Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-462/2020 11.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və nümayəndə: fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə1 iştirakı ilə xx xxxxxx 1978-ci ildə Tovuz rayonunun Bayramlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Tovuz rayonunun Bayramllı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xx xxx 2013-cü il tarixədək qüvvədə olmuş 144-1.2.1 və 144-1.2.2 və Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 2012-ci ilin yanvar ayının əvvəllərində Samux rayonunun Qarabağlar kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasının Konya şəhərində iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onun yol xərclərini ödəməklə özü ilə birlikdə xx xxxxxx 2012-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçirməklə Konya şəhərinə aparmış, həmin tarixdən xx xxxx 2012-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa o, 2012-ci ilin may ayının əvvəllərində Samux rayonunun Qarabağlar kəndində yaşayan Zərərçəkmiş şəxs2 əvvəllər Türkiyə Respublikasının Konya şəhərində fahişəliklə məşğul olduğunu yaxın qohumlarına deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsi ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 bu hədəni real qəbul edib razılığını bildirdikdən sonra xx xxx 2012-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarətburaxılış məntəqəsindən keçməklə Konya şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşıladıqdan sonra həmin tarixdən xx xxxx 2012-ci il tarixədək qeyd edilən şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən insan alveri cinayətini törətmişdir. Daha sonra o, 2012-ci ilin dekabr ayının əvvəllərində Samux rayonunun Qarabağlar kəndində yaşayan Zərərçəkmiş şəxs2 əvvəllər Türkiyə Respublikasının Konya şəhərində fahişəliklə məşğul olduğunu yaxın qohumlarına deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsi ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 bu hədəni real qəbul edib razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onun yol xərclərini ödəməklə özü ilə birlikdə xx xxxxxx 2012-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçirməklə Konya şəhərinə aparmış, həmin tarixdən xx xxxxxx 2013-cü il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa o, xx xxx 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Konya şəhərinə getmiş Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasına qayıtmaq üçün xərclərinin olmadığını bilib fahişəliklə məşğul olmağa məcbur edərək zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs xx xxx 2017-ci il tarixdən xx xxx 2017-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin x xxx 2013-cü il tarixədək qüvvədə olmuş 144-1.2.1 və 144- 1.2.2-ci maddələri və CM-nin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər əri ilə birlikdə Samux rayonunun Qarabağlar kəndində yaşamış, 12 illik evlilikdən sonra onlar boşanmışlar. Zərərçəkmiş şəxs2 ilə qonşu olmuşdur. İlk dəfə 2012-ci ildə Türkiyəyə getmiş, orada xəstə bir adama baxıcılıq etmişdir. Bir müddət sonra türk vətəndaşı ilə ailə qurub onun evində yaşamışdır. Həmin il Vüsalə anası və qardaşı ilə birlikdə Türkiyəyə gəlmiş və onun yaşadığı evdə qonaq qalmışlar. Vüsalə bağçada xidmətçi işinə düzəlmişdir. Sonradan yoldaşı Vüsalənin onun evində qalmasına etiraz etdiyinə görə sonuncuya çıxıb getməsini bildirmişdir. Güman edir ki, buna görə də Vüsalə ondan şikayət etmişdir. 2017-ci ilin dekabr ayında Türkiyədə onunla qonşuluqda yaşayan Məlahət Hüseynova ona zəng edib, qızı Ayselin və sonuncunun rəfiqəsi Minarənin onun evində qalmasına icazə istəmişdir. O, etiraz etməmiş, Aysel və Minarə iki gün onun evində qalmışlar. Bundan sonra Minarə və Ayseli görməmişdir. O, heç vaxt fahişəliklə məşğul olmamış, heç kimi pul qarşılığında cinsi əlaqədə olması üçün kişilərə təqdim etməmiş və insan alveri cinayəti törətməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, x xxx 2017-ci il tarixdə rəfiqəsi Şahid3 ilə birlikdə Türkiyənin Konya şəhərinə getmişdir. Orada Aysel və sonuncunun anası ilə birlikdə qalmışlar. Daha sonra Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Sonuncu onun köməksiz vəziyyətindən istifadə edib, onu evində cinsi istismar etmişdir. Belə ki, Gülnar ona evində qalmağı təklif etmiş və o, razılaşmışdır. Sonradan Gülnar onu fahişəliyə cəlb edəcəyini, etiraz etdiyi halda isə başına oyun açacağını bildirmişdir. Gülnar ona hədə-qorxu gəlib, heç yerə buraxmayacağını bildirmişdir. Sonuncu öz evində onu müştərilərlə cinsi əlaqədə olmaq üçün təqdim etməyə başlamışdır. Gülnarın müştərilərdən nə qədər pul aldığını bilməmişdir. Ayselin bu hadisədən məlumatı olmamışdır. xx xxx 2017-ci il tarixdə Aysel və sonuncunun oğlu ilə birlikdə Azərbaycana qayıtmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı Samux rayonunun Qarabağlar kəndindən tanıyır. Sonuncu həmin kəndə gəlin gəlmiş, qonşu kimi onunla münasibətləri olmuşdur. 2011-ci ilin sonunda əri Gülnarın əxlaqsızlıqla məşğul olduğunu bilib evdən qovmuşdur. Boşandıqdan sonra Gülnar tez-tez Türkiyəyə gedib-gəlmişdir. Maddi vəziyyəti pis olduğuna görə Gülnardan xahiş etmişdir ki, onu da özü ilə aparıb, orada iş tapmaqda köməklik etsin. Gülnar onu özü ilə Türkiyəyə aparacağını və ona yüksək maaşlı bir iş tapacağını bildirmişdir. 2012-ci ilin yanvar ayında onlar Gülnarla İrana, oradan isə Naxçıvana getmiş, xx xxxxxx 2012-ci il tarixdə Sədərək nəzarətburaxılış məntəqəsindən dövlət sərhəddini keçməklə birlikdə Türkiyəyə getmişlər. Gülnarla Konya şəhərinə gedib, hoteldə yerləşmişlər. Bir neçə gün hoteldə qaldıqdan sonra o, Gülnardan iş barədə soruşduqda, sonuncu ən gəlirli işin fahişəliklə məşğul olmaq olduğunu bildirmişdir. O, etiraz edib, heç vaxt fahişəliklə məşğul olmadığını bildirmişdir. Bundan sonra Gülnar onu məcbur etməyə başlamış, fahişəliklə məşğul olmadığı halda onu çölə atacağını, türklərin onun başına oyun açacağını demişdir. Daha sonra Gülnar yaşadığı kənddə onu biabır etməklə hədələmişdir. Sonuncunun hədə-qorxularından qorxub razılaşmışdır. Gülnar bir ay ərzində onu cinsi istismar etmişdir. Belə ki, sonuncu onu gün ərzində 5-6 kişi müştəri ilə görüşdürmüşdür. Bir aydan sonra onlar sərhədi keçib, xx xxxxxx 2012-ci il tarixdə yenidən geri qayıtmışlar. Bu dəfə Gülnar Konyada kirayə ev tutub, onu evə yerləşdirmiş və əvvəlki kimi istismar etməyə davam etmişdir. x xxxx 2012-ci il tarixdə Gülnarın icazəsi ilə Azərbaycana qayıtmışdır. Onu Azərbaycana yola salarkən Gülnar bildirmişdir ki, dediyi vaxtda geri qayıtmasa, onu yaşadığı kənddə rüsvay edəcəkdir. 2012ci ilin may ayının əvvəllərində Gülnar onunla əlaqə saxlayıb yanına getməyi tələb etmişdir. Gülnarın onu yaşadığı kənddə biabır edəcəyindən qorxub razılaşmışdır. xx xxx 2012-ci il tarixdə Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Gülnarın yanına Konya şəhərinə getmişdir. Gülnar onu qarşılayıb kirayə tutduğu evə aparmış və gün ərzində onu 6-8 müştəri ilə görüşdürüb cinsi istismar etmişdir. Bir aydan sonra Gülnar ona Azərbaycana qayıtmağını, onu yenidən Konyaya çağıracağını bildirmişdir. xx xxxx 2012-ci il tarixdə Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana qayıtmışdır. 2012-ci ilin dekabr ayının sonlarında Gülnar onun yaşadığı evə gəlib, onu da özü ilə birlikdə Konyaya fahişəliklə məşğul olmağa aparacağını bildirmişdir. Sonuncuya uşağının körpə olduğunu, evdə tək qoya bilməyəcəyini demişdir. Gülnar uşağı da özü ilə götürməsini, Türkiyədə ona baxacağını bildirmişdir. xx xxxxxx 2012-ci il tarixdə Gülnarla birlikdə Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Konya şəhərinə getmişlər. Növbəti gündən başlayaraq Gülnar onu kişi müştərilərə təqdim etmişdır. Bir ay ərzində Gülnar tərəfindən cinsi istismara məruz qaldıqdan sonra Azərbaycan sərhəddini keçib Türkiyəyə geri qayıtmış və Gülnar onu cinsi istismar etməkdə davam etmişdir. Sonradan müştəridən alınan pulun bölünməsinə görə aralarında mübahisə yaranmış və o, daha çox pul tələb etmişdir. Bu səbəbdən xx xxxxxx 2013-cü il tarixdə Gülnarla birlikdə Azərbaycana qayıtmış və sonuncu bir daha onu Türkiyəyə aparmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxxx 2016-cı il tarixdə Türkiyənin Konya şəhərinə gedib, orada fahişəliklə məşğul olmağa başlamışdır. Yaşlı olduğuna və işlədiyi barda cavan qızlar çox olduğuna görə çətinliklə müştəri tapmışdır. Odur ki, bardakı qadınlardan yaxınlıqda başqa hotel və yaxud bar olub-olmadığını soruşmuşdur. Qadınlardan biri ona Təqsirləndirilən şəxs məsləhət görüb, sonuncunun Azərbaycandan qadınlar gətirib Konyada yerləşən evində cinsi istismar etdiyini bildirmişdir. Odur ki o, Gülnarın yanına getmişdir. Sonuncu bildirmişdir ki, onun evində qalsa, müştəri tapmaqda kömək edər, lakin aldığı pulu onunla yarı böləcəkdir. Bir qədər fikirləşdikdən sonra Gülnarın təklifi ilə razı olmamışdır. Gülnarla söhbət zamanı sonuncu evində 5-6 nəfər azərbaycanlı qadın saxladığını, onları pul müqabilində müştərilərə təqdim etdiyini bildirmiş, lakin o, həmin qadınları görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2016-cı ilin əvvəllərində Gürcüstanın Batumi şəhərində Türkiyə vətəndaşı Kamil adlı şəxslə tanış olmuşdur. 2016-cı ildə Kamillə birlikdə Türkiyənin Konya şəhərinə getmişdir. Konyada uzun müddət yaşayan Nailə adlı qohumu olmuşdur. Sonuncu ilə Konyanın alış-veriş mərkəzində gəzərkən onların diqqətini Təqsirləndirilən şəxs cəlb etmişdir. Nailə bildirmişdir ki, Gülnar Konyada azərbaycanlı qadınların cinsi istismar etməklə məşğuldur. Gülnarın qadınları cinsi istismar etməsinin şahidi olmamış, bu barədə yalnız Nailədən eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Türkiyədə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pul qarşılığında müştərilərə təqdim edib istismar etdiyini eşitmişdir. Ona bu barədə Minarə özü bir xeyli müddət sonra danışmışdır. Belə ki, X3 özünə iş tapa bilməməsindən istifadə edib, çıxılmaz vəziyyətə salmış və sonuncunu Konya şəhərində yaşadığı evində cinsi istismar etmişdir. Türkiyədə Minarə ilə birlikdə olarkən sonuncu Gülnarın hədələrindən qorxub, ona heç nə danışmamışdır. Daha sonra Gəncə şəhərində xatırlamadığı tanışlarından eşitmişdir ki, Gülnar Vüsaləni 2012-ci ildə Türkiyədə cinsi istismar etmiş, bu səbəbdən də sonuncuların arası soyumuşdur. Gülnarın digər qadınları istismar edibetmədiyi barədə məlumatı yoxdur. İşin 220-222, 234-236-cı vərəqələrindəki protokollardan görünür ki, Şahid2 və Şahid1 ilə tanınma istintaq hərəkəti keçirilmiş, hər iki şəxs Təqsirləndirilən şəxs tanıyaraq sonuncunun Türkiyə Respublikasının Konya şəhərində qadınları cinsi istismar edən şəxs olduğunu təsdiqləmişlər. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 507/KEŞ saylı rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və məhkəmə-tibbi müayinəsinə əsaslanaraq ekspertiza qarşısında qoyulmuş suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlir: Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, aparılmış müvafiq müayinələr əsasında onda «Uşaqlığın fibromioması, Exopozitiv törəmə»nin olduğu müəyyən edilmişdir. Qeyd edilən xəstəliklər xroniki gedişlidir və onun üzərində hal-hazırda cərrahiyyə əməliyyatının aparılmasına ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki sağlamlıq durumu ilə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması mümkündür. İşin 166-168-ci vərəqələrindəki baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 xx xxxxxx 2012-ci il tarixdə saat 02:52 dəqiqədə «P4722454» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə respublikanı tərk etmiş, xx xxxxxx 2012-ci il tarixdə saat 19:17 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs2 xx xxxxxx 2012-ci il tarixdə saat 10:10 dəqiqədə «P4722454» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxx 2012-cİ il tarixdə saat 09:03 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Culfa nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 xx xxx 2012-ci il tarixdə saat 02:11 dəqiqədə «P4722454» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxx 2012-ci il tarixdə saat 13:47 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 xx xxxxxx 2012-ci il tarixdə saat 00:47 dəqiqədə «P4722454» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxx 2013-cü il tarixdə saat 16:09 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 xx xxxxxx 2013-cü il tarixdə saat 12:10 dəqiqədə «P4722454» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxx 2013-cü il tarixdə saat 14:04 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 xx xxx 2017-ci il tarixdə saat 19:14 dəqiqədə «P3656739» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə respublikanı tərk etmiş, xx xxx 2017-ci il tarixdə saat 01:59 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Şahid3 xx xxx 2017-ci il tarixdə saat 19:13 dəqiqədə «P4869584» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə respublikanı tərk etmiş, xx xxx 2017-ci il tarixdə saat 01:59 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Şahid2 xx xxx 2016-cı İl tarixdə saat 13:54 dəqiqədə «P5188601» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə respublikanı tərk etmiş, xx xxx 2016-cı il tarixdə saat 03:02 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət- buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Şahid1 xx xxxxxxx 2016-cı il tarixdə saat 20:37 dəqiqədə «C01384146» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə respublikanı tərk etmiş, xx xxxxxx 2016-cı il tarixdə saat 19:32 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət- buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. X2 xx xxxxxx 2010-ru il tarixdə saat 02:35 dəqiqədə «3314320» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə respublikanı tərk etmiş, xx xxxxxx 2011-ci il tarixdə saat 15:30 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Xalidə Məmmədova xx xxxx 2013- cü il tarixdə saat 20:15 dəqiqədə «3314320» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə respublikanı tərk etmiş, xx xxxx 2013-cü il tarixdə saat 14:26 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2010-cı il tarixdə saat 02:34 dəqiqədə «1738514» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə respublikanı tərk etmiş, xx xxxxxx 2011-ci il tarixdə saat 15:30 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2012-ci il tarixdə saat 02:52 dəqiqədə «4732235» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə respublikanı tərk etmiş, xx xxxxxx 2012-ci il tarixdə saat 19:16 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2012-ci il tarixdə saat 16:41 dəqiqədə «4732235» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Culfa nəzarət-buraxılış məntəqəsindən keçməklə respublikanı tərk etmiş, xx xxxx 2012ci il tarixdə saat 22:43 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx xxxxx 2012-ci il tarixdə saat 20:21 dəqiqədə «4732235» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxx 2012-cİ il tarixdə saat 16:52 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2012-ci il tarixdə saat 00:42 dəqiqədə «4732235» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə respublikanı tərk etmiş, xx xxxxxx 2013-cü il tarixdə saat 16:08 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2013cü il tarixdə saat 12:04 dəqiqədə «4732235» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə respublikanı tərk etmiş, xx xxxxxx 2013-cü il tarixdə saat 14:04 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx xxxx 2013-cü il tarixdə saat 20:14 dəqiqədə «4732235» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə respublikanı tərk etmiş, xx xxxxxx 2013-cü il tarixdə saat 14:23 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx xxx 2016-cı il tarixdə saat 13:51 dəqiqədə «P4732235» nömrəli sənəddən İstifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə respublikam tərk etmiş, xx xxxxxxxx 2016-cı il tarixdə saat 23:17 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxxx 2016-cı il tarixdə saat 16:41 dəqiqədə «P4732235» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə respublikanı tərk etmiş, xx xxxxxx 2016-cı il tarixdə saat 22:37 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət- buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx xxx 2016-cı il tarixdə saat 16:36 dəqiqədə «P4732235» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə respublikanı tərk etmiş, xx xxxxxx 2017-ci il tarixdə saat 07:52 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət- buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. İşin 44-46-cı vərəqələrindəki Azərbaycan Respublikası DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin xx xxxxx 2019-cu il tarixli arayışından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi Gül adlı qadının şəxsiyyəti (Təqsirləndirilən şəxs) və onun sərhəd keçməsinə dair məlumatları müəyyən edilərək təqdim edilmişdir. Bundan başqa, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2, X2 və X4 cinsi istismara məruz qoyması müəyyən edilmişdir. İşin 84-85-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN-in İAQMBİ-nin xx xxxxxx 2019cu il tarixli arayışından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Türkiyə Respublikasında törətdiyi cinayət xarakterli əməlləri barədə məlumatı olan X2, Şahid1 və Şahid2 müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs cinsi istismara məruz qoyması ehtimal edilən qadınlardan Zərərçəkmiş şəxs2 müəyyən edilmişdir. Sonuncu Baş idarəyə dəvət olunmuş, dəvət olunma səbəbi ona izah olunan zaman Təqsirləndirilən şəxs şikayət etdiyini bildirmişdir. İşin 180-ci vərəqəsindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 216-217-ci vərəqələrindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci ildə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xx xxx 2013-cü il tarixədək qüvvədə olmuş 144-1.2.1 və 144-1.2.2 və Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayələri törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilmədi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri, ekspertiza rəyi, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə, ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xx xxx 2013-cü il tarixədək qüvvədə olmuş 144-1.2.1 və 144-1.2.2 və Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə tövsif edilməklə o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin xx xxx 2013-cü il tarixədək qüvvədə olmuş 144-1.2.1 və 144-1.2.2 və Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli barəsində həbs qətimkan tədbirinin seçildiyi xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin xx xxx 2013-cü il tarixədək qüvvədə olmuş 144-1.2.1 və 144-1.2.2-ci maddələri və Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144- 1.2.2 və 144-1.2.4-1-ci i maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-462/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-462/2020
11.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver