Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-453/2025 17.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun üzvü Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin sağlamlığına qəsdən ağır zərər vurub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq vəziyyətində 19 mart 2024-cü il tarixə keçən gecə saat 03 radələrində 1935-ci il təvəllüdlü atası Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı ünvan 3 ünvanında olarkən həmin mənzilin qonaq otağındakı divanda uzanmış atasının xəstəlikləri ilə əlaqədar inildəməsi səbəbindən yuxudan oyanıb sonuncu ilə onun yatmasını tələb etmək məqsədilə mübahisə edərək aşkar surətdə köməksiz vəziyyətdə olan ahıl yaşlı atasının bədəninin müxtəlif nahiyələrinə əl və yumruqla çoxsaylı zərbələr vuraraq sonuncuya baş beyinin travmatik ödemi, baş beyinin əzilməsi, baş beyin toxumasına, qişaları altına və mədəciklərə qansızma, subdural hematoma, başın dəri örtüyünün iç səthinə və sol gicgah əzələsinə qansızmalar, sol göz qapaqlarının, sol gözaltı və sol almacıq nahiyələrinin qançır-şişkinlik halında əzilməsi, alt dodağın selikli qişasının qansızmalı fonda əzilmiş yarası, sağ göz qapaqları və gözaltı nahiyənin, eləcə də hər iki əlin arxa səthinin qançırları, bel və sol baldır nahiyələrinin sıyrıqları, hər iki baldırın orta 1/3-nin qançırlı fonda sıyrıqları, üst dodağın selikli qişasına qansızma kimi ümumilikdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 14:13-də X13 X8 Reanimasiya Şöbəsində ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şahid1 həmin tarixdə DİN-in “102” xidməti zəng mərkəzinə zəng edərək, həmçinin Nəsimi RPİ-nin 20-ci PŞ-nə ərizə ilə müraciət edərək ünvan 4 ünvanında tanışı Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət almasını bildirmişdir. (Cild 1, iş vərəqi 3-4)
4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanıdır. Şahid1 həmin istintaq hərəkəti zamanı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində həmin ünvanda gələn zaman Zərərçəkmiş şəxs ona xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində oğlu Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. (Cild 1, iş vərəqi 8-9)
5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 müraciəti əsasında ünvan 6 ünvanında olarkən Zərərçəkmiş şəxs yaşı və səhhəti ilə əlaqədar izahatını almaq mümkün olmamışdır. Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə suallar verildikdə, Zərərçəkmiş şəxs başı ilə qarşıya hərəkət edib oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülməsini təsdiqləmişdir. (Cild 1, iş vərəqi 10-12)
6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. (Cild 1, iş vərəqi 16)
7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.2024-cü il tarixli, 333 nömrəli ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər- qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, baş beyinin yumşaq qişalarına, qansızmaları alın təpə gicgah subdural hematoması, sol göz qapaqlarının, sol gözaltı və sol almacıq nahiyələrinin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, alt dodağın selikli qişasının qansızma fonunda əzilmiş yarası, sağ göz qapaqları və gözaltı nahiyənin, hər iki əlin arxa səthinin qançırları, bel, sol baldır nahiyələrinin sıyrıqları, hər iki baldırın orta 1/3-nin qançır halında sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində, o cümlədən şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. (Cild 1, iş vərəqi 28-30)
8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixli istintaq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. (Cild 1, iş vərəqi 47-49)
9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan görünür ki, hadisə yeri olan ünvan 4 ünvanında yerləşən mənzilin qonaq otağından 01 ədəd bıçaq və qanabənzər nümunələr aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqi 57-65)
10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixli istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrində xəsarətlər müəyyən edilmişdir. (Cild 1, iş vərəqi 66-67)
11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 5067f60d-f83a-4671-a5c5- 3befbe2d59c4 adlı faylda olan fotoşəkildə qara rəngli yan tərəflərində ağ rəngli xətlər olan qara qısaqol köynək geyinmiş ahıl yaşlı, kişi cinsli şəxsin olması görünür. Şahid1 həmin şəxsin Zərərçəkmiş şəxs Qulaq oğlu olduğunu, həmin fotoşəklin onun özü tərəfindən 19 mart 2024-cü il tarixdə səhər saatlarında çəkildiyini və Nailə adlı qadına “Whatsapp” tətbiqi vasitəsilə göndərdiyini, Zərərçəkmiş şəxs üzündəki yaraların xəsarətlərin Emin İsmayılov tərəfindən yetirildiyini bildirmişdir. WhatsApp Audio 2024-04-15 at 11.18.46 (1) adlı faylda olan səs yazısında naməlum kişi cinsli şəxsin öskürərək naməlum şəxsə müraciət edərək rus dilində sürprizinin (hədiyyəsinin) olduğunu, bayram təbrik etdiyini deməsi əks olunmuşdur. Şahid1 həmin naməlum kişi cinsli səsin Təqsirləndirilən şəxs aid olduğunu, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində həmin səsi onun özünə “Whatsapp” tətbiqi vasitəsilə göndərdiyini, sürpriz dedikdə atasını pis hala qoymasını nəzərdə tutduğunu bildirmişdir. WhatsApp Audio 2024-04-15 at 11.22.11 (1) adlı faylda olan səs yazısında naməlum kişi cinsli şəxsin öskürərək naməlum şəxsə müraciət edib rus dilində gedib atasının hansı vəziyyətdə qalacağını bilmək istədiyini, ondan sonra qərar verəcəyini deməsi əks olunmuşdur. Şahid1 həmin naməlum kişi cinsli səsin Təqsirləndirilən şəxs aid olduğunu, xx.xx.2024-cü il tarixdə həmin səsi onun özünə Eminin “Whatsapp” tətbiqi vasitəsilə göndərdiyini, səs yazısında Eminin “Qocalar evi”-nə gedib orada atasının hansı şəraitdə qalmasını bilmək istədiyini, ondan sonra qərar verəcəyini, ona “Qocalar evində” atasının pensiyasının alınacağını dedikdə, heç bir halda Emin buna razı olmayacağını nəzərdə tutduğunu bildirmişdir. (Cild 1, iş vərəqi 74-75)
12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Götürmə və baxış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan paltarlar üzərində gözlə görünən hər hansı ləkə izi aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 111-113)
13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixli istintaq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. (Cild 1, iş vərəqi 127-132)
14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 1/1918 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada stasionar müalicədə olmamışdır. (Cild 1, iş vərəqi 203)
15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-cü il tarixli hökmü ilə məhkum olunmuşdur. Hazırda onun məhkumluğu yoxdur. (Cild 1, iş vərəqi 216)
16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/873 nömrəli ekspert rəyindən görünür ki, “1” və “3” nömrəli çöplü pambıq tampon üzərində olan qanabənzər ləkələr insan mənşəli qan nümunələridir. 6 (altı) ədəd obyekt üzərində insan qanına xas olan hemoqlobin zülalı aşkar edilməmişdir. “1” və “3” nömrəli çöplü pambıq tampon üzərində olan qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur. (Cild 1, iş vərəqi 219- 222)
17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı şəhər Narkoloji Mərkəzi” X8 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. (Cild 1, iş vərəqi 230)
18. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X8 xx.xx.2024-cü il tarixli, 5398 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqi 240)
19. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 xx.xx.2024-cü il tarixli, xx/xx-5189 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə qeydiyyatda yoxdur. (Cild 1, iş vərəqi 248)
20. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2024cü il tarixli məktubuna əlavə edilmiş 01 ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəsi ilə Şahid1 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəsinə zəng etmişdir. (Cild 1, iş vərəqi 252)
21. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 05 iyun 2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, A08_**********5309 adlı faylda olan kamera görüntüsündə üzərində 108 nömrəsi qeyd edilmiş X15 avtomobili xx.xx.2024-cü il tarixdə saat 11:53-də hadisə yeri olan Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 63A ünvanının qarşısına gəlməsi aşkar edilmişdir. A08_**********0345 adlı faylda olan kamera görüntüsündə üzərində 108 nömrəsi qeyd edilmiş X15 avtomobili xx.xx.2024-cü il tarixdə saat 12:04-də hadisə yeri olan Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 63A ünvanının qarşısından ayrılması müəyyən edilmişdir. A08_**********5216 adlı faylda olan kamera görüntüsündə Post Patrul Xidməti avtomobili və onun əməkdaşlarının xx.xx.2024-cü il tarixdə saat 12:52-də Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 63A ünvanının qarşısına gəlməsi aşkar edilmişdir. A08_**********4508 adlı faylda olan kamera görüntüsündə Post Patrul Xidməti avtomobili və onun əməkdaşlarının xx.xx.2024cü il tarixdə saat 15:47-də Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 63A ünvanının qarşısından getməsi aşkar edilmişdir. A08_**********2858 adlı faylda olan kamera görüntüsündə üzərində 4 nömrəsi qeyd edilmiş X15 avtomobili xx.xx.2024-cü il tarixdə saat 16:30-da hadisə yeri olan Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 63A ünvanının qarşısına gəlməsi və həmin faylda saat 17:00-da hadisə yerindən getməsi aşkar edilmişdir. (Cild 2, iş vərəqi 81)
22. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında” qərardan görünür ki, həmin tarixli qərarla Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. (Cild 2, iş vərəqi 87-88)
23. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2024-cü il tarixli, 169/2024-MTKŞ saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanmayan tipli ov bıçağıdır və deşicikəsici xassəyə malik soyuq silahdır. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanmayan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Təqdim olunmuş bıçaqların üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. (Cild 2, iş vərəqi 97-99)
24. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2024-cü il tarixli, 43 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bilavasitə ölümünün bilavasitə səbəbi baş beyinin posttravmatik əzilməsi, baş beyinin toxumasına, qişaları altına və mədəciklərə qansızma ilə əlaqədar inkişaf edən baş beyinin ödemi olmuşdur. Zərərçəkmiş şəxs ölümü xx.xx.2024-cü il tarixdə saat 14:13-də X9 baş vermişdir. Bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası və kliniki müayinəsi zamanı aşkar edilmiş xəsarətlər baş beyinin travmatik ödemi, baş beyinin əzilməsi, baş beyin toxumasına, qişaları altına və mədəciklərə qansızma, subdural hematoma, başın dəri örtüyünün iç səthinə və sol gicgah əzələsinə qansızmalar, sol göz qapaqlarının, sol gözaltı və sol almacıq nahiyələrinin qançır-şişkinlik halında əzilməsi, alt dodağın selikli qişasının qansızmalı fonda əzilmiş yarası, sağ göz qapaqları və gözaltı nahiyənin, eləcə də hər iki əlin arxa səthinin qançırları, bel və sol baldır nahiyələrinin sıyrıqları, hər iki baldırın orta 1/3-nin qançırlı fonda sıyrıqları, üst dodağın selikli qişasına qansızma kimi xəsarətlər X10 müraciət etdiyi (xx.xx.2024-cü il) vaxtdan bir qədər əvvəl olmaqla, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, həyatidirlər, Zərərçəkmiş şəxs ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Bu xəsarətlər müxtəlif şəraitlərdə, həmçinin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni əl, yumruq və digər kütlə əşyalar ilə yetirilmiş zərbələr nəticəsində əmələ gələ bilmələri istisna olunmur, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. (Cild 2, iş vərəqi 102-111)
25. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2024-cü il tarixli, 173/2024-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarı, köynək və hadisə yerindən götürülmüş çarpayı örtüyü üzərində qan, bir ədəd xəstə bezi, Təqsirləndirilən şəxs məxsus cins şalvar, gödəkçə, qısaqol köynək, bir cüt idman ayaqqabısı, bir ədəd hamam dəsmalı, divan örtüyü, yastıq üzü və 02 ədəd yay başmaqları üzərində qanabənzər ləkələr aşkar olunmamışdır. (Cild 2, iş vərəqi 128-131)
26. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2024-cü il tarixli, 438 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət və onun izi aşkar edilməmişdir. (Cild 2, iş vərəqi 134-135)
27. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2024-cü il tarixli 1428 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdikdən sonra və hazırki dövrdə də hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, onun hazırki psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Təqsirləndirilən şəxs idrak prosesləri (yaddaş, diqqət, təfəkkür, qavrama, xarakter və s.) dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiyası ilə şərtləşmişdir. (Cild 2, iş vərəqi 134-141)
28. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan olunması qərara alınmış, ekspert rəyləri, müvafiq istintaq hərəkəti protokolları və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs yatdığı divanın sol yan hissəsində 1, 2 və 3 nömrəli biorkalar ilə nömrələnmiş qanabənzər ləkələr, 01 ədəd gödəkçə, 02 ədəd qısa qol köynək, 01 ədəd göy rəngli cins, 01 cüt qara idman ayaqqabısı, mərhum Zərərçəkmiş şəxs hadisə baş verən zaman əynində olan 01 ədəd köynək, 01 ədəd qara idman şalvarı, 01 ədəd bez və tibb müəssisəsinə aparılan zaman üzərinə örtülmüş 01 ədəd göy rəngli çarpayı örtüyü maddi sübut kimi tanınmaqla, saxlanması üçün Nəsimi rayon prokurorluğunun saxlanc anbarına təhvil verilmiş, 04 ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir.(Cild 2, iş vərəqi 167-183)
29. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqi 186-188)
30. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 ifadəsində göstərmişdir ki, o, müvafiq qərar qəbul edilərkən həmin vəkil bürosunda növbətçi olduğundan, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun qərarı əsasında mərhum Zərərçəkmiş şəxs hüquqi varisi kimi tanınmışdır. O, cinayət və cinayət-prosessual qanunvericiliyə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir.
31. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamış, sonuncunu heç vaxt görməmişdir. Hansı səbəbdən şahid qismində dəvət edildiyini bilmir. Şahid5 həmçinin bildirmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yaşayır. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxsla yaşadığına görə dindirilməsi üçün çağırmış, o, heç nəyin şahidi olmamış, yaşadığı binada səslər eşitmiş, lakin həmin səslərin haradan gəldiyini bilməmişdir.
32. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 8 saylı X15 xidmətində həkim kimi fəaliyyət göstərir. O, çağırış əsasında Təqsirləndirilən şəxs atasını müayinə etmək məqsədilə Nəsimi rayonu ərazisinə yollanmış, müayinə zamanı Zərərçəkmiş şəxs həyatda olmuş, lakin göz ətrafında, qol nahiyələrində qançırlar müşahidə etmişdir. Zərərçəkmiş şəxs qarşı kiminsə fiziki zorakılıq etməsinə oxşamışdır. O, birbaşa müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməmiş, bildiyinə görə evdə olan baxıcı hüquq-mühafizə orqanlarına məlumat vermişdir. Şahid6 həmçinin bildirmişdir ki, o, evə gələn zaman Zərərçəkmiş şəxs huşu yerində olmamış, danışa bilməmişdir. Evdə onlardan başqa Zərərçəkmiş şəxs baxıcısı da olmuş, Təqsirləndirilən şəxs evdə olmamışdır. Zərərçəkmiş şəxs göz ətrafında və qol nahiyəsində köhnə qançır izləri, üzərində isə paltar olmuş, o, sonuncunun paltarını qaldırıb ümumi bədəninə baxış keçirməmişdir. Zərərçəkmiş şəxs vəziyyəti stabil olduğundan, sonuncunu xəstəxanaya aparmağı düşünməmiş, Zərərçəkmiş şəxs bədən göstəriciləri norma daxilində olmuş, lakin huşu yerində olmamışdır. O, Zərərçəkmiş şəxs 1 dəfə müayinə etmiş, ondan sonra başqa X15 həkimi gəlib Zərərçəkmiş şəxs xəstəxanaya apardıqdan sonra sonuncu orada vəfat etmişdir. O, 103 xidmətinə çağırış gəldikdən dərhal sonra ünvana getmiş, Zərərçəkmiş şəxs təxminən 85 yaşı olmuş, ondan əvvəl 2 X15 həkimi və ondan sonra isə 1 X15 həkimi də gəlmişdir. Zərərçəkmiş şəxs bədənində olan qançır izləri sonuncunun ölümünə səbəb ola bilməyəcəyini hesab etmiş, qançır izləri yeni olmamış, 3-4 gün əvvələ aid qançır izləri olmuşdur. Zərərçəkmiş şəxs danışası vəziyyətdə olmamış, Zərərçəkmiş şəxs səhhəti barədə ona ətraflı məlumat verilməmiş, sonuncunun keçmişdə hansı xəstəliklər keçirdiyindən məlumatı olmamışdır.
33. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, X15 həkimi olmaqla Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Çağırış üzrə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs yaşadığı ünvana getmiş, Zərərçəkmiş şəxs baxış həyata keçirən zaman sonuncunun koma vəziyyətində olduğunu müəyyən etmiş, həmçinin bədənində xəsarət izləri mövcud olmuşdur. Həmin xəsarətin hansı səbəbə yarandığını soruşan zaman onlara Zərərçəkmiş şəxs yıxılaraq həmin xəsarəti aldığını söyləmişlər. Ev sahibinin söylədiklərinə əsasən şəxsi xəstəxanaya aparmamışlar. Şahid4 həmçinin bildirmişdir ki, o, 9 ildir ki, X15 həkimi kimi fəaliyyət göstərmiş, evə daxil olan Təqsirləndirilən şəxs və adını bilmədiyi 1 xanım olmuş, Zərərçəkmiş şəxs bədənində xəsarət izləri olmuş, Zərərçəkmiş şəxs baxış həyata keçirən zaman koma vəziyyətində olduğu qənaətinə gəlmiş, o, Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilməsini təklif etmiş, lakin Təqsirləndirilən şəxs razılıq verməmiş, Zərərçəkmiş şəxs xəstəxanaya aparmamış, hüquq mühafizə orqanlarına birbaşa hadisə ilə bağlı məlumat verməmiş, Təqsirləndirilən şəxs xəstəni xəstəxanaya aparmağa icazə verməmiş, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər keçmişə dair xəsarətlər olmuş, xəsarətlər həmin günün xəsarətlərinə bənzəməmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəstəxanaya aparmağa icazə verməmiş, onun xəstənin yaxınlarına xəstəni xəstəxanaya aparmağı təkid etmək səlahiyyəti olmamış, yalnız təklif, tövsiyyə verə bilmişdir. Onun xəstəni məcburi şəkildə xəstəxanaya aparmaq səlahiyyəti olmamış, o, 8 saylı X15ın həkimi olmuş, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş, imzalar ona məxsus olmuş, onlar Zərərçəkmiş şəxs yaşadığı evə 2 dəfə getmiş və 2 dəfə sonuncunun səhhətinə baxış həyata keçirmişlər.
34. Şahid4 dindirilərkən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, atasını xəstəxanaya aparmamaqla bağlı X15 həkimlərinə heç nə deməmişdir.
35. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdən bəri tanımış, sonuncu ona kompüterdən istifadə etməkdə köməklik göstərmişdir. Təqsirləndirilən şəxs atası ağır xəstə olmuş, sonuncu atasının daima qayğısına qalmışdır. Təqsirləndirilən şəxs atasının bütün dərmanlarını vaxtında almış, hətta o, aptekə Təqsirləndirilən şəxsla birlikdə getmişdir. Təqsirləndirilən şəxs keşməkeşli həyat yaşasa da, atasına bir övlad kimi yaxşı qulluq etmişdir. 2024-cü ilin mart ayında dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs ona mobil telefonla zəng edib yanına gəlmək istədiyini söyləmiş, görüşdükdə sonuncu ona atasının yıxılıb xəsarət aldığını bildirmişdir. O, əmindir ki, Zərərçəkmiş şəxs yıxılmasında Təqsirləndirilən şəxs heç bir təqsiri olmamışdır. Şahid3 həmçinin bildirmişdir ki, o, hadisənin birbaşa şahidi olmamış, həmin vaxt o, şəxsi mənzilində olmuş, Təqsirləndirilən şəxs anası “Covid 19” Virusundan vəfat etdikdən sonra atası ilə birlikdə yaşamış, Təqsirləndirilən şəxs atasına hər hansı kobud bir hərəkət etdiyinin şahidi olmamış, Təqsirləndirilən şəxs içkili vəziyyətdə görməmiş, Təqsirləndirilən şəxs atası vanna otağında yıxılmış və bu səbəbdən Təqsirləndirilən şəxs əsəbləşərək onun yanına gəlmiş, Təqsirləndirilən şəxs atasına qarşı hər hansı zorakılıq hərəkətlərinin edib-etməməsini bilməmiş, Təqsirləndirilən şəxs atası səhhəti ilə bağlı danışa bilməmiş, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət izləri görməmiş, Təqsirləndirilən şəxs onun yanına gəldikdə saat 10 radələri olmuş, o, təcili yardım avtomobilinin gəldiyini görməmiş, təxminən 40 dəqiqə Eminlə atasının vəziyyəti ilə bağlı danışmış, Təqsirləndirilən şəxs onunla dərdini bölüşmək üçün onun yanına gəlmiş, Təqsirləndirilən şəxs onun yanına gələn zaman əsəbi olmuş, Təqsirləndirilən şəxs ona atasının vanna otağında yıxıldığını demiş, Təqsirləndirilən şəxs bədənində hər hansı xəsarət izlərinin olub-olmamasına şahid olmamışdır.
36. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, aptek işçisi olmuş, Təqsirləndirilən şəxs bununla əlaqədar tanımışdır. Təqsirləndirilən şəxs tez-tez çalışdığı aptekə gələrək ondan bez almış, lakin bezi kimə və nə səbəbə aldığını bilməmişdir. Şahid7 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan ağrıkəsici dərmanları da almış, onun hadisə ilə bağlı məlumatı olmamış, o, sadəcə olaraq aptek işçisi olduğundan Təqsirləndirilən şəxs bez, ağrıkəsici satmışdır.
37. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs iş yoldaşının oğlu kimi tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs anası ilə uzun müddət bir yerdə çalışmış və yaxın dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs anasını 12 ilə yaxın müddətdir ki, tanımışdır. Bir gün Təqsirləndirilən şəxs anası yaşlı olduğuna görə ev işlərində sonuncuya kömək etməsi ilə bağlı ona təklif etmiş, aralarındakı razılaşmaya əsasən həftədə 1-2 dəfə onların yaşadığı evə gedərək yemək bişirmişdir. Təqsirləndirilən şəxs anası vəfat etdikdən sonra Təqsirləndirilən şəxs atası ilə birlikdə tək yaşamağa başlamış, lakin o, yenə də ailəyə kömək etməyə davam etmişdir. 19 mart 2024-cü il tarixdə Novruz bayramına hazırlıq görmək məqsədilə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, qapını açan vaxt Təqsirləndirilən şəxs içkili vəziyyətdə görmüşdür. Boylanıb qapıdan baxan zaman Zərərçəkmiş şəxs bədəni göy halda qonaq otağında şəxsi stolunda əyləşdiyini görmüşdür. Təqsirləndirilən şəxs vəziyyətin niyə belə olduğunu soruşan zaman sonuncu ona atasının yıxıldığını söyləmiş, o, dərhal Zərərçəkmiş şəxs yanına yaxınlaşaraq vəziyyətinin niyə belə olduğunu soruşsa da, Zərərçəkmiş şəxs xırıldıyaraq ona cavab verə bilməmişdir. Təcili olaraq Təqsirləndirilən şəxs Almaniyada yaşayan bacısı Nailə Rəhimovaya zəng edərək nə etməli olduğunu soruşmuş, Nailə Rəhimova ona X15a və polisə zəng etməsini söyləmişdir. Evin ünvanını dəqiq olaraq bilmədiyinə görə Təqsirləndirilən şəxs X15 çağırmağını tələb etmiş, X15ı Təqsirləndirilən şəxs özü çağırmışdır. Lakin, Təqsirləndirilən şəxs polisə zəng etməyi tələb edən zaman onu itələyərək polisə yığmayacağını və onun evdən getməli olduğunu söyləmiş, buna baxmayaraq o, birbaşa özü polisə zəng edərək polisi çağırmışdır. Şahid1 həmçinin bildirmişdir ki, evə gələndə Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs ara-sıra spirtli içki qəbul etmiş, Təqsirləndirilən şəxs üzündə, ayağında izlər olmuş, o, heç bir zaman Zərərçəkmiş şəxs yıxıldığını görməmiş, Təqsirləndirilən şəxs hansı səbəbə polisi çağırmaq istəmədiyini bilməmiş, son vaxtlar Təqsirləndirilən şəxs onun evlərinə gəlməyini istəməmiş, o, Nailə Rəhimovanın xahişi ilə evə getmişdir. O, evə gələn vaxt saat 10 radələri olmuş, Zərərçəkmiş şəxs ayaqlarında və bədənində xəsarət izləri olmuş, Təqsirləndirilən şəxs ona atasının vanna otağında yıxıldığını demiş, vanna otağına baxış keçirmiş, lakin hər şey qaydasında olmuş, Təqsirləndirilən şəxs atası ilə birlikdə yaşamış, onlardan başqa heç kim yaşamamış, Zərərçəkmiş şəxs əvvəllər sərbəst danışa bilsə də, hadisə günü danışa bilməmiş, əvvəllər Zərərçəkmiş şəxs belə halda olduğunu görməmiş, lakin, bir dəfə Eminin atasını bez üstündə itələyərək yıxmasının şahidi olmuş, X15 Zərərçəkmiş şəxs xəstəxanaya aparmamış, Təqsirləndirilən şəxs içkili olmadığı vaxtlar atasına yaxşı baxaraq qayğısına qalmış, o, Təqsirləndirilən şəxs atasını vurduğunu görməmiş, lakin bir dəfə Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs tərəfindən vurulduğunu söyləmiş, o, polis çağırmaq istəyən zaman Təqsirləndirilən şəxs ona maneçilik yaratmışdır. Təqsirləndirilən şəxs ara-sıra ağrıkəsici qəbul etmiş, Təqsirləndirilən şəxs atası ilə kobud danışmış, atasını itələmiş, Təqsirləndirilən şəxs polisi çağıran zaman ona qışqıraraq evdən qovalamaq istəmiş, o, polisi çağırdıqdan sonra Təqsirləndirilən şəxs evdən qaçmış, X15ı evə Təqsirləndirilən şəxs qaldırmamış, Təqsirləndirilən şəxs ona X15a ehtiyac olmadığını, atasını birbaşa qəbiristanlığa aparmaq lazım olduğunu demiş, Təqsirləndirilən şəxsla arasında yazışmalar, zənglər olmuş, Təqsirləndirilən şəxs ona atasına baxmaqdan yorulduğunu və bu səbəbdən atasını qocalar evinə aparmaq istədiyini demiş, Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdə mesaj yazaraq surprizi olduğunu söyləmiş, Təqsirləndirilən şəxs ona onun Zərərçəkmiş şəxs sevgilisi olduğunu demiş, Zərərçəkmiş şəxs üzərindəki xəsarətlər döyülməyə xas xəsarətlər olmuş, yıxılmaqla heç bir əlaqəsi olmamış, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləmiş, imzalar ona məxsus olmuşdur.
38. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzaq qohumudur. Təqsirləndirilən şəxs bacısı onun əmisinin oğlu ilə evli olmaqla Almaniya Federativ Respublikasında yaşamış, bildiyi və gördüyü qədəri ilə Təqsirləndirilən şəxs daima atasına yaxşı baxmış və qayğısına qalmışdır. Hələ də belə bir hadisənin olduğuna inana bilmir. Şahid2 həmçinin bildirmişdir ki, Albina Vladimirovnayanı tanımış, həmin şəxs uzun müddət Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üçün yemək bişirmiş, evi təmizləmişdir. X1 Rəhimovu həddindən çox istəmiş, Albina Vladimirovnanın əmək haqqı Zərərçəkmiş şəxs pensiya kartından ödənilmişdir. Bir-iki dəfə X16 Rəhimova pul göndərmiş, X5 köçən zaman atası ilə bağlı bütün səlahiyyətləri ona vermiş və uzun zaman əvvəl Zərərçəkmiş şəxs pensiya kartına problem yaranan zaman Təqsirləndirilən şəxs həmin kartı dəyişmək səlahiyyəti olmadığına görə Eminlə birlikdə o, kartı dəyişmək üçün getmişdir. Onlar həmin gün “Koala” parkının yanında Təqsirləndirilən şəxsla görüşmüş, Nailə Rəhimova ona etibarnamə vermiş, Nailənin həmin etibarnaməni qardaşı, Təqsirləndirilən şəxs hansı səbəbə vermədiyini bilməmiş, Təqsirləndirilən şəxsla görüşən zaman sonuncu ayıq vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə hər hansı bir mübahisəsinin olub-olmadığını xatırlamamış, X5 köçdükdən sonra o, Eminlə İsmayılın yaşadığı evə getməmiş, Təqsirləndirilən şəxs atasını döydüyünü heç bir zaman eşitməmiş, Zərərçəkmiş şəxs bədənindəki xəsarətləri şəkildə görmüş, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləmiş, imzalar ona məxsus olmuşdur.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
39. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, zərərçəkmiş şəxs olan atası Zərərçəkmiş şəxs 1988-ci il tarixdən 2024-cü il tarixədək 6 dəfə insult keçirtmiş və 2003-cü il tarixdə isə açıq ürək əməliyyatı olunaraq ürəyindəki 7 damar dəyişilmişdir. O, atasının müalicə olunması məqsədilə evlərini satmış və hətta atası açıq ürək əməliyyatı olunan vaxt özü şəxsən donor olmuşdur. Bunları deməkdə məqsədi ondan ibarət olmuşdur ki, o, atasına 2024-cü il tarixədək baxmış, bütün ehtiyaclarını qarşılamışdır. O, Rusiya Respublikasına iş ilə əlaqədar gedən vaxtlarda atasına bacısı baxmışdır. Atası həmçinin yüksək təzyiq xəstəsi olmuş, bu xəstəliyi ilə əlaqədar olaraq gündə 11 dərman içmişdir. Belə olan halda zaman keçdikcə beyninin fəaliyyəti zəifləmiş, son 5 ilədək atası özü sərbəst şəkildə təbii ehtiyaclarını ödəmiş, lakin son 5 ildə atasını ayaqyoluna o, özü aparmış, atasını o təmizləmişdir. Atası dəfələrlə ayaqları tutmadığına görə yıxılmış atasını o qaldırmışdır. Atasının bədənindəki izlər də həmin yıxılmaların izləri olmuşdur. “Covid 19” virusundan anası vəfat etdikdən sonra atası ilə o, tək yaşamağa başlamışdır. “Covid 19” virusundan sonra atasının vəziyyəti daha da ağırlaşmış, artıq yeriyə, danışa, eşidə, yemək yeyə bilməmişdir. Son zamanlar atasını “Semaşko” xəstəxanasına aparmış, hətta orada şöbə müdiri Lala xanım da onları tanımışdır. O, özü də ağır xəstə olmuş, 10 ildir ki, şəkər xəstəliyindən əziyyət çəkmişdir. Həkim ona dəfələrlə özünü yormamağı söyləsə belə, o, atasına baxmalı olduğundan həkimin dediklərini etməmişdir. İbtidai araşdırma zamanı müstəntiq onun atasını “şəpit” ilə döydüyünü demişdir. Bu vaxtadək atasına özü tək başına baxmış, bu vaxtadək atasından bezmədən atasının bütün ehtiyaclarını ödəmişdir. Atası gecələr yatmamış, o, uşaqlıqdan Nəsimi rayonu ərazisində yaşamış, həmin ərazidə hamı onları tanımışdır. Onun atası 4 universitet bitirmiş, böyük vəzifələrdə çalışmışdır. Bununla əlaqədar olaraq atası yüksək məbləğdə pensiya almış, atasının pensiyası ilə atasına pampers, yemək və s. almışdır. Gündə 3 dəfə atasının paltarlarını yumuş, atasının vəziyyəti ağırlaşdığından son dövrlərdə artıq atasının pensiyası ilə dolana bilməmişdir. Mart ayının 17-sində tarixdə atası güclü şəkildə soyuqlamış, bununla əlaqədar olaraq bədənindəki bütün xəstəliklər qalxmışdır. Həmin gün atasının təzyiqi 220-230 arası dəyişmiş, belə olan halda artıq özbaşına danışmağa başlamış, o, atasına yatmasını söyləsə də, atası özbaşına danışmağa davam etmişdir. Həmin gün atası 3 dəfə mebeli üzərinə aşırmış, həmin gün 3-4 dəfə hamamda atası ilə birlikdə o da yıxılmış, ev balaca olduğundan “kaleska” ilə hamam otağına keçmək mümkün olmamış, belə olan halda hər dəfə atasını qucağına alıb özü hamama, tualetə aparmışdır. Atası hərəkətsiz qaldığına görə hədsiz dərəcədə kilo almış, onun belində problem olduğundan artıq atasını daşıya bilməmişdir. Mart ayının 17-si səhərədək atası oyaq qalmış, səhər saat 5-6 radələrində güclə atası yuxuya getmişdir. Günorta saatlarına yaxın yuxudan oyanmış, atasını hamama aparmış, üzünü, əlini yumuş və sonra yemək yedirmişdir. Daha sonra musiqi qoymuş və o da 1-2 saat yatmışdır. Günorta dəfələrlə atasının təzyiqini ölçmüş, hər şey normasında olmuşdur. Gecə saatlarında atasının vəziyyəti yenidən pisləşmiş, gecə təxminən 5 dəfə yıxılmış, səhərədək çox əziyyət çəkmişdir. Səhər saatlarında Albina xanım evə gəlmiş, Albina xanım onun anasının iş yoldaşı olmuş və anası vəfat etdikdən sonra həftədə bir dəfə onların evinə gələrək atasına və ona yemək bişirmiş, artıq Albina xanım da gəldikdən sonra X15a zəng etmişdir ki, gəlib atasını aparsınlar. Çünki, atasının vəziyyəti çox pis olmuş, atasını onlar sakitləşdirə bilməmişlər. X15 atasını gəlib evdən çıxaranda atasının sağ olub-olmamasını bilməmiş, çünki həmin vaxt o, evdə olmamışdır. X15ın həkimləri atasını evdən çıxaran vaxt o, polis bölməsində olmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, atasının təzyiqi yüksək olduğundan X15ı evə o, çağırmış, atasını Albina xanımın yanında qoyaraq X15ı evə qaldırmaq üçün aşağı düşmüş, atası ilə arasında heç bir mübahisə olmamış, atasına qarşı heç bir fiziki təsir göstərməmişdir. X15 həkimlərini evə qaldırmış, özü də aşağıya siqaret almaq üçün düşmüş və evə qayıdanda artıq görmüşdür ki, polis əməkdaşları evdədir. Həmin gün o, spirtli içki qəbul etməmiş, sadəcə olaraq enerji içkisi içmiş, arada şəkər xəstəliyi ilə əlaqədar spirtli içki içmiş, atası ilə arası çox yaxşı olmuş, Albina xanım 10 ildir ki, həftədə 1 dəfə onların evinə gəlmiş, Albina xanım 9-cu mikrorayon ərazisində yaşamış, ibtidai istintaq zamanı ifadə vermiş, ibtidai istintaq zamanı verdiyi ifadəni oxumamışdır.
Hüquqi məsələlər:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
40. CM-in 126.3-cü maddəsinə əsasən 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
41. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
42. Maddə 7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
43. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
44. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
45. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
46. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
47. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
48. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.
49. Maddə 15.4, 83.3.1 və 83.6. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.
50. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
51. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
52. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
53. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
54. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
55. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
56. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
57. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
58. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
59. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
60. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
61. Maddə 347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
62. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
63. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
64. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
66. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
67. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
68. Məhkəmə qeyd edir ki, məhkəməyədək icraat və məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ qorunmuş, onun iştirakı ilə keçirilmiş istintaq hərəkətində təqsirləndirilən şəxsin müdafiəçisi şəxsən iştirak etmişdir.
69. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 126.3-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir.
70. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.
71. Qəsdən adam öldürmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərərvurmadan ilk növbədə obyektiv meyar üzrə fərqlənir. Belə ki, qəsdən sağlamlığa ağır zərər vurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir. Onun əməlinin ilkin nəticəsi isə məhz CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əlamətlərdən biri üzrə müəyyən edilən sağlamlığa vurulmuş ağır zərərdir. Baş vermiş ölüm isə artıq sağlamlığa ağır zərər vurmanın nəticəsidir. Ona görə də təqsirkarın əməlini CM-in 126.3-cü maddəsi ilə tövsif edərkən sağlamlığa vurulmuş ağır zərərlə baş vermiş ölüm arasında səbəbli əlaqə müəyyən edilməlidir. Həmin cinayətlər daha çox subyektiv meyarlar üzrə fərqlənir. Belə ki, bu əməl təqsirin qarışıq forması ilə törədilir: şəxsin təqsiri sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsdən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olur.
72. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.
73. Məhkəmə sözügedən Plenum qərarının 13-cü bəndində göstərilmişdir ki, CM-in 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) məsuliyyət o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs bunu dərk edir. Məsələn, köməksiz vəziyyətdə olma dedikdə zərərçəkmişin müqavimət göstərə bilməməsinə səbəb olan qocalıq, əlillik, azyaşlı olma, ağır xəstəliyə tutulma, eləcə də özünə qarşı edilən hərəkətlərin ictimai təhlükəli xarakterini dərk etməyə mane olan psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması və s. bu kimi hallar başa düşülür. Əgər təqsirkar zərərçəkmişin huşsuz, yatmış, ağır sərxoş vəziyyətdə olması və s. bunlara bənzər hallarını cinayətin törədilməsini asanlaşdıran xüsusiyyətlər kimi nəzərə alaraq, yəni belə vəziyyətdə olmasına görə zərərçəkmiş şəxsin müqavimət göstərə bilməyəcəyini dərk edərək onu qəsdən öldürürsə, əməl CM-in 120.2.9-cu maddəsi ilə tövsif olunmalıdır.
74. Məhkəmə qeyd edilən Plenum qərarında göstərilənləri oxşar münasibətləri tənzimlədiyinə görə hazırki iş üzrə təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamla əlaqə şəkildə təhlil edir.
75. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş aşadığakı halları işin obyektiv həlli üçün əhəmiyyətli hesab edir:
76. Belə ki, Zərərçəkmiş şəxs 1935-ci il təvəllüdlüdür, yəni hadisə baş verərkən onun 89 yaşı olmuşdur. Məhkəmə qocalıq əlamətinə, xəstə olmasına və səhhətinin vəziyyətinə görə Zərərçəkmiş şəxs köməksiz vəziyyətdə olan şəxs kimi qiymətləndirir.
77. Bundan əlavə, Təqsirləndirilən şəxs Şahid1 mobil telefonuna səsli mesaj göndərib sonuncuya “sürpriz”-inin olmasını bildirmiş, Şahid1 həmin evə gəldikdə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlər müşahidə etmişdir.
78. Bundan başqa, Şahid1 məhkəmədə və məhkəməyədək icraat zamanı verdiyi ifadələrində təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs olan atası Zərərçəkmiş şəxs daha əvvəl də itələyib yıxdığını söyləmişdir.
79. Bununla bağlı, məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin müəyyən edilməsi ilə bağlı məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2024-cü il tarixli, 169/2024 MTKŞ saylı ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs bədəni üzərində yaranmış həmin ekspert rəyində qeyd olunan xəsarətlər həyati olmaqla, zərərçəkmiş şəxsin ölümü ilə birbaşa əlaqəli olmuş, müxtəlif şəraitlərdə, o cümlədən əl, yumruq və digər əşyalarla yetirilmiş zərbələr nəticəsində əmələ gələ bilməsi istisna edilməmiş, xəsarətlər dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmuşdur.
80. Göründüyü kimi, zərərçəkmiş şəxsin bədəni üzərində aşkarlanmış ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini özündə əks etdirən xəsarətlərin əl, yumruq və digər əşyalarla yetirilmiş zərbələr nəticəsində yaranması mümkündür.
81. Bundan savayı, məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2024-cü il tarixli, 333 nömrəli ekspert rəyindən də müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində yaranmış həmin ekspert rəyində qeyd edilmiş xəsarətlərin onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində, o cümlədən şəxsin özü tərəfindən yetirilməsinin az inandırıcı olması qeyd edilmişdir.
82. Bu da məhz Təqsirləndirilən şəxs atasının hamamda olarkən özünün yıxılmasını deməsi halını istisna edir, əksinə Zərərçəkmiş şəxs ona edilmiş zorakılıqlar nəticəsində bədəni üzərində xəsarət yarandığını göstərir.
83. Həmçinin, məkhəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə suallar verdikdə, Zərərçəkmiş şəxs başı ilə qarşıya hərəkət edib oğlu Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü təsdiqləmişdir.
84. Bu hal da Zərərçəkmiş şəxs bədəni üzərində yaranmış xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən törədildiyinə dəlalət edir.
85. Bundan başqa, məkhəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolu”na əsasən isə Təqsirləndirilən şəxs hadisə baş verərkən orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur.
86. CM-in 23-cü maddəsinə əsasən, səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur.
87. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsif etmiş, yəni Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan atası Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur.
88. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid edilir.
89. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 126.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
90. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
91. Məhkəmə Təqsirləndirilən şəxs 17 mart 2024-cü il tarixdə atası Zərərçəkmiş şəxs 3 dəfə mebeli üzərinə aşırması, həmin gün 3-4 dəfə hamamda atası ilə birlikdə onun da yıxılması, gecə saatlarında atasının vəziyyətinin yenidən pisləşməsi, Zərərçəkmiş şəxs ilə arasında heç bir mübahisə olmaması, Zərərçəkmiş şəxs qarşı heç bir fiziki təsir göstərməməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün işin faktiki halları ilə təkzib olunan həmin ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur.
92. Belə ki, məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs 17 mart 2024-cü il tarixdə 3 dəfə mebeli üzərinə aşırması, həmin gün 3-4 dəfə hamamda yıxılması, onun səhhətinin vəziyyətinin pisləşməsi cinayət işinin materialları və digər sübutlarla öz təsdiqini tapmamış, əksinə Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs qarşı zorakılıq etməsi, habelə ölümündən əvvəl itələməsi, qışqırması və sair qeyri-qanuni hərəkətlər etməsi müəyyən edilmişdir.
93. Məhkəmə hesab edir ki, məlumatlar, sənədlər və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığından onlar sübut kimi qəbul edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət edir və onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir.
94. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 126.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
95. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə icraatı zamanı davranışını, məhkumluğunun olmamasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
96. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
97. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
98. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar.
99. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
100. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
101. İşdə olan tutma protokolundan və müvafiq məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 16 aprel 2024-cü il tarixdə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, iş vərəqi 93-94; 137-141).
102. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutularaq saxlanıldığı 14 aprel 2024-cü tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.
103. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
104. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərcləri yoxdur.
105. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd gödəkçə, 02 ədəd qısa qol köynək, 01 ədəd göy rəngli cins, 01 cüt qara idman ayaqqabısı, mərhum Zərərçəkmiş şəxs hadisə baş verən zaman əynində olan 01 ədəd köynək, 01 ədəd qara idman şalvarı, 01 ədəd bez və tibb müəssisəsinə aparılan zaman üzərinə örtülmüş 01 ədəd göy rəngli çarpayı örtüyü məhv edilməlidir.
106. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
107. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu, yəni 14 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutları saxlama yerində saxlanılan Zərərçəkmiş şəxs yatdığı divanın sol yan hissəsində 1, 2 və 3 nömrəli birkalar ilə nömrələnmiş qanabənzər ləkələr, 01 ədəd gödəkçə, 02 ədəd qısa qol köynək, 01 ədəd göy rəngli cins, 01 cüt qara idman ayaqqabısı, mərhum Zərərçəkmiş şəxs hadisə baş verən zaman əynində olan 01 ədəd köynək, 01 ədəd qara idman şalvarı, 01 ədəd bez və tibb müəssisəsinə aparılan zaman üzərinə örtülmüş 01 ədəd göy rəngli çarpayı örtüyü məhv edilsin. 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova