Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-461/2024 05.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X8 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər - Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Balakən rayonu, Kortala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Balakən rayonu, Kortala kəndində qeydiyyatda olan, həbs olunanadək ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, xx xxx 2006-cı ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Balakən rayonu, Ə.Ansuxski küçəsi, ev 1, mənzil 16-da qeydiyyatda olan, hazırda Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 16-da yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə qohumu yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan tanışı “Tahir” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə “Tahir” adlı şəxsin istintaqa məlum olmayan üsulla göndərdiyi 588,542 qram çəkidə külli miqdarda narkotik vasitə heroini, 204,72 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini və 230 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib kirayədə yaşadıqları ünvan 1 ünvanına daşıyaraq narkotik vasitə heroinin 38,542 qram hissəsini o, psixotrop maddə metamfetaminin külli miqdar təşkil edən 14,720 qram hissəsini isə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 satış məqsədilə üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 22:30-da Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 21 saylı binanın qarşısında saxlanılaraq həmin idarəyə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 38,542 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2023cü tarixdə, saat 02:30-da kirayədə yaşadıqları ünvan 1 ünvanına videoçəkiliş ilə baxış keçirilən zaman mənzilin qonaq otağındakı taxta konstruksiyalı dolabın içərisindən 01 ədəd bağlamada kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroinin külli miqdar təşkil edən qalıq 550 qram hissəsi, 01 ədəd bağlamada kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetaminin külli miqdar təşkil edən qalıq 190 qram hissəsi, 01 ədəd bağlamada təmiz çəkisi 230 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində narkotik vasitə heroinə məxsus izlər olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, ittiham aktından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə qohumu Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan tanışı “Tahir” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə “Tahir” adlı şəxsin istintaqa məlum olmayan üsulla göndərdiyi 588,542 qram çəkidə külli miqdarda narkotik vasitə heroini, 204,72 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini və 230 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib kirayədə yaşadıqları ünvan 2 ünvanına daşıyaraq psixotrop maddə metamfetaminin külli miqdar təşkil edən 14,720 qram hissəsini o, narkotik vasitə heroinin 38,542 qram hissəsini isə Təqsirləndirilən şəxs1 satış məqsədilə üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 22:30-da Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 21 saylı binanın qarşısında saxlanılaraq həmin idarəyə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 14,720 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2023-cü tarixdə, saat 02:30-da kirayədə yaşadıqları ünvan 1 ünvanına videoçəkiliş ilə baxış keçirilən zaman mənzilin qonaq otağındakı taxta konstruksiyalı dolabın içərisindən 01 ədəd bağlamada kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroinin külli miqdar təşkil edən qalıq 550 qram hissəsi, 01 ədəd bağlamada kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetaminin külli miqdar təşkil edən qalıq 190 qram hissəsi, 01 ədəd bağlamada təmiz çəkisi 230 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində narkotik vasitə heroinə məxsus izlər olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onunla birlikdə kirayə tutduğu evdə qalmışdır. O, “Kolorit” adlı kafedə və “Pizza Shop” adlı iaşə yerində işləmişdir. Axşam saat 23:00 radələrində o, işdən çıxıb evə getmişdir. Evə gəldikdən sonra o, yaşadığı evin yaxınlığındakı mağazaya düşmüş və həmin vaxt Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həm Təqsirləndirilən şəxs2, həm də ona qarşı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qollarını burmaqla və sair formada zor tətbiq edilmişdir. Həmin polis əməkdaşları 6 (altı) nəfər olmuşlar və onları tutan kimi maşına mindirmişlər, sonra isə onlardan narkotik vasitələrin yerini soruşmuşlar. Təqsirləndirilən şəxs2 özünə məxsus olan narkotik vasitələrin yerini Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına bildirərək narkotik vasitələri onun evində gizlətdiyini demişdir. Bundan sonra polis əməkdaşları onlarla birlikdə onun yaşadığı evə qalxaraq evə baxış keçirmişlər. Səhv etmirsə, əməliyyatçılardan birinin soyadı Eminli olmuşdur. Nəsimi Rayon Polis İdarəsinin digər əməkdaşlarının adlarını isə o, dəqiq olaraq xatırlarmır. Kirayədə qaldıqları evə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 göstərdiyi yerdən narkotik vasitələr tapılmışdır. O, narkotik vasitə istifadəçisi olmadığına görə narkotik vasitələr barədə heç bir anlayışı yoxdur. O, evdən aşkar edilmiş narkotik vasitələrin hansı növdə olduğunu bilmir. Lakin narkotik vasitələrin miqdarı Təqsirləndirilən şəxs2 Sərdar oğlunun göstərdiyi ölçüdə olmuşdur. Daha sonra o və Camal Nəsimi Rayon Polis İdarəsinə aparılmışdır. Orada Anar adlı şəxs tərəfindən videoçəkiliş keçirilmişdir. Nəsimi Rayon Polis İdarəsində olarkən o, kafedə işlədiyini, narkotik vasitələrə heç bir aidiyyətinin olmadığını demişdir. Polis əməkdaşları narkotik vasitələri onun cibinə qoyaraq videoçəkiliş vaxtı həmin narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməli olduğunu demişlər. O da videoçəkiliş vaxtı narkotik vasitələri cibindən çıxarmışdır. Polis əməkdaşları ondan narkotik vasitənin hansı növdə olduğunu soruşduqda, o, bu barədə məlumatının olmadığını dediyi üçün videoçəkiliş bir dəfə dayandırılmışdır. Anar və adını bilmədiyi başqa bir şəxs onu videoçəkiliş aparılan otaqdan çıxarmış və bayırda ona demişlər ki, “guya sən narkotik vasitə istifadəçisi deyilsən?”. O da cavabında demişdir ki, “Əgər narkotik vasitə istifadəçisiyəmsə, bu barədə məndən analiz götürərək bunu müəyyən edə bilərsiniz”. O, bunu dedikdən sonra onu yenidən videoçəkiliş aparılan otağa aparmışlar və orada “bu dəfə biz deyəni deyərsən” deyə bildirmişlər. Bundan sonra ikinci dəfə videoçəkiliş həyata keçirilmişdir. Həmin vaxt o, məcburiyyət və təzyiq qarşısında qalaraq çəkisi barədə məlumatı olmayan sarı rəngli bükümdə olan narkotik vasitəni cibindən çıxarıb həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. O, həmin narkotik vasitənin növünü dəqiq xatırlamasa da, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları həmin vasitənin “patı” və ya “kakos” olduğunu demişlər. Nəsimi Rayon Polis İdarəsində videoçəkiliş başa çatdıqdan sonra onları kirayədə yaşadıqları evə aparmışlar. Həmin evdə də videoçəkiliş aparılmışdır. Düzdür, Təqsirləndirilən şəxs2 Sərdar oğlunda narkotik vasitə olmuşdur. Lakin o, həmin narkotik vasitənin alınmasında iştirak etməmişdir. Camala məxsus olan narkotik vasitələrin ona heç bir aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs2 Sərdar oğlu ona özündə narkotik vasitənin olduğunu dedikdə, o, Camala uşaq olduğunu, belə işlərdən uzaq durmalı olduğunu, eləcə də narkotik vasitəni tullamasını demişdir. Təqsirləndirilən şəxs2 Sərdar oğlu narkotik vasitələri xərçəng xəstəliyindən əziyyət çəkən anasının müalicə xərclərini qarşılamaq üçün aldığını ona demişdir. O, Camala öz yanında işə girməyi təklif etsə də, Camal bununla razılaşmamışdır. Təqsirləndirilən şəxs2 Sərdar oğlunun anası həqiqətən də xərçəng xəstəliyindən əziyyət çəkir və Camalgilə o, baxmışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Sərdar oğlunun atası ilə anası boşanmış, Camalgilin yaşamağa evi olmadığı üçün həm Camal, həm də Camalın anası və bacısı onunla birlikdə kirayə tutduğu evdə yaşamış, Təqsirləndirilən şəxs2 Sərdar oğlunun narkotik vasitələri nə vaxt alması, həmin narkotik vasitələri evə nə vaxt gətirməsi barədə onun məlumatı olmamış, lakin polis əməkdaşları tərəfindən saxlanılmazdan 2-3 saat əvvəl Camal ona narkotik vasitələr aldığını demiş, kirayədə yaşadıqları evdən tapılan narkotik vasitələrin yerini polis əməkdaşlarına Camal göstərmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq ona elan edilmiş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsinin vasitəsilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs1 ilə qohumluq münasibəti var. Təqsirləndirilən şəxs1 onun anasının əmisi oğludur. O, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni artıq Mehdiabad qəsəbəsindən götürmüşdür. Belə ki, İran İslam Respublikası vətəndaşı əvvəlcə “İnstagram” vasitəsi ilə onunla danışmış, sonra isə onun mobil nömrəsini götürmüşdür. Bundan sonra iranlı şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona mesaj yazaraq narkotik vasitələrin yerini bildirib həmin narkotik vasitələri gedib götürməyini demişdir. İran vətəndaşından aldığı narkotik vasitələrin növü və çəkisi barədə məlumatlar onun yadında deyil. Həmin iranlı şəxs ona narkotik vasitələri qoyduğu yeri deyirmiş, o da həmin narkotik vasitələri gedir götürərək iranlı şəxsin bildirdiyi başqa yerlərə aparırmış. O, narkotik vasitəni götürdükdən sonra “Əcəmi” metro stansiyasının yaxınlığında, yəni Nəsimi rayonu ərazisində Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində tutulmuşdur. O, Mehdiabad qəsəbəsinə narkotik vasitəni götürmək üçün getdikdə, daha sonra Əcəmidə tutularkən Təqsirləndirilən şəxs1 onun yanında olmamışdır. Təqsirləndirilən şəxs1 onun narkotik vasitələri aldığı iranlı şəxslə olan yazışmaları barədə məlumatı olmamışdır. Skoçla bağlanmış vəziyyətdə olan 01 büküm narkotik vasitəni o, şəxsən götürmüşdür. Həmin büküm bağlamada olmuş, həmin bağlamanın böyüklüyü təxminən 2 (iki) əl böyüklüyündə olmuşdur. O, Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən çıxarkən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuş, bundan sonra polis əməkdaşları tərəfindən onun Elnurla birlikdə yaşadığı evə baxış keçirilmiş və ona məxsus narkotik vasitələr yaşadığı evdən tapılmışdır. Əslində ona məxsus olan narkotik vasitələrin miqdarı polis əməkdaşlarının evdən aşkar etdikləri çəkidən daha az olmuşdur. Amma nədənsə evdən tapılan narkotik vasitələrin miqdarı daha böyük həcmdə göstərilmişdir. Halbuki onun evində o qədər narkotik vasitə olmamışdır. Polislər onu döyərək həmin narkotik vasitələri onun boynuna qoymuşlar. O, döyənlərin kim olduğunu dəqiq xatırlamasa da, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları olduğunu bilir. O, Bakı İstintaq Təcridxanasına təhvil verilən zaman həkim tərəfindən yoxlanılmış, lakin həmin vaxt onun üzərində heç bir bədən xəsarəti izi aşkar edilməmişdir. Verilmiş suallara cavab olaraq yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, narkotik vasitə istifadəçisi olmamış, onun narkotik vasitələri aldığı iranlı şəxs əvvəlcə “İnstagram”, sonra isə “Whatsapp” vasitəsilə onunla əlaqə saxlamış, iranlı şəxs narkotik vasitələrin bir yerdən götürülüb başqa yerə qoyulması müqabilində ona 500 manat məbləğində pul verəcəyini demiş, onun anası xərçəng xəstəsi olduğundan həmin pulu anasının xəstəliyinə xərcləmək istəmiş, iranlı şəxsin dediyi yerdən götürdüyü narkotik vasitələrin çəkisi ilə bağlı onun məlumatı olmamış, iranlı şəxslə razılaşdığı işin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olduğunu bilmiş, iranlı şəxs ona özünü “Tahir” adlı şəxs kimi təqdim etmiş, narkotik vasitələri götürüb başqa yerə aparması ilə bağlı Təqsirləndirilən şəxs1 məlumat vermiş, yəni Elnura “Tahir” adlı İran İslam Respublikası vətəndaşı ilə danışdığını, Tahirdən aldığı narkotik vasitələri Tahirin dediyi yerdən götürüb başqa yerə aparacağını, bunun müqabilində 500 manat məbləğində Tahirdən pul alacağını demiş, narkotik vasitələri Mehdiabad ərazisindən götürməyə tək getmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 onun yanında olmamış, valideynlərindən qorxduğu üçün məhz Elnura bu barədə məlumat vermiş, Təqsirləndirilən şəxs1 onda olan narkotik vasitələri tullamağı onlar mağazada olarkən demiş, sonra Təqsirləndirilən şəxs1lə birlikdə mağazadan çıxarkən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olan narkotik vasitənin miqdarı az olsa da, yaşadığı evdən tapılan narkotik vasitələrin həcmi daha böyük olmuşdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onlar 2022-ci ilin fevral ayında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları evin yaxınlığında saxlamışlar. Onlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxladıqdan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada hər iki şəxsin üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə aşkar edilmişdir. Həmçinin şəxsi axtarış zamanı saxlanılan hər iki şəxs yaşadıqları ünvanda da narkotik vasitə saxladıqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə yaşadıqları evə təhqiqatçının iştirakı və videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus narkotik vasitələr evdən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları evdən aşkarlanan narkotik vasitələr - heroin və marixuanadan ibarət olmuşdur. Evə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələri İran İslam Respublikası vətəndaşından aldıqlarını bildirmişlər. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir fiziki zorakılıq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 oxşar məzmunlu ifadə verməklə Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 4-5) görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında onların barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara almışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 19) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 44) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 53) görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 54) görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 55-57) görünür ki, həmin gün qanuni nümayəndə və müdafiəçinin iştirakı ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2, habelə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə, Təqsirləndirilən şəxs1 üzərindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli ərizələrdən (cild 1, iş vərəqə 59-60) görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə yaşadıqları ünvan 1 ünvanına baxış keçirilməsinə etiraz etməmişlər. xx.xx.2023-cü il tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 61) görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları ünvan 1 ünvanına baxış keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 63-64) görünür ki, həmin gün ünvan 1 ünvanına baxış keçirilmiş və həmin evdən 01 ədəd ağ rəngli torba, torbanın içərisindən isə 02 ədəd elektron tərəzi, 01 ədəd sellofan bükümdə narkotik vasitə marixuanaya oxşar kütlə, 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə, 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/819 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 72-74) görünür ki, - üzərində “Təqsirləndirilən şəxs1 üzərindən,..” vəs. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 38,542 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - üzərində “Təqsirləndirilən şəxs2 üzərindən...” vəs. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 14,720 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən...” və sair yazılar, imzalar olan paketdəki 01 ədəd bağlamada təmiz çəkisi 550,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 190,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazrılanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş iki ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş iki ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. İki ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri var. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyidir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/201 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 78) görünür ki, 01 ədəd sellofan paketdə təmiz çəkisi 230 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2023-cü il təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 93-95) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 108-110) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-86/2023 saylı qərarından (cild 1, iş vərəqə 154-158) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-87/2023 saylı qərarından (cild 1, iş vərəqə 159-163) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 200) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 201) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin 1461 nömrəli rəyindən (cild 2, iş vərəqə 28-29) görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin 1812 nömrəli rəyindən (cild 2, iş vərəqə 30-31) görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 1401 saylı kompleks ambulator psixiatrik və psixoloji ekspertiza rəyindən (cild 2, iş vərəqə 33-36) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda primitiv şəxs, psixopatik cizgilər müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. İş üçün əhəmiyyət kəsb edəcək halları qavramaq, təsvir etmək, dərk etmək və əməlinə tənqidi yanaşmaq qabiliyyətinə malikdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 2, iş vərəqə 120-140) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, 01 ədəd “Redmi” və 01 ədəd “Samsung” markalı mobil telefonun maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 14,670 qram olan psixotrop maddə metamfetamin, 38,492 qram olan narkotik vasitə heroin, 549,95 qram olan narkotik vasitə heroin, 189,95 qram olan psixotrop maddə metamfetamin, 229,8 qram olan narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-297/2023 saylı qərarından (cild 2, iş vərəqə 190-197) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində həbsdə saxlama müddətinin uzadılması barədə verilmiş vəsatət təmin edilməmiş, habelə müdafiəçinin vəsatəti təmin edilərək onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və buna görə də o, məhkəmə iclas zalından azad olunmuşdur. xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanasının cavab məktubundan və məktuba əlavə edilmiş tibbi kitabçadan (cild 3, iş vərəqə 57-61) görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı istintaq Təcridxanasına təhvil verilmiş, həmin vaxt tibbi müayinədən keçmiş, lakin onun üzərində xəsarət izi aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanasının cavab məktubundan və məktuba əlavə edilmiş tibbi kitabçadan (cild 3, iş vərəqə 62-66) görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı istintaq Təcridxanasına təhvil verilmiş, həmin vaxt tibbi müayinədən keçmiş, lakin onun üzərində xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxslər və müdafiəçiləri həmin sübutlara dair öz etirazlarını bildirmişlər, habelə ittihamı və tədqiq edilmiş sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxslər tərəfindən irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətlərinin olması və həmin cinayət əməllərinin onlar tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və -ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışlar. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 qohum olduqlarından bir-birilərini tanımışlar və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə birlikdə sonuncunun kirayədə yaşadığı mənzildə yaşamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan qohumu Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan tanışı “Tahir” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Tahir” adlı şəxsin istintaqa məlum olmayan üsulla göndərdiyi 588,542 qram çəkidə külli miqdarda narkotik vasitə heroini, 204,72 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini və 230 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib kirayədə yaşadıqları ünvan 1 ünvanına daşımışlar. Bu hissədə Təqsirləndirilən şəxs1 məhkəmədə ittihamı mübahisələndirərək Təqsirləndirilən şəxs2lə birlikdə “Tahir” adlı şəxsin dediyi yerə getməməsi, oradan narkotik vasitə və psixotrop maddələr götürməməsi barədə ifadə versə də, məhkəmə belə nəticəyə gəlir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Belə ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs2 dəfələrlə ifadə verərək qohumu Təqsirləndirilən şəxs1lə birlikdə “Tahir” adlı şəxsin dediyi yerlərdən narkotik vasitələr və psixotrop maddələri götürüb başqa yerə qoyduqlarını, bunun müqabilində “Tahir” adlı şəxsin onlara pul verdiyini və bunu etməkdə məqsədinin ağır xəstəlikdən əziyyət çəkən anasına maddi cəhətdən yardım etmək olduğunu bəyan etmişdir. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ifadə verərək polis əməkdaşları tərəfindən saxlanılanadək Təqsirləndirilən şəxs2 “Tahir” adlı iranlı şəxslə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı “əməkdaşlıq” etdiyini, hətta “Tahir” adlı şəxsin göndərdiyi narkotik vasitələri və psixotrop maddələri yaşadıqları mənzilə daşıyıb saxladığını bildirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə özünü təqsirli bilməyərək inkaredici ifadə verməklə birlikdə törətdiyi cinayət əməli üzrə bütün məsuliyyəti yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 üstünə atmaqla özünün qanunsuz əməllərini ört-basdır etmək istəmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 göstərilən hissədə məhkəmədə yalan ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə istintaqında o da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə 588,542 qram çəkidə külli miqdarda narkotik vasitə heroini, 204,72 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini və 230 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı kirayədə yaşadıqları ünvan 1 ünvanına daşıdıqdan sonra o, narkotik vasitə heroinin 38,542 qram hissəsini, Təqsirləndirilən şəxs2 isə psixotrop maddə metamfetaminin külli miqdar təşkil edən 14,720 qram hissəsini üzərində saxlamış və xx.xx.2023-cü il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 22:30-da onlar birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 21 saylı binanın qarşısında saxlanılaraq həmin idarəyə aparılmışlar və orada müdafiəçilərin iştirakı ilə üzərlərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən 01 ədəd bükümdə təmiz çəkisi 38,542 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən isə 01 ədəd bükümdə təmiz çəkisi 14,720 qram olan psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2023-cü tarixdə, saat 02:30-da Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə kirayədə yaşadıqları ünvan 1 ünvanına müdafiəçilərin iştirakı və videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş və həmin vaxt mənzilin qonaq otağındakı taxta konstruksiyalı dolabın içərisindən 01 ədəd bağlamada narkotik vasitə heroinin külli miqdar təşkil edən qalıq 550 qram hissəsi, 01 ədəd bağlamada psixotrop maddə metamfetaminin külli miqdar təşkil edən qalıq 190 qram hissəsi, 01 ədəd bağlamada təmiz çəkisi 230 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladıqları, üzərində narkotik vasitə heroinə məxsus izlər olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən törədilmiş cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinməklə həmin cinayətlərə görə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Bundan başqa, Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadığından məhkəmə ona cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ilə yanaşı, həmçinin həmin Məcəllənin 86.1-ci maddəsinin də tələblərinin nəzərə alınmasını mütləq sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. CPM-nin 435.4-cü maddəsinə görə məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs1 cavan olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cavan olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə özünü qismən təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməllərini törədərkən və hazırda yetkinlik yaşına çatmamasını, ağır ailə şəraitini və anasının onkoloji xəstəlikdən əziyyət çəkməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Qeyd edilənləri və təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları, əməllərində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrin çəkisini, həmin vasitə və maddələrin növünü, çoxlu sayda insan sağlamlığına mühüm zərər vura bilməsini, habelə işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən onun cinayət törədilən vaxt və hazırda yetkinlik yaşına çatmaması mütləq qaydada nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqbul sayarkən bilavasitə Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsini rəhbər tutmuşdur. Belə ki, göstərilən prosessual hüquq normasında göstərilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Bundan başqa, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 gəldikdə isə məhkəmə hesab edir ki, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzanı ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. Göstərilənlərə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona təyin ediləcək cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Habelə onun xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmalı və onun üzərində saxlanılacaq cəzanın əvvəli hökmün çıxarıldığı gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Bu hissədə məhkəmə qeyd edir ki, məhkəmə araşdırmasının nəticəsinə əsasən Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1lə birlikdə xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması təsdiq olunsa da, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması haqqında protokoldan görünür ki, həmin protokol xx.xx.2023-cü il tarixdə tərtib olunmuş və tutmanın da əvvəli məhz xx.xx.2023-cü il tarixdən hesablanmış, həmçinin sonradan məhkəmə nəzarəti qaydasında onun barəsində həbs qətimkan tədbiri seçilərkən barəsində tərtib edilmiş şübhəli şəxs qismində tutma haqqında protokolda qeyd edilmiş tarix, yəni xx.xx.2023-cü il tarix əsas götürülmüş və həmin məhkəmə qərarında həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən məhz xx.xx.2023-cü il tarixdə saxlanıldığından, başqa sözlə, onun azadlığı həmin gündən etibarən məhdudlaşdırıldığından ona nisbətdə həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin 1461 və xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin 1812 nömrəli rəylərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı onlarda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cəza çəkəcəkləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 14,670 qram olan psixotrop maddə metamfetamin, 38,492 qram olan narkotik vasitə heroin, 549,95 qram olan narkotik vasitə heroin, 189,95 qram olan psixotrop maddə metamfetamin, 229,8 qram olan narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyən edilmədi. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 143 (yüz qırx üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadığından ekspertiza xərcindən azad olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli 09 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın, onun üzərində 5 (beş) il 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və üzərində saxlanılacaq cəzanın əvvəli hökmün çıxarıldığı gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılsın, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 14,670 qram olan psixotrop maddə metamfetamin, 38,492 qram olan narkotik vasitə heroin, 549,95 qram olan narkotik vasitə heroin, 189,95 qram olan psixotrop maddə metamfetamin, 229,8 qram olan narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 143 (yüz qırx üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-461/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-461/2024
05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver