Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-463/2020 18.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibləri-X3 və X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X2 Məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi-Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi-Qanuni nümayəndə1 iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Gürcüstan Respublikası, Dmanisi rayonu, İpnari kəndində anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Gürcüstan Respublikası, Dmanisi rayonu, İpnari kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri, Suraxanı rayonu, Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.1 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixində, saat 02:00 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, «Gürcüstanlılar məhəlləsi» adlanan ərazidə tanışı Şahid1 həmin ərazidə yaşayan Zərərçəkmiş şəxs1 evlərinə ötürməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı üstündə gəzdirdiyi, təyinatı istintaqla müəyyən edilməmiş bıçaqla Zərərçəkmiş şəxs1 qarın və döş qəfəsi nahiyələrinə qəsdən iki dəfə vurmaqla ona sol Xİİ qabırğanın kəsilməsi, qara ciyərin sol payının zədələnməsi və sol tərəfli hemotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası və qarnın ön divarında solda boşluğa işləyərək qaraciyərin sol payını zədələyən bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya və bel nahiyəsinin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bundan başqa o, təkrarən, xx xxxxxx 2019-cu il tarixində, saat 22:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 104-106 ünvanında yerləşən yaşayış binasının arxasında həmin gün tanış olduğu Zərərçəkmiş şəxs2 ilə qarşılıqlı razılaşma əsasında oral yolla cinsi əlaqədə olduqdan sonra sonuncuya cüzi səbəb kimi niyə belə etdiyini irad tutaraq xuliqanlıq niyyəti ilə heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb üzərində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs2 sağ döş qəfəsi nahiyəsinə bir dəfə və sağ sağrı nahiyəsinə bir dəfə vuraraq, ona döş qəfəsinin sağ tərəfli daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya və sağ sağrının kəsilmiş-deşilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə qanuni nümayəndə və müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 126.2.1 və 126.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təxminən 2017-ci ildən dostu İsmayılın bacısı Günelin vasitəsi ilə tanıdığı və aralarında sevgi münasibətləri olan Şahid1 ilə xx xxxxxx 2019-cu il tarixində saat 15:00 radələrində məhəllədə olan zaman baş vermiş söz-söhbət nəticəsində sözlə mübahisə etmişlər. Həmin gün saat 22:00 radələrində dostu İsmayılın yaşadığı evin qarşısna getmiş, İsmayılgilin evinin qarşısında özü tək olduğu vaxt Turay ilə aralarında olan söz-söhbətdən hirsləndiyinə görə sağ və sol əllərinin bilək nahiyələrini üzərində olan lezviya ilə kəsmiş və küçədə çöməlib oturmuşdur. Şahid1 onun yanından keçən zaman biləklərindən qan gəldiyini görmüş və ona heç nə demədən Günelgilin evinə getmişdir. Bir qədər sonra İsmayıl evdən çıxıb ona yaxınlaşmış, ona su gətirmişdir. Həmin vaxt küçə ilə keçən Zərərçəkmiş şəxs1 onu, İsmayılı və Turayı görüb salamlaşmış və dayanmadan getmişdir. Bir müddətdən sonra Turay Fəxrinin evinə gedəcəyini bildirmiş, o da birlikdə getməyi təklif etmişdir. O, Turayın arxasınca Fəxrinin evinin qarşısına qədər getmiş, Turay evə daxil olmuş, o özü isə çöldə Turayı gözləmişdir. Bir-neçə dəqiqədən sonra Fəxri evdən çıxıb onu evə dəvət etmişdir. O, evə daxil olanda Fəxri və Turaydan başqa Vüsal və Fəxrinin dostu Qara ləqəbli Abil adlı şəxsin olduğunu, onların əyləşib çörək yeyərək pivə içdiklərini görmüşdür. O, əyləşib bir qədər çörək yeyib bir stəkan pivə içmiş və təxminən bir saatdan sonra hamı evə getmək üçün ayağa qalxmışdır. Fəxrinin evinin qarşısında Turay Fəxriyə onunla birlikdə şəkil çəkdirmək istədiyini demiş, Turay ilə Fəxrinin şəkil çəkdirdiklərini görüb hirslənib inciyərək oradan getmişdir. xx xxxxxx 2019-cu il tarixində saat 00:10 radələrində o, bir qədər getdikdən sonra gecə qaranlıqda Turayın evə tək getməməsi üçün geri qayıdıb onu evlərinə kimi yola salmağı düşünmüşdür. Geri qayıdan zaman görmüşdür ki, Turay tək gedir və onun arxası ilə də Vüsal hərəkət edir, Abil isə onlardan da arxada getmişdir. O, həmin vaxt Vüsala yaxınlaşıb geri qayıtmasını, özünün Turayı evinə yola salacağını bildirmiş, Vüsal isə ona heç nə demədən yumruq atmışdır. O, yumruqdan yayındığına görə yumruq dəyməmiş və Vüsal üzərində gəzdirdiyi açılıb-bağlanan bıçaq çıxardaraq onun üstünə gəlmişdir. Bu zaman Turay onların arasına girərək onu kənara çəkmiş və bıçağı yerə atmasını Vüsala demişdir. Vüsal onu bıçaqla vurmaq istəyən zaman Abil Vüsalı saxlamışdır. Turay onu kənara çəkmiş və o, Turayın əlindən tutub birlikdə bir qədər getdikdən sonra Vüsal arxadan nalayiq söyüşlər söyərək qaça-qaça gəlib onlara çatmış və onun qolundan tutaraq saxlamışdır. Vüsala tərəf dönən zaman Vüsalın sağ əlində tiyəsi açıq şəkildə yumruğunun içində tutduğu bıçağı görmüş və həmin an Vüsal bıçağın deşici və kəsici hissəsi ilə onu vurmaq istəyən zaman əlləri ilə Vüsalın qol və əlindən tutub bıcağın zərbəsinin qarşısını almaq üçün fiziki güc tətbiq edərək Vüsalın əlini bükmüşdür. Bu zaman Vüsalın əlində olan bıçaq onun özünün sol tərəfinə bir dəfə batmış və Vüsal yerə yıxılmışdır. O, bunu görüb qaçıb öz yaşadığı evə getmişdir. Səhərsi gün eşidib bilmişdir ki, Vüsalı xəstəxanaya aparıblar. Vüsalın xəstəxanaya aparılması barədə ona Turay mobil telefonda məlumat vermiş, Vüsalın vəziyyətinin ağır olduğunu bildirmiş və niyə belə etdiyini ondan soruşmuşdur. O, istəmədən belə hadisə baş verdiyini demişdir. Turay onu polislərin axtardığını bildirmiş, o da fikirləşmişdir ki, evdə qalsa polislər gəlib onu tutacaqlar. O, evdən pasportunu götürüb məhəllədə olan yarım tikilmiş evdə gedib gizlənərək bir gün orada qalmış və sonra başqa yarım tikilmiş evə getmiş və orada bir neçə gün gizlənmişdir. xx xxxxxx 2019-cu il tarixində Gürcüstan Respublikasına keçmiş və orada olduğu zaman Dmanisi polis idarəsinin əməkdaşı gələrək Azərbaycanda axtarıldığını demişdir. Bundan sonra o, xx xxx 2019-cu il tarixində Gürcüstan-Azərbaycan sərhəddinin “Şıxlı” buraxılış məntəqəsindən keçən zaman Azərbaycan hərbiçiləri tərəfindən saxlanılıb polisə təhvil verilmişdir. Adını «Vüsal» kimi bildiyi Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır, aralarında heç bir münasibət, ədavət, düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs2 birinci dəfə xx xxxxxx 2019-cu il tarixində təxminən saat 20:00 radələrində N.Nərimanov parkında «vikinq» adlanan atraksionun yanında görmüşdür. Belə ki, həmin vaxt o, atraksionun yanında tək dayanmış və Adil ona yaxınlaşıb salamlaşmış, adını «Vüsal» kimi təqdim edib onunla hal əhval tutub söhbət etmişdir. Adil ona yaxınlaşanda ondan spirt iyi gəlmiş, hərəkətlərindən də sərxoş olduğu hiss olunmuşdur. Zərərçəkmiş şəxs2 əvvəlcə ondan yaşını soruşmuş, o da 17 yaşı olduğunu bildirmişdir. Söhbət edərkən tanışı Şahid5 da təsadüfən onlara yaxınlaşmış və söhbətlərinə qoşulmuşdur. Təxminən 5-10 dəqiqə söhbət etdikdən sonra Adil təklif etmişdir ki, kafeyə gedib çay, pivə içsinlər. Adil hesabı özünün ödəyəcəyini bildirdiyindən onun təklifi ilə razılaşmış və birlikdə parkın yaxınlığında yerləşən, adını xatırlamadığı kafeyə gedib orada təxminən 1 saat vaxt keçirmişlər. Kafedə olarkən o, 2 bokal pivə içkisi, Nihad da çay içmişdir. Adil özü də bir ədəd dəmir qabda olan adını bilmədiyi spirtli içki içmiş, hesabı da Adil özü ödəmişdir. Kafedən çıxdıqdan sonra N.Nərimanov parkına getmiş və oradakı oturacaqlardan birində əyləşib ümumi məzmunlu söhbətlər etmişlər. Həmin vaxt Nihadın mobil telefonuna Altay adlı dostu «whatsapp» proqramı ilə mesaj yazıb görüşməyi təklif etdiyindən Nihad onlarla sağollaşıb getmişdir. Nihat getdikdən 1-2 dəqiqə sonra Adil bir qədər gəzişməyi təklif etmişdir. O razılaşmış və birlikdə parkdan çıxıb yaxınlıqdakı yaşayış binaları olan əraziyə getmişlər. Oradakı yaşayış binalarından birinin arxa tərəfinə çatdıqda Adil onunla üzbəüz dayanıb şalvarının üzərindən əli ilə cinsi orqanını sığallamağa başlamış, sonra isə dizləri üstə çökmüşdür. O, şalvarının zəncirini açıb cinsi orqanını çıxarmış və Adillə oral yolla cinsi əlaqədə olub boşalmışdır. Adilin hərəkətləri onu ehtiraslandırdığından xoşuna gəlsə də, sonra niyə belə hərəkət etdiyini soruşmuş, Adil də onu nalayiq söyüşlə söyüb yaxşı etdiyini bildirmişdir. O, Adildən söyüşlə danışmamasını tələb etdikdə yaxşı etdiyini bildirib üzünü çevirərək ondan uzaqlaşmağa başlamışdır. Adilin hərəkətləri onu hirsləndirdiyindən sağ tərəfdən şalvarının kəmər nahiyəsinə taxdığı bıçağı çıxarıb onun arxasınca getmiş və bıçaqla Zərərçəkmiş şəxs2 sağ sağrı nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Adil üzünü ona tərəf çevirdikdə bıçaqla bir dəfə də onun sağ döş qəfəsi nahiyəsinə vurmuşdur. Adil onu bıçaqla vurduğunu görüb qaçaraq uzaqlaşmış, o da etdiyi hərəkətə görə həyəcanlanıb tez həmin ərazidən uzaqlaşmış və parka tərəf getmiş, yolda gedərkən bıçağın tiyəsini ağacdan qırdığı yarpaqla silmiş və bıçağı əvvəlki kimi şalvarının kəmər hissəsinə taxmışdır. Parka daxil olduqda təsadüfən yenə də Nihadla rastlaşmış və ona hadisə barədə gülə-gülə danışıb məlumat vermişdir. Nihad isə onun hərəkətlərindən narahat olmuş və qorxmuşdur. O, evə getməyi Nihada təklif etmiş, bu məqsədlə də metroya daxil olub «Koroğlu» stansiyasına, oradan da hərəsi 1 manat ödəməklə taksi ilə Binə qəsəbəsinə getmişlər. Binə qəsəbəsində «Ülvi inşaat» adlanan mağazanın qarşısında taksidən düşdükdən sonra Nihadı atası maşınla qarşılamış, Nihat sağollaşıb getmişdir, o da öz yaşadığı evə getmişdir. Gecə evdə yatmış, növbəti gün, yəni xx xxxxxx 2019-cu il tarixində səhər saatlarında evin həyətindən səs gəldiyindən çölə çıxmış və evin qarşısına polis əməkdaşları gəldiyini bilmişdir. Polis əməkdaşları hadisə barədə məlumat verib ondan şübhələndiklərini bildirdiklərindən etdiyi əməli etiraf etmiş və Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyi bıçağı polis əməkdaşlarına təqdim etmiş, onlarla birlikdə 18-ci Polis şöbəsinə getmişdir. O, daha sonra göstərmişdir ki, əməllərindən peşimandır və zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında ədavət, düşmənçilik olmamışdır. xx.xx.2019-cu il tarixində saat 00:30 radələrində qohumu yəni, anasının bibisi nəvəsi Günelgilin Gürcüstanlılar məhəlləsində yerləşən evlərinin qonşuluğunda yaşayan dostu Fəxrigilə getmişdir. Yolda Günelgilin evlərinin qarşısında Turay ilə Zaur və Günelin qardaşı İsmayılın dayanaraq söhbət etdiklərini görmüş, onlarla salamlaşıb yaxınlıqda olan Fəxrinin evinə getmişdir. O, Fəxrinin evinə daxil olanda orada Fəxri ilə onun qonşusu Qara ləqəbli adını bilmədiyi oğlanın evdə oturub pivə içdiklərini görmüş və onlarla salamlaşıb birlikdə əyləşmiş və bir qədər pivə içmişdir. Ondan təxminən 3-4 dəqiqə sonra Turay və Zaur da ora gəlmişlər. Turayla Zaur hər ikisi onlarla görüşmüş və Fəxri onları evə dəvət etmişdir. Turay ilə Zaur evə daxil olub onlarla birlikdə əyləşmiş və pivə içmişlər. Təxminən bir saat sonra hamı dağılışmaq üçün durmuşdur. Həmin vaxt Turay Fəxridən onunla birlikdə şəkil çəkdirməyi xahiş etmiş və Fəxri Turay ilə şəkil çəkdirən zaman Zaur inciyib hamıdan tez çıxıb getmişdir. Turay Zaurun tez getdiyini görüb ondan evlərinə kimi ötürməsini xahiş etmiş və o da razılaşmışdır. O, Turay ilə Fəxrinin evindən çıxıb bir qədər piyada getdikdən sonra Zaur qışqıra-qışqıra gələrək Turayı özünün evə yola salacağını demişdir. Turay həmin vaxt Zaura «Vüsal məni evə yola salacaq» ifadəsini işlətmiş və həmin vaxt Zaur Turayı əlləri ilə itələmiş, Turay da yerə yıxılmışdır. O, Zaura niyə belə etdiyini demiş və həmin vaxt onların arasında mübahisə yaranmışdır. Zaur ilə o, əlləri ilə bir-birini itələməyə başlamışlar və həmin vaxt Turay yerdən ayağa qalxaraq aralarına girib onları ayırmışdır. O, həmin gün Zaurun belində, kəmərinin altında düymə ilə açılıb bağlanan bıçaq gördüyü üçün hadisə vaxtı sonuncunun üzərində bıçaq olduğunu bilmişdir. Turay onları ayırandan sonra o, Zaura yaxınlaşıb onunla söhbət etmək və niyə belə etdiyini bilmək istəmişdir. Həmin vaxt onlar bir qədər pivə içdikləri üçün sərxoş olmuşlar. O, Zaura yaxınlaşan zaman əllərini yuxarı qaldırmışdır ki, Zaur onun əlində heç nə olmadığını görsün və sonuncuya söhbət etmək istədiyini, dalaşmaq istəmədiyini demişdir. O, Zaura yaxınlaşdıqda Turay araya girib onları aralamaq istədiyi zaman Zaur onu əli ilə tutub kənara itələyib sağ əlində tutduğu bıçaqla qəfil ona hücum etmiş, o, bıçaqdan yayınmaq istəmiş, lakin Zaur həmin bıçaqla ona iki dəfə zərbə yetirmişdir. Bıçaq zərbələrindən biri onun döş qəfəsinə dəymiş və yerə yıxılmışdır. Həmin vaxt qaranlıq olduğundan Zaurun bıçağı haradan çıxardığını görməmişdir. Yerə yıxılanda sinəsində istilik hiss etmiş və yaradan qan axdığını anlayıb əli ilə sinəsindən tutmuş və həmin vaxt Turay ona tərf əyilmiş, Zaur isə oradan uzaqlaşmışdır. Turay ona yardım etmək istəmiş, həmin vaxt Qara da orada olmuş və Qara kömək çağırmaq üçün Fəxrigilə qaçmışdır. Turay isə onun başını tutaraq saxlamışdır. Fəxri ora gəldikdən sonra Qaranı daha orada görməmiş və Fəxri ilə Turay ona kömək edərək Fəxrigilin evinə aparmışlar. Orada Fəxri köynəyini cırıb yarasına baxmış və yaranın üzərinə dəsmal qoyaraq əli ilə sıxmışdır. Turay isə təcili yardıma zəng edib həkim çağırmaq istəmiş, lakin təcili yardıma olduqları yeri izah edə bilməmişdir. Fəxri ilə Turay onun çiyinlərinə qollarını salaraq onu yerdən qaldırıb küçəyə çıxmışlar və bir qədər getdikdən sonra küçədə DİN-nin PPX-nin xidməti avtomaşınını görüb onlardan kömək istəmişlər və onu həmin PPX-nin avtomaşınına mindirmişlər. Turay ilə Fəxri də həmin avtomaşına oturmuş, onu mərkəzi küçələrdən birinə çıxardıqdan sonra təcili yardım avtomaşını gəlmiş və o, huşunu itirdiyinə görə bundan sonra nə baş verdiyini xatırlamır. Zaurun ona xəsarət yetirdiyi bıçaq qara dəstəkli, düymə ilə açılan formalı olmuşdur. Lakin onu vurduqdan sonra Zaurun bıçağı üzərində saxladığını və ya kənara atdığını bilmir. Hadisə baş verən zaman Turay və Fəxrinin qonşusu Qara kimi tanıdığı şəxs orada olmuş və həmin hadisə sonuncuların gözlərinin qarşısında baş vermişdir. Gecə vaxtı olduğundan küçədə başqa heç kim olmamış və səsə küçəyə başqa heç kim çıxmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Qaracəmirli kəndində qeydiyyatda olsa da uzun müddətdir Bakı şəhərində yaşayır, daimi yaşayış yeri olmadığından müxtəlif ünvanlarda gecələyir. Cinsi azlığın nümayəndəsi olduğundan öz istəyi ilə kişilərlə cinsi əlaqədə olur. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə Nərimanov parkında görmüş olsa da, aralarında heç bir tanışlıq, münasibət olmamışdır. xx xxxxxx 2019-cu il tarixində kafelərdən birində özü tək «Go» adlanan spirtli içki qəbul etdikdən sonra Nərimanov parkına getmişdir. Təxminən saat 20:00 radələrində parkda olarkən «Viking» adlanan atraksionun yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq salamlaşmış, 1-2 dəqiqə söhbət etdikdən sonra Zaurun Nihad adlı tanışı da onlara yaxınlaşmışdır. O, Zaur və Nihada birlikdə kafeyə getməyi təklif etmiş və demişdir ki, hesabı özü ödəyəcəkdir. Bundan sonra Zaur və Nihadla birlikdə parkın yaxınlığındakı kafelərdən birinə getmiş, kafeyə daxil olmamışdan öncə mağazadan özü üçün bir ədəd «Go» adlanan spirtli içki almış, kafedə həmin içkini özü içmişdir. Zaur isə kafedə 2 bokal pivə, Nihad da çay içmişdir. Kafedə təxminən 1 saat oturub spirtli içki qəbul edə- edə söhbət etmişlər, daha sonra o, hesabı ödəmiş və kafedən çıxıb parka qayıtmışlar. Parkda olarkən Nihadın telefonuna mesaj gəldiyindən onlardan uzaqlaşıb getmişdir. Nihad uzaqlaşdıqdan sonra Zaura təklif etmişdir ki, yaxınlıqda sakit bir yerə getsinlər və onunla cinsi əlaqədə olsun. Zaur onun təklifi ilə razılaşmış və onlar Nərimanov rayonu Ə.Orucəliyev küçəsi 104-106 ünvanında yerləşən yaşayış binasının arxa tərəfinə getmişlər. Həmin ərazidə gediş-gəliş olmadığından və ərazi işıqlandırılmadığından hasarın yanında dayanmışlar və Zaur şalvarının zəncirini açıb cinsi orqanını çölə çıxarmış və dizlərini yerə qoyub oral formada cinsi əlaqədə olmuşdur. Zaur boşaldıqdan sonra şalvarının zəncirini bağlamış və o, ayağa qalxaraq Zaura həmin yerdən getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs isə onun cinsi azlıq olmasını irad bildirib niyə belə etdiyini soruşmuş, o da öz işi olduğunu, yaxşı etdiyini bildirmişdir. O, üzünü çevirib bir neçə addım ataraq həmin yerdən uzaqlaşmaq istədikdə qəfildən sağ sağrı nahiyəsinə deşici alətlə zərbə vurulmasını hiss etmişdir. O, arxaya çevrildikdə Zaurun əlində bıçaq görmüş və Təqsirləndirilən şəxs qəfildən onun sinəsinin sağ nahiyəsinə də bir dəfə bıçaqla vurmuşdur. Zaurun bıçaqla yenə də zərbə vuracağından ehtiyat etdiyindən qaçaraq oradan uzaqlaşmış və yoldan keçən tanımadığı şəxsdən köməklik etməsini xahiş etmişdir. Həmin şəxs də TTY-a zəng vurub məlumat vermiş, bir qədər sonra oraya TTY avtomobili gəlmiş və onu xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Günelin vasitəsi ilə tanımışdır. xx.xx.2019-cu il tarixində saat 22:00 radələrində Günel Əliyeva zəng edərək onların evinə gəlməsini xahiş etmiş, o da yaşadığı evdən çıxıb Günelin yaşadığı ev istiqamətdə getmiş, Günelgilin evinin qapısına çatanda Zaurun küçədə oturduğunu və hər iki əlindən qan gəldiyini görmüşdür. O, Zaurdan nə baş verdiyini soruşduqda Zaur ona cavab verməmiş və o, Zaura əhəmiyyət vermədən Günelgilin qapısını döymüş, Günel darvazanı açmış və o, içəri keçmişdir. Güneldən Zaurun əllərindən niyə qan gəldiyini soruşmuş, Günel ona heç nədən xəbəri olmadığını demişdir. O, Günel ilə evlərinə keçmiş və Günel ona sevdiyi adamla xx xxxxxx 2019-cu il tarixində qoşulub qaçacağını demişdir. O, Güneldən kiminlə qoşulub qaçaçağını soruşmuş, Günel ona kiminlə qaçmaq istədiyini deməmiş və ondan bu barədə heç kimə deməməsini və onun üçün təmiz paltarlar gətirməsini xahiş etmişdir. O da razılaşmış və Günellə bir qədər söhbət etdikdən sonra Günelin qardaşı İsmayılın harada olmasını soruşmuş, İsmayıl televizoru onun yaşadığı evə aparmalı olduğundan Günelgildə oturub İsmayılı gözləmiş və İsmayılın gəlmədiyini görüb Günelgildən çıxmışdır ki, gedib İsmayılı tapsın. O, Günelgilin həyət darvazasından çıxan zaman Zaur ilə Vüsalın dayanaraq sakitcə söhbət etdiklərini görmüş, onlardan İsmayılı soruşmuş, onlar görmədiklərini demiş və bir qədər axtarsa da tapa bilməmiş və geri Günelgilə qayıtmışdır. Həmin vaxt İsmayıl evdə olmuş və o, İsmayıldan televizoru aparmasını xahiş etmiş, çölə çıxıb getmək istəyərkən Zaurun orada dayandığını görmüşdür. İsmayıl ondan hara gedəcəyini soruşarkən o, Zaurun yaxında olduğunu görüb fikirləşmişdir ki, əgər evə getsə Zaur dalınca gələcəkdir və İsmayıla qonşuluqda yaşayan Fəxrigilə getdiyini demişdir. O, Fəxrigilə gedəndə Zaur onun dalınca gəlmişdir. O, Fəxrinin evinə daxil olmuş, orada Fəxri, dostu Qara ləqəbli Abil və Vüsalın əyləşdiklərini görmüşdür. O, həmin vaxt ac olmuş və masada yemək olduğunu görüb Fəxrini çoxdan tanıdığı üçün çörəyi götürüb həmin yeməkdən yeyən zaman Fəxri ondan onlara niyə qonaq gəlməyi barədə soruşmuşdur. O, Fəxriyə Zaurun dalınca düşdüyünü və ona görə də bura gəldiyini demişdir. Fəxri də ona Zauru evə çağırmasını demişdir. O, Fəxriyə Zaur ilə münasibət saxlamaq istəmədiyini demiş və bu səbəbdən Fəxrigil özləri Zauru içəri dəvət etmiş, Zaur da evə daxil olub onlarla əyləşmişdir. Təxminən bir saat keçdikdən sonra hamısı durub evə getmək üçün Fəxrigildən çıxmışlar. O, hamıdan qabaq getmiş, Abil, Zaur və Vüsal ondan arxada gəlmiş və sonra Abil onlardan ayrılaraq öz evinə tərəf getmişdir. Həmin vaxt Vüsal gəlib ona çatmış, onu evə ötürmək istədiyini bildirmiş, o da Vüsala lazım olmadığını, özünün evə gedəcəyini demişdir. Həmin vaxt Zaur da gəlib onlara çatmış, onun əlindən tutaraq evə yola salacağını demişdir. O, Zaura lazım olmadığını, özünün gedəcəyini demiş və həmin vaxt Vüsal Zaurun üzərinə gedərək nalayiq söyüşlər ilə Zauru söymüş və Zaurun üzərinə getmiş, Zaur Vüsalın üzərinə getmək istəyən zaman o, araya girib onları ayırmağa başlamışdır. Həmin vaxt Vüsal, Zaura yumruq atmış, o, araya girib Zaur və Vüsalı ayırmışdır. Həmin vaxt orada səs-küy yaranmış və o, Zauru kənara çəkərək onunla gəlməsini demişdir. Zaur ilə bir qədər getdikdən sonra Vüsal arxadan nalayiq söyüşlər söyə-söyə iti addımlar ilə gəlib onlara çatmış, əynində olan gödəkçəsini çıxarmışdır. Zaur ilə Vüsal dava etmək istəyən zaman o, araya girib onları ayırmağa çalımış, Vüsala artıq gec olduğunu, səhər söhbət etmələrini demişdir. Vüsal isə onu kənara itələyərək çəkilməsini demiş və o, yerə yıxılmışdır. Həmin vaxt Vüsal və Zaur bir-biriləri ilə əlbəyaxa olmuş və o, ayağa qalxıb onları ayırmaq istəyən zaman Vüsal yerə yıxılmış, Zaur isə oradan uzaqlamışdır. O, Vüsalın köynəyinin üzərindən sinə hissəsindən qan gəldiyini görüb başa düşmüşdür ki, Zaur onu deşici alətlə vurmuşdur. Həmin vaxt Qara ləqəbli Abil də ora gəlmiş və sonra Fəxrinin arxasınca qaçıb onu çağırmışdır. Fəxri gəlib ona kömək etmiş və Vüsalı Fəxrinin evinin qarşısına aparmışlar. Orada Fəxri dəsmalı Vüsalın yarasının üzərinə qoymuş, o, isə təcili yardıma zəng etmiş, onlar ünvanı bilmədiyindən Fəxri və Abil ilə birlikdə Vüsalı yolla aparan zaman PPX-nin avtomaşınını görmüşlər. O, tez həmin avtomaşına tərəf qaçıb onlardan kömək istəmiş, baş vermiş hadisəni danışmış, Vüsalı avtomaşına mindirmişlər və Binə qəsəbəsinin mərkəzinə getmişlər. Oradan təcili yardım çağırmış və təcili yardım avtomaşını gəldikdən sonra Vüsalı təcili yardım avtomaşınına qoymuşlar və Fəxri onunla xəstəxanaya getmişdir. Onunla Abil isə orada qalmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır, sonuncu onun yaşadığı məhəllədə böyümüşdür və aralarında ədavət və düşmənçilik yoxdur, Təqsirləndirilən şəxs isə əvvələr tanımamışdır, onunla münasibəti olmamışdır, sadəcə bilmişdir ki, Zaur onun yaşadığı Gürcüstanlılar qəsəbəsində yaşayır, əvvələr tanışlığı olmasa da bir-birini görəndə salamlaşmışlar. xx xxxxxx 2019-cu il tarixində saat 00:30 radələrində Abil adlı, “Qara” ləqəbli Gürcüstanlılar məhəlləsində yaşayan dostu onun yaşadığı evə bir butulka, yəni 0,5 litr həcmində “Xırdalan” pivəsi alıb gəlmiş, həmin vaxt özü evdə tək olmuşdur. O Abillə əyləşib pivə içib söhbət edən zaman Vüsal qapıdan içəri girərək onlarla əyləşmiş və pivə içmək istəyərkən o, Vüsala pivə içməsinə icazə verməmişdir. Təxminən 5 dəqiqə sonra qapıdan Turay adlı qız içəri baxmış və onlarla görüşmüşdür. Turay içəri keçib onlarla pivə içmiş və Zaurun onu qapıda gözlədiyini demişdir. O, da Turaya yaxşı olmadığını, qapıda gözlətməməsini, ona içəri gəlməsini ya da onu gözləməməsini Turaya demişdir. Turay da Zauru içəri dəvət etmiş və Zaur içəri gələrək onlarla görüşmüşdür. Zaur da əyləşib pivə içmək istəyərkən o, Zaurun azyaşlı olduğunu bildiyinə görə onun pivə içməsinə icazə verməmişdir. Evdə həmin vaxt dostu Abil, Turay, Vüsal və Zaur olmuşdur. Təxminən saat 02:00 radələrində onlar hamısı durub evlərinə getmək üçün qapıdan çıxmışlar və o, gedənlərin hamısını yola salmaq üçün çölə çıxıb hamısı ilə sağollaşmışdır. Zaur hamıdan öncə, yəni bir neçə saniyə qabaq getmişdir və həmin istiqamətdə Vüsal, Turay və Abil də getmişlər. O, evinə keçmiş və təxminən 15 dəqiqə sonra Abil qaçaraq həyacanlı vəziyyətdə onun evinin qarşısına gəlib səsləyərək onu çağırmışdır. O, həyətə düşdükdə Abil ona Zaurun bıçaqla Vüsalın ürək nahiyəsindən vuduğunu demişdir. O, Abilə inanmamış və onu həmin yerə aparmasını demişdir. Onlar qaranlıq küçə ilə 100 metr getdikdən sonra qaranlıqda birinin yerdə oturduğunu, digər şəxsin isə onu tutduğunu görüb onlara yaxınlaşmışlar. Oturan şəxs Vüsal, onu tutan isə Turay olmuşdur. Nə baş verdiyini soruşduqda Turay ona Zaur ilə Vüsalın arasında mübahisə yarandığını və Zaurun bıçaqla Vüsalı vurub harasa getdiyini demişdir. O, Turayla köməkləşərək Vüsalı yaşadığı evə aparmışdır. O, Vüsalın köynəyini ön tərəfdən cırıb döş qəfəsinin sol tərəfində aşağı hissəsində cırılmış yara görmüş və evdə olan dəsmalı götürüb Vüsalın həmin hissəsinə qoyub sıxmışdır. Həmin vaxt Turay təcili yardıma zəng etmiş, lakin ona istiqaməti başa sala bilmədiyi üçün Vüsalı yola qədər aparmağı, yoldan bir avtomaşın saxlatdırıb xəstəxanaya çatdırmağı qərara almışlar. Onlar evdən küçəyə çıxdıqda ərazidə xidmətdə olan PPX-nin xidməti avtomaşınını görmüşlər. Turay polis əməkdaşlarını köməyə çağırmış və onlara baş verənləri demişlər. Polis əməkdaşları Vüsalı xidməti avtomaşına qoymuşlar və onunla Turay və Abil də həmin avtomaşına əyləşib Binə qəsəbəsinin mərkəzinə getmişlər və orada təcili yardım avtomaşını gəldiyindən Vüsalı təcili yardım avtomaşınına mindirərək 3 saylı xəstəxanaya getmişlər. Xəstəxanada Vüsalı dərhal cərrahiyyə otağına salmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin avqust ayından tanıyır, onunla eyni məhəllədə yaşayır. xx xxxxxx 2019-cu il tarixində günortadan sonra Təqsirləndirilən şəxs xatırlamadığı ortaq tanışlarından birinin telefonu ilə onun mobil telefonuna mesaj yazaraq, ya da zəng edərək axşam Nərimanov parkına gələcəyini bildirmiş və təklif etmişdir ki, görüşüb evə birlikdə qayıtsınlar. Həmin gün saat 20:00 radələrində işdən çıxdıqdan sonra Nərimanov parkına gedib oradakı «vikinq» atraksionunun yanında Zaurla görüşmüş, görüşərkən Zaurun yanında əvvəllər tanımadığı, şəxsiyyəti sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 da olmuşdur. Zaur Zərərçəkmiş şəxs2 ona «Vüsal» adı ilə təqdim etmiş, 1-2 dəqiqə söhbət etdikdən sonra Zərərçəkmiş şəxs2 təklifi ilə parkın yaxınlığındakı kafelərdən birinə gedib əyləşmişlər. Kafedə olarkən özü çay, Zaur isə 2 bokal pivə içmişdir. Zərərçəkmiş şəxs2 isə əvvəlcədən mağazadan aldığı, dəmir bankada olan və adını bilmədiyi spirtli içki və kafedən sifariş etdiyi bir bokal pivə içmişdir. Kafedə təxminən 40-50 dəqiqə əyləşdikdən sonra Zərərçəkmiş şəxs2 hesabı ödəmiş və birlikdə kafedən çıxıb Nərimanov parkına daxil olmuşlar. Parkda Adil və Zaur oturacaqlardan birində əyləşmiş, o da həmin şəxslərin yanında ayaq üstdə dayanıb telefonunda Altay adlı tanışı ilə «whatsapp» proqramı ilə yazışmışdır. Altay adlı tanışı ilə görüşməli olduğundan Zaura 10-15 dəqiqəyə qayıdacağını bildirmiş, Zaur da həmin yerdə onu gözləyəcəyini demişdir. O, Zaur və Adildən təxminən 100 metr məsafədə, parkın digər tərəfində Altayla görüşmüş, 10-15 dəqiqə dayanıb söhbətləşdikdən sonra Zaurgilin əyləşdiyi oturacağa tərəf getmiş, amma Zaur və Adilin orada olmadığını görmüşdür. Zaur mobil telefondan istifadə etmədiyindən elə orada dayanıb gözləməyi düşünmüşdür. Təxminən 5-10 dəqiqə gözlədikdən sonra Altaydan xahiş etmişdir ki, mağazaya gedib siqaret alıb gəlsin. Altay mağazaya tərəf getdikdən 1 dəqiqə sonra Zaur qaça-qaça və həyəcanlı formada ona tərəf gəlmiş, arxasınca polis gəldiyini bildirib demişdir ki, tez metroya düşsünlər. Nə baş verdiyini soruşduqda Zaur demişdir ki, Adillə cinsi əlaqədə olduqdan sonra bıçaqla sinəsindən və yanından vurmuşdur. Həmin vaxt Zaur həyəcanlı olduğundan Adili bıçaqla vurduğunu deyərkən həm də gülmüşdür. Zaurun xahişi ilə sürətli addımlarla metro istiqamətdə hərəkət etmişlər, metroya daxil olub qatarla «Koroğlu» stansiyasına, oradan da hərəsi 1 manat ödəməklə taksi ilə Binə qəsəbəsinə gedib «Ülvi inşaat» mağazasının yanında taksidən düşmüşlər. Atası həmin yerə gəlib onu qarşılamış və o, Zaurla sağollaşıb oradan uzaqlaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayında təxminən saat 23:00 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində, metronun «N.Nərimanov» stansiyasının yaxınlığında yerləşən çayxanaların birindən çıxıb yaşadığı evə gedərkən Nərimanov rayon Polis İdarəsinin yaxınlığındakı ara məhəllədən keçəndə əvvəllər tanımadığı, şəxsiyyəti sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 «kömək edin» deməsini eşidib ona yaxınlaşmışdır. Zərərçəkmiş şəxs2 həmin vaxt yaşayış binasının arxa tərəfindəki səkidə daşın üzərində əyləşmiş vəziyyətdə olmuşdur. O, Zərərçəkmiş şəxs2 yaxınlaşdıqda mobil telefonunun işığını yandırmış və onun sinə nahiyəsindən qan gəldiyini görmüşdür. Zərərçəkmiş şəxs2 bıçaqla vurulduğunu bildirdiyindən o, dərhal DİN-in 102 Xidmətinə və təcili tibbi yardıma zəng edib məlumat vermiş, polis əməkdaşları gələnə qədər hadisə yerində dayanıb gözləmiş, polis əməkdaşları və təcili tibbi yardım gəldikdən sonra isə oradan getmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qohumu olmaqla yanaşı Gürcüstanlılar məhəlləsində yaşayır və aralarında ədavət və düşmənçilik yoxdur, Təqsirləndirilən şəxs də onun yaşadığı Gürcüstanlılar məhəlləsində yaşayır və onunla dost olduğundan evinə tez-tez gəlmişdir. xx xxxxxx 2019-ci il tarixində saat 00:30 radələrində o, yaşadığı evə gedən zaman Turayın onlara gəldiyini görmüş və bir qədər onunla qapıda durub söhbət edən zaman Zaur da ora gəlmişdir. Zaur Turayı kənara çəkib özləri 4-5 dəqiqə söhbət etdikdən sonra Turay onu yanlarına çağırmış və onların arasında mübahisəli söhbətin getdiyini görmüşdür. Turay həmin vaxt Zaura onunla niyə savaşdığını və barışmaq istədiyini demişdir. Həmin zaman Vüsal onların yanından keçib getmiş və onlarla salamlaşmış, lakin yaxınlaşmamışdır. Sonra o, yaşadığı evə keçmiş və daha sonra nə baş verdiyini bilməmişdir. xx xxxxxx 2019-cu il, saat 09:00 radələrində evdə yuxudan qalxdıqdan sonra bilmişdir ki, Vüsalı Zaur bıçaqla vurmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır, Vüsal onunla eyni qəsəbədə yaşayır, aralarında ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs isə əvvələr tanımamış, onunla münasibəti olmamışdır. Zauru ilk dəfə xx xxxxxx 2019-cu il tarixində Fəxrinin evində görmüşdür. Həmin gün saat 00:30 radələrində Gürcüstanlılar məhəlləsində yaşayan dostu Fəxrinin yaşadığı evə bir butulka, yəni 0,5 litr həcmində “Xırdalan” pivəsi alıb getmiş, evdə ondan və Fəxridən başqa heç kəs olmamışdır. Fəxri ilə əyləşib pivə içib söhbət edən zaman Vüsal qapıdan içəri girərək onlarla görüşüb əyləşmişdir. O, həmin vaxt evdən çölə siqaret çəkməyə çıxmış və icəri qayıdan vaxt Fəxri, Vüsal pivə içmək istəyərkən Vüsala icazə verməmişdir ki, pivə içsin. Vüsal gələndən təxminən 5 dəqiqə sonra qapıdan əvvəllər tanımadığı Turay adlı qız içəri baxmış və onlarla görüşmüşdür. Turay icəri keçib onlarla pivə içmiş və Zaurun onu qapıda gözlədiyini demişdir. Fəxri Turaya “yaxşı deyil, qapıda gözlətmə de ya gəlsin içəri ya da səni gözləməsin” bildirmişdir. Turay Zauru içəri dəvət etmiş və Zaur içəri gələrək onlarla görüşüb əyləşmişdir. Zaur pivə içmək istəsə də Fəxri ona icazə verməmişdir. Fəxri Zaura azyaşlı olduğunu, ona pivə içməyə icazə olmadığını demişdir. Evdə həmin vaxt dostu Fəxri, Turay, Vüsal və Zaur olmuşdur. Təxminən saat 02:00 radələrində onlar hamısı durub evlərinə getmək üçün qapıdan çıxmış və Fəxri onları yola salmaq üçün qapıya çıxmışdır. Fəxri ilə sağollaşdıqdan sonra Zaur, Turay və Vüsalla eyni istiqamətdə piyada getmişlər, sonra onun yolu ayrı olduğundan küçədə onlarla sağollaşıb ayrılaraq digər küçə ilə bir qədər getdikdən sonra onlar getdikləri istiqamətdə səs-küy gəldiyini eşitmiş və buna görə də geri qayıtmışdır. Geri qayıdıb Vüsalın yerdə uzandığını, Turayın isə Vüsalın başının üzərində çömələk oturduğunu görmüşdür. O, yaxınlaşdıqda telefonunun işığını yandırmış və Vüsalın sinəsinin, köynəyinin üzərinin qan olduğunu görüb onun vurulduğunu başa düşmüşdür. Ətrafa baxdıqda Zauru orda görməmiş və Turaydan nə baş verdiyini soruşduqda Turay ona Vüsalı Zaurun vurub qaçdığını demişdir. O, tez Fəxrinin evinə qaçıb ona baş verənləri danışmış və Fəxri ilə küçəyə çıxıb Vüsalın yanına getmişlər, Vüsalı oradan götürüb Fəxrinin evinin qarşısına gətirmişlər. Fəxri Vüsalın sinəsinə dəsmal qomuş, təcili yardımı ora çağırmaq istəsələr də ünvanı bilməmişlər və bu səbəbdən Turay, Fəxri ilə Vüsalı yola tərəf aparmışlar. Məhəllə arası yolda PPX-nin xidmnəti avtomaşınını görmüşlər, Turay həmin polis avtomaşınına tərəf qaçıb avtomaşını onların yanına sürdürmüşdür, Vüsalı avtomaşına mindirmiş və xəstəxanaya aparmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 02-ci cildinin 185-189-cu vərəqlərində olan məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tairxli, 14/143 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində – sol Xİİ qabırğanın kəsilməsi, qara ciyərin sol payının zədələnməsi və sol tərəfli hemotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının bir ədəd daxilə nüfuz edən deşilmiş – kəsilmiş yarası, bel nahiyəsinin əzilmiş – cırılmış yarası xəsarətləri aşkar edilmişdir. Qeyd edilən əzilmiş – cırılmış yara bərk küt əşyanın, deşilmiş – kəsilmiş yara deşici – kəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişdir, xx xxxxxx 2019-cu il tarixində əmələ gələ bilərdi. Daxili orqanların zədələnməsi ilə müşayiət olunan deşilmiş – kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, əzilmiş – cırılmış yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bel nahiyəsinin əzilmiş – cırılmış yarasının lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin müxtəlif şəraitdə, o cümlədən şəxsin yıxılması zamanı alınması inkar olunmur. Cinayət işinin 02-ci cildinin 226-230-cu vərəqlərində olan komisyon məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tairxli, T14/2020 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 qarının ön divarında solda boşluğa işləyərək qara ciyərin sol payını zədələyən və döş qəfəsinin ön səthində solda aşağı hissədə döş boşluğuna nüfuz edərək daxili üzvləri zədələməyən deşilmiş – kəsilmiş yara, bel nahiyəsində solda əzilmiş – cırılmış yara olmuşdur. Qeyd edilən xəsarətlərdən deşilmiş – kəsilmiş yaralar deşici – kəsici alətin, ola bilsin bıçağın təsirindən, əzilmiş – cırılmış yara küt əşyanın təsirindən törənmişdir, yetirilmə müddəti xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir. Dərəcəsinə görə boşluğa işləyən yaralar istər birlikdə, istərsə də ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, əzilmiş – cırılmış yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 02-ci cildinin 137-139-cu vərəqlərində olan məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tairxli, 981 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edən hemopnevmotoraksla müşayiət olunan 1 ədəd, sağ sağrı nahiyəsinin 1 ədəd deşilmiş – kəsilmiş yaraları deşici – kəsici alətin (alətlərin), ola bilsin bıçağın təsirindən törənmişdir, müddəti xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Cinayət işinin 02-ci cildinin 222-225-ci vərəqlərində olan komisyon məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tairxli, 20/2020 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən və sağ sağrı nahiyəsinin deşilmiş – kəsilmiş yaraları deşici – kəsici alətin, ola bilsin bıçağın təsirindən törənmişdir, törənmə müddəti xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş – deşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sağ sağrıın kəsilmiş – deşilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 02-ci cildinin 175-179-cu vərəqlərində olan məhkəmə tibbi-bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tairxli, 856/2019-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 şəxsiyyətini təsdiq edən sənədlərin axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu A\İİ\-dir. Ekspertizaya təqdim olunmuş bir ədəd bıçaq, Zərərçəkmiş şəxs2 məxsus köynək və şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. AB0 sistemi üzrə tədqiq edildikdə yalnız A alınmışdır. Beləliklə bu qan ləkələri AB0 sistemi üzrə A(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Cinayət işinin 02-ci cildinin 180-184-cü vərəqlərində olan məhkəmə-tibbi kriminalistik ekspertizasının xx xxxxxx 2019-cu il tairxli, 574/2019-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin sağ döş nahiyəsində bir ədəd və şalvarın arxa hissəsinin sağ - yuxarı nahiyəsində bir ədəd deşilmiş – kəsilmiş zədə aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici – kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi il əvə ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin sağ döş nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş – kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ yarısının ön səthində olan bir ədəd; şalvarın arxa hissəsinin sağ – yuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş – kəsilmiş zədə onun bədəninin sağ sağrı nahiyəsində olan bir ədəd eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst – üstə düşürlər. Tədqim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişikliklər aşkar edilməmişdir. Cinayət işinin 02-ci cildinin 218-220-ci vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tairxli, 20/2020 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 02-ci cildinin 39-43-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2019cu il tairxli, 19090 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur, Təqsirləndirilən şəxs əqli və psixi inkişafına görə etdiyi hərəkətləri dərk adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmur. Cinayət işinin 02-ci cildinin 63-65-ci vərəqlərində olan kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxxxx 2019-cu il tairxli, 1772 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs1 həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı psixi xəstəliyin və kəmallığın əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Zərərçəkmiş şəxs1 ona qarşı edilən hərəkətlərin mənasını dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək iqtidarına malikdir. Zərərçəkmiş şəxs1 psixi vəziyyəti onu təqsirləndirilən şəxsə müqavimət göstərmək qabiliyyətindən məhrum etməmişdir. Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmədi. O, baş verən hadisələri anlamaq və qavramaq qabiliyyətinə malikdir. Şəxsi keyfiyyətlərində və emosional – iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs1 özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilmədi. O, yaranmış şəraitin mahiyətini, xarakter və mənasını dərk etmək, hərəkətlərini idarə etmək və davranışının nəticələrini görə bilmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərindən, hadisə baş verərkən psixi-emosional halından asılı olaraq təqsirləndirilən şəxsə müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinə əlavə olunmuş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Onunla barışmış və onu bağışlayırlar. Beləliklə, məhkəmə istintaqında yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, xx xxxx 2008-ci il tarixli, 6 saylı qərarının, 11-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə təqsirləndirilən şəxs yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, cinayəti törədərkən və hal-hazırda da yetkinlik yaşına çatmamasını, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə olunmasını, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yerindən və hazırda saxlanıldığı təcridxanadan müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə yetkinklik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, cinayət işinin ibtidai istintaqı zamanı xx xxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, yetkinklik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Nərimanov rayon Polis idarəsində saxlanılan Zərərçəkmiş şəxs2 əynində olmuş, üzərində «Smog established 1999» markalanma göstəricisi qeyd olunmuş bir ədəd köynək, üzərində “BB&QWU» markalanma göstəricisi qeyd olunmuş bir ədəd göy rəngli cins şalvar və Təqsirləndirilən şəxs götürülmüş üzərində «Stainless 666» sözləri yazılmış, qara rəngli dəstəyi olan bir ədəd bıçaq məhv edilməlidir Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını nəzərə alıb onun məhkəmə məsrəflərinin ödənilməsindən azad edilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli tərbiyə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Nərimanov rayon Polis idarəsində saxlanılan Zərərçəkmiş şəxs2 əynində olmuş, üzərində «Smog established 1999» markalanma göstəricisi qeyd olunmuş bir ədəd köynək, üzərində “BB&QWU» markalanma göstəricisi qeyd olunmuş bir ədəd göy rəngli cins şalvar və Təqsirləndirilən şəxs götürülmüş üzərində «Stainless 666» sözləri yazılmış, qara rəngli dəstəyi olan bir ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəflərinin ödənilməsindən azad olunsun. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Azər Paşayev
2. Əhməd Quliyev
3. İradə Həsənzadə