Məhkəmə qərarları › İş №1(101)-459/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-459/2020

06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-459/2020 06.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1997-ci il aprelin 08-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2019-cu il noyabrın 02-də saat 1230 radələrində ünvan 2 ünvanının qarşısında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı silah qismində istifadə edilən bıçağı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib sonuncunun 200 manat pulunu ələ keçirərək quldurluq etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsi ilə elan edilən ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, 2019-cu il noyabrın 02-də saat 1245 radələrində Əhməd Cavad küçəsindəki parkda olarkən Bakı şəhərindəki Bülbül adına orta məktəbdən tanımaqla adlarını bilmədiyi üç nəfər oğlan görmüş, yaxınlaşıb tanış olduqda birinin adının Cavanşir, digərlərinin sonuncunun qardaşı və dostu olduqlarını öyrənmişdir. O, həmin oğlanı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs kənara çəkərək ehtiyacı olduğunu bildirməklə pul istəmiş, oğlan isə ona üzərində 200 manat olduğunu demişdir. Bundan sonra onlar uşaqları həyətdə qoyub gəzə-gəzə «X8» tərəfə addımlamışlar, oraya çatanda o, yenidən Cavanşirdən pul xahiş etmiş, oğlanın pul qabından çıxartdığı 200 manatı götürərək öz yaşadığı ünvana getmişdir. Hadisə zamanı üzərində bıçaq olmamışdır. Hazırda zərər çəkmiş şəxs ilə barışıq əldə etmişdir. Əməlindən çox peşmandır. İş üzrə yetkinlik yaşına çatmayan 2002-ci il 19 dekabr təvəllüdlü zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhərindəki Bülbül adına orta məktəbdə təhsil almışdır. 2019-cu il noyabrın 02-də saat 1130-da dərsdən sonra qardaşı Şahid1 və məktəb yoldaşı Şahid4 ilə birlikdə «Monolit» adlanan binanın həyətindəki skamyada əyləşərkən iki nəfər şəxs onlara yaxınlaşmış, uşaqlardan biri, özünü Orxan kimi təqdim edən şəxs, adını sonradan bildiyi Təqsirləndirilən şəxs əvvəllər 190 saylı orta məktəbdə oxuduğunu bildirmiş, o, sonuncuya Bakı şəhərindəki Bülbül adına orta məktəbdə oxuduqlarını dedikdə Orxan tanıdığı bir neçə şagirdin adını çəkməklə tanışlıq yaradıb üzərində xırda pul olub-olmadığını soruşaraq ondan siqaret almağını xahiş etmiş, göstərilən vaxt sonuncunun yanındakı şəxs getmişdir, onlar isə mağazaya tərəf yollanmışlar. Mağazanın qarşısında Orxan cibindən mobil telefon çıxarmaqla kimləsə danışırmış kimi davranmış, «X8»na tərəf bərabər gedib bir nəfər şəxsdən ona borclu olduğu 10 manat pulu götürərək qayıtmaqlarını bildirəndə o, Orxanla razılaşmışdır. Onlar «İçərişəhər»in ensiz məhəllələrinin birinə daxil olduqda sonuncu cibindən çıxartdığı bıçağı onun sağ yan hissəsinə sıxmaqla ondan pul kisəsini tələb etmiş, Orxanın ona xəsarət yetirə biləcəyindən qorxub cibindən pul kisəsini çıxararaq sonuncuya vermiş, Orxan pul kisəsindəki 200 manat pulu götürməklə qaçıb oradan uzaqlaşmışdır. Hazırda ona vurulan maddi ziyan tamamilə ödənildiyindən təqsirləndirilən şəxslə barışmışdır, Orxana qarşı heç bir tələbi, iddiası və şikayəti yoxdur. İş üzrə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid1 qardaşı olan yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə uyğun ifadə verərək sonuncu ilə Bakı şəhərindəki Bülbül adına orta məktəbdə təhsil aldığını, 2019-cu il noyabrın 02-də saat 1130 radələrində Cavanşirin təzəlikcə tanış olduqları Təqsirləndirilən şəxs ilə «X8»nın yanına getməklə geri gələcəklərini bildirəndən sonra Şahid4 məktəbə qayıtdığını, aradan 15-20 dəqiqə keçsə də Cavanşirin gəlmədiyini görüb çağırdığı qardaşının sinif yoldaşı Şahid3 Cavanşirə zəng vuraraq «İçərişəhər»dəki dar küçələrin birində olduğunu, Orxanın sonuncunun üzərinə bıçaq çıxarmaqla 200 manat pulunu ələ keçirdiyini öyrəndiyini, birgə gedib Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə hadisə ilə bağlı müraciət etdiklərini göstərdi. İş üzrə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid3 yetkinlik yaşına çatmayan Şahid1 ilə analoji ifadə verərək Bakı şəhərindəki Bülbül adına orta məktəbdə təhsil aldığını, hadisə günü, 2019-cu il noyabrın 02-də saat 12 radələrində sinif yoldaşı Zərərçəkmiş şəxs zəng vuranda sonuncunun həyəcanlı halda «İçərişəhər»dəki Müslüm Maqomayev küçəsi, 63 ünvanında olduğunu, Orxan adlı şəxsin üzərinə bıçaq çıxarmaqla 200 manat pulunu götürüb qaçdığını bildirdiyini, oğlanın qardaşı Şahid1 ilə birlikdə həmin yerə getdikdə Cavanşirin çox əsəbi vəziyyətdə gördüyünü göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid2 övladı olan Şahid3 ilə oxşar ifadə verərək hadisədən 2019-cu il noyabrın 02-də axşam saatlarında işdən evə gələndə xəbər tutduğunu göstərdi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ilkin izahat verərkən və şübhəli şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikasının CM-nin 181.2.5.-ci maddəsi ilə elan edilən ittihamda özünü təqsirli bilib 2019-cu il noyabrın 02-də saat 1245 radələrində Əhməd Cavad küçəsindəki parkda tanış olduğu Cavanşiri söhbətə çəkərək yaxınlıqdakı «X8»na tərəf aparmaqla pula ehtiyacı olduğunu bildirdiyini, bu zaman əlində fırlatdığı açıq vəziyyətdəki bıçağı sonuncunun gördüyünü, bundan sonra Cavanşirin çıxarıb verdiyi 200 manatı götürərək yaşadığı ünvana getdiyini, cibində həmişə «Beş mərtəbə» adlanan ərazidəki piyada keçidində xırdavat satılan yerdən bir manata aldığı bıçaq gəzdirdiyini göstərmişdir (iş vərəqi 11-13 və 34-36). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş yetkinlik yaşına çatmayan Şahid4 iş üzrə şahid qismində dindirilərkən Bakı şəhərindəki Bülbül adına orta məktəbdə 10-cu sinifdə təhsil aldığını, 2019-cu il noyabrın 02-də saat 13 radələrində baş vermiş hadisədən əvvəl Cavanşir və Şahid1 qardaşları ilə bir yerdə olduğunu, dərsin başlama vaxtı çatdığından məktəbə qayıtdığını, bir neçə gündən sonra həmin tarixdə tanış olduqları Orxan adlı şəxsin Cavanşirin üzərinə bıçaq çıxartdığını və pulunu aldığını eşitdiyini göstərmişdir (iş vərəqi 148-150). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 05 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi bir ədəd bıçağı könüllü təqdim etmişdir (iş vərəqi 9). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 05 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 2245-də Azərbaycan Respublikasının CM-nin 180.1.-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 29). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 06 noyabr tarixli protokoldan görünür ki, cinayətin törədilməsində istifadə edilən bir ədəd bıçaq yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən tanınmış, fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 53-54). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 06 noyabr tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Cavanşir Arif oğlu X4 Tağıyevi tanıyaraq sonuncunun onun üzərinə bıçaq çıxarıb pulunu tələb edən şəxs olduğunu bildirmiş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 55-57). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 06 noyabr tarixli üzləşdirmə protokolundan görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsini təsdiqləmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs isə deyilənləri təkzib etmişdir (iş vərəqi 58-60). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 07 noyabr tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 181.2.5.-ci maddəsinə tövsif olunaraq o, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 71 və 73-74). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2019-cu il 07 noyabr tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 2019-cu il noyabrın 05-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 90- 92). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 27 noyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs istintaqdakı ifadəsindən fərqli olaraq hadisənin «X8»nın yanında deyil, «İçərişəhər»dəki Böyük Qala küçəsində baş verdiyini, pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs pul istədiyini və sonuncunun ona 200 manat pul verdiyini, göstərilən vaxt bıçağın cibində olduğunu bildirmiş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 111-113). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 15 yanvar tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu, Müslüm Maqomayev, 63 ünvanında baş vermiş hadisəni təfsilatı ilə izah etmiş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 134-137). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il yanvarın 17-də tərtib etdiyi tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 2016-cı il mayın 13-də Bakı şəhərinin Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CMnin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2016-cı il iyulun 28-də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin «28 May- Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında» 2016-cı il 20 may tarixli Qərarına əsasən üzərində 10 ay müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 2016-cı il oktyabrın 13-də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 18 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (iş vərəqi 139 və 171-173). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasına dair 2019-cu il 17 dekabr tarixli 30668 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici-deşici xassəyə malik, təsərrüfat-məişət təyinatlı, açılıbqatlanan, açıq vəziyyətdə 167 mm uzunluğundakı turist bıçağı soyuq silah hesab edilmir; ekspertiza tədqiqatının dəyəri 40 manatdır (iş vərəqi 154-155). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 27 yanvar tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd bıçaq iş üzrə maddi sübut hesab olunmaqla maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (iş vərəqi 156). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 2019cu il 24 dekabr tarixli 2664 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda və ittiham olunduğu cinayət əməlinin törədildiyi dövrdə hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamaqla onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmiş; həmin dövrdə sonuncu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır; Təqsirləndirilən şəxs emosional-iradi sferasında qıcığa qarşı həssaslıq müşahidə olunmaqla o, hövsələsizlik, kobudluq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilməsə də sonuncu özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər (iş vərəqi 159-161). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 2020-c il 13 yanvar tarixli 62 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamaqla sonuncu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək, hadisəni düzgün qavrayıb təsvir etmək iqtidarında olmuşdur, onun intellektual-mnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər, sonuncu fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır, ünsiyyətcillik, həssaslıq, mübahisəyə və konfliktə meyilli olmamaq kimi xüsusiyyətlərə malikdir; onda özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmamaqla ona qarşı edilən hərəkətlərin xarakterini və mənasını anlamaq, dərk etmək qabiliyyətinə malikdir, hadisə zamanı emosional hallardan asılı olaraq müqavimət göstərə bilərdi (iş vərəqi 162-164). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 01 fevral tarixli protokollardan görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan şahidlər Şahid3 və Şahid4 ilə, sonuncu yetkinlik yaşına çatmayan Şahid1 ilə, yetkinlik yaşına çatmayan Şahid3 sonuncu ilə üzləşdirilərkən ifadələrini təsdiq etmişlər (iş vərəqi 174-187). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 07 fevral tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.5.-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanmaqla barəsində seçilən həbs qismində qətimkan tədbiri nəzərə alınmış, barəsində Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.2.-ci, 181.2.3.-cü, 181.2.4.-cü, 181.3.2.-ci, 181.3.3.-cü, 182-ci və 228.4.-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, sonuncunun 2019-cu il noyabrın 02-də törətdiyi cinayət əməli cinayətlərin residivi kimi qəbul olunmamış, Zərərçəkmiş şəxs və Şahid1 barəsində Azərbaycan Respublikasının CM-nin 297-ci maddəsi ilə, Təqsirləndirilən şəxs yanında olmuş naməlum şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 180-ci və 181-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir (iş vərəqi 195-207). İş materiallarındakı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı Vəkil Bürosu tərəfindən təqdim olunan 2020-ci il 12 fevral tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 50 iş saatı müddətində müdafiə olunmuşdur (iş vərəqi 219). Məhkəməyə təqdim edilən notariat qaydasında təsdiq olunmuş 2020-ci il 29 iyul tarixli ərizədən görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona vurulan maddi ziyan tamamilə ödənildiyindən Təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir tələbi, iddiası və şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəməyə təqdim edilən Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzinin arayışının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin 2017-ci il 25 mart tarixli ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışın kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs kəskin virus hepatit «C» sarılıqlı forma, hepatosplenomeqaliya, xolesistit, habelə kəskin qarın-mədə xorası perforiyası, yayılmış perifonit diaqnozları qoyulmuşdur. Məhkəməyə təqdim edilən İV-JQ 477918 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 4 yaşına çatmadığı dövrdə atası X6 2001-cı il yanvarın 16-da kəskin ürək damar çatışmazlığından vəfat etmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.5.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 181.2.5.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatı və şübhəli şəxs qismində özünün etirafedici, şahid ifadəsi, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla gənc olmasını, xəstəliyini, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Belə ki, Təqsirləndirilən şəxs 2016-cı il mayın 13-də Bakı şəhərinin Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2016-cı il iyulun 28-də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin «28 May-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında» 2016-cı il 20 may tarixli Qərarına əsasən üzərində 10 ay müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılaraq 2016-cı il oktyabrın 13-də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 18 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyindən və 2019-cu il noyabrın 02-də Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törədərkən məhkumluğu ödənildiyindən hazırki cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Azərbaycan Respublikasının CM-nin 18.4.3.-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədıyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd bıçaq məhv edilməlidir. 40 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 50 iş saatı; məhkəmədə hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 64 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 384 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2019-cu il noyabrın 05-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.5.-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 2019-cu il noyabrın 05-dən hesablansın. 40 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 384 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar