Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-455/2022 17.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs1, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 və Təqsirləndirilən şəxs iştirakları ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə ilkin dinləmələr apararaq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı yazılı vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə məhkəmə aidiyyətinin pozulduğu bildirib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işini məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Dövlət ittihamçısı yazılı vəsatətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ələ keçirmək məqsədi ilə 2014-cü ilin fevral ayında vətəndaş Zərərçəkmiş şəxs1 ilə danışığa girərək ona məxsus Xızı rayonu, Şurabad qəsəbəsində yerləşən sahəsi 3.77 ha olan kənd təsərrüfatı təyinatlı pay torpağını güya digər şəxsə 120.000 manat müqabilində satacağı bəhanəsi ilə Zərərçəkmiş şəxs1 aldadaraq həmin torpaq sahəsini pulun hissəsinin daha sonra veriləcəyi vədini verərək 07 fevral 2014-cü il tarixdə notariat qaydada 4.500 manat pulu beh olaraq verərək həmin torpaq sahəsini Şahid2 adına keçirməklə Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən torpaq sahəsini sənədləşdirəcəyini yalandan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə iki dəfəyə ilk dəfə Zərərçəkmiş şəxs3 2019-cu ilin aprel ayının ilk on günlüyündə metronun Elmlər Akademiyası stansiyası yaxınlığında 5.000 manat pulunu, sonuncu dəfə 2019-cu ilin aprel ayının ilk on günlüyündə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən ev-alqı satqı ofisinin qarşısında 4.000 manat alaraq vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 9.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində torpaq sahəsi alıb sənədləşdirəcəyini yalandan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə bir neçə dəfəyə ilk dəfə Zərərçəkmiş şəxs2 27 aprel 2019-cu il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən ev-alqı satqı ofisinin qarşısında 5.000 manatı R.X8-İslam vasitəsi ilə vermiş, ikinci dəfə 2019-cu ilin may ayının ikinci on günlüyündə Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanının qarşısında 3.500 manat pul vermiş, daha sonra 2019-cu ilin may ayının ilk on günlüyündə zərərçəkmiş Zərərçəkmiş şəxs2 tapşırığı İlə onun qardaşı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsində 1.500 manatı R.X8-İslam vasitəsi ilə vermiş, sonuncu dəfə 18 may 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 5.000 manat pulu Qaradağ rayonu, 28 May küçəsində Təqsirləndirilən şəxs alaraq vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 15.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edilməsi faktına dair toplanmış material üzrə 26 iyul 2019-cu il tarixdə Xızı RPŞ-də Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılmış, istintaqın gedişində 07 may 2021-ci il tarixdə əməl Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmiş, habelə həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində Xızı Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. 01 oktyabr 2021-ci il tarixdə Xızı RPŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi Bakı şəhəri Qaradağ RPİ-də istintaqı aparılan hazırkı cinayət işinə birləşdirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində törədilmiş cinayətlər az ağır cinayət, Xızı rayonu ərazisində törədilmiş cinayət isə ağır cinayət kateqoriyasına aiddir. Bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə aidiyyəti Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aiddir. Məhkəmə, dövlət ittihamçısı tərəfindən verilmiş yazılı vəsatətin dəlillərini müzakirə edib, habelə cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş yazılı vəsatət təmin edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyətinə əsasən Sumqayıt Ağır Cinatlər Məhkəməsinə göndərilməlidir. Belə ki, həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı ağır cinayəti Xızı rayonu ərazisinə törətmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində törədilmiş cinayətlər az ağır cinayət, Xızı rayonu ərazisində törədilmiş cinayət isə ağır cinayət kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yursisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxır. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclasının nəticələrinə dair müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli sərəncamına əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təsis edilmişdir. Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə 31 may 2021-ci il tarixli qərarından görünür ki, Xızı rayonu ərazisində törədilmiş ağır və xüsusilə ağır cinayətlərə baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ağır cinayətin törədildiyi yer olan Xızı rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2 və 75.1-ci maddələrinə əsasən hazırki cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstititsiyasının 62-ci maddəsinin tələbinə görə - hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmsına yol verilmir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin əsaslığını müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri əsaslı olduğundan, qeyd edilən qətimkan tədbirinin hazırki mərhələdə dəyişdirilməsinə zərurət olmadığından, eləcə də məhkəmə hazırlıq iclasının keçirilməsinin təmin edilməsi məqsədi ilə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətinə uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə, yəni 17 fevral 2022-ci il tarixədək uzadılsın.
3. Qərar icra edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin.