Məhkəmə qərarları › İş №1(101)-457/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-457/2025

25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-457/2025 25.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, "xxxx" QSC-də işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 09 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 aprel 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmi və faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən 3 ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,307 qram, 2,431 qram və 3,855 qram olmaqla, ümumi təmiz çəkisi 7,593 qram təşkil edən külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla üzərində daşımış, 09 aprel 2024-cü il tarixdə, saat 19:30-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Z.Qənbərov küçəsində hərəkətdə olan zaman Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 2 ünvanda yerləşən həmin polis bölməsinin inzibati binasına gətirilmiş və həmin gün orada, saat 21:00-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 3 ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,307 qram, 2,431 qram və 3,855 qram olmaqla, ümumi təmiz çəkisi 7,593 qram təşkil edən külli miqdarda ağ rəngli kristal şəkilli, maddə kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq naməlum tarixdə və naməlum mənbədən 3 ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,307 qram, 2,431 qram və 3,855 qram olmaqla, ümumi təmiz çəkisi 7,593 qram təşkil edən külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla üzərində daşımış, 09 aprel 2024-cü il tarixdə, saat 19:30-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Z.Qənbərov küçəsində piyada hərəkətdə olan zaman Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin (bundan sonra: RPİ, PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 2 ünvanda yerləşən həmin polis bölməsinin inzibati binasına aparılmış və həmin gün orada, saat 21:00-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 3 ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,307 qram, 2,431 qram və 3,855 qram olmaqla, ümumi təmiz çəkisi 7,593 qram təşkil edən külli miqdarda ağ rəngli kristal şəkilli, maddə kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, onun narkotik vasitələrlə heç bir əlaqəsi yoxdur. Onlar dindar ailə olmuş, özü və ailəsi namaz qlıan, oruc tutan olmuş, o, 3 nəfər ali təhsilli övlad böyütmüş, övladları cəmiyyətdə sağlam həyat tərzi sürməkdədirlər. Özünün də necə sağlam həyat tərzi sürdüyü hamıya bəllidir. Ailə tərkibi çox olduğuna görə o, dövlətdən yardım almışdır. 2024cü ilin mart-aprel ayları «Ramazan» ayı olmuş və o, ailələsi ilə birlikdə 29 gün oruc tutmuşdur. O, polis tərəfindən saxlanıldığı gün, 09 aprel 2024-cü il tarixdə «Ramazan» ayının bayram axşamı olmuşdur. O, saxlanılan gün, artıq son 10 gün ərzində yenə dindarların «ovu»na, dindarlara qarşı repressiyalara başlanılmış və bundan hamının, o cümlədən hüquq sistemində işləyənlərin məlumatı olmuşdur. Şəxsən o, məlumatlarda 15 nəfər dindarın tutulduğunu oxumuşdur. O, tutulmazdan son bir ildə dindarlarla bağlı məhkəmələrə gedib aparılan proseslərə baxmış, sosial şəbəkələrdə, “ARB” kanalında insanların iran agenti kimi verilməsinin və həmin şəxslərin narkotik taciri kimi çıxmalarının şahidi olmuşdur. Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixdə işdən çıxanda axıra qalan 3 nəfərdən biri o özü olmuşdur. Belə ki, «Bayram axşamı» olmaqla qısa iş günü olmasına baxmayaraq, işin həcmi həmişəki kimi çox olmuş, bəzi işçilər çıxıb getmiş və axıra onlar qalmışlar. İşi qurtarandan sonra əynində olan iş paltarlarını dəyişməyə gedərkən təqribən 150 metr aralıda, körpünün üstündə Həvalə adlı polis işçisinin dayandığını görmüşdür. O, digər qapıya tərəf gedərək aidiyyəti üzrə jurnala imza atmış və bayram günü olduğu üçün işdə heç kəs qalmamışdır. Təkər sexinin qarşısından keçəndə Məqsəd adlı işçinin təkərləri uşaq kimi saydığını görüb təəccüblənmişdir. O, Məqsədlə sağollaşıb onun bayramını təbrik etmiş, iş yerindəki 12-ci postun qapısından çıxışa gedəndə müdirləri Kamran müəllim də orda görüb, həmin vaxt orada olmasına təəccüblənmişdir. Onunla da, işçilərlə də sağollaşıb onların bayramını təbrik edərək bir az qabağa gedəndə arxadan addım səsləri eşidib kölgəlikdə dayanmışdır. Həmin adam dəmir yol işçisi olmamış, adam ya onu görməmiş ya da özünü görməməzliyə vurmuşdur. Sonra isə bir nəfər tanımadığı kişi tikilinin arxasından çıxaraq onunla söhbət etməyə çalışmış, o, həmin şəxsin geyimindən şübhələnmişdir. Həmin şəxs köynəkdə, o isə gödəkcədə olmuşdur. Həmin şəxsin əməliyyatçı olması hiss olunmuşdur. O, həmin şəxsdən “sən kimsən?” deyə soruşduqda, sonuncu onun qolundan tutub dartmağa başlamışdı. Telefonla vəkilinin oldugu qrupa mesaj atmaq istədikdə, həmin şəxs ona imkan verməmiş, əlinə 2 dəfə vuraraq telefonu koddan açmağa qoymamışdır. İş yerinin 16-cı postunun qabağından 2 nəfər onu dartıştıraraq aparan zaman o, qışqırmış, lakin həmin vaxt 16-cı postun işçiləri Asəflə Elman postda işdə olmalarına baxmayaraq qorxularından çölə çıxmamışlar. Onu relslərin arasından aparan zaman o, “bizimkilərə xəbər edin, İsrailin qoriləri məni İran agenti kimi narkotik adıyla şərləməyə gəliblər” deyərək qışqırmağa başlamışdır. Onu maşına otuzduran zaman Həvalə qaçaraq onlara gəlib çatmış və telefonuyla izləndiyini sonradan bilmişdir. Sonra o, Binəqədi RPİ-yə aparılmış, orada təxminən saat 17:00 radələrində onu RPİ-nin rəisinin otağına aparmışlar. Otaqda olan rəis ona baxıb suallar verməyə başlamış, ilk öncə adını və soyadını, daha sonra harada yaşadığını soruşmuş, o, yaşadığı ünvanın Zahid Qənbərov olmasını dedikdə, o, onun orada yaşamadığını, ora getdiklərini, lakin onun orda olmadığını deyərək kirayə yaşayıb-yaşamadığını soruşmuşdur. Daha sonra rəis suallarına davam edərək Xomeyninin kim olmasını ondan soruşduqda o, soruşulanın İranın, Papa Rimskinin katolik kilsəsinin, Kiril Meferoviçin provaslav dininin rəhbərləri olduqlarını demişdir. Bunları niyə soruşduğunu isə soruşduqda rəis ona “özünü gic yerinə qoyma” demişdir. Haralı olması ilə maraqlandıqda o, bakılı olduğunu bildirdikdə, rəis daha da qəzəblənmiş və otaqda olanlara onu aparıb narkotiklə qeydiyyata almalarını tapşırmışdır. Onu bir nəfərlik saxlama yerinə aparmış, həmin vaxt orada ondan başqa 1 nəfər də Siyəzəndən olan şəxs olmuşdur. Həmin şəxsə anası ilə danışmağa şərait yaratsalar da, ona ailə üzvləri və vəkili ilə danışmağa, otaqda namaz qılıb, orucunu açmağa şərait yaratmamışlar. Tələb olunduğundan o, özünə məxsus şəxsiyyət vəsiqəsini, maaş kartını, kəmərini, üzüyünü və cibində olan 400 manat pulu orada olan qeydiyyatçıya təhvil vermişdir. Həyətə çıxanda o, qardaşı Faiq Məmmədovun, yoldaşı Nailə Məmmədovanın, oğulları Əli və Əliəfsar Məmmədlinin və əmisioğlu Xandadaşın orada olduqlarını görmüş, yoldaşına ona təzyiq göstərildiyini və onu narkotiklə tutmaq istədiklərini demişdir. Uzun müddət keçdikdən sonra əsəb və gərginlikdən başında spazma başlamış, axşama qədər orada qaldıqdan sonra təxminən saat 22 radələrində onu Vaqif adlı rəis müavininin yanına aparmışlar. Orada ona hədə-qorxu gələrək ona bir büküm narkotiki boynuna almaq və yerdən tapdığını bildirmək təklif olunmuşdur. O, narkotiki boyuna almaqdan imtina etdikdə “sən getməlisən, mən istəsəm sənin çantandan, istəsəm evindən çıxardaram” demişlər. O, yenə qəbul etməmiş, «necə bilirsən, elə də et» cavabını vermişdir. Həmin vaxt ona kimsə zəng etmiş, o, da hələ söhbət etdiyini bildirmişdir. Bundan sonra o, başqa bir otağa təhqiqatçının yanına aparılmış, orada təhqiqatçı və Nəsimi adlı bir vəkil olmuş, təhqiqatçı ona hələ şübhəli şəxs kimi saxlanıldığını bildirib sənədlərə imza etməyini dedikdə, o, həmin kağıza orada olan vəkildən imtina etdiyimi və başqa vəkili istədiyini yazmışdır. Sonra başqa kağız vermiş, həmin kağız da vəkilə aid olduğundan ona da imza etmişdir. Bundan sonra onu oradan çıxardaraq maşına əyləşdirmiş və aparıb Binəqədi RPİ-yə təhvil vermişlər. Daha sonra 2 nəfər hal şahid gəlmiş, onlardan birini tanımış, o, həm əqli, həm fiziki cəhətdən çox qüsurlu adam olmuşdur. Həmin adam əliylə aypara göstərib «buradan 3 büküm çıxdı» işarəsini verdikdə o, həmin vaxt təəccüblənmiş, üzərinə daha çox miqdar qoyacaqlarını fikirləşib, az olmasına az qala sevinmişdir. O biri hal şahidi isə guya onu 10 gün qabaq gördüyünü demişdir. O, həmin vaxt müstəntiqdən, sabahısı günü sanksiyaya aparılarkən işə baxan hakimdən nə baş verdiyini soruşmuş, lakin doğru-dürüst cavab ala bilməmişdir. Sanksiya zamanı hakimə o, saxlanılarkən və sonra hal şahidlərinin orada olmadığını deyib, orada olan kamera görüntülərini tələb etdikdə, sonuncu ona toplanmış materialların təqdim olunduğunu demişdir. Bundan sonra o, ondan İranda olub-olmadığımı soruşmuş, o, İraqda 2 dəfə olduğunu bildirmişdir. Sanksiyadan 1 gün sonra isə həmin polislər gəlmiş, guya onlar onu həmin gün məni tutduqlarını bildirmiş, onu dəmiryolu ərazisində küçə olmayan yerdə deyil, düzgün olmayan bir küçədə saxladıqlarını demişlər. Biləcəri qəsəbəsində Zahid Nərimanov adlı küçə ümumiyyətlə olmamışdır. O, həmin məlumatı vəkilə də vermişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, onu tutan polislər 6-cı Polis Bölməsinin əməliyyatçıları və ya işçiləri olmamış, lakin o, həmin Həvaləni hadisə ərəfəsində 3 dəfə görmüşdür. Sənədlərdə onun saxlanılmasında iştirak etmələri göstərilən polis əməkdaşları əsil həqiqətdə olmamışlar. O, onları bölmədə görmüşdür. Onunla videoçəkiliş aparılmamışdır. Belə ki, o, narkotiki boynuna almamış, boynuna almadığına görə də üzərinə hal şahidləri ilə baxış keçirilmişdir. Onun üzərində şəxsi axtarış videoçəkilişlə aparılmamış ondan hər hansı narkotiki götürmə görüntüsü ilə sənədləşmə aparılmamışdı. O, X1 aparıldıqdan sonra adının qarşısında «radikal» sözünün yazıldığını görmüşdür. Lakin əsil həqiqətdə o, radikal olmamış, «əhli-beyt yolu»nun davamçısı olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində də ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən və şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair tərtib edilmiş müvafiq olaraq 10 aprel 2024-cü il və 11 aprel 2024-cü il tarixli istintaq hərəkəti protokollarına imza etməkdən imtina etmişdir (iş vərəqə: 57-58, 80-81). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, etibarlı mənbədən baxılan iş üzrə təqsirləndirilən şəzs Təqsirləndirilən şəxs narkotik vasitənin daşınması və satışı ilə məşğul olması ilə bağlı 09 aprel 2024-cü il tarixdə məlumat daxil olduğundan o, bu barədə rəhbərliyə məruzə etmiş və sonra elə həmin gün qəbul edilmiş qərara əsasən əməliyyat tədbiri keçirilmişdir. Əməliyyat tədbirinə rəhbərlik ona həvalə edilmiş və Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da həmin qrupa daxil edilmişdir. Həmin gün saat 19-20 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində Meydan tərəfdə, Yəhya Hüseynov küçəsində, Polis Bölməsindən təxminən 1 km məsafədə zahiri görünüşünü Təqsirləndirilən şəxs bənzəyən şəxs əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılaraq mülki maşınla hamısı birlikdə Binəqədi RPİ-nin 6-cı PB-ə aparılmış və rəsmi olaraq qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs saxlanılaraq 6-cı PBnə gətirilməsi barədə raportla rəhbərliyə məruzə edilmiş, Araşdırmanın aparılması təhqiqatçıya həvalə edilmiş və şəxsin üzərinə ilk baxış təhqiqatçı tərəfindən bölmədə keçirilmişdir. Həmin şəxsi axtarışda müdafiəçisinin iştirak edib-etməməsi onun yadında qalmamışdır. Şəxsin üzərinə şəxsi axtarış video çəkilişlə deyil, iki nəfər hal şahidlərinin iştirakı ilə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun sag cibindən 3 ədəd ağ kristallik maddə, yəni metamfetamin psixotrop maddəsinə şübhəli maddə aşkar olunmuş, zərfə qoyulub möhürlənmiş və protokollaşdırılmışdır. Zərfin üzəri, tərtib olunun protokol onun özü və Şahid2 tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin özünün və vəkilinin imza edib-etməmələri onun yadında qalmamışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra üzərində aşkar olunmuş maddəni Masazırdan aldıdığını bildirməsi onun yadında qalmışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs əməlini etiraf etməmiş video çəkiliş aparılmasını istəməmişdir. Ona görə də iki nəfər hal şahidi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs qarşı polis tərəfindən hər hansı fiziki və psixi təzyiq edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin 6-cı PB-nin digər əməliyyat müvəkkili Şahid2 ifadəsində məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verərək sonuncunun ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış prosesində hal şahidi qismində iştirak etmiş Şahid4 ifadəsində göstərdi ki, o, Biləcəridə fəhlə işləmiş, hər gün eyni yolu işə gedib, geriyə evinə qayıtmışdır. 2024-cü ilin aprel ayının 9-da axşam tərəfi, saat təxminən 7-8-də evə gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq cinayət hadisəsi ilə bağlı hal şahidi qismində iştirak etməyi təklif etmiş, o da həmin təklifə etiraz etməmişdir. Polislə birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə getmiş, hazırda barəsində cinayət işinə baxılan və məhkəmə iclas zalında olan şəxs onlara təqdim olunmuş, onun üzərində axtarış aparılacağı bildirilmişdir. O, tutulan şəxsi orada ilk dəfə görmüş, onu əvvəllər tanımamış, hazırda adının nə olmasını yadında saxlaya bilməmişdir. Ondan başqa daha bir nəfər şəxs də orada hal şahi qismində iştirak etmişdir. Şəxsi axtarışda onun cibindən ağ rəngdə maddə çıxmış, lakin əvvəlcə götürülən maddənin nə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən çıxan maddə ilə bağlı dedikləri onun yadında qalmamışdır. Şahid qismində dindirilən Şahid4 ifadəsinin davamında göstərdi ki, proses başa çatdıqdan sonra o, hadisə yerində hal şahidi kimi tərtib olunan sənədlərə imza atmışdır. Onun təqsirləndirilən şəxsə qarşı heş bir qərəzi, polis əməkdaşları ilə isə oxşar marağı olmamışdır. Binəqədi RPİ-nin 6-cı PB-də metal oğurluğu və başqa cinayət hadisələriylə bağlı saxlanılmamış, polis əməkdaşlarıyla qohumluq əlaqəsi olmamışdır. Digər hal şahidini isə öncədən tanımamışdır. Polis bölməsində olanda orada heç bir videoçəkiliş qrupu və vəkil görməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı şahidin məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Şahid4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 09 aprel 2024-cü il tarixdə, saat 19 radələrində o, evə gedərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları kimi təqdim edərək üzərində qeyri-qanuni vasitə daşımaqda şübhəli olan şəxsin üzərinə baxış keçirilməsində onun hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. Ona maraqlı olduğundan baxışda iştirak etməklə bağlı polis əməkdaşlarının bu təklifi ilə razılaşmışdır. Ondan öncə tanımadığı başqa bir şəxs də hal şahidi kimi dəvət olunmuşdur. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində əvvəllər tanımadığı, adının Təqsirləndirilən şəxs olmasını sonradan öyrənib bildiyi şəxsi polis əməkdaşları onlara göstərib həmin şəxsin üzərinə baxış keçirələcəyi barədə bildirmişlər. Baxış keçirilməzdən qabaq ona və dəvət olunmuş digər hal şahidinə qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Baxış keçirilməzdən qabaq Aydına üzərində olan qanunsuz maddə və ya əşyaları könüllü olaraq polisə təqdim etməsi təklif olunmuşdur. Aydın isə üzərində narkotik maddə olduğunu və üzərinə baxış keçirilməsinə narazı olmadığını bildirmişdir. Bundan sonra Aydının üzərinə onun, digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilməyə başlanmış, baxış zamanı Aydının əynində olan boz rəngli şalvarın sağ yan cibində 03 ədəd şəffaf rəngli şəffaf sellofana bükülmüş bükülüləri çıxarıb masanın üzərinə qoymuşdur. Sonra keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Şahid4 tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən 03 ədəd şəffaf sellofanda aşkar olunan maddələrlə bağlı soruşulduqda o, həmin bükümlərdə olan maddələrin psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmiş, polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsdən ümumilikdə 30 manata əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlər boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır(iş vərəqə: 61-62). Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 məhkəmədə şahd qismində dindirilmiş Şahid4 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları, o cümlədən 09 aprel 2024-cü il tarixdə axşam tərəfi hal şahidi kimi 6-cı PB-nə dəvət olunduğunu, şübhəli şəxs kimi saxlanılan və hazırda barəsində cinayət işinə baxılan şəxsin üzərinə baxış keçirilməsini və psixotrop maddə aşkar edildiyini, sonuncunun həmin maddəni Masazırdan aldığını bildirməsini, hal şahidi qismində 2 nəfər iştirak etmələrini təsdiq etmiş, polis əməkdaşları tərəfindən üzərinə axtarış keçirilən şəxsə qarşı hər hansı bir formada zorakılıq edilməsini görmədiyini bildirmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 və Şahid2 arasında ayrı-ayrılıqda keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, təqsirləndirilən şəxslə üzləşmə zamanı hər iki şahid məhkəməyədək icraat mərhələsində işin halları ilə bağlı sərbəst ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq edib, Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixdə, saat 19:30-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Z.Qənbərov küçəsində saxlanılaraq Binəqədi RPİ-nin 6-cı polis bölməsinə aparılmasını və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 3 ədəd bükümdə, külli miqdarda kimyəvi komponent tərkiblərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyünü sonuncunun üzünə qarşı demişlər (iş vərəqə: 116-119, 120-123). Daha sonra, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ilə şahidlər Şahid3 və Şahid4 arasında ayrı-ayrılıqda keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, təqsirləndirilən şəxslə üzləşmə zamanı hər iki şahid məhkəməyədək icraat mərhələsində işin halları ilə bağlı sərbəst ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmimşlər (iş vərəqə: 63-65, 66-68). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 09 aprel 2024-cü il tarixli protokoldan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs protokol tərtib olunan tarixdə, yəni 09 aprel 2024-cü il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov keçəsində Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü 6-cı PB-nin inzibati binasına aparılmış, orada hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qeyri-qanuni əşyalar və ya maddələr saxladığı təqdirdə təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 03 ədəd şəffaf rəngli şəffaf sellofana bükülmüş bükülüləri çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan büküm bir ədəd kağız zərfdə qablaşdırılmış, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükümdə təqdim etdiyi metamfetamini Abşeron rayonu, Masazır qəsəbəsində üzdən tanıdığı, lakin ankrert məlumatlarını bilmədiyi şəxsdən 30 manata aldığını bildirmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti 09 aprel 2024-cü il tarixdə, saat 21:00-da başlamış və həmin tarixdə, saat 21:15-də başa çatmış, yekunda tərtib edilmiş protokol ucadan oxunulmuş, protokolun doğruluğu, Təqsirləndirilən şəxs istisna olmaqla qalan iştirakçılar tərəfindən imzalanmışdır (iş vərəqə: 37-38). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi nəticəsində 03 ədəd şəffaf rəngli şəffaf sellofana bükülmüş bükümdə aşkar edilmiş və götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış maddi sübut kimi tanınmış psixotrop maddə metamfetamin qablaşdırılmış 01 ədəd zərfədə olan maddi sübuta baxış keçirilmiş, baxış nəticəsində müəyyən edilmişdir ki, 03 ədəd şəffaf rəngli şəffaf sellofana bükülmüş bükümdə olan psixotrop maddə metamfetamin qablaşdırılmış zərfin üzəri, tədqiqatı aparmış ekspertizanın möhürü ilə möhürlənmişdir, açıldıqda 03 ədəd şəffaf rəngli şəffaf sellofana bükülmüş bükümdə olan psixotrop maddə metamfetamin zərfin içərisində mövcuddur, maddi sübut qablaşdırılmış zərfin üzəri Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı X5, həmin bölmənin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, hal şahidləri Şahid4, Şahid3 tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs və müdafiəçi barədə imzaya dair müvafiq qeydlər və imzalar maddi sübut qablaşdırılmış zərfin üzərində müəyyən edilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2024-cü il tarixli, 6/1958 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş 3 ədəd büküm...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 3 (üç) ədəd bükümlərdə 1,307 qram, 3,855 qram, 2,431 qram olmaqla ümumi təmiz çəkiləri 7,593 qram olan ağ rəngli, kristalşəkilli maddə kütlələri xarici əlamətlərinə və kimyəvi komponent təkiblərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, tədqiq olunan metamfetaminin ümumi təmiz çəkisinin 7,593 qram olduğu müəyyən edilmiş, tədqiqata 0,15 qram sərf edilmiş, 7,443 qram isə qalıq qalmışdır (iş vərəqə: 47-51). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmənarkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 4130 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatı mərhələsində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır və Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyi müəyyən edilmişdir. Tədqiq olunan həmin rəydən görünür ki onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: 165-166). Məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizanın xx.xx.2024-cü il tarixli, 1824 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dırk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: 167-168). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə mənsub mobil nömrəsində 01 yanvar 2024-cü il tarixdən 10 aprel 2024-cü il tarixədək olan müddət ərzində olan məlumatların yükləndiyi bir ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, birinci fayldakı mətndən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**7 mobil telefon npmrəsinin Təqsirləndirilən şəxs adına olması, ikinci faylda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin "xxxx" MMC-nin anten dairələrinin yerləşdiyi ərazilərdə olması və üçüncü fayl açıldıqda, faylın içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə telefon əlaqəsi saxlamış müxtəlif mobil nömrələrin kimin adına qeydiyyatda olması qeyd olunmuşdur (iş vərəqə: 167-168). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan istintaq orqapnının qəbul etdiyi “Sübutların qiymətləndirilməsi haqqında” 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd kağız zərfdə qablaşdırılmış 03 ədəd bükümdə 7,593 qram psixotrop maddə metamfetamin 12 aprel 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalan 7,443 qram psixotrop maddə metamfetamin saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş (iş vərəqə: 174-180). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana ünvanlanmış əməliyyat tapşırıqlarına verilmiş 26 may 2024-cü il tarixli, 059-47194-1224 nömrəli cavab məktubunun məzmunundan görünür ki, əməliyyat orqanı əməliyyat tapşırığına cavabda daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs psixotrop maddələri satış məqsədilə əldə etməsi öz təsdiqini tapdığını, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun metamfetamin psixotrop maddəsini əldə etdiyi mənbə barədə əməliyyat-axtarış tədbirləri davam etdirildiyini, müsbət halda istintaq orqanına təqdim ediləcəyini göstərmişdir (iş vərəqə: 136). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 182-183). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə tədqiq edilmiş təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. İlk növbədə məhkəmə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi 09 aprel 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, şahid ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri, psixotrop maddənin maddi sübut qismində tanınmaları barədə qərarlar və digər istintaq materialları təqsirləndirilən şəxsin ondan aşkar olunan psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətini törətməkdə sübut əhəmiyyətli prosessual sənədlər kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə etməsini, saxlamasını və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirinə dair müvafiq sənədlərlə, o cümlədən təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının daxil olması barədə tərtib olunan 09 aprel 2024-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” eyni tarixli qərar, Binəqədi RPİ-nin 6-cı PB-si üzrə “əməliyyat qrupunun təşkil edilməsim haqqında” 09 aprel 2024-cü il tarixli protokol, Təqsirləndirilən şəxs saxlanılıb Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilməsi barədə əməliyyat müvəkkili tərəfindən tərtib olunan 09 aprel 2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı baxılan iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri əldə edərək Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində gəzdirməsi, istifadə etməsi və saxlaması barədə olmuşdur (iş vərəqə: 3, 4-5, 6, 7). Məhkəməyədək icraat mərhələsində tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 09 aprel 2024-cü il tarixli protokolun məzmununda Təqsirləndirilən şəxs ondan üç ədəd bükümdə aşkar edilib götürülən psixotrop maddəni Abşeron rayonunun Masazır qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata alması, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilməməsi göstərilsə də, o, həmin protokola, daha sonra şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarına və üzləşmədə dindirməyə dair protokollara, həmçinin sair sənədlərə imza etməkdən imtina edib ifadə, arayış və ya izah verməmiş, barəsində qətimkan tədbiri ilə əlaqədar məsələyə baxılarkən ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamla özünü təqsirli bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı isə dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamı əsassız hesab edib, dini fəaliyyətinə görə tutulduğunu, polis tərəfindən qanunsuz olaraq onun üzərindən psixotrop maddə aşkar edilməsinin sənədləşdirilməsini, həmin maddənin ona heç bir aidiyyatının olmadığını, o, qeyd olunan həmin psixotrop maddəni, ümumiyyətlə görmədiyini, sənədləşmənin qanun pozuntusu ilə aparılmasını, guya ondan götürülməsi qeyd olunan psixotrop maddəni boynuna götürməyə məcbur edilməsinə baxmayaraq o, bunları qəbul etmədiyini göstərmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən istintaq olunan iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülən metamfetamin psixotrop maddəsinin əldə olunma mənbəyi ilə əlaqədar əməliyyat orqanına verilmiş əməliyyat tapşırığına sonuncu orqan tərəfindən verilən cavabdan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən metamfetamin psixotrop maddəsini satış məqsədilə əldə etməsi təsdiq olunur, lakin əldə olunma mənbəyi ilə bağlı müsbət nəticə əldə olunmamışdır və bu istiqamətdə əməliyyataxtarış tədbirləri davam etdirilir. Lakin məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, əməliyyat orqanının Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən metamfetamin psixotrop maddəsini satış məqsədilə əldə etməsinin təsdiq olunması ilə bağlı istintaq orqanına göndərdiyi məlumat heç bir mötəbər və ya qeyri-mötəbər mənbəyə söykənməmiş, bu istiqamətdə istintaq orqanına belə bir sübut təqdim edilməmiş, nə ibtidai və nə də məhkəmə istintaqı mərhələsində belə bir sübut yoxlanılıb tədqiq edilmişdir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 özləri belə, Təqsirləndirilən şəxs narkotik vasitələri və ya psixotrop maddələri konkret olaraq satış məqsədilə əldə etməsini, əldə etdiyi mənbələri, narkotik vasitələrin və ya psixotrop maddələrin konkret olaraq satışı ilə məşğul olmasını təsdiq edə bilməmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülən psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda başqa cinayət işi ayrıldığı müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddəni satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışını təşkil etmək məqsədilə hər hansı iş görülməsi və ya buna şərait yaradılması müəyyənləşdirilməmiş, aşkar olunan psixotrop maddənin hazırlanması və ya realizə edilməsi üçün hər hansı avadanlıq, o cümlədən kütləsinin müəyyən edilməsi üçün çəki vasitəsi müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə barədə” protokolda, belə Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübutlar təqsirləndirilən şəxsin onda aşkar olunan psixotrop maddəni satış məqsədilə əldə etməsini, satmağa cəhd etməsini və ya satmasını təsdiq edə biləcək sübut təqdim edə bilməyən şahid ifadələri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun üç ədəd bükümdə aşkar edilib götürülmüş külli miqdarda metamfetamin psixotrop maddəsini satış məqsədi olmadan qanunsuz əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.1, 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən üç ədəd bükümdəki metamfetamin psixotrop maddəsinin ümumi kütləsi 7,593 qram təşkil etmişdir ki, qeyd olunan bu miqdar külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin 09 aprel 2024-cü il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən metamfetamin psixotrop maddəsinin kütləsinin 7,593 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə olunmasının, saxlanmasının və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülməsi qeyd olunan psixotrop maddənin ona aid olmaması, saxlanılarkən onun üzərində heç bir növdən olan narkotik vasitə və ya psixotrop maddənin olmaması, onun qanunsuz saxlanılması, əldə edilmiş sübutların qanun pozuntusu ilə əldə edilməsi, saxlanıldığı vaxtın və yerin saxtalaşdırılması, onun saxlanılmasının dini etiqad və ibadət əhli olması ilə əlaqədar olması və polis tərəfindən psixoloji təzyiqlərə məruz qalması, ən nəhayət, müdafiə hüquqlarının pozulması ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü müdafiə üçün gətirdiyi bu və ya sair dəlillər məhkəmə baxışı zamanı araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun gətirdiyi dəlillər tam inkar olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 233-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 3 (üç) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 noyabr 2014-cü il tarixdə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 05 noyabr 2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş və 05 yanvar 2015-ci il tarixdə cəzasını tam çəkib qutarmışdır (iş vərəqə: 125-127). Məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli hökmünə əsasən məhkum olunduğu Azərbaycan Respublikası CMnin 233-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aid olmasını nəzərə alaraq məhkumluqla bağlı məsmələyə hüquqi qiymət verib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli hökmü üzrə olan məhkumluğu baxılan iş üzrə cinayət hadisəsinin törədildiyi xx.xx.2024-cü il tarixə ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı nəticəsində müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır ki, qeyd olunan bu hal Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4130 saylı rəyini əsas götürərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmamsı, onun narkomaniya xəstəliyindən əzab çəkməməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, məhkumluğu ödənilmiş şəxs kimi onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun faktiki olaraq saxlanıldığı və şübhəli şəxs qismində tutulduğu 09 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 09 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 aprel 2024-cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 09 aprel 2024-cü il tarixdən hesablanmışdır. Bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 09 aprel 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhər, Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək 3 ədəd bükümdə götürülmüş 7,593 qram metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 7,443 qram metamfetamin psixotrop maddəsi məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 80 (səksən) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 09 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək 3 ədəd bükümdə götürülmüş cəmi çəkisi 7,593 qram olan metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 7,443 qram metamfetamin psixotrop maddəsi məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 80 (səksən) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar