Məhkəmə qərarları › İş №1(101)-461/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-461/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-461/2022 15.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçilər - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. Sülh küçəsi 8 inzibati binada qeydiyyatda olan, Bakı şəhəri. Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx xxxxxxx 1999-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq abad qəsəbəsi, ev 3E, Şamaxı yolu mənzil 25-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır; belə ki, o, 12 avqust 2021-ci il tarixdə saat 19:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədəndə yerləşən köhnə yanacaq doldurma məntəqəsi adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0.438 qram psixotrop maddə olan metamfetamin əldə edib üstündə saxlamış, həmin vaxı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 1 ünvanda yerləşən 43-cü Polis Bölməsinə gətirilmiş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan qara rəngli çantanın içərisindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,438 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış, daşımış və satmışdır; belə ki, o, İran İslam Respublikasının vətəndaşı «Mürtəza» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 11 avqust 2021 -ci il tarixdə saat 22:25-də Bakı şəhəri, Nərimanov rayonu ərazisində, «Divan Otelə» gedən yolda, «Çiniçi» mağazası ilə üzbəüz yerləşən səkidəki ağacın dibindən kart hesabına ödədiyi 200 manat müqabilində «Mürtəza» adlı şəxsin qoydurduğu külli miqdarda 4,147 qram psixotrop maddə olan metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadığı evdə saxlayaraq elektron tərəzi vasitəsilə bükümlərə böldükdən sonra bir hissəsini yaşadığı evdə saxlamış, bir hissəsini üzərində saxlayaraq daşımış, 12 avqust 2021 -ci il tarixdə saat 19:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədəndə yerləşən köhnə yanacaq doldurma məntəqəsi adlanan yerin yaxınlığında həmin psixotrop maddənin 0,438 qram hissəsini bir ədəd şəffaf sellofan bükümdə Təqsirləndirilən şəxs1 20 manat müqabilində satmış, həmin zaman Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 1 ünvanında yerləşən 43-cü PB-nə gətirilmiş, keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd qara rəngli pul qabının içərisindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,017 qram psixotrop maddə metamfetamin, həmçinin həmin günü saat 21:50 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən 62A saylı evinə baxış zamanı 6 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,420 qram, 0,519 qram, 0,481 qram, 0,496 qram, 0.659 qram. 0.1 17 qram, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 2,692 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və səthində psixotrop maddə metamfetamin izləri müəyyən edilən 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 12 avqust 2021-ci il tarixdə saat 19:10 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədəndə yerləşən köhnə yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs2 20 AZN pul ödəyərək ondan bir bükülüdə el arasında “Patı” deyilən psixotrop maddə olan metamfetamini arıqladıcı dərman kimi istifadə etmək məqsədilə aldıqdan sonra, iki nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərlərində psixotrop maddə olmasından şübhə edildikləri üçün üzərində şəxsi axtarış aparılması məqsədi ilə onları Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-yə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əlində olan qara rəngli əl çantasının içərisindən bir ədəd Bakı kart, bir ədəd qara rəngli Hisense markalı mobil telefon və içərisində ağ rəngli kütlə olan bir ədəd şəffaf rəngli selofan bükülünü çıxarıb masanın üzərinə qoymuş və üzərində başqa bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun, göy rəngli şalvarınin ciblərini açmağı tələb olunduqda, o, şalvarınin ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək göstərmişdir ki, 2021-ci ilin avqust ayında xatırlamadığı sosial şəbəkədə bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxs ona İran vətəndaşı, adının isə “Miirtəza” olduğunu bildirmişdir. Söhbət zamanı o, Miirtəzaya psixotrop maddə olan metamfetamindən istifadə etdiyini bildirdikdə həmin şəxs ona lazım olsa psixotrop maddə təşkil edə biləcəyini bildirmişdir. O da etiraz etməmişdir. Bundan sonra həmin şəxs ona Azərbaycan Respublikasına aid olmayan mobil nömrə vermiş və həmin nömrə ilə bu şəxslə “Whatsapp” sosial şəbəkəsində əlaqə qura biləcəyini bildirmişdir. Həmin şəxs ona “Whatsapp” sosial şəbəkəsində psixotrop maddənin qramını 15 manata satdığını bildirmişdir. Həmin şəxs ona ''Whatsapp1' sosial şəbəkəsində bir hesab nömrəsi göndərmiş, o da həmin hesab nömrəsinə hazırda yadında qalmayan bir yerdə“million” aparatından 200 manat pul köçürmüşdür. Bundan sonra həmin şəxs ona psixotrop maddəni qoyduğu yerin fotoşəklini və məkanını atmışdır. Həmin məlumatlara uyğun olaraq o, axşam radələrində həmin yerə, yəni Bakı şəhəri, Nərimanov metrostansiyasının yaxınlığına gedərək, orada küçədə yerdən sellofan bükümdə psixotrop maddə olan metamfetamini götürüb yaşadığı evə getmişdir. Yaşadığı evdə bir ədəd gümüşü rəngli elektron tərəzidə həmin maddəni özü istifadə etmək üçün bükümlərə ayırmış, bir hissəsini üzərində, bir hissəsini isə yaşadığı evdə masanın üzərində saxlamışdır. Özü tək yaşayır. Yaşadığı evdə ondan başqa heç kəs yaşamır. 12 avqust 2021-ci il tarixdə axşam radələrində tez-tez getdiyi kafedə ofisiant işləyən və əvvəllər bir neçə dəfə birlikdə psixotrop maddə olan metamletamin istifadə etdiyi Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayıb metamletamin istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ilə həmin gün Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədəndə köhnə yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşməyi qərarlaşdırmışlar. Həmin günü saat 19:10 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədəndə köhnə yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs1 ilə görüşüb sonuncuya bir bükümdə psixotrop maddə olan metamletamin vermişdir, həmin metamfetamin üçün Türkanə ona pul verməmişdir. Həmin vaxt iki nəfər mülki geyimdə olan şəxs onlara yaxmlaşaraq özlərini təqdim etmişlər və üzərində psixotrop maddə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onları Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-yə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan bir ədəd «Samsung» markalı mobil telefon, bir ədəd qara rəngli pul kisəsi, pul kisəsinin içərisindən bir ədəd BakıKart, bir ədəd “Bank of Baku” bank kartı, bir ədəd “Unibank” bank kartı, iki ədəd “Kapitalbank” bank kartı, Hind valyutası olan pul əskinası, bir ədəd özünə məxsus 20 manatlıq pul əskinası və içərisində ağ rəngli kütlə olan bir ədəd şəffaf rəngli sellofan bükülü aşkar edilmişdir. Ondan pul kisəsindən aşkar olunmuş şəffaf rəngli selofan bükülüdəki ağ rəngli kütlənin nə olduğunu soruşduqda o, həmin maddənin psixotrop maddə olan metamletamin olduğunu bildirmişdir. O, həmin psixotrop maddəni tutulduğundan bir həftə əvvəl, axşam radələrində İran İslam Respublikası vətəndaşı Mürtəza adlı şəxslə Whatsapp mobil tətbiqi vasitəsilə danışaraq sonuncuya 200 manat pulu əvvəlcədən göndərdiyi bank hesabına ödəyərək, həmin Mürtəza adlı şəxsin əvvəlcədən təyin etdiyi Nərimanov metrosunun yaxınlığında küçədə yerdən götürdüyünü bildirmişdir. O, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün almışdır. Onda bundan əlavə da psixotrop maddə olub olmadığı sual edildikdə, o, yaşadığı ünvanda da bundan əlavə psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra həmin günü onun öz razılığı ilə yaşadığı ünvan 2 ünvana baxış keçirilən zaman evinin girəcəyindəki otaqda masanın iizərinə qoyduğu 6 ədəd şəffaf rəngli selofan bükülüləri təqdim edərək həmin bükülülərin içərisindəki ağ rəngli kütlənin psixotrop maddə olan metamletamin olduğunu, elektron tərəzini isə bükümlərə ayırarkən istifadə etdiyini bildirmişdir. Başqa onun evindən iş üçtin əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən, yaşadığı evdən aşkar edilmiş, həmçinin Təqsirləndirilən şəxs1 vemiş olduğu psixotrop maddələri 2021-ci ilin avqust ayında tutulmamışdan 1 həftə əvvəl yuxanda qeyd etdiyi kimi sosial şəbəkədə tanış olduğu, özünü ona İran vətəndaşı “Mürtəza” adlı şəxs kimi təqdim etmiş şəxslə “Whatsapp” sosial şəbəkəsində danışıb razılaşıb, sonuncunun ona göndərdiyi bank hesab nömrəsinə 200 manat pul göndərməklə və həmin şəxsin də ona psixotrop maddəni qoyduğu yerin məkanım göndərdiyi yerə, yəni Nərimanov metrostansiyası yaxınlığında küçədə yerdən götürməklə əldə etmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantıdır. 11 avqust 2021-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nə xx.xx.1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, subay, əvvəllər məhkumluğu olmayan. Bakı şəhəri Qaradağ rayonu Miişfiqabad qəsəbəsi, ünvan 3 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi G.Ramazanov küçəsi ev 62A ünvanda yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, evli, əvvəllər məhkumluğu olmayan, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sulh küçəsi 8- inzibati binada qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Şamaxılılar məhəlləsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq psixotrop maddələr əldə etmələri, saxlayaraq daşımaları, istifadə etmələri barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması, cinayət əməllərinin ifşa olunması, onların cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Siyamək Səmədov tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, qərarın icrası ilə bağlı əməliyyat qurupu yaradılmış və o, qrupun tərkibinə daxil edilmişdir. Onlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müşahidə edib izlədikdən sonra, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədəndə. Köhnə yanacaq doldurma məntəqəsi adlanan yerin yaxınlığında, 12 avqust 2021-ci il tarixdə saat 19:10-da saxlayaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirmişlər. Paltarlarında, əşyalarında, bədənlərində olması ehtimal edilən psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinaytin izlərinin aşkar olunaraq götürülməsi üçün, polis bölməsi rəisinin göstərişinə əsasən prosessual hərəkətlərin Təqsirləndirilən şəxs1 ilə aparılması polis bölməsinin təhqiqatçısı, polis kapitanı Tural Məmmədova, Təqsirləndirilən şəxs2 ilə isə polis bölməsinin təhqiqatçısı. polis baş leytenantı Tııad Ahyevə həvalə edildi. O, Əliyev M əsail Xalid oğlu ilə aparılan prosessual hərəkətlərdə iştirak etmək tapşırığı almışdır. Təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla, hüquqları izah edildikdən sonra, barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs2 Vaqif oğlu bu barədə qərarla tanış edilərək, paltarında, əşyalarında və bədənində olması ehtimal edilən psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs2 Vaqif oğlu əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli Sasung markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən bir ədəd qara rəngli pul kisəsini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs2 Vaqif oğlundan qara rəngli şalvarının ciblərini açması tələb olunmuş, sonuncunun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan qara rəngli ayaqqabı çıxarılaraq içinə baxıldıqda ayaqqabının da içərisindən heç nə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 Vaqif oğluna masanın üzərinə qoyduğu pul kisəsini boşaltması bildirildikdə, Təqsirləndirilən şəxs2 pul kisəsini açaraq içərisindən bir ədəd Bakı Kart, bir ədəd «Bank of Bak u» kartı, bir ədəd «U ni bank» bank kartı, iki ədəd «Kapital bank» bank kartı, iki ədəd İran İslam Respublikasına aid pul əskinazı, bir ədəd 20 manatlıq pul əskinazını və içərisində ağ rəngli kütlə olan bir ədəd şəffaf sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 pul kisəsindən aşkar olunmuş şəffaf sellofan bükülüdəki ağ rəngli kütlənin nə olduğu soruşulduqda o, həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin psixotrop maddəni bir həftə əvvəl, axşam radələrində, İran İslam Respublikasının vətəndaşı Mürtəza adlı şəxslə Whotsaap mobil tətbiqi vasitəsilə danışaraq, bu şəxsə tələb etdiyi 200 manat pulu əvvəlcədən göndərdiyi bank kart hesabına ödəyib, həmin Mürtəza adlı şəxsin əvvəlcədən təyin etdiyi Bakı şəhəri Binəqədi rayonu «Mal bazarı»nın yaxınlığından götürdüyünü, psixotrop maddəni götürdükdən sonra yaşadığı ünvanda tərəzidə çəkərək bükümlərə ayırdığım və həmin bükümləri müxtəlif şəxslərə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin psixotrop maddəni həm satış, həm də şəxsi istifadəsi üçün aldığını, qramını 15 manatdan alıb 20 manata satdığını, 12,08.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl Təqsirləndirilən şəxs1 20 manat alaraq bir bükülü satdığını, pul kisəsində aşkar olunmuş həmin 20 manatlıq pul əskinazının həmin pul əskinazı olmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 bundan əlavə də psixotrop maddə olub-olmadığı sual edildikdə, o, yaşadığı ünvanda da bundan əlavə psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 götürülmüş maddə qablaşdırılaraq zərfdə Binəqədi RPİ-nin 243 №-li möhürü ilə möhürlənmiş, iştirakçılar, o cümlədən onun tərəfimdən zərf və tərtib edilmiş protokol imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi G.Ramazanov küçəsi ev 62A ünvana baxış və götürmənin aparılması qərara alınmışdır. 12 avqust 2021 -ci il tarixdə saat 21:50-dən başlayaraq Təqsirləndirilən şəxs2 icazəsi və iştirakı ilə ünvana baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı ünvana daxil olaraq evin girəcəyindəki otağın içərisindəki masanın üzərində olan bir ədəd gümüşü rəngli tərəzini və 6 ədəd şəffaf sellofan bükülüləri təqdim edərək, hamin bükülülərin içərisindəki ağ rəgli kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, tərəzini isə onları bükümlərə ayırarkən istifadə etdiyini bildirmişdir. Mürtəzadan aldığı kütlədən sonuncu qalanlar olduğunu əlavə etmişdir. Bundan sonra tərəzi və aşkar edilmiş 6 ədəd büküm ayrı-ayrılıqda qablaşdırılaraq, zərifə qoyulub Binəqədi RPİ- nin 243 №-li möhürü ilə möhürlənmiş, iştirakçılar, o cümlədən onun tərəfimdən zərflər və tərtib edilmiş protokol imzalanmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin KTQ-nin inspektorkriminalisti Şahid2 ifadə verərək göstərmişdir ki, Binəqədi RPİ-nin inspektor-kriminalistidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 12 avqust 2021 -ci il tarixdə saat 19:10da saxlayaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmişlər. Paltarlarında, əşyalarında, bədənlərində olması ehtimal edilən psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinaytin izlərinin aşkar olunaraq götürülməsi üçün, pols bölməsi rəisinin göstərişinə əsasən prosessual hərəkətlərin Təqsirləndirilən şəxs1 ilə aparılması polis bölməsinin təhqiqatçısı, polis kapitanı Tural Məmmədova, Təqsirləndirilən şəxs2 ilə isə polis bölməsinin təhqiqatçısı. polis baş leytenantı Fuad Alıyevə həvalə edilmişdir. O, 12 avqust 2021 -ci il tarixdə saat 20;50~dən başlayaraq Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı. polis kapitanı Tural Məmmədov tərəfindən Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə prosessual hərəkətində iştirak etmişdir. Barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək, paltarında, əşyalarında və bədənində olması ehtimal edilən psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli əl çantasının içərisindən bir ədəd Bakı kart, bir ədəd qara rəngli «Hisesne» markalı mobil telefon və içərisində ağ rəngli kütlə olan bir ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs1 qızma üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 göy rəngli şalvarının ciblərini açması tələb olunmuş, Təqsirləndirilən şəxs1 şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır, Təqsirləndirilən şəxs1 bir ədəd şəffaf sellofan bükümdə nə olması soruşulduqa o, həmin kütlənin «patı» deyilən maddə olduğunu, həmin günü 20 manata M əsail adlı şəxsdən aldığını, özünün istifadə etmədiyini, kiməsə vermək üçün əldə etdiyini bildirmişdir. Həmin maddə qablaşdırılaraq zərfdə Binəqədi RPİ-nin 243 №-li möhürü ilə möhürlənmişdir. Bundan sonra, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyev tərəfindən saat 21:20dən başlayaraq hüquqları izah edildikdən sonra, barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs2 Vaqif oğlu bu barədə qərarla tanış edilərək, paltarında, əşyalarında və bədənində olması ehtimal edilən psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs2 Vaqif oğlu əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli Sasung markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən bir ədəd qara rəngli pul kisəsini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs2 Vaqif oğlundan qara rəngli şalvarının ciblərini açması tələb olunmuş, onun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan qara rəngli ayaqqabı çıxarılaraq içinə baxıldıqda ayaqqabının da içərisindən heç nə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 Vaqif oğluna masanın üzərinə qoyduğu pul kisəsini boşaltması bildirildikdə, Müdafiəçi2 pul kisəsini açaraq içərisindən bir ədəd Bakı Kart, bir ədəd «Bank of Baku» kartı, bir ədəd «Unibank» bank kartı, iki ədəd «Kapital bank» bank kartı, iki ədəd İran İslam Respublikasına aid pul əskinazı, bir ədəd 20 manatlıq pul əskinazını və içərisində ağ rəngli kütlə olan bir ədəd şəffaf sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 pul kisəsindən aşkar olunmuş şəffaf sellofan biikülüdəki ağ rəngli kütlənin nə olduğu soruşulduqda o, həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin psixotrop maddəni bir həftə əvvəl, axşam radələrində, İran İslam Respublikasının vətəndaşı Miirtəza adlı şəxslə Whotsaap mobil tətbiqi vasitəsilə danışaraq, bu şəxsə tələb etdiyi 200 manat pulu əvvəlcədən göndərdiyi bank kart hesabına ödəyib, həmin Mürtəza adlı şəxsin əvvəlcədən təyin etdiyi Bakı şəhəri Binəqədi rayonu «Mal bazarı»nm yaxınlığından götürdüyünü, psixotrop maddəni götürdükdən sonra yaşadığı ünvanda tərəzidə çəkərək bükümlərə ayırdığını və həmin bükümləri müxtəlif şəxslərə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin psixotrop maddəni həm satış, həm də şəxsi istifadəsi üçün aldığını, qramını 15 manatdan alıb 20 manata satdığını, 12.08.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl Təqsirləndirilən şəxs1 20 manat alaraq bir bükülü satdığını, pul kisəsində aşkar olunmuş həmin 20 manatlıq pul əskinazınm həmin pul əskinazı olmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 bundan əlavə də psixotrop maddə olub-olmadığı sual edildikdə, o, yaşadığı ünvanda da bundan əlavə psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 götürülmüş maddə qablaşdırılacaq zərfdə Binəqədi RPİ-nin 243 №-li möhürü ilə möhürlənmiş, iştirakçılar, o cümlədən onun tərəfindən zərf və tərtib edilmiş protokol imzalanmışdır. Bundan sonra, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyev tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi G.Ramazanov küçəsi ev 62A ünvana baxış və götürmənin aparılması qərara alınmışdır. 12 avqust 2021-ci il tarixdə saat 21:50-dən başlayaraq Təqsirləndirilən şəxs2 icazəsi və iştirakı ilə ünvana baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı ünvana daxil olaraq evin girəcəyindəki otağın içərisindəki masanın üzərində olan bir ədəd gümüşü rəngli tərəzini və 6 ədəd şəffaf sellofan bükülüləri təqdim edərək, həmin bükülülərin içərisindəki ağ rəgli kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, tərəzini isə onları bükümlərə ayırarkən istifadə etdiyini bildirmişdir. Mürtəzadan aldığı kütlədən sonuncu qalanlar olduğunu əlavə etmişdir. Bundan sonra tərəzi və aşkar edilmiş 6 ədəd büküm ayrı-ayrılıqda qablaşdırılaraq, zərifə qoyulub Binəqədi RPİ- nin 243 №-li möhürü ilə möhürlənmiş, iştirakçılar, o cümlədən onun tərəfimdən zərflər və tərtib edilmiş protokol imzalanmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin cinayət axtarışı üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4 ifadə verərək göstərmişdir ki, Binəqədi RPİ-nin 43-cü PB-nin cinayət axtarışı üzrə əməliyyat müvvəkkili, polis kapitanıdır, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 12 avqust 2021-ci il tarixdə saat 19:10-da saxlayaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmişlər. Paltarlarında, əşyalarında, bədənlərində olması ehtimal edilən psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinaytin izlərinin aşkar olunaraq götürülməsi üçün, pols bölməsi rəisinin göstərişinə əsasən prosessual hərəkətlərin Təqsirləndirilən şəxs1 ilə aparılması polis bölməsinin təhqiqatçısı, polis kapitanı Tural Məmmədova, Təqsirləndirilən şəxs2 ilə isə polis bölməsinin təhqiqatçısı. polis baş leytenantı Fuad Alıyevə həvalə edilmişdir. O, 12 avqust 2021-ci il tarixdə saat 20:50-dən başlayaraq Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis kapitanı Tural Məmmədov tərəfindən Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə prosessual hərəkətində iştirak etmişdir. Barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək, paltarında, əşyalarında və bədənində olması ehtimal edilən psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli əl çantasının içərisindən bir ədəd Bakı kart, bir ədəd qara rəngli «Hisesne» markalı mobil telefon və içərisində ağ rəngli kütlə olan bir ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs1 üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 göy rəngli şalvarının ciblərini açması tələb olunmuş, T.Heydərovumu şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 bir ədəd şəffaf sellofan bükümdə nə olması soruşulduqa o, həmin kütlənin «patı» deyilən maddə olduğunu, həmin günü 20 manata Məsail adlı şəxsdən aldığını, özünün istifadə etmədiyini, kiməsə vermək üçün əldə etdiyini bildirmişdir. İİ əm in maddə qablaşdırılaraq zərfdə Binəqədi R Pİ-ni n 243 №-li möhürü ilə möhürlənmişdir. İşdə olan 12 avqust 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək, paltarında, əşyalarında və bədənində olması ehtimal edilən psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli əl çantasının içərisindən bir ədəd Bakı kart, bir ədəd qara rəngli «Hisesne» markalı Mobil telefon və içərisində ağ rəngli kütlə olan bir ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs1 üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildikdə, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 göy rəngli şalvarının ciblərini açması tələb olunmuş, onun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 bir ədəd şəffaf sellofan bükümdə nə olması soruşulduqa o, həmin kütlənin «patı» deyilən maddə olduğunu, həmin günü 20 manata Məsail adlı şəxsdən aldığını bildirmişdir. Həmin maddə qablaşdırılaraq zərfdə Binəqədi RPİ-nin 243 №-li möhürü ilə möhürlənmişdir (1-ci cild iş vərəqə 32-34). İşdə olan 12 avqust 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs2 Vaqif oğlu bu barədə qərarla tanış edilərək, paltarında, əşyalarında və bədənində olması ehtimal edilən psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs2 Vaqif oğlu əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli Samsung markalı Mobil telefonu, həmin şalvarın sol yan cibindən bir ədəd qara rəngli pul kisəsini, çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs2 Vaqif oğluna qara rəngli şalvarının ciblərini açması tələb olunmuş, onun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan qara rəngli ayaqqabı çıxarılaraq içinə baxıldıqda ayaqqabının da içərisindən heç nə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 Vaqif oğluna masanın üzərinə qoyduğu pul kisəsini boşaltması bildirildikdə, o, pul kisəsini açaraq içərisindən bir ədəd Bakı Kart, bir ədəd «Bank of Baku» kartı, bir ədəd «Unibank» bank kartı, iki ədəd «Kapital bank» kartı, iki ədəd İran İslam Respublikasına aid pul əskinazı, bir ədəd 20 manatlıq pul əskinazı və içərisində ağ rəngli kütlə olan bir ədəd şəffaf sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 pul kisəsindən aşkar olunmuş şəffaf sellofan bükülüdəki ağ rəngli kütlənin nə olduğu soruşulduqda o, həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin psixotrop maddəni bir həftə əvvəl, axşam radələrində, İran İslam Respublikasının vətəndaşı Mürtəza adlı şəxslə WhatsApp Mobil tətbiqi vasitəsilə danışaraq, bu şəxsə tələb etdiyi 200 manat pulu əvvəlcədən göndərdiyi bank kart hesabına ödəyib, həmin Mürtəza adlı şəxsin əvvəlcədən təyin etdiyi Bakı şəhəri Binəqədi rayonu «Mall bazarı»nın yaxınlığından götürdüyünü, psixotrop maddəni götürdükdən sonra yaşadığı ünvanda tərəzidə çəkərək bükümlərə ayırdığını və həmin bükümləri müxtəlif şəxslərə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin psixotrop maddəni həm satış, həm də şəxsi istifadəsi üçün aldığını, qarnını 15 manatdan alıb 20 manata satdığını. 12.08.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl Təqsirləndirilən şəxs1 20 manat alaraq bir bükülü satdığını, pul kisəsində aşkar olunmuş həmin 20 manatlıq pul əskinazının həmin pul əskinazı olmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 bundan əlavə də psixotrop maddə olub-olmadığı sual edildikdə, o, yaşadığı ünvanda da bundan əlavə psixotrop maddə olduğunu bildirmişdir. Həmin maddə qablaşdırılaraq zərfdə Binəqədi RPİ-nin 243 №-li möhürü ilə möhürlənmişdir (1-ci cild iş vərəqi 87-89). İşdə olan 12 avqust 2021-ci il tarixli «ünvana baxış keçirilməsi, maddi sübutların götürülməsi haqqında» protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyev tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi G.Ramazanov küçəsi ev 62A ünvana baxış və götürmənin aparılması qərara alınmışdır. 12 avqust 2021-ci il tarixdə saat 21:50dən başlayaraq Təqsirləndirilən şəxs2 icazəsi və iştirakı ilə ünvana baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı ünvana daxil olaraq evin girəcəyindəki otağın içərisindəki masanın üzərində olan bir ədəd gümüşü rəngli tərəzini və 6 ədəd şəffaf sellofan bükülüləri təqdim edərək, həmin bükülülərin içərisindəki ağ rəgli kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, tərəzini isə onları bükümlərə ayırarkən istifadə etdiyini bildirmişdir. Mürtəzadan aldığı kütlədən sonuncu qalanlar olduğunu əlavə etmişdir. Bundan sonra tərəzi və aşkar edilmiş 6 ədəd büküm ayrı-ayrılıqda qablaşdırılaraq, zərifə qoyulub Binəqədi RPİ-nin 243 №-li möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfimdən zərflər və tərtib edilmiş protokol imzalanmışdır (1-ci cild iş vərəqi 92-93). İşdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 avqust 2021-ci il tarixli 5(001)- 1147/2021 №-li qərarından görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı X3 «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 11 avqust 2021 -ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir (1-ci cild iş vərəqi 172-175). İşdə olan «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, kompakt diskə «HP» markalı kompüterdə «Media Player» proqramı vasitəsi ilə baxılmışdır. Diskin yaddaşında 01 ədəd, «00771» adlı adlı faylın mövcüdluğu müəyyən edilmişdir. Həmin layl açılaraq, keçirilmiş baxış zamanı çəkilişin xidməti otaqda aparıldığı, otaqda ümumilikdə 5 nəfər şəxslərin olduğu görünür. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis kapitanı Tural Məmmədov özünü təqdim etdikdən sonra, orada iştirak edən Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3, həmin PB-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid4, barəsində şəxsi axtarış aparılacaq şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Binəqədi RPİ-nin KTQ-nun ekspert-kriminalisti Şahid2 təqdim edir. Daha sonra təhqiqatçı tərəfindən iştirakçıların hüquq və vəzifələri izah edilir, həmçinin Təqsirləndirilən şəxs1 üzərində «şəxsi axtarış və götürmə» aparılmasının əsaslarını izah edir. Təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs1 üzərində olan əşaları təqdim etməsi təkil olunur. Təqsirləndirilən şəxs1 əlindəki qara rəngli çantanın içərisindən bir ədəd Bakı kartı, bir ədəd mobil telefonu və bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edir. Sellofan bükümün içərisində ağ rəngli kristal halında maddə olduğu görünür. Təqsirləndirilən şəxs1 həmin maddənin «patı» adlanan maddə olduğunu, 20 manata Məsail adlı şəxsdən aldığını bildirir. Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. «00771» faylda olan çəkiliş 7 dəqiqə 03 saniyə müddətində bitir (1-ci cild iş vərəqi 55). İşdə olan «diskə baxış keçirilməsi haqqında» prtotokoldan görünür ki, kompakt diskə «HP» markalı kompüterdə «Media Player» proqramı vasitəsi ilə baxılıb. Baxış keçirildikdə görünür ki, diskin yaddaşında 02 ədəd, «00772» və «00773» adlı fayllar mövcuddur. «00772» saylı fayl açılaraq, keçirilmiş baxış zamanı çəkilişin xidməti otaqda aparıldığı, otaqda ümumilikdə 5 nəfər şəxslərin olduğu görünür. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyev özünü təqdim etdikdən sonra, orada iştirak edən, Binəqədi RPİ- nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X8, həmin PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, barəsində şəxsi axtarış aparılacaq şübhəli şəxs Təqsirləndirilən şəxs2 və Binəqədi RPİ-nin KTQ-nun ekspert- kriminalisti Şahid2 təqdim edir. Daha sonra təhqiqatçı tərəfindən iştirakçıların hüquq və vəzifələri izah edilir, həmçinin Təqsirləndirilən şəxs2 üzərində «şəxsi axtarış və götürmə» aparılmasının əsaslarım izah edir. Təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs2 üzərində olan əşaları təqdim etməsi təkil olunur. Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qaara rəngli “Samsung” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən bir ədəd qara rəngli pul kisəsini təqdim edir. Həmçinin qara rəngli pul kisəsinin içərisindən bir ədəd BakıKartı, bir ədəd “Bank of Baku” bank kartını, bir ədəd “Unibank” bank kartım, iki ədəd "Kapitalbank” bank kartlarını, iki ədəd İran İslam Respublikasının pul əskinaslarmı, bir ədəd 20 manatlıq pul əskinasmı və içərisində ağ rəngli kristal halında maddə olan bir ədəd sellofan bükümü masanın üzərinə qoyur. Müdafiəçi2 həmin maddənin «patı» adlanan metamfetamin olduğunu, təxminən bir həftə əvvəl sosial şəbəkədə tanış olub “Whatsapp” sosial şəbəkəsi ilə əlaqə saxladığını “Mürtəza” adlı İran vətəndaşından dəqiq qramını bilmədiyi çəkidə 200 manata aldığını, belə ki, 200 manat pulu həmin şəxsin bank hesabına göndərdiyini, həmin şəxsin də ona psixotrop maddəni qoyduğu məkanı göndərməklə gedib axşam radələrində Binəqədi rayon Mal bazarı adlanan yerin yaxınlığından götürdüyünü, bundan başqa yaşadığı evində də həmin maddədən olduğunu bildirir. Təqsirləndirilən şəxs2nıın üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. «00772» saylı faylda olan çəkiliş 9 dəqiqə 11 saniyə müddətində bitir. Bundan başqa «00773» saylı fayl açılaraq, keçirilmiş baxış zamanı çəkilişin Təqsirləndirilən şəxs2 yaşadığı evdə aparıldığı, baxışda 6 nəfər şəxslərin olduğu görünür. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyev özünü təqdim etdikdən sonra, orada iştirak edən. Binəqədi RPİ-nin 43-cü PBnin əməliyyat müvəkkili, polis baş leytenantı X8, həmin PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, barəsində şəxsi axtarış aparılacaq şübhəli şəxs Təqsirləndirilən şəxs2, müdafiəçisi X5 və Binəqədi RPİ-nin KTQ-nun ekspert-kriminalisti Şahid2 təqdim edir. Təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs2 yaşadığı evə girdikdə birinci otaqda sağda yerləşən masanın üzərində olan hər birinin içərisində ağ rəngli kristal halında maddə olan 06 ədəd sellofan bükümləri, bir ədəd gümüşü rəngli elektron tərəzini təqdim edir. Həmin maddələrin «patı» adlanan metamfetamin olduğunu, İran vətəndaşı “Mürtəza” adlı şəxsdən aldığı psixotrop maddə olan metamfetamindən qalan maddələr olduğunu, elektron tərəzini isə həmin maddəni tərəzidə çəkib bükümlərə ayırmaq üçün istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs2 yaşadığı evinə keçirilmiş baxış zamanı başqa əşya və ya predmet aşkar edilmir. «00773» saylı faylda olan çəkiliş 7 dəqiqə 59 saniyə müddətində bitir (1-ci cild iş vərəqi 115-116). İşdə olan mobil telefona baxış keçirilməsi haqqında protkoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürməsi zamanı onun üzərində aşkar edilib götürülmüş Samsung Galaxy A21s markalı mobil telefona baxış keçirilmişdir. Telefonda kifayət qədər məlumatlar, foto, vidio, səsli fayllar və yazışmalar olması nəzərə alınaraq, əsasən istintq üçün əhəmiyyət kəsb edə biləcək yazışmalar diqqət mərkəzində saxlanılaraq, onlardan istintaq üçün sübut əhəmiyyəti kəsb edəcək yazışmalar tərtib edilmiş protokolda əks etdirilmişdir. Mobil telefonun «WhatsApp» tətbiqində 90 əlaqə müəyyən edilir. «X10» adlı (+99*** *** ** **) əlaqə 08 iyun 2021-ci il tarixdən başlayaraq səsli və yazışmalı əlaqə saxlanılmışdır. 08.06.2021-ci il saat 21:06 telefon sahibi yazır - «patını götür otur astanovkada dərman gözlə». 09.06.2021-ci il saat 11:31- qarşı abonent «patı elemey istiyirom», 10.06.2021 -ci il saat 19:42 telefon sahibi: «bu gün evdə olmuşamsəhər durannan trezvi», saat 19:43: «Ayaq üstə duranda payız vaxtı yellənən gövdəsi zəif ağaclara oxşuyuram». 12.06.2021 saat 02:15: «sabaha 3-4 dənəlik klient var ona görə yatmalıyam indii». Abonent 26.06.2021-ci il tarixdə saat 02:25-də yazır: «Deyirəm ki 50 manata maksimum nə qədər patı bir də kakı düz Qoş eyləyə bilərsən mənə». Telefon sahibi saat 02:36-da yazır: «Kakı rox yeyərsən. Daş təşkil eyləyərəm. Amma 1 qr eyləyə bilərəm. 50yə götürürəm qardaş canı». Qarşı tərəfdən saat 04:13-də «30duye burada qrammı məzələnirsən». Saat 04:14 «mənə bir az qret elə də çəkim. Gəlim 20 yanvara götürüm». Telefon sahibi saat 04:55-də «30 manata patıdı?», qarşı tərəf saat 09:30-da «hə». Telefon sahibi 14:01-də «Geydirmədi brat». 01.07.2021-saat 19:49»patı yeyən Adam idin». Saat 03:44 qarşı abonent:» Sən çanı çəkirsən deyə yazmırsan, yoxsa çetə zada bölürsən maraqlıdı prosta». 16.07.2021- saat 21:10, teulefon sahibi - «bundan başqa heç bir nömrəyə yazma», saat 21:11 - «hərəsi bir şey üçün istifadə olunur deyə qarışdırıram», 17.07.2021- saat 21:41- qarşı abonent- «deyirəm pul düzəldim, gəlim qram götürüm səndən, Mənə də bir dənə pay düzəlt ver, Hədiyyə». 18.07.2021-saat 00:14- telelon sahibi - «indii getdi, qram zad istəyən vardı, onları yola verdim». Saat 00:15 - «Altı bazar oldu taksilər mənim nömrəmdən zəng gözləyir, zakazdaki ba kinin bir başından başlayır fırlanıb dala qayıtmaq olur», 20.07.2021-saat 11:28-telefon sahibi «geciynen iki klentə yox demişəm». Saat 21:39- «Biri qram istiyirəm. amma nəğd əlbəəl deyirəm Ki bəs pul verməliyəm məndə yasamaldakınadeyir yoxe əlbəəl gətir nərimanova». 21.07.2021-saat 18:45 - telefon sahibi - «Yatmamışdan qabaq 3 dənə qəşəng daşım vardı axırıncılar falqada töküb əridib 2 3 t2üstii vurdum deim oyanaram çəkərəm hərəkətdə olum deyə. Sonra nətərsə olub yuxuya getmişəm, falqa zad altımda qalıb bir damcı qırılıb dağılıb qalan da yapışıb bədənimətərləmişəm əriyib gedib». «Murteza l.İ.R» adlı avonentlə (+98 *** *** ** **) yazışma və səsli mesajlaşmalar 12 mart 2021 -ci il tarixdən başlayır. 18 mav 2021-ci il tarixədək olan medya fayllar telefonun yaddaşından silindiyi üçün məzmununu öyrənmək mümkün deyil. 18.05.2021-ci il tarixdə saat 18:18-da abonent 4 saniyəlik səs -«nətərsən brat, yaxşısan, nə iş görürsən, salamatçılıqı». 24.05.2021, 25.05.2021, 26.05.2021 -ci il tarixlərdə aparılmış yazışmalara təhlükəsizlik kodu dəyişdiyi üçün baxış keçirmək olmur. 08.06.2021 saat 15:09-Məsailin 16 saniyəlik səsli mesajı - «qardaş neyniyirsən, nağayrırsan, qardaş bu kimdie, nə danışır, nağayrır, neyniyir, başıva dönərəm, bir vidionu atda mənə baxaq uşaqlarla gülək». Abonent - saat 15:11 -də 22 saniyəlik səsli mesaj -« onun anasın s...cəm, qaçıb gizlənib, evdə zada yoxdu, ə cındır mənnən işlədi, işlədi, mənə min manat, iki min manat pul vururdu, bir ay işdiyib, mən getdim buna yarım kilo vəsait verdim, yedi məni, atdı mənə, onun anasın s-im». Sonra 1 dəqiqə 14 saniyəlik video fayl ünvandan ünvana göndərilir. Həmin videofayldakı şəxs Nardaran kəndi. Asəf Zeynallı küçəsi 76 ünvanda yaşayan Elşən Məmmədov olduğunu bildirir. Video görüntüdə şəxs ölkə Prezidentin və ailəsinin ünvanına nalayiq ifadələr işlədir və videonu «Nizami» adlı şəxsə verəcəyi malın pulunu ödəməsi üçün təminat olaraq göndərir. Göndərən şəxsin saat 15:15-də 5 saniyəlik səsli mesajı «bunu orda paylaş da tutsunlar s....nlər onu». Məsail saat 15:29-da 5 saniyəlik səsli mesaj «yox qardaş mənlik deyil». 09,07.2021 -ci il- Məsail -12 saniyəlik səsli mesaj - «qardaş axşamın xeyir, qardaş bu İlhamı, Mehribanı söysəm, yarım kilo heroin verərsən qardaşıu-güliir».Saat 02:25-qarşı abonent 5 saniyəlik səsli mesaj - «həə səndə yeyəsən, səndə yeyəsən». 22 saniyəlik digər səsli mesaj - «4-5 min manat pul vurmuşduye o mənə, hərəkət eləmişdi, birdən mənə 2-3 min pul vururdu, helə mən tanımıya-tanımıya bidənə o söyüşə verməlim ki, ona, həm pul vururdu, həm də söyüşə vermişdim ona, bildin, qadasm alım». Saat 02:26-da Məsail 40 saniyəlik səsli mesaj -« hə. can qardaşım, zarafat eyləyirəm, inşaAllah bidənə borcumu-xərcimi bağlıyım, sonra gətirəcəm onsuzda, bidənə səynəndiyev, vare 3-4 dənə, nə vare İnstaqramda, day heç kimə şey eləmirəmdə. bidənə səynəndi alverim, qaqaşcanı, özcanım, sənin canın, şey eiyim bidənə borcumu-xərcimi, biraz pul topalıyım, sonra şey eliyəcəme, səynən biraz işləyəcəme, qəşəy iş olanda qəşəy işdiyənəm, məni çox ətraf şey eliyire, qoymur gedim qabağa, tutub ayağımdan dartırlar». Saat 02:28-abonent 7 saniyəlik səsli mesaj - «hə inşaAllah, inşaAllah, sən də işliyib, işliyib axırda mənə bıçaqqa vurmuyasan ha». Saat 02:59-Məsail 59 saniyəlik səsli mesaj - «yox qərdeşim, kişi kmi yaşıyırıq da, kişi kimi fırlanırıq ortalıqda, ona görə kişi kimi hərəkət eliyirik, şey el iy im. inşaAllah. İran tərəfə gəlməliydim, gələcəm o tərəfələrə, görüşərik, oturarıq, sən bu tərəflərə gələrsən görüşərik, olurarıq, hər şeyi qoyaq bir qırağa, zir-zibildi, onlar dünya malıdı da döyüle, bunlar insanların yaratdığı zir-zibildi. dostluğumuz, mehribançılığımız olar, yaxşı olar hər şey, gecən xeyrə, qadanı alaram, özündən müğeyət ol, Allah kömək olsun, o barədə də yəqin tapılar, üzə çıxar qaqaşlardan kimsə əl qoyar, taparlar, narahat olma». 20.07,2021- çi il saat 20:43- Məsail- «salam qardaş, necəsən». Saat 20:44-abonent-5 saniyəlik səsli mesaj-«salam qaqaş, salam mənə sədad başıu dönüm, mənəsədat». 11 avqust 2021-ci il saat 02:29-Məsail 26 saniyəlik səsli mesaj- «qardaş bağışlae bu vaxtı da narahat eliyirəm.bu köynək hardadı belə, kofta hardadı, siz tərəfdədi, yoxsa internetdən zadan götürmüsən bunun şəklini, hardan götürmüsən bunu, mənə yerini denən, nəsə almaq istədime bu koftadan(qısa gülüş səsi eşidilir), o dediyim məsələdə ki, qadan alaram, ba 100 manat düzəltmişəm, indii şəklin atıram». 100 manatlıq əskinazın şəkli əks olunur, pulun şəkli uzaqdan çəkildiyindən və əyri durduğundan nömrəsini müəyyən etmək olmur. Saat 02:30-da Məsail 29 saniyəlik səsli mesaj - «bax qardaş 100 manat düzəltmişəm, indii eləbiki bir adam dostumdu, yaxın dostumdu, gözdüyür də məni, onun əvəzində ona şey verəsiyəm, səndən, nə vaxtki pulu tamamlayacam, sənə atacam, sabaha-birisigiinə, də indi bugünə sabaha, nə vaxt olsa, indii eləbiki ona mal verəcəm, 100 tamamlamışam, indii bi üstündə düzəldim, mən sənə xəbər eliyəcəm, yaxşımı». Saat 09:29-abonent 26 saniyəlik səsli mesaj - «salam qardaş salam sabahuz xeyir olsun, ə qardaş internetdən instaqram səhifəsindən uşaqlar atmışdı mənə, götürmüşəm, sizə aid olar, bizə aid olmaz, hə neynək, qardaş başua dönüm, həll elə, narahat olma, qardaşun həll eliyəcək». Saat 14:23-də abonent 7 saniyəlik səsli mesaj - «salam qardaş nağayrısan günortun xeyir, qardaş bugiin mal ehiyacun olacağ sənin, brat, başua dönüm». Saat 18:05-Məsail 23 saniyəlik səsli mesaj-«Qardaşım məndə, eləbiki 210 manat pul düzəlib, obşi, 10 manat mənim yoluma qalsın, qadan alaram sənin, 200 manat pulum qalıb, götürüb iki dənəsin ötürərəm, üstün şey eliyibdə, xırda-xuruş nə qədər qalıbsa, 200 yəni bu dəqiqə düzəlibdə, eləməy olar elə». Saat 18:14- abanont-4 saniyəlik səsli mesaj -« ə problem dəyi, neynək, indii kart atıram, vur». Məsaibsaat 18:15- «yaxşı». Abonenl-saat 18:15- z saniyəlik səsli mesaj -«mənə səs atda başua dönüm, sizin yazını oxuya bilmirəmki mən». Məsaibsaat 18:15-7 saniyəlik səsli mesaj-«heçnə qardaş, deirəm, yaxşı, yaxşı, gözdüyürəm indii kartı sən at, əynimi geyinib çıxıram indii». Abonentsaat 18:16-3 saniyəlik səsli mesaj-«get aparatın qabağına, sən get aparatın qabağına, aparatın qabağına çatdın atım». Məsaibsaat 18:16-4 saniyəlik səsli mesaj -«yaxşı qardaş, yaxşı. Bir əynimi geyinirəm, əynimi geyinim, çıxdım». Abonent-saat 18:17-6 saniyəlik səsli mesaj-«yaxşı, neçə dəqiqəyə çıxarsan aparatın qabağına, amma pulu vuranda videyonu çək ata, vidiosu da olsun, çeki də olsun». Saat 18:25-də buraxılmış səsli zəng qeydə alınmışdır. Abonent-saat 18:16-da 2 sanylik səsli mesaj- «qardaş başua dönüm çatdım aparatın qabağına». Saat 18:27-iki mesaj silinib. Abonent -saat 18:27- 3 saniyəlik səsli mesaj - «vur buna, tez vur buna, videosıın da çək at». Abonent-saat 18:34- 1 saniyəlik səsli mesaj -«noldu başua dönüm». Saat 18:33, 18:34, 18:35-buraxılmış səsli zəng. Məsail - saat 18:42-«bankomatdayame». 9 saniyəlik səsli mesaj-«qardaş bankomatdayam e, pu! çıxardacam, prosta adam çoxdu, ona görə, gözlüyürəm hələ, səbirli ol, səə xəbər eliyirəm indii». Ablnent-saat 18:43 -«OK». Saat 18:55, 18657-bııraxılmış səsli zənglər. Abonent -saat 18:58-3 saniyəlik səsli mesaj-«başua dönüm, qaqaş noldu, canım səə qurban bə». Saat 18;58-buraxılmış səsli zəng. Saat 19:01-də «Jevhıın ramazanov» adlı abonentə yünləndirmə- plastik kartın nömrəsinin fotoşəkli - plastik kartın nömrəsi «4169 7385 7383 0464»-plastik kartın istifadə müddəti 07/24, istifadəçi Adı «VALİD THRU» kimi müəyyən edilir. Abonent-saat 19:01-1 saniyəlik səsli mesaj -«qaqaş noldu başua dönüm bə». Bundan sonra 4 fotoşəkil əks olunur - 1-ci fotoşəkildə «kartın nömrəsi 4169 7385 7383 0464 Ad-Jeyhun, Soyad Ramazanov», ikinci fotoşəkildə «kartın nömrəsi 4169 7385 7383 0464 Ad-Jeyhun, Soyad Ramazanov-Ödəmək-Visa Elektron,AZN,4169 74** **** 2760, 114.10AZN, Köçürmənin detalları. Məbləğ. Valyuta AZN», üçüncü fotoşəkildə «4169 7385 7383 0464 - Jeyhun Ramazanov - Ödəmək-Visa Elektron,AZN,4169 74** **** 2760, Köçürmənin detalları. Məbləğ 100,00 AZN, Komissiya 0.00 AZN», dördüncü fotoşəkil «Uğurlu əməliyyat, əməliyyat uğurla başa çatdı, mlOO.OO, qəbz nömrəsi 108838549,əməliyyat tarixi 11.08.2021 19:09, məbləğ 100,00 AZN, Kateqoriya köçürmə, Vəsait silinən kart/hesab 4169 74** **** 2760, Vəsait alan kart/hesab 4169 73** **** 0464». Abonent saat 19:11-6 saniyəlik səsli mesaj -«oldu qaqaş, obirsində vur.başua dönüm, canım sənə qurban». Saat 19:11-2 saniyəlik digər səsli mesaj -«pulu ötürəndə videosım da çək ha aparatda». Məsail-saat 19:11-3 saniyəlik səsli mesaj-«yaxşı qardaş,yaxşı, indii eliyib atıram sənə». Abonent-saat 19:12-6 saniyəlik səsli mesaj - «başua dönüm, yenədə tez elə onu sən, canım sənə qurban,qoyginən sən, mən şeyləri verim, malları bağlansın». Abonent saat 19:18-5 saniyəlik səsli mesaj-«qaqaş noldu, başua dönüm sənin, Allah haqqı kart sahibləri məni dəli elədi». Saat 19:18-mesaj silinib. Saat 19:18, saat 19:28-buraxılmış zənglər. Abonent saat 19:29-2 saniyəlik səsli mesaj -- «qaqaş noldu, çatmadım, başu dönüm bə», saat 19:33-3 saniyəlik səsli mesaj «ay brat noldu. başua dönüm bə». Saat 19:32-buraxılmış səsli zəng. Məsail -saat 19:47-16 saniyəlik səsli mesaj «ay qardaş inanırsan, telefonumun zaryadkası sönüb, indii gəlmişəm, girdim evə, it günündəyəm, gözlə görüm nağayrame, telefon biraz zaryadka yığsın, çıxım, görüm». Saat 19:48-də iki buraxılmış zəng. Məsail saat 19:49-da 18 saniyəlik səsli mesaj - «qadan alaram, üzürlü saye başua dönərəm sənidə, utanıram sənin yanında, ya istiyisən 10-15 dəqiqəyə telefon yığsın zaryadka. çıxım şeyeliyim, yada istiyirsən sabaxa qalsın yənidə sabah ataram şey cliyərik, ya büyün ataram sabah şey eliyərsən, yəni məsləhət eliyərikdə». Abonent-saat 19:50-12 saniyəlik səsli mesaj -«ay qaqaş,vaAllah bilmirəm mən, camaat mənə deyir Ki, tay bu 100 manatı mənə nəyə vurdururdu, demişəm 200-dü qaqaş səbirri ol». 8 saniyəlik digər mesaj- «ay qaqaş bu pul arada batıb gedəcək ha. mən sənə deyirəm, bu 100 manatın batar arada,bildin, mən ona görə deirəm», 7 saniyəlik digər səsli mesaj - «qaqaş o uşaqların birinə at, kartı, denən buna 100 manat pul yüküyin, çekin atın». Məsail - saat 19:51-11 saniyəlik səsli mesaj - « hə, elə elə eliyəcəm, yazım gbrüm indii Kim var, şey, elə, uşaqlar yoxe, dayım çöldədi, çöldə olsa deyim atsın». Abonent-saat 19:51-12 saniyəlik səsli mesaj - «qaqaş birdən də atmadılar, 10 dəqiqəyəçən çıx vur bir yerdən, ba mən sənin özüə görə diyəirəm ha. mənim heç karıma deyil, qaqaş, o 100 manatın arada batar, sənə rəhmim gəlir mənim», 19:52 - 8 saniyəlik səsli mesaj - «qaqaş 8-ə 10 dəqiqə qalmalıdı sizdə, başua dönüm düş 8-cən çek at mənə. Saat 19;53buraxılmış zəng. Abonent-saat 19:54-12 saniyəlik səsli mesaj -«qaqaş telefonu qoy evdə zaryadkaya, dur qaça-qaça vur gəldə, bidənə apparat yoxdu yənisənə yaxın», «farça sözlər, sonunda xarab elədin». Məsail-saat 19:58-14 saniyəlik səsli mesaj - «qardaş uşağa dedim indii vurur, maksimum 5 dəqiqəyə, qadan alaram sənin, uşaq deyəndə dayımdıye manim, doğma dayım, narahat olma tez-bazar eliyəcək, maksimum 5 dəqiqəyə vurur, qardaşımsan». Abonent-saat 19:59- 7 saniyəlik səsli mesaj - «başua dönüm, denən tez eləsin, Allahaqqı, camahatın da malın bağlatmışam, qalmışam sənə görə». Ardınca 2 saniyəlik səsli mesaj- «denən videosun da çəksin atsın». Ardınca saat 20:08-də 2 saniyəlik səsli mesaj - «noldu qadua alım, noldtı bə». Məsail-saat 20:09-15 saniyəlik səsli mesaj - «qardaş vAllahi- billAllahi, çıxda, çıxıbda çölə dayım, doğma dayımı çıxartmışam çölə ki, yəni çıx təcilidi də, çıxıb çölə, yəni Allaha And olsun vurur, maksimum 5 dəqiqəyə, 5 dəqiqədən otərəfə qalan deyil. Abonent -saat 20:12 - 3 saniyəlik səsli mesaj - «ay qaqaş noldu bə. başua dönüm bə, canım sənə qurban». Bundan sonra yönləndirilmiş 3 fotoşəkil kontaktlar arasında şərh edilir. Birinci fotoşəklin məzmunıı «Mədaxil etmək - kart nömrəsi 4169 7385 7383 0464 Ad-Jeyhun, Soyad Ramazanov- Ödəmək-Visa Elektron, AZN,4169 74** **** 2760, 50.60AZN, Köçürmənin detalları, Məbləğ, Valyuta AZN», ikinci fotoşəklin məzmunu Mədaxil etmək - kart nömrəsi 4169 7385 7383 0464 Ad-Jeyhun. Soyad Ramazanov-Ödəmək-Visa Elektron,AZN,4169 74** **** 2760, Köçürmənin detalları. Məbləğ 50,00 AZN, komissiya 0.O0AZN», «11 avqust 20:16 Uğurlu əməliyyat, əməliyyat uğurla başa çatdı, m50.00, qəbz nömrəsi 1********.əməliyyat tarixi 11.08.2021 20:15, məbləğ 50,00 AZN, Kateqoriya köçürmə, Vəsait silinən kart/hesab 4169 74** **** 2760, Vəsait alan kart/hesab 4169 73** **** 0464». Abonent -saat 20:14-5 saniyəlik səsli mesaj - «qardaş başua dönüm bə. bəs sən niyə belə elədün bə, noldu, vurmadı dayı». Saat 20:14də buraxılmış zəng». Məsail -saat 20:17 - «Qardaş». Abonent saat 20:18- 5 saniyəlik səsli mesaj -«ay qardaş başua dönüm bə noııldu, bə ürəyim səə qurban, atda bu zəhirmarı atasann». Ardınja saat 20:19-da 5 saniyəlik səsli mesaj -«ay qardaş bə başua dönüm, sən nağayrısan. bilmirəm ki, sən nə iş gördün». Ardında saat 20:20-də 4 saniyəlik səsli mesaj - «qaqaş oykn-oyuncağdı. tikə-tikə pulu vurursan» . Saat 20:19-da buraxılmış zəng. Artınca abonent saat 20:22-də 2 saniyəlik səsli mesaj -«ay qaqaş bu cür pul vurmazlar axı», saat 20-23-də 5 saniyəlik səsli mesaj «bə qaqaş bunu bütöy atdanə, atısan bütöy at, bə mən camaatdan nə cür alım». Saat 20:26-da buraxılmış zəng. Məsail saat 2033-də -«Qaqaş», «Atdım», «Şəkli göndərirəm». Ardınca saat 20:33-də Məsail 3 saniyəlik səsli mesaj - «qardaş atdım e, şəkli göndərirəm, bax». Abonent-saat 20:35-2 sanmyəlik səsli mesaj- «qaqaş tezol, bir az tez ol başua dönüm». Arcmca saat 20:36-12 saniyəlik səsli mesaj - «qaqaş at dənə başua dönüb, gör saat necə oldu, saat 6, bu da saat 9, 3 saatdı sən bi dənə 200 manat pulu yükliyə bilmirsən bi dənə karta». Ardınca saat 20:41- 5 saniyəlik səsli mesaj - «qaqaş məni s...nə sarıyıbsan e sən deyəsən başıua dönüm». Saat 20:41-də bir, saat 20:43-də iki buraxılmış zəng. Abonent saat 20:44-də 4 saniyəlik səsli mesaj - «qardaş başua sənin dönüm. Ürəyim sənə qurban tay bi dənə tez elədə». «AUD- 20210812-WA001 ...20:46» adlı yönləndirilmiş 8 saniyəlik səsli mesaj -«mını 50:50 rast gələr, denən bu nəmənədi. denən 50 mən nə deyəcəm müştariyə, bayağ dedin 200 var. mən nə cür bunu atım». Ardınca AUD-20210812-WA001 ...20:46» adlı yönləndirilmiş 3 saniyəlik səsli mesaj -«vurmaye Murtə, denən tiukə-tikə vurma, heç bunu qəbul eləmiyəcəklər, denən vurma». Abonent saat 20:46- da 9 saniyəlik səsli mesaj - «qaqaş camaatnan məni davıya qoyma da canım sə qurban, ə vura bilmirsən, denən vura bilmirəm. Oyun-oyuncaq deyil bu qardaş». Ardınca 1 fotoşəkil əks olunur, mətni - «1 1 avqust 20:47 Uğurlu əməliyyat, əməliyyat uğurla başa çatdı, m50,00, qəbz nömrəsi **********, əməliyyat tarixi 11.08.2021 20:15, məbləğ 50,00 AZN, Kateqoriya köçürmə, Vəsait silinən kart/hesab 4169 74** **** 2760, Vəsait alan kart/hesab 4169 73** **** 0464». Saat 20:47 və 20:48-də iki buraxılmış zəng. Məsail-saat 20:51-6 saniyə səsli mesaj -«qardaş nətər oldu, neyniyə bildin, sən Allah üzürlü saye, başua dönərəm, nolara». Abonent-saat 20:53- 11 saniyəlik səsli mesaj -«hə qardaş. Başua dönüm, darıxsa ha. darıxma, özüm deyəndə. Çıxacaqsan ünvana, narahat olma. Qoy pulun OK-in alım, tələsmə». Məsail-saat 21:23-səsli mesaj -«qardaş noldu, gec olar, başua dönərəm». Abonent saat 21:24-8 saniyəlik səsli mesaj-« qaqaş narahat olma da başua dönüm,mən sənə dedim ki, adamlarımı çıxardıram çölə. ata. qoy qayıtsın. Sənin işivü həll eiiyəcəm, pulun da OK-İn İndii almışam». Saat 21:34-də 9 saniyəlik səsli mesaj -«qardaş saat yarım zad nəzərə al ha, başua dönüm, adam çöldədi, vəsait paylıyır, ordan gedəcək bir yerə qayıda, saat yarım nəzərdə al». Bunun ardınca yönləndirilmiş fotoşəkil - «fotoda səki daşları olan piyada keçidinin arxa fonunda tikili, öndə dəmir dirəklək və ağaclar görünür, fotoşəkildə mavi rəngli dairə və üç ayaqla yer qeyd olunur». Fotoşəkilin altında «Salam aleykum qardaw nerimanovda çiniçi paltar mağazası var divan hotelə gedən yolda çiniçiynən uzbe uz ağacın dibində 1 Or qara pakete bukıılub» yazısı vardır. Abonent -saat 21644-8 saniyəlik səsli mesaj -«qardaş ba nərimanovdadı ba. get nərimanova, götür başua dönüm, tez get götürə ha vəziyyət biraz xarabdıha özün bilirsən». Ardınca 3 saniyəlik səsli mesaj - «qaqaş, nə qədər yolundu ha, başuna dönüm, ona bax». Saat 22:03-də buraxılmış zəng. Abonent saat 22:03-də 3 saniyəlik səsli mesaj -«qaqaş noldu başua dönüm». Məsail saat 22:03- 4 saniyəlik səsli mesaj -«taksidəyəm qardaş, taksidəyəm, gejim. Xəbər eiiyəcəm». Abonent -saat 22:03 - 2 saniyəlik səsli mesaj «yaxşı başua dönüm». Məsail saat -22625-9 saniyəlik səsli mesaj - «götürdüm qardaş, götürdüm.gedim evə bidənə yoxlatdırım». Abonent -saat 22:25-də hər iki əlini ağzına tutmuş dovşan stikeri. 12 avqust saat 00:12 və 01:56-da iki buraxılmış zəng qeydə almır. Məsail saat 02:09-da «hə qardaş». Abonent saat 10:36-da 8 saniyəlik səsli zəng -«salam qaqaş nağayırsan, sabahuz xeyir, qaqaz mən sizin yazını bilmirəme, mənə atanda səs at, canım səə qurban». Saat 13641 və 16:40-da iki buraxılmış zəng. Abonent - saat 16:41-də 9 saniyəlik səsli mesaj -«salam qardaş nağayısan, axşam xeyir, nə xəbər, qaqaş başua dönüm, şey lazım olsa mənə de ha indidən, saat 5-di». Bundan sonra 13,14, 15, 18, 20, 21, 22, 25, 26, 30, 31 avqust tarixlərində. 1,4, 21 sentyabr tarixlərində buraxılmış zənglər və abonentin səsli mesajları qeydə alınmış, Məsaildən məlumat almağa çalışır. Bundan sonra kontaktlar arasında «Leyla xanım» adlı (*** *** ** **) abonentlə aparılmış danışıqlarda istintaq üçün maraq doğuran yazışmalar aşkar edilmişdir. Bu kontaktla yazışmalar 9 fevral 2021-ci il tarixdən başlanır. Bu səhifədə səs yazuları, foto şəkillər və video görüntülər silinib, tərəflər arasında ümumi yazışmalar aparılıb. Abonent Sofa adı ilə təqdim etdiyi qızı üçün psixotrop maddə metamfetamin əldə etmək istəyir. Yazışmalardan: Abonent-09.02.2021-ci it saat 13:34 - «patı çəkmək olmaz ona», Məsail-saat 13:35-«son qoymuşuq». Abonent-25.02.2021-ci il saat 20:40- «men Senin kartiva 50m atsam mene 30 m diq onan», «Almar özume isteyirem», «Sofii bikmesin amma». Məsail saat 20:41- «yox əlaqəm yoxdu», saat 20:42 -«gətirmiyiblər hələ». Abonent -saat 20:42 --«gor kimde var», saat 20:44 -«Sofa». «Bilmesin ha». «Bax kuserem senden», «Tmm», «Mene tez he yoc deki o gelene qeder», saat 20:45 -«Goturum». Məsail -saat 20:46 -«İndii almmıre ancaq 12dən sonraya», saat 20:47 -«Bir dəqiqə». Abonent-saat 20:47 -«Natiblar?». Məsail - saat 20:47-«yarım saata görüşəcəm». Saat 20:48 -« İqr 60a verir». Abonent -saat 20:51 -«Tm», saat 20:52 -«Atiram 70m», «lOm da sene». «Atim?». Məsail - saat 20:53 - «Hə». «Siz gələcəksiz yoxsa mən gətirim?». Abonent-saat 20:53-«Zohrab dayi getirsin», saat 20:54 -«Sen neyese qou», «Subhelenmesin». Məsail saat 20:54-«Yaxşı», Abonent saat 20:55 -«Atiram indii», «Reqemi yazda». «Kopyalayim». Məsail -saat 20:56- «**********832760». Abonent saat 20:58 - «30 deq sonraevin yanine gelsin ya tauqanin?». Məsail - saat 20:58 - «Gəldi», saat 20:59 -«Mən yaşamala gedim götürüm gəlim evə». Abonent «Tmm», «Zohrab dayi yarim saata gelsin?». Mesail-saat 20:59- «Mən qayıdanda sizi yığacam», saat 21:00-«Mən çatanacan o da çatacaq». Abonent saat 21:00 - «Tmm». Saat 23:00 -«Tesekkur». Məsail -saat 23:05-«Dəyməz, verdim». Yazışmalardan görünür ki, «Sofa» kimi təqdim edilən şəxs 13 mart 2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra kontaktlar arasında «Ülvi M 13» adlı (*** *** ** **) abonentlə aparılmış danışıqlarda istintaq üçün maraq doğuran yazışmalar aşkar edilmişdir. Bu kontaktla yazışmalar 28 yanvar 2021-ci il tarixdən başlanır. Bu səhifədə də səs yazuları, foto şəkillər və video görüntülər silinib, tərəflər arasında ümumi yazışmalar saxlanılıb. Məsail -26.02.2021-saat 21:33 - «Gör istiyən varsa 1 var 60a», Abonent - saat 21:33 «Tm». 2 mart 2021-saat 04:50 - Belə yarım var tema amma satmağlığdıda yenə deyirəm uşağın yanına getməliyəm vacib». Abonent -saat 04:50 «Neçiyə?». Məsail -saat 04:51 -«25». «»Oyə gəlib mayasıbaşqa adamnan götürmüşəm 30a deyirəm hamıya sən ürəksən 25». Abonent -saat 04:52 - «görüm tapsam pul». Telefonda bütün danışıq və yazışmalar «WhatsApp» tətbiqində aparıldığından sms-lər bölməsində istintaq üçün əhəmiyyət kəsb edən yazışmalar müəyyən edilməmişdir (1-ci cild iş vərəqi 190-194). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 13 avqust 2021-ci il tarixli 6/3482 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zəriflər üçün №243» dairəvi möhür əksi olan, «Şübhəli şəxs Təqsirləndirilən şəxs1» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,438 qram olan ağ kristallik maddə kustar üsıılla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrinin siyahısına (Siyahı 1) daxildir (1-ci cild iş vərəqi 44-45). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 13 avqust 2021-ci il tarixli 6/3481 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zəriflər üçün N«243» dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə və iki ədəd zərfdə olan: 1 №-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,017 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddəmelamfetamindir. 2 №-li zərfdə altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,420 qram, 0,519 qram, 0,481 qram, 0,496 qram, 0,659 qram, 0,117 qram ümumi təmiz çəkisi 2.692 qram olan ağ rəngli kristallik maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş l №-li və 2 №-li zərflərdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə biri-biri ilə eynilik təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»in siyahısına (2-ci siyahı) daxildir. Bir ədəd elektron tərəzidə psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və 1, 2 №-li zərflədə olan maddələrlə müqayisəli tədqiqatın aparılması mümkün deyildir (1-ci cild iş vərəqi 101-103). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 24 avqust 2021-ci il tarixli 3036 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olub. Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyvata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 18-19). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 10.11.2021-ci il tarixli 4396 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür (2-ci cild iş vərəqə 24-25). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə 08 sentyabr 2021-ci il tarixli 2066 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması halları aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əqli inkişafında gerilik əlamətləri olub-olmaması barəsində qərarda qoyulmuş sual ekspert-psixoloqun səlahiyyətinə aid olduğu üçün cavablandırılmır (2-ci cild iş vərəqi 22- 23). İşdə olan Azərbaycan Respublikası DİN-dən alınmış tələbnamələrdən görünür ki. X6 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (1 cild 1 iş vər. 224, 225). İşdə olan 12 avqust 2021-ci il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 19-21). İşdə olan 12 avqust 2021-ci il tarixli tutma haqqında protokoldan görünü ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 74-76). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 12 avqust 2021-ci il tarixdən hesablanmışdır (1ci cild iş vərəqi 123-124). İşdə olan 14 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edildiyindən, həmin gün Binəqədi RPİ-nin MSY-dən azad edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 135-136 və 160-162) İşdə olan N saylı hərbi hissənin tibb hissə rəisinin verdiyi arayışın sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 anası kiçik çavuş X9 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüş əməliyyyatlarında N №-li hərbi hissənin tərkibində vəzifə borcunu layiqincə yerinə yetirmişdir. İşdə olan N nömrəli hərbi hissənin komandiri general-mayor Mayis Bərxudarovun verdiyi 01 iyul 2019-cu il tarixli fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 anası X9 2019-cu ilin tədris ilinin 1-ci tədris dövründə əməliyyat və döyüq hazırlığının yüksəldilməsində, hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətə görə təltif edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən və məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı X13 27 sentyabr 2020-ci il tarixdə 2-ci Qarabağ müharibəsi zamanı vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İşdə olan «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının «Vətən uğrunda» medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamından görünür ki, X13 ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilmişdir. İşdə olan «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının «Füzulinin azad olunması uğrunda» medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli sərəncamından görünür ki, X13 ölümündən sonra «Füzulinin azad olunması uğrunda» medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (2-ci siyahı psixotrop maddələr) əsasən psixotrop maddə metamfetaminin aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, daşıdığı və saxladığı psixotrop maddə metamfetamin çəkisi 4,147 qram qram olduğundan külli miqdar, Təqsirləndirilən şəxs1 aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi 0,438 qram olduğundan şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir İş üzrə Təqsirləndirilən şəxs2 və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması, daşıması və satması, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadəsinin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini öz istifadəsi üçün əldə etməsi və digər Təqsirləndirilən şəxs1 satmaması hissəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır, cinayət işinin materialları, təqsirləndirilən şəxs Türkanyə Heydərovanın ibtidai istintaq və məhkəmə zamanı verdiyi izahat və ifadələri ilə tam təkzib olunur. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır, həmin Məcəllənin 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzalarını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında alternativ olaraq nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunun tələblərinə və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək (52-1.2.1); - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək (52-1.2.2); - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək (52-1.2.3); - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq (52-1.2.4). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək (52- 1.3.1); - məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək (52-1.3.2); - alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək (52-1.3.3); - məhkumun islah olunmasına kömək edən digər vəzifələr (52-1.3.4). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 12 avqust 2021-ci il tarixdən 14 avqust 2021-ci il tarixədək saxlanıldığı və tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdulaşdırılmasının 4 gününə bərabər tutulmalı və cəzaçəkmə müddətinin əvvəli X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 oğlunun cəza çəkməsinin başlanğıcı tutulduğu 12 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi ağır cinayətlər kateqoriyasına aid olan cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcının tutulduğu 12 avqust 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi az ağır cinayətlər kateqoriyasına aid olan cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyalarında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 12 avqust 2021-ci il tarixdən 14 avqust 2021-ci il tarixədək saxlanılaraq tutulduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmasını, üzərinə hər gün saat 22.00-dan 07.00-dək olan müddət ərzində yaşayış yerini tərk etməmək, cəza çəkdiyi dövrdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını, cəzanın icrasına nəzarətin həyata keçirilməsini yaşayış yeri üzrə Bakı şəhər icra və probasiya şöbəsinə həvalə edilməsini, cəzaçəkmə müddətinin əvvəli X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 10.11.2021-ci il tarixli 4396 №-li ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu üçün narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülduyündən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 24 avqust 2021-ci il tarixli 3036 №-li ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə etdiyi və saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlama kamerasına təhvil vermiş 20 manat pul Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli və məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 0,388 qram və 3,429 qram psixotrop maddə metamfetamin, «CASCUX 420H» markalı 1 ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd Samsunq Galaxy A21s markalı mobil telefon X7 yaxın qohumlarından birinə qaytarılmalı, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatın dəyəri - 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Xalid qızından tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidirsin. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X2 12 avqust 2021-ci il tarixdən 14 avqust 2021-ci il tarixədək saxlanıldığı və tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdulaşdırılmasının 4 gününə bərabər tutlmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X2 üzərinə hər gün saat 22.00-dan 07.00-dək olan müddət ərzində yaşayış yerini tərk etməmək, cəza çəkdiyi dövrdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət X2 faktiki yaşayış yeri Bakı şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilsin. X2 barəsində seçilmiş başqa yerə getməmək haqqınla iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 0,388 qram və 3,429 qram psixotrop maddə metamfetamin, «CASCUX 420H» markalı 1 ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd Samsunq Galaxy A21s markalı mmobil telefon X7 yaxın qohumlarından birinə qaytarılsın, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə etdiyi və saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlama kamerasına təhvil vermiş 20 manat pul Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilsin və məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə məhkəmə məsrəfləri - iş üzrə məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatın dəyəri – 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1njan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddanın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar