Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-456/2021 13.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrli yi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7 və hakim köməkçisi X3, Dövlət ittihamçıları– Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayət Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları Dövlət ittihamçısı1 və X1, Müdafiəçilər – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Sumqayıt regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Zərər çəkmiş şəxsin hüquqi varisi – X2, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi – Qanuni nümayəndə2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi – Qanuni nümayəndə1, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – Nümayəndə2 və Nümayəndə1, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx xxx 2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.3 və 221.3-cü maddələri ilə, xx xxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə, xx xxxxxx 2003-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 19 iyul 2020-ci il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən “Laçın təndiri” çörək mağazasının qarşısında tanışı Zərərçəkmiş şəxs2 ilə zarafat edib əyləndiyinə görə sonuncunun ona irad tutması ilə bağlı aralarında yaranmış mübahisə zamanı insanların gediş-gəliş üçün istifadə etdiyi yolda ətrafda çoxsaylı insanların olmasına məhəl qoymayaraq onların rahatlığını birgə yaşayış normalarına zidd olaraq pozduğunu dərk edib səs-küy salaraq və ünvansız nalayiq sözlər işlədib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zorun tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmaqla xuliqanlıq etmiş, daha sonra, hadisə yerinin yaxınlığında olan avtomobildə əyləşən Sumqayıt şəhər sakinləri Zərərçəkmiş şəxs3, Şahid1 və Zərərçəkmiş şəxs1 onun Zərərçəkmiş şəxs2 qarşı etdiyi qanunazidd hərəkətlərinin qarşısını almaq və onları sakitləşdirmək üçün əyləşdikləri avtomobildən düşərək həmin yerə yaxınlaşdıqda, o, bir daha, yanında olan qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zorun tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərini davam etdirmiş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 üzərinə hücum edərək sonuncuya yumruq zərbələri, Təqsirləndirilən şəxs3 isə öz növbəsində Zərərçəkmiş şəxs3 təpik zərbəsi vurmuş, o, isə Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirib onların cinayət əməllərinin qarşısını almaq məqsədi ilə Təqsirləndirilən şəxs2 tutaraq geri çəkmək istədiyini görüb, heç bir səbəb olmadan özünü ətrafdakı şəxslərin fövqündə qoyub istənilən məsələni zor gücünə həll etmək iqtidarında olduğunu nümayiş etdirərək qrup üzvlərinin ümumi niyyətindən kənara çıxaraq Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə üzərində gəzdirdiyi məişət təyinatlı turist bıçağı ilə sonuncuya ölümünə səbəb olan həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə 04 ədəd bıçaq zərbəsi endirməklə Zərərçəkmiş şəxs1 döş boşluğuna nüfuz etməyən dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid 03 ədəd kəsilmiş-deşilmiş yaraları, döş boşluğuna nüfuz edən sol ağciyəri və ürəyin sol mədəciyini zədələyən döş qəfəsinin aşağı tış hissəsinin yarası ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid olan 01 ədəd xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozaraq, bir qrup şəxslə ictimai qaydanı pozulmasının qarşısını alan şəxsə qarşı müqavimət göstərməklə silah qismində istifadə olunan əşyadan istifadə edib qərəzli xuliqanlıq etmiş, eyni zamanda ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs2 19 iyul 2020-ci il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən “Laçın təndiri” çörək mağazasının qarşısında qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 ilə zarafat edib əyləndiyinə görə sonuncunun Təqsirləndirilən şəxs1 irad tutması ilə bağlı aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs1 qərəzli xuliqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurduqda Təqsirləndirilən şəxs1 qanunazidd hərəkətlərinin qarşısını almaq və onları sakitləşdirmək üçün hadisə yerinin yaxınlığında olan avtomobildə əyləşən Sumqayıt şəhər sakinləri Zərərçəkmiş şəxs3, Şahid1 və Zərərçəkmiş şəxs1 avtomobildən düşərək həmin yerə yaxınlaşdıqda Təqsirləndirilən şəxs3 ilə birlikdə qardaşı Təqsirləndirilən şəxs1 qanunazidd hərəkətlərinə qoşularaq bir qrup şəxs halında insanların gediş-gəliş üçün istifadə etdiyi yolda ətrafda çoxsaylı insanların olmasına məhəl qoymayıb onların rahatlığını birgə yaşayış normalarına zidd olaraq pozduğunu dərk edib səs-küy salaraq və ucadan ünvansız nalayiq sözlər işlədib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zorun tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək mübahisəni sakitləşdirməklə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs3 başına və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri, eyni zamanda Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs3 qarın nahiyəsinə təpik zərbəsi vurmuş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirib onların cinayət əməllərinin qarşısını almaq məqsədi ilə onu tutaraq geri çəkmək istədiyini görüb, heç bir səbəb olmadan özünü ətrafdakı şəxslərin fövqündə qoyub istənilən məsələni zor gücünə həll etmək iqtidarında olduğunu nümayiş etdirərək qrup üzvlərinin ümumi niyyətindən kənara çıxaraq Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə üzərində gəzdirdiyi məişət təyinatlı turist bıçağı ilə sonuncuya ölümünə səbəb olan həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə 04 ədəd bıçaq zərbəsi endirməklə Zərərçəkmiş şəxs1 döş boşluğuna nüfuz etməyən dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid 03 ədəd kəsilmiş-deşilmiş yaraları, döş boşluğuna nüfuz edən sol ağciyəri və ürəyin sol mədəciyini zədələyən döş qəfəsinin aşağı tış hissəsinin yarası ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid olan 01 ədəd xəsarət yetirməklə Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, bununla da, Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 19 iyul 2020-ci il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən “Laçın təndiri” çörək mağazasının qarşısında tanışı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 ilə zarafat edib əyləndiyinə görə sonuncunun Təqsirləndirilən şəxs1 irad tutması ilə bağlı aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs1 qərəzli xuliqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurduqda Təqsirləndirilən şəxs1 qanunazidd hərəkətlərinin qarşısını almaq və onları sakitləşdirmək üçün hadisə yerinin yaxınlığında olan avtomobildə əyləşən Sumqayıt şəhər sakinləri Zərərçəkmiş şəxs3, Şahid1 və Zərərçəkmiş şəxs1 avtomobildən düşərək həmin yerə yaxınlaşdıqda Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs1 qanunazidd hərəkətlərinə qoşularaq bir qrup şəxs halında insanların gediş-gəliş üçün istifadə etdiyi yolda ətrafda çoxsaylı insanların olmasına məhəl qoymayıb onların rahatlığını birgə yaşayış normalarına zidd olaraq pozduğunu dərk edib səs-küy salaraq və ucadan ünvansız nalayiq sözlər işlədib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zorun tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək mübahisəni sakitləşdirməklə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs3 qarın nahiyəsinə təpik zərbəsi, eyni zamanda Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 başına və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurmuş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirib onların cinayət əməllərinin qarşısını almaq məqsədi ilə Təqsirləndirilən şəxs2 tutaraq geri çəkmək istədiyini görüb, heç bir səbəb olmadan özünü ətrafdakı şəxslərin fövqündə qoyub istənilən məsələni zor gücünə həll etmək iqtidarında olduğunu nümayiş etdirərək qrup üzvlərinin ümumi niyyətindən kənara çıxaraq Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə üzərində gəzdirdiyi məişət təyinatlı turist bıçağı ilə sonuncuya ölümünə səbəb olan həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə 04 ədəd bıçaq zərbəsi endirməklə Zərərçəkmiş şəxs1 döş boşluğuna nüfuz etməyən dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid 03 ədəd kəsilmiş-deşilmiş yaraları, döş boşluğuna nüfuz edən sol ağciyəri və ürəyin sol mədəciyini zədələyən döş qəfəsinin aşağı tış hissəsinin yarası ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid olan 01 ədəd xəsarət yetirməklə Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, bununla da, Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etmişdir. Məhkəmədə qanuni nümayəndə və müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 iyul 2020-ci il tarixdə təxminən saat 21 radələrində həyətə düşməyə hazırlaşan zaman qardaşı Əziz işdən evə gəlmiş, sonuncu ona çox uzağa getməməsini, birazdan həyətə düşəcəyini bildirib ona pivə içməyi təklif etmişdir. O, evdən çıxaraq həyətə düşmüş, yaxınlıqda yerləşən “Göyçay” marketin qarşısına gəlmiş, daha sonra dostu Kərim də oraya gəlmiş, onlar birlikdə marketin yanından pivə, daha sonra isə “Göyçay” marketdən saçaqlı pendir, tum, stəkan və s. almışlar. O, marketdən çıxdıqdan sonra evə qalxaraq pendiri doğramaq üçün evdən bazarda işləyən zaman istifadə etdiyi boz rəngli dəstəyi olan bıçağı götürüb yenidən həyətə düşmüş, Əziz ona zəng edərək marketin yaxınlığındakı çay evində oturub pivə içdiyini deyib oraya çağırmışdır. O, Kərimlə birlikdə Əzizin yanına getmiş, daha sonra Kərim “Göyçay” marketin yanında tanışını gördüyü üçün yanına getmişdir. O, mağazadan aldığı pendiri evdən götürdüyü boz rəngli bıçaqla doğramış, bıçağı arxa cibinə qoymuş və Əzizlə birlikdə pivə içmişlər. Daha sonra Kərim onların yanlarına gəlmişdir. Həmin vaxt yan stolda 3 nəfər tanımadığı şəxs oturmuş, bir az sonra Kərin sinif yoldaşı Yusif gələrək onlarla görüşmüş, sonra yan stolda oturan şəxslərin yanına gedib həmin şəxslərlə söhbət etməyə başlamışlar. Daha sonra onunla və Kərimlə eyni məktəbdə oxuyan Rüfət də həmin şəxslərin yanına gəlmişdir. Bir az pivə içdikdən sonra qardaşı Əziz və Kərimlə birlikdə qalxıb “Göyçay” marketin yanında söhbət etməyə başlamışlar. Bir qədər sonra yan stolda oturan 3 nəfər şəxs “Göyçay” marketin yanına gələrək orada olan boz rəngli “Mercedes C-class” markalı avtomobilə minərək getmişlər. Daha sonra Rüfətlə Yusif də onların yanına gəlmiş, bir az söhbət etdikdən sonra Kərim Rüfətin qolunda olan boz rəngli saatı baxmaq üçün Rüfətdən götürmüş, saata baxdıqdan sonra zarafat məqsədilə saatı Əzizə vermiş, Əziz saatı qoluna taxmağa çalışsa da saat qoluna olmamış və daha sonra saatı Rüfətə geri qaytarmışlar. Daha sonra Kərim Rüfətdən baxmaq üçün pul qabını istəmiş, Rüfət pul qabını Kərimə vermiş, Kərim pul qabının içindən Rüfətə məxsus pulu götürmüş, Rüfət narazılıq etdikdə Kərim Rüfətə zarafat etdiyini, pulunu qaytaracağını demişdir. Kərim daha sonra pulun bir hissəsini Rüfətə qaytarmış və zarafat məqsədilə qalan 5 manat pulu ona vermişdir. Kərimin Rüfətə nə qədər pul qaytardığını bilməmişdir. Kərim pulu ona verdikdən sonra Rüfət onunla kobud danışaraq pulu geri qaytarmasını tələb etmiş, o da qardaşı Əzizin yanında Rüfətlə mübahisə etməmək üçün sonuncunu kənara çəkərək “Göyçay” marketin yaxınlığındakı “Laçın təndiri” çörək mağazasının yanına getmişdir. Onlar söhbət edən zaman Kərimlə Yusif də onların yanlarına gəlmiş, qardaşı Əziz isə marketin yanında dayanıb uzaqdan baxmışdır. O, Rüfətə pulu zarafat məqsədilə götürdüyünü desə də, sonuncu yenidən kobud danışmağa başlamışdır. Bu zaman bayaq yan stolda olan şəxslər boz rəngli “Mercedes C-class” markalı avtomobillə həmin yerə gəlib maşını orada saxlamışlar. Maşın gəldikdən sonra Rüfət getməli olduğunu deyərək yenidən pulunu geri istəmiş, o, Rüfətin 5 manat pulunu geri qaytarmış, lakin sonuncu əlavə 1 manat pulunun da onda olduğunu demişdir. Rüfətə onda pul olmadığını desə də, sonuncu yenidən onunla kobud danışdığı üçün əsəbləşərək Rüfətin üzünə yumruq zərbəsi vurmuş və sonuncunun üzərinə getmişdir. Bu zaman Kərim onu tutaraq geri çəkdikdə, o, qarışıqlıq yarandığını, “Mercedes C-class” markalı avtomobildə olan 3 nəfər şəxsin onlara tərəf gəldiklərini görmüş, həmin vaxt hadisədən sonra adının Ramid olduğunu bildiyi, şəxsin qardaşı Əzizin boynundan tutaraq özünə tərəf çəkdiyini görmüş, arxa cibindən evdən götürdüyü boz rəngli bıçağı çıxararaq həmin şəxsin üzərinə getmiş və sağ əlində tutduğu boz dəstəkli bıçaqla Ramidə səhv etmirsə 3 bıçaq zərbəsi vurmuş və “sən kimin qardaşını boğursan”, “mənim qardaşımı təkləməyin” deyə qışqırmağa başlamışdır. Sonra qarışıqlıq yaranmış, polis əməkdaşları Əzizlə onu tutaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışlar. Törətdiyi əmələ görə peşmandır. Məhkəmədə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 iyul 2020-ci il tarixdə təxminən saat 21 radələrində “əşya bazarından” evə qayıtdıqda qardaşı Fərid evdə olmuş, sonuncu həyətə düşməyə hazırlaşmış, Fəridə çox uzağa getməməsini, bir azdan həyətə düşəcəyini deyərək pivə içməyi təklif etmişdir. Təxminən 15-20 dəqiqə sonra həyətə düşmüş, “Göyçay” marketin yanından pivə alaraq yaxınlıqdakı çay evində oturub pivə içməyə başlamışdır. Daha sonra Fəridə zəng edərək mağazadan pendir, tum almasını deyib pivə içməyə çağırmışdır. Fərid mağazadan tum, pendir alıb eyni məktəbdə təhsil aldığı Kərimlə birlikdə onun yanına gəlmiş, daha sonra Kərim “Göyçay” marketin yanında tanışını gördüyü üçün yanına getmişdir. Fərid onunla birlikdə oturmuş, mağazadan aldığı pendiri evdən götürdüyü boz rəngli bıçaqla doğramış, pivə içməyə başlamışlar. Sonra Kərim yanlarına gəlmiş, həmin vaxt yan stolda 3 nəfər tanımadığı adam oturmuş, bir az sonra Kərimin sinif yoldaşı Yusif yanlarına gələrək onlarla görüşmüş və yan stolda oturan şəxslərin yanına gedərək söhbət etməyə başlamışdır. Daha sonra Fərid və Kərimlə eyni məktəbdə oxuyan Rüfət adlı şəxs də həmin şəxslərin yanına gəlmişdir. Bir az pivə içdikdən sonra Kərim və Fəridlə birlikdə qalxıb “Göyçay” marketin yanında söhbət etməyə başlamışlar. Bir qədər sonra yan stolunda oturan 3 nəfər şəxs “Göyçay” marketin yanına gələrək boz rəngli “Mercedes C-class” markalı avtomobilə əyləşib getmişlər. Daha sonra Rüfətlə Yusif onların yanına gəlmiş, bir az söhbət etdikdən sonra Kərim Rüfətin qolunda olan boz rəngli saatı baxmaq üçün Rüfətdən götürmüş, saata baxdıqdan sonra zarafat məqsədilə saatı ona vermiş, o, saatı qoluna taxmağa çalışsa da saat onun qoluna olmamış və daha sonra saatı Rüfətə geri qaytarmışlar. Kərim Rüfətdən baxmaq üçün pul qabını istəmiş, Rüfət pul qabını Kərimə vermiş, Kərim pul qabının içindən pul götürmüş, Rüfət narazılıq etdikdə Kərim zarafat etdiklərini, pulunu qaytaracaqlarını demiş, Kərim daha sonra pulu Fəridə vermiş, Rüfət Fəridlə əsəbi danışaraq pulu qaytarmasını tələb etmişdir. Rüfətin danışığı Fəridin xoşuna gəlmədiyi üçün sonuncu Rüfəti qırağa çəkmiş və onlar birlikdə “Göyçay” marketin yanında olan “Laçın təndiri” çörək mağazasının yanına getmişdir. Kərim və Yusif də onların dava etməsinin qarşısını almaq üçün oraya getmişlər. O isə marketin yanında dayanaraq uzaqdan baxmağa başlamış, bu zaman bayaq onların yan stolunda olan şəxslər boz rəngli “Mercedes C-class” markalı avtomobillə həmin yerə gəlmişlər. X12 yumruq zərbəsi vurduğunu və onun üzərinə getdiyini görmüş, Fərid yumruq vurduqdan sonra avtomobildə olan 3 nəfər şəxs avtomobildən düşərək Fərid və Rüfət tərəfə getməyə başlamışdır. Həmin şəxslərin Fəridi vurmaqlarından qorxduğu üçün marketin yanından sürətlə həmin şəxslər tərəfə gedərək adının daha sonra Azad olduğunu öyrəndiyi şəxsin qarşısına keçərək yumruqla vurmuş, bu zaman həmin şəxslərdən tanımadığı digər şəxs arxadan onun boğaz nahiyəsindən tutaraq özünə tərəf çəkməyə başlamış, həmin şəxsin əlindən çıxaraq yenidən Azadın üzərinə getdikdə marketin yanında qan ləkəsinin olduğunu görmüşdür. “Mercedes C-class” markalı boz rəngli avtomobilin arxa tərəfinə baxdıqda onu boğazından tutan, daha sonra adının Ramid olduğunu öyrəndiyi şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, Fəridin qışqıraraq “sən kimin qardaşını boğursan”, “mənim qardaşımı təkləməyin” dediyini eşitmişdir. Hadisədən dərhal sonra polis əməkdaşları hadisə yerinə gələrək Fəridlə onu 4-cü PB-nə aparmışlar. Mübahisə baş verən zaman qarışıqlıq yarandığından Fəridin Ramidi vurduğunu görməmişdir. Məhkəmədə qanuni nümayəndə və müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs3 özünü ona elan olunmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu ilə birlikdə Sumqayıt şəhərində yerləşən 8 saylı orta məktəbdə təhsil almışlar. Fəridlə münasibətləri yaxın olmuş, demək olar ki, hər gün görüşmüşlər. 19 iyul 2020-ci il tarixdə təxminən saat 21 radələrində Fəridlə Sumqayıt şəhəri, Heydər Əliyev prospektində yerləşən “Göyçay” marketin yanında görüşmüş, sonuncunun qardaşı Əziz Fəridə zəng edərək “Göyçay” marketin yaxınlığında çay evində pivə içdiyini deyərək onları olduğu yerə çağırmış, Fərid marketdən saçaqlı pendir, tum, stəkan almış və onlar Əzizin yanına getmişlər. Əziz pivə içmiş, Fərid də Əzizlə birlikdə oturub pivə içməyə başlamışdır. O, “Göyçay” marketin yanında tanışı Muradı gördüyü üçün sonuncunun yanına gedərək söhbət etməyə başlamış, Murad çıxıb getdikdən sonra Fəridgilin yanına qayıtmışdır. Həmin vaxt yan stolda 3 nəfər tanımadığı şəxs oturmuş, bir az sonra onun sinif yoldaşı Yusif yanlarına gələrək görüşərək yan stolda oturan şəxslərin yanına gedib onlarla söhbət etməyə başlamışdır. Spnra onunla eyni məktəbdə oxuyan Rüfət də həmin şəxslərin yanına gəlmiş, Rüfət gəldikdən sonra, o, sonuncunu çağıraraq “Göyçay” marketin yanındakı “Laçın təndiri” çörək mağazasının yanında söhbət etmiş, Rüfətdən 1 manat pul istəmiş, Rüfət də ona 1 manat pul vermişdir. Sonuncu ilə söhbət etdikdən sonra Əzizlə Fəridin çay evindən durub “Göyçay” marketin yanına getdiklərini gördüyündən onların yanına getmiş, söhbət etməyə başlamışlar. Həmin vaxt yan stolda oturan 3 nəfər şəxs “Göyçay” marketin yanına gələrək orada olan boz rəngli “Mercedes C-class” markalı avtomobilə əyləşib getmişlər. Daha sonra Rüfətlə Yusif onların yanına gəlmiş, bir az söhbət etdikdən sonra Rüfətin qolunda olan boz rəngli saatı baxmaq üçün Rüfətdən götürmüş, saatı baxdıqdan sonra zarafat məqsədilə Əzizə vermiş, Əziz saatı qoluna taxmaq istəsə də saat sonuncunun qoluna olmamış və saatı Rüfətə geri qaytarmışlar. Daha sonra Rüfətdən baxmaq üçün pul qabını almış və içində olan 7 manat pulu götürmüş, Rüfət narazılıq etdikdə sonuncuya zarafat etdiklərini, pulunu qaytaracaqlarını demiş, daha sonra pulun 5 manatını zarafat məqsədilə Fəridə verib, 2 manat pulu Rüfətə geri qaytarmışdır. Rüfət Fəridlə əsəbi danışaraq pulu qaytarmağını tələb etmiş, Rüfətin belə danışmağı Fəridin xoşuna gəlmədiyi üçün sonuncu Rüfəti kənara çəkmiş, onlar birlikdə “Göyçay” marketin yanında olan “Laçın təndiri” çörək mağazasının yanına getmişlər. Fəridlə Rüfətin dava etməsinin qarşısını almaq üçün o da sonuncularla birlikdə getmiş, Fəridin qardaşı Əziz marketin yanında dayanaraq uzaqdan baxmağa başlamış, həmin vaxt Yusif də onların yanına gəlmişdir. Bu zaman bayaq yan stolda olan şəxslər boz rəngli “Mercedes C-class” markalı avtomobillə həmin yerə gəlib avtomobili orada saxlamış, lakin avtomobildən düşməmişlər. Söhbət zamanı Fərid Rüfətin 5 manat pulunu geri qaytarmış, sonuncu Fəriddən 2 manatını qaytarmasını istəsə də, Fərid başqa pul olmadığını demiş, bu zaman Rüfət yenidən Fəridlə kobud danışmış, sonuncudan qalan pulu qaytarmasını tələb etmişdir. O, söhbətin uzanmaması məqsədilə çıxıb getmək üçün Yusiflə, daha sonra Rüfətlə görüşmüş, bu zaman Fərid Rüfət kobud danışdığı üçün sonuncunun sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq üzərinə hücum etmişdir. O, araya girib Fəridi kənara çəkmiş, bu zaman boz rəngli “Mercedes C-class” avtomobilində olan 3 nəfər şəxs avtomobildən düşərək onlar tərəfə gəlməyə başlamışlar. Həmin şəxslər tərəfə baxdıqda Əzizlə adının sonradan Azad olduğunu öyrəndiyi şəxsin dalaşdığını görmüş, bu zaman Əzizi qorumaq üçün Azada bir dəfə təpik zərbəsi vurmuş, daha sonra tanımadığı şəxsin Əzizin boynundan tutduğunu görmüş, yenidən Azad tərəfə getdikdə Əzizi boynundan tutan şəxsin boz rəngli “Mercedes C-class” avtomobilinin arxasında yerə yıxıldığını görmüşdür. O, həmin şəxsi kimin bıçaqladığını soruşduqda, Fəridin qışqıraraq “sən kimin qardaşını boğursan” dediyini eşitmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və Fəridlə Əzizi 4-cü PB-nə aparmışlar. Növbəti gün atasından Fəridin bıçaqla vurduğu Ramid adlı şəxsin öldüyünü öyrənmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Füzuli rayon icra hakimiyyəti başçısının Dilağarda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışır. Ailəlidir. 2 oğlu olumuşdur. Böyük oğlu Sevindikzadə Alim 29 fevral 1992-ci ildə Füzuli rayonunda anadan olmuş, hazırda Sumqayıt şəhər polis idarəsinin əməkdaşıdır. Kiçik oğlu Zərərçəkmiş şəxs1 xx xxxx 1994-cü ildə Füzuli rayonunda anadan olmuş, Ramid 11 yaşında olarkən dalağında şiş olduğu üçün əməliyyat olunmuş və 3-cü qrup əlil olmuşdur. Ramid Sumqayıt şəhərində yerləşən farsingilis dili təmayüllü orta məktəbi bitirmiş, məktəbi bitirdikdən sonra hərbi xidmətə yararsız olduğundan hərbi xidmətə getməmiş, hər hansı işlə məşğul olmamışdır. Ramid xasiyyətcə mehriban olmuş, sonuncunun bütün dostları ilə münasibətləri yaxşı olmuşdur. Hər hansı şəxslə ədavət və düşmənçiliyi olmamışdır. 19 iyul 2020-ci il tarixdə saat 00:00 radələrində yaşadığı Sumqayıt şəhəri, Yeni inşaatçı qəsəbəsi, beton zavod ərazisi, 230 nömrəli evində olan zaman böyük oğlu Alim zəng edərək Ramidin bıçaqlandığını, dərhal Sumqayıt şəhəri Travmatologiya xəstəxanasına getməyini bildirdiyindən evdən çıxıb xəstəxanaya getmiş, xəstəxanaya çatdıqda Ramidin vəfat etdiyini öyrənmişdir. Zərərçəkmiş şəxs1 bıçaqla vuran Təqsirləndirilən şəxs1 kim olduğunu bilməmiş və sonuncunu tanımamışdır. Hadisənin necə baş verməsini görməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 tanımamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la eyni məktəbdə təhsil almışdır. 19 iyul 2020-ci il tarixdə təxminən saat 23 radələrində Sumqayıt şəhəri, Heydər Əliyev prospektində yerləşən “Göyçay” marketinə girmək istədikdə marketin yanında işləməyən çay evində eyni məhəllədə yaşadığı Azadı, Şəhriyarı və Yusifi görmüş, onların yanında bir nəfər tanımadığı şəxs olmuş, yanlarına gedib hal-əhval tutmuşdur. Həmin vaxt Şəhriyar və sonuncunun yanındakı dostu mobil telefonda “PUBG” oyunu oynamışlar. O, Azadın istəyi ilə onlara marketdən tum alıb vermiş, bu zaman digər stoldan onu kimsə çağırmış, həmin stola tərəf baxdıqda Fərid, Kərim və əvvəllər tanımadığı Əzizin orada oturduqlarını görmüş, onlara yaxınlaşıb görüşdükdə, stollarının üstündə pivə butulkası olduğunu görmüşdür. Kərim ona sözü olduğunu demiş, onlar birlikdə “Göyçay” marketin yaxınlığında yerləşən “Laçın təndiri” çörək mağazasının yanına getmişlər. Orada Kərim ondan pivənin pulunu vermək üçün 1 manat istəmiş, o da sonuncuya 1 manat pul vermişdir. Kərimlə söhbət edən zaman Azadgil stoldan durub sonuncunun boz rəngli “Mercedes C-class” markalı avtomobilinə minmişlər. Həmin vaxt Fəridlə Əziz stoldan durmuş və “Göyçay” market tərəfə getmişlər. O, Kərimə pul verdikdən sonra Azadın avtomobilinin yanına getmiş, orada Yusif geri qayıdanda onu da götürməsini Azaddan xahiş etmiş, Azad isə geri qayıtmaqlarının Şəhriyarın işindən asılı olduğunu bildirmiş, o da həmçinin Azada geri qayıtsa onu da götürməsini demişdir. Sonra yenidən mağazaya geri qayıtmaq istədikdə “Göyçay” marketin yanındakı işıq dirəyinin yanında söhbət edən Fəridlə Kərim onunla zarafatlaşmağa başlamışlar. Həmin vaxt Yusif də yanlarında olmuşdur. Kərim onun qolundakı saatı baxmaq üçün istəmiş, o, saatı sol qolundan çıxarıb Kərimə vermişdir. Sonuncu saata baxdıqdan sonra ona geri qaytarmaq əvəzinə saatı Əzizə vermiş, Əziz isə saatı qoluna taxmağa çalışsa da saat qoluna olmamışdır. Saatı qaytardıqdan sonra Kərim ondan pul qabını verməyini istəmiş, etiraz etsə də sonuncu içindən pul götürməyəcəyini dediyi üçün pul qabını Kərimə vermiş, pul qabını götürdükdən sonra Kərim içindən ona məxsus 7 manat pulu götürərək pulu Fəridə vermişdir. O, Fəriddən pulu istədikdə sonuncu “mənə pul vermisən?” deyərək pulu geri qaytarmaqdan imtina etmişdir. O, Fəriddən pulu verməsini tələb etdikdə, sonuncu ona “bu nə danışıqdı” deyərək onu söhbət etmək üçün “Laçın təndiri” çörək mağazasının yanına çağırmışdır. Bu zaman Yusiflə Kərim də yanlarına gəlmiş, onların yanında olan digər şəxs isə marketin yanında qıraqda dayanıb gözləməyə başlamışdır. Orada Fərid cibindən 5 manat pul çıxararaq geri qaytarmış, sonuncuya pulun qalan hissəsini, yəni 2 manatı da qaytarmasını tələb etdikdə Fərid pul olmadığını demiş, o da Fərid içkili olduğu üçün pulun qalan hissəsini sonuncudan istəməmiş, görüşüb onların yanından uzaqlaşmaq istədikdə Fərid onun sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq üzərinə gəlməyə başlamışdır. Bu zaman qulağında güclü ağrı olduğundan dizləri üstə yerə çöküb qulağını tutmuş, daha sonra qarışıqlıq yarandığını görmüş, qorxduğu üçün dərhal qaçaraq oradan uzaqlaşmış, həmin vaxt orada kimlərin dalaşdığını görməmişdir. Təxminən 3-4 dəqiqə sonra yenidən “Göyçay” marketin arxa tərəfinə gəldikdə orada polis əməkdaşlarının olduğunu görüb evə qayıtmışdır. Orada baş verənlərdən hər hansı məlumatı olmamışdır. Növbəti gün Azad ona zəng edərək dünən baş vermiş mübahisə zamanı X6 dostu Ramidi bıçaqla vuraraq öldürdüyünü demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamış, Zərərçəkmiş şəxs1 tanıyır, sonuncu ilə dostu Şəhriyarın vasitəsilə hadisədən təxminən 1 həftə əvvəl tanış olmuşlar. Münasibətləri yaxşı olmuşdur. Onunla qonşuluqda yaşayan dostu Şəhriyarın Sumqayıt şəhəri, Heydər Əliyev prospektində yerləşən “Göyçay” marketin yanında bir ədəd və Sülh küçəsində “Əli94 ən ucuz marketin” yanında da bir ədəd pivə çəlləyi var. Həmin pivə çəlləklərində iki nəfər satıcı pivə satışı ilə məşğul olmuşdur. Şəhriyar hər gün axşam həmin pivə çəlləkləri olan yerə gedib satışlarla bağlı hesabat aparır, zərurət olduqda 13-cü mikrorayonda yerləşən adını dəqiq xatırlamadığı mağazadan təmiz butulka və qapaq alaraq satışda istifadə edilməsi üçün satıcılara verir, o, da bu işləri görməkdə Şəhriyara kömək edərək ailəsini dolandırır. 19 iyul 2020-ci il tarixdə təxminən saat 19 radələrində yaşadığı ünvan 3 ünvanında olan zaman Şəhriyar ona zəng edərək pivə satışı ilə bağlı hesabat aparmaq üçün ona kömək etməyini istəmiş, o da Şəhriyarla razılaşmış, 5 dəqiqəyə Şəhriyar onun evinin yanına gəlmiş və birlikdə ona məxsus “**-NX-***” dövlət qeydiyyat nişanlı “Mercedes C-class” markalı avtomobillə yola düşmüşlər. Onlar birinci Heydər Əliyev prospektində yerləşən “Göyçay” marketin yanına getmiş, Şəhriyar orada olan pivə çəlləyində satışın hesabatını apardıqdan sonra birlikdə Sülh küçəsində yerləşən “Əli94 ən ucuz marketin” yanına getmişlər. Orada da hesabat apardıqdan sonra “əşya bazarının” yanında yerləşən “El” marketin qarşısından Ramidi götürərək birlikdə Yeni kotec qəsəbəsinə yaşadığı məhəlləyə getmişlər. Orada bir az söhbətləşdikdən sonra yenidən “Göyçay” marketin yanına gəlmiş, ora çatdıqda “Göyçay” marketdən tum almış və marketin arxasında olan çay evinin stullarında oturaraq söhbətləşməyə başlamışlar. Həmin vaxt onların oturduqları çay evində 3 nəfər tanımadıqları şəxs də oturmuş, orada oturduqdan sonra onunla eyni məhəllədə yaşayan qohumu Yusif yanlarına gəlmiş, daha sonra onlarla eyni məhəllədə yaşayan Rüfət də yanlarına gəlmişdir. Həm Yusif, həm də Rüfət yan stolda oturan şəxsləri tanıdıqları üçün onlarla görüşmüşlər. Həmin vaxt Ramid və Şəhriyar telefonda oyun oynamış, bir az söhbət etdikdən sonra Rüfətdən tum almasını xahiş etmiş və sonuncu tum alıb vermişdir. Təxminən saat 22 radələrində Şəhriyar onlara yenidən Sülh küçəsində yerləşən ən ucuz marketin yanına getmələrini demiş, Ramid, o və Şəhriyar stoldan durmuş və ona məxsus “**-NX-***” dövlət qeydiyyat nişanlı “Mercedes C-class” markalı avtomobilə minmişlər. Bu zaman Yusif geri qayıdanda onu da götürməsini demiş, o da geri qayıtmaqlarının Şəhriyarın işlərindən asılı olduğunu bildirmişdir. Daha sonra Rüfət də ona geri qayıtsalar onu da götürmələrini xahiş etmişdir. Bundan sonra oradan uzaqlaşmışlar. Şəhriyar işlərini həll etdikdən sonra təxminən saat 23 radələrində yenidən “Göyçay” marketin yanına qayıdıb avtomobildə söhbət etmişlər. Həmin vaxt Rüfətin bayaq yan stolda oturan 2 nəfər tanımadığı şəxslə “Laçın təndiri” çörək mağazasının yanında mübahisə etdiyini görmüş, Yusif də Rüfətin yanında olmuş, bir az mübahisə etdikdən sonra Rüfətlə tanımadığı, sonradan adının Kərim olduğunu öyrəndiyi boyu uzun olan şəxs görüşmüş, lakin onların yanlarında olan boyu balaca olan şəxs gözlənilmədən Rüfətin sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuş və sonuncunun üzərinə getmişdir. Onlar avtomobildən düşərək onları ayırmağa getmiş, bu vaxt həmin şəxslərlə birlikdə oturan tanımadığı, sonradan adının Əziz olduğunu öyrəndiyi qara rəngli qısaqol köynək geyinmiş saqqallı şəxs onun qabağına keçmiş, onun üzünə yumruq zərbələri vurmağa çalışmışdır. Əzizin yumruq zərbələri onun sağ və sol çiynindən, başının arxasından dəymişdir. Daha sonra Kərim onun qarnına təpik zərbəsi vurmuşdur. Həmin şəxslər onlara qarşı nalayiq ifadələr işlətməyə başlamış və onların üzərinə hücum etmişlər. O da özünü qorumaq üçün qaçaraq yola çıxmış, birdən Şəhriyarın qışqıraraq onları köməyə çağırdığını, Ramidin bıçaqlandığını dediyini eşitmiş, bu zaman onun üzərinə hücum edən şəxslər sakitləşmişlər. Ramidin yanına getdikdə sonuncunun qan içərisində olduğunu görmüş, Şəhriyarla qışqıraraq köməyə adam çağırsalar da heç kim kömək etməmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, nə baş verdiyini soruşduqda, Şəhriyarla o, Fəridi və sonuncu ilə birlikdə olan 2 nəfər şəxsi göstərərək onlardan birinin Ramidi bıçaqladığını demişlər. O, daha sonra adının Fərid olduğunu eşitdiyi Rüfətlə mübahisə edərək sonuncuya yumruq vuran şəxsin Ramidi bıçaqladığını öyrənmişdir. Şəhriyarla köməkləşərək Ramidi onun avtomobilinin arxa oturacağına qoyub Sumqayıt şəhər Travmatologiya xəstəxanasına aparmışlar. Oraya çatdıqda həkimlər Ramidin artıq vəfat etdiyini bildirmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, onunla sinif yoldaşı olmuşlar. Zərərçəkmiş şəxs1 əvvəl tanımamış və hər hansı münasibəti olmamışdır. 19 iyul 2020-ci il tarixdə 22 radələrində ərzaq almaq üçün evdən çıxaraq Sumqayıt şəhəri, Heydər Əliyev prospektində yerləşən “Göyçay” marketə gəlmiş, marketə çatdıqda marketin yaxınlığında həmin vaxt işləməyən çay evində həm tanışı, həm də qohumu olan Azadın oturduğunu görmüşdür. Azaddan başqa Fərid, sonuncunun qardaşı Əziz və sinif yoldaşı Kərim də həmin çay evində olmuşlar. Onların oturduğu stolun üzərində 3 butulka pivə olmuşdur. O, əvvəl Fəridgillə görüşdükdən sonra Azadın yanına getmiş, Azadın yanında onlarla eyni məhəllədə yaşayan dostu Şəhriyar və tanımadığı bir nəfər şəxs olmuş, onlara yaxınlaşıb görüşdükdən sonra həmin şəxs özünü təqdim edərək adının Ramid olduğunu demişdir. Şəhriyar və Ramid mobil telefonla oyun oynamışlar. Stolun üstündə bir butulka pivə, tum və “Fanta” şirəsi olmuş, o, bir az oturduqdan sonra Rüfət yanlarına gəlmiş, Rüfət də onunla eyni məhəllədə yaşadığından sonuncu ilə tanışlıqları olmuşdur. Rüfətlə həm də eyni məktəbdə oxumuşdur. Onlar təxminən 20-25 dəqiqə oturduqdan sonra Şəhriyarın işləri olduğundan onlar getmək üçün durub Azadın boz rəngli “Mercedes C-class” markalı avtomobilinə minmişlər. Azaddan hara getdiklərini soruşduqda, sonuncu “Əli 94” mağazasından butulka almağa getdiklərini demişdir. Avtomobilin qarşısında Azadla söhbət edən zaman Fəridgil “Göyçay” marketin yanına gələrək işıq dirəyinin yanında söhbət etməyə başlamışlar. O, Azadla eyni məhəllədə qaldığı üçün qayıdanda onu da götürməsini Azaddan sonuncudan xahiş etmiş, Azad isə qayıtmasının Şəhriyarın işindən asılı olduğunu demiş və onlar getmişlər. Onlar getdikdən sonra Rüfətlə Fəridin, sonuncunun qardaşının və Kərimin yanına gedərək onlarla söhbət etməyə başlamışlar. Söhbət əsnasında Kərim Rüfətlə zarafat etməyə başlamış, Kərim əvvəl Rüfətdən qolundakı saatı baxmaq üçün istəmiş, Rüfət saatı qolundan çıxarıb Kərimə vermiş, Kərim saata baxdıqdan sonra saatı Fəridin qardaşı Əzizə vermiş, bir az sonra onlar saatı qaytarmışlar. Daha sonra Kərim Rüfətdən pulqabısını istəmiş, Rüfət etiraz etsə də, sonra pul qabını Kərimə vermiş, sonuncu pul qabından Rüfətə məxsus pulu çıxarmışdır. O, Kərimin pul qabından nə qədər pul götürdüyünü görməmiş, Rüfət pulu geri istədikdə Kərim pulun 5 manatını Fəridə vermiş, Rüfət Fəriddən pulunu istəsə də sonuncu zarafat məqsədilə “mənə pul vermisən?” deyərək pulu qaytarmaqdan imtina etmiş, bu səbəbdən aralarında mübahisə yaranmış və Fərid Rüfəti mübahisə etmək üçün yaxınlıqdakı “Laçın təndiri” çörək mağazasının yanına aparmışdır. Onların dava etməsinə mane olmaq üçün Kərimlə birlikdə yanlarına getmişlər. O, Kərimdən nə etdiklərini soruşduqda, Kərim ona narahat olmamağını, pulu qaytaracaqlarını demiş, Fəridin qardaşı Əziz isə qıraqda dayanıb gözləmişdir. Söhbət əsnasında Fərid Rüfətə 5 manat pul qaytarmışdır. Həmin vaxt Azad gəlmiş və sonuncu maşını çay evinin yanında saxlamış, lakin onlar maşından düşməmişlər. Mübahisənin uzanmaması məqsədilə Kərim getmək üçün əvvəl onunla, daha sonra Rüfətlə görüşmüş, bu zaman Rüfətin danışığı Fəridin xoşuna gəlmədiyi üçün Fərid Rüfəti yumruqla vurmuş və onun üzərinə getmişdir. Bu vaxt Azadgil mübahisəni görüb maşından düşmüşlər. Azad “nə olub, niyə dalaşırsınız?” deyə qışqırdıqda Fəridin qardaşı Əziz gələrək Azada yumruq zərbəsi vurmağa başlamış, daha sonra Kərim də Azada təpik zərbəsi vurmuş, qarışıqlıq yaranmışdır. O, Fəridin əlində bıçaq olduğunu görüb polis çağırmaq üçün dərhal yola çıxmış, yola çıxdıqda post patrul maşınını görüb çağırmış, polislər dərhal hadisəni görüb maşından düşmüşlər. O, yerdə qan ləkəsi gördüyündən kiminsə yaralandığını düşünüb dərhal X14 xidmətinə zəng etmiş, Ramidin Azadın avtomobilinin arxasında yerə yıxıldığını gördükdə Fəridin Ramidi vurduğunu başa düşmüşdür. Daha sonra X10 maşına qoyaraq xəstəxanaya getmişlər. Polis əməkdaşları Fəridi və qardaşı Əzizi post patrul maşınına mindirib aparmışlar. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir o, Sumqayıt şəhərində işləmiş, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. Pivə aparatı işlətmişdir. Dostları Ramid və Azadla çayxanada oturub oyun oynayan zaman digər dükandan zəng gəlmiş və onlar gedəsi olmuşlar. Bu vaxt Yusif adlı uşaq Azadın maşınını görüb, gəlib onların yanında oturmuşdur. Onlar gedənə yaxın Yusif Azada “evə gedirsənsə məni də götür” demiş, Azad da cavabında “uşaqlar oçotu qurtarsın, gedərik” söyləmişdir. Onlar oçotu edib qayıdan zaman, Yusifin orada dayandığını görmüşlər. Azad maşını saxlamış, bir nəfərin Rüfət adında uşaqla sağollaşdığını görmüşlər. Sağollaşan zaman Rüfət “hə yaxşı, oldu” demiş, bu vaxtı həmin oğlan Rüfəti vurmuşdur. Azad “uşaqlar dalaşmayın” deyə onlara səslənmiş, əvvəl Azad, sonra Ramid, daha sonra isə o maşından düşmüşlər. Bu zaman o, bir nəfərin Azadın arxasınca yan tərəfdən gəlib onu yumruqla vurduğunu görmüşdür. həmin vaxt o, maşının sağ tərəfində, Azad isə sol tərəfində olmuşdur. Həmin oğlan Azadı vuran zaman Azad arxaya-arxaya gedərək “qaqaş neynirsən?” demişdir. O, maşının arxasından keçib Azadı vuran oğlanın çiynindən tutmuş, arxadan qulağına demişdir ki, qardaşım dalaşma, biz uşaqları ayırmağa gəlmişik. O, bu sözü Əzizin eşitdiyini bilmiş, üzünü çevirib digər uşaqları ayırmağa gedən zaman arxaya dönüb görmüşdür ki, Ramid yanına gəlib yerə yıxıldı. Ramid yerə yıxılanda o, bir an duruxmuş, Ramidi sinəsindən tutanda qan axdığını və yanında bıçaq fırlandığını görmüşdür. Ramidi vuranın kim olduğunu bilməmiş, həmin şəxsi çəkilməsi üçün itələmişdir. Sonra Ramidi götürüb maşına tərəf gələn zaman həmin oğlanı görmüş və ondan kömək istəmişdir. Bu vaxt həmin oğlan Azadın da üstünə cummuş, Azad yola tərəf çəkiləndə həmin oğlanın Azadın da üstünə bıçaqla getdiyini görüb qışqırmışdır. Qışqıran zaman polis çatıb Fəridi tutmuşdur. Onlar isə tez Ramidi maşına qoyub 1 dəqiqəyə travmatologiya xəstəxanasına aparmış, tez çatmaqlarına baxmayaraq Ramid ölmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 20 iyul 2020-ci il tarixli, 71 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edildi: Döş qəfəsi nahiyəsinin ümumilikdə 4 ədəd deşilmiş-kəsilmiş yarası, sağ diz oynağı nahiyəsinin və sol baldırın sıyrıqları. Döş qəfəsində olan 4 ədəd deşilmiş-kəsilmiş yaradan 3 ədədi döş boşluğuna nüfuz etmir. Döş qəfəsinin sol aşağı tış hissəsində olan yara, döş boşluğuna nüfuz edərək sol ağciyəri və ürəyi zədələyir. Yara kanalının istiqaməti aşağıdan-yuxarıya, soldan-sağa, öndən-arxaya doğrudur, yara kanalının uzunluğu 7,3 sm-dir. Qeyd olunan xəsarətlər həyatidirlər, həmin xəsarətlərdən-sağ diz oynağı nahiyəsinin və sol baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, deşilmiş-kəsilmiş yaralar isə deşici-kəsici alətin, ola bilsin ki, maddi sübut kimi ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən törənmişdirlər, törənmə müddəti onun ölümündən az əvvəl olmaqla qərarda göstərilən 19.07.2020-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə- döş qəfəsinin sol aşağı tış hissəsinin döş boşluğuna nüfuz edərək sol ağciyəri və ürəyi zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir, döş qəfəsinin 3 ədəd döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları adətən canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər yəni- sağ diz oynağı nahiyəsinin və sol baldırın sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb ürəyin sol mədəciyinin və sol ağciyərin deşilmiş-kəsilmiş yarası nəticəsində baş vermiş kəskin daxili qanitirmə olmuşdur. İlkin meyit əlamətlərini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 6-8 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətin xarakterinə, lokalizasiyasına və yara kanalının istiqamətinə əsasən demək olar ki, hadisə baş verən zaman xəsarət yetirənlə xəsarət alan müxtəlif vəziyyətlərdə olmaqla, ayaqüstə üzbəüz vəziyyətdə ola bilərdilər. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. Cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 21 iyul 2020-ci il tarixli, 823 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 22 iyul 2020-ci il tarixli, 827 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Cinayət işinə əlavə olunmuş və və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 23 iyul 2020-ci il tarixli, 828 saylı rəyindən görünür ki, Şahid1 bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Cinayət işinə əlavə olunmuş və və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 23 iyul 2020-ci il tarixli, 829 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Cinayət işinə əlavə olunmuş və və məhkəmədə tədqiq edilmiş məhkəmə ekspertizasının 26 avqust 2020-ci il tarixli 6/1447 nömrəli rəyindən görünür ki, Ramil Sevindikzadənin köynəyinin üzərində tapılmış qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş bir ədəd bıçağın üzərində Zərərçəkmiş şəxs1 geyim paltarlarının tərkib lifləri yoxdur. Cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə ballistik, trasoloji ekspertizasının 28 avqust 2020-ci il tarixli 3/841; 3/842 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararsızdır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus qısaqol köynəyin səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və s.) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Lakin təqdim edilmiş qısaqol köynəyin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Zərərçəkmiş şəxs1 məxsus şalvarın və kəmərin, Təqsirləndirilən şəxs1 məxsus qısaqol köynəyin, şalvarın səthində trasoloji zədə yoxdur. Cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 03 sentyabr 2020-ci il tarixli, 547/2020-MTBŞ nömrəli rəyindən görünür ki: 1.Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: AB/İV/ (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) 2.Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: A/İİ/ (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən)
3. Ekspertizaya təqdim edilmiş bir ədəd kəmər, 02 ədəd kosmetik çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs1 məxsus cins şalvar, qısaqol köynək, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd cins şalvar və bir ədəd qısaqol köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “B” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda AB (İV) qruplu Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin Abeta (İİ) qruplu Təqsirləndirilən şəxs1 da qarışıq qanının olması inkar olunmur.(əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa)
4. Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı.
5. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin yaranma müddəti, qanın canlı və ya meyitin qanından əmələ gəlməsi barəsində fikir söyləmək mümkün olmadı. Cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-kriminalistik ekspertizasının 08 sentyabr 2020-ci il tarixli, 357/2020-MTKŞ nömrəli rəyindən görünür ki: 1.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: Şalvarın yuxarı hissəsində, köynəyin üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Kəmərin üzərində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə dinamik kontakt nəticəsində əmələ gəlmişlər. Şalvarın əsasən ön hissəsində fasilələrlə yerləşən nisbi-düz və qeyri-düz dairəvi və ovalvari formalı qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər, bəzilərini isə qanın öz ağırlığı ilə aşağıya doğru axıntıları əmələ gətirmişdir. 2.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus paltarların məhkəmətibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: Şalvarın sol ayağının ön hissəsinin orta nahiyəsində və arxa hissəsinin aşağı nahiyəsində fasilələrlə yerləşən nisbi-düz və qeyri-düz dairəvi və ovalvari formalı qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər, bəzilərini isə qanın öz ağırlığı ilə aşağıya doğru axıntıları əmələ gətirmişdir. Cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 11 avqust 2020-ci il tarixli 1501 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı psixi bir xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləti aşkar olunmur. Təqsirləndirilən şəxs1 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədən zaman güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. İntellektual-amnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafına, hadisə zamanı psixi-emosional vəziyyətinə görə etdiyi əməlin xarakter və mənasını dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 19 iyul 2020-ci il tarixli baxış protokolundan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, Heydər Əliyev prospektində yerləşən “Göyçay” marketin yanıdır. Hadisə marketin yaxınlığında yerləşən “Laçın təndiri” çörək mağazasının qarşısında baş vermişdir. Mağazanın yanında “Gözəllik salonu”, “Gündəlik” ərzaq malları mağazası yerləşir. Hadisə yeri müşahidə kameralarının əhatə dairəsindədir. “Laçın təndiri” çörək mağazasından 15 metr məsafədə avtomobil yolu vardır. Çörək mağazasının qarşısında çay evi var. Çay evi işləmir. Çay evinin stolları taxta materialdandır. Stollar dağılmamış vəziyyətdədir. “Gündəlik” təzə ərzaq malları mağazasının qarşısına gəldikdə orada ağacın altında boz rəngli dəstəyi olan bıçaq aşkar edildi. Həmin bıçaq “1” rəqəmi ilə nömrələndi. Bıçaq müvafiq qaydada götürülərək qablaşdırıldı. “Laçın təndiri” çörək mağazasından sağ tərəfə meyllənərək 10 metr getdikdə yerdə qanabənzər ləkə aşkar edildi. Həmin qanabənzər ləkə “2” rəqəmi ilə nömrələndi. Qanabənzər ləkə pambığa hopdurulmaqla müvafiq qaydada götürülərək qablaşdırıldı. Daha sonra qanabənzər ləkə aşkar olunan yerdən çay evi istiqamətinə 5 metr irəlilədikdə yerdə yenidən qanabənzər ləkə aşkar edildi. Həmin qanabənzər ləkə “3” rəqəmi ilə nömrələndi. Qanabənzər ləkə pambığa hopdurulmaqla müvafiq qaydada götürülərək qablaşdırıldı. Baxış zamanı qeyd edilənlərdən başqa iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya aşkar edilməmişdir. Cinayət işinə əlavə olunmuş 21 iyul 202-ci il tarixli əşyanın tanınması haqqında protokoldan görünür ki, hadisə yerindən götürülmüş cinayətin törədilməsi ehtimal olunan gümüşü dəstəkli bıçaq 21 iyul 2020-ci il tarixdə digər 3 bıçaqla birlikdə Təqsirləndirilən şəxs1 tanınmaya təqdim edilmiş və sonuncu bıçağı tanıyaraq cinayəti həmin bıçaqla törətdiyini etiraf etmişdir. Cinayət işinə əlavə olunmuş diskə məhkəmə iclasında baxılarkən müəyyən edildi ki, diskdə olan videogörüntü 19 iyul 2020-ci il tarixdə saat 22:42:35-dən saat 23:15:08-ə qədər olan vaxtı əhatə edir. Videogörüntülər “Göyçay” marketin yan tərəfini əhatə edir. Videogörüntülərə baxış zamanı müəyyən edildi ki, hadisə saat 22:48:45-22:51:10 aralığında baş vermişdir. 22:48:45-də iki nəfər şəxs “Göyçay” marketin yan tərəfinə doğru gələrək orada söhbət etməyə başlamışdır. Müəyyən edildi ki, həmin şəxslərdən biri Zərərçəkmiş şəxs2, digəri isə Təqsirləndirilən şəxs1dur. Daha sonra saat 22:49:00-da bir nəfər şəxs onların yanına gəldi. Müəyyən edildi ki, həmin şəxs Təqsirləndirilən şəxs3dur. Saat 22:49:30-da bir nəfər şəxs də onların yanına gəldi və onlar “Laçın təndiri” çörək mağazasının yanında söhbətə davam etdilər. Müəyyən edildi ki, sonuncu gələn şəxs Şahid2dur. Həmin vaxt bir nəfər “Göyçay” marketin yanında dayanaraq onlara baxmağa başlamışdır. Müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2dur. Saat 22:49:50-də “Laçın təndiri” çörək mağazasının qarşısındakı çay evinin qarşısında boz rəngli “Mercedes Cclass” markalı avtomobil dayandı. Avtomobilin içərisində olan şəxslərin Zərərçəkmiş şəxs3, Şahid1 və Zərərçəkmiş şəxs1 olduğu müəyyən edildi. 22:50:10-da Təqsirləndirilən şəxs3 Rüfət və Yusiflə görüşdü, bu zaman Fərid Rüfətə yumruq zərbəsi vurdu və sonuncunun üzərinə getdi. Həmin vaxt boz rəngli “Mercedes C-class” markalı avtomobildən 3 nəfər şəxs düşdü, onlar avtomobildən düşən zaman “Göyçay” marketin yanında dayanan Təqsirləndirilən şəxs2 marketin yanından sürətlə hərəkət edərək avtomobilin sükanı arxasından düşən Zərərçəkmiş şəxs3 yumruq zərbələri vurdu və qarışıqlıq yarandı. 22:50:18də Fəridin cibindən bıçaq düşdü, sonuncu bıçağı yerdən götürərək avtomobildən düşən şəxslərin üzərinə getdi. 22:50:19-da Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs3 təpik zərbəsi vurdu. 22:50:56-da Zərərçəkmiş şəxs1 marketin yanında yerə yıxıldı. Daha sonra o, ayağa qalxdı, 22:51:10-da “Mercedes C-class” markalı avtomobilin arxasında yenidən yıxıldı. Daha sonra hadisə yerinə polis əməkdaşları gəldilər. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla cinayət törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3 və 221.3-cü maddələrində, həmçinin Təqsirləndirilən şəxs2 və cinayət törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə zadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 30 iyun 2008-ci il tarixli, 6 saylı qərarının, 11-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Bundan başqa, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 30 iyun 2008-ci il tarixli, 6 saylı qərarının, 12-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-nin 63,66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq cəza təyin edilərkən nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və miqdarı CM-nin 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Bu baxımdan yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən qəti cəza 10 il müddətinə azadlıqdan məhrumetmədən çox olmamalıdır. Yetkinlik yaşına çatmayanların təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddi 10 ildən yuxarı olduqda və belə hallarda 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti törədərkən yetkinlik yaşına çatmamasını və ilk dəfə cinayət əməlini törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2li Zahid oğlunun ilk dəfə cinayət əməlini törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cinayəti törədərkən yetkinlik yaşına çatmamasını və ilk dəfə cinayət əməlini törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2li Zahid və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cinayət törədərkən yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1 və 85-ci maddələrinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 20 iyul 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 23 iyul 2020-ci il tarixdən 25 iyul 2020-ci il tarixinə qədər 02 (iki) gün təyin olunmuş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında həbsə alınmalı, cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 23 iyul 2020-ci il tarixdən 25 iyul 2020-ci il tarixinə qədər 02 (iki) gün təyin olunmuş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında həbsə alınmalı, cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99- 1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.7-ci maddələrini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş 01 ədəd qara rəngli üzərində boz və yaşıl rəngli yazıları olan qısaqol köynək və 01 ədəd göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs1 əynində olmuş 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd qara rəngli kəmər və 01 ədəd göy rəngli cins şalvar və cinayətin aləti olan gümüşü dəstəkli bıçaq məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə ekspertiza xərci 234 manat, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 78 ( yetmiş səkkiz) manat məbləğində tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1 və 85-ci maddələrinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 23 iyul 2020-ci il tarixdən 25 iyul 2020-ci il tarixinə qədər 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 23 iyul 2020-ci il tarixdən 25 iyul 2020-ci il tarixinə qədər 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum tmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş 01 ədəd qara rəngli üzərində boz və yaşıl rəngli yazıları olan qısaqol köynək və 01 ədəd göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs1 əynində olmuş 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd qara rəngli kəmər və 01 ədəd göy rəngli cins şalvar və cinayətin aləti olan gümüşü dəstəkli bıçaq məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs1, Əzizli X8 və Kərim Samir oğlunun hər birindən 78 ( yetmiş səkkiz) manat olmaqla cəmi 234 manat məbləğində pul məhkəmə xərci kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.