Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-453/2023 03.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X4, X12 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 etibarnaməli nümayəndəsi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Faiq Nağıyev və partyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X13 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1976-cı il tarixdə Cəlilabad rayonunun Zərbəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, 02 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 sentyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə, xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı baxılan cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib oğlu Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinin Daşkəsən rayon şöbəsinə sürücü vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin aprel ayının əvvəllərində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə onlara müraciət edən Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 cinayətkar niyyətlərinə uyğun olaraq özünü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxsinin qohumu kimi təqdim edib formalaşdırdıqları inam və etibardan suiistifadə edərək guya həmin qohumu vasitəsilə Şahid1 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını sonuncunun atası Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonunda yerləşən “H.Cavid adına park”da görüşləri zamanı yalandan bildirib, qohumu olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə 23 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsində yerləşən “Heydər Əliyev” adına olan parkın yaxınlığında Şahid1 və sonuncunun qohumu Şahid2 ilə görüşləri zamanı sonuncuların həmin məsələnin həll olunmasının həqiqətən mümkünlüyü barədə maraqlandıqda qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 Şahid1 və Şahid2 inandırmaq üçün yalandan guya özü tərəfindən Təqsirləndirilən şəxs2 hansısa qohumunun artıq rüşvət müqabilində həmin vəzifəli şəxs vasitəsilə Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinə işə düzəlməsini bildirməsi ilə əlaqədar Şahid1 və Şahid2 inandırdıqdan sonra həmin görüş zamanı qeyd edilən niyyətlə sonuncudan Zərərçəkmiş şəxs1 məxsus 9.000 (doqquz min) manat, 25 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Bakı Metropoliteninin «Sahil» stansiyasının girişinin qarşısında Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz tanışı X7 1.000 manat, 2022-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 119 ünvanında yerləşən Geologiya və Geofizika İnstitutunun qarşısında Zərərçəkmiş şəxs1 5.000 (beş min) manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinin Daşkəsən rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin aprel ayında cinayətdən xəbərsiz Şahid1 və sonuncunun yeznəsi Şahid2 Arif oğlu vasitəsi ilə özünə müraciət edən Göygöl rayon sakini Zərərçəkmiş şəxs2 özünü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxsinin qohumu kimi təqdim etməklə formalaşdırdığı inam və etibardan suiistifadə edərək həmin qohumu vasitəsilə Zərərçəkmiş şəxs2 işə düzəlməsini təmin etmək imkanına malik olduğunu sonuncuya Şahid2la aralarında olan telefon danışığı zamanı yalandan bildirib, qohumu olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs2 aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə Zərərçəkmiş şəxs2 2022-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi 7 ünvanında 12.000 (on iki min) manat, 2022-ci ilin may ayında Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Xəlilov küçəsi ilə Xocalı Prospektinin kəsişməsində 3.000 (üç min) manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı, baxılan iş üzrə digər Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib tanışı Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinin Daşkəsən rayon şöbəsinə sürücü vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin aprel ayının əvvəllərində özünə müraciət edən Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 cinayətkar niyyətlərinə uyğun olaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxsinin qohumu kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək guya sonuncunun həmin qohumu vasitəsilə Şahid1 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını sonuncunun atası Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonunda yerləşən “H.Cavid adına park”da görüşləri zamanı yalandan bildirib, Təqsirləndirilən şəxs1 qohumu olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs1 aldatmaqla bildirərək, sonuncunun razılığına almaqla sövdələşib, həmin niyyətlə 23 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsində yerləşən “Heydər Əliyev” adına olan parkın yaxınlığında Şahid1 və sonuncunun qohumu Şahid2 ilə görüşləri zamanı sonuncuların həmin məsələnin həll olunmasının həqiqətən mümkünlüyü barədə maraqlandıqda Şahid1 və Şahid2 inandırmaq üçün şəxsən guya Təqsirləndirilən şəxs1 tərəfindən özünün hansısa qohumunun artıq rüşvət müqabilində həmin vəzifəli şəxs vasitəsilə Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinə işə düzəldilməsini yalandan bildirməsi ilə əlaqədar Şahid1 və Şahid2 inandırdıqdan sonra həmin görüş zamanı qeyd edilən niyyətlə sonuncudan Zərərçəkmiş şəxs1 məxsus 9.000 (doqquz min) manat, 25 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Bakı Metropoliteninin Sahil stansiyasının girişinin qarşısında Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz tanışı X7 1.000 manat, 2022-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 119 ünvanında yerləşən Geologiya və Geofizika İnstitutunun qarşısında Zərərçəkmiş şəxs1 5.000 (beş min) manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə alıb sonuncu ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 təhrik etmişdir. Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri, Təqsirləndirilən şəxs2 münasibətdə isə həmin Məcəllənin 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və nəticədə müəyyən edilmişdir ki, tanışlıq münasibətində olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib oğlu Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinin Daşkəsən rayon şöbəsinə sürücü vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin aprel ayının əvvəllərində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə onlara müraciət edən Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 cinayətkar niyyətlərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxsinin qohumu kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək guya həmin qohumu vasitəsilə Şahid1 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını sonuncunun atası Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonunda yerləşən “H.Cavid adına park”da görüşləri zamanı yalandan bildirib, qohumu olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə 23 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsində yerləşən “Heydər Əliyev” adına olan parkın yaxınlığında Şahid1 və sonuncunun qohumu Şahid2 ilə görüşləri zamanı sonuncuların həmin məsələnin həll olunmasının həqiqətən mümkünlüyü barədə maraqlandıqda, Təqsirləndirilən şəxs2 Şahid1 və Şahid2 inandırmaq üçün yalandan, guya özünün hansısa qohumunun artıq rüşvət müqabilində həmin vəzifəli şəxs vasitəsilə Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinə işə düzəlməsini bildirməsi ilə əlaqədar Şahid1 və Şahid2 inandırdıqdan sonra həmin görüş zamanı Təqsirləndirilən şəxs1 qeyd edilən niyyətlə sonuncudan Zərərçəkmiş şəxs1 məxsus 9.000 (doqquz min) manat, 25 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Bakı Metropoliteninin «Sahil» stansiyasının girişinin qarşısında Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz tanışı X7 1.000 manat, 2022-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 119 ünvanında yerləşən Geologiya və Geofizika İnstitutunun qarşısında Zərərçəkmiş şəxs1 5.000 (beş min) manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb ələ keçirərək həmin puldan 5.000 (beş min) manat qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la vermiş, 10.000 manat isə özünə götürməklə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinin Daşkəsən rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin aprel ayında cinayətdən xəbərsiz Şahid1 və sonuncunun yeznəsi Şahid2 Arif oğlu vasitəsi ilə özünə müraciət edən Göygöl rayon sakini Zərərçəkmiş şəxs2 özünü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxsinin qohumu kimi təqdim etməklə formalaşdırdığı inam və etibardan suiistifadə edərək həmin qohumu vasitəsilə Zərərçəkmiş şəxs2 işə düzəlməsini təmin etmək imkanına malik olduğunu sonuncuya Şahid2la aralarında olan telefon danışığı zamanı yalandan bildirib, qohumu olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs2 aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə Zərərçəkmiş şəxs2 2022-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi 7 ünvanında 12.000 (on iki min) manat, 2022-ci ilin may ayında Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Xəlilov küçəsi ilə Xocalı Prospektinin kəsişməsində 3.000 (üç min) manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Yəni yuxarıda qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 178.2.1, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə baxışı zamanı, həmçinin Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, xeyli miqdarda əmlakını ələ keçirmədə ehtiva olunan Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda əmlakını ələ keçirmədə ehtiva olunan Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan yuxarıda qeyd olunan dələduzluq cinayətini törətməkdə təqsirlilikləri araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapsa da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulan qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə edəcəyi qanunsuz hərəkətlərə görə özləri vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmə cinayətini törətməkdə təqsirliliyi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsi ilə nəzərdə tutulan qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə bilə-bilə edəcəyi qanunsuz hərəkətlərə görə özləri vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik etmə cinayətini törətməkdə təqsirliliyi təsdiq olunmamış, qeyd olunan xüsusatın törədilmiş dələduzluq cinayətlərinin üsulu kimi təqsirləndirilən şəxslər tərəfindən istifadə olunduğu müəyyən edilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2018-ci il tarixdən Təqsirləndirilən şəxs2 tanımış, sonuncu ilə yaxşı münasibətləri olmuşdur. Şahid2 2020-ci il tarixdə İsmayıl vasitəsi ilə tanımış, sonuncunun yanında görmüş, heç bir münasibəti yaranmamışdır. Tural, İsmayıl və o, dəfələrlə şəhərdə oturub çörək yemiş, söhbət etmişlər. Hətta 44 günlük müharibədə cəbhə bölgəsinə Turalla birlikdə getmişlər. Özünün pula ehtiyacı olduğu üçün borc pul axtarmış və 2022-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs2la birlikdə müxtəlif ünvanlarda müxtəlif vaxtlarda oturub söhbət edən zaman İsmayıla borc pul axtardığını demiş, hətta İsmayıldan da borc pul istəmiş, lakin sonuncunun pulu olmadığı üçün ona pul verməmişdir. Ona borc pul lazım olduğunu bilən İsmayıl ona tanıdığı Şahid1 adlı bir nəfərin Fövqəladə Hallar Nazirliyinin Daşkəsən yanğından mühafizə Xidmətinə işə düzəlmək istədiyini bildirmiş, həmin şəxsin əlində bir qədər pulu olduğunu və pulu işə düzəlmək üçün istifadə edəcəyini demiş, lakin onun özünün Sənanı işə düzəltmək imkanının olmadığını qeyd etmişdir. Adlarını demək istəmədiyi, borclu olduğu şəxslərə olan borcunu qaytarmaq məqsədilə əvvəlcə Sənangili işə düzəltmək adı ilə onları aldadıb pullarını almağı və borclu şəxslərə olan borcları qaytarmağı qarşısına məqsəd qoymuş, bir müddət sonra isə Sənangildən aldığı həmin pulu tapıb geri qaytarmağı, işin alınmadığını bildirməyi planlaşdırmışdır. İsmayıl bundan sonra Sənanın atasının nömrəsini ona və ya onun nömrəsini Sənanın atasına vermiş, onlar Sənangillə əlaqə saxlamağa başlamışlar. O, Zərərçəkmiş şəxs1la danışmış, onlar vədələşib Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademyasının inzibati binasının yaxınlığında görüşmüş, Sənan və Əzimlə danışmış, Sənanın ad soyadını götürüb sonuncuları Sənanı işə düzəldəcəyinə inandırmışdır. Görüşlərindən iki üç gün sonra Əzimə “WhatsApp” proqramı vasitəsi ilə zəng edərək Şahid1 işə düzəlməsinə dair razılıq verildiyini bildirib pulu gətirməsini demişdir. Nə qədər pul gətirmələri barədə o, Zərərçəkmiş şəxs1 heç nə deməmiş, İsmayıl özü onunla görüşən zaman Əzimgilin 10.000 manat pullarının olduğunu ona demiş, işin neçəyə düzələcəyi barədə Əzimə məlumatı İsmayıl vermişdir. Bundan sonra 23 aprel 2022-ci il tarixdə Şahid1 və Şahid2la Bakı şəhəri, Nizami rayonu, “Diqlas” ticarət mərkəzinin qarşısındakı parkda olan çayxanada görüşmüş, o, Şahid2 həmin vaxt ilk dəfə orada görmüşdür. O, Tural və Sənan görüşdükdən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs2 da həmin yerə gəlmişdir. Tural İsmayılı gördükdən sonra pulu ona vermək istəməmiş, bunu görən Təqsirləndirilən şəxs2 Tural və Sənanı inandırmaq üçün pulun borc verilməsinə dair qəbz yazılmasını onlardan tələb etmişdir. Bundan sonra, Tural və Sənan onlara inanmış və çayxanadan çıxdıqdan sonra Tural İsmayılın maşınında ona 9.000 manat pul vermiş, lakin o, 9.000 manat deyil, 10.000 manat pulu Sənangildən borc almasına dair qəbz yazmış və hətta həmin vaxt Təqsirləndirilən şəxs2 telefonla maşında pulun ona verilmə anını da çəkmişdir. Belə ki, İsmayıl çəkiliş apararkən “sabah aranızda başqa söz-söhbət olar, mən də burda olduğuma görə çəkirəm” etiraz etməmişdir. Bundan sonra Turalla Sənan və İsmayıl aralaşıb çıxıb getmiş, getməzdən əvvəl qalan 1000 manatı çatdıracaqlarına dair aralarında razılaşma olmuşdur. 25 aprel 2022-ci il tarixdə isə, 23 aprel 2022-ci il tarixdə razılaşdıqları kimi, Əzimgilin adını bilmədiyi bir tanışı ona zəng etmiş, onlar “Sahil” metrosunun yaxınlığında görüşmüş və sonuncu Əzimgilin göndərdiyi 1.000 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamnıda göstərdi ki, bir müddət sonra Şahid2 ona zəng edərək Sənanın xalası oğlunun da işə düzəlmək istədiyini ona demiş və köməklik göstərilməsini xahiş etmişdir. Buna görə Tural sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildirdiyi şəxsin şəxsiyyət vəsiqəsinin və hərbi biletinin şəklini çəkib ona göndərmiş, o, Şahid2 Zərərçəkmiş şəxs2 da işə düzəlməsinə köməklik göstərəcəyini demiş, bunun üçün onlardan birinə Zərərçəkmiş şəxs2 işə qəbul olunması üçün 12.000 manat pul lazım olduğunu bildirmişdir. 2022-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2la birlikdə Bakı şəhərinə gəlmiş, onlarla Yusif Çəmənzəminli küçəsində yerləşən “Olimpik Star”ın qarşısında görüşmüşlər. Həmin vaxtı Zərərçəkmiş şəxs1 ona 11000 manat, növbəti gün isə Moskva prospektində, indiki Tbilisi prospektində «İS» petrolun yanında isə onun tanımadığı bir qohumu 1000 manat pul vermişdir. Onlardan da cəmi 12.000 manat pul almışdır. O, pulu aldıqdan sonra Elmirlə Sənanı guya FHN-də kiminləsə görüşdürəcəyini deyib, sonuncuları bir neçə dəfə Bakı şəhərinə gətirtmişdir. Onun əsl məqsədi isə vaxt uzadıb Elmir və Sənana görə alınmış pulu onlara qaytarmaq olmuşdur. Təqsirləndirilən şəxs1 ifadəsində daha sonra göstərdi ki, o, Şahid1 işə qəbul olunması müqabilində Şahid2 9.000, Zərərçəkmiş şəxs1 tanışından 1.000 manat olmaqla ümumilikdə 10.000 manat pul almış, Sənanın işinə görə 15.000 manat pul almamışdır. Pulun məbləği ilə bağlı Zərərçəkmiş şəxs1 göstərdikləri doğru olmamışdır. Zərərçəkmiş şəxs2 işə qəbul olunması müqabilində də Elmirlə birlikdə gələn Zərərçəkmiş şəxs1 cəmi 12.000 manat pul almışdır. İki nəfərin işə düzəlməsi adı ilə cəmi 22.000 manat pul almışdır. O, Elmirə görə də 15.000 manat pul almamışdır. Turalgilin özlərinin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldadıb onlardan artıq məbləğdə pul adma imkanlarının olması istisna deyildir. O, özünü FHN-nin birinci müavini Etibar Mirzəyevi tanımamış, sonuncunu heç kimə yaxın qohumu kimi təqdim etməmiş, heç kimi rüşvət verməyə təhrik etməmişdir. İnandırıcı olması üçün FHN-də vəzifəli tanışının və ya qohumunun işlədiyini desə də, onun FHN-də vəzifədə və ya qeyri işdə işləyən heç bir qohumu və ya tanışı olmamış, Əzimgildən və ya qeyrisindən pul alarkən heç kimin adını çəkməmişdir. Onun heç kimi işə düzəltmək fikri olmamış, kimisə işə düzəltmək üçün hansısa nazirliyə və ya idarəyə getməmiş, kiməsə işlə bağlı ağız açmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində, həmçinin göstərdi ki, o, X8 işə düzəldə biləcəyinə söz versə də, lakin bunu kimin vasitəsi ilə düzəldəcəyini İsmayıla deməmiş, sadəcə adamı olduğunu demiş, həmin adamının vasitəsi ilə düzəldəcəyini bildirmişdir. İsmayıl Sənanı və Əzimi inandırmaq üçün onlara onun (Təqsirləndirilən şəxs1) FHN-nin müavini Etibar Mirzəyevin qohumu olması və onun vasitəsilə qohumunu işə düzəltməsi barədə heç bir söz deməmişdir. İsmayılın hər hansı bir qohumunun işə düzəlməsində heç bir kömək etməmişdir. Əzimdən alınacaq pulun gələcək aqibəti barədə İsmayılla aralarında söhbət olmamış, o, Turaldan pulu alsa da, İsmayıla həmin puldan heç nə verməmişdir. O, İsmayılın bütün nəslini-kökünü tanıdığı kimi, İsmayıl da onun bütün əlaqələrini bilmiş, o cümlədən onun FHN-nin müavini Etibar Mirzəyevlə qohumluq əlaqələrinin olmadığını gözəl bilmişdir. O, heç kimi, o cümlədən Zərərçəkmiş şəxs1 və Emin Fərhadovu rüşvət verməyə təhrik etməmiş, Şahid1 işə düzəldilməsi adı ilə 15.000 manat deyil, 10.000 manat pul almış, Zərərçəkmiş şəxs2 işə düzəlməsi adı ilə sonuncunu aldadıb 15.000 manat deyil 12.000 manat pul almışdır. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı təqsirləndirilən şəxsin ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq mərhələsində məhkəmə baxışı zamanı verdiyi ifadəsindən fərqli ifadə verib, tədqiq olunan həmin ifadəsində Təqsirləndirilən şəxs2 onun Sənangili işə düzəltmək adı ilə onları aldadıb pullarını almağı qarşısına məqsəd qoyduğunu, onları işə düzəltməyəcəyini bildiyini, Təqsirləndirilən şəxs2 Sənanla Turalı inandırması üçün onun öz qohumlarının da guya onun (Təqsirləndirilən şəxs1) vasitəsi ilə işə düzəldiyini bildirdiyini, 23 aprel 2022-ci il tarixdə “Diqlas” ticarət mərkəzinin qarşısındakı parkda Təqsirləndirilən şəxs2 maşınında Şahid2 ona 9.000 manat pul verməsindən və onların çıxıb getmələrindən sonra özünün İsmayılın yaşadığı ünvan 5 ünvanının qarşısına getməsini və orada İsmayılla görüşərək əvvəlcədən aralarında pulun yarı-yarı bölüşdürülməsinə dair razılaşmaya əsasən həmin pulun 5.000 manatını İsmayıla verdiyini, Zərərçəkmiş şəxs2 işə düzəlməsi ilə əlaqədar 12.000 manat pul almasından Təqsirləndirilən şəxs2 məlumatı olsa da, onun həmin puldan Təqsirləndirilən şəxs2 heç bir məbləğdə pul vermədiyini göstərmişdir (iş vərəqə: cild İ, səh. 250-255, cild İİ, səh. 170-173). İfadələri arasında ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs1 daha sonra göstərdi ki, İsmayılla onun arasında Cəlilabaddan olan başqasının işi ilə bağlı problem olmuş, həmin şəxslə bağlı olan pulun ona aidiyyatı olmamışdır. Aralarında olan həmin prinsipə görə istintaq zamanı o, müstəntiqə tədqiq olunan ifadəsini vermişdir. İsmayıl Əzimgili qızışdırıb onun üzərinə salmışdır. İsmayıl bunu etməyəcəyi təqdirdlə o, rahatlıqla pulları qaytaracaq və heç bir problemlər olmayacaqdı. O, İsmayılı işə cəlb etməsi üçün alınan pulun 5000 manatını qaytardıqlarını göstərsə də, əsl həqiqətdə heç bir məbləğdə pul qaytarılmamışdır. Onunla İsmayıl arasında Turalgilin pulunu alıb bölmək kimi bir razılaşma olmamışdır. İş üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 uzun müddət əvvəl Mətbuat Şurasında görüb tanımış, yaxşı münasibətləri olmuş, evlərinə gediş-gəlişləri olmuşdur. O, Şahid2 “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tanımışdır. Belə ki, o, terrorçu Ermənisatan bayrağınını kilsədə yandırıb Ermənistanın terrorçu dövlət olması barədə bəyanat vermiş və bundan sonra Tural sosial şəbəkədə ona dostluq atmışdır. Turalla münasibəti yaranmış, o, Gəncəyə gedəndə Turalla görüşmüşdür. Bir neçə il əvvəl xaricdən gələn qonaqları ilə bağlı verdiyi qonaqlıqda Mahiri və Turalı da çağırmış, sonuncular əyani olaraq həmin qonaqlıqda tanış olmuşlar. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, O, 2022-ci ilin aprel ayında Gəncə şəhərinə getmiş, Gəncə şəhərinə etdiyi səfər barədə “İnstagram” sosial şəbəkəsində paylaşım etmiş, onun “İnstagram” sosial şəbəkəsində etdiyi paylaşımı Gəncə şəhərində yaşayan Şahid2 görmüş və ona zəng edərək təzə ailə həyatı qurduğunu bildirərək onu qayınatasıgilin evinə qonaq çağırmışdır. O, Şahid2 adını sonra öyrənib bildiyi qayınatası Zərərçəkmiş şəxs1 evinə qonaq getmiş, həmin vaxtı evdə Şahid2, sonuncunun qayınatası Zərərçəkmiş şəxs1, qaynı Şahid1, qaynanası və arvadı evdə olmuşlar. Evdə olan zaman Turalın qaynatası ona oğlu Şahid1 işə düzəltmək istədiklərini demiş və bununla bağlı köməklik göstərməyi ondan xahiş etmişdir. O, Sənanı işə düzəltmək imkanının olmadığını, belə işlərlə məşğul olmadığını demiş, lakin tanış-biliş olacağı təqdirdə onlara deyəcəyini bildirmiş, lakin heç kimin adını çəkməmişdir. O bundan sonra Gəncə şəhərində işlərini görüb Bakı şəhərinə qayıtmışdır. 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhərində, Dənizkənarı Bulvarda kafedə çay içən zaman Şahid2 ona zəng edərək qaynı Sənanın FHN-də işə qəbul olmaq üçün müraciət etmək istədiyini demiş, onun ərizə yazmağın formasını öyrənmək istəmişdir. O, Turala Sənanın 2020-ci ildə ikinci Qarabağ döyüşlərinin iştirakçısı olduğunu xatırlatmış, buna görə işlə bağlı FHN-ə müraciət etməsinin məqsədəmüvafiq olduğunu demiş, ərizəyə hərbi biletin sürətini də əlavə etməyi məsləhət görmüşdür. Həmin vaxt onun yanında olan Təqsirləndirilən şəxs1 onun Şahid2la telefon danışığını eşitmiş, nə istədikləri ilə maraqlandıqda o, Təqsirləndirilən şəxs1 Turalın qaynı Şahid1 ikinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu demiş, sonuncuya işə düzəlmək üçün kömək etmək lazım olduğunu bildirmişdir. Bundan sonra, Mahir həmin şəxsə kömək edə biləcəyini dediyindən o, Mahirin mobil nömrəsini Turala vermişdir. Tural da Mahirlə əlaqə saxlamış, sonra Sənan Mahirlə danışmış və sonuncu Sənandan işə qəbul olunması üçün müəyyən sənədlər istəmişdir. Təqsirləndirilən şəxs2 daha sonra ifadəsində göstərdi ki, Təxminən 23 aprel 2022-ci il tarixdə Tural ona zəng edərək Mahirin Sənanı işə qəbul etmək üçün onlardan pul istədiyini demişdir. Tural Sənanla birlikdə Bakı şəhərinə gəldiyini bildirib ondan pulun Mahirə verilməsində onun da böyük qardaş kimi iştirak etməsini xahiş etmiş, pulu almasını Mahirin gələcəkdə dana bilməməsini demişdir. Həmin gün Bakı şəhəri, Nizami rayonu, “Diqlas” ticarət mərkəzinin yaxınlığında olan çayxanada o, Mahir, Sənan və Tural görüşmüşlər. Çayxanada olan söhbət əsnasında Təqsirləndirilən şəxs1 Şahid1 FHN-nin X14 Xidmətinin Daşkəsən rayonu X14 hissəsinə sürücü vəzifəsinə işə düzəldəcəyini bildirmişdir. O, Mahirə pulu alarkən hər ehtimala qarşı qəbz yazmağı təklif etmişdir. Lakin Mahir əvvəlcə narazılıq etmiş, ona “siz mənə inanmırsınız, qəbz nəyə lazımdır?” demişdir. Şahid2 özü də qəbz yazılmasında maraqlı olmamışdur. O, qəbz yazılmasını israr etmiş və bundan sonra Mahir özü qəbz yazaraq 10.000 manat pulu Turaldan borc aldığını yazmışdır. Lakin Turalın deməsinə görə onlar Mahirlə 9000 manata razılaşdığını bildirmişdir. Borc haqqında qəb yazdırmasının səbəbi sadəcə olaraq Mahirin pulu aldığını gələcəkdə inkar etməməsi olmuşdur. Çayxanada qəbz yazdıqdan sonra Tural çayxananın qarşısında saxladığı etibarnamə əsasında idarə etdiyi modelini xatırlamadığı “Chevrolet” markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomaşının içərisində Mahirə 9000 manat pul vermişdir. O, Turalın pulu Mahirə verməsini özünün mobil telefonu ilə həm də video çəkiliş aparmış və bu çəkilişdən onların hər ikisinin məlumatı olmuşdur. O, Turala görə çəkiliş aparmış, çünki Turalın bir az narahat adam olmasına görə ondan ehtiyat etmişdir. Pulu aldıqdan sonra Mahir çəkilişə görə öz narazılığını bildirmişdir. Bundan sonra Mahirin Sənandan və ya Əzimdən əlavə nə qədər pul almasının şahidi olmamışdır. Lakin sonradan Mahirin Sənanın işinə görə əlavə olaraq 5.000 manat pul aldığını, həmçinin Sənanın dostu Elmir adlı şəxsdən də eyni üsulla 15.000 manat pul aldığını eşidib bilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, Sənanın işə düzələcəyi ilə bağlı məbləğ 9000 manat olmuş, Əzimin bundan başqa Mahirə hansısa məbləğdə pul verməsini eşitməmiş və görməmişdir. 9000 manat veriləndən sonra Əzim kişigil pulla bağlı mənə zəng etməmiş, o, nə zərərçəkmiş və nə də təqsirləndirilən şəxsdən pul almamışdır. Mahir ona 5000 manat pul verməmişdir. Heç kimi rüşvət verməyə təhrik etməmiş, zərər çəkmiş şəxslərə Mahirin onun da qohumunu işə düzəltməsi barədə heç nə deməmişdir. Mahirlə onun arasında problem yaranmış və ona görə də o, Əzim kişigillə Mahir arasında olan məsələni ictimailəşdirmişdir. Belə ki, anası Həcc ziyarətinə getmək istəmiş, bu məqsədlə o, 5000 ABŞ dolları pulu aparıb anası ilə birlikdə Mahirin vasitəsi və iştirakı ilə onun dostuna verilmişdi. Onlar aldadılmış, anası məcbur qalıb özünün yığdığı pulla Həcc ziyarətinə getmişdir. Buna görə Mahirlə onun münasibəti pozulmuşdur. O, zərərçəkmiş Əzimgilə Mahirdən şikayət etmək istədiyini bildirdikdə, Onlar şikayət etmək istəməmiş, lakin 4 dəfə deyəndən sonra Əzim ona qoşulmuş və onlar Kappupsiya Prokurorluğuna getmiş, şikayəti vermiş və məzmununu Əzimin WhasAppına atmışdır. Məhz bu məsələyə görə Mahir onun əleyhinə ifadə vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı təqsirləndirilən şəxsin ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq mərhələsində məhkəmə baxışı zamanı verdiyi ifadəsindən fərqli ifadə verib, tədqiq olunan həmin ifadəsində Təqsirləndirilən şəxs1 Şahid1 işə düzəltməsi ilə əlaqədar FHN-nin müavini Etibar Mirzəyevin onun yaxını olduğunu, məhz onun vasitəsi ilə Sənanı işə düzəldəcəyinə dair vəd verməsinin ona məlum olmasını göstərmişdir (iş vərəqə: cild İ, səh. 157-160, cild İİ səh.190-193). İfadələri arasında ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs2 daha sonra göstərdi ki, o, ibtidai istintaq zamanı da dindirilərkən hazırda məhkəmədə verdiyi məzmunda ifadə vermiş, müstəntiq Atəş müəllimə inandığından ifadəsini oxumadan imzalamışdır. O, Mahiri tanıdığı 7-8 il ərzində sonuncu FHN-nin müavini Etibar Mirzəyevin qohumu olmasını ona deməmiş, X15 qohumu olmadığını o özü də bilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzləşmə zamanı zamanı sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirərək Təqsirləndirilən şəxs2 onun Nərimanov rayon məhkəməsində barəsində baxılan cinayət işi üzrə istintaq dövründə seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar həbsdə olmasını, barəsində Nərimanov rayon məhkəməsində cinayət işinə baxılmasını, onun heç kimi işə düzəltmək imkanının olmadığını bildiyi halda, əvvəlcədən aralarında olan razılaşmaya görə Zərərçəkmiş şəxs1 oğlu Şahid1 işə düzəltmək adı ilə aldadıb pulunu ələ keçirtmək barədə razılaşdıqlarını, əldə olunmuş razılığa görə xx.xx.2022-ci il tarixdə Şahid2 aldığı 9.000 manat pulun 5.000 manatını həmin gün yaşadığı evin qarşısında ona verdiyini Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 36-37). Cinayət işinə məhkəmə baxışı zamanı üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2022-ci ilin aprel ayının əvvəllərində kürəkəni Şahid2 dostu kimi tanıdıqları Təqsirləndirilən şəxs2 Gəncə şəhərinə onların yaşadıqları evə qonaq gəlmişdir. İsmayılın Gəncəyə nə üçün gəldiyini bilməmiş, lakin kürəkəninin deməsinə görə guya yeni evləndiyinə görə onun yanına təbrikə gəlmişdir. Həmin ərəfədə İİ Qarabağ müharibəsinin iştirakçısı olan oğlu Şahid1 iş üçün ərizə yazmış, lakin iş alınmamışdır. Söhbət əsnasında o, İsmayıla oğlu Şahid1 işsiz olduğunu, FHN-nin X14 Xidmətinin Daşkəsən rayonu, X14 Hissəsində sürücü vəzifəsində işə düzəltdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona Sənanı işə düzəldə bilməyəcəyini, işə adam düzəltməklə məşğul olmadığını ona demiş, lakin bununla bağlı maraqlanıb ona bir cavab verəcəyini bildirmişdir. 2022-ci ilin aprel ayının təxminən ortalarında Təqsirləndirilən şəxs2 oğlu Sənana zəng edərək Mahir adlı şəxsin onun işə düzəlməsinə köməklik edəcəyini demiş və Sənanın mobil telefon nömrəsini əlaqə saxlaması üçün Mahirə verdiyini bildirmişdir. Mahir onun oğlu Sənanla danışmış, ona lazımı sənədləri toplayaraq Bakı şəhərinə gəlməsini tapşırmışdır. O, Mahirlə görüşənədək cəmi bir dəfə sonuncunun istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə “WhatsApp” proqramı vasitəsi ilə danışmış, danışıq əsnasında Mahir ona özünü Dövlət Təhlükəsizlik Xidmətinin (DTX-nın) əməkdaşı kimi təqdim edərək oğlu Sənanla telefonla danışdığını, sənədləri hazırlamasını ona dediyini və sənədlər hazır olduqdan sonra görüşüb danışacağını bildirmişdir. Oğlu Sənan sağlamlıq haqqında arayış, yaşayış yerindən və ailə tərkibi haqqında arayış, şəxsiyyət vəsiqəsinin surəti, narkotik istifadəçisi olub-olmamağına dair arayış, fotoşəkil və digər sənədləri toplayıb onunla birlikdə 2022-ci ilin aprel ayında Bakı şəhərində, Yasamal rayonunda yerləşən “Hüseyn Cavid” parkına getmiş və orada Mahirlə görüşmüşdür. O, Mahiri ilk dəfə həmin parkda görmüş, sonuncu kostyumda, qalstukda olmaqla rəsmi geyimdə, əlində qovluq olduğundan və vəzifəli şəxs görünüşü yaratdığından sonuncuya inanmışdır. Mahir özünü FHN-nin birinci müavini Etibar Mirzəyevin yaxın qohumu kimi təqdim etmiş və onların soyadları eyni olduğuna görə o, Mahirə inanmışdır. Mahir özünü təqdim edib özü haqqında məlumatlar verib onları inandırdıqdan sonra o, oğlu Sənanın işə qəbul üçün topladığı sənədləri Təqsirləndirilən şəxs1 vermiş, sonuncu sənədləri yoxlayıb xəbər edəcəyini onlara demişdir. Həmin gün təxminən 1-2 saat sonra Mahir oğlu Sənanın istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edərək sənədlərin qaydasında olduğunu, əsl FHN-nin işçisinə lazım olan bütün sənədləri topladığını deyib işinin həll olunacağını bildirmişdir. Bundan sonra onlar Gəncə şəhərinə qayıtmışlar. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, onlar Gəncə şəhərinə qayıtdıqdan 4 gün sonra Mahir “WhatsApp” mobil tətbiqi vasitəsi ilə onunla əlaqə saxlayaraq oğlu Sənanı FHN-nin X14 Xidmətinin Daşkəsən rayonu, X14 Hissəsində sürücü vəzifəsinə işə düzəltdirmək məqsədi ilə FHN-nin birinci müavini Etibar Mirzəyevin 15.000 manat pul tələb etdiyini demişdir. O, aprel ayının təxminən 25-i əvvəlcə imkanı çatan qədər olan 9.000 manat pulu oğlu Sənana vermiş, sonuncu kürəkəni Turalla birlikdə pulu Mahirə vermək üçün Bakı şəhərinə getmişdir. Sənan ona Bakı şəhərində, Nizami rayonu ərazisində yerləşən “Diqlas” ticarət mərkəzinin yaxınlığında yerləşən parkda çayxanada Mahirlə görüşdüyünü, Daşkəsən Rayon X14 şöbəsinə sürücü vəzifəsinə işə düzəlməsi üçün 9.000 manat pulu Mahirə verdiklərini, pul verilən vaxt video çəkiliş aparıldığını və Mahirdən yazılı qəbz alınması barədə məlumat vermişdir. Bundan sonra Sənan Gəncə şəhərinə qayıtmışdır. O, xx.xx.2022-ci il tarixdə isə əsgər yoldaşının oğlunun tanışı vasitəsi ilə Təqsirləndirilən şəxs1 əlavə olaraq 1.000 manat pul göndərmiş, sonuncu pulu şəxsən qəbul etmişdir. Bundan bir neçə gün sonra Mahir Sənana zəng edərək qalan 5.000 manat pulu istəmiş, həmin pulu Etibar Mirzəyevə çatdıracağını bildirib onları tələsdirmişdir. O, borc alaraq 2022-ci ilin aprel ayının sonlarında oğlu Sənanla birlikdə Bakı şəhərinə və yenə də “Hüseyn Cavid” parkında Mahirlə görüşüb 5.000 manat pulu oğlu Sənanın yanında Mahirə vermişdir. O, həmin yerdə Mahirdən işin nə vaxta düzələcəyini soruşduqda sonuncu ona Sənanın ikinci Qarabağ döyüşlərinin iştirakçısı olmasına görə tezliklə əmrinin veriləcəyini bildirmişdir. Bundan sonra o, oğlu Sənanla birlikdə Gəncə şəhərinə qayıtmışdır. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, oğlu Sənanın Gəncə şəhərində yaşayan dostu Elmir sənanın işə düzələcəyini eşidib o da Mahirin vasitəsi ilə işə düzəlmək istəmişdir. Bu barədə Mahirə deyilmiş və Mahir onu da işə düzəldəcəyini boynuna götürdüyündən Elmir ona tələb olunan pulu hazırladığını, lakin tək vermək istəmədiyini ona dediyi üçün 2022-ci ilin aprel ayının sonlarında o, Elmirlə birlikdə Bakı şəhərinə gəlmiş, Elmir özü ilə 12.000 manat pul gətirmiş, saxlaması üçün həmin pulu yolda ona vermişdir. Onlar Mahirlə Bakı şəhərində «Olimpik Star» əyləncə mərkəzinin yaxınlığında görüşmüş, o, həmin yerdə 12.000 manat pulu Elmirin özünə qaytarmı və sonuncu həmin pulu özü Mahirə vermişdir. Mahir onun yanında da Elmirə həmin pulun müqabilində sonuncunu da FHN-nin X14 Xidmətinin Daşkəsən rayon X14 Hissəsində sürücü vəzifəsinə işə düzəldəcəyinə dair vəd vermiş, yaxın vaxtda əmrinin çıxacağını bildirmiş və bir həftə müddətində qalan 3.000 manat pulu da verməyi tələb etmişdir. O, təxminən 23 may 2022-ci il tarixdə Elmirlə birlikdə yenidən Bakı şəhərinə getmiş, Elmir qalan 3.000 manat pulu Bakı şəhəri, Xətai rayonu FHN-nin tabeçiliyində olan qurumlardan birinin inzibati binasının yaxınlığında görüşərək onun yanında Mahirə vermişdir. O, elə həmin vaxt oğlunun da işinin nə yerdə olduğunu Mahirdən soruşmuş, Mahir qısa zaman kəsiyində məsələnin həll olunacağını bildirmişdir. Bundan sonra, onlar Gəncə şəhərinə qayıtmışlar. Daha sonra Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Mahirlə Bakıda son görüşdən bir müddət sonra o, Mahirlə əlaqə saxlayıb oğlunun işinin nə yerdə olması ilə maraqlandıqda Mahir hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Mahir ona işlədiyi işi ilə əlaqədar telefonunun dinlənildiyini, yalnız “WhatsApp” mobil tətbiqi vasitəsi ilə özünün zəng edəcəyini bildirdiyi üçün o, çox vaxtı sonuncu ilə axşam saatlarında “WhatsApp” mobil tətbiqi vasitəsi ilə danışmışdır. Mahir bir neçə dəfə uşaqları, yəni Elmirlə Sənanı Bakıya çağırtdırmış, Mahir Bakıda onlarla telefonla əlaqə saxlayıb onları gözlətdirmiş, onlara bir saata yığacağını demiş, sonra nə qədər zəng etsələr də Mahirin telefonu bağlı olmuş, ona zəng çatmamış, uşaqlar da bir neçə gün Bakıda oteldə qalıb Mahiri gözləmişlər. Mahir müxtəlif bəhanələr gətirmiş, gah X23 şəhərində olduğunu demiş, gah da görüşə bilmədiyini bildirmişdir. Mahir bir dəfə də onu Bakıya gətirtmiş, onu da aldadıb axşama kimi gözlətmiş, sonra isə zəng edib Naxçıvanda olduğunu demişdir. 3 ay sonra artıq onlar Mahirin onları aldatdığını öyrənmiş, ona şikayət edəcəyimizi bildirdikdə Mahir onlara “hara istəyirsən şikayət elə» cavabını vermişdir. O, İsmayıla zəng edərək Mahirin onu aldatdığını, onu tapa bilmədiyini demiş, ondan şikayət edəcəyini bildirdikdə, İsmayıl ona Mahirin onun anasıgili də aldatdığını demiş, şikayət etməyi məsləhət görmüşdür. Yekunda Mahir işi düzəltmədiyindən və pulu qaytarmadığından şikayət etmiş, özü heç vaxt Etibar Mirzəyevin yanına getməyə cəhd etməmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 rolu yalnız Mahiri onlarla tanış etmək olmuş, şikayət edəndən sonra isə Mahirin axtarılıb tapılmasında və tutulmasında onlara kömək etmişdir. Mahirə verdikləri pullardan İsmayıla da çatmasından onların xəbəri olmamış, özü İsmayıla şəxsən pul verməmişdir. Birinci dəfə oğlu və kürəkəni Mahirə pulu verərkən İsmayıl Mahirin onun da qohumunu işə düzəltdiyini demiş, arxayın olub pulu verməyi tövsiyə etmişdir. Bunu görüşdən sonra oğlu və kürəkəni ona demiş, şəxsən özü eşitməmişdir. Təqsirləndirilən şəxs1 pullarını ödəməsini tələb edir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında 11 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi 2022-ci ilin aprel ayında oğlu Şahid1la birlikdə Təqsirləndirilən şəxs1 5.000 manat pul verdiyi yer Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 119 ünvanında yerləşən Geologiya və Geofizika institutunun qarşısında, Milli Elmlər Akademiyasının inzibati binasının sağ tərəfində yerləşir. Tədqiq olunan həmin protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs2la birlikdə Təqsirləndirilən şəxs1 12.000 manat pul vəsaitini verdiyi ünvan Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi 7 ünvanında, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2la birlikdə Təqsirləndirilən şəxs1 3.000 manat pul verdiyi ünvan isə Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Xəlilov küçəsi ilə Xocalı Prospektinin kəsişməsində yerləşir (iş vərəqə: cild İİ, səh. 38-44). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasında aparılmış üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 20-24). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Şahid1 5-6 il əvvəl tanımış, onunla dostluq münasibətləri olmuşdur. 2022-ci ilin may ayının əvvəllərində dostu Şahid1 FHN-nə işə düzələcəyini ona bildirmişdir. Maraqlandıqda bui şi Mahir adlı bir şəxsin 15.000 manat pul qarşılığında görəcəyini, onu FHN-nin X14 Xidmətinin Daşkəsən rayonu, X14 Hissəsində sürücü vəzifəsində işə düzəldəcəyini demişdir. O, işsiz olduğu üçün Mahirlə danışıb onun da sürücü kimi işə qəbul olmağına köməklik göstərməsini deməyi xahiş etmişdir. O, Sənan və Sənanın yeznəsi Turalla birlikdə Gəncə şəhərində oturub bu barədə söhbət etmiş, Tural onların yanında Mahirə zəng edərək sonuncuya onun da işə düzəlmək istədiyini demiş, sonuncu Turala onun şəxsiyyət vəsiqəsinin və hərbi biletinin şəklini göndərməsini bildirmişdir. Tural onun şəxsiyyət vəsiqəsini və hərbi biletinin şəklini öz telefonu ilə çəkib Mahirin telefonuna göndərmişdir. Mahir bir qədər sonra zəng edib onun işə düzəlməsində 15.000 manat qarşılığında köməklik edə biləcəyini bildirmişdir. Mahir ona FHN-nin birinci müavini Etibar Mirzəyevin yaxın qohumu olduğunu, tələb etdiyi pulu da Etibar Mirzəyevə vermək məqsədi ilə istədiyini bildirmişdir. O, 2022-ci ilin aprel ayının sonlarında borc alıb 12.000 manat pulu dostu Sənanın atası Əzimlə birlikdə Bakı şəhərinə aparmış, pulu saxlaması üçün yolda Əzimə vermiş, həmin gün Bakı şəhəri, Nərimanov rayonu ərazisində olan «Olimpik Star» əyləncə mərkəzinin binasının yaxınlığında Əzimin yanında Mahirlə görüşmüşlər. O, ilk dəfə Mahiri həmin ünvanda görmüşdür. Mahir ona Etibar Mirzəyevin yaxın qohumu olduğunu bildirib işə düzəldəcəyinə dair vədlərlə bir daha onu inandırmışdır. Buna görə də o, saxlaması üçün Əzimə verdiyi 12.000 manat pulu sonuncudan alıb Mahirə vermişdir. Mahir pulu alıb onu FHN-nin X14 Xidmətinin Daşkəsən rayonu, X14 Hissəsində sürücü vəzifəsinə işə düzəldəcəyinə dair vəd vermişdir. Mahir həmin günü ona sənədləri toplamağını bildirib yaxın vaxtda əmrinin çıxacağını deyərək bir həftə müddətində qalan 3.000 manat pulu da verməyini tələb etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstərdi ki, o, 12 may 2022ci il tarixdə bacısı Nurlana Göyüşovanın adına “Bank of Baku”nun Gəncə filialından 12.000 manat kreditə pul götürərək borc aldığı şəxsin borcunu qaytarmış, təxminən 23 may 2022ci il tarixdə isə qalan 3.000 manat pulu düzəldib yenidən Əzimlə birlikdə Bakı şəhərinə gəlmiş və Bakı şəhəri, Xətai rayonu FHN-nin tabeçiliyində olan qurumlarının birinin binasının yaxınlığındakı çayxanada Mahirlə görüşmüş və 3.000 manat pulu Əzimin yanında Mahirə vermişdir. Mahir yaxın gələcəkdə onun və Sənanın hər ikisinin işə qəbul olunmasına dair əmrlərinin veriləcəyini bildirmişdir. Onlar Gəncə şəhərinə qayıtdıqdan bir müddət keçdikdən sonra özü də Mahirlə telefonla danışıb əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşmuş, sonuncu müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Belə ki, Mahir hər dəfə qəbula düşmək adı ilə onları Bakı şəhərinə çağırmış, hətta onlara kostyumda gəlməyi tapşırmışdır. Onlar da gəlmiş, 3-5 gün Bakıda otellərdə qalmış, yekunda guya baş tutmamış və onlar çıxıb getmişlər. Xeyli danışıqlardan sonra o, artıq aldadıldığını başa düşüb şikayət etmişdir. Pulu qaytarılmamış, pulunun qaytarılmasını tələb edir. Cinayət işinə məhkəm baxışı zamanı elan edilməklə tədqiq olunan Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında 11 oktyabr 2022-ci il tarixli protokolla zərər çəkmiş Zərərçəkmiş şəxs2 2022-ci ilin aprel ayının sonlarında digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1la birlikdə Təqsirləndirilən şəxs1 12.000 manat pul vəsaitini verdiyi ünvanın Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi 7-də, daha sonra Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1la birlikdə Təqsirləndirilən şəxs1 3.000 manat pul verdiyi ünvanın isə Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Xəlilov küçəsi ilə Xocalı Prospektinin kəsişməsində yerləşdiyi müəyyən edilmişdir (iş vərəqə: cild İİ, səh. 45-49). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı zərərçəkmiş şəxs Göyüşov məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və daha sonra məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha bildirərək sonuncunun qanundan kənar hərəkətləri barədə istintaq orqanına məlumat vermişdir (iş vərəqə: cild İ, səh. 30- 32). Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin aprel ayının əvvəllərində yeznəsi Şahid2 dostu kimi tanıdığı Təqsirləndirilən şəxs2 Gəncə şəhərinə onların yaşadıqları evə qonaq gəlmiş, söhbət əsnasında atası Əzim İsmayıla onun hazırda işsiz olduğunu, Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinin Daşkəsən rayonu, X14 Hissəsində sürücü vəzifəsində işləmək istədiyini demiş, İsmayıl onu işə düzəldə bilməyəcəyini, lakin, bu barədə maraqlanıb cavab verəcəyini demişdir. Atam, anam Nazilə Aslanova, yeznəm Şahid2, Təqsirləndirilən şəxs2 bir də bacım Aslanova Nərgiz qeyd olunan məclisdə iştirak etmişlər. Şahid qismində dindirilən Şahid1 ifadəsinin davamında göstərdi ki, 2022-ci ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs2 ona zəng edərək Mahir adlı şəxsin onun işə düzəlməyində köməklik edəcəyini bildirib onun telefon nömrəsini əlaqə saxlaması üçün Mahirə verəcəyini demiş, Mahir onunla telefonla danışaraq lazımı sənədləri toplayıb Bakı şəhərinə gəlməsini, orada danışıb ona köməklik göstərəcəyini demişdir. O, Mahirlə görüşənədək bir neçə dəfə telefonda danışmış, sonuncu telefonda ona özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. O, sonradan Mahirin atasına da özünü Dövlət Təhlükəsizlik Xidmətinin işçisi kimi təqdim etdiyini bilmişdir. Mahir ona lazım olan sənədlər barədə məlumat vermiş və o, sağlamlıq haqqında arayış, yaşayış yerindən və ailə tərkibi haqqında arayış, şəxsiyyət vəsiqəsinin surəti, narkotik istifadəçisi olub-olmamağına dair arayış, fotoşəkil və digər sənədləri topladıqdan sonra atası ilə birlikdə 2022-ci ilin aprel ayında Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Hüseyn Cavid” parkına gedib orada Mahirlə görüşmüşdür. O, ilk dəfə Mahiri həmin parkda görmüş, sonuncu kostyumda, qalustukda rəsmi geyimdə olduğundan və əlində qovluq vəzifəli şəxs görünüşü yaratdığından onlar Mahirə inanmışlar. Mahir özünü FHN-nin birinci müavini Etibar Mirzəyevin yaxın qohumu, bacanağı kimi təqdim etmiş, soyadları eyni olduğuna görə onlar Mahirə inanmışlar. Özünün isə Prezident Aparatında işlədiyini bildirmişdir. Şahid1 arayış verib göstərdi ki, Mahir ilk dəfə onunla telefonda danışarkən dövlət işçisi olduğunu, atasıyla danışarkən isə konkret olaraq Daxili İşlər Nazirliyində işlədiyini bildirmişdir. Onlar Bakıya sənədləri verməyə gələn zaman isə o, Mahirdən hansı vəzifədə işlədiyini soruşduqda, sonuncu Prezident aparatında işlədiyini bildirmişdir. Hətta əvvəllər Dövlət Təhlükəsizlik Xidmətinin işçisi olduğunu bildirmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, Mahir parkda onlardan sənədləri almış və sənədləri yoxlayıb onlara xəbər edəcəyini demişdir. Təxminən 1-2 saat sonra Mahir onun istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edərək sənədlərin qaydasında olduğunu, əsl FHN-nin işçisinə lazım olan bütün sənədləri topladığını deyib işin həll olunacağını bildirmişdir. Bundan sonra onlar Gəncə şəhərinə qayıtmışlar, 4 gün sonra Mahir “WhatsApp” mobil tətbiqi vasitəsi ilə atası Əzim ilə əlaqə saxlayaraq onu Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinin Daşkəsən rayonu, X14 Hissəsində sürücü vəzifəsinə işə düzəltdirmək məqsədi ilə FHN-nin birinci müavini Etibar Mirzəyevin 15.000 manat pul tələb etdiyini bildirmiş, təxminən aprel ayının 25-i atası 9.000 manat pulu ona vermiş, o, yeznəsi Turalla birlikdə pulu Mahirə vermək üçün Bakı şəhərinə getmişlər. Bakı şəhərində o, İsmayıl, Tural və Mahir Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzinin yaxınlığındakı parkda çayxanada görüşmüşlər. Görüşdə Mahir ona işə düzəldəcəyinə dair vədlər verərək onu inandırmışdır. Mahir ona “sənin Gəncədən Daşkəsənə tək gedib gəlməyinin çətin olacaq, özünə yaxın bildiyin dost tanışından kimsə varsa denən onun da işini düz-qoş edim birlikdə gedib gəlin” demiş, o, dostu Elmiri nəzərdə tutub Mahirə “bir dostum var onunla danışıb sənə xəbər edəcəyəm” demişdir. Onlar çayxanada söhbət edib bitirdikdən sonra o, 9.000 manat pulu Turala vermiş, Tural pulu çayxananın yaxınlığında İsmayılın avtomaşının içərisində sayıb Mahirə vermişdir. Mahir də pulu götürərək pulu götürməsinə dair qəbz yazmışdır. Qəbzdə pulu borc şəklində götürdüyünü yazmış, o, Mahirə inandığı üçün sonuncunun yazdığı qəbzin məzmunu ona bir o qədər fərq etməmişdir. O, pulu Mahirə onu işə qəbul etdirmək məqsədi ilə vermişdir. Qəbzi yazmasının təşəbbüskarı Təqsirləndirilən şəxs2 olmuşdur. Pul verilərkən Təqsirləndirilən şəxs2 həm də mobil telefonla çəkiliş aparmışdır. Belə ki, Tural pulu maşında Mahirə vermiş, sonuncu 9.000 manat pulu götürmüş, İsmayıl da çəkmişdir. İsmayıl niyə qəbz yazdırdığını, niyə videoya çəkdiyini onlara deməmişdir. Onlar Təqsirləndirilən şəxs1 pulu verməyə tərəddüd edərkən Təqsirləndirilən şəxs2 öz qohumunu Mahirin necə işə düzəltməsi barədə heç nə deməmiş, sadəcə 30-50 günə işi düzəltdiyini demiş, ona da arxayın olmağı tapşırıb, onun da işinin düzəldəcəldəcəyini demiş, həmçinin “Narahat olmayın, pulu verin” ifadəsini də işlətmişdir. Onların Mahirə verdiyi puldan sonuncunun 5000 manat pulu Təqsirləndirilən şəxs2 verdiyini eşitmiş, bunu ona müstəntiq danışmışdır. Şahid qismində dindirilən Şahid1 ifadəsinin davamında göstərdi ki, pulu Mahirə verdikdən sonra Gəncə şəhərinə tək qayıtmışlar. Növbəti gün Mahirə ilkin olaraq 10.000 manat çatdırmalı olduqlarından, onlar Gəncədə olarkən atası Mahirin telefonunu dostunun oğlu Cəmilə vermiş, həmçinin Mahirlə görüşüb ona 1000 manat pul verməyi xahiş etmişdir. Sonuncu da Mahirlə əlaqə saxlayıb 1000 manat pulu Mahirə çatdırmış, sonuncu isə pulu aldığını təsdiqləmişdir. Cəmil həmin pulu onun yanımda deyil, Bakı şəhərində Mahirə vermişdir. Təxminən 2 gün sonra isə Mahir ona zəng edərək qalan 5.000 manatı verməyini, həmin pulu Etibar Mirzəyevə çatdıracağını bildirib onu tələsdirmişdir. Mahir ona Etibar Mirzəyevin pulu bütöv halda istədiyini demişdir. O, atasına Mahirin qalan 5.000 manat pulu da istədiyini demiş, atası borc alaraq 5.000 manat pulu düzəldib 2022-ci ilin aprel ayının sonlarında onunla birlikdə pulu Mahirə vermək üçün Bakı şəhərində yerləşən “Hüseyn Cavid” parkına getmişlər. Atası Zərərçəkmiş şəxs1 5.000 manat pulu onun yanında həmin parkda Mahirə vermişdir. Mahir onlarla görüşməyə tək gəlmişdir. Onlar pulu verdikdən sonra Mahirdən işin nə vaxtda düzələcəyini soruşduqda sonuncu onlara onun ikinci Qarabağ döyüşlərinin iştirakçısı olmağına görə tezliklə işə qəbul olunmaq barədə əmrinin veriləcəyini demişdir. Bundan sonra Onlar Gəncə şəhərinə qayıtmışlar. Gəncə şəhərinə qayıtdıqdan sonra o, dostu Elmirə Mahirin onu işə düzəltməyi barədə demiş, Elmir də işə düzəlmək istədiyini bildirmişdir. O, Tural və Elmir Gəncə şəhərində olan zaman Tural Mahirə zəng vurub Elmirin də işə qəbul olmaq istəməsi barədə məlumat vermiş, Mahir Elmirin hərbi biletinin və şəxsiyyət vəsiqəsinin şəkilinin göndərilməsini tələb etmişdir. Tural Elmirin şəxsiyyət vəsiqəsinin və hərbi biletinin şəklini mobil telefonla çəkib Mahirə göndərmişdir. Mahir isə yoxlayıb xəbər edəcəyini bildirmiş və sonra zəng edərək Turala Elmirin işinin də həll olunacağını bildirmişdir. Mahir işin həll olunması üçün Tural vasitəsi ilə Elmirdən 15.000 manat pul tələb etmişdir. 2022-ci ilin may ayının əvvəllərində Elmir atası Əzimlə birlikdə Bakı şəhərinə getmiş, Elmir özü ilə birlikdə 12.000 manat pul aparmışdır. Elmir həmin pulu FHN-nin inzibati binasının yaxınlığında “Meqastore” mağazasının yaxınlığında atasının yanında Mahirə vermişdir. Mahir pulu alanda Elmirə onu Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinin Daşkəsən rayonu, X14 Hissəsində sürücü vəzifəsində işə düzəldəcəyinə dair vəd vermişdir. Mahir Elmirə yaxın vaxtda əmrinin imzalanacağını və bir həftə müddətində qalan 3.000 manat pulu da verməyini Elmirdən tələb etmişdir. xx.xx.2022-ci il tarixdə Elmir onun atası Əzimlə birlikdə yenidən Bakı şəhərinə getmişlər, Elmir qalan 3.000 manat pulu Bakı şəhəri, Xətai rayonu FHN-nin tabeçiliyində olan qurumlarının birinin binasının yaxınlığındakı çayxanada görüşüb orada Mahirə vermişdir. Şahid1 ifadəsində daha sonra göstərdi ki, pulu verdikdən 2-3 ay sonra onlar aldadıldıqlarını başa düşmüşlər. Belə ki, onlar işlə maraqlandıqda X1, bir həftəyə, 10 günə gələcəyini demişdir. Onun dostunu 5 gün Bakıda otellərdə saxlamış, 500 manat da otellərə tökmüşlər. Hər dəfə soruşanda soyuş söyüb and içmiş, narahat olmamağı tapşırmış, işi düzəldəcəyinə söz vermişdir. Şahid1 ifadəsində daha sonra göstərdi ki, o, Mahirə axırıncı 5000 manatı verən zaman heç kimə bildirməmiş, lakin ailə üzvləri hamı bundan xəbərdar olmuşdur. Sonradan pul verməsindən Təqsirləndirilən şəxs2 da məlumatı olmamış, sonrakı proseslərdə öyrənmişdir. Onlar Elmirin işə düzəlməsi ilə bağlı Təqsirləndirilən şəxs2 sonradan məlumat vermiş, İsmayıl məsələlərin üstü açılandan sonra bilmiş, pul verilərkən ona deyilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Şahid1 üzləşmə zamanı sərbəst ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 25-29). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Şahid1 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Şahid1 üzləşmə zamanı sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs2 üzünə üzünə qarşı təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 36-37). Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 2018-2019-cu illərdə “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tanımış, aralarında yaxşı münasibətləri olmuşdur. İsmayıl özünü ona ekspert, psixoloq, Azərbaycanın İsraildəki palatasının şöbəsinin işçisi kimi və sair müxtəlif vəzifələrdə işlədiyini demişdir. Təqsirləndirilən şəxs1 isə o, İsmayılla tanış olduqdan bir müddət sonra sonuncunun İsraildən gələn Ediqard adlı dostu ilə bağlı verdiyi qonaqlıqda tanımış, lakin aralarında heç bir münasibət olmamışdır. Həmin görüşdə Mahir özünü ona MTN-nin polkovniki kimi təqdim etmişdir. Bundan başqa bir dəfə də 2-ci Qarabağ döyüşləri ərəfəsində Tərtər rayonunda Mahiri hərbi geyimdə, zabit rütbəsində İsmayılın yanında görmüş, Mahir söhbət əsnasında orduya döyüşə getdiyini ona demişdir. O, 2022-ci ilin yanvar ayında zərər çəkmiş Zərərçəkmiş şəxs1 qızı Nərgizlə ailə həyatı qurub ailəsi ilə birlikdə Gəncə şəhərində kirayədə yaşamışdır. Şahid2 ifadəsində göstərdi ki, 2022-ci ilin aprel ayının əvvəllərində sosial şəbəkədə balıq paylaşdıqdan sonra İsmayıl ona «deyəsən tək yeyirsən» kimi bir mesaj yazmışdır. O da İsmayıla “gəlib qonağım ola bilərsən, Gəncədəyəm» mesajını yazdıqda, İsmayıl da Gəncədə olduğunu yazmış, maraqlandıqda, dövlət tədbiri ilə əlaqədar gəldiyini yazmışdır. Odur ki, o, Təqsirləndirilən şəxs2 özünün kirayə yaşadığı evə yox, qayınatasıgilin evinə qonaq çağırmışdır. Söhbət əsnasında qaynı Sənan və qayınatası X24 hazırda işsiz olduğunu, Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinin Daşkəsən rayonu, X14 Hissəsində sürücü vəzifəsində işə düzəltdirmək istədiyini bildirmişlər. İsmayıl onlara “mən kadr məsələlərinə baxmıram” kimi bir cavab vermişdir. Həmin günü İsmayılı otelə yola salmışlar. Ertəsi günü o, Sənan və Əzimlə birlikdə İsmayılı yola salmaq üçün sonuncunun gecələdiyi otelə getmişlər, Zərərçəkmiş şəxs1 özü ilə İsmayıla vermək üçün pay da aparmışdır. İsmayılı Bakı şəhərinə yola salanda İsmayıl öz nömrəsini qaynı Sənana və qayınatası Əzimə vermiş, sonuncular da nömrələrini İsmayıla vermişlər. Qaynı Sənan ikinci Qarabağ döyüşlərində iştirak etsə də veteranlıq ala bilmədiyi üçün onlar istər axşam qaynatasıgildə qonaq olduğu vaxtda, istərsə də İsmayılı yola salan zaman sonuncudan Sənanın veteranlıq verilməsinə köməklik göstərilməsini xahiş etmişlər. O, 2022-ci ilin aprel ayının əvvəllərində İsmayıla zəng edərək qaynı Sənanın veteranlıq almasına köməklik göstərib göstərməyəcəyini soruşmuş, sonuncu isə Müdafiə Nazirliyinə ərizə ilə müraciət etməyi məsləhət görmüşdür. Sonradan internet üzərindən ərizə ilə Müdafiə Nazirliyinə müraciət etmişlər. Bundan sonra o, İsmayılla danışmamışdır. Şahid2 ifadəsinin davamında göstərdi ki, həmin ərəfədə onun birinci ailəsindən olan azyaşlı övladı Gəncə şəhər sakini tərəfindən əxlaqsız hərəkətlərə məruz qaldığından o, bərk məşğul olmuş, sənanın işi ilə maraqlana bilməmişdir. Sonradan qaynı İsmayılın Əzim kişiyə zəng etdiyini demiş, İsmayılla görüşməyə gedəcəklərini bildirmişdir. 2022-ci ilin aprel ayında qaynatası Zərərçəkmiş şəxs1 ona İsmayılın kiminləsə danışdığını, həmin şəxsin qaynı Sənanı işə düzəldəcəyini bildirib, Bakı şəhərinə həmin şəxslə görüşməyə gedəcəyini ona demişdir. Xatırladığı qədər 23 aprel 2022-ci il tarixdə qaynatası Zərərçəkmiş şəxs1 ona Sənanın işə qəbul olunması üçün İsmayılın vəzifədə işləyən tanışı olduğunu, həmin şəxsin onlara köməklik göstərəcəyini demiş, həmin şəxsə pul çatdırmaq lazım olduğunu bildirib, səhhətindəki problemlə əlaqədar özünün gedə bilməyəcəyini bildirmiş və həmin şəxsə çatası pulu Sənanla birlikdə aparıb verməyi xahiş etmişdir. O, Sənanla birlikdə Bakı şəhərinə getmiş, Bakıda onları İsmayıl qarşılamalı olmuşdur. Bakıya çatmağa az qalmış Sənan onun telefonu ilə pulu verəcəkləri Mahir adlı şəxsə zəng etmiş, Sənana görüşmək üçün ünvan desə də Sənan Bakı şəhərini yaxşı tanımadığı üçün o, telefonda Mahirlə danışmış, telefonla danışanda həmin şəxsin İsmayılın tanışı olan, onun da tanıdığı Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. Mahir ona Nizami rayonu ərazisində yerləşən «Diqlas» Ticarət mərkəzinin yaxınlığına dəvət etmişdir. Bundan sonra o, İsmayılla danışaraq Sənanı işə düzəldənin Mahir olduğunu ona deməməsinin səbəbini soruşmuş, İsmayıl isə heç bir söz deməmiş, sadəcə gülümsəmişdir. O, İsmayıla Sənanı «20 yanvar» metro stansiyasından götürməsini xahiş etsə də, İsmayıl tıxac olduğunu bildirib Mahirin verdiyi ünvanda görüşmək üçün vədələşmişlər. Onlar Mahirin verdiyi ünvana getmiş, parkda yerləşən çayxanada oturduqdan bir qədər sonra İsmayıl da həmin ünvana gəlmişdir. Mahir orada artıq özünün Prezident aparatında işə düzəldiyini, FHN-nin müavini Etibar Mirzəyevin yaxın qohumu olduğunu, yaxşı münasibətinin olduğunu onlara deyib sonuncunun vasitəsi ilə Sənanı işə qəbul etdirəcəyini bildirmişdir. O, pulun verilməsinə ehtiyat etmiş, Mahir və İsmayıl onun pulu vermək istəmədiyini başa düşmüş, buna görə də İsmayıl onu və Sənanı inandırmaq üçün ona “Mahir mənim qohumumu da işə düzəlməsinə köməklik edib, bu məsələ 30-50 gün arası müddətdə düzəlir narahat olma, istəyirsən yazılı olaraq borc pul almağa görə Mahir qəbz yazsın, hər ehtimala gələcəkdə alınmasa məhkəməyə verə bilərsən” sözlərini demişdir. Həmin vaxtı İsmayıl onu inandırmaq üçün Fövqəladə Hallar nazirinin müavinlərindən birinin telefonda şəklini göstərərək ona “işə düzələndən sonra Sənanın zabitlik məsələsini özüm müavinlə şəxsən həll edəcəm” demiş, digər tərəfdən Mahir onlara “mənim ildə bir neçə nəfər adam düzəltmək üçün limitim var, İsmayılın qohumunu da elə işə düzəltmişəm” demişdir. İsmayıl, həmçinin işin düzəlməyəcəyi, pulun qaytarılmayacağı təqdirdə Mahiri özünün tutduracağını onlara demişdir. Bundan sonra o, hər ehtimala qarşı Zərərçəkmiş şəxs1la telefonla danışıb məlumat vermiş, sonuncu isə İsmayıla inandığını bildirib pulu verməyini bildirmişdir. O da parkdan çıxıb İsmayılın sürdüyü avtomaşının içərisində 9.000 manat pulu sayıb Mahirə vermişdir. Mahir maşının içərisində pulu alıb borc götürməsi barədə qəbz yazmış, qəbzdə Turaldan 10.000 manat aldığını göstərmişdir. Əslində isə pul Sənanın işə qəbul olunması üçün Mahirə verilmişdir. Borca görə qəbz yazılmasının təşəbbüskarı isə İsmayıl olmuşdur. Bundan bir müddət sonra isə Mahirin Sənan və Əzim kişidən əlavə olaraq 5.000 manat pul aldığını da öyrənib bilmişdir. Bundan başqa, Şahid2 ifadəsində göstərdi ki, 2022-ci ilin may ayının əvvəllərində Sənan dostu, baxılan iş üzrə digər zərər çəkmiş şəxs Elmirlə birlikdə Gəncə şəhərində çayxanada oturub söhbət edən zaman, Elmir də Sənan kimi işə düzəlmək istədiyini demişdir. O, Mahirlə danışmış, sonuncu ona Elmirin şəxsiyyət vəsiqəsinin və hərbi biletinin şəklini göndərməsini bildirmiş, o, da həmin sənədlərin şəkillərini çəkib Mahirin mobil telefonuna göndərmişdir. Bir müddət sonra Mahir Elmiri işə düzəldə biləcəyini demişdir. Elmirin işə qəbul olunması üçün Mahir istədiyi pulu ya Əzimə ya da Sənana demişdir. Mahir onlara Sənanı hansı qiymətə işə düzəldəcəksə Elmiri də o qiymətə işə düzəldəcəyini demişdir. X26 Aslanovla birlikdə Bakı şəhərinə gedərək ümumilikdə Mahirə işə qəbul olunmasına köməklik göstərilməsi üçün 15.000 manat pul vermişdir. Pulu verdikdən sonra Mahir bir neçə dəfə Elmir və Sənanı Bakı şəhərinə vəzifəli şəxslərin qəbuluna salacağı adı ilə gətirib yalandan heç kimin qəbuluna salmayıb müxtəlif bəhanələrlə aldatmışdır. Həmçinin Sənan və Elmir işə qəbul olunmaları üçün müvafiq sənədləri də toplayıb ərizə yazıb Mahirə vermişdir. Sonradan İsmayıl qayınatası Əzimə zəng edərək Mahirin onun anası və qohumlarını ziyarətə göndərmək adı ilə aldadıb pulunu ələ keçirtdiyini demiş, Təqsirləndirilən şəxs1 aldığı 9.000 manat puldan ona pul vermədiyini bildirmişdir. İş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilməmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 atası Azərin əsgər yoldaşıdır. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 ona zəng edərək bir nəfər şəxsin telefon nömrəsini verib həmin şəxslə danışıb görüşərək 1.000 manat pul verməsini, özü həmin pulu ona qaytaracağını demişdir. Zərərçəkmiş şəxs1 ona verdiyi nömrə ***-***-**-** olmuşdur. O, ertəsi günü, yəni xx.xx.2022-ci il tarixdə tələbə yoldaşı Emin İsmayılovla birlikdə olan zaman onun başqa işi çıxdığı üçün o, Zərərçəkmiş şəxs1 verdiyi ***-***-**-** telefon nömrəsini və 1.000 manat pul vəsaitini tələbə yoldaşı Emin İsmayılova verib pulu həmin şəxslə görüşüb verməsini xahiş etmişdir. Həmin gün Emin həmin şəxslə Bakı şəhəri, Səbail rayonu, «Sahil» metrostansiyasının qarşısında görüşüb 1.000 manat pulu həmin şəxsə vermişdir. Nə o, nə də ki, tələbə yoldaşı Emin həmin şəxsi tanımamış, hansı məqsədlə həmin şəxsə pul verdiklərini bilməmiş, sadəcə olaraq Zərərçəkmiş şəxs1 ondan borc istədiyi üçün o, pulu borc kimi vermişdir. Sonradan Zərərçəkmiş şəxs1 tez-tez Bakı şəhərinə gələndə ona Mahir adlı şəxsin onun oğlu Şahid1 işə düzəltmək adı ilə aldadıb pullarını ələ keçirtməsini demişdir. Zərərçəkmiş şəxs1 ondan borc aldığı 1.000 manat pulu bir müddət sonra onun kartına göndərmişdir (iş vərəqə: cild İİ, səh. 1-2). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Şahid3 tərəfindən təqdim edilmiş 25092 nömrəli qəbzin surətindən görünür ki, 23 may 2022-ci il tarixdə, Gəncə şəhərində yerləşən «Bazarstore» mağazasında quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi ilə Şahid3 41xxxxxxxx668401 kart hesabına 1.000 manat pul mədaxil olmuşdur (iş vərəqə: cild İİ, səh. 3). İş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş, lakin adı məhkəməyə dəvət olunacaq şahidlərin siyahısına əlavə edilməmiş X9 ifadəsi məhkəmə baxışı zamanı tədqiq edilmişdir. Şahid Emin İsmayılov tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Şahid3 onun tələbə yoldaşıdır, sonuncu ilə yaxın münasibətləri vardır. xx.xx.2022-ci il tarixdə Cəmil ona başqa işinin olduğunu bildirərək ona ***-***-**-** telefon nömrəsini və 1.000 manat pul vəsaitini verib həmin telefon nömrəsi ilə əlaqə saxlayıb həmin şəxslə görüşüb pulu verməyini xahiş etmiş, o, razılaşaraq qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlamış, həmin şəxslə saat 12-13 radələrində Bakı şəhəri, Səbail rayonu, Sahil metrostansiyasının qarşısında görüşmüşlər, həmin şəxsi ilk dəfə orada görmüş, Cəmilin ona verdiyi 1.000 manat pul vəsaitini həmin şəxsə vermişdir. Onun həmin pul vəsaitini Cəmilin nəyə görə və kimə verməsindən xəbəri olmamışdır (iş vərəqə: cild İİ, səh. 4-5). Şahid1 tərəfindən məhkəməyədək icraat mərhəlsində istintaq orqanına təqdim edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan «yaddaş kartına baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yaddaş kartında bir ədəd 13 saniyəlik video çəkiliş vardır. Həmin video çəkilişdə Şahid2 avtomobilin içərisində Təqsirləndirilən şəxs1 pul vəsaitini verməsi, sonuncunun da avtomobilin içərisində pulu sayması müşahidə edilir. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs1 arasında olan telefon danışıqlarının və vatsap proqramı vasitəsi ilə göndərilmiş səsli məsajları vardır. Həmin səs yazılarından Zərərçəkmiş şəxs1 oğlu Sənanın və tanışları Elmirin işə düzəlməsi müqabilində Təqsirləndirilən şəxs1 pul verməsi, Mahirin pulu aldığını təsdiq etməsi, səs yazılarında sonuncu əvvəlcə Sənan və Elmirin işə qəbul olunmasına dair vədlər verməsi, sonrakı danışıqlarda isə Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələrlə pulu qaytaracağına dair Zərərçəkmiş şəxs1 vədlər verdiyi müəyyən olunur (iş vərəqə: cild İİ, səh. 174). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrəsi və Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə mütəmadi telefon danışıqları olmuşdur (iş vərəqə: cild İ, səh. 223). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 19/hx nömrəli məktuba əlavə edilmiş nömrə məlumat sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** telefon nömrəsi arasında xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə 111 dəfə, Şahid1 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.20225-ci il tarixədək olan müddətdə 22 dəfə, Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsi ilə xx.xx.25022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə 4 dəfə, X5 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdə bir dəfə, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə 51 dəfə, X19 istifadəsində olan ***-***-**-** və ***- ***-**-** telefon nömrələri ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə ümumilikdə 5 dəfə, Şahid2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** telefon nömrələri ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə ümumilikdə 99 dəfə telefon danışığı olmuşdur. Daxil olmuş məlumatda daxil olan və çıxan sms mətnləri, eləcə də anten dairəsinə aid heç bir məlumat yoxdur (iş vərəqə: cild İ, səh. 225- 245). Məhkəmə baxışı zamanı tədqiq olunan, Şahid1 tərəfindən məhkəməyədək icraat mərhəlsində istintaq orqanına təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, tədqiq olunan həmin qəbzdə olan qeydlərlə Təqsirləndirilən şəxs1 Şahid2 10.000 manat məbləğində borc pul alması öz təsdiqini tapmışdır (iş vərəqə: cild İ, səh. 17). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan 10.000 manat məbləğində borc pula dair bir ədəd qəbz, videomaterial və səs yazıları olan bir ədəd yaddaş kartı və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu 01 ədəd disk, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair çıxarış iş üzrə 22 oktyabr 2022-ci il tarixli qərarla qəbul edilmiş «sübutların qiymətləndirilməsi haqqında» qərara əsasən iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh. 110-134). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, xeyli miqdarda əmlakını ələ keçirmədə ehtiva olunan Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda əmlakını ələ keçirmədə ehtiva olunan Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla təsdiqini tapdığından Təqsirləndirilən şəxs1 cinayət əməli bu hissədə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi, Təqsirləndirilən şəxs2 cinayət əməli isə bu hissədə ibtidai istintaq orqanı tərəfindən həmin Məcəllənin 178.2.1, 178.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Lakin məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulan qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik etmə və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 32.4,312.1-ci maddəsi ilə nəzərdə tutulan qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik etmə cinayətlərini törətməkdə təqsirlilikləri təsdiq olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 cinayət əməli isə həmin Məcəllənin 178.2.1, 178.2.4-cü maddəsi ilə tövsif olunmalı, lakin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 32.4,312.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlilikləri sübuta yetirilmədiyindən onların hər ikisinə bəraət verilməlidir. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarından irəli gələn və yuxarıda qeyd olunan tövsiyyələr, məhkəmə baxışı zamanı müəyyən olunduğu kimi, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsində ehtiva olunan əlamətlər Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsində ehtiva olunan əlamətlər isə Təqsirləndirilən şəxs2 cinayət əməlində əhatə olunur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxslərin cinayətdə təqsiri (burada: Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri) müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 qarşı həmin Məcəllənin 32.4,312.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın təsdiq olunmamasına gəldikdə isə məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 32.4,312.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli Qərarının 36-cı bəndində göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (Cinayət Məcəlləsinin 178ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (Cinayət Məcəlləsinin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 cinayət hadisəsinin baş verdiyi mərhələdə heç bir yerdə işləməmiş, Təqsirləndirilən şəxs2 fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, onların Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və ya onun struktur bölmələri ilə heç bir, o cümlədən həmin Nazirlikdə və ya onun struktur bölmələrində insan resursları məsələləri ilə əlaqəsi olmamış, onlara bu sahələrdə qanunla müəyyən olunan vəzifə və ya səlahiyyətlər verilməmişdir. Müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 faktiki zərər görmüş şəxslərə məxsus əmlakı əldə edərək onların verilməsinin şərtləri ilə bağlı, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətində və s. işə qəbul olunmaları üçün qeyri-müəyyən vəzifəli şəxsə rüşvət verməklə həmin şəxslərin müxtəlif işlərə qəbul olunmaları barədə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmamış və nəticədə cinayət işində adı keçən müəyyən şəxslərə faktiki maddi zərər vurulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və ya onun struktur bölmələri ilə istər faktiki və istərsə də dolayısı ilə hər hansı bir bağlılığının olması, Nazirliyin istər aşağı kateqoriyalı və istərsə də vəzifəli şəxsləri ilə, o cümlədən Etibar Mirzəyev adlı şəxslə yaxından və ya uzuqdan münasibətlərinin olması, baxılan iş üzrə törənmiş cinayət hadisəsinə hər hansı aidiyyətlərinin olması müəyyənləşdirilməmişdir. Məhkəmə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarına istinadən qeyd edir ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi Təqsirləndirilən şəxs2 qarşı isə həmin Məcəllənin 32.4,312.1-ci maddəsi üzrə irəli sürülmüş ittiham təsdiq olunmadığından məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı3 Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 qarşı həmin Məcəllənin 32.4,312.1-ci maddəsi üzrə irəli sürülmüş ittihamdan, həmin ittihamın məhkəmə baxışı zamanı təsdiq edilməməsi əsası ilə imtina etmiş və Təqsirləndirilən şəxs1 barəsində CM-nin 32.4,312.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 barəsində isə CM-nin 32.4,312.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxılan iş üzrə təqdim olunan sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq belə nəticəyə gəlmişdir ki, dövlət ittihamçısının ittihamdan imtinası əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1-ci maddələrinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı3 Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 qarşı isə həmin Məcəllənin 32.4,312.1-ci maddəsi üzrə irəli sürülmüş ittihamdan imtinası təmin edilməli, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 barəsində isə həmin Məcəllənin 32.4,312.1-ci maddəsi olan cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxslər hər birinə istinad olunan maddələrlə cinayət məsuliyyətindən azad edilməlidirlər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur və o, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ifadələrində Zərərçəkmiş şəxs1 15.000 manat deyil, cəmi 10.000 manat pul alıb ələ keçirməsi, Zərərçəkmiş şəxs2 15.000 manat deyil, cəmi 10.000 manat pul alıb ələ keçirməsi barədə göstərdiklərini, və ya sair formada gətirdiyi dəlilləri onun cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədilə seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli əməliyyat-sorğu arayışlarından və müvafiq məhkəmə hökm və qərarlarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 02 (iki) il 02 (iki) ay 04 (dörd) gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış və Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı faktiki olaraq çəkməkdədir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 cinayət əməli nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməmiş, zərər çəkmiş şəxslərlə barışıq əldə olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən az ağır (burada: Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri) cinayət törətməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmünə əsasən azadlıqdan məhnum etmə növündə cəzaya məhkum olunması və faktiki həmin cəzanı çəkməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusu qaydasında cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla şəxsiyyətinə uyğun azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, Cinayət Məcəlləsinin qeyd olunan maddələrinin sanksiyasında nəzərdə tutulmasa belə, ona həm də müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə caza təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinin tələblərinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məkəmə baxışı zamanı müəyyən edildi ki, hazırda baxılan cinayət işi üzrə hər iki epizodda cinayət hadisəsi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmünün çıxarılmasından əvvələ – 2022-ci ilin aprel və may aylarına təsadüf edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəza təyin olunarkən ona yeni hökmlə təyin olunan əsas və əlavə cəza Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında, həm də ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu, törədilmiş cinayətin ümumilikdə az ağır cinayətlərə aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun 07 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 baxılan iş üzrə 02 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Binəqədi rayon Məhkəməsinin 03 sentyabr 2022-ci il tarixli qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs1 fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 baxılan iş üzrə 02 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularkən və 03 sentyabr 2022ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilərkən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü üzrə olan cinayət işi üzrə 07 fevral 2022ci il tarixdən həbsdə və ev dustaqlığında olmuşdur. Yəni Təqsirləndirilən şəxs1 07 fevral 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulanadək fasiləsiz olaraq həbsdə və həbsə alternativ olan ev dustaqlığında saxlanılmışdır. Yuxarıda qeyd olunduğu kimi, bu vəziyyətdə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü üzrə çəkdiyi cəza onun yeni hökm üzrə təyin olunan qəti cəza müddətinə hesablanmalı, cəza çəkuməsinin əvvəli isə birinci hökm üzrə tutulduğu 07 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinə məhkəmə baxışı zamanı, həmçinin müəyyən edilmişdir ki, qeyd olunanlardan başqa, həm də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad etmə üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən birgəiştirakçılıqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qarşı törədilmiş dələduzluq cinayəti nəticəsində sonuncuya 15.000 (on beş min) manat məbləğində maddi zərər yetirilmişdir ki, Təqsirləndirilən şəxs1 ələ keçirdiyi həmin puldan 5.000 (beş min) manat qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la vermiş, 10.000 manat isə özünə götürməklə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmişlər. Məhkəmə baxışı zamanı qeyd olunan xüsusatın inkarı müəyyən edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində ələ keçirilmiş 15.000 (on beş min) manat məbləğində maddi zərərin ona çatan 5.000 manat hissəsini zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tam olaraq ödəmiş, zərər çəkmiş şəxslə barışıq əldə etmiş və maddi zərər olaraq ödədiyi 5.000 manatın 25 %-i miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən birgəiştirakçılıqla törədilmiş cinayət nəticəsində ələ keçirilmiş 15.000 (on beş min) manat məbləğində maddi zərərin onun payına düşən 5.000 manatı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tam olaraq ödəməsi, təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs arasında barışıq əldə olunması zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən həm notariat qaydasında təsdiq edilmiş və həm də sərbəst yazılmaqla məhkəməyə təqdim edilmiş ərizələrlə təsdiq olunur. Bundan başqa, məhkəməyə təqdim olunan "xxxx" ASC-yə aid 29 sentyabr 2023-cü il tarixli, 30694 saylı ödəniş qəbzindən görünür ki, ödəniş təyinatı «dəymiş ziyanın 25 faiz ödənişi» qeyd olunan həmin qəbz üzrə dövlət büdcəsinə baxılan iş üzrə Təqsirləndirilən şəxs2 tərəfindən 1252 (min iki yüz əlli iki) manat məbləğində ödəniş edilmişdir. Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi tərəfindən məhkəməyə ərizə təqdim edilmiş, eyni məzmunda vəsatət qaldırılmış və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində onun payına düşən 5.000 manatı zərər çəkmiş şəxsə tam olaraq ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və maddi zərər olaraq ödədiyi 5.000 manatın 25 %-i miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alıb, Azərbaycan Respublikası CMnin 73-1.2-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələbinə əsasən, bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 yanvar 2023-cü il tarixlə Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbinə görə, həmin Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Konstitusiya Məhkəməsi Plenumunun 9 yanvar 2023-cü il tarixli həmin Qərarında, həmçinin qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən cinayətlər iştirakçılıqla törədildiyi halda hər bir iştirakçı vurulmuş ziyanı və dövlət büdcəsinə ödənişi Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbinə uyğun olaraq müəyyən edilən pay üzrə tamamilə ödəməlidir. Bu o deməkdir ki, iştirakçılıqla törədilən Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən cinayətlər üzrə vurulmuş ziyanın və dövlət büdcəsinə ziyanın müvafiq olaraq iyirmi beş və ya əlli faizi məbləğlərində ödənişin tamamilə ödənilməsi dedikdə, məhz hər bir iştirakçı üçün müvafiq qaydada müəyyən edilmiş payı təşkil edən məbləğin zərərçəkmiş şəxsə və dövlət büdcəsinə tamamilə ödənilməsi ehtiva olunur. Yəni paylar müəyyən edildikdən sonra cinayətin hər bir iştirakçısının üzərinə zərərçəkmiş şəxsə və dövlət büdcəsinə ödənişlərin məhz onun payına müvafiq olan hissənin edilməsi vəzifəsi düşür. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası CM-nin 73- 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışması və müəyyən olunmuş pay üzrə zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi, cinayət nəticəsində vurulmuş ziyana müvafiq müəyyən olunmuş payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinin tələbinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1, 43.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı gedişində Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərarı çıxarır. Məhkəmə, həmçinin qeyd edir ki, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməli olduğundan, həmçinin Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə olan ittihamdan imtina olunmaqla barəsində cinayət təqibinə xitam verilməli olduğundan məhkəmə yekun qərar qəbul edərkən Təqsirləndirilən şəxs2 barəsində məhkumluqla bağlı məsələnin, cəza təyini məsələsinin və bu zaman cəzanı yüngülləşdirən və ya cəzanı ağırlaşdıran halların müzakirəsi istisna təşkil edəcəkdir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 qarşı irə sürülmüş Cinayət Məcəlləsinin hər iki maddəsi ilə cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işinə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 qarşı mülki iddia qaldıraraq vurulmuş maddi ziyana görə 15.000 manat, dövlət rüsumu olaraq ödənilmiş 135 manat – cəmi 15.135 (on min yüz otuz beş) manat pulun Təqsirləndirilən şəxs1 tutulub ona ödənilməsi barədə qərər qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 qarşı mülki iddia qaldıraraq vurulmuş maddi ziyana görə 15.000 manat, dövlət rüsumu olaraq ödənilmiş 135 manat – cəmi 15.135 (on beş min yüz otuz beş) manat pulun Təqsirləndirilən şəxs1 tutulub ona ödənilməsi barədə qərər qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hər iki zərər çəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda qaldırılmış mülki iddialara görə ayrı-ayrılıqda 135 (yüz otuz beş) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə mülki iddiaya dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, hər iki cinayət epizodu üzrə Təqsirləndirilən şəxs1 təqsirliliyi, yəni iddia olunan məbləğlərdə pulu dələduzluq yolu ilə ələ keçirməsi təsdiq olunduğundan qaldırılan hər iki mülki iddia əsaslı hesab edilməli və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddiası qismən, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 mülki iddiası isə tam təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın 5.000 manatı məhkəmə baxışı mərhələsində digər Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə mülki iddiaya dair aşağıdakı nəticəyə gəlmişdir: - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 qarşı 15.135 (on min yüz otuz beş) manat pul tələbinə dair mülki iddiası qismən təmin edilməli, cinayət işi üzrə vurulmuş maddi ziyana görə 10.000 manat, dövlət rüsumu olaraq ödənilmiş 135 manat – cəmi 10.135 (on min yüz otuz beş) manat Təqsirləndirilən şəxs1 tutulub zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ödənilməli, cinayət işi üzrə vurulmuş maddi ziyana görə qalan 5.000 manatın Təqsirləndirilən şəxs2 tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ödənilməsi nəzərə alınmalı və bu hissədə mülki iddia üzrə icraata xitam verilməlidir; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 qarşı 15.135 (on beş min yüz otuz beş) manat pul tələbinə dair mülki iddiası tam təmin edilməli, cinayət işi üzrə vurulmuş maddi ziyana görə 15.000 manat, dövlət rüsumu olaraq ödənilmiş 135 manat – cəmi 15.135 (on beş min yüz otuz beş) manat Təqsirləndirilən şəxs1 tutulub zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ödənilməlidir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - bir ədəd borca dair qəbz, bir ədəd videomateriallar və səs yazıları olan yaddaş kartı və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu 01 ədəd disk, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Qeyd olunanlardan başqa, iş üzrə əmlak üzərinə həbs qoyulmaması və məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 314.2, 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı3 Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə irəli sürülmüş ittihamdan imtinası təmin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yeni hökmlə təyin olunan 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü üzrə qəti olaraq təyin edilmiş 02 (iki) il 02 (iki) ay 04 (dörd) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışması və müəyyən olunmuş pay üzrə zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi, cinayət nəticəsində vurulmuş ziyana müvafiq müəyyən olunmuş payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı3 Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi üzrə irəli sürülmüş ittihamdan imtinası təmin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar - bir ədəd qəbz, bir ədəd yaddaş kartı və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu 01 ədəd disk, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair çıxarış cinayət işinin materiallarında saxlanılsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 qarşı 15.135 (on beş min yüz otuz beş) manat pul tələbinə dair mülki iddiası qismən təmin edilsin. Cinayət işi üzrə vurulmuş maddi ziyana görə 10.000 manat, dövlət rüsumu olaraq ödənilmiş 135 manat – cəmi 10.135 (on min yüz otuz beş) manat Təqsirləndirilən şəxs1 tutulub zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ödənilsin. Cinayət işi üzrə vurulmuş maddi ziyana görə qalan 5.000 manatın Təqsirləndirilən şəxs2 tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ödənilməsi nəzərə alınsın və bu hissədə mülki iddia üzrə icraata xitam verilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 qarşı 15.135 (on beş min yüz otuz beş) manat pul tələbinə dair mülki iddiası tam təmin edilsin. Cinayət işi üzrə vurulmuş maddi ziyana görə 15.000 manat, dövlət rüsumu olaraq ödənilmiş 135 manat – cəmi 15.135 (on beş min yüz otuz beş) manat Təqsirləndirilən şəxs1 tutulub zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ödənilsin. İş üzrə əmlak üzərinə həbs qoyulmaması və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-453/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-453/2023
03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver