Məhkəmə qərarları › İş №1(101)-462/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-462/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-462/2025 14.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, 9 iyul 1995-ci il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 5,001 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 12 aprel 2024-cü il tarixdə saat 13:00-da ünvan 2 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 15:45-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı külli miqdarda 5,001 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 12 aprel 2024-cü il tarixdə BMCMİ-nin əməkdaşları onlara tərəf yaxınlaşmışlar. Polis əməkdaşlarının əllərində silah olmuşdur. Onları yerə yıxıb, üzərlərində şəxsi axtarış keçirmişlər. Sonra onları idarəyə aparmışlar. Orada əməkdaşların biri öz əlində olan bükümü ona verib bükümün içində narkotik vasitə olduğunu, bükümü cibində saxlamağını və çəkiliş zamanı həmin bükümü təqdim etməyini ona bildirmişdir. O, bükümün ona məxsus olmadığını və ümumiyyətlə narkotik vasitənin istifadəçisi olmadığını əməkdaşa dedikdə sonunucu onun narkotik istifadəçisi olubolmamağını yoxlayacaqlarını ona bildirmişdir. O, yoxlanışa heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra əməkdaşlar narkotik vasitəni götürməyəcəyi təqdirdə, onun evinə narkotik vasitə yerləşdirəcəklərini deyərək ona qarşı hədə-qorxu gəlmişlər. Nəticədə o, məcburiyyət qarşısında qalaraq əməkdaşların ona verdikləri bir büküm narkotik vasitəni götürmüş, daha sonra çəkilişdə əməkdaşlar tərəfindən ona deyilən sözləri çəkiliş zamanı bükümü təqdim edərək təkrarlamışdır. Şəxsi axtarış zamanı vəkil iştirak etməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, onlar tutulanda 6 nəfər olmuşlar. Onlardan dördü Nurlan, Fuad, Murad, Əli adlı şəxslər olmuş, birinin adını isə xatırlamır. Murad həmin vaxt maşınla gəlmişdir. Görüş barədə qabaqcadan danışmışdıq. Adlarını çəkdiyim şəxsləri tanıyıram. Adıçəkilən şəxslərdən heç birində narkotik vasitə olmamışdır. Ancaq Fuad narkotiki öz üzərinə götürəcəyini deyib, ancaq heç birindən narkotik vasitə aşkar olunmamışdır. Polis əməkdaşları onları idarəyə öz maşınları ilə aparmışlar. Polislər onları saxlayandan sonra narkotik vasitəni öz üzərlərinə götürmələrini tələb etmiş və artıq razılaşandan sonra onları idarəyə aparmışlar. Polislər onları binanın qabağında qəflətən saxlamış, yerə yıxıb, əllərini qandal ilə bağlamış və üstlərini axtarmış, lakin, onların heç birindən narkotik vasitə aşkar olunmamışdır. Həmin vaxt ətrafda kənar şəxslər də olmuşdur. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilməmiş, sadəcə olaraq hədə-qorxu gəlinmişdir. İbtidai istintaq zamanı müstəntiqə də hazırki ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Adından yazılmış ifadəni oxumadan imzalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, narkotik vasitənin və psixotrop maddənin heç bir növündən istifadə etmir. Lakin çox yayıldıqları üçün onların bəzi növlərini internetdə görmüşdür. 12 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisində gəzərkən yerdə bir ədəd bükümün olmasını görmüşdür. Həmin bükümü götürəndə görmüşdür ki, içərisində psixotrop maddə metamfetamin vardır. Həmin maddəni kiminsə əlinə keçməsin deyə götürərək üzərində saxlamış və onu atmaq niyyətində olmuş, lakin, yadından çıxdığı üçün üzərində qalmışdır. Həmin psixotrop maddəni tapmağı barədə kiminsə məlumatı olmamışdır. 12 aprel 2024-cü il tarixdə saat 13:00-da ünvan 2 ünvanının yaxınlığında Şahid5, Şahid6, Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə olarkən mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişdir. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Daha sonra üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Polis əməkdaşları onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif etmişdir. Bu təklifdən sonra üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilərkən içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şifahi sorğu zamanı o, aşkar edilmiş psixotrop maddə metamfetamini həmin gün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisində yerdən tapdığını, atmaq məqsədi ilə üzərində gəzdirdiyini, bu barədə başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış, baxış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmışdır. Tədbirin nəcitəsinə dair protokol tərtib edilərək ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır (cild 1, iş vərəqi 231-234). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BMCMİ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 aprel 2024-cü il Bakı şəhəri Nizami rayonu ərazisində “Ruslan 93” adlı marketə yaxın ərazidə məhəllədə Təqsirləndirilən şəxs də daxil olmaqla narkotik vasitələrin dövriyyəsində şübhəli olan 6 nəfəri saxlayaraq BMCMİ-nə aparmışlar. Orada həmin şəxslər müdafiəçi ilə təmin olundular. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən sellofon kəsiyinə bükülmüş bir ədəd metamfetaminə bənzər bükümü təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Nizami rayonu ərazisindən tapdığını bildirmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir göstərilməmişdir. Sonuncu şəxsi axtarış zamanı metamfetaminə bənzər maddəni təqdim etmişdi. Təqsirləndirilən şəxs narkotik vasitənin dövriyyəsində şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olduğu üçün saxlamışlar. Əməliyyat məlumatı həmin gün daxil olmuşdur. Saxlanıldığı yerdə şərait olmadığı üçün Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməmişdir. Sonuncudan izahat alınan zaman iştirak etməmişdir. İdarəyə apardıqları 6 nəfərdən Fuad, Elməddin və Nurlanın üzərindən psixotrop maddə aşkar olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onları saxladıqları gün binanın qarşısında olmuşdur. Günorta saat 12-1 aralığında BMCMİnin əməkdaşları binanın qarşısında Elməddin və o, daxil olmaqla 7 nəfəri saxlamışlar. Polislər onları BMCMİ-nə aparmış, orada dəhlizdə onların hamısını döyüb, sonra isə hər birini ayrı-ayrı otaqlara salmışlar. Onlara qarşı fiziki və psixi təsir göstərdikləri üçün polislərin dedikləri ilə razılaşmışlar. Şəxsi axtarış zamanı polislərin dediklərini edib, onlara verdikləri narkotik vasitəni üzərlərinə götürmüşlər. Onlardan dördü sərbəst buraxılmış, 3 nəfər barəsində isə cinayət işi başlanmışdır. İbtidai istintaq zamanı adından yazılan ifadə ona məxsus deyil, həmin ifadəni müstəntiq özü yazmışdır. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, saxlanılarkən orada ondan başqa Fuad, Elxan, Əli, Elməddin, İslam və adını bilmədiyi sürücü olmuşdur. Onlardan 3 nəfər cinayət məsuliyyətə cəlb edilmiş, qalanları isə sərbəst buraxılmışdır. O, göyərçin saxlamış, həmin 6 nəfər də göyərçinlərə baxmaq üçün gəlmişdilər. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki təsir göstərilmişdir. Polis əməkdaşları qara rəngli avtomobillə gəlmiş, onların hamsını həmin maşınla aparmışlar. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Məhkəmə Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, narkotik vasitələr və psixotrop maddələrin heç bir növündən istifadə etmir. Lakin çox yayıldıqları üçün onların bəzi növlərini televizorda görmüşdür. 11 aprel 2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında gəzərkən yerdə bir ədəd bükümün olmasını görmüşdür. Həmin bükümü götürəndə görmüşdür ki, içərisində psixotrop maddə metamfetamin vardır. Həmin psixotrop maddə kiminsə əlinə keçməsin deyə götürərək üzərində saxlamış və onu atmaq niyyəti olmuşdur. Lakin yadından çıxdığı üçün üzərində qalmışdır. Həmin psixotrop maddəni tapmağı barədə heç kimin məlumatı olmamışdır. 12 aprel 2024-cü il tarixdə saat 13:00-da ünvan 3 ünvanının yaxınlığında Şahid5, Şahid6, Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 ilə birlikdə olarkən onlara bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, onu barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişdir. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə metamfetamin vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişdir. Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri ona izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. İlk öncə üstünə şəxsi axtarış aparılmışdır. Polis əməkdaşları üstündə qanunsuz narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra üzərində psixotrop maddə olduğunu bildirib əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. 1 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 1 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Şahid3 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şahid3 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindən 1 ədəd “Xiaomi” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 1 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış zamanı Şahid3 üzərindən aşkar edilmiş 1 ədəd “Xiaomi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra Şahid5, Şahid6 və Şahid4 üzərinə baxış aparılmışdır. Onlara paltarında, əşyalarında olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Şahid5, Şahid6 və Şahid4 üzərilərində narkotik vasitə, eləcə də digər qanunsuz əşyalar olmadığını bildirib Şahid5 əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 2 ədəd “Samsung” markalı mobil telefonu, Şahid4 əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid6 isə üstündə ümumiyyətlə hər hansı əşya olmadığını bildirmişdir. Şahid5 və Şahid4 üzərindən aşkar edilmiş əşyalar onların özünə qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini dünən yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını, atmaq məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini bu gün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisində yerdən tapdığını, atmaq məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Şahid3 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini anket məlumatlarını bilmədiyi Türkiyə Respublikasının vətəndaşından “Telegram” sosial şəbəkəsi ilə sifariş edərək 50 manata aldığını, konum vasitəsi ilə həmin psixotrop maddəni Bakı metropolitenin “Neftçilər” stansiyasının yaxınlığında yerdən götürdüyünü, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Şahid5, Şahid6 və Şahid4 onun, Təqsirləndirilən şəxs və Şahid3 üzərilərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən məlumatlarının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış, baxış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır. Üzərlərindən psixotrop maddə aşkar edilən digər 2 şəxslə əlbir olmamış, onların üzərindəkilərdən məlumatı olmamışdır (cild 1, iş vərəqi 213-216). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 8 aprel 2024-cü il tarixdə BMCMİ-nin əməkdaşları onları saxlayaraq idarəyə aparmışlar. Onlar 7 nəfər olmuş, hər birinin üzərinə baxış keçirilmişdir. Ondan başqa heç kimdə narkotik vasitə aşkar olunmamışdır. Belə ki, onun üzərindən 50 manata öz istifadəsi üçün aldığı narkotik vasitə aşkar olunmuşdur. Orada olan digər 2 nəfəri də narkotik vasitə ilə yükləmiş, 4 nəfəri isə sərbəst buraxmışlar. Şahid3 məhkəmədə ona verilən sualları cavablandırarkən göstərmişdir ki, tutulduqları gün dostunun maşını xarab olmuş, maşını ustaya aparmaq üçün həmin yerə yığılmışlar. Onlar günorta saat 12-1 arası saxlanılmışlar. Polis əməkdaşları Toyota Rav 4 markalı maşınla gəlmiş, silahla onlara yaxınlaşıb, BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin yerdə üzərlərinə səthi də olsa baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmamışdır. Onların üzərlərinə ayrı-ayrılıqda baxış keçirilmişdir. İbtidai istintaq zamanı adından yazılan ifadəni oxumadan imzalamışdır. Məhkəmə Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, narkotik vasitələr və psixotrop maddələrin bir neçə növündən istifadə edir. Buna görə də narkotik vasitələrin və psixotrop maddələrin bir çox növünü tanıyır. Psixotrop maddə metamfetamin istifadə etmək niyyətində olduğu üçün bir neçə gün əvvəl anket məlumatlarını bilmədiyi Türkiyə Respublikasının vətəndaşı ilə “Telegram” sosial şəbəkəsində danışmış və ondan 50 manatlıq psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs psixotrop maddənin yerləşdirildiyi metropolitenin “Neftçilər” stansiyasının yaxınlığını göstərən məkan məlumatlarını ona göndərdiyindən, həmin yerə gedib oradan bir ədəd bükümdə psixotrop maddə metamfetamini götürmüş və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bu barədə də heç kimə bildirməmişdir. 12 aprel 2024-cü il tarixdə saat 13:00-da ünvan 3 ünvanının yaxınlığında Şahid5, Şahid6, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid4 ilə birlikdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişdir. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda üzərində psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəvət etmişdir. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişdir. Baş idarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. İlk öncə Şahid2 üstünə şəxsi axtarış aparılmışdır. Şahid2 üstündə qanunsuz narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Nurlan üzərində psixotrop maddə olduğunu bildirib əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 1 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 1 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra onun üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü, sol yan cibimdən 1 ədəd “Xiaomi” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 1 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən psixotrop maddə metamfetamin olması aşkar edilmişdir. 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd “Xiaomi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra Şahid5, Şahid6 və Şahid4 üzərinə baxış aparılmış, onlara paltarında, əşyalarında olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Şahid5, Şahid6 və Şahid4 üzərilərində narkotik vasitə, eləcə də digər qanunsuz əşyalar olmadığını bildirib, Şahid5 əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 2 ədəd “Samsung” markalı mobil telefonu, Şahid4 əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid6 isə üstündə ümumiyyətlə hər hansı əşya olmadığını bildirmişdir. Şahid5 və Şahid4 üzərindən aşkar edilmiş əşyalar onların özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Şahid2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini dünən yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını, atmaq məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini həmin gün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisində yerdən tapdığını, atmaq məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini anket məlumatlarını bilmədiyi Türkiyə Respublikasının vətəndaşından “Telegram” sosial şəbəkəsi ilə 50 manata sifariş etdiyini, bundan sonra psixotrop maddəni Bakı metropolitenin “Neftçilər” stansiyasının yaxınlığında qoyulmuş yerdən götürdüyünü, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Şahid5, Şahid6 və Şahid4 Şahid2, Təqsirləndirilən şəxs və onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən məlumatlarının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış, baxış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır (cild 1, iş vərəqi 249-252). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 12 aprel 2024-cü il tarixdə 12 nəfər dostu ilə Bakı şəhəri Nizami rayonu, Qara Qarayev ərazisinə quş almağa getmişdir. Quşlara baxdıqları vaxt sonradan BMCMİ-nin təxminən 20-25 nəfər əməkdaşı onları saxlamışdır. Orada ilkin olaraq üzərlərinə baxış keçirilmiş və sonra onları idarəyə aparmışlar. İdarədə isə hamının üzərinə tək-tək şəxsi axtarış keçirilmişdir. Şahid6 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, saxlanılan zaman onun və Elməddinin də üzərinə baxış keçirilmişdir. Polislər onların hamısını yerə yıxmışlar. İdarədə Şahid5 ilə onu bir yerdə saxlamışlar. 2 gün yarım orada qaldıqdan sonra onu buraxmışlar. Saxlanılmasının səbəbini bilmir. Saxlanılan zaman polislər onların üzərlərində olan hər şeyi götürmüşlər. Üzərlərinə baxış keçirilən vaxt orada 7 nəfər olmuşlar. Sonradan polislər Əli adlı tanışlarını aparmışlar. İdarədə əvvəlcə Nurlanın, Fuadın və Elməddinin üzərinə şəxsi axtarış keçirilmişdir. Metamfetaminin nə olduğunu bilmir. İbtidai istintaq zamanı onun üzərinə zorla psixotrop maddə qoyulmamış, digərlərinin üzərilərinə psixotrop maddə qoyulmasının şahidi olmamışdır. Ona qarşı təzyiq göstərilməmiş, digərlərinə təzyiq göstərilib-göstərilmədiyini görməmişdir. O, çəkilişdə baş verənləri təsdiqləyir. İbtidai istintaq zamanı verilən ifadə ona məxsusdur. İstintaq zamanı ona təqdim olunan sənədləri imzalamışdır. İbtidai istintaq zamanı ifadəsinə çəkilən imzalar ona məxsus deyil. Məhkəmə Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 12 aprel 2024-cü il tarixdə saat 13:00-da ünvan 2 ünvanının yaxınlığında Şahid5, Təqsirləndirilən şəxs, Şahid3, Şahid2 və Şahid4 ilə birlikdə olduqları zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları Nurlan, Elməddin və Fuada narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etdilər. Onlar səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərilərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdilər. Onlar etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişlər. Polis idarəsində Fuad, Nurlan və Elməddinin hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Lakin o və qalanları şübhəli şəxs kimi tutulmamış, ancaq üzərlərinə şübhəli şəxslərlə birlikdə baxış keçiriləcəyi bildirilmişdir. Sonra şübhəli şəxslərin üzərilərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. İlk öncə Şahid2 üstünə şəxsi axtarış aparılmışdır. Şahid2 üstündə qanunsuz narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Nurlan üzərində psixotrop maddə olduğunu bildirib əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 1 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin maddəyə oxşamasını polis əməkdaşları bildirmişdir. 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. 1 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb, zərfin üzəri möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Şahid3 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şahid3 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindən 1 ədəd “Xiaomi” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 1 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə polis əməkdaşı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış zamanı Şahid3 üzərindən aşkar edilmiş 1 ədəd “Xiaomi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra onun, Şahid5 və Şahid4 üzərinə baxış aparılmışdır. Onlara üzərlərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, Şahid5 və Şahid4 üzərlərində narkotik vasitə, eləcə də digər qanunsuz əşyalar olmadığını bildirmiş və Şahid5 əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 2 ədəd “Samsung” markalı mobil telefonu, Şahid4 əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O isə üstündə ümumiyyətlə hər hansı əşya olmadığını bildirmişdir. Elxan və Elşadın üzərindən aşkar edilmiş əşyalar özlərinə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Nurlan üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini bir gün əvvəl yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını, atmaq məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini həmin gün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisində yerdən tapdığını, atmaq məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdiк. Şifahi sorğu zamanı Şahid3 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini anket məlumatlarını bilmədiyi Türkiyə Respublikasının vətəndaşından “Telegram” sosial şəbəkəsi ilə sifariş edərək 50 manata aldığını, konum vasitəsi ilə həmin psixotrop maddəni Bakı metropolitenin “Neftçilər” stansiyasının yaxınlığında yerdən götürdüyünü, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı o, Şahid5 və Şahid4 Şahid2, Təqsirləndirilən şəxs və Şahid3 üzərilərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən məlumatlarının olmadığını bildirmişlər. Daha sonra şəxsi axtarış, baxış və götürmə qurtarmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o, həmin protokolu imzalamışdır (cild 2, iş vərəqi 23- 26). Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid5 və Şahid4 verdiyi ifadələrindən görünür ki, onlar Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər (cild 2, iş vərəqi 19-22 və 27-30). Cinayət işinin materiallarında olan 12 aprel 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 aprel 2024-cü il tarixdə saat 13:00-da ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 15:45-dən etibarən üzərilərinə keçirilən şəxsi axtarış zamanı Elməddin Alalhverdiyevin əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə zamanı videoçəkiliş aparılmış və 1 ədəd diskə köçürülmüşdür (cild 1, iş vərəqi 73-79). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1991 saylı məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6 dairəvi möhür əksi olan üç ədəd zərfdə üzərində “Şahid2 aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,460 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,001 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Şahid3 aşkar edilmiş..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,857 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş 3 (üç) ədəd sellofan bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir (Qeyd: metamfetaminin təmiz çəkisi 5,460 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 5,410 qram. Metamfetaminin təmiz çəkisi 5,001 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 4,951 qram. Metamfetaminin təmiz çəkisi 4,857 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 4,807 qram (cild 1, iş vərəqi 110-115). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 13 aprel 2024-cü il tarixli 2343 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə Təqsirləndirilən şəxs deməsinə görə narkotik vasitə marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyi göstərilmişdir (cild 2, iş vərəqi 187-188). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Şahid3, Təqsirləndirilən şəxs və Şahid2 aşkar olunmuş külli miqdarda psixotrop maddənin mənbəyinin müəyyən olunması məqsədilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış tapşırığa cavab olaraq daxil olmuş məktubdan görünür ki, Şahid3, Təqsirləndirilən şəxs və Şahid2 üzərilərindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini ayrı-ayrılıqda satış məqsədi ilə əldə etmələri barədə əlavə məlumatlar əldə edilsə də, onların qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmələri müəyyən edilməmişdir. Həmçinin Şahid3, Təqsirləndirilən şəxs və Şahid2 digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmamasının, onun narkotik vasitə və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin, narkotik vasitə və ya psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şəxslərin, eləcə də narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 2, iş vərəqi 145). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi” haqqında 14 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsində iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 2, iş vərəqi 87). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 16 aprel 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir (cild 2, iş vərəqi 50-51). Cinayət işinin materillarında olan cinayət işi üzrə materialın ayrılması haqqında 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda psixotrop maddənin mənbə xüsusatı ilə bağlı material ayrılmışdır (cild 2, iş vərəqi 222- 223). Cinayət işinin materillarında olan 15 aprel 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq çəkisi 4,951 qram olan psxiotrop maddə metamfetmin iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (cild 2, iş vərəqi 33-34). Cinayət işinin materiallarında olan 20 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs, Şahid3 və Şahid2 üstünə şəxsi axtarış, baxış və götürmə aparılmasının videogörüntü faylının saxlanıldığı 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 201-219). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 63-64). Cinayət işinin materiallarında olan ECMS - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü Rəsul Allahverdiyev və xx.xx.2023-cü il təvəllüdlü Alparslan Allahverdiyev adlı iki azyaşlı uşağı vardır (cild 3). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 42). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 aprel 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 9-13). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə külli miqdarda 5,001 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi və tamah niyyəti ilə əldə edib üzərində daşımaqla saxlamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələrindən, maddi sübutlar, ekspertiza rəyləri və protokollardan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamışdır. Buna baxmayaraq istintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitənin külli miqdar təşkil etməsini əsas götürərək heç bir sübuta əsaslanmadan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüş, eyni zamanda məhkəmə istintaqı zamanı ittiham tərəfi məhkəməyə onun Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə əlaqədar istehlakçı ilə hər hansı razılığa gəlməsi, psixotrop maddəni satmaq məqsədi ilə xırda bağlamalara bükməsi, bu məqsədlə hər hansı avadanlıq əldə etməsi, o cümlədən psixotrop maddəni satmağa cəhd etməsi sübuta yetirilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Lakin, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə aid zənglərin siyahısı, sms yazışmaları və anten dairəsi məlumatları müvafiq mobil telefon operatorundan götürülmüş, həmin məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına işarə edən hər hansı sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrində qeyd edilmişdir ki, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdə külli miqdarda 5,001 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi sübuta yetmədi. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan 1 ədəd sellofan bükümdə külli miqdarda 5,001 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-1.1-ci maddəsinə nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.6cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 12 aprel 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs, Şahid3 və Şahid2 aşkar edilmiş psixotrop maddə metamfetaminlərə görə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manata görə Təqsirləndirilən şəxs 21,66 manat tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 4,951 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs, Şahid3 və Şahid2 üstünə şəxsi axtarış, baxış və götürmə aparılmasının videogörüntü faylının saxlanıldığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə Təqsirləndirilən şəxs, Şahid3 və Şahid2 aşkar edilmiş psixotrop maddə metamfetaminlərə görə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manata görə Təqsirləndirilən şəxs 21,66 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 4,951 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs, Şahid3 və Şahid2 üstünə şəxsi axtarış, baxış və götürmə aparılmasının videogörüntü faylının saxlanıldığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar