Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-458/2022 18.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı1, həmin şöbənin prokuroru X13, müdafiəçi: Verdiktium Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1977-ci il tarixdə Naxçıvan MR, Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şahbuz rayonunun Güney Qışlaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə ilə Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə çavuş rütbəsi ilə işə qəbul olunmasında köməklik göstərilməsi barədə 2021-ci ilin fevral ayının əvvəllərində cinayətdən xəbərsiz Şahid4 vasitəsi ilə özünə müraciət edən Şahid1 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya özünün Azərbaycan Respublikası FHN-də yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə həmin Nazirlikdə müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin fevral ayında Şahid4 vasitəsilə bildirərək, sonuncu vasitəsilə Şahid1 həmin məsələnin 4.400 manat məbləğində pula həllinə dair razılığını alıb sövdələşməklə, həmin niyyətlə 2021-ci ilin fevral ayında Bakı şəhəri, Nizami rayonu ərazisində, “Q.Qarayev” metrostansiyası yaxınlığında özünə məxsus **-PV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruize” markalı avtomobildə 4.000 (dörd min) manat, eyni niyyətlə həmin günün ikinci yarısında həmin yerdə 400 (dörd yüz) manat məbləğində pul vəsaitini Şahid1 almaqla, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib, 2021-ci ilin mart ayının əvvəllərində Şahid4la telefon danışığı zamanı Şahid1 idman imtahanından müvəffəqiyyətlə keçirmək adı ilə 150 manat məbləğində pul vəsaitini Şahid4 vasitəsi ilə Şahid1 istəyib, sonuncu tərəfindən 04.03.2021-ci il tarixdə "xxxx" MMC-in poçt xidməti vasitəsi ilə öz adına göndərilmiş 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitini ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-in 3 saylı filialında həmin tarixdə qəbul edib, ümumilikdə Şahid1 məxsus cəmi 4.550 (dörd min beş yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid2 Azərbaycan Respublikası FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinə işə qəbul olunmasında köməklik göstərilməsi barədə 2021-ci ilin fevral ayının əvvəllərində cinayətdən xəbərsiz Şahid4 vasitəsi ilə özünə müraciət edən Şahid2 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası FHN-də yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə qeyd edilən Nazirlikdə müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin fevral ayında Şahid4 vasitəsi ilə Şahid2 bildirib, sonuncu ilə eyni qaydada razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin fevral ayının ikinci yarısında Bakı şəhəri, Nizami rayonu ərazisində, “Q.Qarayev” metrostansiyası yaxınlığında özünə məxsus **-PV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruize” markalı avtomobildə Şahid2 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini Şahid4 almaqla, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib, 2021-ci ilin mart ayında Şahid4la telefon danışığı zamanı Şahid2 idman imtahanından müvəffəqiyyətlə keçirmək adı ilə 150 manat məbləğində pul vəsaitini Şahid4 vasitəsi ilə Şahid2 istəyib, eyni niyyətlə, həmin tarixdə sonuncudan Bakı şəhəri, Nizami rayonu ərazisində, “Q.Qarayev” metrostansiyası yaxınlığında 150 manat məbləğində pul vəsaitini almaqla, ümumilikdə Şahid2 məxsus cəmi 4.150 (dörd min bir yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid3 Azərbaycan Respublikası FHN-in Tərtər Rayon Dövlət X4 yanğın söndürən vəzifəsinə təyin olunmasında köməklik göstərilməsi barədə 2021-ci ilin fevral ayının əvvəllərində cinayətdən xəbərsiz Şahid4 vasitəsi ilə özünə müraciət edən Məhəmməd Mahmudova özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası FHN-də yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə həmin Nazirlikdə müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Məhəmməd Mahmudovun xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin fevral ayında Şahid4 vasitəsi ilə Məhəmməd Mahmudova bildirib, sonuncu ilə eyni qaydada razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ili fevral ayının ikinci yarısında Bakı şəhəri, Nizami rayonu ərazisində, “Q.Qarayev” metrostansiyası yaxınlığında özünə məxsus **-PV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruize” markalı avtomobildə 4.000 (dörd min) manat məbləğində pul vəsaitini Şahid4 almaqla, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib, 2021-ci ilin mart ayında Şahid4la telefon danışığı zamanı Məhəmməd Mahmudovu idman imtahanından müvəffəqiyyətlə keçirmək adı ilə 150 manat məbləğində pul vəsaitini Şahid4 vasitəsi ilə Məhəmməd Mahmudovdan istəyib, eyni niyyətlə, həmin tarixdə sonuncudan Bakı şəhəri, Nizami rayonu ərazisində, “Q.Qarayev” metrostansiyası yaxınlığında 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitini almaqla, ümumilikdə Məhəmməd Mahmudova məxsus cəmi 4.150 (dörd min bir yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Məhəmməd Mahmudovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid4 Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət X8 rayonunda yerləşən regional şöbəsində nəzarətçi vəzifəsinə təyin olunmasında köməklik göstərilməsi barədə 2021-ci ilin fevral ayının əvvəllərində özünə müraciət edən Şahid4 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası FHN-də yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə həmin Nazirlikdə müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin fevral ayının ikinci yarısında telefon danışığı zamanı bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə Şahid4 tərəfindən 29.04.2021-ci il tarixdə "xxxx" MMC-in poçt xidməti vasitəsi ilə öz adına göndərilmiş 3.000 (üç min) manat məbləğində pul vəsaitini həmin tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-in 3 saylı filialında qəbul edib ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 məxsus həmin pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət X8 rayonunda yerləşən regional şöbəsində nəzarətçi vəzifəsinə təyin olunmasında köməklik göstərilməsi barədə 2021-ci ilin fevral ayının əvvəllərində cinayətdən xəbərsiz olan Şahid4 vasitəsi ilə özünə müraciət edən Şahid5 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası FHN-də yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə həmin Nazirlikdə müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ili fevral ayının ikinci yarısında Şahid4 vasitəsilə Şahid5 bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ili fevral ayının ikinci yarısında Bakı şəhəri, Yasamal rayonu ərazisində, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında Şahid5 5.000 (beş min) manat məbləğində pul vəsaitini almaqla, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib, Şahid5 işin müsbət həll olunmasının sürətləndirilməsi üçün əlavə olaraq 1.000 (bir min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını bildirib, sonuncunun razılığını almaqla sövdələşib, eyni niyyətlə Şahid5 tərəfindən 19.05.2021-ci il tarixdə 325 (üç yüz iyirmi beş) manat, 20.05.2021-ci il tarixdə isə 700 (yeddi yüz) manat, cəmi 1.025 (bir min iyirmi beş) manat məbləğində "xxxx" MMC-nin poçt xidməti vasitəsi ilə öz adına göndərilmiş pul vəsaitini ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-in 3 saylı filialında eyni tarixlərdə qəbul edib, ümumilikdə Şahid5 məxsus cəmi 6.025 (altı min iyirmi beş) manat məbləğində pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid6 Azərbaycan Respublikası FHN-in Tərtər Rayon Dövlət X4 yanğın söndürən vəzifəsinə təyin olunmasında köməklik göstərilməsi barədə 2021-ci ilin mart ayının əvvəllərində cinayətdən xəbərsiz olan Şahid4 vasitəsi ilə özünə müraciət edən Şahid6 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası FHN-də yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə həmin Nazirlikdə müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid6 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin mart ayında Şahid4 vasitəsi ilə Şahid6 bildirərək, sonuncu ilə Şahid4 vasitəsi ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ili mart ayında Bakı şəhəri, Nizami rayonu ərazisində, “Q.Qarayev” metrostansiyası yaxınlığında özünə məxsus **-PV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruize” markalı avtomobildə 4.000 (dörd min) manat məbləğində pul vəsaitini Şahid6 almaqla, eyni niyyətlə, cinayət əməllərini davam etdirərək, 2021-ci ilin mart ayında Şahid4la telefon danışığı zamanı Şahid6 idman imtahanından müvəffəqiyyətlə keçirmək adı ilə 150 manat məbləğində pul vəsaitini Şahid4 vasitəsi ilə Şahid6 istəyib, eyni niyyətlə, Şahid6 tərəfindən 04.03.2021-ci il tarixdə "xxxx" MMC-in poçt xidməti vasitəsi ilə öz adına göndərilmiş 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitini ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-in 3 saylı filialında həmin tarixdə qəbul edib, şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə Şahid6 məxsus cəmi 4.150 (dörd min bir yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid7 Azərbaycan Respublikası FHN-in Tərtər Rayon Dövlət X4 yanğın söndürən vəzifəsinə təyin olunmasında köməklik göstərilməsi barədə 2021-ci ilin mart ayının əvvəllərində cinayətdən xəbərsiz olan Şahid4 vasitəsi ilə özünə müraciət edən Şahid7 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası FHN-də yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə həmin Nazirlikdə müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.500 (dörd min beş yüz ) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin mart ayında Şahid4 vasitəsilə Şahid7 bildirərək, sonuncunun Şahid4 vasitəsilə həmin məsələnin 4.000 manat məbləğində pula həllinə dair razılığını alıb sövdələşməklə, həmin niyyətlə 2021-ci ili mart ayında Bakı şəhəri, Nizami rayonu ərazisində, “Q.Qarayev” metrostansiyası yaxınlığında özünə məxsus **- PV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruize” markalı avtomobildə 4.000 (dörd min) manat məbləğində pul vəsaitini Şahid7 almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus həmin pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o Şahid1, Şahid2, Şahid7, Şahid6, Şahid3 və Şahid4 və Şahid5 qarşı dələduzluq edib pullarını ələ keçirsədə, həmin pulları şəxsi ehtiyaclarına sərf etmiş, hər hansı vəzifəli şəxsə rüşvət verməmiş, vəzifəli şəxsə rüşvət ötürməmişdir. O, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O, 2002-2006-cı illərdə Bakı Metropolitenində tunel fəhləsi, 2006-2013-cü illərdə “Akkord” tikinti şirkətində, 2015-ci ildə 6 ay müddətində “X17” MMC-də işləmiş, hazırda rəsmi olaraq işləmir, lakin taksi fəaliyyəti ilə məşğul olur. Şahid4 bacısı Səbinə onun həyat yoldaşı Gülşən ilə Tibbi Universitetinin Tədris Cərrahiyyə Klinikasında eyni yerdə işləmişdir. Həmçinin, onun anası əslən Ziyanın yaşadığı Tərtər rayonunun Cəmilli kəndindəndir. 2021-ci ilin yanvar-fevral aylarında Ziya ona zəng edərək, tanışları olan 4-5 nəfər şəxsin Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istədiklərini, əgər işə düzəlsələr özünün və onun yaxşı xeyinin olacağını demişdir. O da özünün hər hansı məlumatının olmadığını, lakin Fövqəladə Hallar Nazirliyində işləyən tanışlarının olduğunu, onlarla dəqiqləşdirdikdən sonra cavab deyə biləcəyini demişdir. Bundan sonra o X14 Nazirliyində vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə xahiş etdiyi şəxslərin vəzifələrə təmin etmək imkanına malik olduğunu deyərək, vəzifəyə təyin olunmaları üçün həmin şəxslərin 4000-5000 manat məbləğində pul vəsaitlərinin rüşvət qismində verilməsinin zəruri olmasını Ziyaya bildirdimişdir. Bir neçə gün sonra Ziya tanışları olduğunu dediyi Şahlar, Xəyal və Qərib adlı şəxslərin sənədlərini - hərbi bilet, şəxsiyyət vəsiqələrinin əsillərini və fotoşəkillərini ona vermiş, Ziya sənədləri verərkən həmin şəxslərdən pul aldığını bildirmişdir. Bundan sonra o Ziya və onun dediyi qohumlar ilə müxtəlif yerlərdə görüşüb pulları qohumlarının yanında Ziyadan, bəzi hallarda isə Ziyanın iştirakı olmadan birbaşa həmin şəxslərdən almış, pulların bir qismi ona poçt vasitəsi ilə göndərilmiş, o da poçt şöbəsində pulu qəbul etmişdir. Belə ki, 2021-ci ili fevral ayının ikinci yarısında Şahid4 Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında ona məxsus **-PV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruize” markalı avtomobildə Məhəmməd Mahmudovu FHN-in Tərtər Rayon Dövlət X4 yanğın söndürən vəzifəsinə təyin edilməsi üçün 4000 manat, Şahid2 FHN-in Xüsusi Riskli xilasetmə Xidmətinə işçi kimi təyin edilməsi məqsədi ilə 4000 manat pulu, ümumilikdə 8000 manat pulu ona vermiş, həmin puldan 1000 manatı vasitəçilik xidməti göstərdiyinə görə Ziyaya vermiş, lakin Məhəmməd Mahmudov və Şahid2 bu barədə məlumatları olubolmamalarını bilmir. Bundan başqa 3000 manatı Ziya ona Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət X8 rayonunda yerləşən regional şöbəsində nəzarətçi təyin olunması verməmiş, həmin pulu borc qismində Ziyadan istəmiş, sonuncu da ona poçt vasitəsi ilə 3000 manatı göndərmiş, o da Bakı şəhər Nizami rayon poçt şöbəsində həmin 3000 manatı qəbul etmişdir. Həmçinin 2021-ci ilin mart ayının ikinci yarısında Şahid5 FHN-in Tikintidə Nəzarət X8 rayonunda yerləşən regional şöbəsinə nəzarətçi təyin olunması üçün Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyasının yaxınlığında Şahid5 5000 manat pul almışdır. Bundan başqa 2021-ci ili mart ayının birinci yarısında o Şahid6 və Şahid7 ilə birlikdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında ona məxsus “Chevrolet Cruize” markalı avtomovildə Şahid6 FHN-in Tərtər Rayon Dövlət X4 yanğın söndürən vəzifəsinə təyin edilməsi məqsədi ilə sonuncunun yanında Ziyadan 4000 manat pul almış, həmin puldan 1000 manatını isə vasitəçilik etdiyinə görə Ziyaya vermiş, lakin poçt vasitəsi ilə ona göndərilən pulu xatırlamır. Bundan başqa 2021-ci ilin mart ayının ikinci yarısında o Şahid4 yanında Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyasının yaxınlığında FHN-in Tikintidə Nəzarət X8 rayonunda yerləşən regional şöbəsində nəzarətçi təyin olunmağı üçün Şahid5 5000 manat pul almış, Ziyaya vasitəçilik xidməti adı ilə 500 manatı vermiş, lakin Şahid5 bu barədə məlumatları olub-olmamasını bilmir, lakin poçt vasitəsi ona göndərilən pulu xatırlamır. Bundan başqa o 2021-ci ili fevral ayının ikinci yarısında Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında Şahid1 FHN-in Xüsusi Riskli xilasetmə Xidmətinə çavuş kimi təyin olunması üçün ona məxsus “Chevrolet Cruize” markalı avtomobildə sonuncudan 4400 manat pul almış, lakin poçt vasitəsi ona göndərilən pulu xatırlamır. Bundan başqa o 2021-ci ili mart ayının birinci yarısında Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında Şahid7 FHN-in Tərtər Rayon Dövlət X4 yanğın söndürən vəzifəsinə təyin edilməsi məqsədi ilə sonuncudan 4000 manat pul almış, lakin sonuncudan əlavə olaraq 150 manat pul istəməyini xatırlamır. O Ziyaya Mahirin tanıdığı FHN-də işləyən vəzifəli şəxslər vasitəsi ilə işə qəbul etdirə biləcəyimi demiş, çünki Mahir ona elə demiş, hazırda onun Şahid4 cəmi 8700 manat verməlidir, həmin pulu ödəməyi öhdəliyinə götürür. O Şahid1 tərəfindən sonuncu və Şahid6 görə poçt vasitəsi göndərilmiş cəmi 300 manat göndərilmiş pulu qəbul etdiyini etiraf edir, həmçinin Şahid4 tərəfindən göndərilmiş 3000 manatı da qəbul etdiyini də etiraf edir, Şahid5 tərəfindən də göndərilən 325 və 700 manatı, cəmi 1025 manatı poçt vasitəsi ilə qəbul etdiyini etiraf edir. O, pulları aldıqdan sonra həmyerlisi kimi tanıdığı əvvəllər Azərbaycan Respublikası DİN-in tabeçiliyində olan qurumların birində əməliyyat müvəkkili işləmiş Bakı şəhəri Suraxanı rayonu Günəşli qəsəbəsi massiv “B”-də yaşayan ********** saylı telefon nömrəsi işlətmiş Naxçıvan MR Babək rayon Nəzərabad kənd sakini 1981-ci il təvəllüdlü X11 ilə əlaqə saxlamış, Mahirdən tanış adamları FHN-nə işə qəbul etdirməyi imkanının olduğunu soruşmuş, sonuncu isə ona bildirmişdir ki, 4000-5000 manat müqabilində istənilən şəxsləri FHN-də işləyən vəzifəli şəxslər vasitəsi ilə işə qəbul etdirə bilər, o da Mahirlə 2021-ci ili fevral ayında Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən Tural Şadlıq evinin yanında evinin yanında görüşüb həmin ünvanda məbləğini xatırlamadığı pul vəsaiti və adlarını xatırlamadığı şəxslərin sənədlərini Mahir Məmmədova vermişdir. Mahir Məmmədov pul vəsaitini ondan götürüb 10 gün ərzində həmin şəxslərin FHN-ə işə qəbul olunacaqlarını bildirmiş, lakin bir müddət sonra o, telefonunu söndürmüş və nəticədə onu tapa bilməmişdir. Mahir onunla ancaq “Whatsapp” vasitəsi ilə əlaqə saxladığından sonuncu ilə əlaqəsinin olmasına dair hər hansı sübut təqdim edə bilmir. Bir qədər sonra o Ziyaya zəng edərək işin alınmayacağını, verdiyi pulun ona qaytarmaq istədiyini demiş, sonuncu isə zəng edərək pulu geri istəmiş, ondan vaxt istəmiş və yaxın zamanda pulu ona geri verəcəyini demişdir. 2021-ci ilin iyul ayının əvvəllərində Ziyadan alınan 4550 manatı Çapayev (Təbriz) küçəsində, Şuşa restoranının yanında Ziyanın bacısı Səbinəyə vermiş, 2021-ci ilin iyul ayının 17-18-də isə 1800 ABŞ dolları məbləğində pulu eyni ünvanda Ziyanın bacısı Səbinəyə vermişdir. Sonradan Ziyaya müxtəlif vaxtlarda pulları geri qaytarmış, hazırda Şahid4 8.700 manat pul verməlidir. O, barəsində şikayət verən şəxslərin pulları Mahir Məmmədova versə də, sonuncunu tapa bilməmiş, ona görə də pulu öz vəsaiti hesabına qaytarmışdır. Hazırda onun adları çəkilən şəxslərə hər hansı borcu yoxdur, bütün pulları geri qaytarmışdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi cinayət işi üzrə olan aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin əvvəllərində qohumu Şahid4 ona demişdir ki, sonuncunun tanışı Təqsirləndirilən şəxs Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri üzrə Tikintiyə nəzarət şöbəsində nəzarətçi işləyir, onu və digər yaxın şəxsləri həmin quruma işə düzəldə bilər. O və sonradan məlumat aldığına görə həmçinin həmkəndliləri Şahid6, X5, Şahid2, Şahid7, Şahid5 işə düzəlmək istədiyini bildirdilər. O ilkin araşdırma zamanı verdiyi izahatda ola bilsin ki, Təqsirləndirilən şəxs verilən pul məbləğlərini dəqiq göstərməmiş, çünki həmin məsələlər barədə müzakirələr aparılarkən Təqsirləndirilən şəxs FHN-ə işə qəbulunun 5000 manat məbləğində pulun vəzifəli şəxslərə verilməsi müqabilində həll oluna biləcəyini desə də, sonradan danışıq zamanı tələb olunan məbləğləri aşağı sala bildiyini onlara bildirmiş, həmçinin həmin işlərdən sonra bir qədər vaxt keçməsi səbəbindən izahat verərkən qeyri-dəqiq məlumat vermişdir. Belə ki, FHN-ə işə düzəlmək üçün 2021-ci ili fevral ayının ikinci yarısında onlar Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüşlər, sonuncu görüş vaxtı onu 4500 manat müqabilində FHN-in Xüsusi Riskli xilasetmə Xidmətinə çavuş kimi təyin etdirə biləcəyini bildirmiş, o da orada Təqsirləndirilən şəxs məxsus “Chevrolet Cruize” markalı avtomobildə oturub 4000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O pul ilə birlikdə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi, hərbi bilet, təhsil haqqında sənədlərin surətlərini vermiş, həmin sənədləri Ramin ona sonradan geri qaytarmışdır. Həmin günü o Təqsirləndirilən şəxs eyni ünvanda görüşüb əlavə olaraq işə rütbəli işçi kimi qəbul olunmaq üçün sonuncuya məxsus “Chevrolet Cruize” markalı avtomobildə əlavə 400 manat vermişdir. Əlavə olaraq 2021-ci ili aprel ayında onun və Şahid6 FHN-də idman imtahanlardan müvəffəqiyyətlə keçmək adı ilə Təqsirləndirilən şəxs “Azərpoçt MMC” vasitəsi ilə hər birinin adından 150 manat, bir köçürmə ilə 300 manat pul köçürmüşdür, köçürmə qəbzini hazırda təqdim edə bilmir. Təqsirləndirilən şəxs yaxın 10-15 gün ərzində onun və qohumlarının işə qəbul barədə əmrlərin çıxacağını desə də, nəticədə o işə qəbul olunmamışdır. 2021-ci ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs ondan aldığı 4500 manat məbləğində pulu hissə-hissə olmaqla geri qaytarmışdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onu FHN-də işləyən vəzifəli şəxslər vasitəsi ilə işə qəbul etdirəcək, lakin həmin şəxslərin soyad və vəzifələrini ona deməmişdir. O və qohumları FHN-də işə düzəltmək üçün əvvəllər rəsmi qaydada Nazirliyə və ya hər hansı vəzifəli şəxsə müraciət etməmişdilər. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2021-ci ilin əvvəllərində qohumu Şahid4 ona demişdir ki, tanışı Təqsirləndirilən şəxs Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri üzrə Tikintiyə nəzarət şöbəsində nəzarətçi işləyir, onu və digər yaxın şəxsləri həmin quruma işə düzəldə bilər. O və sonradan bildiyinə görə həmçinin həmkəndliləri Şahid4, Şahid6, Şahid1, Şahid3, Şahid7, Şahid5 işə düzəlmək istədiyini bildirdilər. Həmin söhbətdən sonra 2021-ci ili fevral ayının ikinci yarısında Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında o Şahid4, Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncu görüş vaxtı Ziyanı təmənnasız olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət X8 rayonunda yerləşən regional şöbəsində nəzarətçi, Məhəmmədi 4000 manat müqabilində FHN-in Tərtər Rayon Dövlət X4 yanğın söndürən, onu isə 4000 manat müqabilində FHN-in Xüsusi Riskli xilasetmə Xidmətinə işçi kimi təyin etdirə biləcəyini bildirmişdir. Həmin görüşdən əvvəl o 4000 manat pulu Ziyaya vermişdir. Onlar görüşdükdən bir qədər sonra Ziya Təqsirləndirilən şəxs pul vermək üçün sonuncuya məxsus “Chevrolet Cruize” markalı avtomobildə əyləşib uzaqlaşdılar, bir qədər sonra onlar durduqları yerə geri qayıtdılar və Təqsirləndirilən şəxs Ziyanın yanında dedi ki, o və Məhəmməd FHN-də işlə təmin olunacaqlar və onlara tələb olunan sənədləri hazırlamaqlarını tapşırmışdır. Sonradan o, Məhəmməd ilə birlikdə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi, hərbi bilet, təhsil haqqında sənədlərin surətlərini vermiş, həmin sənədləri Ramin ona geri qaytarmışdır. Əlavə olaraq 2021-ci ili mart ayında onun və Məhəmmədin FHN-də idman imtahanlarından müvəffəqiyyətlə keçmək adı ilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs hər birinin adından 150 manat, cəmi 300 manat pul verdilər. Təqsirləndirilən şəxs yaxın 10-15 gün ərzində onun və qohumlarının işə qəbul barədə əmrlərin çıxacağını desə də, nəticədə o, işə qəbul olunmamışdır. O və digər həmkəndliləri Təqsirləndirilən şəxs verilmiş pulu geri tələb etsələr də, sonuncu götürdüyü pulu geri qaytarmamış, lakin 06.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Ziya vasitəsi ilə ona 4000 manat pulu geri qaytarmışdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onu FHN-də işləyən vəzifəli şəxslər vasitəsi ilə işə qəbul etdirəcək, lakin həmin şəxslərin soyad və vəzifələrini ona deməmişdir. O və qohumları FHN-də işə düzəltmək üçün əvvəllər rəsmi qaydada Nazirliyə və ya hər hansı vəzifəli şəxsə müraciət etməmişdilər. Məhkəmədə dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2021-ci ilin əvvəllərində qohumu Şahid4 ona demişdir ki, sonuncunun tanışı Təqsirləndirilən şəxs Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri üzrə Tikintiyə nəzarət şöbəsində nəzarətçi işləyir, həmin şəxs onu və digər yaxın şəxsləri həmin quruma işə düzəldə bilər. O və sonradan bildiyinə görə həmçinin həmkəndliləri Şahid4, Şahid6, Şahid1, Şahid3, Şahid2, Şahid5 işə düzəlmək istədiyini bildirdilər. Həmin söhbətdən sonra 2021-ci ili mart ayının birinci yarısında o Şahid6 ilə birlikdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüşlər, sonuncu görüş vaxtı onu 4500 manat müqabilində FHN-in Tərtər Rayon Dövlət X4 yanğın söndürən vəzifəsinə təyin etdirə biləcəyini bildirmiş, o da orada Təqsirləndirilən şəxs məxsus “Chevrolet Cruize” markalı avtomobildə oturub Təqsirləndirilən şəxs Şahid6 yanında 4000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O, pul ilə birlikdə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi, hərbi bilet, təhsil haqqında sənədlərin surətlərini vermiş, həmin sənədləri Ramin ona geri qaytarmışdır. Bundan başqa 2021-ci ili aprel ayında onun FHN-də idman imtahanlarında müvəffəqiyyətlə keçmək adı ilə Təqsirləndirilən şəxs əlavə olaraq 150 manat istəsə də, o həmin pulu imkansızlıq ucbatından verə bilməmişdir. Həmin məsələlər barədə müzakirələr aparılarkən Təqsirləndirilən şəxs FHN-ə işə qəbulunun 5000 manat məbləğində pulun vəzifəli şəxslərə verilməsi müqabilində həll oluna biləcəyini desə də, sonradan danışıq zamanı tələb olunan məbləğləri aşağı sala bildiyini onlara bildirmiş, onun da imkanı aşağı olduğundan 4000 manat verə biləcəyini bildirmiş, həmçinin həmin işlərdən sonra bir qədər vaxt keçməsi səbəbindən izahat verərkən qeyri-dəqiq məlumat verə bilər. Təqsirləndirilən şəxs yaxın 10-15 gün ərzində onun və qohumlarımın işə qəbul barədə əmrlərin çıxacağını desə də, nəticədə o işə qəbul olunmamışdır. O və digər həmkəndliləri Təqsirləndirilən şəxs verilmiş pulu geri tələb etsələr də, sonuncu götürdüyü pulu geri qaytarmamış, lakin 06.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Ziya vasitəsi ilə ona 4000 manat pulu geri qaytarmışdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onu FHN-də işləyən vəzifəli şəxslər vasitəsi ilə işə qəbul etdirəcək, lakin həmin şəxslərin soyad və vəzifələrini ona deməmişdir. O və qohumları FHN-də işə düzəltmək üçün əvvəllər rəsmi qaydada Nazirliyə və ya hər hansı vəzifəli şəxsə müraciət etməmişdilər. Məhkəmədə dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2021-ci ilin əvvəllərində qohumu Şahid4 ona demişdir ki, tanışı Təqsirləndirilən şəxs Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri üzrə Tikintiyə nəzarət şöbəsində nəzarətçi işləyir, o və digər yaxın şəxsləri həmin quruma işə düzəldə bilər. O və sonradan bildiyinə görə həmçinin həmkəndliləri Şahid4, Şahid6, Şahid1, Şahid3, Şahid2, Şahid7 işə düzəlmək istədiyini bildirdilər. O ilkin araşdırma zamanı verdiyi izahatda ola bilsin ki, Təqsirləndirilən şəxs verilən pul məbləğlərini ardıcılıq ilə dəqiq göstərməmiş, çünki həmin məsələlər barədə müzakirələr aparılarkən Təqsirləndirilən şəxs FHN-ə işə qəbulunun 5000 manat məbləğində pulun vəzifəli şəxslərə verilməsi müqabilində həll oluna biləcəyini desə də, sonradan danışıq zamanı əlavə olaraq vəzifəli şəxslərə 1000 manatın da verilməsini zəruri olduğunu demiş, həmçinin həmin işlərdən sonra bir qədər vaxt keçməsi səbəbindən izahat verərkən qeyri-dəqiq məlumat vermişdir. Belə ki, FHN-ə işə düzəlmək üçün 2021-ci ilin mart ayının ikinci yarısında o Şahid4 ilə Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxsla görüşdülər, o həmin görüşdə FHN-in Tikintidə Nəzarət X8 rayonunda yerləşən regional şöbəsində nəzarətçi təyin olunmağı üçün Təqsirləndirilən şəxs 5000 manat pul vermiş, pul ilə birlikdə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi, hərbi bilet, təhsil haqqında sənəd, məhkumluq haqqında arayışın surətlərini vermiş, həmin sənədləri Ramin ona geri qaytarmışdır. O 2021-ci ili may ayında əlavə olaraq Təqsirləndirilən şəxs “şirinlik” adı ilə “Azərpoçt MMC” vasitəsi ilə 1000 manat pul köçürmüş, köçürmə qəbzini hazırda təqdim edə bilmir. Təqsirləndirilən şəxs yaxın 10-15 gün ərzində onun işə qəbul barədə əmrlərin çıxacağını desə də, nəticədə o, işə qəbul olunmamışdır. 2021-ci ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs ondan aldığı 6000 manatı tanışı Nail Abbasov vasitəsi ilə hissəhissə olmaqla geri qaytarmışdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onu FHN-də işləyən vəzifəli şəxslər vasitəsi ilə işə qəbul etdirəcək, lakin həmin şəxslərin soyad və vəzifələrini ona deməmişdir. O və qohumları FHN-də işə düzəltmək üçün əvvəllər rəsmi qaydada Nazirliyə və ya hər hansı vəzifəli şəxsə müraciət etməmişdilər. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2021-ci ilin əvvəllərində qohumu Şahid4 ona demişdir ki, tanışı Təqsirləndirilən şəxs Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri üzrə Tikintiyə nəzarət şöbəsində nəzarətçi işləyir, o və digər yaxın şəxsləri həmin quruma işə düzəldə bilər. O və sonradan bildiyinə görə həmçinin həmkəndliləri Şahid4, Şahid6, Şahid1, Şahid5, Şahid2, Şahid7 işə düzəlmək istədiyini bildirdilər. O, ilkin araşdırma zamanı verdiyi izahatda ola bilsin ki, Təqsirləndirilən şəxs verilən pul məbləğlərini dəqiq göstərməmiş, çünki həmin məsələlər barədə müzakirələr aparılarkən Təqsirləndirilən şəxs FHN-ə işə qəbulunun 5000 manat məbləğində pulun vəzifəli şəxslərə verilməsi müqabilində həll oluna biləcəyini desə də, sonradan danışıq zamanı tələb olunan məbləğləri aşağı sala bildiyini onlara bildirmiş, həmçinin həmin işlərdən sonra bir qədər vaxt keçməsi səbəbindən izahat verərkən qeyri-dəqiq məlumat vermişdir. Belə ki, FHN-ə işə düzəlmək üçün 2021-ci ili fevral ayının ikinci yarısında Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında Şahid4, Şahid2 və o Təqsirləndirilən şəxs ilə görüşdülər, sonuncu görüş vaxtı Ziyanı təmənnasız olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət X8 rayonunda yerləşən regional şöbəsinə nəzarətçi, onu 4000 manat müqabilində FHN-in Tərtər Rayon Dövlət X4 yanğın söndürən, Pünhanı isə 4000 manat müqabilində FHN-in Xüsusi Riskli xilasetmə Xidmətinə işçi kimi təyin etdirə biləcəyini bildirmişdir. Görüşdən əvvəl o, 4000 manat pulu Ziyaya vermişdir. Onlar görüşdükdən bir qədər sonra Ziya Təqsirləndirilən şəxs pul vermək üçün sonuncuya məxsus “Chevrolet Cruize” markalı avtomobildə əyləşib uzaqlaşdılar, bir qədər sonra onlar durduğu yerə geri qayıtdılar və Təqsirləndirilən şəxs Ziyanın yanında dedi ki, o və Pünhan FHN-də işlə təmin olunacaqlar və onlara tələb olunan sənədləri hazırlamasını tapşırmışdır. Sonradan o, Pünhan ilə birlikdə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi, hərbi bilet, təhsil haqqında sənədlərin surətlərini vermiş, həmin sənədləri Ramin ona geri qaytarmışdır. Əlavə olaraq 2021-ci ili mart ayında onun və Pünhanın FHN-də idman imtahanlarınıdan müvəfəqiyyətlə keçmək adı ilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs hər birinin adından 150 manat, cəmi 300 manat pul vermişlər. Təqsirləndirilən şəxs yaxın 10-15 gün ərzində onun və qohumlarımın işə qəbul barədə əmrlərin çıxacağını desə də, nəticədə o işə qəbul olunmamışdır. O və digər həmkəndliləri Təqsirləndirilən şəxs verilmiş pulu geri tələb etsə də, sonuncu ondan götürdüyü pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onu FHN-də işləyən Fuad və Anar adlı vəzifəli şəxslər vasitəsi ilə işə qəbul etdirəcək, lakin həmin şəxslərin soyad və vəzifələrini ona deməmişdir. O və qohumları FHN-də işə düzəltmək üçün əvvəllər rəsmi qaydada Nazirliyə və ya hər hansı vəzifəli şəxsə müraciət etməmişdilər. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, rəsmi olaraq işləməsə də qeyri rəsmi şəkildə daşınmaz əmlakın təmiri ilə məşğul olur. 2021-ci ilin əvvəllərində Tibbi Universitetinin Tədris Cərrahiyyə Klinikasında işləyən bacısı Səbinənin iş yoldaşı Gülşən xanımın həyat yoldaşı, Tərtər rayonunda yaşayan Təqsirləndirilən şəxs bildirmişdir ki, o Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri üzrə Tikintiyə nəzarət şöbəsində nəzarətçi işləyir, onu və həmçinin digər yaxın bildiyi şəxsləri həmin quruma işə düzəldə bilər. O da bu barədə tanış və qohumlarına demiş, qohumlarından X3, Şahid6, X5, Şahid2, Şahid7 və Şahid5 işə düzəlmək istədiklərini bildirdilər. Həmin söhbətdən sonra 2021-ci ili fevral ayının ikinci yarısında, o Şahid2 və Məhəmməd Mahmudov ilə birlikdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında adını xatırlamadığı çay evində Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncu görüş vaxtı onu təmənnasız olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət X8 rayonunda yerləşən regional şöbəsində nəzarətçi, Məhəmmədi 4000 manat müqabilində FHN-in Tərtər Rayon Dövlət X4 yanğın söndürən, Pünhanı isə 4000 manat müqabilində FHN-in Xüsusi Riskli xilasetmə Xidmətinə işçi kimi təyin etdirə biləcəyini bildirmişdir. Onlar həmin çayxanadan qalxdıqdan sonra o Təqsirləndirilən şəxs məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı “Chevrolet Cruize” markalı avtomobildə oturub Məhəmmədin FHN-in Tərtər Rayon Dövlət X4 yanğın söndürən vəzifəsinə təyin edilməsi üçün sonuncuya məxsus 4000 manat, Pünhanın isə FHN-in Xüsusi Riskli xilasetmə Xidmətinə işçi kimi təyin edilməsi məqsədi ilə sonuncuya məxsus 4000 manat pulu, ümumilikdə 8000 manatı Təqsirləndirilən şəxs vermişdir. Sonradan Təqsirləndirilən şəxs telefon vasitəsi ilə onun da 3000 manat verməli olduğunu demiş, bu səbəbdən o 29.04.2021-ci il tarixdə “Azərpoçt MMC” vasitəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət X8 rayonunda yerləşən regional şöbəsində nəzarətçi təyin olunması üçün 3000 manat pul köçürmüşdür. Bundan başqa 2021-ci ilin mart ayının ikinci yarısında o, Şahid5 ilə Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxsla görüşmüş, Qərib həmin görüşdə FHN-in Tikintidə Nəzarət X8 rayonunda yerləşən regional şöbəsində nəzarətçi təyin olunması üçün Təqsirləndirilən şəxs 5000 manat pul vermişdir. Həmçinin həmin görüşdən əvvəl o, 2021-ci ilin fevral ayının birinci yarısında X3, Şahid6 və Şahid7 ilə birlikdə Bakı şəhərində Təqsirləndirilən şəxsla görüşərək qohumlarından hər biri FHN-ə işə düzəlmək üçün 4000 manat pulu onun yanında Təqsirləndirilən şəxs vermişdilər. Beləliklə o, özünü işə düzəltmək üçün Təqsirləndirilən şəxs 3000 manat, X3 4550 manat, Şahid6 4000 manat, X5 4000 manat, Şahid2 4000 manat, Şahid7 4500 manat, Şahid5 isə 5000 manat pul vermişdilər. Onlar pul ilə birlikdə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi, hərbi bilet, təhsil haqqında sənədlərin əsillərini vermişdilər, həmin sənədləri Ramin onlara geri qaytarmışdır. Adları çəkilən qohum tanışlarının Azərbaycan Fövqəladə Hallar Nazirliyinə işə qəbul olunmalarını təşkil etmək üçün onları Təqsirləndirilən şəxs ilə əlaqələndirmiş, həmin şəxslərin işləri ilə bağlı mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə əlaqə saxlayırdı, bəzi hallarda isə qohumları özləri Ramin ilə əlaqə saxlayırdılar. Lakin, nəticədə o, pulların Ramin tərəfindən ələ keçirildiyini başa düşəndə məsələni şəxsən həll etmək məqsədi ilə öz adından hüquq mühafizə orqanlarına müraciət etməyə qərar vermişdir. O izahat verdiyi zaman ola bilsin ki, Təqsirləndirilən şəxs verilən pul məbləğlərini dəqiq göstərməmiş, çünki həmin məsələlər barədə müzakirələr aparılarkən Təqsirləndirilən şəxs FHN-ə işə qəbulunun 5000 manat məbləğində pulun vəzifəli şəxslərə verilməsi müqabilində həll oluna biləcəyini desə də, sonradan danışıq zamanı tələb olunan məbləğləri aşağı sala bildiyini onlara bildirmiş, həmçinin həmin işlərdən sonra bir qədər vaxt keçməsi səbəbindən izahat verərkən qeyri-dəqiq məlumat vermiş, lakin hazırda bildirir ki, verilən məbləğlər yuxarıda göstərildiyi kimidir. Təqsirləndirilən şəxs yaxın 10-15 gün ərzində onun və qohumlarının işə qəbul barədə əmrlərinin çıxacağını desə də, sonradan işin alınmadığını bildirmişdir. O, Ramindən verilmiş ümumilikdə 30000 manat məbləğində pulu geri tələb etmiş, 2021-ci ilin iyul ayının ortalarında Ramin X1 aldığı 4500 manat məbləğində pulu geri qaytarmış, Şahid5 isə 1800 ABŞ dolları məbləğində pulu geri qaytarmışdır. Təqsirləndirilən şəxs onun özündən aldığı 3000 manat məbləğində pulun göndərilməsinə dair poçt qəbzi və telefon səs yazılarını sübut qismində izahatına əlavə etmişdir. Təqsirləndirilən şəxs ona vəd etmişdir ki, FHN-də işləyən Fuad və Anar adlı vəzifəli şəxslər vasitəsi ilə işə qəbul etdirəcəkdir, lakin həmin şəxslərin soyad və vəzifələrini ona deməmişdir. O və qohumları FHN-də işə düzəltmək üçün əvvəllər rəsmi qaydada Nazirliyə və ya hər hansı vəzifəli şəxsə müraciət etməmişlər. Məhkəmədə dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2021-ci ilin əvvəllərində qohumu Şahid4 ona demişdir ki, sonuncunun tanışı Təqsirləndirilən şəxs Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri üzrə Tikintiyə nəzarət şöbəsində nəzarətçi işləyir, həmin şəxs onu və digər yaxın şəxsləri həmin quruma işə düzəldə bilər. O və sonradan bildiyinə görə həmçinin həmkəndliləri Şahid4, Şahid7, Şahid1, Şahid3, Şahid2, Şahid5 işə düzəlmək istədiyini bildirmişlər. Həmin söhbətdən sonra 2021-ci ili mart ayının birinci yarısında o, Şahid7 ilə birlikdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncu görüş vaxtı onu 4500 manat müqabilində FHN-in Tərtər Rayon Dövlət X4 yanğın söndürən vəzifəsinə təyin etdirə biləcəyini bildirmiş, o da orada Təqsirləndirilən şəxs məxsus “Chevrolet Cruize” markalı avtomobildə oturub Təqsirləndirilən şəxs Şahid7 yanında 4000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O, pul ilə birlikdə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi, hərbi bilet, təhsil haqqında sənədlərin surətlərini vermiş, həmin sənədləri Ramin ona geri qaytarmışdır. Əlavə olaraq 2021-ci ili aprel ayında onun və Şahid1 FHN-də idman imtahanlarından müvəffəqiyyətlə keçmək adı ilə Təqsirləndirilən şəxs “Azərpoçt MMC” vasitəsi ilə hər birinin adından 150 manat, bir köçürmə ilə 300 manat pul köçürmüşlər, köçürmə qəbzini hazırda təqdim edə bilmir. Həmin məsələlər barədə müzakirələr aparılarkən Təqsirləndirilən şəxs FHN-ə işə qəbulunun 5000 manat məbləğində pulun vəzifəli şəxslərə verilməsi müqabilində həll oluna biləcəyini desə də, sonradan danışıq zamanı tələb olunan məbləğləri aşağı sala bildiyini onlara bildirmiş, həmçinin həmin işlərdən sonra bir qədər vaxt keçməsi səbəbindən izahat verərkən qeyri-dəqiq məlumat vermişdir. Təqsirləndirilən şəxs yaxın 10-15 gün ərzində onun və qohumlarımın işə qəbul barədə əmrlərin çıxacağını desə də, nəticədə işə qəbul olunmamışdır. O və digər həmkəndliləri Təqsirləndirilən şəxs verilmiş pulu geri tələb etsələr də, sonuncu götürdüyü pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ona bildirdi ki, onu FHN-də işləyən vəzifəli şəxslər vasitəsi ilə işə qəbul etdirəcək, lakin həmin şəxslərin soyad və vəzifələrini ona deməmişdir. O və qohumları FHN-də işə düzəltmək üçün əvvəllər rəsmi qaydada Nazirliyə və ya hər hansı vəzifəli şəxsə müraciət etməmişdilər. Cinayət işinin 1-ci cildinin 159-160-cı vərəqlərində olan Təqsirləndirilən şəxs və Şahid4 istifadəsində olan "xxxx" MMC-dən götürülmüş telefon nömrələrinə baxış keçirilməsi haqqında 25 oktyabr 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı telefon nömrəsi ilə Şahid4 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə arasında 15.02.2021-ci il tarixdə saat 09:20-də 99 saniyə, 15.02.2021-ci il tarixdə saat 09:23-də 134 saniyə, 15.02.2021-ci il tarixdə saat 09:45-də 133 saniyə, 15.02.2021-ci il tarixdə saat 09:51-də 38 saniyə, 15.02.2021-ci il tarixdə saat 10:17-də 33 saniyə, 15.02.2021-ci il tarixdə saat 10:47-də 38 saniyə, 15.02.2021-ci il tarixdə saat 10:48-də 19 saniyə, 15.02.2021-ci il tarixdə saat 10:49-də 10 saniyə, 15.02.2021-ci il tarixdə saat 19:53-də 54 saniyə, 15.02.2021-ci il tarixdə saat 20:01-də 44 saniyə, 15.02.2021-ci il tarixdə saat 20:05-də 297 saniyə, 16.02.2021-ci il tarixdə saat 15:31-də 50 saniyə, 17.02.2021-ci il tarixdə saat 11:31-də 67 saniyə, 17.02.2021-ci il tarixdə saat 11:56-də 78 saniyə, 17.02.2021-ci il tarixdə saat 15:30-də 114 saniyə, 17.02.2021-ci il tarixdə saat 19:03-də 58 saniyə, 18.02.2021-ci il tarixdə saat 16:44-də 142 saniyə, 19.02.2021-ci il tarixdə saat 13:47-də 100 saniyə, 21.02.2021-ci il tarixdə saat 14:21-də 103 saniyə, 01.03.2021-ci il tarixdə saat 10:11-də 143 saniyə davam edən qarşılıqlı telefon danışıqları olduğu görünür. Bundan başqa Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı telefon nömrəsi ilə X6 istifadəsində olan ***- ***-**-** saylı telefon nömrəsi ilə arasında 30.04.2021-ci il tarixdə saat 09:02-da 8 saniyə, 17.05.2021-ci il tarixdə saat 11:17-da 9 saniyə, 23.05.2021-ci il tarixdə saat 09:02-da 63 saniyə, 23.05.2021-ci il tarixdə saat 22:20-da 40 saniyə, 23.05.2021-ci il tarixdə saat 22:27-da 23 saniyə, 16.06.2021-ci il tarixdə saat 11:18-da 13 saniyə, 18.06.2021-ci il tarixdə saat 11:36-da 18 saniyə, 18.06.2021-ci il tarixdə saat 11:40-da 24 saniyə, 18.06.2021-ci il tarixdə saat 11:45-da 20 saniyə, 21.06.2021-ci il tarixdə saat 13:13-da 10 saniyə, 21.06.2021-ci il tarixdə saat 13:14-da 21 saniyə davan edən qarşılıqlı telefon danışıqları olduğu görünür. Cinayət işinin 1-ci cildinin 104-107-ci vərəqlərində olan CD diskdə olan fayllara baxış keçirilməsi barədə 06 oktyabr 2021-ci il tarixli protokola əsasən “2 avq 23.07.mp3” adlanan audio yazısında X22 atası İnqilaba nə səbəbdən yalandan olaraq Xəyalın sabah işə çıxacağını deməsini soruşur, Ramin isə yolda olduğunu gəlib danışacağını deyir; “2 avq 23.04.mp3” adlanan audio yazı audio yazısında X23 zəng etdiyini, sonuncunun pulu və sənədlərini adını çəkmədiyi şəxsdən alaraq Qəribə geri qaytarmaq istədiyini, lakin sonuncunun telefona cavab vermədiyini, Ziyaya məxsus 3000 manat, sənəd və pulları da geri qaytaracağını deyir; “2 avq 23.09.mp3” adlanan audio yazısında Ziya Raminə işə qəbul etdirməli şəxslərin sənədlərini çatdırmasını tələb edir, indiyə qədər hörmət etdiyni, Raminin pul verdiyi şəxsləri tanımadığını, pulu və sənədləri Raminə verdiyini, sonuncuya görə pul verən həmkəndliləri onun ünvanına mənfi sözlərin dediyini söyləyir, Ramin isə həmin sənədləri sabah çatdıracağını deyir; “2 avq 23.14.mp3” adlanan audio yazısında Ziya Ramindən sənədlərin kimdə olduğunu, həmin sənədlərin nə səbəbdən qaytarılmadığını soruşur, Ramin isə Ziyaya həmin sənədlərin adını çəkmədiyi şəxs tərəfindən pul ilə birlikdə axşam qaytaracağını deyir; “2 avq 23.16.mp3” adlanan audio yazısında Ramin Ziyaya adını çəkmədiyi şəxsin gəlib bütün pulu qayatarcağını deyir. “2 avq 23.21.mp3” adlanan audio yazısında Ziya ona və digər şəxslərə aid sənədləri və pulunu geri qaytarmağını tələb edir, ona 25000 manat geri qaytarmalı olduğunu deyir. “2 avq 23.35.mp3” adlanan audio yazısında Ramin Ziyaya ona özünə və digər şəxslərə aid sənədlərin, diplom, hərbi bilet attestatların əsillərini pul ilə birlikdə gəlib götürəcəyini deyir. Cinayət işinin 1-ci cildinin 137-139-cu vərəqlərində olan 20.10.2021-ci il tarixli məktubdan göründüyü kimi, 15.07.1982-ci il təvəllüdü X7 aid sərhədkeçmə məlumatlarına əsasən sonuncu 28.11.2020-ci il tarixdə C02053866 saylı ümumvətəndaş pasportu ilə Azərbaycan Respublikasını tərk etmişdir. Cinayət işinin 1-ci cildinin 158-ci vərəqində olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-in 3 saylı Poçt filialının 20.10.2021-ci il tarixli 3PF-1-115 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına 04.03.2021-ci il tarixdə Şahid1 tərəfindən 300 (üç yüz) manat, 29.04.2021-ci il tarixdə Şahid4 tərəfindən 3000 (üç min) manat, 19.05.2021-ci il tarixdə Şahid5 tərəfindən 325 (üç yüz iyirmi beş) manat, 20.05.2021-ci il tarixdə 700 (yeddi yüz) manat məbləğlərində pul vəsaitləri göndərilmişdir. Cinayət işinin 2-ci cildinin 173-191-cı vərəqlərində olan qərardan görünür ki, Şahid4 tərəfindən təqdim edilən Təqsirləndirilən şəxs ilə Şahid4 işə düzəlmə ilə bağlı danışıqlarının əks olunduğu 1 ədəd CD disk və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-in 3 saylı Poçt filialının daxil olmuş Təqsirləndirilən şəxs adına 04.03.2021-ci il tarixdə Şahid1 tərəfindən 300 (üç yüz) manat, 29.04.2021-ci il tarixdə Şahid4 tərəfindən 3000 (üç min) manat, 19.05.2021-ci il tarixdə Şahid5 tərəfindən 325 (üç yüz iyirmi beş) manat, 20.05.2021-ci il tarixdə 700 (yeddi yüz) manat məbləğlərində pul vəsaitlərinin göndərilməsinin əks olunduğu 20.10.2021-ci il tarixli 3PF-1-115 saylı məlumat məktubu, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, onun ifadəsi cinayət işi üzrə şahidlərin ifadələri, bank sənədləri və digər sənədlərlə təkzib olunduğundan məhkəmə iş üzrə şahid ifadələrini və qeyd olunan sənədləri iş üzrə ittihamın həlli üçün kifayət edən sübut kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı araşdırılmış sübutları, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, maddi sübutları, eləcə də, iş üzrə sübut əhəmiyyətinə malik sənədləri tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli və ona həmin maddələrlə cəza təyin edilməməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 199-222-ci vərəqlərində olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 67-68-ci vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı - 2010-cu il təvəllüdlü X12 var. Məhkəmədə dindirilmiş Şahid1, Şahid2, Şahid7 Şahid5 onlara vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini bildirdilər. Dələduzluq cinayəti vurulmuş maddi ziyanın könüllü olaraq tam ödənilib aradan qaldırılması, əvvəllər məhkum olunmaması, CM-in 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-in 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, barəsində olan yüngülləşdirici halları nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər, onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. Maddi sübutlar olaraq Şahid4 tərəfindən təqdim edilən Təqsirləndirilən şəxs ilə Şahid4 işə düzəlmə ilə bağlı danışıqlarının əks olunduğu 1 ədəd CD disk və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-in 3 saylı Poçt filialının daxil olmuş Təqsirləndirilən şəxs adına 04.03.2021-ci il tarixdə Şahid1 tərəfindən 300 (üç yüz) manat, 29.04.2021-ci il tarixdə Şahid4 tərəfindən 3000 (üç min) manat, 19.05.2021-ci il tarixdə Şahid5 tərəfindən 325 (üç yüz iyirmi beş) manat, 20.05.2021-ci il tarixdə 700 (yeddi yüz) manat məbləğlərində pul vəsaitlərinin göndərilməsinin əks olunduğu 20.10.2021-ci il tarixli 3PF-1-115 saylı məlumat məktubu, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk CPMnin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 178.2.2 və 178.2.4-ci maddəsi ilə 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkem edilsin, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə təyin edilmiş cəza şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Maddi sübutlar - Şahid4 tərəfindən təqdim edilən Təqsirləndirilən şəxs ilə Şahid4 işə düzəlmə ilə bağlı danışıqlarının əks olunduğu 1 ədəd CD disk və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-in 3 saylı Poçt filialının daxil olmuş Təqsirləndirilən şəxs adına 04.03.2021-ci il tarixdə Şahid1 tərəfindən 300 (üç yüz) manat, 29.04.2021-ci il tarixdə Şahid4 tərəfindən 3000 (üç min) manat, 19.05.2021-ci il tarixdə Şahid5 tərəfindən 325 (üç yüz iyirmi beş) manat, 20.05.2021-ci il tarixdə 700 (yeddi yüz) manat məbləğlərində pul vəsaitlərinin göndərilməsinin əks olunduğu 20.10.2021-ci il tarixli 3PF-1-115 saylı məlumat məktubu, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər, apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-458/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-458/2022
18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver