Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-461/2025 31.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 12 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 aprel 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq yolu ilə müəyyənləşdirilməmiş mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 5,460 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 12 aprel 2024-cü il tarixdə, saat 13:00-da ünvan 2 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına aparılmış və orada həmin gün saat 15:45-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı külli miqdarda 5,460 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini həm də tamah niyyəti ilə törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 5,460 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN, BMCMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 12 aprel 2024-cü il tarixdə, saat 13:00-da ünvan 2 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq BMCMİ-nin inzibati binasına aparılmış və orada həmin gün saat 15:45-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı külli miqdarda 5,460 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, atası soyuducu, qardaşı isə çardaq işində işləmiş, o da atasına və qardaşına kömək etmişdir. O, göyərçin quşlarının satışı ilə məşbul olmuş, Ukraynaya, Rusiyaya belə quşlar satmışdır. Hadisə günü onun yanına Şəmkir rayonundan tanıdığı adamlar qonaq gəlmişdir. Onlar onun yaşadığı binanın qabağında olarkən mülki geyimli 30 nəfər silahlı polis 7-8 maşınla gəlib onların hamısını - 7 nəfəri götürüb aparmış və onun qabağına 5 qram ittihamda göstərilən psixotrop maddə qoyulmuş və boynuna götürməyi təklif etmişlər. Evlərinin yaxınlığında saxlanılarkən onların üzəri yoxlanılmamışdır. Onlar saxlanılarkən polis əməkdaşları özlərini onlara təqdim etməmişlər. O, onları şəxsən yox, bir neçəsini üzdən tanımışdır. Onlar aparılan zaman dostları və atası onların saxlanıldığı yerdə olmuşdur. Həmin gün günorta təxminən saat 12- 1-ə işləmiş onlar idarəyə aparılmış, təxminən axşam saat 16-17:00 radələrində, onlar polislərlə razılaşdıqdan sonra, video çəkilişdən bir az qabaq vəkil gəlib çıxmışdır. O, dərhal boynuma götürməmiş, lakin şərtlər qoyulmuş, qabağıma adam gətirəcəklərini, üzərinə daha çox miqdarda mal qoyacaqlarını və üzünə durquzacaqlarını bildirmişlər. Odur ki, külli miqdardan qorxub təkliflə razılaşmışdır. Onun dostlarından olan Şahid6 da saxlanılanlar arasında olmuşdur. Elxan vərəm xəstəsi olduğundan o, polisis əməkdaşlarını xəbərdar edib onu vurmamalarını demiş, əllərində ölə biləcəyini bildirmişdir. Bundan sonra Elxanı və daha 2 nəfəri buraxmış, onu, Elməddini və Fuadı sənədləşdirib, onları X1 aparıb təhvil vermişlər. Belə ki, onların üzərində video çəkilişlə şəxsi axtarış təşkil olunmuş, otaqda ona ittihamda göstərilən psixotrop maddə verilmiş və cibinə qoymağı tələb olunmuşdur. Bildirildiyinə görə bu, hansısa rəisin və yuxarıların əmri olmuşdur. Videoçəkiliş zamanı o, Elməddin və Fuad adlı dostları olmuş, onların da üzərindən onun üzərindən çıxan patı çıxmışdır. Buraxılan şəxslər isə Şahid6, İslam və Elşad adlı şofer olmuşlar. Üçünü də eyni anda videoçəkiliş etmiş, hər üçünə də sellofanın içərisində eyni bükümlər verilmiş və hər üçün polisin dediyi kimi etmişdir. Üzərində aşkar edilən maddənin adını bilməmiş, bir gün əvvəl tapdığını, növbəti gün atmağı planlaşdırdığını bildirmişdir. Onun üzəridə videoçəkiliş aparılarkən Şahid6 onların yanında olmamışdır. Onların üçü də eyni protokolla, eyni yerdə sənədləşdirilmişdir. Təqdim etdikləri narkotiklər ayrı-ayrılıqda zərflərə yığılmış, sonra protokollaşdırılmış və protokol onun və digərləri tərəfindən imzalanmışdır. Onlar artıq polisin dedikləri ilə razılaşdıqlarından ona qarşı olan zorakı hərəkətlər videoçəkilişdən sonra davam etməmişdir. Mənə qarşı zorakı hərəkətlərin dəqiq kim tərəfindən edildiyini bilməmişdir. Ona qarşı hədə-qorxu gəlindiyinə görə ifadəsi alınan zaman polis əməkdaşlarının dediyi ilə razılaşıb etiraf edici ifadələr vermişdir. İlk ifadəsini vəkilin iştirakı olmadan vermiş, onlara verilən tapşırıqlara görə qorxudan etiraf edici ifadə verməyə məcbur olmuşlar. İfadəsi alınarkən müstəntiq ona qarşı zorakılıq etməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, onun narkotik və ya psixotrop maddələrə heç bir aidiyyəti olmamış, o, narkotikdən uzaq adam olmuşdur. Onu niyə narkotiklə yükləmələrinin səbəblərini bilməmişdir. O, saxlanılan zaman və BMCMİ-də olarkən polis əməkdaşları tərəfindən yumruq və təpiklə döyülməklə xəsarət yetirilmişdir. İstintaq Təcridxanasına çatanda xəsarətləri barədə, xəsarətlərin yaranma mənbəyi haqqında məlumat vermiş, ona yetirilən xəsarətlərin nəticəsində üzü sıyrılmış, çiyinləri, bədəni göy olmuşdur. Lakin buna baxmayaraq 2 aydan sonra İstintaq Təcridxanasına ekspert gəlib onu müayinə etmişdir ki, 2 aydan sonra onun bədənində göyərmələr və əziklər qalmamışdır. Sanksiya üçün Nərimanov Rayon Məhkəməsində olarkən xəsarətləri barədə hakimə heç nə deməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə onun ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edildi. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, narkotik vasitənin və psixotrop maddənin heç bir növündən istifadə etmir. Lakin çox yayıldıqları üçün onların bəzi növlərini televizorda görmüşdür. 11 aprel 2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında gəzərkən yerdə bir ədəd bükümün olmasını görmüş, həmin bükümü əlinə alanda görmüşdür ki, içərisində psixotrop maddə metamfetamin vardır. Həmin psixotrop maddə kiminsə əlinə keçməsin deyə götürərək üzərində saxlamış və onu atmaq niyyəti olmuş, lakin yadından çıxdığı üçün üzərində qalmışdır. Həmin psixotrop maddəni tapmağı barədə kiminsə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində ittihamın mahiyyəti üzrə göstərmişdir ki, 12 aprel 2024-cü il tarixdə, saat 13:00-da ünvan 3 ünvanının yaxınlığında Şahid6, Şahid4, Şahid2, Şahid3 və Şahid5 ilə birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişdir. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib, hazırda üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları BMCMİ-yə dəvət etmişdir. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. İlk öncə üstünə şəxsi axtarış aparılmışdır. Üstündə qanunsuz narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində psixotrop maddə olduğunu bildirib əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin təhqiqat tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, Daha sonra Şahid2 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şahid2 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, Şahid3 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şahid3 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, sol yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış zamanı Şahid3 üzərindən aşkar edilmiş 01 ədəd “Xiaomi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, bundan sonra Şahid6, Şahid4 və Şahid5 üzərinə baxış aparılmışdır. Onlara paltarında, əşyalarında olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Şahid6, Şahid4 və Şahid5 üzərilərində narkotik vasitə, eləcə də digər qanunsuz əşyalar olmadığını bildirib Şahid6 əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 02 ədəd “Samsung” markalı mobil telefonu, Şahid5 əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid4 isə üstündə ümumiyyətlə hər hansı əşya olmadığını bildirmişdir. Şahid6 və Şahid5 üzərindən aşkar edilmiş əşyalar onların özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs daha sonra göstərmişdir ki, şifahi sorğu zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini dünən yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını, atmaq məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir.Şifahi sorğu zamanı Şahid2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini bu gün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisində yerdən tapdığını, atmaq məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, şifahi sorğu zamanı Şahid3 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini anket məlumatlarını bilmədiyi Türkiyə Respublikasının vətəndaşından “Telegram” sosial şəbəkəsi ilə sifariş edərək 50 manata aldığını, konum vasitəsi ilə həmin psixotrop maddəni Bakı metropolitenin “Neftçilər” stansiyasının yaxınlığında yerdən götürdüyünü, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, şifahi sorğu zamanı Şahid6, Şahid4 və Şahid5 onun, Şahid2 və Şahid3 üzərilərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən məlumatlarının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış, baxış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır.Həmçinin ifadəsində digər 2 şəxslə əlbir olmadığını onların üzərindəkindən məlumatının olmadığını qəti şəkildə bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirilən şəxs qismində əlavə dindirildiyi ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək narkotik vasitənin özünə məxsus olmadığını, fiziki və psixi təsirlər edildiyinə görə polis əməkdaşları tərəfindən psixotrop maddəni üzərinə götürdüyünü və videoçəkilişdə həmin psixotrop maddənin özünə məxsus olduğunu bildirməklə məhkəmə baxışı zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişdir (iş vərəqə: cild 1, səh. 213-216, cild 2, səh. 183-184). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 işin halları ilə bağlı cinayət işinin məhkəməyədək icraatı mərhələsində göstərdiyi xüsusatları bir daha təsdiq edib, ifadəsində göstərdi ki, 12 aprel 2024-cü il tarixdə Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmələri, saxlamaları, daşımaları və satmaları ilə məşğul olmaları barədə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs yeri müəyyənləşdirilmiş və onların ünvan 3 ünvanının yaxınlığında olduqları müəyyən edilmişdir. Odur ki, elə həmin tarixdə, yəni 12 aprel 2024-cü il tarixdə, saat 13:00-da əməliyyat qrupu qeyd edilən ünvana getmişdir. Baxılan iş üzrə Təqsirləndirilən şəxs Şahid2, Şahid3 və daha başqa 3 nəfər şəxs qeyd olunan ünvanın yaxınlığında saxlanılmışlar. Özlərini təqdim etmiş və aparılan sorğulan nəticəsində saxlanılan şəxslərin özlərinin təqdim etmələrinə görə Şahid2, Şahid3, Təqsirləndirilən şəxs, Şahid6, Şahid4 və Şahid5 olduqları müəyyən edilmişdir. Qeyd olunan şəxslər onların təklifinə əsasən heç bir problem yaratmadan BMCMİ-nə getmişlər. Əməliyyat məlumatı Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs barəsində olduğundan onların hər üçünə təhqiqatçı tərəfindən ayrıayrılıqda müdafiəçi təyin edilmiş, onların üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Digər üç nəfər Şahid6, Şahid4 və Şahid5 də üzərilərinə videoçəkilişdə baxış keçirilməsi nəzərdə tutuldmuşdur. Üzərlərində şəxsi axtarış aparılmalı olan şəxslərə üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə könüllü surətdə təqdim etmələri təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu bildirib əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə şübhəli maddə aşkar edilmişdir. 01 bükümdə olan psixotrop maddə metamfetaminə şübhəli maddə kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təhqiqatçının sorğularına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini bir gün əvvəl yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını, atmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmiş, lakin atmağa imkanı olmadığını qeyd etmişdir. Şahid əməliyyat müvəkkili Şahid1 ifadəsinin davamında şəxsi axtarış nəticəsində, həmçinin Şahid2 və Şahid3 də hər birinin üzərindfən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə şübhəli maddə aşkar edildiyini, Təqsirləndirilən şəxs olduğu kimi, qablaşdırıldığını və imzalandığını, Şahid3 üzərindən “Xiaomi” markalı bir ədəd mobil telefonun aşkar edililb götürüldüyünü, lakin onlar tərəfindən saxlanılmış Şahid6, Şahid4 və Şahid5 üzərilərindən iş üçün əhəmiyyətli heç nə aşkar edilmədiyini təsdiq etmişdir. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, təhqiqatçının suallarına cavab olaraq Şahid2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini elə həmin gün, yəni saxlanıldıqları gün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisində yerdən tapdığını, atmaq məqsədi ilə üzərində gəzdirdiyini, Şahid3 isə üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini anket məlumatlarını bilmədiyi Türkiyə Respublikasının vətəndaşından “Telegram” sosial şəbəkəsi vasitəsi ilə sifariş edərək 50 manata aldığını, konum vasitəsi ilə həmin psixotrop maddəni Bakı metropolitenin “Neftçilər” stansiyasının yaxınlığında qoyulduğu yerdən götürdüyünü, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, aşkar olunan psixotrop maddə metamfetaminə şübhəli maddələrlə əlaqədar təhqiqatçı tərəfindən şəxsi axtarış prosesində araşdırma aparılmış, saxlanılan və üzərlərində şəxsi axtarış aparılmış 6 nəfər hər biri birinin digərinin üzərində psixotrop maddə metamfetamin olmasından məlumatsız olduqlarını bildirmişlər. Ən nəhayət, Şahid1 ifadəsinin yekununda göstərdi ki, saxlama zamanı Təqsirləndirilən şəxs da daxil olmaqla saxlanılan şəxslərin heç birinin üzərinə baxış keçirməmiş, yalnız şəxsi axtarış BMCMİ-də olmuş, şəxsi axtarış eyni videoçəkilişlə aparılmışdır. Şəxslərin saxlanılmasında əməliyyat qrupunun üzvləri təqribən 8-9 nəfər iştirak etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin digər əməliyyat müvəkkilləri - iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş X12, X13, X5, X10, X3, X6, X4 və X7 ifadələri elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, adı çəkilən polis əməkdaşları məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarları Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər (iş vərəqə: cild 2, səh. 73-76, 77-80, 81-84, 93-96, 156-159, 160-163, 164-167,170-173). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edilmişdir ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək polis əməkdaşları və onunla birlikdə saxılanılmış digər şəxslərlə üzləşmə istintaq hərəkətinin keçirilməsindən imtina etmişdir(iş vərəqə: cild 2, səh. 108). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, onun narkoman kimi narkolojidə 5 il qeydiyyatı olmuş. əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddə ilə məhkum olunmuş, 8 ay cəza almışdır. onlar Təqsirləndirilən şəxsla eyni məhəllədə yaşamış, Elməddin Allahverdiyev isə onun dostudur. Elməddini Nurlanla o, tanış etmişdir. Elməddinin maşını hadisədən əvvəl xarab olmuş, maşın onların məhəlləsində qalmışdır. Elməddinin sürücülük vəsiqəsi olmadığına görə maşın sənədlə onun adına olmuş, maşını o idarə etmişdir. Hadisə baş verən gün Nurlan da hər səhər olduğu kimi, saxladığı quşların qapısını açıb quşları bayıra buraxmışdır. Hadisə günü həyətdə olarkən onun üstündə az miqdarda narkotik olmuşdur. Həmin vaxt Nurlan da məhəllədə olmuş, Elməddinin də maşını orda olmuşdur. Elməddin gəlib maşını götürmək istərkən, saat təqribən 11-12 radələrində «Banditizm»dən (burada: BMCMİ nəzərdə tutulur) təqribən 8 nəfər əməliyyatçı gəlib onları tutmuş və BMCMİ-yə aparmışlar. Məhəllədə çox adam, o cümlədən, Elməddin, Nurlan, məhəllədəki camaat, onların qohumları, Elşad, Elxan, İslam da olmuşlar. Banditizmə onu, Elməddini, Nurlanı, Elşadı, Elxanı və İslamı aparmışlar. Sonuncu üç nəfərdən biri xəstə olmuş, həkimə gəlmiş, digər iki nəfər isə qonaq gəlmişdir. Əvvəlcə hamısı uzun koridorda olmuş, orada üzərləri yüngülvari axtarılmış, sonra onları ayrı-ayrı otaqlara salmışlar. O, saxlanılarkən axırıncı dəfə 50 manata aldığı patı onun üzərində olmuş, üzərlərində videoçəkilişlə şəxsi axtarış aparılarkən onun üzərindən 50 manatlıq narkotik çıxmışdır. Lakin o, aşkar olunan narkotikin miqdarını bilməmişdir. Videoçəkilişlə şəxsi axtarış keçirilərkən onların hamısı eyni otaqda olmuşar. Mən izahatında da qeyd etmişdir ki, onun üstündə olanlardan heç kəsin xəbəri olmamışdır. O, istintaq zamanı öz ifadəsində də narkotik vasitənin onda olduğunu qeyd etmişdir. Amma saxlanılanların digərlərinin üzərində narkotik olmamışdır. O, üzərində aşkar olunan narkotik vasitəni satış məqsədilə deyil, özünün şəxsi istifadəsi üçün üstündə gəzdirmişdir. Şahid qismində dindirilən Şahid3 ifadəsinin davamında göstərdi ki, videoçəkiliş zamanı Nurlanın üzərindən patı çıxmışdır. X14 saxlanılarkən onların üzərində patı olmamış, polis sadəcə 5 qram, 5 qram da onları sənədləşdirmişdir. Elməddinə də, Nurlana da videoçəkilişdən əvvəl polislər patı vermiş və videoçəkilişdə yerdən tapdıqlarını demələri tapşırılmış, bunu onun gözünün qabağında tapşırmışlap. Elməddinlə Nurlan narkotik vasitəni üzərlərinə götürməyə məcbur olmuşlar. Birinci Nurlan danışmış, narkotiki yerdən tapdığını bildirmişdir. Amma BMCMİ-də olarkən ayrı-ayrı otaqlarda olduqlarından o, videoçəkilişdən əvvəl Nurlana polis əməkdaşları tərəfindən hər hansı hədə-qorxu gəlindiyinin və ya ona işgəncə edildiyinin şahidi olmamış, Nurlanın narkotiklə yükləndiyini görməmiş, narkotik vasitəni kimin nə vaxt, harada qoyduğunu görməmişdir. Onlar videoçəkilişdən 5 dəqiqə qabaq üzərlərinə şəxsi axtarış aparılan otağa gətirilmiş, videoçəkilişə qədər bir yerdə olmamışlar. Nurlan heç bir narkotik və ya psixatrop maddədən istifadə etməmiş, Nurlanın onun narkotikdən istifadə etməsindən xəbəri belə, olmamışdır. Onlar birlikdə heç bir narkotik vasitədən istifadə etməmişlər. O, Nurlanın narkotiklə hər hansı formada əlaqəsinin olmasını görməmişdir. Videoçəkiliş zamanı onlar təyin olunmuş vəkillər də orada olmuş, bütün qanunsuzluqlar vəkillərin yanında baş vermişdir. Şahid3 ifadəsinin davamında daha sonra göstərdi ki, onlar narkotik vasitələrin satışına mane olduqlarına görə narkotik satanlarla problemləri olduğundan polis onları saxlamış, digər 3 nəfəri - Elşadı, Elxanı və İslamı isə buraxmışlar. Cinayət işinə məhkəmə baxışı zamanı Şahid3 verdiyi ifadəsi ilə onun ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edildi. Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, narkotik vasitənin və psixotrop maddənin bir neçə növündən istifadə etmiş, buna görə də narkotik vasitələrin və psixotrop maddələrin bir çox növünü tanımışdır. Psixotrop maddə metamfetamin istifadə etmək niyyətində olduğu üçün saxlanılmazdan bir neçə gün əvvəl anket məlumatlarını bilmədiyi Türkiyə Respublikasının vətəndaşı ilə “Telegram” sosial şəbəkəsində danışmış və ondan 50 manatlıq psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxsdə konum vasitəsi ilə həmin psixotrop maddəni Bakı metropolitenin “Neftçilər” stansiyasının yaxınlığına qoydurduğunu bildirdiyi üçün həmin yerə gedib oradan bir ədəd bükümdə psixotrop maddə metamfetamini götürmüş və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bu barədə də heç kimə bildirməmişdir. Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 12 aprel 2024-cü il tarixdə, saat 13:00-da ünvan 3 ünvanının yaxınlığında Şahid6, Şahid4, Şahid2, Təqsirləndirilən şəxs və Şahid5 ilə birlikdə olduğu zaman bizə bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib DİN-nin BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onların narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb, səmimi olaraq etiraf edərək hazırda üzərilərində psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları BMCMİ-nə dəvət etmiş, onlar da etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuş və daha sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılmış, onaa üstündə qanunsuz narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Nurlan üzərində psixotrop maddə olduğunu bildirib əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şifahi sorğu zamanı Nurlan üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini bir gün əvvəl yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını, atmaq məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Bundan sonra 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Şahid3 tədqiq olunan həmin ifadəsində daha göstərmişdir ki, Nurlandan sonra Şahid2 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şahid2 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilmiş, ona üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şifahi sorğu zamanı Şahid2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini elə həmin gün, yəni saxlanıldıqları gün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisində yerdən tapdığını, atmaq məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Yekunda 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şahid3 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, Elməddindən sonra onun üzərinə şəxsi axtarış və götürmə aparılmış, əvvəlcə şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilmiş, ona üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, sol yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən psixotrop maddə metamfetamin olması aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq o, aşkar edilmiş psixotrop maddə metamfetamini anket məlumatlarını bilmədiyi Türkiyə Respublikasının vətəndaşından “Telegram” sosial şəbəkəsi ilə sifariş edərək 50 manata aldığını, konum vasitəsi ilə həmin psixotrop maddəni Bakı metropolitenin “Neftçilər” stansiyasının yaxınlığında yerdən götürdüyünü, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Bundan sonra 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Xiaomi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi də təhqiqatçı tərəfindən götürülmüşdür. Şahid3 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, daha sonra Şahid6, Şahid4 və Şahid5 üzərinə baxış keçirilmiş, lakin üzərlərində hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Baxış prosesində təqdim olunan Şahid6 məxsus 02 ədəd “Samsung” markalı, Şahid5 məxsus 01 ədəd “İphone” markalı mobil telefonlara aşkar edilb baxış keçirilsə də, yekunda həmin telefonlar onların özlərinə qaytarılmışdır(iş vərəqə: cild 1, səh.249-252). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 Qələndır oğlu ifadəsində göstərdi ki, hadisə günü “banditizm»in əməkdaşları 15-20 nəfər gəlib onları tutmuş, onları döymüş, vurub yıxmış, daha sonra «banditizm»ə aparmış, orada onlara həddə-qorxu gəlmiş, veriləcək narkotik vasitəni üzərlərinə götürməyi tapşırmış, əks təqdirdə aparıb evlərinə qoyacaqlarını bildirmişlər. Onlar 7 nəfər olmuş, Fuadı, Nurlanı və onu saxlamış, qalanlarını buraxmışlar. Şahid qismində dindirilən Şahid2 ifadəsinin davamında göstərdi ki, onları tutub gətirən zaman birinci koridorda saxlamış, sonra razılaşdırmaq üçün bizi ayrı-ayrı otaqlara yerləşdirmişlər. İlk olaraq orada olan Gəncəli bir oğlanın əllərinə əlcək taxıb dubinka ilə vurmuş, sonra onlara «sizi də belə edərik» kimi hədə-qorxu gəlmişlər. Belə ki, onların narkotik vasitəni öz üzərlərinə götürmək barədə təkliflərini qəbul etməyə heç biri razı olmamışdır. Onların otaqda razılaşma prosesi cəmi 20-25 dəqiqə çəkmişdir. Eyni təkliflər onlar çəkilişə girən zaman Təqsirləndirilən şəxs üçün də edilmiş, Nurlan razılaşdıqdan sonra polislər narkotiki Nurlanın sağ cibinə qoymuş, çəkiliş zamanı çıxarıb təqdim etməyi təklif etmişlər. Narkotik vasitəni onlara Yaşar və Rəsul adlı polislər vermiş, videoçəkilişə qədər onlara necə danışmaq lazım olduğunu izah etmişlər. Onun da, Fuadın da cibinə narkotiklər qoyulmuş və təzyiqlər edilmişdir. Onları buraxsınlar deyə, narkotiki Fuad boynuna almışdır. Bunu ona Fuad özü demişdir. Lakin o, Nurlanın razılaşma prosesini görməmişdir Nurlan onların yanında döyülməmiş, yalnız otaqda olan səsləri eşitmişlər. Videoçəkiliş zamanı onlar hər biri narkotiki çıxarıb polisisn öyrətdiyi kimi, yerdan tapdıqlarını demişlər. Lakin o, Nurlanla dost olmuş, heç bir zaman narkotik vasitədən istifadə etməmişlər. Şahid2 ifadəsinin davamında daha sonra göstərdi ki, o, müstəntiqə ifadə verərkən «Banditizm»in işçiləri orada olduqlarından, qanunsuzluqlar barədə heç nə deməmişdir. İfadəsini müstəntiq ancaq videoçəkilişə uyğun yazmış, o da ifadəsini oxumadan imzalamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı Şahid2 verdiyi ifadəsi ilə onun ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, Şahid2 tədqiq olunan həmin ifadəsində iş üzrə məhkəmə baxışı hamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat mərhələsində verdiyi və məhkəmə baxışı zamanı tədqiq olunan ifadəsinə oxşar məzmunda ifadə verib, sonuncunun həmin ifadəsində işin halları ilə bağldı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild 1, səh. 231-234). Daha sonra, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, Nurlan onun uşaqlıq dostu olmuş, qonşu binada yaşamış, göyərçin saxlamışlar. Tutulan gün göyərçinlərin yanına gəlmiş, Nurlanın dostları da orada olmuşlar. Təqribən 10 dəqiqə sonra polis əməkdaşları gəlib onların hamısını BMCMİ-nə aparmışlar. İdarəyə çatana kimi onların üzərinə baxış həyata keçirilməmişdir. Orada o, Təqsirləndirilən şəxs və daha 2-3 nəfər olmaqla cəmi 6 nəfər koridorda dayanmış, hər birinin üzəri ayrı-ayrı polislər tərəfindən yoxlanılmışdır. Onu bir dəfə vurmuş, lakin vərəm xəstəsi olduğunu, ciyərinin yarısının olmadığını öyrənib daha vurmamışlar. Sonra Nurlanı və bir çox adamı bir az döyüb kabinetə aparmış, o, koridorda dayanmışdır. Sonra Nurlan gəlmiş, üzərinə narkotik «yüklədiklərini» bildirmişdir. Nurlanın üzərində narkotik olmadığını, onun narkotikdən istifadə edən biri olmadığını o, bilmişdir. O özü də xəstə insan olduğundan narkotikdən istifadə etməmişdir. Amma həqiqətən də orada olarkən onların heç birinin üzərində narkotik olmamışdır. Nurlana və daha iki nəfərə hər birinə narkotik vermişdilər. Nurlan döyüldüyünü, qorxduğunu demiş və ona görə də narkotiki boynuna almaq istədiyini bildirmişdir. Lakin o, Nurlanın ciblərini, narkotik vasitənin videoçəkilişdən əvvəl kiminsə Nurlana verildiyini o, şəxsən görməmişdir. O, hər hansı polis əməkdaşının onlara yaxınlaşıb narkotiki cibinə qoymasıyla bağlı hər hansı tələb irəli sürdüyünün şahidi olmamışdır. Videoçəkiliş zamanı isə Nurlangil, yəni Nurlan, Elməddin və Fuad hərəsi bir bükümdə narkotiki ciblərindən çıxarıb təqdim etmiş, lakin o, həmin narkotikin nə olduğunu bilməmişdir. Yadında qaldığı qədər, Nurlan narkotiki tapdığını demişdir. Videoçəkiliş zamanı o özü də orada olmuş, onun da üzərinə baxış keçirilmiş, çəkilişdən əvvəl ona hər hansı tapşırıq verilməmiş və onun üzərindən heç nə aşkar edilməmişdir. Şahid qismində dindirilən Şahid6 ifadəsinin davamında göstərdi ki, onun da üzərinə baxış keçirilmiş, lakin onun üzərindən heç bir narkotik vasitə çıxmamışdır. Odur ki, onu isə 2 gün saxlayıb buraxmışlar. O, müstəntiqə ifadə verərkən Nurlanın döyüldüyünü deməmiş, bu barədə onunla sorğu-sual olunmamışdır. İfadəsini yazı yaza bilmədiyindən özü yazmamış, lakin oxumadan ifadəsinə qol çəkmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Şahid6 verdiyi ifadəsi ilə onun ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, Şahid6 tədqiq olunan həmin ifadəsində iş üzrə məhkəmə baxışı hamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 məhkəməyədək icraat mərhələsində verdiyi və məhkəmə baxışı zamanı tədqiq olunan ifadəsinə oxşar məzmunda ifadə verib, sonuncunun həmin ifadəsində işin halları ilə bağldı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 19-22). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, onun dişində problem olmuş və Bakıya dişinə görə həkimə gəlmişdir. Təsadüf nəticəsində Qara Qarayev tərəfdə maşından düşən kimi onu Nurlangilin yanında tutmuşlar. Tutulan vaxt o, Nurlanı ilk dəfə görmüş, onunla əvvəllər münasibəti olmamışdır. Onlarla bərabər tutulan şəxslərin heç birini o, tanımamışdır. Onun əmisigilin evi də o tərəflərdə olmuşdur. Ora xalası oğlu Elvinlə birlikdə getmişdir. Lakin həmin vaxt Elvin orada olmamış, o, həmin vaxt həkimə getmiş, Elvinin maşını onda olmuşdur. Həmin vaxt o, Elvini gözləyərkən qeyd olunan hadisələr baş vermişdir. Sonra onları BMCMİ-yə aparmış, ondan izahat alıb onun günahsız olduğunu başa düşərək 2 gün saxlayıb buraxmışlar. Şahid5 ifadəsinin davamında göstərdi ki, onları idarəyə aparandan sonra ara məsafəsiylə hamısını koridorda üzü divar istiqamətdə düzmüş, üzərlərini axtarmışlar. O, başı aşağı olduğundan digər şəxslərin üzərinin yoxlanışını görə bilməmişdir. Ondan sonra hamısının iştirakı ilə videoçəkilişlə üzərlərində şəxsi axtarış aparılmışdır. Videoçəkiliş zamanı Nurlan üzərindən narkotik vasitə çıxarıb təqdim etmiş, tapdığını demişdir. Lakin həmin narkotikin adı tam olaraq onun yadında qalmamışdır. O, polis əməkdaşlarının Nurlana qarşı hər hansı təzyiq göstərməsinin, döyülməsinin və ya otaqlardan cığırtı səsinin şahidi olmamışdır. Koridordan kabinetlərə aparılan şəxslər təqribən iki dəqiqə ordada olmuş və koridora qayıtmışlar. Kabinetdən çıxdıqdan sonra danışmağa və ya nəsə deməyə icazə verilməmiş, hər kəs sakit dayanmışdır. Ən nəhayət, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, onun yeznəsi Əliyev Elməddinlə yaxşı münasiöətləri olmuş, saxlanılan gün Qara Qarayevə hamısı quş almağa getmişlər. Orada salamlaşdıqdan 5-10 dəqiqə keçməmiş, 20-25 nəfər gəlmiş, qışqıra-qışqıra onlardan yerə uzanmağı tələb etmişlər. Sonra onları 7 nəfər olaraq BMCMİ-yə aparmış, orada onları əvvəlcə təxminən 1 saatdan artıq koridorda saxlamış, daha sonra isə onları ayırmışlar. Onlar karidorda başıaşağı, üzü divar istiqamətdə dayanmışlar. Onların üzərinə koridorda baxışı keçirilməmişdir. Sonra isə onların hamısının üzərinə bir yerdə bir otaqda video çəkilişlə baxış keçirilmişdir. Video çəkilişdən əvvəl Təqsirləndirilən şəxs polis əməkdaşı tərəfindən hədə-qorxu gəlindiyini və ya büküm verildiyini o, görməmişdir. Video çəkiliş zamanı Elməddinin, Fuadın və Nurlanın üzərindən narkotik vasitə çıxmasının şahidi olmuşdur. Belə ki, videoçəkiliş zamanı onun yeznəsi Elməddin, Fuad və Nurlan hərəsi bir büküm təqdim etmiş, üçü də eyni sözü demiş, haradansa tapdıqlarını bildirmişlər. O, digərlərinin üzərindən nə çıxdığını görməmişdir. Polis idarəsində ona qarşı hədə-qorxu gəlinməmiş, başqalarına münasibətdədə isə belə halı görməmiş, ona qarşı, heç bir qanunsuzluq halı olmamışdır. Orda heç kəs, onlara təzyiq göstərilməsi barəsində bir söz deməmişdir. Onlara hətta günorta yeməyi verilmiş, o, və digərləri orada yemək yemişlər. 7 nəfər tutulmalarına baxmayaraq necə oldusa yekunda onlar 6 nəfər qalmışdır. Yekunda üç nəfəri tutmuş, onları isə buraxmışlar. Cinayət işinə məhkəmə baxışı zamanı Şahid4 verdiyi ifadəsi ilə onun ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, Şahid4 tədqiq olunan həmin ifadəsində iş üzrə məhkəmə baxışı hamanı şahid qismində dindirilmiş Şahid3, Şahid6 və Şahid2 məhkəməyədək icraat mərhələsində verdiyi və məhkəmə baxışı zamanı tədqiq olunan ifadələrinə oxşar məzmunda ifadə verib, sonuncuların həmin ifadələrində işin halları ilə bağldı göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 23-26). Şahid3 ifadələri arasında müəyyən olunan ziddiyyətlə bir cümlə ilə aydınlıq gətirərək “İfadəmdə göstərdiklərim, videoda gördüklərimdir» deməklə kifayətlənmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 12 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən 12 aprel 2024-cü il tarixdə saat 13:00-da ünvan 3 ünvanının yaxınlığında Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs, həmçinin Şahid4, Şahid6 və Şahid5 birlikdə olduqları zaman onlar saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və orada həmin gün saat 15:45-dən etibarən Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs üzərilərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə şübhəli maddə aşkar edilərək götürülmüş, sonuncu həmin psixotrop maddəni bir gün əvvəl yaşadığı əraziyə yaxın ünvanda yerdən tapdığını, atmaq məqsədilə üzərində saxladığını bildirmişdir. Tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarış nəticəsində, həmçinin Şahid3 və eyni zamanda Şahid2 də hər birinin üzərindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, BMCMİ-yə gətirilmiş Şahid4, Şahid6 və Şahid5 üzərinə baxış keçirilmiş, lakin onların üzərindən iş üçün əhəmiyyətli ola biləcək hər hansı predmet aşkar edilməmiş və götürülməmişdir Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış, baxış və götürmə prosesi videoçəkilişlə müşaiyət olunmuş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD formatlı disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 1, səh. 73-79). Cinayət işinə məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs və saxlanılan digərlərinin üzərində şəxsi axtarış, baxış və götürmə aparılması prosesinin yükləndiyi bir ədəd DVD formatlı diskdəki videogörüntülərlə müəyyən edildi ki, həmin videogörüntülər Təqsirləndirilən şəxs, o cümlədən digər saxlanılmış şəxslərin üzərində şəxsi axtarış aparılması prosesini özündə ehtiva edən “şəxsi axtarış və götürmə aparılması haqqında» 12 aprel 2024-cü il tarixli protokolun məzmunu ilə eynidir və ziddiyyətlər müəyyən edilməmişdir (məhkəmə iclas protokolu). Məhkəməyədək icraat mərhələsində qəbul edilmiş 20 iyun 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərara əsasən Təqsirləndirilən şəxs və saxlanılan digərlərinin üzərində şəxsi axtarış, baxış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh.201-219). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 13 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1991 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6-li dairəvi möhür əksi olan üç ədəd zərfdə: -üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,460 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; -üzərində “Şahid2 aşkar edilmiş..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,001 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; -üzərində “Şahid3 aşkar edilmiş..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,857 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim olunmuş 3 (üç) ədəd sellofan bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Tədqiq olunan həmin rəyin qeyd hissəsindən görünür ki, aparılmış ekspertiza tədqiqatı ilə Təqsirləndirilən şəxs götürülmüş metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 5,460 qram olduğu müəyyən edilmiş, bundan 0,050 qram tədqiqata sərf edilmiş, 5,410 qram isə qalıq qalmışdır(iş vərəqə: cild İ, səh.110-115). İbtidai istintaq orqanının 15 aprel 2024-cü il tarixli qərarına əsasən baxılan iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 5,410 qram metamfetamin psixotrop maddəsi iş üzrə maddi sübut tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqə: cild İİ, səh.33-34). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 13 aprel 2024-cü il tarixli, 2342 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin, Psixostimulyatorların və Kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Tədqiq olunan həmin rəydən görünür ki, tədqiqat zamanı Təqsirləndirilən şəxs deməsinə görə narkotik vasitə marixuanadan siqaretə doldurub çəkməklə, daha sonra narkotik vasitə metadondan, 2017-ci ildən etibarən isə fasilələrlə psixotrop maddə metamfetamindən istifadə etmişdir(iş vərəqə: cild İİ, səh.189-190). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana ünvanlanmış əməliyyat tapşırıqlarına verilmiş cavab məktublarının məzmunundan görünür ki, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs üzərilərindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini ayrı-ayrılıqda satış məqsədi ilə əldə etmələri barədə əlavə məlumatlar əldə edilsə də, onların qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmələri müəyyən edilməmişdir. Həmçinin Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmamasının, onun narkotik vasitə və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin, narkotik vasitə və ya psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şəxslərin, eləcə də narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır(iş vərəqə: cild İİ, səh.145). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edildi ki, baxılan iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarına əsasən BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və BMCMİ-nin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 16 aprel 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qanunauyğun hesab edilmişdir (iş vərəqə: cild İİ, səh.50-51). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 20 iyun 2024cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarına əsasən baxılan iş üzrə Təqsirləndirilən şəxs barəsində olan həmin cinayət işindən Şahid2, Şahid3 və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca cinayət işi, həmçinin Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda material ayrılmışdır (iş vərəqə: cild İİ, səh.201-219). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadələri, 12 aprel 2024-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 13 aprel 2024-cü il tarixli, 3-16- 16/2-6/1991 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının 13 aprel 2024-cü il tarixli, 2342 nömrəli rəyi, cinayətin predmetinin və videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı diskin maddi sübut kimi tanınmaları barədə qərarları, istintaq orqanının əməliyyat tapşırıqlarına əməliyyat orqanı tərəfindən verilən cavabı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarı sübut əhəmiyyətli prosessual sənədlər kimi təqsirləndirilən şəxsin ondan aşkar olunan psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətini törətməkdə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə etməsini, saxlamasını və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirinə dair müvafiq sənədlərlə, o cümlədən təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının daxil olması barədə tərtib olunan 12 aprel 2024-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” eyni tarixli qərar, BMCMİ-si üzrə “əməliyyat qrupunun yaradılması haqqında” 12 aprel 2024-cü il tarixli əmr, Təqsirləndirilən şəxs saxlanılıb BMCMİ-nə gətirilməsi barədə əməliyyat müvəkkili tərəfindən tərtib olunan 12 aprel 2024-cü il tarixli daha bir protokoldan görünür ki, əməliyyat məlumatı baxılan iş üzrə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, onun satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə olmuşdur (iş vərəqə: cild İ, səh. 10, 11-12, 13-14, 15). Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs dindirilərkən şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində özünü qismən təqsirli bilərək ondan aşkar edilib 01 ədəd bükümdə götürülən psixotrop maddəni satış məqsədilə əldə etdiyini, konkret olaraq kiməsə satdığını, əldə etdiyi konkret mənbəni etiraf etməmiş, 11 aprel 2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında gəzərkən yerdə bir ədəd bükümün olmasını görüb götürdüyünü, baxdıqda içərisində psixotrop maddə metamfetamin olmasını gördüyünü, həmin psixotrop maddənin kiminsə əlinə keçməsin deyə götürərək üzərində saxladığınıü və onu atmaq niyyətində olduğunu, lakin yadından çıxdığı üçün üzərində qalmasını qeyd edib, üzərinə keçirilən şəxsi axtarış zamanı könüllü olaraq çıxarıb təqdim etdiyini etiraf etsə də, ibtidai istintaqın sonrakı mərhələlərində dindirilərkən şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərdiklərini inkar etmiş, məhkəmə baxışı zamanı verdiyi ifadələrində isə özünü ümumiyyətlə təqsirli bilməmiş, qanunsuz saxlanıldığını, polis tərəfindən ona qarşı edilmiş fiziki və psixoloji təsirlən nəticəsində onun üzərinə ittihamda göstərilən psixotrop maddənin qoyulduğunu, aşkar olunub götürülən psixotrop maddənin ona aid olmadığını, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən ona qarşı edilmiş psixoloji və fiziki təzyiqlər nəticəsində boynuna götürməsinə məcbur edildiyini göstərmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən istintaq olunan iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülən metamfetamin psixotrop maddəsi ilə əlaqədar əməliyyat orqanına verilmiş əməliyyat tapşırığına verilən və məhkəmə baxışı zamanı tədqiq olunan cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və qeyrilərinin üzərilərindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini ayrı-ayrılıqda satış məqsədi ilə əldə etmələri barədə əlavə məlumatlar əldə edilsə də, onların qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmələri, onun narkotik vasitə və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələri, narkotik vasitə və ya psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şəxslərin, eləcə də narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək, yəni aşkar tedilmiş psixotrop maddə metamfetaminin satış məqsədi ilə əldə olunmasını təsdiq edə biləcək sübutların müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs və qeyrilərinin üzərilərindən ayrı-ayrılıqda aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etmələri barədə əməliyyat orqanı tərəfindən əldə olunan məlumatlar heç bir mötəbər mənbəyə söykənməmiş, bu zaman konkret meteriallar əldə olunub təqdim edilməmiş və məhkəmə baxışı nəticəsində də belə sübutlar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs İlkin Muradzadədən aşkar edilərək götürülən psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda material ayrıldığı müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixlə 8 №-li qərarının qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddəni satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışını təşkil etmək məqsədilə hər hansı iş görülməsi və ya buna şərait yaradılması müəyyənləşdirilməmiş, aşkar olunan psixotrop maddənin hazırlanması və ya realizə edilməsi üçün hər hansı avadanlıq, o cümlədən kütləsinin müəyyən edilməsi üçün çəki vasitəsi müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə barədə” protokolda, nümayiş olunan videogörüntülərdə da Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş istər polis əməkdaşları və ya istərsə də adi vətəndaşlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını və ya narkotik vasitələri və ya psixotrop maddələri satmağa cəhd etməsini, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması üçün alət və vasitələri hazırlamasını, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərlə hər hansı formada əlaqəsini təsdiq edə bilmədilər. Məhkəmə, həmçinin qeyd edir ki, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübutlar, əməliyyat tapşırıqlarına əməliyyat orqanı tərəfindən verilən cavab və əməliyyat tədbirinin qanuniliyi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarı təqsirləndirilən şəxsin onda aşkar olunan psixotrop maddəni satış məqsədilə əldə etməsini, satmağa cəhd etməsini və ya satmasını təsdiq edə biləcək sübut təqdim edə bilməyən şahid ifadələri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edə sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun bir ədəd bükümdə aşkar edilib götürülmüş külli miqdarda metamfetamin psixotrop maddəsini satış məqsədi olmadan qanunsuz əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,15 qram, külli miqdar olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 400 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən bir ədəd bükümdəki metamfetamin psixotrop maddəsinin ümumi kütləsi külli miqdar olmaqla 5,460 qram təşkil etmişdir və bu miqdar külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin 05 iyun 2023-cü il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən metamfetamin psixotrop maddəsinin kütləsinin 5,460 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə olunmasının, saxlanmasının və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülməsi qeyd olunan psixotrop maddənin ona aid olmaması, saxlanılarkən onun üzərində heç bir növdən olan narkotik vasitə və ya psixotrop maddə olmaması, onun qanunsuz saxlanılması və polis tərəfindən psixoloji və fiziki təzyiqlərə məruz qalması, döyülüb xəsarətləndirilməsi nəticəsində ittihamda göstərilən külli miqdarda metamfetamin psixotrop maddəsini boynuna götürməyə və etirafedici ifadələr verməyə məcbur edilməsi ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü müdafiə üçün gətirdiyi bu və ya sair dəlillər məhkəmə baxışı zamanı araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun gətirdiyi dəlillər tam inkar olunmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2024-cü il tarixli qərarının məzmunundan görünür ki, qətimkan tədbirinə dair məsələyə baxılarkən Təqsirləndirilən şəxs onda aşkar olunan psixotrop maddəni bir gün əvvəl mağazaya gedərkən tapdığını və üzərində daşıdığını bildirmiş, müdafiəçisi isə çıxışında məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs himayəsində yaşlı ataanasının olduğunu bildirərək vəsatətin təmin olunmamasını məhkəmədən xahiş etmiş, lakin nə Təqsirləndirilən şəxs və nə də onun müdafiəçisi Təqsirləndirilən şəxs polis tərəfindən psixoloji və fiziki təzyiqlərə məruz qalması, döyülüb xəsarətləndirilməsi nəticəsində ittihamda göstərilən külli miqdarda metamfetamin psixotrop maddəsini boynuna götürməyə məcbur edilməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının şəxsin saxlanılmasından br gün sonra - 13 aprel 2024-cü il tarixdə keçirilmiş ekspertiza rəyindən görünür ki, tədqiqat nəticəsində Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində sağ yanaq nahiyəsində 1x0,5 sm ölçüdə qeyri-düzgün formalı qırmızımtıl-qəhvəyimtil rəngdə bərk konsentrasiyalı qartmaqla örtülmüş, ətraf dəri səthində yerləşmiş sıyrıq, sol çiyin qurşağının ön səthində 7x8 sm ölçüdə və qarının sağ yarısının ön səthində 10x8 sm ölçüdə qeyri-müəyyən formalı mərkəzi bənövşəyi rəngli, kənarları yaşılımtıl çalarlı qançır kimi bədən xəsarətləri aşkar edilmişdir. Tədqiq olunan rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, ekspertiza tədqiqatına məruz qalan Təqsirləndirilən şəxs ekspertlərin sualına cavab olaraq 12 aprel 2024-cü il tarixdə Bakı şəhərinin Nizami rayonu ərazisində məhəllədə polis əməkdaşları tərəfindən tutulduğunu, saxlanılarkən bədən xəsarəti almadığını bildirmişdir. Tədqiq olunan həmin rəyin nəticə hissəsindən isə görünür ki, Təqsirləndirilən şəxs bədən səthində 12 aprel 2024-cü il tarixə və qərarda göstərilən şəraitə uyğun hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmiş, ekspertiza tədqiqatı zamanı aşkar olunan xəsarətlər isə küt təsir mexanizminə malik əşya ilə terilmişdir və törədilmə müddəti şəxsin məhkəmə-tibbi müayinəsindən 5-6 gün əvvələ, yəni Təqsirləndirilən şəxs tutulduğu 12 aprel 2024-cü il tarixdən 4-5 gün əvvələ uyğun gəlir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması, etmədiyi cinayətin onun boynuna qoyulması barədə məlumata əsasən Bakı şəhəri Nərimanov Rayon prokurorluğu tərəfindən araşdırma başlanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən təhqir edilərək işgəncələrə məruz qalması ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon prokurorluğu tərəfindən başlanmış araşdırma üzrə cinayət tərkibi müəyyən edilmədiyindən həmin prokurorluğun 14 iyun 2024-cü il tarixli qərarına əsasən araşdırma materialları üzrə cinayət işi başlanılması rədd edilmişdir. Göstərilənlərdən başqa, məhkəmə, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid4 ziddiyyətli ifadələrinə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, qeyd olunan şəxslərin məhkəmədəki ifadələri onların Təqsirləndirilən şəxsla mövcud olmuş şəxsi münasibətlərindən əmələ gəlmiş və məhkəmə istintaqı mərhələsində seçilmiş müdafiə üsuludur və qeyd olunan bu ifadələr Təqsirləndirilən şəxs hər hansı hissədə bəraət verilməsinə əsas ola bilməz. Belə ki, məhkəmədə şahid qismində dindirilən Şahid3 ifadəsində Elməddinə də, Nurlana da videoçəkilişdən əvvəl polislər tərəfindən «patı» (burada: metamfetamin psixotrop maddəsi) verildiyini və videoçəkilişdə yerdən tapdıqlarını demələrinin tapşırıldığını və bu tapşırıqları onun gözünün qabağında verildiyini qeyd etsə də, ifadəsinin davamında BMCMİ-də olarkən ayrı-ayrı otaqlarda olduqlarından o, videoçəkilişdən əvvəl Nurlana polis əməkdaşları tərəfindən hər hansı hədə-qorxu gəlindiyinin və ya ona işgəncə edildiyinin şahidi olmadığını, Nurlanın narkotiklə yükləndiyini, narkotik vasitəni kimin nə vaxt, harada qoyduğunu görmədiyini bildirmiş, videoçəkilişə qədər bir yerdə olmadıqlarını göstərmişdir. Şahid2 məhkəmədəki ifadəsində polislər tərəfindən onun da, Nurlanın və Fuadın da cibinə narkotiklər qoyulduğunu və onlara qarşı təzyiqlər edildiyini, onları buraxılması üçün Fuadın narkotiki boynuna götürdüyünü bildirmiş, bunu ona Fuadın özünün dediyini göstərmişdir. Lakin istər məhkəməyədək icraat mərhələsində və ya istərsə də məhkəmə baxışı zamanı Şahid3 əməlini səmimi etiraf edib narkoman olduğunu, BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılarkən üzərində metamfetamin psixotrop maddəsi olduğunu və şəxsi axtarış zamanı kbnüllü olaraq çıxarıb təqdim etdiyini bildirmiş, üzərində aşkar olunan psixotrop maddəni tam inkar etməmişdir. Şahid2 məhkəmədəki ifadəsinin davamında isə Nurlanın polislə razılaşma prosesini görmədiyini, Nurlanın onların yanında döyülmədiyini, yalnız otaqda olan səsləri eşitdiyini bildirmişdir. Bundan başqa cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində saxlanılarkən onların heç birinin üzərində narkotik olmadığını, polis əməkdaşlarının Nurlana və daha iki nəfərin hər birinə narkotik vermələrini, Nurlanın otaqdan koridora qayıtdıqdan sonra döyüldüyünü, qorxduğunu və ona görə də narkotiki boynuna almaq istədiyini onlara bildirdiyini göstərsə də, ifadəsinin davamında Nurlanın ciblərini və ya videoçəkilişdən əvvəl narkotik vasitənin kiminsə Nurlana verildiyini şəxsən özünün görmədiyini, hər hansı polis əməkdaşının onlara yaxınlaşıb narkotiki ciblərinə qoymaqla bağlı hər hansı tələb irəli sürməsinin şahidi olmadığını bildirmişdir. Daha sonra Şahid5 məhkəmədəki ifadəsində polis əməkdaşlarının Nurlana qarşı hər hansı təzyiq göstərməsinin, sonuncunun döyülməsinin və ya otaqlardan cığırtı səsi gəlməsinin şahidi olmadığını, koridordan kabinetlərə aparılan şəxslər təqribən iki dəqiqə ordada olub koridora qayıtmalarını və kabinetdən çıxdıqdan sonra danışmağa və ya nəsə deməyə icazə verilmədiyini bildirmişdir. Ən nəhayət, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə dindirilən Şahid4 video çəkilişdən əvvəl Təqsirləndirilən şəxs polis əməkdaşı tərəfindən hədə-qorxu gəlindiyini və ya büküm verildiyini özünün görmədiyini, video çəkiliş zamanı Elməddinin, Fuadın və Nurlanın üzərindən narkotik vasitə çıxmasının şahidi olduğunu bildirmiş, həmçinin polis idarəsində ona qarşı hədə-qorxu gəlinmədiyini, başqalarına münasibətdədə isə belə halı görmədiyini, özünə qarşı heç bir qanunsuzluq halı olmadığını və orda heç kəsin onlara təzyiq göstərilməsi barəsində bir söz demədiyini göstərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İİ, səh.67-68). Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59.cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən həmin ittihamın mətnində təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədilə əldə etməsini qeyd etməklə yanaşı, həm də eyni əməlin tamah məqsədi ilə törədilməsini ittihama daxil etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah məqsədi bu halda narkotik vasitələrin satış məqsədi olmadan külli miqdarda əldə edilməsində ehtiva olunduğundan tamah məqsədi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalı və eyni zamanda "cinayətin tamah məqsədilə törədilməsi" əlaməti təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülən və əməlinin tövsif olunduğu ittihamın mətnindən xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 13 aprel 2024-cü il tarixli, 2342 nömrəli rəyini əsas götürərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunması, onun narkomaniya xəstəliyindən əzab çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmaqla barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkolojdi dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun faktiki olaraq saxlanıldığı və azadlığının məhdudlaşdırıldığı 12 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs Nurlan Nəzərəov baxılan iş üzrə 12 aprel 2024-cü il tarixdə saxlanılmaqla şübhəli şəxs qismində tutulmuş, 13 aprel 2024-cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 aprel 2024-cü il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 12 aprel 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,460 qram metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 5,410 qram metamfetamin psixotrop maddəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 12 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi müalicə təyin edilsin. O, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,460 qram metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 5,410 qram metamfetamin psixotrop maddəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-461/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-461/2025
31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver