Məhkəmə qərarları › İş №1(101)-462/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-462/2023

28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-462/2023 28.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçi - Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1974-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə Şahid4 mülkiyyətində olan 2006-cı il buraxılışlı, “Mercedes Benz S class 350” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili real dəyərindən ucuz qiymətə tanışı Zərərçəkmiş şəxs1 satılmasını təmin edəcəyini yalandan vəd edib aldatmış, 2021-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasının qarşısında həmin günün məzənnəsinə görə 10.200 manat təşkil edən 6.000 ABŞ dollarını Zərərçəkmiş şəxs1 cinayətin törədilməsində iştirakı olmayan oğlu Şahid3 vasitəsilə alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə "xxxx" QSC-nin mülkiyyətində olmuş 2009-cu il buraxılışlı, “Range Rover” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili real dəyərindən ucuz qiymətə tanışı Zərərçəkmiş şəxs1 satılmasını təmin edəcəyini yalandan vəd edib aldatmış, 2021-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin ünvan 2 ünvanında yerləşən həyətindəki kafedə həmin günün məzənnəsinə görə 17.000 manat təşkil edən 10.000 ABŞ dollarını Zərərçəkmiş şəxs1 alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə Şahid9 mülkiyyətində olmuş 2010-cu il buraxılışlı, “BMW 535” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı və X3 mülkiyyətində olmuş 2012-ci il buraxılışlı, “Porsche Panamera” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilləri real dəyərindən ucuz qiymətə Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 satılmasını təmin edəcəyini yalandan vəd edib aldatmış, 2021-ci ilin oktyabr ayının sonlarında ünvan 3 ünvanında yerləşən “Salam-Aleykum” restoranında Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus həmin günün məzənnəsinə görə 74.800 manat təşkil edən 44.000 ABŞ dollarını alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, artıq 30 ildir ki, maşın satışı ilə məşğul olur. O, Zərərçəkmiş şəxs1 öz qardaşı Şahid14 vasitəsi ilə tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs1 onun qardaşı Ceyhunun iş yoldaşı olmuşdur. O, Zərərçəkmiş şəxs1 ilə ticarət işi ilə əlaqədar tanış olmuş, lakin tanışlıq pandemiya dövrünə təsadüf etdiyindən onların işi alınmamışdır. Onun Nemət ilə münasibətləri həmişə yaxşı olmuş və hazırda da onların münasibətləri yaxşıdır. Onun Nemət ilə yalnız dostluq əlaqələri olmuş, onların arasında biznes əlaqələri olmamışdır. Belə ki, o, maşın satışı ilə məşğul olduğundan Nemətdən maşın alıb-satmaq məqsədi ilə pul almışdır. Lakin pandemiya dövrünə təsadüf etdiyinə görə o, heç bir qazanc əldə edə bilməmiş, daha doğrusu Nemətdən aldığı pulları batırmışdır. O, Zərərçəkmiş şəxs1 ümumilikdə 60.000 ABŞ dolları məbləğində, yəni həmin vaxtın məzənnəsinə uyğun olaraq 102.000 manat məbləğində pul almışdır. O, aldığı pulun böyük hissəsini Nemətə geri qaytarsa da, tam şəkildə pulu Nemətə geri qaytara bilməmişdir. O, digər Zərərçəkmiş şəxs2 tanımır. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 ona verdiyi pulun bir hissəsini, yəni 44.000 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs2 alıb ona vermişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, “Mercedes Benz S class 350" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili əvvəlki sahibindən 2021-ci ildə 16.000 ABŞ dollarına almış, bu məbləğin 10.000 ABŞ dolları ona məxsus olmuş, qalan 6.000 ABŞ dolları isə Zərərçəkmiş şəxs1 aldığı pul vəsaiti olmuş, sonradan həmin maşını 13.000-14.000 ABŞ dollarına, yəni zərərlə satmış, həmin maşını alarkən satmaq məqsədi ilə aldığını Zərərçəkmiş şəxs1 bilmiş, əslində həmin maşını alarkən sonradan satıb gəlir əldə etmək məqsədi ilə almış, Zərərçəkmiş şəxs1 də onunla razılaşmış, maşının satışından əldə ediləcək gəlir onların arasında bərabər bölünməli imiş, lakin maşını satdıqdan sonra Zərərçəkmiş şəxs1 heç bir məbləğdə pul verməmiş, ümumiyyətlə Nemətə maşını ucuz qiymətə satdığını deməmiş, "X17” markalı avtomobilə görə Zərərçəkmiş şəxs1 10.000 ABŞ dolları məbləğində borc pul almış, "X17” markalı avtomobili 23.000 ABŞ dollarına almış, sonradan həmin maşını zərərlə satmış, bu maşının da satışından aldığı puldan Nemətə olan borcunu qaytarmamış, ümumiyyətlə bu barədə Zərərçəkmiş şəxs1 heç nə deməmiş, “BMW 530İ” markalı maşını dostu Eldar adlı şəxs gətirib vermişdir ki, həmin maşını satsın, həmin maşını 16.000 ABŞ dollarına almış, sonradan isə həmin maşın 19.000-20.000 ABŞ dollarına satılmalı imiş, “BMW 530İ” markalı maşının dəyəri Zərərçəkmiş şəxs1 tərəfindən tam şəkildə ödənilmiş, Zərərçəkmiş şəxs1 3 (üç) dəfəyə pul götürüb maşın almış, lakin hər dəfə maşınları zərərlə satmış, lakin maşınların satışından hasil olunan pulu Zərərçəkmiş şəxs1 qaytarmamış, zərərə düşməsinin səbəbi isə ölkədə pandemiyanın başlaması olmuşdur. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs ümumilikdə 60.000 ABŞ dolları məbləğində pul vəsaitini zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödədiyini, bununla da hər bir zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənildiyini, onların arasında barışıq əldə edildiyini və nəticədə zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxış edərək törətdiyi əməldən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəmə istintaqında, həm də ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, o, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, fərdi sahibkarlıq ilə məşğul olur. Zərərçəkmiş şəxs1 onun uzaq qohumu və dostudur. O, şəxsi istifadəsi üçün maşın almaq istəmişdir. O, Zərərçəkmiş şəxs1 ilə söhbət edərkən Nemətə maşın almaq istədiyini demiş, Zərərçəkmiş şəxs1 isə ona avtomobil alqı-satqısı ilə məşğul olan tanışının olduğunu və həmin şəxsin onun üçün istədiyi “Porche” markalı avtomobili münasib qiymətə ala biləcəyini bildirmişdir. O da Zərərçəkmiş şəxs1 ilə razılaşmışdır. Bir müddətdən sonra Nemət ona “Porche” markalı avtomobilin olduğunu və avtomobilin ödənişini etdiyi təqdirdə avtomobili əldə edəcəyini demişdir. Bu səbəbdən də o, Zərərçəkmiş şəxs1 ilə yenidən görüşmüşdür. Bu vaxt o, Nemətə avtomobil almaq məqsədilə 60.000 (altmış min) ABŞ dolları məbləğində pul vermişdir. Nemət isə ona pulu qısa müddətdə avtomobili satan şəxsə çatdıracağını bildirmişdir. Nemətə verdiyi 60.000 (altmış min) ABŞ dolları məbləğində pulun 16.000 (on altı min) ABŞ dollarını Zərərçəkmiş şəxs1 ondan şəxsi istifadəsi, geri qalan 44.000 (qırx dörd min) ABŞ dollarını isə onun almaq istədiyi avtomobili almaq üçün ondan almışdır. O, pulu versə də, avtomobil əldə edə bilməmişdir. Bunun səbəbini o, Zərərçəkmiş şəxs1 sorusduqda, Nemət ona ödənişin avtomobilin sahibinə çatmadığını və buna görə də avtomobili əldə edə bilmədiyini bildirmişdir. Qısa müddət keçdikdən sonra Nemət ona zəng edərək ödənişin avtomobilin sahibinə çatdığını və avtomobili götürə biləcəyini demişdir. Lakin Nemət ona qısa müddət ərzində avtomobili götürə biləcəyini desə də, sonradan Zərərçəkmiş şəxs1 ona yenidən zəng edərək ödədiyi pulun batdığını bildirmiş və şəxsiyyətini təsdiq edən sənədi götürüb Nemətlə görüşməyini istəmişdir. O, Nemətlə görüşə getdiyi zaman Nemətin yanında Təqsirləndirilən şəxs olmuş və həmin vaxt Təqsirləndirilən şəxs avtomobil almaq adı ilə Zərərçəkmiş şəxs1 ona məxsus 44.000 ABŞ dolları məbləğində pulu aldığını bildirmişdir. O, ilk dəfə həmin vaxt Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 avtomobil almaqdan imtina etdiyini deyərək Nemətə ödədiyi 60.000 (altmış min) ABŞ dollarını geri qaytarmasını bildirmişdir. Zərərçəkmiş şəxs1 isə ona dəymiş zərərin qarşılığında yüksək dəyərə malik ev və ya su anbarının onun adına rəsmi qaydada keçirilməsini təklif etmişdir. Lakin o, əmlak istəmədiyini, əksinə ödədiyi pulu tam və nağd şəkildə geri qaytarılmasını Nemətdən tələb etmişdir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs qardaşı Şahid14 Zərərçəkmiş şəxs1 vasitəsilə tanımış, vurulmuş ziyanın qarşılığında 5.000 (beş min) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən ona geri qaytarılmış, 18.000 (on səkkiz min) manat pul isə iş üzrə ibtidai istintaq aparılan zaman Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanının depozit hesabına ödənilmiş, onun əldə etmək istədiyi avtomobilin dəyəri 60.000 (altmış min) ABŞ dolları olmuş, bu məbləğdə pulu Zərərçəkmiş şəxs1 ödədiyi zaman Təqsirləndirilən şəxs tanımamış, sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 ona məxsus 44.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək ona vurulmuş ziyandan 33.500 ABŞ dolları məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən ona geri qaytarıldığını və ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq orqanının depozit hesabına qoyulmuş 18.000 manat məbləğində pul vəsaitinin ona ödəniləcəyi halda ona vurulmuş ziyanın tam şəkildə aradan qalxacağını, bu səbəbdən də Təqsirləndirilən şəxslə barışdığını, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini və ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq orqanının depozit hesabına qoyulmuş 18.000 manat məbləğində pul vəsaitinin ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2021-ci ildə istifadə etdiyi “Mitsubishi Outlander” markalı avtomobili satmaq istəmişdir. Çünki o, istifadə etdiyi avtomobilin əvəzinə daha yaxşı avtomobil almaq istəmişdir. Təqsirləndirilən şəxs qardaşı Şahid14 onun iş yoldaşı olmuşdur. O, Şahid14 ilə birlikdə Xətai RPİ-nin 37-ci Polis bölməsində işləmişdir. Yəni onun Şahid14la iş yoldaşı kimi uzun müddət yaxşı münasibətləri olmuşdur. Daha sonra o, Şahid14 vasitəsilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Lakin o, Təqsirləndirilən şəxs adını bilməmiş, çünki hər kəs Bəxtiyarı “Bako” ləqəbi ilə çağırmışdır. O, Şahid14la söhbət edən zaman Ceyhuna istifadə etdiyi “Mitsubishi Outlander” markalı avtomobili satmaq istədiyini bildirmişdir. Bir gün sonra işdəki iclasdan sonra o, Təqsirləndirilən şəxs Polis bölməsində onu axtardığını görmüşdür. Təqsirləndirilən şəxs ona idarə etdiyi avtomobili təmizləməyə aparacağını, daha sonra isə avtomobili satacağını bildirmişdir. Sonra onlar həmin gün avtomobili təmizlətdirib Bəxtiyarın işlətdiyi avtomobil salonuna aparmışlar. Uzun müddət ərzində onun avtomobili həmin salonda qalmışdır. O, avtomobili satmaq istədiyi zaman ölkədə “koronavirus” pandemiyası davam etdiyindən onun avtomobili satılmamışdır. Təqsirləndirilən şəxs ona “koronavirus” pandemiyası hökm sürdüyü üçün avtomobillərin ucuz qiymətə satıldığını, lakin avtomobil almaq üçün 50.000-60.000 manat məbləğində nağd pulun tələb olunmasının vacibliyini bildirmişdir. Lakin onun həmin məbləğdə pulu olmamışdır. Buna görə də o, uzaq qohumu sayılan Zərərçəkmiş şəxs2 kömək istəmişdir. Zərərçəkmiş şəxs2 ona müəyyən məbləğdə pul verəcəyini bildirmişdir. Zamik öz övladına da maşın alacağını deyərək ona pul vermişdir. Əvvəlcə o, Zərərçəkmiş şəxs2 aldığı pul ilə “Mercedes GL” markalı avtomobil alıb daha sonra bankdan lizinq götürərək Zərərçəkmiş şəxs2 pulunu geri qaytarmaq istəmişdir. Lakin Zərərçəkmiş şəxs2 də pula ehtiyacı olduğundan və Zamik övladına maşın almaq istədiyindən, o da bunu bildiyindən “Mercedes GL” markalı avtomobil bahalı avtomobil olduğundan almaqdan imtina etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ucuz və sərfəli bir avtomobil almaq istədiyini bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq “Mercedes S class” markalı avtomobilin olduğunu və həmin avtomobili ucuz qiymətə ala biləcəyini demişdir. O da Təqsirləndirilən şəxsla razılaşmışdır. Təqsirləndirilən şəxs avtomobili almaq üçün lazım olan 6.000 ABŞ dollarını götürmək üçün öz oğlu Uğuru onun yanına göndərmişdir. O da Bəxtiyarın oğlu Uğura 6.000 ABŞ dolları məbləğində pul vermişdir. Qısa müddət sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq 15.000- 20.000 manat dəyərində “Range Rover” markalı avtomobilin olduğunu bildirmişdir. O da həmin avtomobili almışdır. İşdə olarkən o, Təqsirləndirilən şəxs qardaşı Şahid14 hüquqmühafizə orqanında işlədiklərini, bir-birilərinə yaxın olduqlarını, dələduzluq hallarının baş verməyəcəyini ümid etdiyimi bildirmişdir. Şahid14 onun bu sözünə görə ondan incimişdir. Lakin o, dəfələrlə Şahid14 üzrxahlıq etmişdir. Çünki o, aralarında olan münasibətlərin belə bir hala görə pozulmasını istəməmişdir. Təqsirləndirilən şəxs onun Zərərçəkmiş şəxs2 borclu olduğunu, Zərərçəkmiş şəxs2 də övladının universitetə girəcəyi üçün övladına maşın almaq istədiyini bildiyi üçün onunla əlaqə saxlayaraq “Porche Panamera” markalı avtomobilin ucuz qiymətə satışa qoyulduğunu bildirmişdir. O da avtomobili almaq üçün lazım olan pulu götürərək “Salam Aleykum” adlanan restoranda Təqsirləndirilən şəxs və “Porche Panamera” markalı avtomobilin sahibi ilə görüşmüşdür. Uzun söhbətdən sonra onlar avtomobili uyğun qiymətə almağa razılaşmışlar. Həmçinin Zərərçəkmiş şəxs2 özünə də avtomobil almaq istəmişdir. Bu zaman Zamik avtomobil salonunda “BMW F10” markalı avtomobil bəyənmişdir. Sonra onlar həmin avtomobilin sahibi ilə əlaqə saxlayaraq avtomobili uyğun qiymətə almağa razılaşmışlar. Həmin günün gecəsi hər iki avtomobilin alınması üçün o, Təqsirləndirilən şəxs 44.000 ABŞ dolları məbləğində pul ödəmişdir. O, özü üçün aldığı maşınları öz adına rəsmiləşdirməmişdir. Lakin o, Zərərçəkmiş şəxs2 avtomobili öz adına rəsmiləşdirməsini bildirmişdir. O, Təqsirləndirilən şəxsla növbəti gün səhər saatlarında notariat orqanına gedərək aldıqları avtomobillərin Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirməyə razılaşmışdır. Növbəti gün o, Təqsirləndirilən şəxsla əlaqə saxlamaq istəsə də, Bəxtiyarla əlaqə qura bilməmişdir. Daha sonra o, öyrənmişdir ki, Təqsirləndirilən şəxs anası xəstələndiyi üçün Bəxtiyar məşğuldur. Bir gün sonra o, yenidən Bəxtiyarla əlaqə saxlamış, lakin bu dəfə də Bəxtiyarla əlaqə yarada bilməmişdir. O, dəfələrlə Bəxtiyarla əlaqə saxlamaq istəsə də, buna müvəffəq ola bilməmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs qardaşı Şahid14la əlaqə saxlamışdır. Bir müddət keçdikdən sonra Şahid14, Təqsirləndirilən şəxs və o, yəni üçü birlikdə görüşmüşlər. Şahid14 iki ay vaxt verməyini xahiş edərək iki aydan sonra Təqsirləndirilən şəxs verdiyi pulu geri alacağını ona bildirmişdir. O, Zərərçəkmiş şəxs2lə əlaqə saxlayaraq belə bir problemin yaşandığını deyərək pulu özünün geri qaytaracağını, lazım gəlsə yaşadığı evi sataraq Zamikin borcunu ödəyəcəyini demişdir. İki ay keçdikdən sonra Təqsirləndirilən şəxs bir neçə dəfə müxtəlif avtomobillərin satışını həyata keçirsə də, onun pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs barəsində cinayət işi açıldıqdan sonra Bəxtiyar polisin depozit hesabına 18.000 manat pul ödəmişdir. Bu məsələlərdən işlədiyi Polis İdarəsinin rəisi xəbər tutduqdan sonra bu barədə Daxili İşlər nazirinə məruzə etmişdir. Bundan sonra Şahid14 pensiya yaş həddinə çatması ilə əlaqədar işdən çıxmışdır. Bir müddət sonra Şahid14 17.000 manat pulu ona geri qaytarmışdır. Daha sonra cinayət işi Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinə həvalə edilmişdir. Orada müstəntiq onları üzləşdirən zaman Təqsirləndirilən şəxs həqiqətən də etiraf edərək pula ehtiyacı olduğundan onun verdiyi pulları şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verərək onun Bəxtiyara ödədiyi pulları biznes məqsədi ilə verildiyini bildirmişdir. Lakin bu yalandır. O, üç dəfə Təqsirləndirilən şəxs pul vermiş və həmin pullar bilavasitə dörd avtomobilin alınmasına görə Bəxtiyara verilmişdir. Bəxtiyar ondan ümumilikdə 60.000 ABŞ dolları məbləğində pul alsa da, verdiyi vədinə əməl etməmiş, yəni avtomobilləri ona və Zərərçəkmiş şəxs2 verməmişdir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, heç vaxt Təqsirləndirilən şəxsla bizneslə məşğul olmamış, Bəxtiyara dörd avtomobilin alınmasına görə pul ödəmiş, həmin avtomobillərin ikisi onun, ikisi isə Zamikin olmalı imiş, şəxsi istifadə etdiyi avtomobili sata bilmədiyi üçün yeni avtomobil almağa kifayət qədər vəsaiti olmamış, buna görə də Zərərçəkmiş şəxs2 borca pul almış, Təqsirləndirilən şəxs ona ödədiyi pul vəsaiti hesabına Zərərçəkmiş şəxs2 borcunu geri qaytarmış, hazırda Təqsirləndirilən şəxs ödəməli olduğu məbləğ ona aid olan pul vəsaitidir, istifadə etdiyi avtomobil təxminən 4-6 ay ərzində avtomobil salonunda qalsa da, satılmamışdır. Məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 16.000 ABŞ dolları məbləğində pul vəsaitini geri qaytardığını və nəticədə ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsı əvvəldən tanımışdır. Çünki o, özü də avtomobil alqı-satqısı ilə məşğul olmur. O, Təqsirləndirilən şəxs avtomobil salonuna satış məqsədilə “Range Rover” və “Mercedes” markalı avtomobillər gətirərək satışa qoymuşdur. Bir müddət sonra o, Təqsirləndirilən şəxs avtomobil salonunun bağlandığını görmüşdür. Bundan sonra o, həmin avtomobilləri Təqsirləndirilən şəxs avtomobil salonundan geri götürmüşdür. Şahid1 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs 2003-cü ildən avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyır, ədavət və düşmənçilikləri yoxdur. Zərərçəkmiş şəxs1 də Təqsirləndirilən şəxs görə tanıyır, aralarında ədavət və düşmənçilik yoxdur. O, Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən “Narclub” çay evi işlətsə də, Təqsirləndirilən şəxslə aralarında işgüzar münasibətlər olmuşdur. Belə ki, Bəxtiyar münasib avtomobil satışı düşəndə ona həmin avtomobilin satış qiymətini ödəməyi, daha sonra həmin avtomobili daha baha qiymətə satılandan sonra əldə edilən xeyri bölməyi təklif etmişdir. O da bir neçə dəfə Bəxtiyarın təklifi ilə pul verib avtomobil almış və avtomobil satılandan sonra avtomobilin alınması üçün verdiyi pulu və əldə olunan xeyrin yarısını Bəxtiyar ona qaytarmışdır. Buna görə də o, Təqsirləndirilən şəxs inanmış, hətta pul verib avtomobil alanda həmin avtomobillər üçün bir neçə dəfə etibarnamə belə almamış, münasib avtomobil satılması haqqında Bəxtiyar ona deyəndə həmin avtomobilin alınması üçün bütün pulu özü ödəmiş, sonra həmin avtomobili Bəxtiyarın “5+” avtomobil salonunda satışa çıxarıb satmış, razılaşmaya əsasən aldıqları avtomobilin pulunu o, tam şəkildə özü ödəsə də, avtomobil salonunda həmin avtomobilin satışa qoyulmasını Bəxtiyar həyata keçirmiş, avtomobilin salonda qalması üçün daha pul ödəməmişdir. 2020-ci ilin təxminən iyul-avqust aylarında Təqsirləndirilən şəxs ona zəng edib qara rəngli, 2009-cu il buraxılışlı, mühərrikinin iş həcmi 5000 kub olan, lakin təxminən 7.000 (yeddi min) ABŞ dolları, yəni 11.900 (on bir min doqquz yüz) manat məbləğində lizinq borcu olan “X17” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin satıldığını demişdir. Bəxtiyar həmin avtomobilin qiymətinin 26.000 (iyirmi altı min) manat olduğunu, 7.000 (yeddi min) ABŞ dolları məbləğində isə lizinq borcunun olduğunu, təxminən 2.000 manat əlavə xərclərinin olduğunu demişdir. Sonra həmin avtomobili Bəxtiyar özünün işlətdiyi Bakı şəhəri, Babək prospektində yerləşən “5+” avtomobil salonunda ona göstərmiş və ona “avtomobili satan şəxslər mənim yaxın dostlarımdır, Binə qəsəbəsində mağazaları var" demişdir. Avtomobilin sahibi avtomobilin satış qiymətini əvvəl baha desə də, sonra Bəxtiyar salonda, yəni onun yanında mobil telefon vasitəsi ilə avtomobilin sahibi Həsənağa adlı şəxslə danışmış və bunun əsasında onlar avtomobili lizinq borcundan əlavə 26.000 (iyirmi altı min) manata alqı-satqı etməyə razılaşmışlar. Bundan sonra o, Bakı şəhəri, Bakıxanov qəsəbəsində “Narclub” çay evində Həsənağa ilə görüşmüş və 26.000 (iyirmi altı min) manat pul verib avtomobili Həsənağadan almışdır. Avtomobil lizinqdə olduğu üçün mülkiyyətçi həmin lizinq şirkətinin adına qeydiyyatda olmuş, sadəcə olaraq avtomobilin idarə edilməsi üçün Həsənağanın adına etibarnamə olmuş, avtomobili 2020-ci ilin yay aylarında aldıqları vaxt avtomobili satmaq istədikləri üçün lizinq şirkətindən etibarnamə də almamışdır. Avtomobili Həsənağadan alan zaman o, lizinq şirkətinin müdiri Vüqar adlı şəxsə zəng edib bu barədə demişdir. Sonra həmin avtomobili daha baha qiymətə satmaq üçün Bəxtiyar onu “obrabotka” etmişdir. Həmin avtomobili almaq üçün Bəxtiyar heç bir məbləğdə pul verməmiş, avtomobilin bütün pulunu Həsənağaya şəxsən o, özü vermiş, avtomobil “obrabotka” ediləndən sonra Bəxtiyarın “5+" avtomobil salonuna satılması üçün qoyulmuş, lakin avtomobil bir neçə ay ərzində satılmamışdır. Avtomobil uzun müddət ərzində salonda qaldığı üçün avtomobilin tenkiki hissələri yatmasın deyə, Bəxtiyar ona avtomobili hərdən götürüb sürməsini demişdir. Buna görə də o, həmin avtomobili hərdən sürmüşdür. O, avtomobili alanda Həsənağa ona avtomobilin gecikmiş lizinq borcunun olduğunu demişdir. O da avtomobili aldıqdan təxminən 2 ay sonra avtomobilin lizinq borcunun bir hissəsini, təxminən 4.000 (dörd min) manat ödənilməsi üçün Bəxtiyara vermiş, Bəxtiyar da həqiqətən həmin borcu ödəmişdir. Lakin yenə də avtomobilin təxminən 7.000 (yeddi min) manat borcu qalmışdır. Lizinq şirkəti tez-tez onları narahat etmiş və gecikmiş borcun ödənilməsini tələb etmişdir. Hətta buna görə Bəxtiyar lizinq işçiləri avtomobili oradan götürməsin deyə salondan çıxardaraq öz həyətində aparıb saxlamışdır. Bu problemlərə görə avtomobili alandan təxminən 4-5 ay sonra, yəni 2020-ci ilin sonu, 2021-ci ilin əvvəli qalan lizinq borcunu, təxminən 7.000 (yeddi min) manat pulu o, Bəxtiyara vermiş və Bəxtiyar da aparıb həqiqətən həmin pulu lizinq şirkətinə ödəmişdir. Bundan sonra o, avtomobili aparıb “5+" avtomobil salonuna satılması üçün qoymuşdur. Lizinq borcunu ödəyəndən sonra lizinq şirkəti pulun ödənilməsinə dair onun adına məktub vermişdir. Təxminən 4-5 ay sonra Təqsirləndirilən şəxs problemləri yaranmış və Bəxtiyar avtomobil salonunu İlqar adlı şəxsə təhvil verərək oradan çıxmışdır. O, bunu eşidən kimi gedib salondan avtomobili götürmüş və avtomobili lizinq şirkətindən çıxararaq öz adına keçirtmişdir. Hazırda avtomobil onun mülkiyyətindədir. Həmin avtomobil heç vaxt Bəxtiyara məxsus olmamış, Bəxtiyar həmin avtomobili almaq üçün pul verməmişdir. Avtomobilin alınması üçün Həsənağaya pulu o, vermiş, habelə İziinq şirkətinə də pulu özü ödəmişdir. Onun həmin avtomobilin Bəxtiyar tərəfindən kiməsə satılmasından və bunun üçün Nemətdən pul alınmasından xəbəri olmamışdır. Bəxtiyar həmin avtomobili Nemətə satmaq istəməsi barədə ona heç nə deməmişdir. Bundan başqa, 2020-ci yay aylarında Bəxtiyar ona “Mercedes Benz S class 350” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təxminən 11.000 (on bir min) ABŞ dollarına satıldığını, həmin avtomobilin üstündə adama 1.000 ABŞ dolları xeyir olacağını demişdir. O da buna görə Bəxtiyara 11.000 (on bir min) ABŞ dolları pul göndərmişdir. O, bu pulu Bəxtiyara avtomobil salonunda işləyən Şamo ilə göndərmişdir. O, pulu Bəxtiyara göndərən zaman avtomobilə baxmamışdır. O, bir neçə dəfə Bəxtiyarla avtomobil alıb-satdığından Bəxtiyara inanmış, ona görə də avtomobilə baxmamışdır. Bir neçə gün sonra o, gedib Bəxtiyarın işlətdiyi Babək prospektində yerləşən “5+” avtomobil salonunda həmin avtomobilə baxmış, avtomobilin rəngi qara, mühərrikinin iş həcmi 3500 kub, buraxılışı 2006-cı il, təxminən 200-300 manat xərci olmuş, həmin avtomobil təxminən 1-2 ay satılmamış və salonda qalmışdır. Sonra o, həmin avtomobili Bəxtiyarın oğlu Uğurun sürdüyünü görmüş və bu vaxt Bəxtiyara “həmin avtomobili satmaq üçün almışıq, sürmək üçün yox” demişdir. Bundan sonra Bəxtiyar ona bu maşını oğlu Uğur üçün götürmək istədiyini demişdir. Bəxtiyar ona Ceyhun adlı dostunun 2016-cı il buraxılışlı, boz metallik rəngli, 1997 kub iş həcmli mühərriki olan “BMW 430İ” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili 34.000 (otuz dörd min) manata satdığını, həmin avtomobili alıb sonra daha baha qiymətə satacaqlarını demiş, 20.000 manat qiyməti olan həmin “Mercedes Benz S class 350” markalı avtomobili Bəxtiyara verməsini, əlavə də 3.000 manat nağd pul verməsini, qalan 11.000 (on bir min) manat pulu da özü verəcəyini və 20.000 manat verib “BMW 430İ minik markalı” avtomobili Ceyhundan alıb, sonra satmağı təklif etmişdir. O, “Mercedes Benz S class 350” markalı avtomobili Bəxtiyara verəndən sonra həmin avtomobilin 20.000 manat pulunu Ceyhuna özünün verəcəyini demiş, Bəxtiyarla belə razılaşmış və “Mercedes Benz S class 350” markalı avtomobili 2021-ci ilin fevral ayında Bəxtiyara vermişdir. “BMW 430İ” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili isə o, alıb Bəxtiyarın avtomobil salonunda 44.000 (qırx dörd min) manata satışa qoymuşdur. “Mercedes S class 350” markalı avtomobili isə Bəxtiyarın oğlu Uğur idarə etməyə başlamışdır. O, həmin avtomobili sonradan avtomobil salonunda görməmişdir. “BMW 430İ” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 2-3 ay salonda qalsa da, satılmamışdır. Sonradan o, həmin avtomobilin salondan yoxa çıxdığını görmüş və bir neçə dəfə Bəxtiyardan həmin avtomobilin harada olduğunu soruşmuşdur. Bəxtiyar da həmin avtomobili oğlu Uğurun sürdüyünü demişdir. O, bir müddət sonra maraqlandıqda, həmin avtomobili Uğurun da sürmədiyini bilmişdir. Sonra Bəxtiyar ona “BMW 430İ” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin cəriməsi olduğu üçün duracağa yerləşdirildiyini demişdir. O, Bəxtiyarsan nə qədər cəriməsi olduğunu soruşduqda, Bəxtiyar ona 400 manat cəriməsi olduğunu demişdir. Belə olduğu halda o, duracaqdan götürməsi üçün Bəxtiyara həmin pulu verəcəyini demişdir. Lakin həmin vaxt Bəxtiyar ona 400 manat deyil, 1.300 manat cəriməsi olduğunu demişdir. Buna görə də o, Ceyhunun yanına getmiş və həmin avtomobilin çoxlu lizinq borcu olduğunu bilmişdir. Buna görə də o, Bəxtiyardan “Mercedes Benz S class 350” markalı avtomobili geri almışdır. Həmin vaxt Bəxtiyar Şahid4 faizə borc pul götürdüyü üçün “Mercedes Benz S class 350” markalı avtomobili Şahid4 adına keçirtmişdir. O, Bəxtiyardan avtomobili geri alanda Şahid4 xx.xx.2022-ci il tarixdə dostu X4 adına etibarnamə vermişdir. O da həmin gün “Mercedes Benz S class 350” markalı avtomobili öz adına keçirmiş, sonra isə həmin avtomobili tanışı X7 kreditlə satmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır. Çünki Zərərçəkmiş şəxs1 onun iş yoldaşı olmuşdur. O, əvvəlcə qardaşı Bəxtiyarın Nemətlə birlikdə avtomobil alğı-satqısı ilə əlaqədar iş gördüyünü bilmişdir. Lakin o, xəstəliyi ilə əlaqədar evdə olarkən Bəxtiyar onun yanına gələrək Nemətlə arasında anlaşmazlıq olduğunu bildirmişdir. O, Bəxtiyardan nemətlə arasında olan anlaşmazlığı ona niyə əvvəlcədən bildirmədiyini soruşmuşdur. Bəxtiyar da ona demişdir ki, “Nemət istəmir ki, sən bu işə qarışasan, ona görə sənə deməmişəm”. O, baş verən bu prosesləri ən sonda bilmişdir. Çünki onun qardaşı Bəxtiyar Nemətlə birlikdə gördüyü işlər barəsində ona heç bir məlumat verməmişdir. X6 münasibəti çox gözəl olmuşdur. X9 arasında anlaşmazlıq yarandığından Bəxtiyar onun yanına gələrək Nemətlə kommersiya işi gördüyünü və nəticədə Nemətə pul borclu olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, onun “Porche Panamera” markalı avtomobili olmuşdur. O, həmin avtomobili satmaq istəmişdir. Buna görə də o, avtomobili Bəxtiyarın avtomobil salonuna aparmış və Bəxtiyardan bu avtomobili 55.000 ABŞ dolları məbləğinə satmasını istədiyini bildirmişdir. Bir müddət sonra Bəxtiyar avtomobili satmışdır. Sonra Bəxtiyar onu görüşə çağıraraq ona 10.000 ABŞ dolları məbləğində pul vermişdir. O da Bəxtiyara avtomobilin dəyərini tam almamış nəyə görə avtomobili satdığı şəxsin adına qeydiyyat etdiyini soruşmuşdur. Bəxtiyar da ona avtomobil salonunda başqa bir avtomobilin olduğunu, lazım olsa həmin avtomobili satıb onun pulunu ödəyəcəyini bildirmişdir. Bir müddət sonra Bəxtiyar ona 45.000 ABŞ dolları məbləğində pulu hissə-hissə ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, “Lotto” lombard şirkətini idarə edir və həmin lombard şirkəti Babək prospektində fəaliyyət göstərən “Rich Plazada” yerləşir. Təqsirləndirilən şəxs ilə tanışlığı Təqsirləndirilən şəxs kredit ilə bağlı lombard şirkətinə müraciət etməsi ilə əlaqədar yaranmışdır. Onların müştərilərinin arasında avtomobil alqı-satqısı işi ilə məşğul olanlar çoxdur və o, belə düşünür ki, onun idarə etdiyi lombard şirkəti Təqsirləndirilən şəxs həmin müştərilərdən biri tərəfindən tövsiyyə edilmişdir. Təqsirləndirilən şəxs lombarddan kredit götürmüş, sonra isə həmin krediti geri qaytarmışdır. Şahid4 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, “Lotto” lombardını işlədir, həmin lombardda qızıl-zinət əşyaları, habelə avtomobillərin girov götürülməsi müqabilində pul kreditləri verilir. 2021-ci ilin fevral ayının 17-də əvvəllər tanımadığı Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadə etdiyi ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək 17.000 (on yeddi min) manat kredit lazım olduğunu bildirmişdir. O da həmin pulu Bəxtiyara verə biləcəyini dedikdə, Bəxtiyar kredit müqabilində 2006-cı il buraxılışlı “Mercedes S class 350” markalı avtomobili lombardda girov qoymağı təklif etmişdir. Həmin vaxt avtomobili Bəxtiyarın işçisi olan Şahid7 gətirmişdir. O, avtomobilə baxıb həmin avtomobilin orta bazar qiymətinin 25.000 (iyirmi beş min) manat olduğunu müəyyən etmiş və Şamoya 17.000 (on yeddi min) manat kredit verə biləcəyini demişdir. O, avtomobilin qeydiyyat şəhadətnaməsinə baxdıqda, avtomobilin başqa şəxsin adına olduğunu görmüşdür Lakin Şahid7 adına baş etibarnamə olduğu üçün o, Təqsirləndirilən şəxs zəng edərək avtomobilin Şahid7 adına baş etibarnamə olduğundan krediti Şamonun adına rəsmiləşdirəcəyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs girov qoymaq istədiyi “Mercedes S class 350” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bəxtiyarın adına olmadığından, həmçinin adına etibarnamə də olmadığından həmin avtomobili öz adına keçirmək üçün Baş Dövlət Yol Polis İdarəsinə Şahid7 getmişdir. Təqsirləndirilən şəxs razılaşdığı üçün Şahid7 adına kredit müqaviləsi bağlanmış və Şahid7 adına baş etibarnaməsi olan “Mercedes S class 350" markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili onun adına keçirmək üçün Baş Dövlət Yol Polis İdarəsinə getmişlər. Orada o, avtomobili alqı-satqı edərək öz adına keçirsə də, reallıqda avtomobili Təqsirləndirilən şəxs girov götürmüş və pul geri qaytarıldıqdan sonra avtomobili Bəxtiyarın dediyi şəxsin adına keçirtməyi öz öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs həmin kredit üzrə təxminən 2 ay gecikmiş ödənişi olmuşdur. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs bir nəfər tanımadığı şəxslər birlikdə onun yanına gələrək borcu pulu kassaya ödəmiş və “mobile notariat" proqramı vasitəsi ilə o, Təqsirləndirilən şəxs dediyi şəxsin adına onlayn şəkildə baş etibarnamə vermişdir. Bundan sonra həmin avtomobil onun adından çıxarılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. O, atası Bəxtiyarın işlərinə qarışan biri deyil. Bir dəfə atası Bəxtiyar ona Zərərçəkmiş şəxs1 pul götürməsi üçün 37-ci Polis bölməsinə getməyi tapşırmışdır. Belə ki, Zərərçəkmiş şəxs1 həmin Polis bölməsində işləyən polis əməkdaşıdır. O da həmin gün atasının tapşırığına əsasən Nemətdən pul almaq üçün 37-ci Polis Bölməsinə getmişdir. O, Nemətlə həmin Polis bölməsində salamlaşdıqdan sonra səhv etmirsə Nemət ya 5.000 ABŞ dolları, ya da 6.000 ABŞ dolları məbləğində pulu seyfdən götürüb ona vermişdir. O da həmin pulu nemətdən götürüb oradan çıxmış və həmin pulu aparın atası Bəxtiyara vermişdir. Səhv etmirsə onun Nemətdən götürdüyü pul avtomobil alqı-satqısı ilə bağlı olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, 2015-ci ildən Təqsirləndirilən şəxs işlətdiyi avtomobil salonunda satıcı vəzifəsində işləyir. O, həmin salonda avtomobillərin Bəxtiyar tərəfindən müəyyən olunmuş qiymətlərlə satışı ilə məşğul olur. O, Zərərçəkmiş şəxs1 tanıyır. Onun Nemət ilə Bəxtiyarın arasında ticarət münasibətlərinin olub-olmaması barədə heç bir məlumatı yoxdur. O, Bəxtiyar ilə Nemətin yalnız dost olduqlarını bilir. O, Bəxtiyarla Nemətin şərik olmadığını bilir. Şahid7 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs 2015-ci ildən tanıyır, Zərərçəkmiş şəxs1 isə təxminən 2 il olar ki, tanıyır. O, 2015-ci ildən Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi “5+” avtomobillərin alqı-satqısı salonunda satıcı işləyir, əvvəl həmin salon yaxşı işləmiş, avtomobillərin alqısatqısı çox olmuş, Təqsirləndirilən şəxs populyar və maddi cəhətdən imkanlı olan müştəriləri olmuşdur. Avtomobil salonunun əsas iş prinsipi ucuz avtomobil satılanda özü və Bəxtiyar həmin avtomobili ucuz qiymətə alıb, kosmetik dəyişikliklər etdikdən sonra baha qiymətə satıb qazanc əldə etmək olmuşdur. Bu cür avtomobillər çox düşəndə Bəxtiyar həmin avtomobilləri tanış-bilişinin pulu ilə alıb satmış, satanda da həmin tanışına əldə etdiyi faydadan pay vermişdir. Belə ki, Bəxtiyar münasib qiymətə satılan bir neçə avtomobil aldıqdan sonra həmin avtomobillər hələ satılmamış, yeni münasib qiymətə satılan avtomobil düşəndə həmin avtomobilləri qaçırmamaq üçün öz əlində nağd pulu olan tanışlarının pulu ilə ucuz qiymətə satılan həmin avtomobili alıb sonra daha baha qiymətə satanda pulun əsas hissəsindən başqa əldə etdiyi faydanın bir hissəsini də həmin şəxsə vermişdir. 2020-ci ilin aprel ayında ölkə ərazisində karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar salonun da işi dayanmış və artıq avtomobil alqı-satqısı demək olar ki, olmamışdır. 2020-ci ilin dekabr ayından Bəxtiyar artıq onun əmək haqqısını da verə bilməmiş, lakin onun kirayədə yaşadığını bildiyi üçün kirayə haqqını, yəni 300 manat pulu hər ay ona vermişdir. 2021-ci ilin avqust ayında Bəxtiyar artıq müflis vəziyyətə düşmüş və artıq nə avtomobil salonunun, nə də ki, onun kirayə haqqını ödəyə bilməmiş, hətta eşitdiyinə görə Bəxtiyar avtomobil salonunun üç aylıq icarə haqqısını da ödəməmişdir. Bəxtiyar 2020-ci ildə 2006-cı il buraxılışlı “Mercedes Benz S Class 350” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili 2010-cu il buraxılışlı “Jeep Wrangler” markalı iki qapılı avtomobillə dəyişmiş və həmin vaxtdan “Mercedes Benz S Class 350” markalı avtomobili idarə etmişdir. 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 ona Bəxtiyarla maşın alıbsatacaqlarını demiş, ancaq həmin vaxt Bəxtiyar artıq iqtisadi cəhətdən müflis vəziyyətə düşmüş, eləcə də avtomobil almağa heç bir imkanı olmamışdır. 2021-ci ilin əvvəllərindən artıq tanımadığı şəxslər avtomobil salonuna gəlib Bəxtiyardan borcunu istəmişlər, Bəxtiyar isə borclarını qaytara bilməmişdir. Ona görə də 2021-ci ilin avqust ayında Bəxtiyarın öz pulu ilə avtomobil almağa maddi imkanı olmamışdır. 2021-ci ilin avqust ayında Nemət ona 2006-cı il buraxılışlı “Mercedes Benz S Class 350” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz maşını olduğunu, bu maşına artıq Bəxtiyarla şərik olduğunu, maşının kosmetik işlərini görüb salona qoyacağını və sonra münasib qiymətə satmaq istədiyini demişdir. Lakin Bəxtiyar həmin avtomobili sürməkdə davam etdiyi üçün həmin avtomobili “obrabotka” edə bilməmiş, Bəxtiyar həmin avtomobili salondan çıxana kimi satmamış, özü, gah da oğlu Uğur avtomobili sürmüşdür. Bundan sonra Bəxtiyar 2009-cu il buraxılışlı, lizinqdə olan qara rəngli “X17” markalı, dövlət qeydiyyat nişanı təxminən **-AN- *** olan avtomobil almış, həmin vaxt Bəxtiyar Zərərçəkmiş şəxs1 məbləğini dəqiq bilmədiyi pul alaraq lizinqi bağlamış, həmin avtomobilin satıcısına isə təxminən 7.000-8.000 ABŞ dolları pulu özü ödəmiş, bildiyinə görə həmin avtomobilin təxminən 14.000 (on dörd min) manat lizinq borcu olmuşdur. Bəxtiyar həmin avtomobili aldıqdan sonra “polirovkaximçistka” etmiş və salonda 26.500 (iyirmi altı min beş yüz) ABŞ dollara satışa qoymuş, həmin avtomobil təxminən 3-4 ay salonda qalmış və satılmamışdır. Buna görə də Bəxtiyar həmin avtomobili götürüb sürmüş, həmin vaxt artıq Bəxtiyarın salonda da avtomobili qalmamışdır. 2021-ci ilin iyun ayında Şahid11 da salona gəlmişdir. Belə ki, İlqar Bəxtiyardan əvvəl işlədikləri avtomobil salonunda işləmiş, sonra icarəyə götürdüyü avtomobil salonu satıldığı üçün öz avtomobillərini gətirib Bəxtiyarın salonunda satmış və avtomobilləri Bəxtiyarın salonuna qoyduğu üçün həmin avtomobillərə görə yer pulu vermişdir. Həmin vaxt Şahid11 Bəxtiyarın salonunda 6-7 avtomobili olmuş, Bəxtiyarın isə 2-3 maşını qalmış, həmin avtomobilləri də Zərərçəkmiş şəxs1 pulu ilə almışdır. Bəxtiyar “X17” markalı avtomobili götürüb sürən zaman “Mercedes Benz S Class 350” markalı, **- US-*** dövlət qeydiyyat nişanlı avtomobili hərdən sürdüyü üçün yaşadığı evin həyətində saxlamışdır. 2021-ci ilin fevral-mart aylarında Bəxtiyarın həm tanışı, həm də bəzən şəriki olan Zaur adlı şəxs avtomobil salonuna 2010-cu il buraxılışlı, tünd göy rəngli “BMW 530İ” markalı, təxminən dövlət qeydiyyat nişanı **-XS-*** olan avtomobil gətirmişdir. Həmin avtomobil 22.000 (iyirmi iki min) ABŞ dollarına satılmışdır. O, həmin avtomobilin sahibini tanımasa da, Zaur dostunun maşını olduğunu demişdir. “BMW 530İ” markalı avtomobil bir neçə ay avtomobil salonunda qalmış və satılmamışdır. Təxminən 2021-ci ilin iyun-iyul aylarında Bəxtiyar ona Nemətlə birlikdə həmin “BMW 530İ” markalı avtomobili 16.000 (on altı min) ABŞ dollara aldıqlarını demiş, həmin avtomobilin pulunun hamısını, yaxud bir hissəsinin Nemət verdiyini dəqiq deyə bilməsə də, Nemət avtomobil almaq üçün Bəxtiyara dayanmadan pul vermiş, Bəxtiyardan sonra Nemət özü də gəlib salonda olan həmin “BMW 530İ” markalı avtomobili göstərib ondan “bu necə maşındır” deyə soruşmuşdur. O da Nemətə yaxşı maşın olduğunu demişdir. Nemət ona “bu maşını obrabotka elə, maşın bizimdir, bunu satacayıq” demiş, ancaq sonra “bugün-sabah” deyib həmin avtomobili heç yerə aparmamışdır. 2021-ci ilin noyabr ayının sonunda artıq həmin avtomobil salonundan çıxmış və salondan çıxarkən orada “BMW 530İ” markalı avtomobil və Zərərçəkmiş şəxs1 özünə məxsus “Mitsubishi Outlander” markalı avtomobil olmuş, salonda olan qalan avtomobillər Şahid11 satdığı avtomobillər olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 2020-ci ildə 2012-ci il buraxılışlı, boz metal rəngli, lizinqdə olan “Porsche Panamera” markalı avtomobili olmuşdur. Bəxtiyar həmin avtomobili tanımadığı şəxsdən özündə olan “BMW” markalı 7-ci seriyadan olan avtomobillə dəyişmiş və həmin “Porsche Panamera” markalı avtomobilin təxminən 40.000 (qırx min) manatdan çox lizinq borcu olmuş, hətta Bəxtiyar həmin pulu ödəyə bilmədiyi üçün avtomobili sürməyərək öz həyətində saxlamışdır. O, Bəxtiyarın “Porsche Panamera” markalı avtomobili satmasını heç vaxt eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, "xxxx" QSC-nin baş direktoru vəzifəsində işləyir. Sözügedən QSC lizinq fəaliyyəti ilə məşğuldur. 2018-ci ilin qış aylarında "xxxx" QSC bir nəfərdən “X17” markalı avtomobil almışdır. Daha sonra "xxxx" QSC tərəfindən həmin avtomobil İlqar adlı bir şəxsə lizinqə verilmişdir. "xxxx" QSC və İlqar adlı şəxs arasında bağlanan lizinq müqaviləsinə əsasən İlqar 3 (üç) il ərzində hər ay "xxxx" QSC-yə 1.300 manat pul ödəməli olmuşdur. Həmin vaxt İlqarın həmin avtomobili idarə edə bilməsi ilə əlaqədar İlqarın adına etibarnamə də rəsmi qaydada verilmişdir. Bir müddət sonra, yəni 2021-ci ilin əvvəllərində İlqar həmin avtomobili Şahin adlı şəxsə satmışdır. İlqar lizinq ödənişini vaxtı-vaxtında ödəmişdir. İlqarın həmin avtomobili Şahinə satması ilə lizinq üzrə öhdəliklər də İlqardan Şahinə keçmişdir. Bu zaman Şahin ondan avtomobilin idarə edilməsilə əlaqədar etibarnamənin özünün, yəni Şahinin adına yox, Həsənəli adlı bir şəxsin adına rəsmiləşdirilməsini xahiş etmişdir O da Şahinin bu xahişini yerinə yetirmişdir. 2021-ci ilin qış aylarında Təqsirləndirilən şəxs ona sözügedən lizinq müqaviləsi üzrə ödənişin bitməsi barədə ödəniş qəbzi təqdim etmişdir. O da həmin avtomobili Şahinin istəyi əsasında Zaur adlı bir şəxsin adına rəsmiləşdirmişdir.Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübutları, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 3) görünür ki, Zərərçəkmiş şəxs1 Xətai rayon Polis İdarəsinə müraciət edərək 2021-ci ilin sentyabr ayından həmin ilin noyabr ayınadək Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsində yerləşən “Salam- Aleykum” restoranında müxtəlif markalı avtomobillər alacağı adı ilə yalandan vəd verən Təqsirləndirilən şəxs 60.000 ABŞ dolları məbləğində pul vəsaiti verdiyi bildirmişdir. xx.xx.2022-ci il tarixli Dövlət Vergi Xidmətinin arayışından (cild 1, iş vərəqə 90) görünür ki, Təqsirləndirilən şəxs vergi orqanında vergi ödəyəcisi kimi xx.xx.2005-ci il tarixdə uçota alınmış və fəaliyyəti hazırda aktivdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 60) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 83-84) görünür ki, həmin gün Şahid1 məxsus “Mercedes Benz S 350” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı “Mercedes Benz S 350 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin buraxılış ilinin 2006-cı il, rənginin qara, mühərrik nömrəsinin **********3501, ban nömrəsinin WDD2211561AO62623 olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 85-87) görünür ki, həmin gün Şahid1 məxsus “Range Rover” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı “Range Rover” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin buraxılış ilinin 2009-cu il, rənginin qara metallik, mühərrik nömrəsinin **********3501, ban nömrəsinin SALMF1E46AA307937 olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 29-30) görünür ki, həmin gün X1 məxsus “BMW 535İ” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı “BMW 535İ” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin buraxılış ilinin 2010-cu il, rənginin tünd göy metallik, mühərrik nömrəsinin olmadığı, ban nömrəsinin isə WBAFR71060C262530 olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan (cild 1, iş vərəqə 131-135) görünür ki, həmin gün Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 avtomobillərin alınması məqsədi ilə ümumilikdə 60.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs verdiyini sonuncunun üzünə demiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 dediklərini etiraf edərək göstərilən məbləğdə pul vəsaitini avtomobillərin alınması adı ilə aldığını, lakin sonradan həmin pulları şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 1352 saylı məhkəmə-psixiatrik ekspertiza rəyindən (cild 1, iş vərəqə 198-199) görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə onda “panik pozuntu ilə müşayiət olunan aqorafobiya” qeyd edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan “panik pozuntu ilə müşayiət olunan aqorafobiya” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs “panik pozuntu ilə müşayiət olunan aqorafobiya” aşkar edilir. Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 179-180) görünür ki, həmin gün “Azercell Telekom" MMC-nin xx.xx.2022-ci il tarixli, 8995 nömrəli müşaiyət məktubu ilə göndərilmiş 01 ədəd diskə baxış keçirilmiş və həmin vaxt müəyyən edilmişdir ki, diskin içərisində 06 ədəd fayl mövcuddur, “abuneciler.xlsx” adlı faylda +**********03 saylı mobil telefon nömrənin Şahid15 adına olması, +**********99 saylı mobil nömrənin isə Zərərçəkmiş şəxs1 adına olması müəyyən edilmişdir. +**********03_txt adlı fayla baxış zamanı həmin nömrə ilə Zərərçəkmiş şəxs1 adına olan +**********99 saylı mobil nömrə arasında zəngin olması, habelə iş üzrə əhəmiyyət kəsb edən sms, habelə +**********03_sms adlı fayla baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən sms müəyyən edilməmişdir. “**********99.txt” saylı fayla baxış keçirən zaman +**********99 saylı nömrədən +**********28 saylı nömrəyə xx.xx.2021-ci il tarixdə saat 22:06:30-dan xx.xx.2021-ci il tarixdə saat 23:33:33-ə kimi mütəmadi zənglər edilməsi və danışıqlar aparılması müəyyən edilmişdir. Bundan başqa, +**********99 saylı nömrədən +**********28 saylı nömrəyə 2021-09-06 tarixdə saat 19:17:27-də zəng olmuş, 11 saniyə danışıq olmuş, +**********99 saylı nömrədən +**********28 saylı nömrəyə 2021-09-06 tarixdə saat 21:30:42-də zəng olmuş, 296 saniyə danışıq olmuş, +**********99 saylı nömrədən +**********28 saylı nömrəyə 2021-09-06 tarixdə saat 23:14:04-də zəng olmuş, 241 saniyə danışıq olmuş, ********** saylı nömrədən ********* saylı nömrəyə 2021-09-07 tarixdə saat 21:58:10-da zəng olmuş, 59 saniyə danışıq olmuş, +**********99 saylı nömrədən +**********28 saylı nömrəyə 2021-09-07 tarixdə saat 21:59:24-də zəng olmuş, 14 saniyə danışıq olmuş, +**********99 saylı nömrədən +**********28 saylı nömrəyə 2021-09-08 tarixdə saat 11:39:52-də zəng olmuş, 57 saniyə danışıq olmuş, +**********99 saylı nömrədən +**********28 saylı nömrəyə 2021-09-10 tarixdə saat 18:23:32-də zəng olmuş, 22 saniyə danışıq olmuş, +**********99 saylı nömrədən +**********28 saylı nömrəyə 2021- 09-10 tarixdə saat 19:42:26-da zəng olmuş, 34 saniyə danışıq olmuş, ********** saylı nömrədən ********* saylı nömrəyə 2021-09-10 tarixdə saat 22:22:02-də zəng olmuş, 65 saniyə danışıq olmuş, ********** saylı nömrədən ********* saylı nömrəyə 2021-09-11 tarixdə saat 22:16:00-da zəng olmuş, 59 saniyə danışıq olmuş, ********** saylı nömrədən ********* saylı nömrəyə 2021-09-11 tarixdə saat 22:58:33-də zəng olmuş, 24 saniyə danışıq olmuş, +**********99 saylı nömrədən +**********28 saylı nömrəyə 2021-09-13 tarixdə saat 00:37:30-da zəng olmuş, 271 saniyə danışıq olmuş, ********** saylı nömrədən ********* saylı nömrəyə 2021-09-13 tarixdə saat 16:44:08-da zəng olmuş, 26 saniyə danışıq olmuş, +**********99 saylı nömrədən **********28 saylı nömrəyə 2021-09-13 tarixdə saat 16:52:49da zəng olmuş, 121 saniyə danışıq olmuş, +**********99 saylı nömrədən +**********28 saylı nömrəyə 2021-09-14 tarixdə saat 17:34:53-də zəng olmuş, 24 saniyə danışıq olmuş, +**********99 saylı nömrədən +**********28 saylı nömrəyə 2021-09-14 tarixdə saat 17:35:26 zəng olmuş, 74 saniyə danışıq olmuş, +**********99 saylı nömrədən +**********28 saylı nömrəyə 2021-09-14 tarixə saat 21:30:25-də zəng olmuş, 30 saniyə danışıq olmuş, ********** saylı nömrədən ********* saylı nömrəyə 2021-09-14 tarixdə saat 22:19:24-də zəng olmuş, 11 saniyə danışıq olmuş, ********** saylı nömrədən ********* saylı nömrəyə 2021-09-14 tarixdə saat 22:31:34-də zəng olmuş, 9 saniyə danışıq olmuş, ********** saylı nömrədən ********* saylı nömrəyə 2021-09-17 tarixdə saat 18:08:59-da zəng olmuş, 44 saniyə danışıq olmuş, +**********99 saylı nömrədən +**********28 saylı nömrəyə 2021-09- 17 tarixdə saat 18:09:57-də zəng gəlmiş, 92 saniyə danışıq olmuş, ********** saylı nömrədən ********* saylı nömrəyə 2021-09-18 tarixdə saat 16:21:00-da zəng gəlmiş, 76 saniyə danışıq olmuş, +**********99 saylı nömrədən +**********28 saylı nömrəyə 2021-09- 18 tarixdə saat 17:25:30-da zəng gəlmiş, 37 saniyə danışıq olmuş, ********** saylı nömrədən ********* saylı nömrəyə 2021-09-19 tarixdə saat 14:08:48-də zəng olmuş, 32 saniyə danışıq olmuş, ********* saylı nömrədən ********* saylı nömrəyə 2021-09-19 tarixdə saat 14:53:00-da zəng olmuş, 10 saniyə danışıq olmuş, ********** saylı nömrədən ********* saylı nöməyə 2021-09-19 tarixdə saat 21:28:42-də zəng olmuş, 44 saniyə danışıq olmuş, +**********99 saylı nömrədən +**********28 saylı nömrəyə 2021-09-19 tarixdə saat 21:41:44-də zəng olmuş, 14 saniyə danışıq olmuş, ********** saylı nömrədən ********* saylı nömrəyə 2021-09-20 tarixdə saat 12:25:54-də zəng olmuş, 1 saniyə danışıq olmuş, ********** saylı nömrədən ********* saylı nömrəyə 2021-09-20 tarixdə saat 12:26:06-da zəng olmuş, 42 saniyə danışıq olmuş, **********99 saylı nömrədən **********28 nömrəyə 2021-09-20 tarixdə saat 13:24:21-də zəng olmuş, 25 saniyə danışıq olmuş, ********** saylı nönrədn ********* saylı nömrəyə 2021-09-20 tarixdə saat 13:25:12-də zəng olmuş, 36 saniə danışıq olmuş, **********99 saylı nömrədən **********28 saylı nömrəyə 2021-09-20 tarixdə saat 13:28:58-də zəng olmuş, 18 saniyə danışıq olmuş, **********99 saylı nömrədən **********28 saylı nömrəyə 2021-09-20 tarixdə saat 16:15:17-də zəng olmuş, 71 saniyə danışıq olmuş, ********** saylı nömrədən ********* saylı nömrəyə 2021-09-20 tarixdə saat 16:40:43-da zəng olmuş, 42 saniyə danışıq olmuş, ********** saylı nömrədən ********* saylı nömrəyə 2021-09- 20 tarixdə saat 16:41:35-də zəng olmuş, 6 saniyə danışıq olmuş, ********** saylı nömrədən ********* saylı nömrəyə 2021-09-22 tarixdə saat 22:15:58-də zəng olmuş, 32 saniyə danışıq olmuş, ********* saylı nömrədən ********* saylı nömrəyə 2021-09-22 tarixdə saat 22:16:39-da zəng olmuş, 151 saniyə danışıq olmuş, ********** sayl nömrədən ********* saylı nömrəyə 2021-09-25 tarixdə saat 22:35:17-də zəng olmuş, 23 saniyə danışıq olmuş, +**********9 saylı nömrədən +**********28 asylı nömrəyə 2021-09-26 tarixdə saat 19:59:50-də zəng olmuş, 175 saniyə danışıq olmuş, ********** saylı nömrədən 55999529 saylı nömrəyə 2021-09-29 tarixdə saat 13:22:16-da zəng olmuş, 27 saniyə danışıq olmuşdur. xx.xx.2022-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 72-73) görünür ki, həmin gün Şahid12 məxsus “Porsche Panamera” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı “Porsche Panamera” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin buraxılış ilinin 2012-ci il, rənginin ağ, mühərrik nömrəsinin GD05144, ban nömrəsinin WP0ZZZ97ZDL072325 olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 143) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2022-ci il tarixli pulun təhvil verilməsi haqqında qərardan (cild 2, iş vərəqə 114) görünür ki, həmin gün Təqsirləndirilən şəxs 18.000 manat məbləğində pul vəsaitini vurduğu ziyana görə ibtidai istintaq orqanına təhvil vermiş və həmin pul vəsaiti Azərbaycan Respublikası DİN-in depozit hesabında saxlanılması üçün DİN-in Maliyyə- Plan İdarəsinə köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, 000064 nömrəli qəbzdən (cild 2, iş vərəqə 116) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 18.000 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsi tərəfindən qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 2, iş vərəqə 125-152) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 171-173) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 181-186) görünür ki, həmin gün Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilərək 6.000 ABŞ dollarını və 10.000 ABŞ dollarını Zərərçəkmiş şəxs1 alaraq aldatma və etibardan suiistifadə etməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etdiyini, bundan başqa, 44.000 ABŞ dollarını alaraq aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etdiyini etiraf etmişdir. xx.xx.2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə qərardan (cild 2, iş vərəqə 187-188) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmidir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 3, iş vərəqə 138) görünür ki, Zərərçəkmiş şəxs1 məhkəməyə müraciət edərək vurulmuş ümumi ziyandan, yəni 102.000 manat məbləğdən ibtidai istintaq zamanı depozitə qoyulmuş 18.000 manat məbləği nəzərə alınmaqla, Təqsirləndirilən şəxs tərəfindən 69.000 manat məbləğində pul vəsaitinin ödənildiyini, nəticədə Təqsirləndirilən şəxs cəmi 33.000 manat məbləğində borcu qaldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 3, iş vərəqə 139) görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslərə vurduğu ümumi ziyandan, yəni 102.000 manat məbləğindən 69.000 manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxslərə ödədiyini, nəticədə onun cəmi 33.000 manat məbləğində borcu qaldığını bildirmişdir. Əlillik haqqında TSEK tərəfindən verilmiş arayışdan (cild 3, iş vərəqə 149-151) görünür ki, Təqsirləndirilən şəxs qızı X5 İİ dərəcəli gözdən əlildir, orqanizmin funksiyalarının pozulması 75 faiz təşkil edir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 3, iş vərəqə 171) görünür ki, Zərərçəkmiş şəxs2 məhkəməyə müraciət edərək ona vurulmuş 44.000 ABŞ dolları məbləğində ziyandan Təqsirləndirilən şəxs tərəfindən ona 33.500 ABŞ dolları məbləğində pul vəsaitinin ödənildiyini, nəticədə onun Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, habelə Azərbaycan Respublikası DİN-in Baş Maliyyə Plan İdarəsinin depozit hesabında saxlanılan 18.000 manat məbləğində pul vəsaitinin ona ödənilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 3, iş vərəqə 172) görünür ki, Zərərçəkmiş şəxs1 məhkəməyə müraciət edərək ona vurulmuş 16.000 ABŞ dolları məbləğində ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona tam şəkildə ödənildiyini, nəticədə onun Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək, onları mübahisələndirmək, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmək üçün məhkəmə baxışında şərait yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə istintaqında araşdırılmış sübutlarla öz etirazlarını bildirməklə yanaşı, həmçinin irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından suiistifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda obyektiv qiymət verib belə hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında sübutların hərtərəfli, obyektiv və tam araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öz qardaşı Şahid14 vasitəsi ilə tanımış və cinayət hadisəsi baş verənədək o, icarəyə götürdüyü avtomobil salonunda avtomobillərin alqı-satqısı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs arasında münasibət yarandıqdan sonra Zərərçəkmiş şəxs1 avtomobil almaq istəmiş, bu məqsədlə özünə məxsus avtomobili Təqsirləndirilən şəxs vasitəsi ilə satmaq istəmişdir. Sonra Təqsirləndirilən şəxs həmin avtomobili Zərərçəkmiş şəxs1 alaraq işlətdiyi avtomobil salonunda satışa qoymuş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus avtomobili sata bilməmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs1 öz tanışı Zərərçəkmiş şəxs2 ümumilikdə 60.000 ABŞ dolları məbləğində pul vəsaiti almış və sonra həmin pul vəsaitini 3 (üç) dəfəyə, birinci dəfə 6.000 ABŞ dolları, ikinci dəfə 10.000 ABŞ dolları, üçüncü dəfə isə 44.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Hər verilən pul vəsaiti bilavasitə avtomobillərin alınmasına yönəlmişdir. 6.000 ABŞ dolları və 10.000 ABŞ dolları məbləğində pul vəsaiti ayrı-ayrılıqda 2 (iki) avtomobilin Zərərçəkmiş şəxs1 xeyrinə, 44.000 ABŞ dolları məbləğində pul vəsaiti isə Zərərçəkmiş şəxs2 xeyrinə 2 (iki) avtomobilin alınması üçün verilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən 3 (üç) dəfəyə ümumilikdə 60.000 ABŞ dolları məbləğində pulun Təqsirləndirilən şəxs verilməsi cinayət işinin mübahisəsiz hallarıdır. Bu həm Təqsirləndirilən şəxs, həm də ayrı-ayrılıqda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri ilə tam şəkildə təsdiq olunur. Cinayət işinin mübahisəli halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ümumilikdə 60.000 ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 aldığını etiraf etsə də, həmin pul vəsaitini 2 (iki) avtomobilin Zərərçəkmiş şəxs1, 2 (iki) avtomobilin isə Zərərçəkmiş şəxs2 xeyrinə deyil, əksinə avtomobil alqı-satqısı ilə bağlı biznesini inkişaf etdirməsi məqsədi ilə Zərərçəkmiş şəxs1 aldığını iddia etmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs məhkəmədə özünü elan olunmuş ittiham üzrə təqsirli bilsə də, zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətini törətmədiyini, əksinə həmin pul vəsaitini almaqla mülki hüquq münasibətlərinə daxil olduğunu bildirmişdir. Bu hissədə məhkəmə Təqsirləndirilən şəxs mövqeyi ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs bu hissədə iddia etdiyi hallar həqiqəti əks etdirməməklə yanaşı, həmçinin işin faktiki hallarının təhrifinə yönəlmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Təqsirləndirilən şəxs işçisi olduğunu və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1lə şərik olmadığını bildirmişdir. Bundan başqa, məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pul vəsaitini aldığı vaxt artıq onun biznes fəaliyyəti uğurlu davam etməmiş, əksinə həmin ərəfədə onun çoxlu şəxslərə müxtəlif məbləğlərdə borcu yaranmışdır. Məhz buna görə Təqsirləndirilən şəxs qardaşı Şahid14lə birlikdə işləyən Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncuya və sonuncunun tanışı olan Zərərçəkmiş şəxs2 ucuz qiymətə avtomobillər tapacağı adı ilə yalan vəd vermiş, bu vədlər əsasında ümumilikdə 60.000 ABŞ dolları məbləğində pul vəsaiti almış, pulu aldıqdan sonra isə vədinə əməl etməyərək aldığı pulları şəxsi ehtiyaclarına xərcləyərək dələduzluq cinayətini törətmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 tərəfindən birbaşa Təqsirləndirilən şəxs 44.000 ABŞ dolları məbləğində pul vəsaitinin verilməsi təsdiq olunmasa da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də göstərilən məbləğdə, yəni 44.000 ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 almış və bu pulu məhz Zərərçəkmiş şəxs2 üçün 2 (iki) avtomobilin alınması məqsədi ilə qəbul etmişdir. Yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 44.000 ABŞ dolları məbləğində pulu sonuncudan alarkən həmin pulun Zərərçəkmiş şəxs1 deyil, məhz Zərərçəkmiş şəxs2 məxsus olduğunu və həmin pulun 2 (iki) avtomobilin alınması üçün ona verildiyini bilmişdir. Yəni Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs arasında 44.000 ABŞ dolları məbləğində pulun 2 (iki) avtomobilin alınması üçün verilməsi-alınması barədə birbaşa münasibətlər yaranmasa da, göstərilən məbləğdə pul vəsaiti digər Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs verilmiş, həmin pulu Nemət Bəxtiyara verərkən pulun müqabilində Bəxtiyar 2 (iki) avtomobil alıb verməli olmuş, ən əsası da Təqsirləndirilən şəxs həmin pulu Zərərçəkmiş şəxs1 alarkən həmin pulun sahibinin Zərərçəkmiş şəxs2 olduğunu bilmiş və əvvəlcədən əldə edilmiş razılığa əsasən Zərərçəkmiş şəxs2 məxsus pul vəsaitini Zərərçəkmiş şəxs1 almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ümumilikdə 60.000 ABŞ dolları məbləğində pulu aldıqdan sonra vermiş olduğu vədlər yalan olduğundan avtomobilləri əldə edib vəd verdiyi şəxslərə, yəni zərərçəkmiş şəxslərə satmamışdır. Əksinə Təqsirləndirilən şəxs 60.000 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etmişdir. Məhkəmə belə nəticəyə gələrkən ona istinad etmişdir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan kimi 18.000 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası DİN-in depozit hesabına qoyulmuş, habelə göstərilən 18.000 manat məbləğində pul vəsaiti daxil olmaqla, məhkəmə araşdırması zamanı o, hər iki zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəməklə zərərçəkmiş şəxslərlə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ödənilən pul vəsaiti bilavasitə vurulmuş ziyanın ödənilməsinə yönəlmişdir. Bu isə təqsirkar şəxsin dələduzluq cinayətini törətməsini və bu cinayəti törətdikdən sonra əməllərinə tənqidi yanaşaraq törətmiş olduğu cinayətlərin nəticəsində yaranmış ağır nəticələrin aradan qaldırılmasına dəlalət edir. Təqsirləndirilən şəxs 3 (üç) epizodla bağlı əməllərinin təhlili, əməllərin törədilməsi üsulu və mexanizmi ona dəlalət edir ki, o, dələduzluq cinayətinin törədilməsi ilə bağlı zərərçəkmiş şəxslərə yalan vəd verərək sonuncuları aldatmış və bunun nəticəsində ayrı-ayrılıqda dələduzluq cinayətlərini törətmişdir. Başqa nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hallar meəyyən edilmədi. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətmiş olduğu dələduzluq cinayəti nəticəsində ümumilikdə 16.000 ABŞ dolları məbləğində ziyan vursa da, sonradan göstərilən məbləğdə pulu Zərərçəkmiş şəxs1 geri qaytardığından sonuncuya vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı törətmiş olduğu dələduzluq cinayəti nəticəsində ümumilikdə 44.000 ABŞ dolları məbləğində ziyan vursa da, sonradan 33.500 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs2 geri qaytarmışdır. Bu hissədə qeyd edilməlidir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən 18.000 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası DİN-in depozit hesabına köçürüldüyündən və həmin pulun depozit hesabına köçürülməsinin məqsədi vurulmuş ziyanın ödənilməsindən ibarət olduğundan məhkəmə hesab edir ki, 18.000 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs2 verilməklə ona vurulmuş ziyan tam şəkildə aradan qalxa bilər. Ona görə də Zərərçəkmiş şəxs2 vurulmuş ziyan ödənilmiş kimi qəbul edilməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, habelə onun əməllərinə ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bununla da cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, habelə onun törətmiş olduğu cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tam şəkildə əhatə olunduğundan məhkəmə onun əməllərini Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməllərdən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, nevroloji xəstəlikdən əziyyət çəkməsini, himayəsində xəstə anası və İİ qrup gözdən əlil olan övladının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) və təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü şəkildə zərərçəkmiş şəxsə tamamilə ödədikdə və ya aradan qaldırdıqda (Cinayət Məcəlləsinin 59.1.13-cü maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin mülkiyyət əleyhinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni zərərçəkmiş şəxslərin onunla barışmasını, cinayət nəticəsində vurulmuş ziyanın tam şəkildə zərərçəkmiş şəxslərə könüllü şəkildə ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində xəstə anası və İİ qrup gözdən əlil olan övladının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, habelə törədilmiş cinayətin mülkiyyət əleyhinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərin onunla barışmasını, cinayət nəticəsində vurulmuş ziyanın tam şəkildə zərərçəkmiş şəxslərə könüllü şəkildə ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əməllərdən peşman olmasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində xəstə anası və İİ qrup gözdən əlil olan övladının olmasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər, bu kimi hallar isə məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut qismində çıxış etməklə cinayət işinə əlavə edilmiş 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən depozit hesabında saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinə təhvil verilmiş 18.000 manat məbləğində pul vəsaiti vurulmuş ziyan kimi Zərərçəkmiş şəxs2 təhvil verilməlidir. Məhkəmə belə nəticəyə gələrkən ona istinad etmişdir ki, Zərərçəkmiş şəxs1 vurulmuş ziyan tam şəkildə ödənilmiş, Zərərçəkmiş şəxs2 isə Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinə təhvil verilmiş 18.000 manat məbləğində pul vəsaiti ödənildiyi halda ona vurulmuş ziyan da tam şəkildə ödənilmiş hesab ediləcək. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut qismində çıxış etməklə cinayət işinə əlavə edilmiş 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası DİN-in depozit hesabında saxlanılması üçün DİN-in Maliyyə-Plan İdarəsinə təhvil verilmiş 18.000 manat məbləğində pul vəsaiti vurulmuş ziyan kimi Zərərçəkmiş şəxs2 təhvil verilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Telman Hüseynov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar