Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-460/2024 23.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X4 və X8, Təqsirləndirilən şəxs və onun müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Sərkər oğlunun iştirakları ilə, xx xxxx 1974-cü ildə Tümen vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməklə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə metamfetamini satıb qazanc əldə etmək məqsədi ilə istintaqla şəxsiyyəti müəyyən edilməmiş “Əmrah” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2023-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonunun ərazisində naməlum vaxt və şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən “Əmrah” adlı şəxsə 1500 manat ödədikdən sonra sonuncudan satış məqsədi ilə qanunsuz olaraq 53,981 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 6,487 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq yaşadığı evində saxlamış, əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə metamfetamini elektron tərəzidən istifadə etməklə ayrı-ayrı bükümlərə bölüb satış üçün hazırlamış, 03 mart 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı ünvan 1 ünvanın yaxınlığında 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,391 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini tanışı Şahid4 20 manata satmış, həmin gün saat 17:10 radələrində ünvan 1 ünvanın qarşısında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi rayon Polis İdarəsinə gətirilib, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara göy zolaqlı idman gödəkçəsinin sol yan cibindən 02 ədəd şəffaf sellofan bükümlərdə təmiz çəkiləri 0,404 qram və 2,473 qram ümumi çəkiləri 2,877 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə onun yaşadığı ünvan 1 ünvanında Binəqədi RPİ-nin əməkdaşları tərəfindən aparılan axtarış zamanı evinin həyətindəki hamam otağında olan dolabın içərisindən satış üçün hazırladığı 01 ədəd sellofan torbanın içərisindən 14 ədəd bükümdə ayrı-ayrılqıda təmiz çəkiləri 0,486 qram, 0,476 qram, 0,448 qram, 0,446 qram, 0,469 qram, 0,494 qram, 0,472 qram, 0,449 qram, 0,446 qram, 0,477 qram, 0,444 qram, 0,116 qram, 0,446 qram, 0,427 qram, ümumi təmiz çəkisi 6,096 qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə yuxarıda göstərilən bükümlərdəki psixotrop maddə metamfetaminlə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda 03 ədəd bükümdə təmiz çəkiləri 2,439 qram, 2,087 qram, 0,425 qram və 01 ədəd sellofan torbada təmiz çəkisi 46,153 qram, ümumi çəkisi 51,104 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vastə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, evində olan zaman qapı döyülmüş və qapıya çıxmışdır. Qapıdakılar polis əməkdaşları olmuş, polislər onun qolunu qandallamış və evinə basqın etmişlər, onu da aparıb maşında saxlamışlar. Polislər bir saatdan sonra Kamran adlı şəxsi tutub gətirmiş, ona Kamrana narkotik satdığını bildirmişlər və Kamranı gətirib üzünə dayandırmışlar. Saat təxminən 1-ə 10 dəqiqə qalmış onu Nizamiyə aparmışlar. Saat 2-də artıq bölməyə gətirilmişdir. O, Kamrana heç nə satmamış, görüşməmişdir. Onun nə evində, nə də üzərində heç nə olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs yalnız nəşədən istifadə etdiyini, 2015-ci ildən bu yana narkotik vasitələrdən istifadə etmədiyini, Kamran adlı şəxsi görmədiyini, Kamran adlı şəxsin narkotik vasitə istifadə etdiyini görmədiyini, onda narkotik vasitə olmadığını, telefonda narkotiklə bağlı ona mesaj yazıldığını, amma onun mesaja cavab vermədiyini, ona cəmi 1 dəfə narkotiklə bağlı yazdıqlarını, Əmrah adlı şəxsi tanımadığını, polis işçilərinin onun sağ yan cibinə 1 büküm narkotik qoyduqlarını, amma hansı narkotik vasitə olduğunu bilmədiyini, onların cibinə qoyduqlarını videoçəkiliş zamanı çıxarıb təqdim etdiyini, çəkiliş zamanı nə sual verdilərsə, onların dedikləri kimi cavab verdiyini, onun heroini əvvəllər görmədiyini, yalnız marixuananı tanıdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı X11 ifadəsində göstərdi ki, onlara Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Onlar Təqsirləndirilən şəxs günorta saatlarında Binəqədi rayon X19 yaxınlığında olan küçədə saxlamışlar. Semuru idarəyə aparıb üzərinə baxış keçirtmişlər. Baxış zamanı Semur üzərində olan 2 büküm marixuananı onlara təqdim etmişdir. Semur onlara evində də narkotik vasitə olduğunu bildirmişdir. Onlar Semurun evinə də baxış keçirtmişlər. Onlar evə təhqiqatçı ilə gəlmişlər. Semurun evi həmin X19 yaxınlığında yerləşmişdir. Semur narkotik vasitəni İran vətəndaşından aldığını bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X11 əvvəllər nə Semuru, nə də ki, Şahid4 tanımadığını, onların əvvəlcə Kamranı saxladıqlarını, Kamranın üzərində narkotik vasitə olduğunu, Kamranın onlara narkotik vasitəni Semurdan aldığını bildirdiyini, Semuru günorta saatlarında saxlayaraq idarəyə gətirib üzərində 2 büküm marixuana aşkar etdiklərini, evində də narkotik vasitə olduğunu dediyini, daha sonra Semurun iştirakı ilə evinə gəldiklərini, evində tərəzi və narkotik vasitə aşkar etdiklərini, təqsirləndirilən şəxsin dediklərini təsdiq etmədiyini, onun yalan danışdığını, Semurun narkotiki Biləcəridə Əmrah adlı şəxsdən aldığını dediyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid1 və Şahid2 eyni məzmunlu ifadə verərək şahid X7 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 20 ildir ki, Semuru tanıyır. Son illərdə onunla narkotik istifadəsi ilə məşğul olmağa başlamışdır. Onda olanda Semura vermiş, Semurda da olanda ona vermişdir. Onlar istifadə etdikləri narkotik vasitə metamfetamin olmuşdur. Hər ikisi eyni narkotik vasitədən istifadə etmişlər. Bir gün onlar yenə narkotik vasitədən istifadə etmək fikrinə düşmüşlər. Semur onda narkotik olduğunu demiş və bir yerdə istifadə etmələrini təklif etmişdir. O, yolun qırağına gəlmiş, bu zaman 3 polis əməkdaşının Semuru tutduğunu görmüşdür. O da onların yanına gəlmişdir. Daha sonra X13rşısında polis əməkdaşı onu da saxlamışdır. Ona bura niyə gəldiyini soruşmuş, o da narkotik vasitədən istifadə etməyə gəldiyini demişdir. Onlar da Semurda olan narkotik vasitəni götürüb onun qarşısına qoyub götürməsini demişlər. Ona narkotik vasitəni verəndə o götürmüş və istifadə edəcəyini düşünmüşdür. O, Semurun narkotik vasitə satdığını heç vaxt görməmişdir. Onlar sadəcə ayda, ildə bir dəfə görüşüb narkotik vasitədən istifadə etmişlər. Sonra Semur belə bir bəlaya düşmüş, onu tutub aparmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 4 ildir ki, narkotik vasitədən istifadə etdiyini, narkotik vasitə bəlasından çox çətinliklə təzəlikcə xilas olduğunu, pul tapdıqca narkotik vasitədən istifadə etdiyini, dozasının 0,1-0,2 qram olduğunu, Semuru 20 ildir ki, tanıdığını, Semur da 4-5 ildir ki, narkotik vasitədən istifadə etdiyini, evlərinin arasındakı məsafənin 50 m olduğunu, Semurla ayda 2-3 dəfə görüşdüklərini, hər görüşdükdə narkotik vasitədən istifadə etdiklərini, Semurun narkotik vasitənin haradan alındığı barədə heç bir məlumatının olmadığını, Semurun narkotik vasitə satdığını görmədiyini bildirmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilmiş ifadəsində Şahid4 ifadəsində göstərmişdir ki, uzun müddət olar ki, psixotrop maddə metamfetamindən istifadə edir. Bundan tapmayanda narkotik vasitə heroın istifadə etmişdir. Narkotik vasitə və ya psixotrop maddə qəbul etmədikdə bədənində ağrılar olur. Semur adlı şəxsi o, uzun müddətdir ki, tanıyır, sonuncunun psixotrop maddə və narkotik vasitələri həm satmasını, həm də istifadə etməsini bilir. Araşdırma zamanı Semurun Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. Semurun istifadə etdiyi ***-***-**-** mobil nömrəsi onun mobil telefonunda “Sem” adı ilə qeyd olunmuşdur. 03 mart 2023-cü il tarixdə gecə saat təxminən 03 radələrində Semur özü ona zəng edərək özündə “pati” volduğunu və istəsə gündüz vaxtı gəlib evindən götürə bilməsini demişdir. Odur ki, 03 mart 2023-cü il tarixdə saat 14 radələrində Semurun yaşadığı evin yaxınlığında sonuncu ilə görüşərək 20 manat pul müqabilində 01 ədəd şəffaf sellofan bükümdə şəxsi istifadəsi üçün psixotrop maddə olan “Patı” deyilən metamfetamini almışdır. Həmin metamfetamin olan 01 ədəd şəffaf sellofana bükülmüş bükümü Semurla ayrılandan sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuş və oradan uzaqlaşmağa başlamışdır. 03 mart 2023-ci il tarixdə Semurla görüşdükdən sonra saat təxminən 14:50 radələrində evə qayıdarkən, Bakı şəhəri, Binəqədi rayonu, Qafqaz küçəsində Binəqədi DYPŞ-nin yaxınlığında olarkən 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirmişlər. Bu əməkdaşlar ona narkotik vasitə və psixotrop maddənin istifadəsində, üzərində daşınmasında və saxlanmasında şübhəli olduğunu bildirərək Binəqədi RPİ-nə getməyi təklif etmişlər. O, həmin şəxslərə etiraz etmədən polis idarəsinə gəlmişdir. Binəqədi RPİ-də inzibati otaqların birində ona dövlət hesabına vəkil ayrılmışdır, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkiliş ilə üzərində şəxsi axtarış keçirilmişdir. O, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli “Samsung Duos” markalı mobil telefonunu, gödəkçəsinin sağ yan çibindən isə 1 ədəd şəffaf sellofan torbaya bükülmüş psixotrop maddə metamfetamini və şalvarının sağ yan cibindən 1 ədəd 20 manatlıq əskinası çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmiş, 20 manat pul özünə qaytarılmışdır. Ondan soruşulduqda o, etiraf etmişdir ki, 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs 20 manat pul müqabilində almışdır. Daha sonra protokol tərtib edilərək iştirakçılar tərəfindən imza edilmişdir (cild 1, iş vərəqi 112-114). Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qardaşı X9 ifadəsində göstərdi ki, keçən il mart ayının 3-ü atasıgildə olarkən səs eşitmiş, çıxıb çöldə 2 nəfər, qapıda 3 nəfər görmüş, həmin adamları içəri dəvət etdikdən sonra onlar evi axtarmağa başlamışlar. O, həmin şəxslərdən sanksiyaları olubolmamasını soruşmuş və akt tərtib etmələrini təklif etsə də, həmin şəxslər imtina etmişlər. Onlardan biri - Tariyel Rzaquliyev 2 dəfə gödəkçəsinin cibindən 2 büküm və alışqan çıxardıb döşəyin altına salmaq istəyəndə o, qışqırmış və buna mane olmuşdur. Onlara təzyiq olunmuş, onu vurmuşlar. Daha sonra çıxıb getmişlər. Qardaşı Semurun narkotiklə əlaqəsi olmamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qonşusu X10 ifadəsində göstərdi ki, həmin gün Semurun atasının yas günü olmuş, oraya yığışmışlar. Həyətdə 1-2 nəfər olduğunu görmüş, onların yasa gəldiklərini fikirləşmişdir. Evə keçəndə 2 nəfər mülki formada olan şəxsin evdə axtarış apardığını görmüş, bu zaman Semurun anasının qışqırdığını eşitmişdir. Eyni zamanda ora Semurun qardaşı Samir gəlmiş, Samir həmin şəxslərdən nəyə əsasən axtarış aparıldığını soruşmuş, lakin həmin şəxslər heç bir sənəd göstərməmiş və axtarışa davam etmişlər. Bu vaxt çöldən çağırıb, axtardıqlarının tapıldığı bildirilmiş, evdə axtarış aparanlar çölə çıxmışlar. O da onlarla eyni vaxtda həyətə çıxmışdır. Həyətdəki iki oğlan onlara lazım olan şeyi tapdıqlarını bildirmişlər. Ancaq nə tapdıqlarını göstərməmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli rapotun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda orta boylu, təxminən 45-50 yaşlarında olan “Kamran” adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlaması, daşıması və istifadəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Kamran adlı şəxsin ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 10-11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 03 mart 2023-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop saxlamasında, daşınması və istifadəsi ilə məşğul olmasında şübhəli bilinən xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonu, Ardaniz kəndində anadan olmuş, Daşkəsən rayonu, Kəmərqaya kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Stroydetal küçəsi nömrəsiz fərdi yaşayış evində yaşayan Şahid4 müşahidə etdikdən sonra Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Binəqədi DYPŞnin yanında yerləşən Qafqaz küçəsində əlverişli şərait yarandığından tədbir iştirakçısı ilə birlikdə həmin gün saat 14:50-də Şahid4 saxlanılaraq Binəqədi RPİ-yə gətirilmişdir (cild 1, iş vərəqi 13). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid4 üzərində gəzdirdiyi qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofan torbaya bükülmüş içərisində psixotrop maddəyə bənzər kütlə olan bükümü, qara rəngli gödəkçənin sol yan cibindən qara rəngli 1 ədəd "Samsung Duos" markalı mobil telefonu və şalvarının ön sağ yan cibindən 1 ədəd 20 manatlıq Azərbaycan əskinasını çıxararaq masanın üzərinə qoymuşdur. Sonra isə vətəndaş Şahid4 üzərindən aşkar edilmiş əşyaları təqdim etməsi bildirilmişdir. Vətəndaş Şahid4 masanın üzərində qoyduğu 1 ədəd şəffaf sellofan torbaya bükülmüş içərisində psixotrop maddəyə bənzər kütlə olan bükümün "Patı" adlanan psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Vətəndaş Şahid4 həmin bükümü haradan və kimdən əldə edildiyi soruşulduqda o, həmin bükümü xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində əvvəllər tanıdığı "Semur" adlı şəxsdən Binəqədi rayonunda, Binəqədi DYPŞ-nin yaxınlığında yerləşən yaşadığı evinin qarşısında 20 manata aldığını bildirmişdir. Həmçinin şübhəli şəxsin üzərindən qara rəngli "Samsung Duos" markalı mobil telefonu aşkar olunmuşdur. Vətəndaş Şahid4 üzərində aşkar edilmiş 1 ədəd şəffaf sellofan torbaya bükülmüş içərisində psixotrop maddəyə bənzər kütlə olan büküm qablaşdırılaraq Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 172 nömrəli möhürü ilə möhürlənmişdir. 1 ədəd qara rəngli "Samsung Duos" markalı mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (cild 1, iş vərəqi 22-24). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1327 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün № 171" dairəvi möhür əksi, "(imza) Şahid4" yazısı və imzalar olan zərfdə 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,391qram ağ rəngli kristalşəkilli maddə kustar üsu hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təssdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in İ siyahısına daxildir (cild 1, iş vərəqi 26-29). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında saxlanılaraq Binəqədi RPİ-yə gətirilmiş Şahid4 üzərində şəxsi axtarış aparılarkən o, üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan torbaya bükülmüş içərisində psixotrop maddəyə bənzər kütlə olan bükümün Semur adlı şəxsdən aldığını bildirmişdir (cild 1, iş vərəqi 34). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Semur adlı şəxsin ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 35-36). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 03 mart 2023-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop saxlamasında, daşınması, istifadəsi, satışı ilə məşğul olmasında şübhəli bilinən xx.xx.1974-cü il tarixdə Rusiya Federasiyası, Tümen vilayətində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi (keçmiş Qafqaz küçəsi) ev 30-da qeydiyyatda olan, eyni ünvanda da yaşayan Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra yaşadığı evin qarşısında əlverişli şərait yarandığından tədbir iştirakçısı ilə birlikdə həmin gün saat 17:10-də Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-yə gətirilmişdir (cild 1, iş vərəqi 38). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində ki, qara göy zolaqlı idman gödəkçəsinin sol yan cibindən şəffaf sellofanın içərisində qurudulmuş ot formasında olan iki büküm narkotik vasitə marixuanaya bənzər maddəni, eləcə də həmin gödəkçənin sağ yan cibindən bir ədəd göy rəngli "Nokia" markalı mobil telefonu təqdim edərək həmin narkotik vasitənin ona məxsus olduğunu, onu təxminən 1 ay bundan əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, poliklinikanın yaxınlığında "Əmrah" adlı şəxslə görüşüb ondan ümumilikdə 1500 manat dəyərində marixuana və psixotrop maddə “şüşə” aldığını və 03 mart 2023-cü il tarixdə saat 17:10 radələrində yaşadığı ünvan 8 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq şübhəli şəxs kimi Binəqədi RPİ-yə dəvət edildiyini bildirdi. Həmin narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi və satış məqsədi ilə evinə gətirib həyətdəki tualetdə olan hamam otağındakı dolabın içirisində saxladığını, narkotik vasitələrini aldığı gündən bir qismini satdığını, bir hissəsini istifadə etdiyini, yerdə qalanını isə qeyd etdiyi tualetdəki dolabda saxladığını bildirmişdir. Aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümündə olan narkotik vasitə marixuanaya bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 168 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 65-66). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı ünvan 1 ünvanında axtarış keçirilmiş, axtarış zamanı evin həyətindəki hamamda olan dolabın içində 04 (dörd) büküm yaşıl qurudulmuş ot formasında olan maddə, 14 (on dörd) ədəd içərisində ağ kristal formada olan maddə, 01 (bir) ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar olunmuş kütlələr götürülmüşdür (cild 1, iş vərəqi 71-72). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/333 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs təqdim etdiyi maddə" yazılar və imzalar olan zərfdə 2 ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,404 qram; 2,473 qram, ümumi çəkisi 2,877 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində "Təqsirləndirilən şəxs yaşadığı evin hamam otağında aşkar olunmuş....." yazılar və imzalar olan sellofan torbadakı 1 ədəd sellofan torbada 3 ədəd bükümdə (2 ədəd sellofan, 1 ədəd qırmızı rəngli folqa kağızı bükümüdə), 1 ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 2,439 qram; 2,087 qram; 0,425 qram; 46,153 qram, ümumi çəkisi 51,104 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş marixuanaların ümumi çəkisi 53,981 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş 1 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmadı. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir (cild 1, iş vərəqi 82-85). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1328 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün N172" dairəvi möhür əksi, X3 yaşadığı evin hamam otağından... aşkar olunmuş” yazısı və imzalar olan bükümdəki 14 (on dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,486 qram, 0,476 qram, 0,448 qram, 0,446 qram, 0,469 qram, 0,494 qram, 0,472 qram, 0,449 qram, 0,446 qram, 0,477 qram, 0,444 qram, 0,116 qram, 0,446 qram, 0,427 qram, ümumi təmiz çəkisi 6,096 qram ağ rəngli kristalşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki metamfetaminlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin 28 iyun 2005-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 82-85). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokoldundan görünür ki, şübhəli şəxslər Şahid4 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid4 üzləşdirmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri ondan aldığını bildirmiş, Təqsirləndirilən şəxs digər şübhəli şəxs Şahid4 narkotik vasitə və psixotrop maddə satdığını etiraf etmişdir. Hər iki şübhəli şəxs verdikləri ifadələrini təsdiq etmişdir (cild 1, iş vərəqi 108-109). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Şahid4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, iş vərəqi 110-111). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid4 məxsus 01 ədəd "Samsung Duos" markalı mobil telefon aparatına baxış keçirilmiş, müəyyən edilmişdir ki, aparat standart ölçülü olmaqla, dairəvi formadadır, geniş ekranı və kamerası vardır, işlənmişdir, ekranında çoxsaylı cızıqların olması görsənir, işə salınanda işlədi və ekranı işıqlandı. Müəyyən oldu ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsi həmin mobil telefonda "Sem" adı ilə qeyd olunmuşdur, 03 mart 2023-cü il tarixdə gecə saat 03:42 və 03:45-də Təqsirləndirilən şəxs özü ona zəng etmişdir. Bununla bağlı təqsirləndirilən şəxs Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, psixotrop maddə və narkotik vasitələri həm satması, həm də istifadə etməsi ilə məşğul olan şəxs kimi tanıyır. 03 mart 2023-cü il tarixdə gecə saat 03:42 və 03:45-də Semur özü ona zəng etmiş və demişdir ki, "pati" var və istəsə gəlib gündüz vaxtı onun evindən götürə bilər. Odur ki, 03 mart 2023-cü il tarixdə saat 14 radələrində Semurun yaşadığı evin yaxınlığında onunla görüşərək 20 manat pul müqabilində 01 ədəd şəffaf sellofan bükümdə şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamini almışdır. Digər zənglərin təqsirləndirilən şəxs Şahid4 qohum və yaxınları ilə məişət xarakterli olduğu müəyyən olunmuşdur (cild 1, iş vərəqi 119120). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, iş vərəqi 122-124). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsini əks etdirən diskə baxış keçirilmiş, baxış zamanı DVD diskində olan videogörüntünün faylı açıldıqda aydın görünür ki, axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qərarla tanış edilmiş, ona qanunla dövriyyəsi qadağan edilmış əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara göy zolaqlı idman gödəkçəsinin sol yan cibindən 02 ədəd işərisində qurudulmuş ot formasındakı narkotik vasitə marixuanaya bənzər maddələr olan şəffaf sellofan bükümləri, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd göy rəngli "Nokia" markalı mobil telefonu təqdim edərək bükümdəki narkotik vasitənin ona məxsus olduğunu, təxminən bir ay öncə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 15 saylı şəhər poliklinikasının yaxınlığında "Əmrah" adlı şəxslə görüşüb ondan ümumilikdə 1500 manat dəyərində narkotik vasitə və psixotrop maddə satış və şəxsi istifadəsi üçün aldığını, bundan bir hissəsini satdığını, digər hissəsini satış üçün evində tualet otağında olan hamamdakı dolabın içərisində saxladığını bildirmişdir. Aşkar edilmiş bükümlər zərfdə qablaşdırılmış, şəxsi axtarışın nəticələrinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, DVD diskində olan videogörüntünün faylı açıldıqda aydın görünür ki, Təqsirləndirilən şəxs evində axtarış zamanı özünü tam sərbəst aparaq özü göstərir ki, evinin həyətində hamam otağında məhz haradakı dolabın içərisində nələri saxlayır və nəticədə orada 01 ədəd sellofan torbanın içərisində 14 ədəd bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd sellofan tordbada və 03 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və bunların satışında istifadə etdiyi 01 ədəd elektron tərəzi aşkar edilərək götürülür. Hətta bu zaman Təqsirləndirilən şəxs özü konkret bükümləri göstərərək bildirir ki, hansının içərisində nədir. Aşkar edilmiş bükümlər zərfdə qablaşdırılmış, şəxsi axtarışın nəticələrinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntülərdə olan şəxs özüdür, videogörüntü düzgün və obyektiv çəkilmişdir, axtarışlar zamanı ona qarşı heç bir təzyiqə yol verilməmişdir, üzərində və evindəki hamamda aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni satış və şəxsi istifadəsi məqsədi ilə “Əmrah" adlı şəxsdən ümumilikdə 1500 manata almışdır (cild 1, iş vərəqi 133). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Binəqədi rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəsinin satışı ilə məşğul olduğu təsdiqini tapmışdır, onun cinayət əlaqələrinin, "Əmrah" adlı şəxsin, habelə narkotik vasitə və psixotrop maddənin alıcılarını, hadisənin digər şahidlərinin müəyyən edilmələri üçün tədbirlər davam etdirilir, nəticəsi barədə əlavə məlumat verilcəkdir. Şahid4 barəsində digər təqsirləndirici material yoxdur, sonuncunun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatlar daxil olmamışdır (cild 1, iş vərəqi 189). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 6663 saylı məktubundan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 191). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Binəqədi rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs "Əmrah" adlı şəxs və digərləri ilə cinayət əlaqəsinə girərək narkotik vasitə və psixotrop maddəsinin satışı ilə məşğul olduğu müəyyən edilmişdir, onun cinayət əlaqələrinin, habelə narkotik vasitə və psixotrop maddənin alıcılarını, hadisənin digər şahidlərini müəyyən edilmələri üçün tədbirlər davam etdirilir (cild 1, iş vərəqi 216). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2560 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinodilərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydalarının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3,2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 217-218). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs ilə şahidlər X11, Şahid1 və Şahid2 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, həmin şahidlər ifadələrində göstərdiyi xususatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək istintaq orqanına verdikləri ifadələrini bir daha təsdiq etmişlər (cild 2, iş vərəqi 17-25). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefon aparatına və telefon məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd "Nokia" markalı mobil telefon aparatına və onun istifadə etdiyi ***-***-**-** nömrəsinə dair məlumatları əks etdirən, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, aparat göy rəngdədir, standart ölçülü olmaqla kiçik ölçülü ekranları vardır, işlənmişdir, üzərində cızıqları müşahidə olunur. Baxış zamanı həmin mobil telefon işə düşmədi və ekranı işıqlanmadı, görülmüş tədbirlərlə işə salınması mümkün olmadı. "xxxx" MMC-dən daxil olmuş CD disk açıldıqda içərisində 4 faylın: SMS Tarixçələri (abonent yazan), SMS Tarixçələri (abonenta yazılan), zənglərin Detallaşması (anten dairələri), zənglərin kimə məxsusluğu kimi faylların olduqları müəyyən edildi. Fayllarda tarixlər və vaxt, SMS əlaqəsində olanların nömrələri, nömrələrin kimlərin adlarına olmaları qeyd olunmuşdur. Baxış zamanı müəyyən olunur ki, istintaq maraqlandıran SMS mətnlərı aşağıdakı kimidir: xx-xx-2023 23:10:18 xx-xx-2023 23:10:18 1.1.**********85 1.1.**********74-qaqa daş lazımdır yarı bir tapmaq olar? xx-xx-2023 03:20:36 1.1.**********08 1.1.**********74- Əmi balaca daş varsa ver aşaxda maşda cəkim, xx-xx-2023 21:19:35 1.1.**********08 1.1.**********74 Əmi işim var vaxdın olsa məni yıx, xx-xx-2023 07:09:42 1.1.**********08 1.1.**********74 Əmi gətrmsən mən dedymi, xx-xx-2023 07:09:53 1.1.**********08 1.1.**********74 Õlam ey yatram, xx-xx-2023 11:25:03 xx-xx-2023 13:00:54 1.1.**********76 1.1.**********74 19 vardi hamsini vurdum, xx-xx-2023 22:20:53 1.1.**********97 1.1.**********74 Dost uşağa ot lazımdır 700 800 manatlıq, meni yig. Qeyd edilan SMS mətnləri ilə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması təsdiq olunur. Bundan başqa, Təqsirləndirilən şəxs mobil nömrəsinin anten dairələrinə görə məlumatlarına baxış zamanı 03 mart 2023-cü il tarixdə aşağıdakı məlumatların mövcudluğu aşkar edilmişdir: Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 21 E"/Binagadi ********* xx.xx.2023 15:45:24 GBBK1031D/GBBK 1031 "Bakı şəhəri, Binəqədi rayonu, 70**********74 xx.xx.2023 18:25:23 GBBK 1009E/GBBK 1009 "Bakı şəhəri, Binəqədi rayonu, 7, mikrorayon, S.S.Axundov küçəsi ev 457B"/Binagadi. Bununla təsdiq olunur ki, Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə saat 15:45də yaşadığı evində və ya onun yaxınlığında olmuş, həmin gün saat 17:10-da yaxalandıqdan sonra saat 18:25-da Binəqədi RPİ-nin binasının yaxınlığındakı antenin əhatəsində olmuşdur. Yəni Təqsirləndirilən şəxs ifşa edilməsi zamanı sənədləşmənin həqiqiliyi bir daha təsdiq olunur. Baxış nəticəsində Təqsirləndirilən şəxs cinayət əlaqələrinin müəyyən edilməsi üçün onunla təmasda olan və istintaqı maraqlandıran abonentlər barədə əldə olunmuş məlumatların surətləri əməliyyat tədbirlərinin aparılması üçün Binəqədi RPİ-nin NMB-nin əməkdaşlarına verilmişdir. (cild 2, iş vərəqi 32-33). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Binəqədi rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs cinayət əlaqəsində olan "Əmrah" adlı şəxsi və onunla SMS yazışmaları aparmış şəxsləri müəyyən edilməsi mümkün olmamışdır, onun cinayət əlaqələrinin, habelə narkotik vasitə və psixotrop maddənin alıcılarını, hadisənin digər şahidlərini müəyyən edilmələri üçün tədbirlər davam etdirilmişdir (cild 2, iş vərəqi 40). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Binəqədi rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X5 yaşadığı evdə yas mərasimi keçirilərkən adlarını bilmədiyi polis əməkdaşları tərəfindən hədə-qorxuya və digər qanuna zidd hərəkətlərə məruz qalmalarına dair müraciəti əsasında Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış, toplanmış material üzrə polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq edilməsi öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqi 42-43). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanınmaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş ümumi çəkisi 53,981 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi 6,487 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi, "Azerfon” MMC-dən daxil olmuş məlumatlar yazılmış 01 ədəd CD disk və videogörüntülər yazılmış 01 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, 02 ədəd disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə qurudulmuş marixuananın 53,861 qram və psixotrop maddənin 5,816 qram qalığı və elektron tərəzi saxlanılması üçün Binəqədi RPİnin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 2, iş vərəqi 44-45, 90). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 2, iş vərəqi 68-69). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1974-cü ildə Rusiya Federasiyası, Tümen vilayətində anadan olmuşdur. Evlidir, milliyətcə azərbaycanlıdır. Təqsirləndirilən şəxs ünvan 1 ünvanında daimi pasport qeydiyyatındadır. Qəsəbə ərazisində qeydiyyatda olduğu müddət ərzində Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə vətəndaş Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 153). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlillik vəsiqəsi, veteran vəsiqəsindən görünür ki, xx.xx.1999-cu ildə Təqsirləndirilən şəxs 2-ci dərəcə, 202152 nömrəli əlillik vəsiqəsi, xx.xx.2017-ci ildə 004777 nömrəli əlillik vəsiqəsi, xx.xx.1998-ci ildə, 010545 nömrəli veteran vəsiqəsi verilmişdir (cild 1, iş vərəqi 155-158). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nikah haqqında şəhadətnamə və doğum haqqında şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə X12 ilə nikah bağlamışdır. Himayəsində xx.xx.2019-cu il təvəllüdlü Əlizadə Ülkər adlı qızı vardır (cild 1, iş vərəqi 159-160). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, qurudulmuş marixuananın isə 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olmaması, Şahid4 psixotrop maddə satmaması, özünün narkotik vasitə marixuananın yalnız istifadəçisi olması, onun üzərində və evində ümümiyyətlə narkotik vasitə olmaması, polislərin onun üstünə və evinə narkotik vasitə qoyaraq aşkar etmələri barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirlən şəxs məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin Şahid4 metamfetamin satması həm sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, həm də iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsin narkotikin satışı ilə məşğul olmasına dair onun istifadə etdiyi telefon nömrəsinə daxil olan SMS mətnləri mövcuddur. Bundan başqa, təqsirləndirilən şəxslə Şahid4 arasında ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə zamanı da sonuncu, ondan aşkar edilmiş psixotrop maddəni Təqsirləndirilən şəxs aldığını göstərmiş və Əliyev X2 Kamran Oruc oğluna narkotik vasitə və psixotrop maddə satdığını etiraf etmişdir. Bu hallar onu göstərir ki, həm Təqsirləndirilən şəxs, həm də Şahid4 ibtidai istintaq zamanı ifadələr verərkən səmimi olmuşlar. Ona görə də məhkəmə onların ibtidai istintaq zamanı verdikləri həmin ifadələrini, bu ifadələr işin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul edir. Şahid4 məhkəmədə verdiyi ifadəsinə isə tənqidi yanaşır və belə davranışı onların qonşuluq münasibətlərinin təsirindən irəli gələn halla əlaqələndirir. Məhkəmə, eyni zamanda, yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsin üzərindən və evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların müxtəlifliyini, həmçinin ondan narkotik vasitələrin çəkilməsində istifadə olunan avadanlığın elektron tərəzinin aşkar edilməsi hallarını müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitələri məhz satış məqsədilə əldə etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməklə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlaması və satması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 sentyabr 2005-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir, 09 may 2007-ci il tarixdə vaxtından əvvəl şərti olaraq azad edilmişdir (cild 1, iş vərəqi 161-162). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayətə görə cəzadan azad edildiyi vaxtdan iki ildən çox vaxt keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, müharibə iştirakçısı və əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 53-54, 146-149). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 03 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 53,861 qram qurudulmuş marixuana, 5,816 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Digər maddi sübutlar - təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs üzərinə və evinə keçirilmiş şəxsi axtarış və baxışın gedişatını özündə əks etdirən 01 ədəd disk, "Azerfon” MMC-dən daxil olmuş məlumatlar yazılmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 186 (yüz səksən altı) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 03 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 53,861 qram qurudulmuş marixuana, 5,816 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. Digər maddi sübutlar - təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs üzərinə və evinə keçirilmiş şəxsi axtarış və baxışın gedişatını özündə əks etdirən 01 ədəd disk, "Azerfon” MMC-dən daxil olmuş məlumatlar yazılmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 186 (yüz səksən altı) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-460/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-460/2024
23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver