Məhkəmə qərarları › İş №1(101)-455/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-455/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-455/2021 10.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri "Mərkəzi" Vəkil bürosunun vəkili Müdafiəçi və X6 oglunun iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri Yasamal rayonu A.Salamzadə küçəsi 5 saylı inzibati binada qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımış və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 23.06.2019-cu il tarixdə vəfat etmiş mərhum X2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup təşkil etdikdən sonra, 2019-cu ilin may ayının sonlarında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 14 kiloqram 595 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşıyaraq müvəqqəti yaşamış olduğu Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsindəki «xxxx» ASC-yə məxsus 2455 saylı yarımstansiyanın yanında yerləşən 15/16 saylı ünvanda sahibsiz tikiliyə gətirməklə orada qanunsuz saxlamış, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildikdən sonra, göstərilən narkotik vasitə qurudulmuş marixuananı qeyd olunan tikilidə gizlətməsi barədə 10 yanvar 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında istintaq-əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 19:25-də Yasamal rayon Polis idarəsinin NMB-nin və 29-cu Polis şöbəsinin əməkdaşları, eləcə də Təqsirləndirilən şəxs iştirakı ilə istintaq orqanı tərəfindən Bakı şəhər, Yasamal rayonu, Nazim Hikmət küçəsindəki xxxx ASC-yə məxsus 2455 saylı yarımstansiyanın yanında yerləşən 15/16 saylı ünvanda sahibsiz tikilinin 2-ci mərtəbəsinin giriş hissəsinin önünə videoçəkiliş vasitəsilə keçirilmiş baxış zamanı yerə qoyulmuş növ rəngli sellofan torbanın içərisində üzəri skoçla bağlanmış 01 ədəd qara rəngli bağlamada təmiz çəkisi, 14595 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən 08 yanvar 2020-ci ildə saat 15:30-da Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidə satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 ədəd şəffaf sellofona bükülmüş, külli miqdarda təmiz çəkisi 11,210 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib 01 ədəd göy rəngli «More» markalı siqaret qutusunun içərisində saxlamaqla daşımış, həmin gün saat 16:45-də ünvan 2 ünvanda olan zaman Bakı şəhəri Yasamal rayon Polis idarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində göstərilən ünvanda saxlanılıb Yasamal rayon Polis idarəsinə aparıldıqdan sonra, həmin idarənin inzibati binasında üzərinə videoçəkiliş vasitəsi ilə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 01 ədəd göy rəngli «More» markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofona bükülmüş təmiz çəkisi, 11,210 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, o, hazırkı cinayət işi üzrə tutulmamışdan əvvəl 08 yanvar 2020-ci il tarixədək olan müddət ərzində azadlıqda olarkən ünvan 5 ünvanda yerləşən “Saf Su” adlanan içməli su satışı məntəqəsinin yaxınlığında təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr siyahısına (Siyahı İİ) daxil olan üzərində “M- 40” yazısı həkk olunmuş təsiredici maddəsinin çəkisi 0,08 qram olan zavod üsulu ilə hazırlanmış 02 ədəd “Metadon” adlanan dərman preparatı həblərini əldə edib arxa keçəcəyindən (anusdan) düz bağırsağına daxil etməklə üstündə saxlamış və törətmiş olduğu digər yuxarıda göstərilən cinayət əməlləri ilə bağlı barəsində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10.01.2020-ci il tarixli qərarı ilə 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçildiyindən 11 yanvar 2020-ci tarixdə saat 13:15-də Bakı şəhəri Sabunçu rayonu Zabrat-2 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasına keçirilərkən İstintaq Təcridxanalarmın fəaliyyətinə dair Təlimata uyğun olaraq Bakı İstintaq Təcridxanasımn əməkdaşları tərəfindən onun üzərinə keçirilmiş baxış zamanı düz bağırsağından bir ədəd şəffaf sellofon bükülmüş, 02 ədəd bükümdə təsiredici maddəsinin çəkisi 0,08 qram olan zavod üsulu ilə hazırlanmış, üzərində «F/M40» yazısı həkk olunmuş, qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab edilən metadon dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, qanunsuz olaraq külli miqdar təşkil edən narkotik əldə edib saxlamağına görə 26.04.2010-cu il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan mərhum edilmiş və 2017-ci ildə Bakı şəhər Nizami rayon məhkəməsinin hökmü ilə təyin olunmuş cəzasının sonu ilə azad olunmuşdur. O, cəzasını çəkdikdən sonra da narkotik vasitə qəbul etmişdir. Qəbul etdiyi narkotik vasitəni əsasən Bakı şəhərində “Kubinka” adlanan ərazidə adını Cabir kimi bildiyi şəxsdən almışdır. Cabir adlı şəxslə təsadüfən ilk tanışlığında ona bildirmişdir ki, heroin lazım olanda bura gəlib ondan ala bilər. O, da bədənində ağrılar olanda və bədəni narkotik tələb etdikdə Kubinka-ya gedərək Cabiri tapıb ondan heroini pul ilə almışdır. Heroini aldıqdan sonra münasib yer taparaq orada qəbul etmişdir saat 15:30da o, Bakı şəhəri, Nəsimi rayonuna “Kubinka” adlanan yerə gedərək orada Cabiri tapmışdır. Cabirə 100 manat pul verərək narkotik vasitə olan heroin gətirməsini istəmişdir. Cabir də bir müddətdən sonra şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə narkotik vasitə heroin gətirib ona vermişdir. O, narkotik vasitəni “More” markalı siqaret qutusunun içinə qoyub əynindəki qara rəngli gödəkçənin sol iç cibinə qoymuşdur ki, yaşadığı evə gedib istifadə edər. O, “Kubinka” dan Yasamal rayonu Şərifzadə küçəsinə gəlmiş, ‘‘Saf Su” məntəqəsinin yaxınlığında yerdə nəzəri şəffaf bükülüyə sataşmış və həmin bükülünü açıb içərisinə baxdıqda 2 ədəd Metodon həblərinin olduğunu görmüşdür. Metodon dərman həblərini də gödəkçəsinin cibinə qoymuş, sonra isə üstündə olan həbləri polisin onu tutacağından ehtiyat edərək ayaqyoluna girib orada dərman həblərini sellofon bükülüdə arxa keçəcəyinə barmağı ilə itələyib yerləşdirmişdir. Həmin gün saat 16:40 radələrində Yasamal rayonu Şərifzadə küçəsi 96 nömrəli binanın qarşısından keçən zaman uzaqdan 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini Yasamal rayon polis şöbəsinin əməkdaşları kimi təqdim etmiş və polis idarəsinə dəvət etmişlər, o, da heç bir etiraz etmədən onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polislər Yasamal rayon polis idarəsində üzərində şəxsi axtarış keçiriləcəyini bildirilmişdir. Polis əməkdaşları ona şübhəli şəxsin hüquq və vəzifələrini izah etmişlər, ona müdafiəçi təqdim edilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində vəkilinin iştirakı ilə və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Polislər baxış keçirməzdən əvvəl ona təklif etdilər ki, üzərində qanunsuz əşya və maddə varsa könüllü olaraq təqdim etsin. O, da əynindəki qara rəngli gödəkcənin sol iç cibində “More” markalı siqaretin içərisində gizlətdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə heroini təqdim etmiş və həmin maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş heroini haradan aldığını soruşanda, o, həmin heroini öz istifadəsi üçün “kubinka” adlanan yerdən Cabir adlı şəxsdən 100 manata aldığını bildirmişdir. Həmin vaxt üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun özünün müdafiəçisinin və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənərək imzalarla protokolun doğruluğunu təsdiq etmişlər. O, şübhəli şəxs kimi Yasamal rayon polis idarəsinin müvəqqəti saxlama kamerasında saxlanılmış, 10 yanvar 2020-ci il tarixdə qanunsuz olaraq narkotik vasitə əldə etməyə, saxlayaraq daşıdığına görə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham edilmiş və həmin gün Yasamal rayon məhkəməsinin hakiminin qərarı əsasında üç ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, 10 yanvar 2020-ci il tarixdə Yasamal RPİ-nə ərizə ilə müraciət edərək 2019-cu ilin may ayının sonlarında tanışı X2 tərəfindən bir yerdə qaldığı yerdə saxladığı torbada olan marixuananı könüllü təqdim etmək istədiyini bildirmiş, müstəntiq və digər polis əməkdaşları onun və müdafiəçisinin iştirakı ilə Nazim Hikmət küçəsi bina 15, mənzil 16-ya videoçəkilişlə baxış keçirilmiş və o, da sahibsiz binanın 2-ci mərtəbəsində Sahibin saxladığı 1 ədəd böyük bağlamada olan qara rəngli sellofon torbada olan marixuana aşkar edilərək protokolla götürülmüşdür. Polis əməkdaşları protokol tərtib etmiş və marixuananı götürmüşlər. O, 11 yanvar 2020-ci il tarixdə Yasamal rayon polis idarəsinin müvəqqəti saxlama məntəqəsindən Bakı şəhəri, Sabunçu rayonu Kürdəxani qəsəbəsində yerləşən Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına keçirilmiş, həmin gün Penitensiar Xidmətinin əməkdaşları saat 13:15-də xüsusi ayrılmış otaqda üzərinə baxış keçirilərkən şübhəli şəxs qismində tutulmamışdan əvvəl arxa keçəcəyində olan düz bağırsağında ilişib qalmış sellofondakı 2 ədəd metodon tabletləri hal şahidlərinin iştirakları ilə aşkar edərək götürmüşlər. O, izahatında həmin 2 ədəd metodon tabletləri şübhəli şəxs qismində tutularkən Yasamal rayon polis idarəsinin müvəqqəti saxlama yerində saxlandığı kamerada yatdığı çarpayının döşəyinin altından tapdığını göstərmişdir. Lakin o, izahatında bunları düzgün göstərmədiyini, ifadəsində qeyd etdiyi kimi 2 ədəd metodonu Yasamal rayonu Şərifzadə küçəsində “Saf Su” su doldurma məntəqəsinin qarşısından tapdığını, həmin həbləri sellofona bükülü vəziyyətdə arxa keçəcəyində düz bağırsağında gizlətdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2001-ci ildən DİO-da xidmət edir, hazırda tutduğu vəzifədə isə 2019-cu ildən xidmət edir. 08 yanvar 2019-cu il tarixdə Yasamal RPİ-nin NMB-nə daxil olmuş məlumata əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Bakı şəhər sakini Təqsirləndirilən şəxs cinayət xarakterli əməlinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə onun tərəfindən əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Buna görə də ondan Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Arif və Fəxrəddinlə birlikdə məlumat əsasında həmin gün saat 16 radələrində ünvan 7 ünvanının qarşısına gəlmişlər, orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitələrin qanununsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlamışlar. Təqsirləndirilən şəxs Yasamal RPİ-nə dəvət etdikdə sonuncu buna etiraz etmədikdən sonra onu Yasamal RPİ- nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçıya təhvil vermişlər. Elnur Hacıyev, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onun və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuş, Rafiq əynindəki qara rəngli gödəkcənin sol iç cibindən 01 ədəd “more” adlı siqaret qutusunun içərisində olan şəffaf sellofana bükülmüş vəziyyətdə 01 bükümü onlara təqdim etmişdir. Həmin büküm açılmış və iştirakçılara nümayiş etdirilmiş, bükümün içərisinə baxdıqda büküm içərisində açıq qəhvəyi rəngli kəskin iyli toz şəkilli maddə olması müəyyən edilmişdir. Rafiq həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Rafiq həmin heroinin özünə məxsus olmasını, özü qəbul etmək məqsədilə Bakı şəhəri, “Kubinka” adlanan ərazidən Cabir adlı şəxsdən 100 manata aldığını bilmişdir. Rafiqin üzərinə iştirakçıların iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanmış, lakin başqa qanunsuz heç bir maddə və ya əşya aşkar olunmamışdır. Bu zaman iştirakçıların və müdafiəçini iştirakları ilə Rafiqin üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğunu imzalan ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Yasamal rayon Polis idarəsinin 29-cu Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 yanvar 2020-ci il tarixdə Yasamal RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda ümumi çəkisi 11,210 qram olan kustar narkotik vasitə heroin aşkar edilərək götürülmüş və həmin çəkidə narkotik vasitəni qanunsuz daşımağa, saxlamağa görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı əsasında 03 (üç) ay həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayında 06.08.2019-cu il tarixdə vəfat etmiş mərhum, tanışı X2 ilə birlikidə əldə etdikləri narkotik vasitə qurudulmuş marixuana gizlətmələri barədə əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar Təqsirləndirilən şəxs 10.01.2020-ci il tarixdə istintaqa ərizə ilə müraciət edərək tanışı X1 ona saxlamaq üçün narkotik vasitə qurudulmuş marixuana verdiyini və həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim edə biləcəyini bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə istintaqı aparan Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Elgiz Məmmədovun rəhbərliyi ilə qeyd olunan ərazi xidməti ərazi olduğuna görə o, RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1, RPİ-nin 29-cu Polis Şöbəsinin əməliyyat müvəkilli Ədalət Abbasovun və Yasamal RPİ-nin MSY-nin polis nəfəri Şahid6, eləcə də Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakları ilə 10 yanvar 2020-ci il tarixdə saat 19:30 dəqiqədə Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsində yerləşən “xxxx” ASC-yə məxsus 2455 saylı yarımstansiyanın yanında yerləşən sahibsiz tikilinin qarşısına gəlmişlər. Baxış keçirilməzdən əvvəl müstəntiq X9 Əliyevə hüquq və vəzifələrini izah etdikdən sonar ona narkotik vasitəni gizlətdiyi yeri göstərməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs 2455 saylı yarımstansiyanın yaxınlığındakı yarım tikiliyə daxil olmuş və binanın 2-ci mərtəbəsinə gəlmiş, Təqsirləndirilən şəxs əli ilə tikilinin ikinci mərtəbəsinin giriş hissəsinin önündə yerə qoyulmuş, üstü qəhvəyi rəngli karton material və üzəri quru ot kütləsi ilə örtülmüş 01 ədəd üzəri ağ rəngli yapışqanla bağlanmış qara rəngli bağlamanı göstərərək içərisindəki narkotik vasitə marixuana olduğunu 2019-cu ilin may ayının sonlarında tanışı Sahib adlı şəxs həmin nəşəni saxlamaq üçün ona verdiyini və onunla münasibətinə görə marixuananı həmin yerdə gizlətdiyini bildirmişdir. Aşkar edilmiş marixuananın paketinin üzərinə A4 formatlı kağız bağlanaraq DİN-nin 42 saylı möhürü ilə möhürlənmiş, baxış zamanı iştirakçılar tərəfindən heç bır yazılı qeyd, təklif və etiraz daxil olmamış, müstəntiq Elgiz Məmmədov tərəfindən protokol tərtib edilmiş və protokolu imzaları ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5, Şahid1 və Şahid6 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasınm əməliyyat şöbəsinin böyük inspektoru vəzifəsində işləyir, ədliyyə leytenantıdır. 11 yanvar 2020-ci il tarixdə saat 13 radələrində “İstintaq təcridxanalarının daxili intizam Qaydalarının 5-ci bəndinə əsasən Yasamal rayon Polis idarəsinin Müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasına keçirilərək təhvil verilmiş, barəsində Yasamal rayon məhkəməsi tərəfindən 03 (üç) ay həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs üzərinə xüsusi ayrılmış otaqda baxış keçirilmişdir. İstintaq daxil olan həbs edilmiş şəxslər müəssisənin böyük inspektoru və digər rütbəli vəzifəli şəxslər tərəfindən həyata keçirildiyindən Təqsirləndirilən şəxs üzərinə tam axtarışı onun rəhbərliyi ilə həyata keçirilmişdir. Qeyd olunan Qaydalara əsasən qəbul zamanı həbs edilmiş şəxslərin üzərində tam axtarış, onlara məxsus əşyalara isə baxış keçirilir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl iki nəfər müəssisədə cəza çəkən Şahid17 və Şahid18 hal şahidləri kimi dəvət etmişlər. Hal şahidlərinə Azərbaycan Respublikası CPM-nin 94-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah etmiş və Təqsirləndirilən şəxslə münasibətləri aydınlaşdırılmışdır. Hal şahidləri hüquq və vəzifələri ilə tanış olduqdan sonra Təqsirləndirilən şəxslə heç bir münasibətləri olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman düz bağırsağından anus dəliyi vasitəsi ilə bir ədəd şəffaf sellofana bükülü çıxmışdır. Ondan aşkar olunmuş şəffaf sellofon bükülü açıldıqda içərisində 02 ədəd üzərində “M 40” sözləri yazılmış boz rəngli dərman həbləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, onun üzərindən aşkar olunmuş “Metodon” həbləri narkotik vasitədir və özü istifadə edir, həbləri də anus dəliyi vasitəsi ilə düz bağırsağında özü gizlətmişdir. Ondan narkotik vasitə olan Metodon tabletlərini haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs Metodon həblərini Yasamal RPİ-nin MSY-də saxlanılan zaman yatdığı kamerada çarpayının altından tapdığını və bədənində gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd metodon həbləri istintaq təcrıdxanasında saxlanılan şəxslər tərəfindən hazırlanması, saxlanması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan edilmiş əşyaların siyahısında olan narkotik vasitələr, psixotrop maddələr və onların prekursolarına aid olduğundan tərəfindən baxış protokolu tərtib edilmiş və 02 (iki) ədəd üzərində “M 40” sözləri yazılmış boz rəngli dərman həbləri götürülmüşdür. Təqsirləndirilən şəxs götürülmüş həmin iki ədəd Metodon həbləri narkotik maddəyə aid olub-olmamasını, narkotik vasitədirsə hansı narkotik maddəyə aid olmasını, çəkisini müəyyən etmək məqsədilə məhkəmə kimyəvi ekpertizası keçirilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinə göndərilməsi məqsədilə hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq xüsusi paketə qoyulmuş və müəssisənin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 Şühadə oğlu, Şahid15, Şahid16 Şahid13 ilə eyni məzmunlu ifadələr verərək həmin xüsusatları bird aha təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, 25.12.2017-ci il tarixdə Səbail rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 1000 manat cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa soyğunçuluq cinayət əməlini törətdiyinə görə 30 may 2019-cu il tarixdə Səbail rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş və hal-hazırda Bakı İstintaq təcrıdxanasında cəza çəkir. Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti olmamışdır. 11 yanvar 2020-ci il tarixdə saat 13:15 dəqiqədə onu Bakı İstintaq Təcridxanasının əməliyyat şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Şahid13 hal şahidi qismində Daxili İşlər Nazirliyinin Yasamal RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı istintaq təcridxanasma təhvil verilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə həbs olunmuş şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün dəvət etmiş, Təcridxananın xüsusi ayrılmış otağında dəvət edilmiş digər hal şahidi Şahid18 və İstintaq təcridxanasının nəzarətçilərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ona və digər hal şahidinə Azərbaycan Respublikası CPM-nin 94-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun düz bağırsağından bir ədəd şəffaf sellofana bükülmüş, içərisində 02 (iki) ədəd üzərində “M 40” sözləri yazılmış boz rəngli dərman preparatları aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun düz bağırsağından aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş, içərisində 02 (iki) ədəd üzərində “M 40” sözləri yazılmış boz rəngli dərman preparatlarım Yasamal RPİ-nin müvəqqəti saxlama yerində olarkən saxlandığı kamerada yatdığı çarpayının altından tapdığını və bədənində ağrılar olduğuna görə əlverişli şərait olan zaman çıxardıb istifadə etmək üçün düz bağırsağında gizlətdiyini bildirmişdir. Ondan götürülmüş bir ədəd şəffaf sellofana bükülmüş, içərisində 02 (iki) ədəd üzərində “M 40” sözləri yazılmış boz rəngli dərman preparatlarını onun, Bakı istintaq təcridxanasının nəzarətçilərinin və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq xüsusi zərfə qoyuldu və zərfin üzəri möhürlə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 eyni məzmunlu ifadə verərək Şahid17 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yeri üzrə növbətçi işləyir. Onun xidməti vəzifəsi MSY-nə gətirilən tutulmuş və həbs edilmiş şəxslərin qəbul edilməsi, onların qeydiyyatının, şəxsi axtarışının aparılması, əşyalarının yoxlanılması, tibbi müayinədən keçirilməsi və kameralarda yerləşdirilməsi, eləcə də növbəni təhvil verən növbətçi ilə birgə kameraları və MSY-nin xidməti-təsərrüfat otaqlarını diqqətlə nəzərdən keçirmək, avadanlığın, rabitə və siqnal vasitələrinin işlək vəziyyətdə olmasını yoxlamaq, kameralarda saxlananların sayını müəyyənləşdirmək, onlara dair sənədləri yoxlamaq, səhhətləri ilə maraqlanmaq və şəxsi axtarış aparmaq və digər vəzifələri vardır. O, hər iki gündən bir MSY-də növbətçiliyi qəbul edir, Yasamal RPİ-nin MSY-də “Müvəqqəti Saxlama yerlərinin daxili intizam Qaydaları”nın tələbləri əsasında işlərini qururlar. 08 yanvar 2020-ci il tarixdə səhər saat 09:00-da o, növbətçiliyi qəbul etmiş, həmin gün saat 18:35 dəqiqədə Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatiçısı, polis baş leytenantı Elnur Hacıyevin tərtib etdiyi şübhəli şəxsi tutma haqqında protokola əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Təqsirləndirilən şəxs MSY-nə saxlanması üçün gətirilmişdir. O, “Müvəqqəti Saxlama yerlərinin daxili intizam Qaydaları’nın tələbləri əsasında Təqsirləndirilən şəxs qəbul etmiş və MSY-nin Post xidmətçisi, baş serjant Şahid8 ilə birlikdə Təqsirləndirilən şəxs MSY-yə qadağan olunmuş əşyaları keçirməməsi üçün üzərində şəxsi axtarış aparmış və ona məxsus əşyaları yoxlamışdır. Onun üzərində müvəqqəti saxlama yerlərində saxlanılan şəxslər tərəfindən hazırlanması, saxlanması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan edilmiş əşyalar, yaxud siyahıda olan narkotik vasitələr, psixotrop maddələr və onların prekursolarına aid heç bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs tibbi müayinədən keçirildikdən sonra MSY-nin 2 saylı kamerasına salınmışdır. Təqsirləndirilən şəxs istintaq təcridxanasma yeni gətirildiyi üçün iyirimi dörd saat müddətinə ilkin saxlanılma yerində (karantində) başqa həbs edilmiş şəxslərdən ayrı saxlanılmış, kamera post xidmətçisi Şahid8 tərəfindən yoxlanılmış və hər hansı bir qanunsuz əşya müəyyən olunmamışdır. 09 yanvar 2020-ci il tarixədə səhər saat 09-da növbətçiliyi başqa növbətçiyə təhvil vermişdir. 11 yanvar 2020-ci il tarixdə səhər saat 09:00- da MSY-də növbətçiliyi qəbul etmişdir. Təqsirləndirilən şəxs 2 saylı kamerada tək saxlanılmış, kameraya baxış keçirilmiş və hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Həmin gün saat 11:25 dəqiqədə Təqsirləndirilən şəxs MSY-nin müşaiyət dəstəsi tərəfindən Bakı İstintaq Təcridxanasma aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8, Şahid9, Şahid10, X4 və Şahid12 eyni məzmunlu ifadə verərək Şahid7 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 34-35-ci vərəqlərində olan 08 yanvar 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan və ona bir ədəd diskdə əlavə edilmiş videogrüntüdən (məhkəmə iclasında nümayiş etdirildən) aydın olur ki, həqiqətən də Təqsirləndirilən şəxs Əli oğlunun üzərindən şəxsi axtarış zamanı qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd göy rəngli «More» markalı siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 41-44-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 08.01.2020-ci il tarixli, 291 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «saxlanılan şəxs: Təqsirləndirilən şəxs» yazısı olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 11,210 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 1-ci cildinin 92-95-ci vərəqlərində olan 10 yanvar 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və ona bir ədəd diskdə əlavə edilmiş videogörüntüdən aydın olur ki, həqiqətən də Təqsirləndirilən şəxs Əli oğlunun iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsindəki xxxx ASC-yə məxsus 2455 saylı yarımstansiyasının yanında yerləşən sahibsiz tikiliyə baxış keçirilərkən həmin tikilinin ikinci mərtəbəsinin giriş hissəsinin önündə yerə qoyulmuş göy rəngli sellofan torbanın içərisində üzəri skoçla bağlanmış 01 ədəd qara rəngli bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 101-103-cü vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 10.01.2020-ci il tarixli 582 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, göy rəngli sellofan torbada üzəri skoçla bağlanmış qara rəngli bağlamada təmiz çəkisi - 14595,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 1-ci cildinin 105-110-cu vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 12.05.2020-ci il tarixli, 6/529 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs: Təqsirləndirilən şəxs» yazısı olan zərfdəki, zavod üsulu ilə hazırlanmış, üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb narkotik tərkibli dərman preparatıdır və 01 ədəd həbdə təsir edici maddə metadonun miqdarı 0.04 qram təşkil edir. Cinayət işinin 1-ci cildinin 132-134-cü vərəqlərində olan 1 1.01,2020-ci il tarixli məhkəmə-ekspertiza mərkəzinə verilmiş 601 saylı ekspert arayışına əsasən, ilkin tədqiqat zamanı vət. Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd metadon həblərin tərkibində təsir edici maddəsi metadonun ümumi miqdarı 0,08 qram olmuşdur. Metadon tərkibli dərman preparatı 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in İİ siyahısına daxildir. Cinayət işinin 2-ci cildinin 120-121-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 01.06.2020-ci il tarixli, 1410 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 278-ci vərəqində olan protokoldan görünür ki, 13.01.2020-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitələr maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Daha sonra həmin həmin narkotik vasitələr Sabunçu RPİ-nə göndərilmiş və Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri və iş üzrə digər sənədlərlə üst-üstə düşdüyündən, məhkəmə həmin ifadəni və qeyd olunan sənədləri ittihamın həlli üçün kifayət edən sübut növləri kimi qiymətləndirir. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ifadəsini, CPM-in 144-146-cı maddəsinə əsasən isə şərh olunan şahid ifadələrini, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut qismində qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq olan miqdar narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Həmin siyahının 12-ci bəndinə görə 500 qram və daha çox miqdar narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab edilmişdir. Həmin siyahının 13-cü bəndinə görə 1,6 qram və daha artıq miqdar narkotik vasitə olan metadon külli miqdar hesab edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə və fərdi yaşayış evinə baxış və götürmə aparılması zamanı qanunda nəzərdə tutulmuş külli miqdardan dəfələrlə artıq narkotik vasitə olan heroin, qurudulmuş marixuana və metadonun aşkar edilməsini Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 68-69 və 86-87-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 236-238-ci vərəqlərində olan Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 26.04.2010-cu il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin hökmü ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 16.12.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Təqsirləndirilən şəxs 26.04.2010-cu il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməllərini törətdiyindən bu, onun barəsində CM-nin 18.2-ci maddəsinə müvafiq olaraq cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən səmimi peşmançılığı cəzasını yüngülləşdirən hal hesab edilib. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halı, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 8 yanvar 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 01.06.2020-ci il tarixli, 1410 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 367,66 (üç yüz altmış yeddi manat altmış altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi çəkisi 14 kiloqram 595 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə, təmiz çəkisi 11,210 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, tərkibində təsir edici maddəsi metadonun ümumi miqdarı 0,08 qram olan 2 ədəd metodon həbi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri "Mərkəzi" Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 8 yanvar 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 367,66 (üç yüz altmış yeddi manat altmış altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi çəkisi 14 kiloqram 595 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə, təmiz çəkisi 11,210 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, tərkibində təsir edici maddəsi metadonun ümumi miqdarı 0,08 qram olan 2 ədəd metodon məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkil Müdafiəçi ödənilməli haqq 420 AZN (dörd yüz iyirmi manat) Bakı şəhəri Mərkəz vəkil bürosunun və X6 ogluna ödənilməli haqq 400 AZN ( dörd yüz manat) Bakı şəhəri Mərkəz vəkil bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Eldar Mikayılov

3. Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar