Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-463/2024 24.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs11,Zərərçəkmiş şəxs12, X21,Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10, müdafiəçi: «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X10 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, himayəsində bir yetkinlik yaşına çatmayan uşagı olan, ali təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2019-cu ilin iyunın ortalarında Zərərçəkmiş şəxs3 onun üçün pensiya təyin ediləcəyi barədə yalan vəd verib aldadaraq bu məsələnin həlli məqsədi ilə sərf olunacağı bəhanəsi ilə həmin vaxt Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində 1000 manat, həmin ilin avqust ayında eyni yerdə 1000 manat, oktyabr ayında eyni yerdə 3700 manat, bundan bir neçə gün sonra, eyni yerdə 800 manat pulunu alaraq vahid niyyətlə əhatə olunan qəsdlə 6500 manat pulunu aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2021-ci ilin may ayının ortalarında Zərərçəkmiş şəxs4 atasının "xxxx" şirkətində zərərli işdə işləməsi əsasından muavinat alacağını təmin edəcəyi barədə yalan vəd verib aldadaraq bu məsələnin həlli məqsədi ilə sərf olunacağı bəhanəsi ilə ondan həmin ilin may ayının ortalarında Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində 3500 manat, oktyabr ayının ortalarında eyni yerdə 10500 manat məbləqlərinə nəqd pullar, bundan bir neçə gün sonra eyni yerdə 7000 manat dəyərində qızıl zinət əşyaları alaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 14000 manat pulunu və 7000 manata dəyərində əmlakını aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə cəmi 21000 manat dəyərində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2021-ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs13 onun üçün təyin olunmuş pensiya məbləğini 2-3 qat, oğlu İlqar Aslanovun İİ qrup əlilliyə görə aldığı, mərhum ərinin ölümünə qədər almış olduğu pensiya məbləğini yeni hesablama üsulu ilə artırılaracağını, bu artımın əvvəlik 3 illik məbləğinin birdəfəlik ödənişini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq bu məsələnin həllinə sərf edəcəyi bəhanəsi ilə sonuncunun yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində ondan ilk dəfə həmin ilin sentyabr ayında 2000 manat, bundan bir neçə günü sonra 2000 manat, oktyabr ayında 8000 manat pullar və ümumi dəyəri 1000 manat təşkil edən 1 ədəd sırğa, 1 ədəd üzük və 1 ədəd kişi üzüyündən ibarət qızıl əşyalarını alaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə 12000 manat pulunu və 1000 dəyərində əmlakını ələ keçirərək, zərərçəkmiş şəxsəü 13000 manat dəyərində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin aprel ayının ortalarında Tanışı Zərərçəkmiş şəxs1 mərhum atasının işlədiyi illərdə ödənilməmiş sığorta ödənişlərini alınmasını, özünə yüksək məbləğdə pensiya təyin edilməsini, atasına təyin olunan pensiya məbləğinin artırılmasını təmin edəcəyi barədə yalan vədlər verib aldadaraq bu məsələnin həllinə sərf edəcəyi bəhanəsi ilə 2022-ci ili aprel ayının ortalarında Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində 8000 manat, bundan bir neçə gün sonra həmin yerdə 6000 manat, 20 may 2022-c il tarixdə həmin yerdə 26000 manat və may ayının 25-də 1000 manat və həmin ayın sonunda 5000 manat manat məbləğində pullarını alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 55000 manat pulunu aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs2 yeni hesablama qaydasına görə pensiya məbləqlərinin artırılması və fondda külli miqdarda pulunun qalması barədə yalan vəlumat verməklə həmin pulu alınmasını təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, bu məsələnin həllinə sərf edəcəyi bəhanəsi ilə ondan həmin ayın ərzində Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində əvvəlcə 3000 manat, sonra 8000 manat və sonra 900 manat məbləğində pullar alaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 11900 manat pulunu aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs5 onun üçün pensiya təyin olunmasını və vəfat etmiş ərinin sığortasının ödənilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq bu məsələnin həllinə sərf edəcəyi bəhanəsi ilə ondan 2022-ci ilin iyul ayının ortalarında Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində 1000 manat pul və 2000 manat dəyərində 4 ədəd qızıl üzük-sırğa dəstlərini və 1 ədəd 8 qram çəkidə qızıl üzüyünü, bundan bir gün sonra həmin yerdə ümumilikdə 2300 dəyərində olan 1 ədəd sünbül formalı qızıl qolbağını və 1 ədəd qızıl sırğanı alaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 1000 mana pulunu və 4300 manat dəyərində əmlakını aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən və tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs12 anasının aldığı persiyanın məbləğini 200 manatdan 450 manatadək artırılmasını və bu artımın əvvəlki 3 illik məbləğini birdəfəlik ödəniləməsini təmin etdəcəyi barədə yalan vəd verib aldadaraq bu məsələnin həllinə sərf olunacağı bəhanəsi ilə ondan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində ümumi dəyəri 5000 manat təşkil edən 50 qram çəkidə müxtəlif qızıl əşyalarını alaraq aldatma yolu ilə yolu ələ keçirərək, zərərçəkmiş şəxsə 5000 manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin avqust ayının əvvəlində Zərərçəkmiş şəxs6 özünü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda işlədiyi barədə yalan məlumat verərək bu imkanlarından istifadə etməklə onun aldığı pensiya məbləqlərini 200 manat artırılacağı və bu artımın əvvəlki 3 illik miqdarını birdəfəlik ödənilməsini təmin edəcəyi, habelə iki ənfrə tanışlarına da pensiya təyini olunmasını təmin edəcəyi barədə yalan vədlər verib aldadaraq bu məsələnin həllinə sərf edəcəyi bəhanəsi ilə 22 sentyabr 2022-ci il tarixdən başlayaraq həmin ilin sentyabr ayının sonlarınadək olan müddət ərzində müxtəlif tarixlərdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində ümumi məbləği 44500 manat təşkil edən müxtəlif məbləğlərdə pullar alaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs7 özünü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda işlədiyi barədə yalan məlumat verərək bu imkanlarından istifadə etməklə onun pensiya məbləğini 200 manat artırılacağını və bu artımın əvvəlki 3 illik miqdarını birdəfəlik ödənilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq bu məsələnin həllinə sərf edəcəyi bəhanəsi ilə həmin ilin sentyabr ayının sonlarınadək olan müddət ərzində müxtəlif tarixlərdə sonuncunun yaşadığı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində ümumi dəyəri 3680 manat məbləğində pulunu, 1 ədəd 5000 manat dəyərində və 1 ədəd 1500 manat dəyərində olan üzüklərini alaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə aldatma yolu ilə 3680 manat pulunu və 6500 manat dəyərində əmlakını ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 27 dekakbr 2022-ci il tarixdə X11 onu həyat yoldaşı üçün pensiya təyin olunmasını təmin edəcəyi barədə yalan vəd verib aldadaraq bu məsələnin həllinə sərf edəcəyi bəhanəsi ilə sonuncudan onun yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 4000 manat pulunu alaraq aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, 24 avqust 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs9 mərhum anası Natalya Samoylova təyin edilmiş pensiyasının sığorta hissəsinin 36302,12 manat olmasını və özünün isə əlilliyə görə aldığı muavinatın məbləğinin 104,49 manat artırılmasını və sığorta hissəsindən 17622,10 manat almasını təmin edəcəyi barədə yalan vəd verib aldadaraq bu məsələnin həllinə sərf edəcəyi bəhanəsi ilə həmin tarixdə ondan Buzovna qəsəbəsində poçt şöbəsinin yanında ondan 3000 manat bir gün sonra isə həmin yerdə 2700 manat, 20 avqust 2022-ci il tarixdə həmin yerdə 3000 manat, 06 sentyabr 2022-ci il tarixiə Bakı şəhəri Büzovna qəsəəsinin ərazisində özünün 4169 7385 9783 6000 nömrəli Umico kartını mədaxil etdiyi 500 manat, 08 oktyabr 2022-ci il tarixdə mədaxil etdiyi 500 manat pulları nəqləşdirərək götürüb vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş şəxsin ümumilikdə 9700 manat pulunu ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs8 ailə başçısını itirməyə görə 1997-ci ildən aldığı sosial muavinatın məbləğinin 184 manat artıracağını, həmin muavinatın sığorta hissəsinin artıq 23750 manat olduğunu və bu məbləqdə pulu birdəfəlik ödənilməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq məsələnin həll olunmasına sərf edəcəyi bəhanəsi ilə sonuncudan Bak şəhəri ünvan 3 ünvanında 2000 manat, sentyabr ayında isə birədfəlik ödəniləcək məbləği 49935 manat 69 qəpiyə, aylıq ödənimşin 301.77 manata qaldıracağınızı vəd etməklə əlavə olaraq həmin yerdə 1500 manat, noyabr ayında birdəfəlik ödənişin məbləğini 83369 manat 54 qəpiyə, aylıq ödənişi isə 689 manat 24 qəpiyə qaldırılacağını vəd etməklə həmin yerdə əlavə olan 1500 manat, bir ay sonra isə sənədlərin mzalanması üçün müdiriyyətə ödənilməsi bəhanəsi ilə həmin yerdə 200 manat nəqd pul və cəmi 800 manat dəyərində 2 ədəd 583 əyarlı qızıl üzü-sırğa dəstlərini alaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş şəxsin ümumilikdə 5200 manat nəqd pulunu və ümumilikdə 800 manat dəyərində 2 ədəd qızıl üzüksırğa dəstlərini ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla dələduhzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs10 Anatoyevnaya Sosial müdafiə fondunda onun 5000 manat, əri Şahid 50000 manat pulunun olması barədə yalan məlumat verərək aldadıb və həmin pulun onların hesabına keçirilməsini təmin edəcəyi barədə yalan vəd verərək bu məsələnin həllinə sərf edəcəyi bəhanəsi ilə ondan ilk dəfə həmin tarixdə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində 13500 manat pulun aldıqdan sonra xx.xx.2023-cü il tarixədək olan müddət ərzində müxtəlif tarixlərdə Şahid heabında olan pulun miqdarını artıracağı, sənədləşmənin aparıldığı və məlumat bazasının yerləşdiyi kompyuterin təmir olunması və hesablarına pul köçürülməsi üçün sənədləri imzalayan müdiriyyətə verilməsi bəhanəsi ilə müxtəlif yerlərdə, tarixlərdə və məbləqlərdə, sonuncu dəfə isə Bak şəhəri Pirallahı qəsəbəsi ərazisində 600 manat alaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə 185.000 manat pulunu ələ keçirib, külli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs11 2004-cü ildən əlilliyə görə pensiya alan anasını hazırda qocalığa görə pensya yaşına çaması ilə əlaqədar aldığı pensya məbləğini artıracağı və bu artım əsasında əvvəlki 3 il ərzində toplanacaq 45000 manatın birdəfəlik ödənməsini təmin edəcəyi barədə yalan vəd verib aldadaraq həmin məsələnin həllinə sərf edəcəyi bəhanəsi ilə sZərərçəkmiş şəxs11 əvvəlcə həmin tarixdə yaşadığı Bakı şəhəri Şimal Dres qəsəbəsi L.Starçuk küçəsi ev 8 mənzil 6-da 5300 manat, bundan bir həftə sonra, bir dəfəlik ödənilməli məbləği 73000 manatadək artıracağını vəd edərək bu məsələnin həllinə sərf edəcəyi bəhanəsi ilə eyni yerdə əlavə olaraq 4000 manat, 2022-ci ilin fevral ayında vəsaitin köürülməsinə dair sənədlərin tezliklə imzalanması bəhanəsi ilə eyni yerdə 2000 manat alaraq, bundan başqa Sergjey Uryupinin 2022-ci ili iyun ayında Port Bakı ticarət mərkəzəində yerləşən Milliön ödəmə terminalı vasitəsi ilə onun Kamital baknka aid 41597388*****6000 nömrəli kartına mədaxil etdiiyi 550 manat pulu, Bakı şəhəri Xəzər rayoun Şimal Dres qəsəbəsinin ərazisindəki Araz marketdəki ödəmə terminalı vasitəsi həmin kartına 03 aprel 2023-cü il tarixdə mədaxil etdiyi 600 manat, 06 aprel 2023-cü il tarixdə etdiyi 500 manat məbləqlərində pullar nəqləşdirməklə götürərək vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş şəxsin ümumilikdə 12950 manata pulunu aldatma yolu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Əmək və Sosial Müdafiə Nazirliyi yanında Sosial Müdafiə fondunun Xəzər rayon şöbəsində işləmiş, Pirallahı rayonu yaradıldıqdan sonra Sosial Müdafiə Fondununu Pirallahı şöbəsində məsləhətçi mütəxəssis işləmişdir. 2015-ci ildə həyat yoldaşından rəsmi ayrıldıqdan sonra övladı onun himayəsində qalır. İşlədiyi dövürdə Xəzər rayonunda və başqa yerlərdə yaşayan tanışları üçün pensiya məbləğinin artırılması və ya pensiya təyin olunması məqsədi ilə müxtəlif miqdarlarda pullar almışdır. Lakin onların işlərini sistemdə baş verən dəyişikliklərlə əlaqədar həll edə bilməmişdir. İlk dəfə 2019-cu ilin iyun ayında əvvəldən tanıdığı Zərərçəkmiş şəxs3 ilə Mərdəkan qəsəbəsində “Dəniz” restoranın yanında görüşərək onun üçün 5500 manat məbləğində pensya təyin etdirəcəyini vəd edib razılığını aldıqdan sonra Zərərçəkmiş şəxs3 2019-cu ilin iyun ayında dəqiq xatırlmadığı tarixdə Mərdəkan qəsəbəsində stansiya adlanan yerdə ona 1000 manat, avqust ayında həmin yerdə 1000 manat, oktyabr ayında Mərdəkan qəsəbəsində yerləşən Dəniz restoranının yanında 3700 manat pul almışdır.ümumilikdə Zərərçəkmiş şəxs3 4.300 manat pul almış, həmin pulların hamısını ona qaytarmışdır. Lakin Zərərçəkmiş şəxs3 lombarda verdiyi qızılların faizini də onun üzərinə qoymaqla ondan 6.500 manat pulun verilməsini istəmişdir. Bundan başqa 2021-ci ilin may ayının ortalarında əvəldən pensiyasını özü sənədləşdirdiyi Ağaəli adlı şəxsin vasitəsi ilə Zərərçəkmiş şəxs4 ona müracət edərək atasının "xxxx" şirkətində zərərli işdə işlədiyinə görə muavinat kəsilməsini istəmişdir. Bu işin həlli üçün o, Zərərçəkmiş şəxs4 8.000 manat pul və 3.000 manat dəyərində qızıl-zinət əşyalarını almışdır. Bunlardan da 3.000 manat pulu qaytarmış, 5.000 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyalarının dəyəri ödənilməmiş qalmışdır. Bundan başqa 2021-ci ilin sentyabr ayında əvvəldən tanıdığı Zərərçəkmiş şəxs13 özünün dövlət sosial müdafiə fondunda işldədiyini və yüksək məbləqdə pensiya təyin etdirəcəyini, əlil oğlunun aldığı təqaüdünün artırılacığını vəd edərək bunun üçün ondan 15000 manat pul deyil, 10.000 manat pul almış, həmin pulun 6.000 manatıı qaytarmış, 4.000 manat borcu qalmışdır. Gülaxanımın ondan tələb etdiyi artıq məbləğ onun özünün pulu faizə götürüb ona verdiyi üçün faizin məbləğidir. Bundan başqa Zərərçəkmiş şəxs1 əvvldən tanıyır, belə ki, Alekseyin atasının aldığı təqaüdün rəhmətə getdikdən sonra anasının adına sənədləşdirilməsinə köməklik göstərmişdir. 2022-ci ilin aprel ayının ortalarında Alekseyə zəng edib atasının işlədiyi illərdə almalı olduğu pulları fondda qaldığını, 8000 manat müqabilində həmin pulların geri, yəni Alekseyə ödənilməsinə kəməklik edəcəyini vəd etmişdir. Aleksey inanaraq onunla Mərdəkan qəsəbəsində görüşüb ona 8000 manat pul vermişdir. Bir neçə gündən sonra isə yenidən Alekseyə zəng edib demişdir ki, onun özünə pensiya təyin edilməsini, atasının pensiya məbləğinin daha da artırılmasını təmin edə bilər və bu məsələlərin həlli üçün 30000 manat pul istəmiş və Aleksey ona həmin məbləği vermişdir. Bundan artıq məbləğ Alekseydən almamışdır. İttihamda göstərilmiş 55.000 manat pul həqiqətə uyğun deyil, o, Alekseydən real olaraq 30.000 manat pul almışdır. Alekseyə bu puldan heç bir şey qaytara bilməmişdir. Bundan başqa 2022-ci lin iyul ayında əvvəldən tanıdığı Zərərçəkmiş şəxs2 guya yeni qanuna əsasən onun pensiyasının məbləği artırıldığını və pensiya fondunda onun külli miqdarda pulu qaldığını bildirərək 12000 manata bu pulun ödənilməsini təmin etdirəcəyini vəd etmişdir. Gülnarə inanaraq razılaşıb həmin ayın ərzində xatırlamadığı tarixlərdə Xəzər rayonu Zirə qəsəbəsində “Dan Ulduzu” mağazasının yanında ona ümumilikdə 11900 manat deyil, cəmi 8.000 manat pul almışdır. Yaxın müddətdə bu borcunu Zərərçəkmiş şəxs2 ödəyəcəkdir. Bundan başqa 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs5 mərhum ərinin ölümü ilə bağlı olaraq övladlarına yüksək məbləğdə müavinat ödənilməsini təşkil edəcəyini vəd edərək 1.000 manat pul və 2.000 manatlıq qızıl-zinət əşyalarını almışdır. Həmin puldan 700 manat qaytarmış və bir ədəd qızıl qolbağ qaytarmışdır. Hazırda onun Zərərçəkmiş şəxs5 pul və qızıla görə 1.300 manat borcu qalmışdır . Bundan başqa 2022-ci ilin noyabr ayında əvvəldən anasının pensiya rəsmiləşdirməsini apardığı Zərərçəkmiş şəxs12 zəng edib guya yeni hesablanma qaydasına əsasən anasının aldığı persiyanı məbləğini 200 manat artırılıb 450 manat edəcəyini, həmçinin bu artımıın əvvəlki 3 illik məbləğini birdəfəlik ödətdirəcəyini vəd edərək Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən “KM” Tibb mərkəzinin yanında Şahindən ümumilikdə 50 qram çəkidə olan müxtəlif qızıl əşyaları almışdır. 3 gündən sonra həmin əşyaları Şahinə qaytarmış, onun Şahinə cəmi 500 manat borcu qalmışdır. Bundan başqa tanışı Emilyanın vasitəsi ilə sonuncunun rəfiqəsi olan Zərərçəkmiş şəxs6 tanımışdır. 2022-ci ilin avqust ayının əvvəlində o, Klaraya zəng edib demişdir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ekspert təyinat rəhbəri vəzifəsindən işləyir, yeni çıxmış qanuna görə onun aldığı pensiya məbləğini 200 manat artırılmasını və bu artımın əvvəlki 3 il ərzində olan məbləğinin birdəfəlik şəkildə ödənilməsini təmin edə bilər. Halbu ki, həmin ərəfədə artıq əvvəlki işindən azad olunaraq heç bir yerdə işləməmişdir. Klaraya vəd etdiyi işin həll olunması üçün 2000 manat pul almış, həmin puldan 1.900 manatını qaytarmış, 100 manat borcu qalmışdır. İttiham aktında bu epizod üzrə göstərilən rəqəmlər şişirdilmiş rəqəmlərdir, həqiqətə uyğun deyildir. Bundan başqa X5 da eyni vədlər verərək ondan 1 dəfə 2000 manat, 1 dəfə 1000 manat, 1 dəfə 400 ABŞ dolları, 1 ədəd brilyant qaşlı üzük və 1 ədəd brilyant qaşlı üzük-sırğa dəsti almışdır. O həmin qızılları lombarda qoyub pul götürmüş və aldığı nəğd pullarla birlikdə hamısını özünün ehtiyaclarına və borclarının qaytarılmasına sərf etdmişdir. Sonradan Emilyanın pulunun bir qismini qaytarmış, ona 1.500 və yaxud 1.700 manat borcu qalmışdır. Bundan başqa X12 da, aldadaraq ona həyat yoldaşı Cəmilə İsgəndərovaya pensiya təyin etdirəcəyini vəd edib bu məsələnin həlli üçün sərf olunacağı bəhanəsi 4000 manat pul istəmişdir. Tahir İsgəndərov ona inanaraq razılaşıb 2022-ci ilin dekabr ayının son günlərində onun yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən evində ona 4000 manat pul vermişdir. Həmin pulun bir hissəsini özünün ehtiyaclarına ödəyərək, qalan hissəsi ilə borclarının bir hissəsini qaytarmış, lakin Tahir İsgəndərova olan borcunu qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs9 onunla orta məktəbdə bir sinifdə oxumuş onu uşaqlıqdan tanıyır və onun İİİ dərəcəli skolioz diaqnozu ilə əlilliyə görə muavinat aldığını bilmişdir. Svetlana ilə son 20 ildə heç bir əlaqəsi olmamışdır. 2022-ci ilin avqust ayının sonlarında yenə də pula ehtiyacı olduğuna görə Svetlananın evinin telefon nömrəsini öyrənib ona zəng edərək yalandan demişdir ki, vəfat etmiş anası Samoylova Natalyanın pensiyasının sığorta hissəsinin 36302,12 manat və özünün aldığı pensiyanı 104,49 manat və sığorta hissəsindən 17622,10 manat artırılmasını təmin edəcək və bu işlərin görülməsi üçün ona 8000 manat almış, həmin puldan 1.500 manatını qaytarmış, 6.500 manat Svetlanaya borcu qalmışdır. Zərərçəkmiş şəxs11 verdiyi ifadəsi ilə razıdır, onlardan aldığı 12950 manat pulu qaytarmaq fikrindədir. Zərərçəkmiş şəxs8 və onun gəlini Zərərçəkmiş şəxs9 tanıyır. O Svetlana ilə bir sinifdə oxumuş, o Svetlanadan 1700 manat borc almış və həmin pul da qaytarmışdır. Zərərçəkmiş şəxs10 tanıyır. Ona pensiya hesabında 5000 manat, əri Vladimirin hesabında isə 50 000 manat olduğunu deyərək bu məbləğləri bir dəfəlik şəkildə ödətdirəcəyi adı ilə 2023-cü ilin yaz aylarında hissə-hissə Lyubovdan 20 000 manat almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dinidrilmiş Zərərçəkmiş şəxs2 ifadəsində gömtərmişdir ki, təqsirləndirilən şəxsi bu hadisə ilə əlaqədar tanıyır. Belə ki, onun 57 yaşı var, 5 uşaq anasıdır, buna görə də 201 manat müavinət alır. 2022-ci ilin iyun ayında Təqsirləndirilən şəxs onun ev telefonuna zəng edərək əmək və əhalinin sosial müdafiə fondunun Nərimanov filialında işlədiyini bildirmiş, ona uşaqlara görə 201 manat deyil, 330 manat almalı olduğunu, almadığı pulun fərqi təşkil edən 17.000 manatı, həmçinin həyat yoldaşının pensiya kartına hesablanmış 16.000 manat sığorta pulunu verə biləcəyini demişdir. Ona inanaraq maraqlanmışdır ki, bu vəsaitləri necə ala bilər, bununçün hara müraciət etməlidir. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun özünə 3.000 manat pul verildiyi halda o, onun mavinətini 3 gün müddətində 330 manata qədər artıra bilər, həmçinin əvvəlki illərə görə ödənilməyən fərq təşkil edən 17.000 manat pulu qaytara biləcəyini demişdir. O da onunla razılaşaraq ilk dəfə həmin ilin iyul ayının ortalarında yaşadığı Zirə qəsəbəsində yerləşən “Dan ulduzu” mağazasının qarşısında İlahə ilə görüşərək sonuncuya 3000 manat, bundan 5 gün sonra 8000 manat, həmin ayın sonlarında eyni yerdə 900 manat pul vermişdir. Sonuncu pulu alarkən İlahə 3 günə onun hesabına pul köçürüləcəyini desə də, sonradan heç bir pul köçürməmişdir. İlahə ilə ünsiyyətdə olduğu zaman onun səsini mobil telefonuna yazmış və istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs ondan aldığı 11.900 manat puldan heç nə qaytarmamışdır. Həmin məbləği Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2014-cü ildən tanıyır. Həmin vaxt Təqsirləndirilən şəxs Əmək və Əhalinin sosial müdafiə fondunun Xəzər rayon şöbəsində işləyirdi. İlahə onun əvvələr "xxxx" da işləyən və 2017-ci ildə vəfat edən ərinə görə övladları üçün müavinat alınmasına köməklik etmişdir. Bu səbəbdən ona etibar etmişdir. 25 iyul 2022ci il tarixdə İlahə ona zəng edərək, bildirmişdir ki, oğlunun 18 yaşı olduğu üçün müavinəti dayandırılıb, bunun əvəzində onun özünə pensiya düzəldə bilər və həmçinin mərhum ərinə sığorta pulu düşür və onu da həll edəcəkdir. O, İlahəyə etiraz etmişdir ki, 57 yaşı var, işləyir, ona pensiya düşmür. Lakin İlahə bildirmişdir ki, bu məsələni düz-qoş edib həll edəcəkdir. O da razılaşmışdır. Bu məsələnin həll olunması üçün İlahə 2.000 manat istəmişdir. O, razılaşaraq xx.xx.2022-ci il tarixdə saat 15.00 radələrində İlahə ilə Zirə qəsəbəsinə yerləşən “Retro” restaranın qarşısında görüşüb 1.000 manat nağd pul, ümumi dəyəri 2.000 manat olan 4 ədəd qızıl sırğa və üzük dəstlərini, 8 qram miqdarında başqa qızıl üzük vermişdir. Bundan bir gün sonra İlahə onun evinə gəlib həyat yoldaşının sığrotasını düzəltmək adı ilə əlavə olaraq 2.000 manat pul istəmişdir. Onun pulu olmadığı üçün həmin vaxt evində olan qızı özünə məxsus ümumi dəyəri 2.300 manat dəyərində 20 qramlıq sünbül formalı qızıl qolbaq və 1 ədəd 3 qramlıq qızıl uşaq sırğasını İlahəyə vermişdir. İlahə onları aldadaraq vəd etdiyi heç bir məbləğləri öədməmişdir. Yalnız 250 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs şikayətçidir, ona vurduğu ümumi 5.300 manat ziyanın ödənilməyən 5.050 manat hissəsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, İlahənin atası Yaşar Əhmədov və atası Həsən Əhzmədovla "xxxx" MMC-yə aid zavodda bir yerdə işləmiş, İlahənin qardaşı o zaman zavodun baş mühəndisi idi, lakin sonra nazirliyə keçmişdir. Bu səbəbdən onun Təqsirləndirilən şəxs inamı və etibarı olmuşdur. O, 2009-cu ildən əmək pensiyaçısıdır və 2022-ci ildən hər ay 478 manat əmək pensiyası almışdır. 2022-ci ilin avqust ayının əvvəlində Təqsirləndirilən şəxs onun yaşadığı evin telefonuna zəng edərək Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin eksperti işlədiyini deyərək yeni çıxmış hökümət qətnamələrinin əsasında qanuni təqaüdün artırılmasının sürətləndirilməsini, aldığı pensiyanı 200 manat artırılmasını və artımın 3 il ərzində olan hissəsini birdəfəlik şəkildə ödənilməsini vəd etmişdir. İlahə bunun müqabilində 8000 manat pul istəmişdir. O, razılaşaraq eyni zamanda onkoloji xəstə olan, bacısının əri Nəsibov Poladın və rəfiqəsinin də pensiya məbləğini artırılmasını və bu artımın 3 illik olan məbləğini birdəfəlik ödənişini təmin etməsini istəmişdir. Həmin vaxtdan 2022-ci ilin 22 sentyabr ayına kimi, İlahə hər dəfə artımın məbləğinin 200 manat deyil, 300-400 manata yaxın və 3 illik birdəfəlik ödənişin daha çox olmasını vəd edərək, ilkin razılaşmada nəzərdə tutulan məbləğdən də artıq pullar istəyib ondan ümumilikdə 44.500 manat pul almışdır. O, pulları Buzovna qəsəbəsinin ərazisində İlahəyə vermişdir. Həmin pulun 5.000 manatını rəfiqəsi vermişdir. Rəfiqəsinə həmin pulu özü ödədiyi üçün zərərçəkmiş şəxs kimi onun özüdür. İlahə vəd etdiyi məsələlərin heç birini həll etməmiş, nə də ki, aldığı 44.500 manat pulu tam ödəməmişdir. Bununla belə, İlahə ayrı-ayrı vaxtlarda ona 300, 650 və 1000 manat olmaqla cəmi 1950 manat pul qaytarmışdır. İlahənin ona ödəyəcəyi 42.550 manat pulu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, İlahənin atası və qardaşı iə birlikdə «İqlim» zavodunda işləmişdir. O, 2006-cı ildən əmək pensiyası alır. 2022-ci ilin dekabr ayında yəni son artırmalara qədər aldığı pensiyanı məbləği 966 manat olmuşdur. 04 avqust 2022-ci il tarixdə İlahə ona zəng edib demişdir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində rəhbər vəzifədə işləyir və onun mobil telefonuna Vatçap proqramı vasitəsi ilə xidməti vəsiqəsini şəklini göndərib yeni çıxmış sərəncama əsasən onun təqaüdünü yenidən hesablanaraq aldığın pesiyanın məbləğini 200 manat artırılmasını təmin edə biləcəyini, hətta bu artımın 3 il ərzində olan hissəsini birdəfəlik şəkildə ödənilməsini təmin edəcəyini vəd edərək bunun müqabilində 8000 manat pul istəmişdir. O, İlahəyə inandığı üçün onunla razılaşaraq 2022-ci ilin avqust ayının ortalarında yaşadığı Buzovna qəsəbəsində evin qarşısında İlahəyə hissə-hissə 2000 manat, 1000 manat və 400 ABŞ dolları, həmçinin özünə məxsus olan 5000 manat təşkil edən bir ədəd brilyant-zümrüd qaşlı üzük sırğa dəstini və 1500 manat dəyərində olan bir ədəd sadə qaşlı üzük-çırğa dəstlərini vermişdir. Lakin İlahə onu aldatmış, pensiyasını artırmamış, ondan aldığı pulları qaytarmamışdır. Bunu gördükdə İlahədən qızıl-zinyət əşyaları və pulunu tələb etmiş, onu polis orqanlarına müraciət edəcəyi ilə hədələmişdir. Bundan sonra İlahə ayrı-ayrı vaxtlarda ona 1000 manat pul və 1 ədəd brilyant qarşlı üzük-sırğa dəstini qaytarmaqla vurduğu ziyanını 6000 manatını ödəmişdir. Qalan 4.080 manat pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs baş verən hadisə ilə bağlı tanımışdır. Belə ki, 2022-ci ilin əvvəllərində mobil telefonuna zəng gəlmiş, zəng edən özünü İlahə kimi təqdim etmiş, özünün Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsində yerləşən Sosial Müdafıə Nazirliyinin nəzdində işlədiyini bildirərək yadına salmışdır ki, İlahə onun atası Aleksandr Ryazanov rəhmətə getdikdən sonra atasının aldığı təqaüdün anasının adına sənədləşdirilməsində köməklik göstərmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, guya atasına təyin edilmiş təqaüd o vaxtlar düzgün hesablanmamış, təqaüdü daha yüksək olmuş və beləliklə anasına ödəniləcək məbləğ daha yüksək olmalıdır. O İlahə ilə razılaşdıqda sonuncu bu işi görmək üçün 8000 manat pul istəmişdir. Lakin, o ona bildirmişdir ki, onun bu qədər pulu yoxdur və İlahə ilə bu işin görülməsi üçün 2000 manata razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona yenidən zəng edərək bildirmişdir ki, təqaüdü artırmaq imkanı var, lakin bunun üçün əlavə 6000 manatda istəmişdir. O pul verildiyi təqdirdə anasının əlavə 15-20 min pul ala biləcəyini demişdir. Həmin vaxta qədər o İlahənin istədiyi 2000 manatı ona vermişdir. Həmin puluda İlahəyə ödəmişdir.Bundan savayı İlahə onun yaşı ilə və iş yeri ilə maraqlanmış və bildirmişdir ki, ona artıq olduğu 59 yaşına görə təqaüd düzəltdirə bilər və bu qanunidir. Bu iş üçün İlahə onun şəxsiyyət vəsiqəsini, hərbi biletini, əmək kitabçasını istəmiş və bildirmişdir ki, ona 500 manat məbləğində pensiya düzəltdirə biləcəkdir. Bunu dostu Xorin Aleksandra dedikdə sonuncu onada belə bir təqaüd düzəltdirməsini xahiş etmişdir. O da Aleksandırın xahişini İlahə çatdırmış, İlahədə bildirmişdir ki, bu işi görmək mümkündür. Bundan savayı dostu Rövşənə və onun atasına təqaüd düzəltmək üçün İlahəyə pullar vermişdir. Belə ki, Rövşənin ona verdiyi 20000 manatı, Rövşənin atasının verdiyi 16000 manatı, özünün anasının əvəzinə verdiyi 8000 manatı və dostu Xorin Aleksandırın verdiyi 10000 manatı cəmi isə 54450 manat pulu Təqsirləndirilən şəxs mənimsəmişdir. Həmin puldan Rövşən adlı şəxsin vasitəsi ilə İlahə ona 500 manat qaytarmışdır. Qalan 54000 manatın qaytarılmasını tələb edir. Onu bildirir ki, İlahə ilə olan telefon söhbətlərini telefona yazmış, lazım gəldikdə məhkəməyə fləşkartı təqdim edə bilər. Onu da qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs Sosial Müdafiə nazirliyindən işdən çıxarılmasından xəbəri olmamış, bu səbəbdəndə ona inanmışdır. Xatırladığı qədər Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının ortasında Xəzər rayonu Mərdəkan qəsəbəsində 8000 manat, daha sonra Mərdəkan qəsəbəsində 6000 manat, daha sonra həmin ilin aprel ayının təxmminən 20-də İlahəyə əlavə olaraq Mərdəkan qəsəbəsində “Unibank” KB-nin yaxınlığında 26.000 manat, əlavə olaraq həmin aprel ayının təxminən 25-də Mərdəkan qəsəbəsində Unibank KB-nin qarşısında 10.000 manat pul vermişdir. Bundan təxminən 5 gün sonra, yəni 2022-ci ilin aprel ayının sonlarında İlahə yenə də zəng edib onu özünün təqaüdünü qaldıracağı barədə razılıq aldığını bildirərək əlavə 5.000 manat istəmiş və həmin tarixdə yenə də onunla Mərdəkan qəsəbəsində Unibank KB-nin qarşısında onunla görüşüb İlahəyə 5000 manat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, o, əri Şahidla birlikdə Pirallahı qəsəbəsində yaşayır, metroloji xidmətdə işləmişdir. Təqsirləndirilən şəxs onun kimi Pirallahı qəsəbəsində yaşamaqla Pensiya Fondunda işləyirdi. İlahə orada işlədiyi dövrdə həyat yoldaşı Şahid və ona təqaüdün təyin edilməsində iştirak etmişdir.2021-ci ilin may ayında Təqsirləndirilən şəxs ərinə zəng edərək Sosial Müdafiə Nazirliyində ərinin hesabında 50.000 manat, onun hesabında isə 5.000 manat olduğunu deyərək 13.500 manat müqabilində onların pullarını ödənilməsini təmin edəcəyini vəd etmişdir. Onlar bu vədə inararaq xx.xx.2021-ci il tarixdə Xəzər Rayonu, Zirə qəsəbəsinin girəcəyində İlahəyə 13500 manat vermişlər. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə onun hesabına 5.000 manatı, Vladimirin hesabına isə xx.xx.2021-ci ildə 50.000 manatı köçürüləcəyini, bundan başqa aldıqları təqaüdün məbləğinin də artılacağını bildirmişdir. Lakin qeyd olunan tarixdə Təqsirləndirilən şəxs vəd etdikləri ödənişləri həll etmədiyi üçün o və həyat yoldaşı İlahəyə narazılıq etmişlər. Bundan sonra İlahə tutulub bir müddət sonra azadlığa buraxılmış və onlara 10 gün dincələndən sonra onların təqaüd məsələsini həll edəcəyini söyləmişdir. Onlar razılaşıb şikayət etməmişlər. Təxminən 1 ay sonra İlahə ərinə zəng edib ərinin təqüdünün faizlərinin qalxaraq 98.000 manata çatdığını, bir müddət sonra zəng edib həmin məbləğin 118.000 manata çatdığını deyərək hər dəfə onlardan ayrı-ayrı məbləqlərdə pullar almışdır. Bir müddət sonra İlahə ərinə zəng edərək onun fonddakı pulunun məbləğinin 210.000 manatadək yüksəldiyni deyib onlardan əlavə məbləqdə pul almışdır. Lakin sonradan onlara heç bir pul ödənilmədiyini görüb verdikləri pulları geri istədikdə İlahə müxtəlif bəhanələr gətirib, hazırda guya bankda olduğunu özü pulu bankdan götürüb gətirib təhvil verəcəyini vəd etmiş və onlar buna inanaraq gözləmişlər. Bundan başqa İlahə müxtəlif şəxslərin adlarını çəkərək köçürmələrin tezləşməsi üçün bu şəxslərə də pul verilməli olduğunu deyib onlardan müxtəlif miqdarlarda pullar almışdır. Bir müddət sonra İlahə zəng edərək ərinin təqüdünün 210.000 manatdan 280.000 manata qalxdığını, bir müddət sonra yeni qayda ilə hesablanıb 300.000 manat, ona isə 130.000 manat veriləcəyini vəd edərək onlardan müxtəlif miqdarlarda pullar almışdır. Bu minvalla 2021-2023-cü illər ərzində İlahə onlardan hissə-hissə olmaqla 178.000 manat pul almışdır. Həmin puldan İlahə onlara heç bir şey qaytarmamış, nə d əki, təqaüd məsələlərini həll etməmişdir. Həmin məbləğləri öz vəsaitləri hesabına, ərinin bankdan aldığı kredit hesabına, dost-tanışlarından aldıqları borc pulların hesabına vermişlər. Təqsirləndirilən şəxs onların tələbinə əsasən onlardan 150.000 manat pul almasına dair notarial qaydada təsdiq edilmiş sənədi də təqdim etmişdir. Bütün hallarda onlar pulları İlahəyə Pirallahı rayon ərazisində vermiş, sonuncu dəfə əri İlahəyə xx.xx.2023-cü il tarixdə 600 manatı Pirallahı rayonundan DTX-nin inzibati binasının yaxınlığında vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şəxsən tanımamış, lakin onun anası Elmira Əhmədova ilə Buzovna qəsəbəsində 234 nömrəli məktəbdə 20 il birlikdə müəllimə işləmişdir. 2017-ci ildən təqaüdə çıxmış və qanunla müəyyən olunmuş məbləğdə əmək pensiyası alır. 2021cü ilin avqust ayının sonlarında İlahə haradansa onun gəlini Elviranın mobil telefon nömrəsini öyrənib ona zəng edərək ona pensiyasının düzgün hesabanmadığını, qanunla pensiyasının məbləğinin daha çox olmasını deyərək vəd etmişdir ki, hazıda aldığı pensyanın məbləğini iki-üç qat artıracaq və ötən 3 il ərzində bu artımın ümumi məbləğini birdəfəlik alacaqdır. Bu işləri görmək üçün İlahə onlardan 2000 manat pul istəmişdir. İlahə ilə ünsiyyətdə olduğu zaman bilmişdir ki, o, müəllimə yoldaşı Elmira Əhmədovanın qızıdır. Buna görə o, İlahəyə inanıb razılıq verərək təxminən sentyabr ayının ortalarında ilk dəfə İlahəyə 2000 manat pul vermişdir. İlahəyə bu pulu özünün yaşadığı binanın giriş qapısının yanında vermişdir. Bir neçə gündən sonra İlahə yenidən ona zəng edib pensiya məbləğini daha da artıracağanı vəd edərək əlavə 2500 manat pul istəmiş və o, İlahəyə 2000 manat pul vermişdir. 1975-ci il təvəllüdlü uşaqlıqdan İİ qrup əlil olan oğlu İlqar Aslanova və 220 manat məbləğində əmək peniyası almış mərhum həyat yoldaşına da pensiyaları artıracağını vəd etmişdir. Növbəti dəfə İlahə ona işlərinin düzəldiyini və tezliklə pulları alacağanı bildirərək, demişdir ki, əyər istəsə oğlunun aldığı muavinatın və ərinin almış olduğu pensyanın məbləğin də artırar, həmçinin keçmiş illərdən qalan artımın birdəfəlik ödənişini təmin edər. Təqsirləndirilən şəxs bu işləri görmək üçün əlavə 10000 manat pul istəmişdir. O, 2021-ci ilin oktyabr ayının ortalarınadək hissə-hissə İlahəyə 8000 manat nəqd pul, 1000 mantın əvəzinə isə özünə məxsus 1 ədəd qızıl üzüyü, 1 ədəd qızıl sırğanı və mərhum ərindən miras qalan 1 ədəd kişi üzüyünü vermişdir. İlahə ötən illərin artımlarını birdəfəlik ödənişlərin bir-iki ay ərzində olacağını, pensiya artımlarını isə növbəti aydan alacağını desə də bir neçə ay keçməsinə baxmayaraq heç bir ödəniş və artım olmadığını görüb başa düşmüşdür ki, İlahə onu aldatmışdır. Bundan sonar İlahədən verdiyi pulları geri qaytarmasını tələb etməyə başlamış və İlahə ona hissə-hissə 4700 manatını qaytarmış, 7300 manatını və 1000 manat dəyərində qızıllarını qaytarmamışdır. Pullarını və qızıllarının dəyərinin qaytarılmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs onun anası və babasına qanuni şəkildə əlillik təqaüdü almalarına köməklik göstərmişdir. Belə ki, o zaman Təqsirləndirilən şəxs pensiya təyin edən qurumda işləmişdir. 2021-ci ilin noyabr ayında İlahə anasına 2004-cü ildən əlilliyə görə aldığı pensiya məbləğinin həcmini hazırda pensiya yaşına çatması ilə bağlı daha da artırılmasını və bu artımın əvvəlki 3 il müddətinə olan 45.000 manatı bir dəfəlik ödənməsini təmin edəcəyinizi vəd edərək, bu işin həlli üçün 5.000 manat pul istəmişdir. Həmin 5.000 manat pulu İlahəyə anası vermişdir. Bundan sonrakı pul məbləğlərini İlahəyə o vermişdir. Belə ki, İlahə zəng edərək babasının da əlilliyinə görə sonuncunun almadığı əlavələri verə biləcyini deyərək bunun üçün 4.000 manat pul istəmişdir. Həmin pulu o, İnqilab küçəsində İlahə ilə görüşərək vermişdir. İlahə görüş yerinə taksi ilə gəlmişdir. Bundan sonra İlahə birneçə dəfə zəng edərək daha 2.000 manat istəmiş, sonra yenə 500 manat istəmiş, o isə bu məbləğləri yüksək təqaüdlər alınsın deyə ilahəyə vermişdir. Ümumilikdə İlahəyə 12.950 manat pul vermişdir. İlahə verdiyi vədləri yerinə yetirməmiş, nə də ki, 12.950 manat pulunu qaytarmamışdır. Həmin məbləği Təqsirləndirilən şəxs tələb edir. Zərərçəkmiş şəxs11 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs11 ifadəsi ilə razıdır, onlardan aldığı 12.950 manat pulu qaytarmaq fikrindədir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir nəfər tanışı vasitəsi ilə tanımışdır. Belə ki, həmin tanışı ona zəng edib demişdir ki, İlahə adlı qadın təqaud məsələlrini həll edir. Bir dəfə həmin qadın ona özü zəng edərək adının İlahə olmasını, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Xəzər rayon şöbəsində işlədiyini, ona yaxşı təqaüd düşdüyünü demişdir. Bu səbəbdən o, İlahə ilə 2019-cu ilin iyun ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Dəniz" restoranın yaxınlığında görüşmüş, İlahə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Xəzər rayon şöbəsində işlədiyini bildirərək onun üçün 5500 manat müqabilində təqaüd düzəldəcəyini vəd etmişdir. O razılaşaraq ilk dəfə İlahəyə 2019-cu ilin iyun ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Stansiya" adlanan yerdə İlahəyə 1.000 manat, həmin ilin avqust ayında eyni yerdə 1.000 manat, oktyabr ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Dəniz" restoranın yaxınlığında 3.700 manat pul vermişdir. Hər dəfə pul verdikdə İlahədən hər hansı qəbz almamış, ona inanmışdır. Sonradan İlahə işin həllinin 5500 manata alınmadığını və əlavə 1000 manat verməsini istədikdə buna görə narazılıq etsə də, sonda ona 800 manat pul vermişdir. Ümumilikdə o, İlahəyə 6500 manat pul vermiş, İlahə ona heç bir köməklik etmədiyi üçün pulunu geri tələb etmiş, İlahə ona 1740 manat pulunu qaytarmış, qalan 4760 manat pulu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, atası X29 təxminən 30 il "xxxx" MMC-də çilingər vəzifəsində işləmişdir. Atasının zərərli işdə işləməsinə görə atasının keçmiş iş yoldaşı Ağaəli atasına müvafiq təqaüd düzəltdirmək üçün onları Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Sonuncu özünü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Xəzər rayon şöbəsində işlədiyini, bu məsələni 21000 manatın müqabilində düzəldəcəyini atasına vəd etmişdir. Atası İlahə ilə razılaşaraq 2021-ci ilin may ayının ortalarında onun vasitəsi ilə ilk dəfə İlahəyə Mərdəkan qəsəbəsində yerləşən körpünün yaxınlığında 3500 manat pul, 2021-ci ili oktaybr ayında həmin yerdə 10500 manat pul və 2021-ci ilin noyabr ayında isə 7000 manat dəyərində qızıl komplekti vermişdir. İlahə atasına heç bir köməklik göstərməmiş, vədinə əməl etəmyərək atasının təqaüdünü düzəltməmiş və onun pullarını və qızıllarını ələ keçirmiş, onlara heç bir şey qaytarmamışdır. Onun İlahə ilə Vatsar yazışmaları, İlahənin səs yazıları vardır, onları növbəti məhkəmə iclasında məhkəməyə təqdim edə bilər. Məhkəmə iclasında zərərçəmiş şəxs qismində dindirilmiş Nümayəndə2 Serqeyeviç ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs9 onun həyat yoldaşı, mərhum Zərərçəkmiş şəxs8 isə onun anası olmuşdur. Arvadı Svetlana uşaqlıqdan Skolioz daqnozu ilə İİİ qrup əlilliyə görə təqaüd alır. Son artıma qədər aldığı aylıq pensiya məbdəği 267 manat olmuşdur. Svetlana Təqsirləndirilən şəxs ilə orta məktəbdə bir sinifdə oxumuşlar, lakin yaxın münasibətdə olmamışlar. 24 avqust 2022-ci il tarixdə İlahə evlərinə zəng edib arvadı Svetlananın rəhmətə getmiş anası Samoylova Natalyanun pensiyasının sığorta hissəsinin 36302,12 manat olacağını və Svetlananın da aldığı pensiyanı 104,49 manat artırmasına, sığorta hissəsindən 17622,10 manat edəcəyini vəd edərək, pensiyasının düzgün hesablanmamasını bildirməklə bu işlərin həlli üçün 5000 manat, Svetlananın pensiya məbləğinin artırılması üçün ayrıca 5000 manat pul istəmişdir. O və arvadı İlahənin arvadı ilə bir sinifdə oxuduqdarını, eyni zamanda sonuncunun pensiya fondunda işlədiyini nəzərə alıb verilən vədlərə inanaraq İlahə ilə razılaşmışlar, lakin ona həmin pulu dərhal deyil, hissə-hissə verəcəklərini bildirmişlər. O, əvvəlcə Buzovna qəsəbəsində poçt şöbəsinin yanında arvadı Svetlananın yanında İlahəyə 3000 manat, bir gün sonra isə həmin yerdə 2700 manat, sonra 1.500 manat pulu İlahəyə nağd vermiş, ayrı-ayrılıqda 500 və 700 manat pulu isə İlahənin kartına köçürmüşlər. 2022-ci ilin avqustun 30-da da yenə Buzovna qəsəbəsində poçt şöbəsinin yanında İlahəyə 3000 manat pul vermişdir. Həmçinin mərhum atasının sığortasını anası Zərərçəkmiş şəxs8 verilməsinə görə İlahə anasından 2.000 manat, sentyabr ayında isə birdəfəlik ödəniləcək məbləğin 49.935,69 manatın, aylıq ödənişin isə 301,77 manata qaldıracağını vəd edərək əlavə 1.500 manat, daha sonra aylıq ödənişin 689,24 manata qaldıracağını vəd edərək əlavə 1.500 manat pul onlardan almışdır. Hər dəfə pulları Buzovna qəsəbəsində yerləşən evin qarşısında vermişdir. Bundan sonra pensiyanın alınmasını sürətləndirmək məqsədilə İlahə onlardan əlavə pul istəmiş, ona görə o, İlahənin kartına iki dəfəyə 500 və 700 manat pul köçürmüşdür. Bundan sonra isə anası İlahəyə 200 manat nəğd pul və iki ədəd qızıl sırğa dəstlərini yaşadıqları evin qarşısında İlahəyə vermişdir. İlahə anasına görə aldığı puldan 1.200 manat, Svetlanaya görə aldığı puldan isə 1.700 manat qaytarmışdır. Hazırda İlahənin arvadı və anasından aldığı pullara görə 13.000 manat borcu qalıbdır. Arvadı Svetlana əməliyyat keçirmiş, məhkəməyə gələ bilmədiyi üçün onun vasitəsi ilə məhkəməyə ərizəsini təqdim etmişdir. Anasının rəhmətə getməsinə dair ölüm haqqında şəhadətnamənin surətini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sonuncunun tanışı vasitəsi ilə arvadı Cəmilə İskəndərova ilə birlikdə tanımışdır. Həmin qadının adını xatırlamır. Belə ki, arvadı Cəmilə əvvəllər hərbi zavodda işləmiş, lakin əmək stajına görə təqaüd almır. 2022-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs arvadı Cəmilə zərərli işdə işlədiyi və 52 yaşı tamam olduğu üçün ona 400 manatdan artıq təqaüd alması mümkündür. İlahə həmin təqaüdün verilməsini təmin edəcəyini vəd edərək bunun müqabilində ondan 4000 manat pul istəmişdir. O İlahəyə inanmış, həmin məbləği topladıqdan sonra ona telefonla gəlib pulu götürməsini bildirdikdə sonuncu taksi ilə xx.xx.2022-ci il tarixdə onun yaşadığı ünvan 4 ünvanın qarşısına gələrək onunla görüşmüş və o, İlahəyə 4000 manat pul vermişdir. Bundan sonra ona DOST xidmətindən ərizəsinin qeydiyyata alıniması barədə SMS gəlsə də, bu günədək İlahə vədinə əməl etməmiş, ondan aldadaraq aldığı 4000 manat pulu qaytarmamış, həmin pulu tələb edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsi elan edilərək müəyyən edilmişdir ki, anası Aybəniz Əliyeva uzun müddətdir ki, qocalığa görə pensiya alır. Hər il anasının pensiyası ilə əlaqədar olaraq Mərdəkən qəsəbəsində, Xəzər rayon Sosial Müdafiə fondu şöbəsndən arayış alır. Bu münvalla orada işləyən İlahə Əhimədova ilə tanış olmuşdur. Lakin heç bir əlaqəsi, yaxınlığı olmamışdır. 2022-ci ilin noyabr ayını 18-də İlahə ona zəng edib demişdir ki, anansının aylıq pensiya məbləği səhvən az hesbalandığını, həmin məbləğini 200 manat da artırıb 450 manata çatdıracağını, həm də 3 il ərzində almamış olduğu bu artım məbləğini də birdəfəlik ödəniləcəyini vəd edərək bunun üçün anamın pensiya kartının hesabına 5000 manat pul vəsaiti oturulmalı oldğunu bildirmişdir. O, nəqd pulu olmadığını deyəndə, İlahə pulun əvəzində qızıl istəmiş və kartın balanısa özü pul qoyacağını vəd etmişdir. O da inanaraq ümmumi çəkisi 50 qram olan müxtəlif formalı qızıl əşyalarını Mərdəkan qəsəbəsində Yesenin küçəsində yerləşən «KM» Tibb mərkəzinin qarşısında İlahəyə vermimşdir. Həmin vaxt İlahə bir ay içində onun anasının pensiya kartına 3 ilin artım məbləqləri köçürüləcəyini və növbəti ayda anasının 450 manatdan artıq pensya alacağını vəd etmişdir. Lakin bu vədlərin heç birini həyata keçirəməyərək onu aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs onun kimi Pirallahı qəsəbəsində yaşayır və Pensiya Fondunda işləyirdi. İlahə orada işlədiyi dövrdə həyat yoldaşı Zərərçəkmiş şəxs10 və ona təqaüdün təyin edilməsi prosesində iştirak edib. 2021-ci ilin may ayında Təqsirləndirilən şəxs ona zəng edərək Sosial Müdafiə Nazirliyində onun hesabında 50.000 manat, həyat yoldaşının hesabında isə 5.000 manat olduğunu deyərək 13.500 manat müqabilində pullarının ödənilməsini təmin edəcəyini vəd etmişdir. Onlar bu vədə inararaq xx.xx.2021 Xəzər Rayonu, Zirə qəsəbəsinin girəcəyində İlahəyə 13500 manat vermişlər. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə həyat yoldaşının hesabına 5.000 manat, onun hesabıma isə xx.xx.2021-ci ildə 50.000 manatı köçürüləcəyini, bundan başqa aldıqları təqaüdün məbləğinin də artılacağını bildirmişdir. Lakin qeyd olunan tarixdə Təqsirləndirilən şəxs vəd etdikləri ödənişləri həl etmədiyi üçün o və həyat yoldaşı İlahəyə bununla bağlı narazılıq etmişlər. Bundan sonra İlahə tutulub bir müddət sonra azadlığa buraxılmış və onlara 10 gün dincələndən sonra onların təqaüd məsələsini həll edəcəyini söyləmişdir. Onlar bununla razılaşıb şikayət etməmişlər. Təxminən 1 ay sonra İlahə ona zəng edib təqaüdünün fazilərinin qalxaraq 98.000 manata çatdığını, bir müddət sonra zəng edib həmin məbləğin 118.000 manata çatdığını deyərək hər dəfə onlardan ayrı-ayrı məbləqlərdə pullar almışdır. Bir müddət sonra İlahə ona zəng edərək onun fonddakı pulunun məbləğinin 210.000 manatadək yüksəldiyni deyib ondan əlavə məbləqdə pul almışdır. Lakin sonradan ona və arvadına heç bir pul ödənilmədiyini görüb verdikləri pulları geri istədikdə İlahə müxtəlif bəhanələr gətirib, hazırda guya bankda olduğunu özü pulu bankdan götürüb gətirib təhvil verəcəyini vəd etmiş, sonra isə İlahə zəng edərək guya Sosial Müdafiə Nazirliyində kompyuterin xarab olduğunu, köçürmənin tez olması məqsədi ilə kompyuterin təmiri üçün 1.000 manat verilməli olduğunu deyərək məndən həmin məbləqdə pulu almış, daha sonra isə zəng edib onun mobil telefonuna guya hansısa kodun gələcəyini və həmin kodu özünə bildirməsini tapşırmışdır. Onun mobil telefonuna kodlar gəlmiş, İlahənin tapşırığı ilə təcili bu kodları İlahəyə bildirmişdir. Buna görə də onlar yənə də İlahəyə inanmağa davam etmişlər. Bundan başqa İlahə müxtəlif şəxslərin adlarını çəkərək köçürmələrin tezləşməsi üçün bu şəxslərə də pul verilməli olduğunu deyib ondan müxtəlif miqdarlarda pullar almışdır. Bir müddət sonra İlahə zəng edərək onun təqaüdünün 210.000 manatdan 280.000 manata qalxdığını, bir müddət sonra yeni qayda ilə hesablanıb 300.000 manat, həyat yoldaşına isə 130.000 manat veriləcəyini vəd edərək onlardan müxtəlif miqdarlarda pullar almışdır. Daha sonra isə İlahə ona Beynəlxalq Bankın kassirinin məzuniyyətdə olduğunu və 52 gün sonra işə çıxacağını bildirərək təkrarən ondan X13 adına ərizələr almaqla onlara verdiyi vədlərə inandırsa da, onlara heç bir pul ödənilmədiyini görüb verdiyi pulları tələb etmişdir. İlahə isə müxtəlif vəddlər verərək pul alacaqlarını vəd etmişdir. Buna görə sonradan İlahə hər dəfə pul alan zaman özü bu barədə yazılı ona qəbz vermiş, bir neçə dəfə pul alan zaman Notariat ofisində onunla aldığı məbləqdə borc müqaviləsi bağlamışdır. Bir müddət sonra İlahə ona zəng edərək artıq yeni kofisientlərlə hesablanaraq yoldaşının və onun ümumilikdə bankdan alacaqları məbləğin 700.000 manata çatdığını bildirməklə yenə pul tələb etmişdir. O isə artıq pulun olmadığını deyərək imtina etmişdir. Beləliklə də Təqsirləndirilən şəxs onu və arvadını aldadaraq ümumilkidə 185.000 manat pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs onun tələblərinə əsasən onlardan 150.000 manat pul almasına dair notarial qaydada təsdiq edilmiş sənədidə təqdim etmişdir. Bütün hallarda o pulları İlahəyə Pirallahı rayon ərazisində vermişdir, sonuncu dəfə İlahəyə xx.xx.2023-cü il tarixdə 600 manatı Pirallahı rayonundan DTX-nin inzibati binasının yaxınlığında vermişdir. Təqsirləndirilən şəxs həmişə onunla görüşə maşınla gəlmiş, özünün sürücüsü olmuşdur. Bir neçə halda İlahəyə pulları sürücüsü ilə göndərmişdir. Onlara vurduğu zərərdən Təqsirləndirilən şəxs heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs13 Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin rəisinə yazdığı xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, təxminən 2021-ci ilin sentyabr ayında İlahə adlı şəxsə pensiyasını artırmağı ilə əlaqədar 12000 manat pul və qızıl əşyaları vermişdir. İlahə ina qarşı dələduzluq etdi, verdiyi vədini yerinə yetirmədi, bundan sonra o ona narazılıq edəndə hissə-hissə 4700 manat pulunu geri qaytardı, lakin qızılını və qalan pullarını geri qaytarmamışdır. Xahiş edir İlahə adlı şəxs cinayət məsuliyyətinə cəlb edilsin. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs14 Bakı şəhəri Xəzər RPİ-nin 3cü PŞ-nin rəisinə yazdığı xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, 27 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həyat yoldaşı olan X1 pensiya düzəldəcəyini vəd edərək ondan 4000 manat pul alaraq verdiyi vədə əməl etməyib onu aldadaraq dələduzluq etmişdir. Xahiş edir Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülsün. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 Bakı şəhər Xəzər rayon prokuroruna ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2022-ci ildə İlahə adlı xanım zəng vurub onun sobesdə külli pulunun qaldığını bildirmiş, ondan 11900 manat alıb ki, dövlət rüsumudur, bu pulu dövlətə keçirməlidir ki, pulunu versinlər. İlahə haqqında tədbir görülməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs5 Bakı şəhər Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 2022-ci ilin iyul ayında əvvəldən tanıdığı İlahə adlı qadın özünü Xəzər rayonu CTEK-in əməkdaşı kimi təqdim edərək Zirə qəsəbəsində yerləşən evinə gəlib rəhmətə getmiş ərinə sığorta pulu düzəldəcəyini vəd edərək 1000 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyalarını ondan almış, ona qarşı dələduzluq etmişdir. İlahə adlı qadının cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs4 Bakı şəhər Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixlu ərizəsindən müəyyən olunur ki, 2021-ci ilin may ayında atası X23 riskli təqaüd düzəltmək üçün Mərdəkan qəsəbəsində İlahə adlı qadına 1400 manat nağd pul, 7000 manat dəyərində komplekt qızıl vermiş, lakin İlahə adlı şəxs verdiyi vədə əməl etməyərək, pulu mənimsəyərək ona qarşı dələduzluq etmişdir. Xahiş edir ki, İlahə adlı şəxs cinayət məsuliyyətinə cəlb edilsin. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs12 Bakı şəhər Xəzər RPİ-nin 1ci PŞ-nin rəisinə ünvanladığı ərizəsindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə İlahə adlı qadına anası Əliyeva Aybənizin təqaüdünü artıramq üçün 3500 manat dəyərində qızıl sep vermiş, İlahə sepi qaytarmayaraq ona qarşı dələduzluq etmişdir. Xahiş edir ki, İlahə adlı qadın cinayət məsuliyyətinə cəlb olunsun. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs3 Bakı şəhər Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisinə ünvanladığı ərizəsindən müəyyən olunur ki, İlahə adlı qadın ondan 6500 manat pul alaraq ona pensiya düzəltdirəcəyini vəd etmiş, lakin vədinə əməl etməyərək həmin pulu mənimsəyərək dələduzluq etmişdir. Xahiş edir İlahə adlı qadın cinayət məsuliyytinə cəlb olunsun. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 Bakı şəhəri Nizami RPİ-nin inzibati binasının qarşısında göstərmişdir ki, həmin yerdə İlahə adlı qadına sonuncu dəfə 800 manat pul vermişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs6 Pirməmməd qızının Azərbaycan Respublikası Baş prokurorluğuna ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs özünü ƏƏSMN-nin ekspert təyinat rəhbəri kimi təqdim edərək təqaüdün arıtılmasını sürətləndirmək vədi ilə 2022-ci ilin avqust ayında ayrı-ayrı vaxtlarda o ona üç nəfərin əvəzinə 44500 manat pulu yaşadığı Xəzər rayon Buzovna kəndində vermişdir. Lakin Təqsirləndirilən şəxs vədinə əməl etməmiş, təqaüdü artırmamış, ona verdiyi puldan 1950 manatı qaytarmış, 42500 manat pulunu qaytarmamışdır. Xahiş edir Təqsirləndirilən şəxs cinayət məsuliyytinə cəlb olunsun. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 Bakı şəhər Xəzər rayon prokurorluğuna ünvanladığı xx.xx.2023 –cü il tarixli ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş pensiya məbləği vəsaitinin yenidən hesablanması və artırılması vədi ilə ondan 2022-ci ilin aprel ayında 55000 manat məbləğində vəsait almışdır. Lakin Təqsirləndirilən şəxs vədinə əməl etməmiş, aldığı 55000 manat pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs10 Anatolyevanın Bakı şəhər Xəzər RPİ-nin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs onun və əri X15 aldıqları təqaüd məbləğlərini artırmaq və ötən illərdən yığılmış təqaüdün birdəfəlik verəcəyini vəd verərək 2021-ci ilin may ayından xx.xx.2023-cü il tarixədək olan müddətə onlara qarşı dələduzluq edərək 18500 manat pulunu mənimsəmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs10 tərəfindən təqdim olunmuş, Təqsirləndirilən şəxs ondan 2000 manat alması barədə verdiyi xx.xx.2023-cü tarixli, 2500 manat almsı barədə yazdığı xx.xx.2023-cü il tarixli, 750 manat alması barədə xx.xx.2022-ci il tarixli, 150000 manat alması barədə verdiyi qəbzlər, xx.xx.2022, xx.xx.2023-cü il, xx.xx.2023-cü il , xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli hər biri notarial qaydada təsdiq olunmuş kredit müqavilələri cinayət işinə əlavə olunmuş və maddi sübut kimi tanınmışlar. Məhkəmədə elan edilib araşdırılmış ibtdai araşdırma orqanın “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Zərərçəkmiş şəxs10 185 manat deyil 20000 manat alması, Zərərçəkmiş şəxs3 6500 manat deyil 4300 manat alması, Zərərçəkmiş şəxs4 21000 manat deyil 8.000 manat və 3.000 manat dəyərində qızıl zinyət əşyaları alması, Zərərçəkmiş şəxs5 4300 manat dəyrində deyil cəmi 1000 manat dəyərində qızıl əşəyaları alması, Zərərçəkmiş şəxs12 50 qram çəkidə müxtəlif qızıl əşyalarını 5000 manat əvəzində deyil 2000 manat əvəzində alması, Emilya Abdullayevdan 3.680 manat, 1 ədəd qızıl üzüklə 1 ədəd qızl üzük-sırğa dəsti deyil 3000 manat pul və 700 manat dəyərində qızıl komplekt alıması barədə göstərdiyi xüsusatlar obyektiv iş materialları ilə təsdiq olunmadığına və təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıdığına görə rədd edilmişdir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanının qeyd olunan qərarı cinayət işinin hallarına uyğun olaraq qanunidir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xx.xx.2022-ci il, xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli qəbzlərdən müəyyən olunur ki, o Zərərçəkmiş şəxs10 ardıcıl olaraq 750 manat, 2500 manat və 2000 manat borc adı ilə almış, borcunu göstərdiyi tarixlərdə ödəyəcəyini göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs tarixi göstərilməyən qəbzindən müəyyən olunur ki, o Zərərçəkmiş şəxs10 aldığı 150000 manat pulu 21 mart 2023-cü ilədək ödəyəcəkdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs10 Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə ünvanladığı ərizəsindən müəyyən olunur ki, o ötən illərə görə ona hesablanmış təqaüd məbləğinin ödənilməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış Şahid Azərbaycan Beynəlxalq Bankı rəhbərliyinə ünvanladığı ərizəsindən müəyyən olunur ki, o ötən illərə görə ona hesablanmış təqaüd məbləğinin ödənilməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış Kredit müqaviləsindən müəyyən olunur ki, həmin müqavilə Zərərçəkmiş şəxs10 və Təqsirləndirilən şəxs arasında xx.xx.2022-ci il tarixdə ona görə bağlanmışdır ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs 2500 manat borc pul verir və Təqsirləndirilən şəxs bu məbləği xx.xx.2022-ci il tarixədək qaytaracağına öhdəlik götürüb. Məhkəmədə elan edilib araşdırılmış e-manat ödəmə terminalının xx.xx.2023-cü il tarixli qəbzindən Təqsirləndirilən şəxs kartına 650 manat pulun, xx.xx.2023-cü il tarixli qəbzindən onun kartına 1000 manat pulun, xx.xx.2023-cü il tarixli qəbzindən onun kartına 1300 manat pulun, xx.xx.2023-cü il tarixli qəbzindən 2000 manat pulun, xx.xx.2023-cü il tarixli qəbzindən onun kartına 2300 manat pulun, xx.xx.2023-cü il tarixli qəbzindən Təqsirləndirilən şəxs kartına 2000 manat pulun ödənilməsi müəyyən edilir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs10 Anayolyevna ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli kredit müqavilələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lyubov Anatolyevnadan müvafiq olaraq 4000 manat, 2000 manat, 3000 manat, 1850 manat, 1500 manat, 5000 manat, 1500 manat, 4500 manat, 2500 manat, məbləqlərdə borc almış, borc aldığı ay ərzində həmin məbləqləri qaytaracağına dair öhdəliklər götürmüşdür. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs11 Bakı şəhəri Xəzər RPİ-nin rəisinə ünvanladığı 06 may 2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayında ona anasının aldığı pensiya məbləğlərinin artırılması və əvvəlki 3 il ərzində bu artımı cəmi məbləğinin birdəfəlik ödənilməsini təşkil edəcəyini vəd edib, aldadaraq yaşadığı evdə cəmi 12950 manat pulun alıb ələ keçirmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs9 Bakı şəhər Xəzər RPİ-nə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2022-ci ildə avqust ayında onun mərhum anası Samoylova Natalyanın pensiyasının sığorta hissəsinin 36302,12 manat almağına və onun aldığı pensiyanı 104,49 manat artmasına və sığorta hissəsindən 17622,10 manat pulun tezliklə alınmasında köməkliyini təklif eləyib aldadaraq 9700 manat pulunu ələ keçirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs 1700 manat pulunu aytarmış, 8000 manat pulunu qaytarmır. Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlərin görülməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış mərhum Zərərçəkmiş şəxs8 Nikolayevanın ibtidai araşdırma orqanına verdiyi xx.xx.2023-cü il tarixli ifadəsindən müəyyən olunur ki, 2022-ci ilin avqust ayının əvvələrindən gəlini Yekaterina Samoylovanın qonşusu olmuş Təqsirləndirilən şəxs ona zəng edib Svetlananın mərhum anasına ödənilməyən pensiyasının məbləğinin sığorta hissəsinin arıtılması, örən illərə görə bu artımın bir dəfəlik məbləğini ödəmək üçün, həmçinin onun mərhum ərinin işlədiyi dövrdə yığılan sığorta məbləğin bir neçə dəfə artırıb ona verməsinə görə 2000 manat ondan almış, növbəti ay ərzində İlahə ondan əlavə olaraq 1500 manat, 2022-ci ilin sentyabr ayında ondan əlavə olaraq 1500 manat, 2022-ci ilin oktyabr ayının ortalarında əlavə olaraq İlahə ondan 1000 manat istəmiş, o da ona yaşadığı evində 2 ədəd 583 əyarlı zümrüd qaşlı qızıl-sırğa dəstlərini və 200 manat pulu vermişdir. İlahə onu aldatdığı üçün pulların geri tələb etmiş və İlahə ona hissə-hissə 1200 manat pul qaytarmışdır. Məhkəmədə elan edilib araşdırılmış WİSE onlayn saytının xx.xx.2023-cü il tarixinə olan məlumatına əsasən bu günə olan məzənnəyə uyğun olaraq 1 ABŞ dolları 1,70 manata bərabər olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqlnda” 28 aprel 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 13:00-da Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bu qərarın məzmunundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul edərək bildirmişdir ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qaytarılmasını istəyir, ona görə mülkiyyətində torpaq sahəsi var və azadlıqda qaldığı təqdirdə torpaq sahəsini satıb dəymiş ziyanı qaytaracaqdır. Məhkəmədə elan edilib araşdırılmış müdafiəçisinin iştirakı ilə ibtidai araşdırma zamanı verdiyi 29 aprel 2023-cü il tarixli ifadəsində Təqsirləndirilən şəxs ona CM-nin 178.3.2-ci maddəsilə verdiyi ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Əmək və Sosial Müdafiə Nazirliyi yanında Sosial Müdafiə fondunun Xəzər rayon şöbəsində, daha sonra isə Pirallahı rayon şöbəsində məsləhətçi mütəxəssis işləmişdir. 2015-ci ildə həyat yoldaşından rəsmi ayrıldıqdan sonra övladı onun himayəsində qalır. İşlədiyi dövürdə Xəzər rayonunda və başqa yerlərdə yaşayan tanışları üçün pensiya məbləğinin artırılması və ya pensiya təyin olunması məqsədi ilə müxtəlif miqdarlarda pullar almışdır. Lakin onların işlərini həll edə bilməmişdir. Aldığı pulları ilə özü üçün ehtiyaclarına xərclədiyinə görə həmin şəxslər Pirallahı, Nərimanov Rayon Polis İdarələrinə və Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmişlər. Həmin polis idarələrində müxtəlif vaxtlarda barəsində cinayət işi başlanılıb və baxılması üçün Məhkəmyə göndərilmişdir. İstintaq və Məhkəmə zamanı zərərçəkmiş şəxslərin pullarını qaytarmalı olduğuna pul əldə etmək üçün qərara almışdır ki, yenə də tanıdığı şəxslərə guya onlar üçün yüksək məbləqdə pensiya təyin etdirəcəyini və ya təyin edilmiş pensiya məbləğinin artıracağını vəd edib aldadaraq pullar almış, əvvəlki zərərçəmişlərin pulların qaytarsın, sonuncuların pullarını isə bir müddət vaxt qazanaraq sonra qaytarar. Beləliklə də, ilk dəfə 2019-cu ilin iyun ayında əvvəldən tanıdığı Zərərçəkmiş şəxs3 ilə Mərdəkan qəsəbəsində “Dəniz” restoranın yanında görüşərək onun üçün 5500 manat məbləğində pensya təyin etdirəcəyini vəd edib razılığını aldıqdan sonra Zəmzə Xəlilovdan 2019-cu ilin iyun ayında dəqiq xatırlmadığı tarixdə Mərdəkan qəsəbəsində stansiya adlanan yerdə ona 1000 manat, avqust ayında həmin yerdə 1000 manat, oktyabr ayında Mərdəkan qəsəbəsində yerləşən Dəniz restoranının yanında 3700 manat, pul almışdır. Sonra Həmzəyə zəng edib işinin 6500 manata düzələcəyini bildirərək ondan 1000 manat pul istəmiş, Həmzə isə 800 manat verə biləcəyini və hazırda Nəsimi rayon İcra Hakimimiyyəti yanında olduğunu bildirmişdir. O, taksi sürücüsü olan Ramini oraya Həmzənin yanına göndərib 800 manatı alaraq özünə gətizdirmişdir. Aldığı pulları özünün ehtiyaclarına xərcləyərək Həmzənin peniya təyinatı üçün heç bir iş görməmişdir. Həmzə məsələnin uzandığını görüb aldadıldığını başa düşərək ondan pullarnı tələb etdikdə o, Həmzəyə 1740 manatını qaytarsa da, qalanını imkanı olmadığına görə qaytara bilməmişdir. Bundan başqa 2021-ci ilin may ayının ortalarında əvəldən pensiyasını özü sənədləşdirdiyi Ağaəli adlı şəxsin vasitəsi ilə Zərərçəkmiş şəxs4 ona müracət edərək atasının "xxxx" şirkətində zərərli işdə işlədiyinə görə muavinat kəsilməsini istəmişdir. O, 15000 manata bu məsələni həll edəcəyini vəd edərək Hüseyni inandırmış və sonuncudan həmin ilin okytabr ayında dəqiq xatırlamadığı tarixdə Mərdəkan qəsəbəsində 10.500 manat pul noyabr ayının ortalarında xatırlamadığı tarixdə Mərdəkan qəsəbəsində 3500 manat dəyərində müxtlif qzıl əşəyları almışdır. O, həmin əşyaları sataraq əldə etdiyi pulu özünün ehtiyaclarına və borclarının ödənilməsinə sərf etmişdir. Bundan başqa 2021-ci ilin sentyabr ayında əvvəldən tanıdığı Zərərçəkmiş şəxs13 özünün dövlət sosial müdafiə fondunda işldədiyini və yüksək məbləqdə pensiya təyin etdirəcəyini, əlil oğlunun aldığı təqaüdünün artırılacığını vəd edərək bunun üçün ondan 15000 manat pul verməli olduunu bildirərək bu məsələni 2-3 ay ərzində həll edəcəyini vəd etmişdir. Gülxanım onunla razılaşaraq sentyabr ayını ortalarından oktyabr ayını sonlarınadək olan müddət ərzində özünün yaşadığı evində ona müxtəlif miqdarlarda pullar vermişdir. Həmin pulların ümumi miqdarı 12000 manatdır. Sonra isə Gülaxanım artıq nəqd pulu olmadığını deyərk ona 1000 manat dəyərində qiymətləndirdiyi 1 cüt sırğa və 2 ədəd üzüklər vermişdir. O, bu əşyaları satıb əldə etldiyi pulları, aldığı nəqd pullar kimi özünün ehtiyaclarına və müxtəlif şəxslərə olan borclarının ödənməsinə sərf etmişdir. Xeyli müddət keçsə də, Gülxanım pensya almadığını görüb aldadıldığını başa düşərək ondan pullarını qaytarmasını tələb etmişdir. 2022-ci ildə hər ay Gülxanıma 400-500 manat pul ödəyərək təxminən 5000-nə yaxın pul qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 əvvldən tanıyır, belə ki, Alekseyin atasının aldığı təqaüdün rəhmətə getdikdən sonra anasının adına sənədləşdirilməsinə köməklik göstərmişdir. 2022-ci ilin aprel ayının ortalarında Alekseyə zəng edib atasının işlədiyi illərdə almalı olduğu pulları fondda qaldığını, 8000 manat müqabilində həmin pulların geri, yəni Alekseyə ödənilməsinə kəməklik edəcəyini vəd etmişdir. Aleksey inanaraq onunla Mərdəkan qəsəbəsində görüşüb ona 8000 manat pul vermişdir. Bir neçə gündən sonra isə yenidən Alekseyə zəng edib demişdir ki, onun özünə pensiya təyin edilməsini, atasının pensiya məbləğinin daha da artırılmasını təmin edə bilər və bu məsələlərin həlli üçün 30000 manat pul istəmişdir. Aleksey inananaraq Mərdəkan qəsəbəsində onunla görüşərək 26.000 manat pul vermişdir. Bundan bir neçə gün sonra isə Alekseyə yenidən zəng edib ödəniləcək pensya faizlərinin daha da artıra biləcəyini vəd elərək bunun üçün 10.000 manat lazım olduğunu bilidrmiş, Aleksey yenə də ona inanaraq aprel ayının 25-də Mərdəkan qəsəbəsində ona 10.000 manat vermişdir. Bundan təxminən 3-5 gün sonra 2022-ci ilin aprel ayının son günlərindən yenidən Alekseyə zəng edib təqaüd məbləğinin artılacağını yalandan vəd edərək əlavə 5.000 manat lazım olduğunu deyərək həmin tarixdə Mərdəkan qəsəbəsində sonuncudan 5000 manat almışdır. Həmin pulla da digərləri kimi özünün şəxsi ehtiyaclarına və borclu olduğu şəxslərə ödənilməsinə sərf etmişdir. Bundan başqa 2022-ci lin iyul ayında əvvəldən tanıdığı Zərərçəkmiş şəxs2 guya yeni qanuna əsasən onun pensiyasının məbləği artırıldığını və pensiya fondunda onun külli miqdarda pulu qaldığını bildirərək 12000 manata bu pulun ödənilməsini təmin etdirəcəyini vəd etmişdir. Gülnarə inanaraq razılaşıb həmin ayın ərzində xatırlamadığı tarixlərdə Xəzər rayonu Zirə qəsəbəsində “Dan Ulduzu” mağazasının yanında ona ümumilikdə 11900 manat pul vermişdir. O, həmin pulu da, əvvəl aldadaraq pul adığı şəxslərə borclarını qaytarmaqla Gülnarəyə vəd etdiyi işi görməyərək onu aldatmışdır. Bundan başqa 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs5 mərhum ərinin ölümü ilə bağlı olaraq övladlarına yüksək məbləğdə müavinat ödənilməsini təşkil edəcəyini vəd edərək bu məsələnin həlli üçün 2000 manat istəmişdir. Nailənin mərhum ərinin pensiyasının sənədləşməni özü olduğuna Nailə bu yalan vədlərinə inanaraq 2022-ci ilin iyul ayının ortalarında ona Zirə qəsəbəsində yaşadığı evində 1000 manat, bir neçə gün sonra isə Nailə nəğd pulu olmadığını deyərək qalan 1000 manatın əvəzində 1 ədəd sünbül formalı qızıl qol saatı və 1 cüt qızıl uşaq sırğaları vermişdir. O, həmin əşyaları sataraq əldə etdiyi pulu özünün ehtiyaclarına xərcləmişdir. Nailəyə verdiyi vədlə bağlı heç bir iş görməmişdir. Bundan başqa 2022-ci ilin noyabr ayında əvvəldən anasının pensiya rəsmiləşdirməsini apardığı Zərərçəkmiş şəxs12 zəng edib guya yeni hesablanma qaydasına əsasən anasının aldığı persiyanı məbləğini 200 manat artırılıb 450 manat edəcəyini, həmçinin bu artımıın əvvəlki 3 illik məbləğini birdəfəlik ödətdirəcəyini vəd edərək bildirmişdir ki, bunun üçün anasın pensiya kartına 5000 manat pul olmalıdır ki, bu əməliyyatları həyata keçirtsin. Şahin pulu olmadığını deyərək əvəzində ona qızıl əşyaları təklif edərək bir neçə gündən sonra Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən “KM” Tibb mərkəzinin yanında ona ümumilikdə 50 qram çəkidə olan müxtəlif qızıl əşyaları vermişdir. O da həmin əşyaları sataraq özünün ehtiyaclarına xərcləmişdir. Bundan başqa X7 əvvəllər onun atası ilə bir yerdə işlədiyinə görə tanımış, Emilyanın vasitəsi ilə sonuncunun rəfiqəsi olan Zərərçəkmiş şəxs6 tanımışdır. 2022-ci ilin avqust ayının əvvəlində o, Klaraya zəng edib demişdir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ekspert təyinat rəhbəri vəzifəsindən işləyir, yeni çıxmış qanuna görə onun aldığı pensiya məbləğini 200 manat artırılmasını və bu artımın əvvəlki 3 il ərzində olan məbləğinin birdəfəlik şəkildə ödənilməsini təmin edə bilər. Halbu ki, həmin ərəfədə artıq əvvəlki işindən azad olunaraq heç bir yerdə işləməmişdir. Klaraya vəd etdiyi işin həll olunması üçün 8000 manat pul lazım olduğunu deyərkən Klara razılaşmış hətta bacısını əri Nəsibov Polada və başqa bir rəfiqəsi üçün də belə işlər görməsini istəmişdir. Bundan sonra 2022-ci ilin 22 sentyabr ayına kimi, Klara, özünün yaşadığı Buzovna qəsəbəsində yerləşən evində ona müxtəlif məbləqlərdə pullar vermişdir. Həmin ərəfədə o, Klaraya pensiya məbləğinin əvvəl vəd etdiyindən də artıq olacağını yalandan söyləyərək əlavə pullar almışdır. Ümumilikdə Klaradan 44.500 manat almışdır. Sonradan Klara onun vəd etdiyi artımların və ödənişlərin olmadığını görüb aldadıldığını başa düşərək ondan pullarını tələb etməyə başlamış və o, Klaraya 1950 manat pul qaytarmışdır. Bundan başqa Emilyaya da eyni vədlər verərək ondan 1 dəfə 2000 manat, 1 dəfə 1000 manat, 1 dəfə 400 ABŞ ldolları, 1 ədəd brilyant qaşlı üzük və 1 ədəd brilyant qaşlı üzük-sırğa dəsti vermişdir. O həmin qızılları lombarda qoyub pul götürmüş və aldığı nəğd pullarla birlikdə hamısını özünün ehtiyaclarına və borclarının qaytarılmasına sərf etdmişdir. Sonradan Emilyanın 1000 manata pulunu və üzük sırğa dəstini qaytarmışdır. Bundan başqa X12 da, aldadaraq ona həyat yoldaşı Cəmilə İsgəndərovaya pensiya təyin etdirəcəyini vəd edib bu məsələnin həlli üçün sərf olunacağı bəhanəsi 4000 manat pul istəmişdir. Tahir İsgəndərov ona inanaraq razılaşıb 2022-ci ilin dekabr ayının son günlərində onun yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən evində ona 4000 manat pul vermişdir. Həmin pulun bir hissəsini özünün ehtiyaclarına ödəyərək, qalan hissəsi ilə borclarının bir hissəsini qaytarmış, lakin Cəmilənin pensiyası ilə bağlı heç bir iş görməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs10 və onun əri Şahid Xəzər rayon sosial müdafiə şöbəsində işlədiym vaxtdan tanıyaraq onların pensiya və təqaüdlərin alınması üçün məsləhətlər vermiş, müəyyən köməkliklər göstərmişdir. 2021-ci ilin may ayında isə Lyubova əri Vladimirin hesabında 50.000 manat özünün hesabında isə 5.000 manat olduğunu deyərək bu məbləğin bir dəfəlik şəkildə ödətdirəcəyini deyərək onları aldadıb Xəzər Rayonu, Zirə qəsəbəsinin girəcəyində Lyubovdan 13500 manat pul almışdır. Bundan sonra da 2023cü ilin mart ayının sonlarınadək bir neçə dəfə Lyubova guya Valdimirə ödəniləcək məbləğin faiz dərəcələrinin yüksəldiyini və alacağı məbləğin daha da artıracağımı, onların xeyrinə daha sərfəli hesablama aparacağnmı vəd etməklə, yaxud guya bu işlərin alınması üçün sərəncam verməli olan səlahiyyətli şəxslərə ödənməsi məqsədi ilə və başqa bəhanələr gətirərək onlardan müxtəlif vaxtlarda müxtəlif miqdarlarda pullar alaraq ümumilikdə 20000 manat pul almışdır. Son vaxtlar Lyubov və Vladimir məsələnin uzanmasından narazılıq edərək ondan şübhələnməyə başlamış və və bir nçeə dəfə pulu imzaladığı qəbzlər əsasında və ya notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi əsasında vermişdir. Həmin qəbzlərdə də, aldığı pulu tezliklə qaytaracağını öhdəsinə götürdüyünü qeyd etmişdir. Həqiqətdə isə bu pulları borc olaraq deyil guya onların hesabına külli miqdarda pul keçirilməsini təmin edəcəyini yalandan vəd edərək almışdır. Bir neçə dəfə Lyubov mənim bank kartıma da müxtəlif miqdarlarda pullar mədaxil etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs9 onunla orta məktəbdə bir sinifdə oxumuş onu uşaqlıqdan tanıyır və İİİ dərəcəli skolioz diaqnozu ilə əlilliyə görə muavanat aldığını bilmişdir. Son 20 ildir ki, heç bir əlaqəmiz yox idi. 2022-ci ilin avqust ayının sonlarında yenə də pula ehtiyacı olduğuna görə Svetlananın evinin telefon nömrəsini öyrənib ona zəng edərək yalandan demişdir ki, vəfat etmiş anası Samoylova Natalyanın pensiyasının sığorta hissəsinin 36302,12 manat və özünün aldığı pensiyanı 104,49 manat və sığorta hissəsindən 17622,10 manat artırılmasını təmin edəcək və bu işlərin görülməsi üçün ona 5000 manat verməlidir. Svetlana da inanıb razılaşaraq bir neçə gündən sonra Buzovna qəsəbəsində poçt şöbəsinin yanında ona 3000 manat vermişdir. Bir neçə gündən sonra isə yenə də Svetlana ilə həmin yerdə görüşərkən ona 2000 manat pul vermişdir. Həmin ərəfədə Svetlanını qayınanası Zərərçəkmiş şəxs8 da, indiyə qədər ailə başçısını itirdiyinə görə təaqüd aldığını bilmiş və onun evinin nömrəsini özüm öyrənərək özü Marinaya zəng edib yaşadığı Büzovna qəsəbəsində yerləşən evinə gedərək görüşmüş, Marinaya yalandan təklif və vəd etmişdir ki, ailə başçısını itirməyə görə aldığı muavinatın sığorta hissəsinin 23000 manat hesablatdırıb, bu məbləği birdəfəlik ödətldirə bilər. Bu işi görməyi üçün ona 2000 versin. Marina razılaşmış və növbəti gün onu yaşadığı evin qarşasına çağırıb orada 2000 manat pul vermişdir. Aldığı pulu özünün ehtiyaclarına xərcləmişdir. Bir neçə gündən sonra yenidən Marinaya zəng edib yalandan demişdir ki, muavinatın sığorta hissəsinin məbləğini daha da artıra bilər və daha çox pul ala bilər, bunun üçün əlavə 1000 manat verməlidir. Marina bu dəfə də ona inanaraq yaşadğıı evinin qarşsında ona 1000 manat pul vermişdir. O, Marinanını da digərləri kim aldadaraq ondan aldığı pulları özünün ehtiyaclarına və digər şəxslərə olan borcumun qaytaralıasına sərf edərək heç bir iş görməmişdir. Bir müddət sonra Marina aldadıldığını görüb pulunu istəməyə başlamış və bu vaxtadək ona 1000 manat qaytarmışdır. Bundan başqa bildirirəm ki, həqiqətən Zərərçəkmiş şəxs11 də eyni qaydada aldadaraq onu 12950 manat pulunu ələ keçirmişdir. Belə ki, əvvəllər, Xəzər rayon sosial müdafiə şöbəsində işələyərkən Sergeyin anasının, atasını və babasının pensiya təyinatlarının sənədləşməsində iştirak emişəm, bəzi köməkliklər göstərmiş və inamlarını qazanmışdır. Əvvəldən qeyd etliyi səbəblərdən pula ehtiyacı olduğuna görə Sergeyi də aldadaraq pul ələ keçirmək qərarına gələrək 2021-ci ilin noyabr ayında onların evinə getmiş və Sergeyə anasının 2004-cü ildən əlilliyə görə aldığı pensiya məbləğinin həcmini hazırda pensiya yaşına çatması ilə bağlı daha da artıracağını və bu artımın əvvəlki 3 il müddətinə olan həcmini bir dəfəlik ödənməsini təmin edəcəyini vəd etmiş və bildirmişdir ki, həmin pul təxminən 45.000 manat olacaq və həmin ilin sonunadək alacaqdır. Bunun üçün Sergeydən 5300 manat istəmişdir ki, bəzi məsələləri həll etsin. Sergey ona inanaraq razılaşmış və bir neçə gündən sonra onu evlərinə çağırıb orada ona 5000 manat pul vermişdir. Bundan bir həftə sonra yenidən Sergeygilin evinə gedib ona yalandan demişdir ki, anasının alacağı 45000 manatı artırıb 73.000 edə bilər və bu məsələ üçün ona əlavə 4000 manat verməlidir. Sergey yenə də inanaraq bir neçə gündən sonra özünün yaşadığı evində ona əlavə 4000 manat pul vermişdir. Digərlərinin pulu kimi Segeydən aldığım pulları özünün ehtiyaclarına xərcləyərək, verdiyi vədlə bağlı heç bir görməmişdir. Odur ki,2021-ci ilin dekabr ayının sonlarına çatanda Sergey ondan nəticə tələb etməyə başlamışdır. O, yalandan demişdir ki, artıq işlər başlanıb, sənədləşmə gedir, ancaq tezləşməsi üçün bir nəfər rəhbər şəxsə əlavə 2000 manat verilməlidir. Sergey inanaraq 2022-ci ilin fevral ayında evlərində ona 2000 manat vermişdir. Bundan 3-4 ay keçsə də o, müxtəlif bəhanələr gəirib köçürmənin hələ alınmadığını Sergeyə bildirmişdir. Sonuncu dəfə isə yenə də yalandan pulun köçürülməsi üçün 550 manat pul lazım olmaıs bəhanəsi ilə Sergeydan 550 manat pul istəmiş və sonuncu Milliön ödəmə terminalı vasitəsi ilə onun Kapital banka aid kartıma 550 manat pul ödəmişdir. Bundan sonra o aldadıldığını başa düşüb ondan pulunu tələb etsə də, ona pul qaytarmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair tələbnamədən, məhkəmə hökm və qərarların surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Pirallahı RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-nin 178.3.2-ci maddəsi ilə CM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, bundan başqa Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Bundan başqa Bakı şəhəri Pirallahı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləni törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bundan başqa Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Bundan başqa Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 69-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdən 17 dekabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində 1 (bir) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 1(094)-7/2022 saylı 25 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və indiyədək çəkilməmiş qalan 1 (bir) il 4 (dörd) ay 3 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 1 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 8 (səkkiz) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilmiş və cəzaçəkmənin əvvəli 01 iyun 2023-cü il tarixdən hesablanmışdır. Bundan başqa Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair 1(003)-5/2023 saylı, 01 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamın zərərçəkmiş şəxs X6 qarşı dələduzluq epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyindən, bu epizodu üzrə ona qarşı cinayət təqibinə xitam verilmiş, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamın zərərçəkmiş şəxs X8 qarşı dələduzluq epizodu üzrə “təkrarən” müddəası çıxarılsın və Azərbaycan Respublikası CM-75.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs verilmiş ittihamın bu epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyindən, ona qarşı cinayət təqibinə xitam verilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamın zərərçəkmiş şəxs X14 qarşı dələduzluq epizodu üzrə “təkrarən” müddəası çıxarılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi hökmdən xaric edildi. Təqsirləndirilən şəxs üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 1(094)-7/2022 saylı 25 fevral 2022-ci il tarixli hökmü il təyin edilmiş və indiyədək çəkilməmiş qalan 1 (bir) il 4 (dörd) ay 3 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 1 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 8 (səkkiz) ay 1 (bir) gün müddətə azadlqıdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdən 17 dekabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində 01 (bir) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bundan başqa Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2- və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Azərbaycan Respuvblikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 09 ay müddətə azadlqıdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Xəzər RPİ-də istintaqı aparılmış cinayət işi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu, cəmi 01 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 08 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən verdiyi şikayət təmin edilməmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2023-cü il tarixdən hesablanmışdır. Əlavə olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 31312/2-97646/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində məhkumluğa dair arayış xx.xx.2024-cü il tarixdə tərtb edilmiş və barəsində Bakı şəhər Xəzər rayon Polis İdarəsi tərəfindən istintaq edilərək Azərbaycan Respublikasının 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək xx.xx.2023-cü il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilən cinayət işi, Bakı şəhər Binəqədi rayon Polis İdarəsi tərəfindən istintaq edilərək Azərbaycan Respublikasının 178.2.4-cü maddəsi ilə təqsirləndirilərək xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilən cinayət işi, Bakı şəhər Xəzər rayon Polis İdarəsi tərəfindən istintaq edilərək Azərbaycan Respublikasının 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilərək xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilən cinayət işi barəsində hökm çıxarılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərəd tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-75/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixdək şübəhli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, təqisləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya tələbindən imtina etdiyindan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2610/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində Təqsirləndirilən şəxs barəsində olan məlumatlardan müəyyən olunur ki, o xx.xx.1979-cu il təvəllüdlü olmaqla himayəsində xx.xx.2013-cü il təvəllüdlü oğlu X24 vardır, onun adına avtomobil və mülkiyyətində olan daşınmaz əmlakı yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etdiyi əməllərdə təqsirliliyi qismən məhkəmə baxışı zamanı verdiyi ifadələri ilə təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində dələduzluq edərək, özünün əvvəllər Əmək və Sosial Müdafiə Nazirliyi yanında Sosial Müdafi Nazirliyi yanında Sosial Müdafiə fondunun Xəzər rayon şöbəsində işləməsini əksər zərərçəkmiş şəxslərin bildiyini istifadə edərək onlara və ya onların qohumlarına təqaüdün təyin edilməsi və ya aldıqları təqaüdləri, təqaüdlərin sığorta hissəsini və ya əvvəlki illər üzrə toplanmış təqaüdün artımını təşkil edən məbləqləri artırmağa və ödəməyi yalandan vəd edərək Zərərçəkmiş şəxs2 8000 manat pul, Zərərçəkmiş şəxs5 3000 manat pul, Zərərçəkmiş şəxs6 200 manat pul, Zərərçəkmiş şəxs7 1500-1700 manat pul, Zərərçəkmiş şəxs1 3800 manat pul, zərərçəkmiş Lyubov Bokovodan 20 000 pul, Zərərçəkmiş şəxs13 10000 manat pul, zərərçəkmiş şəxs Sergey Uryipindən 12950 manat pul, Zərərçəkmiş şəxs3 4300 manat pul, Zərərçəkmiş şəxs4 8000 manat pul və 3000 manat dəyətində qızıl-zinət əşyalarını, Zərərçəkmiş şəxs9 8000 manat pul, Zərərçəkmiş şəxs14 4000 manat pul almasını etiraf etmiş, lakin məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs onlardan aldığı pul məbləğləri və bəzi hallarda qızıl-zinət əşyalarını dəyərinin azaldılması ilə razılaşmayaraq ifadələrində: -Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə 11900 manat pul aldığını və qaytarmadığını; -Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə 5300 manat pul aldığını və yalnız 250 manatı qaytardığını; -Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə 44500 manat pul aldığını və yalnız 1950 manatını qaytardığını; -Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə 3000 manat pulu, 400 ABŞ dolları və 6500 manat dəyərində qızıl-zinət əşyaları aldığını və yalnız 6000 manatını qaytardığını; -Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə 54450 manat pul aldığını və yalnız 500 manatını qaytardığını; -Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə 17800 manat pul aldığını və ona bu puldan heç nə qaytarmadığını, istintaqa Təqsirləndirilən şəxs dələduzluq əməlini təsdiq edən sonuncunun ondan aldığı pullara görə verdiyi qəbzlər, kredit müqavilələri, kartına pul məbləğlərinin köçürülməsinə dair terminalın qəbzlərini təqdim etməsi ilə; -zərərçəkmiş şəx Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə 8000 manat pul və 1000 manat dəyərində qızıl-zinət əşyaları aldığını və yalnız 4700 manatını qaytardığını; -Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə 12950 manat pul aldığını və qaytarmadığını; -Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə 6500 manat pul aldığını və yalnız 1740 manatını qaytardığını; -Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə 14000 manat pul və 7000 manat dəyərində qızıl-zinət əşyalarını aldığını v heçnə qaytarmadığını; -zərərçəkmiş şəxs Nümayəndə2 Təqsirləndirilən şəxs onun mərhum anası Zərərçəkmiş şəxs8 və arvadı Zərərçəkmiş şəxs9 dələduzluq yolu ilə müvafiq olaraq 6000 manat pul və 9700 manat pul aldığını və yalnız 2900 manat pul qaytardığını; -Zərərçəkmiş şəxs14 Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə 4000 manat pul aldığını və qaytarmadığını göstərmişlər. Zərərçəkmiş şəxslərin ifadələrini onların hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələri ilə, Zərərçəkmiş şəxs3 iştirakı ilə onun Təqsirləndirilən şəxs təqdim etdiyi yerə baxış protokolu ilə də təsdiq olunmaqla onların ifadələrinin həqiqi olduğu sübut etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs8 xx.xx.2023-cü il tarixdə “ağ ciyər ürək çatışmazlığından ölməsi barədə Ölüm haqqında şəhadətnamənin surəti, Zərərçəkmiş şəxs8 əri: X18 (xx.xx.1962-ci il təvəllüdlü, vəfat edib xx.xx.2015-ci il tarixdə); oğlu Nümayəndə2 (xx.xx.1999-cu il təvəllüdlü) barəsində arayışı, Zərərçəkmiş şəxs8 bütün hüquqi səlahiyyətlərinin oğlu Nümayəndə2 verilməsinə dair xx.xx.2023-cü il tarixli etibarnaməsi cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs8 hüquqi varisi olan Nümayəndə2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək ona vurulmuş maddi ziyana görə 42550 manat pulun və mənəvi ziyana görə kompensasiya olaraq 2000 manatın mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs6 Pirməmmədovaya verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 Andreyeviç Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək ona vurulmuş maddi ziyana görə 55000 manat pulun və mənəvi zərərə görə kompensasiya olaraq 3000 manatın mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb ona verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi onunla Təqsirləndirilən şəxs telefon danışıqlarını əks etdirən CD diskdən də müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Andreyeviçin anasının pensiya məsələsinə görə 8000 manat, dostu Oleq Xorinin pensiya məsələsinə görə 10000 manat, dostu Rövşənin pensiya məsələsinə görə 20000 manat, Rövşənin atası Həsənin pensiya məsələsinə görə 16000 manat pul, sonuncu dəfə isə 2022-ci ilin iyun ayının 2-də Təqsirləndirilən şəxs ondan 1500 manat olmaqla, ümumilikdə 55500 manat pul almışdır. Məhkəmədə həmin CD diskdəki səs yazıları tədqiq edilmiş və CD diskdəki məlumatlar sübut əhəmiyyətli olduğu üçün həmin CD disk sübut növü kimi cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək ona vurulmuş maddi ziyana görə 8300 manat pulun, mülki iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103 manat məbləğinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs13 tədqiq edilmiş, onların mülki tələblərin məbləğlərinin Təqsirləndirilən şəxs verilmiş ittihama uyğun olması nəzərə alınmaqla həmin mülki iddiaların təmin edilməsi, eyni zamanda Zərərçəkmiş şəxs6 mənəvi ziyana görə tələb etdiyi 2000 manat, Zərərçəkmiş şəxs1 mənəvi ziyana görə tələb etdiyi 3000 manat, Zərərçəkmiş şəxs13 isə dövlət rüsumu məbləği olan 103 manat pulun Təqsirləndirilən şəxs tutulması barədə tələbləri əsaslı və qanuni olmaqla təmin edilməsi zəruridir.Digər zərərçəkmiş şəxslərə mülki-mühakimə qaydasında yerli məhkəməyə mülki iddia vermək hüquqları izah edilməlidir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs11 məhkəməyə təqdim etdiyi Təqsirləndirilən şəxs ilə telefon danışıqlarının çıxarışlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs11 ayrı-ayrı tarixlərdə pul məbləğlərinin onun bank kartına köçürülməsini israrla tələb edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs10 tərəfindən məhkəməyə təqdim olunan CD diskdəki görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs onun telefonuna xx.xx.2022-ci il tarixdə SMS göndərərək balansına 98529.61 manat pulun mədaxil olacağını, Təqsirləndirilən şəxs ona telefonuna xx.xx.2022-ci il tarixdə SMS göndərməklə balansına dövrə görə 117857,23 manat pulun mədaxil olacağını bildirmişdir. Zərərçəkmiş şəxs10 təqdim etdiyi CD diskdəki məlumatlar sübut əhəmiyyətli olduğu üçün həmin disk cinayət işinə əlavə edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nətivəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq,yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarınınəldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakınələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdinpredmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakınmülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədiklərikimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar törədildikdə beş ildən on ilədək müddətə azadlqıdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayır olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində az yaşlı uşağının olması (əsas:portaldan çıxarış), əməlindən səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə mülkiyyət əleyhinə cinayət əməlləri törətdiyinə görə məhkum olunmasını, buna baxmayaraq onun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməllərini Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Həmçinin cəza çəkmə müddətinin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs ondan 2000 manat alması barədə verdiyi xx.xx.2023-cü tarixli, 2500 manat almsı barədə yazdığı xx.xx.2023-cü il tarixli, 750 manat alması barədə xx.xx.2022-ci il tarixli, 150000 manat alması barədə verdiyi qəbzlər, xx.xx.2022, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli hər biri notarial qaydada təsdiq olunmuş kredit müqavilələri cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi1 üçün isə 300 AZN (üç yüz manat) pul Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza hazırki iş üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə olduğu bir gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Zərərçəkmiş şəxs6 Pirməmmədovanın Təqsirləndirilən şəxs maddi ziyan olan 42550 (qırx iki min beş yüz əlli) manat pulun və mənəvi ziyan olan 2000 (iki min) manat pulun tutulmasına dair, Zərərçəkmiş şəxs1 Andreyeviçin Təqsirləndirilən şəxs maddi ziyan olan 55000 (əlli beş min) manat pulun və mənəvi ziyan olan 3000 (üç min) manat pulun tutulmasına dair, Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs maddi ziyan olan 8300 (səkkiz min üç yüz) manat pulun və 130 (yüz otuz) manat, Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs maddi ziyan olan 8300 (səkkiz min üç yüz) manat pulun və 130 (yüz otuz) manat, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs maddi ziyan olan 178.000 (yüz yetmiş səkkil min) manat pulun və mənəvi zərərə görə 3000 (üç min) manat tutulmasına dair mülki iddiaları təmin edilsin, tələb edilən məbləğlər Təqsirləndirilən şəxs tutularaq qeyd edilən zərərçəkmiş şəxslərə ödənilsin. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X16, Zərərçəkmiş şəxs7, Nümayəndə2, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs14 mülki-mühakimə qaydasında ərazi məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs ondan 2000 manat alması barədə verdiyi xx.xx.2023-cü tarixli, 2500 manat almsı barədə yazdığı xx.xx.2023-cü il tarixli, 750 manat alması barədə xx.xx.2022-ci il tarixli, 150000 manat alması barədə verdiyi qəbzlər, xx.xx.2022, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli kredit müqavilələri cinayət işinin materiallarında saxlanılsın. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 300 AZN (üç yüz manat) pul Bak şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Məmmədova-Əsgərova
Məhkəmə qərarları › İş №1(101)-463/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-463/2024
24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver