Məhkəmə qərarları › İş №1(101)-460/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-460/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-460/2023 28.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 29 avqust 1992-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilmiş, Kürdəmir şəhəri, E.Mikayılov küçəsi, ev 10-da qeydiyyatda olub, faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək daşımış və saxlamışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 3,805 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş külli miqdarda təmiz çəkisi 3,805 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 29 avqust 2022-ci il tarixdə saat 12:30-da Xətai rayonu, Oksigen küçəsi, ev 13 ünvanının qarşısında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, polis əməkdaşı olduqlarını dedikdən sonra onu Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə aparmış, orada video çəkiliş aparılmaqla üzərinə baxış keçirmişlər. O, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd psixotrop maddə olan metamfetamini könüllü şəkildə təqdim etmişdir. O, həmin psixotrop maddə olan metamfetamini 20 manata Xətai rayonu ərazisində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən almış, onun üzərində həmin vaxt həqiqətən də psixotrop maddə olsa da, həmin maddənin çəkisi ittiham aktında qeyd olunduğu qədər olmamışdır. O, yalnız bir istifadəlik dozada psixotrop maddə almışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, heç bir yerdə işləmir, 10 ildir Bakı şəhərində yaşayır. Bakı şəhəri Xətai rayonunda iki qardaşı ilə birlikdə kirayədə yaşayır. Qardaşlarının hər ikisi ticarətlə məşğul olur və onun maddi ehtiyaclarını qardaşları ödəyir. Psixotrop maddəni tutulduğu gün almış, lakin aldıqdan sonra bükümü açıb içinə baxmamışdır. O, hər hansı polis əməkdaşından pul tələb etməmişdir. Saxlanılan zaman müdafiəçi gəlməmiş, müdafiəçi daha sonra gəlmişdir. Üzərində küllü miqdarda narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Psixotrop maddəni 20 manat müqabilində, bir dəfəlik istifadə üçün almışdır. O, hesab edir ki, bir dəfəlik doza külli miqdar təşkil edə bilməz. Əvvəllər də narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün məhkum olunmuş, lakin əvvəllər heç vaxt psixotrop maddədən istifadə etməmişdir. İlk dəfə tutulduğu gün metamfetamin almış, lakin tutulduğu üçün istifadə edə bilməmişdir. Aldıqdan sonra psixotrop maddənin çəkisini ölçməmiş, lakin satıcıya sifariş verərkən bir istifadəlik maddə sifariş vermiş, ödənişi də ona uyğun, yəni 20 manat ödəmişdir. Ona görə də hesab edir ki, psixotrop maddənin çəkisi 3 qram ola bilməzdi, çünki heç kim 3 qram psixotrop maddəni 20 manata satmaz. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında şübhəli şəxs qismində saxlayaraq, polis şöbəsinə gətirmişlər. Polis şöbəsində videogörüntü vasitəsilə təhqiqatçı tərfindən onların iştirakı ilə şəxsin üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması və onun istifadəsi ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs saxladıqları ünvanı dəqiq xatırlamır. Təqsirləndirilən şəxs üzərindən xatırladığı qədəri ilə narkotik vasitə olan heroin aşkar edilmiş, təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir təzyiq olmamış, Təqsirləndirilən şəxs polis bölməsinə şübhəli şəxs qismində gətirilmişdir. O, narkotik vasitənin istifadəçisi kimi şübhəli olmuşdur. Yalnız ifadəsində göstərdiyi proseslərdə, o cümlədən şəxsi axtarışda iştirak etmiş, şəxsi axtarış təhqiqatçı tərəfindən keçirilmiş, şəxsi axtarışda təhqiqatçı, çəkiliş aparan və iki nəfər hal şahidi iştirak etmişdir. Şəxsi axtarışda hal şahidi kimi o və Şahid1 iştirak etmişdir. Çəkiliş aparılan zaman müdafiəçinin iştirak edib-etməməsini dəqiq xatırlamır. Videoçəkiliş əksər halda idarənin işçiləri tərəfindən keçirilir. Şəxsi axtarışda təhqiqatçı, video çəkiliş aparan şəxs, o və Seymur iştirak etmişlər. Video çəkilişi kimin apardığını bilmir. Hal şahidi dedikdə o, özlərini nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxsi əməliyyat məlumatı əsasında saxlamışlar. Qrup rəhbərinin kim olduğunu dəqiq xatırlamır. Əməliyyatda neçə nəfərin iştirak etdiyini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs saxlanılmasında bir neçə əməkdaş iştirak etmişdir. Məhkəmə iclasında şahidin iş üzrə əhəmiyyət kəsb edən bir çox halları xatırlamadığını bildirməsi və yaranmış ziddiyyətlə əlaqədar Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid2 cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş ifadəsində göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri BPİ-nin DYP-nin əməkdaşı polis baş serjantı X1 raportla polis bölməsinə müraciət edərək, həmin tarixdə Qara Qarayev prospektində bir nəfər tanımadığı şəxsin ona yaxınlaşıb, ondan pul tələb etdiyini, həmin şəxsin narkotik vasitələrin istifadəçisi olması ilə bağlı şübhələndiyi üçün onu PŞ-nə dəvət etdiyi zaman həmin şəxsin əlinə vuraraq qaçdığını bildirmişdir. Həmin şəxs barəsində araşdırma aparılan zaman müəyyən edilmişdir ki, xx.xx.1992-ci il təvəllüdülü ünvan 5 ünvanında qeydiyyatda olan, lakin ünvan 6ayan Təqsirləndirilən şəxsdur. xx.xx.2022-ci il tarixdə saat 12:30-da Xətai rayonu, Oksigen küçəsi ev 13 ünvanının qarşısında saxlanılmış Təqsirləndirilən şəxs Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş və raportla aidiyyatı üzrə əməkdaşa təhvil verilmişdir. Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Sadiq Həsənov Təqsirləndirilən şəxs barəsində “şəxsi axtarış və götürmə” haqqında Qərar qəbul edərək, həmin qərarla gətirilmiş şəxsi tanış etmiş və həmin istintaq hərəkətini video çəkiliş ilə qeyd etmişdir. Həmin video çəkiliş iştrakçıların etirazı olmadan aparılmışdır. “Şəxsi axtarış və götürmə” aparılan zaman şübhəli şəxs Təqsirləndirilən şəxs Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı polis baş leytenantı Sadiq Həsənov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellafona bükülmüş büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellafon bükümün içərisinə baxış keçirərkən həmin bükümün içərisində olan kristal şəkilli narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxsn aşkar olunmuş içərisində narkotik vasitəyə bənzər maddə olan bükümlə bağlı sual verdikdə, sonuncu narkotik aludəçisi olduğunu, həmin bükümün içərisində «Şüşə» kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Həmin narkotik vasitəni Xətai rayonundan tanımadığı şəxsdən 20 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 165 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şahid2 təqsirləndirilən şəxsin saxlanılmasından uzun müddət keçməsi ilə əlaqədar iş üzrə bəzi halları xatırlamadığı üçün məhkəmə iclasında dəqiq ifadə verə bilmədiyini, bu səbəbdən də ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş ifadəsini təsdiq etdiyini bildirmişdir. Bu səbəbdən məhkəmə şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilən Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 28 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla bağlı yol patrul xidmətinin əməkdaşı raportla polis bölməsinə müraciət edərək bir nəfər tanımadığı şəxsin ona yaxınlaşaraq pul tələb etdiyini və o, tələb olunan pulu vermədiyi üçün onu vuraraq qaçdığını bildimişdir. Polis əməkdaşı Şahid2 və o, həmin raportla bağlı araşdırma aparıb, həmin şəxsin şəxsiyyətini müəyyən etmişlər və Şahid2 ilə birlikdə həmin şəxs barəsində əməliyyat tədbiri görmüşlər. Təqsirləndirilən şəxs günorta saatlarında Xətai rayonu, Oksigen küçəsində saxlayaraq narkotik vasitələrin istifadə olunmasında şübhəli olduğunu bildirib, onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində inzibati otaqların birində təhqiqatçı tərəfindən, onların iştirakı ilə şəxsin üzərinə axtarış keçirilmiş və onun üzərindən “şüşə” kimi tanınan metamfetamin aşkar edilmişdir. Şahid1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs pul istədiyi polis əməkdaşı xidməti geyimdə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir təzyiq göstərilməmişdir. O, Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsində və şəxsi axtarışın keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxsin şəxsi axtarışında təhqiqatçı, digər əməliyyat müvəkkili Şahid2, o və video çəkilişi aparan şəxs iştirak etmişdir. Video çəkilişi aparan şəxsin kim olduğunu xatırlamır. Bildiyinə görə təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək vəkilin iştirakı olmadan üzərinə baxış keçirilməsini xahiş etmiş, buna görə də şəxsi axtarış zamanı vəkil iştirak etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edildikdən sonra, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellafon bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellafon bükümün içərisinə baxış keçirərkən həmin bükümün içərisində olan kristal rəngli narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş içərisində narkotik vasitəyə bənzər maddə olan bükümlə bağlı sual verildikdə, sonuncu narkotik aludəçisi olduğunu, həmin bükümün içərisində «Şüşə» kimi tanıdığı narkotik vasitə olduğunu bildirmiş, həmin narkotik vasitəni Xətai rayonundan tanımadığı şəxsdən 20 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (iş vərəqə: səh. 29-30). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 29 avqust 2022-ci il tarixli «video görüntülərə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellafon bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellafon bükümün içərisinə baxış keçirərkən həmin bükümün içərisində kristal rəngli narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş içərisində narkotik vasitəyə bənzər maddə olan bükümlə bağlı sual verdikdə, sonuncu narkotik aludəçisi olduğunu, həmin bükümün içərisində «Şüşə» kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Həmin narkotik vasitəni Xətai rayonundan tanımadığı şəxsdən 20 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (iş vərəqə: səh. 50). Tədqiq olunan protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» 29 avqust 2022-ci il tarixli protokolun məzmununa uyğundur. Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan 5 dəqiqə 7 saniyəlik videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun məzmunu ilə eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/4610 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №16» möhür əksi, «Şübhəli şəxs... Ə.Aslan..» və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3.805 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin»-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: səh. 36-39). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin xx.xx.2022-ci il tarixli, 5627 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 82-83). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» Publik Hüquqi şəxsin 15 sentyabr 2022-ci il tarixli 8547 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb (iş vərəqə: səh. 73). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ibtidai istintaq orqanının «əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında» 30 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3.805 qram olan ağ rəngli, kristal şəkilli kütlə, kustar üsul ilə hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 01 bükümdə ümumi çəkisi 3.705 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək, Nizami RPİ-nin MSSK-nə təhvil verilmişdir. Həmçinin həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində keçirilmiş «Şəxsiaxtarış və götürmə» prosesinin əks olunduğu «CD» disk maddi sübüt kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (iş vərəqə: səh. 68). Cinayət işinin materiallarında olan 18 oktyabr 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin əldə olunma mənbəyinin müəyyən edilməsi məqsədi ilə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqə: səh.84-89). Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin çəkisi ilə razılaşmayaraq, həmin maddənin çəksinin 3.805 qram deyil, daha az çəkidə olması ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxs öz ifadəsində həmçinin, aldığı psixotrop maddənin çəkisini ölçmədiyini, onun hansı çəkidə olduğunu dəqiq bilmədiyini, psixotrop maddəni aldıqdan sonra bükümü açıb baxmadığını, lakin onu 20 manat müqabilində aldığı üçün çəkisinin daha az olduğunu güman etdiyini bildirmişdir. Cinayət işinin materiallarından isə aydın olur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə videomüşahidə altında şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellafon bükümdə aşkar olunmuş maddə qanunvericiliyə uyğun şəkildə qablaşdırılaraq müvafiq olaraq ekspertizaya göndərilmiş və ekspertiza rəyinə əsasən həmin maddənin psixotrop maddə metamfetamin olduğu, çəkisinin isə 3.805 qram təşkil etdiyi qeyd olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxs öz ifadəsində ehtimallara əsaslandığından, o, aldığı psixotrop maddənin çəkisini ölçmədiyini və hansı çəkidə olduğunu dəqiq bilmədiyini, habelə həmin maddəni aldıqdan sonra qeyd olunan bükümü açıb baxmadığını bildirdiyindən məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin 3.805 qram olmaması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir, təqsirləndirilən şəxsin həmin ifadəsinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və öz ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə cinayət işinin materiallarına əlavə edilmiş sübutlarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin psixotrop maddə metamfetamin olduğu, çəkisinin isə 3.805 qram təşkil etdiyi tam təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetaminin təmiz çəkisi 3.805 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş metamfetamin psixotrop maddəsinin külli miqdar həddində olmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli hökmü ilə 1 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Başqa sözlə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını onun barəsində Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 29 sentyabr 2022-ci il tarixli 5627 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun əvvəlki məhkumluqları ödənilməklə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs statusunda olmasını nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 29 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 avqust 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Nizami RPİ-nin məsul saxlancında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalmış 01 bükümdə ümumi çəkisi 3.705 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, habelə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 46 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 276 (iki yüz yetmiş altı) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd bükümdə ümumi çəkisi 3.705 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı vəkil Bürosunun vəkili Müdafiəçi 276 (iki yüz yetmiş altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar