Məhkəmə qərarları › İş №1(101)-463/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-463/2022

31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-463/2022 31.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçilər X2 və Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1, X3 və Dövlət ittihamçısı2, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 19 avqust 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, ev 86-da qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək 10 avqust 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən «Binə» bazarının yaxınlığında satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 22,278 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda çəkisi 119,397 qram psixotrop maddə metamfetamin, təsiredici maddəsinin çəkisi 1,2 qram təşkil edən 30 ədəd həbdə narkotik vasitə hesab edilən metadon tərkibli dərman preparatı, təsiredici maddəsinin çəkisi 1,35 qram təşkil edən 9 ədəd həbdə güclü təsir edən maddə hesab edilən preqabalin tərkibli dərman preparatı və təsiredici maddəsinin çəkisi külli miqdarda 6,3 qram təşkil edən 28 ədəd həbdə güclü təsir edən maddə olan tramadol hidroxlorid əldə edib üstündə saxlayaraq daşımış, 13 avqust 2021-ci il tarixdə saat 06:30 radələrində ünvan 1 ünvanın yaxınlığında küçədə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri 7-ci mik S.S.Axundov küç 6 ünvanda yerləşən 5-ci PB-nə gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan qara rəngli portmonenin içərisindən 14 ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 22,278 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi külli miqdar hesab edilən 60.597 qram, 1 ədəd göy rəngli paketdə təmiz çəkisi külli miqdar hesab edilən 56,328 qram və 5 ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi külli miqdar hesab edilən 2,472 qram olmaqla, ümumilikdə təmiz çəkisi külli miqdar hesab edilən 119,397 qram psixotrop maddə metamfetamin, üzərində «Mehtadone 40» markalanma göstəricisi olan 3 ədəd konvalyutda ümumi 30 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş, təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən narkotik vasitə olan metadon tərkibli qəhvəyi rəngli dərman preparatları, üzərində «Alyse 150 (prcqqabalin)» markalanma göstəricisi olan 2 ədəd konvalyutda ümumi 9 ədəd ağ rəngli kapsuldan ibarət, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,35 qram təşkil edən güclü təsir edən maddə hesab edilən preqabalin dərman preparatları və üzərində «Royal 225 (tramadol hydrochloride)» markalanma göstəricisi olan 3 ədəd konvalyutda ümumi 28 ədəd üzərində «225» yazısı həkk olunmuş qırmızı həblərdə, tramadol hidroxlorid təsiredici maddəsinin miqdarı külli miqdar hesab edilən 6,3 qram güclü təsir edən tramadol hidroxlorid dərman preparatları, üzərində heroin və metamfetamin izləri olan bir ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2007-ci ildən etibarən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Əvvəllər heroini iynə ilə damara vurmuş və 2013-cü ildən sonra tərgitmişdir. Hazırda kakos və metadondan istifadə edir. Narkotik vasitə və dərman preparatlarını Kubinka ərazisində tanımadığı şəxslərdən əldə etmişdir. 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2017-ci ildə vaxtından əvvəl şərti azad olunmuşdur. Tutulanadək Şahid3 ilə «Elit» Ticarət Mərkəzinin arxasında binada qeyri-rəsmi ər-arvad kimi kirayədə yaşamışdır. Himayəsində bir azyaşlı uşağı vardır. 10 avqust 2021-ci il tarixdə saat 23 radələrində arvadı Nailə ilə birlikdə idarə etdiyi «Rent a Car»dan götürdüyü **-EY-*** dövlət qeydiyyat nişanlı «Kia Serato» markalı avtomobillə evə gələrkən çörək almaqdan ötrü avtomobilini «Elit» TM-nin yaxınlığında saxlamışdır. Marketdən çörək alıb avtomobilinin yanına qayıdanda 3 nəfər polis əməkdaşının avtomobili təpiklədiyini görüb, onlardan nə baş verdiyini soruşmuşdur. Həmin şəxslərdən biri onun qolundan tutub, avtomobilində problem olduğunu demişdir. Odur ki, cibindən avtomobili idarə etmək üçün verilmiş bir aylıq etibarnaməni çıxardıb həmin şəxsə təqdim etmişdir. Bu zaman sonuncular ondan avtomobilin qeydiyyat şəhadətnaməsini istəmiş, onlara avtomobili kirayəyə götürdüyünü bildirmişdir. Bu zaman polislər onun üzərinə baxış keçirtmiş və heç nə tapmamışlar. Bir qədər sonra ağ rəngli «BMW X5» markalı, 666 dövlət qeydiyyat nişanlı avtomobil gəlib, onun idarə etdiyi avtomobilin yanında dayanmışdır. Avtomobildən Samir adlı bir nəfər düşüb, onun üstünə baxış keçirilib-keçirilmədiyi barədə soruşmuşdur. Polislər baxış keçirdiklərini bildirsələr də, Samir onlara yenidən baxış keçirmələrini tapşırmışdır. İkinci dəfə baxış keçirilərkən sol corabında öz istifadəsi üçün əldə edib saxladığı 9 ədəd metadon dərman preparatını tapmışlar. Bundan sonra polis əməkdaşları onu öz avtomobillərində Binəqədi RPİ-yə aparmışlar. İdarəyə çatanda onun avtomoblinin də həyətdə olduğunu, lakin, içərisində heç kimin olmadığını görmüşdür. Onu aparan polis liftdə ondan üstündə pul olub-olmadığını, varsa verməsini demiş, odur ki, pul qabında olan 500 manatı həmin polisə vermişdir. İdarənin 3cü mərtəbəsində Samirin onun arvadı Nailənin əllərini arxadan bağladığını, onu təhqir edərək şillə vurduğunu görüb etiraz etmişdir. Onun bu reaksiyası polislərin xoşuna gəlməmiş və onu döyməyə başlamışlar. Bundan sonra polislər onu və Nailəni yan-yana divanda oturtmuş və anket məlumatlarını yoxlamağa başlamışlar. Onun CM-in 234-cü maddəsi ilə məhkum olunduğunu bildikdən sonra polislər şkafdan narkotikləri və tərəzini götürmüşlər. Sonra Nailənin köynəyini qaldırıb, nəsə gizlədib-gizlətmədiyini soruşmuşdur. Bu zaman o, özünü saxlaya bilməyib həmin polisi təhqir etmişdir. Həmin polis əməkdaşı dizi ilə vurub qaşını partlatmış, onu yerə uzadıb dubinka ilə döymüşdür. 11 avqust gecə saat 4-də onları 5-ci Polis bölməsinə aparmışlar. Orada polis əməkdaşları ondan yoldaşı Nailəni buraxmaq üçün videoçəkiliş zamanı üzərindən narkotik vasitə, psixotrop maddə və dərman preparatları aşkar olunmasını etiraf etməsini tələb etmişlər. O, yoldaşı Nailənin buraxılması üçün əlacsız qalıb razılaşmış və videoçəkiliş zamanı hər şeyi boynuna almışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Telefonunda satışla bağlı heç bir yazışması yoxdur. Barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən hakimə qanlı köynəyini göstərib, döyüldüyünü bildirib, başına gələnləri danışmışdır. Daha sonra ibtidai istintaq zamanı müstəntiq ona yoldaşını buraxdıqlarını, buna görə də ittihamı qəbul etməsini bildirmişdir. Ona verilmiş ittihamla razı deyildir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Binəqədi RPİ-nin 5-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışır. 12 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə saat 6:30 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün 5-ci PB-yə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Polis əməkdaşının təklifi ilə Təqsirləndirilən şəxs 2 ədəd mobil telefonları, əlindəki qara rəngli dəri çantanın içərisindən bir ədəd elektron tərəzini, bir ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan şəffaf sellofan bükümü, bir ədəd göy rəngli paketi, içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan 14 ədəd şəffaf sellofan bükümü, içərisində ağ rəngli maddə olan 5 ədəd şəffaf sellofan bükümü, üzərində «Metahadone 40» sözləri yazılmış 30 ədəd dərman vasitəsini, üzərində «Alyse Pregabalin» sözləri yazımış 9 ədəd dərman vasitəsini, üzərində «Royal- 225 Tramadol» sözləri yazılmış 28 ədəd dərman vasitəsini çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonuncu təqdim etdiyi ağ rəngli kristal şəkilli maddənin metamfetamin, qəhvəyi rəngli toz şəkilli maddənin isə heroin olduğunu bildirmiş, onları və digər dərman vasitələrini 10 avqust 2021-ci il tarixdə saat 23 radələrində İran vətəndaşının kart hesabına pul göndərdikdən sonra, sonuncu tərəfindən mobil telefonuna göndərilmiş məkan vasitəsilə «Binə» bazarı yaxınlığından, satmaq və həm də özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmışdır. Sonda tədbir nəticələri barədə protokol tərtib edilmiş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən, yolda və bölmədə olarkən polis əməkdaşları tərəfindən ona təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad kimi «Elit» Ticarət Mərkəzinin arxasındakı binada kirayədə yaşamışlar. Bir azyaşlı uşaqları vardır. 10 avqust 2021-ci ildə gecə saat 23 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqları evə getmişlər. Evin arxasında Pərviz avtomobili saxlamış, aşağı düşüb marketdən çörək almışdır. Bu vaxt polis əməkdaşları ilə rastlaşmışlar. Həmin polis əməkdaşları mülki geyimdə olmuş və özlərini təqdim etməmişlər. Polis əməkdaşları onu və Pərvizi zorla avtomobilə əyləşdirib Binəqədi RPİ-nin 5-ci PB-yə, daha sonra isə Binəqədi RPİ-yə apamışlar. Polisdə olarkən həm Pərviz və həm də o, polis əməkdaşları tərəfindən döyülmüşdür. Səhəri gün onu buraxmışlar və o, dərhal 102 xidmətinə zəng edib məlumat vermişdir. Polislər tərəfindən saxlanılarkən Pərvizin əlində yalnız çörək olmuş, başqa bir çanta olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsinin tam təsdiq etmir. Belə ki, Pərvizə təzyiq edilməsindən və özünün də tutulacağından qorxub ifadəni imzalamışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 avqust 2021-ci il tarixli, 6/3463 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr» yazısı olan zərfdəki: 14 (on dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 22,278 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitəheroindir; 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 60,597 qram, 1 (bir) ədəd göy rəngli paketdə təmiz çəkisi 56,328 qram və 5 (beş) ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 2,472 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamirıdir. Metamfetaminin ümumi təmiz çəkisi 119,397 qramdır; üzərində «Methadone 40» markalanma göstəricisi olan 3 ədəd konvalyutdakı ümumi 30 ədəd üzərində «F7M 40» yazısı həkk olunmuş qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatıdır və 30 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edir, (üzərindəki göstəricisinə əsasən bir həbdə 0,04 qr metadon olmaqla); üzərində «Alyse 150 (preqabalin)» markalanma göstəricisi olan 2 ədəd konvalyutdakı ümumi 9 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 9 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,35 qram təşkil edir, (üzərindəki göstəricisinə əsasən bir kapsulda 0,15 qr preqabalin olmaqla); üzərində «Royal 225 (tramadol hydrochloride)» markalanma göstəricisi olan 3 ədəd konvalyutdakı ümumi 28 ədəd üzərində «225» yazısı həkk olunmuş qırmızı rəngli həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 28 ədəd həbdən ibarət tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 6,3 qram təşkil edir, (üzərindəki göstəricisinə əsasən bir həbdə 0,225 qr tramadol hidroxlorid olmaqla); Bir ədəd qara rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün olmadı. Məhkəmə-narkoloji ekspertizasının 4 oktyabr 2021-ci il tarixli 3757 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 8 sentyabr 2021-ci il tarixli 2065 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə elmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 6/3921 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin «Tədqiqat Obyekti № 59» ştamp əksi olan paketdəki, vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, 14 (on dörd) ədəd bükümdə olan narkotik vasitə heroinlər kimyəvi komponent tərkibləri və xarici əlamətlərinə görə eynidirlər. 1 (bir) ədəd şəffaf polietilen bükümdə, 1 (bir) ədəd göy rəngli paketdə və 5 (beş) ədəd şəffaf polietilen bükümlərdə olan psixotrop maddə metamfetaminlər, kimyəvi komponent tərkibləri və xarici əlamətlərinə görə eynidirlər. Bir ədəd qara rəngli elektron tərəzinin üzərində heroin və metamfetamin iz şəklində olduğu üçün, bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs götürülmüş heroinin və metamfetaminin ayrıayrılıqda və ümumi təmiz çəkisi 12 avqust 2021-ci il tarixli 6/3463 saylı ekspert rəyində göstərilmişdir. İşin 31-33 və 60-61-ci vərəqlərindəki 12 avqust 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» və «diskə baxış keçirilməsi haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs əlindəki qara rəngli portmanatın içərisindən bir ədəd elektron tərəzini, bir ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan şəffaf sellofan bükümü, bir ədəd göy rəngli günəbaxan tumu paketini, içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan 14 ədəd şəffaf sellofan bükümü, içərisində ağ rəngli maddə olan 05 ədəd şəffaf sellofan bükümü, üzərində «Metahadone 40» sözləri yazılmış 30 ədəd dərman vasitəsini, üzərində «Alyse Pregabalin» sözləri yazımış 9 ədəd dərman vasitəsini, üzərində «Royal-225 Tramadol» sözləri yazılmış 28 ədəd dərman vasitəsini çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli günəbaxan tumu paketi açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddə aşkar olunur. Təqsirləndirilən şəxs həmin paketin və ağ rəngli bükümlərin içərisindəki maddənin «patı» deyilən psixotrop maddə metanfetamin, qəhvəyi rəngli bükümlərin içərisindəki maddənin «kakos» deyilən narkotik vasitə heroin olduğunu, həmin maddələri 10 avqust 2021-ci il tarixdə saat 23 radələrində İran vətəndaşının kart hesabına pul göndərdikdən sonra, sonuncunun onun mobil telefonuna göndərdiyi məkan olan «Binə» bazarı yaxınlığından, öz istifadəsi və satış məqsədi ilə əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. İşin 112-116-cı vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Redmi» markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyəti kəsb edən bir sıra xüsusatlar aşkar edilmişdir. Belə ki, mobil telefonda olan «WhatsApp» ani mesajlaşma proqramına daxil olduqda müəyyən edilir ki, proqram 055- ***-**-** nömrə ilə «Blatnoy_Angel» ad altında qeydiyyata alınmışdır. Həmin ani mesajlaşma sistemində bir sıra nömrələrlə mesajlaşma mövcuddur. Həmin mesajların arasında ***-***-**-** nömrədən aşağıdakı mətndə sms-lər daxil olmuşdur: -«Pərviz» (12 avqust 2021-ci il tarix saat 02:48) -«lay bıya, yatıtsan?» (12 avqust 2021-ci il tarix saat 02:48) -«Ayağımda şişib. Qəzə bilmirəm, ağrıdan da yata bilmirəm. Hardasan? Mal gətir. 20 verərəm, hər ikisindənda» (12 avqust 2021-ci il tarixdə saat 03:06) -«?» (12 avqust 2021-ci il tarixdə saat 06:27) Bundan başqa, mobil telefonda olan «WA Business» ani mesajlaşma proqramına daxil olduqda müəyyən edilir ki, proqram ***-***-**-** nömrə ilə «Yo» ad altında qeydiyyata alınmışdır. Həmin ani mesajlaşma sistemində bir sıra nömrələrlə mesajlaşma mövcuddur. Həmin mesajların arasında ***-***-**-** nömrə ilə olan aşağıdakı yazışma aşkar olmuşdur: ***-***-**-**: - «Yarm» - «Kolaydı» - «Hardasan ay gaga» ***-***-**-**: - «Hee» - «Salam» - «De gəlsin» ***-***-**-**: - «Kartı atda» ***-***-**-**: - «kartın 16 rəqəmi, **********756058» ***-***-**-**: - «Atdım» ( həmçinin fotoşəkil göndərilir) Bundan başqa, mobil telefonda olan «WA Business» ani mesajlaşma proqramında olan mesajların arasında ***-***-**-** nömrə ilə olan aşağıdakı yazışma aşkar olmuşdur: ***-***-**-**: - «salam bro necesen» ***-***-**-**: - «Salamikos» - «De gəlsin» ***-***-**-**: - «Pərviz lirika lazım olacaq?» ***-***-**-**: - «aha heri», «var?», «Ne qederdur?» ***-***-**-**: - «bugun bir list» ***-***-**-**: - «hacanp» ***-***-**-**: - «men iki saata hardasa evde olacam.inglabda» ***-***-**-**: - «haçan hazır oldun onda yığda meni gorushek». İşin 152-154-cü vərəqlərindəki məktub və protokoldan görünür ki, iş üzrə DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddənin mənbəyinin, həmçinin onun narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddə satdığı şəxslərin müəyyən edilməsi məqsədilə istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrəsindən giriş-çıxış sms, zənglər və digər məlumatlar əks edilmiş 01 ədəd disk əldə edilərək iş materiallarına əlavə edilmişdir. Diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşında 01 ədəd «Binəqədi RPİ 059-1262tm» adlı qovluq vardır. Qovluq açıldıqda içərisində 08 ədəd fayl olduğu aşkar edilir. Hər bir fayl ayrı-ayrılıqda açılaraq baxış keçirilmiş və faylların arasında olan «Binəqədi RPİ 059-1262lm_SMS məzmun (qarşı abunə İlə) **********72» adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrə ilə bir neçə nömrə arasında sms yazışmalar aparılmışdır. Həmin yazışmaların arasında istintaq əhəmiyyəti kəsb edən yazışmalar aşkar edilmişdir:

1. xx.xx.2021-ci il tarixdə saat 18:31:31-də **********72 nömrəyə **********68 nömrədən «2 qram kola alinar metadonnan bir yerde tez de bir xeber deyim» mətndə sms daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələr tədqiqata təqdim edilmiş, alınmış rəydən görünür ki, həmin maddələrin arasında təsiredici maddəsinin ümumi çəkisi 1,2 qram, 3 listdə 30 ədəd narkotik vasitə hesab edilən Metandon dərman preparatı vardır.

2. xx.xx.2021-ci il tarix saat 13:00:44-da **********72 nömrəyə **********59 nömrədən «Lisd var em 40» məzmunda sms daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələr tədqiqata təqdim edilmiş, alınmış rəydən görünür ki, həmin maddələrin arasında təsiredici maddəsinin ümumi çəkisi 1,2 qram, 3 listdə 30 ədəd narkotik vasitə hesab edilən Metandon dərman preparatı vardır. Həblərin üzərində «F/M40» yazısı həkk edilmişdir.

3. xx.xx.2021-ci il tarix saat 21:25:10-da **********72 nömrədən **********59 nömrəyə «...... pul indi keçdi clime. mene bax 50 kola 10 pati» məzmunda sms göndərilmişdir.

4. xx.xx.2021-ci il tarix saat 22:10:55-də **********72 nömrədən **********89 nömrəyə «Mən çıxdım evden sheherdeyem. Dermanlari da istəyən var, eğer ge]mirse» məzmunda sms göndərilmişdir.

5. 03.08?2021-ci il tarixdə saat 10:1 l:55-də **********72 nömrəyə **********05 nömrədən «Qaqavv scherdesense tema lazimdi puluynan» mətndə sms daxil olmuşdur. xx.xx.2021-ci il tarix saat 2:O8:58-də **********72 nömrəyə **********05 nömrədən «Perviz qaqas asifgildeyem vacib puüynan lazimdir posdir veziyyeti seni» mətndə sms daxil olmuşdur. Məhkəmə iclasında DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrəsindən giriş-çıxış sms, zənglər və digər məlumatlar əks edilmiş 01 ədəd diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş nömrələrin anten dairəsi məlumatlarına əsasən onun 10-12 avqust 2021-ci il tarixləri arasında Bakı şəhərinin müxtəlif rayonlarında olduğu müəyyən edilmişdir. İşin 218-223-cü vərəqlərindəki Binəqədi rayon prokurorluğunun 2 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən döyülməsi ilə əlaqədar müraciətində göstərilənlər öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdəki Binəqədi RPİ-dən daxil olmuş 20 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RPİ-nə gətirilməsi ilə bağlı hər-hansı bir məlumat yoxdur. İşdəki Binəqədi RPİ-nin 5-ci Polis bölməsindən daxil olmuş 12 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2021-ci il tarixdə Şahid3 ilə birlikdə **-EY-*** qeydiyyat nişanlı avtomobillə 5-ci Polis bölməsinə gətirilməmişdir. İşin 106-108 və 125-130-cu vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİnin tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş və ona həmin maddə ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum emə cəzası təyin edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 7 sentyabr 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 11 ay 1 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, cəza müddəti başa çatdığından 7 sentyabr 2017-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. İşin 185-196-cı vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 21,858 qram narkotik vasitə olan heroin, 119,117 qram psixotrop maddə olan metamfetamin, 28 həb narkotik vasitə olan metadon, 26 həb güclü təsir edən maddə olan tramadol və 7 kapsula güclü təsir edən maddə olan preqabalin, üzərində heroin və metamfetamin izləri olan 01 ədəd qara rəngli elektron tərəzi, həmçinin şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntülər olan 01 ədəd CD disk, DİN-in BİKİ-dən əldə edilmiş mobil nömrələrə dair məlumatlar əks edilmiş 01 ədəd disk, Təqsirləndirilən şəxs aşkar edilmiş «Redmi» markalı mobil telefon iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, narkotik vasitələr, psixotrop maddə, güclü təsir edən maddələr, mobil telefon və elektron tərəzi saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş, 02 ədəd CD disk isə cinayət işinə əlavə edilmişdir. İşin 20-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahidlər Şahid1 və Şahid2 ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan, məhkəmə ifadəsinə tənqidi yanaşır və cəzasının yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə, Şahid3 məhkəmədəki ifadəsi ilə bağlı qeyd edir ki, onun ifadəsi özünün ibitidai istintaq zamanı verdiyi ifadəsi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş digər şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin faktiki halları ilə təkzib olunduğundan, məhkəmə ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif olunmalı, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2011-ci il tarixli hökmü ilə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ödənilmədiyindən, bu hal CM-in 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə təqsirlənjdirilən şəxs X1 əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasının ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə CM-nin 65.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü madəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 12 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 21,858 qram narkotik vasitə olan heroin, 119,117 qram psixotrop maddə olan metamfetamin, 28 həb narkotik vasitə olan metadon, 26 həb güclü təsir edən maddə olan tramadol və 7 kapsula güclü təsir edən maddə olan preqabalin, üzərində heroin və metamfetamin izləri olan 01 ədəd qara rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs aşkar edilmiş «Redmi» markalı mobil telefon onun yaxınlarına qaytarılmalı, şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntülər olan 01 ədəd CD disk, DİN-in BİKİ-dən əldə edilmiş mobil nömrələrə dair məlumatlar əks edilmiş 01 ədəd disk cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə,

H ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 240.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 21,858 qram narkotik vasitə olan heroin, 119,117 qram psixotrop maddə olan metamfetamin, 28 həb narkotik vasitə olan metadon, 26 həb güclü təsir edən maddə olan tramadol və 7 kapsula güclü təsir edən maddə olan preqabalin, üzərində heroin və metamfetamin izləri olan 01 ədəd qara rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs aşkar edilmiş «Redmi» markalı mobil telefon onun yaxınlarına qaytarılsın. Şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntülər olan 01 ədəd CD disk, DİN-in BİKİ-dən əldə edilmiş mobil nömrələrə dair məlumatlar əks edilmiş 01 ədəd disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar