Məhkəmə qərarları › İş №1(101)-463/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-463/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-463/2023 01.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:20-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X3 iştirakları ilə xx xxxxxx 1958-ci il tarixdə X1 Respublikasında anadan olmuş, Rusiya Fedarasiyasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, X1 Respublikası Dərbənd şəhəri, Şahbazova küçəsi ev 36-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu Ə.Əliyev küçəsində nömrəsiz yaşayış evində kirayədə yaşamış, barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilməklə AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Belə ki, ibtidai istintaq orqanının gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Rəfıyeviç 27 fevral 2022-ci il tarixdə, saat 19:30 radələrində tanışı Zərərçəkmiş şəxs ilə ünvan 1 ünvanında yerləşən «N.Nərimanov» adına istirahət parkındakı «Dursun» kafesində yüngül dərəcəli sərxoşluq vəziyyətində olarkən Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə edib mübahisəyə başlamış və kafedən çıxandan sonra parkın ərazisində mübahisəni davam etdirərək özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, yəni xuliqanlıq niyyəti ilə özündə olan silah qismində istifadə olunan əşyadan-bıçaqdan istifadə etməklə ictimai qaydanı-insanlar arasında bərqarar olmuş davranış qaydalarını və etik normalarını kobud surətdə pozub, ətrafda istirahət edən şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, insanların mənafeyinə toxunan hərəkətlər edib cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib döş qəfəsi və sifət nahiyəsindən ümumilikdə iki dəfə bıçaqla, həmçinin bıçağın dəstəyi ilə boyun nahiyəsindən vuraraq ona sifətin sol yarısının sol çənə bucağında 1 ədəd deşilmiş-kəsilmiş yarası, boyunun hematoması kimi sağlamlığa yüngül və döş qəfəsinin sağ yarısının İV-V qabırğa arası nahiyəsindən daxilə nüfuz edərək pnevmotoraksiya ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuş və qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü olan elan edilmiş ittihamlar üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 12 may 2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirlini bilinib 07 il müddətinə azadlıqdan məhrum edilmiş, 10 noyabr 2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Azadlığa çıxdıqdan sonra Bakı şəhərinin müxtəlif rayonlarında kirayə olaraq yaşamış, müxtəlif yerlərdə fəhləlik etməklə dolanmış, sonuncu dəfə Bakı şəhəri, Ə.Əliyev küçəsində nömrəsiz evdə kirayə yaşamış, onun əsl adı Təqsirləndirilən şəxsdir. Belə ki, 1992-ci ildə Dağıstan SSMR-nin Dərbənd şəhərində adam öldürmə cinayətini törətmiş, cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə Azərbaycan Respublikasına gəlmiş, həmin vaxt Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək məqsədi ilə cəbhəyə yollanmış, lakin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibinə qoşula bilməmişdir. Bundan sonra 2013-cü ilədək Azərbaycan Respublikasında yaşayaraq tüfeyli həyat tərzi sürmüş, 2013-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilmiş, həbs edildiyi dövrdə əlavə ittiham üzrə məsuliyyətə cəlb edilməmək məqsədi ilə istintaqa anket məlumatlarını X4 bildirmiş, özünə məxsus sovet pasportunu təqdim etməmişdir. 2014-cü il tarixdə barəsində həmin adla ittiham hökmü çıxarılmış, cinayət işinin ilkin istintaqı dövründə səhvən anket məlumatlarını düzgün göstərməmişdir. Məhkəmədə özünü müdafiə etmək üçün Rusiya Federasiyasının hüquq mühafizə orqanlarınin əməkdaşları ilə cəza çəkdiyi 6 saylı müəssisədə görüşdüyünü göstərmiş lakin əslində belə bir görüş olmamışdır. 27 fevral 2022-ci il tarixdə saat təxminən günorta saatlarında Nərimanov istirahət parkına gəlmiş və orada oturacaqların birində əyləşib vaxtını keçirmişdir. Həmin vaxt təxminən 2-3 ay əvvəl tanış olduğu Elməddini görmüş və söhbət əsnasında Elməddinə təklif etmişdir ki, kafelərin birində yemək yesinlər. Onlar oturacaqdan durub Elməddinlə birlikdə parkın içərisində yerləşən «Dursun» kafesinə getmişlər. Yol ilə gedərkən sonradan adının Xəqani bildiyi şəxslə görüşmüş, söhbət əsnasında başa düşmüşdür ki, Xəqani Elməddinin tanışıdır. O, Elməddinlə kafeyə getdikləri üçün Xəqaniyə onlarla getməyi təklif etmişdir. Artıq saat 19 radələri olmuş, hər üçü «Dursun» kafesinə gedib masaların birində əyləşmiş və yemək yeyib 0,5 litirlik araq içməyə başlamışlar. Təxminən 10 dəqiqə əyləşib yemək yedikləri zaman Xəqani süfrə arxasında ona qarşı nalayiq söyüşlər işlətməyə başlamış, Xəqanin ona qarşı söyüş söyməsini görüb Xəqaniyə ayıbdır, süfrə arxasındadırlar, duz-çörəyə hörmət etsin demişdir. Lakin Xəqani onu söyməkdə davam etdiyi üçün Xəqani ilə masa arxasında mübahisə etməyə başlamışlar. Bundan sonra Xəqani onu vurmağa başlamış, Xəqaniyə nə qədər onu vurmamasını, dava-dalaş etmək istəmədiyini bildirsə də, Zərərçəkmiş şəxs ondan əl çəkməmişdir. Zərərçəkmiş şəxs ona mübahisəni aydınlaşdırmaq üçün kafedən çölə çıxmağı təklif etmiş, kafedən çıxdıqdan sonra da Xəqani öz hərəkətlərinə davam edərək, onu vurmuşdur. Bu zaman üzərində saxladığı balaca cib bıçağı ilə özünü müdafiə etmək üçün Xəqanini vurub oradan uzaqlaşmışdır. Həmin vaxt Elməddin Xəqaniyə yaxınlaşmış və ətrafda olan polis əməkdaşlarına «vurdu, vurdu» deyib onu saxlamalarını demişdir. Həmin vaxt onu polis əməkdaşları saxlayıb birlikdə Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirmişlər. Polis Şöbəsində etdiyi əməli səmimi etiraf edib Xəqaniyə xəsarət yetirdiyini deyib bıçağı təqdim etmişdir. Hazırda zərərçəkmiş şəxs Xaqani Süleymanovla barışmış, Zərərçəkmiş şəxs onu bağışlamış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 27 fevral 2022-ci il tarixdə təxminən günorta saatlarında Nərimanov istirahət parkına gəlmiş və orada tanışı Elməddinlə rastlaşmışdır. Həmin vaxtı Elməddinin yanında adının sonradan bildiyi Əlimiran adlı şəxs də olmuş, o, Əlimiran və Elməddinlə görüşəndə belə başa düşmüşdür ki, onlar kafeyə gedirlər. Həmin vaxt Əlimiran ona da birlikdə kafeyə getməyi təklif etmiş, onlar birlikdə parkın içərisində yerləşən «Dursun» kafesinə getmiş, artıq saat 19 radələri olmuşdur. Hər üçü «Dursun» kafesinə gedib masaların birində əyləşmiş və yemək yeyib 05 litirlik araq içməyə başlamışlar. Kafedə yemək yeyib qurtardıqdan sonra Əlimiran və Elməddin ikisi hesabı ödədikdən sora birlikdə kafedən çıxmışlar. O və Əlimiran qabaqda, Elməddin isə bir qədər geridə qalıb arxalarınca gəlmişdir. Xatırlamadığı mövzuda kafedə Əlimiran ilə onun arasında mübahisə yaranmış, mübahisə zamanı o, içkili olduğu üçün Əlimirana qarşı nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, Əlimirana təklif etmişdir ki, bayıra çıxaraq məsələni aydınlaşdırsınlar. Mübahisə zamanı o, yenidən Əlimirana qarşı nalayiq ifadələr işlədərək onun üzərinə getmişdir. Əlimiran üzərində olan bıçaqla onun sinəsindən, sol yanaq tərəfindən və bıçağın arxa hissəsi ilə boynundan vurub ondan aralanmışdır. Bu zaman Elməddin onların yanına gəlmiş Əlimiranın onu bıçaqla vurmasını bilmiş, həmin vaxtı Əlimiran isə aralanıb parkın digər tərəfindən hərəkət etməyə başlamışdır. Elməddin ona çatdıqda Elməddinə demişdir ki, Əlimiran onu bıçaqla vurmuşdur. Buna görə də Elməddin yaxınlıqda olan PPX əməkdaşlarına məlumat vermiş və polis əməkdaşları Əlimiranı parkın yaxınlığında saxlamışlar. Bundan sonra onlar polis bölməsinə getmiş, polis bölməsindən onu təcili yardım avtomaşını ilə X9 aparmışlar. Hadisə zamanı dava-dalaşı başladan onun özü olmuş, mübahisə zamanı Əlimirana qarşı o, nalayiq ifadələr işlətmişdir. Hava soyuq olduğu üçün onlar parkda mübahisə edən zaman parkın içərisində onlardan bir xeyli aralıda təxminən 1-2 nəfər tanımadığı adamlar olmuş, onlar sakit mübahisə etdikləri üçün onların mübahisə etdiklərini kimsə eşitməmiş və görməmişdir. Dava-dalaş zamanı Əlimiran ona qarşı hər hansı nalayiq ifadə, söyüş işlətməmiş, bıçaqlanma hadisəsindən sonra da ona hər hansı tanımadığı şəxslər yaxınlaşmamışlar. Mübahisə onun qanunsuz əməlləri nəticəsində başlamış, buna görə də hazırda o, Əlimiranla barışmış, onun Əlimrana qarşı şikayəti və tələbi yoxdur, onu bağışlayır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 27 fevral 2022-ci il tarixdə, günorta saatlarında Nərimanov istirahət parkında gəzişərkən təxminən 2-3 ay əvvəl tanış olduğu Əlimiranı görmüş və söhbət əsnasında Əlimiran təklif etmişdir ki, kafelərin birində yemək yesinlər. Onlar Əlimiran ilə birlikdə parkın içərisində yerləşən “Dursun” kafesinə getmişlər. Yol ilə gedərkən Xəqani ilə rastlaşmışlar. Həmin vaxt Əlimiran Xəqaniyə də təklif etmişdir ki, onlarla birlikdə yemək yemək üçün kafeyə getsin. Onlar kafedə yemək yemiş və 0,5 litrlik spirtli içki araq içmişlər. Kafedən çıxdıqdan sonra Əlimiran və Xəqani qabaqda, o isə arxada hərəkət etmişdir. Bu zaman o, bir qədər aralıdan görmüşdür ki, Əlimiran Xəqanini vurmuş və hadisə yerindən uzaqlaşmışdır. O, bunu görüb Xəqaniyə yaxınlaşarkən, Xəqani ona demişdir ki, Əlimiran onu bıçaqla vurmuşdur. Bu səbəbdən o, yaxınlıqda olan polis əməkdaşlarına məlumat vermişdir. Polis əməkdaşları Əlimiranı parkın içərisində saxlamış, onlar polis bölməsinə getmişdir. Daha sonra Xəqani təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdır. Əlimiranın Xəqanini nə üçün bıçaqla vurması, onların arasında hansı məzmunda mübahisə yaranması ona məlum olmamış, lakin, Əlimiran ona demişdir ki, Xəqani onu söyüş söyərək təhqir etmişdir. Həmin vaxtı hava soyuq olmuş, hadisə zamanı parkda onlardan xeyli aralıda 2-3 nəfər adam olmuş, lakin səs-küy olmadığı üçün hadisə barədə kimsənin məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri X5 ifadəsində göstərdi ki, 27 fevral 2022-ci il tarixdə saat təxminən 19:30 radələrində polis nəfəri Şahid3 Nürəddin oğlu ilə birlikdə təlimatdan çıxıb AP 6954 avtopatrulla öz xidməti ərazilərinə yollanmışlar. Xidməti əraziyə yaxınlaşarkən Nərimanov rayonu Təbriz küçəsi ilə Ə.Rəcəbli küçələrinin kəsişməsində bir nəfər şəxs onlara yaxınlaşıb Nərimanov parkında iki nəfər şəxsin bir-birləri ilə mübahisə etdiklərini, birinin digərinə bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Onlar dərhal həmin yerə yaxınlaşıb polis idarəsinə məlumat vermiş, bundan sonra bıçaqla xəsarət alan şəxsi və bıçaqla xəsarət yetirən şəxsi hadisə yerindən bir qədər aralıda saxlayıb birlikdə Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Hadisə zamanı onlara yaxınlaşaraq hadisə barədə məlumat vermiş şəxsdən başqa yaralı şəxsin ətrafında digər şəxslər olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri Şahid3 Nürəddin oğlu da şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsüsatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30 mart 2022-ci il tarixli 225 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ yarısının İV-V qabırğa arası nahiyəsindən daxilə nüfuz edərək pnevmotoraksiya ilə müşayiət olunan 01 ədəd deşilmiş-kəsilmiş yarası, sifətin sol yarsının sol çənə bucağında 01 ədəd deşilmişkəsilmiş yarası deşiçi-kəsici alətin (alətlərin) ola bilsin bıçağın tiyəsinin iti ucunun təsirindən, boyunun hematoması isə küt əşyanın təsisirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sağ yarısının İV-V qabırğa arası nahiyədən daxilə nüfuz edərək pnevmotoraksla müşayiət olunan 01 ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, sifətin sol yarısının sol çənə bucağının 01 ədəd deşilmiş-kəsilmiş yarası və boynunun hematoması, ayrıayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. (cild 01, iş vərəqə 124-125) İş materiallarında olan ambulator məhkəmə-psixatrik ekspertizasının 02 mart 2022-ci il tarixli 530 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs (X6) hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət İşindəki anamsestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Təqsirləndirilən şəxs (X6) xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs (X7) hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. X6 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs Rəfiyeiç (X6) törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Buna görə də Təqsirləndirilən şəxs (X7) törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs (X7) törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs (X7) hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs (X7) Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs (X7) barəsində tibbi xarakterli məcburi tədbirləri tətbiq edilməsinə ehtiyac yoxdur. (cild 01, iş vərəqə 127-128) İş materiallarında olan məhkəmə-bialoji ekspertizasının 31 mart 2022-ci il tarixli 147/2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş iki ədəd uzunqol köynək, bir ədəd qolsuz mayka və bir ədəd bıçaq üzərində insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız «B» antigeni alınmışdır. «A» antigeni və aqquluytininlər isə alınmamışdır. Bu qan ləkələri Balfa/(İİİ) qruplu şəxsə məxsus ola bilər. (cild 01, iş vərəqə 130-133) İş materiallarında olan məhkəmə-tibbi kriminalistik ekspertizasının 01 aprel 2022-cı il tarixli 118-MTKS/2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus hər iki poliverin ön səthində sağda bir ədəd, maykanın ön səthində sağda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülcüzlü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxsn məxsus hər iki poliverin ön səthində sağda bir ədəd, maykanın ön səthində sağda bir ədəd deşilmiş- kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçaqlarına uyğun gəlir soyuq silah hesab edilmir. (cild 01, iş vərəqə 135-138) İş materiallarında olan «könüllü olaraq təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi protokoldan görünür ki, Təqsirləndirilən şəxs (X7) könüllü olaraq cinayətdə istifadə etdiyi 01 ədəd bıçağı könüllü olaraq təqdim etmiş və bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (cild 01, iş vərəqə 09) İş materiallarında olan 28 fevral 2022-ci il tarixli 2/3145 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs (X7) yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. (cild 01, iş vərəqə 14) İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş tərcüməsindən və SSRİ vətəndaşının pasportundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1958-ci il tarixdə Dağıstan MSSR, Dərbənd şəhərində anadan olmuşdur. (cild 02, iş vərəqə 51-64) İş materiallarında olan 01 iyul 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, bütün istintaq sənədlərində X4 qeyd olunmuş şəxsin Təqsirləndirilən şəxs kimi qəbul olunması qərara alınmışdır. (cild 02, iş vərəqə 87-96) İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İİİ-БД 697783 nömrəli SSRİ pasportunun ona məxsus olmasını bildirdiyindən, onun ərizəsi təmin olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-563/2014 saylı, 12 may 2014-cü il tarixli hökmündə, eləcə də, həmin cinayət işinin bütün materiallarında “X7” adının “Təqsirləndirilən şəxs” kimi oxunması qərara alınmışdır. (cild 02, iş vərəqə 247) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurması və silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin, yəni xuliqanlıq cinayətinin törədilməsi ümumiyyətlə öz təsdiqini tapmamış, eləcə də, onun əməli AR CM-in 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, AR Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərkən ifadəsində qeyd etmişdir ki, xatırlamadığı mövzuda Əlimiran ilə onun arasında mübahisə yaranmış, mübahisə zamanı o, içkili olduğu üçün Əlimirana qarşı nalayiq ifadələr işlətmiş, Əlimirana təklif etmişdir ki, bayıra çıxaraq məsələni aydınlaşdırsınlar və mübahisə zamanı o, yenidən Əlimirana qarşı nalayiq ifadələr işlədərək onun üzərinə getmişdir. Hadisə zamanı mübahisəni başladan onun özü olmuş, mübahisə zamanı Əlimirana qarşı nalayiq ifadələr işlətmişdir. Hava soyuq olduğu üçün onlar parkda mübahisə edən zaman parkın içərisində cəmi 1-2 nəfər tanımadığı adamlar olmuş, həmin adamlar onlardan bir xeyli aralıda olmuşlar. Mübahisə zamanı Əlimiran ona qarşı hər hansı nalayiq ifadə, söyüş işlətməmiş, bıçaqlanma hadisəsindən sonra ona hər hansı tanımadığı şəxslər yaxınlaşmamışlar. Eləcə də, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ifadələrində də, Təqsirləndirilən şəxslə onun arasında xatırlamadığı səbəbdən mübahisə düşdüyünü və bu mübahisənin nəticəsində Təqsirləndirilən şəxs onu bıçaqla vurmasını qeyd etmiş, eyni zamanda hadisə zamanı yanlarında heç kimin olmamasını, Elməddinin onlardan bir qədər aralı olmasını, sərxoş olduğu üçün ətrafda kimlərin olmasını bilmədiyini göstərmişdir. (cild 01, iş vərəqə 91-93; cild 02, iş vərəqə 40-42) Həmçinin, məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları X5 və Şahid3 Nüsrəddin oğlu da ifadələrində göstərmişlər ki, hadisə zamanı onlara yaxınlaşaraq hadisə barədə məlumat vermiş şəxsdən başqa yaralı şəxsin ətrafında digər şəxslər olmamışdır. Eyni zamanda iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 xx.xx.2022-ci il tarixli ifadəsində göstərmişdir ki, sərxoş vəziyyətdə olduğu üçün hadisə zamanı ətrafda kimlərin olmasını bilməmiş, masa arxasında yemək yeyərkən o, bir neçə dəfə kafedən çölə çıxıb qayıtdığından ola bilsin ki, zərərçəkmiş şəxs Xəqaninin təqsirləndirilən şəxs Əlimiranı söyməsini görməmişdir. (cild 01, iş vərəqə 98-100) Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən bıçaqla vurmuşdur. İş materiallarında olan 28 fevral 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi AR CM-in 126.1-ci maddəsi ilə başlanılmışdır. (cild 01, iş vərəqə 01) Cinayət işi 28 fevral 2022-ci il tarixdə AR CM-in 126.1-ci maddəsi ilə başlanılaraq, həmin maddə ilə bir sıra istintaq hərəkətləri aparıldıqdan sonra ibtidai istintaq orqanı 20 aprel 2023cü il tarixli qərarı ilə əsassız olaraq, Təqsirləndirilən şəxs əməlini AR CM-in 126.1-ci maddəsindən CM-nin 126.2.4 və 221.3-cü maddələrinə tövsif etmişdir. (cild 01, iş vərəqə 144- 153) Qeyd edilən qərarın əsassızlığı ondan ibarətdir ki, ibtidai istintaqı aparan müstəntiq hər hansı dəqiqləşdirilmə aparılmadan, aradan qaldırılmayan şübhələri təqsirləndirilən şəxsin ziddinə istifadə etməklə, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmasını əsas gətirmişdir. Eləcə də, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, iş üzrə Şahid1 hadisə zamanı ətrafda başqa şəxslərin olmasını xatırlamadıqlarını bildirsələr də, eləcə də, müstəntiq hadisə yerinə gəlmiş polis əməkdaşlarına ətrafda başqa şəxslərin olub-olmamasına dair heç bir sual ünvanlamamasına baxmayaraq, naməlum səbəbdən və hansı sübutlara əsaslanaraq, bu nəticəyə gəldiyini göstərmədən, 20 aprel 2023-cü il tarixli qərarın 7-ci səhifəsində hadisə zamanı ətrafda çoxlu sayda şəxslərin olmasını, ictimai qaydanın kobud surətdə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər olmasını qeyd edərək, təqsirləndirilən şəxsə AR CM-in 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan etmişdir. 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, ibtidai istintaqı aparan şəxs tərəfindən xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmiş, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar isə ittihamda öz əksini tapmamışdır. İbtidai istintaqı aparan şəxs hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə, guya digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və xuliqanlıq niyyətilə törədilən cinayət kimi qiymətləndirmişdir Beləliklə, ibtidai istintaq zamanı şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bu “əsaslı səbəbin olmaması” kimi qiymətləndirilmiş, təqsirkarın öz əməllərinə subyektiv münasibətini xarakterizə edən hallar deyil, istintaqı aparan şəxsin özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyi əsas götürülmüşdür. Bununla da istintaqı aparan şəxs təqsirkarın hərəkətlərini şərtləndirən səbəbi müstəsna olaraq özünün “süzgəcindən” keçirərək, “əsaslı olmayan səbəb” və ya “cüzi səbəb” kimi qiymətləndirmiş, hətta mübahisə zərərçəkmiş şəxsin özünün təşəbbüsü ilə başlasa belə təqsirkarın öz hərəkətlərinə və onun nəticələrinə subyektiv münasibətini nəzərə almamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs nəinki, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmaq, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq, özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, digər şəxsə qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək motivi güdməmiş, hətta o, müəyyən qədər zərərçəkmiş şəxsin özünün də etiraf etdiyi səhv əməllərinə dözərək, mübahisənin böyüməsindən yayınmaq cəhdləri göstərmişdir. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 530 saylı rəyinin tədqiqi hissəsində qeyd edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs (X7) xasiyyətcə əsəbi, qıcıqlara qarşı həssasdır. Qeyd edilən ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs (X7) bildirmişdir ki, “Bir nəfərlə mübahisə etdim, o, məni təpiklə vurdu. Bundan sonra mən bıçaqla ona zərbə vurdum”. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsin qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasını, cəmiyyətə açıqca hörmətsizliyinin ifadə olunmasını əhatə edib-etməməsi baxmından şəxsin psixi vəziyyətinin, xüsusilə də onun keçirdiyi psixi xəstəlik, müvəqqəti psixi pozuntu ilə əlaqədar öz hərəkətlərinin xarakterinə, onların nəticələrinə subyektiv münasibətinin (bunları nə cür dəyərləndirməsinin) öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Lakin, ibtidai istintaq zamanı bu kimi hallar nəzərə alınmamış və mövcud vəziyyəti ona qarşı edilən “haqsız” hərəkətlərə adekvat reaksiya kimi qiymətləndirən təqsirləndirilən şəxsin hərəkətləri xuliqanlıq niyyəti ilə törədilən, ictimai qaydaya qəsd edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əməllər kimi qiymətləndirilmişdir. Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəmənin icmalında qeyd edilmişdir ki, bəzi hallarda xuliqanlıq niyyəti müəyyən olunmadan şəxsin əsassız olaraq xuliqanlığa və yaxud bu niyyətlə törədilən digər cinayətə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, ibtidai istintaq orqanları və məhkəmələr hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən digər cinayət kimi qiymətləndirirlər (halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir). Xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət – xuliqanlıq kimi qiymətləndirilməməlidir. Təqsirləndirilən şəxs məqsədi də yalnız həmin hərəkətləri ilə onu nalayiq ifadələrlə təhqir edən zərərçəkmiş şəxsə qarşı çıxmaq olduğundan (qəsdi məhz bu məqsədin realizə edilməsinə yönəlib, nə hadisədən bilavasitə əvvəl, nə onun başlanğıcında, nə də ki gedişində birbaşa ictimai qaydanın kobud şəkildə pozulmasına və cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasına yönəlmədiyindən) hətta hadisəni kənar şəxslərin müşahidə etməsi belə bu hərəkətləri xuliqanlığa çevirən hal olaraq qəbul edilə bilməz. İş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrindən əlavə iş materiallarında olan xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan da görünür ki, bir sıra əməliyyat tədbirləri keçirilsə də, baş vermiş fakt üzrə hadisənin şahidlərini belə müəyyən etmək mümkün olmamışdır. (cild 01, iş vərəqə 122) Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır xəsarət yetirməsi ilə nəticələnmiş mübahisənin konkret halda hadisədən əvvəl şəxsi münasibətlərin pozulması ilə əlaqədar yaranması əməlin xuliqanlıq niyyəti ilə törədilməsi ehtimalı ilə uzlaşmayan əhəmiyyətli məqamdır. Müəyyən edilmişdir ki, hadisədən əvvəl Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi söyüşlərlə təhqir etmişdir. Belə bir vəziyyətdə Təqsirləndirilən şəxs törətdiyi əməlin motivinin xuliqanlıq hisslərinin təsiri altında formalaşdığının israr edilməsi isə əsassızdır. Beləliklə, məhkəmədə tədqiq edilmiş bütün sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə ağır xəsarət yetirməsinə dəlalət edə biləcək hər hansı məqam müəyyən edilməmişdir. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında Təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi qənaətinə gəlməyə əsas vermir. Məhkəmə tərkibi yuxarıda sadalanan mübahisəsiz sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməmiş və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurarkən xuliqanlıq niyyəti olmamış, məhz zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə zamanı zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. Cinayət işi və ya digər materiallar üzrə sübutların elə bir məcmusu toplanılmalıdır ki, onlar sübut edilməli olan ayrı-ayrı halların, habelə CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə daxil olan bütün halların müəyyən edilməsinə imkan versin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə hökmü haqqında AR Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. AR CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir. Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Cinayətin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətinin olmaması (CPM-in 42.1.3-cü maddəsində nəzərdə tutulmuş hal) cinayət qanunu ilə nəzərdə tutulmuş hadisənin mövcudluğunu və cinayət tərkibinin olmasını inkar etmir, lakin əməlin törədilməsində təqsirləndirilən şəxsin iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyi sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi üzrə təqsirləndirilən şəxsə cinayət-prosessual qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir. Şəxsə cinayət qanunun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittiham üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən bəraətin əsaslarından biri ilə verilə bilər. Bir neçə cinayət törətməkdə ittiham olunan təqsirləndirilən şəxsə müxtəlif maddələr üzrə bəraət verilməsi üçün fərqli əsaslar müəyyən edildikdə, ona cinayət-prosessual qanunda göstərilən bir neçə əsasa istinad olunmaqla bəraət verilə bilər. Bu halda hökmün nəticəvi hissəsində təqsirləndirilən şəxsə hansı cinayətə görə, qanunda göstərilən hansı əsasla bəraət verilməsi dəqiq göstərilməlidir. AR Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə tərkibi yuxarıda qeyd edilən müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, AR Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs AR CM-in 221.3-cü maddəsi ilə bəraət verilməli, həmçinin, Təqsirləndirilən şəxs əməli AR Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalı və Təqsirləndirilən şəxs AR CM-in 126.1-ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. AR Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, X7 (yuxarıda qeyd edilənlərə əsasən, Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. (cild 01, iş vərəqə 105-106) AR CM-in 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilir. AR CM-in 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməlində cinayətin təhlükəli residivi müəyyən olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.1.8-ci maddəsinə əsasən, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini cəzanı yüngülləşdirən hallar kimi, AR CM-in 61.1.1-ci maddəsinə əsasən, cinayətin təhlükəli residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin, Təqsirləndirilən şəxs əməlində AR CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal olduğundan, ona cəza həmin Məcəllənin 60-cı maddəsinin qaydaları əsasında təyin edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün olmadığından, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. AR CM-in 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolda və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli 28 fevral 2022-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 35-36; 75-78) Lakin, iş materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 27 fevral 2022-ci il tarixdə, saat təxminən 19:30 radələrində polis əməkdaşları Nərimanov rayonu Təbriz küçəsi ilə Ə.Rəcəbli küçələrinin kəsişməsində bıçaqla xəsarət alan şəxsi və bıçaqla xəsarət yetirən şəxsi, yəni Təqsirləndirilən şəxs hadisə yerindən bir qədər aralıda saxlayıb birlikdə Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. (cild 01, iş vərəqə 05) Həmçinin, iş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2022-ci il tarixdə 01 ədəd məişət-mətbəx bıçağını könüllü olaraq təqdim etmişdir. (cild 01, iş vərəqə 09) AR Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilərək növbətçi hissəyə təhvil verilmiş, onun azadlığı faktiki olaraq 27 fevral 2022-ci il tarixdən məhdudlaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə AR Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Nərimanov RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş üzərlərində qan ləkələri, zədələr olan iki ədəd uzunqol köynək və bir ədəd qolsuz mayka, eləcə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilsin. AR CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Nərimanov RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan iki ədəd uzunqol köynək və bir ədəd qolsuz mayka, soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Fərid Namazov İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar