Məhkəmə qərarları › İş №1(101)-454/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-454/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-454/2024 15.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1980-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Hacıqabul şəhəri H.Həmidov küçəsi, ev 2, mənzil 4də qeydiyyatda olub, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Sabir Əliyev küçəsində nömrəsiz evdə yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nərimanov rayonu, Keşlə qəsəbəsində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,488 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 21 noyabr 2022-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri Suraxanı RP-İnin 31-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Sabir Əliyev küçəsində nömrəsiz evin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanda yerələşən Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına aparılıb orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,488 qram olan həmin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra o, 14 mart 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi külli miqdarda 2,369 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, 14 mart 2023-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Sabir Əliyev küçəsi, nömrəsiz evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerələşn Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına aparılıb orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarının qabaq sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi külli miqdarda 2,369 qram olan həmin kustar üsülla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Suraxanı rayonu Bülbülə qəsəbəsində öz ailəsi və qardaşı ilə birlikdə yaşamışdır. Kafel ustası kimi tikintilərdə işləyib ailəsini dolandırmışdır. Narkotik vasitə heroin aludəçisidir və gündəlik olaraq ondan istifadə edir. Əvvəllər psixotrop maddə metamfetamindən də istifadə etmişdir. 2022-ci ilin noyabr ayında Bülbülə qəsəbəsində sahə müvəkkili polis əməkdaşı mübahisə etmişdir. Bundan üç-dörd gün sonra səhər saat 10 radələrində yaşadığı evə polis əməkdaşları daxil olmuş və o, polis bölməsinə aparılmışdır. Həmin vaxt üzərində psixotrop maddə olmamışdır. Orada polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmış, elektroşok tətbiq ediləcəyi və alçaldıcı hərəkətlərə məruz qalacağı ilə hədələnmişdir. Odur ki, təzyiq altında polislərin dedikləri ilə razılaşmış, videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı üzərinə qoyulmuş psixotrop maddə metamfetaminin özünə məxsus olmasını bildirmişdir. Bundan sonra prokurorun yanına aparılmışdır. Sonuncuya psixotrop maddənin üzərinə qoyulduğunu bildirmiş, ilk dəfə saxlanıldığına görə prokuror onu həbsdən azad etmişdir. 2023-cü ilin mart ayında polis əməkdaşları onun yaşadığı evə gəlmişdir. Həmin vaxt evdə özündən başqa heç kəs olmamışdır. Polislər onun üzərini yoxlamış və narkotik vasitə aşkar olunmamışdır. Sonra onu polis bölməsinə aparmışlar. Orada polis əməkdaşları üzərinə narkotik vasitə qoyub ona bildirmişlər ki, onsuz da narkotik vasitə istifadəçisidir və prokuror onu buraxacaqdır. Dedikləri ilə razılaşmasa, yaşadığı evə də narkotik vasitə qoyacaqlar. Evinə narkotik vasitə qoyulacağı halda, ailə üzvlərinin cinayət məsuliyyətinə cəlb olunacağından qorxub razılaşmış və videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı üzərinə qoyulmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu bildirmişdir. Narkotik vasitə istifadəçisi olsa da, saxlanıldığı hər iki epizodda üzrə üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Narkotik vasitə və ya psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və məhkəmədə tədqiq edilmiş ifadələrindən görünür ki, o, 21 noyabr 2022-ci il və 14 mart 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış keçirilərkən psixotrop maddə metamfetamin və narkotik vasitə heroini sərbəst şəkildə polis əməkdaşlarına təqdim edərək onları şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir (i.v 61-62, 75-76, 153-155, 163-165). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkilidir. 14 mart 2023-cü il tarixdə bölməyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə polis bölməsinin rəhbərliyinə məruzə etmiş və onun rəhbərliyi ilə bölmənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışdır. Həmin gün saat 14:00 radələrində Təqsirləndirilən şəxs rayonun Qaraçuxur qəsəbəsi S.Əliyev küçəsində nömrəsiz evin yaxınlığında saxlanılaraq bölməyə gətirilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı sonuncu əynindəki qara rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyi bükümüdə olan narkotik vasitə heroinə oxşar kütləni çıxarıb təqdim etmiş, onu səhər saatlarında rayonun Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bir ədəd şəffaf sellofan kəsiyi bükümündə, narkotik vasitə heroinə oxşar kütlə götürülərək bir ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmişdir. Tədbirin nəticəsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə heroin qoyulmamış, ona qarşı polis əməkdaşları tərəfindən psixi təzyiq göstərilməmişdir. Şəxsi axtarış zamanı o, üzərindəki narkotik vasitə heroini sərbəst şəkildə çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-də əməliyyat müvəkkili vəzifəsində çalışır. 21 noyabr 2022-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə bölmə rəhbərliyinə məruzə etdikdən sonra, ondan və bölmənin əməliyyat müvəkkili Şahid3 Teyyub oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilərək tədbirlərinin icrasına başlanmışdır. Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Əliyev küçəsində nömrəsiz evin yaxınlığında saxlanılıb bölməyə dəvət edilmişdir. Bölmədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və bu zaman sonuncu əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyi bükümüdə psixotrop maddə metamfetaminə oxşar kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu, onu 20 noyabr 2022-ci il tarixdə Nərimanov rayonu Keşlə qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə götürülərək bir ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənərək imzalanmışdır. Tədbir nəticəsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalamışdır. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulmamış və ona qarşı polis əməkdaşları tərəfindən təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid3 Teyyub oğlunun ifadəsindən görünür ki, o, Şahid4 ifadəsinə oxşar ifadə verdi. İşin 34-35-ci vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması və 137-ci vərəqindəki diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, 14 mart 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-də Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının qabaq sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyi bükümüdə olan narkotik vasitə heroinə oxşar kütlə, əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən içrsində şəxsiyyət vəsiqəsinin surəti, iki ədəd ictimai nəqliyyatda istifadə edilən «Baku kart» ödəniş kartı, bir ədəd «Leo Bank» plastik bank kartı, bir ədəd «Azəriqaz» smaprt kartı olan pul kisəsi, gödəkçəsinin sol yan cibindən içərisində 7 (yeddi) ədəd siqaret və qara rəngli alışqan olan «Rothmans» siqaret qutusu aşkar edildmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən narkotik vasitə heroinə oxşar kütləni 14 mart 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata alıb, şəxsi istifadəsi üçün üzərndə saxlayıb gəzdirdiyini bildirmişdir. İşin 135-136-cı vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması və 176-cı vərəqindəki diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, 21 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-də Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən psixotrop maddə metamfetaminə oxşar kütləni 20 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Keşlə qəsəbəsində tanımadığı şəxsdən 20 manata alaraq şəxsi istifadəsi üçün üzərndə saxlayıb gəzdirdiyini bildirmişdir. İşin 51-52-ci vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 15 mart 2023-cü il tarixli, 6/1572 nömrəli ekspert rəyindən görünür ki, «Azərbaycan Respublikası DİN Arayışlar üçün № 195» dəirəvi möhür əksi olan «saxlanılan şəxs: Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,396 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 2,396 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,346 qram. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. İşin 144-145-ci vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə-ekspertizasının 22 noabr 2022-ci il tarixli, 6/6693 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN «Zərflər üçün № 195» möhür əksi», «Şübhəli şəxs ... Təqsirləndirilən şəxs...» və s. sözlər, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,488 qram ağ rəngli, kristallşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,488 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,388 qram. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. İşin 190-191-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi Şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 9 dekabr 2022-ci il tarixli 7500 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixositulyatorlanm birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşin 216-223-cü vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 2,369 (tədqiqatdan sonra qalıq 2,346) qram narkotik vasitə heroin və təmiz çəkisi 1,488 (tədqiqatdan sonra qalıq 1,388) qram psixotrop maddə metamfetamin, 21 noyabr 2022-ci il və 14 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü fayllarının saxlanıldığı iki ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitə və psixotrop maddə saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, disklər isə cinayət işinə əlavə edilmişdir. İşin 199-cu vərəqindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 130-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 171-172 və 173-174-cü vərəqlərindəki 23 noyabr 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətdən imtina edilmiş, o, həbsdən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 29-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 91-95-ci vərəqlərindəki Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 mart 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdəki 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs həkim baxışından keçirilərkən zədə almadığını bildirmiş və baxış zamanı bədən səthində yeni xəsarət izləri aşkar edilməmişdir. «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18 yanvar 2012-ci il təvəllüdlü Sübhan Quliyev və 10 yanvar 2014-cü il təvəllüdlü Nuray Quliyeva adlı iki azyaşlı uşağı vardır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, 14 mart 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi külli miqdarda 2,369 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımışdır. Məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən görünür ki, o, üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işinin materialları, habelə məhkəmə baxışında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini satmaq üçün istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş külli miqdarda narkotik vasitə heroinin satış məqsədi ilə əldə etməsində sübut kimi istifadə oluna bilən əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən fərdi rabitə vasitələrindən çıxarışlar təqdim edilməmişdir. Göründüyü kimi, məhkəmə araşdırmaları ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə edib, daşımaqla saxlaması sübuta yetirilmədi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və protokollardan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi külli miqdarda 2,369 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, saxlayaraq daşımışdır. Buna baxmayaraq istintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitənin külli miqdar təşkil etməsini əsas götürərək, heç bir sübuta əsaslanmadan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsi qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi külli miqdarda 2,369 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması sübuta yetmədi. Müəyyən olundu ki, Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi külli miqdarda 2,369 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 14 mart 2023-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Sabir Əliyev küçəsi, nömrəsiz evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerələşn Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına aparılıb orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarının qabaq sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi külli miqdarda 2,369 qram olan həmin kustar üsülla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş əməli həmin Məcəllənin 234.1-1-ci tövsif edilməli, o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək hər iki halda şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən üzərində qoyulduğunu, sonuncuların təzyiqi altında üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu bildirdiyini barədə ifadə verdi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi (Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələrinə münasibətdə) etirafedici ifadələri (i.v 61-62, 75-76, 153-155, 163-165), məhkəmədə dindirilmiş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məktub və işin digər faktiki halları ilə təkzib edildiyindən, məhkəmə ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona CM-nin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 21 noyabr 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 14 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq 2,346 qram hissəsi və psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq 1,388 hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 21 noyabr 2022-ci il və 14 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü fayllarının saxlanıldığı iki ədəd disk isə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 175 (yüz yetmiş beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi «Universal» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1- 1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 21 noyabr 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq 2,346 qram hissəsi və psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq 1,388 hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 21 noyabr 2022-ci il və 14 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü fayllarının saxlanıldığı iki ədəd disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 175 (yüz yetmiş beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi «Universal» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar