Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-456/2020 09.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov x11 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi x5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 6 sentyabr 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş (Nəsimi rayon məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 19 noyabr 2016-cı il tarixdə isə cəzasının sonu ilə azad olunmuş), məhkumluğu ödənilmiş, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 522,969 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 56,559 qram çəkidə külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryəki, 1,64 qram çəkidə külli miqdarda 41 ədəd narkotik vasitə olan metadon həblərini və 8,044 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq yaşadığı ünvan 1-də saxlamış, 30 oktyabr 2019-cu il tarixdə saat 20:00 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmiş, PB-də Təqsirləndirilən şəxs oğlunun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins materialdan hazırlanmış şalvarın sağ yan cibindən satış məqsədilə əldə etdiyi narkotik vasitə olan heroinin siqaretin gümüşü rəngli kağızına bükülmüş 10 büküm olmaqla çəkiləri 0,205 qram, 0,100 qram, 0,173 qram, 0,274 qram, 0,187 qram, 0,478 qram, 0,79 qram, 0,05 qram, 0,432 qram və 0,128 qram olan ümumi çəkisi 2,817 qram külli miqdarda hissəsi aşkar edilərək götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs oğlunun yaşadığı ünvan 1-ə keçirilən axtarış zamanı qonaq otağında olan güzgülü rəfin dolablarından 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 349 qram külli miqdarda narkotik vasitə olan heroin, 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 171,152 qram külli miqdarda narkotik vasitə olan heroin, 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 56,559 qram külli miqdarda narkotik vasitə olan tiryək, 1 ədəd şəffaf qabda 41 ədəd 1,64 qram çəkidə külli miqdarda narkotik vasitə olan metadon həbləri və 1 ədəd üzərində “Smetana” yazısı olan plastik qabda təmiz çəkisi 8,044 qram külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, Xutor qəsəbəsi, 4-cü aşırım döngəsi 1, ev 4 ünvanında yaşamışdır. 30 oktyabr 2019-cu il tarixdə yaşadığı evdə olarkən mülki geyimdə olan polis əməkdaşları evə zorla daxil olaraq onu və əmisi oğlu x9 RPİ-nin 16-cı Polis Şöbəsinə aparmışlar. Bölmədə polis əməkdaşları etirafedici ifadə verməyəcəyi halda onunla birlikdə əmisi oğlu Boranı da tutacaqlarını demişlər. O da məcbur olub polis əməkdaşları ilə razılaşmışdır. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərinə, daha sonra da evinə baxış keçirilmişdir. Üzərinə baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. 30 qram metamfetamin və 10 büküm kokos onundur, ittiham aktında qeyd edilən digər narkotik vasitələr ona aid deyil. Evinə 12 nəfər polis əməkdaşı gəlmişdir. Polislər ona qarşı psixi təsir göstərmişlər. O, polis əməkdaşlarına müqavimət göstərməmiş, polislər qapını sındıraraq içəri girmişlər. O, həmin maddələri İran vətəndaşından almış, həmin şəxsin ad və soyadını bilmir, ibtidai istintaq zamanı həmin ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və buna görə də təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı ifadəsində görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-də xidməti otaqlardan birində videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış zamanı üzərində siqaretin gümüşü rəngli kağızına bükülmüş 10 büküm narkotik vasitə olan heroin əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən çıxaradaraq polis əməkdaşlarına təqdim edərək həmin bükümlərin içərisindəki narkotik vasitə olan heroin olduğuna, həmin heroinləri İran İslam Respublikasının vətəndaşından alaraq satmaq məqsədilə üzərində gəzdirdiyinə, yaşadığı ünvan 1-də müxtəlif növ narkotik vasitələr olduğunu, onun ərizəsi əsasında yaşadığı ünvan 1-də polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə axtarış keçirilməsinə, yaşadığı evin 2-ci mərtəbəsidə olan qonaq otağının içərisində qarşı tərəfdə olan güzgülü rəfin sol yan dolabından üzərində “Chirana” sözü yazılmış karton materialdan olan qutunu, içərisində tünd qəhvəyi rəngli maddə olan sellofon torbaya qoyulmuş boşqabı, gümüşü rəngli üzəri qapaqlı mücrünü, içərisində ağ rəngli kristal maddələr olan 1 ədəd üzərində “Smetana” yazılmış qapaqlı plastik qabı, 2 ədəd elektron tərəzini çıxararaq polis əməkdaşlarına təqdim etdiyinə, “Chirana” sözü yazılmış karton materialdan olan qutunu açaraq içərisindən üzərində “SPAR” sözü yazılmış sellofan torbada olan maddəni polis əməkdaşlarına təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olduğuna, boşqabın içərisində olan sellofan torbadakı maddənin narkotik vasitə olan heroin olduğuna, gümüşü rəngli mücrünü açaraq içərisində olan qara rəngli daş formalı maddəni və içərisində həblər olan kiçik şəffaf rəngli plastik qutunu təqdim edərək qara rəngli daş formalı spesifik iyə malik maddənin narkotik vasitə olan tiryək olduğuna, şəffaf rəngli plastik qutunun içərisindəki maddənin isə dərman formalı narkotik vasitə olan metadon olduğuna, üzərində göy hərflərlə “Smetana” sözü yazılmış ağ rəngli plastik qabın içərisində olan ağ rəngli kristal maddələrin isə “şüşə” adlanan narkotik maddə olan metamfetamin olduğuna, “Chirana” sözü yazılmış kartondan olan qutunun içərisindən 1 ədəd alışqan, 1 ədəd fırça, 1 ədəd qayçı, 1 ədəd göy rəngli qutunun içərisində 1 ədəd kəsici dəmir alət, müxtəlif ölçülü 6 ədəd siqaretin gümüşü rəngli və 2 ədəd qızılı rəngli kağızları aşkar olunduğuna, mücrünün içərisindən 2 ədəd “Analgin”, 1 ədəd “Novakain”, 2 ədəd “Dimedrol” dərman pereparatları olan şüşə flakonlar olduğuna, həmin otağın sol küncündə yerləşən divanın arxasındakı kiçik şkafın üstündən götürüb təqdim etdiyi üzərində “Chirana” sözləri yazılmış karton materialdan olan qutunun içərisində 5 ədəd bint, 1 ədəd üzərində “Naftazin” yazısı olan dərman preparatı və 35 ədəd “Chirana” markalı şpris aşkar edildiyinə, sorğu zamanı yaşadığı evdən aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələrin ona məxsus olduğuna, onun həmin narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə İran İslam Respublikasının vətəndaşından aldığına, satmaq və öz istifadəsi üçün yaşadığı evdə saxladığına, üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri təxminən 1 ay bundan əvvəl yalnız adının Əmirulla olduğunu bildiyi İran İslam Respublikası vətəndaşından 10.000 manata almasına, evindən aşkar edilmiş şprisi və digər dərmanları isə özü istifadə etməsinə, yaşadığı evə keçirilən axtarış zamanı həmin evdən aşkar edilmiş 52 ədəd 1 manatlıq, 6 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq əskinazları və 3 ədəd 20 qəpiklik dəmir pulları narkotik vasitə sataraq qazanmasına dair etirafedici ifadə vermişdir (cild 1, iş vərəqə 78-82). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini mötəbər hesab edir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs oğlunun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 oktyabr 2019-cu il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-nə Əbülfət adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə Nərimanov RPİ-nin 16-cı PB-nin rəhbərliyinə raportla məruzə olunub icazə alındıqdan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra o, Nərimanov RPİ-nin 16-cı PB-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Şahid5 və Şahid4 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbiri keçirilmişdir. Belə ki, 30 oktyabr 2019-cu il tarixdə saat 20:00 radələrində əməliyyat qrupunun digər üzvləri ilə birlikdə ünvan 2 ünvanının qarşısına gələrək orada özlərinə mövqe seçib həmin ərazini əməliyyat müşahidəsi altına almışlar. Bu vaxt həmin ünvanın qarşısında əməliyyat məlumatına əsasən zahiri əlamətlərinə görə Əbülfət adlı şəxsə oxşayan şəxsi görüb dərhal əməliyyat qrupunun digər üzvləri ilə birlikdə həmin şəxsə yaxınlaşmış və xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib həmin şəxsdən ad və soyadını soruşmuşlar. Həmin şəxs şəxsiyyəti barədə onlara məlumat verərək Təqsirləndirilən şəxs oğlu olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs oğluna narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olduğunu bildirmiş və bu məlumatın yoxlanılması üçün onu RPİ-nin 16-cı PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə Polis Bölməsinə getməyə razılıq vermişdir. Abuşov x8 Bölməsinə gətirildikdən sonra bu barədə tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilmiş və raportun icrası bölmənin təhqiqatçısı Novruz Novruzova həvalə olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, saxlanılan şəxs ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs oğludur. Təhqiqatçı tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs oğluna təqdim edildikdən sonra onun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs oğlundan üzərində qanunsuz əşya olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 10 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş açıq qəhvəyi rəngli, tozşəkilli və spesifik qoxuya malik olan maddələri könüllü olaraq onlara təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərin içindəkinin nə olduğunu, haradan və hansı məqsədlə əldə etməsini soruşduqda o, təqdim etdiyi 10 ədəd bükümün kakos adı ilə tanınan heroin olduğunu və həmin narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş maddələr bütün iştirakçıların yanında qablaşdırılıb PB-nin 218 saylı möhürü ilə möhürlənmiş və qablaşdırmanın üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar. Təqsirləndirilən şəxs oğlunun üzərindən başqa qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evində də satış məqsədilə əldə edib saxladığı bir neçə növ narkotik maddələr olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğluna yaşadığı evdə axtarış və götürmə aparılacağını dedikdə o, heç bir etiraz etməyərək yaşadığı evdə axtarış və götürmə aparılmasına icazə verməyi ilə bağlı ərizə yazmışdır. Sonra onun, digər polis əməkdaşları Şahid2, Şahid3 və Şahid5, eləcə də, şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində axtarış və götürmə aparılması üçün həmin ünvana getmişlər. Qeyd edilən ünvana çatdıqda orada ikimərtəbəli yaşayış evinin olması müəyyən olunmuşdur. Onlar iştirakçılarla birlikdə həmin evin ikinci mərtəbəsinə qalxmışlar. Orada Təqsirləndirilən şəxs gizlətdiyi narkotik vasitələri könüllü təqdim etmək təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs oğlu otağın içərisində qarşı tərəfdə olan güzgülü rəfin sol yan dolabından üzərində “Chirana” sözü yazılmış karton materialdan olan qutunu, içərisində tünd qəhvəyi rəngli maddə olan sellofan torba qoyulmuş boşqabı, gümüşü rəngli üzəri qapaqlı mücrünü, içərisində ağ rəngli kristal maddələr olan 1 ədəd üzərində “Smetana” sözü yazılmış qapaqlı plastik qabı və iki ədəd elektron tərəzini çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs oğlu “Chirana” sözü yazılmış karton materialdan olan qutunu açıb içərisindən üzərində “SPAR” sözü yazılmış sellofan torbada olan spesifik iyə malik olan tünd qəhvəyi rəngli maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirmiş, sonra da boşqabın içərisində olan sellofan torbadakı tünd qəhvəyi rəngli spesifik iyə malik olan maddənin isə narkotik vasitə olan heroin olduğunu demişdir. Təqsirləndirilən şəxs həmçinin gümüşü rəngli mücrünü açaraq içərisində olan qara rəngli daş formalı spesifik iyə malik olan maddəni və içərisində həblər olan kiçik şəffaf rəngli plastik qutunu təqdim edərək qara rəngli daş formalı spesifik iyə malik olan maddənin narkotik vasitə olan tiryək olduğunu, şəffaf rəngli plastik qutunun içərisindəkinin isə dərman formalı narkotik vasitə olan metadon olduğunu bildirmiş, sonra da göy hərflərlə “Smetana” sözü yazılmış ağ rəngli plastik qabın içərisində olan ağ rəngli kristal maddələrin isə şüşə adı ilə tanınan psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Bundan başqa üzərində “Chirana” sözü yazılmış kartondan olan qutunun içərisindən 1 ədəd alışqan, 1 ədəd fırça, 1 ədəd qayçı, göy rəngli qutunun içərisindən isə 1 ədəd kəsici dəmir alət, müxtəlif ölçülü 6 ədəd siqaretin gümüşü rəngli və 2 ədəd qızılı rəngli kağızlar aşkar olunmuşdur. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi mücrünün içərisindən 2 ədəd “Analgin”, 1 ədəd “Novakain”, 2 ədəd “Dimedrol” dərman preparatları olan şüşə flakonlar, həmin otağın sol küncündə yerləşən divanın arxasındakı kiçik şkafın üstündən götürüb təqdim etdiyi üzərində “Chirana” sözləri yazılmış karton materialdan olan qutunun içərisindən 5 ədəd bint, 1 ədəd üzərində “Naftazin” yazısı olan dərman preparatı və 35 ədəd “Chirana” markalı şpris aşkar edilmişdir. Bundan başqa masanın üzərindən qara rəngli “Polo” sözü yazılmış kiçik əl çantası aşkar olunmuşdur. Həmin çantanın içərisinə baxıldıqda Təqsirləndirilən şəxs oğluna məxsus AD 127556 seriyalı sürücülük vəsiqəsi, “Vaz 21011” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi, “Hyundai Sonata” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi, 1 ədəd “Spar” mağazasının bonus kartı, 1 ədəd “Omid” mağazasının bonus kartı, 1 ədəd bənövşəyi rəngli alışqan, 1 ədəd rəngli yapışqan, 1 ədəd qara rəngli pul kisəsi, 52 ədəd 1 manatlıq, 6 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq və 3 ədəd 20 qəpiklik pul əskinazları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs oğlu pul kisəsindən aşkar edilmiş pulların hamısını narkotik maddələrin satışından əldə etdiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs sorğu zamanı yaşadığı evdən aşkar olunmuş narkotik və psixotrop vasitələri satış məqsədilə İran vətəndaşından aldığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğlunun yaşadığı evə axtarış keçirilmiş və onun yaşadığı evdə başqa qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs oğlunun yaşadığı evdən aşkar edilmiş maddələr iştirakçıların və şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə qablaşdırılmış və 218 nömrəli möhürlə möhürlənmişdir. Həmçinin axtarış keçirilərkən aşkar edilmiş digər əşyalar da təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və 218 nömrəli möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxsə yaşadığı evin qarşısında yaxınlaşmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Axtarış və götürmə zamanı videoçəkilişdən istifadə olunmuş, Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid5 və Şahid4 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2019-cu il tarixli 27249 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı olan zərfdəki 10 ədəd bükümdə ümumi təmiz çəkisi 2,817 qram (ayrı-ayrılıqda təmiz çəkiləri 0,205 qram, 0,1 qram, 0,173 qram, 0,274 qram, 0,187 qram, 0,478 qram, 0,79 qram, 0,05 qram, 0,432 qram və 0,128 qram) olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: Heroinin ümumi təmiz çəkisi 2,817 qram, tədqiqata sərf edildi 0,15 qam, qalıq 2,667 qram, cild 1, iş vərəqə 53-55). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2019-cu il tarixli 27250 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı olan 2 (iki) ədəd kağız paketdəki: - 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 349 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi və 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 171,152 qram qəhvəyi və tünd qəhvəyi rəngli daşlaşmış hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 520,152 qramdır; - 1 (bir) ədəd üzərində “Smetana” yazısı olan plastik qabda təmiz çəkisi 8,044 qram ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir; - 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 56,559 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; - 1 (bir) ədəd şəffaf plastik qabda 41 ədəd, üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 41 ədəd həbdə təsiredici maddə metadonun ümumi miqdarı 1,64 qramdır (bir həbdə 0,04 qram metadon olmaqla). Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildir (Qeyd: Heroinin ümumi təmiz çəkisi 520,152 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 519,952 qram, metamfetaminin təmiz çəkisi 8,044 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 7,944 qram. Tiryəkin təmiz çəkisi 56,559 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 56,459 qram. 41 ədəd metadon tərkibli həblərdən 2 həb tədqiqata sərf edildi, qalıq 39 həb, cild 1, iş vərəqə 48-50). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2019-cu il tarixli 30348 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,190 qram, 0,085 qram, 0,158 qram, 0,259 qram, 0,172 qram, 0,463 qram, 0,775 qram, 0,035 qram, 0,417 qram, 0,113 qram, ümumi təmiz çəkisi 2,667 qram olan narkotik vasitə heroinlə bir ədəd bükümdə ümumi təmiz çəkisi 348,90 qram olan narkotik vasitə heroin kimyəvi komponent tərkiblərinə görə eynidir, təmiz çəkisi 171,052 qram olan narkotik vasitə heroinlə isə kimyəvi komponent tərkibləri fərqlidir. Üzərində “...Təqsirləndirilən şəxs oğlunun yaşadığı ...1 ədəd qayçı...” sözləri olan bir ədəd kağız paketdəki 2 ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin, bir ədəd göy rəngli qabdakı ülgücün səthində narkotik vasitə tiryəkin izləri vardır. 1 ədəd qayçı, 1 ədəd pinset və 1 ədəd fırçanın səthində və 35 ədəd şprisin içərisində narkotik vasitə və psixotrop maddə izləri yoxdur. Üzərində “...Təqsirləndirilən şəxs oğlunun yaşadığı ...2 ədəd analgin...” sözləri olan bir ədəd kağız paketdəki 2 ədəd “Analqin 500 mq/ml 2 ml”, 2 ədəd “Dimedrol 10 mq/ml”, 1 ədəd “Novokain- Zdorovğe 2 ml”, 1 ədəd “Naftizin 0,1% 20 ml” dərman preparatları dərman formalarına və kimyəvi tərkiblərinə görə (müvafiq olaraq analgin, dimedrol, novokain və ya naftizin) adlarına uyğundur və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”-na və “Güclü təsir edən maddələrin və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”-na daxil deyildir. Üzərində “...Təqsirləndirilən şəxs oğlunun yaşadığı ...35 ədəd...” sözləri olan kağız yapışdırılmış karton qutudakı 35 ədəd şprisin içərisində narkotik vasitə və psixotrop maddə izləri yoxdur (Qeyd: 1 №-li paketdəki heroinin təmiz çəkisi 2,667 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 2,467 qram, 2 №-li paketdəki heroinin ümumi təmiz çəkisi 519,952 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 519,752 qram, cild 1, iş vərəqə 203-206). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8 yanvar 2020-ci il tarixli 30347 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd metal predmet kustar üsulla hazırlanmış təsərrüfat-məişət təyinatlı kağız, karton, faner və s. kəsmək üçün nəzərdə tutulmuş kəsici-batıcı xassəli alətin tiyəsidir, soyuq silah hesab edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd qayçı zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qayçıdır, soyuq silah hesab edilməmişdir (cild 1, iş vərəqə 209-211). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator x1 14 noyabr 2019-cu il tarixli 2718 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 168-169). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik x4 Məhkəmə Psixiatrik Ekspertizasının 15 noyabr 2019-cu il tarixli 2354 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlunda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Cinayət işinin materiallarından və psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Yoxlanılan şəxs öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs oğlunun məcburi müalicəyə ehtiyacı olmamışdır (cild 1, iş vərəqə 171-172). Cinayət işinin materiallarında olan 30 oktyabr 2019-cu il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs oğlu əynində olan qara rəngli cins parçadan olan şalvarın sağ yan cibindən 10 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş açıq qəhvəyi rəngli, toz şəkilli spesifik iyə malik olan maddələri təqdim etmiş və təqdim etdiyi 10 ədəd bükümlərin içərisində olan maddənin “kakos” adlanan narkotik vasitə heroin olmasını və həmin 10 bükümün ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs oğlunun təqdim etdiyi cibindən 10 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş açıq qəhvəyi rəngli, toz şəkilli spesifik iyə malik olan narkotik vasitəyə bənzər bükümlər özünün və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyularaq 218 №-li möhürlə möhürlənmişdir (cild 1, iş vərəqə 30-31). Cinayət işinin materiallarında olan 30 oktyabr 2019-cu il tarixli “Ərizə əsasında evdə axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 30 oktyabr 2019-cu il tarixdə saat 22:40 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun ərizəsi əsasında onun yaşadığı ünvan 2 ünvanında axtarış və götürmə aparılmışdır. Baxış zamanı həmin evin həyət evi olmaqla iki mərtəbədən ibarət olması müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu evin ikinci mərtəbəsində olan qonaq otağında olarkən ona evdə gizlətdiyi narkotik vasitələri könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs oğlu otağın içərisində qarşı tərəfdə olan güzgülü rəfin sol yan dolabından üzərində “Chirana” sözü yazılmış karton materialdan olan qutunu, içərisində tünd qəhvəyi rəngli maddə olan sellofon torba qoyulmuş boşqabı, gümüşü rəngli üzəri qapaqlı mücrünü, içərisində ağ rəngli kristal maddələr olan 1 ədəd üzərində “Smetana” yazılmış qapaqlı plastik qabı, iki ədəd elektron tərəzini çıxararaq təqdim etmiş və otaqda olan stolun üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu “Chirana” sözü yazılmış karton materialdan olan qutunu açaraq içərisindən üzərində “SPAR” sözü yazılmış sellofan torbada olan spesifik iyə malik olan tünd qəhvəyi rəngli maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs boşqabın içərisində olan sellofan torbadakı tünd qəhvəyi rəngli spesifik iyə malik olan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra gümüşü rəngli mücrünü açaraq içərisində olan qara rəngli daş formalı spesifik iyə malik maddəni və içərisində həblər olan kiçik şəffaf rəngli plastik qutunu təqdim edərək qara rəngli daş formalı spesifik iyə malik maddənin narkotik vasitə olan tiryək olduğunu, şəffaf rəngli plastik qutununun içərindəkinin isə dərman formalı narkotik vasitə olan metadon olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs oğlu üzərində göy hərflərlə “Smetana” sözü yazılmış ağ rəngli plastik qabın içərisində olan ağ rəngli kristal maddələrin isə “şüşə” adlandırılan narkotik maddə olan metamfetamin olduğunu demişdir. Bundan başqa üzərində “Chirana” sözü yazılmış kartondan olan qutunun içərisindən 1 ədəd alışqan, 1 ədəd fırca, 1 ədəd qayçı, 1 ədəd göy rəngli qutunun içərisində 1 ədəd kəsici dəmir alət, müxtəlif ölçülü 6 ədəd siqaretin gümüşü rəngli və 2 ədəd qızılı rəngli kağızları aşkar olunmuşdur. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi mücrünün içərisindən 2 ədəd “Analgin”, 1 ədəd “Novakain”, 2 ədəd “Dimedrol” dərman preparatları olan şüşə flakonlar, həmin otağın sol küncündə yerləşən divanın arxasındakı kiçik şkafın üstündən götürüb təqdim etdiyi üzərində “Chirana” sözləri yazılmış karton materialından olan qutunun içərisində 5 ədəd bint, 1 ədəd üzərində “Naftazin” yazısı olan dərman preparatı və 35 ədəd “Chirana” markalı şpris aşkar edilmişdir. Bundan başqa qonaq otağında olan stolun üzərindən qara rəngli üzərində “Polo” sözü yazılmış kiçik əl çantası aşkar olunmuşdur. Həmin çantanın içərisinə baxıldıqda oradan Təqsirləndirilən şəxs oğluna məxsus AD 127556 seriyalı sürücülük vəsiqəsi, “Vaz 21011” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi, “Hyundai Sonata” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi, 1 ədəd “Spar” mağazasının bonus kartı, 1 ədəd “Omid” mağazasının bonus kartı, 1 ədəd bənövşəyi rəngli alışqan, 1 ədəd rəngli yapışqan, 1 ədəd qara rəngli pul kisəsi, 52 ədəd 1 manatlıq, 6 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq əskinazlar və 3 ədəd 20 qəpiklik pul əskinazları aşkar olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu pul kisəsindən aşkar edilmiş pulun hamısını narkotik maddələrin satışından əldə etdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar maddələr iştirakçıların və şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə qablaşdırılmış və 218 nömrəli möhürlə möhürlənmişdir. Aşkar olunmuş və protokolda qeyd olunmuş digər əşyalar da iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmış və 218 nömrəli möhürlə möhürlənmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu sorğu zamanı yaşadığı evdən aşkar olunmuş narkotik vasitələri satış məqsədilə İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğlunun yaşadığı evə axtarış keçirilmiş və onun yaşadığı evdə başqa qanunsuz heç bir əşya və predmet aşkar edilməmişdir (cild 1, iş vərəqə 39-41). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskin üzərində əlyazma ilə Təqsirləndirilən şəxs sözləri yazılmışdır. “HP W2072a” kompüter vasitəsilə diskdə olan videogörüntüyə baxılarkən müəyyən olunmuşdur ki, özünü Təqsirləndirilən şəxs oğlu kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan qara rəngli cins parçadan olan şalvarın sağ yan cibindən 10 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş açıq qəhvəyi rəngli, toz şəkilli maddələri təqdim etmiş və təqdim etdiyi 10 ədəd bükümlərin içərisində olan maddənin “kakos” adlanan narkotik vasitə heroin olmasını və İran İslam Respublikasının vətəndaşından almasını bildirmişdir (cild 1, iş vərəqə 165). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun yaşadığı evdə aparılan axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskin üzərində əlyazma ilə Təqsirləndirilən şəxs sözləri yazılmışdır. “HP W2072a” kompüter vasitəsilə diskdə olan videogörüntüyə baxılarkən müəyyən olunmuşdur ki, özünü Təqsirləndirilən şəxs oğlu kimi təqdim edən şəxsin yaşadığı evdə müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə axtarış və götürmə aparılan zaman o, təhqiqatçının təklifi ilə yaşadığı evin qonaq otağının içərisində qarşı tərəfdə olan güzgülü rəfin sol yan dolabından üzərində “Chirana” sözü yazılmış karton materialdan olan qutunu, içərisində tünd qəhvəyi rəngli maddə olan sellofon torba qoyulmuş boşqabı, gümüşü rəngli üzəri qapaqlı mücrünü, içərisində ağ rəngli kristal maddələr olan 1 ədəd üzərində “Smetana” yazılmış qapaqlı plastik qabı, iki ədəd elektron tərəzini çıxarıb təqdim edərək otaqda olan stolun üzərinə qoymuş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu “Chirana” sözü yazılmış karton materialdan olan qutunu açaraq içərisindən üzərində “SPAR” sözü yazılmış sellofan torbada olan tünd qəhvəyi rəngli maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs boşqabın içərisində olan sellofan torbadakı tünd qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin olduğunu demişdir. Təqsirləndirilən şəxs daha sonra gümüşü rəngli mücrünü açaraq içərisində olan qara rəngli daş formalı maddəni və içərisində həblər olan kiçik şəffaf rəngli plastik qutunu təqdim edərək qara rəngli daş formalı maddənin narkotik vasitə olan tiryək olduğunu, şəffaf rəngli plastmas qutununun içərindəkinin isə dərman formalı narkotik vasitə olan metadon olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs oğlu üzərində göy hərflərlə “Smetana” sözü yazılmış ağ rəngli plastik qabın içərisində olan ağ rəngli kristal maddələrin isə “şüşə” adlandırılan narkotik maddə olan metamfetamin olduğunu demişdir (cild 1, iş vərəqə 166). Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanıma haqqında” 23 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş 2,817 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və onun yaşadığı evdən aşkar edilmiş ümumi çəkisi 520,152 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, heroinlərin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 2,667 qram və519,952 qram hissəsi, ümumi çəkisi 8,044 qram ağ rəngli kristaldan ibarət maddədən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, metamfetaminin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 7,944 qram hissəsi, ümumi çəkisi 56,559 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, tiryəkin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 56,459 qram hissəsi, ümumi çəkisi 1,64 qram olmaqla 41 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş dairəvi formalı həblər metadon tərkibli dərman preparatı, metadon tərkibli dərman preparatlarının aparılmış tədqiqatlardan sonra qalıq qalmış ümumi miqdarı 1,56 qram olan 39 ədəd həb, Təqsirləndirilən şəxs oğlunun yaşadığı evə axtarış keçirilən zaman aşkar edilmiş 2 ədəd elektron tərəzi, 1 ədəd alışqan, 1 ədəd fırça, 1 ədəd qayçı, 1 ədəd kəsici dəmir alət, müxtəlif ölçülü 6 ədəd siqaretin gümüşü rəngli və 2 ədəd qızılı rəngli kağızları, 2 ədəd “Analqin 500 mq/ml 2 ml”, 2 ədəd “Dimedrol 10 mq/ml”, 1 ədəd “Novokain-Zdorovğe 2 ml”, dərman preparatları, 5 ədəd bint, 1 ədəd “Naftizin 0,1% 20 ml” dərman preparatı və 35 ədəd “Chirana” markalı şpris, 52 ədəd 1 manatlıq, 6 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq və 3 ədəd 20 qəpiklik pul əskinazları maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqə 230-233). Cinayət işinin materiallarından görünür ki, “sübutların qiymətləndirilməsi haqqında” 24 yanvar 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs oğlunun üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 1 ədəd DVD-R formatlı disk və onun yaşadığı evdə aparılan axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 1 ədəd DVD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 236-251). Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 24 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi mənbə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 253-254). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x2 verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Abuşov x6 rayon məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 19 noyabr 2016-cı il tarixdə isə cəzasının sonu ilə həbsdən azad olunmuşdur (cild 1, iş vərəqə 118-120; 150-155; 158; 196-201). Təqsirləndirilən şəxs oğlunun törətdiyi son cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs oğlu hazırki cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs oğlu həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (cild 1, iş vərəqə 113). Məhkəmə Təqsirləndirilən şəxs oğlunun müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 30 oktyabr 2019-cu il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22-23). İş materiallarında olan Nərimanov rayon məhkəməsinin 1 noyabr 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 oktyabr 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 91-93). Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni 30 oktyabr 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 373 manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 2,667 qram və519,952 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 7,944 qramağ rəngli kristaldan ibarət maddədən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin,56,459 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək, 1,56 qram olan 39 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş dairəvi formalı metadon tərkibli dərman preparatı olan həblər, Təqsirləndirilən şəxs oğlunun yaşadığı evə axtarış keçirilən zaman aşkar edilmiş 2 ədəd elektron tərəzi, 1 ədəd alışqan, 1 ədəd fırça, 1 ədəd qayçı, 1 ədəd kəsici dəmir alət, müxtəlif ölçülü 6 ədəd siqaretin gümüşü rəngli və 2 ədəd qızılı rəngli kağızları, 2 ədəd “Analqin 500 mq/ml 2 ml”, 2 ədəd “Dimedrol 10 mq/ml”, 1 ədəd “Novokain-Zdorovğe 2 ml”, dərman preparatları, 5 ədəd bint, 1 ədəd “Naftizin 0,1% 20 ml” dərman preparatı və 35 ədəd “Chirana” markalı şpris Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs oğlunun üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 1 ədəd DVD-R formatlı disk və Təqsirləndirilən şəxs oğlunun yaşadığı evdə aparılan axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 1 ədəd DVD-R formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Həmin normanın tələblərini nəzərə alıb məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 52 ədəd 1 manatlıq, 6 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq və 3 ədəd 20 qəpiklik pul əskinazları - cəmi 92,60 manat pul Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinin tələbinə görə xüsusi müsadirə olunaraq dövlət nəfinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 oktyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 373 manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 2,667 qram və519,952 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 7,944 qramağ rəngli kristaldan ibarət maddədən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin,56,459 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək, 1,56 qram olan 39 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş dairəvi formalı metadon tərkibli dərman preparatı olan həblər, Təqsirləndirilən şəxs oğlunun yaşadığı evə axtarış keçirilən zaman aşkar edilmiş 2 ədəd elektron tərəzi, 1 ədəd alışqan, 1 ədəd fırça, 1 ədəd qayçı, 1 ədəd kəsici dəmir alət, müxtəlif ölçülü 6 ədəd siqaretin gümüşü rəngli və 2 ədəd qızılı rəngli kağızları, 2 ədəd “Analqin 500 mq/ml 2 ml”, 2 ədəd “Dimedrol 10 mq/ml”, 1 ədəd “Novokain-Zdorovğe 2 ml”, dərman preparatları, 5 ədəd bint, 1 ədəd “Naftizin 0,1% 20 ml” dərman preparatı və 35 ədəd “Chirana” markalı şpris Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilsin, Təqsirləndirilən şəxs oğlunun üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 1 ədəd DVD-R formatlı disk və Təqsirləndirilən şəxs oğlunun yaşadığı evdə aparılan axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 1 ədəd DVD-R formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan və Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 52 ədəd 1 manatlıq, 6 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq və 3 ədəd 20 qəpiklik pul əskinazları - cəmi 92,60 manat pul xüsusi müsadirə olunaraq dövlət nəfinə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-456/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-456/2020
09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver