Məhkəmə qərarları › İş №1(101)-456/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-456/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-456/2022 24.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X19 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1985-ci il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Cəlilabad şəhəri, H.Əliyev prospekti, 128 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, nömrəsiz fərdi ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 09.08.2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, ünvanında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 03 (üç) ədəd bükümdə qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqa təmiz çəkisi, 1,558 qram, 5,214 qram, 9,114 qram ümumi təmiz çəkisi 15,886 qram narkotik vasitə heroini 40 manat müqabilində, 01 (bir) ədəd bənövşəyi rəngli plastik butulkada olan 350 ml həcmində şəffaf rəngsiz maye kustar üsulla hazırlanmış 0,348 qram metadon məhlulunu 20 manat müqabilində əldə edib, üzərində saxlayaraq daşımış və 09.08.2021-cı il tarixdə həmin narkotik vasitə və psixotrop maddəni özü ilə daşıyaraq ünvan 1 ünvanına gətirmiş və onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 16:30-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı sonuncunun sübut əhəmiyyətinə malik olacaq narkotik vasitə və psixotrop maddənin yaşadığı ünvanda olması barədə vermiş olduğu məlumat əsasında, həmin gün qeyd edilən şöbə və bölmənin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirinin davamı olaraq saat 18:55-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 evinin həyətində olan soyuducunun buz gözündə satış məqsədilə qanunsuz əldə edib gizlətməklə saxladığı xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən 03 (üç) ədəd bükümdə qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqa təmiz çəkisi, 1,558 qram, 5,214 qram, 9,114 qram ümumi təmiz çəkisi 15,886 qram narkotik vasitə heroin, 01 (bir) ədəd bənövşəyi rəngli plastik butulkada olan 350 ml həcmində şəffaf rəngsiz maye kustar üsulla hazırlanmış 0,348 qram metadon məhlulu və üzərində heroin izləri olan 01 (bir) ədəd “gümüşü” rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 09 avqust 2021-ci il tarixdə saat 16:17 radələrində onu yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, nömrəsiz fərdi evindən 3 (üç) nəfər mülki geyimdə olan şəxs götürb Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə aparmışlar. Onun üzərində axtarış aparmışlar. Baxış zamanı əvvəlcədən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual vermişlər, o da üzərində qanunsuz olaraq heç bir əşyanın olmadığını bildirmişdir. Sonra polis əməkdaşları üzərində şəxsi axtarış aparmışlar, lakin heç bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra onun yaşadığı evdə axtarış keçiriləcəyini bilirib, onu yaşadığı evə gətirmişlər. Yaşadığı evin həyətində axtarış aparılan zaman həyətdə olan ona məxsus soyuducunun üst gözündən 03 (üç) ədəd büküm, 01 (bir) ədəd butulkada maye və 01 (bir) ədəd elektron tərəzi aşkar edib götürmüşlər. Təqsirləndirilən şəxs göstərmişdir ki, o, narkotik vasitə olan “kokos”un istifadəçisi olmuş, narkotik vasitə istifadə etdiyinə görə əvvəllər də məhkum olunmuşdur. Metadonu Maştağa qəsəbəsindən öz istifadəsi üçün almış, o, “kokos”un ağrılarından qurtarmaq üçün ondan istifadə edirmiş. Soyuducudan çıxarılan digər narkotik maddələr ona məxsus olmamışdır. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Ona polis bölməsində psixoloji təsir göstərmişlər. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. Təqsirləndirilən şəxs ilkin ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, narkotik maddələrdən istifadə edir.Narkotik maddələri Bakı şəhərində müxtəlif şəxslərdən alıb əldə edir və üzərində saxlamaqla istifadə edir.Mahiyyəti üzrə bildirmişdir ki, 09 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı yeri, digər məlumatları bilmədiyi şəxsdən öz istifadəsi üçün 03 (üç) ədəd büküm kokos və 01 (bir) ədəd butulkada maye halında olan metadon almışdır.Bundan sonra o, yaşadığı evə gəlmiş və aldığı narkotik maddələri yaşadığı evin həyətində olan soyuducunun üst gözünə qoyub orada saxlamışdır ki, sonra istifadə etsin.O, narkotik maddələri alan zaman özü ilə tərəzi götürmüşdür ki, aldığı narkotik maddələrin dəqiq çəkisini bilsin. Nəhayət, 09 avqust 2021-ci il tarixdə saat 16:17-də yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində piyada hərəkət edən zaman 3 (üç) nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və vəsiqələrini göstərib Suraxanı RPİ-nin 31-ci PB-nin polis əməkdaları olduqlarını bildirmişdir. Bundan sonra onun kim olduğunu soruşulmuş və o özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Polis əməkdaşları onun narkotik maddələri saxlamaq, daşımaq və satmaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarışın həyata keçirilməsi məqsədi ilə onu Bakı şəhəri, Suraxanı RPİnin 31-ci Polis Bölməsinə dəvət etmişlər. O həmin zaman polis əməkdaşları ilə razılaşaraq birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmişdir. Polis Bölməsinin inzibati otaqlarının birində ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına vəkil dəvət edilmişdir. Daha sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış həyata keçirilmişdir. Baxış zamanı əvvəlcədən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, üzərində qanunsuz olaraq heç bir əşyanın olmadığını bildirmişdir. Sonra polis əməkdaşları üzərində şəxsi axtarış aparmış, lakin heç bir qanunsuz əşya və ya maddə aşkar etməmişdir. Daha sonra onun yaşadığı evdə axtarış keçirilməsinin zərurəti bildirilmiş və sonda onun etirazının olub-olmadığı deyilmişdir. O, yaşadığı evə axtarış aparılması ilə bağlı etirazının olmadığını demiş, bu barədə ərizə yazmış və sonda imza etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmiş və yaşadığı evin həyətində axtarış aparılan zaman həyətdə olan ona məxsus soyuducunun üst gözündən ona məxsus 03 (üç) ədəd büküm, 01 (bir) ədəd butulkada maye və 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Ondan həmin bükümlərin və butulkanın içərisində nə olması və haradan, necə, nə vaxt, hansı məqsədlə əldə etməyi barədə sorğu-sual edilmişdir. O həmin 03 (üç) ədəd bükümün içərisində kokos, 01 (bir) ədəd butulkanın içərisində metadon məhlulu olduğunu və onları öz istifadəsi məqsədi ilə 09 avqust 2021-ci il tarixdə günorta saatlarında Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz istifadə üçün alıb əldə etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik maddələr və 01 (bir) ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış və qablaşdırılmış zərf 195 saylı möhürlə möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və digər iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. O, 09 avqust 2021-ci il tarixdə günorta saatlarında öz istifadə üçün Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxdən həmin narkotik maddələri almasını göstərmişdir. Eyni zamanda Suraxanı RPİ-nin 31-ci Polis Bölməsində üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmadığını bildirmişdir. Həmçinin etdiyi cinayət əməlindən peşman olduğunu göstərmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini bildirmiş, həmin ifadəni təhdid olunduğu üçün verdiyini göstərmişdir. Məhkəmdə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o 2012ci il tarixdən X10 xidmət edir. Cəlilabad şəhəri, H.Əliyev prospekti, 128 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, nömrəsiz fərdi ünvanda yaşayan “Rəşad” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, daşıması, istifadə etməsi, satması barədə əvvəlcədən agentur əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, “Rəşad” adlı şəxsin şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə Suraxanı Rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və Suraxanı RPİ-nin X1 əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin rəis müavini və rəis vəzifəsini müvəqqəti icra edən polis kapitanı Tural Cəfərovun adına 09.08.2021-ci il tarixdə tərəfindən raport yazmışdır. Bundan sonra əməliyyat qrupunun təşkil edilməsi barədə tərəfindən protokol tərtib edilmiş və həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən qərar qəbul edilmişdir. Həmçinin tədbirin keçirilməsi ilə bağlı Suraxanı rayon prokurorluğuna və Suraxanı rayon Məhkəməsinə məktubla əvvəlcədən məlumat verilmişdir. Beləliklədə 09.08.2021-ci il tarixdə saat 16:30-də Suraxanı RPİ-nin X1 əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və Suraxanı RPİ-nin X1 əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının bir daha yoxlanılması məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində “Rəşad” adlı şəxsin ətrafında əməliyyat tədbiri keçirilmişdir. Tədbir nəticəsində “Rəşad” adlı şəxsin əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq üzərində olan polis xidməti vəsiqələrini təqdim edib, sonuncudan şəxsiyyəti barədə onlara məlumat verməsini xahiş etmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq özünü təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər.Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən, könüllü olaraq onlar ilə bərabər 31-ci Polis Bölməsinə getmişdir. Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması barədə dəvət olunmuş təhqiqatçı A.Süleymanov tərəfindən protokol tərtib edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs təhqiqatçı X8 tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz olan əşya varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya və ya predmetin olmadığını bildirdikdən sonra onun üzərində şəxsi axtarış aparılmış və sübut əhəmiyyətinə malik olacaq heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs sorğu-sual zamanı 01 (bir) həftə öncə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq satışı və dövriyyəsi ilə məşğul olub-olmamasının müəyyən edilməsi məqsədi ilə tərəfindən yaşadığı evə baxış keçirilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda olan evinə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq və Azərbaycan Respublikasında dövriyyəsi qadağan edilən, məhdudlaşdırılan və ya dövriyyəsinə nəzarət edilən narkotik vasitə və ya psixotrop maddələrin sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “evə axtarış və götürmə aparılması haqqında” 09.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ərizəsi və icazəsi ilə Suraxanı RPİ-nin X1 əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, Suraxanı RPİ-nin X1 əməliyyat müvəkkili polis leytenantı Şahid2, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X8, Bakı şəhəri Suraxanı rayon 9 vəkil bürosunun vəkili X9 və ondan ibarət əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evində axtarış və götürmə aparılmışdır. Belə ki, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, nömrəsiz fərdi ünvanda evə axtarış və götürmə aparıldığı zaman Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində olan soyuducunun buz gözündə satış məqsədilə qanunsuz əldə edib gizlətməklə saxladığı 03 (üç) ədəd bükümdə qəhvəyi rəngli maddələr, 01 (bir) ədəd bənövşəyi rəngli plastik butulkada olan şəffaf rəngsiz maye, 01 (bir) ədəd “gümüşü” rəngli elektron tərəzi tərəfindən aşkar olunaraq Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PBnin təhqiqatçısı polis baş leytenantı X8 tərəfindən sənədləşdirlirək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 09.08.2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, ünvanında üzdən tanıdğı, lakin adını, yaşadığı yeri və digər məlumatları bilmədiyi şəxsdən satış məqsədi ilə 03 (üç) ədəd bükümdə qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda heroini 40 manat müqabilində, 01 (bir) ədəd bənövşəyi rəngli plastik butulkada olan məhlulu 20 manat müqabilində əldə edib, üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bununla yanaşı olaraq əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra maddi sübutlar Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X8 tərəfindən ayrıayrılıqda kağız zərf üzərində qablaşdırılmış və Azərbaycan Respubliaksı DİN-in zərflər üçün 195 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Nəticə etibari ilə Təqsirləndirilən şəxs evindən götürülən narkotik vasitə və psixotrop maddələrin tərkibinin müəyyən etmək məqsədi ilə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X8 tərəfindən kimyəvi ekspertiza təyin edilmişdir. O, təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz hərəkətin edilmədiyini, Əsgərov Rəşadın barəsində əməliyyat məlumatı ilə yanaşı qonşular tərəfindən də narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı şikayətlərin olmasını göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 və ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş, Şahid3 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. 09.08.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X8 ünvan 1 ünvanında “evə axtarış və götürmə aparılması haqqında” protokolunda Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 evinin həyətində olan soyuducunun buz gözündə satış məqsədilə qanunsuz əldə edib gizlətməklə saxladığı xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən 03 (üç) ədəd bükümdə qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqa təmiz çəkisi, 1,508 qram, 5,164 qram, 9,064 qram ümumi təmiz çəkisi 15,736 qram narkotik vasitə heroin, 01 (bir) ədəd bənövşəyi rəngli plastik butulkada olan 350 ml. həcmində şəffaf rəngsiz maye kustar üsulla hazırlanmış 0,348 qram metadon məhlulu və üzərində heroin izləri olan 01 (bir) ədəd “gümüşü” rəngli elektron tərəzi aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10.08.2021-ci il tarixli 6/3400 №-li rəyindən görünür ki,-Tədqiqata təqdim edilmiş, üzərində:“Azərbaycan Respublikası DİN Arayışlar üçün N193” dairəvi möhür əksi və imzalar olan zərfdəki 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 15,886 qram (ayrı-ayrılıqda təmiz çəkisi 1,558 qr., 5,214 qr., 9,114 qr.) qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində:“Azərbaycan Respublikası DİN Arayışlar üçün N193” dairəvi möhür əksi olan bağlamadaki, bir ədəd bənövşəyi rəngli plastik butulkada olan 350 ml. həcmində şəffaf rəngsiz maye kustar üsulla hazırlanmış metadon məhluludur və həmin məhlulda metadonun miqdarı 0,348 qramdır.Həmin bağlamada olan bir ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəkilndə olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün olmamışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahısına “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildirlər. Heroinin təmiz çəkisi:15,886 qr. olmuş, tədqiqata 0,15 qr. sərf edilmiş və 15,736 qr. qalmışdır, metadon məhlulunun 20 ml. tədqiqata sərf edilmiş, 330 ml. qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X2 Ekspertizasının 05.10.2021-ci il tarixli 3790 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsin 05.11.2021-ci il tarixli 2604 №-li rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkarlanmır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24.11.2021-ci il tarixli 6/4810 №-li rəyindən görünür ki,-Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası N59” dairəvi möhür əksləri olan bir ədəd kağız paketə qablaşdırılmış bir ədəd zərfdə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,508 qram, 5,164 qram, 9,064 qram ümumi təmiz çəkisi 15,736 olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroinin ümumi təmiz çəkisi-15,736 qram, 0,15 qram tədqiqata sərf edilmiş, 15,586 qram qalıq qalmışdır. İş üzrə Təqsirləndirilən şəxs 03 (üç) ədəd bükümdə qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqa təmiz çəkisi, 1,558 qram, 5,214 qram, 9,114 qram ümumi təmiz çəkisi 15,886 qram narkotik vasitə heroin, 01 (bir) ədəd bənövşəyi rəngli plastik butulkada olan 350 ml həcmində şəffaf rəngsiz maye kustar üsulla hazırlanmış 0,348 qram metadon məhlul və 01 (bir) ədəd “gümüşü” rəngli elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmişdir . 09.11.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X5 Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin ünvan 5 ünvanında yerləşən inzibati xidməti iş otağında saat 18:05-dən 18:20-dək şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə tərtib etdiyi 01 (bir)ədəd “CD” disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. 09.11.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X5 ünvan 1 evinin həyətində saat 18:55-dən 19:25-dək “axtarış və götürmə aparılması haqqında” və maddi sübutun götürülməsi barədə tərtib etdiyi 01 (bir) ədəd “CD” disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi X4 10.08.2021-ci il tarixli 5(010)- 332/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİnin 31-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 09 avqust 2021-ci il tarixli qərarı qanuni sayılmışdır. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 09.08.2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Suraxanı rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 11 avqust 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 09 avqust 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03.11.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 23.05.2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə hökm çıxarılmış, 22.09.2015-cü il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə 05 (beş) ay 01 (bir) gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Bakı şəhər Suraxanı rayon prokurorluğunun müstəntiqi X11 tərəfindən 372-C-21 nömrəli material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16.11.2021-ci il tarixli qərardan göründüyü kimi Təqsirləndirilən şəxs ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi sübut olunmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Suraxanı RPİ-də məsul saxlanca verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış cəmi 03 (üç) ədəd bükümdə qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqa təmiz çəkisi, 1,558 qram, 5,214 qram, 9,114 qram ümumi təmiz çəkisi 15,886 qram narkotik vasitə heroin, 01 (bir) ədəd bənövşəyi rəngli plastik butulkada olan 350 ml. həcmində şəffaf rəngsiz maye kustar üsulla hazırlanmış 0,348 qram metadon məhlul və 01 (bir) ədəd “gümüşü” rəngli elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və 02 (iki) ədəd maddi sübut kimi tanınmış “CD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 09 avqust 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 179 (yüz yetmiş doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Suraxanı RPİ-də məsul saxlanca verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış cəmi 03 (üç) ədəd bükümdə qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqa təmiz çəkisi, 1,558 qram, 5,214 qram, 9,114 qram ümumi təmiz çəkisi 15,886 qram narkotik vasitə heroin, 01 (bir) ədəd bənövşəyi rəngli plastik butulkada olan 350 ml. həcmində şəffaf rəngsiz maye kustar üsulla hazırlanmış 0,348 qram metadon məhlul və 01 (bir) ədəd “gümüşü” rəngli elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 02 (iki) ədəd maddi sübut kimi tanınmış “CD” disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 179 (yüz yetmiş doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar