Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-457/2021 05.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmiş, həmçinin külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik, istifadəyə yararlı, soyuq silah hesab edilən beşbarmağı əldə edib üzərində gəzdirmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində sərxoş halda nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş yolda avtomobillərin hərəkətinə maneə yaratdığından həmin ünvanda xidmət aparan Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin post patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq əlində olan kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik, istifadəyə yararlı, soyuq silah hesab edilən bir ədəd beşbarmaq aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə o, cinayətkar qrupun şəxsiyyəti istintaqla araşdırılan digər üzvündən naməlum vaxtda və şəraitdə külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən təmiz çəkisi 67,065 qram narkotik vasitə heroini və külli miqdarda “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən təmiz çəkisi 7,768 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, onun külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19:30da Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 147 A ünvanının qarşısında saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 67,065 qram çəkidə narkotik vasitə heroin bir ədəd bükümdə və külli miqdarda 7,768 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd bükümdə olmaqla əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilir. Onda narkotik vasitə olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona verilən ittihamla bağlı Emin adlı şəxslə, mobil telefonda olan «whatsapp» proqramı ilə bank kartı ilə məbləğin kartın hesabına «MilliÖN» vasitəsilə köçürülməsi və «whatsapp» proqramı vasitəsilə narkotikin yerləşdiyi yerin fotoşəklini çəkib müştəriyə göndərməsi barəsində hələlik ifadə vermək istəmir. X22 Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları döymüş, işgəncə vermiş və ona ifadələrinə təzyiq və təsir altında imza etdirmişlər. Onu polis əməkdaşları saxladıqları vaxt döymüş və diqtə altında izahat yazdırıb, hansısa sənədləri imzalatdırmışlar. Bu epizodda özünü təqsirli bilmir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona işgəncə verən şəxslərin adlarını bilmir. Beşbarmağı o, almamış, üzərlik satan ona beşbarmağı təklif etmiş və polislər beşmarmağı onun əlində görmüşlər. Onu döyüb ifadələri təzyiq altında alanların vəzifə və rütbələrini bilmir. X22 Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində bir neçə nəfər döymüşdür. Ondan müstəntiq ifadə alanda müstəntiqə onda narkotik vasitə olmadığını demişdir. Hal-hazırda digər suallara cavab vermək istəmir. Məhkəmə iclasında cinayət işinin 8-10-cu vərəqələrində olan əməliyyat tədbirinin keçirilməsi və maddi sübutların götürülmüsi barədə protokol elan olunmuş və protokolun sonunda olan imza təqsirləndirilən şəxsə təqdim olunmuşdur. Buna əsasən təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, ona məcbur edib imzalatmışlar. Məhkəmə iclasında elan olunmuş cinayət işinin 27-ci vərəqəsində olan təqsirləndirilən şəxsin izahatına və izahatda olan imzaya münasibətdə təqsirləndirilən şəxs bildirmişdir ki, xətt və imza onundur, ona Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları məcbur edib imzalatmışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadənin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 39-45-ci və 52-58-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...O, təxminən 4-5 ay əvvəl tanışlarından narkotik vasitə satan Emin adlı şəxsin istifadəsində olan +**********02 saylı mobil telefon nömrəsini götürüb istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən «whatsapp» proqramı vasitəsilə onunla əlaqə saxlayıb narkotik vasitə metamfetamin sifariş etmişdir. Həmin şəxs ona Ukrayna Respublikasında olmasını, narkotik vasitələrin alqı-satqısı ilə oradan məşğul olduğunu bildirmişdir. O, həmin şəxsdən istifadəsində olan nömrənin Türkiyə mobil operatoruna məxsus olduğunu bildirsə də, həmin şəxs ona nömrənin Türkiyə mobil operatoruna məxsus olmasını, lakin özünün Ukraynada olduğunu söyləmişdir. Qeyd etdiyi şəxs özünü ona Emin adı ilə təqdim etmişdir. Emin adlı şəxs narkotik vasitə və psixotrop maddələrin alverini yazışmalar və pul köçürmələri əsasında etmişdir. Belə ki, o, narkotik vasitəni sifariş edən şəxsin mobil telefonunda olan «whatsapp» proqramına bank kartının şifrəsini göndərir və narkotikə görə verilməli olan məbləğin həmin kartın hesabına “MilliÖn” vasitəsilə köçürülməsini bildirir, narkotikin pulu kart hesabına “MilliÖn” ödəniş sistemi vasitəsilə köçürüldükdən sonra təsdiq etmə barədə qəbzin müştəri tərəfindən fotoşəkli çəkilərək Eminə «whatsapp» proqramı vasitəsilə göndərilir və o, narkotikin yerləşdiyi yerin fotoşəklini çəkib müştəriyə göndərir ki, müştəri də sifariş verdiyi narkotik vasitəni götürə bilsin. Bu üsulla da narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirmişdir. Eminlə əlaqə saxlayıb ondan özü üçün narkotik vasitə və psixotrop maddə sifariş edən vaxtlarda Emin onun «whatsapp» proqramında profil şəklini görüb tanışlıq vermişdir. O da öz növbəsində Eminin fotoşəklini görmüş, lakin onu tanıya bilməmişdir. Eminin bildirməsinə görə onun özü də Yasamal rayon sakini olmuş və əvvəllər onun boks məşğələlərinə getdiyi idman zalına özü də getmiş və oradan tanıdığını xatırlamışdır. Tanışlıq yaxın dost münasibətlərinə keçdikdən sonra Emin ona təklif etmişdir ki, yaxından ona köməklik göstərsin, yəni narkotik vasitə və psixotrop maddələrin satışında yaxından iştirak etməklə onun tapşırıqlarım icra etsin. Emin ona bildirmişdir ki, maddi ehtiyaclarını ödəmək üçün ona qazanc da verəcəkdir. O da maddi imkansızlıqdan Eminin təklifini qəbul etmişdir. Belə ki, Eminin təklifinə əsasən o, narkotik və psixotrop maddələrə görə ödənilən pul vəsaitlərinin nağdlaşdırılaraq ona göndərilməsini təmin etməliymiş. Emin bu təklifi ona 2019-cu ilin dekabr ayının əvvəllərində etmişdir. Həmin ərəfədə dekabr ayının ilk günlərindən birində Emin istifadəsində olan +**********02 nömrədən «whatsapp» proqramı vasitəsilə onunla əlaqə saxlayıb bildirmişdir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən «Kontinental» adlı marketin yaxınlığındakı dəmir ştin arxasında siqaret qutusunda bankın plastik kartları var və onları götürmək lazımdır. O da Eminin dediyi yerə gedib oradan kartları götürmüşdür. Həmin kartlardan biri Elnur Ağamalıyev adlı şəxsin adına, digəri isə Zaur Əliyev adlı şəxsin adına olmuşdur. Həmin şəxslərin adları bank kartlarının üzərində əks olunmuşdur. O, həmin kartları götürdükdən sonra Emillə əlaqə saxlamışdır. Emin isə ona bildirmişdir ki, həmin kartlara müştərilərin narkotik və psixotrop maddələrə görə ödəniş etdikləri pul vəsaitləri köçürülür və izah etmişdir ki, nə vaxt özü desə həmin kartlardan onun dediyi bank hesabına köçürmə etməlidir, ya da ki, həmin kartlardan pulu çıxarıb onun dediyi yerlərdə gizlətməlidir ki, o da sonradan həmin pulu gizlədilən yerdən digər adamları vasitəsi ilə götüzdürə bilsin. O, iki kartı götürdükdən bir neçə gün sonra Emin yenidən «whatsApp» proqramı vasitəsilə əlaqə saxlayıb ona bildirmişdir ki, həmin bank kartlarından başqa iki ədədini də Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən «İrşad» Telekom mağazasının yaxınlığındakı köhnə beşmərtəbəli binanın blokunda olan su sayğacının qutusunda da gizlətdirmişdir. Emin ondan həmin kartları da götürməyi xahiş etmişdir. O da Eminin dediyi, izah etdiyi yerə gedib oradan iki bank kartını götürmüşdür. Belə ki, həmin kartların üstündəki yazılardan bilmişdir ki, onların hər ikisi İlya Sıvorotkin adlı şəxsin adınadır. Ümumilikdə onda Eminin göndərdiyi 4 ədəd 4169 7413 9039 3344, 5404 0852 3893 0640, 5243 7544 1044 3392 və 5243 7544 1045 9885 nömrəli bank kartları olmuşdur. Onlardan 4169 7413 9039 3344 və 5404 0852 3893 0640 nömrəli kartlar «xxxx» ASC-yə, 5243 7544 1044 3392 və 5243 7544 1045 9885 nömrəli kartlar isə «xxxx» ASC-yə məxsus olmuşdur. O həmin vaxtdan etibarən Eminin tapşırığına əsasən qeyd edilən kartlardan pul çıxarıb onun dediyi yerlərdə gizlətmişdir ki, sonradan götürə bilsinlər, ya da həmin kartlardan Eminin göndərdiyi bank hesabına köçürmə üsulu ilə pulu göndərmişdir. O pulları kartdan çıxarıb Eminin göstərişi əsasında Bakı şəhərində müxtəlif ünvanlara aparıb gizlətmiş və bu barədə ona məlumat vermişdir. O, pulları bankomatlardan tibbi maskadan, qara eynəkdən və gödəkçənin baş örtüyündən istifadə etməklə çıxartmışdır. Bunu Emillə məsləhətləşdiyini bildirmiş və bu yolla şəxsiyyətini gizlətməyə nail ola biləcəyini söyləmişdir. O Eminə bu yolla təxminən 15- 20 dəfə pul çıxararaq müxtəlif ünvanlara qoymaqla yerləşdirmişdir. Gördüyü işin müqabilində Emil ona qazanc olaraq hər dəfə müxtəlif məbləğlərdə pul vermiş, karta köçürülən pullardan onun razılığı ilə qazanc götürmüşdür. Qazanc isə hər dəfəsində 30-50 manat, əlavə xərcləri olanda da əlavə pul vəsaitlərini də Eminin özünə məlumat verməklə götürmüşdür. Onu da bildirmişdir ki, elə hal da olmuşdur ki, o, narkotik vasitə və ya psixotrop maddəni Emildən başqa Bakı şəhərində tanımadığı digər şəxslərdən də əldə etmişdir. Belə ki, bu hallardan biri də tutulmamışdan bir neçə gün öncə baş vermişdir. O, Yasamal rayonu ərazisində hazırda dəqiq xatırlamadığı ünvanda 1500 manata bir nəfər tanımadığı, təsadüf nəticəsində tanış olduğu şəxsdən 7-8 qram metamfetamin və təxminən 65-70 qram çəkidə heroin almışdır. Həmin narkotik və psixotrop maddənin bir qismini özü üçün istifadə etməyə, müştəri tapılarsa münasib qiymətə satıb qazanc da əldə edəcəyini düşünmüşdür. Beləliklə o, həmin şəxsdən metamfetamin və heroini aldıqdan sonra onları üzərində saxlamışdır. Sonuncu dəfə o, xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Yasamal rayonu Ə.Əhmədov küçəsində yerləşən “xxxx” a məxsus bankomant vasitəsilə 4169 7413 9039 3344 nömrəli kartdan tibbi maskanı geyinib 1000 manat, saat 19 radələrində eyni üsulla Yasamal rayonu “Elmlər Akademiyası” metrosunun girişində yerləşən “xxxx” a məxsus bankomat vasitəsilə 5243 7544 1044 3392 nömrəli kartdan 3000 manat pul çıxartmışdır. Onu da bildirmişdir ki, həmin vaxt üzərində əvvəldən çıxartdığı pullardan da bir qədər olmuşdur. Qeyd etdiyi pulları da çıxartdıqdan sonra Eminlə əlaqə saxlamışdır. Emin də ona bildirmişdir ki, 700 manat pul göndərilməlidir. O da Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən “Milliön” ödəmə sistemi vasitəsilə Eminin dediyi bank hesabına 700 manat pul köçürtmüşdür. Həmin gün axşam saat 19.30-da ünvan 6 ünvanın qarşısında olan zaman onu mülki geyimdə olan bir neçə şəxs saxlatmışdır. Özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Sonra bildirilmişdir ki, o mütəmadi olaraq Yasamal rayonu ərazisində “whatsapp” mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq “MilliÖn” vasitəsilə külli miqdarda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəlidir və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə ona təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. O da üzərində bir ədəd bükümdə narkotik vasitə olan heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin olmasını söyləmişdir. Bundan sonra əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə olan heroini və bir bükümdə olan metamfetamini, cins şalvarının sağ yan cibindən 01 ədəd “İphone 6” markalı mobil telefonu, “xxxx” a məxsus 4169 7413 9039 3344 və 5404 0852 3893 0640 nömrəli, “xxxx” a məxsus 5243 7544 1044 3392 və 5243 7544 1045 9885 nömrəli bank kartlarını, ********** və **********2 nömrəli Bakı kartlarını, özünə məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsini, kartlardan çıxartdığı 3872 manat pulu, 01 ədəd tibbi maska və qara rəngli eynəyini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o, üzərindən aşkar olunanlar barədə eləcə də Eminlə birlikdə narkotik vasitələrin satışı ilə bağlı məlumat vermişdir. Bu barədə ətraflı danışıb bildirdikdən sonra onu hal şahidləri ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O razılaşdıqdan sonra polislərin gəldiyi avtomobilə yaxınlaşarkən qaçmaq istəmişdir. Bu zaman polislərdən bir nəfər ona qarşı idman fəndi işlədərək qaçmağa imkan verməmiş və həmin vaxt o, fəndin tətbiqi nəticəsində yerə yıxılmış və onu yerdən qaldırarkən üzünün sol hissəsində alın və boyun nahiyyələrində qızartılar əmələ gəlmişdir. Polislər tərəfindən ona ilkin tibbi yardım göstərilmiş və bundan sonra onlar polis idarəsinə gəlmiş, orada ərizə yazıb tibbi müayinəyə ehtiyacının və heç bir şikayətinin olmadığını bildirmişdir. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ifadələri təsdiq etmir. Əlyazma və imza onundur, lakin, onu məcbur edib ifadəni imzalatmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili işləyir. xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Yasamal rayon sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq Yasamal rayonu ərazisində onlayn şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Həmin qrupda ondan başqa digər əməkdaşlar Şahid4, Şahid3 və X8 iştirak etmişlər. İki nəfər hal şahidi dəvət edilmişdir. Onlar hal şahidləri ilə birlikdə xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan Yasamal rayonu ərazisinə getmişlər. Orada əməliyyat mövqeyi seçilmiş və saat 19:30-da ünvan 6 ünvanın qarşısında xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən edərək ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onlayn şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və ona təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin və bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sonra isə əynindəki gödəkçənin cibindən bir ədəd şəffaf sellofan bükümdə olan heroini və bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini, şalvarının cibindən “İphone 6” markalı mobil telefonunu, bank kartlarını, özünə məxsus şəxsiyyət vəsiqəsini, 3872 manat pulu, tibbi maskasını və eynəyini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə oxşar və bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddələr zərfə qoyularaq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələri Yasamal rayonunda adını bilmədiyi üzdən tanıdığı şəxsdən 1500 manata almışdır. Üzərində olan bank kartlarını tanışı Emin adlı şəxsdən təxminən üç ay əvvəl əldə etmiş, həmin kartlarla narkotik vasitə və psixotrop maddələrin onlayn satışından əldə olunan pulları Bakı şəhərinin müxtəlif yerlərində yerləşən “Kapital” və “xxxx” a məxsus bankomatlardan çıxardaraq Eminin ona verdiyi bank hesablarına köçürməklə və yaxud qabaqcadan razılaşdırılmış yerlərə gizlətmək üsulu ilə çatdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və hal şahidlərini Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət etmişlər və onlar da etiraz etməmişlər. Lakin, Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşarkən qaçmağa cəhd göstərdiyindən Elmir Abışov Təqsirləndirilən şəxs badalaq fəndi göstərərək, Təqsirləndirilən şəxs qaçmasının qarşısını almış və həmin an Murad yerə yıxılmışdır. Hadisə nəticəsində Təqsirləndirilən şəxs üzünün sol hissəsində, alın və boyun nahiyyələrində qızartılar yaranmışdır. Murada ilkin tibbi yardım göstərilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək tibbi müayinəyə ehtiyacı və heç bir şikayəti olmadığını bildirmişdir. Keçirilən tədbirlə bağlı protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir təzyiq olmamış, ona heç kim işgəncə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları Şahid4, Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, DİN-nin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyündə polis nəfəri işləyir. xx.xx.2019-cu il tarixdə saat 01:30-da Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində xidmət aparan zaman 1 nəfər şəxsin, şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs yandırmış olduğu üzərliyi əlində tutub qışqıra-qışqıra səs-küy saldığını, həmçinin yol ilə hərəkət edən avtomobillərin üzərinə tərəf qaçmasını görüb onunla birlikdə xidmət aparan Şahid6la həmin şəxsə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs ona yaxınlaşdıqlarını görüb qaçmağa başladıqda, onlar da Təqsirləndirilən şəxs arxasınca qaçıb bir qədər məsafə qət etdikdən sonra Muradı saxlamışlar. Təqsirləndirilən şəxsin əlində beşbarmaq olmasını görüb beşbarmağı ondan götürüb, onu Yasamal RPİ-nin 27-ci PB-nə gətirmiş və beşbarmağı da təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin əməkdaşı Şahid6 eyni məzmunlu ifadə verərək Şahid5 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclsında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə axşam 17-18 radələrində Badamdar qəsəbəsində olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bidirib, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan bir nəfərin üzərinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyini təklif etmişlər. O, razılaşmış və bundan sonra o, həmin polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. Sonra təxminən saat 19-00, 19-30 radələrində Yasamal rayonunda H.Cavid prospektində bir binanın yaxınlığına getmişlər. Polis əməkdaşları orada dayanan bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs də özünü təqdim edəndən sonra polis əməkdaşları həmin şəxsə narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan şalvarın və gödəkçəsinin ciblərindən telefonu, şəxsiyyət vəsiqəsini, bank kartlarını, narkotik vasitəni, təxminən 3 min manatdan çox pulu, tibbi maskanı çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqsirləndirilən şəxsin təqdim etdiyi bükümlərdə olan narkotik vasitəni qablaşdırmışlar. Sorğu zamanı şəxsiyyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs narkotik vasitəni Yasamal rayonunda üzdən tanıdığı bir nəfər şəxsdən 1500 manata aldığını demişdir. Bank kartlarını isə bir nəfər Emin adlı tanışından əldə etdiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, həmin kartlarla narkotik vasitələrin satışından əldə etdiyi pulları bankomatlardan çıxararaq həmin Emin adlı şəxsin verdiyi bank hesablarına köçürür, ya da razalaşdıqları yerlərə gizlətməklə pulları çatdırır. Bundan sonra təqsirləndirilən şəxsə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməsə də qəfil qaçmaq istəyəndə polis əməkdaşlarından biri Murada badalaq gəlmiş, bu zaman Murad yerə yıxıldığından polislər Murada tibbi yardım göstərmişlər. Bundan sonra idarəyə getmişlər. Orada keçirilmiş tədbirlə bağlı protokol tərtib olunmuşdur. Bütün iştirakçılar tərəfindən protokol imzalanmışdır. Ondan başqa da hal şahidi dəvət olunmuşdur. Polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq etməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan əşyaları təqdim etmişdir. Protokol idarədə tərtib olunmuşdur. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. O, ümumiyyətlə mobil telefon işlətmir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış şahid X2 ifadəsindən görünür ki, sonuncu istintaq zamanı eyni məzmunlu ifadə verərək şahid X6 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdıırlmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 xx xxxxxx 2020-ci il tarixli, 008-471-1220 saylı raportundan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində “Whatsapp” qısa ani mesajlaşma vasitəsilə əlaqə saxlayaraq “Milliön” vasitəsilə külli miqdarda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur. Cinayət işinin 8-10-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli bilinən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:30-da ünvan 7 ünvanının qarşısında saxlanılmışdır. Dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs üzərində bir bükümdə narkotik vasitə heroin və 01 büküm psixotrop maddə metamfetamin olduğunu bildirmiş, və əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə heroin və 01 ədəd şəffaf sellofan bükümdə metamfetamini, cins şalvarının sağ yan cibindən “İphone 6” markalı mobil telefonu, “xxxx” a məxsus 4169 7413 9039 3344 və 5404 0852 3893 0640 nömrəli kartları, “xxxx” a məxsus 5243 7544 1044 3392 və 5243 7544 1045 9885 nömrəli bank kartlarını, iki ədəd bakı kartı, özünə məxsus şəxsiyyət vəsiqəsüini, üzərində olan 3872 manat pulu, 01 ədəd tibbi maska və qara rəngli eynəyi təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofanda olan büküm qablaşdırılaraq götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri Yasamal rayonunda adını bilmədiyi üzdən tanıdığı şəxsdən 1500 manata əldə etdiyini, həmçinin, təqdim etdiyi bank kartlarını 03 ay əvvəl tanışı, təxminən 25-30 yaşlı Emin adlı şəxsdən əldə etdiyini və həmin kartlarla narkotik vasitə, psixotrop maddələrin onlayn satışından əldə olunan pulu müxtəlif bankomatlardan çıxardaraq Eminin verdiyi bank hesablarına köçürtdüyünü və ya qabaqcadan razılaşdırılmış yerlərə gizlətmək üsulu ilə çatdırdığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanıldığı gün həmin kartlardan ümumilikdə 4000 manat pul çıxarmış, həmin pulun 700 manatını “Milliön” vasitəsilə Eminin bank hesabına köçürmüşdür. Təqsirləndirilən şəxs narkotik və psixotrop maddə almaq istəyən şəxslərin “Whatsapp” qısa ani mesajlaşma vasitəsilə +**********02 nömrəsi ilə əlaqə saxlayıb onda olan bank kartlarına pul köçürməklə, Bakı şəhərinin müxtəlif ünvanlarında qabaqcadan razılaşdırılmış yerlərin şəkilləri çəkilib göndərilməklə əldə etdiklərini, həmçinin, bankomatdan pul çıxararkən şəxsiyyəti bəlli olmasın deyə tibbi maska, gödəkçənin baş örtüyündən və eynəkdən istifadə etdiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət olunduqda, qaçmağa cəhd göstərmiş və bu zaman polis baş leytenantı Şahid2 badalaq fəndi işlədərək Təqsirləndirilən şəxs qaçmasının qarşısını almış, həmin an Təqsirləndirilən şəxs yerə yıxılmış və sonuncunu yerdən qaldırarkən üzünün sol hissəsində alın və boyun nahiyələrində qızartılar müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərilmiş, daha sonra Təqsirləndirilən şəxs ərizə yazaraq tibbi müayinəyə ehtiyacı olmadığını və heç bir şikayəti olmadığını, cinayətin ağırlığını başa düşərək məsuliyyətdən yayınmaq üçün qaçmaq istədiyini bildirmişdir. Cinayət işinin 11-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq göstərmişdir ki, məsuliyyətdən yaxa qurtarmaq üçün qaçmaq istəmiş, bu zaman polis əməkdaşı tərəfindən ona qarşı badalaq gəlinərək yerə yıxılmış və bu zaman sifətində, boynunda qızartılar əmələ gəlmiş, ona ilkin tibbi yardım göstərilmiş, lakin, tibbi müayinəyə ehtiyacı olmadığını və heç bir şikayətinin olmadığını bildirmişdir. Cinayət işinin 30-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 2908 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN-ə məxsus “Zərflər üçün №7” möhür əksi və “vət. Təqsirləndirilən şəxs götürülmüş...” yazılar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 7,768 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, 01 ədəd bükümdəki təmiz çəkisi 67,065 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir; Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahıİ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 81-82-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3872 manat pul əskinasları maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilmişdir. Cinayət işinin 87-88-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 5(004)- 82/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 130-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 008-2741-1220 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etdiyi mənbəni, “Emin” adlı şəxsin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin 136-137-ci vərəqələrində olan Bakı şəhəri Yasamal rayon prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri X4 xx xxxxx 2020-ci il tarixli cinayət işinin başlanması və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılması üçün Yasamal RPİ-nə göndərilmişdir. Cinayət işinin 210-cu vərəqəsində olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Taleh Baxişevin xx xxxx 2020-ci il tarixli cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün istintaq aidiyyatı üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilmişdir. Cinayət işinin 132-133-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X7 cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsilə barəsində olan cinayət işinə birləşdirilmişdir. Cinayət işinin 142-ci vərəqəsində olan Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri Şahid6 və Şahid5 xx xxxxxx 2019-cu il tarixli raportundan görünür ki, xx.xx.2019-cu il tarixdə Zivər Əhmədbəyov küçəsində xidmət apararkən təxminən saat 01:30 radələrində 1 nəfər şəxsin maşınların üzərinə qaçaraq, qışqırıb söyüş söydüyünü görmüşlər. Həmin vətəndaşa yaxınlaşıb özlərini təqdim etdikdə həmin şəxsin sərxoş vəziyyətdə və əlində beşbarmaq olduğunu görmüşlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 143-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, polis nəfəri Şahid6 tərəfindən təqdim edilən bir ədəd dəmir predmetə baxış keçirilmiş, baxış zamanı təqdim edilən 01 ədəd sarı rəngli metaldan hazırlanmış dəmir predmet əldə saxlamaq və barmaq keçirmək üçün 04 ədəd dairəvi halqalardan ibarətdir, həmin halqaların üzərində tökmə metalın çıxıntıları vardır. İlkin baxışdan əzici və deşici xarakterə malik beşbarmağa bənzəyir. Cinayət işinin 144-cü vərəqəsində olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 2/7068 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta sərxoşluq dərəcəsi müəyyən edilmişdir. Cinayət işinin 146-cı vərəqəsində olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/6268 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs OPİ, COC (-) aşkar edilmişdir. Cinayət işinin 152-154-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2019-ci il tarixli 28297 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik olan beşbarmaqdır, istifadəyə yararlıdır və soyuq silah hesab edilir. Cinayət işinin 216-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat müəyyən edilməmişdir. Cinayət işinin 241-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxxx 2020-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş «İphone» 6 mobil telefon aparatına baxış keçirilmiş, mobil telefon işlək vəziyyətdədir, mobil telefon aparatının daxilindəki məlumatlara baxış keçirmək mümkün olmamışdır. Cinayət işinin 246-cı vərəqəsində olan qəbzdən görünür ki, X9 Təqsirləndirilən şəxs götürülmüş «xxxx» a məxsus 4169 7413 9039 3344, 5404 0852 3893 0640, xxxx a məxsus 5243 7544 1044 3392 və 5243 7544 1045 9885 nömrəli bank kartları, ********** və **********2 nömrəli Bakı kartlarını, 01 ədəd tibbi maskanı, qara rəngli eynəyi və 01 ədəd İphone 6 markalı mobil telefonu Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı Akif Məcidovdan təhvil almışdır. Cinayət işinin 264-265-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı Akif Məcidovun cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni, beşbarmağı əldə etdiyi mənbəni müəyyən etmək üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələriayrıca cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilib, lakin narkotik vasitələrin satış məqsədilə əldə etməsi və daşımasını inkar etmişdir. İstintaq zamanı verdiyi ifadələrini təzyiq altında, işgəncəyə məruz qaldığı üçün vermişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Rəhman oğlunun məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, cinayət işinin 39-45-ci və 52-58-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs Emin adlı şəxsin istifadəsində olan mobil telefon nömrəsi ilə «whatsapp» proqramı vasitəsilə əlaqə saxlayıb narkotik vasitə və psixotrop maddələri sifariş edərək, onlayn qaydada həmin maddələrin satışını həyata keçirdiyini, əldə olunan pul məbləğini bank kartlarına köçürüldüyünü bildirmişdir.Həmçinin, iş üzrə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid4, Şahid3, Şahid2 və Şahid1 məhkəmə iclasında ifadə verərkən onlarda Təqsirləndirilən şəxs onlayn şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu və həmin məlumatın öz təsdiqini tapmasını bildirmişlər. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 xx xxxxxx 2020-ci il tarixli, 008-471-1220 saylı raportundan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində “Whatsapp” qısa ani mesajlaşma vasitəsilə əlaqə saxlayaraq “Milliön” vasitəsilə külli miqdarda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur. Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN Narkotiklarla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən işkəncəyə məruz qalıbqalmamasını müəyyən etməkdən ötrü cinayət işi üzrə müvafiq qərar çıxarılaraq icra olunması üçün Bakı şəhəri, Səbail rayon prokurorluğuna, oradan isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyataxtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3 xx xxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülməsi, təzyiq və işgəncəyə məruz qalması barədə göstərdikləri toplanmış materiallarla təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə kollegiyası şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 172-173-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxx 2020-ci il tarixli 1160 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 20-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 65-69cu vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(005)-132/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 fevral 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, lakin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 3872 manat qanunsuz olaraq narkotik vasitələrin satışından yəni cinayət yolu ilə əldə edilmiş əmlakdır. Buna əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirlyiinin Maliyyə- Plan İdarəsinin depozit hesabına təhvil verilmiş 3872 manat pul dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin BMCMİnin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 66,965 qram çəkidə narkotik vasitə heroin və 7,718 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd beşbarmaq məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 149,90 (yüz qırx doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 66,965 qram çəkidə narkotik vasitə heroin və 7,718 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd beşbarmaq məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirlyiinin Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilmiş 3872 manat pul dövlət nəfinə müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 149,90 (yüz qırx doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-457/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-457/2021
05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver