Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-454/2020 09.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: X1 (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə; məhkəmə iclasının katibi: X5; dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror metodisti Dövlət ittihamçısı; müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi Əbdül oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs, xx xxxx 1988-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,fərdi qaydada əməklə məşğul olmuş, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Neftçala şəhəri, 5-ci məhəllədə qeydiyyatda olan, Yasamal rayonu, Z.Xəlilov küçəsi 19, mənzil 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək birləşib, istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,481 qram və 570 qram olan ümumilikdə 570,481 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, İran İslam Respublikasının vətəndaşı “Məhəmməd”in tapşırığına əsasən 1000 (min) manat pul əvəzində götürüb özündə saxlamaqla narkotik vasitələri sonuncunun deyəcəyi yerə qoymaq və oradan pulu götürmək barədə razılaşmaqla, qanunsuz olaraq üzərində gəzdirmiş və idarə etdiyi ağ rəngli “Azsamand” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomaşında saxlayaraq daşımış, xx.xx.2019-cu il tarixdə saat 07:00 radələrində Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Yasamal rayonu, Q.Xəlilov küçəsi, 1 ünvanın qarşısında saxlanılarkən idarə etdiyi ağ rəngli AZ **-AG-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə birlikdə Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilmiş və inzibati binadakı xidməti otaqda üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən əynindəki boz rəngli cins şalvarının ön sol cibindən 01 bükümdə təmiz çəkisi 0,481 qram narkotik vasitə heroin və “Azsamand” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilərkən avtomaşının yük yerindən ağ rəngli vedrənin içərisindən «BİC» yazısı olan ağ rəngli sellofan torbanın içərisindəki göy rəngli sellofanın içərisində 570 qram kustar üsulla hazırlanmış eyni tərkibə malik olan külli miqdar təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, 8-9 il olar ki, özünə məxsus olan "Azsamand" markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomaşınla taksi fəaliyyəti göstərir. Təxminən 3-4 ay bundan qabaq avtomaşını ilə taksi faəliyyəti ilə məşğul olan zaman bir nəfər orta yaşlı kişi özünü ona Məhəmməd kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı, Məhəmmədin həyat yoldaşı və oğlu ilə birlikdə onun avtomaşınına minmiş, onlar Bakı şəhərində dörd gün qonaq olduqlarını, daha 3 gündə burada qalacaqlarını bildirmişlər. Həmin şəxslər ondan Apellyasiya məhkəməsinin yaxınlığında yerləşən “Kasap Dönər” adlanan restorana sürməyini təklif etmiş, avtomaşını onlar dediyi istiqamətdə idarə etdirmişdir. “Kasap Dönərin” qarşısına çatan zaman onlar avtomaşından düşərək “Kasap Dönər”in yaxınlığında yerləşən otellerin birində qaldıqlarını bildirmişlər. Məhəmməd ona xidmət haqqı olaraq pul verən zaman ondan Bakı şəhərində olan zaman xidmət göstərməsi üçün mobil telefonu istəmişdir. O, Məhəmmədin etdiyi təklif ilə razılaşmış və ona öz nömrəsini vermişdir. Təxminən 3 gün o Məhəmmədgili ayrı ayrı yerlərə aparıb gətirmişdir. Onlar İrana qayıtdıqdan sonra təxminən ay yarım 2 ay sonra Məhəmməd onun "Whatsapp" sosial şəbəkəsi ilə əlaqə saxlamışdır. O, Məhəmməd adlı şəxsin dediyi Şıxov adlanan ərazidə yerləşən reklam lövhələrindən birincisinin sütununun yanında olan ona göndərilən pulu və göy paketi götürmüş, ona məxsus olan "Azsamand" markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomaşının yük hissəsindəki ağ rəngli vedrənin içərisinə qoyub saxlamışdır. O, həmin paketə baxarkən içərisində narkotik vasitə heroinin olduğu ona məlum olmuşdur. Bundan sonra, O, Məhəmmədə zəng vurmamış, özü 4-5 ay müddət ərzində narkotik vasitə istifadə etməyə başladığı üçün, həmin narkotik olan vasitə heroini az-az istifadə edəcəyini düşünmüşdür. Ağ rəngli avtomaşında dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə Yasamal RPİ-nin 26-cı PB-nə gəldikdə üzərinə baxış keçrilən zaman əynində olan boz rəngli cins şalvarın sol cibinə qoyduğu narkotik vasitə aşkar olunmuşdur. Ondan qanunla dövriyyəsi qadağan olunmuş başqa predmetlərin və ya əşyaların olub-olmaması soruşulan zaman o, avtomaşının yük hissəsində əlavə narkotik vasitənin olduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə video çəkiliş vasitəsi ilə avtomaşınına baxış keçirilmiş və o, həmin narkotik vasitəni maşının baqaj hissəsindən götürüb polis əməkdaşlarına təhvil vermişdir. Onun narkotik vasitəni satmaq fikri olmamış, narkotik istifadəçisi olduğu üçün həmin narkotik vasitəni saxlayıb az-az istifadə etmək istəmişdir. Onun üzərindən və nəqliyyat vasitəsindən aşkar olunan narkotik vasitə ona məxsus olmuş, ona həmin hərəkətlər zamanı polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmişdir. O, elan olunan ittihamla razı olmadığını, narkotik vasitələrin istifadəçisi olduğunu, ona görə də əməlinin narkotik vasitəni saxlamağa görə tövsif edilərək məsuliyyətə cəlb edilməsi xahiş etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, ...onlar İrana qayıtdıqdan sonra təxminən ay yarım 2 ay sonra Məhəmməd onun "Whatsapp" sosial şəbəkəsi ilə əlaqə saxlamışdır. İlk öncələr Məhəmməd yalnız ondan hal-əhval soruşmuşdur. Sonuncu dəfə xx.xx.2019 cu il tarixdə saat 19:00 radələrində ona +98-***-***-**-** nömrəsindən "Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə istifadəsində olan ***-***-**-** nömrəsinə səsli ismarıc göndərərək Şıxov adlanan əraziyə yaxınlaşıb orada olan reklam lövhələrindən biricisinin sütununun yanında olan göy rəngli paketin içində adını bilmədiyi narkotik vasitəni götürərək özündə saxlamalı olduğunu və dediyi vaxtda deyəcəyi yerə qoyaraq həmin yerin şəklini çəkib ona göndərməli olduğunu, görəcəyi işin müqabilində ona 1.000 manat məbləğində pul vəsaiti verəcəyini bildirmişdir. O, Məhəmməd adlı şəxslə razılaşmış və xx.xx.2019-cu il tarixdə o, Məhəmməd adlı şəxsin dediyi Şıxov adlanan ərazidə yerləşən reklam lövhələrindən birincisinin sütununun yanında olan göy paketin içərisindəki narkotik vasitəni götürmüş və ona məxsus olan "Azsamand" markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomaşının yük hissəsindəki ağ rəngli vedrənin içərisinə qoyub saxlamışdır. O, həmin paketi götürən zaman baxış keçirmiş və ona məlum olmuşdur ki, həmin paketin narkotik vasitə vardır. O, bununla bağlı Məhəmmədlə danışan zaman sonuncu ona narahat olmamağı, ona bir gün qabaqcadan xəbər edən zaman paketi müəyyən bir yerə qoymalı olduğunu bildirmişdir. xx.xx.2019-cu il tarixdə Yasamal rayonu, Qurban Xəlilov 1-də ona məxsus olan "Azsamand" markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomaşında dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə Yasamal RPİ-nin 26-cı PB-nə gəldikdə üzərinə baxış keçrilən zaman əynində olan boz rəngli cins şalvarın sol cibinə qoyduğu narkotik vasitə aşkar olunmuşdur. Ondan qanunla dövriyyəsi qadağan olunmuş başqa predmetlərin və ya əşyaların olub-olmaması soruşulan zaman o, avtomaşının yük hissəsində əlavə narkotik vasitənin olduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə video çəkiliş vasitəsi ilə avtomaşınına baxış keçirilmi və o, həmin narkotik vasitəni maşının baqaj hissəsindən götürüb polis əməkdaşlarına təhvil vermişdir (Cild 1, i.v. 197- 200). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə Yasamal rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan və 26-cı PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Şahid2 ilə birlikdə məlumat əsasında saat xx xxxxxxx 2019-cu il tarixdə saat 07:00 radələrində ünvan 2 saylı ünvanın qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxs özünü xx.xx.1988-ci təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Sonra Təqsirləndirilən şəxs izah edilmişdir ki, mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidir.Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli AZ **-AG-*** dövlət qeydiyyat nişanlı Azsamand markalı avtomaşını ilə birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə dəvət edilmişdir. Həmin vaxtı onlara kömək etməkləri məqsədi ilə ərazidə xidmətdə olan Yasamal RPİ-nin PPXB-nin tağım komandiri, polis baş leytenantı Şahid3, polis nəfərləri Şahid4 və Şahid5 Təqsirləndirilən şəxs məxsus avtomaşını 26-cı Polis Bölməsinə aparılmasında Təqsirləndirilən şəxs müşayiət etmələrini bildirmişlər və polis əməkdaşları da öz növbələrində avtomaşının Polis Bölməsinə gətirilməsinə müşayiət etmişlər.Polis Bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının ön sol cibindən bir ədəd selofana bükülü vəziyyətdə olan 01 ədəd bükülünü könüllü olaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, lakin həmin vaxt Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya müəyyən edilərək götürülməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən Təqsirləndirilən şəxs, əynindəki boz rəngli cins şalvarının ön sol cibindən çıxararaq təqdim etdiyi selefona bükülü vəziyyətdə olan bükülünün içərisindəki maddə heroindir.Həmin heroini xx xxxxxxx 2019-cu il tarixdə saat 19 radələrində üzdən tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Məhəmməd adlı şəxsdən dediyi Bakı şəhəri, Şıxov adlnan ərazidə yerləşən reklam lövhələrinindən birincisinin sütununun yanında olan göy paketin içərisindəki narkotik vasitəni götürmüş və idarə etdiyi “Azsamand” markalı **-AG-*** d.q.n-lı ağ rəngli avtomaşının baqaj hissəsindəki ağ rəngli vedrənin içərisinə qoyub saxlamış, bir bükümünü isə böz rəngli cins şalvarının ön sol cibinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır.Bundan sonra Təqsirləndirilən şəxs avtomaşınında saxladığı narkotik vasitə heroinin yerinin göstərilməsi təklif edilmişdir.Təqsirləndirilən şəxs özünə məxsus ağ rəngli Azsamand markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomaşının baqaj (yük) hissəsini açaraq orada olan ağ rəngli vedrənin içərisində olan maddəni təqdim edərək içərisində narkotik vasitə heroinin olduğunu bildirmişdir.Narkotik vasitə götürülərək qablaşdırırlaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsini xatırlamadığını bildirmiş, elan edilmiş ifadəsini isə təsdiq etmişdir. Verilən suallara cavab olaraq əməliyyat –axtarış tədbirlərinin keçirilməsinə əməliyyatçı Şahid1 rəhbərlik etmiş, həmin tədbir xx xxxxxxx 2019-cu il tarixdə saat 07:00 radələrində keçirilmiş, üzərinə baxış keçirilmiş və videoçəkiliş aparılmışdır. Keçirilmiş əməliyyat axtarış təbbirləri və aparılmış istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs qarşı zorakılıq, hədə və təsir edilməmiş, şəxsi axtarış və götürmə zamanı prtokol tərtib edilmiş və həmin protokol onun tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (Cild 1, i.v. 118-120). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 07 radələrində Yasamal rayonu, Q.Xəlilov küçəsində polis nəfərləri Şahid4 və Şahid5 ilə birlikdə xidmətdə olan zaman 26-cı Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 onlara yaxınlaşaraq narkorik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən bir nəfər şəxsi yaxaladıqlarını və həmin şəxsə məxsus Azsamand markalı avtomaşının 26-cı Polis Bölməsinə aparılması zamanı həmin şəsi müşayiət etməklərini istəmişlər.Onlar da öz növbəmizdə polis əməkdaşlarının etdikləri təklif əsasında sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxsə məxsus Azsamand markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomaşının 26-cı Polis Bölməsinə gətirilməsinə müşayiət etmişlər.Həmin vaxtı 26-cı Polis Bölməsinin əməliyyat müvəkkilləri də Təqsirləndirilən şəxs Polis Bölməsinə gətirmişlər.Polis Bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının ön sol cibindən bir ədəd selofana bükülü vəziyyətdə olan 01 ədəd bükülünü könüllü olaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, lakin həmin vaxt Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya müəyyən edilərək götürülməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən Təqsirləndirilən şəxs, əynindəki boz rəngli cins şalvarının ön sol cibindən çıxararaq təqdim etdiyi selefona bükülü vəziyyətdə olan bükülünün içərisindəki maddə heroindir.Həmin heroini xx xxxxxxx 2019-cu il tarixdə saat 19 radələrində üzdən tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Məhəmməd adlı şəxsdən dediyi Bakı şəhəri, Şıxov adlnan ərazidə yerləşən reklam lövhələrinindən birincisinin sütununun yanında olan göy paketin içərisindəki narkotik vasitəni götürmüş və idarə etdiyi “Azsamand” markalı **-AG-*** d.q.n-lı ağ rəngli avtomaşının baqaj hissəsindəki ağ rəngli vedrənin içərisinə qoyub saxlamış, bir bükümünü isə böz rəngli cins şalvarının ön sol cibinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır.Bundan sonra Təqsirləndirilən şəxs avtomaşınında saxladığı narkotik vasitə heroinin yerinin göstərilməsi təklif edilmişdir.Təqsirləndirilən şəxs özünə məxsus ağ rəngli Azsamand markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomaşının baqaj (yük) hissəsini açaraq orada olan ağ rəngli vedrənin içərisində olan maddəni təqdim edərək içərisində narkotik vasitə heroinin olduğunu bildirmişdir.Narkotik vasitə götürülərək qablaşdırırlaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X9 və Şahid5 Şahid3 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur.Vüsal 2014-cü ildə Kəmalə Xəlilova ilə ailə həyatı qurmuş və onlar birlikdə Yasamal rayonu, Z.Xəlilov küçəsi ev 19 mənzil 1 ünvanında yaşayırlar.Vüsal özünə məxsus Azsamand markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomaşışını ilə taksi fəaliyyəti ilə məşğul olur.Adətən Vüsal səhərlər evdən çıxır və axşamlar gec olmadan evə gəlir. xx xxxxxxx 2019-cu il tarixdə polis əməkdaşları tərəfindən Vüsalın narkotik vasitlərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığını, üzərinə baxış keçirilən zaman üzərində bir büküm narkotik vasitə, ona məxsus avtomaşına isə baxış keçirən zaman isə avtomaşının baqaj hissəsindən torba içərisindən narkotik vasitə aşkar edilərək götürüldüyünü bildirmişdirlər. Vüsalın narkotik vasitələrdən istifadə etdiyi barədə heç bir məlumatı olmamış və bu barədə heç nə hiss etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 Şahid6 oğlu ilə eyni məzmunlu ifadə verdi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının ekspertizanın xx.xx.2019-cu il tarixli, 27209 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi....” yazısı olan zərfdə, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,481 qram maddə və bir ədəd kağız paketdə, 1(bir) ədəd bağlamada, təmiz çəkisi 570 qr olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət.Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 570,481 qr-dır (Cild 1, i.v. 41-44). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 27644 saylı rəyindən ki, Tədqiqata təqdim edilmiş, MEM-nin qablaşdırma paketin içərisindəki, üzərində: “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı olan zərfdə və bağlamada, 2(iki) ədəd bükümlərdə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı maddələrim ümumi və ayrı-ayrılıqda təmiz çəkisi xx xxxxxxx 2019-cu il tarixli 27209 saylı ekspert rəyində göstərilib (Cild 1, i.v. 146-149). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 2373 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqli hesab olunmalıdır. Onun hərəkətləri AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v. 152-154). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 2802 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v. 150-151). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs oğlunun üzərinə və avtomaşınına baxış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD disk, Azərfon MMC-dən əldə edilmiş bir ədəd CD disk və Təqsirləndirilən şəxs məxsus Samsung A 10 markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən və avtomaşınından aşkar edilərək götürülmüş sonuncuya məxsus ümumi təmiz çəkisi 570,481 qram olan narkotik vasitə heroin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq– 570,081 qram narkotik maddə heroin iş üzrə maddi sübüt kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir (Cild 1, i.v. 170-181). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 xx xxxxxx 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (c-1, i.v. 117). Təqsirləndirilən Təqsirləndirilən şəxs özünü məhkəmə iclasında qismən təqsirli bilməsinə baxmayaraq, satmaq niyyətinin olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar, məhkəmə iclasında verdiyi ifadəsinin ibtidai araşdırma zamanı verdiyi ifadəsinin faktik məzmunu ilə tamamlanan və ziddiyət təşkil etməyən hissəsi ilə, şahid ifadələri ilə, məhkəmə iclasında tədqiq edilmiş protokollarıla təkzib edildiyi üçün Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşılmalı və onun ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsinə üstünlük verilməlidir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tam sübut olunmuşdur. Onun həmin əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və ona həmin maddələr ilə ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxx 2015-ci il doğum tarixli X6 adında azyaşlı uşağı vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə göstərilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 41.2ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə nail olmaq məqsədilə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə tutulmuş və Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır (Cild 1, i.v. 23, 76-79). Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən onun cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2019-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəldləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəldləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 2802 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v. 140-141). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi nakroloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və avtomaşınından aşkar edilərək götürülmüş sonuncuya məxsus ümumi təmiz çəkisi 570,481 qram olan narkotik vasitə heroin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq– 570,081 qram narkotik maddə heroin məhv edilməli; Təqsirləndirilən şəxs üzərinə və avtomaşınına baxış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD disk, Azərfon MMC-dən əldə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı; Təqsirləndirilən şəxs məxsus Samsung A 10 markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: VÖEN: **********) ödənilməlidir. Cinayət işi üzrə maddi ziyanın və mülki iddianın olmaması, habelə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və avtomaşınından aşkar edilərək götürülmüş sonuncuya məxsus ümumi təmiz çəkisi 570,481 qram olan narkotik vasitə heroin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 570,081 qram narkotik maddə heroin məhv edilsin; Təqsirləndirilən şəxs üzərinə və avtomaşınına baxış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD disk, Azərfon MMC-dən əldə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın; Təqsirləndirilən şəxs məxsus Samsung A 10 markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: VÖEN: **********) ödənilsin. Cinayət işi üzrə maddi ziyanın və mülki iddianın olmaması, habelə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-454/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-454/2020
09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver