Məhkəmə qərarları › İş №1(101)-458/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-458/2024

19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-458/2024 19.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxxx 1983-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində az yaşlı uşağı olan, məhkumluğu olan, fərdi əməklə məşğul olmuş, Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X8, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılaraq 21 fevral 2022-ci tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və ya götürülmədiyi halda, 19 dekabr 2022-ci il tarixdə istifadəsində olan, "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil telefon nömrəsi quraşdırılmış “Samsung” markalı mobil telefonda olan “Whatsapp” mobil tətbiqi proqramından istifadə edərək xarici ölkəyə məxsus olan +98-***-***-**-** mobil nömrənin istifadəçisi ilə əlaqə saxlayıb satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması və satışının təşkil edilməsi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Əlirza” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan “Əlirza” adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən 3015 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsində dəqiq məlum olmayan ünvanda bir ədəd qara rəngli sellofan bağlamada olmaqla qaz sayğac yeşiyinin içərisində gizlədib həmin yerin fotoşəklini və koordinatlarını Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərdikdən sonra o, həmin gün axşam saatlarında cinayətkar qrupun İran İslam Respublikasında olan üzvünün təlimatı və göstərişləri əsasında həmin yerə gedərək qeyd edilən külli miqdarda narkotik vasitəni qoyulduğu yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 23:50-də ünvan 4 ünvanın yaxınlığında əlində olan bir ədəd qara rəngli sellofan bağlama ilə saxlanılaraq ünvan 5 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb 20 dekabr 2022-ci il tarixdə saat 01:54-dən etibarən üzərində şəxsi axtarış keçirilən zaman onun qabaqcadan əlbir olan bir qrup şəxs halında informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 3015 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana sağ əlində olan bir ədəd qara rəngli sellofan bağlamadan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Sabunçu Rayon Məhkəməsi tərəfindən 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2022-ci ilin əvvəllərində azadlığa buraxılmışdır. Narkotik aludəçisi olduğu üçün dəfələrlə müalicə almış, İranın Xoy şəhərində, Türkiyədə və Azərbaycanda müalicə almış, lakin bir xeyri olmamışdır. Bakıda narkoloji dispanserdə metadon mayesi qəbul etməklə müalicə almışdır. Belə isə nəşə və kakosdan istifadə etmişdir. Artıq rəhmətə getmiş gürcüstanlı dostu olmuş Raulun ona verdiyi telefon vasitəsi iə Əlirza adlı iranlı ilə əlaqə saxlayıb 2-3 dəfə ona karta 50 və 100 manat məbləğlərində pul köçürməklə Əlirzanın telefonuna atdığı ünvanlardan öz istifadəsi üçün nəşə, yəni marixuana əldə etmişdir. Həmin telefonda başqa bir Həmid adlı iranlının da nömrəsi var, lakin Həmidlə əlaqə saxlayan dostu Raul olmuşdur. O, Həmidlə əlaqə saxlamamışdır. Təxminən tutulmamışdan 20 gün əvvəl Əlirza ilə əlaqə saxlayaraq ondan öz istifadəsi üçün 100 qram nəşə istəmiş, bunun üçün Əlirzanın bildirdiyi karta 400 manat pul köçürsə də Əlirza ona nəşə göndərməmişdir. Bu səbəbdən aralarında mübahisə olmuş, o, Əlirzadan ya pulunu geri qaytarmasını, ya da ki, nəşəni göndərməsini tələb etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə axşam üstü öz maşını ilə həyat yoldaşı Elnarə Musayeva və 7 yaşlı oğlu ilə qohumlarıgildən qayıdarkən Əlirza onun telefonuna nəşənin qoyulduğu Bakı şəhəri Yasamal rayonu, A.Salamzadə küçəsində bir ünvanda olan qaz sayğacının görüntüsünü göndərmi, ona həmin yerə gedib nəşəni götürməyi bildirmişdir. O, həmin ünvana getmiş, lakin qaz sayğacı olan yeri tapa bilmədiyi üçün Vatsapla Əlirzaya zəng etmiş, lakin sonuncu cavab verməmişdir. Bu zaman onun telefonuna başqa bir nömrədən bir nəfər şəxs zəng edərək sayğacın tikinti kranının yanında olduğunu bildirmiş, o, maşından çıxıb sayğacın yanına çatmış, lakin orada nəşə görməmişdir. Elə bu zama nonu mülki geyimdə olan polis əməkdaşları saxlamış, ailəsi ilə birlikdə polisə, yəni BMCMİ-yə aparmışlar. Orada ondan tələb etmişlər ki, ona təqdim etdikləri içində nəşə olan torbanın özünə məxsus olmasını etiraf etsin, əks halda ailəsini buraxmayacaqları ilə hədələmişlər. O da razılaşaraq üzərinə baxış zamanı ona polislər tərəfindən təqdim edilmiş bir ədəd qara rəngli sellofan bağlamanı təqdim etmişdir. O, cəmi 100 qram nəşə əldə etməli idi. Onun üzərinə 3 kq-dan çox nəşənin yüklənməsinə etiraz edir. O, heç vaxt heç kimə narkotik vasitə satmamış, yalnız özü istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 19 dekabr 2022-ci il tarixdə həmkarı Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması və satması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar yaradılmış qrupa o, həmkarları Şahid2 və Şahid3 daxil edilmiş və keçirilmiş əməliyyat tədbirləri nəticəsində 19 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 7 ünvanının yaxınlığında olması müəyyən edilərək Təqsirləndirilən şəxs saat 23:50-də qeyd olunan ünvanının qarşısında saxlanılmışdır. Onu saxladıqları zaman əlində sellofan torba olmuşdur. Təqsirləndirilən şəxs torba ilə birlikdə Baş İdarəyə apararaq təhqiqatçıya təqdim etmişlər. Sonuncu vəkil dəvət edərək Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. Həmin baxışda o və həmkarları iştirak etmişlər. Təqsirləndirilən şəxs əlində tutduğu torbanı masanın üzərinə qoyaraq bildirmişdir ki, içərisində nəşə adı ilə tanıdığı narkotik vasitə vardır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində olan bir ədəd Samsung markalı mobil telefonu və 2 manat pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan paketə baxış keçirilərkən içərisində bir ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd bağlamadaki narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün İran islam Respublikasının vətəndaşı kimi tanıdığı “Əlirza” adlı şəxsdən 400 manat əvəzində aldığını bildirmişdir. Bundan sonra qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılmış, baxışda iştirak edən şəxslərin imzaları ilə təsdiq edilmiş və möhürlənmişdir. Həmçinin baxışla əlaqədar tərtib olunmuş protokol da iştirakçılara ucadan oxunmaqla imzalarla təsdiq edilmişdir. İstər saxlanılan zaman, istərsə də idarəyə gətirilən zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixoloji təsir edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, 19 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması və satması bərədə ona əməliyyat məlumatı daxil olmuşdur. Əldə olunan məlumat barədə raportla rəhbərliyə müraciət edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq əməliyyat qrupu yaradılmışdır. Qrupa o, əməliyyat müvəkkiləri Şahid3 və Şahid1 daxil edilmişlər. Qrupa rəhbərliy isə onun tərəfindən həyata keçirilmişdir. 19 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 7 ünvanının yaxınlığında olması müəyyən edildikdən sonra əməliyyat qrupu həmin ünvana gedərək ərazini müşahidəyə almışdır. Həmin tarixdə saat 23:50-də qeyd olunan ünvanının qarşısında hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs əlində sellofan torba ilə görmüşlər. Ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onun üzərində şəxsi axtarış aparılmasına şərait olmadığı üçün sonuncunu əlində olan sellofan torba ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Habil etiraz etmədən Baş İdarəyə gəlmişdir. Baş idarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıla bilməsi üçün müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan başqa üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Kənan Kərimli tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş Şahid3 tərəfindən aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd qara rəngli sellofan paketin içərisində nəşə adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib həmin sellofan paketi masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan paketə baxış keçirilərkən içərisində bir ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd qara rəngli 01 ədəd bağlamadaki narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün İran islam Respublikasının vətəndaşı kimi tanıdığı “Əlirza” adlı şəxsdən 400 manat əvəzində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş bir sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılaraq üzəri möhürlənməklə götürülmüşdür. Həmin bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Samsung markalı mobil telefon da əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Üzərində aşkar edilmiş 2 manat pul isə özünə qaytarılmışdır. Daha sonra şəxsi axtarış və götürmə haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmadan protokol iştirakçılar tərəfindən imzalanmışdır. İstər saxladıqları zaman, istərsə də idarəyə gətirdikləri zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixoloji təzyiq olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir, Təqsirləndirilən şəxs saxladıqları yerdən onun arvadını və övladını saxlamamışlar, onları polis idarəsinə gətirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, 19 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması və satması bərədə həmkarı Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Əldə olunan məlumat barədə raportla rəhbərliyə müraciət edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq əməliyyat qrupu yaradılmışdır. Qrupa o, əməliyyat müvəkkiləri Şahid2 və Şahid1 daxil edilmişlər. Qrupa rəhbərliy isə Şahid2 tərəfindən həyata keçirilmişdir. 19 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 7 ünvanının yaxınlığında olması müəyyən edildikdən sonra əməliyyat qrupu həmin ünvana gedərək ərazini müşahidəyə almışdır. Həmin tarixdə saat 23:50-də qeyd olunan ünvanının qarşısında hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs əlində sellofan torba ilə görmüşlər. Ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onun üzərində şəxsi axtarış aparılmasına şərait olmadığı üçün sonuncunu əlində olan sellofan torba ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Habil etiraz etmədən Baş İdarəyə gəlmişdir. Baş idarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıla bilməsi üçün müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan başqa üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Kənan Kərimli tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş Şahid3 tərəfindən aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd qara rəngli sellofan paketin içərisində nəşə adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib həmin sellofan paketi masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan paketə baxış keçirilərkən içərisində bir ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd qara rəngli 01 ədəd bağlamadaki narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün İran islam Respublikasının vətəndaşı kimi tanıdığı “Əlirza” adlı şəxsdən 400 manat əvəzində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş bir sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılaraq üzəri möhürlənməklə götürülmüşdür. Həmin bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Samsung markalı mobil telefon da əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Üzərində aşkar edilmiş 2 manat pul isə özünə qaytarılmışdır. Daha sonra şəxsi axtarış və götürmə haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmadan protokol iştirakçılar tərəfindən imzalanmışdır. İstər saxladıqları zaman, istərsə də idarəyə gətirdikləri zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixoloji təzyiq olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir, Təqsirləndirilən şəxs saxladıqları yerdən onun arvadını və övladını saxlamamışlar, onları polis idarəsinə gətirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Birgə nigahdan bir oğlan övladları olmuşdur. Yoldaşı əvvəllər narkotik vasitəsi istifadəsinə görə məhkum olunmuşdur. Onun Əlirza adlı şəxslə telefon danışıqları zamanı pul borcuna görə mübahisə etdiklərini eşitmişdir. xx.xx.2022-ci il tarixdə saat 24 radələrində yoldaşının idarə etdiyi maşınla bacısıgildən evlərinə qayıdırdılar. Yoldaşı yolüstü bir yerə dəyib ona pul borcu olan şəxsdən pulunu alacağını bildirərək maşını Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsinə sürmüşdür. Onların yaşadıqları ünvan isə Binə qəsəbəsi X8dur. Maşında onun yanında arxa oturacaqda azyaşlı oğlu da oturmuşdur. Əri maşından düşüb harasa getmiş və maşina yaxınlaşan zaman bir neçə şəxsin onu saxladıqlarını görmüşdür. Həmin şəxslərin polis olmasını anlamışdır. Polislərdən biri maşının pəncərəsini döyərək maşının qapısını açmağı xahiş etmiş, o, əvvəl maşının qapısını açmasa da sonra maşından özü və oğlu çıxıb hadisə yerindən uzaqlaşıb yaxınlıqda yaşayan qohumlarıgilə getmişlər. Yalnız 3 gündən sonra əri İT-dan ona zəng edərək tutulduğunu bildirmişdir. Qeyd etmək istəyir ki, polis əməkdaşları ərinin maşınını da özləri ilə aparmış, həmin maşını müstəntiqdən sonrakı günlər geri almışlar. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulumuş cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.4-cü madəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 19 dekabr 2022-ci il tarixli raportundan müəyyən olunur ki, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Habil” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixtrop maddələr əldə edərək üzərində saxlaması, eləcə də daşıması bildirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Əbülfət Rzayevin 19 dekabr 2022-ci il tarixli Ə354-007-22 saylı əmri ilə idarənin əməkdaşları, polis mayoru Şahid2, polis leytenantı Şahid3, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Məhkəmədə elan edilib araşdırılmış BMCMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 20 dekabr 2022-ci il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 20 dekabr saat 23:50-də ünvan 4 ünvanın yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən üzərində şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prossesual hərəkətlərin aparılmasında ötrü o, əlində saxladığı 01 ədəd sellofan bağlama ilə birlikdə saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Şübhəli şəxsin tutulması haqqında” 20 dekabr 2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:21-də müdafiəçi, 22 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 20 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, 20 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində video çəkilişdən istifadə edilməklə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd qara rəngli sellofan paketin içərisində “nəşə” adlı tanıdığı narkotik vasitə olduğunu bildirib, həmin sellofan paketi masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, eləcə də, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 2 manat pul əskinazını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Habil Seyidobun təqdim etdiyi qara rəngli sellofan paketin içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə marixuanaya oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi qara sellofan bağlamada olan narkotik vasitə marixuanaya oxşar maddələri 19 dekabr 2022-ci il tarixdə Bakı şəhəri , Yasamal rayon inzibati ərazisində olarkən əvvəlcədən razılaşdırılmış qaydada İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Əlirıza” adlı şəxsdən əldə etdiyini, belə ki, həmin şəxsi qohumu “Kərim” vasitəsilə tanımasını həmin şəxsdən bir neçə dəfə onlayn yolla narkotik vasitə əldə etdiyini, həmin şəxsə məxsus olan bank kartına pul vasitələri göndərilməsini, bundan sonra həmin şəxsin Bakı şəhərində yerləşən müxtəlif yerlərə yerləşdirdiyi narkotik vasitələrin şəkillərini ona göndərməsini, daha sonra isə onun bu yerlərdən həmin narkotik vasitələri əld edərəl şəxsi istifadəsi üçün üzərində saxlayıb daşımasını, 19 dekabr 2022-ci il tarixdə “Vhatsapp” anı mesajlaşma tətbiqindən “Əlirza” adlı şəxslə əlaqə saxladığını, “Əlirza”-nın narkotik vasitəni yerləşdirdiyi ünvanın şəkilini göndərməsini və bunun müqabilindı Təqsirləndirilən şəxs 400 manat pul istəməsini, həmin narkotik vastiəni götürməsini və daha sonra polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. Qeyd olunan 01 ədəd qara sellofan bağlama cinayət təqibi üzər sübuti əhəmiyyətə malik olduğundan qablaşdırılaraq “zərflər üçün” 06 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda “Samsung” markalı mobl telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarxili qərarından müəyyən olunur ki, əvvəli 19 dekabr 2022-ci ildən hesablanmaqla Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsrləndirilən Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 20 dekabr 2022-ci il tarixli 7/1422 nömrəli rəyindən müəyyən olunur ki, tədqıqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazıları və imzalar qara rəngli polietilen bağlamadaki 01(bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 3015 qram (3 kq 15 qram), olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 11 fevral 2023-cü il tarixli 767 nömrəli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik eksperizasının 20 fevral 2023-cü il tarixli 463 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kamağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində alnaqlı hesab olunmalıdır. Məhkəmədə elan edilib araşdırılmış BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üəzrindən aşkarlanan qurudulmuş marixuannanın kimdən və haradan əldə etməsini, İran İslam Respublikasının “Əlirıza” adlı şəxsin müəyyən edilməsi istiqamətində keçirilmiş tədbirlərdən müsbət nəticə əldə olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixiatriya Xəstəxanası” X10 958 saylı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yuxarıda adı qeyd olunan xəstəxananın arxiv məlumatlarına əsasən müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 27 mart 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış 127-C-23 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi barədə” 07 aprel 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, mobil telefonda olan “Vatsap” mobil tətbiqində “Hemit” adı ilə qeydə alınmış İran İslam Respublikasına aid +98 914 452 1701 nömrəli abunəçi 29 oktyabr 2022-ci il tarixdə saat 15:44-də “Salam qardaş kefin əhvalın, neynirsən, yoxsan çoxdan, nə iş görürsən, qəşəng məhsul var, imkan yarad, pul yarad, koladı, patıdı, güldü, super bir şey, keyfiyyətdi maldı, bunlardan götür işlə”. Deyə səsli mesaj göndərmişdir. Təqsirləndirilən şəxs həmin gün saat 21:32-də cavab olaraq “Salam əziz qardaş, zəng edəcəm sənə görüntülü danışarıq” deyə səsli ismarıc göndərmişdir. “Hemit” adı ilə qeydə alınmış abunəçi 2 noyabr 2022-ci il tarixdə saat 20:10-da “Qardaş qəşəng gül var, başına dolanım, çox qəşəng gül var, bu güldən hələ Bakıya gəlməyibdi. Kimə verirəm deyir sən Allah saxla, qoy özümüz götürək. Gəncədə, Kürdəmirdə bir iki nəfər götürübdü deyir bombadı. Bunu maraqlan əgər imkanın olsa bundan 100 200 dənə götür, dosta verilməli güldü. Təqsirləndirilən şəxs 3 noyabr 2022-ci il tarixdə saat 20:36-da Həmit adlı abunəçiyə “Həmit bu evimi istiyirlər, başım qarışıb evə,indi evi satdım, mənə başqa ev lazımdır, ev üçün ora bura baxıram ki, tez bazar bu evi hell edim, bir iş görək. Əldə indi pul olure, xırda-xuruş olur, 50 manat, 200 manat, 300 manat. Sən də vermirsən, qardaşlıq etmirsən. Demirəm ki, mənə 50 dənə, 100 dənə ver, 100 manatlıq, 200 manatlıq daş torpaq nə qədər düşür, o qədər verdə. 1-2 dənə artıq verərsən onun da pulunu verərəm. Köməklik etmirsən, elə köməklik xırda-xırda qalxaq. Mənim evimi satmalı 2-3 ay çəkəcək. Çünki, mən özümdə ev tapmalıyam axı. Danışıb razılaşdım 2 ay vaxt verdilər, iki ay ərzində mən gərək evi boşaldım. Onda əlimdə pulum olacaq, onda rahat iş görəcəyik. Ona qədər mən indi deyirəm sənə pul tapım atım, 150 manat, 200 manat, 300 manat. Qardaşlıq elə də yəni bilirəm sən belə iş görmürsən pula nə düşür onu elə. 5 dənə düşür 5 dənə at, 10 dənə düşür 10 dənə at, at ki, qardaşın onu yavaş yavaş qaldırsında. Sən görəcəksən də qardaşa yaxşılıq elədin heç vaxt bunu itirmərəm mən. Azərbaycana da gələndə görəcəksən ki, bunu eləmək həqiqətən düşür. Sənin əlində 2 vur iki di qardaş. 100 dənə, 50 dənə bilirəm atırsan. O qədər atma yəni məsəlçün 150 manat vurdum, 150 manatlıq at, 200 manat vurdum 200 manatlıq at. Nə edək qardaşlıq elə, mən xırda xırda qaldırımda” deyə səsli ismarıc göndərmişdir. Həmin gün saat 20:38-də “Gül işini də maraqlanıram. Gül biraz zəifdi deyə, daş torpaqdı burda gedən, gül çətin tapılır. İnan Allaha gül istəyən olsa birinci adam sənsən. Sən indi qardaşına nə olar belə köməklik eləgör mən onun altında qalıram ya-yox. Köməklik elə qardaşın xırda-xırda artırsında qardaş. Bu gün yəni mənə 150 manatlıq, 200 manatlıq atdın pulun vurum atda. Atdım məsəl üçün o birisinə görəcəksən ki, 300 vurdum, 500, 1000, 2000. Evimi də satıldı yəni konkret iş görəciyik. İndi çətinlikdə biraz hər şey yaxşı olmur da, indi özün bilirsən təzə buraxılmışam”. Deyə səsli ismarıc göndərmişdir. Hamlet isə həmin gün saat 20:57-də “ İndi bizim burda çətinlik çoxdu. İndi mal burda çox az gəlib gedir. Kim gedir orada yanır. İranda mal bahalaşıb. Orada da çətinlik var, burda da çətinlik var. Sən əgər 600 manat düzəldə bilsən mən belə iş görə bilərəm. 20 dənə torpaq, 10 dənə də torpaq. Oradan alındıraram. 900 manat edər. 600 atarsan, qalan 300 də satıb düz qoş edərsən. Gör bünə əgər qüvvən çatır. Bunu dəqiqləşdir de, problem yoxdur, sənə hərəkət verim. Gül var gül də probelm yoxdu. 4 kq qədər varımdı” deyə səsli ismarıc göndərmişdir. Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il tarixdə saat 18:14-də “Hemit” adlı şəxsə “Bir maşın götürmüşəm.yüngülvarı başımı qatıram. Həmit o gül məsələsi nətərdi, durur, gül məsələsi qüvvədədi” deyə səsli ismarıc göndərmişdir. Bundan sonra saat 18:15-də “Bu daşnan torpaq da ki, 200 manat düzəldə bilərəm. Mən sənə 200 manat atardım, mənə biraz köməklik edərdin. Yavaş-yavaş qalxardıqda. Maşın da götürmüşəm, tərpənməyə. Bax gör neynirsən. Gül istəyənlər var. Düzüb qoşacam gülü də, verəcəksən” deyə səsli ismrıc göndərmişdir. Təqsirləndirilən şəxs 19 dekabr 2022-ci il tarixdə saat 18:13-də Həmit adlı şəxsə” Sənə dediyim vaxtda pul var idi məndə. Dedim vurum sənə 200 manat. Sən dedin alınmır. Başqa bir uşaq var idi. O dedi onunla alındıra bilərəm. Ta səninlə edəndən sonra pulu vermişdim ona. O dedi ki, gülə pulu vurmuşam. Ona görə qaldı eləncik. Ona görə pulu da göndərə bilmədim sənə. Sən demədin deyə məcbur başqa yerdən atxardım” deyə səsli ismarıc göndərmişdir. Bundan başqa “WhatsApp” mobil tətbiqində “Dosdu İfan” adı ilə qeydə alınmış İran İslam Respublikasına aid +98 914 953 9024 nömrəli abunəçiyə Təqsirləndirilən şəxs 7 dekabr 2022-ci il tarixdə saat 18:07-də “Sən 400 manat götürüb mal göndərməməyin mənim işlərimi təmiz pozdu. Mən gül kimi işimi gücləndirirdim qaldırırdım. Belə başa düşdüm ki, sən mənə heçnə göndərmiyəcəksən, iş görmürsənsə dayandıraq, iş görməyək” deyə səsli ismarıc göndərmişdir. 19 dekabr 2022-ci il tarixdə saat 13:49-da həmin şəxs Təqsirləndirilən şəxs “Qardaş necəsən, nə var nə yox, saat yarıma iki saata telefonda ol deyirəm hara çıx bildin”. Deyə səsli ismarıc göndərmişdir. Saat 18:48-də Təqsirləndirilən şəxs həmin şəxsə “ dedim görüm 2 saat çəkər, yoxsa axşam 12-dən sonraya qaldı?. Mənim başqa işlərim də var idi. Taz bezdirməyim səni” deyə səsli ismarıc göndərmişdir. Həmin şəxs isə cavabında “Yox e qardaş, yəni 12-yə çəkməz. 12-dən sonra olmaz. Ola bilər yarım saatdan, ola bilər iki saatdan sonra. Ola bilər 10 dəqiqədən sonra. Ama yox 2 saatdan çox çəkməz. İki saat, iki saat yarım. Gedib götürərsən”. Saat 21:51-də Təqsirləndirilən şəxs “qaqaş çıxım mən, yoxsa yox” deyə səsli ismarıc göndərmişdir. Həmin şəxs cavab olaraq “Qardaş səbirli ol, 5-10 dəqiqə səbrli ol deyirəm” deyə səsli ismarıc göndərmişdir. Daha sonra həmin şəxs Təqsirləndirilən şəxs 4 ədəd fotoşəkil və bir ədəd xəritə üzərində məkan göndərmişdir. Fotoşəkillərinin ikisində divarda bərkidilmiş sayğac yeşiyinin şəkili və qalan iki ədəd şəkildə həmin yerə gedən yol göstərilmişdir. Daha sonra saat 23:31-də həmin şəxs Təqsirləndirilən şəxs “Hə nömrə istəyirsənsə atım ota göstərsin götür get” deyə səsli ismarıc göndərmişdir. Daha sonra saat 23:37-də həmin şəxs ünvan izah etməsi barədə sms göndərmişdir. Məhkəmədə elan edilib araşdırılmış “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 07 aprel 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***- **-** saylı mobil telefon nömrəsi istifadə etmişdir. Keçirilən baxış zamanı müxtəlif mobil telefon nömrələrindən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə, eləcə də onun tərəfindən digər mobil nömrələrə “Qaga 5 manatliqda kola de 15 vererem”, “Arif habildi qagam dosdum gelim 10 manatim var, pati lazimiydi”, “Qaga patı yoxdu ancaq koladı”, “Qardaş bu cıxıb gedir ha sora kolada olmayacaq qalacaq geciyə”, “Habil salam mənəm Eliş qardaş pırablemdəyəm 2 .3 günə qaydasına düşəçək nəyi deyirəm bu gün enuş gilin bulokuna daş qoyacam yerin de”, “Tema istesen axtarma səbir elə kola yox pat var gret edəcəm”, “Qara var istəsən brat 5 q verillə 70m .ama sənə istəsən 50m dan dey.” sözləri yazılmış SMS mesajları daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında» 04 may 2023-cü il tarixli qərardan müəyyən olunur ki Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3014,8 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd “Samsung” markalı mobil telefon saxlanması üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edlmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamə və məhkəmənin hökmündən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılaraq 21 fevral 2022-ci tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmədə elan edilib araşdırılmış «cinayət işi materiallarından başqa material ayrlması haqqında» 04 may 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs dair ********* saylı cinayət işinin materiallarından başqa cinayət işi ayrılmışdır. Beləliklə Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı kimi tanıdığı «Əlirza» adlı şəxsin bildirdiyi ərazidən külli miqdaorda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi, saxlaması tam sübuta yetirilmişdir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi ilə yanaşı CM-nin 234.4.4-cü maddəsi ilə tösif edilməsinə zərurət olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli «Azərbaycan Respublikası CMnin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsilə əlaqəli şəkildə şərh edilməsinə dair» qərarından müəyyən olunur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin intensiv informasiya ehtiyyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasında fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kültəvilik əlaməti olduğu halda CM-nin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, bir dəfə, bir epizod üzrə satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlamasına görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Yəni Təqsirləndirilən şəxs hərəkətlərində kütləvilik əlamətləri mövcud olmamış və ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı CM-nin 234.4.4-cü maddəsi ilə, yəni «informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etmə» tövsifedici xüsusat üzrə ittihamın verilməsinə əsas yoxdur. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs ittihamından CM-nin 234.4.4-cü maddəsini xaric edir, onun əməlini yalnız CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir və bu maddə ilə ona cəza təyin eidməsini mümkün sayır. Məhkəmə baxışı zamanı ittiham nitqi ilə çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə verilmiş ittihamdan imtina edərək, həmin maddə ilə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısının rəyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirmə və götürmə protokolundan, həmin baxış zamanı keçirilmiş videoçəkilişinə məhkəmədə baxışının keçirilməsindən, onun verdiyi ifadələrindən, ekspertiza rəylərindən, “Samsung” markalı mobil telefonda olan “Vhsatsapp” ani mesajlaşma tətbiqində olan ismarıclardan, narkotik vasitənin yerləşdirildiyi ünvanı əks etdirən foto şəkillərdən, özünə məxsus telefonn nömrəsinə daxil olan və çıxan sms mətnlərindən Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam sübut olunur. Onun saxlanıldığı və polis bölməsində üzərinə baxış keçirilənədək ona qarşı zorakı hərəkətlərin edilməsi, psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadəsi, üzərinə baxışa dair diskə məhkəmədə keçirilmiş baxışla, şahid ifadələri ilə, məhkəmə-tibbi ekspertiza rəyi ilə, telefon məlumatları, ibtidai istintaq zamanı prokurorluğun bununla bağlı araşdırma materialı ilə tam təkzib olunur və Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qərarı qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o evlidir, himayəsində bir az yaşlı övladı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 20 dekabr 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 3014,8 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, cinayət işinin materiallarəna əlavə edilmiş şəxsi axtarışı və götürməni özündə əks etdirən 01 ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD formatlı disklər cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qohumlarına təhvil verilməsi üçün Müdafiəçi1 Aydın oğluna qaytarılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 3014,8 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarışı və götürməni özündə əks etdirən 01 ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qohumlarına təhvil verilməsi üçün Müdafiəçi1 Aydın oğluna qaytarılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar