Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-454/2022 25.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər-Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X5 və Bakı şəhəri 09 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan «Məhəmməd» adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı-Ələt magistral yolunun Bakı şəhəri Yasamal rayon ərazisində keçən hissəsində yolun kənarında quraşdırılmış yol hərəkət nişanının yanına yerləşdirdiyi bir ədəd sellofan torbada qəhvəyi rəngli, dairəvi formalı, üzərində «F/M40» yazısı həkk olunmuş, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, cəmi 689 (altı yüz səksən doqquz) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 27,56 qram təşkil edən narkotik vasitə hesab olunan külli miqdarda metadon dərman preparatım, bir ədəd bükümdə təmiz çəkisi 136,038 qram olan xırda kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, hər birində 0,04 qram metamfetamin olmaqla metamfetaminin ümumi miqdarı 1,6 qram təşkil edən üzərində «Skype» yazısı həkk olunmuş, mavi rəngli 40 ədəd həbi, üzərində «Tymal-X (tramadol HCL 225mg)» markalanma göstəricisi olan, ağ rəngli, dairəvi formalı hər birində 0,225 qram tramadol hidroxlorid olmaqla, cəmi 90 (doxsan) ədəd həbdən ibarət tramadol hidroxloridin təsiredici maddəsinin ümumi miqdarı 20,25 qram təşkil edən külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan tramadol hidroxlorid tərkibli dərman preparatını, üzərində «Preqasol 150 (preqabalin)» markalanma göstəricisi olan, narıncı-qırmızı rəngli, kapsul formalı hər birində 0,15 qram preqabalin olmaqla, cəmi 30 (otuz) ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 4,5 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan preqabalin tərkibli dərman preparatını və bir ədəd «Aosa» markalı qara rəngli elektron tərəzini 28 iyun 2021ci il tarixdə saat 02 radələrində həmin yerdən götürüb əldə edərək sonradan «Məhəmməd» adlı şəxsin tapşırığına əsasən həmin psixotrop maddənin, narkotik vasitənin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin bir qismini özünə götürmək şərti ilə onun deyəcəyi şəxslərə çatdırmaq üçün satış məqsədilə daşıyaraq ünvan 2 ünvanında yerləşən yaşadığı evin dəhlizində olan taxta konstruksiyalı dolabın içərisində saxlamış, 29 iyun 2021-ci il tarixdə saat 16 radələrində «Məhəmməd» adlı şəxsin deyəcəyi istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə qəhvəyi rəngli, dairəvi formalı, üzərində «F/M40» yazısı həkk olunmuş, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, 09 (doqquz) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edən narkotik vasitə hesab olunan metadon dərman preparatını, üzərində «Tymal-X (tramadol HCL 225mg)» markalanma göstəricisi olan, ağ rəngli, dairəvi formalı hər birində 0,225 qram tramadol hidroxlorid olmaqla, cəmi 10 (on) ədəd həbdən ibarət tramadol hidroxloridin təsiredici maddəsinin ümumi miqdarı 2,25 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan tramadol hidroxlorid tərkibli dərman preparatını və üzərində «Preqasol 150 (preqabalin)» markalanma göstəricisi olan, narıncı-qırmızı rəngli, kapsul formalı hər birində 0,15 qram preqabalin olmaqla, cəmi 10 (on) ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,5 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan preqabalin tərkibli dərman preparatını ayırıb əynində olan açıq göy rəngli şalvarın sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 17:20 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanın qarşısında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən qəhvəyi rəngli, dairəvi formalı, üzərində «F/M40» yazısı həkk olunmuş, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, 09 (doqquz) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edən narkotik vasitə hesab olunan metadon dərman preparatı, üzərində «Tymal-X (tramadol HCL 225mg)» markalanma göstəricisi olan, ağ rəngli, dairəvi formalı hər birində 0,225 qram tramadol hidroxlorid olmaqla, cəmi 10 (on) ədəd həbdən ibarət tramadol hidroxloridin təsiredici maddəsinin ümumi miqdarı 2,25 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan tramadol hidroxlorid tərkibli dərman preparatı və üzərində «Preqasol 150 (preqabalin)» markalanma göstəricisi olan, narıncıqırmızı rəngli, kapsul formalı hər birində 0,15 qram preqabalin olmaqla, cəmi 10 (on) ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,5 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan preqabalin tərkibli dərman preparatı aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 20:15 dəqiqədə yaşadığı ünvana baxış keçirilərkən mənzilin dəhlizində olan taxta konstruksiyalı dolabın içərisində saxladığı bir ədəd sellofan bağlamada olan qəhvəyi rəngli, dairəvi formalı, üzərində «F/M40» yazısı həkk olunmuş, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, cəmi 680 (altı yüz səksən) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 27,2 qram təşkil edən narkotik vasitə hesab olunan külli miqdarda metadon dərman preparatı, bir ədəd bükümdə təmiz çəkisi 136,038 qram olan xırda kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin, hər birində 0,04 qram metamfetamin olmaqla metamfetaminin ümumi miqdarı 1,6 qram təşkil edən üzərində «Skype» yazısı həkk olunmuş, mavi rəngli 40 ədəd həb, üzərində «Tymal-X (tramadol HCL 225mg)» markalanma göstəricisi olan, ağ rəngli, dairəvi formalı hər birində 0,225 qram tramadol hidroxlorid olmaqla, cəmi 80 (səksən) ədəd həbdən ibarət tramadol hidroxloridin təsiredici maddəsinin ümumi miqdarı 18 qram təşkil edən külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan tramadol hidroxlorid tərkibli dərman preparatı, üzərində «Preqasol 150 (preqabalin)» markalanma göstəricisi olan, narıncıqırmızı rəngli, kapsul formalı hər birində 0,15 qram preqabalin olmaqla, cəmi 20 (iyirmi) ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 3 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan preqabalin tərkibli dərman preparatı və bir ədəd «Aosai» markalı qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, iki ildir ki, metadon həblərindən istifadə edir. 29 iyun 2021-ci il tarixdə saat 15-16 radələrində 16 yaşlı qızı mağazadan evə qayıdarkən onunla birgə polis əməkdaşları da gəlmiş, polis əməkdaşları onun qızını kənara itələmişlər və qızı yıxılmışdır. Həmin vaxt evində usta işləmiş, ustanı da evdən göndərərək yaşadığı evdə axtarış aparmışlar. O, bu zaman 08 ədəd metadonu könüllü şəkildə təqdim etmiş və onları sonradan rəhmətə getdiyini bildiyi dostundan təxminən 01 ay yarım qabaq aldığını bildirmişdir. Lakin, polislər onun yalan danışdığını bildirmişlər. Təxminən 1 saata yaxın müddət ərzində söhbət etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada polislər onu ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələyərək, narkotik vasitə, psixotrop maddə və həbləri boynuna götürməsini tələb etmişlər. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahid ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanı rütbəsini daşıyır. 29 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vastənin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəhbərliyə raportla məruzə edildikdən sonra Şahid2 rəhbərliyi altında qrup yaradılmışdır. Bundan sonra əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədilə elə həmin tarixdə saat 17-18 radələrində Şahid2lə birgə ünvan 4 ünvanın yaxınlığında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və ondan da özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs həqiqətən də Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra tərəflərindən onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada üzərinə videçəkiliş vasitəsilə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Bu zaman o, cibindən 10 ədəd tramadol, 10 ədəd preqabalin, 09 ədəd metadon həbləri könüllü şəkildə təqdim etmiş, daha sonra o, yaşadığı ünvan 4 ünvanda da həmin maddələrdən olduğunu bildirmiş və mənzilinə baxış keçirilməsinə etiraz etməməklə bağlı ərizə yazmışdır. Mənzilindəki dolabın içərisində olan sellofan torbadan 680 ədəd metadon, 80 ədəd tramadol, 40 ədəd esktazi, 20 ədəd preqabalin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələrin hamısını İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxsdən əldə edərək onları deyilən ünvanlara çatdırmaqla məşğul olur. Həmin maddələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Əhmədov küçəsində oğlu Ceyhunla bir yerdə yaşayır, Təqsirləndirilən şəxs isə kiçik oğludur və o, 5 il olar ki, narkotik vasitə istifadə edir. Anar, ünvan 5 ünvanında arvadı Cəmilə və qızı Ayla ilə birgə yaşayır. 29 iyun 2021-ci il tarixdə avtobusda olarkən nəvəsi Ayla ona zəng etmiş və ağlaya-ağlaya “Anar” demiş, o, həmin vaxt çox qorxmuş və oğlunun öldüyünü düşünmüş, tez özünü onun yaşadığı mənzilə çatdırmışdır. Bu zaman evdə çoxlu polis əməkdaşlarının olduğunu görmüş və onlar ona metadon həbini göstərib, Anardan aşkar olunduğunu bildirmişlər. Bundan sonra onları evdən çıxarmışlar. Anarı isə Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinə aparmışlar. Təxminən 1 saat keçəndən sonra gəlini Cəmilə zəng edərək bildirmişdir ki, Anarı gətiriblər evə və onu qızı Ayla ilə birgə bloka çıxarıblar, mənzilə daxil olmağa qoymurlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid3 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti ev 39 mənzil 79-da ailə üzvüləri ilə birlikdə yaşayır, sənəddə adı Ağa olsa da hamı onu Natiq kimi tanıyır, 050 *** ** ** saylı telefon nömrəsini 30 ildir ki, istifadə edir, narkotik vasitə olan heroini 2005-ci il tarixdən 2011-ci il tarixədək Bakı şəhəri ərazisində «Kubinka» və «Papanin» kimi tanınan yerlərdən tanımadığı şəxslərdən şəxsi istehlak miqdarında 10-15 manata alaraq istifadə etmişdir. 2011-ci il tarixdən KTM-də yerləşən Narkoloji dispanserdə rəsmi qeydiyyata durmaqla metadonu su halında alıb gündəlik içir, bəzən isə aldığı medan maye onu qane etmir buna görə də KTM-də yerləşən Narkoloji dispanserdən 2021-ci ilin yanvar ayından tamdığı Təqsirləndirilən şəxs «Lirika»nın əvəzedicisi hesab eilən «preqabalin» tərkibli «Alisa» dərmanın bir ədədini 2 manat 50 qəpiyə alaraq istifadə etmişdir. Təqsirləndirilən şəxs «preqabalin» tərkibli «Alisa» dərmanmdanb başqa heçnə almamış, və Təqsirləndirilən şəxs istifadəsində ***- ***-**-** saylı telefon nömrəsi olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid5 ifadəsində bildirmişdir ki, Yasamal rayonu Ə.Əhmədov küçəsi ev 28\36, mənzil 87-də əri Anar və qızı Ayla ilə birlikdə yaşayır, Anar 5 il olar ki, narkotik vasitə istifadə edi, Anar evdə narkotik vasitə istifadə etməsə də çöldə edib pis vəziyyətdə evə gəlir, 29.06.2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saat 20 radələrində Anarla bir yerdə evə gəlmiş, evin kariodorunda olan dolabdan içərisində narkotik vasitə və psixatrop maddə olan salafan torbanı götürmüş, videçəkliş aparıb Anan dindirmiş, sonra isə evdən çıxıb getmişlər. Təqsirləndirilən şəxs narkotik vasiytələrin və psixatrop maddələrin satışı ilə məşqul olmamış, ancaq öz istifadəsi üçün narkotik vasitə özünün bildiyi şəxslərdən almış və istifadə etmiş, lakin o, narkotik vasitə və psixatrop maddə satmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunmuş 29 iyun 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması» haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 10 ədəd tramodol, 10 ədəd pregabalin, 9 ədəd metadon və «Samsung» markalı mobil telefon Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin binasında xidməti otaqların birində axtarış və götürmə zamanı aşkar edilmişdir. 29 iyun 2021-ci il tarixli «mənzilə baxış və götürmə aparılması» haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, um 28-36, mənzil 87-də yerləşən mənzilin dəhlizində olan taxta konstruksiyalı dolabın içərisində saxladığı bir ədəd sellofan bağlamada olan qəhvəyi rəngli, dairəvi formalı, üzərində «F/M40» yazısı həkk olunmuş, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, cəmi 680 (altı yüz səksən) ədəd həbdən ibarət olmaqla metadon, bir ədəd bükümdə təmiz çəkisi 136,038 qram olan xırda kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin, üzərində «Skype» yazısı həkk olunmuş mavi rəngli 40 ədəd həb, üzərində «Tymal-X (tramadol HCL 225mg)» markalanma göstəricisi olan, cəmi 80 (səksən) ədəd həbdən ibarət tramadol hidroxloridin təsiredici maddəsi, üzərində «Preqasol 150 (preqabalin)» markalanma göstəricisi olan cəmi 20 (iyirmi) ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsi və bir ədəd «Aosai» markalı qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə təyin edilərək alınmış məhkəmə-kimyəvi ekspertizasının 30 iyun 2021-ci il tarixli, 6/2631 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərində aşkar olunan predmetlər.” yazısı olan kağız paketdəki, - üzərində'. “Methadone 40” markalanma göstəricisi olan 2 ədəd kəsilmiş konvalyutda ümumi 9 ədəd üzərində “ F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 9(doqquz) ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,36qram təşkli edir (üzərindəki qeyd olunmuş göstəricisinə əsasəri bir həbdə 0,04 qram metadon olmaqla) -üzərində-“Tymal-X (tramadol HCL 225mg)“ markalanma göstəricisi olan konvalyutda 10 ədəd ağ rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 10(on) ədəd dən ibarət tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 2,25 qram təşkil edir (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,225qram tramadol hidroxlorid olmaqla); -üzərində: “Preqasol 150 ( preqabalin)” markalanma göstəricisi olan 2(iki) ədəd konvalyutdaki 10( on) ədəd narıncı- qırmızı rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 10 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı l,5qram təşkli edir (üzərində qeyd olunmuş göstəricisinə əsasən kapsulda 0.15 qram preqabalin olmaqla). Tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunan predmetlər” yazısı olan bağlamadakı, -1 (bir) ədəd bükümdə təmiz çəkisi 136,038qram ağımtıl rəngli xırda kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -40 (qırx) ədəd üzərində” Skype” yazısı həkk olunmuş mavi rəngli həblərin tərkibində psixotrop maddə - metamfetamin vardır və 40 ədəd həbdə metamfetaminin ümumi miqdarı 1,6 qramdır ( bir həbdə 0,04 qram metamfetamin olmaqla); -üzərində: “Methadone 40” markalanma göstəricisi olan 68 konvalyutdaki 680 ədəd üzərində “ F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər D metadon tərkibli dərman preparatıdır və 680 (alti yüz səksən) ədəd həbdən ibarət metadon təsiredici maddəsi ümumi miqdarı 27,2qram təşkli edir (üzərindəki qeyd "brunmuf göstəricisinə əsasən bir həbdə 0,04 qr metadon olmaqla); -üzərində: “Tymal-X (tramadol HCL 225mg)“ markalanma göstəricisi olan 8 ədəd konvalyutdaki 80 ədəd ağ rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 80 (səksən) ədəd həbdən ibarət tramadol hidroxlorid təsiredici maddəsi ümumi miqdarı 18qram təşkli edir (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,225qram tramadorhidroxlorid olmaqla); -üzərində: “Preqasol 150 ( preqabalin)” markalanma göstəricisi olan 2(iki) ədəd konvalyutdaki 20( iyirmi) ədəd narıncı- qırmızı rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 20 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 3,0qramdır( üzərində qeyd oiunmuş gösləricisinə əsasən bir kapsulda 015.qr preqabalin otmaq) -bir ədəd “ Aosai” markalı qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri varldr. İz şəklində olduğu üçün heroinin çəkisini müəyyən etmək mümkün olmadi. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş: -689 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 27,56 qramdır və həblər xarici ələmətlərinə ( rəngi, forması, qablaşdırılması ) və təsiredici maddəsinin miqdarına görə eynidirlər; -90 ədəd həbdən ibarət tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı, 20,25qramdır və həblər xarici ələmətlərinə ( rəngi, forması, qablaşdırılması) və təsiredici maddəsinin miqdarına görə eynidirlər; -30 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 4,5qramdır və həblər xarici ələmətlərinə (rəngi, forması, qablaşdırılması) və təsiredici maddəsinin miqdarına görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahisına, metadon “Azərbaycan Respublikasının ərazisində dövr iy əsi məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısına daxildirlər. 18 mart 2016-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən preqabalin və tramadol hidroxloridi “Güclü təsir edən maddələrin və onların küllü miqdarının” siyahısına daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertiza mərkəzinin 31 avqust 2021-ci il tarixli, 1984 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, o hal hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onda hər hansı bir psixi xəstəlik qeyd olunmadığından onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 sentybar 2021-ci il tarixli, 3279 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılığı vardır, göstərilən müddətdə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə barədə, eləcə də yaşadığı mənzilə baxış keçirmə və götürülmə aparılması protokollarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupundan daxil olmuş 02 ədəd CD formatlı videogörüntü olan disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 23.07.2021-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən 19.08.2021-ci il tarixli AZF/LGL-21091/21 saylı məktubla Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim olunmuş 01 ədəd «CD» disk elektron maqnit daşıyıcısını xidməti kompüterə daxil edib, həmin CD diskdə olan 4 ədəd «SMS Tarixçəsi **********5515 708166429», «SMS Tarixçəsi **********5515 708166429», «Zənglərin Detallaşması **********0738 ********* və «X1 **********0709 ********* NAR» adlanan telefon danışıqları aparılan nömrələrə aid zənglərin məxsusluğuna və detallaşdırılmasına dair fayllara baxış keçirərək iş üzrə Təqsirləndirilən şəxs istifadə etmiş olduğu ***-***-**-** sim-kart nömrəsində aşağıdakı məlumatların olmasını müəyyən edilmişdir. -göstərilən fayllarm arasından «SMS Tarixçəsi **********5515 708166429» adlanan faylda olan məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadə etmiş olduğu ***-***-**-** simkart nömrəsinə 01.04.2021 00:00:00 -dan 30.06.2021 00:00:00-a kimi olan müddət ərzində müxtəlif simkart nömrələri ilə aşağıdakı SMS yazışmaları aparılmışdır. 02-05-2021 15:45:2 7 02-05-2021 15:45:27 1.1.**********29 1.1.**********11 Natik salsm gagaw Anar di brat der manim gutarib gagawimsan tepe 1 list 03-05-2021 20:00:31 03-05-2021 20:00:32 1.1.**********29 1.1.**********11 .gagaw mawini mehleye salmada gagawimsan 04-05-2021 03:18:02 1.1.**********29 1.1.**********29 Gagaw on vsego lOOma 04-05-2021 12:54:27 04-05-2021 12:54:27 1.1.**********29 1.1.**********29 Puzirok i insulin gelir 05-05-2021 13:39:01 05-05-2021 13:39:01 1.1.**********29 1.1.**********70 Anar gagaw indi mene yarawar gapiya adam gonderim ses kuy du w sun? 09-05-2021 13:56:55 09-05-2021 13:56:55 1.1.**********29 1.1.**********29 Rehim bu nedi opyat nachinaew? 17-05-2021 19:49:57 1 7-05-2021 19:49:57 1.1.**********29 1.1.**********29 40 degeye yigcam seni.buyannara gelme...ozym yigcam seni. 23-05-2021 02:58:45 1.1.**********29 1.1.**********29 Anar burda 17 t,ve 5 SUBMİTTED 23- 05-2021 02:58:45 23-05-2021 02:58:45 1.1.**********29 1.1.**********29 Anar burda 17 t,ve 5 23-05-2021 15:33:06 1.1.**********29 1.1.**********11 Gagaw Anardi.brat .gardawimsan men yaddan chixmiyim bu gunde dermansizam halim yaxwi deyil 24-05-2021 17:34:56 1.1.**********29 1.1.**********08 Gagaw men bayağdan agridayam seni gozdurem gelmirsense men iwimi bilim.. 24-05-2021 17:34:56 24-05-2021 17:34:56 1.1.**********29 1.1.**********08 Gagaw men bayağdan agridayam seni gozdurem gelmirsense men iwimi bilim. 24-05-2021 18:32:28 24-05-2021 18:32:28 1.1.**********29 1.1.**********08 Lazim doyr day saat 2 den saxladib meni agrida.ehtiyyac yoxdu tapdim day 27-05-2021 03:51:39 1.1.**********29 1.1.**********11 Gagaw gunorta 2 de gozdiyim seni?? 27-05-2021 12:21:24 1.1.**********29 1.1.**********11 Brat salam.gagaw men noldayam bu gun gelersen gagaw? 28-05-2021 21:46:33 28-05-2021 21:46:33 1.1.**********29 1.1.**********29 Heber elya gelim 29-05-2021 14:51:44 29-05-2021 14:51:44 1.1.**********29 1.1.**********29 Pyl duzelende zeng ele gotyrum 29-05-2021 20:48:04 1.1.**********29 1.1.**********29 Rehim pulduzeldi? 29-05-2021 20:52:57 1.1.**********29 1.1.**********29 Duzelir wes tehsiln 30-05-2021 14:39:06 30-05-2021 14:39:06 1.1.**********29 1.1.**********08 Sebuw gagawimsan halim yaxwi doyr dedim axi gotyrde 31-05-2021 12:05:33 1.1.**********29 1.1.**********11 Gagaw yatmiwdim. derman yaddan chixma Sinda.emanetde gelib. 06-06-2021 23:12:42 1.1.**********29 1.1.**********29 Anar get bize Rahib 08-06-2021 22:28:29 1.1.**********29 1.1.**********29 Telifon geh sonur ge 10-06-2021 03:23:51 1.1.**********29 1.1.**********11 Gagaw derman goture bildummene 13-06-2021 02:08:00 1.1.**********29 1.1.**********29 enkom hormet kutardi meni dolayani atam gebri aw suzen eliyerem mene hormet elemiyeni men vapwe goymyram rehim 5o manat sabdh sennen gotturecemm 14-06-2021 20:53:49 14-06-2021 20:53:49 1.1.**********29 1.1.**********08 Gagaw how gotyrmyrsen olmadi ki bilir sen vezy etimi axi 19-06-2021 13:12:27 1.1.**********29 1.1.**********41 Brat halim yaxw i doyr nece eliyey suyi? 22-06-2021 14:10:35 1.1.**********29 1.1.**********60 Samir budu yaxwiligim beat Sox verdun kiwis Kimi noldibes ??ehtiiyacim var 3 done in pulunu at ozunu chatrier mene 24-06-2021 16:42:16 1.1.**********29 1.1.**********60 Samir yeke cayilsan by next hereketdi stage typyrerem o pula 24-06-2021 16:51:22 24-06-2021 16:51:22 1.1.**********29 1.1.**********60 Tema gelib or ada gagaw pulu getirde mene 24-06-2021 16:52:44 1.1.**********29 1.1.**********02 Ehed by gun melennen kecicem gagaw pulu hazir elede 24-06-2021 18:03:35 24-06-2021 18:03:36 1.1.**********29 1.1.**********11 Brat salam gagaw ora getsen mene 2 list gagawimsan. senin payinnda Mende brat «SMS Tarixçəsi **********5515 708166429» adlanan faylda olan məlumatlar SMS Tarixçəsi **********5515 708166429» adlanan faylda olan məlumatlarla eynilik təşkil edir. «Zənglərin Detallaşması **********0738 708166429» adlanan faylda olan məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadə etmiş olduğu ********* simkart nömrəsinə müxtəlif nömrələrdən 01.04.2021 00:00:00 -dan 30.06.2021 00:00:00-a kimi olan müddət ərzində daxil olan və çıxan SMS yazışmalarının və zənglər və anten dairəsi barədə məlumatlar qeydə alınmamışdır. 556260029 simkart nömrəsi ilə 322 dəfə, ********* simkart nömrəsi ilə 92 dəfə, ********* simkart nömrəsi ilə 32 dəfə, ********* simkart nömrəsi ilə 38 dəfə, ********* simkart nömrəsi ilə 81 dəfə, ********* simkart nömrəsi ilə 37 dəfə, ********* simkart nömrəsi ilə 2 dəfə, ********* simkart nömrəsi ilə 48 dəfə, ********* simkart nömrəsi ilə 7 dəfə telefon zəngləri olmuşdur. 29.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etmiş olduğu ********* simkart nömrəsi ilə tutuduğu vaxtda, yəni saat 17 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən anten dairəsində olması qeydə alınmışdır. V axış keçirilməsi başa çatdıqdan sonra 01 ədəd CD disk qablaşdırılaraq cinayət işininmateriallarma əlavə edildi. Cinayət işi üzrə "xxxx" MMC-dən 19.08.2021 -ci il tarixli AZF/LGL-21091/21 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk tərəfimdən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs və evindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış metamfetamin 135,838 qram, metadon 677 həb, üzərində «skype» yazısı olan metamfetamin tərkibli 35 həb, preqabalin 26 kapsula, tramadol 86 həb və bir ədəd «Aosai» markalı qara rəngli elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin məsul saxlancma təhvil verilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş «Samsung» markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün anası Şahid4 təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 07 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək, həmin narkotik vasitələrin ona məxsus olmamasını, yalnız onda 9 ədəd həbin, yəni metadonun olmasını, heç vaxt narkotik vasitələrin satşı ilə məşqul olmamasını, həmin narkotik vasitələrin polis əməkdaşları trərfindən təziyq nəticəsində onun boynuna qoyduqlarını bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə bu hisədə onun ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi cinayət işi materiallarına əlavə edilmiş telefon danışıqları, eləcə də şahid ifadələri, baxış protokolları və digər sübutlarla məhkəmədə tam sübuta yetirildiyindən o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2ci maddələri ilə tövsüf edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcələsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 29 iyun 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Yasamal Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış metamfetamin 135,838 qram, metadon 677 həb, üzərində «skype» yazısı olan metamfetamin tərkibli 35 həb, preqabalin 26 kapsula, tramadol 86 həb və bir ədəd «Aosai» markalı qara rəngli elektron tərəzi məhv edilməlidir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupundan daxil olmuş 02 ədəd CD formatlı videogörüntü olan disk, "xxxx" MMC-dən 19.08.2021-ci il tarixli AZF/LGL-21091/21 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş «Samsung» markalı mobil telefon anası Şahid4 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcləri 114 ( yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X4 54 (əlli dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplmaq yolu ilə qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X4 54 (əlli dörd) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Yasamal Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 135,838 qram metamfetamin, 677 həb metadon, üzərində «skype» yazısı olan metamfetamin tərkibli 35 həb, 26 kapsula preqabalin, 86 həb tramadol və bir ədəd «Aosai» markalı qara rəngli elektron tərəzi məhv edilsin. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupundan daxil olmuş 02 ədəd CD formatlı videogörüntü olan disk, "xxxx" MMC-dən 19.08.2021-ci il tarixli AZF/LGL-21091/21 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş «Samsung» markalı mobil telefon anası Şahid4 təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərcləri 114 ( yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-454/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-454/2022
25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver