Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-457/2023 04.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1963-cü ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 1992, 1993, 1999 və 2005-ci il təvəllüdlü uşaqları olan, əvvəllər məhkum olunmamış, işləməyən, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən 5,857 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 14:10-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 5,857 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda 2,857 qram və 3,0 qram olmaqla əynindəki qara rəngli şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 05 sentyabr 2022-ci il tarixdə saxlanılanda üzərində cəmi bir bükümdə 0,3 qram kakos, yəni heroin olmuşdur. Həmin heroini o şəxsi istifadə üçün əldə etmiş, heroini 6-7 ay əvvəl istifadə etməyə başlamış, əvvəllər narkotiki Məhəmməd kimi tanıdığı şəxsdən Yasamal rayonundakı «Asan Xidmət»-in ətrafında görüşərək almışdır. Lakin onda sonuncu dəfə olan 0,3 qram kakosu nisyə olaraq 15 manata başqa şəxsdən əldə etmişdir. Hal-hazırda Məhəmməd də, narkotiki aldığı digər şəxs də tutulmuş, həbsdədirlər. Məhəmmədin soyadını bilmir, digər şəxsin də anket məlumatlarını bilmir. O, yaşadığı Yeni Yasamal qəsəbəsindəki ərazidə küçədə saxlanılıb, saxlanıldığı zaman kakos bükümü yerə atmışdır, lakin polis əməkdaşları həmin bükümü yerdən götürmüş, telefonunu da ondan alıb öz maşınlarına əyləşdirmişlər. Onu 3 nəfər polis saxlayıb, maşında arxa oturacaqda hər tərəfində bir polis oturmuş, bir nəfər polis isə maşını idarə etmişdir. Yolda onun telefonuna bir neçə dəfə zəng gəlmiş, lakin polis əməkdaşı telefonu sondürmüşdür, nəhayət telefona mesaj gəlmişdir, mesajda yazan ona narkotik satan şəxs olmuş, pulu vermədiyinə görə həmin şəxs ona yazmışdır ki, “pulun da belə olsun, kakosun da». Hətta polislər bu mesajı oxuyub gülmüşlər. Yolda 20 Yanvar metrostansiyası yanında polisə bildirmişdir ki, saxlasınlar, söhbət etsinlər, bir razılığa gəlsinlər, lakin yanında oturan polislərdən biri qolunun altından yumruq vuraraq heç bir razılaşma olmayacağını bildirmiş, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb təhqiqatçıya təhvil verməzdən əvvəl pul qabına 2 büküm kakos qoyaraq ona vermişlər ki, bunu cibinə qoysun və baxış zamanı öz malı kimi təhqiqatçıya təqdim etsin, əks halda evinə də narkotik qoyub götürəcəklər. O da polislərlə razılaşaraq üzərinə keçirilmiş baxış zamanı 2 büküm heroinin ona məxsus olmasını, onları Məhəmməd adlı şəxsdən 20 manata aldığını bildirmiş, tərtib olunmuş protokolu da imzalamışdır. O, sanksiyaya gedəndə də hakim olan xanıma onun üzərində 1 qrama yaxın heroinin olduğunu, narkotiki satmadığını, yalnız istfadə etdiyini bildirmişdir. Ona heç bir xəsarət yetirilməmiş, o bununla bağlı heç bir orqana şikayət etməmiş, İT-na yerləşdirilən zamanda bədənində heç bir xəsarət olmamış, həkimə heç bir şikayət etməmişdir. Şikayəti yalnız üzərinə artıq qoyulmuş narkotik vasitədəndir. ***-***-**-** saylı mobil telefon nömrəsi ona məxsus olmaqla həmin telefonda olan 4-5 nəfərlə SMS yazışmaları ona məxsusdur. Yazışmalar narkotiklə bağlıdır. O yazışmada olan «torpaq» termini kakosdur. O, həmin 4-5 nəfər şəxslə birlikdə narkotik istifadə etmiş, bir-biri ilə həmin narkotiklə bölüşürdülər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır.Belə ki, xx.xx.2022-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri Yasamal rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olur. Həmin məlumat əsasında “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna əsasən müvafiq sənədləşmə aparılmış əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri kimi o, qrupun üzvləri isə Şahid2 və Şahid3 daxil edilmişdir. Həmin tarixdə saat 14 radələrində keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal rayonu Yeni Yasamal qəsəbəsində müəyyən edilərək saxlanılmışdır.Onlar ona öz xidməti vəsiqələrini təqdim edərək, şəxsiyyətini müəyyən etmişlər və onun narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər.Müvafiq qərarla onu tanış etdikdən sonra onu BMCMİ-nə dəvət etmişlər.İdarənin xidməti otaqlarının birində təhqiqatçı Babək Haqverdiyev müdafiəçi dəvət edərək onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir.Təhqiqatçınnı təklifinə əsasən Təqsirləndirilən şəxs özü sərbəst olaraq əynində olan qara rəngli şalvarının cibindən 02 büküm, 01 bank kartını şalvarının digər cibindən isə “Nokia” markalı mobil telefonu masanın üzərinə qoymuşdur.Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq bildirmişdir ki, 02 büküm heroin vardır. Təhqiqatçı həmin bükümlər açıb baxdıqda bükümlərin içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik heroinə bənzər maddələr aşkar edilmişdir.Həmin maddələr qablaşdırılmış, möhürlənmiş və baxışın bütün iştirakçıları tərəfindən imzalanmışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümləri 2 həftə əvvəl Məhəmməd adlı şəxsdən Yasamal rayonu ərazisində yerləşən “Asan Xidmət” mərkəzinin yaxınlığında şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Qeyd etmək istəyir ki, ona daxil olmuş məlumatda göstərilmişdir ki, Elşən Ağyev külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və satışı ilə məşğuldur.Təqsirləndirilən şəxs ifadəsi hadisələrin təhrifidir. Əvvəla Təqsirləndirilən şəxs saxlanıldıqda ona qarşı heç bir təzyiq olmamışdır. O saxlanılan zaman üzərindən heç bir bükümü yerə atmamış və o, yaxud digər həmkarları yerdən hər hansı büküm götürüb onun cibinə qoymamışdır və axtarış zamanı Təqsirləndirilən şəxs özü sərbəst olaraq təhqiqatçıya məhz 02 büküm təqdim etmişdir. Elşəni saxladıqları zaman o tək olmuş, onu idarəyə maşınla apardıqları zaman, maşını o idarə etmiş, digər həmkarları Şahid2 və Şahid3 arxa oturacaqda Elşənin sağ və sol tərəfində əyləşmişlər. İdarəyə gətirilənədək Təqsirləndirilən şəxs üzəri axtarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır.Belə ki, xx.xx.2022-ci il tarixdə həmkarı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri Yasamal rayon sakini Təqsirləndirilən şəxsb Mirhadi oğlu narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olur. Həmin məlumat əsasında “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna əsasən müvafiq sənədləşmə aparılmış əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri kimi Şahid1, qrupun üzvləri isə o və Şahid3 daxil edilmişdir. Həmin tarixdə saat 14 radələrində keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal rayonu Yeni Yasamal qəsəbəsində müəyyən edilərək saxlanılmışdır.Onlar ona öz xidməti vəsiqələrini təqdim edərək, şəxsiyyətini müəyyən etmişlər və onun narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər.Müvafiq qərarla onu tanış etdikdən sonra onu BMCMİ-nə dəvət etmişlər.İdarənin xidməti otaqlarının birində təhqiqatçı Babək Haqverdiyev müdafiəçi dəvət edərək onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir.Təhqiqatçınnı təklifinə əsasən Təqsirləndirilən şəxs özü sərbəst olaraq əynində olan qara rəngli şalvarının cibindən 02 büküm, 01 bank kartını şalvarının digər cibindən isə “Nokia” markalı mobil telefonu masanın üzərinə qoymuşdur.Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq bildirmişdir ki, 02 büküm heroin vardır. Təhqiqatçı həmin bükümlər açıb baxdıqda bükümlərin içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik heroinə bənzər maddələr aşkar edilmişdir.Həmi maddələr qablaşdırılmış, möhürlənmiş və baxışın bütün iştirakçıları tərəfindən imzalanmışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümləri 2 həftə əvvəl Məhəmməd adlı şəxsdən Yasamal rayonu ərazisində yerləşən “Asan Xidmət” mərkəzinin yaxınlığında şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsi həqiqətə uyğun deyildir. Belə ki, Təqsirləndirilən şəxs saxlanıldığı və idarəyə gətirildiyi zaman ona qarşı heç bir fiziki zor və təzyiq olmamışdır. O saxlanılan zaman üzərindən heç bir bükümü yerə atmamışdır və o yaxud digər həmkarları yerdən hər hansı büküm götürüb onun cibinə qoymamışdır və axtarış zamanı Təqsirləndirilən şəxs özü sərbəst olaraq təhqiqatçıya məhz 02 büküm təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında araşdırılmış cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, “Elşən”adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə əldə edərək saxlaması və daşıması barədə məlumatın daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «əməliyyat-axtarış tədbirlərintin həyata keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 sentyabr 2022-ci il tarixdə, saat 14:10 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla müdafiəçinin işğirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən dəri qutunu, dəri qutunun içərisindən 02 ədəd sellofan bükümü, 01 ədəd plastik kartı, şalvarın sol yan cibindən «Nokia» markalı mobil telefonu, 01 ədəd siqaret qutusu və 50 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir təqdim etmişdir. Sorğu zaman Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içərisində heroin olduğunu, heroini 15 gün əvvəl «Məhəmməd» adlı şəxsdən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Asan Xidmət Mərkəzi»nin yaxınlığında şəxsi istifadə etmək məqsədilə əldə edərək üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 01 ədəd siqaret qutusu və 50 manat pul sonuncunun özünə qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2022-ci il tarixli, 6/4798 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş 02 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə..., şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, Müdafiəçi: Müdafiəçi-imza; iştirakçılar: üç imzalar, Qablaşdırıldı: B.Haqverdiyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri - 2,857 qram, - 3,000 qram, ümumi təmiz çəkisi - 5,857 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 5486 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X6 8393 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,757 qram qram narkotik vasitə heroinin saxlanması üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, DVD və CD disklər cinayət işinin materiallarına əlavə edlmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(005)-1127/2022 saylı qərarından müəyyən olunur ki, «əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında» 31 oktyabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı ***-***-**-** mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs istifadəsində olması və həmin mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında müxtəlif tarixlərdə narkotik vasitələrin dövriyyəsi ilə bağlı danışıqlar və SMS yazışlamar aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «mobil telefona baxış keçirilməsi barədə» xx.xx.2022-ci il tarili protokoldan müəyyən ounur ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Nokia» markalı mobil telefonun daxilində olan məlumatlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hans bir məlumat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus «Nokia» markalı mobil telefon ailə üzvlərinə təhvil verilməsi üçün Müdafiəçi Nəsir oğluna təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o ailəldir, 1992, 1993, 1999 və 2005-ci il təvəllüdlü uşaqları vardır, yaşayış yeri üzrə müsbət xakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Baş Prokurorluğundan məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edidlməsi haqqında» qərardan müəyyən olunur ki, araşdırma zamanı Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixi formada işgəncəyə məruz qalması barədə məhkəmə baxışında göstərdikləri xüsusatlar toplanmış materiallarla təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət işi materiallarından başqa material ayrlması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs dair ********* saylı cinayət işinin materiallarından başqa cinayət işi ayrılmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı saxlanılarkən üzərində 0,3 qram kakos, yəni heroin olması, heroinin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş DVD diskdəki görüntülərlə, telefon danışıqları, SMS yazıma mətnləri, ekspertiza rəyləri, «cinayət işinin başlanmasının rədd edilməsinə dair» qərarla və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu -narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 05 sentyabr 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,757 qram narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarəna əlavə edilmiş DVD və CD disklər cinayət işində saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 92 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 180 AZN (yüz səksən) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,757 qram narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş DVD və CD disklər cinayət işinin materiallarında saxlanılsn. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 180 AZN (yüz səksən) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-457/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-457/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver