Məhkəmə qərarları › İş №1(101)-455/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-455/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-455/2025 18.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Rusiya Federasiyası, Tambov vilayəti, Tokarevsk rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, ev 51-də qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan təbdiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti məlum olmayan “Mehdi” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda “Mehdi” adlı şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 176,352 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 115,124 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib, narkotik vasitə heroini və psixotrop maddə metamfetaminin 105,927 qram hissəsini yaşadığı ünvan 1 ünvanında, psixotrop maddə metamfetaminin 9,197 qram hissəsini isə üzərində saxlamaqla daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 mart 2024-cü il tarixdə saat 21:00-da yaşadığı ünvan 1 ünvanının pəncərəsindən aşağı düşüb qaçmaq istəyən zaman saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin cibindən 1 bükümdə təmiz çəkisi 9,197 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, əməliyyat tədbirinin davamı olaraq 19 mart 2024-cü il tarixdə saat 01:05-də yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman mənzilin qonaq otağındakı kreslonun yük yerindən içərisində 5 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 58,485 qram, 98,038 qram, 8,674 qram, 1,738 qram, 1,499 qram olmaqla ümumi təmiz çəkisi 168,434 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 4 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 99,015 qram, 2,610 qram, 3,727 qram, 0,575 qram olmaqla ümumi təmiz çəkisi 105,927 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, qonaq otağındakı masanın üzərindən içərisində ümumi təmiz çəkisi 7,918 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroinin qalıqları və narkotik vasitəpsixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində heroinə məxsus izlər olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 mart 2024-cü il tarixdə saat 19:40 radələrində Memar Əcəmi metrostansiyasının yaxınlığında evində olarkən, qapı döyülmüşdür. O, qapının qlazokundan baxan zaman mülki geyimdə olan bir neçə adam görmüş, həmin şəxslər onun qapını açmasını yüksək səslə tələb etmişlər. Onun da əvvəllər dava-dalaşa görə düşmənləri olduğu üçün qapını açmağa qorxmuşdur. Bu zaman yataq otağına keçmişdir ki, əgər onlar qapını sındırsalar, balkona keçib 3-cü mərtəbədən aşağı tullansın. Bu zaman balkondan aşağı baxan vaxt orada 30-40 nəfər şəxsin olduğunu görmüşdür. Bundan sonra həmin şəxslər qapını sındırmış, o isə həmin şəxslər qapını sındıran zaman balkondan tullanmış və zirzəmidəki pilləkanın üstünə düşmüşdür. Bu zaman orada olan mülki geyimli şəxslər köynəyini başına keçirib onu asfalta yatırmışlar. Onu 19-cu PB-nə gətirmişlər. 3-cü mərtəbədən yıxıldığı üçün belindən zədə almışdır. Orada olan polislər onların dediklərini edib verdikləri narkotik vasitəni öz üzərinə götürəcəyi halda onu həkimə aparacaqlarını bildirmişlər. O da şəxsi axtarış zamanı məcbur olub polislərin dediklərini etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 2-3 il əvvəl onun dava-dalaşı olmuş, gələnlərin həmin məsələylə bağlı gəldiyini fikirləşmişdir. Həmin evdə kirayədə ailəsi ilə yaşamışdır. Polislər onu saxlayan zaman evdə tək olmuş, üzərində narkotik vasitə olmamışdır. Polislər onu saat 8-ə qalmış tutmuşlar. Evə baxış onun iştirakı olmadan həyata keçirilmişdir. Əvvəllər narkotik vasitə istifadə etmişdir. Narkotik vasitələrin marixuana növündən istifadə etmişdir. Polis bölməsində üzərinə keçirilən şəxsi axtarış zamanı narkotik vasitə aşkar olunmamışdır. 3-cü mərtəbədən yıxıldığı vaxt aldığı xəsarətlər ilə bağlı polislər onu həkimə aparmamışlar. O, internet kabeli çəkməklə məşğul olmuşdur. 3-cü mərtəbədən tullandığı zaman beli əzilmiş, ayağı şişmişdir. Aldığı xəsarətlər ilə bağlı ilk olaraq Bakı İstintaq Təcridxanasında tibbi yardım göstərilmişdir. MSY-də olduğu 9 gün müddətində iş üzrə hər hansı bir istintaq hərəkəti aparılmamışdır. Evə baxış üçün istintaq orqanına razılıq ilə bağlı hər hansı bir sənəd verməmişdir. Evə baxış keçirilməsi üçün ona hər hansı bir məhkəmə qərarı verilməmişdir. Polislər onu saxlayan zaman ailəsi qaynanasıgildə olmuşlar. Bakı İstintaq Təcridxanasına daxil olan zaman xəsarətlərinin izləri hələ də qalmaqda idi. Orada xəsarətlərini qeydə almışlar. Sanksiya məhkəməsinə çıxarılan zaman baş verənlər ilə bağlı hakimə heçnə deməmişdir. Sanksiya məhkəməsində baş verənlər ilə bağlı hakim ona sual verməmişdir. Polislər tərəfindən ona qarşı fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış gecə vaxtları olmuşdur. Polislər narkotik vasitəni boynuna götürməyini istədiyi vaxt onlara etiraz etmişdir. Polislər onların dediklərini etməsə onu həkimə aparmayacaqlarını bildirmişlər. Üzərinə keçirilən şəxsi axtarış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Bölmədə və evdə keçirilmiş baxışda olan videolarda ayaqüstə durmaqda çətinlik çəkmişdir. Şəxsi axtarış zamanı üzərindən çıxan açar yaşadığı mənzilin açarı olmamışdır. Şəxsi axtarışda olan şəxslərin hər biri evə baxışda da iştirak etmişdir. Mənzilə birinci olaraq polislər daxil olmuşlar. O, unitaza narkotik vasitə tökməmişdir. Polislər yaşadığı mənzilin qapısını sındırmışlar. Polis əməkdaşları onların dediklərini etsə, onun üçün təcili tibbi yardım çağıracaqlarını bildirmişlər. Evə baxış keçirildikdən sonra onu Nəsimi RPİ-nin MSY-nə aparmışlar. MSYdə bədəninə baxış keçirilməmiş və onun üçün həkim çağırılmamışdır. Ona birinci dəfə həkim yardımı Bakı İstintaq Təcridxanasında göstərilmişdir. Maddi sübut kimi tanınmış dəftərlər ona məxsus deyil. İbtidai istintaq zamanı adından yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasında anadan olsa da, təxminən 1 yaşı tamam olduqdan sonra ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasından Azərbaycan Respublikasının Bakı şəhərinə köçərək hazırkı vaxta qədər burada yaşayır. Azərbaycan dilinin latın qrafikası ilə sərbəst yazıboxuya bilir. 18 mart 2024-cü il tarixdə yaşadığı ünvan 1 ünvanının pəncərəsindən baxarkən polis əməkdaşlarının onu axtarmasından şübhələnmiş, pəncərədən aşağı düşüb qaçmaq istəyərkən yıxılaraq xəsarət almış və həmin tarixdə saat 21:00 dəqiqədə polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasına aparılmışdır. Orada ona hüquqları izah olunaraq dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunacağı bildirilmiş və təqdim olunmuş siyahıdan müdafiəçi seçdikdən sonra həmin müdafiəçi polis şöbəsinə dəvət olunmuşdur. Sonra o, müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi izah olunduqda buna etiraz etməmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onu təqdim etməsi təklif olunduqda əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuş və onu istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Sonra əynində olan gödəkçəsinin sol yan cibindən 2 (iki) ədəd üzərilərində 4098 5844 9601 0701 və 5239 1517 6783 4452 nömrələri olan plastik bank kartlarını, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsini və 1 (bir) ədəd açarı, əynində olan şalvarının sol yan cibindən 1 (bir) ədəd markasını və içərisindəki nömrəni bilmədiyi və 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefonları, o cümlədən 63 (altmış üç) manat pulu təqdim etmişdir. Daha sonra onun üzərinə polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə qablaşdırılaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı və digər mobil telefon, 2 (iki) ədəd bank kartı və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi ona izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd açar, 63 (altmış üç) manat pul isə onun özünə geri qaytarılmışdır. Verilən şifahi suallara cavab olaraq o, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Mehdi” adlı şəxsin vasitəsi ilə 1 (bir) həftə əvvəl Sumqayıt şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə, yaşadığı mənzildə olan kütlələri isə sonuncunun göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Mehdi” adlı şəxsin ona 1000 (min) manat pul verəcəyini, həmçinin Bakı şəhəri, Nəsimi rayonunda yaşadığı mənzildə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Sonra polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə onun yaşadığı ünvan 1 ünvanına getmişlər. Baxış və götürmə aparılmasından əvvəl o, bu barədə qərarla tanış edilmiş, sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi ona təklif edildikdə mənzilin qonaq otağında olan kreslonun alt hissəsindən 5 (beş) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 4 (dörd) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmçinin, masanın üzərindən 1 (bir) ədəd elektron tərəzini, 3 (üç) ədəd dəftəri, ayaq yolu çanağına atdığı narkotik vasitələrin və psixotrop maddələrin sellofan torbalarını təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin ümumilikdə çəkisi 181 (yüz səksən bir) qram, metamfetaminə bənzər kütlənin ümumilikdə çəkisi 114 (yüz on dörd) qram olmuşdur. Daha sonra həmin kütlələr, elektron tərəzi, sellofan torbalar içərisində narkotik vasitə qalıqlarının olub-olmamasının müəyyən edilməsi üçün qablaşdırılmış və götürülmüşdür. Əhəmiyyət kəsb etdiyi üçün 3 (üç) ədəd dəftər də ona izah verildikdən sonra götürülmüşdür. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya sənədlər aşkar edilməmişdir. Verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Mehdi” adlı şəxsin vasitəsi ilə 1 (bir) həftə əvvəl Sumqayıt şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə ona 1000 (min) manat pul verəcəyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə edir. Bu fəaliyyətlə məşğul olmağından heç kimin xəbəri yoxdur. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasa da İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxsin ona göndərdiyi narkotik vasitələri və psixotrop maddələri sonuncunun dediyi ünvanlara qoymaq üçün həmin şəxs ona 1000 manat pul söz vermiş, həmin şəxslə onun arasında bu cür razılaşma olmuşdur (cild 1, iş vərəqi 68-71). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonunun inzibati ərazisində onların dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat BNMİnin rəisinə 18 mart 2024-cü il tarixdə tərəfindən raportla məruzə olunmuş və əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında müvafiq qərar təsdiq edildikdən sonra əməliyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində onların əməliyyat mövqeləri müəyyən edilmişdir. 18 mart 2024-cü il tarixdə saat təxminən 21:00 radələrində ünvan 1 ünvanına məxsus mənzilin pəncərəsindən baxan və əlaməltəri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan şəxs mənzilin pəncərəsindən düşüb qaçmaq istəyərkən tərəflərindən saxlanılmış, xidməti vəsiqələrini həmin şəxsə göstərərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasına gətirmişlər. Raport əsasında araşdırmanın aparılması Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Yelmar Vahabova həvalə edilmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati inzibati binasında olan otaqlardan birinə daxil olduqdan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah edilmişdir ki, onun üstünə şəxsi axtarış aparılacaq. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz əşya və maddə varsa onları təhvil versin. Təqsirləndirilən şəxs bildirmişdir ki, 18 mart 2024-cü il tarixdə yaşadığı mənzilin pəncərəsindən baxarkən polis əməkdaşlarının onu axtarmasından şübhələndiyindən yaşadığı mənzildə saxladığı narkotik vasitələrin və psixotrop maddələrin bir hissəsini sanitar qovşağında yerləşən ayaq yolu çanağına ataraq suyu çəkmiş, narkotik və psixotrop maddələrin bir hissəsi mənzildə qalmışdır. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd qara rəngli sellofan bükümü, digər ciblərindən 2 ədəd mobil telefonu, 4098 5844 9601 0701 nömrəli “Leo” bank kartını və 5239 1517 6783 4452 nömrəli "xxxx" ASC-yə məxsus bank kartını, şəxsiyyət vəsiqəsini, bir ədəd açarı və 63 manat pul vəsaitini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs qara rəngli polietilen bükümdəkinin metamfetamin olduğunu və metamfetamini istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı ünvan 1 ünvanda heroin və metamfetamin var və Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış aparılması məqsədilə razılıq verərək buna görə də razılıq ərizəsi yazmışdır. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə əməliyyat tədbirinin davamı olaraq 19 mart 2024-cü tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda baxış aparılmışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzilin qonaq otağında narkotik vasitələri və metamfetamini gizlətdiyi kreslonu göstərmişdir. Təqsirləndirilən şəxs qonaq otağında olan kreslonu göstərib bildirmişdir ki, həmin kreslonun yük yerində narkotik və metamfetamin vardır. Həmin kreslonun yük yeri açıldıqdan sonra kreslonun yük yerində qara rəngli polietilen bağlamanın olduğu aşkar edilmişdir. Həmin bağlama açıldıqda içərisində 8 ədəd bükümün olduğu müəyyən edilmişdir. Bükümlərdən biri açılan zaman isə həmin bükümün içərisində 2 ədəd polietilen bükümün olduğu müəyyən edilmişdir. Beləliklə də bükümlərin ümumi sayı 9 ədəd olmuşdur. 4 ədəd bükümün içərisində şəffaf rəngli kristal formalı maddənin, 5 ədəd bükümdə isə spesifik iyə malik qəhvəyi rəngli maddənin olduğu müəyyən edilmişdir. Bundan başqa həmin otaqda masanın üzərində elektron tərəzi, 2 ədəd dəftər və 1 ədəd qeydiyyat kitabçası, sanitar qovşağına atılan narkotik vasitə və metamfetaminlərin saxlandığı polietilen torbalar da aşkar edilmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs 3-cü mərtəbədən tullanan zaman yüngül xəsarət almışdır. Təqsirləndirilən şəxs iştirakı ilə evə baxış keçirilmişdir. Polis əməkdaşları 3 nəfər olmuşlar. Əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, sonradan evə baxış keçirilmişdir. Onlar binanın arxasında, Şahid2 isə binanın qabağında olmuşlar. Təqsirləndirilən şəxs özünü yerə atmazdan əvvəl mənzilin qapısını döyməmişdik. Renatın yıxıldıqdan sonra vəziyyəti yaxşı idi. Renatın tutub yerə tullandığı barmaqlıqlar ikinci mərtəbədə yerləşirmiş, sonuncu tullanan zaman onlar həyətdə olmuşlar. Renata həkim çağırmağı təklif etsək də, o, yaxşı olduğunu həkimə ehtiyac olmadığını bildirmişdir. Şahid1 də saxlanılan zaman orada idi. Renatın olduğu mənzil 3-cü mərtəbədə idi. Renat onların gəldiyindən şübhələndiyi üçün özünü 3-cü mərtəbədən atmışdır. Sonuncuya qarşı fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqi 131-135). Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Renat Allazov onun kürəkənidir. Renat tutulan gün nəvələrinə paltar götürmək üçün Renatın kirayə yaşadığı evə getmişdir. Həmin vaxt evin qapısının sındırıldığını görmüşdür. Evə daxil olan vaxt orada iki nəfər var idi. Həmin şəxslər ondan kim olduğunu və burada nə etdiyini soruşduqda, Renatın qaynanası olduğunu deyib, sonuncunun harada olduğunu soruşmuşdur. Həmin şəxslər Renatın tutulduğunu bildirmişlər. Şahid X4 məhkəmədə ona verilən suallara cavab olaraq göstərmişdir ki, O, Renatın qaldığı evə gedən vaxt evin qapısı sındırılmışdır. Evə daxil olarkən orada olan iki nəfər ondan kim olduğumu soruşmuş, o isə Renatın qaynanası olduğumu demişdir. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirmişlər. Hadisədən 2 gün sonra ev sahibləri gedib əşyaları götürmələrini istəmişlər. Qızı ilə kürəkəni Renat qeyri-rəsmi evlidirlər. Onların 3 yaşlı uşağı var və kirayədə yaşamışlar. Renat tutulan gün qızı onun evinə gəlmişdir. Polis əməkdaşlarının qanunsuz əməlləri barədə heç bir dövlət orqanına şikayət etməmişdir. Əvvəlcə Renatın nəyə görə tutulduğunu bilməsə də, sonradan narkotik vasitə əldə etdiyinə görə tutulduğunu öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. Hadisə baş verən gün Renatın qaynanası ona zəng edib Renatın polislər tərəfindən saxlanıldığını bildirmiş, o da bu barədə Renatın atasına xəbər vermişdir. Bundan sonra Renatın atası ilə onun qaldığı kirayə mənzilə getmişlər. Mənzilin qapısı sındırılmış, ev sahibi isə evdə olmuşdur. Sonra orada olanlardan Renat barədə məlumat öyrənməyə çalışmışdır. Şahid X7 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, əvvəllər Renatın yaşadığı kirayə mənzildə olmamışdır. Renatın atası ilə həmin məznilə gedən vaxt mənzilə daxil olmuşlar. Renatın tutulmasını ona qaynanası xəbər vermişdir. Renatın yaşadığı mənzilə atası ilə birlikdə getmişlər. Həmin vaxt ev yiyəsi mənzildə olmuş və Renatın polislər tərəfindən evin qapısı qırılaraq aparıldığını bildirmişdir. Şahidlər X4 və X7 məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs məhkəmədə verilən ittiham üzrə kirayə yaşadığı ünvan 1 ünvanında narkotik vasitə və psixotrop maddə saxlayıb-saxlaması, polis əməkdaşları evə baxış keçirərkən evdən qeyd edilən maddələrin aşkar edilib-edilməməsi barədə heç bir xüsusata aydınlıq gətirmədiyindən, məhkəmə onların ifadələrini iş üçün əhəmiyyətli hesab etmir. Cinayət işinin materiallarında olan 18 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin cibindən 1 bükümdə 9,197 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop metamfetamin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 29-32). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklər Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X5 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda aparılmış baxış zamanı mənzilin qonaq otağındakı kreslonun yük yerindən içərisində 5 bükümdə külli miqdarda ümumi təmiz çəkisi 168,434 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 4 bükümdə ümumi təmiz çəkisi 105,927 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin olan polietilen bağlama, üzərində qəhvəyi rəngli maddə qalıqları olmaqla ümumi təmiz çəkisi 7,918 qram təşkil edən kustar üsulla hazırlanmış heroin olan şəffaf polietilen torbalar, üzərində heroin izləri olan bir ədəd elektron tərəzi, narkotik vasitələrin və psixotrop maddələrin hesabatının aparıldığı 2 ədəd dəftər və 1 ədəd qara rəngli qeydiyyat kitabçası aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 35-36). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə aparılmış “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin nəticələrini özündə əks etdirən videogörüntülər olan 1 ədəd “DVD” diskə və onun yaşadığı ünvan 1 ünvanda aparılmış “baxış və götürmə” istintaq hərəkətlərinin nəticələrini özündə əks etdirən videogörüntülər olan 2 ədəd “DVD” diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılmış və bu barədə protokol tərtib edilmişdir. “DVD” disklərə baxış aparılarkən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən 1 bükümdə 9,197 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop metamfetaminin, yaşadığı ünvan 1 ünvanda aparılmış baxış zamanı mənzilin qonaq otağındakı kreslonun yük yerindən içərisində 5 bükümdə külli miqdarda ümumi təmiz çəkisi 168,434 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 4 bükümdə ümumi təmiz çəkisi 105,927 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin olan polietilen bağlama, üzərində qəhvəyi rəngli maddə qalıqları olmaqla ümumi təmiz çəkisi 7,918 qram təşkil edən kustar üsulla hazırlanmış heroin olan şəffaf polietilen torbalar, üzərində heroin izləri olan bir ədəd elektron tərəzi, narkotik vasitələrin və psixotrop maddələrin hesabatının aparıldığı 2 ədəd dəftər və 1 ədəd qara rəngli qeydiyyat kitabçası aşkar olunaraq götürülməsi faktı bir daha öz təsdiqini tapmışdır (cild 1, iş vərəqi 184-185). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü tarixli, 3-16- 16/2- 6/1598 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi, Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,197 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi, Təqsirləndirilən şəxs yaşadığı ünvanda təqdim etdiyi kütlələr, şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamadakı 5 (beş) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 58,485 qram, 98,038 qram, 8,674 qram, 1,738 qram, 1,499 qram, ümumi təmiz çəkisi 168,434 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 99,015 qram, 2,610 qram, 3,727 qram, 0,575 qram, ümumi təmiz çəkisi 105,927 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Şəffaf polietilen torbalarda olan qəhvəyi rəngli maddə qalıqları kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və heorinin ümumi təmiz çəkisi 7,918 qram təşkil edir. Bir ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır, iz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 115,124 qramdır və həmin metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinlər yaşadığı ünvandan aşkar edilmiş torbaların içərisində olan heroin qalıqları ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Ellazovdan aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 176,352 qramdır (Qeyd: 1. Üzərindən götürülmüş metamfetaminin təmiz çəkisi 9,197 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 9,097 qram; 2. Yaşadığı ünvandan götürülmüş heroinin ümumi təmiz çəkisi 168,434 qram, tədqiqata sərf edildi 0,6 qram, qalıq 167,834 qram, metamfetaminin ümumi təmiz çəkisi 105,927 qram, tədqiqata sərf edildi 0,35 qram, qalıq 105,577 qram;

3. Torbaların içərisindən aşkar edilmiş heroinin təmiz çəkisi 7,918 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 7,868 qram; cild 1, iş vərəqi 46-49). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli 4587 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 181- 182). Cinayət işinin materiallarında olan 6 iyul 2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Bakcell” mobil operatoruna aid (055)-231-12-35 mobil telefon nömrəsinə aid texniki məlumatların qeyd edildiyi “Bakcell” mobil operatorundan daxil olmuş 1 (bir) ədəd “CD” diskə aparılmış baxış zamanı Təqsirləndirilən şəxsla müxtəlif şəxslərlə aralarında yazılmış və narkotik vasitələrin alış-satışını əks etdirən “Qardaşım 2 dənə ayrı. Ayrı yarı daş visyo” kimi sms mətnləri aşkar edilmişdir (cild 1, iş vərəqi 186-189). Cinayət işinin materiallarında olan 6 iyul 2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda aparılmış baxış zamanı götürülmüş 2 ədəd yazı dəftərinə və 1 ədəd qara rəngli üzlüyü olan qeydiyyat kitabçasına tərəfimdən cinayət işi üzrə Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılmış, baxış zamanı məlum olmuşdur ki, 2 ədəd yazı dəftərində və 1 ədəd qara rəngli üzlüyü olan qeydiyyat kitabçasında ayrı-ayrılıqda yazılmış rəqəmlərin bəzilərinin qarşısında “Ot” sözü, bəzi rəqəmlərin qarşısında “t” və “P” hərfləri qeyd edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 2 ədəd yazı dəftərində və 1 ədəd qara rəngli üzlüyü olan qeydiyyat kitabçasında olan yazılar onun özü tərəfindən yazılmışdır. Həmin dəftərlərdə və qeydiyyat kitabçasında satmış olduğu narkotik və psixitrop maddələrin qeydiyyatını aparmış, rəqəmlər bükümlərin sayıdır, “Ot” sözü narkotik vasitə olan marixuana, “t” hərfi narkotik vasitə olan heroin və tiryək, “P” hərfi isə narkomanlar arasında “patı” kimi tanınan psixotrop maddə metamfetamin olaraq nəzərdə tutmuşdur (cild 1, iş vərəqi 190). Cinayət işinin materiallarında olan Bakı İstintaq Təcridxanasının 29 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə təcridxanaya yerləşdirilmiş və ilkin tibbi müayinədən keçirilmişdir. Sorğu zaman Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmiş, bədəninə baxış zamanı belin sağ tərəfində, sağ baldırın ön səthində köhnə çapıqlar aşkar edilmişdir (cild 2). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 4 sentyabr 2024-cü il tarixli məktub və ona əlavə edilmiş “X6 saxlanılan şəxslərin uçotu” kitabı, “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabı, müayinə aktı və iltizamın surətindən görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman yaşadığı evin pəncərəsindən qaçmaq istəyərkən yıxılıb bel nahiyəsi və sol ayağının topuq hissəsindən xəsarətlər almış və həkim tərəfindən müayinə olunmaqdan imtina etmiş, sonradan 19 mart 2024cü il tarixdə həkim-terapevt tərəfindən müayinə edilmiş və ayağında, belində və bədəninin müxtəlif yerlərində zədələr olsa da, şikayəti olmadığını bildirmişdir (cild 2). Cinayət işinin materiallarında olan 9 iyul 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və tövsif edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Rafık oğlunun üzərinə şəxsi axtarış və xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış aparılan zaman götürülmüş ümumi təmiz çəkisi 115,124 qram olan psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 176,352 qram olan narkotik vasitə heroin, narkotik vasitələrin və psixotrop maddələrin hesabatının aparıldığı 2 ədəd dəftər və 1 ədəd qara rəngli qeydiyyat kitabçası, 1 ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 114,674 qram psixotrop maddə metamfetamin və 175,702 qram narkotik vasitə heroin, o cümlədən psixotrop maddələrin hesabatının aparıldığı 2 ədəd dəftər və 1 ədəd qara rəngli qeydiyyat kitabçası, 1 ədəd elektron tərəzi saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, “Şəxsi axtarış və götürmə” və o cümlədən “Baxış və götürmə” istintaq hərəkətlərinin gedişatını əks etdirən videogörüntülər olan 2 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 208-227). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 142-143). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 20). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 mart 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 mart 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 87-90). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü Ellazova Lamiyə adlı 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 174). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 18 mart 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməklə o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxsn üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 114,674 qram psixotrop maddə metamfetamin, 175,702 qram narkotik vasitə heroin, 2 ədəd dəftər, 1 ədəd qara rəngli qeydiyyat kitabçası və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD” disk və yaşadığı mənzilə baxış və götürmə zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD” disk olmaqla ümumilikdə 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 18 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxsn üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 114,674 qram psixotrop maddə metamfetamin, 175,702 qram narkotik vasitə heroin, 2 ədəd dəftər, 1 ədəd qara rəngli qeydiyyat kitabçası və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD” disk və yaşadığı mənzilə baxış və götürmə zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD” disk olmaqla ümumilikdə 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Səbuhi Hüseynov

Hakimlər: Cavid Huseynov

Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar