlərinə doğru getmişdir. Röyalgilin küçə qapısını açıb həyətə daxil olmuş və gəlib evə girmişdir. Bu zaman birinci mərtəbədə olan qadınlar və uşaqlar, o cümlədən özünün iki azyaşlı övladı həyətə çıxmışlar. Sevinc isə evin girişindən sağda olan otağa girmişdir. Həmin vaxt həyətə qaçan qadın və uşaqlara həyəcanlı olduğundan fikir verməmişdir. Sevincin arxasınca həmin otağa girərək onu nəyə görə biabır etdiyini soruşarkən, Sevinc ondan zəhləsi getdiyini, onu görmək istəmədiyini, bundan sonra özü bildiyi kimi sərbəst yaşayacağını, hara gedib-gəlməsinin ona aidiyyəti olmadığını, onu ər kimi saymadığını bildirmişdir. Həmin an Sevinc ona tərəf gələrək, «kişisənsə vur öldür, mənim də canım qurtarsın, sənin də. Öldürməyə kişiliyin çatmırsa, rədd ol get, bir də mənim qarşıma çıxma, qoy öz sərbəst həyatımı yaşayım!» demişdir. Həmin an beynində hər şey bir-birinə qarışmış və özünü saxlaya bilməyib, özünün Sevincin dediklərinə layiq olmadığını bildirərək ona ardıcıl olaraq bıçaqla zərbələr endirməyə başlamışdır. Sevincə bıçaqla zərbələr vuranda, sonuncu ona «şərəfsiz, alçaq, əclaf” deyərək daha da əsəbləşdirdiyi üçün o, Sevincin bu sözlərindən qəzəblənərək, onun səsinin tez kəsilməsi və ölməsi üçün bədəninin müxtəlif hissələrindən bıçaqla zərbələr vurmuşdur. Həmin vaxt Sevincə neçə zərbə vurduğunu xatırlamır, yadında qalan odur ki, son zərbəni onun boğazına doğru endirmişdir. Sevincin təxmini olaraq öldüyünü bilib yaşadığı evə qayıtmış, qardaşı Kərəmə zəng vurub Sevinci öldürdüyünü bildirmişdir. Daha sonra DİN-in “102” xidmətinə zəng vuraraq törətdiyi cinayət barədə məlumat vermiş və yaşadığı ünvanı bildirmiş, iş yoldaşı Anara zəng vurub gəlib şirkətin maşınını aparmasını demişdir. Yaşadığı evdə əynini dəyişmiş, küçəyə çıxmış, övladlarını qonşu Əlinin yanında görüb onlarla sağollaşmışdır. Az sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmiş, o, könüllü olaraq polisə təslim olmuş və onu Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə gətirmişlər. Sualları cavablandıran Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, məlum hadisədən az əvvəl Röyal və Ramil onun ailə məsələlərinə müdaxilə etdiyinə və aralarında mübahisə yarandığına görə Ramili yumruqla, Röyalı isə bıçaqla vuraraq xəsarət yetirmişdir. Amma onların heç birini öldürmək məqsədi olmamışdır. Həmin vaxt o, evə girəndə otaqdakıların hamısı qaçaraq həyətə çıxmışdır. Otaqda isə yalnız həmin vaxt onunla Sevinc olmuşdur. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 10 il əvvəl bir qonşu kimi tanımış, Füzuli ilə aralarında düşmənçilik və ədavət olmamışdır. Füzuli mərhum Zərərçəkmiş şəxs1 ilə təxminən 6-7 il bundan əvvəl ailə qurmuş, birgə nikahlarından 2 övladı olmuşdur. Füzuligilin ailədaxili münasibətləri barəsində tam məlumatı olmasa da, mərhum Sevincin tez-tez evdən qaçması və Füzulinin onu axtarıb taparaq evə qaytarması barədə barədə söz-söhbətlər eşitmişdir. Lakin heç vaxt o, Füzulinin ailə söhbətlərinə müdaxilə etməmiş və bu barədə ondan heç nə soruşmamışdır. Hadisə günü o, işə getməmiş, evdə olmuşdur. Həyətdə olduğu zaman qonşu Füzulinin arvadı Sevincin və 2 övladının həyətə girdiyinin şahidi olmuşdur. Onları arvadı Şəhla qarşılamış, Sevincin üzündən həyəcanlı olması və qorxduğu hiss olunmuşdur. Sevincdən heç nə soruşmamış, küçəyə çıxmışdır. Qapılarının yanında beton səki üzərində oturmuş, bu vaxt qonşuluqda yaşayan Ramil küçəyə çıxmış və ona yaxınlaşaraq salamlaşmışdır. Ramilin arvadı Şəbnəm onun arvadı Şəhla ilə qonşu kimi mehriban münasibətləri olduğuna görə həmin vaxt Ramilin arvadı da onlarda olmuşdur. Bu zaman o, Ramilə qonşu Füzulinin arvadı Sevincin övladlarını götürərək onlara gəldiyini və hal-hazırda onlarda olduğunu bildirmişdir. Daha sonra Ramil telefonunu arvadına vermişdir. Ramilin arvadı Şəbnəm Füzuliyə zəng vurub Sevincin telefonunu sındırdığını və əgər ona zəng çatmasa, narahat olmamasını bildirmişdir. Şəbnəm Füzuliyə baş verənləri dedikdən sonra telefonu Sevincə vermiş, Sevinc də Füzuli ilə danışdıqdan sonra Şəbnəm telefonu Ramilə qaytarmışdır. Həmin vaxt Sevincin telefonda əri Füzuli ilə nə danışdıqları barədə onun məlumatı olmamışdır. Telefon danışığı qurtarandan sonra o, Ramillə küçədə dayanıb söhbət etmişlər. Təxminən 5 dəqiqə sonra Füzulinin Ramilgilin darvazasının yanında olduğunu görmüş, Füzuli onların darvazasını açmaq istəyərkən Ramil Füzulini səsləyərək evdə heç kimin olmadığını bildirmişdir. Füzuli onların yanına yaxınlaşıb salam vermədən Ramildən arvadı Sevincin və övladlarının onların evində olub-olmamasını soruşmuşdur. Ramil Füzuliyə arvadı Sevincin və övladlarının onların evində olduğunu bildirəndə, Füzuli sakit şəkildə ona Sevinci və övladlarını çölə çağırmasını demişdir. Bu zaman onlar söhbəti sakit yoluna qoymaq üçün Füzuliyə “keçək Ramilgilin həyətinə, bir stəkan çay içək, söhbət eliyək, sonra Sevinc və övladlarını apararsan” deyəndə, Füzuli onun evinə doğru getməyə başlamışdır. Bu zaman o, Füzuliyə “evdə arvad-uşaq var, etdiyin bu hərəkət yaxşı hərəkət deyil” deyə iradını bildirmiş, Füzuli də ona tərs-tərs baxaraq “dayanın, indi qayıdıram” deyərək öz evinə doğru geri qayıtmışdır. O da, Ramillə birlikdə Füzulinin arxasınca sakit şəkildə onun evinə doğru getmişlər. Əslində məqsədləri Füzuli yenidən küçəyə çıxarsa, onu sakitləşdirmək olmuşdur. Təxminən 5 dəqiqə sonra Füzuli yaşadığı həyətdən küçəyə çıxaraq küçə darvazasını bağlayan zaman Ramil irəli gələrək onun qolundan yapışaraq sakitləşdirməyə çalışmışdır. Bu zaman o, kömək etmək üçün Ramilin yanına çatanda Füzuli Ramilin əlindən çıxaraq ona bıçaqla sol tərəfdən bir zərbə vurmuşdur. Füzuli onu vurduqdan sonra o, kənara çəkilərək telefon xətləri dirəyinə söykənmişdir. Bu zaman Ramil yenidən Füzulinin üzərinə gedərək onu sakitləşdirmək istəmiş, bu zaman Ramilin ağız nahiyəsindən güclü zərbə dəymiş və Ramil zərbənin təsirindən özünü itirib yıxılmışdır. O, bu zaman yerdən bir daş götürüb Füzuliyə doğru atmışdır. Bu zaman Füzuli tez-tələsik öz həyətlərinə girdiyindən daşın ona dəyib-dəyməməsindən xəbəri olmamışdır. Onun daha sonra başı özünə qarışmış, çünki vəziyyəti yaxşı olmamışdır. Həmin andan sonra Füzulinin konkret olaraq hara getdiyini görməmişdir. Öz evinə doğru getmək istəmiş, lakin bir neçə addım ataraq yıxılmışdır. Ondan sonra baş verənlər yadında qalmamışdır. Ramilin atası İnqilab onu və Ramili Sabunçu 3 saylı Şəhər kliniki xəstəxanasına gətirmişdir. O, əməliyyat olunmuş və xəstəxanada müalicə almışdır. Həmçinin Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 01 fevral 2022-ci il tarixli yazılı ərizəsində Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona ağır cəza təyin olunmasını və ona vurulmuş 5.800 (beş min səkkiz yüz) manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun qızı olmuş, hadisədən bir neçə il qabaq qeyri-rəsmi olaraq Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan onların iki azyaşlı övladları vardır. Sevinc Füzuli ilə ailə qurduqdan 3 ay sonra onların arasında mübahisə və münaqişələr başlanmışdır. Həmin vaxtdan Füzuli qızı Sevinci mütəmadi olaraq döymüş, bunun da nəticəsində Sevinc hər 3-4 aydan bir ər evini tərk edərək gəlib onlarda qalmışdır. Lakin qısa müddət sonra Sevinc Füzuli ilə barışmış, ər evinə qayıtmışdır. Sonuncu dəfə 2021-ci ilin mart ayında Novruz bayramı ərəfəsində Füzuli Sevinci səbəbsiz olaraq möhkəm döymüş, həmin vaxt Sevinc hüquqmühafizə orqanlarına müraciət etmişdir. 2021-ci ilin may ayında keçirilmiş məhkəmədə Füzuliyə 1 il azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. O, özü hər dəfə Füzulidən nə səbəbə Sevincin döyməsini soruşduqda, Füzuli müxtəlif bəhanələr gətirmişdir. Hadisə baş verən gün o, oğlu Əhmədnuru ilə birlikdə Şəki şəhərində olmuşdur. Təxminən saat 10 radələrində onun telefonuna tanımadığı nömrədən zəng gəlmiş, özünü ev sahibi kimi təqdim edən şəxs Füzulinin onun evində Sevinci bıçaqla vurub öldürdüyünü, onun kürəkənini də bıçaqla yaraladığını bildirmişdir. O, dərhal taksi ilə Şəkidən Bakı şəhərinə gəlmiş, həmin vaxt artıq Sevincin meyiti yaşadıqları Sahil qəsəbəsinə aparılmışdır. O, birbaşa yaşadığı qəsəbəyə gəlmiş, daha sonra mərhum qızı Sevinci elə Sahil qəsəbəsindəki qəbiristanlıqda dəfn etmişlər. Hadisə günü o, rayonda olduğundan qızı Sevincin ailəsində baş verən söhbətlər, eləcə də Sevincin nə səbəbdən uşaqlarını da götürüb qonşunun evinə getməsi, kürəkəni Füzulinin nə səbəbdən belə bir cinayət hadisəsi törətməsi barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 amansızlıqla öldürdüyünə görə təqsirləndirilən şəxslə barışmadığını, onun qanun qarşısında cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 10 il əvvəl bir qonşu kimi tanımış, aralarında düşmənçilik və ədavət olmamışdır. Qonşu kimi bilmişdir ki, Füzuli mərhum Zərərçəkmiş şəxs1 ilə təxminən 6-7 il əvvəl ailə qurmuş, birgə nikahdan 2 övladı olmuşdur. Füzuligilin ailə münasibətləri barədə tam məlumatı olmasa da, mərhum Sevincin tez-tez evdən qaçdığını və Füzulinin onu axtarıb taparaq evə qaytardığını bilmişdir. Bir neçə dəfə Füzuligildən dava-dalaş səsləri eşitmiş və səs-küydən Füzulinin arvadı Sevinci döydüyünü bilmişdir. Hadisə baş verən gün o, işə getməmiş, evdə olmuşdur. Saat 9 radələrində o, küçəyə çıxmış, qonşuluqda yaşayan Röyalın beton səki üzərində oturduğunu görmüşdür. Röyala yaxınlaşaraq salamlaşmış, Röyalın arvadı Şəhla onun arvadı Şəbnəmlə qonşu kimi mehriban münasibətləri olduğuna görə həmin vaxt onun arvadı da Röyalgildə olmuşdur. Bu zaman Röyal ona bildirmişdir ki, qonşu Füzulinin arvadı Sevinc övladlarını götürərək onların evinə gəlmiş və halhazırda onların evindədir. Sevinc onlara gələn zaman bildirmişdir ki, telefonunu sındırıb və əri Füzulinin zənglərinə cavab verə bilmir, Füzuli də bunu bilsə, əsəbləşəcəkdir. O, bunu eşidəndə arvadı Şəbnəmi Röyalgilin evindən küçəyə çağırmış və ona bildirmişdir ki, əgər Sevinc razılıq verirsə, o, zəng vurub məsələni Füzuliyə başa salsın və telefonun sındığını xəbər versin. Lakin bu zaman Sevinc bildirmişdir ki, əgər kişi xeylağı Füzuliyə zəng vursa, o, bundan bərk əsəbiləşəcək və gəlib onu yenə döyəcəkdir. Buna görə Füzuliyə o, yox, arvadı Şəbnəm zəng vurmuşdur. Şəbnəm Füzuliyə baş verənləri Sevincin dediyi kimi bildirmiş və daha sonra telefonu Sevincə vermiş, sonuncu da eyni söhbəti ərinə danışmışdır. Sonra o, Röyalla küçədə dayanıb söhbət etmişlər. Təxminən 10 dəqiqə sonra Füzulinin onların darvazasının yanında olduğunu görmüş, Füzuli onların darvazasını açmaq istəyərkən o, evdə heç kim olmadığını bildirmişdir. Füzuli onların yanına yaxınlaşıb salam vermədən birbaşa ondan arvadı Sevincin və övladlarının onların evində olubolmamasını soruşmuşdur. O, dərhal başa düşmüşdür ki, bayaq onun arvadının Füzuliyə zəng vurmasından Füzuli fikirləşmişdir ki, arvadı Sevinc və övladları onların evindədir. O, Füzuliyə arvadı Sevincin və övladlarının Röyalın evində olduğunu bildirəndə, Füzuli sakit şəkildə Röyala Sevinc və övladlarını çölə çağırmasını demişdir. Bu zaman o, söhbəti sakit şəkildə yoluna qoymaq üçün Füzuliyə “keçək bizim həyətə, bir stəkan çay içək, söhbət eliyək, sonra Sevinci və övladlarını apararsan” deyəndə, Füzuli Röyalın evinə doğru getməyə başlamışdır. Bu zaman Röyal Füzuliyə “evdə arvad-uşaq var, etdiyin bu hərəkət yaxşı hərəkət deyil” deyə iradını bildirmiş, Füzuli də Röyala tərs-tərs baxaraq “dayanın, indi qayıdıram” deyərək öz evinə doğru geri qayıtmışdır. O da, Röyalla birlikdə Füzulinin arxasınca sakit şəkildə onun evinə doğru getmişlər. Əslində məqsədləri Füzuli yenidən küçəyə çıxarsa, onu sakitləşdirmək olmuşdur. Təxminən 5 dəqiqə sonra Füzuli yaşadığı həyətdən küçəyə çıxaraq küçə darvazasını bağlayan zaman onun qolundan yapışaraq sakitləşdirməyə çalışmışdır. Bu zaman Röyal kömək etmək üçün onun yanına çatanda Füzuli onun əlindən çıxaraq Röyala bıçaqla zərbə endirmişdir. Füzuli Röyalı vurduqdan sonra Röyal bir az kənara çəkilərək telefon xətləri dirəyinə söykənmişdir. Bu zaman o, yenidən Füzulinin üzərinə gedərək bıçağı onun əlindən alıb kənara atmaq istəmişdir. Lakin bu zaman onun ağız nahiyəsindən güclü zərbə dəymiş və o, zərbənin təsirindən özünü itirmişdir. Bir az kənara çəkilmiş və ağzından qan gəldiyini görmüşdür. Röyal bu zaman yerdən bir daş götürüb Füzuliyə doğru atmışdır. Onun daha sonra başı özünə qarışmış, ağzından gələn qan dayanmamışdır. Həmin andan sonra Füzulinin konkret olaraq hara getdiyini görməmişdir. Bu zaman Füzuligillə və onlarla qonşuluqda yaşayan Bahar öz həyətlərindən çıxaraq onları görmüş və başındakı şalı açaraq onun ağzına doğru basmışdır ki, qanın axmasının qarşısını alsın. Həmin vaxt o, Röyalı yerdə uzanmış vəziyyətdə, yüksək səslə kəlmeyi-şəhadət deməsini görmüşdür. Dərhal o, təcili tibbi yardıma zəng vurub baş verən hadisə barədə bildirmiş və ünvanı demişdir. Həyəcanlı halda Röyala yaxınlaşmış, o, Bahar və Baharın əri Əli köməkləşib onun yarasının üstünə basdığı şalı Röyalın bədənində olan yaranın üstünə basmışlar ki, qan çox axmasın. O, həyəcanlı halda yaxınlıqda yaşayan atasıgilə qaçmışdır. Məqsədi atasının avtomaşını ilə Röyalı tez xəstəxanaya çatdırmaq olmuşdur. Çünki təcili tibbi yardımın gəlməsi gecikmişdir. Atasıgilə çatmış, atasının həyətdə olduğunu görüb baş verənləri ona danışmışdır. Atası özünə məxsus avtomaşınla Röyalın yerdə uzandığı yerə gəlmiş və köməkləşib Röyalı avtomaşına qoymuşlar. Bu zaman Röyalgilin evi tərəfdən Füzulinin telefonla danışa-danışa öz evlərinə doğru gəlməsinin şahidi olmuşdur. Həmin vaxt Füzulinin əynindəki köynəyinin qan içində olduğunu görmüşdür. Lakin həmin vaxt Füzulinin əlində bıçaq görməmişdir. Atası avtomaşını ilə Röyalı və onu Sabunçu 3 saylı Şəhər kliniki xəstəxanasına gətirmişdir. Məhkəmə iclasında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun həyat yoldaşıdır. Füzuli və mərhum arvadı Sevinc onların yaxın qonşuları olmuşlar. Füzuli və mərhum arvadı Sevinclə bir-birlərini görəndə bir qonşu kimi salamlaşmış və hal-əhval tutmuşlar. Eşitdiyinə görə, mərhum Sevinc tez-tez evdən qaçmış və Füzuli onu axtarıb taparaq evə qaytarmışdır. Hadisə günü səhər saat 9 radələrində onunla əri Röyal evdə olmuşlar. Qonşuluqda yaşayan Ramilin arvadı Şəbnəm də həmin vaxt övladları ilə onlarda olmuşdur. Bu zaman qonşu Füzulinin arvadı Sevinc 2 azyaşlı uşağı ilə onlara gəlmiş, Sevinc əynini dəyişmək üçün onlara gəldiyini, sonra çıxıb gedəcəyini söyləmişdir. Bu zaman Röyal küçədə dayanıb qonşuluqda yaşayan Ramillə söhbət etmişdir. Sevinc bildirmişdir ki, telefonu sınmışdır, əgər əri Füzuli ona zəng vursa və zəng çatmasa, bərk əsəbləşəcəkdir. Bu zaman Şəbnəm Sevincə əgər istəyirsə, Füzuliyə zəng vurub vəziyyəti bildirməyi təklif etmiş, Sevinc də razılaşmışdır. Şəbnəm küçəyə çıxıb əri Ramildən mobil telefonunu alıb qayıtmış, Sevinc Füzulinin nömrəsini demiş və Şəbnəm Füzuliyə zəng vurmuşdur. Füzuli ilə danışıq zamanı X18 telefonunun sındığını və bunu ona bildirməyə qorxduğunu söyləmişdir. Daha sonra Füzuli telefonu Sevincə verməsini bildirmiş, Şəbnəm telefonu Sevincə vermiş, Sevinc özü Füzuli ilə danışmışdır. Sevinc telefonunun sındığını əri Füzuliyə bildirmişdir. Həmin vaxt Füzulinin telefonda Sevincə nə dediyi barədə heç bir məlumatı olmamışdır. Telefon danışığı bitdikdən sonra Şəbnəm telefonu Sevincdən alıb əri Ramilə qaytarmışdır. Təxminən 20 dəqiqə keçəndən sonra həyətlərinə giriş qapısının açılmasının şahidi olmuş, Sevincin əri Füzuli həyətə girmişdir. Füzuli gəlib evə giriş qapısının yanında dayanıb Sevinci səsləmişdir. Səs tonundan Füzulinin bərk əsəbləşdiyini başa düşmüşdür. Daha sonra Füzuli evə giriş qapısını açıb aynabəndə girmiş, Füzuli Sevinclə 2 dəqiqəlik söhbət edəcəyini və onların bu söhbətə ailədaxili söhbət olduğu üçün müdaxilə etməmələrini bildirmişdir. Şəbnəm dərhal həyətə çıxmış, Sevincin övladları da həmin vaxt həyətdə olmuşlar. Sevinc evin birinci mərtəbəsində girişdən sağda yerləşən otağa girmiş, Füzuli də onun arxasınca həmin otağa getmişdir. Füzuli Sevincin üzərinə əsəbi halda getdiyi zaman o, qorxaraq yan otaqda yatmış övladını götürərək həyətə çıxmışdır. Röyalın harada olması ilə maraqlanmaq üçün küçəyə çıxmışdır. Həmin vaxt yaşadıqları küçənin tinində əri Röyalın yerdə uzandığını, digər qonşu Əlinin və sonuncunun arvadı Baharın ona yardım etməyə çalışdıqlarını görmüşdür. Onlara yaxınlaşan zaman Röyalın köynəyinin qanlı olduğunu görmüşdür. Elə bu zaman Röyalın yanına qonşu Şəbnəmin qaynatası İnqilabın maşınının gəldiyini görmüşdür. Maşın saxlamış, qabaq oturacaqda əyləşən qonşu Ramil maşından düşmüşdür. Həmin vaxt Ramilin ağzından qan axmasının şahidi olmuşdur. Həmin vaxt çox həyəcanlandığından Ramildən heç nə soruşa bilməmişdir. Ramilgil köməkləşib Röyalı atası İnqilabın maşınının arxa oturacağına əyləşdirmişlər. İnqilab onları xəstəxanaya aparmaq üçün maşını məhəllədən çıxaran zaman Füzulinin onların həyətindən çıxaraq öz yaşadığı evə doğru getməsinin şahidi olmuşdur. Həmin vaxt Füzulinin əynindəki köynək qana bulaşmış, əlindəki mobil telefonla kiminləsə danışmışdır. Füzuli birbaşa yaşadığı evə getmişdir. Daha sonra o, həyəcanlı halda öz yaşadığı evə getmişdir. Sevincin bayaq qaçıb girdiyi otağa girəndə Sevincin hərəkətsiz halda yerdə uzandığının şahidi olmuşdur. Uşaqlar qorxmasın deyə tez onları qucağına alıb həyətdən küçəyə çıxarmışdır. Daha sonra hadisə yerinə təcili tibbi yardım həkimləri və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişlər (cild 1, iş vərəqi 113-116, 138-141). Məhkəmə iclasında Şahid10ı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun zərərçəkmiş şəxs Şahid1 həyat yoldaşı olduğu, Füzuli və mərhum Sevincin onların yaxın qonşuları olduqları, Şəhla və əri Röyalın da onlarla qonşuluqda yaşadıqları, iş halları barədə Şahid9 ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən edildi (cild 1, iş vərəqi 39-42). Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun zərərçəkmiş oğlu Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 193-196). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, mərhum Zərərçəkmiş şəxs1 isə qardaşı Füzulinin arvadı olmaqla bərabər, həm də onun xalası nəvəsi olmuşdur. Füzuli ilə mərhum Sevinc 2016-cı ildə ailə qurmuş, lakin aralarında rəsmi nikahı olmamışdır. Sonradan onların iki uşağı olmuşdur. Füzuli pis vərdişlərdən uzaq olmuş, boş vaxtlarında əsasən idmanla məşğul olmuşdur. Xasiyyətcə Füzuli çox əsəbi bir insan olmuşdur. Ailə həyatı qurduqdan sonra Füzuli ilə Sevincin münasibətləri gərginləşmiş, ailədə söz-söhbətlər başlayandan sonra Sevinc mütəmadi olaraq Füzulidən xəbərsiz evdən qaçmışdır. X22 axtarıb bəzən qohumların, bəzən də yaxın qonşuların evindən taparaq evə qaytarmışdır. Füzuli həmin vaxt Sevincin ev işlərinə səhlənkar yanaşmasından və yaşadıqları evi natəmiz saxlamasından da gileylənmişdir. Həmçinin hadisədən bir müddət əvvəl o, Füzulinin sözlərinə görə arvadı Sevincin qadın hüquq və azadlıqları uğrunda mübarizə aparan feminist hərəkatının nümayəndələri ilə əlaqə saxlamasını, həmin insanların köməkliyi ilə evdən qaçmasını, hətta Sevincin xalası qızının da onun feminist xanımlarla əlaqə saxlamasında vasitəçilik etməsini bilmişdir. Hətta bir dəfə Füzuli ilə Sevinc arasında münaqişə yarananda o, münaqişəni sakitləşdirmək üçün Füzulinin yaşadığı evə gəlib Sevinci və övladlarını da götürüb özünə məxsus maşınla Sevincin atası Yalçının evinə aparmışdır. Lakin bir müddət sonra Sevinc yenidən Füzuli ilə barışmış və evə qayıtmışdır. Növbəti dəfə 2021-ci ilin mart ayında Novruz bayramı ərəfəsində qardaşı Füzuli ilə mərhum arvadı Sevinc arasında münasibətlər gərginləşmiş, Füzuli həmin vaxt Sevinci döymüşdür. 2021-ci ilin iyun ayında məhkəmənin hökmü ilə Füzuliyə 1 il azadlığın məhdudlaşdırılması cəzası verilmiş, lakin məhkəmənin hökmündən sonra Füzuli arvadı Sevinclə bir yerdə yaşamağa davam etmişdir. Hadisə günü səhər saatlarında o, evdə olmuş, saat 12 radələrində onun telefonuna qardaşı Füzuli ilə qonşuluqda yaşayan Əli zəng vurmuşdur. Əli Füzulinin arvadı Sevinci bıçaqla vurub öldürdüyünü, daha sonra hüquq-mühafizə orqanlarına təslim olduğunu bildirmişdir. O, dərhal özünə məxsus maşınla qardaşı Füzulinin yaşadığı evə gəlmiş və hadisənin baş verdiyini yerində görmüş və bunun səbəblərini qonşulardan eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun qızı olmuşdur. X28 Qarayevlə 2016-cı ildə ailə həyatı qurmuş, lakin aralarında rəsmi nikah olmamışdır. Kürəkəni Füzuli həm də onun xalası oğlu olmuşdur. Sevinclə Füzulinin 2 uşağı vardır. Sevinc Füzuli ilə ailə qurduqdan 3 ay sonra onların ailəsində mübahisə və münaqişələr başlanmışdır. Həmin vaxtdan etibarən kürəkəni Füzuli qızı Sevinci mütəmadi olaraq döymüş, bunun da nəticəsində Sevinc hər 3-4 aydan bir ər evini tərk edərək gəlib onlarda qalmışdır. Lakin qısa müddətdən sonra hər dəfə Sevinc Füzuli ilə barışmış, ər evinə qayıtmışdır. Hər dəfə Sevinc Füzuli ilə münaqişə nəticəsində küsüb onlara gələndə Füzuli zəng vurub Sevinci hədələmişdir. Sonuncu dəfə 2021-ci ilin mart ayında Novruz bayramı ərəfəsində Füzuli Sevinci səbəbsiz olaraq möhkəm döymüş, həmin hərəkətlərinə görə məhkəmədə Füzuliyə 1 il azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. O, hər dəfə Füzulidən nə səbəbə Sevincin döyməsini soruşduqda, Füzuli müxtəlif bəhanələr gətirmişdir. Hadisə günü əri Yalçın oğlu ilə birlikdə Şəki şəhərində keçiriləcək toya getmişlər. Təxminən saat 10 radələrində onun telefonuna əri Yalçından zəng gəlmiş, Yalçın həyəcanla Füzulinin Sevinci bıçaqla vurub öldürdüyünü bildirmişdir. Dərhal yaşadığı evə gəlmiş və qonşunun maşını ilə Sevincin yaşadığı Zirə qəsəbəsindəki evə gəlmişdir. Həmin vaxt Sevincgilin küçə qapısı bağlı olmuşdur. Daha sonra o, morqa gəlmiş, Sevincin meyitini təhvil alıb dəfn etmişlər. Məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. O, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş əri olmuşdur. Füzuli ilə aralarında heç vaxt düşmənçilik və ədavət olmamışdır. O, Füzili ilə aerokassada işlədiyi vaxt tanış olmuşdur. Füzuli ilə o, 2010-cu ildə rəsmi nikaha girmiş, birgə nikahlarından 2011-ci il təvəllüdlü Zəhra adında bir qızları olmuşdur. Evlilikləri dövründə Füzuli ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “X24” yeni yaşayış massivində yerləşən Füzuliyə məxsus evdə yaşamışlar. Füzuli içki içməyən, siqaret çəkməyən bir insan olmuş, mütəmadi olaraq idmanla məşğul olmuşdur. Evliliklərinin ilk dövrlərində Füzuli ilə münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşməyə başlamışdır. Buna səbəb Füzulinin onu incitməsi, hər adi bir şeylərə görə əsəbləşməsi olmuşdur. Füzuli çox əsəbi bir insan olmuş, əsəbləşəndə gözünə heç nə görünməmişdir. O, nə qədər səbr etsə də, sonradan artıq münasibətləri dözülməz dərəcəyə çatmışdır. Beləliklə, o, Füzulidən ayrılmaq qərarına gəlmişdir. Təxminən 2013-cü ildə o, Füzuli ilə məhkəmə qaydasında rəsmi boşanmışlar. Həmin vaxtdan sonra onun Füzuli ilə əlaqələri demək olar ki, olmamışdır. Məhkəmənin təyin etdiyi alimenti də Füzuli bank vasitəsilə hesaba köçürmüşdür. Yalnız qızı Zəhranın atası ilə arabir telefon danışıqları zamanı Füzulinin səsini eşitmişdir. Füzuli arabir Zəhranı görmək üçün onun oxuduğu məktəbin yanına gəlmiş, Zəhra ilə görüşmüşdür. O da, təbii ki, Zəhranın atası ilə görüşməsinə narazılıq etməmişdir. Onunla boşandıqdan sonra Füzulinin ailə həyatı qurduğunu bilmişdir. Ailə qurduğu xanımın təxmini olaraq Füzulinin qohumu olduğunu eşitmiş, lakin həmin xanımı əyani olaraq tanımamışdır. Füzulinin məlum hadisəni törətməsindən yalnız Xəzər rayon prokurorluğundan ona olunan zəngdən sonra xəbər tutmuşdur. Xəzər rayon prokurorluğuna dəvət olunmağının səbəbini soruşduqda, prokurorluqdan ona Füzulinin arvadını öldürdüyü bildirilmişdir. O da, ifadə vermək üçün Xəzər rayon prokurorluğuna gəlmişdir (cild 1, iş vərəqi 157-160). Məhkəmə iclasında şahid X11 ibtidai istintaq zamanı verdiyi ifadəsində elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun xalası Mətanətin qızı olmuşdur. Sevinc 2016-cı ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, lakin aralarında rəsmi nikah olmamışdır. Füzuli onun anasının xalası oğlu olmuş, onların 2 azyaşlı övladı olmuşdur. Füzuli Sevinclə ailə qurmamışdan əvvəl də ona fiziki təzyiq göstərmişdir. Onlar ailə qurduqdan 3 ay sonra münasibətlər daha da gərginləşmişdir. Həmin vaxtdan etibarən Füzuli xalası qızı Sevinci mütəmadi olaraq döymüş, bunun da nəticəsində Sevinc hər 3-4 aydan bir ər evini tərk edib evdən qaçmışdır. Lakin qısa müddətdən sonra hər dəfə Sevinc Füzuli ilə barışmış, ər evinə qayıtmışdır. Sevinc evdən qaçanda belə valideynləri tərəfindən müdafiə olunmamış və onların qayğısını hiss etməmişdir. Sevincin atası Yalçın da öz ailəsinə daimi şiddət göstərən bir insan olmuş, Yalçın da xalası Mətanətə qarşı həmişə şiddət göstərmişdir. Hər dəfə Sevinc Füzuli ilə münaqişə nəticəsində küsüb onlara gələndə anası Sevinci qəbul etməsə də, o, özlüyündə həmişə Sevincə kömək etməyə çalışmışdır. Sonuncu dəfə 2021-ci ilin mart ayında Novruz bayramı ərəfəsində Füzuli Sevinci səbəbsiz olaraq möhkəm döymüşdür. Həmin vaxt Sevinc Füzulinin onu döyməsi ilə bağlı hüquqmühafizə orqanlarına müraciət etmişdir. 2021-ci ilin may ayında keçirilmiş məhkəmədə Füzuliyə 1 il azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. O, düşünmüşdür ki, Füzuli Sevinci çox zaman səbəbsiz yerə, bəzən də Sevincin öz deməsinə görə ev işlərinə səhlənkar və məsuliyyətsiz yanaşmasına görə döymüşdür. Hadisə günü saat 11 radələrində anası ona zəng vurmuş, həmin vaxt o, evdə olmamışdır. Anası ona həyəcanla Füzulinin Sevinci bıçaqla vurub öldürdüyünü bildirmişdir. Hadisə günü xalası qızı Sevincin ailəsində baş verən söhbətlər, eləcə də Sevincin nə səbəbdən uşaqlarını da götürüb qonşunun evinə getməsi, Füzulinin nə səbəbdən bu cinayəti törətməsi barədə heç bir məlumatı olmamışdır. Şahid Nigar Mirzəyevanın ifadəsinə görə, xalası qızının yoldaşı Füzuli mərhum Sevinci mütəmadi olaraq döydüyünə görə Sevinc evdən qaçmış və yaxın qohumların, qonşuların yanına sığınmışdır. O, heç bir vaxt Sevincin evdən qaçmasına şərait yaratmamış və bu işdə ona köməkçi olmamışdır. Sadəcə bir dəfə Sevinc evdən qaçan zaman o, Sevincə sığınacağın nömrəsini vermişdir. Yalnız sonradan eşitmişdir ki, 2021-ci ilin mart ayında Füzuli Sevinci möhkəm döydükdən sonra Sevinc onun verdiyi nömrə ilə əlaqə saxlamış və Xırdalanda yerləşən sığınacağa yerləşdirilmişdir. Daha sonra isə Sevinc Füzuli ilə barışaraq ər evinə qayıtmışdır (cild 2, iş vərəqi 40-44). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısıdır, Zərərçəkmiş şəxs1 isə dayısı Füzulinin həyat yoldaşı, həm də anası Təranənin xalası nəvəsi olmuşdur. Dayısı Füzuli ilə Sevinc 2016-cı ildə ailə qurmuşlar. Həmin nikahdan onların iki övladı dünyaya gəlmişdir. Ailə qurduqdan qısa müddət sonra dayısı Füzulinin ailəsində söz-söhbətlər yaranmağa başlamışdır. Füzuli təbiətcə əsəbi insan olmuş, tez əsəbiləşib özündən çıxmışdır. Dayısı Füzulinin deməsindən bilmişdir ki, Sevinc hər xırda şeylərin üstündə mütəmadi olaraq evdən çıxıb getmişdir. Dayısı Füzuli də Sevinci axtarıb bəzən qohumların, bəzən də yaxın qonşuların evindən taparaq evə qaytarmışdır. Təxminən 1 il əvvəl Füzulinin deməsindən bilmişdir ki, arvadı Sevinc qadın hüquq və azadlıqları uğrunda mübarizə aparan feminist hərəkatın nümayəndələri ilə əlaqə saxlamış, həmin insanların köməkliyi ilə evdən qaçmışdır. 2021-ci ilin mart ayında Novruz bayramı ərəfəsində dayısı Füzuli ilə mərhum arvadı Sevinc arasında ailədaxili münasibətlər gərginləşmiş, dayısı Füzuli həmin vaxt Sevinci döymüşdür. Füzuliyə 1 il azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Məhkəmənin hökmündən sonra dayısı Füzuli arvadı Sevinclə bir yerdə yaşamağa davam etmişdir. Sonradan dayısı Füzuli ilə arvadı Sevincin ailə münasibətlərində hər hansı gərginliyin olmasının şahidi olmamış, bu barədə kənar şəxslərdən bir söz eşitməmişdir. Hadisə günü səhər saatlarında o, evdə olmuş, saat 12 radələrində anası Təranənin telefonuna dayısı Kərəm zəng vuraraq, Füzulinin arvadı Sevinci bıçaqla vurub öldürdüyünü, daha sonra hüquq-mühafizə orqanlarına təslim olduğunu bildirmişdir. Daha sonra danışılanlardan bilmişdir ki, dayısı Füzuli məlum hadisə günü səhər saatlarında işə getmiş, Füzuli işə getdikdən sonra arvadı Sevinc övladlarını da götürərək qonşuluqda yaşayan Röyal adlı şəxsin evinə getmiş, Füzuli Sevinc və övladlarını Röyalgilin evlərində olduqları zaman aparmaq üçün ora gəldiyi zaman küçədə Füzuli ilə qonşuluqda yaşayan Röyal və Ramil adlı şəxslərin arasında mübahisə yaranmış, daha sonra Füzuli yaşadığı evə qayıdaraq bıçaq götürmüş, küçədə Röyala bıçaqla, Ramilə yumruqla xəsarət yetirdikdən sonra Röyalın evinə gəlmiş, Röyalın evinin birinci mərtəbəsində yerləşən otaqda arvadı Sevincə çoxsaylı bıçaq zərbələri vuraraq onu öldürmüşdür. Məhkəmə iclasında Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində elan və tədqiq edilərkən, onun Şahid6 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verməsi müəyyən olundu (cild 1, iş vərəqi 170-173). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 10 ildən artıq müddətdə qonşudur. Füzuli mərhum Zərərçəkmiş şəxs1 ilə ailə həyatı qurmuş, birgə nikahlarından 2 azyaşlı uşaqları vardır. Füzuli ilə münasibətləri qonşuluqlarının ilk günlərindən etibarən mehriban və səmimi olmuşdur, hətta bir-birlərinin evinə gediş-gəlişləri də olmuşdur. Mərhum Sevinclə ailə qurduqdan qısa müddət sonra Füzulinin ailəsində problemlər yaranmış, Sevinc tez-tez evdən qaçmış və Füzuli onu axtarıb taparaq evə qaytarmışdır. Sevinc hətta bir neçə dəfə evdən qaçaraq qonşuların, o cümlədən onların evlərinə gəlmişdir. Şəxsən o, özü bir neçə dəfə Füzuli ilə küçədə qarşılaşan zaman onun əsəbi halda olduğunu görmüşdür. Həmin vaxt Füzulinin nə səbəbdən əsəbi olmasını soruşduqda, sonuncu Sevincin yenə evdən qaçdığını və hara getdiyindən xəbərsiz olduğunu bildirmişdir. Hətta sözarası Füzuli bildirmişdir ki, “Sevinc feminist qadınlara qoşulub, onların məsləhəti və köməyi ilə evdən qaçır”. 2021-ci il mart ayında Sevinc yenə evdən qaçmış, Füzuli Sevinci axtarıb taparaq evə gətirmiş və onu döymüşdür. Buna görə Füzuliyə məhkəmənin hökmü ilə cəza verilmişdir. Sonradan o, Füzulinin ailəsində hər hansı bir gərginliyin və ya səs-küyün şahidi olmamışdır. Hadisə günü o, arvadı Baharla həyətdə olmuşlar. Saat 10 radələrində küçədən səs-küy gəldiyini eşitmiş, darvazanı açıb küçəyə çıxmışdır. Bu zaman evinin yerləşdiyi küçəyə paralel olan küçənin tinində qonşuluqda yaşayan Röyalın yerdə uzandığını görmüşdür. Həmin vaxt digər qonşusu Ramilin isə qaçaraq qonşuluqda yaşayan atasıgilə tərəf getdiyini görmüşdür. Dərhal nə baş verdiyini anlamaq üçün o, Röyala yaxınlaşmış, Röyalın əynindəki köynəyinin qanlı olmasından onun yaralı olduğunu bilmişdir. Bu zaman onun arxasınca arvadı Bahar da küçəyə çıxmışdır. Bahar dərhal başına bağladığı şalı açmış, onu büküb Röyalın sinə nahiyəsindən qan axan yerə basmışlar ki, qan çox axmasın. Bu zaman Röyal “məni Füzuli vurdu” deyə bildirmişdir. Arvadı Bahar həyətdəki ona məxsus maşını çıxarmasını, təcili Röyalı xəstəxanaya aparmasını bildirmişdir. Bu zaman qonşusu Ramilin atası İnqilabın özünə məxsus “Mercedes” markalı maşınla onlara tərəf gəldiyini görmüşdür. Maşının qabaq oturacağında Ramil özü əyləşmişdir. Yalnız bu zaman anlamışdır ki, Ramil atasını köməyə çağırmaq üçün getmişdir. Maşın onların yanlarında dayanmış, Ramil və atası İnqilab maşından düşmüşlər. Bu zaman Ramilin də ağzından qan axdığını görmüşdür. Köməkləşib Röyalı maşının arxa oturacağına əyləşdirmişlər. Ramilin atası İnqilab oğlu Ramili və Röyalı xəstəxanaya aparmaq üçün maşını işə salmış və magistral yola doğru hərəkət etmişdir. Elə bu zaman qonşusu Röyalın evi tərəfdən Füzulinin telefonla danışa-danışa öz yaşadığı evə doğru gəlməsinin şahidi olmuşdur. Yaxınlaşan zaman Füzulinin əynindəki köynəyinin qanlı olduğunu görmüşdür. Füzulini bu vəziyyətdə görüb həyəcanladığından və özünü itirdiyindən ona ancaq “Neynədin sən?” sualını verə bilmişdir. Füzuli isə əsəbi şəkildə ağlamsınaraq “Əli, qardaş, Sevinc yenə evdən qaçmışdı, bu dəfə qaçıb Röyalgilə getmişdi, artıq dözə bilmədim, əsəblərimi cilovlaya bilmədim, Sevinci vurub öldürdüm” deyə bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, “artıq DİN-in “102” xidmətinə zəng vurub törətdiyim hadisə barədə məlumat vermişəm, indi gəlib məni aparacaqlar”. Füzuli həmin vaxt əsəbi olduğundan o, Füzuliyə əlavə olaraq heç bir sual verməmişdir. Füzuli birbaşa olaraq yaşadığı evə getmişdir. Az sonra qonşuluqda yaşayan Röyalgilin evlərinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişlər. Füzuli hüquq-mühafizə orqanlarının əməkdaşlarına könüllü təslim olmuşdur. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 03 avqust 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “X24” yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs2 məxsus nömrəsiz ikimərtəbəli fərdi evin birinci mərtəbəsində yerləşən otaqdır. Otaqda döşəmə səthində kürəyi üstə uzanmış vəziyyətdə sağ ayağı dizdən, sol ayağının altına doğru qatlanmış vəziyyətdə, paltarlı formada qadın cinsli meyit aşkar edilmişdir. Meyitə baxış zamanı onun 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 olması və meyitində xəsarətlər aşkar olunmuşdur. Zərərçəkmiş şəxs1 meyitinin üzərində olan paltarlara baxış keçirilən zaman üzərlərində qanabənzər ləkələr və zədələr aşkar edilmiş və bir ədəd ağ-xaki rəngli qolsuz köynək, bir ədəd açıq mavi rəngli boğazsız corab, bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli lifçik müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi zərurəti yarandığından, Bakı şəhəri, Xəzər rayonu. Zirə qəsəbəsi, “X24” yaşayış massivində yerləşən nömrəsiz fərdi evə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, evin yerləşdiyi küçə kələ-kötür olmaqla qum və torpaq örtüklüdür, evin həyətinə giriş tünd qəhvəyi rəngli, naxışları olan ikilaylı dəmir darvazadandır, darvazanın qarşısında küçə tərəfdə yer səthində səpələnmiş damcı formalı qanabənzər ləkələr müşahidə edilir. Həmin qanabənzər ləkələrdən nümunələr müvafiq qaydada qablaşdırılnmaqla götürülmüşdür. Evə girişdən sol tərəfdə yerləşən, işlək formada olan soyuducunun üzərində dəstəyi tünd qara rəngli mətbəx bıçağı aşkar edilmiş və həmin bıçaq maddi sübut əhəmiyyətinə malik ola biləcəyi üçün müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 3-37). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X26 Xəzər Rayon Şöbəsindən verilmiş 30 avqust 2021-ci il tarixli, 1062 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət - sol tərəfli pnevmohemotoraks və ağciyərin yuxarı payının yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici- kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmişdir, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aiddir. Rəydən görünür ki, xəsarətin törənmə müddəti Zərərçəkmiş şəxs2 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gələ bilər. Bundan başqa, rəydən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən, həmin xəsarət kənar şəxs tərəfindən yetirilmişdir. Qeyd olunan rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaq, eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdi. Rəydə qeyd olunan “xəsarət kənar şəxs (şəxslər) tərəfindən yetirilməyə xarakterikdir” xüsusatı zərərçəkmişlərin və şahidlərin ifadələri, hadisə şəraiti və işin faktiki halları ilə müqayisəli təhlil edilərək, istintaq belə nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən bıçaqla yetirilmişdir (cild 2, iş vərəqi 1-4). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X26 Xəzər Rayon Şöbəsindən verilmiş 30 avqust 2021-ci il tarixli, 941 saylı rəydən görünür ki, Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarət - üst dodağın kəsilmiş yarası kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmişdir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. Rəydən görünür ki, xəsarətin törənmə müddəti onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraiətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gələ bilər. Bundan başqa, rəydən müəyyən olunmuşdur ki, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən, Şahid1 bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetiriliməsi istisna olunmur (cild 1, iş vərəqi 249-252). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X26 Xəzər Rayon Şöbəsindən verilmiş 03 sentyabr 2021-ci il tarixli, 136 saylı rəydən görünür ki, mərhumə Zərərçəkmiş şəxs1 meyitinin bədəni üzərində boyunun sağ yan səthinin aşağı üçdə birinin əzələ toxumalarının, arteriya və venalarının zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan boyunun arxa səthinin aşağı üçdə birinin dəlib keçən 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sol ağciyərin yuxarı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan sol körpücükaltı nahiyyənin daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş- kəsilmiş yarası, sağ ağciyərin aşağı payının zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sağ yarısının daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, ürək kisəsinin (perikardm) və ürəyin sol mədəcik əzələsinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yara, sağ ağciyərin orta payının zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin yan səthinin sağ yarısının orta üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, nazik bağırsağın və bağırsaq müsariqəsinin arteriya və venalarının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan qarının sol yan divarının daxilə qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, nazik bağırsağın və bağırsaq müsariqəsinin arteriya və venalarının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan qarının sol yan divarının daxilə - qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun aşağı üçdə birinin bayır səthinini (1 ədəd), sağ bazunun orta üçdə birinin arxa səthinin (1 ədəd), sol dirsək nahiyyəsinin (1 ədəd), sol saidin yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), döş qəfəsinin yan səthinin sağ yarısının aşağı üçdə birinin (1 ədəd), sağ kürəkaltı nahiyyənin (1 ədəd) daxilə döş boşluğuna nüfuz etməyən deşilmiş- kəsilmiş yaraları (cəmi 6 ədəd), alt çənə nahiyyəsinin (2 ədəd), sol saidin yuxarı üçdə birinin ön səthinin (1 ədəd), sol saidin orta üçdə birinin bayır səthinin (1 ədəd), sol əlin arxa səthində - baş barmaq əsasının (1 ədəd), döş qəfəsinin aşağı üçdə birinin ön səthinin (3 ədəd) kəsilmiş yaraları (cəmi 8 ədəd), sağ ayağın üst səthinin (1 ədəd), sol ayağın üst səthinin (1 ədəd) sıyrıqları (cəmi 2 ədəd). Qeyd olunan deşilmiş-kəsilmiş (cəmi 13 ədəd) və kəsilmiş yaralar (cəmi 8 ədəd) deşici-kəsici alətin (alətlərin) deşici-kəsici və kəsici təsirindən törənmişdirlər, sağ və sol ayağın üst səthinin sıyrıqları (cəmi 2 ədəd) işə küt əşya (əşyalar) təsirindən ölümdən az əvvəl törənmişlər, həyatidirlər, törənmə müddətləri onun meyitinin meyitxanada məhkəmə-tibb müayinəsindən əvvəl olmaqla qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlirlər. Bundan başqa, rəydən müəyyən olunmuşdur ki, mərhum Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlərdən - boyunun sağ yan səthinin aşağı üçdə birinin əzələ toxumalarının, arteriya və venalarının zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan boyunun arxa səthinin aşağı üçdə birinin dəlib-keçən 1 ədəd deşilmiş-kəsilmiş yaraları. Yara kanalının istiqaməti yuxarıdan aşağıya, soldan az sağa, öndən az arxaya doğrudur, yara kanalının uzunluğu təxminən 5-6 sm-dir. Sol körpücükaltı nahiyyənin daxilə - döş boşluğuna nüfuz edən və sol ağciyərin yuxarı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası. Yara kanalının istiqaməti öndən arxaya, soldan az sağa, yuxarıdan aşağıya doğrudur, yara kanalının uzunluğu təxminən 7-8 sm-dir. Döş qəfəsinin arxa səthinin sağ yarısının aşağı üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən və sağ ağciyərin aşağı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası. Yara kanalının istiqaməti arxadan önə, sağdan az sola, aşağıdan bir qədər yuxarıya doğrudur, yara kanalının uzunluğu təxminən 7-8 sm-dir. Döş qəfəsinin ön səthinin sol yarısının daxilə - döş boşluğuna nüfuz edən və ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası. Yara kanalının istiqaməti öndən arxaya, soldan az sağa, yuxarıdan az aşağıya doğrudur, yara kanalının uzunluğu təxminən 7- 8 sm-dir. Döş qəfəsinin yan səthinin sağ yarısının orta üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən və sağ ağciyərin orta payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası. Yara kanalının istiqaməti arxadan önə, sağdan sola, yuxarıdan aşağıya doğrudur, yara kanalının uzunluğu təxminən 7-8 sm-dir. Qarının sol yan divarının daxilə - qarın boşluğuna nüfuz edən nazik bağırsağın və bağırsaq müsariqəsinin arteriya və venalarının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası. Yara kanalının istiqaməti arxadan önə, soldan az sağa, yuxarıdan az aşağıya doğrudur, yara kanalının uzunluğu təxminən 7-8 sm-dir. Qarının sol yan divarının daxilə qarın boşluğuna nüfuz edən nazik bağırsağın və bağırsaq müsariqəsinin arteriya və venalarının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası. Yara kanalının istiqaməti öndən arxaya, soldan az sağa, yuxarıdan az aşağıya doğrudur, yara kanalının uzunluğu təxminən 7-8 sm-dir. Boyunun sağ yan səthinin aşağı üçdə birinin əzələ toxumalarının, arteriya və venalarının, sol körpücükaltı nahiyyənin, döş qəfəsinin arxa səthinin sağ yarısının aşağı üçdə birinin, döş qəfəsinin ön səthinin sol yarısının, döş qəfəsinin yan səthinin sağ yarısının orta üçdə birinin döş boşluğuna və qarının sol divarının qarın boşluğuna nüfuz edən hər iki ağciyərin, ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin, nazik bağırsağın və bağırsaq müsariqəsinin arteriya və venalarının zədələnmələri, kəskin qanitirmə ilə müşayiət olunan 7 ədəd deşilmişkəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığı AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər, həyatidirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Bundan əlavə, rəydən müəyyən olunmuşdur ki, Sol bazunun aşağı üçdə birinin bayır səthinini (1 ədəd), sağ bazunun orta üçdə birinin arxa səthinin (1 ədəd), sol dirsək nahiyyəsinin (1 ədəd), sol saidin yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), döş qəfəsinin yan səthinin sağ yarısının aşağı üçdə birinin (1 ədəd), sağ kürəkaltı nahiyyənin (1 ədəd) daxilə döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları (cəmi 6 ədəd); alt çənə nahiyyəsinin (2 ədəd), sol saidin yuxarı üçdə birinin ön səthinin (1 ədəd), sol saidin orta üçdə birinin bayır səthinin (1 ədəd), sol əlin arxa səthində - baş barmaq əsasının (1 ədəd), döş qəfəsinin aşağı üçdə birinin ön səthinin (3 ədəd) kəsilmiş yaraları (cəmi 8 ədəd); həyatidirlər, ölümlə səbəbli əlaqələri yoxdur, canlı şəxslərdə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurma əlamətlərinə; ayrı-ayrılıqda isə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa YÜNGÜL dərəcəli xəsarətlərin zərəvurma əlamətlərinə; malikdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri yoxdur. Sağ ayağın üst səthinin (1 ədəd), sol ayağın üst səthinin (1 ədəd) sıyrıqları (cəmi 2 ədəd) istər birlikdə, istərsə də ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər, ölümlə səbəbli əlaqələri yoxdur. Rəylə təsdiq edilmişdir ki, mərhumə Zərərçəkmiş şəxs1 ölümünə səbəb- boyunun əzələ toxumalarının, arteriya və venalarının, hər iki ağciyərin, ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin, nazik bağırsağın və bağırsaq müsariqəsinin arteriya və venalarının zədələnmələri nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Rəydən görünür ki, meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhumə Zərərçəkmiş şəxs1 meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Həmin rəydən görünür ki, mərhumə Zərərçəkmiş şəxs1 meyitinin bədənində olan deşilmişkəsilmiş və kəsilmiş yaralar qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Qeyd olunan rəydə göstərilmişdir ki, mərhumə Zərərçəkmiş şəxs1 meyitinin bədənində qeyd olunan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçaqla eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdi. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs1nm bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarıoturaq, yarıuzanıqlı, uzanıqlı və s. ola bilərdi.). Həmin rəydə göstərilmişdir ki, mərhumə Zərərçəkmiş şəxs1 meyitinin uşaqlıq yolundan götürülmüş tamponda spermotozoid aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfınktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. Bundan başqa, rəylə təsdiq olunmuşdur ki, hadisə vaxtı mərhumə Zərərçəkmiş şəxs1 əynində olmuş paltardakı zədələrlə bədənində aşkar olmuş xəsrətlər uyğunluq təşkil edir. Bundan əlavə, həmin rəylə təsdiq olunmuşdur ki, mərhumə Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir (cild 2, iş vərəqi 6-16). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X26 Xəzər Rayon Şöbəsindən verilmiş 09 avqust 2021-ci il tarixli, 932 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol əlin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişdir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Rəydən görünür ki, xəsarətin törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gələ bilər. Bundan başqa, rəydən müəyyən olunmuşdur ki, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi inkar olunmur (cild 1, iş vərəqi 218-220). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X29 tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli, 642\2021-MTBŞ saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu-Abeta(H)/İİ/-. Şahid1 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu-A/İİ/-. X14 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu-A/İİ/-. Zərərçəkmiş şəxs2 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu-O/İ/-. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs2 məxsus köynək, Zərərçəkmiş şəxs1 məxsus şalvar, kofta, 01 cüt corab, lifçik, Təqsirləndirilən şəxs məxsus alt mayka, köynək, şalvar, sol tay başmaq, Şahid1 məxsus köynək və şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq Zərərçəkmiş şəxs2 məxsus köynək üzərindəki ləkələrdən başqa digər ləkələrdə «A» və «H» antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı.Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 qızma, Şahid1 və ya X14 məxsus ola bilər./əgər sonuncularda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa və qanlarında müşayiətçi H antigeni varsa./Qanın qarışıq olduğu halında isə ləkələrdə Oalfa,beta/İ/ qruplu Zərərçəkmiş şəxs2n da qarışmış qanın olması inkar olunmur. Zərərçəkmiş şəxs2 məxsus köynək üzərindəki ləkədə isə yalnız «H» antigeni alındı. Bu qan ləkəsinin Oalfa,beta/İ/ qruplu Zərərçəkmiş şəxs2 məxsus olması inkar olunmur. Ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş 06 ədəd çubuqlu pambıq tamponlara hopdurulmuş ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq 1,2,3,4 və 6 saylı çubuqlar üzərindəki ləkələrdə «A», «H» antigenləri və həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 qızma, Şahid1 və ya X14 məxsus ola bilər./əgər sonuncularda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa və qanlarında müşayiətçi H antigeni varsa./Qanın qarışıq olduğu halında isə ləkələrdə Oalfa,beta/İ/ qruplu Zərərçəkmiş şəxs2n da qarışmış qanın olması inkar olunmur. 5 saylı çubuq üzərindəki ləkədə isə yalnız «H» antigeni alındı. Bu qan ləkəsinin Oalfa,beta/İ/ qruplu Zərərçəkmiş şəxs2 məxsus olması inkar olunmur. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq «A» və «H» antigenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 qızma, Şahid1 və ya X14 məxsus ola bilər./əgər sonuncularda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa və qanlarında müşayiətçi H antigeni varsa./Qanın qarışıq olduğu halında isə ləkələrdə Oalfa,beta/İ/ qruplu Zərərçəkmiş şəxs2n da qarışmış qanın olması inkar olunmur. Tədqiq olunan Təqsirləndirilən şəxs məxsus sağ tay başmaq üzərində qana şübhəli ləkələr aşkar olunmadı (cild 2, iş vərəqi 64- 71). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X29 tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli, 494\2021-MTKŞ saylı rəydən görünür ki, mərhumə Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sağ nahiyəsində dörd ədəd, köynəyin ön səthinin orta boyun nahiyəsində üç ədəd, köynəyin ön səthinin sol nahiyəsində bir ədəd, köynəyin arxa səthinin orta nahiyəsində bir ədəd; büstqalterin ön səthinin sağ nahiyəsində bir ədəd şalvarın sağ ayağının ön orta nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sağ nahiyəsində aşkar edilmiş dörd ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəninin sağ ağciyərin aşağı payında, sağ ağciyərin orta payında, nazik bağırsağın və bağırsaq müsariqəsinin arteriya və venalarının zədələnməsi və döş qəfəsinin yan səthində aşkar edilmiş yaralar yerləşmələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sol nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol ağciyərin yuxarı payında olan yarası ilə yerləşmələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin orta boyun nahiyəsində aşkar edilmiş deşilmişkəsilmiş zədələr onun bədəninin boyunun sağ yan səthinin aşağı üçdə birinda aşkar edilmiş yara yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 şalvarın sağ ayağının ön orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmişkəsilmiş zədə onun bədəninin sağ bazunun orta üçdə birinda olan yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş digər xəsarətlər (sol bazunun aşağı üçdə birinin bayır səthində bir ədəd, sol saidin yuxarı üçdə birinin arxa səthində bir ədəd, sol saidin yuxarı üçdə birinin ön səthində bir ədəd və sol saidin orta üçdə birinin bayır səthində bir ədəd aşkar edilmiş yaralar onun paltarı üzərində öz əksini tapmamışlar, bu da, paltarın yerdəyişməsi ilə və yaxud aşağı-yuxarı qalxması ilə izah oluna bilər. Həmin rəylə təsdiq olunmuşdur ki, mərhumə Zərərçəkmiş şəxs1 bədəni üzərində sol dirsək nahiyəsində bir ədəd və alt çənə nahiyəsində iki ədəd, sol əlin arxa səthində - baş barmaq əsasında bir ədəd aşkar edilmiş yaralar onun paltarları üzərində öz əksini tapmamışlar, bu da, həmin nahiyələrin paltarların örtülməməsi ilə izah oluna bilər. Qeyd olunan rəydə göstərilmişdir ki, zərərçəkmiş şəxs Şahid1 məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Bundan başqa, rəydən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön səthinin sağ aşağı nahiyəsində iki ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədələr deşilmişkəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön səthinin sağ aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol tərəfli pnevmohemotoraks və ağciyərin yuxarı payının yaralanması ilə müşayiət olunan bir ədəd yara yerləşməsinə görə üst-üstə gəlmir, bu da, paltarın yerdəyişməsi ilə izah oluna bilər. Bundan əlavə, həmin rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus köynək, mayka, şalvar və bir cüt şəpit üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Qeyd olunanlardan başqa, rəylə təsdiq olunmuşdur ki, xəsarət alan zaman zərərçəkmişlər və onlara qəsd edən müxtəlif qarşılıqlı vəziyyətdə (ayaqüstü, uzanıqlı, yarıoturaq, yarıuzanıqlı və s.) ola bilərdilər. Rəyə əsasən, bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan düzəlişlər edilməmişdir (cild 2, iş vərəqi 86-93). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X29 tərəfindən verilmiş 14 avqust 2021-ci il tarixli, 1811 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər-hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Həmin rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilməyib. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri qeyd edilməyib. Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Bundan başqa, rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Bundan əlavə, rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs Qära oğlu ona ittiham olunan əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Qeyd olunanlardan başqa, rəydən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, hirslilik, tez özündən çıxmaq, tənqid və təhqirə qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Rəydən görünür ki, cinayət hadisəsini hadisəni törədən zaman Təqsirləndirilən şəxs psixiemosional sferasında gərginlik, qəzəb, hislilik halı yaranmış, həmin halların yaranması onda müəyyən edilən fərdi-psixi xüsusiyyətlər ilə əlaqədar olmuşdur. Rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı keçirdiyi psixiemosionai haldan asılı olaraq öz hərəkətlərinin mahiyyətini tam olaraq dərk etmək qabiliyyətinə malik olmuşdur. Rəydən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Həmin rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, iş vərəqi 80-84). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X16 Şəxs tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli, 7235 nömrəli məktubda Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmadığı göstərilmişdir (cild 1, iş vərəqi 248). Bakı şəhər X19 Hüquqi Şəxs tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli, 2859 nömrəli məktubda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 BŞNM-də qeydiyyatda olmadığı göstərilmişdir (cild 1, iş vərəqi 229). İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə tərtib edilmiş 03 avqust 2021-ci il tarixli, 1\1438 nömrəli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 15:16-da keçirilmiş müayinədə Təqsirləndirilən şəxs sərxoşluğu müəyyən edilməmişdir (cild 1, iş vərəqi 56). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 19 avqust 2021-ci il tarixli tələbnamədən, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 iyun 2021ci il tarixli, 1(003)-294/2021 nömrəli hökmünün surətindən və Bakı şəhər Probasiya İdarəsindən alınmış 13 may 2022-ci il tarixli 21-1/3-6817-1 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan hökmə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 7(003)- 502/2022 nömrəli qərarına əsasən cəzadan azad olunmuş və 09 mart 2022-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır (cild 1, iş vərəqi 184-190, 245-246). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə böyük ictima təhlükə törətməyən, ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər, 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər isə xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 126.1 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə və islah işləri növündə cəzalar təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, ona Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təyin olunacaq islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası müəyyən edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 03 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixdə adı çəkilən şəxs Bakı şəhəri Xəzər rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi - fərdi fəaliyyət göstərən vəkil Nümayəndə mülki iddia ərizəsini və ona əlavə edilmiş dövlət rüsmunun ödənilməsi barədə qəbzi təqdim edərək, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisi X2 vurulmuş 4.000 (dörd min) manat maddi zərərin, 30.000 (otuz min) manat mənəvi zərərin, qaldırılmış mülki iddia üçün ödənilmiş 192 (yüz doxsan iki) manat dövlət rüsumunun, ümumilikdə 34.192 (otuz dörd min yüz doxsan iki) manat pulun təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi X2 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 354.1-ci naddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Qeyd olunan mülki iddia ilə bağlı məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin tələbini əsaslandırdığı hallara dair sənədlər, yəni mülki iddia ərizəsində göstərdiyi X5 Məhərrəmovanın dəfn edilməsi, qəbrinin abadlaşdırılması və yas mərasiminin verilməsi üçün 4.000 manat maddi ziyanı təşkil edən xərcləri təsdiq edən sənədlər məhkəməyə təqdim olunmadığından, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Yalçın Məhərrəmov və ailəsinin qızının qətlindən sonra ağır stress keçirməsi kimi vurulmuş mənəvi ziyanı sübut edən hallar məhkəmə baxışı zamanı aşkar olunmadığından zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə mülki iddiası əsassız olduğundan rədd edilməlidir. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi yazılı ərizəsində vurulmuş 5.800 (beş min səkkiz yüz) manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etsə də, lakin bununla bağlı mülki iddia ərizəsini məhkəməyə təqdim etmədiyindən ona qeyd olunan halla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 6 (altı) ədəd DNT çöplərdə qanabənzər maddələrdən nümunələr, 1 (bir) ədəd dəstəyi qara rəngli bıçaq, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd ağ rəngli mayka, 1 (bir) ədəd tünd göy rəngli şalvar, 1 (bir) ədəd qara-sarı gənglərin qarışığı olan bir cüt şəpidi, 1 (bir) ədəd ağ rəngli qısaqol köynək, Zərərçəkmiş şəxs1 əynində olmuş 1 (bir) ədəd ağxaki rəngli qolsuz köynək, 1 (bir) ədəd açıq mavi rəngli boğazsız corab, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd qara rəngli lifçik, zərərçəkmiş şəxs Şahid1 əynində olmuş 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd bardovu rəngli qısaqol köynək və Zərərçəkmiş şəxs2 əynində olmuş 1 (bir) ədəd açıq göy rəngli qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında "Arbitrium" Vəkil Bürosunun vəkili X9 həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 210 (iki yüz on) manat məbləğində pul qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 126.1 və 157.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə ona təyin olunmuş islah işləri cəzası 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi - fərdi fəaliyyət göstərən vəkil Nümayəndə vurulmuş 4.000 manat maddi ziyanın, 30.000 manat mənəvi ziyanın, 192 manat dövlət rüsumunun, ümumilikdə 34.192 manat pulun təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi Yalçın Məhərrəmova ödənilməsi barədə mülki iddiası əsassız olduğundan rədd edilsin. Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə maddi sübutlar - Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 6 (altı) ədəd DNT çöplərdə qanabənzər maddələrdən nümunələr, 1 (bir) ədəd dəstəyi qara rəngli bıçaq, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd ağ rəngli mayka, 1 (bir) ədəd tünd göy rəngli şalvar, 1 (bir) ədəd qara-sarı gənglərin qarışığı olan bir cüt şəpidi, 1 (bir) ədəd ağ rəngli qısaqol köynək, Zərərçəkmiş şəxs1 əynində olmuş 1 (bir) ədəd ağxaki rəngli qolsuz köynək, 1 (bir) ədəd açıq mavi rəngli boğazsız corab, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd qara rəngli lifçik, zərərçəkmiş şəxs Şahid1 əynində olmuş 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd bardovu rəngli qısaqol köynək və Zərərçəkmiş şəxs2 əynində olmuş 1 (bir) ədəd açıq göy rəngli qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X6 ödənilməli 210 (iki yüz on) manat məbləğində pul vəsaiti "Arbitrium" Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-453/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-453/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver