Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-462/2021 09.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 –d qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayında istintaqla müəyyən olunmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarından istifadə etməklə 2020-ci ilin mart ayında ünvan 1 ünvanındakı yaşadığı evin həyətyanı sahəsində yerləşən ümumi sahəsi 75 kv metr təşkil edən taxta və daş parçaları ilə əhatəyə alınmış həyətyanı sahədə qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə bitkilərini əkib 2020-ci ilin iyul ayının 11 -nə qədər onlara aqrotexniki qaydada qulluq göstərərək, yetişdirməklə kultivasiya etmiş, eyni zamanda 2020-ci ilin iyul ayında həmin bitkilərin hissələrini qurutmaqla satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə 60 qram çəkidə qurudulmuş marixuananı hazırlayıb saxlamış, onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kültivasiya etməsi barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 14-cü PB- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx xxxx 2020-ci il tarixdə saat 15:55 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, A.M.Əbdülkərim küçəsi ev 121 ünvanında saxlanılıb, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən orada ümumi sahəsi 75 kv metr təşkil edən daş və taxta parçalarından hasarlanmış sahədə yaş vəziyyətdə ümumi təmiz çəkisi 26950,0 qram (26 kq 950 qram) olan, cəmi 225 ədəd (145 ədədi əkilmiş formada, 80 ədədi isə kökündən çıxarılaraq yerə düzülmüş vəziyyətdə), yəni külli miqdarda aqrotexniki qaydada qulluq göstərilərək qanunsuz olaraq kültivasiya edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və yaşadığı evdə istifadəsiz otaqda quruması üçün döşəməyə sərilmiş satış məqsədi ilə qanunsuz olaraq qurutmaqla əldə etdiyi təmiz çəkisi 60 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana, həmin otaqda qutunun içində narkotik vasitə hesab olunmayan təmiz çəkisi 19,848 qram əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilirək, ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində polis əməkdaşları yaşadığı evdə, həyətyanı sahəsində narkotik vasitələrin olub-olmaması ilə bağlı evinə və həyətinə baxış və axtarış keçirəcəklərini dedilər. Baxış videoçəkiliş vasitəsilə həyata keçirildi. O polis əməkdaşlarına heç bir etiraz etmədi. Həyətinə və mənzilinə baxış keçirilən zaman yaşadığı evdən marixuananın yarpaqları aşkar etdilər. O həmin yarpaqları istifadə etmədiyi otaqda döşəməyə quruması üçün sərmişdi. Həmin otaqda polis əməkdaşları qutunun içinə yerləşdirdiyi marixuana toxumlarını da aşkar etdilər. Həyətindən isə görünməməyi üçün əlavə hasara saldığı ərazidən əkidiyi marixuana kollarını və həyətdə yerə sərdiyi maruxuana kollarını aşkar etdilər. O həmin narkotik vastələrin toxumlarını 2020-ci ilin əvvəllərində Bakı şəhəri, Nizami rayonu ərazisindən tanımadığı şəxsdən almışdı. Mart ayında isə toxumları həyətində əkmişdi ki, özü istifadə etsin. Təxminən 200 ədəd marixuana bitkisi olub. Polis əməkdaşları həyətindən və evindən aşkar etdikləri marixuana bitkilərini və toxumları torbalara və zərflərə qoydular, möhürlə möhürləndi, o özü də imzaladı. Ailə üzvlərinin marixuana toxumları əkdiyindən xəbərləri olmayıb, marixuana əkməyi barədə heç kimin məlumatı yox idi, toxumları aldığı şəxs onları əkəcəyini bilmirdi. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Sabunçu RPİnin və 14-cü PB-nin əməkdaşlarndan ibarət əməliyyat qrupu tərəfindən xx xxxx 2020-ci il tarixində saat 15:55-də «Xaş-Xaş-2020» planı əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirildi. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi evə və həyətyanı sahəsinə videogörüntü ilə baxış keçiriləcəkləri barədə Təqsirləndirilən şəxs məlumat verdilər. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və mənzilinə baxış və axtarış keçirilməsinə etiraz etmədiyini bildirdi. Həyatyanı sahəsinə və mənzilinə baxış keçirilən zaman yaşadığı evdə istifadə edilməyən otaqda qurudulması üçün döşəməyə sərilən narkotik vasitə olan marixuana yarpaqları, həmin yerdə qutunun içində marixuana toxumları aşkar olundu. Həyatyanı sahədə isə görülməsinin qarşısını almaq üçün taxtadan və dəmirdən əlavə hasar düzəldilərək əhatəyə alınan yerdən xüsusi qulluq edilərək əkilən marixuana kolları, bir az aralıda həyatyanı sahədə xüsusi qulluq edilən marixuana kollarını və həyətdə sərilmiş vəziyyətdə olan maruxuana kolları aşkar olundu. Təqsirləndirilən şəxs bildirdi ki, çəkdiyi marixuanadan çıxan toxumları əkib və şəxsi istifadəsi üçün xüsusi qulluq edib. Təxminən 200 ədəd marixuana bitkisinin olduğunu dedi. İştirakçı olan aqronom həmin bitkilərə qulluq olunduğunu bildirdi. Bundan sonra həyatyanı sahədən və evindən aşkar olunan narkotik vasitə sayılan marixuana bitkiləri və toxumları torbalara və zərflərə qoyulub möhürlə möhürləndi, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalandı. Bu barədə protokol tərtib olundu. Təqsirləndirilən şəxs həmin protokolda da imza edib düzgünlüyünü təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 verdiyi ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində olan xx xxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/425 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 JNb-li kağız paketdə bir ədəd sellofan torbada təmiz çəkisi-60 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 2JMb-li kağız paketdə bir ədəd qutuda təmiz çəkisi - 19,848 qram bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin toxumlarıdır və o narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş yeddi ədəd ağ rəngli sintetik torbalarda yaş vəziyyətdə, ümumi sayı 225 (iki yüz iyirmi beş) ədəd, ümumi çəkisi - 26950 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Çətənə bitkiləri üzrə tətqiqata sərf edildi 0.3 qram, qalıq 26949.7 qram, marixuanna bitkiləri üzrə tətqiqata sərf edildi 0.2 qram, qalıq 59.98 qram, Çətənə bitkisi toxumu üzrə tətqiqata sərf edildi 0.2 qram, qalıq 19.828 qram. Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2450 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi milə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət gülür. Cinayət işi materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Selcan adlı azyaşlı övladları var. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını əməlindən peşman olunmasını cəzanə yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan tətqiqatdan sonra qalıq olan ümumi təmiz çəkisi 26949.7 qram cəmi 225 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və 59.98 qram qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana, narkotik vasitə hesab olunmayan təmiz çəkisi 19.828 qram əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən narkomaniyadan məcburi müaliyə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 66 (altmış altı) manat 46 (qırx altı) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-cü maddəsi ilə 3 (üç) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 66 (altmış altı) manat 46 (qırx altı) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan tətqiqatdan sonra qalıq olan ümumi təmiz çəkisi 26949.7 qram cəmi 225 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 59.98 qram qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana, narkotik vasitə hesab olunmayan təmiz çəkisi 19.828 qram əkilib-becərilməsi qadağan olunmuş çətənə(kannabis) bitkisinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-462/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-462/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver