Məhkəmə qərarları › İş №1(101)-453/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-453/2024

23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-453/2024 23.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X4 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, ədliyyə müşaviri X5, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli-himayəsində 1 nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 140, mənzil 41-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi ev 78-də yaşamış, 09 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 aprel 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs Qəhraman oğlu 09 aprel 2023-cü il tarixdə günorta saatlarında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 13,305 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxil edilən narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 09 aprel 2023-cü il tarixdə, saat 16:10-da Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən «Bravo» Hipermarketdə saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmiş, orada üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli parça gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 13,305 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Qəhraman oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Qəhraman oğluna münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qəhraman oğlu naməlum vaxtda və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükümdə təmiz çəkisi 13,305 qram təşkil edən qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxil edilən heroin narkotik vasitəsini əldə edib üzərində saxlamaqla daşımış, 09 aprel 2023-cü il tarixdə, saat 16:10-da Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin (bundan sonra: RPİ, PŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən «Bravo» Hipermarketdə saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə aparılmış, orada üzərinə aparılmış şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli parça gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan, təmiz çəkisi 13,305 qram təşkil edən qəhvəyi rəngli, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Qəhraman oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Qəhraman oğlu ona qarşı Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulduğu gün ortancıl övladına onu hazırlıqdan götürəcəyinə söz vermiş, sonuncuu da onu gözləyəcəyini ona demişdir. Lakin o, 9 aprel 2023-cü ildə «Bravo» marketdə alış-veriş edərkən həbs olunmuşdur. Belə ki, həmin vaxt 2 nəfər polis əməkdaşı heç bir sənədi və özlərini təqdim etmədən, sadəcə yaxımlaşıb qoluna girmiş, ona “Ramil necesən?” sualını vermiş və onu aparmışlar. Adını bilmələrindən artıq onların polis əməkdaşları olmalarını bilmişdir. Maşına oturan kimi İranla, İranda olması ilə bağlı suallar verilmiş, narkotikdən söhbət belə getməmişdir. Onların Yasamal rayonunda yerləşən 29-cu polis bölməsinin əməkdaşları olduqlarını o, sonradan öyrənib bilmişdir. Çox güman ki, bu, «Bravo» marketin kamera görüntülərində mövcuddur. Həmin «Bravo» market Xətai rayonunda, Ramiz Quliyev küçəsində yerləşmişdir. Lakin polislər sonradan sənədləşmə apararkən onu həyətdən tutduqlarını və özlərini təqdim etdiklərini iddia etmişlər. İlk dəfə polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərinə baxış keçirilməmiş, hara apardıqlarını belə, deməmişlər. Lakin sonra onu 29-cu PB-nə aparmışlar. Tutulan andan o, ancaq saxta ittihamlarla, vətənə xəyanətdə, İran agenti olmaqda ittiham edilmişdir. Onu saxlayan polislərə hazırlıqda olan və onu gözləyən övladına zəng edib xəbər vermək üçün 10-15 dəqiqə yalvarmışdır. Bildiyinə görə həbs olunan şəxsin ailə üzvlərinə xəbər etməsi onun hüququdur. Tutulandan 15 dəqiqə sonra ortancıl qızına özünün yox, polislərin telefonu ilə zəng vurub evə özünün getməsini demişdir. O, 29-cu PB-də 15-20 dəqiqə saxladıqdan sonra rəisin yanına qaldırılmış, orada da ancaq İranla bağlı təhdidlər edilmiş, guya o, İrana işləmiş və vətən xaini olmuşdur. Demələrinə görə əllərində onun İranı tərifləməsi, öz dövlətimizi pisləməsi barədə sübutlar olmuşdur. O isə bunun mümkün olmadığını, nəinki İranı tərifləyib dövləti pisləmək, o, heç şərh də yazmadığını demişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, əvvəllər İranda olduğu üçün onun iranpərəst olduğu deyilmişdir. O, axırıncı dəfə 2016-ci ildə İranda olmuş, müalicəyə getmiş, ziyarətdə olmuşdur. Pandemiyadan əvvəl ölkənin, demək olar ki, yarısı İrana ya müalicəyə, ya da digər məqsədlərlə getmişdir. Zarafata salıb «İrana gedən iranpərəst olursa, onda Həcc ziyarətinə gedənlər də ərəbpərəst olurlar?» sualını vermişdir. Onun iranpərəst olduğunu sübut edəcəklərinə söz vermişlər. Əllərində yazılı sübutlar olduğunu, bunu göstərəcəklərini desələr də, ona heç bir yazı göstərilməmişdir. Bundan sonra o, 29-cu PB-nin rəis müavininin otağına aparılmış, orada özünü təqdim etməyən bir şəxs, yəni bölmə rəisinin müavini ona heç bir sübut göstərmədən yenə də onu İranla bağlı ittiham etmişdir. Ona iki variant təklif olunmuş, ya vətən xainini olmağı, ya da narkomaniyanı boynuna götürməli olacaqmış. O isə ona variant irəli sürənlərə heç birini qəbul etməyəcəyini demiş, nə işgəncə verəcəklərsə, vermələrini bildirmişdir. Qarşı tərəf gülərək ona «hansı əsrdə qalmısan, işgəncə dövrü keçib, sənin başına elə oyunlar gətirəcəyik ki... istəsək, evindən də çıxardarıq” cavabını vermiş, onu cürbəcür təhdidlərlə hədələmişlər. Ona “başqa variatın yoxdur, sənin belə şeylərdən uzaq olduğunu bilirik, amma getməlisən” demişlər. Onun təhdid altında olan etirafından başqa heç bir sübut əldə edə bilməmişlər. Əsas təhdidlər ona 29-cu PB-nin rəis müavini tərəfindən edilmişdir. Bundan sonrna o, tətqiqatçının yanına aparılmış, Ruslan adlı təhqiqatçı öz şkafından narkotik vasitəni çıxarıb vəkilin yanında stolun üstünə qoymuşdur. Həmin otaqda dövlət hesabına onunçün təyin olunan vəkil də oturmuşdur. O, nə qədər razı olmasa da, çəkiliş üçün telefon gətirilmiş və 2-3 təhdiddən sonra razılaşası olmuşdur. Təhqiqatçı ona bunun bir sifariş olduğunu demiş, narahat olmamağı tapşırmış, narkotiki həyətlərinin yanında yerdən tapmasının yazılacağını bildirmişdir. O, «Bravo» marketin yanında tutulduğunu, həyətlərinin yanında tutulmadığını demiş, narkotiki cibinə qoyub marketə alış-verişə getmədiyini göstərmişdir. Bir neçə təhdiddən sonra onu telefona çəkmişlər. Narkotik vasitə onun qabağına qoyulduqdan, çəkiliş qurtardıqdan sonra Ruslan adlı təhqiqatçı onun izahatını almış, izahatında «Bravoya gedərkən yoldan tapmışam, nə olması ilə maraqlanmaq üçün cibimə qoymuşam» yazılmış, təhdidlərə görə etiraf edib imzalamışdır. Onu həbs edib bölməyə gətirən polislər çəkilişdə iştirak etməmiş, sadəcə onu şöbəyə gətirib düşürmüş və çıxıb getmişlər. Hətta polislərdən biri çıxıb gedərkən ondan halallıq istəmiş və ona “biz də ibadət edənik, bu sifariş idi, belə olmalı idi” deyib getmişdir. Baş verənlər barədə o, qətimkan tədbiri ilə bağlı ilk dəfə məhkəmədə hakimə də demişdir. Yəqin ki, bu barədə video da vardır. Məhkəmədə hakimə narkotikin onun boynuna qoyulması işdə iştirak edən vəkilin gözü qarşısında baş verdiyini demiş, vəkil bir kəlmə söz demədən zalı tərk edib getmişdir. Bundan sonra Vamiq bəy ona vəkil təyin olunmuş və onun vasitəsilə həmin vəkildən imtina etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, bir neçə böyük şirkətlərdə də işləmiş, gömrük meneceri olmuşdur. O, neə kənarda, nə də iş yerində heç siqaret də çəkməmişdir. Siqaret çəkməyə yalnız tutulduqdan sonra başlamışdır. O, narkotik istifadəçisi olmamış, satışı ilə məşğul olmamış və ya bununla bağlı telefon yazışması aparmamışdır. Onu deputat Fazil Mustafaya qarşı sui-qəsddə ittiham etmişlər. Belə ki, o, Fazil Mustafanın güllələnməsi xəbərini o, «Qafqaz info» saytından öyrənib, WhatsApp proqramı vasitəsilə Nəsimi adlı bir nəfər dostuna göndərmiş, Nəsimi də “kaş öləydi” kimi bir cavab yazmışdır. O da Nəsimiyə «internetdə də çoxu elə yazıb» savabını yazmışdır. Buna görə də o, həbs olunmuşdur. Həmin hadisə ərəfəsində insanların çoxu sosial şəbəkələrdə həmin hadisədən yazmışdır. Maraqlısı odur ki, o, İran cəsusluğu ilə ittiham edib həbs edilmiş, lakin maddəsi narkotik alış-verişi ilə bağlı olmuşdur. İttihamın 234.4.3-cü maddə ilə olduğunu həbs olunduqdan sonra bilmişdir. Kürdəxanıda bu maddə ilə həbs olunanların hamısının kartoçkasında yalnız öz maddələri yazılmışdır. Lakin onun kartoçkasında «radikal İran» sözü yazılmış və öz maddəsi qeyb olunmuşdur. O, halal zəhmətimlə işləmiş, bacardığı qədər övladlarına təhsil verib dövlətə layiqli övlad yetişdirməyə çalışmışdır. O, məcburiyyət qarşısında əməli etiraf etmiş. Müstəntiq tərəfindən ona təzyiq, hədə, psixi təsir olmamış, lakin ona İranla bağlı suallar vermişdir. O, baş verənləri müsatəntiqə danışmış, lakin o, qeyd etməmişdir. Sonra müstəntiq ona yazdığı ifadəni vermiş, o, vəkilin iştirakı ilə imzalamış, lakin orda yazılanlar onun yadında qalmamışdır. İbtidai istintaqda ifadəsi alınarkən ona pxisi təsir olmamışdır. İlkin dindirilmə zamanı onun vəkili olmamışdır. Onun dindirilməsində rəis müavini iştirak etməmiş, o, rəis müavinini bircə dəfə tutulduğu gün görmüşdür. Təqsirləndirilən şəxs Qəhraman oğlunun məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs Qəhraman tədqiq olunan şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu müvafiq olaraq 10 və 11 aprel 2023-cü il tarixli ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 09 aprel 2023-cü il tarixdə, nahar saatlarında yaşadığı ünvandan çıxaraq evinə bazarlıq etmək üçün Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Bravo» supermarketinə gedən zaman yaşadığı ünvanın yaxınlığından yerdə bir ədəd sellofan bükülü görmüş, o, həmin bükülünü götürərək içərisinə baxmış və içərisində olan maddənin narkotik vasitə olmasını güman edib, tanışlarından soruşması üçün cibinə qoymuşdur. Sonra marketə getmiş və saat 16 radələrində marketin içərisində olan zaman orada polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 29-cu PŞ-nə getmiş, orada ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiyəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının, təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli parçadan olan gödəkçəsinin sağ yan cibində olan sellofana bükülmüş vəziyyətdə olan narkotik vasitə olan «heroin»i polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Üzərində olan maddənin narkotik vasitə olan «heroin» olmasını güman etmiş və həmin maddəni yerdən taparaq narkotik vasitə olub-olmamasını tanışlarından öyrənməsi üçün üzərində saxlamışdır. Üzərindən başqa hər-hansı qeyri qanuni əşya və maddə aşkar edilməmişdir. Ondan aşkar olunmuş narkotik vasitə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və həmin protokola o da imza etmişdir (iş vərəqə: 47-49, 64-67). Bundan başqa, Təqsirləndirilən şəxs Qəhraman oğlunun elan edilməklə tədqiq olunan 13 may 2023-cü il tarixli ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində bu dəfə ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinə oxşar ifadə verərək saxlanılmasının narkotik vasitələrlə heç bir əlaqəsinin olmadığını, saxlanılarkən üzərində heç bir növdən olan narkotik vasitə olmadığını, narkotik vasitələrin istifadəsi və ya satışı ilə məşğul olmadığını bildirmiş, polis tərəfindən saxlanılmasının səbəbini Milli Məclisin deputatı Fazil Mustafanın həyatına sui-qəsdlə əlaqədar keçirilən tədbirlər çərçivəsində olması ilə izah etmiş, həmçinin ittihamda göstərilən miqdarda narkotik vasitəni boynuna götürməyə məcbur edildiyini göstərmişdir (iş vərəqə: 109-114). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs Qəhraman oğlunun mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, yəni qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-nə əməliyyat məlumatını daxil olmuş və buna görə Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirilmişdir. Əməliyyat məlumatı şəxsən ona daxil olmuşdur. Əməliyyat tədbirində o, və əməliyyat müvəkkili Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxs anket məlumatları, hətta şəkili əldə olunmuşdur. Əməliyyata əməkdaşa məxsus qara rəngli “Camry” markalı maşınla getmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 5 ünvanında yerləşən «Bravo» marketdə kassanın yaxınlığında Təqsirləndirilən şəxs Qəhraman oğluna yaxınlaşıb özümüzü təqdim etdik. Onu Bakı şəhər, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə dəvət etdik. Həmin vaxt Təqsirləndirilən şəxs bizimlə razılaşaraq birlikdə 29-cu Polis Şöbəsinə getdi. Yolda biz Təqsirləndirilən şəxs məxsus mobil telefonu əlindən götürdükləri üçün sonuncu onlardan qızı ilə əlaqə saxlayıb ona məlumat verilmək istədiyini bildirmiş, telefonu ona vermələrini xahiş etmişdir. Buna görə də Şahid2 özünün istifadəsində olan telefonu Ramilə vermiş, sonuncu qızı ilə əlaqə saxlamışdır. O, Ramillə fərdi qaydada söhbət etməmiş, başqa əməkdaşlarla onun danışdığının olub-olmamasını o, bilməmişdir. Daha sonra 29-cu Polis Şöbəsinin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə hər hansı qeyri-qanuni əşyalar olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli parça gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofana bükülmüş içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə oxşar maddə olan bükümü çıxarıb könüllü təqdim etmişdir. Təqdim etdiyi bükümün heroin olduğunu, xatırlamadığı yerdən tapdığını bildirərək, narkotik vasitəyə oxşatdığından tanışlarından maraqlanmaq üçün üzərində saxladığını qeyd etmiş, lakin istifadə etdiyini deməmişdir. Ramilin üzərindən bir bükümdə aşkar edilmiş narkotikin çəkisinin ekspertiza yolu ilə müəyyən edilməsi nəzərə alınmış və ona görə də şöbədə tərəzidə çəkilməmişdir. Təqsirləndirilən şəxs bir bükümdə götürülən narkotik vasitəyə şübhəli mddə sadəcə boş zərfdə qablaşdırılmış və 169 mörəli möhürlə möhürlənmişdir. Təhqiqatçının və ya müstəntiqin sonradan Təqsirləndirilən şəxs telefonuna baxış keçirib-keçirməməsini o, bilməmiş, iştirak etməmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Qəhraman oğluna qarşı heç bir təzyiq və təsir olunmamışdır. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs Qəhraman oğlu ilə Şahid1 arasında keçirilmiş üzləşmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid1 sərbəst ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları Ramil Nağıeyvin üzünə qarşı təsdiq etmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, təqsirləndirilən Ramil Nağıeyv üzləşmə prosesində Şahid1 onu saxlayan şəxs kimi tanıdığını, üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu bildirmişdir (iş vərəqə: 147-151). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 09 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında baş təhqiqatçı, polis mayoru Ruslan Əfəndiyevin xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Qəhraman oğluna müdafiəçisi X2, Yasamal RPİ-nin 29-cu PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Qəhraman oğlunun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli parça gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofana bükümdə qəhvəyi rəngli, kəskin iyli heroinə bənzər narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, şəxsi axtarış zamanı təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülünün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu təsdiq etmiş, həmin maddəni 09 aprel 2023-cü il tarixdə nahar saatlarında yaşadığı ünvanın yaxınlığından tapdığını, narkotik vasitəyə oxşatdığından tanışlarından maraqlanmaq üçün götürərək üzərində saxladığını bildirmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitəyə şübhəli maddə olan bir ədəd bükülü boş zərfə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin «zərflər üçün 169» saylı möhürü ilə möhürlənmişdir. Narkotik vasitəyə şübhəli maddə çəkilməmiş, miqdarı müəyyənləşdirilməmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, baxış keçirilməsi və götürmə prosesi videoçəkilişlə müşaiyət olunmuş və videogörüntüləri özündə əks etdirən bir ədəd CD disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 31- 32). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs Qəhraman oğlunun şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinə baxış keçirilmiş və videogörüntülərin şəxsi axtarış keçirilməsi və götürmə protokolunun məzmunu ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, tədqiq olunan həmin protokoldan görünür ki, videogörüntülərə baxış zamanı 09 aprel 2023-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilmiş Təqsirləndirilən şəxs Qəhraman oğlunun əynində olan tünd göy rəngli parça gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofana bükümü təhqiqatçının təklifindən sonra çıxarıb təqdim etməsi, Təqsirləndirilən şəxs təhqiqatçının təklifinə əsasən üzərindən aşkar edilmiş bükülünün içərisindəki həmin maddəni 09 aprel 2023-cü il tarixdə nahar saatlarında yaşadığı ünvanın yaxınlığından tapdığını, narkotik vasitəyə oxşatdığından tanışlarından maraqlanmaq üçün götürərək üzərində saxladığını bildirdiyi müəyyən edilmişdir (iş vərəqə: 50, 51). Cinayət işinə məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs Qəhraman oğlunun üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin yükləndiyi bir ədəd CD formatlı diskdəki videogörüntülərlə müəyyən edildi ki, həmin videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesini özündə ehtiva edən “şəxsi axtarış və götürmə aparılması haqqında» 09 aprel 2023-cü il tarixli protokolun və videogörüntülərinin yükləndiyi 01 ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında 10 aprel 2023-cü il tarixli protokolun məzmunu ilə eynidir, ziddiyyətlər müəyyən edilməmişdir (iş vərəqə: 50, 51). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 10 aprel 2023-cü il tarixli, 6/2083 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-n zrərflər üçün № 169” möhür əksi “1Təqsirləndirilən şəxs...” sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə aşkar olunan maddə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir, təmiz kütləsi 13,305 qram təşkil edir. Tədqiq olunan həmin rəydən görünür ki, tədqiq olunan 13,305 qram heroinin 0,1 qram hissəsi ekspertiza tədqiqatına sərf edildilmiş, 13,205 qram hissəsi qalıq qalmışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir (iş vərəqə: 38-41). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 12 may 2023-cü il tarixli, 2871 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Qəhraman oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, müayinə zamanı Təqsirləndirilən şəxs Qəhraman oğlunun narkomaniya xəstəliyindən əzab çəkmədiyi və onun narkomaniyadan məcburi müalicəyəyə ehtiyacının olmadığı müəyyən edilmişdir (iş vərəqə: 141-142). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 12 may 2023-cü il tarixli 1307№-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Qəhraman oğlu hazırda, yəni ekspertiza tədqiqatı mərhələsində hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs Qəhraman oğlunda, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs Qəhraman oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Qəhraman oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: 144-145). Məhkəmə baxışı zamanı tədqiq olunan digər sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Qəhraman oğlundan aşkar edilərək götürülmüş təmiz çəkisi 13,305 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 13,205 qram çəkidə narkotik vasitə heroin saxlanış üçün Yasamal RPİnin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Qəhraman oğlunun üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 51, 178). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 07 may və 07 iyun 2023-cü il tarixli əməliyyat tapşırıqlarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Qəhraman oğlunun ondan aşkar edilib götürülən narkotik vasitənin mənbəyinin, cinayətin digər iştirakçılarının və s. müəyyənləşdirilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün iki dəfə ayrı-ayrı tarixlərdə əməliyyat tapşırıqları verilməsinə baxmayaraq, verilmiş əməliyyat tapşırıqları icra olunmamış, tapşırıqlara hər hansı formada cavab verilməmişdir (iş vərəqə: 94, 134). Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti təmin edilməklə Təqsirləndirilən şəxs Qəhraman oğlunun polis əməkdaşları tərəfindən saxlanıldığı ünvan 1 ünvanında yerləşən «Bravo» Hipermarketdə quraşdırılmış videokameralar vasitəsi ilə 09 aprel 2023-cü il tarixdə, saat 16:10-da qeydə alınmış videogörüntülər tələb olunmuşdur. "xxxx" MMC «Bravo» Hipermarketdən məhkəmə sorğusuna verilmiş 21 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, hipermarketdə quraşdırılmış videokamera qeydləri, qeydə alınmasından bir ay sonra avtomatik silindiyindən məhkəmə sorğusunu təmin etmək mümkün olmamışdır (iş materialları). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs Qəhraman oğlundan aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 166-167, 169). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Qəhraman oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Qəhraman oğlunun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Qəhraman oğlu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər kimi təqsirləndirilən şəxsin ondan aşkar olunan narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətini törətməkdə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Qəhraman oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs Qəhraman oğlunun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsini, saxlamasını və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs Qəhraman oğlunun ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirinə dair müvafiq sənədlərlə, o cümlədən təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının daxil olması barədə tərtib olunan 09 aprel 2023-cü il tarixli raport, “Əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair” eyni tarixli qərar, Yasamal RPİ-nin 29-cu PŞ-si üzrə “əməliyyat qrupunun yaradılması haqqında” 09 aprel 2023-cü il tarixli əmr və əmrə əsasən əməliyyat qrupunun təşkili barədə protokol, Təqsirləndirilən şəxs Qəhraman oğlunun saxlanılıb Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilməsi barədə əməliyyat müvəkkili tərəfindən tərtib olunan 09 aprel 2023-cü il tarixli daha bir protokolla müəyyən edildi ki, əməliyyat məlumatı baxılan iş üzrə Təqsirləndirilən şəxs Qəhraman oğlunun narkotik vasitələri konkret olaraq qanunsuz olaraq satış məqsədilə deyil, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə olmuşdur (iş vərəqə: 4, 5, 6, 7, 8, 9). Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs dindirilərkən şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu 01 və 02 aprel 2023-cü il tarixli ifadələrində ondan aşkar edilib bir bükümdə götürülən narkotik vasitəni satış məqsədilə əldə etdiyini, konkret olaraq kiməsə satdığını, əldə etdiyi konkret mənbəni etiraf etməmiş, 01 ədəd sellofan bükümdə təqdim etdiyi olan narkotik maddəni üzərində olan maddəni həmin gün yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, narkotik vasitə olmasını güman edərək tanışlarının vasitəsi ilə narkotik vasitə olub-olmamasını öyrənməsi üçün üzərində saxladığını, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli parçadan olan gödəkçəsinin sağ yan cibində olan sellofana bükülmüş vəziyyətdə olan narkotik vasitə olan «heroin»i polis əməkdaşlarına könüllü olaraq təqdim etdiyini etiraf etsə də, ibtidai istintaqın sonrakı mərhələlərində və məhkəmə baxışı zamanı verdiyi ifadələrində isə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində göstərdiklərini inkar etmiş, aşkar olunub götürülən narkotik vasitənin ona aid olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona qarşı edilmiş psixoloji təzyiqlər nəticəsində boynuna götürməsinə məcbur edildiyini göstərmişdir. İlk növbədə məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin əldə olunma mənbəyinin, onunla birlikdə cinayət əlaqəsində olmuş şəxslərin dairəsinin, sonuncunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olubolmamasının müəyyənləşdirilməsi üçün 07 may və 07 iyun 2023-cü il tarixlərdə iki dəfə əməliyyat tapşırıqları verilmiş, lakin verilmiş əməliyyat tapşırıqları icra olunmamış qalmışdır. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülən heroin narkotik vasitəsinin mənbəyinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda başqa cinayət işi ayrıldığı müəyyən edilmişdir. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. Belə ki, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs istifadəsində olmuş **********32 və **********45 saylı mobil nömrələrinin quraşdırıldığı “Redmi” markalı mobiltelefona baxış keçirilməsi haqqında 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri almasını və ya satışı ilə məşğul olmasını təsdiq edə biləcək sms və ya sair məlumatlar aşkar edilməmiş və ya iş üçün əhəmiyyətli ola biləcək hər hansı məlumat əldə edilməmişdir (iş vərəqə: 52). Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə barədə” protokolunda, nümayiş olunan videogörüntülərdə da Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun bir ədəd bükümdə aşkar edilib götürülmüş külli miqdarda heroin narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinə görə toplanılmış sübutlara hüquqi qiymət verilərkən təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə», «şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış keçirilməsi barədə” protokolları, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin sair materialları əsas götürülmüş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmiş əməl kimi qiymətləndirilmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən bir ədəd bükümdəki heroin narkortik vasitəsinin ümumi kütləsi külli miqdar olmaqla 13,305 qram təşkil etmişdir və bu miqdar şəxsi istehlak miqdarından artıq külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin 09 aprel 2023-cü il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən heroin narkotik vasitəsinin miqdarının 13,305 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə olunmasının, saxlanmasının və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülməsi qeyd olunan narkotik vasitənin ona aid olmaması, saxlanılarkən onun üzərində heç bir növdən olan narkotik vasitə olmaması, onun qanunsuz saxlanılması və polis tərəfindən psixoloji təzyiqlərə məruz qalması, psixoloji təzyiqlər nəticəsində ittihamda göstərilən külli miqdarda heroin narkotik vasitəsini boynuna götürməyə və etirafedici ifadələr verməyə məcbur edilməsi, Milli Məclisin deputat Fazil Mustafanın həyatına sui-qəsd barədə «Qafqazinfo» saytından öyrənib, həmin xəbəri Nəsimi adlı dostu ilə paylaşması, sonuncunun onun məktubuna “kaş öləydi” kimi bir cavab yazmasına görə həbs olunması, İrana cəsusluğu ilə ittiham olunması ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü müdafiə üçün gətirdiyi bu və ya sair dəlillər məhkəmə baxışı zamanı araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs Qəhraman oğlu əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 86). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Qəhraman oğlunun himayəsində 2013-cü il təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır ki, bu, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Qəhraman oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Qəhraman oğluna təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Qəhraman oğlunun barəsində tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2871 №-li rəyini əsas götürərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Qəhraman oğlunda narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmamsı, onun narkomaniya xəstəliyindən əzab çəkməməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs Qəhraman oğlunun barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Qəhraman oğlunun cəza çəkməsinin əvvəli onun faktiki olaraq saxlanıldığı və azadlığının məhdudlaşdırıldığı 09 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Qəhraman oğlu baxılan iş üzrə 09 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 aprel 2023-cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 09 aprel 2023-cü il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Qəhraman oğlunun cəza çəkməsinin əvvəli onun faktiki olaraq saxlanıldığı 09 aprel 2023cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Qəhraman oğlunun baxılan iş üzrə 09 aprel 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs Qəhraman oğlunun üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş 13,305 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 13,205 qram heroin narkotik vasitəsi məhv edilməlidir; - Təqsirləndirilən şəxs Qəhraman oğlunun üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs Qəhraman oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Qəhraman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Qəhraman oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Qəhraman oğlunun cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 09 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Qəhraman oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs Qəhraman oğlunun üzərindən aşkar edilərək götürülmüş 13,305 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 13,205 qram heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs Qəhraman oğlunun üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs Qəhraman oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs Qəhraman oğluna isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar