Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-455/2020 05.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: x6 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçilər:Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və x2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 - xx xxxxx 1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Yevlax şəhəri, M.Ş.Vazeh küçəsi, ev 3, mənzil 7-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs2 - xx xxxxxx 1985-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Yevlax şəhəri, E.Ağayev küçəsi, döngə 2, mənzil 96-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması və satılması barədə tanışı Təqsirləndirilən şəxs2 və qeyrisi ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə onlar istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda – 47,542 qram çəkidə narkotik vasitə heroini, 104,034 qram çəkidə narkotik vasitə tiryəki, 49,862 qram çəkidə psixotrop maddə metamfetamini və 19,236 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı üstlərində saxlamaqla daşyaraq birlikdə 11 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən “Premier” çay evinin qarşısına gətirmiş, onların qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x1 İdarəsinin əməkdaşları tərəfindən 11 noyabr 2019-cu il tarixdən etibarən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12 noyabr 2019-cu il tarixdə saat 00:20-də qeyd olunan ünvanda saxlanılaraq Baş İdarəyə dəvət olunub şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əynindəki yaşıl rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd sellofan torbanın içərisində bir ədəd polietilen bükümdə külli miqdarda – 47,542 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd polietilen bükümdə 52,324 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki, bir ədəd polietilen bükümdə 49,862 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetami və bir ədəd sellofan torbada 19,236 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, eləcə də bir ədəd üzərində cüzi miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisinə məxsus hissəciklər olan elektron tərəzini, Təqsirləndirilən şəxs2 isə əynindəki boz rəngli qısaqol gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda – 51,710 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitələr və psixotrop maddə aşkar edildiyindən götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşamış, Bakı şəhərinə gəlib fəhlə işləyərək ailəsini dolandırırmış. Həbs olunmazdan 4-5 ay əvvəl narkotik vasitə olan qurudulmuş marixuananı yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul edirmiş. Qəbul etdiyi narkotik vasitələri tanımadığı, təsadüfən rastlaşdığı şəxslərdən alırmış. 01 noyabr 2019-cu il tarixdə yaxın dostu və əsgər yoldaşı Raminin atası xəstə olduğu üçün ona baş çəkmək məqsədi ilə Bakı şəhərindən Biləsuvar rayonuna getmişdir. Şamaxinka adlanan yerdə Biləsuvar rayonuna getmək istəyən olub-olmamasını soraqlaşanda bir nəfər sonradan adının Arif olduğunu bildiyi şəxs ona yaxınlaşaraq Biləsuvar rayonuna getmək istədiyini bildirmişdir. Arif özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş, iran ləhcəsi ilə sərbəst azərbaycanca danışırmış. Başqa müştəri olmadığı üçün o yalnız Arifi götürüb birlikdə özünə məxsus olan VAZ-2107 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna getmişdir. Yolda söhbət əsnasında o, Arifə narkotik vasitə olan marixuana qəbul etməsini bildirmişdir. Arif ona narkotik vasitələr satmağı təklif etmişdir. O bunun üçün pulunun olmadığını bildirdikdə Arif ona nisyə olaraq 1000 manat pula 50 qrama yaxın narkotik vasitə heroin, 100 qramdan çox narkotik vasitə tiryək, 20 qrama yaxın matixuana və 50 qrama yaxın psixotrop maddə metamfetamin verə biləcəyini, təxminən 10-15 gündən sonra onunla əlaqə saxlayıb verdiyi bütün narkotik vasitələrin və psixotrop maddənin müqabilində ondan 1000 manat pul alacağını təklif etmişdir. O narkotik vasitə qəbul etdiyindən narkotik vasitələrin satış qiymətlərini bildiyi üçün Arifin qeyd olunan narkotik vasitələr və psixotrop maddənin ucuz qiymətə və nisyə satdığını görüb onunla razılaşmışdır. Fikirləşmişdir ki, narkotikləri və psixotrop maddəni satıb gəlir əldə edər. Arif Biləsuvar rayonundan çıxdığdan sonra maşını adını bilmədiyi kəndin yaxınlığına sürdürmüş və yolun kənarındakı böyürtikan kollarını göstərib kolların dibində qeyd olunan narkotik vasitələr və psixotrop maddələrin və bir ədəd elektron tərəzinin qara rəngli torbanın içində gizlədib saxladığını bildirmişdir. Ariflə razılaşdıqdan sonra o, mobil telefonunun nömrəsini götürmüş və ona 10-15 gündən sonra zəng edib narkotik vasitələrə görə 1000 manat pulunu alacağını bildirmişdir. Bundan sonra o, Arifi aparıb İran İslam Respublikasının sərhəd keçid məntəqəsindən xeyli aralıda özünün dediyi yerdə düşürüb geri qayıdaraq həmin gün günorta saatlarında Arifin narkotik vasitələri və psixotrop maddəni gizlətdiyi kolların yanına gələrək kolların arasına baxanda həqiqətən də qara selofan torbanın orada gizlədildiyini görmüş və həmin torbanı oradan götürmüşdür. Bir qədər getdikdən sonra sellofan torbanı açdıqda içərisində bir ədəd sellofan bükümdə heroin, bir ədəd sellofan bükümdə qurudulmuş marixuana, iki ədəd sellofan bükümdə tiryək və bir ədəd sellofan bükümdə metamfetaminin və bir ədəd markasına fikir vermədiyi elektron tərəzi də olduğunu aşkar etmişdir. O qeyd olunan narkotik vasitələri, psixotrop maddəni və elektron tərəzini Yevlax şəhərinə aparıb yaşadığı evin həyərində gizlədib saxlamışdır. Narkotik vasitələri və psixotrop maddəni bir neçə gün rayonda satmaq üçün müştəri axtarmış, lakin münasib bir adam tapmadığı üçün özündə saxlamışdır. 11 noyabr 2019-cu il tarixdə dostu Təqsirləndirilən şəxs2la qarşılaşaraq taksi ilə Bakı şəhərinə gəlmişlər. O, Bakıya gələn zaman həmin narkotik vasitələri və psixotrop maddəni özü ilə götürmüşdür ki, Bakı şəhərində istəyən olsa satsın. Rəşadın narkotik vasitələrdən istifadə etməsindən xəbərdar olduğu üçün yolda gələn zaman Yevlax rayonu ərazisində ona üzərində narkotik vasitələr və psixotrop maddə olduğunu demiş və istifadə etmək üçün ona təklif etmişdir. Rəşad tiryək istədiyi üçün özündə olan iki büküm tiryəkdən bir bükümünü Rəşada vermişdir. Ona bildirmişdir ki, həmin narkotik vasitənin bir hissəsini qəbul etsin, qalan bir hissəsini geri qaytarsın. Yolda Bakı şəhərində yaşayan dostu Şahid5 zəng vuraraq Bakı şəhərinə gəlməsini bildirərək onu qarşılamasını xahiş etmişdir. Onlar həmin gün təxminən saat 23 radələrində Bakı şəhərinə çatmışlar və Şamaxinka adlanan yerdə dostu Kamal gəlib onları qarşılamış və birlikdə Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən Premier çay evinə getmişlər. Orada əyləşib çay içib söhbət etdikdən sonra çay evindən çıxıb gecəni qalmaq üçün Kamalgilə getmək istəmişlər. 12 noyabr 2019-cu il tarixə keçən gecə saat 00:20 radələrində onlar kafedən çıxıb kafenin qarşısında durduqları zaman onlara 4 nəfər mülki geyimli polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib onların şəxsiyyəti ilə maraqlanmışlar. Polislər onları daxil olan məlumat əsasında qəbul edilmiş qərarla tanış etmişlər. O, Rəşadla hər ikisi üzərlərində narkotik vasitə olduğunu etiraf edib polis əməkdaşları ilə polis idarəsinə getmişlər. Bundan sonra onların tutulmaları və üzərlərində axtarış aparılması barədə qərar qəbul edilmiş, xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış aparılmasından əvvəl onlara təklif edilmişdir ki, qanunsuz əşyalar olduğu halda könüllü təqdim etsinlər. Bu təklifdən sonra o, üstündə heroin, tiryək, qurudulmuş marixuana və metamfetamin olduğunu bildirib, əynində olan yaşıl rəngli gödəkçənin iç sol cibindən sadaladığı narkotik vasitə və psixotrop maddə olan bir ədəd sellofan torbanı və bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi dörd ədəd sellofan bükümlərin içində narkotik vasitə heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin sellofan bükümlərə baxış keçirildikdən sonra qablaşdırılaraq möhürlənmiş, bundan başqa üzərindən bir ədəd “Samsunq” və bir ədəd “Hoffmann” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı o həmin narkotik vasitələri, psixotrop maddəni və elektron tərəzini 01 noyabr 2019-cu il tarixdə Biləsuvar rayonunda İran İslam Respublikasının vətəndaşı olan “Arif” adlı şəxsdən sonradan ona 1000 manat pul vermək şərti ilə alıb üzərində və yaşadığı evin həyətində saxladığını, 11 noyabr 2019-cu il tarixdə isə həmin narkotik vasitələri və psixotrop maddəni satmaq məqsədilə üzərində daşıyaraq Bakı şəhərinə gətirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 da təklif edilmişdir ki, üzərində qanunsuz saxladığı əşya varsa təqdim etsin və o, təklifdən sonra əynində olan gödəkçəsinin cibində narkotik vasitə tiryək olduğunu bildirib, əynində olan boz rəngli qısaqol gödəkçəsinin sol yan cibindən çıxardığı bir ədəd sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sağ yan cibində olan bir ədəd “Samsunq” markalı və bir ədəd “LG” markalı mobil telefon aparatları aşkar edilmişdi. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni 11 noyabr 2019-cu il tarixdə onun tərəfindən ona bir qədərindən istifadə etmək, qalan hissəsini üzərində saxlayıb Bakı şəhərinə daşımaq və istədiyi zaman geri qaytarmaq şərti ilə verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 götürülmüş tiryək də müvafiq qaydada protokollaşdıralaraq götürülmüş və qablaşdırılmışdır. Arifin ona verdiyi maddələrin haradan gətirməsini bilməmiş, həmin narkotik vasitələrin haradan gətirilməsindən xəbəri olmamışdır. Rəşadla Bakı şəhərinə birlikdə gəlməklərini əvvəlcədən planlaşdırmamışlar. Rəşada narkotik vasitələri kiməsə satmasını deməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Yevlaxda yaşamış, İrandan İslam Respublikasından qab-qacaq gətirib Yevlaxda satışı ilə məşğul olmuşdur. Bundan başqa Bakı şəhərinə gəlib toylarda müğənni kimi oxuyub pul qazanaraq ailəsini dolandırırmış. Həbs olunmazdan əvvəl 1 ilə yaxın müddət imiş ki, narkotik vasitə olan tiryəki udmaq yolu ilə qəbul edirmiş. Qəbul etdiyi narkotik vasitələri tanımadığı təsadüfən rastlaşdığı şəxslərdən alırmış. Təqsirləndirilən şəxs1 həmyerli kimi tanımış və dost münasibətində olmuşlar. 11 noyabr 2019-cu il tarixdə Bakı şəhərinə gedən zaman Müqabil ilə rastlaşmış və taksi avtomobili ilə Bakı şəhərinə yola düşmüşlər. Yolda Müqabil onda narkotik vasitələr və psixotrop maddə olmasını ona bildirmiş və ona balaca bir bükümdə istifadə etməyi üçün tiryək vermiş və istifadə etdikdən sonra qalanını özünə qaytarmasını tapşırmışdır. Onlar həmin gün təxminən saat 23 radələrində Bakı şəhərinə çatmış, Şamaxinka adlanan yerdə Müqabilin dostu Kamal gəlib onları qarşılamış və birlikdə Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən Premier çay evinə getmişlər. Orada əyləşib çay içib söhbət etdikdən sonra çay evindən çıxıb gecəni qalmaq üçün Kamalgilə getmək istəyərkən 12 noyabr 2019-cu il tarixə keçən gecə saat 00:20 radələrində kafenin qarşısında 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb polis idarəsinə dəvət etmişlər. Vəkillərin iştirakı ilə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılan zaman Müqabildən narkotik vasitə, psixotrop maddə, elektron tərəzi aşkar olunmuşdur. O isə üzərində olan Müqabilin istifadə etmək üçün verdiyi sellofan bükümü masanın üzərinə qoymuş və həmin narkotik vasitəni 11 noyabr 2019-cu il tarixdə Müqabilin ona bir qədərindən istifadə etmək, qalan hissəsini ona geri qaytarmaq şərti ilə verdiyini bildirmişdir. Bundan sonra polis idarəsində müvafiq protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x1 İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, 11 noyabr 2019-cu il tarixdə Baş İdarəyə Yevlax şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edərək saxlamaları və həmin şəxslərin narkotik vasitələrin və psixotrop maddənin satışını həyata keçirmək üçün 11.11.2019-cu il tarixdən 12.11.2019-cu il tarixə keçən gecə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən “Premier” çay evində olacaqları barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və qərarın icra edilməsi ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Şahid5 yanlarında olan zaman 12 noyabr 2019-cu il tarixdə saat 00.20də Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən “Premier” çay evinin qarşısında saxlanılaraq Baş x1 İdarəsinə dəvət olunmuşlar. Araşdırmanın aparılması Baş İdarənin İstintaq və x3 Bölməsinə həvalə edilmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşlar. Bundan sonra tutulan şəxslərin barəsində şəxsi axtarış və götürmə aparılması haqqında qəbul edilmiş qərarlara əsasən Baş İdarədə video çəkilişlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl saxlanılan şəxslərə üzərində qanunsuz əşyalar olduğu halda könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu bildirib, əynindəki gödəkçəsinin iç sol cibindən bir ədəd sellofan torbada olan dörd ədəd sellofan bükümləri və bir ədəd elektron tərəzini çıxardıb təqdim etmişdir. Həmin sellofan bükümlər açıldıqda bükümlərin içərisində narkotik vasitə heroinə, narkotik vasitə olan tiryəkə, narkotik vasitə olan qurudulmuş marixuanaya və psixotrop maddə metamfetaminə bənzər maddələrin olması müşahidə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sağ yan cibində olan iki ədəd mobil telefon aparatlarını çıxarıb təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri, psixotrop maddəni və elektron tərəzini 01 noyabr 2019-cu il tarixdə Biləsuvar rayonunda İran İslam Respublikasının vətəndaşı olan “Arif” adlı şəxsdən satdıqdan sonra pulunu ödəmək şərti ilə 1000 manata alıb üzərində daşıyaraq yaşadığı Yevlax şəhərinə apardığını və 11 noyabr 2019-cu il tarixdə həmin maddələri satmaq məqsədilə üzərində daşıyaraq Bakı şəhərinə gətirdiyini bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər maddə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş dörd ədəd sellofan bükümlərdə olan narkotik vasitə heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə metamfetaminə oxşar maddə və elektron tərəzi bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Götürülmüş iki ədəd mobil telefon aparatları iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 barəsində qəbul edilmiş üzərinə axtarış aparılması barədə qərarla tanış edərək üzərində qanunsuz saxladığı əşyalar olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə tiryək olduğunu bildirib, əynində olan qısaqol gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin sellofan büküm açıldıqda bükümün içərisində narkotik vasitə olan tiryəkə bənzər maddə olması müşahidə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sağ yan cibində olan iki ədəd mobil telefon aparatları aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni 11 noyabr 2019-cu il tarixdə tanışı Təqsirləndirilən şəxs1la birlikdə Yevlax rayonundan Bakı şəhərinə gələn zaman sonuncu tərəfindən ona bir qədərindən istifadə etmək, qalan hissəsini üzərində saxlayıb Bakı şəhərinə daşımaq və istədiyi zaman geri qaytarmaq şərti ilə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər maddə və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər maddə bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İki ədəd mobil telefon aparatları iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmədə iştirak edən Şahid5 şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun tanışları olmasını bildirib, 11 noyabr 2019-cu il tarixdə onları rayondan gəldikləri üçün Bakı şəhərində qarşıladığını, həmin şəxslərin üzərində narkotik vasitələr və psixotrop maddə olmasından xəbəri və məlumatı olmadığını, özünün narkotik vasitələrdən istifadə etmədiyini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, üzərində narkotik vasitələr, psixotrop maddələr və eyni zamanda digər qanunsuz əşyalar olmadığını bildirmişdir. Bundan sonra axtarış və götürmə keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, şikayət daxil olmadığı üçün protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Qeydə alınmış videogörüntü bir ədəd disk daşıyıcısına köçürülərək götürülmüş əşyalarla birlikdə protokola əlavə edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Daxili İşlər Nazirliyinin Baş x1 İdarəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə Şahid5 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, liftlərin quraşdırılması və təmiri ilə məşğul olan “S-Enna” şirkətində usta işləmişdir. Təqsirləndirilən şəxs1 sinif yoldaşıdır, onunla uşaqlıqdan dostluq etmiş, ailəvi gediş-gəlişləri olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs2 Müqabilin vasitəsi ilə tanımışdır, onunla da münasibəti yaxşı olmuşdur. 11 noyabr 2019-cu il tarixdə Müqabil ona zəng edərək axşam saatlarında Yevlax şəhərindən Bakı şəhərinə dostu Rəşadla birlikdə gələcəyini deyərək Bakı şəhərində onu qarşılamağı və onunla evdə qalmasını xahiş etmişdir. O da Müqabilə demişdir ki, işdə olacaq, Bakıya yaxınlaşanda ona xəbər etsin. 11 noyabr 2019-cu il tarixdə saat 23 radələrində Müqabil və Rəşadı qarşılamış və onlar birlikdə Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən Premier çay evinə getmişlər. Orada əyləşib çay içib söhbət etdikdən sonra çay evindən çıxdıqda 12 noyabr 2019-cu il tarixə keçən gecə saat 00:20 radələrində kafenin qarşısında duran zaman onlara 4 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edərək Müqabil və Rəşad barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş qərarla tanış etmişlər. Rəşad və Müqabil üzərilərində narkotik vasitə olduğunu etiraf edib polis əməkdaşları tərəfindən polis idarəsinə dəvət edilmişlər. Baş idarədə vəkillər dəvət olunmuş və xidməti otaqda video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Rəşad və Müqabilə təklif edilmişdir ki, qanunsuz əşyalar olduğu halda könüllü təqdim etsinlər. Onlar üzərlərində narkotik vasitə oduqlarını etiraf edib əvvəcə Müqabil əynində olan rəngli gödəkçəsinin iç cibindən bir büküm çıxarıb orada narkotik vasitə və psixotrop maddə olduğunu bildirib masanın üzərinə qoymuşdur. Müqabil təqdim etdiyi dörd ədəd sellofan bükümlərin içində narkotik vasitə heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin sellofan bükümlərə baxış keçirildikdən sonra qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı Müqabil həmin narkotik vasitələri, psixotrop maddəni və elektron tərəzini 01 noyabr 2019-cu il tarixdə Biləsuvar rayonunda İran İslam Respublikasının vətəndaşı olan “Arif” adlı şəxsdən sonradan ona 1000 manat pul vermək şərti ilə aldığını və bir hissəsini Rəşada verdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 da təklif edilmişdir ki, üzərində qanunsuz saxladığı əşya varsa təqdim etsin və o, təklifdən sonra əynində olan gödəkçəsinin cibində narkotik vasitə tiryək olduğunu bildirib, əynində olan boz rəngli qısaqol gödəkçəsinin sol yan cibindən çıxardığı bir ədəd sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd sellofan bükümün içində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni 11 noyabr 2019-cu il tarixdə Müqabil tərəfindən ona bir hissəsini istifadə etmək, qalan hissəsini üzərində saxlayıb Bakı şəhərinə daşımaq və istədiyi zaman geri qaytarmaq şərti ilə verildiyini bildirmişdir. Şahid5 əlavə olaraq onun Rəşad və Müqabilin üzərində narkotik vasitə saxlamasından və satmaq istəməsində xəbəri və məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmaları özlərinin ifadələri ilə qismən, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 12 noyabr 2019-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 13 noyabr 2019-cü il tarixli, 4(005)-1046/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 12 noyabr 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 12 noyabr 2019-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 13 noyabr 2019-cü il tarixli, 4(005)-1047/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 12 noyabr 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 12 noyabr 2019-cu il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və video çəkilişdən məlum olur ki, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu bildirib, əynindəki gödəkçəsinin iç sol cibindən bir ədəd sellofan torbada olan dörd ədəd sellofan bükümləri və bir ədəd elektron tərəzini çıxardıb təqdim etmişdir. Həmin sellofan bükümlər açıldıqda bükümlərin içərisində narkotik vasitə heroinə, narkotik vasitə olan tiryəkə, narkotik vasitə olan qurudulmuş marixuanaya və psixotrop maddə metamfetaminə bənzər maddələrin olması müşahidə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sağ yan cibində olan iki ədəd mobil telefon aparatlarını çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri, psixotrop maddəni və elektron tərəzini 01 noyabr 2019-cu il tarixdə Biləsuvar rayonunda İran İslam Respublikasının vətəndaşı olan “Arif” adlı şəxsdən satdıqdan sonra pulunu ödəmək şərti ilə 1000 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 barəsində qəbul edilmiş üzərinə axtarış aparılması barədə qərarla tanış edilərək üzərində qanunsuz saxladığı əşyalar olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə tiryək olduğunu bildirib, əynində olan qısaqol gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin sellofan büküm açıldıqda bükümün içərisində narkotik vasitə olan tiryəkə bənzər maddə olması müşahidə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sağ yan cibində olan iki ədəd mobil telefon aparatları aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni 11 noyabr 2019-cu il tarixdə tanışı Təqsirləndirilən şəxs1la birlikdə Yevlax rayonundan Bakı şəhərinə gələn zaman sonuncu tərəfindən ona bir qədərindən istifadə etmək, qalan hissəsini üzərində saxlayıb Bakı şəhərinə daşımaq və istədiyi zaman geri qaytarmaq şərti ilə verdiyini bildirmişdir. Cinayət işi üzrə «xxxxxxxxxxxxxxxx» MMC-dən daxil olmuş 09 dekabr 2019-cu il tarixli 33400 saylı məktubla daxil olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrələrin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Qeyd olunan mobil telefon nömrəsi ilə İran İslam Respublikasının mobil operatoruna məxsus hər hansı bir mobil telefon nömrəsi ilə telefon danışları aşkar edilməmişdir. Bundan başqa 13.10.2019-cu il tarixdən 12.11.2019-cu il tarixədək olan müddət ərzində o, cümlədən 01 noyabr 2019-cu il tarixdə qeyd olunan mobil telefon nömrələrin Biləsuvar rayonu ərazisində yerləşən anten dairəsində olması aşkar edilməmişdir. Cinayət işi üzrə «xxxxxxx» MMC-dən daxil olmuş 17 dekabr 2019-cu il tarixli 20830 saylı məktubla daxil olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrələrin müxtəlif mobil telefon nömrələri və öz aralarında mütamadi olaraq həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** saylı telefon nömrəsi ilə İran İslam Respublikasının mobil operatoruna məxsus **********1994 saylı telefon arasından 14.10.2019-cu il tarixdə 15:12-dən 06.11.2019-cu il tarixdə saat 23:33-dək olan müddət ərzində 17 telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə İran İslam Respublikasının mobil operatoruna məxsus hər hansı bir mobil telefon nömrəsi ilə telefon danışları aşkar edilməmişdir. Bundan başqa 13.10.2019-cu il tarixdən 12.11.2019-cu il tarixədək olan müddət ərzində o, cümlədən 01 noyabr 2019-cu il tarixdə qeyd olunan mobil telefon nömrələrin Biləsuvar rayonu ərazisində yerləşən anten dairəsində olması aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2019-cu il tarixli 28141 və 28142 №li rəylərində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş ...” yazısı olan paketdə bir ədəd sellofan torbada 19,236 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, təqdim edilmiş elektron tərəzinin üzərində cüzi miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisinə məxsus hissəciklər vardır. tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş ...” yazısı olan zərfdəki, bir ədəd polietilen bükümdə 47,542 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd polietilen bükümdə 52,324 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və bir ədəd polietilen bükümdə 49,862 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamdir. tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş ...” yazısı olan zərfdəki, bir ədəd polietilen bükümdə 51,710 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Qalıq : heroin – 47,392 qram, tiryək – 103,834 qram, qurudulmuş marixuana – 19,206 qram, metamfetamin – 49,762 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 18 dekabr 2019-cu il tarixli 2964 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 18 dekabr 2019-cu il tarixli 2966 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müsbət xarakterizə edilirlər. Cinayət işinin materiallarına əlavə edilmiş arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs2 himayəsində iki, Təqsirləndirilən şəxs1 bir azyaşlı övladı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş səndlərdən məlum olur ki, Təqsirləndirilən şəxs1 himayəsində onkoloji xəstə olan anası və yaşlı atası vardır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirlərini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal onun himayəsində yetkinlik yaşına çatmayan bir övladının və onkoloji xəstə anasının olmasıdır. Təqsirləndirilən şəxs2 oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal onun himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli tutulduqları vaxtdan – 12 noyabr 2019-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqları üçün cəzalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin tətbiq olunmasını zəruri hesab etmir. Belə ki, 01 may 2012-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə, məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə olunmuş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Qeyd edilən normanın tələblərinə görə əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlaka və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxslərin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə xüsusi müsadirə tətbiq oluna bilməz. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-in Baş x1 İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş, təhqiqatdan sonra qalıq qalan üç ədəd zərfdə qablaşdırılan iki ədəd bükümdə 103,834 qram çəkidə narkotik vasitə tiryək, 19,206 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 47,392 qram çəkidə narkotik vasitə heroin, 49,762 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 203 ( iki yüz üç) manat təşkil edir və həmin məbləğdə pul təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 101 manat 50 qəpiq ( yüz bir manat əlli qəpiq) olmaqla tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 60 (altımış) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili x4 60 (altımış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 12 noyabr 2019-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 12 noyabr 2019-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-in Baş x1 İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş, təhqiqatdan sonra qalıq qalan üç ədəd zərfdə qablaşdırılan iki ədəd bükümdə 103,834 qram çəkidə narkotik vasitə tiryək, 19,206 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 47,392 qram çəkidə narkotik vasitə heroin, 49,762 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 203 ( iki yüz üç) manat təşkil edir və həmin məbləğdə pul təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 101 manat 50 qəpiq ( yüz bir manat əlli qəpiq) olmaqla tutularaq dövlət nəfinə ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 60 (altımış) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili x4 60 (altımış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-455/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-455/2020
05.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver