Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-458/2025 10.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X14 və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X11 və X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri X12 və Müdafiəçi2, “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Naziriyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə istintaqla şəxsiyyəti araşdırılan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən öz aralarında rolları bölüşdürdükdən sonra 23 mart 2024-cü il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşının tapşırığı əsasında qrupun digər üzvü tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Elit” ticarət mərkəzinin sağ tərəfində ağaclıq ərazidə təkərin içərisində gizlədilmiş ümumi təmiz çəkisi 1.879,8 qram olan xüsusilə külli miqdarda narkotik vasitə olan heroini 01 ədəd ağ rəngli sellofan bağlamanın içərisində üzəri sarı rəngli yapışqanlı lentlə bağlanmış qara rəngli sellofan bükümündə əldə edərək əynində olan qara rəngli idman gödəkçəsinin iç tərəfində saxlamaqla üzərində daşımış, həmin tarixdə saat 23:50də Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Bübarizə Bölməsinin və həmin idarənin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Elit” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən həmin idarənin inzibati binasına gətirilmiş və 24 mart 2024-cü il tarixdə, saat 01:20-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman gödəkçəsinin iç tərəfindən 01 ədəd ağ rəngli sellofan bağlamanın içərisində üzəri sarı rəngli yapışqanlı lentlə bağlanmış qara rəngli sellofana bükülmüş, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xüsusilə külli miqdarda təmiz çəkisi 1.879,8 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, avtoyuma məntəqəsində işləmişdir. Gündəlik 10-15 manat qazancı olmuşdur. Saxlanılarkən üzərində olan 105 manat pulu “ximçistka” edərək qazanmışdır. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə aldığı yerdən mal tapmadığı üçün əvvəllər tanıdığı, narkotik vasitələrin satışı ilə məşğul olan şəxslə mobil telefonla əlaqə saxlamışdır. Axır vaxtlar narkotik vasitələri ondan almışdır. Həmin şəxsdən 4 qram narkotik vasitə almağa getmişdir. Bu zaman cibində 105 manat olmuşdur. Narkotik vasitənin olduğu yerə getməmişdən əvvəl də narkotik vasitə aldığı İran İslam Respublikası vətəndaşı ilə mobil telefonla əlaqə saxlamış və həmin əraziyə getmişdir. Oraya çatdıqda İİR vətəndaşı ona narkotik vasitənin həmin ərazidə olduğunu demişdir. Həmin iranlı ilə “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Narkotik vasitəni götürmək üçün yaxınlaşdıqda tutulmuşdur. Saxlanılarkən saat təxminən axşam saat 10-11 olmuşdur. Narkotik vasitə təkərin içərisində olmuşdur. Saxlanıldığı yerdə təxminən 15 nəfər polis əməkdaşı olmuşdur. Narkotik vasitələri götürmədiyindən əlbarmaq izləri narkotik vasitələrin olduğu sellofan paketdə olmamışdır. Daha sonra polislər onu bölməyə aparmış, narkotik vasaitələrin olduğu sellofan paketi götürmüşlər. Bölmədə CM-nin 234.1-ci maddəsi ilə ittiham olunacağına əmin edib ona bütün sənədləri imzalatmışlar. Özü də narkotik vasitə almaq üçün saxlanıldığı əraziyə getdiyini etiraf etmişdir. Lakin o, oraya 4 qram narkotik vasitə almaq üçün getdiyini bildirmişdir. Bölmədə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müdafiəçinin dəvət olunmasından xəbəri olmamışdır. Təcridxanaya daxil olarkən tibbi müayinədən keçmişdir. Sənədləri savadsız olduğu və döyüldüyü üçün imzalamışdır. Şəxsi axtarış tutulduqdan iki gün sonra olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilərək araşdırılmış ifadəsində göstərmişdir ki, narkotik vasitənin “Kakos” kimi tanıdığı növündən istifadə edir. xx.xx.2024-cü il tarixdə +98-***-***-**-** saylı xarici mobil nömrədən “Whatsapp” ani mesajlaşma proqramında qeydiyyatdan keçdiyi 077-360- 00-89 saylı mobil nömrəsinə tanımadığı şəxs mesaj yazmışdır. Söhbət əsnasında həmin şəxs onu tanıdığını desə də o, həmin şəxsin kim olmasını xatırlaya bilməmişdir. Həmin şəxslə bir qədər danışdıqdan sonra sözü gedən şəxs İran İslam Respublikası vətəndaşı olduğunu, narkotik vasitə satışı ilə məşğul olduğunu və ona narkotik vasitə lazım olacağı təqdirdə təşkil edə biləcəyini demişdir. Bu zaman o, həmin şəxsə narkotik vasitə istifadəçisi olduğunu etiraf edərək ona bununla bağlı köməklik etməsini xahiş etmişdir. Keçən müddət ərzində onlar bir neçə gün “Whatsapp” üzərində danışmışlar. Danışıqlar zamanı həmin şəxs ona əvvəlcədən müəyyən olunmuş yerə el arasında “Kakos” deyilən narkotik vasitə olan bükümü yerləşdirəcəyini bildirmişdir. Həmin bükümü götürdükdən sonra ona ödənişi hansı üsulda edəcəyini bildirəcəyini qeyd etmişdir. O, həmin şəxsin dediyi bu məsələ ilə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə adını bilmədiyi İran İslam Respublikasını vətəndaşı ilə “Whatsapp” üzərində danışarkən sonuncu, əvvəlcədən qoyulan yerdə narkotik vasitə olan bükümün şəkilini ona göndərərək oradan bükümü götürməyini bildirmişdir. Ona göndərilən şəkildə Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən, Elit ticarət mərkəzinin sağ tərəfində ağaclıq olan yerdə təkərin içərisində olan büküm göstərilmişdir. O, həmin bükümü götürmək üçün əvvəlcədən tanıdığı X9 zəng edərək sonuncunun idarə etdiyi mopedlə birgə gedəsi yerinin olduğunu demişdir. Lakin Ehtiramın həmin narkotik vasitəni götürmək məqsədilə gedəcəklərindən xəbəri olmamışdır. O, Ehtiramla birgə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində şəkildə olan ünvana, yəni ünvan 3a getmişdir. Oraya çatdıqdan sonra Ehtirama mopeddə gözləməyi bildirmişdir. Bundan sonra mopeddən aşağı düşərək həmin büküm olan yerə doğru getmişdir. Şəkildə yeri göstərilən bükümü avtomobil təkərin içərisində bağlı halda tapmışdır. Həmin bükümü götürüb Ehtiramın yanına gəlmişdir. Bu zaman saat 23:44 radələrində həmin İran İslam Respublikası vətəndaşına vhatsapp üzərində səs ataraq bükümü götürdüyünü bildirmiş və bundan sonra həmin şəxslə aralarında olan yazışmaları silmişdir. Narkotik vasitə olan bükümü götürdükdən bir neçə dəqiqə sonra iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşı olduqlarını və onun narkotik vasitələrin daşınmasında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu və yanında olan mopedi idarə edən Ehtiramı Binəqədi RPİ-nə dəvət etmişlər. RPİ-də xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə o, şəxsi axtarış prosesinin müdafiəçinin iştirakı olmadan keçirilməsini istəmiş və bununla bağlı ərizə ilə müraciət etmişdir. Bundan sonra müdafiəçisinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilmişdir. Binəqədi RPİ-nin inzibati binasında xidməti otaqlardan birində şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərinə videoçəkiliş altında baxış keçirilərkən əynindəki qara rəngli idman geyimli gödəkçənin sol yan cibindən 01 ədəd 1 manatlıq əskinaz, 01 ədəd 5 manatlıq əskinazı, gödəkçəsinin sepini açdıqda sağ yan içəri hissəsindən iri həcmli ağ rəngli üzərində sarı yazılar yazılmış torbanın içərisində olan bükümü, əynində olan qara rəngli idman şalvarının sağ ön cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Bundan sonra üzərindən aşkar olunmuş bükümə baxış keçirilmiş və ağ rəngli torbanın içərisində bir ədəd iri həcmli, üzəri sarı rəngli yapışqanlı lentlə bağlanmış qara rəngli sollafan torba olduğu müəyyən edilmişdir. Həmin sellofan torba kəsildikdə isə içərisində qəhvəyi rəngli maddə olduğunu görmüşdür. Bundan sonra həmin bükümün təxmini çəkisi elektron tərəzidə ölçülən zaman 1969 qram, yəni 1 kq 969 qram olduğu müəyyən edilmişdir. Daha sanra təqdim etdiyi həmin büküm zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar və onun özü tərəfindən imzalanmışdır. Sonra sorğu zamanı qeyd edilən maddəni şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə saat 23 radələrində tanımadığı İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilməsinə dair protokol tərtib edilmiş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Onun adına ümumiyyətlə bank və ya digər kart mövcud deyildir. Üzərindən aşkar edilmiş ona məxsus olan “Samsung” markalı mobil telefonun üzərində olan mobil nömrə ***-***-**-**dir, başqa heç bir mobil nömrəsi yoxdur. Üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmişdir. Onunla narkotik vasitəni əldə etdiyi tanımadığı şəxsin arasında narkotik maddələrin dövriyyəsi ilə bağlı heç bir razılıq olmamışdır, həmin şəxsdən yalnız xx.xx.2024-cü il tarixdə şəxsi istifadəsi məqsədilə narkotik maddə əldə etmişdir. Həmin narkotik vasitənin ödənişini etməmiş və bunun müqabilində heç bir vəd verməmişdir. Həmin şəxs narkotik vasitəni götürdükdən sonra ödənişin qaydasını bildirəcəyini desə də o, qısa zaman sonra polis əməkdaşları tərəfindən saxlanıldığından həmin şəxsə heç bir ödəniş edə bilməmişdir. Narkotik vasitənin gizlədildiyi ünvana birlikdə getdiyi X7 bu barədə heç bir məlumatı olmamışdır. O, şəxsi işləri ilə bağlı Elit ticarət mərkəzinin yanına aparmasını X5 xahiş etmişdir. Narkotik vasitəni axtarmaq üçün mopeddən aşağı enən zaman Ehtiram çönüb ona tərəfə baxmamış və o, narkotik vasitəni tapıb geri qayıtdıqdan sonra da Ehtirama bu barədə heç bir məlumat verməmişdir. O, yalnız polis İdarəsində olan zaman X9 üzərində narkotik vasitə olması barədə məlumat vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, SMS məlumatları və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ayna Sultanova küçəsində yerləşən “Elit” ticarət mərkəzi tərəflərdə bir nəfər şəxsin üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının hansı formada daxil olması məxfidir. Həmin məlumat şifahi şəkildə daxil olmuş və Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, daşıması və satması ilə bağlı olmuşdur. Məlumatda şəxsin boyunun qısa olması, saçının tökülməsi və s. əks olunmuşdur. Məlumat daxil olandan sonra təxminən 2-3 saat sonra Hasil adlı iş yoldaşı ilə şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman şəxsin üzərində, yəni gödəkçəsinin sağ cibində bir ədəd büküm olmuşdur. Həmin şəxsdən bükümün nə olduğunu soruşduqda, o, üzərində olan bükümün içərisində narkotik vasitə olduğunu və uzun müddətdir narkotik vasitə istifadə etdiyini demişdir. Bu zaman Mahir yorğun vəziyyətdə olmuşdur. Ola bilsin ki, Mahir həmin vaxt narkotik vasitələrin təsiri altında olmuşdur. Onunla birlikdə orada Mopeddə olan şəxs də olmuşdur. Bundan sonra həmin şəxsi idarəyə dəvət etmişlər. İdarədə şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış videoçəkilişlə təhqiqatçı, kriminalist, hal şahidinin iştirakı ilə keçirilmişdir. Şəxsi axtarış zamanı şəxsin üzərindən aşkar olunmuş bükümün narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Mahirdən mobil telefon aşkar edilmişdir. Lakin onun üzərindən pul aşkar edilməsi yadında deyil. Təqsirləndirilən şəxsə qarşı hər hansısa zorakılıq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ötən il Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Şəxsin üzərində qanunsuz narkotik vasitələrin gəzdirməsinin ifşa olunması üçün keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Elit” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinə aparılmışdır. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı tədbirdə iki nəfər olmuşlar. İdarədə şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitə heroin aşkar olunmuşdur. Uzun müddət keçdiyi üçün narkotik vasitənin çəkisini xatırlamır. 23 mart 2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr gəzdirməsi bildirilir. (Cild 1 i.v. 3) 23 mart 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:50-də Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Elit” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Binəqədi RPİ-ə aparılmışdır. (Cild 1 i.v. 7) Daxili İşlər Nazirliyi “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdə saat 00:15-də Binəqədi RPİ-nin MSY-ə təhvil verilmişdir. (cild 1 Cild 1 i.v. 8-9) 24 mart 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 00:50-də (faktiki saxlanılma saat 23 mart 2024-cü il, saat 23:50-də) Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 23-24) Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 25 mart 2024-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. 24 mart 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı vəkilin iştirakından imtina etmişdir. (Cild 1 i.v. 31) 24 mart 2024-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X1 Mahir Tahir oğluna şəxsi axtarış zamanı müdafiəçinin iştirak etməsini təklif etmiş, lakin o imtina etmişdir. Tərtib edilmiş protokol Binəqədi RPİ-nin TŞnin baş təhqiqatçısı, polis mayoru Kamandar Ələsgərov, Binəqədi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Binəqədi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. (Cild 1 i.v. 32) 24 mart 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd Samsung markalı mobil telefonu, əynində olan gödəkçəsinin sol yan cibindən 01 ədəd bir manatlıq və 01 ədəd beş manatlıq əskinaslar olmaqla ümumilikdə altı manat pulu, gödəkçəsinin iç tərəfindən 01 ədəd ağ rəngli sellofan bağlamının içərisində üzəri sarı rəngli yapışqanlı lentlə bağlanmış qara rəngli sellofana bükülmüş kütləni təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükülü elektron tərəzidə çəkilmiş, 1969 qram, yəni 1 kq 969 qram olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm qablaşdırılmış və üzəri möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində olan kütlənin “Heroin” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşından əldə etdiyini və ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (Cild 1 i.v. 33-35) 24 mart 2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung A34” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. (Cild 1 i.v. 87) 21 iyun 2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan SMS məlumatlarına baxış keçirilmiş və onun həmin nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yarim pat alaq yarsi senin yarsi menim”, “80m vur”, ***-***-**-** saylı mobil nömrəyə “Qaqa neynirsan.? Sanin bawva donum ham lomk. dayam ala bilmiram. Whtsap da yiga yiga qalib pulu”, ***- ***-**-** saylı mobil nömrəyə “Qaqa 20m galib” məzmunlu SMS-lər göndərilmişdir. (Cild 1 i.v. 126) Məhkəmə kimyəvi ekspertizasının 24 mart 2024-cü il tarixli 3-16-16/2-6/1634 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 172” dairəvi möhür əksi, “ şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs “yazısı və imzalar olan bağlamadaki, təmiz çəkisi 1879,8 qram (1 kq 879,8 qr) qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1 i.v 43-47) Məhkəmə-narkoloji ekspertizasının 03 may 2024-cü il tarixli, 2918A nömrəlii rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ.v 127-128) Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının 03 may 2024-cü il tarixli 1254 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1 i.v 129-131) 26 mart 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi ekspertiza tədqiqatından sonra qalıq qalmış 1879,6 qram narkotik vasitə heroin Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (Cild 1 i.v 102-103) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2006-cı il tarixli hökmü ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 may 2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild 1 i.v 124) 03 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A34” markalı mobil telefonun Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. (Cild 1 i.v 153-163) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd Samsung markalı mobil telefonu, əynində olan gödəkçəsinin sol yan cibindən 01 ədəd bir manatlıq və 01 ədəd beş manatlıq əskinaslar olmaqla ümumilikdə altı manat pulu, gödəkçəsinin iç tərəfindən 01 ədəd ağ rəngli sellofan bağlamının içərisində üzəri sarı rəngli yapışqanlı lentlə bağlanmış qara rəngli sellofana bükülmüş kütləni təqdim edir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar olunaraq götürülmüş kütlə “heroin” kimi tanıdığı narkotik vasitə heroindir, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşıdan əldə etmiş, bir müddət öncə onlayn yolla onunla əlaqə saxlayaraq özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxs xx.xx.2024-cü il tarixdə vhatsapp üzərində danışarkən ona əvvəlcədən qoyulan yerdə narkotik vasitə olan bükümün şəkilini göndərək oradan bükümü götürməyini bildirmiş, ona göndərilən şəkildə Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən, Elit ticarət mərkəzinin sağ tərəfində ağaclıq olan yerdə təkərin içərisində bükümün olduğunu görmüş, bundan sonra qeyd edilən ünvana gedərək bükümü götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün təxmini çəkisi elektron tərəzidə ölçülən zaman 1969 qram, yəni 1 kq 969 qram olduğu müəyyən edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş 01 ədəd büküm qablaşdırılaraq kağız zərfə qoyulur, üzəri möhürlənir və iştirakçılar tərəfindən üzəri imzalarla təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yarTahirmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 83-cü bəndinə əsasən - təmiz halda 800 (səkkiz yüz) qramdan artıq çəkidə narkotik vasitə heroin xüsusilə külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın və baxışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPMnin 207.4-cü maddəsində göstərilmişdir ki,…cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış və baxış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən aşkar edilən narkotik vasitəni könüllü təqdim etmişdir. O, məhkəmə baxışı zamanı İran vətəndaşı ilə əlaqə saxladıqdan sonra 04 (dörd) qram çəkidə narkotik vasitə almaq üçün getdiyini, lakin narkotik vasitəni götürmək istəyərkən saxlanıldığını və savadsız olduğu, eyni zamanda polis əməkdaşları tərəfindən döyüldüyü üçün narkotik vasitələrin ona məxsus olması ilə bağlı etirafedici ifadə verdiyini bildirməklə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxsin narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Elit” ticarət mərkəzinin yaxınlığındakı ərazidən götürüb-götürməməsini, həmin narkotik vasitənin ona məxsus olub-olmamasını, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıb-qalmamasını araşdırmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hissədə razılaşmayaraq qeyd edir ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 23 mart 2024cü il tarixdə 23:50-də Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Bübarizə Bölməsinin və həmin idarənin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 24 mart 2024-cü il tarixdə, saat 00:15-də Binəqədi RPİ-nin MSY-ə təhvil verilmiş və dərhal müdafiəçi ilə təmin edilmişdir. Lakin o, müdafiəçinın iştirakı ilə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan heroini təqdim etmişdir. İbtidai istintaqın sonrakı mərhələlərində, müdafiəçisinin iştirakı ilə dindirilərkən polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı heç bi fikir bildirməmiş, əksinə bu halları təkzib etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəçisi iştirak etməsə də, o bölməyə aparılan kimi dərhal müdafiəçi ilə təmin edilmiş, ibtidai araşdırmanın ilkin mərhələsində, 24 mart 2024-cü il və 25 mart 2024-cü il tarixlərdə müdafiəçinin iştirakı ilə dindirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı müdafiəçisinin iştirak etməməsi onun müdafiə hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsin narkotik vasitələrin onun tərəfindən qabaqcadan götürmək üçün İran vətəndaşı ilə razılaşdığı yerdən götürməməsi və həmin bağlamanın bölmədə polis əməkdaşları tərəfindən etiraf etməsi üçün qarşısına qoyulması barədə vermiş olduğu ifadəsi öz təsdiqini tapmamış və məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi deyil, ibtidai istintaq zamanı vermiş olduğu xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli ifadələri daha mötəbər və inandırıcı hesab edilməlidir. Belə ki, üzərindən heroin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu həmin ifadələri digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolları, şahidlərin ifadələri, həbs qətimkan tədbiri seçilərkən məhkəmədə özünü təqsirli bilməsi ilə, “WhatsApp” yazışmaları və danışıqları ilə də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, təqsirləndirilən hadisəni ayrıntılı bir şəkildə anlatmışdır. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı yuxarıda qeyd olunan ifadələrində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni narkotik vasitənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə üzərində olan narkotik vasitəni təqdim etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs heroini satış məqsədi ilə əldə edib saxlaması və daşıması ilə bağlı qeyd edir ki, sonuncunun narkotik vasitə heroini xüsusilə külli miqdarda əldə etmişdir. Həmin narkotik vasitənin çəkisi şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, məhkəmə istintaqında tədqiq olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan mesajların bilavasitə narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı olması onun həm narkotik vasitəni satış məqsədilə əldə etməsinə dəlalət edir. Verilmiş ittihamda Təqsirləndirilən şəxs qabaqcadan bir qrup şəxs tərəfindən qeyd olunan cinayəti törətməsi göstərilmiş və məhkəmə həmin ittihamın doğru olması qənaətinə gəlir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenum qərarında da göstərilmişdir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Təqsirləndirilən şəxsin ifadəsindən də aydın olur ki, İran İslan Respublikasının mobil operatoruna məxsus +**********69 saylı mobil nömrədən ona mesaj gəlmiş və aralarında olan danışıq zamanı İslan Respublikası vətəndaşı olan şəxs ona “kokos” kimi tanınan narkotik vasitənin qoyulduğu yerin şəklini atmış və həmin narkotik vasitəni götürməsini bildirmişdir. Bundan sonra o, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Elit” ticarət mərkəzinin sağ tərəfində ağaclıq olan yerdə təkərin içərisində olan bükümü götürmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs İİR vətəndaşı olan şəxslə narkotik vasitəni əldə etməmişdən əvvəl onun götürülməsi və hansı formada realizə edilməsi barədə razılığa gəlmiş və sonuncunun dediyi yerdən götürməklə faktiki olaraq narkotik vasitə, psixotrop maddəninin əldə etmə, daşıma və saxlama ibarət hərəkətlər hər ikisinin hakimiyyəti altında olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun həbs edildiyi vaxtdan, yəni 23 mart 2024-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Hökm qanuni qüvvəyə mindikdən sonra Binəqədi RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi ekspertiza tədqiqatından sonra qalıq qalmış 1879,6 qram narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarında olan 2 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarına sərf edilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə Müdafiəçi1 vəkil işlədiyi “Prospekt” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 23 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Binəqədi RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1879,6 qram narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarında olan 2 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarına sərf edilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 ödənilməsi üçün “Prospekt” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-458/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-458/2025
10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver