Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-457/2019 19.07.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid İbadulla oğlu Hüseynovun sədrliyi ilə, hakimlər Eldar Herov oğlu İsmayılov və Samir İmamverdi oğlu Əliyevdən ibarət tərkibdə, X1liyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları, ədliyyə müşaviri X10, ədliyyə müşaviri Dövlət ittihamçısı2, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərər çəkmiş şəxsin hüquqi varisi X11, onun etibarnaməli nümayəndəsi - 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında 01 avqust 1988-ci il tarixdə Dəvəçi (Şabran) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 09 iyul 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 iyul 2018-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Şabran şəhər sakini olmaqla həmyerlisi, baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1991-1992-ci illərdə bibisi Əzizə Abbasovaya qarşı etdiyi hərəkətlərə, yəni evlənmək adı ilə sonuncunu aldadıb qısa müddət ərzində faktiki nigah münasibətlərində olduqdan sonra ayrılmaqla bir qadın kimi bibisinin, eləcə də onun qohum-əqrəbasının adına və namusuna xələl gətirdiyinə görə qisas almaq niyyəti ilə zərər çəkmiş Zərərçəkmiş şəxs həyatdan məhrum etmək qərarın gəlib öz niyyətini həyata keçirmək üçün münasib vaxtı və əlverişli şəraitin yaranmasını gözləmişdir. 09 iyul 2018-ci il tarixdə dəvət aldığı və iştirak etdiyi tanışı X12 aid toy məclisində spirtli içkilər qəbul etdikdən sonra yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində istifadəsində olan + 994 70 511 82 90 nömrəli mobil telefondan zərər çəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan + 994 50 333 57 27 nömrəli mobil telefona saat 18:29, 18:36 və 19.57-də 3 dəfə zəng edib sonuncu ilə müvafiq olaraq 96, 301 və 137 saniyə ərzində aparmış olduğu danışıqlar zamanı onu həmin gün, yəni cinayət hadisəsinin baş verdiyi gün onunla mütləq görüşüb sözügedən məsələni həll etməklə «söz-söhbətlərə» son qoyacağı, onu “deşik-deşik” edəcəyi ilə hədələmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs rayon ərazisində olmadığını Təqsirləndirilən şəxs bildirib görüşdən boyun qaçırmaq istəsə də, sonuncu həmin gün mütləq görüşməli olduqlarını israrla bildirmiş və elə həmin gün vət.Şahid8 Şabran şəhərində yerləşən mağazasından aldığı mətbəx bıçağı ilə silahlanıb niyyəti barədə heç bir məlumat vermədiyi Şabran şəhər sakini, taksi sürücüsü kimi fəaliyyət göstərən vət.Şahid2 idarə etdiyi VAZ 2172 «Lada Priora» markalı, ** RD *** dövlət qeydiyyat nişanlı avtomaşınla zərər çəkmiş Zərərçəkmiş şəxs axtarmağa başlamış və onu iş yerində tapa bilməyib, saat təxminən 20:30-da zərər çəkmiş Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən evin qarşısına gəlmiş, orada zərər çəkmiş Zərərçəkmiş şəxs özünə məxsus “İnfiniti FX 35” markalı, ** GV *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda oturub mobil telefonla danışdığını görərək əli ilə avtomaşının bağlı pəncərəsini döyüb ondan avtomaşından düşməyi tələb etmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs onun gəlişinin məqsədini bildiyi üçün avtomaşının içindən əl barmağı ilə ona “bir dəqiqə gözlə gəlirəm” işarəsi vermiş, Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus avtomobildən bir neçə metr aralandıqdan sonra sonuncu özünü müdafiə etmək məqsədi ilə özünə məxsus avtomaşınından götürdüyü «185586» №-li, «Churchill» markalı ov silahını nümayiş etdirib arxadan onun üzərinə tutmaqla oradan çıxıb getməyi və sözügedən məsələ ilə bağlı bir daha onu narahat etməməyi ondan tələb etməsinə baxmayaraq, Təqsirləndirilən şəxs öz niyyətini həyata keçirmək fikrindən daşınmamış, geriyə dönərək sol əli ilə üzərinə tuşlanmış ov silahının lüləsindən tutub dartaraq həmin silahı yerə salmaqla Zərərçəkmiş şəxs tərksilah edərək öz həyatı üçün yaranmış real təhlükəni aradan qaldırmış və bundan sonra əynindəki şalvarın cibində gəzdirdiyi mətbəx bıçağını çıxararaq zərər çəkmiş şəxsin bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr endirərək ona yetirilən anda həyat üçün təhlükəli olması əlamətinə görə xəsarətlərin «ağır» kateqoriyasına aid edilmiş və ölümünə səbəb olmuş «döş qəfəsinin sol yarısının ön səthində döş qəfəsi boşluğuna nüfuz edərək ürəyin zədələnməsi, kəskin daxili və xarici qanaxma ilə müşayiət olunan iki ədəd», xəsarətlərin «az ağır» kateqoriyasına aid edilmiş «sol bazu nahiyyəsində 3 ədəd, sol kürək nahiyyəsində sol kürək sümüyünün sınığı ilə müşayiət olunan 1 ədəd, sol sarğı nahiyyəsində 1 ədəd – ümumilikdə isə 7 ədəd kəsilmiş-deşilmiş yaralar»dan ibarət bədən xəsarətləri yetirməklə qəsdən onu öldürmüş, yəni zərər çəkmiş Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmişdir. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəməyə təqdim edilmiş sübutlar məhkəmə baxışında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs başqa şəxsi qəsdən öldürməsi, yəni başqa şəxsi qəsdən həyatdan məhrum etməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, şəxsi təsərrüfatları ilə məşğul olmuş, Şabrandan ata evindən təxminən 20 km məsafədə yerləşən fermada 100 baş qoyun-quzu saxlaış, quzulardan kəsib marketlərə, toyxanalara, şəxsi adamlara satmış, fermada yaşamışdır. Onun illik qazancı təxminən 5000-6000 manat olurdu. Heyvan saxlamaqda məqsədi əldə etdiyi gəlirlə Şabran şəhərində yarımçıq olan evini tikib başa çatdırmaq və ailə qurmaq olmuşdur. O, 2009-2011ci illərdə Qazaxıstanda yaşamış, xəstəliyi ilə əlaqədar Quba rayon Psixonervoloji xəstəxanasında müalicə almış, hərbi qulluqda olmamışdır. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamın mahiyyəti üzrə ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs uşaq vaxtlarından tanımış, Rəşidin ticarətçi olduğunu, onun “Dəvəçi” bazarında ərzaq malları dükanı olduğunu bilmiş, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs 1992-ci ildə bibisi Əzizə Abbasovanı evlənmək adı ilə öz razılığı ilə qaçırtdığını, bir müddət onunla faktiki ər-arvad münasibətində olduqdan sonra gətirib valideynlərinin evinə qaytardığını, Rəşidin buhərəkətlərinin onun atasına və bibisinə pis təsir etdiyini, bununla bağlı evlərində dəfələrlə söz-söhbət olduğunu, Rəşidin bibisinə qarşı elədiyi bu hərəkətin rayonda söz-söhbətə səbəb olduğunu, ona görə də bibisinin onu tanımayan və hadisədən xəbərdar olmayan Cəlilabad rayon sakini ilə ailə qurduğunu, həmin nikahdan üç uşaqlarının olduğunu, 2-3 il əvvəl bibisinin ərinin Rəşidlə bağlı söz-söhbətdən xəbərdar olub bibisini boşadığını, bibisinin həyatının puç olduğunu və bütün bunlara Zərərçəkmiş şəxs səbəbkar olduğunu 2-3 il əvvəl valideynlərindən eşitmişdir. Rəşidin bibisi ilə ailə qurub boşandıqları vaxt o, uşaq olmuş, hadisənin mahiyyətini başa düşməmiş, sonralar bibisini görməmiş, hadisə baş verən ərəfədə Bakda yaşadığını bilsə də, onunla münasibəti olmamış və yaşadığı ünvanı bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, hadisə günü, yəni 09 iyul 2018-ci il tarixdə mal-heyvan saxladığı fermadan quzu gətirib qardaşı Əşrəfin işlədiyi “Qayalı” marketə vermiş, oradandan saat təqribən 13 radələrində bərbərə gəlib saçını kəsdirmiş, oradan isə çıxıb saat təqribən 13:30 radələrində Şabran şəhərində el arasında «Dəvəçikənd məhəlləsi» adlanan ərazidə dəvət aldığı toya getmiş, keçmiş polis əməkdaşı Mahir Şükürovun qızı və qardaşı oğlu Asif Şükürovun toyunda iştirak etmişdir. Toyda taksi sürücüsü Natiqlə və Dəvəçi kənddən olan Ruhid adlı şəxslə bir yerdə oturmuş, təxminən 2 rumka araq içmiş, lakin sərxoş olmamışdır. Toyda olarkən saat təxminən 18:30 radələrində özünün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək ona bibisi Əzizə ilə bağlı rayonda söz-söhbət gəzdiyini, onların ünvanına söyüş söyüb lovğalandığını eşitdiyini demiş, bununla əlaqədar onunla sohbət etmək istədiyini bildirmiş və onu görüşüb söhbət etməyə, bu məsələyə aydınlıq gətirməyə dəvət etmişdir. O, Rəşidin mobil nömrəsini Şabran şəhər bazarında mərhum Zərərçəkmiş şəxsla üzbəüz mağazada işləyən Əliağanın oğlu Eminin biləcəyini təxmin edib sonuncuya zəng etmiş və Zərərçəkmiş şəxs quzu əti verəcəyi adı ilə onun mobil telefon nömrəsini istəmiş və almışdır. Həqiqətən də o, bibisi ilə əlaqədar məsələni tam dəqiqliklə bilməmiş, odur ki mərhumla söhbət etmək istəmişdir. O, toyda olarkən mərhuma iki dəfə yığmış, sonuncu onun birinci zəngində ona “neyniyirsən bu söhbəti qurdalayırsan?” sualını verdikdə o, ona “gəl danışaq, görüm nə söhbətdir, ürəyimdə qalmasın” cavabını vermişdir. O, mərhumla görüşməkdə israrlı olduğundan sonuncu onunla razılaşmışdır. Bir neçə dəqiqə sonra təkrar yığdıqda mərhum ona kənarda olduğunu, saat yarıma məhləyə gələcəyini dedikdə, o da ora gələcəyini demişdir. Toyda olarkən onun qardaşları Əşrəf və Fərahim, hətta anası ona zəng etmiş, ona Rəşidlə söhbətə tək getməməyi tapşırmış, problem çıxmaması üçün özlərinin iştirakı ilə söhbət etməsini məsləhət görmüşlər. O, daqardaşlarına söz soruşmaq üçün gedəcəyini bildirmiş və heç bir problem çıxarmayacağına söz vermişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs tfadəsinin davamında göstərdi ki, toydan çıxıb “Qayalı” marketə getməyi, qardaşı ilə görüşməyi və ərzaq alıb evə getməyi planlaşdırmışdır. Həmin vaxt Şaban şəhər sakini, əvvəlcədən tanıdığı taksi fəaliyyəti ilə məşğul olan Şahid2 da toyda olmuş, saat 19 radələrində onunla birlikdə sonuncunun idarə etdiyi ağ rəngli, «Priora» markalı avtomobillə “Qayalı” marketə getmək üçün toydan çıxmışdır. təkbaşına Şabran şəhəri, Heydər Əliyev prospektində yerləşən Şahid8 mağazasından bir ədəd dəstəyi ağ, göy və qırmızı zolaqlı mətbəx bıçağı alıb cibinə qoymuşdur. O, təsərrüfatçı adam olmuş, qoyun soymaq üçün həmişə marketdən 80 qəpiyə bıçaq aliış, həmin bıçaqlar teə-tez kütləşdiyi üçün tez-tez də həmin bıçaqdan alıbdəyişmişdir. Lakin hadisə günü aldığı bıçağı mərhumu öldürmək və ya ona xəsarət yetirmək niyyəti ilə almamışdır. Maşınla elə həmin istiqamətdə gedərkən yolüstü taksi sürücüsünə Rəşid gilin məhəlləsini göstərib, “sür bura görüm Rəşid gəlməyib?” demişdir. Taksi sürücüsü də onun dediyi yerə sürmüşdür. Saat 20:30 radələrində Oradan keçərkən Rəşidin “İnfiniti” markalı maşınının qapılarında dayandığını görmüşdür. Onun nə yaxşı belə tez gəldiyini fikirləşib taksidən düşmüş, Rəşidin evinə tərəf gedərkən ona tərəf bir cavan oğlanın gəldiyini görmüş və həmin oğlandan maşında adam olub olmadığını soruşmuşdur. Adını bilmədiyi həmin oğlan atasının maşında olduğunu bildirdikdə ondan atasının kim olduğunu soruşmuşdur. Həmin oğlan atasının Rəşid olduğunu bildirmişdir. Həqiqətən o, həmin cavan uşağın Rəşidin oğlu olduğunu bilməmişdir. Oğlan ondan nə üçün atası ilə maraqlandığını soruşduqda, o, atası ilə onun quzu söhbəti olduğunu, ona görə onunla görüşməli olduqlarını demiş və uşaq çıxıb getmişdir. Bundan sonra o, maşına yaxınlaşmış və Rəşidin telefonda kiminləsə danışdığını görmüşdür. Mahının şüşələri bağlı olduğundan yaxınlaşıb maşının şüşəsini döymüşdür. Həmin vax Rəşid içəridən ona barmağı ilə “bir dəqiqə gözlə” kimi işarə etmişdir. O, Rəşidin hələ bir az danışacağını fikirləşib geri tərəfə çevrilmiş və bir kənarda dayanıb gözləmək məqsədilə maşından aralanmaq istəmişdir. O, geriyə döndükdən sonra Rəşidin maşınının qapısını örtülmüş və Rəşidin arxadan “bir dənə çevril mənə bax görüm, küçük” sözlərini deməsini eşitmişdir. O, Rəşidin sözlərinə geri çevrildikdə Rəşidin əlində qoşa lülə tüfəng olduğunu, ona tərəf tuşladığını görmüş, ona niyə belə etdiyini soruşmuş, ona telefonda onunla söhbət etmək istədiyini dediyini bildirmişdir. Rəşid ona onunla nə söhbət edəcəyini, ona nə deyəcəyini deyib, tüfəngi ona tərəf yaxınlaşdırmışdır. O, Rəşiddən tüfəngi kənara çəkməyi tələb etmiş, onunla telefonda danışdığı kimi söhbət edəcəyini demişdir. Elə həmin vaxt tüəngdən güllə açılmış, o, güllənin ona dəyməməsi üçün özünü kənara əymişdir. Həmin vaxt artıq Rəşidin onu vura biləcəyini düşünüb, özünü Rəşidin üstünə atmış və üzərindəki bıçağı dərhal çıxararaq öz bıçağıyla Rəşidi vurmüşdür. Amma həyəcandan Rəşidin hansı nahiyyəsindən və nə qədər vurduğunu bilməmişdir. Rəşid müqavimət göstərmiş, sol əli ilə onu tutub belindən çıxardığı ov bıçağı ilə onu vurmaq istəmiş, lakin o, cəld tərpənib gəldiyi maşına tərəf qaçmışdır. O, maşına yaxınlaşaraq sürücüyə “gəl, tez otur, maşını sür gedək, yoxsa gəlib məni vuracaq” demişdir. O, maşına oturduqdan sonra Rəşid gəlib maşına çatmışdır. Maşını divara tərəf sıxılı olduğundan Rəşid maşının sərnişin tərəfdən onun oturduğu qabaq hissəyə yaxınlaşmaqda çətinlik çəkmiş, o da həmin vaxt şüşəni bağlayarkən tam bağlaya bilməmiş və Rəşid əlini şüşədən içəri salıb bıçaqla onu vurmaq istəmişdir. O, Rəşidin əlini tutub bıçağı almaq istədikdə Rəşid dartmış və sonuncunun əlindəki bıçaq onun əlini kəsmişdir. Həmin vaxt o, təkrar-təkrar “sür Natiq, sür Natiq” sözlərini demişdir. Natiq isə həyəcandan maşını işə salmaqda çətinlik çəkmişdir. Həmin vaxt Ayaz Rəşidin belindən tutub “Rəşid vurma” deyib onu dartıb maşının qarşısından aparmış, Rəşid isə qışqıraraq “burax, bu oğraşı vurum” demişdir. Bundan sonra Natiq maşını sürmüş, onun təklifi ilə “Qayalı market”in yanına getmişdir. O, Natiqə polisə gedib təslim olacağını bildirib maşından düşmüş və Natiq çıxıb getmişdir. O, marketdə qardaşı Əşrəflə görüşüb hadisəni ona danışmış, Rəşidlə söhbət etmək istədiyini demiş, Rəşidlə söhbətə gedərkən sonuncunun tüfəng çıxardığını və ona görə də aləmin bir-birinə dəydiyini, Rəşidi bıçaqla vurduğunu demişdir. Bundan sonra Əşrəfə polisə getmək istədiyini bildirmiş, qardaşı Şabran rayon Polis Şöbəsinin rəis müavininə zəng edib onun hadisə törətdiyini demiş və məhəllə uşağı olan və Yaşar kimi tanıdığı şəxsin maşını ilə könüllü olaraq Şabran rayon Polis Şöbəsinə getmişdir. Polisə getməzdən əvvəl Əşrəfin məlumatı əsasənda ata və anası da ora gəlib qıssa bir vaxtda onunla görüşmüşlər. Onun polisə getməsi üçün heç kim təzyiq və ya təsir göstərməmiş, polis tərəfindən tutulmamışdır. Hadisədən sonra Rəşidin vəziyyəti ilə bağlı xəbəri olmamış, lakin sonuncunun aldığı xəsarətlərdən öldüyünü Polis Şöbəsində olarkən eşitmişdir. Təqsirləndirilən şəxs ifadəsində qısa arayış verib göstərdi ki, o, polisə gedənə qədər kəsilmiş əlini kimin sarıdığını xatırlaya bilməmişdir. Lakin şabran rayon Polis Şöbəsinə gedəndən sonra polis əməkdaşları onu Siyəzən xəstəxanasına aparmış, orada əlində olan kəsilmiş yara tikilmişdir. Lakin hadisədən sonra Şabran rayon xəstəxanasında olub-olmamasını və ya əlində sarğı olub-olmamasını xatırlaya bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, o, bibisi ilə əlaqədar Rəşidi öldürəcəyi barədə heç kimə heç bir söz deməmiş, onun Rəşidi öldürmək niyyəti olmamışdır. O, Rəşidə qarşı heç vaxt paxıllıq etməmiş, onun varında, dövlətində gözü olmamışdır. Sadəcə onunla görüşüb bibisi ilə bağlı məsələyə aydınlıq gətirmək istəmişdir. Rəşid onun üstünə tüfəng tutana qədər o, bıçaq çıxarmamış, Rəşid ona tüfəng tuşladıqdan sonra qaçacağı təqdirdə onu vura biləcəyini fikirləşmiş və özünü müdafiə məqsədilə Rəşidin üstünə atılıb onu vurmuşdur. Onda ikinci bıçaq olmamış, Rəşidlə olan münaqişə zamanı ona heç kim kömək etməmişdir. Rəşid hələ tüfəngdən atəş açan zaman gəldiyi taksinin sürücüsünün qorxudan maşından düşüb kənarlaşmasını o, sonra sürücünün özündən eşitmişdir. Rəşidlə telefon danışıqlarını sürücü Natiq eşitsə də, mahiyyətini və onun məqsədini sonuncu bilməmiş, hadisədə ona heç bir köməklik etməmişdir. Rəşidi öldürməsini bibisi və ya qeyrisi ona sifariş etməmiş, qətl hadisəsi Rəşidin ona tüfəng tətbiq etməsi səbəbindən baş vermişdir. Rəşidin üzərindəki və ona qarşı tətbiq etdiyi bıçaq iri ov bıçağı olmuş, Rəşidin kürəyindən necə xəsarət almasını o, bilməmişdir. Hadisə zamanı Rəşidin ikinci dəfə də atəş açmasını həyəcandan o, hiss belə etməmiş, bunu sonralar ondanbundan eşitmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələri ilə məhkəməyədək icraat mərhələsinlə vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə əlaqədar onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilmiş və ifadələrində göstərmişdir ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs uşaq vaxtlarından tanımışdır. Bir neçə il əvvəl valideynlərindən eşitdiyinə görə Zərərçəkmiş şəxs 1992-ci ildə bibisi Əzizə Abbasovanı evlənmək adı ilə öz razılığı ilə qaçırtmış, bir müddət onunla faktiki ər-arvad münasibətində olduqdan sonra gətirib valideynlərinin evinə qaytarmışdır. Bu da atasına və bibisinə pis təsir etmiş, bu barədə dəfələrlə evlərində söz-söhbət olmuşdur. Rəşidin bibisinə qarşı elədiyi bu hərəkət rayonda söz-söhbətə səbəb olmuş, ona görə də bibisi onu tanımayan və hadisədən xəbərdar olmayan Cəlilabad rayon sakini ilə ailə qurmuş, bu nikahdan üç uşağı anadan olmuşdur. Bu hadisə bir ləkə kimi beyninə həkk olunmuş və fürsət olan kimi Zərərçəkmiş şəxs elədiyi hərəkətə görə cəzalandırmağı fikirləşmişdir. Bibisinin uzaq kənddə yaşamasına səbəb Zərərçəkmiş şəxs olmuşdur. Çünki o, əvvəl kiminləsə qeyri-rəsmi yaşamasından ərinin məlumatının olmasını istəmədiyi üçün ucqar kəndə ərə getmişdir. Lakin təxminən 2-3 il əvvəl ki, bibisi Əzizə Abbasovanın əri bu söz-söhbətdən xəbərdar olduğu, yəni onunla evlənməzdən əvvəl başqası ilə qeyri-rəsmi yaşadığını bildiyi üçün bibisindən boşanmışdı. Buna görə də bibisi Əzizə həyatının puç olduğundan gileylənmiş və hazırki ailəsinin dağılmasında Zərərçəkmiş şəxs səbəbkar görmüşdür. Ərindən boşandıqdan sonra bibisi X28 rayonuna qayıtmayıb Bakı şəhərində yaşamaqla orada gözəllik salonunda işləmişdir. Buna baxmayaraq rayonda bibisinin başına gələnlər danışılmış, eşitdiyinə görə bu söz-söhbəti də Zərərçəkmiş şəxs yaymış, bibisinə qarşı elədiyi hərəkəti fəxrlə danışmış və onların ailəsinin bunu bilə-bilə rayonda başı dik gəzdiklərinə görə rişxənd etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 09 iyul 2018-ci il tarixdə saat 13 radələrində Şabran şəhərində el arasında «Dəvəçikənd məhəlləsi» adlanan ərazidə keçmiş polis əməkdaşı Mahir Şükürovun qızı və qardaşı oğlu Asif Şükürovun toyunda iştirak etmiş, təxminən 200 qram spirtli içki olan araq qəbul etmiş və sərxoş olduqdan sonra Zərərçəkmiş şəxs xeyli müddət əvvəl bibisi Əzizə Abbasovaya qarşı elədiyi həmin hərəkət yadına düşmüşdür. Bu barədə masada onunla əyləşmiş şəxslər ona hər hansı söz deməmiş, qızışdırmamışlar. Həmin hadisə uzun müddət onun beynində olmuş, onu beynindən çıxara bilmədiyindən nəyin bahasına olursa olsun Rəşiddən buna görə hesab soruşmağı fikirləşmişdir. Bu məqsədlə onun mobil telefon nömrəsini axtarmış, tanıdığı bir neçə şəxsə zəng etsə də, onun nömrəsini əldə edə bilməmişdir. Onun nömrəsini Şabran şəhər bazarında mərhum Zərərçəkmiş şəxsla üzbəüz mağazada işləyən Əliağanın oğlu Eminin biləcəyini təxmin edib sonuncuya zəng etmiş və Zərərçəkmiş şəxs quzu əti verəcəyi adı ilə onun mobil telefon nömrəsini istəmişdir. Ondan Rəşidin telefon nömrəsini alıb saat 18:30 radələrində istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək 15-20 il əvvəl bibisinə qarşı səhv hərəkət etdiyini, lakin rayon ərazisində özünü böyük adam kimi apardığını, elədiyi hərəkətə görə cavab verməli olduğunu demişdir. Zərərçəkmiş şəxs ondan çoxdan olmuş söhbəti nə üçün indi açdığını soruşduqda bu söhbətin bu gün axırına çıxmalı olduqlarını demişdir. Zərərçəkmiş şəxs onunla sakit tərzdə danışaraq ailəsi və uşaqlarının olduğunu deyib çoxdan olmuş hadisəni yenidən açmamağı xahiş etmişdir. Cavabında Zərərçəkmiş şəxs nakişi olduğunu, rəsmi arvadı ola-ola cavan qızla qeyri-rəsmi ər-arvad kimi yaşadığını, bundan başqa bahalı xarici maşını, bir neçə mağazasının olduğunu və bunlardan gənc qızları yoldan çıxarmaq üçün istifadə etdiyini, puluna güvəndiyi üçün həmin hərəkəti bir neçə il əvvəl bibisinə qarşı da elədiyini və onun üçün yaxşı olmayacağını, bu hərəkətlərinin ona baha başa gələcəyini, çoxsaylı səhvlər etdiyi üçün qorxudan üzərində bıçaq gəzdirdiyini demişdir. Zərərçəkmiş şəxs etdiyi hərəkətlərin ona heç bir aidiyyətinin olmadığını dedikdə sonuncuya görüşməyi təklif etmiş və əvvəllər bibisinə qarşı elədiyi hərəkətin səbəbini izah etməyi tələb etmişdir. Zərərçəkmiş şəxs heç nə deməyib telefonu söndürmüş, bundan sonra anası Sürayə, qardaşları Əşrəf və Fərahim ona zəng edərək Zərərçəkmiş şəxs narahat etməməyi tapşırmışlar. Onların sözlərindən başa düşmüşdür ki, onunla danışdıqdan sonra Zərərçəkmiş şəxs onun ailə üzvlərinə zəng edib bu barədə məlumat vermişdir. Böyük qardaşı Şahid6 ona bu məsələni araşdırmağın ona aidiyyətinin olmadığını demiş və Rəşidi narahat etməməyi tapşırmış, lakin onun dediklərinə etiraz edib Rəşiddən bibisinə qarşı elədiyi hərəkətin səbəbini öyrənməli, bu gün bu məsələnin axırına çıxmalı olduğunu bildirmişdir. Ona görə də Fərahim sabah rayona gəldikdə hər üçünün birlikdə gedib Rəşidlə söhbət etməyi təklif etməsinə də əhəmiyyət verməmiş, həmin gün Zərərçəkmiş şəxsla görüşməyi beyninə qoymuşdur. Ona görə də yenidən sonuncuya zəng edib harada olduğunu soruşmuş, Zərərçəkmiş şəxs isə onunla görüşməkdən imtina edərək rayon ərazisində olmadığını demişdir. Onun qorxudan yalan dediyini, görüşməkdən çəkindiyini başa düşüb onu tapacağını bildirmişdir. Sonradan ona bir neçə dəfə zəng etsə də, Rəşid zənglərinə cavab verməmiş və nömrəni qara siyahıya atdığı üçün ona bir daha zəng edə bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, Şaban şəhər sakini, əvvəlcədən tanıdığı taksi fəaliyyəti ilə məşğul olan Şahid2 da toyda olmuş, saat 19 radələrində onunla birlikdə sonuncunun idarə etdiyi ağ rəngli, «Priora» markalı avtomobillə oradan çıxmışdır. Niyyəti barədə Şahid2 heç bir söz demədən təkbaşına Şabran şəhəri, Heydər Əliyev prospektində yerləşən Şahid8 mağazasından bir ədəd dəstəyi ağ, göy və qırmızı zolaqlı mətbəx bıçağı alıb cibinə qoymuş və Natiqdən avtomaşını Zərərçəkmiş şəxs evinə sürməyi tələb etmişdir. Natiq avtomobili Rəşidin evinə paralel yerləşən Şahid3 evinin qarşısında saxlamış, avtomobildən düşdükdə Natiqə onu gözləməyi tapşırmışdır. Məqsədi Rəşidin evdə olub-olmadığını öyrənmək olmuş, evdə olmayacağı təqdirdə taksi ilə onu rayon ərazisində axtarmağı planlaşdırmışdır. Ona görə də Natiq getməyib orada onu gözləmişdir. Zərərçəkmiş şəxs evinin giriş darvazasının qarşısında qara rəngli, «İnfiniti» markalı, dövlət nömrə nişanını xatırlamadığı, son rəqəmi 199 olan avtomobil dayanmış, bu zaman bir nəfər 16-17 yaşlarında cavan oğlan Rəşidin evinin yaxınlığında olmuşdur. Həmin oğlanın Rəşidin oğlu olduğunu, sonuncunun da həyətdəki qara rəngli «İnfiniti» markalı avtomobilin içərisində olduğunu öyrənmiş və onu şübhələndirməmək üçün atasına quzu əti verəcəyini deyib oradan uzaqlaşdırmışdır. Avtomobilə yaxınlaşdıqda Zərərçəkmiş şəxs sükan arxasında oturub mobil telefonla danışdığını görüb şüşəni döyüb onu çağırmışdır. Bu zaman Zərərçəkmiş şəxs şəhadət barmağını göstərib bir dəqiqə gözləməsini bildirmişdir. Arxasını çevirib avtomobildən uzaqlaşmış və danışıb qurtardıqdan sonra mərhumun onun yanına gələcəyini zənn etmişdir. Təxminən 2 metr aralandıqdan sonra arxadan avtomobilin qapısının örtülməsi səsini eşitmiş və Zərərçəkmiş şəxs ona «arxaya bax görüm sən məndən nə istəyirsən» demişdir. Arxaya çevrildikdə Zərərçəkmiş şəxs əlində qara rəngli qoşalülə ov tufəngini ona tərəf tuşladığını görmüşdür. Ona tüfəngi kənara çəkməsini, onunla söhbət etməyə gəldiyini, deyəcəklərinin olduğunu bildirmiş və çayxanaya gedib söhbət etməyi təklif etmişdir. Rəşid isə acıqlı formada ondan «nə deyirsən deyə soruşmuş, ona «telefonda nə demişəmsə onu deyirəm» deyə cavab vermişdir. Zərərçəkmiş şəxs onun getmədiyini və ondan əl çəkmədiyini görüb tüfəngin lüləsini üzünə daha da yaxınlaşdırıb ondan əl çəkib oradan çıxıb getməyi tələb etmişdir. Onun sözündən sonra oradan qaçıb gedərsə Rəşidin ondan qorxduğunu zənn edərək və evinə hücum etdiyini bəhanə edib arxadan tüfənglə vuracağını zənn etmiş, ona görə də əlini şalvarının sağ yan cibinə atıb orada saxladığı bıçağı çıxartmaq üçün fürsət gözləmişdir. Rəşid də onun əlini cibinə atıb orada nə isə axtardığını görüb tüfəngin lüləsini üzünə daha da yaxınlaşdırmışdır. Ona təkrarən tüfəngi kənara çəkməsini, söhbət eləmək və bibisinə qarşı etdiyi hərəkətin səbəbini və necə baş verdiyini aydınlaşdırmaq istədiyini bildirmişdir. Rəşid heç yerə getməyəcəyini və ona heç nəyi izah etməyəcəyini söyləyib israrla ondan oradan uzaqlaşmağı tələb etmişdir. Zərərçəkmiş şəxs sözləri onun xoşuna gəlməmiş və qəfildən sol əli ilə tüfəngin lüləsindən sağ tərəfə itələmişdir. Bu zaman tüfəngdən havaya bir ədəd güllə atılmış və tüfəng yerə düşmüşdür. O, tez cibində olan bıçağı çıxarıb Rəşidin sol tərəfindən ürək nahiyyəsinə 2-3 zərbə vurmuşdur. Bu vaxt səsə qonşuluqda yaşayan Şahid3 evlərindən çıxıb onlara tərəf gəlmişdir. Həmin vaxt Rəşid də şalvarının belində olan dəstəyi qəhvəyi rəngdə olan iri ölçülü, ov bıçağına bənzər bıçağını çıxarıb ona zərbə vurmaq istəmiş, o, qaçıb Şahid2 avtomobilinin qabaq sağ tərəfində sərnişin oturacağında əyləşmişdir. Rəşid də əlində bıçaq onun arxasınca qaçıb avtomobilə yaxınlaşmış və onun açıq pəncərəsindən bıçaqla ona zərbə endirməyə başlamışdır. Bu zərbələrdən bıçaq onun sol əlinin üst tərəfini cızmış və sağ əlinin ovuc hissəsinin alt tərəfini kəsib xəsarət yetirmişdir. Bu zaman Şahid3 yaxınlaşıb Rəşidi arxadan qucaqlayıb onu avtomobildən uzaqlaşdırmış və onu evlərinə tərəf aparmışdır. Rəşid hasarının yaxınlığında dayanmış ağ rəngli yük avtomobilinə çatdıqda yerə yıxılmış, o isə qardaşı Şahid7 işlədiyi Şabran şəhərində yerləşən «Qayalı» marketə, oradan isə rayon polis şöbəsinə getmişdir (iş vərəqə: cild İ, səh. 151-158). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokolun məzmunundan görünür ki, təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən məhkəməyədək icraat mərhələsində sərbəst ifadələrində, yəni cinayət işinin materiallarında iş vərəqə cild İ, səh. 151-158-də olan ifadələrində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 202-213). Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində verdiyi və iş vərəqə cild İİ, səh.187-200, cild İİİ, səh. 170-174 və cild İV, səh. 1-5-də olan sərbəst ifadələrinin məhkəmə tədqiqi göstərdi ki, Təqsirləndirilən şəxs məzmunca məhkəmədə verdiyi ifadəsinə oxşar ifadə verib zərər çəkmiş Zərərçəkmiş şəxsla əvvəllər aralarında ədavət və münaqişənin olmadığını, hadisə baş verən gün onunla israrla görüşməkdə məqsədinin söhbət etmək və uzun illər əvvəl bibisi Əzizə Abbasovaya qarşı elədiyi hərəkətin səbəbini soruşmaq olduğunu, həmin gün bıçaq almaqda məqsədinin Zərərçəkmiş şəxs daim üzərində bıçaq gəzdirdiyi üçün aralarında münaqişə yarana biləcəyi təqdirdə özünü müdafiə etmək olduğunu, hadisə baş verən gün Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını, göstərmişdir. İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs ilkin ifadələrini oxumadan imzaladığını, müstəntiqin onun barəsində olan işə düzgün baxacağına söz verməsinə inanıb özünə vəkil tutmadığını, ona dövlət hesabına vəkil təyin olunduğunu, vəkilinin və müstəntiqin təklifi ilə hara gəldi imza etdiyini göstərdi. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X22 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs doğma qardaşı olmuş, onunla münasibəti normal olmuş, aralarında hər hansı narazılıq, dava-dalaş olmamışdır. Mərhum qardaşı Rəşid xasiyyətcə sakit, mülayim adam olmuş, münaqişəyə meylli olmamış, onun kiminləsə ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs tanımamış, qardaşları Fərahim və Əşrəfi rayon sakini kimi tanımış, onlarla normal münasibəti olmuşdur. Rəşid 1992-ci ildə Güloğlanın bacısı X19 ilə bir müddət faktiki ər-arvad münasibətində yaşamış, sonra isə ondan ayrılmışdır. Həmin hadisədən sonra Rəşidlə Əzizənin atası, qardaşları və digər ailə üzvləri arasında hər hansı mübahisə, narazılıq olmamışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi Aydın Əhmədov ifadəsinin davamında göstərdi ki, 09 iyul 2018-ci il tarixdə, axşam saat 20:50-də Rəşidin oğlu Əhəd onun istifadəsində olan ***-***-**- ** nömrəli mobil telefona zəng edərək atasının tüfənglə vurulduğunu və ona qan lazım olduğunu demiş, xəstəxanaya getdikdə X3 bıçaqla vurduğunu və xəstəxanaya aparılarkən yolda vəfat etdiyini öyrənmişdir. Sonradan eşitdiyinə görə Ağayahya iyirmi il əvvəl Rəşidin onun bibisi Əzizə ilə bir müddət yaşayıb sonra ondan ayrılması səbəbindən onu həmin gün telefonda öldürməklə hədələmiş və həmin gün qisas almaq niyyətilə bıçaqlayıb öldürmüşdür. Eşitdiyinə görə Ağayahya hadisə günü Rəşidə telefonla zəng edərkən ona onu deşik-deşik edəcəyini bildirmiş və məhz buna görə Rəşid evdən silah götürüb onun qarşısına çıxmışdır. Lakin Rəşid evdən silahı götürərkən həyat yoldaşı görüb maraqlandıqda, Rəşid əsil həqiqəti gizlətmiş, silahı təmirə aparacağını ona demişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi Aydın Əhmədov ifadəsində daha sonra göstərdi ki, Rəşidlə Əzizə ayrılandan sonra ailələr arasında heç bir problem olmamış, onlar bir-birinə düşmənçilik mövqeyində olmamışlar. Ağızdan-ağıza eşitdiyinə görə Ağayahya hadisədən əvvəl Rəşidi bağışlaması üçün sonuncudan 30.000 manat pultələb etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 09 iyul 2018-ci il tarixdə, saat 16:30 radələrində özünə məxsus olan «VAZ 2172» dövlət nömrə nişanlı, ** RD *** dövlət nömrə nişanlı avtomobillə Şabran şəhəri, «Dəvəçikənd yaşayış məhəlləsi» adlanan ərazidə yaşayan Asif Şükürovun yaşadığı evin həyətində keçirilən toy məclisinə getmiş, toya gəldiyi vaxt baxılan iş üzrə Təqsirləndirilən şəxs orada görməmiş, onun hansı masada və kimlərlə əyləşdiyinin şahidi olmamışdır. O, toyda spirtli içki qəbul etməmiş, Ağayahyanın spirtli içki qəbul edib-etməmsini bilməmiş, yol boyu bunu hiss etməmişdir. Təxminən bir saat sonra onunla toyda görüşmüş və sonuncu evə getdikdə onu da aparmasını xahiş etmişdir. Saat 19 radələrində Ağayahya ilə birlikdə toy evindən çıxıb idarə etdiyi avtomobillə rayon ərazisinə gəlmişlər. Ağayahyanın təklifi ilə o, avtomobili Heydər Əliyev küçəsindəki Şahid8 məxsus olan «Hədiyyələr» mağazasının qarşısında saxlamış, Ağayahya ona heç bir söz demədən avtomobildən düşüb mağazaya daxil olmuş və bir neçə dəqiqədən sonra oradan əliboş çıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əlində və ya üzərində bıçaq və ya digər alət olduğunu görməmişdir. Ağayahya mağazadan çıxıb avtomobilə əyləşdikdə avtomobillə onu rayon ərazisində gəzdirməyi təklif etmiş, ona etiraz edib yorulduğunu və evə gedib yuyunaraq yatmaq istədiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona «sən taksi sürücüsü deyilsən, gəzdir, pulunu da verəcəm» demişdir. Təqsirləndirilən şəxs təklifi ilə avtomobili Şabran şəhər bazarına sürmüş, mərhum Zərərçəkmiş şəxs mağazasının qarşısından keçdikdə Ağayahya avtomobildən düşmədən onun mağazasına boylanmışdır. Həmin vaxt mağaza bağlı olmuş və onlar hərəkətlərini davam etdirmişlər. Bundan sonra o, Ağayahyanın təklifi ilə avtomobili yaxınlıqda yerləşən Şahid4 mağazasının qarşısına sürmüş, həmin vaxt sonuncu mağazanın qarşısında olmuşdur. Təqsirləndirilən şəxs ondan Zərərçəkmiş şəxs harada olduğunu soruşmuş, Emin isə Rəşidin mağazada olmadığını demiş və onu nə üçün xəbər aldığını soruşmuşdur. Təqsirləndirilən şəxs Rəşidə qurbanlıq ət verəcəyini, bu səbəbdən onu axtardığını söyləmiş və oradan çıxıb getmişlər. Lakin o, Ağayahyanın əlində ət görməmişdir. Bundan sonra Ağayahyanın göstərişi ilə o, avtomobili Zərərçəkmiş şəxs yaşadığı evə sürmüşdür. Rəşidgilin yaşadığı küçəyə çatdıqda avtomobili evdən bir neçə metr aralıda saxlamış, Ağayahya isə özü avtomobildən düşərkən onu gözləməyi tapşırmışdır. Ona görə də o, avtomobildən düşüb onun qabağında dayanmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs evinin qarşısındakı yolla təqribən 20 yaşlarında bir nəfər cavan oğlan piyada, təkbaşına gəlib onların yanından keçib təxminən 2-3 metr getdikdən sonra Ağayahya onu səsləyib çağırmış və ondan kimliyi ilə maraqlanmış, Rəşidin oğlu olduğunu öyrənmiş və onun vasitəsilə Rəşidin küçədə dayanmış qara rəngli, «İnfiniti» markalı avtomobilində olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs oğlu olduğunu o, bilsə də adının Əhəd olduğunu sonradan bilmişdir. Əhəd Ağayahyadan atasını nə üçün soruşduğunu xəbər almış, Ağayahya da ona atasına 4 ədəd quzu verəcəyini demişdir. Bundan sonra Əhəd oradan uzaqlaşıb harasa getmişdir. O, Ağayahyaya həmin cavan oğlanın Rəşidin oğlu olduğunu deməmişdir. Bundan sonra Ağayahya mərhum Zərərçəkmiş şəxs məxsus avtomobilə yaxınlaşmış, pəncərədən sükan tərəfə boylanmış və sonra üzünü çevirib yavaş-yavaş ona tərəf təxminən bir metr hərəkət eləmişdir. Onun Rəşidə nə deməsini, sonuncunun ona nə cavab verməsini o, eşitməmişdir. Ağayahya ona tərəf gələrkən Zərərçəkmiş şəxs avtomobildən düşüb onun arxa yük yerini açmış, oradan bir ədəd ov tüfəngi götürmüş və Ağayahyayanın arxa tərəfdən başına tərəf istiqamətdə tutaraq ondan nə istədiyini soruşmuşdur. Ağayahya arxaya çevrilib Rəşidin ona ov tüfəngi tuşladığını görmüşdür. Rəşidin əlində tüfəng olduğunu görüb onun ağır hadisə törədə biləcəyini və hətta onu da vura biləcəyini güman edib qaçıb təxminən 50-60 metr oradan aralanmışdır. Həmin vaxt bir dəfə atəş səsi eşitmiş, təxminən 15-20 metr qaçdıqdan sonra isə ikinci silah səsini eşitmişdir. Təxminən 5-10 dəqiqə dayandıqdan sonra o, Ağayahya ilə Rəşidin bir-birinə əl-qol ataraq yola çıxdıqlarını görmüş və onların hər ikisinin sağ olduğunu, tüfəngdən açılan atəşin onlara dəymədiyini bilmiş və avtomobilinə tərəf gəlmişdir. Ağayahya gəlib onun avtomobilində qabaq sağ tərəfdə əyləşmiş, Rəşid də avtomobilin onun oturduğu tərəfinə yaxınlaşıb qapının şüşəsindən içəriyə doğru əlini hərəkət etdirmişdir. Həmin vaxt onun əlində hər hansı alət və ya silah olduğunu görməmişdir. Bu zaman qonşu Şahid3 də avtomobilə yaxınlaşaraq Rəşidi belindən qucaqlayıb oradan uzaqlaşdırmış və evinin hasarının qarşısında dayanmış özünə məxsus ağ rəngli «Ford» markalı avtomobilə tərəf aparmışdır. Həmin vaxt həyəcanlı olduğundan ətrafa diqqət etməmiş və orada hər hansı alət və ya vasitə, bıçaq və ya digər silah olub-olmadığını, habelə Rəşidin Ağayahyaya tərəf tuşladığı ov tüfənginin harada olduğunu görməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs təklifi ilə onu qardaşı Şahid7 işlədiyi «Qayalı» marketə aparmış, Ağayaya düşərkən qardaşı ilə görüşüb radan polis şöbəsinə gedəcəyini bildirmişdir. Odur ki, o, orada gözləməyib çıxıb evinə getmiş, Zərərçəkmiş şəxs öldüyünü növbəti gün eşitmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, o, toya fərdi şəkildə dəvət almış, Ağayahya ilə birlikdə ora getməmişdir. Ağayahya onun yanında hansısa mağazadan bıçaq almamışdır. Ağayahyanın onun maşınında gəzərkən hansısa mağazadan bir ədəd mətbəx bıçağı alıb cibinə qoyduğunu hadisədən sonra eşitmişdir. O, Ağayahyanın əlində bıçaq görməmiş, Ağayahyanın kimisə öldürmək niyyətində olduğunu o, bilməmişdir. Təqsirləndirilən şəxs çoban olduğundan və özünə məxsus olan xırdabuynuzlu heyvan saxladığından onun həqiqətən də Rəşidə ət satmaq istədiyini güman etmiş və bu səbəbdən onu axtarmasında şübhələnməmişdir. Hadisədən sonra o, gördüklərinin şokunda olmuş, ona görə də yol boyu qorxduğu üçün Ağayahyadan heç nə soruşmamışdır. Ağayahyanın əlində telefon olmasını görmüş, hətta sonuncu kiminləsə də danışmışdır. Lakin onun kiminlə danışmasını bilməmiş, konkret nə danışdığına fikir verməmişdir. Hadisədən sonra Ağayahyanın üstünün, əllərinin qan olmasını görsə də o, qorxduğu üçün hüquqmühafizə orqanlarına bu barədə məlumat verməmişdir. Ağayahyanın niyyətindən ümumiyyətlə məlumatı olmamış, sonuncu bu barədə ona heç nə deməmişdir. Hadisənin ümumiyyətlə nəyə görə baş verdiyini bilməsə də, hadisədən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bibisinə sataşdığı üçün öldürüldüyünü eşitmişdir. Hadisədən sonra mərhum Rəşidin qardaşları və yeznələri gəlib onu aldadaraq evdən aparmış, Rəşidin ölümündə onun və hətta 3-cü şəxsin də iştirakının olduğunu bildirib onu döymüşlər. Onlar mənə deyirdilər ki, olduğunu deyirdilər. Lakin Rəşidin öldüyünü nəzərə alıb onun qardaşları və yeznələri barədə şikayət etməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 Ağakərim oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uşaq vaxtlarından rayon sakini kimi tanımış, birlikdə böyümüş və dost olmuşlar. 09 iyul 2018-ci il tarixdə, saat 18:30 radələrində yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla ona zəng edib Güloğlanın Ağayahya adında oğlunun olub-olmadığını soruşmuş, o, Güloğlanın belə bir oğlunun olduğunu təsdiq etdikdə Rəşid Ağayahyanın sərxoş vəziyyətdə ona zəng edib artıq-əskik danışdığını bildirmiş, Ağayahyanın ona “sənin dörd mağazan, xarici maşının var, pulun çox olduğu üçün kefin istəyəni edirsən” dediyini demişdir. Rəşidin deməsinə görə o, da Ağayahyaya «mənim nəyim var, özüm bilərəm nə edərəm» cavabını vermişdir. Rəşidin deməsinə görə Ağayəhya ona toyda olduğunu, oradan çıxıb onunla söhbət eləməyə gələcəyini demişdir. Şahid1 daha sonra ifadəsində göstərdi ki, Rəşidin sözlərinə görə Ağayahya xeyli müddət əvvəl onun bisi Əzizə ilə aralarında olmuş münasibətə görə onunla görüşmək istədiyini demişdir. Rəşidin narahat olduğunu hiss edib Ağayahyaya fikir verməməyi məsləhət görmüş və onun böyük qardaşı Şahid6 zəng edib Ağayahyanı başa salmağı xahiş edəcəyini demişdir. Bundan sonra o, tanıdığı və bir yerli kimi münasibəti olduğu Fərahimə zəng edib Ağayəhyanın sərxoş vəziyyətdə Rəşidə sataşdığını demiş, ondan qardaşını onu narahat etməməsini başa salmağı xahiş etmiş, Fərahim də bu məsələni yoluna qoyacağını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs zəng edərək Fərahimlə danışğı barədə ona da demiş və Rəşidin tələbi ilə Fərahimin mobil telefon nömrəsini mesaj vasitəsilə Rəşidə də göndərmişdir. Bir neçə dəqiqədən sonra Rəşid yenidən ona zəng edərək Fərahimlə danışdığını və ondan qardaşını onunla işi olmaması, ona zəng edib narahat etməməsi və çoxdan olmuş məsələni təzələməməsi üçün tənbeh etməsini xahiş etmiş, Fərahim də ona qardaşını başa salacağını deməsini demişdir. Şahid1 daha sonra ifadəsində göstərdi ki, saat 20:30 radələrində yaşadığı evdə şam edərkən Rəşid yenə ona zəng edib Ağayahyanın ondan əl çəkmədiyini, zəng edib onu görüşə çağırdığını bildirmiş, deməsinə görə Ağayahyanın bu gün həmin söhbətə birdəfəlik son qoyacağını dediyini demiş, sonuncunun onu hədələdiyini və deşik-deşik edəcəyini deməsini demişdir. Rəşidə Ağayahyanın sözlərinə fikir verməməyi, zənglərinə cavab verməməyi məsləhət görmüş və yeməyini yedikdən sonra onun yanına gələcəyini demişdir. Saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə getdikdə qonşulardan Rəşidin bıçaqlandığını və xəstəxanaya aparıldığını eşitmişdir. Təcili xəstəxanaya getmiş və artıq Rəşidin öldüyünü eşitmişdir. Hadisədən bir müddət sonra Ağayahyanın qardaşı Fərahimlə üzbəüz görüşüb danışdıqda ondan eşitmişdir ki, hadisə baş verən gün Zərərçəkmiş şəxs ona zəng edib Ağayahyanın onu telefonda öldürəcəyi ilə hədələdiyindən gileylənmişdir. Şahid1 daha sonra ifadəsində göstərdi ki, o, uzun illər əvvəl Rəşidin Ağayahyanın bibisi ilə evləndiyini və bir müddət sonra ayrılmalarını eşitsə də, ailələr arasında düşmənçilik kimi bir hissin olduğunu bilməmiş və eşitməmişdir. Odur ki, Ağayahyanın Rəşidə zəng etməsini, onu hədələməsini ciddi bir iş kimi qəbul etməmiş, Rəşidə narahat olmamasını məsləhət görmüşdür. Telefon danışıqları zamanı Rəşid ona Ağayahyanın ondan əmlak, pul istəməsi və ya tələb etməsi barədə heç bir söz deməmişdir. Bundan başqa, iş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid3 ifadələrində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs ilə qonşu olmuş, yaxın münasibətləri olmuşdur. 09 iyul 2018-ci il tarixdə, saat 20 radələrində yaşadığı evin həyətyanı sahəsində iş görərkən küçədən, Zərərçəkmiş şəxs yaşadığı ev tərəfdən bir dəfə partlayış kimi bir səs eşitmiş, el arasında uşaqların «vzrıvpaket» olaraq adlandırdıqları partlayıcı olduğunu fikirləşib səsə əhəmiyyət verməmişdir. Təxminən 5-10 saniyə sonra həmin səs daha bərkdən eşidildiyindən şübhələnmiş və nə baş verdiyini öyrənmək üçün küçəyə çıxmışdır. Darvazan çıxarkən bir nəfər ağ köynəkli, xarici görünüşünə dəqiq fikir vermədiyi cavan oğlanın qaçıb evinin darvazasından sağ tərəfdə olan çardağa tərəf getdiyini, Zərərçəkmiş şəxs da əlində dəstəyi qəhvəyi rəngdə olan ov bıçağına bənzər bıçaqla onun arxasınca qaçdığını görmüşdür. Diqqət etdikdə ağ köynək geyinmiş, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi həmin oğlanın qaçıb avtomobilin qabaq sağ tərəfində əyləşib qapını örtdüyünü və əli ilə də qapıdan tutub onun açılmasına mane olmağa çalışdığını görmüşdür. Rəşidin üst-başı qanlı vəziyyətdə olmuş, əlində bıçaq avtomobilə yaxınlaşıb onun açıq şüşəsindən əlində bıçaqla orada oturan oğlana 2-3 zərbə vurmuşdur. Həmin vaxt avtomobilin sürücüsü, atasının adını Ağacan kimi bildiyi oğlan isə avtomobildən təxminən 2 metr arxada dayanmışdır. Rəşid əlini pəncərədən içəri uzadıb bir neçə zərbə atdıqdan sonra bıçaq onun əlindən yerə düşmüşdür. Kiminsə sanki başı ilə Rəşidin sifətinə zərbə vurduğunu fikirləşmiş, ona görə də Rəşidin həmin şəxsdən qisas alıb bıçaqla vurmaq istədiyini düşünmüşdür. Bıçaq yerə düşdükdə Rəşid onu yerdə axtarmaq üçün baxdıqda o, cəld tərpənib bıçağı yerdən götürmüş və Rəşidgilin evinin hasarından həyətlərinə tullamışır. Bundan sonra o, Rəşidin kürəyindən qucaqlayıb onu avtomobildən uzaqlaşdıraraq özünə məxsus ağ rəngli yük avtomobilinə tərəf aparmışdır. Hadisənin mahiyyətini bilmədiyi və görmədiyi üçün o, Rəşidə «bıçaqla zarafat etmək olmaz, əlindən xəta çıxar» demiş və bu zamaq Rəşid söyüş söyərək həmin şəxsin onu bıçaqla vurduğunu demişdir. Həmin vaxt o, Rəşidin üst paltarının sol tərəfində bir neçə xəsarət izi olduğunu görmüşdür. O, Rəşidi avtomobilə tərəf gətirib dincəlməsi üçün onun arxasında yerə otuzdurduqda avtomobilin altında bir ədəd ov tüfəngi olduğunu görmüşdür. Rəşidin tüfəngi götürüb hər hansı ağır hadisə törətməməsi, həmin şəxsi vurmaması üçün ov tüfəngini avtomobilin altından götürmüş və darvazadan boylanan Rəşidin arvadı Məhəbbətə vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs məxsus olan qara rəngli «İnfiniti» markalı avtomobil arxa yük yeri açıq vəziyyətdə orada olmuşdur. Elə həmin vaxt hadisə yerinə gələn Rəşidin sürücüsü Dövlət ittihamçısı2 avtomobili idarə etməyi və Rəşidi öz avtomobili ilə xəstəxanaya aparmağı tiəklif etmişdir. Bundan sonra Məhəbbət də gəlmiş, onlar birlikdə köməkləşərək Rəşidi avtomobilinin arxa oturacağına uzadaraq onu Şabran rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Lakin Rəşid xəstəxanaya çatarkən yolda vəfat etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində mərhum Zərərçəkmiş şəxsla qonşu olduğunu və 2012-ci ildən sonuncunun təklifi ilə Rəşidə məxsus «Mersedes Benz» markalı, ** XP *** dövlət nömrə nişanlı yük avtomobilini idarə etdiyini qeyd edib göstərmişdir ki, 09 iyul 2018-ci il tarixdə səhər saat 08 radələrində Zərərçəkmiş şəxs məxsus «Sizin market» mağazasına detmiş, həmin vaxt Zərərçəkmiş şəxs və həmin mağazada kassir işləyən, sonuncu ilə qeyri-rəsmi ər-arvad kimi yaşayan Şahid13 və digər işçilər də orada olmuşlar. Bir-iki saatdan sonra Səidə, ondan bir neçə dəqiqə sonra isə Rəşid mağazadan çıxıb getmiş, qısa bir müddət sonra Rəşid yenidən mağazaya qayıtmış və sonra çıxıb gedərək axşama qədər mağazaya gəlməmişdir. Saat təxminən 19:30-da Rəşid özünə məxsus olan «İnfiniti» markalı avtomobillə təkbaşına «Sizin market»ə gəlmiş, bir neçə dəqiqə mağazanın içərisində dayandıqdan sonra küçəyə çıxmış və onu da yanına çağırmışdır. Həmin vaxt Rəşidin sifəti qızarmış və həyəcanlı olmuş, hətta onun qorxduğu da hiss olunmuşdur. Rəşid həm də hirsli olmuş, həmişəki kimi hirslənəndə təsbeh çevirmişdir. Rəşid ondan mağazadakı fəaliyyət barədə, satışın səviyyəsi, hansı firmadan gəlib-gedənin olduğunu soruşmuşdur. Ona mağazanın işi barədə məlumat verdikdən sonra sonuncu ondan yaxın günlərdə mağazada mübahisə, narazılıq olub-olmadığını soruşmuşdur. O, heç nə olmadığını dedikdə, Rəşid təkrarən ondan kiminsə sərxoş vəziyyətdə mağazaya gəlib onu axtarıb-axtarmadığını soruşmuşdur. Rəşidə heç kimin sərxoş vəziyyətdə mağazaya gəlib onu axtarmadığını dedikdən sonra ondan nə baş verdiyini soruşmuşdur. Həmin vaxt Rəşid Güloğlanın «Ağa» ləqəbli oğlu Ağayahyanın onu narahat etdiyini demişdir. Ağayahyanın ondan nə istədiyini, nə üçün onu narahat etdiyini soruşduqda Rəşid onu gözü götürmədiyini, Ağayahyanın ona bir neçə dəfə zəng edib 150 minlik maşın sürdüyünü, bir neçə mağazası və evlərinin olduğunu demişdir. O, zəng edənin sərxoş olduğundan ona baş qoşmamağı, telefonu tamamilə söndürməsini və zənglərinə cavab verməməsini məsləhət görmüşdür. Elə həmin vaxt Rəşidin mobil telefonuna zəng gəlmiş, o telefona baxıb zəng edənin kim olduğunu gördükdən sonra ona işçilərə işi yekunlaşdırmağı və mağazanı bağlayacağını deməsini tapşırmış, özü də telefonu açıb mağazanın arxa tərəfinə gedərək orada danışmağa başlamışdır. Rəşid onun yanından uzaqlaşdığından onun kiminlə və hansı mövzuda danışdığını eşitməmişdir. Bir neçə dəqiqədən sonra Rəşid telefonla danışıb qurtarmış və saat 20 radələrində işi yekunlaşdırıb mağazanı bağlayaraq orada kassir işləyən Sülhiyyə ilə birlikdə Rəşidin idarə etdiyi avtomobilə əyləşmişlər. Sülhiyyə Şabran şəhərində «Dəvəçikənd» adlanan məhəllədə yaşadığından Rəşid onu evlərinə aparmış, həmin qızı təkbaşına avtomobilində əyləşdirməmək üçün ona da birlikdə getməyi təklif etmişdir. Sülhiyəni evində düşürtdükdən sonra Rəşidlə birlikdə yenidən Şabran şəhər bazarına gəlmiş və idarə etdiyi «Mercedes» markalı avtomobillə evinə getmişdir. Rəşid isə avtomobilinə yanacaq dolduracağını deyib şəhərin çıxışına doğru hərəkət eləmişdir. O, evə gəlib avtomobili Rəşidin hasaranın qarşısında saxlamış və düşüb bir neçə metr aralıda yerləşən evinə piyada getmişdir. Şahid Dövlət ittihamçısı2 ifadəsinin davamında göstərdi ki, saat 20:30 radələrində evində olarkən Rəşidgilin evi tərəfdən bir dəfə odlu silah səsi, təxminən 5-7 saniyə sonra yenə atəş səsi eşitmişdir. Cəld həyətə çıxmış, Rəşidgilin evinin qarşısındakı kəsişmədə səs küy gəldiyini və qonşuların oraya toplaşdığını görmüşdür. Təxminən 10 metr qalmış ağ rəngli, «Priora» markalı, dövlət nömrə nişanının son rəqəmi 109 olan avtomobilin sürücü olan və onun yanındakı tərəfdə qapıların örtüldüyünü və avtomobilin sürətlə hərəkət etməklə getdiyini görmüşdür. Avtomobildə neçə nəfərin olduğunu görməsə də, avtomobil oradan uzaqlaşarkən həm sürücü, həm də onun yanındakı qapı örtüldüyündən iki nəfər olduqlarını başa düşmüşdür. Yaxınlaşdıqda Rəşidin ona məxsus evin hasarının qarşısında, «Mersedes» markalı avtomobilinin arxasında yerə uzandığını və üst-başının qan içində olduğunu görmüşdür. Həmin vaxt orada olan qonşu Şahid3 və Zərərçəkmiş şəxs arvadı Məhəbbət Əhmədova ilə köməkləşib Rəşidi orada olan və arxa yük yerinin açıq olduğu «İnfiniti» markalı avtomobilinə uzatmış və onu Şabran rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Lakin xəstəxanaya çatarkən Rəşid yolda vəfat etmişdir. Şahid Dövlət ittihamçısı2 daha sonra ifadəsində göstərdi ki, hadisədən sonra Şahid3 yerdə olan mərhum Zərərçəkmiş şəxs məxsus 12 çaplı, qoşalülə ov tüfəngini götürüb sonuncunun arvadı Məhəbbət Əhmədovaya verişdir. Bundan başqa o, həmin vaxt hadisə yerində bir ədəd dəstəyi qırmızı, ağ və göy rəngli bıçaq və bir ədəd qara rəngli bıçaq qabı görmüşdür. Mərhum Zərərçəkmiş şəxs ov tüfənginin, cibində və avtomobilində bir ədəd balaca ölçüdə, dəstəyi qəhvəyi rəngdə olan açılıb-bağlanan cib bıçağı olduğunu bilmiş, lakin mərhum Zərərçəkmiş şəxs həmin cib bıçağı və ov tüfəngini hər gün üzərində və ya avtomobilində gəzdirməmişdir. O, ov tüfəngini evində saxlamaqla qışda ov etməyə gedərkən, cib bıçağını isə topdan meyvə-tərəvəz almağa gedərkən istifadə etmişdir. Maraqlandıqda hadisənin Təqsirləndirilən şəxs tərəfindən qisas almaq məqsədilə törədildiyini öyrənmişdir. Belə ki, mərhum Zərərçəkmiş şəxs xeyli müddət əvvəl Ağayahyanın bibisi Əzizəni alıb bir neçə ay qeyri- rəsmi arvadı kimi saxlamış və ondan ayrılmışdır. Eşitdiyinə görə Ağayahya Rəşidi öldürməklə ondan bibisinin qisasını almışdır. İş üzrə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən, zərər çəkmiş Zərərçəkmiş şəxs ilə qonşuluq münasibətində olmuş Şahid18,Şahid16 və Şahid15 iş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid5 ilə oxşar məzmunlu ifadələr verib onların ifadələrində qeyd etdikləri xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər. Daha sonra məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs oğlu Şahid12 ifadəsində Təqsirləndirilən şəxs son iki-üç il ərzində rayon sakini kimi tanıdığını, onunla yaxın münasibəti olmadığını və nə işlə məşğul olduğunu bilmədiyini qeyd edib göstərdi ki, 09 iyul 2018-ci il tarixdə atasına məxsus olan «Sizin market» ərzaq mağazasında olarkən, saat təxminən 19:35 radələrində atası Zərərçəkmiş şəxs özünə məxsus «İnfiniti» makralı, ** GV *** dövlət nömrə nişanlı avtomobillə tək marketə gəlmişdir. Atasının rəngi qızardığından onun həyəcanlı olduğunu hiss etmiş, lakin hansı hadisənin baş verdiyini bilməmişdir. Saat 19:50 radələrində mağazadan küçəyə çıxıb atası ilə sürücü Əlinin nə söhbət etdiklərini eşitmək üçün yaxınlaşdıqda atası ona evə getməyi tapşırmış və mağazanı özünün bağlayacağını demişdir. Oradan çıxıb piyada evə getmiş, şam etdikdən sonra saat təxminən 20:30-da gəzmək üçün rayon ərazisinə çıxmışdır. Küçəyə çıxdıqda atasının gəlib «İnfiniti» markalı avtomobili həyətdə darvaza ilə üzbəüz olan divarın yanında saxladığını, özünün isə avtomobildə sükan arxasında oturduğunu, lakin avtomobildə atasından başqa heç kimin olmadığını, atasının bir əli ilə telefonla danışdığını, digər əli ilə siqaret çəkdiyini görmüşdür. Atası həyəcanla telefonda danışdığından sonuncu onun yanından ötüb keçməsinə fikir verməmişdir. O, bir neçə metr qabağa getdikdən sonra sağ tərəfdə ağ rəngli «Priora» markalı avtomobilin dayandığını, onun sürücüsü Natiq adlı şəxsin də avtomobilin qabaq tərəfində dayanıb kapota söykəndiyini görmüşdür. Bir neçə metr getdikdən sonra arxadan kiminsə «qaqaş, bir dəqiqə arxaya bax» deyə ona müraciət etdiyini hiss edib, səsə geri çevriləndə bir nəfərin, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ tərəfindən düşüb qapını örtdüyünü görmüşdür. Həmin şəxsə ona yaxınlaşdıqda onun Əşrəfin qardaşı olduğunu görmüşdür. Ağayahya ondan Rəşidin oğlu olub-olmadığını soruşmuş, təsdiq etdikdə atasının harada olduğunu soruşmuşdur. O, atasının avtomobilini işarə edərək içərisində olduğunu demişdir. Ağayahyadan atasını nə üçün soruşduğunu xəbər aldıqda sonuncu ona quzu əti satmaq istədiyini demişdir. Bundan sonra o, çıxıb «Dörd yol» adlanan əraziyə getmişdir. Şahid12 ifadəsinin yekununda göstərdi ki, o, Ağayahyanı və avtomaşının sürücüsünü görərkən avtomobilin içərisinə baxmış, maşında başqa şəxs və ya şəxslər görməmiş, orada Natiq və Ağayahyadan başqa heç kim olmamışdır. O, məhəllələrindən ayrıldıqdan təxminən 10 dəqiqə sonra yaşadığı məhəllə tərəfdən bir dəfə tüfəng səsi eşitmiş, lakin əhəmiyyət verməmişdir. Lakin atasının bıçaqlandığını eşidib oraya qayıtmış, həmin vaxt qonşular Şahid3, Dövlət ittihamçısı2 və anası atası Zərərçəkmiş şəxs xəstəxanaya aparmış, lakin sonuncu orada vəfat etmişdir. Hadisənin hansı səbəbdən baş verməsini o, bilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Şabran şəhər bazarında yerləşməklə atasına məxsus olan və mərhum Zərərçəkmiş şəxs işlətdiyi mağazanın yaxınlığında yerləşən «Aysu» ərzaq mağazasını işlətmişdir. Mərhum Zərərçəkmiş şəxs yaxşı tanımış, normal münasibətləri olmuş, onun mobil nömrəsini belə bilmişdir. 09 iyul 2018-ci il tarixdə mağazada olaokən saat 18 radələrində baxılan iş üzrə Təqsirləndirilən şəxs onun istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefona zəng edərək ondan mərhum Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsini istəmiş, o da başqa bir şey fikirləşmədən nömrəni vermişdir. Bundan bir müddət sonra saat 19 radələrində Təqsirləndirilən şəxs taksi sürücüsü Şahid2 idarə etdiyi ağ rəngli «Priora» markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobillə Şabran şəhər bazarına gəlmiş, həmin vaxt o da bazardakı mağazada olmuşdur. Avtomobil onun mağazasının qarşısına gəlmiş və Ağayahya avtomobildən düşmədən ondan Rəşidin harada olduğunu soruşmuşdur. Ona Rəşidin mağazada olmadığını demiş və nə üçün xəbər aldığını soruşmuşdur. Ağayahya ona Rəşidlə işinin olduğunu, ona qurbanlıq ət verəcəyini demişdir. Ağayahya çoban olmaqla özünə məxsus olan xırdabuynuzlu heyvan saxlamaq və satmaqla məşğul olduğundan onun Zərərçəkmiş şəxs mobil telefon nömrəsini istəməsi və bazara gəlib onu axtarmasından şübhələnməmişdir. Ağayahya getdikdən təxminən bir saat sonra Rəşid özünə məxsus «İnfiniti» markalı avtomobillə bazara gəlmiş, işlətdiyi mağazada bir müddət olduqdan sonra çıxıb getmişdir. Həmin gün gecə saatlarında atasından Zərərçəkmiş şəxs öldürüldüyünü eşitmişdir. Atasının deməsinə görə uzun illər əvvəl Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bibisi ilə qeyri-rəsmi evlənmiş, qıssa bir müddət saxlayıb ayrılmış və məhz bu hərəkətə görə sonuncu qisas almaq məqsədilə Zərərçəkmiş şəxs öldürmüşdür. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid8 ifadəsində Şabran şəhərində yaşadığı evin həyətində yerləşən «Hədiyyələr» mağazasını işlətdiyini, 09 iyul 2018-ci il tarixdə, səhər saat 07:30-dan axşam saat 22 radələrinədək mağazada olduğunu, həmin gün nahar fasiləsindən sonra saatını dəqiq xatırlamadığı vaxtda baxılan iş üzrə təqsirləndirilən şəxs, rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs təkbaşına mağazaya gəldiyini, suvenir hədiyyələrə baxdığını, mağazada satılan, 80 qəpik dəyəri olan dəstəyi ağ, göy və qırmızı zolaqlı rənglərdə olan məişət təyinatlı bıçağı aldığını, həmin bıçağı ağ rəngli kağız qaba qoyub ona verdiyini və sonuncunun əlində mağazadan çıxdığını təsdiq etmiş və Ağayahyadan bıçağı nə üçün aldığını soruşmadığını, həmin gün axşam saat 21-22 radələrində isə Rəşidin vurulduğunu, növbəti gün isə Ağayahyanın Rəşidi onun mağazasından aldığı bıçaqla vurub öldürdüyünü eşitdiyini göstərmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid13 ifadəsində göstərdi ki, 2014-cü ilin sentyabr ayında Şabran şəhər bazarında yerləşən «Sizin market» ərzaq mağazasında kassir işləməyə başlamış, 2015-ci ilin yanvar ayından həmin mağazanın müdiri, mərhum Zərərçəkmiş şəxsla faktiki olaraq ər-arvad münasibətində olmuş və həmin vaxtdan köçüb sonuncuya məxsus olan Şabran şəhəri, “3 sotlar” yaşayış massivində yaşamış və bu münasibətdən 10 noyabr 2017-ci ildə bir qızları anadan olmuşdur. Rəşid hər gün səhər saat 07-də özünə məxsus olan qara rəngli «İnfiniti» markalı, ** GV *** dövlət nömrə nişanlı avtomobili ilə onu götürüb işə aparmış, axşam saat 20 radələrində mağazanı birlikdə bağlayıb gətirib onu evinə qoymuş və çıxıb ailəsinin yanına getmişdir. Şahid13 ifadəsinin davamında göstərdi ki, 09 iyul 2018-ci il tarixdə saat 12:50 radələrində Rəşid mağazaya gəlib onu götürmüş və birlikdə yaşadıqları evə getmişlər. Evdə olduqları vaxt axşam saat 18:30 radələrində Rəşidin mobil telefonuna zəng gəlmiş, telefonun ekranına baxdıqda gələn zəngin telefon dəftərində qeyd olunmadığını və ad yazılmadığını görmüşdür. Rəşid telefonu açmış, zəng edən şəxsin ona nə dediyini eşitməmiş, Rəşid isə zəng edən şəsdən hansı «Ağa» olduğunu soruşmuşdur. Zəng edən şəxs ona nəsə dedikdə Rəşid tutulmuş və telefon qulağında evdən çıxıb həyətə düşmüşdür. Pəncərədən baxdıqda onun hirsli vəziyyətdə əl-qolunu ölçərək telefonla danışdığını görmüşdür. Rəşid pəncərədən xeyli uzaqda olduğu üçün onun kiminlə və nə danışdığını eşitməmişdir. Təxminən 10-15 dəqiqə sonra Rəşid evə gəldikdə hirsindən rənginin qaraldığını, bərk həyəcanlı olduğunu və qorxudan əl-ayağının əsdiyini görmüşdür. Ondan nə baş verdiyini soruşmuş, lakin Rəşid cavab verməyib ona yığışmağı tapşırmış, onu aparıb anasıgilə qoyacağını bildirmişdir. Rəşidə birlikdə yemək yeməyi təklif etmiş və axşam mağazanı bağlayana qədər birlikdə olacaqları barədə razılaşdıqlarını xatırlatmışdır. Zərərçəkmiş şəxs isə ona «yemək vaxtı deyil, tez ol yığış, yeməyi də götür anangildə yeyərsən» demişdir. Birlikdə yaşadıqları dörd il ərzində Rəşidi heç vaxt belə həyəcanlı və qorxmuş görmədiyi üçün ciddi nəsə olduğunu başa düşüb ondan zəng edənin kim olduğunu və nə üçün hirsləndiyini soruşmuşdur. Lakin Rəşid ona heç nə olmadığını, axşam mağazanı bağladıqdan sonra zəng edib danışacağını söyləmişdir. Rəşid onu aparıb anasıgilin evinə qoymuş, özü isə içəri daxil olmayıb çıxıb getmişdir. Axşam saat 20 radələrində Rəşidlə telefonda danışdıqda isə sonuncu mağazanı bağladığını və işçiləri evlərinə aparmağa hazırlaşdığını demişdir. Ondan bayaqkı zəngə görə vəziyyətin necə olduğunu və kimin zəng elədiyini soruşmuş, amma Rəşid yenə də heç bir söz deməmiş və işçiləri evlərinə apardıqdan sonra zəng edəcəyini bildirmişdir. Saat 21 radələrində Rəşidin zəng etmədiyini görüb onun mobil telefonuna zəng etmiş, əvvəl telefona cavab verən olmamış, sonra telefon məşğul olmuş və bir də zəng etdikdə telefon söndürüldüyündən ona zəng çatmamışdır. Mesaj yazaraq ondan vəziyyətinin necə olduğunu soruşmuş və narahat olduğunu, imkan olan kimi zəng vurması barədə mesaj yazmışdır. Təxminən 10 dəqiqə sonra isə Rəşidin öldürüldüyünü eşitmişdir. Daha sonra məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs qardaşı Şahid6 ifadəsində göstərdi ki, 09 iyul 2018-ci il tarixdə Bakı şəhərində olarkən saat 18:30 radələrində həmyerlisi, Şabran şəhər sakini Şahid1 istifadəsində olan ***-***-**- ** nömrəli mobil telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək qardaşı Ağayahya ilə Rəşidin arasında nə problem olduğunu soruşmuş və Rəşidin ona zəng edib Ağayahyanın onu narahat etdiyini və görüşməyi tələb etdiyini demişdir. Ona görə də o, qardaşı Ağayahyanın istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək ondan harada olduğunu və Rəşidlə nə işi olduğunu soruşmuş, sonuncu ona el arasında «Dəvəçikənd yaşayış məhəlləsi» adlanan ərazidə toyda olduğunu və Rəşidlə köhnə məsələyə görə görüşüb söhbət edəcəyini bildirmişdir. Ona Zərərçəkmiş şəxsla işi olmamasını, köhnə söhbətin keçmişdə qaldığını və təzələməyə ehtiyac olmadığını demişdir. Ağayahya isə Rəşidin illər əvvəl Əzizə bibinin başına gətirdiyi və namusuna vurduğu ləkəyə görə həmin köhnə məsələni açıb ləkəni təmizləyəcəyini, bu söhbətin axırına çıxacağını demişdir. Danışarkən Ağayahyanın içkili olduğunu hiss etmişdir. Ağayahyanın Rəşidlə görüşməkdə israrlı olduğunu görüb ona görüşərkən artıq-əskik söz danışmamağı tapşırmışdır. Ağayahya da ağızucu onun dedikləri ilə razılaşmışdır. Bir neçə dəqiqədən sonra Kamran təkrarən ona zəng edib Ağayahyanın yenə Rəşidə zəng edib onunla kobud şəkildə danışdığını və israrla görüşməyi tələb etdiyini demişdir. Kamrana qardaşı ilə ciddi danışacağına söz vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs özü istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonla ona zəng edib Ağayahyanın onu narahat etməsindən, zəng edərək israrla görüşmək və köhnə məsələni aydınlaşdırmaq istəməsindən gileylənmiş, qardaşına onunla işi olmamasını, zəng edib narahat etməməsini tapşırmağı xahiş etmiş və əgər mütləq görüşmək istəyirsə, başqa vaxt Ağayahya ayıq olan vaxt, üçünün birlikdə oturub söhbət etmələrini təklif etmişdir. Rəşidin sözlərindən o Ağayahyanın sərxoş vəziyyətdə onunla görüşmək istəməsindən çəkindiyini başa düşmüşdür. Rəşidlə söhbət zamanı Ağayahya ilə danışacağını və sonuncuya onunla işi olmamasını tapşıracağına söz vermişdir. Bundan sonra o, yenə də Ağayahyanın mobil telefonuna zəng edib ona Rəşidlə işinin olmamasını, əgər görüşüb söhbət etmək istəyirsə, başqa vaxt, özünün də rayonda olduğu vaxt birlikdə görüşəcəklərini ona demişdir. Ağayahya da yenə ağızucu onun dedikləri ilə razılaşmışdır. Lakin bir neçə dəqiqədən sonra Rəşid yenə onun mobil telefonuma zəng edib Ağayahyanın ondan əl çəkmədiyini, zəng edib acıqlı şəkildə görüşmək və uzun illər əvvəl bibisi Əzizə ilə aralarında olan məsələyə birdəfəlik son qoymaq istədiyini söyləməsindən şikayətlənmiş, həmin söhbətin uzun illər əvvəl olduğunu və hazırda unudulduğunu, cavan vaxtı bir səhv elədiyini, indi həmin söhbəti yenidən açmağın mənasız olduğunu, bunları Ağayahyaya desə də, sonuncunun onu eşitmək istəmədiyini və sərt şəkildə görüşməyi tələb etdiyini söyləmişdir. Rəşidlə danışdıqdan sonra yenə Ağayahyanın mobil telefonuna zəng etmiş, lakin sonuncu telefonu açmamış, bir müddət sonra telefona Ağayahyanın özü deyil, onunla bir masada əyləşmiş Nicat adlı şəxs cavab vermişdir. Həmin şəxsdən Ağayahyadan muğayat olmağı, onun kiməsə qarşı artıq-əskik hərəkətlərə yol verməsinə imkan verməməyi xahiş etmişdir. Lakin bir neçə dəqiqədən sonra Rəşid yenə ona zəng edərək Ağayahyanın telefonda onu öldürməklə hədələdiyini dedikdə ona qardaşının sərxoş olduğundan nə danışdığını bilmədiyini, onunla görüşməyi beyninə qoyduğu üçün məsləhət və tapşırıqlarının nəticəsiz olduğunu, onu fikrindən döndərə bilmədiyini demiş və Rəşidə evindən çıxmamağı və Ağayahyanın gözünə görünməməyi məsləhət görmüşdür. Şahid6 ifadəsinin davamında göstərdi ki, Rəşid Ağayahyanın onu telefonda öldürəcəyini dediyi üçün əsəbiləşmiş, həmin vaxt evinə getdiyindən və yolda olduğundan Ağayahya ilə danışmaq istəməmiş, evə getdikdən sonra zəng edib onunla kəskin danışacağını və başa düşməyəcəyi halda onu acılayacağını fikirləşmişdir. Lakin saat 21 radələrində digər qardaşı Əşrəf ona zəng edib Ağayahyanın Rəşidi öldürdüyünü demişdir. Şahid6 ifadəsinin yekununda göstərdi ki, tanışlarından eşitdiyinə görə Rəşid son vaxtlar rayonda Ağayahyanın və Əşrəfin bibisi ilə gəzdiyini və yaşadığını, onlarınsa rayonda sərbəst gəzişdiklərini deməklə lovğalanmışdır. Amma o, bu mövzulda Ağayahya ilə söhbət etiməmişdir. Lakin buna baxmayaraq, hadisə günü bütün çalışmalarına və imkanlarına baxmayaraq o, Ağayahyanı Zərərçəkmiş şəxs qarşı durdura bilməmiş, onu Rəşidlə görüşmək fikrindən döndərə bilməmiş, hadisənin qarşısını ala bilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid9 ifadəsində göstərdi ki, 2018-ci il iyul ayının 9-da saat 18 radələrində Şabran şəhərində el arasında «Dəvəçikənd yaşayış məhəlləsi» adlanan ərazidə yaşayan Asif adlı şəxsin toy məclisində iştirak etmiş, həmin vaxt baxılan iş üzrə Təqsirləndirilən şəxs da toyda olmuşdur. Onunla bir masa arxasında yanaşı əyləşmiş, yeyib-içmişlər. Ağayahya sərxoş olsa da, özünü idarə etməyi bacarmış, hər hansı artıq-əskik hərəkətlərə yol verməmiş, aqressiv olub kiminləsə mübahisə etməmiş, habelə telefonda kiminləsə danışıb mübahisə etməmiş və hədələməmişdir. Təqsirləndirilən şəxsla toyda bir masa arxasında əyləşdikləri müddətdə onu Zərərçəkmiş şəxs öldürməyə təhrik edən, onu bu cinayətə sövq edən şəxs olmamışdır. Bir masada əyləşdikləri vaxt Ağayahyanın telefonuna çoxsaylı zənglər gəlmiş, o bəzən telefonu açıb qısa danışmış, bəzən isə nömrəyə baxıb telefonu açmamışdır. Ağayahya bəzən kiməsə zəng edib masadan durub gedib kənarda qışqıraraq hirsli şəkildə danışmış, musiqiçilərin çalğı səsindən onun nə danışdığını eşitməmişdir. Danışıb qurtardıqdan sonra qayıdıb masaya oturmağa gəldikdə Ağayahyanın bərk hirsli olduğunu görmüş, sonuncu ona Zərərçəkmiş şəxsla işi olduğunu və bu gün mütləq onu görməli olduğunu və ona sözünü deyəcəyini bildirmişdir. X2 arasında şəxsi məsələ olduğunu, ona zəng edib görüşməyi təklif etsə də, Rəşidin bundan imtina etdiyini və bayaqdan dəfələrlə onun mobil telefonuna zəng etsə də açmadığını, lakin bu gün mütləq onunla görüşməli olduğunu ona demişdir. Ağayahyaya atası və qardaşları olan yerdə Rəşidlə aralarında olan şəxsi məsələni həll etməyin ona aid olmadığını deyib onu fikrindən yayındırmağa çalışmış, Ağayahya isə «onlar eləsəydi indiyə qədər həll edərdilər, bu işi bu gün özüm həll edəcəm» cavabını vermişdir. Ondan məsələni necə həll edəcəyini soruşduqda sonuncu dəqiq bir söz deməmiş və «mən bilərəm necə həll edəcəm» deyə cavab vermişdir. Ağayahya sərxoş olduğundan onun dediklərinə əhəmiyyət verməmişdir. Şahid qismində dindirilən Şahid9 ifadəsinin davamında göstərdi ki, saat 19 radələrində, onlar hələ toyda olarkən Ağayahyanın telefonuna «Qardaşım» yazılmış zəng gəlmiş, Ağayahya telefona zəng edənin kim olduğunu bildikdə ondan telefonu açıb danışmağı xahiş etmişdir. Etiraz etdikdə Ağayahya zəng edənin böyük qardaşı Fərahim olduğunu, bayaqdan qardaşının dəfələrlə ona zəng edib danışdığını, ona görə də onunla danışmaq istəmədiyini demişdir. Telefonu açdıqda Fərahim ondan «Ağa sənsən?» deyə soruşmuş, ona qəlyançı işləyən Nicat olduğunu demiş, Fərahim ondan Ağayahyanın harada olduğunu soruşmuş, o da telefonu danışması üçün Ağayahyaya uzatdıqda sonuncu ona «Ağayahyanın oynadığını de və özün danış, mən danışmaq istəmirəm, özüm bilirəm nə edəcəm.» deyib danışmaqdan imtina etmişdir. Ona görə də Fərahimə qardaşının kənarda olduğunu demişdir. Fərahim ona «Ağayahyanı başa salın Rəşidlə və ya kimsə ilə işi olmasın, sabah gəlib özüm onunla söhbət edəcəm.» demişdir. Telefonu qulağından kənarlaşdırıb Ağayahyaya qardaşı Fərahimin kimsə ilə, həmçinin Rəşidlə işi olmamasını tapşırdığını demiş, Ağayahya da «qardaşımın nə deməsinin mənə dəxli yoxdur, öz işimdi, özüm bilirəm Rəşidə neyniyəcəm» cavabını vermişdir. Bundan sonra Fərahimə onun sözlərini Ağayahyaya dediyini, lakin onun başa düşmədiyini bildirmiş, Fərahim də ondan Ağayahyanı heç yerə getməyə qoymamağı xahiş etmişdir. Ona toyda olduğu müddətdə Ağayahyanın yanında olduğunu və ona harasa getməyə mane olacağına söz vermişdir. Bundan sonra Ağayahya masada bir neçə dəfə Rəşidin mobil telefonuna zəng etmiş, lakin Rəşid açmadığından Ağayahya əsəbiləşib harada gizlənsə də onu mütləq tapacağını demişdir. Təxminən 30 dəqiqədən sonra o, toydan çıxıb işə getmiş, həmin gün axşam saatlarında Ağayahyanın Rəşidgilin evlərinin qarşısında sonuncunu bıçaqla vurduğunu eşitmişdir. Hadisənin hansı səbəbdən baş verməsini o, bilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid14 ifadəsində hadisənin baş verdiyi 09 iyul 2018-ci il tarixdə Şabran şəhərində el arasında «Dəvəçikənd yaşayış məhəlləsi» adlanan ərazidə Asif Şükürovun ailəsinə mənsub toy məclisində iştirak etdiyini, orada təqsirləndirilən Təqsirləndirilən şəxsla bir masada əyləşdiyini və sonuncunun spirtli içki qəbul etdiyini təsdiq etmiş, sonrakı hadisələrdən xəbərsiz olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cinayət əməli, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin, məhkəmə baxışı zamanı dindirilmiş şahidllərin ifadələri ilə yanaşı, həmçinin məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şahid ifadələri və sair sənədlərlə də təsdiq olunur. Belə ki, məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş X4 ifadəsi elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, şahid Məhəbbət Əhmədova tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 1998-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 1999-cu ildə Zərifə, 2000-ci ildə Əhəd, 2008-ci ildə Nəzrin və 2012-ci ildə Əkbər adlı dörd uşaqları anadan olmuşdur. Mərhum əri Zərərçəkmiş şəxs fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq özlərinə məxsus olan iki ərzaq və bir xırdavat mağazasını işlətmişdir. O, hər gün səhər saat 07 radələrində gedib mağazaları açmış, bütün gün mağazada olmasa da, gün ərzində fasilələrlə mağazaya getmiş və axşam saat 20 radələrində ticarət obyektlərini özü bağlamışdır. Mərhum əri Rəşid təxminən son iki ildə Şabran şəhər bazarında yerləşən «Sizin market» ərzaq mağazasında kassada işləyən Səidə adlı qadınla qeyrirəsmi olaraq birlikdə yaşamış, bu münasibətdən onların bir azyaşlı qızları anadan olmuşdur. Əri Zərərçəkmiş şəxs 1992-ci ildə Təqsirləndirilən şəxs bibisi Əzizə ilə bir müddət faktiki olaraq ərarvad münasibətində yaşamış, sonra ayrılsalar da, Əzizənin qardaşları, atası və digər qohuməqrəbası ilə Rəşidin arasında buna görə hər hansı münaqişə, narazılıq olmamışdır. Şahid Məhəbbət Əhmədova tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 09 iyul 2018-ci il tarixdə, səhər saat 07 radələrində Zərərçəkmiş şəxs mağazaya getmiş, saat 10:30 radələrində evə gəlib səhər yeməyi yedikdən sonra saat 11 radələrində onu idarə etdiyi «İnfiniti» makralı, ** GV *** dövlət nömrə nişanlı avtomobillə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparmış və saat 12:30 radələrində yaşadıqları evə qayıtmışlar. Rəşidlə birlikdə avtomobildə və xəstəxanada olduqları müddətdə onun mobil telefonuna hər hansı şübhəli zəng gəlməmiş, onu hədələyən olmamışdır. Rəşid saat 13 radələrində evdən çıxıb mağazaya getmiş və saat 19 radələrində evə qayıdaraq yataq otağında çarpayının altında saxladığı ov tüfəngini götürmüşdür. Narahat olub ondan ov tüfəngini nə üçün götürdüyünü soruşmuş, Rəşid də dostları ilə quş ovlamağa gedəcəyini demişdir. Saat təxminən 20-də oğlu Əhəd evə gəlmiş, əri Rəşid isə evə gəlməmişdir. Əhəd axşam yeməyini yedikdən sonra dostları ilə görüşüb rayon ərazisində gəzmək üçün evdən çıxmışdır. Əhəd küçəyə çıxdıqdan bir neçə dəqiqə sonra evə qayıdıb atasının öz maşını ilə həyətdə dayanıb telefonla danışaraq siqaret çəkdiyini demişdir. Bundan sonra Əhəd çıxıb getmiş və təxminən 10-15 dəqiqədən sonra küçədən səs-küy eşitmişdir. Arxa bağçada olduğundan nə baş verdiyini dəqiq eşitməmiş və küçəyə də çıxmamışdır. Bir neçə dəqiqədən sonra küçədən bir dəfə atəş açıldığını eşidib küçəyə qaçmış və əri Rəşidin qan içində darvazanın yanında dayanmış onlara məxsus olan ağ rəngli «Mercedes» markalı yük avtomobilinin arxa tərəfində yerdə uzandığını, bir nəfər ağ köynəkli cavan oğlanın qaçıb oradan bir neçə metr aralıda dayanmış ağ rəngli avtomobilə əyləşdiyini, həmin vaxt ondan başqa xarici görünüşünə fikir vermədiyi digər şəxsin də həmin avtomobilə əyləşib oradan uzaqlaşdıqlarını görmüşdür. Həmin vaxt qonşu Şahid3 ona yaxınlaşıb ona bir ədəd ov tüfəngi vermiş və onların olduğunu demişdir. Diqqət etdikdə həmin tüfəngin Rəşidə məxsus olduğunu görmüş və saxlaması üçün qızı Zərifəyə verib özü də Ayaz və Əli ilə birlikdə köməkləşib Rəşidi onun avtomoilinin arxa oturacağına uzadıb xəstəxanaya aparmış, laikn əri oraya çatarkən ölmüşdür (iş vərəqə: cild İ, səh. 221-226). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid17 məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq olunan ifadəsindən görünür ki, sonuncu şahid X4 ifadəsinə uyğun məzmunda ifadə vermişdir (iş vərəqə: cild İİ, səh. 113-118). Cinayət işinə məhkəmə baxışı zamanı konstitusion hüquqlarından istifadə edən, məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs qardaşı Şahid7 qardaşının əleyhinə ifadə verməkdən imtina etdiyindən sonuncunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmişdir. Şahid7 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bibisi X13 evlənmək adı ilə aldadıb bir müddət birlikdə ər-arvad kimi yaşamış, sonradan onu valideynlərinin evinə qaytardığı üçün atası, əmisi və bibisi Rəşidin onun həyatını korladığını demiş, həmin vaxtdan da bu məsələ Ağayahyanın beynində qalmışdır. Ağayahya son bir neçə ay ərzində bu söhbəti tez-tez xatırlamış, Rəşidin elədiyi hərəkətə görə cavab verəcəyini demişdir. 09 iyul 2018-ci il tarixdə günorta nahar fasilsi zamanı işdə olarkən Ağayahya ora gəlmiş, həmin vaxt o spirtli içki qəbul etməmiş və ayıq olmuş, ona Əzizə bibini bədbəxt etdiyi üçün Rəşidlə görüşüb onu ağıllandıracağını demişdir. Ağayahyaya həmin söhbətin xeyli müddət əvvəl olduğunu, bibinin də burada olmadığını, belə boş məsələlərə görə qanını qaraltmamağı məsləhət görmüşdür. Ağayahya isə Rəşidin elədiyi hərəkətin onun beynindən çıxmadığını, onunla görüşməsə rahat ola bilməyəcəyini deyib getmişdir. Bir müddət sonra Ağayahyanın dostu Ruhid adlı şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla ona zəng edərək Ağayahyanın kiminləsə telefonda danışdığını, möhkəm əsəbi olduğunu, «başının çöndüyünü» dediyi üçün Ağayahyanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib telefonda kiminlə danışdığını soruşmuş, Ağayahya isə Rəşidlə danışdığını dediyi üçün çoxdan olub keçmiş söhbətə baş qoşmamasını və ağlına başqa pis fikirlər gətirməməsini ondan xahiş etmişdir. Ağayahya ona Rəşidlə oturub bir stəkan çay içib söhbət edəcəyini demişdir. Ağayahya əsəbi olduğundan spirtli içki qəbul etdikdən sonra beyni daha da pozulduğu, hərəkətlərini idarə edə bilmədiyi üçün onun oturub çay içib söhbət edəcəyinə dair dediyinə inanmamış və xəta törədəcəyini başa düşüb ona «bu gün lazım deyil, başqa nə vaxt istəsə görüşsün və toydan çıxıb fermaya getsin” demişdir. Ağayahya ona narahat olmamağı demiş, hətta onu arxayın salmaq üçün fermaya gedəcəyini söyləmişdir. Amma o, Ağayahyanın dediklərinə inanmayıb anası Sürəyya Abbasovanın mobil telefonuna zəng edib Ağayahyanın bibi söhbətinə görə Rəşidlə görüşməyə getmək istədiyini demiş, təkrarən Ağayahyanın mobil telefonuna zəng edib Rəşidlə görüşməyə getməməyi tapşırmış, əlindən xəta çıxacağını demişdir. Ağayahya ona heç bir söz deməmişdir. Elə həmin gün axşam saat 20:30 radələrində üst-başı qanlı vəziyyətdə onun işlədiyi mağazanın qarşısına gəlmiş və bıçaqla Rəşidi 5-6 dəfə vurduğunu demişdir. O, törətdiyi hadisəni qəhrəmanlıq etmiş kimi həvəslə danışaraq Rəşidin ondan çəkindiyi üçün görüşməkdən imtina etdiyini və yalandan rayon ərazisində olmadığını dediyini, taksi sürücüsü Natiq Daşədəmirovun avtmoobili ilə onu rayon ərazisində axtardığını, həta bu məqsədlə işlətdiyi bazardakı mağazasına getdiyini, orada olmadığını və yaşadığı evə tərəf getdiyini görüb onun arxasınca evinə getdiyini və həyətdə Rəşidin onu gördükdə tüfəng və bıçaqla hücum etdiyini, lakin onu zərərsizləşdirib özündə olan bıçaqla vurduğunu demişdir. Şahid7 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, o, baş vermiş hadisə barədə valideynlərini məlumatlandırmış, onlara hazırda avtovağzalda olduqlarını və polis şöbəsinə gedəcəklərini demişdir. Ata və anası avtovağzala gəlmiş, Ağayahya ilə görüşmüş və bundan sonra o, qardaşı Ağayahyanı xatırlamadığı, dövlət nömrə-nişanını bilmədiyi maşınla Şabran rayon Polis Şöbəsinə aparmış, valideynləri isə başqa maşınla onların arxasınca polis şöbəsinə gəlmişlər (iş vərəqə: cild İ, səh. 170-178). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş X17 məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunan ifadəsindən görünür ki, şahid Rafiq Ağayev tədqiq olunan həmin ifadəsində məhkəmə baxışı şahid qismində dindirilən Şahid4 ilə oxşar məzmunlu ifadə verib 2018-ci ilin iyul ayının 9-da axşam saat 19 radələrində Şabran şəhər bazarında olarkən Təqsirləndirilən şəxs Şahid2 idarə etdiyi ağ rəngli «Priora» markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobillə Şabran şəhər bazarına gəldiyini, mərhum Zərərçəkmiş şəxs mağazasının qarşısından keçib getmələrini, həmin vaxt Zərərçəkmiş şəxs özünün və avtomobilinin orada olmadığını, Təqsirləndirilən şəxs avtomobildən düşmədən pəncərədən Rəşidin mağazasına baxdığını, sonra həmin avtomobil dairəvi hərəkət edib gedib üzbəüzdə yerləşən Əliağanın oğlu Eminin mağazasının qarşısında dayandığını, Ağayahyanın avtomobildən düşmədən Emindən Rəşidin harada olduğunu soruşduğunu və onun mağazada olmadığını öyrənib gəldikləri avtomobillə də çıxıb getmələrini təsdiq etmişdir(iş vərəqə: cild İİİ, səh. 221-224). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid10 məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunan ifadəsindən görünür ki, Şahid10 həmin ifadəsində 2018-ci il iyul ayının 9-da Şabran şəhərində el arasında «Dəvəçikənd yaşayış məhəlləsi» adlanan ərazidə yaşayan Asif adlı şəxsin toy məclisində iştirak etdiyini, həmin vaxt Təqsirləndirilən şəxs da orada olduğunu və Ruhid və Adil adlı şəxslə birlikdə əyləşmişdiyini, spirtli içki qəbul etdiyini, Bir neçə saatdan sonra Ağayahyanın mobil telefonla kiminləsə əsəbi formada danışdığını, danışıqlarında gəlib onu cəzalandıracağını dediyini, Ağayahyanın telefonda danışdığı şəxsin kim olduğunu bilmədiyini, lakin Ağayahyanın bir neçə dəfə müəyyən fasilələrlə eyni məzmunda, yəni hədələyici tərzdə telefonda danışdığını, həmin şəxsi oraya gəlib ona nəsə edəcəyi ilə hədələdiyini, Ağayahyanın smaat 19 radələrində taksi sürücüsü Natiqlə birlikdə toydan çıxıb getmələrini, onların hara getmələrindən məlumatının olmadığını, həmin gün axşam saat 23 radələrində rayon sakinlərindən Ağayahyanın Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında bıçaqlayıb öldürdüyünü eşitdiyini göstərmiş, toyda Ağayahyanın telefonla hədələdiyi şəxsin məhz Zərərçəkmiş şəxs olduğunu öyrəndiyini bildirmişdir (iş vərəqə: cild İİİ, səh. 42-47). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid11 məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunan ifadəsindən görünür ki, Şahid11 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 1982-ci ildə X14 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 1983-cü ildə Zəminə, 1984-cü ildə Fərahim, 1986-cı ildə Müşərrəf və Əşrəf, 1988-ci ildə Ağayahya, 1991-ci ildə Nilufər, 1994-cü ildə Abbasqulu, 1996-cı ildə Mətanət və 2004-cü ildə Güləndam adlı doqquz uşağı anadan olmuşdur. Təqsirləndirilən şəxs 6 yaşı olanda yıxılaraq başından xəsarət almış, lakin fikir verməmiş və onu müalicə etdirməmişlər. Həmin vaxtdan başlayaraq Ağayahya tez-tez səbəbsiz yerə əsəbiləşmiş, əsəbləşdikdə isə qışqır-bağır salmış, əlindəkini çırpıb sındırmış, əlini başını divara çırpmış, əsəbləşdiyi adamı döymüşdür. Ağayahya Şabran şəhərində yerləşən T.Abbasov adına 1 saylı orta məktəbdə oxumuş, xəstəliyi səbəbindən 9-cu sinifdən çıxaraq təhsilini davam etdirməmişdir. 2006-cı ildə Şabran rayon hərbi komissarlığı tərəfindən müayinə olunması üçün Quba şəhərindəki psixoloji xəstəxanaya göndərilmiş, orada onun psixi xəstə olduğu müəyyən edilmişdir. Ağayahya təxminən 10 il əvvəl Bakı şəhərində zərgər mağazasında satıcı işləmiş, son 6-7 il ərzində heyvandarlıqla məşğul olmuşdur. O, Şabran rayonu, Liman kəndində yerləşən fermada xırdabuynuzlu heyvan saxlamış, arabir fermada qalmış, çox vaxt isə onlarla birlikdə yaşamışdır. Şahid11 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, hadisədən təxminən 2-3 ay əvvəl Ağayahya bikef və qanıqara vəziyyətdə evə gəlib zərər çəkmiş Zərərçəkmiş şəxs uzun illər əvvəl bibisi Əzizə Abbasovanın başına açdığı oyundan xəbərdar olduğunu, buna görə Rəşidi öldürəcəyini demişdir. Belə ki, Rəşid 1992-ci ildə baldızı Əzizəni ailə qurmaq adı ilə aldadıb bir müddət onunla faktiki ər-arvad kimi yaşamış, hətta Əzizə hamilə qalmış, lakin Rəşid onu döydüyü üçün uşaq ölü doğulmuşdur. Bundan sonra Əzizə hüquq mühafizə orqanlarına şikayət etmiş, Rəşid isə Əzizəni atıb getmişdir. Həmin vaxtdan sonra Güloğlan və digər qohumlarla Rəşidgil arasında hər hansı ədavət və münaqişə olmamışdır. Sonralar Əzizə bir neçə şəxslə faktiki ər-arvad münasibətində olmuş, yüngül həyat tərzi keçirmişdir. Ona görə də əri onlara Əzizə ilə görüşməyi qadağan etmiş, onunla əlaqələri olmamışdır. Rəşidin bibisinə qarşı elədiyi hərəkət Ağayahyaya pis təsir etmiş, tez-tez həmin hadisəni xatırlamış və buna görə bir neçə dəfə Rəşidi öldürəcəyini demişdir. Ağayahya Zərərçəkmiş şəxs evli ola-ola puluna güvənib gənc qızları aldatmasından, onlarla cinsi əlaqədə olub ər-arvad kimi yaşamasından, hazırda mağazasında işləyən 20-25 yaşında gənc qızla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşayıb bir övladının da olmasından narazılıq etmişdir. Bibisinə qarşı elədiyi hərəkətə görə Rəşiddən qisas alacağı, onu öldürəcəyi bir neçə ay idi ki, Ağayahyanın beynində dolaşmış, həmin vaxt bacısının qisasını almaq üçün Rəşidi öldürmədiyinə görə atası Güloğlanla da mübahisə etmişdir. Daha sonra Şahid11 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 09 iyul 2018-ci il tarixdə günorta saatlarında Ağayahya ona zəng edib toya getdiyini demiş və 50 manat borc istəmişdir. Etiraz etmədiyi üçün təxminən 30 dəqiqədən sonra Ağayahyanın dostu Ruhid adlı oğlanla 50 manat pul göndərmişdir. Ruhid getdikdən bir müddət sonra həm oğlu Ağayahyaya, həm də onun dostu Ruhidə zəng edib ehtiyatlı olmağı tapşırmışdır. Ağayahya psixi xəstəlikdən əziyyət çəkdiyi üçün az miqdarda da olmuş olsa spirtli içki qəbul etdikdə aqressiv olmuş, özünü və hərəkətlərini idarə edə bilməmişdir. Bu səbəbdən həmişə toya getdikdə ona spirtli içki qəbul etməməyi tapşırmış və tez-tez zəng edib onunla maraqlanmışdır. Axşam saat 19 radələrində oğlu Əşrəf onun mobil telefonuna zəng edərək Ağayahyanın Rəşidi vurmağa getdiyini demiş, ona görə də əri Güloğlanla birlikdə sonuncuya məxsus olan ağ rəngli, «Qaz 31» markalı avtomobillə «Dəvəçikənd»ə toy evinə getmiş, Ağayahyanın orada olmadığını öyrənib yaşadığı evə qayıtmışdır. Az bir müddət sonra oğlu Əşrəf onun mobil telefonuna zəng edib Ağayahyanın Rəşidin evinin qarşısında sonuncunu vurduğunu demişdir. Odur ki, əri Güloğlan Abbasovla birlikdə Rəşidin yaşadığı evə getmiş, evin qarşısında küçədə toplaşmış adamlardan Ağayahyanı soruşmuş, onlardan Ağayahyanın başqa bir nəfər şəxslə birlikdə oraya gəldiklərini və Rəşidi vurduğunu, Rəşidin Şabran rayon Mərkəzi Xəstəxanasına aparıldığını öyrənmişdir. Güloğlanla birlikdlə Şabran rayon Mərkəzi Xəstəxanasına getmiş və Rəşidin öldüyünü eşitmişdir. Şahid11 tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, sonradan aldığı məlumata görə Ağayahya və Rəşid sonuncunun evinin qarşısında görüşərkən Rəşid Ağayahyanın üzərinə silah çəkmiş, bıçaq çıxarmış, hətta atəş açmışdır. Buna görə Ağayahya Rəşidi bıçaqla vurub öldlürmüş və könüllü olaraq Polis Şöbəsinə gedib təslim olmuşdur. Şahid11 daha sonra tədqiq olunan ifadəsində oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bibisinə qarşı elədiyi hərəkətə görə qisas almaq üçün öldürdüyünü, ailə üzvləri və ya qohumlarından heç kimin Təqsirləndirilən şəxs həmin hadisəni törətməyə təhrik etmədiyini, hadisədən bir neçə ay əvvəl bu söhbətin onun beynində dolandığını və ona pis təsir etdiyini, elədiyi hərəkətə görə Zərərçəkmiş şəxs vaxtında öldürmədiyi üçün atası Güloğlan Abbasovla mübahisə etdiyini, sonuncu ailəsi və körpə uşaqlarının başsız qalmaması üçün əlini qana bulamadığını dedikdə Ağayahyanın Rəşidi özünün öldürəcəyini dediyini, lakin həmin mübahisədən bir neçə ay keçdiyinə görə Ağayahyanın bu söhbəti unutduğunu zənn etdiyini, lakin Ağayahyanın toyda spirtli içki qəbul etdikdən sonra həmin hadisəni xatırladığını və hərəkətlərini idarə edə bilmədiyi üçün Zərərçəkmiş şəxs öldürdüyünü göstərmişdir (iş vərəqə: cild İİ, səh. 44-50). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ifadəsindən görünür ki, şahid Güloğlan Abbasov ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsinə uyğun məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: cild İİ, səh. 100-107). Ən nəhayət, iş üzrə ibtidai istintaq mərhələsində şahid qismində dindirilmiş X9 məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ifadəsindən görünür ki, sonuncu tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs onun doğma qardaşı oğludur. Onunla münasibəti normal olmuş, aralarında hər hansı narazılıq, münaqişə olmamışdır. Mərhum Zərərçəkmiş şəxs uşaq vaxtlarından tanımış, bir-birlərini sevmiş, lakin onun valideynləri onların ailə qurmasına narazılıq etmişdilər. Ona görə də 1992-ci ildə Rəşid onu evlənmək adı ilə, öz razılığı ilə qaçırtmış və onunla könüllü cinsi əlaqədə olmuşdur. Rəşidin valideynləri onu yenə də Rəşidin arvadı kimi qəbul etməmiş və ona təsir edib ayrılmağı tələb etmişlər. Ona görə Rəşid onu valideynlərinin evinə qaytarmış, bu səbəbdən 1992-ci ilin sentyabr ayında zorlamasına dair rayon prokurorluğuna şikayət etmişdir. Prokurorluqda aparılan araşdırma zamanı Rəşidlə öz razılığı ilə qoşulub qaçdığı və könüllü cinsi əlaqədə olduğu müəyyən edildiyi üçün Rəşidin barəsində cinayət işi başlanmamışdır. Lakin Rəşid el tənəsindən yaxa qurtarmaq üçün onunla evlənməyə məcbur olmuş və nikaha daxil olaraq bir müddət birlikdə yaşamışlar. Evləndikdən sonra valideynləri Rəşiddən onu boşamağı tələb etdikləri və öz seçdikləri qızla evləndirmək istədikləri üçün Rəşid də onunla yola getməmiş, tez-tez səbəbsiz yerə onu döyüb söymüş, təhqir etmişdir. 1993-cü ildə Rəşid onu möhkəm döydüyü və qarnına təpiklə vurduğu üçün bətnində olan dörd-beş aylıq uşaq yarımçıq vəziyyətdə ölü doğulmuşdur. Ona görə də Rəşiddən Dəvəçi rayon prokurorluğuna şikayət etmiş, lakin sonra barışaraq birlikdə yaşamağa davam etmişlər. 1993-cü ilin axırlarında Rəşidlə birgə nikahdan Neman adlı bir oğlu anadan olmuş, uşaq anadangəlmə epilepsiya xəstəsi olduğundan onu mütəmadi olaraq Şabran rayon Mərkəzi Xəstəxanasında müalicə etdirmiş, lakin o, anadan olduqdan dörd ay sonra xəstəxanada müalicə olunarkən vəfat etmişdir. Bundan sonra Rəşid yenə də onunla pis rəftar etdiyi, səbəbsiz yerə döyüb incitdiyi üçün 1994-cü ildə Dəvəçi rayon məhkəməsi vasitəsilə boşanmışdır. Həmin ərəfədə qardaşı Güloğlan evli olmaqla arvadı Sürəyya və övladları Fərahim, Əşrəf, Müşərrəf, Ağayahya və Zəminə ilə birlikdə «Dəvəçikənd» yaşayış məhəlləsində yaşamışlar. Rəşidlə boşandıqdan sonra əlaqələri tamamilə kəsilmiş, birbirləri ilə görüşməmiş, əlaqə saxlamamışlar. Rəşidlə boşandıqdan sonra anasının evinə qayıtmışdır. Şahid Əzizə Abbasova tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, 1998ci ildə anası Güləndam ürək xəstəliyindən vəfat etdikdən sonra Şabran rayonunu birdəfəlik tərk edib Bakı şəhərinə köçmüş, orada müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Həmin vaxtdan 2013cü ilədək Şabran rayonuna getməmişdir. sonuncu dəfə 2013-cü ildə adına şəxsiyyət vəsiqəsi almaq üçün getmiş, lakin qardaşları, xüsusən də Güloğlan və onun oğlanları ilə görüşməmişdir. Arabir Güloğlanın oğlanları Fərahim, Əşrəf və Abbasla Bakı şəhərində görüşmüş, bir neçə gün onun evində qalmışlar. Güloğlan və arvadı Sürayyə ilə görüşməsə də, aralarında hər hansı davadalaş olmamışdır. Qardaşları, onların arvadları, bacıları və digər qohumlarının onunla əlaqə saxlamamasına səbəb onun evli kişilərlə bir neçə dəfə qeyri-rəsmi nikahda yaşaması olmuşdur. Güloğlanın oğlu Ağayahyanı sonuncu dəfə 1998-ci ildə anasının yas mərasimində görmüş, həmin vaxt o azyaşlı olmuş, bundan sonra onunla görüşməmişdir. Təxminən iki il əvvəl Ağayahya böyük qardaşı Fərahimin mobil telefonu ilə onunla əlaqə saxlamış, Ağayahya ona qoyun fermasının olduğunu, səhhətində problem olmaqla ayağının ağrıdını demişdir. Bundan sonra Ağayahya ilə görüşməmiş, telefonla danışmamış, ona Rəşidlə aralarında olan münasibət barədə heç nə deməmiş, onu öldürməyə təhrik etməmişdir. 2018-ci ilin iyul ayının ortalarında Güloğlanın oğlu Abbas onun mobil telefonuna zəng edərək uzun müddət əvvəl Zərərçəkmiş şəxs ona qarşı elədiyi hərəkətə görə Ağayahyanın onu öldürdüyünü demişdir(iş vərəqə: cild İİİ, səh. 199- 203). Məhkəmə baxışı zamanı tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında 09 iyul 2018-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Şabran şəhəri, H.Hacıyev küçəsində yerləşən 4 saylı evin qarşısında ətrafa, orada olan daşlıq və kolluq sahəyə qana bənzər ləkələr sıçramış, hadisə baş verən yerdə bir ədəd uzunluğu 22 sm, dəstəyinin uzunluğu 9,5 sm, dəstəyinin baş tərəfdə eni 2,1 sm, orta hissədə eni 1,9 sm, arxa hissədə eni 2,1 sm olan, tiyəsinin uzunluğu 12,5 sm, tiyəsinin başlanğıc hissədə eni 2,2 sm, uc hissədə 1,6 sm olan, dəstəyi ağ, göy və qırmızı rəngdə və üzərində qanabənzər ləkə olan bıçaq, bıçaqdan təxminən yarım metr aralıda bir ədəd qara rəngli, sintetik parça materialdan olan bıçaq qoymaq üçün qab aşkar edilmiş, bir ədəd «Churchill» markalı, 18558 nömrəli, 12 çaplı, iki lüləli ov tüfəngi və 2 ədəd boş giliz götürülmüşdür (iş vərəqə: cild İ, səh. 4-13). İbtidai istintaq orqanının məhkəmə baxışı zamanı tədqiq olunan 10 və 19 iyul 2019-cu il tarixli qərarlarından görünür ki, iş üzrə hadisə yerində aşkar edilərək götürülmüş bir ədəd dəstəyi ağ, göy və qırmızı rəngdə və üzərində qanabənzər ləkə olan bıçaq, bir ədəd qara rəngli, sintetik parça materialdan olan bıçaq qoymaq üçün qab və bir ədəd «Churchill» markalı, 18558 nömrəli, 12 çaplı iki lüləli ov tüfəngi, iki ədəd dəstəyi qəhvəyi rəngli və üzərində metaldan naxış olan açılıbbağlanan cib bıçağı, bir ədəd dəstəyi qəhvəyi rəngdə olan ov bıçağı, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş xaki rəngi, qısaqol, yaxalıqlı, öndən yuxarıdan 3 ədəd düymə ilə bağlanan köynək, göy rəngli cins parçadan şalvar və qara rəngli trusiy, Təqsirləndirilən şəxs əynində olmuş ağ rəngli mayka, bənövşəyi rəngli, yaxalıqlı, öndən üç ədəd düymə ilə bağlanan qısaqol köynək, boz rəngli şalvar və bir cüt qara rəngli ayaqqabı maddi sübut qismində tanınmışdır (iş vərəqə: cild İ, səh. 93-94, 238). Məhkəmə baxışı zamanı tədqiq olunan 13 avqust 2018-ci il tarixli, 544/2018-MTBŞ nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: AB/H//İV/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/ olmuşdur. Tədqiq olunan həmin rəydən görünür ki, ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus cins şalvar, qısaqol köynək, trusik, Təqsirləndirilən şəxs məxsus şalvar, bir cüt ayaqqabı, hadisə yerindən götürülmüş bir ədəd ağ, qırmızı və göy rəngli dəstəkli bıçaq, bir ədəd narıncı çalarlı qəhvəyi rəngli dəstəkli bıçaq, bıçaq üçün futlyar, qoşalüləi ov tüfəngi, suxari qablaşdırılması üçün nəzərdə tutulmuş boş paket, torpaq nümunəsi, qurumuş bitki qalıqları, çınqıl daşları, pambıq topası üzərinə yapışmış vəziyyətdə tozvari, dənəvər torpaq nümunəsi üzərindəki ləkələrdə və “İnfiniti” markalı, ** GV *** dövlət nömrə nişanlı avtomobildən maddi sübutlar üzərindəki izləri götürmək üçün nəzərdə tutulmuş 01 ədəd çubuğun ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkəsində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A, B, H antigeniləri alındı, aqqlyutininlər isə alınmadı. Həmin qan ləkələrinin AB/H//İV/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur. Göstərilən ləkələrdlə A-beta/İİ/ qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halda mümkündür. Daha sonra tədqiq olunan rəydən görünür ki, ekespertiza tədqiqatına təqdim olunan Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, mayka üzərindəki ləkələrdə və «VAZ 2172 Lada Priora» markalı ** RD *** dövlət nömrə nişanlı avtomobildən maddi sübutlar üzərindəki izləri götürmək üçün nəzərdə tutulmuş 02 ədəd çubuğun ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkəsində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A, H antigeniləri alındı, aqqlyutininlər isə alınmadı. Həmin qan ləkələrinin A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsusluğu inkar olunmur / əgər onun qanında müşayiətçi H antigeni varsa/. Göstərilən ləkələrdə AB/H//İV/ qruplu Zərərçəkmiş şəxs qanının olması ABO sistemi ilə inkar olunur. Təqdim edilən mərhum Zərərçəkmiş şəxs üzərindən və onun avtomobilindən aşkar olunub götürülmüş qatlanan cib bıçaqları üzərində qan aşkar olunmadı (iş vərəqə: cild İİ, səh. 240-246). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 07 avqust 2018-ci il tarixli, 14M nömrəli rəyindən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında döş qəfəsinin sol yarısının ön səthində 2 ədəd döş qəfəsi boşluğuna nüfuz edərək ürəyin zədələnməsi ilə müşayiət olunan, sol bazu nahiyyəsində 3 ədəd, sol kürək nahiyyəsində sol kürək sümüyünün sınığı ilə müşayiət olunan 1 ədəd, sol sarğı nahiyyəsində 1 ədəd – ümumilikdə 7 ədəd kəsilmiş-deşilmiş yaralarından, döş qəfəsinin sol yarısının, sol əlin, sol kürək nahiyyələrinin sıyrıntılarından ibarət olan kəskin daxili və xarici qanaxma ilə müşayiət olunan bədən xəsarətləri aşkar olunmuşdur. Döş qəfəsinin sol yarısında döş qəfəsinə nüfuz edən kəsilmiş-deşilmiş yaralar sağlamlığa ağır zərər vurmanın, qalan qeyri kəsilmişdeşilmiş yaralar sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Aşkar olunmuş sıyrıntılar isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Aşkar olunmuş xəsarətlər həyatidir, törədilmə müddəti mərhumun ölümündən əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən 09 iyul 2018-ci il tarixə uyğun gəlir, döş qəfəsinin sol yarısının ön səthində 2 ədəd döş qəfəsi boşluğuna nüfuz edərək ürəyin zədələnməsi ilə müşayiət olunan, sol bazu nahiyyəsində 3 ədəd, sol kürək nahiyyəsində sol kürək sümüyünün sınığı ilə müşayiət olunan 1 ədəd, sol sarğı nahiyyəsində 1 ədəd kəsilmişdeşilmiş yaralar ülgüclü və küpü olan yastı tiyə tipli hər hansı bir deşici-kəsici alətin (alətlərin), yaxud əşyanın (əşyaların) təsirindən törənmişdir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş döş qəfəsi nahiyyəsindəki yaraların, eləcə də onun meyitində aşkar olunmuş yaraların müxtəlif alətlərin (yaxud əşyaların) təsirindən törənməsi inkar olunmur. Daha sonra tədqiq olunan rəydən görünür ki, yetirilmiş xəsarətlər ekspertiza şöbəsinə maddi sübut qismində təqdim olunmuş bıçaqların hər hansı biri ilə yetirilə bilərdi, sol kürək nahiyyəsindəki sol kürək sümüyünün sınığı ilə müşayiət olunan kəsilmiş-deşilmiş yaranın ekspertizaya təqdim olunmuş tiyəsi və dəstəyi ağ rəngli metaldan, dəstəyi qəhvəyi rəngli plasmas materialdan örtüklü, ov bıçağı formasında, dəstəyin uzunluğu 11.3 sm, uzunluğu 14.7 sm olan bıçaqla yetirilməsinə daha çox xarakterikdir. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin öz-özünə yetirilməsi mümkün deyil, həmin xəsarətlərin yetirilmə ardıcıllığı barədə, eləcə də xəsarətlər (yaralar) yetirildikdən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs yeriyə və məqsədyönlü hərəkət edib-etməməsi haqda, eləcə də yetirilmə vaxtından nə qədər müddətdə ölüm baş verməsi haqda qəti fikir söyləmək mümkün deyil. Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş xəsarətlərdən döş qəfəsində olan yaraların istiqaməti öndən arxaya, soldan sağa, aşağıdan yuxarıya, sol kürək nahiyyəsindəki yaranın istiqaməti yuxarıdan aşağıya, soldan sağa, arxadan önə doğru, sol bazunun arxa səthindəki yaraların istiqaməti arxadan önə, yuxarıdan aşağıya, aşağıdan yuxarıya doğru, sol bazunun ön səthindəki yaranın istiqaməti öndən arxaya, aşağıdan yuxarıya doğru, sol sarğı nahiyyəsindəki yaranın istiqaməti soldan sağa doğru olmuşdur. Daha sonra tədqiq olunan rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş xəsarətlər və onun əynində olmuş paltarlarda olan zədələr sayına və yerləşmə nahiyyələrinə görə bir-birinə uyğundur və qərarda göstərilən şəraitdə yetirilə bilərdi. Mərhumun meyitinin məhkəmə-tibbi ekspertizasında mərhumun ölümündən əvvəl etil spirti, narkotik və ya psixotrop maddələrin qəbul etməsi aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsi boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yaraların ürəyi zədələnməsi nəticəsində baş vermiş kəskin daxili qanaxma olmuş, ölüm meyitin müayinəsindən təxminən 12-24 saat əvvəl baş vermişdir (iş vərəqə: cild İİ, səh. 218-226). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan baxış keçirilməsi haqqında müvafiq protokollardan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli, qara rəngli «Nokia» markalı və zərər çəkmiş Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***- **-** nömrəli, boz rəngli «Samsung Duos» markalı mobil telefona, həmçinin Şahid2 məxsus olan VAZ 2172 «Lada Priora» markalı, ** RD *** dövlət nömrə nişanlı və mərhum Zərərçəkmiş şəxs məxsus olmuş «İnfiniti» markalı, ** GV *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir (iş vərəqə: cild İ, səh. 137-138, 70-86). Məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş 24 sentyabr 2018-ci il tarixli, 27550 nömrəli məktuba əlavə edilmiş zərər çəkmiş Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrələrinə və "xxxx" MMC-dən daxil olmuş 24 sentyabr 2018-ci il tarixli, AZF/LGL-25506/18 nömrəli məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** nömrəli mobil telefona 01 aprel 2018-ci il tarixdən 09 iyul 2018-ci il tarixədək olan müddət ərzində daxil və xaric olan zənglərin siyahısından görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs ***-***-**-** nömrəsinə hadisə baş verən gün, yəni 09 iyul 2018-ci il tarixdə saat 18:29-da zəng edərək 96 saniyə, saat 18:36-da zəng edərək 301 saniyə danışmışdır. Bundan sonra Zərərçəkmiş şəxs saat 18:33-də Şahid1 məxsus olan ***-***-**-** nömrəsinə ilkin olaraq zəng edib 128 saniyə danışmış, Şahid6 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla ilkin olaraq saat 18:47-də Təqsirləndirilən şəxs mobil telefonuna zəng edib 222 saniyə, Təqsirləndirilən şəxs saat 19:55-də yenidən Zərərçəkmiş şəxs zəng edib 137 saniyə danışmışdır(iş vərəqə: cild İİİ, səh. 93-94). Məhkəmə baxışı zamanı tədqiq olunan maddi sübutların məhkəmə ekspertizasının 17 avqust 2018-ci il tarixli, 404/2018-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sol-orta nahiyyəsində iki ədəd, köynəyin arxa hissəsinin sol aşağı nahiyyəsində iki ədəd, köynəyin arxa hissəsinin sol-yuxarı nahiyyəsində üç ədəd, tumanın sol sağrı nahiyyəsində bir ədəd və şalvarın sol sağrı nahiyyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş 2 №-li kimi işarələnmiş (hadisə yerindən götürülmüş dəstəyi qəhvəyi rəngli olan) bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş 1 №-li kimi işarələnmiş (hadisə yerindən götürülmüş dəstəyi ağqırmızı-göy rəngli) bıçağın tiyəsi əyilmiş vəziyyətdə təqdim olunduğundan həmin bıçaqla eksperimental zədələr yetirmək mümkün olmadı. Ona görə də Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin bu bıçaqla yetirilib-yetirilməməsi haqqında fikir söyləmək mümkün deyil. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin 3 №-li kimi işarələnmiş (mərhum Zərərçəkmiş şəxs üzərindən aşkar edilmiş) və 4 №-li kimi işarələnmiş (mərhum Zərərçəkmiş şəxs avtomobilindən aşkar edilmiş) bıçaqların tiyəsi ilə törənməsi inkar olunur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin eyni konstruktiv xüsusiyyətə malik alətlə (alətlərlə) törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar edilmiş deşilmiş-kəsilmiş zədələri yetirən alətin tiyəsinin daxil olma səviyyəsində eni 2.1 sm-ə qədər olmuşdur. Zədələrə əsasən tiyənin uzunluğu haqqında fikir söyləmək mümkün deyil. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa hissəsinin sol yuxarı nahiyyəsində iki ədəd kəsilmiş zədələr aşkar edildi. Bu zədələr hər hansı bir iti ülgücü olan kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Paltarların üzərindəki zədələrə görə yaraların yetirilmə istiqaməti barədə mühakimə yürütmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus mayka, bir cüt ayaqqabı və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Tədqiq olunan həmin rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 №-li bıçaq məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim olunmuş 2№-li bıçaq zavod üsulu ilə hazırlanmış qatlanmayan tipli ov bıçağıdır və kəsici-deşici xassəyə malik soyuq silahdır. Ekspertizaya təqdim edilmiş 3 №li və 4 №-li bıçaqlar zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçaqlarıdır və soyuq silah hesab olunmurlar. Ekspertizaya təqdim olunmuş 04 ədəd bıçağın üzərində sonradan heç bir düzəliş edilməmişdir(iş vərəqə: cild İİ, səh. 227-238). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan lifli materialların məhkəmə ekspertizasının 02 oktyabr 2018-ci il tarixli, 21616 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd alt tumanın, 01 ədəd köynəyin, 01 ədəd şalvarın; Təqsirləndirilən şəxs məxsus 01 ədəd maykanın, 01 ədəd köynəyin, 01 ədəd şalvarın, 01 cüt ayaqqabının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, hadisə yüerinə baxış zamanı götürülmüş və tədqiqata təqdim edilmiş 04 ədəd bıçağın, 01 ədəd ov tüfənginin və 01 ədəd bıçaq qabının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Daha sonra həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın səthi üzərindən tapılmış boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin səthi üzərindən tapılmış tünd boz rəngli təbii tambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər(iş vərəqə: cild İİİ, səh. 137-145). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-ballistik ekspertizasının 20 sentyabr 2018-ci il tarixli, 21616/17 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, “Churchill” modelli, «185586» №-li, zavod üsulu ilə istehsal edilmiş, hamar-yivsiz qoşalüləli odlu ov tüfəngidir. Təqdim edilən hamar qoşalüləli tüfəngi sazdır, atəş açmaq üçün yararlıdır, silahın üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir, silahın tətiyini çəkmədən ondan atəş açmaq mümkün deyil. Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 12 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsfədəki hədəfdə (o cümlədən canlı hədəfdə) zədəyetirmə qabiliyyətinə malikdirlər. Tədqiq olunan rəydən, həmçinin görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd giliz 12 kalibrli olub həmin kalibrə malik yivsiz-hamarlüləli ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış patronun hissələridir-gilizləridir, döyüş sursatı hesab edilmirlər. Həmin gilizlər “185586” Nq-İİ ov silahından atılmışdır. Daha sonra tədqiq olunan rəydən görünür ki, təqdim edilmiş üç ədəd metal predmet zavod üsulu ilə hazırlanmış, patronların daxilinə doldurulan atəş komponentlərinin atəşlə ayrılmış hissələridir - qırmalardır. Həmin qırmaların üzərlərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik izlər vardır. Lakin həmin izlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onların “Churchill” modelli. “185586” №-li ov tüfəngdən atılıb- atılmadığını müəyyən etmək mümkün deyil. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, tədqiqata təqdim edilmiş zavod üsulu ilə hazırlanmış, 12 kalibrli zavod üsulu ilə istehsal olunmuş «185586» №-li «Churchill» modelli, daxili çaxmaqlı, hamar (yivsiz) qoşalüləli odlu ov tüfəngin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Bu da onu göstərir ki, həmin silahdan atəş (atəşlər) açılmışdır(iş vərəqə: cild İİİ, səh. 147-150). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 10 iyul 2018-ci il tarixli, 122 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində sağ əlin V daraq sümüyü nahiyyəsinin, sağ əlin ikinci barmağının distal falanqasının, sağ əlin İ barmağın əsas falanqasının kəsilmiş-deşilmiş yaralarından, sol əlin arxa səthinin, sağ çiyin qurşağının ön səthinin sıyrıntılarından, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin qançırından ibarət olan bədən xəsarətləri aşkar edilmişdir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, sıyrıntılarla müşaiyət olunan xəsarətlər bərk küt əşyaların, qalan qeyri xəsarətlər isə kəsici-deşisi təsirə malik alətlərin təsirindən törənmişlər. Müəyyən olunan həmin xəsarətlər maddi sübut kimi ekspertiza tədqiqatına təqdim olunan bıçaqların hər hansı biri ilə yetirilməsi, hadisə günü – 09 iyul 2019-cu il tarixdə qarşılıqlı münaqişə zəminində kənar şəxs və ya şəxslər tərəfindən yetirilməsi mümkündür, xəsarətlər özüözünə yetirilməyə xarakterik deyil və bütövlükdə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdirlər(iş vərəqə: cild İİ, səh. 214-217). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 avqust 2018-ci il tarixli, 1294 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül kəmağıllıq (yüngül debillik dərəcəsində oliqofreniya) aşkar olunmuşdur. Bu isə onu törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: cild İİ, səh.247-248). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixoloji ekspertizasının 26 oktyabr 2018-ci il tarixli, 1797 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qıcığa qarşı tez reaksiya vermək, tez özündən çıxmaq, hövsələsizlik, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Ağayahya Ağayevdə başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman psixiemosionalı sferasında hirslilik, qəzəblilik yaranmışdır. Keçirdiyi emosional halın yaranma səbəbləri fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamış, onun fərdi-psixi xüsusiyyətləri nəzərə alınmaqla o, cinayət hadisəsinin baş verdiyi şəraiti, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq, hadisələri təsvir etmək qabiliyyətinə malikdir(iş vərəqə: cild İİİ, səh.158-160). Məhkəmə baxışı zamanı müdafiə tərəfi, həmçinin Təqsirləndirilən şəxs cinayət hadisəsi törətməsindən sonra polis əməkdaşları tərəfindən yaxalanmadığını, onun özünün könüllü olaraq Şabran rayon Polis Şöbəsinə gedib könüllü olaraq təslim olduğunu iddia etmiş, bunun nəzərə alınmayacağı təqdirdə təqsirləndirilən şəxsə cəza təyin olunarkən qanunsuzluğa yol veriləcəyini məhkəmənin nəzər diqqətinə çatdırmış və qeyd olunan xüsusat üzrə məhkəmə araşdırması aparılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Şabran RPŞ-nin rəisinin adına ünvanlanmış həmin Şöbənin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı Alış Səfərov tərəfindən tərtib olunan raportdan görünür ki, Şabran şəhər sakini Zərərçəkmiş şəxs döş qəfəsindən vurub xəsarət yetirmiş Təqsirləndirilən şəxs 09 iyul 2018-ci il tarixdə, saat 22 radələrində Şabran RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri Orxan Ələkbərov, Şahin Şərifov və Şahid21 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Şabran RPŞ-yə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 195) Lakin qeyd olunan həmin xüsusat üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Təqsirləndirilən şəxs qardaşı Şahid7 ifadəsində göstərdi ki, o, hadisə ərəfəsində və hazırda «Qayalı» marketdə mühafizəçi işləmişdir. 09 iyul 2018-ci il tarixdə, axşam saat təxminən 20-21 radələrində qardaşı Təqsirləndirilən şəxs üst-başı qanlı vəziyyətdə «Qayalı» marketə onun yanına gəlmişdir. Ondan hansı hadisənin baş verdiyini soruşduqda o, çox həyəcanlı vəziyyətdə mərhum Zərərçəkmiş şəxsla görüşdüyünü, onunla söhbət etmək istədiyini, lakin Rəşidin ona silah çıxardığını və atəş açdığını və bundan sonra Rəşidi bıçaqla vurduğunu ona danışmış, polis şöbəsinə gedib təslim olmaq istədiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ölüb-ölməməsi barədə ona heç nə deməmişdir. Şabran rayon Polis Şöbəsinin rəis müavini Laçın müəllimi tanıdığından və onun mobil telefon nömrəsi onda olduğundan o, sonuncunun ***-***-**-** saylı mobil nömrəsini özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən yığıb qardaşı Təqsirləndirilən şəxs hadisə törətməsi barədə ona demiş və nə etməli olduqlarını ondan soruşmuşdur. Həmin vaxt Laçın müəllim yolda olduğunu, maşınla Polis Şöbəsi istiqamətində getdiyini bildirmiş, ona Ağayahyanın polisə gedib təslim olmasını məsləhət görmüşdür. Bundan sonra o, zəng vurub anasına hadisə barədə məlumat vermiş, qardaşı Ağayahyanı anket məlumatlarını dəqiq bilmədiyi, lakin taksi sürücüsü kimi tanıdığı, adının Yaşar olmasını bildiyi şəxsin marketin qarşısında dayanmış ağ rəngli, dövlət qeydiyyat nömrəsini bilmədiyi «Priora» markalı maşınına mindirib özü ilə birlikdə Şabran rayon Polis Şöbəsinə aparmışdır. Onlar getməyə hazırlaşarkən avtovağzalın ərazisində anası və atası gəlib Ağayahya ilə görüşmüşlər. Bundan sonra o, Yaşarın maşını ilə Şabran rayon Polis Şöbəsinə aparıb onu növbətçi hissəsəyə - həmin vaxt növbətçi olan Musa Yusifova təhvil vermişdir. X33 çatarkən Laçın müəllimin hələ də gəlib çatmadığını öyrənmiş, onunla əlaqə saxladıqda sonuncu hələ yolda olduğunu demişdir. Şahid7 ifadəsinin davamında göstərdi ki, Şabran rayon Polis Şöbəsinin rəis müavini Laçın müəllim tez-tez «Qayalı» marketə gəlib alış-veriş etdiyinə görə onu tanımış və bir-birinin telefon nömrəsini götürmüşlər. Qardaşı Təqsirləndirilən şəxs Şabran RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri Orxan Ələkbərov, Şahin Şərifov və Şahid21 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Şabran RPŞ-nə aparlması doğru deyildir. O, Yaşarın maşınında gedib qardaşı Təqsirləndirilən şəxsla birlikdə Şabran RPŞ-yə daxil olarkən o, Orxan və Alış adlı pois əməkdaşlarını orada görmüşdür. Hadisədən sonra qardaşı Təqsirləndirilən şəxs «Qayalı» marketə onun yanına gələrkən marketin sahibi Şahid19 də orada olmuş, Ağayahyanın hadisə törətdiyini və polisə gedib təslim olmaq istədiyini o da eşitmişdir. Məhkəmə baxışı zamanı həmin xüsusat üzrə şahid qismində dindirilən Şahid19 ifadəsində Şahid7 qeyd etdiklərini təsdiq etdi, həmçinin Təqsirləndirilən şəxs kəsilmiş əlini sarımağı işçilərinə tapşırdığını, işləri ilə əlaqədar qısa müddət onlardan ayrıldığını, qayıtdıqda Əşrəfi və Ağayahyanı orada görmədiyini, maraqlandıqda onların polisə getdiklərini öyrəndiyini qeyd etdi. İş üzrə şahid qismində dindirilən Şahid20 ifadəsində Təqsirləndirilən şəxs və Şahid7 göstərdiyi xüsusaları, o cümlədən hadisə ərəfəsində VAZ- 21015, «Priora» markalı avtomaşın idarə edirə eptməklə taksiçilik fəaliyyəti ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs bir məhəllə sakini kimi tanıdığını, hadisə olan gün «Qayalı» marketin qarşısında dayanıb müştəri gözləyərkən Ağayahyanın qardaşı Əşrəfin ona yaxınlaşıb Ağayahyanın cinayət hadisəsi törətməsini bildirib onları Polis Şöbəsinə aparmağı ondan xahiş etdiyini, təxminən 1 dəqiqə sonra Əşrəfin ardınca Ağayahyanın ora gəldiyini, onun əllərinin qanlı olduğunu, etiraz etməyib Əşrəflə X18 apardığını, onları Polis Şöbəsinə apararkən maşında X29 rəis müavini Laçın müəllimlə telefonda danışdığını, Polis Şöbəsinə getmək üçün artıq yolda olduqlarını dediyini, Polis Şöbəsinin həyətinə girdikdə Ağayahyanın şöbənin girişində sağda olan bulaqda əllərini yuduğunu və Şöbəyə daxil olduğunu təsdiq etmiş, Polis Şöbəsinə gedərkən onların yanında heç bir polis əməkdaşının olmadığını, cinayət hadisəsinin mahiyyətini isə Polis Şöbəsinə getdikdən sonra öyrəndiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şabran RPŞ-nin CAB-nın əməliyyat müvəkkili X27 ifadəsində göstərdi ki, 09 iyul 2018-ci il tarixdə xidməti iş yerində olarkən axşam saat təxminən 21 radələrində baxılan iş üzrə baş vermiş hadisə barədə, yəni rayon sakini Zərərçəkmiş şəxs bədən xəsarətləri ilə xəstəxanaya çatdırlıması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə xəstəxanadan məlumat daxil olmuş, əməliyyat qrupu səfərbər olmuş və az sonra hadisəni baxılan iş üzrə Təqsirləndirilən şəxs törətdiyi onlara məlum olmuşdur. Belə ki, Şöbənin rəis müavini Şahid22 Ağayahyanın qardaşı Əşrəf adlı şəxslə telefon vasitəsi ilə danışıqlar aparmış, sonra onlarla əlaqə saxlayıb Ağayahyanı qardaşının Polis Şöbəsinə gətirəcəyini onlara demiş, başqa tədbir görməyə ehtiyac qalmadığını bildirmişdir. Bundan sonra onlar saat təxminən 21:30 radələrində xəstəxanadan Şöbəyə qayıtmış, onlar Şöbənin həyətinə çatmaqla eyni vaxtda artıq Ağayahyanı qardaşı Əşrəfin Şöbəyə gətirdiyini görmüşlər. Lakin Ağayahyanın hansı maşınla gətirildiyini o, görməmişdir. Şahid - əməliyyat müvəkkili Alış Səfərov daha sonra ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başladıqlarından o, X16 gəlməsini tədbirin nəticəsi kimi qiymətləndirmiş və onun əməliyyat-axtarış tədbirləri nəticəsində tutulması barədə raport yazmışdır. Lakin əsil həqiqətdə Təqsirləndirilən şəxs hadisədən sonra polis əməkdaşları tərəfindən Polis Şöbəsindən kənarda tutulmamış və gətirilməmişdir. O, qardaşı Əşrəf tərəfindən Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Polis Şöbəsində gətirilərkən onun əlində qanlı xəsarət olduğundan ona ilkin tibbi-yardım göstərilməsi planlaşdırılmışdır. Lakin Zərərçəkmiş şəxs ölməsi ilə əlaqədar Şabran rayon Xəstəxanasında sonuncunun qohumları çox olduğundan Təqsirləndirilən şəxs onların müşaiyəti altında Siyəzən rayon Xəstəxanasına aparılmış və orada ona ilk tibbi-yardım göstərilmişdir. Qeyd olunan xüsusat üzrə şahid qismində dindirilən Şabran RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri X23, Şahid21 və X24 məhkəmədə şahid qismində dindirilmiş həmkarları X27 ilə oxşar məzmunlu ifadə verib Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmadığını bildirmiş, sonuncunun qardaşı tərəfindən Şabran RPŞ-yə gətirilib növbətçi hissəyə təhvil verildiyini təsdiq etmişlər. Ən nəhayət, qeyd olunan xüsusat üzrə dindirilən Şabran RPŞ-nin əməliyat işləri üzrə rəis müavini Şahid22 ifadəsində göstərdi ki, o, 5 ilə yaxın Şabran rayon Polis Şöbəsində xidmət etmiş, Şabran rayon sakinlərinin demək olar ki, əksəriyyətini, o cümlədən təqsirləndirilən Təqsirləndirilən şəxs ailə üzvlərini, həmçinin onun qardaşı Şahid7, eyni zamanda zərərçəkmiş şəxsin qohumlarını tanımışdır. Əşrəfi isə onlara nisbətdə daha yaxşı tanımışdır. Şahid22 ifadəsinin davamında göstərdi ki, hadisə baş verən gün, yəni 09 iyul 2018-ci il tarixdə, saat təxminən 21-22 radələrində rayondan təxminən 3-4 km aralıda yerləşən kafedə oturub şam yeməyimi yeyərkən, Polis Şöbəsinin hazırda şəxsiyyətini xatırlamadığı əməkdaşı ona zəng edib, rayonda bıçaqlanma hadisəsi baş verdiyini, hətta hadisə yerində silahdan da atəş açıldığını bildirmişdir. Məlumatı alan kimi yeməyini yarımçıq qoyub ayağa qalxmış, telefon vasitəsi ilə əməliyyat qurupunun yaradılması, hadisənin kim tərəfindən törədilməsinin müəyyən edilməsi və şəxsin şöbəyə gətirilməsi barədə tapşırıq vermiş və hadisə yerinə getmişdir. Orada hadisənin rayon sakini Təqsirləndirilən şəxs tərəfindən törədildiyini öyrənmişdir. Lakin həmin vaxt Ağayahya hadisə yerində olmadığından o, polis əməkdaşlarına Ağayahyanın qardaşı Əşrfələ əlaqə saxlayıb sonuncunun ona zəng etməsini demələrini tapşırmışdır. Bundan təqribən 5-10 dəqiqə sonra Əşrəf ona zəng etmiş, qardaşı Ağayahyanın hadisə törətdiyini və hazırda da qardaşı Ağayahya ilə birlikdə olduğunu ona demişdir. Belə olduqda o, X18 aparıb təhvil verməsini tapşırmış, hətta köməyə ehtiyacı olduğu təqdirdə polis əməkdaşlarından göndərə biləcəyini təklif etmişdir. Əşrəf isə ehtiyac olmadığını bildirmiş, özlərinin gedəcəklərini demişdir. Bundan sonra o, az bir müddət hadisə yerində olmuş, hadisə ilə bağlı prokurorluq tərəfindən aparılan zəruri proseslərdə iştirak etmiş və Polis Şöbəsinə gedərkən Ağayahyanı və onun qardaşı X26 həyətində görmüşdür. Həmin vaxt Ağayahyanı əlindən qan axdığını görüb, polis əməkdaşlarına sonuncunu onların müşaiyəti altında həkimə aparıb tibbi yardım göstərilməsini tapşırmışdır. Hadisədən sonra Ağayahyanın qaçıb gizlənməsi, məsuliyyətdən yayınmaq istəməsi barədə onda məlumat olmamışdır. X16 gətirilməsində polis əməkdaşları iştirak etməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şahidlər X14 və Şahid11 da məhkəməyədək icraat mərhələsində verdikləri itfadələrindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törətdikdən sonra Şabran rayon Polis Şöbəsinə könüllü olaraq getmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məişət münasibətləri zəminində qəsdən öldürməsi, yəni sonuncunu qəsdən həyatdan məhrum etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, onunla görüşüb bibisinə qarşı elədiyi hərəkətə görə söhbət etmək istəməsi, Zərərçəkmiş şəxs ona qarşı tüfəng tuşlamayacağı təqdirdə sonuncunu vurmaq niyyətinin olmaması barədə ifadələrində gətirdiyi dəlilləri özünü müdafiə etmək, ona qarşı irəli sürülən ittiham üzrə ağır cəzadan yayına bilmək məqsədilə verilmiş ifadələr və seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı, həmçinin məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs hələ hadisədən bir neçə ay əvvəl ailə üzvlərinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla bibisi ilə bağlı bu söhbətə birdəfəlik son qoyacağını bildirmiş, hadisə baş verən gün sonuncuya zəng edib onunla görüşməsini israrla tələb etmiş, onu cəzalandıracağı ilə hədələmiş, görüşməkdən boyun qaçıran Zərərçəkmiş şəxs axtarmaq üçün onun iş yerinə getmiş, iş yerində olmadığını öyrəndikdən sonra sonuncunun yaşadığı evə getmiş, hətta zərər çəkmiş Zərərçəkmiş şəxs ov tüfəngini nümayiş etdirib onu fikrindən daşındırmağa çalışması belə onu niyyətindən çəkindirməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İİ, səh. 64). Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs hadisədən təxminən yarım saat (30 dəqiqə) sonra heç bir təsir və ya təzyiqə məruz qalmadan könüllü olaraq qardaşı Şahid7 ilə birlikdə rayon sakini, məhkəmə baxışı zamsanı iş üzrə şahid qismində dindirilmiş Şahid20 məxsus avtomaşınla Şabran Rayon Polis Şöbəsinə gedib təslim olmuş, cinayət hadisəsi törətdiyini etiraf etmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarına əsasən «könüllü gəlib təqsirini boynuna alma» müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli həmin qərarında, həmçinin qeyd olunur ki, açıq-aşkar cinayət törətdikdən sonra şəxsin hüquq-mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq-mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməməyə mane olmamalıdır) şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməlidr. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs cinayət hadisəsinin törədilməsindən sonra 09 iyul 2018-ci il tarixdə, saat 22 radələrində Şabran RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Şabran RPŞ-nin növbətçi hissəsinə təhvil verilməsi ilə əlaqədar həmin Şöbənin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı Alış Səfərov tərəfindən raport tərtib edilməsinə və cinayət işinə təqdim edilməsinə tənqidi yanaşır, bu halı əməliyyat xidmətinin işində qeyri-peşəkarlıq kimi qiymətləndirir və Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin edilərkən nəzərə almır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs Şabran RPŞ-nin inzibati binasına heç bir təsir və ya təzyiqə məruz qalmadan könüllü olaraq gəlib təslim olmasını Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə və əvvəllər məhkum olunmadığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alma təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar hesab olunur. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bundan başqa, məhkəmə cinayət hadisəsinin gedişatında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı odlu silah nümayiş etdirib atəş açmasını, ona qarşı soyuq silah kimi bıçaq tətbiq etməsini və nəticədə təqsirləndirilən şəxsin yüngül dərəcəli bədən xəsarəti almasını zərər çəkmiş şəxs tərəfindən edilən qanuna zidd hərəkətlər, həmçinin onun bu hərəkətlərini təqirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmir. Belə ki, hələ cinayət hadisəsi baş verməzdən əvvəl zərər çəkmiş Zərərçəkmiş şəxs onu gözləyən təhlükənin motivini bildiyindən və təqsirləndirilən şəxsin ona qarşı etmiş olduğu hədələrin ağır nəticələrə səbəb ola biləcək ehtimalını real təhlükə kimi qəbul etdiyindən, sonuncu onu gözləyən təhlükənin qarşısını almaq məqsədilə odlu və soyuq silaha əl atmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən xüsusilə ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası daxilində Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında daha ciddi cəza növü kimi azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur və son hədd olaraq on dörd il müddətə azadlıqdan məhrum etmə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 60-cı maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs könüllü gəlib təslim olması və əməlini etiraf etməsi nəzərə alınmalı və ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan on dörd il müddətə azadlıqdan məhrum etmə czasının dörddə üçündən artıq cəza təyin oluna bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 09 iyul 2018-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 09 iyul 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 iyul 2018-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 09 iyul 2018-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 09 iyul 2018-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: məhkum Təqsirləndirilən şəxs məxsus olmuş cinayətin aləti, hadisə yerindən götürülmüş bir ədəd dəstəyi ağ, göy və qırmızı rəngdə və üzərində qanabənzər ləkə olan bıçaq, hadisə yerindən götürülmüş bir ədəd qara rəngli, sintetik parça materialdan olan bıçaq qoymaq üçün qab, iki ədəd dəstəyi qəhvəyi rəngli və üzərində metaldan naxış olan açılıb-bağlanan cib bıçağı, bir ədəd dəstəyi qəhvəyi rəngdə olan ov bıçağı, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş xaki rəngi, qısaqol, yaxalıqlı, öndən yuxarıdan 3 ədəd düymə ilə bağlanan köynək, göy rəngli cins parçadan şalvar və qara rəngli alt paltarı, Təqsirləndirilən şəxs əynində olmuş ağ rəngli mayka, bənövşəyi rəngli, yaxalıqlı, öndən üç ədəd düymə ilə bağlanan qısaqol köynək, boz rəngli şalvar və bir cüt qara rəngli ayaqqabı məhv edilməli ; hadisə yerindən götürülmüş bir ədəd «Churchill» markalı, 18558 nömrəli, 12 çaplı iki lüləli ov tüfəngi Azərbaycan Respublikası DİN-nin Təchizat Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfləri - ekspertiza tədqiqatlarına sərf olunan 191,26 (yüz doxsan bir manat 26 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 09 iyul 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Şabran rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: məhkum Təqsirləndirilən şəxs məxsus olmuş cinayətin aləti, hadisə yerindən götürülmüş bir ədəd dəstəyi ağ, göy və qırmızı rəngdə və üzərində qanabənzər ləkə olan bıçaq, hadisə yerindən götürülmüş bir ədəd qara rəngli, sintetik parça materialdan olan bıçaq qoymaq üçün qab, iki ədəd dəstəyi qəhvəyi rəngli və üzərində metaldan naxış olan açılıb-bağlanan cib bıçağı, bir ədəd dəstəyi qəhvəyi rəngdə olan ov bıçağı, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş xaki rəngi, qısaqol, yaxalıqlı, öndən yuxarıdan 3 ədəd düymə ilə bağlanan köynək, göy rəngli cins parçadan şalvar və qara rəngli alt paltarı, Təqsirləndirilən şəxs əynində olmuş ağ rəngli mayka, bənövşəyi rəngli, yaxalıqlı, öndən üç ədəd düymə ilə bağlanan qısaqol köynək, boz rəngli şalvar və bir cüt qara rəngli ayaqqabı məhv edilsin; hadisə yerindən götürülmüş bir ədəd «Churchill» markalı, 18558 nömrəli, 12 çaplı iki lüləli ov tüfəngi Azərbaycan Respublikası DİN-nin Təchizat Baş İdarəsinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri - ekspertiza tədqiqatlarına sərf olunan 191,26 (yüz doxsan bir manat 26 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-457/2019
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-457/2019
19.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver