Məhkəmə qərarları › İş №1(101)-459/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-459/2024

26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-459/2024 26.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 və X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı Ağır Cinayətlar Məhkəməsinin 18 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay 29 gün müddətinə azadlıqdan mahrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qərarı ilə barəsində olan hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi xaric edilmiş, Qaradağ rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş va götürülməmiş, işsiz, ünvan 3, mənzil 19-da qeydiyyatda olmaqla barəsində Nərimanov rayon məhkəməsinin 3 mart 2023cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd qızıl rəngli kağız bükümdə təmiz çəkisi 0,186 qram olan kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə etmiş, üzərində saxlayaraq daşımış və 22 fevral 2023-cü il tarixdə, saat 14 radələrində Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nizami rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sol yan cibindən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,186 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd sellofan bükümdə külli miqdarda olmaqla təmiz çəkisi 5,467 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və 02 mart 2023-cü il tarixdə saat 18:50 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında saxlanılaraq həmin idarənin ünvan 4nında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,467 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitələrinin istifadəçisidir. Birinci dəfə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularkən üzərində narkotik vasitə aşkar edilsə də, ikinci dəfə o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Elan edilmiş ittiham üzrə satış və təkrarçılıq faktını qəbul etmir. Belə ki, ikinci dəfə tik-tok sosial şəbəkəsinə qoyduğu videoya görə saxlanılmışdır. O, yaşadığı məhəllədə 2 nəfər əməliyyatçı tərəfindən tutulmuş, ona “döyülməklə yükləməyin necə olduğu” bildirilmiş və döyülə-döyülə Polis İdarəsinə aparılmışdır. Fiziki təzyiqə məruz qaldığından sənədlərə qol çəkdirmişdir. Barəsində Bakı şəhəri Nərimanov rayon məhkəməsində həbs qətimkan tədbiri seçilərkən polis əməkdaşları tərəfindən döyülməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadə verərək göstərmişdir ki, ona təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin saxlanması və dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. 02 mart 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o rəhbərlik etmişdir. Təqsirləndirilən şəxsin yeri Nizami rayonu Bəhruz Nuriyev küçəsinə müəyyən olunmuşdur. Onlar axşam saat 6-7 radələrində Fərid adlı şəxsə bənzəyən şəxsə yaxınlaşıb özünü təqdim etdikdən sonra onun anket məlumatlarını dəqiqləşdirmiş, təqsirləndirilən şəxsi qərarla tanış etdikdən sonra onu idarəyə dəvət etmişdirlər. İdarədə çəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan bir bükümdə psixotrop maddəni könüllü sürətdə onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Əməliyyat məlumatı satışla bağlı olmuş, sonradan satış faktının təsdiq edilib-edilməməsini xatırlamır. Təqsirləndirilən şəxsi videogörüntülərə görə saxlamamış, saxlanılarkən onun bədənində köhnə kəsiklər olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hansısa fiziki və psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, Fərid adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə bu barədə məruzə edildikdən sonra təqsirləndirilən şəxsin əməli ifşa edilmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq idarəyə dəvət olunmuş, təhqiqat otağında üzərinə baxış keçirilərkən həmin şəxsin üzərində bir bükümdə narkotik vasitə olan “heroin” aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni İran vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin əvvəllər narkotik vasitə istifadəçisi olduğu barədə onlarda məlumat olmuşdur. Şəxs tutularkən onlar müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 22 fevral 2023-cü il tarixdə Fərid adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə, günorta saatlarında zahiri görünüşü Fərid adlı şəxsə bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, həmin şəxsə onlarla birlikdə Polis İdarəsinə getməyi təklif etmişdirlər. Təqsirləndirilən şəxs könüllü şəkildə onlarla birlikdə Polis İdarəsinə getmiş, təhqiqatçının otağında təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən əynində olan şalvarın sol yan cibindən siqaretin qızılı rəngli bükümünü təqdim edərək həmin maddənin “heroin” olduğunu bildirmişdir. Şəxsdən narkotik vasitəni haradan aldığını soruşduqda o, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşından öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdi. Əməliyyat məlumatı şəxsin narkotik vasitənin istifadəçisi olduğu barədə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Şahid4 Fərid adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, onlar əməliyyat tədbirində üç nəfər iştirak etmiş, avtomobili Seymur idarə etmişdir. 02 mart 2023-cü il tarixdə, Şahid4, Şahid6 və o əməliyyat axtarış tədbirləri həyata keçirmiş, təqsirləndirilən şəxsi saxlayaraq Baş İdarəyə dəvət etmişdirlər. Onun üzərinə baxış keçirilərkən üzərindən bir bükümdə “metamfetamin” aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs psixotrop maddəni tapdığını və istifadə etmək məqsədilə üstündə daşıdığını bildirmiş, təqsirləndirilən şəxsin üzərindən mobil telefon da aşkar olunmuşdur. Təqsirləndirilən şəxsə hansısa fiziki və psixoloji təzyiq olunmamışdır. Məhkəmə iclasında Şahid3 elan edilərək tədqiq edilən ifadələrindən görünür ki, o digər Şahid1 ifadəsinə uyğun olan, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid6 elan edilərək tədqiq edilən ifadələrindən görünür ki, o digər Şahid4 ifadəsinə uyğun olan, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. “Təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, “Fərid” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə şəxsiyyətinin və yaşadıqları ünvan müəyyən edilərək yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması müəyyən edilmişdir (cild 1, iş vərəqə 5-6). Həmin qərar Bakı şəhəri Nizami rayon məhkəməsinin 24 fevral 2023-cü il tarixli qərarı ilə qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 74-75). “Şəxsi axtarış və götürmə keçirilməsi barədə” 22 fevral 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətlərinin videogörüntüsünü əks etdirən diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o əynindəki göy rəngli cins şalvarının sol yan cibində saxladığı 1 ədəd siqaretin qızılı kağızı bükümünü masanın üzərinə qoymuş, həmin bükümün içərisinə baxış keçirildikdə spesifik qoxuya malik, qəhvəyi rəngli maddələr aşkar edilmişdir. (cild 1, iş vərəqə 35-36). Məhkəmə-kimyəvi ekspertizasının 23 fevral 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №162» dairəvi möhür əksi olan, «..(imza) Təqsirləndirilən şəxs...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərim içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 0,136 qram təşkil etmişdir (cild 1, iş vərəqə 41- 45). “Maddi sübut kimi tanınma haqqında” 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 0, 136 qram olan narkotik vasitə heroinin iş üzrə maddi sübut kimi tanınması, saxlanılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvi verilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 78). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 mart 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətlərinin videogörüntüsünü əks etdirən diskdən görünür ki, Təqsirləndirilən şəxs, sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və satış məqsədilə əldə etməsi barədə daxil olmuş əməliyyat məlumanın yoxlanılması ilə əlaqədar keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 2023-cü il tarixdə saat 18:50 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq həmin İdarəyə gətirilmiş, İdarədə keçirilmiş şəxsi axtarış istintaq hərəkəti nəticəsində üzərindən bir ədəd sellofan bükümdə ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı o, həmin maddənin metamfetamin olduğunu, şəxsi istifadə üçün əldə etdiyini, həmin maddəni kiməsə satmaq, hədiyyə etmək və pay vermək niyyətinin olmadığını həmin (cild 1, iş vərəqə 135-138). Məhkəmə-kimyəvi ekspertizasının 03 mart 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №6» dairəvi möhür əksi «Təqsirləndirilən şəxs aşkar olunan maddə Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,467 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 5,367 qram təşkil etmişdir (cild 1, iş vərəqə 156-156). 17 mart 2023-cü il tarixli maddi sübutların ekspertizası rəyinə rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin, tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan Heroin və Metadon aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir ( cild 2, iş vərəqə 58-61). “Mobil telefona baxış keçirilməsi barədə” 4 mart 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd qara rəngli “Xiomi Redmi” markalı mobil telefon aparatı işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 217). Məhkəmə tibbi ekspertizasının 03 mart 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində göstərilən xəsarətlər aşkar edilmişdir : - sol qaş nahiyəsinin, üst dodağın və döş qəfəsinin ön səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 2 mart 2023-cü ci il tarixdə əmələ gələ bilmələri istisna olunmur və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törəmələri istintaq yolu ilə aydınlaşdırıla bilərdi; - sağ saidin səthi kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərin xarakterini və lokalozasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilmələri daha inandırıcıdır (cild 2, iş vərəqə 67-69). “Maddi sübut hesab edilməsi haqqında” 6 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5, 367 qram olan psixotrop maddə metamfetaminin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanı lmasından ötrü Azərbaycan Respublikası Daxili işlər nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi müəyyən edilmişdir (cild 2, iş vərəqə 120). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatr 11 mart 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müalicə üçün müraciət etməmişdir (cild 2, iş vərəqə 54). “Respublika psixiatriya xəstəxanası” publik hüquqi şəxsinin 29 mart 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqə 57). “Axtarış aparılması haqqında” 19 may 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Nərimanov rayon məhkəməsinin 19 may 2023-cü il tarixli qərarına əsasən ünvan 5 ünvanında beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən 19 nömrəli məzilə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir (cild 2, iş vərəqə 109-118). Məhkəmə-psixiatrik ekspertizasının 16 may 2023-cü il tarixli, rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək, ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 133- 136). "xxxx" MMC-dən daxil olmuş 30 may 2023-cü il tarixli məktuba əlavə edilmiş CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində 055899-93-59 mobil telefon nömrəsi vasitəsilə aparılan danışıqlara baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir (cild 1, iş vərəqə 141-142). 01 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 5, 367 qram metamfetamin saxlanılması üçün Bakı şəhəri Nizami rayon məhkəməsinə göndərilmiş, “Sübutların qiymətləndirilməsi haqqında” 3 iyun 2023-cü il tarixli qərarla isə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0, 136 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,367 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut hesab edilməsi və saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə verilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 153-170). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın (köhnə redaksiyada)1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihama daxil olan ilk epizod üzrə müəyyən edilmiş halları mübahisələndirməsə də 2 mart 2023-cü il tarixdə isə barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən aşkar edilmiş narkotik vasitənin ona aid olmamasını, döyülməsi səbəbindən şəxsi axtarış zamanı, həm də təqsirləndirilən şəxs qismində ifadə verərkən həmin psixotrop maddənin ona məxsus olmasını göstərmişdir. Məhkəmənin təşəbbüsü ilə əldə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 07 avqust 2023-cü il tarixli məktubu ilə müşaiyət edilən tibbi müayinə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs Təcridxanaya daxil olarkən sağ saidin çoxsaylı kəsilmiş yarası, boynun ön, sağ və sol nahiyyəsində stranqulasion şırım müşahidə edilmiş, həmin xəsarətlərin həbs olunan zaman öz-özünə yetirdiyini bildirmişdir. Məhkəmənin təşəbbüsü ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli məktubu ilə müşaiyət edilən 25 iyun 2023-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs döyülməsi ilə əlaqədar şikayəti üzrə aparılmış araşdırma üzrə cinayət işi başlanılması rədd edilmişdir. Qərar qəbul edilərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid4, X6, Şahid5 Təqsirləndirilən şəxs barəsində hər hansı fiziki və mənəvi təzyiq göstərilməsini təkzib etməsi barədə ifadələri, sonuncunun sol qaş nahiyəsinin üst dodağın və döş qəfəsinin ön səthinin sıyrıqları bərk küt əşyanın təsirindən müayindən bir günə qədər əvvəl əmələ gəlməsi, müxtəlif şəraitlərdə törənə bilməsi, sağ saidin səthi kəsilmiş yaralarının müayinədən 3-4 gün əvvəl (yəni tutulmazdan) əmələ gəlməsi, şəxsin özü tərəfindən yetirilməsinin daha inandırıcı olması barədə 02 mart 2023-cü il tarixli məhkəmə tibbi ekspertiza rəyi əsas götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə dindirilməsi protokollarının, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin həmçinin 02 mart 2023-cü il tarixdə də şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən psixotrop maddə metamfetaminin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin və psixotrop maddənin ona məxsus olması işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən sonuncunun üzərindən aşkar edilərək götürülən narkotik vasitənin və psixotrop maddənin təkrarən satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmişdir. "Savalanlı və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli Qərarının məzmunundan aydın olur ki, satış məqsədilə narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə istintaq hərəkətləri axtarış və götürmə aparılması ilə məhdudlaşmamalı, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar müvafiq istintaq hərəkətləri aparılmalı, nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutların, habelə təqsirləndirilən şəxslərin sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanması və müəyyən edilməsinə nail olunmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərək üzərindən narkotik vasitə aşkar edilsə də, yaşadığı evə, şəxsi axtarış istintaq hərəkəti ilə əlaqədar üzərindən aşkar edilərək götürülən telefona, istifadəsində olan telefon nömrəsi vasitəsilə aparılmış danışıqları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış istintaq hərəkəti keçirilərkən sonuncunun əməllərində satış məqsədi olmasına dəlalət edən hər hansı hal müəyyən edilməməmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri elementlərindən biri olan “satış” məqsədinin sübuta yetirilməməsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlləri qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə etmə və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma əməlləri kimi qiymətləndirilməli və müvafiq əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Cinayətlərin təsnifatına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl ağır cinayətlər kateqoriyasına aiddir, hər iki cinayət başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 3 nömrəli sahə inzibati ərazi dairəsi tərəfindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir inzibati orqanlardan və qonşular tərəfindən ərizə, şikayət daxil olmamışdır (cild 2, iş vərəqə 64). Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs barəsində heç bir inzibati orqanlardan və qonşular tərəfindən ərizə, şikayət daxil olmamasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi xaric edilmişdir. Qaradağ rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının 02 iyun 2021-ci il tarixdə bitməsi göstərilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 2, iş vərəqə 137-138). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan altı il müddət keçdiyinə görə məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini, 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi dövrdə az ağır və ağır cinayət törətdiyindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə münasibətdə cinayətlərin residivini, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə münasibətdə isə cinayətlərin təhlükəli residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, törətdiyi əməldən səmimi şəkildə peşman olması kimi barəsində olan yüngülləşdirici halları, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə törətdiyi əməlinə münasibətdə cinayətlərin residivi, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə törətdiyi əməlində cinayətlərin təhlükəli residivi kimi cəzasını ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində Cinayət Məcəlləsinin 65-ci maddələrinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təyin edilmiş cəzalar isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılaraq barəsində qəti cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, 22 fevral 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuş (cild 2, iş vərəqə 23), 24 fevral 2023-cü il tarixində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, tutularaq saxlanıldığı yerdən azad edilmiş(cild 2, iş vərəqə 70-71), 02 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 3 mart 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 2 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 212-214). Ambulator məhkəmə-narkoloji ekspertizasının 24 fevral 2023-cü il tarixli və 3 mart 2023-cü il tarixli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( cild 1, iş vərəqə 80-81, cild 2, iş vərəqə 50-51). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0, 136 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 5,367 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 194 (yüz doxsan dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 42,154). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Zəfər” Vəkil Bürosunun hesabına vəkil X5 tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 5(beş) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdən - 24 fevral 2023-cü il tarixədək tutulduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə və Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0, 136 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 5,367 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 194 (yüz doxsan dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Zəfər” Vəkil Bürosunun hesabına vəkil X5 üçün 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar