Məhkəmə qərarları › İş №1(101)-459/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-459/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-459/2025 11.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: Kərimova Mahirə Nəzər qızı və X4 ibarət tərkibdə, x qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,434 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 28 mart 2024-cü il tarixdə saat 18:00-da ünvan 3 ünvanın qarşısında olarkən hərəkətləri şübhə doğurduğundan Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb ünvan 5 ünvanında yerləşən Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirilərək video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 3,434 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Xətai rayonu, “Şəfa” stadionun yaxınlığında Bakı şəhər Polis İdarəsinin əməkdaşları onu cibgirlik etmək adı ilə saxlamışlar. İdarəyə gətirdikdən sonra cibgirlik əməlini sübuta yetirə bilmədikləri üçün narkotik vasitə ilə ittiham edilmişdir. O narkotik vasitə istifadəçisi deyil. Onu tutulan günü mart ayının 28-i görüntülərini cibgirliklə televizora xəbərlərə də vermişlər. O, polis idarəsində narkotik vasitənin istifadəçisi kimi əməli qəbul etmiş, lakin ittiham başqa maddə üzrə olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o narkotik vasitə istifadə etməmişdir. Onu dostu ilə birlikdə Xətai rayonu ərazisində saxlamışlar. Ona qarşı heç bir fiziki təsir və təzyiq edən olmayıb, yalnız psixi təsir olmuşdur. Onun evi Sabunçu rayonunda yerləşir. O barəsində həbs qətimkan tədbiri ilə bağlı keçirilən məhkəmə iclasında da bu ifadəni vermişdir. O, narkotik vasitə satışı ilə məşğul olmamışdır. Yanında olan dostunun da narkotik vasitə ilə əlaqəsi olmamışdır. Onları dostunun evinin yaxınlığında, “Şəfa” stadionun arxasındakı məhəllədə saxlamışlar. Onları BŞPİ-nin 4 nəfər əməkdaşı saxlamış və 13-cü Polis Bölməsinə təhvil vermişlər. O, narkotik vasitə istifadəçisi kimi polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Onu mart ayının 28-də cibgirliklə saxlanması ilə bağlı xəbərlərdə göstərmişlər. Onu BİT-də qaldıqdan 1 həftə sonra tibbi yoxlanışa aparmışlar. Saxlanan gün - mart ayının 28-i onu tibbi müayinədən keçirməmişlər. Onlar cibgirliyə görə 1 gecə 13-cü PB-də saxlanmışlar, səhəri gün isə narkotik əməli onların boynuna qoyulmuşdur. Polis əməkdaşları ona psixi təsir göstərib demişlər ki, əgər onların verdiyi narkotik vasitəni qəbul etməsə, evindən daha çox miqdarda narkotik vasitə çıxaracaqlar. O bundan əvvəl narkotik vasitə marixuana ilə bağlı tutulmuş, 2007-ci ildə isə azadlığa çıxmışdır. O, narkotik vasitə heroin istifadə etməmişdir. O, sonuncu dəfə 10 il bundan əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Onu “Şəfa stadionu” yaxınlığında saxlamışlar. O, Aqil adlı polis əməkdaşını 13-cü Polis Bölməsində görmüşdür. Aqil adlı şəxs onu saxlamamışdır. Şahidlərin dedikləri doğru deyil. Onu Rövşən adlı dostu ilə birlikdə saxlamışlar. Həmin Rövşən adlı dostuna da AR CM-nin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onların üzərinə şəxsi axtarış ilə bağlı videoçəkilişləri ayrı-ayrı olmuşdur. Onun “Şəfa stadionu”nun arxasında olmağının səbəbi yanında olan dostunun evinə getməyi olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, müxtəlif yerlərdə qiyabi tanıdığı, yəni anket məlumatlarını bilmədiyi, adlarını da dəqiq bilmədiyi şəxslərdən narkotik vasitə heroin əldə edib istifadə etmişdir. 28 mart 2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən «Aygün City» ticarət mərkəzinin qarşısında olarkən yerdə içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd bükümün olduğunu görmüşdür. Narkotik vasitələrdən istifadə etdiyindən həmin bükümü gələcəkdə istifadə etmək məqsədi ilə yerdən götürərək əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün təxminən saat 17:50 radələrində ünvan 7 ünvanının qarşısında olarkən tanışı Rövşən İsmayılov ilə qarşılaşmış, onunla görüşərək söhbət etməyə başlamışlar. Təxminən 10 dəqiqədən sonra, saat 18:00-da həmin ünvanda olarkən 2 nəfər onlara yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirmişlər, ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyini istədikdə üzərində narkotik vasitə olduğundan həyəcanlanmış, ona görə polis əməkdaşlarının verdikləri suallara cavab verməkdə çətinlik çəkmişdir. Həmin vaxt polis əməkdaşları onların narkotik vasitələrin istifadəsində şübhəli apardıqlarını bildirərək 13-cü polis şöbəsinə dəvət etmişlər, o da etiraz etməmişdir. Polis şöbəsində hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə polis əməkdaşı tərəfindən ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar və narkotik vasitələr olduğu halda onları təqdim etmək təklif olunmuşdur. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan bükümü cibindən çıxardıb polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı bükümü açıb baxmış, sorğu zamanı polis əməkdaşına həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, lakin üzərindən heç nə aşkar olunmamışdır. Polis əməkdaşları həmin bükümü bir ədəd zərfdə qablaşdırmış, o və digər iştirakçılar zərfdə imza etmişlər. Sonra üzərində şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolda imza etmişlər. Təqdim etdiyi narkotik vasitəni şəxsi isifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. Yalnız təqdim etdiyi narkotik vasitəni əldə edib saxlamışdır. O, təsadüfən Rövşən İsmayılov ilə görüşmüş, onun üzərində narkotik vasitənin olubolmamasından heç bir məlumatı olmamışdır, Rövşənin narkotik vasitəni hansı məqsədlə əldə etməsindən də məlumatı olmamışdır. Üzərində yalnız polis şöbəsində video çəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Ona qarşı heç bir təzyiq göstərilməmişdir. (cild 1, iş vərəqə 55-57) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 2024-cü ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində sonradan tanışı olduğunu oyrəndikləri bir şəxs ilə birlikdə dayanmışdır. Həmin şəxslərin şübhəli hərəkətləri diqqətlərini çəkdiyi üçün onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxslərə özlərini təqdim etmələrini bildirmişlər. Təqsirləndirilən şəxs və yanındakı şəxs özlərini şifahi qaydada təqdim etsələr də, şəxsiyyətlərini təsdiq edən sənəd üzərlərində olmadığı üçün təqdim etməmişlər. Təqsirləndirilən şəxs və yanındakı şəxsin hərəkətlərindən onların narkotik vasitə istifadə etdikləri şübhəsi yarandığı üçün, həmçinin şəxsiyyətlərini müəyyənləşdirmək məqsədilə hər ikisini şöbəyə dəvət etmişlər. Şöbəyə gətirildikdən sonra təhqiqatçının iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əvvəlcədən əməliyyat tədbiri qurulmamış, belə ki, həmiş şəxslərin hərəkətləri şübhəli gəldiyi üçün onlara yaxınlaşmışlar. Təqsirləndirilən şəxs və yanındakı şəxs Bakıxanov qəsəbəsinin sakinləri deyildirlər və nə üçün orada olduqları barədə tutarlı səbəb göstərə bilməmişlər. O, sahə müvəkkili Şahid2la birlikdə olmuşdur. Y.Əliyev küçəsinin baş əməliyyat müvəkkili odur. Həm Təqsirləndirilən şəxs, həm yanındakı şəxs narkotik vasitənin təsiri altında olmuşlar. Səhv etmirsə hər iki şəxsin şəxsi axtarışında iştirak etmişdir. Hər iki şəxsdən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən bir ədəd şəffaf bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Onlara qarşı heç bir müqavimət göstərməmişlər. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitəni “Aygün City”-nin yaxınlığında tapdığını bildirmişdir. Həmin gün “Şəfa stadionu” yaxınlığında olduğunu xatırlamır. Təqsirləndirilən şəxs mart ayının sonlarında axşamüstü saxlamışlar. Təqsirləndirilən şəxs o özü tutmuş, tutulan zaman hər iki şəxs narkotik vasitə təsiri altında olmuşlar. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 28 mart 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman ünvan 3 ünvanının qarşısında iki nəfər şəxsin özünü şübhəli apardığını görüb onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər, eyni zamanda həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs kimi, digəri isə özünü X1 təqdim edərək, sənədlərinin üzərində olmadığını bildirmişlər və həmin şəxslərə verdikləri suallardan yayınmağa çalışdığını müəyyən edib, onların üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olmasından şübhələnib üzərilərinə şəxsi axtarış keçirilməsi üçün Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə dəvət etmişlər. Saxlanılan şəxslər Təqsirləndirilən şəxs və X5 etiraz etmədən onlarla gəlməyə razılaşmış və onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxslərin xx.xx.1981-ci il təvəllüdlü, Mingəçevir şəhəri, X19 küçəsi ev 14/1, mənzil 24 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs və xx.xx.1978-ci il təvəllüdlü, əvvəllər CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 234.1- ci maddələri ilə məhkum olunmuş, ünvan 9 ünvanında qeydiyyatda olan və yaşayan X5 olması müəyyən edilmişdir. Bundan sonra hər iki şəxs barəsində araşdırma aparılmasından ötrü şöbə rəisinə raporta məruzə edilmişdir. Həmin şəxslərdən Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması təhqiqatçı Kənan Əliyevə tapşırılmışdır. Şöbədə xidməti otaqda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi təyin olunaraq ona təqdim edilmiş və şübhəli şəxs qismində tutularaq bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etdikdən sonra onun üzərinə müdafiəçinin iştirakı olmadan “Samsung” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs əynində, paltarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş maddə, əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə kakos olduğunu, 28 mart 2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Aygün City” ticarət mərkəzinin qarşısından tapdığını, şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmiş, lakin, onun üzərində heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan büküm təhqiqatçı tərəfindən qablaşdırılmış və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolla tanış olduqdan sonra imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair heç bir məlumat əldə edilməmişdir. (cild 1, iş vərəqə 122-124) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində şübhəli hərəkətləri ilə diqqətlərini çəkən iki nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslərin hər ikisini Sabunçu rayon 13-cü Polis Bölməsinə dəvət etmişlər. Şöbəyə gətirildikdən sonra təhqiqatçının iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, əvvəlcədən əməliyyat tədbiri qurulmamışdır. Həmin vaxt onlar ərazidə gəzirmişlər. Təqsirləndirilən şəxs üzərindən nəyin aşkar olduğunu xatırlamır. Təqsirləndirilən şəxs qarşı tərəflərindən fiziki və ya psixi təsir göstərilməmişdir. Səhv etmirsə Təqsirləndirilən şəxs günorta saatlarında yaxınlaşmışlar. Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yaxınlaşmışlar. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru vəzifəsində xidmət edir. Polis kapitanı rütbəsindədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 28 mart 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitani Şahid1 ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman ünvan 3 ünvanının qarşısında iki nəfər şəxsin özünü şübhəli apardığını görüb onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər, eyni zamanda həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs kimi, digəri isə özünü X1 təqdim edərək, sənədlərinin üzərində olmadığını bildirmişlər və həmin şəxslərə verdikləri suallardan yayınmağa çalışdığını müəyyən edib, onların üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olmasından şübhələnib üzərilərinə şəxsi axtarış keçirilməsi üçün Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə dəvət etmişlər. Saxlanılan şəxslər Təqsirləndirilən şəxs və X5 etiraz etmədən onlarla gəlməyə razılaşmış və onlar həmin şəxsləri polis şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxslərin xx.xx.1981-ci il təvəllüdlü, Mingəçevir şəhəri, X19 küçəsi ev 14/1, mənzil 24 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs və xx.xx.1978-ci il təvəllüdlü, əvvəllər CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 234.1-ci maddələri ilə məhkum olunmuş, ünvan 9 ünvanında qeydiyyatda olan və yaşayan X5 olması müəyyən edilmişdir. Bundan sonra hər iki şəxs barəsində araşdırma aparılmasından ötrü şöbə rəisinə raporta məruzə edilmişdir. Həmin şəxslərdən Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması təhqiqatçı Kənan Əliyevə tapşırılmışdır. Şöbədə xidməti otaqda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi təyin olunaraq həmin şəxslərə təqdim edilmiş və şübhəli şəxs qismində tutularaq bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etdikdən sonra onun üzərinə müdafiəçinin iştirakı olmadan "Samsung" markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs əynində, paltarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş maddə, əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda İçərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə kakos olduğunu, 28 mart 2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində "Aygün City" ticarət mərkəzinin qarşısından tapdığını, şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmişdir. Lakin, üzərində heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan büküm təhqiqatçı tərəfindən qablaşdırılmış və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolla tanış olduqdan sonra imzası ilə təsdiq etmişdir. (cild 1, iş vərəqə 125-127). Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək PŞ-nə gətirilmişdir. (Cild 1, iş vərəqə 3-4) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutularaq azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 18:00-dan tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 5, 14) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddəni təqdim edərək, həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakıxanov qəsəbəsində “aygün siti” ticarət mərkəzinin qarşısından tapdığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 23, 25-26) Məhkəmə-kimyəvi ekspertizasının 29 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1713 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: ‘Azərbaycan Respublikası DİN Zərflər üçün № 160” dairəvi möhür əksi, “vət. X6 üzərindən aşkar olunmuş 1 büküm maddə... şübhəli şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,434 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi; 3.434 qr. sərf edildi: O.lqr. qalıq: 3.334 qr. (Cild 1, iş vərəqə 32-36) «Diskə baxış keçirilməsi haqqında» 29 mart 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasında xidməti otaqda təhqiqatçı, polis kapitanı X11 tərəfindən Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmetin olduğu təqdirdə təqdim etsin. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edir. Həmin bükümün içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu, xx.xx.2024cü il tarixdə səhər saatlarında Bakıxanov qəsəbəsində “Aygün City” ticarət mərkəzinin qarşısından tapdığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə qəhvəyi rəngli maddə qablaşdırılır və möhürlənir, üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır. (cild 1, iş vərəqə 47) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 48-49) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-175/2024 saylı qərardan (hakim: A.Z.Rzayev) görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 66-67) Cinayət işinin başlanılması və icraata götürülməsi haqqında 29 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan respublikası CM-nin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 70) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 71) xx.xx.2024-cü il tarixli ittiham aktından görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı tərtib edilmiş və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmişdir. (cild 1, iş vərəqə 75-84) Maddi sübut kimi tanınma haqqında 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 3,434 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış 3,334 qram narkotik vasitə heroinin saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 88-89) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Məmmədov X8 şəhər Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 3-cü hissəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məmmədov X8 şəhər Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 221.2.1-ci maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Moskva şəhəri Marıto rayonu 259 saylı sahə Sülh Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 158-ci maddəsinin 1-ci hissəsinə əsasən 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Moskva şəhəri Basman rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 318-ci maddəsinin 1-ci hissəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Moskva şəhəri Sever Butov rayonu Sülh Məhkəməsinin 16 saylı Sahə Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 158ci maddəsinin 1-ci hissəsinə əsasən 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.5 və 29.180.1-ci maddəsinə əsasən 01 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə 02 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (cild 1, iş vərəqə 93-96) Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 1, iş vərəqə 97-101) Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsinin verdiyi xx.xx.2024cü il tarixli, 49-2/2-3975 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü PŞ-nə müvafiq əməliyyat tapşırığı verilmiş, alınmış cavabla müəyyən edilmişdir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək və onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. (cild 1, iş vərəqə 103) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2256 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 104-105) Diskdə olan məlumatlara baxış keçirilməsi haqqında 17 iyun 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 9411/24 saylı məktubuna əlavə edilmiş CD diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı mobil nömrəyə xx/xx/2023-cü il tyarixdə saat 00:00:00-dan xx/xx/2024-cü il tarixdə saat 00:00:00-dək olan dövr ərzində daxil olan və çıxan zənglərin, mesajların siyahısı, anten göstəriciləri və mobil nömrənin məxsusluğunu əks etdirən məlumatlara baxış keçirilmiş və baxış keçirilən zaman cinayət işi üzrə sübut əhəmiyyətli hər hansı məlumatlar aşkar edilməmişdir. (cild 1, iş vərəqə 132) Diskdə olan məlumatlara baxış keçirilməsi haqqında 17 iyun 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 730/24 saylı məktubuna əlavə edilmiş CD diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı mobil nömrəyə xx/xx/2023-cü il tarixdə saat 00:00:00-dan xx/xx/2024-cü il tarixdə saat 00:00:00-dək olan dövr ərzində daxil olan və çıxan zənglərin, mesajların siyahısı, anten göstəriciləri və mobil nömrənin məxsusluğunu əks etdirən məlumatlara baxış keçirilmiş və baxış keçirilən zaman cinayət işi üzrə sübut əhəmiyyətli hər hansı məlumatlar aşkar edilməmişdir. (cild 1, iş vərəqə 133) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X16 17 iyun 2024-cü il tarixli, 8910 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. (cild 1, iş vərəqə 134) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-382/2024 saylı qərardan (hakim: M.S.Zeynalov) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıla müddəti 28 iyul 2024-cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 139-145) Sübutların qiymətləndirilməsi haqqında 30 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olmaması müəyyən edildiyindən, barəsində həmin maddələrlə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası CM-in 234cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməmiş, 02 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 3,434 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspert tədqiqatından sonra qalıq qalmış 3,334 qram narkotik vasitə heroinin saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd DVD formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə, hazırki cinayət işindən zəruri istintaq sənədlərinin kserosurətləri çıxarılmaqla material ayrılmış və əməliyyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü PŞ-nə göndərilmişdir. (cild 1, iş vərəqə 146-156) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-737/2024 saylı qərardan (hakim: S.M.Məmmədli) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 12 avqust 2024-cü il tarixədək uzadılmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olubolmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən Xətai rayonu, “Şəfa” stadionun yaxınlığında Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarının onu cibgirlik etməyi adı ilə saxladıqlarını, Polis İdarəsinə gətirildikdən sonra cibgirlik əməlini sübuta yetirilmədiyi üçün narkotik vasitə ilə ittiham edildiyini, narkotik vasitə istifadəçisi olmadığını, onu tutulan günü mart ayının 28-i görüntülərinin cibgirliklə televizora xəbərlərə də verildiyini, ona polis idarəsində psixi təsir olunduğunu, onu dostu ilə birlikdə BŞPİ-nin 4 nəfər əməkdaşının saxlayaraq 13-cü Polis Bölməsinə təhvil verdiklərini, cibgirliyə görə 1 gecə 13-cü PB-də saxlanıldığını, səhəri gün narkotik vasitənin onların boynuna qoyulduğunu, polislərin ona narkotik vasitəni qəbul etməsə, evindən daha çox miqdarda narkotik vasitə çıxaracaqlarını dediyini, sonuncu dəfə 10 il bundan əvvəl narkotik vasitə marixuana istifadə etdiyini, Aqil adlı polis əməkdaşının onu saxlamadığını və onu 4 nəfər başqa polis əməkdaşının saxladığını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlarla bağlı qeyd edir ki, cinayət işinin materiallarında olan Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2 və Sabunçu RPİ-nin 13-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportla müəyyən edilmişdir ki, 28 mart 2024-cü il tarixdə, saat 18:00 radələrində Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 1 ünvanının qarşısında inzibati ərazidə xidmətdə olarkən iki nəfər şəxs özünü şübhəli aparmış, həmin şəxslər verilən suallardan yayındığı üçün narkotik vasitələrin dövriyyəsində şübhəli bilinib 13-cü PŞ-nə dəvət edilmiş, PŞ-də müəyyən edilmişdir ki, həmin şəxslər Təqsirləndirilən şəxs və X3r. Bundan başqa xx.xx.2024-cü il tarixdə X7 üzərinə şəxsi axtarış və götürmə aparılmasının video görüntüsü olan DVD diskə məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət- Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Belə ki, Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasında xidməti otaqda təhqiqatçı, polis kapitanı X11 tərəfindən Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmetin olduğu təqdirdə təqdim etsin. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edir. Həmin bükümün içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakıxanov qəsəbəsində “Aygün City” ticarət mərkəzinin qarşısından tapdığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə qəhvəyi rəngli maddə qablaşdırılır və möhürlənir, üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır. Bundan başqa cinayət işi üzrə dindirilmiş şahidlər (polis əməkdaşları) Şahid2 və Şahid1 ifadələrində yuxarıda qeyd edilən 28 mart 2024-cü il tarixli raport və həmin tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokolun məzmununa uyğun ifadə verərək göstərilən halları bir daha təsdiq etmişlər. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahidlər öz ifadələrində Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən heç bir psixi və fiziki zorakılıq edilmədiyini və belə halın şahidi olmadıqlarını bildirmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra ona qarşı hər hansı psixi təsir edilməsinə və üzərindən aşkar edilmiş narkotik vasitənin polislər tərəfindən şərlənərək üzərinə qoyulmasına, həmçinin onu polis əməkdaşı Şahid1 saxlamadığını, dörd nəfər başqa şəxslərin ona yaxınlaşaraq tutduqlarına, həmçinin, mart ayının 28-i görüntülərinin cibgirliklə televiziyada xəbərlərdə verildiyinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı psixi təzyiqə məruz qalmasına və üzərindən aşkar edilmiş narkotik vasitənin polislər tərəfindən üzərinə qoyulması ilə bağlı məlumat verməmiş, həmçinin, üzərindən aşkar edilmiş maddənin narkotik vasitə olan “kakos” olduğunu, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakıxanov qəsəbəsində “Aygün City” ticarət mərkəzinin qarşısından tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə 30 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində etirafedici ifadə verərək ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bildiyini göstərmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cibgirliklə saxlanılması, saxlanılan zaman və bundan sonra polis əməkdaşları tərəfindən ona psixi təsir və təzyiq edilərək narkotik vasitənin onun boynuna qoyulması yuxarıda sadalanan sübutların məcmusuna əsasən məntiqi görünmür. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində narkotik vasitələrdən istifadə etmədiyini, narkotik vasitələrin alüdəçisi olmadığını bildirmişdir. Bununla bağlı hissədə məhkəmə qeyd edir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2256 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi olmadan külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, istintaq protokolları ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin ittihamı bütünlükdə mübahisələndirdiyi hissədəki ifadələrini, onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları, cinayət işinin materialları, şahidlərin ifadələri, üzərinə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmənin qənaəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 3,434 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində daşıyaraq saxlamışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda ibtidai istintaq zamanı eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən külli miqdarda ümumi təmiz çəkisi 3,434 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs həm şəxsi axtarış keçirilməsi istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə heroinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələri satış məqsədi olmadan əldə etməsinə və əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl cinayətlərin təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına aiddir, başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, X9 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə 02 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7556/3-12 saylı məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Belə olan halda, cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəasına görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxsə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. "Məhkəmə Hökmü Haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, həmçinin, çəkisini, iş üzrə cəzasını yüngülləşdirən halların müəyyən edilməməsini, iş üzrə cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətlərin residivinin olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun faktiki tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 28 mart 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkiləri 3,334 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 28-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkiləri 3,334 qram olan narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış və götürmə görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar