Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-460/2020 10.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi x4, Zərərçəkmiş şəxs, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Bakı şöbəsinin prokuroru x3 və müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili x2 iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir: belə ki, Təqsirləndirilən şəxs 11 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi-15 ünvanda yerləşən avtomobil yuma məntəqəsində işləyən Zərərçəkmiş şəxs avtomobil yuyarkən fotoşəkilini çəkməsi ilə əlaqədar aralarında yaranmış mübahisədən sonra Zərərçəkmiş şəxs mobil telefonun «WhatsApp» proqramı vasitəsi ilə onun ünvanına təhqiredici ifadələr yazıb göndərdiyi üçün 12 iyun 2019-cu il tarixdə saat 01 radələrində qeyd edilən ünvanda Zərərçəkmiş şəxs ilə görüşmüş, sonuncu onun ünvanına nalayiq ifadələri təkrarən işlətdikdən sonra aralarında baş vermiş münaqişə zamanı üzərində gəzdirdiyi cib bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, 11 iyun 2019-cu il tarixdə günorta saatlarında istifadəsində olan 1986-cı il buraxılışlı “VAZ 2106” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomaşınını yaşadığı məhəllədə, Namətin işlədiyi avtoyuma məntəqəsində, yuduzdurmuş, özü avtomaşına əyləşmiş, Namətin maşını yuyan yerdə şəkilini çəkmiş, Namət ona nəyə görə şəkil çəkdiyini soruşduqda, o, Namətlə mübahisə etmək istəmədiyindən və avtomaşına görə krediti ödəməyə tələsdiyindən avtomaşını sürərək oradan uzaqlaşmış, krediti ödəyib işlədiyi maşın bazarına getmiş, həmin zaman Namət “WhatsApp” sosial şəbəkə vasitəsi ilə ona yazılı məlumat göndərmiş, Namətin yazdıqlarını oxuduqda ona qarşı nalayiq ifadələri şəkilini çəkməyinə görə işlətdiyini aşkar etmiş, heç bir cavab verməmiş, həmin gün, yəni 11 iyun 2019-cu il tarixdə, saat 23 radələrində o, işini bitirib yaşadığı ünvan 3 ünvanına getmiş, evə daxil olmuş, istifadəsində olan mobil telefonun internetini açdıqda orada ona Namət tərəfindən çox sayda “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə zənglərin və mesajların olduğunu görmüş, Namətin yazdıqlarını oxuduqda Namətin ona nalayiq ifadələr və söyüşlər işlətdiyini görmüş, Namətə cavab yazaraq ona qarşı nəyə görə belə sözlər işlətdiyini, onu söydüyünü demiş, avtoyuma məntəqəsində olduğu təqdirdə oraya gələcəyini Namətə demiş, bundan başqa onun Namətə söyüş söyməməsini dediyi halda Namət onu ağır söyüşlərlə təhqir etmiş, onlar bir qədər “WhatsApp” sosial şəbəkəsində danışdıqdan sonra görüşmək qərarına gəlmişlər, o, Namətə sonuncunun işlədiyi avtoyuma məntəqəsinə gələcəyini demiş, 12 iyun 2019cu il tarix saat 24 radələrində evdən çıxıb Namətin işlədiyi avtoyuma məntəqəsinə getmiş, avtoyuma məntəqəsinin yanında bir qədər söhbət etdikdən sonra onlar arxa tərəfə, heç kimin olmayacağı yerə, getmiş, orada Namət onu bir daha ağır söyüşlərlə təhqir etmiş, onu vurmuş, onlar dalaşmağa başlamış, Namətin ondan fiziki cəhətdən güclü olduğunu, onu döyəcəyini başa düşmüş, iş paltarının cibində olan cib bıçağı ilə Naməti vurmağa başlamış, Namət onu əli ilə vurmuş, onun Naməti vurmağına baxmayaraq onlar dalaşmağa davam etdikləri üçün o Namətin xəsarət alıb-almamasını başa düşməmiş, qardaşı Raqub və tanışı İsmayıl gələrək onları aralamış, Raqub dərhal onu oradan uzaqlaşdırıb evə aparmış, bir qədər sonra Namətin xəsarət almasını eşidib xəstəxanaya getmiş, Namətə baş çəkərək xəstəxana xərclərini ödəmiş, baş vermiş dava-dalaş zamanı aldığı xəsarətlə bağlı Namətdən heç bir şikayəti olmamış, Namətin xəsarət aldığını bilib tutulmaqdan qorxduğu üçün gizlənmiş, Namətə xəsarət yetirdiyi cib bıçağını hadisə yerində itirmiş, hadisədən bir ay sonra özünə məxsus olan Samsung markalı mobil telefonu Bakı metropoliteninin Neftçilər stansiyasının çıxışında yerləşən telefon maqazininə satmış, telefonu satarkən içərisindəki şəkilləri, yazışmaları silmiş, buna görə də istintaqa təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, 11 iyun 2019-cu il tarixdə günorta saatlarında dost münasibətlərində olduğu Təqsirləndirilən şəxs sonuncuya məxsus “VAZ 2106” markalı avtomaşını ilə avtoyuma məntəqəsinə gəlmiş, o, həmin avtomaşını yumağa başalamış, avtomaşını yuyan zaman Elman xəlvət onun və həmin vaxt onun yanında dayanan tanışı Ayşənin şəklini çəkmiş, əsəbiləşərək Elmandan şəkil çəkməsinin səbəbini soruşmuş, Elman ona məhəl qoymayaraq avtomaşını sürüb çıxıb getmiş, bir qədər sonra Elmana “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə yazı göndərmış, onun Ayşə ilə şəkilini çəkdiyinə görə, Elmanın nəsli ilə şəkil çəkdirəcəyini sonuncuya bildirmiş, Elmandan moykaya gəlməsini tələb etmiş, avtoyuma məntəqəsinə başqa müştərilər gəldiyi üçün telefonu kənara qoyaraq öz işləri ilə məşğul olmuş, həmin gün saat 23 radələrində Elman ona “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə cavab yazmış, o, həmin sözləri üzünə deyə biləcəyini soruşmuş, 12 iyun 2019-cu il tarixdə saat təxminən 00:10 radələrində Elman onun işlədiyi avtoyuyucu məntəqəsinin yanına gəlmiş, onunla söhbət etməyə başlamış, onunla birlikdə olan Ayşə moykada olmuş, Elmana moykanın arxasına keçməyi təklif etmiş, onlar moykanın arxasına keçərək orada mübahisələrini davam etmişlər, Elman ona “WhatsApp” sosial şəbəkəsində işlətdiyi söyüşləri üzünə qarşı deyə bilib-bilməyəcəyini soruşmuş, o Elmanın üzünə qarşı nəsili ilə şəkil çəkdirəcəyini bir daha demiş, Elman ona qarşı nalayiq ifadələr işlətdiyi üçün onlar dalaşmağa başlamışlar, dalaşan zaman Elman cibindən bıçaq çıxararaq onu qarın və qol nahiyyələrindən bir neçə dəfə vurmuş, səs-küyü eşidib ora gələn Raqub və avtoyuyucu ilə üzbəüz yerləşən kafeni işlədən İsmayıl Elmanı ondan ayırmış, Raqub Elmanı götürüb oradan çıxıb getmiş, İsmayıl ona kömək edərək moykaya gətirmiş, bir müddətdən sonra İsmayıl TTYS-nin 103 xidmətinə zəng edərək təcili tibbi yardım briqadası çağırmış, onu 3 saylı şəhər kliniki xətəxanasına apararaq əməliyyat etmişlər, Təqsirləndirilən şəxs tərəfindən ona dəyilmiş ziyan tam şəkildə ödənildiyi üçün Təqsirləndirilən şəxslə barışımışdır, Elmana qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 12 iyun 2019-cu il tarixdə gecə saat təxminən 12 radələrində işlətdiyi kafenin yanında dayanmış, həmin zaman Elman Namətin işlədiyi avtoyuma məntəqəsinin yanına gəlmiş, sonuncular sözlə mübahisə etməyə başlamış, o, kənarda dayanıb onlara tərəf baxmış, əvvəllər Elmanla Namətin zarafatlaşmalarını gördüyü üçün yenə də zarafat etdiklərini zənn etmiş, bir qədər sonra Elman və Namət avtoyuyucunun arxasına getmişlər, sonra Elmanın qardaşı Raqub gəlmiş, onunla söhbət etməyə başlamış, Raqubla söhbət zamanı Elmanla Namətin olduğu yerdən qışqırıqlar eşitmişlər, həmin yerə doğru qaçmış və Elmanla Namətin dalaşdıqlarını görmüş, dərhal onları aralaşdırmışlar, Raqub Elmanı götürərək oradan uzaqlaşdırmış, o Namətə kömək edərək moykaya gətirmiş, Namət avtoyuma məntəqəsində bir qədər oturmuş, Namətin qarnında qanaxma başladıqdan sonra Ayşə Namətə sarğı və spirt almış, yarasına sürtərək sarğı ilə bağlamış, Namət spirt və sarğıdan istifadə etdikdən sonra halı get-gedə pisləşmiş, o, TTYS-nın 103 xidmətinə zəng edərək təcili tibbi yardım briqadası çağırmış, Namət 3 saylı şəhər kliniki xətəxanasına aparılmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 11 iyun 2019-cu il tarixdə işdə olmuş, axşam saatlarında, saat təxminən 22-23 radələrində, məhəlləyə düşüb orada kafe işlədən İsmayılla söhbət etmiş, bu zaman o, səs-küy eşitmiş, səs küyün olduğu yerə baxdıqda orada qardaşı Elmanın Namətlə dava etdiyini görmüş, dərhal Namətlə Elmana yaxınlaşsb onları aralamış, Elmanı evə aparmış, Elmanın gözündə xəsarəti olduğundan Elmanla Namətin əlbəyaxa dava etdiklərini başa düşmüş, lakin Elmanın Naməti hansı alətlə vurmasını görməmiş, Elmanı evə apardıqda Elmanın əsəbləşib Naməti iti cib bıçağı ilə vurduğunu bilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrində göstərdiklərini təsdiq etmişlər (1-ci cild iş vərəqi 108-111). Baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında olan WhatsApp sosial şəbəkəsində olan yazışmları və Təqsirləndirilən şəxs səs yazısı olan 1 ədəd diski istintaqa təqdim etmişdir və həmin yazışmalara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlədərək onu işlədiyi avtoyuma məntəqəsinə çağırmışdır (1-ci cild iş vərəqi 164- 169). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 19 avqust 2019-cu il tarixli 656 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs nazik bağırsaq ilgəyinin və sol İX qabırğanın zədələnməsi ilə müşaiyət olunan döş qəfəsinin ön sol aşağı nahiyyəsinin qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd və qarının ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmişkəsilmiş yaraları, sol bazunun arxa bayır səthinin 1 (bir) ədəd və sağ saidin ön səthinin səthi kəsilmiş yaraları olmuşdur; qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (əşyaların), ola bilsin bıçağın (bıçaqların) təsirindən törənmişlər və Zərərçəkmiş şəxs 3 saylı ŞKX-na daxil olmasından bir qədər əvvəl olmaqla, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 12 iyun 2019-cu il tarixdə, alınmaları mümkündür; Zərərçəkmiş şəxs döş qəfəsinin ön sol aşağı nahiyyəsində olan 1 (bir ədəd) və qarının ön divarının sağ yarısında olan 1 (bir) ədəd hər biri qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş xarakterli xəsarətlər həm ümumillikdə, həmçinin ayrı-ayrılıqda dərəclərinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər, qalan xəsarətlər isə həm ümumillikdə, həm ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; xəsarətlərin lokalizasiyası və xüsusiyyətlərinə istinad edərək qeyd etmək olar ki, Zərərçəkmiş şəxs bədən səthində müəyyən edilmiş xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi inandırıcı deyil (1-ci cild iş vərəqi 41-44). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 26 oktyabr 2019-cu il tarixli 1065 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ baldırın depiqmentasiya sahəsi olmuşdur; qeyd olunan depiqmentasiya sahəsi sıyrıq izi olub, bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 12 iyun 2019-cu il tarixdə, alınması inkar olunmur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyil (1-ci cild iş vərəqi 74-75,116-118). İşdə olan ambulator məhkəmə-psixatrik ekspertizası üzrə 17 yanvar 2020-ci il tarixli 98 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur; onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir; cinayət işi materiallarından və hal-hazırkı psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb; həmin dövrdə o, öz hərəkətlərinin faktiki xaraketrini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur; buna görə də x5 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır; onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altında düşmür; yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır; Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 178, 92-94). İşdə olan ambulator məhkəmə-fonoskopik ekspertizası üzrə 7 fevral 2020-ci il tarixli 2419 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD-R-də olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissəsində verilmiş yazılı mətnlərdən ibarətdir. Təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD-R də olan mübahisəli fonoqramlardaki danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlətində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi ehtimal ki, Təqsirləndirilən şəxs məxsusdur (1-ci cild iş vərəqi 170-171, 2-ci cild iş vərəqi 119-123). İşdə olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur (3-cü cild iş vərəqi 54). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x1 İdarəsindən alınmış 02 noyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 120-121). İşdə olan axtarışda olan şəxsin tutulması haqqında 15 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-cü cild iş vərəqi 52). İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 15 sentyabr 2019-cu il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 95-97). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oməsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni 6 (altı) ildən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinn tələbləri nəzərə alınmaqla) cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 15 sentyabr 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinn tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 15 sentyabr 2019-cu il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-fonoskopik ekspertiza üzrə tədqiqatın dəyəri – 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 sentyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə iş üzrə məhkəmə-fonoskopik ekspertiza üzrə tədqiqatın dəyəri - 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-460/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-460/2020
10.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver